Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-56/2024 09.08.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Laçın rayonunun Şəlvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən, satış məqsədi və tamah niyyəti olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli hökmü ilə CM-in 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qərarı ilə CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti olmadan qanunsuz olaraq külli miqdarda 7,024 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə saat 14:30-da Oğuz şəhəri, H.Əliyev prospekti 83 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Oğuz Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 15:45-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 7,024 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, psixotrop maddədən istifadə etməmiş və narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 10 aprel 2023-cü il tarixdə Bakı şəhərindən Oğuz şəhərinə gəlmiş, 11 aprel 2023-cü il tarixdə Şəki şəhərinə getmiş, sonra isə yenidən Şəki şəhərindən Oğuz şəhərinə qayıdıb gecəni orada qalmış və həmin vaxtlarda Şahid4 və Şahid5 onun yanında olmuşdur. 12 aprel 2023-cü il tarixdə saat təxminən 10:00-11:00 radələrində Şahid4, Şahid5 və bir nəfər qadın cinsli şəxslə birlikdə Oğuz şəhərində yerləşən kafedə olarkən həmin vaxt orada başqa şəxslər də olmuş, orada olan zaman polis əməkdaşları Ramil adlı şəxsin kim olması barədə sual vermişlər. O isə bunu təsdiq etdikdən sonra polis əməkdaşlarından biri ona yumruq zərbəsi vurmuş, ardınca isə o da həmin şəxsin polis əməkdaşı olduğunu bilmədiyi üçün qeyd olunan şəxsə zərbə vurmuşdur. Daha sonra həmin polis əməkdaşları tərəfindən saxlanılaraq Oğuz Rayon Polis Şöbəsinə aparılmış, lakin qeyd olunan vaxt üzərində psixotrop maddə metamfetamin olmamışdır. Bundan sonra isə Şahid5 və Şahid4 da Oğuz Rayon Polis Şöbəsin gətirmişlər və orada olarkən polis əməkdaşı Şahid1 sellofan paketin içərisində olan psixotrop maddəni ona təqdim edərək həmin maddənin ona məxsus olması barədə ifadə verməsini təklif etmiş, lakin o, əvvəlcə bundan imtina etsə də polis əməkdaşları Şahid4 və Şahid5 da üzərlərinə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdikləri üçün polis əməkdaşları ilə razılaşmışdır. Habelə bu zaman polis əməkdaşları onun ünvanını soruşmuşlar və polis əməkdaşlarının vətəndaşların evlərinə də narkotik vasitə və psixotrop maddə yerləşdirdiklərindən onun məlumatı olduğu üçün həmin vaxt polis əməkdaşlarının nə edə biləcəyini anlamış və polis əməkdaşlarının onun yaşadığı evə narkotik vasitə və ya psixotrop maddə yerləşdirə biləcəyini düşünmüşdür. Həmin vaxt otaqda tək olmuş, Şahid4 və Şahid5 orada olmamışlar. O, polis əməkdaşı Şahid1 ona təqdim etdiyi psixotrop maddənin çəkisini və həmin maddənin ona məxsus olması barədə ifadə verəcəyi halda hansı maddə ilə ittiham olunacağını soruşmuş, sonuncu isə CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunacağını ona demişdir. Bundan sonra ona bir ədəd idman paltarı gətirmişlər və o, həmin paltarı əyninə geyinib psixotrop maddəni də qeyd olunan paltarın cibinə qoymuş və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşlarının ona dedikləri qaydada həmin maddənin ona məxsus olması barədə ifadə vermişdir. Həmin vaxt barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanacağını düşünmüş, qeyd olunan tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və 13 aprel 2023cü il tarixdə məhkəmədə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsləsinə baxılan zaman CM-in 234.4.3-cü maddəsi ilə ona ittihamın elan olunmasından məlumatı olmuşdur. Həmin vaxt o, məhkəməyə psixotrop maddənin ona məxsus olmadığını və polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirildiyini demiş, lakin bunun hər hansı nəticəsi olmamışdır. Məhkəmə iclas zalından çıxdıqdan sonra isə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlər edilmiş, döyülmüş, habelə arxa keçəcək nahiyəsinə polis dəyənəyi daxil edilmiş, nəticədə bədənində xəsarətlər yaranmış və bu səbəbdən də Bakı İstintaq Təcridxanasına yerləşdirildikdən sonra etiraz etmək məqsədi ilə ağız nahiyəsini tikib aclıq aksiyasına başlamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı edilən qanunsuz hərəkətlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayətlər etmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 13 aprel 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitənin və psixotrop maddənin bir neçə növündən istifadə etmişdir. Tutulmamışdan bir neçə gün əvvəl Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində gəzərkən tanımadığı bir nəfər şəxs ondan narkotik vasitə istifadə edib-etməməsini soruşmuş, o da olduğu halda psixotrop maddə metamfetamindən istifadə edə biləcəyini bildirmişdir. Daha sonra həmin şəxsin təklifi ilə 50 manat pulun müqabilində qeyd olunan şəxsdən bir ədəd bükümdə psixotrop maddə metamfetamin almış və cibində saxlamışdır. 12 aprel 2023-cü il tarixdə saat 14:30-da əvvəlcədən tanıdığı Şahid4 və Şahid5 ilə birlikdə Oğuz şəhəri, H.Əliyev prospekti 83 ünvanının yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Oğuz Rayon Polis Şöbəsinə getmiş, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. O, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 50 manat pulun müqabilində özü istifadə etmək məqsədilə alaraq üzərində saxladığını bildirmiş, daha sonra psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13 aprel 2023-cü il tarixdə verdiyi ifadəsi ilə ibtidai istintaqın gedişində 13 iyul 2023-cü il və 18 sentyabr 2023-cü il tarixlərdə müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, 12 aprel 2023-cü il tarixdə əvvəlcədən tanıdığı Şahid5 və Şahid4 ilə birlikdə Oğuz rayonunda yerləşən kafelərin birində olan zaman mülki geyimdə olan 6-7 nəfər şəxs oraya daxil olmuş, həmin şəxslərdən biri adının Ramil olub-olmadığını soruşmuş, o, bunu təsdiq etdikdə isə soruşan şəxs onun qolunu burub ona qarşı zor tətbiq etmiş və avtomobilə əyləşdirib Oğuz Rayon Polis Şöbəsinə aparmışdır. Orada olan zaman polis əməkdaşları təxminən 1 saat müddətində ona təzyiq göstərmişlər və hər hansı səbəb olmadan işgəncə vermişlər. Daha sonra polis əməkdaşları psixotrop maddəni ona təqdim edərək özünə məxsus olması barədə ifadə verməsini tələb etmişlər və CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunacağını demişlər, əks halda isə dostları Şahid5 və Şahid4 da üzərlərinə psixotrop maddəni yerləşdirəcəklərini və onun əleyhinə ifadə verməyə məcbur edəcəklərini bildirmişlər. O, dostlarının barəsində qanunsuz hərəkətlərin oluna biləcəyi ehtimalını nəzərə alaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmış, daha sonra avtomobilindən idman gödəkçəsini gətirib cibinə psixotrop maddə yerləşdirmişlər və psixotrop maddənin ona məxsus olması barədə ifadə verməsini tələb etmişlər. Sonradan o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və orada olarkən dostlarının azad olunmaması və CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunması ona məlum olmuşdur. 13 aprel 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman etirazını bildirmiş, sonradan yenidən Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsinə aparılmış və orada olarkən arxadan qollarına qandal vurub başına torba keçirərək ona qarşı qanuzsuz hərəkətlər etmişlər. Sonradan Bakı İstintaq Təcridxanasına aparılmış və orada olarkən bağırsağından qan gəldiyini təcridxananın əməkdaşlarına bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 14:30-də Ramil İsgəndərov yanında olan dostları Şahid5 və Şahid4la birlikdə Oğuz şəhəri, H.Əliyev prospekti 83 ünvanının yaxınlığında saxlanılaraq Oğuz Rayon Polis Şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 50 manat pulun müqabilində özü istifadə etmək məqsədilə alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs yanında olan şəxslər Şahid4 və Şahid5 Bakı şəhərinə aparılıbaparılmamasını xatırlamır, sonradan müstəntiq tərəfindən dəvət olunduqlarını düşünür. Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 təsir-təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə saat 14:30-də Ramil İsgəndərov yanında olan dostları Şahid5 və Şahid4la birlikdə Oğuz şəhəri, H.Əliyev prospekti 83 ünvanının yaxınlığında saxlanılaraq Oğuz Rayon Polis Şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 50 manat pulun müqabilində özü istifadə etmək məqsədilə alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Sonradan Şahid4 və Şahid5 azad olunmuşlar və Bakı şəhərinə aparılmamışlar. Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 təsir-təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadəsini təsdiq edib Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək ifadəsində göstərmişdir ki, 12 aprel 2023-cü il tarixdə saat 10:00-11:00 radələrində qardaşı Şahid5, əvvəlcədən tanıdığı Ramil İsgəndərov və bir nəfər qadın cinsli şəxslə birlikdə Oğuz şəhərində yerləşən kafedə olan zaman həmin vaxt orada başqa şəxslər də olmuş və orada olarkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman Oğuz RPŞ-nin əməkdaşları da iştirak etmişlər və polis əməkdaşları Təqsirləndirilən şəxs kobud formada tutub ayrıca avtomobillə polis şöbəsinə aparmışlar, o və qardaşı Şahid5 isə ayrıca avtomobillə Oğuz Rayon Polis Şöbəsinə aparılmışdır. Onu və qardaşı Şahid5 polis şöbəsində Təqsirləndirilən şəxs olduğu otağa bir müddət sonra aparmışlar, Təqsirləndirilən şəxs Oğuz Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən təqdim olunan gödəkcəni geyinmiş, polis əməkdaşları tərəfindən Oğuz Rayon Polis Şöbəsinə gətirildikləri vaxtdan iki-üç saat sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan sonra ifadə vermək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış, orada olan zaman ifadə vermiş, dəqiq olaraq sayını xatırlamadığı bir neçə sənədə imza etmiş, lakin həmin polis əməkdaşları ona sənədlərə oxumağa icazə vermədikləri üçün müvafiq sənədlərə oxumadan imza etmiş və üç gün müddətində orada qaldıqdan sonra azad olunmuşdur. Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 12 aprel 2023cü il tarixdə saat 14:30-da qardaşı Şahid5 və əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs ilə birlikdə Oğuz şəhəri, H.Əliyev prospekti 83 ünvanının yaxınlığında olarkən polis əməkdaşları oraya yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olması barədə şübhəli olduğunu bildirmişlər, sonuncu isə səmimi olaraq üzərində psixotrop maddə metamfetaminin olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə o, Şahid5 və Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Oğuz Rayon Polis Şöbəsinə getmişlər və orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat pul verərək aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini polis əməkdaşlarına bildirmişdir. Daha sonra psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək ifadəsində göstərmişdir ki, 12 aprel 2023-cü il tarixdə saat 10:00-11:00 radələrində qardaşı Şahid4, əvvəlcədən tanıdığı Ramil İsgəndərov və bir nəfər qadın cinsli şəxslə birlikdə Oğuz şəhərində yerləşən kafedə olan zaman həmin vaxt orada başqa şəxslər də olmuş və orada olarkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman Oğuz RPŞ-nin əməkdaşları da iştirak etmişlər, polis əməkdaşları Təqsirləndirilən şəxs sürüyərək ayrıca avtomobillə polis şöbəsinə aparmışlar və həmin vaxt sonuncunun üzərində qısaqol kofta olmuşdur. Daha sonra qardaşı Səbuhi Muradov da ayrıca avtomobillə Oğuz Rayon Polis Şöbəsinə, o isə yaşadığı evə getmişdir. Bir müddət sonra onu da Oğuz RPŞ-yə çağırdıqları üçün o da oraya getmişdir. Oğuz RPŞ-yə gedəndə Təqsirləndirilən şəxs görməmiş, təxminən 3 saat sonra onu və qardaşı Şahid4 Təqsirləndirilən şəxs olduğu otağa aparmışlar və bu zaman artıq o, sonuncunun əynində gödəkcənin olduğunu görmüşdür. Oğuz RPŞ-də videoçəkiliş aparılmamışdan əvvəl adını və soyadını xatırlamadığı polis əməkdaşı psixotrop maddəni Təqsirləndirilən şəxs təqdim edərək həmin maddəni cibinə qoymasını təklif etmiş, sonuncu da qeyd olunan maddəni cibinə yerləşdirmiş və bundan sonra isə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncuya bir qədər əvvəl polis əməkdaşı tərəfindən təqdim olunmuş psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan sonra ifadə vermək üçün həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, orada olan zaman ifadə vermiş, sənədlərə imza etmiş, lakin həmin polis əməkdaşları ona sənədlərə oxumağa icazə vermədikləri üçün müvafiq sənədlərə oxumadan imza etmiş və üç gün müddətində orada qaldıqdan sonra azad olunmuşdur. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 12 aprel 2023cü il tarixdə saat 14:30-da qardaşı Şahid4 və əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs ilə birlikdə Oğuz şəhəri, H.Əliyev prospekti 83 ünvanının yaxınlığında olarkən polis əməkdaşaları oraya yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olması barədə şübhəli olduğunu bildirmişlər, sonuncu isə səmimi olaraq üzərində psixotrop maddə metamfetaminin olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə o, Şahid4 və Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Oğuz Rayon Polis Şöbəsinə getmişlər və orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat pul verərək aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini polis əməkdaşlarına bildirmişdir. Daha sonra psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 12 aprel 2023-cü il tarixdə övladını uşaq bağçasına qoyduqdan sonra təxminən saat 10 radələrində Oğuz şəhərində yerləşən və işlətdiyi çay evinə gəlmişdir. Bundan təminən 1 saat sonra olmaqla təxminən saat 10:00-11:00 radələrində həmin çay evinin mətbəxində olan zaman polis əməkdaşları oraya gəlmişlər və həmin vaxt 3-4 nəfər şəxslə birlikdə əyləşən Təqsirləndirilən şəxs qolunu buraraq tutub aparmışlar. Kafedə videomüşahidə kameraları olsa da həmin kameralarının qeydə aldığı görüntülər 16 gün saxlanıldığından və həmin müddət keçdiyindən sonradan avtomatik olaraq silinmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində gödəkcənin olduğunu düşünür. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 12 aprel 2023-cü il tarixdə Oğuz şəhərinə istirahətə getmiş və həmin tarixdə saat təxminən 10-11 radələrində Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4la birlikdə kafedə olan zaman Təqsirləndirilən şəxs əynində qısaqol köynək olmuş və həmin vaxt 5-6 nəfər polis əməkdaşı oraya gəlib Təqsirləndirilən şəxs qolunu buraraq aparmışlar. O, hadisə baş verən gün hüquq-mühafizə orqanlarına müraciət etməmiş, lakin Təqsirləndirilən şəxs aclıq aksiyasına başladıqdan sonra o, bu barədə ombudsman aparatına şikayət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 aprel 2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış, baxış və götürmənin aparılması haqqında 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd sellofan büküm aşkar edilib götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmənin aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 13 aprel 2023-cü il tarixli 17/2174 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs aşkar edilmiş..” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 7,024 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 aprel 2023-cü il tarixli 2159 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 27 aprel 2023-cü il tarixli 1386/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılmasının nəticələrinə dair Oğuz Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 12 aprel 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə aparılmış araşdırma nəticəsində həmin tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin mənbəyinin müəyyən edilməsi ilə bağlı həmin tarixdə material ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş 02 iyun 2023-cü il tarixli xx/xx-6025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 09 iyun 2023-cü il tarixli 8302 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının psixotrop maddələrə aid olan İİ Siyahısının 67-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının psixotrop maddələrə aid olan İİ Siyahısının 118-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 400 qramdan az çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 7,024 qram psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının psixotrop maddələrə aid olan İİ Siyahısının 67-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil etmiş, psixotrop maddənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 2 qram və daha artıq, lakin 400 qramdan az çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman psixotrop maddələrin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının psixotrop maddələrə aid olan İİ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 08 nömrəli Qərarının 34-cü bəndinə əsasən əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 12 aprel 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb psixotrop maddənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13 aprel 2023-cü il tarixdə verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək psixotrop maddə metamfetamini qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını, lakin satmaq məqsədinin olmadığını etiraf etsə də ibtidai istintaqın gedişində 13 iyul 2023-cü il və 18 sentyabr 2023-cü il tarixlərdə verdiyi ifadələrində 12 aprel 2023-cü il tarixdə əvvəlcədən tanıdığı Şahid5 və Şahid4 ilə birlikdə Oğuz rayonunda yerləşən kafelərin birində olan zaman mülki geyimdə olan 6-7 nəfər şəxsin oraya daxil olduğunu, həmin şəxslərdən birinin onun adının Ramil olub-olmadığını soruşduğunu, bunu təsdiq etdikdə isə soruşan şəxsin onun qolunu burub ona qarşı zor tətbiq etdiyini, avtomobilə əyləşdirib Oğuz Rayon Polis Şöbəsinə apardığını, orada olan zaman polis əməkdaşlarının təxminən 1 saat müddətində ona təzyiq göstərdiklərini, hər hansı səbəb olmadan işgəncə verdiklərini, daha sonra polis əməkdaşlarının psixotrop maddəni ona təqdim edərək özünə məxsus olması barədə ifadə verməsini tələb etdiklərini, CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunacağını bildirdiklərini, əks halda isə dostları Şahid5 və Şahid4 da üzərlərinə psixotrop maddəni yerləşdirəcəklərini və onun əleyhinə ifadə verməyə məcbur edəcəklərini dediklərini, dostlarının barəsində qanunsuz hərəkətlərin oluna biləcəyi ehtimalını nəzərə alaraq polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, daha sonra avtomobilindən idman gödəkçəsini gətirib cibinə psixotrop maddə yerləşdirdiklərini, həmin psixotrop maddənin ona məxsus olması barədə ifadə verməsini tələb etdiklərini, sonradan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını, orada olarkən dostlarının azad olunmaması və CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunmasının ona məlum olduğunu, 13 aprel 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman etirazını bildirdiyini, sonradan yenidən Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsinə aparıldığını, orada olarkən arxadan qollarına qandal vurub başına torba keçirərək ona qarşı qanunsuz hərəkətlər etdiklərini, sonradan Bakı İstintaq Təcridxanasına aparıldığını və orada olarkən bağırsağından qan gəldiyini təcridxananın əməkdaşlarına bildirdiyini demiş, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində psixotrop maddədən istifadə etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, 10 aprel 2023-cü il tarixdə Bakı şəhərindən Oğuz şəhərinə gəldiyini, 11 aprel 2023-cü il tarixdə Şəki şəhərinə getdiyini, sonra isə yenidən Şəki şəhərindən Oğuz şəhərinə qayıdıb gecəni orada qaldığını, həmin vaxtlarda Şahid4 və Şahid5 onun yanında olduqlarını, 12 aprel 2023-cü il tarixdə saat təxminən 10:00-11:00 radələrində Şahid4, Şahid5 və bir nəfər qadın cinsli şəxslə birlikdə Oğuz şəhərində yerləşən kafedə olarkən həmin vaxt orada başqa şəxslərin də olduğunu, orada olan zaman polis əməkdaşlarının Ramil adlı şəxsin kim olması barədə sual verdiklərini, bunu təsdiq etdikdən sonra polis əməkdaşlarından birinin ona yumruq zərbəsi vurduğunu, ardınca isə özünün həmin şəxsin polis əməkdaşı olduğunu bilmədiyi üçün qeyd olunan şəxsə zərbə vurduğunu, daha sonra həmin polis əməkdaşları tərəfindən saxlanılaraq Oğuz Rayon Polis Şöbəsinə aparıldığını, lakin qeyd olunan vaxt üzərində psixotrop maddə metamfetaminin olmadığını, bundan sonra isə Şahid5 və Şahid4 da Oğuz Rayon Polis Şöbəsin gətirdiklərini, orada olarkən polis əməkdaşı Şahid1 sellofan paketin içərisində olan psixotrop maddəni ona təqdim edərək həmin maddənin ona məxsus olması barədə ifadə verməsini təklif etdiyini, əvvəlcə bundan imtina etsə də polis əməkdaşları Şahid4 və Şahid5 da üzərlərinə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdikləri üçün polis əməkdaşları ilə razılaşdığını, habelə bu zaman polis əməkdaşlarının onun ünvanını soruşduqlarını və polis əməkdaşlarının vətəndaşların evlərinə də narkotik vasitə və psixotrop maddə yerləşdirdikləri ilə bağlı onun məlumatı olduğu üçün həmin vaxt polis əməkdaşlarının nə edə biləcəyini anladığını, polis əməkdaşlarının onun yaşadığı evə narkotik vasitə və ya psixotrop maddə yerləşdirə biləcəyini düşündüyünü, həmin vaxt otaqda tək olduğunu, Şahid4 və Şahid5 orada olmadıqlarını, polis əməkdaşı Şahid1 ona təqdim etdiyi psixotrop maddənin çəkisini və həmin maddənin ona məxsus olması barədə ifadə verəcəyi halda hansı maddə ilə ittiham olunacağını soruşduğunu, sonuncunun isə CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunacağını ona dediyini, bundan sonra ona bir ədəd idman paltarı gətirdiklərini, həmin paltarı əyninə geyinib psixotrop maddəni də qeyd olunan paltarın cibinə qoyduğunu, videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının ona dedikləri qaydada həmin maddənin ona məxsus olması barədə ifadə verdiyini, bu zaman barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanacağını düşündüyünü, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını, 13 aprel 2023-cü il tarixdə məhkəmədə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsləsinə baxılan zaman CMin 234.4.3-cü maddəsi ilə ona ittihamın elan olunmasından məlumatının olduğunu, həmin vaxt məhkəməyə psixotrop maddənin ona məxsus olmadığını və polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirildiyini dediyini, lakin bunun hər hansı nəticəsinin olmadığını, məhkəmə iclas zalından çıxdıqdan sonra isə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərin edildiyini, döyüldüyünü, habelə arxa keçəcək nahiyəsinə polis dəyənəyinin daxil edildiyini, nəticədə bədənində xəsarətlərin yarandığını, bu səbəbdən də Bakı İstintaq Təcridxanasına yerləşdirildikdən sonra etiraz etmək məqsədi ilə ağız nahiyəsini tikib aclıq aksiyasına başladığını və polis əməkdaşları tərəfindən ona qarşı edilən qanunsuz hərəkətlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayətlər etdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırmanın gedişində 13 iyul 2023-cü il və 18 sentyabr 2023-cü il tarixlərdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış, baxış və götürmənin aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və psixotrop maddənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmiş, lakin həbs olunmamışdan əvvəl aldığı “qarının ön səthinin ağ xətt üzrə və sol kürəkaltı nahiyədə köhnə çapıq toxuma” xəsarətləri aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bədən səthində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış, müayinə olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlər isə tutulmamışdan əvvəllər aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “qarının ön səthinin ağ xətt üzrə və sol kürəkaltı nahiyədə köhnə çapıq toxuma” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 24 aprel 2023-cü il tarixli 197/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 aprel 2024-cü il tarixli 147 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun qarın nahiyəsinin ön divarında spelenoektomiya əməliyyatından sonra yaranmış köhnə çapıq toxuma xəsarəti və kürək nahiyəsində bıçaqlanma nəticəsində yaranmış xəsarət aşkar olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 27 aprel 2023-cü il tarixli 1386/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 14 iyun 2024-cü il tarixli 207 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Tək-tək hallarda qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət və xəsarət izi aşkar olunmursa, bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün olmur. Bundan savayı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, 12 aprel 2023cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş 099 844-41-41 mobil telefon nömrəsi vasitəsilə danışıq aparılmamış, müxtəlif anten əhatə dairələrində olmuşdur. Qeyd olunanlardan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman Təqsirləndirilən şəxs yalnız vəsatət və təqdimatın baxılması məsələsinə etiraz etdiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırmanın gedişində 13 iyul 2023-cü il və 18 sentyabr 2023-cü il tarixlərdə, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 13 aprel 2023-cü il tarixdə verdiyi ilkin ifadəsində etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eləcə də qeyd olunmalıdır ki, Şahid4 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində 12 aprel 2023-cü il tarixdə saat 14:30-da qardaşı Şahid5 və əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs ilə birlikdə Oğuz şəhəri, H.Əliyev prospekti 83 ünvanının yaxınlığında olarkən polis əməkdaşlarının oraya yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olması barədə şübhəli olduğunu bildirdiklərini, sonuncunun səmimi olaraq üzərində psixotrop maddə metamfetaminin olduğunu etiraf etdiyini, bundan sonra polis əməkdaşlarının dəvəti ilə o, Şahid5 və Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Oğuz Rayon Polis Şöbəsinə getdiklərini, orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofan bükümün aşkar olunduğunu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat pul verərək aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini polis əməkdaşlarına bildirdiyini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 12 aprel 2023-cü il tarixdə saat 10:00- 11:00 radələrində qardaşı Şahid5, əvvəlcədən tanıdığı Ramil İsgəndərov və bir nəfər qadın cinsli şəxslə birlikdə Oğuz şəhərində yerləşən kafedə olan zaman həmin vaxt orada başqa şəxslərin də olduğunu, orada olarkən polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, Təqsirləndirilən şəxs saxlanılan zaman Oğuz RPŞ-nin əməkdaşlarının da iştirak etdiklərini, polis əməkdaşlarının Təqsirləndirilən şəxs kobud formada tutub ayrıca avtomobillə polis şöbəsinə apardıqlarını, o və qardaşı Şahid5 isə ayrıca avtomobillə Oğuz Rayon Polis Şöbəsinə aparıldıqlarını, onu və qardaşı Şahid5 polis şöbəsində Təqsirləndirilən şəxs olduğu otağa bir müddət sonra apardıqlarını, Təqsirləndirilən şəxs Oğuz Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən təqdim olunan gödəkcəni geyindiyini, polis əməkdaşları tərəfindən Oğuz Rayon Polis Şöbəsinə gətirildikləri vaxtdan iki-üç saat sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, bu zaman üzərindən psixotrop maddə metamfetaminin aşkar olunduğunu, bundan sonra ifadə vermək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını, orada olan zaman ifadə verdiyini, dəqiq olaraq sayını xatırlamadığı bir neçə sənədə imza etdiyini, lakin həmin polis əməkdaşları ona sənədlərə oxumağa icazə vermədikləri üçün müvafiq sənədlərə oxumadan imza etdiyini və üç gün müddətində orada qaldıqdan sonra azad olunduğunu qeyd etmişdir. Şahid5 isə ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində 12 aprel 2023-cü il tarixdə saat 14:30-da qardaşı Şahid5 və əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs ilə birlikdə Oğuz şəhəri, H.Əliyev prospekti 83 ünvanının yaxınlığında olarkən polis əməkdaşlarının oraya yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olması barədə şübhəli olduğunu bildirdiklərini, sonuncunun səmimi olaraq üzərində psixotrop maddə metamfetaminin olduğunu etiraf etdiyini, bundan sonra polis əməkdaşlarının dəvəti ilə o, Şahid5 və Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Oğuz Rayon Polis Şöbəsinə getdiklərini, orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofan bükümün aşkar olunduğunu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat pul verərək aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini polis əməkdaşlarına bildirdiyini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 12 aprel 2023-cü il tarixdə saat 10:00- 11:00 radələrində qardaşı Şahid4, əvvəlcədən tanıdığı Ramil İsgəndərov və bir nəfər qadın cinsli şəxslə birlikdə Oğuz şəhərində yerləşən kafedə olan zaman həmin vaxt orada başqa şəxslərin də olduğunu, orada olarkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını, sonuncu saxlanılan zaman Oğuz RPŞ-nin əməkdaşlarının da iştirak etdiklərini, polis əməkdaşlarının Təqsirləndirilən şəxs sürüyərək ayrıca avtomobillə polis şöbəsinə apardıqlarını, həmin vaxt sonuncunun üzərində qısaqol koftanın olduğunu, daha sonra qardaşı Səbuhi Muradovun da ayrıca avtomobillə Oğuz Rayon Polis Şöbəsinə, özünün isə yaşadığı evə getdiyini, bir müddət sonra onu da Oğuz RPŞ-yə çağırdıqları üçün oraya getdiyini, Oğuz RPŞ-yə gedəndə Təqsirləndirilən şəxs görmədiyini, təxminən 3 saat sonra onu və qardaşı Şahid4 Təqsirləndirilən şəxs olduğu otağa apardıqlarını, bu zaman artıq sonuncunun əynində gödəkcənin olduğunu gördüyünü, Oğuz RPŞ-də videoçəkiliş aparılmamışdan əvvəl adını və soyadını xatırlamadığı polis əməkdaşının psixotrop maddəni Təqsirləndirilən şəxs təqdim edərək həmin maddəni cibinə qoymasını təklif etdiyini, sonuncunun isə həmin maddəni cibinə yerləşdirdiyini və bundan sonra isə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncuya bir qədər əvvəl polis əməkdaşı tərəfindən təqdim olunmuş psixotrop maddə metamfetaminin aşkar olunduğunu, bundan sonra ifadə vermək üçün həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını, orada olan zaman ifadə verdiyini, sənədlərə imza etdiyini, lakin həmin polis əməkdaşları ona sənədlərə oxumağa icazə vermədikləri üçün müvafiq sənədlərə oxumadan imza etdiyini və üç gün müddətində orada qaldıqdan sonra azad olunduğunu qeyd etmişdir. Məhkəmə həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, adları qeyd edilən şəxslər tanışları olduğuna görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadələr vermişlər. Çünki qeyd olunan şəxslər sonradan ibtidai istintaq zamanı verdikləri ifadələrinin dəyişdirilməsi ilə bağlı müraciət etməmişlər və onların ibtidai istintaq zamanı verdikləri ifadələri hər hansı təzyiq altında verilmiş ifadə kimi qəbul edilə bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Şahid5 və Şahid4 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə onların ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdikləri ifadələrinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Müşviq Allahverdiyev ifadəsində əvvəllər Təqsirləndirilən şəxs tanımadığını, 12 aprel 2023-cü il tarixdə övladını uşaq bağçasına qoyduqdan sonra təxminən saat 10 radələrində Oğuz şəhərində yerləşən və işlətdiyi çay evinə getdiyini, bundan təxminən 1 saat sonra olmaqla təxminən saat 10:00-11:00 radələrində həmin çay evinin mətbəxində olan zaman polis əməkdaşlarının oraya gəldiklərini, həmin vaxt 3-4 nəfər şəxslə birlikdə əyləşən Təqsirləndirilən şəxs qolunu buraraq tutub apardıqlarını və hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində gödəkcənin olduğunu düşündüyünü qeyd etmişdir. Məleykə Şahmarlı isə məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilərkən verdiyi ifadəsində 12 aprel 2023-cü il tarixdə Oğuz şəhərinə istirahətə getdiyini, həmin tarixdə saat təxminən 10-11 radələrində Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4la birlikdə kafedə olan zaman Təqsirləndirilən şəxs əynində qısaqol köynəyin olduğunu, həmin vaxt 5-6 nəfər polis əməkdaşının oraya gəlib Təqsirləndirilən şəxs qolunu buraraq apardıqlarını, hadisə baş verən gün hüquq-mühafizə orqanlarına müraciət etmədiyini və Təqsirləndirilən şəxs aclıq aksiyasına başladıqdan sonra bu barədə ombudsman aparatına şikayət etdiyini qeyd etmişdir. Məhkəmə həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, Məleykə Şahmarlı tanışı olduğu üçün, Müşviq Allahverdiyev isə həmyerliləri olan və əvvəlcədən tanıdığı Salman Muradov və Səbuhi Muradova görə adları qeyd edilən şəxslərin dostu olan Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadələr vermişlər. Çünki qeyd olunan şəxslər sonradan ibtidai istintaq zamanı ifadə verməmişlər və bununla bağlı ibtidai istintaq orqanına müraciət etməmişlər. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Müşviq Allahverdiyev və Məleykə Şahmarlının məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddəni əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə külli miqdarda, yəni 7,024 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sözügedən psixotrop maddənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin psixotrop maddə metamfetaminin bir bükümdə olması, başqa növ narkotik vasitənin və ya psixotrop maddənin, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün psixotrop maddənin qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 7,024 qram çəkidə psixotrop maddə metamfetamin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, şəxsə məxsus mobil telefon nömrəsinə daxil olan və həmin mobil telefon nömrəsindən çıxan zənglərə və SMS mətnlərinə dair məlumatlar götürülmüş, lakin iş üçün hər hansı əhəmiyyətli hal müəyyən olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə metamfetamini əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Qeyd olunmalıdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə etməsi şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşamışdır, 2011-ci ildə doğulmuş Ülvi Abdullayev onun himayəsindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli hökmü ilə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qərarı ilə CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 13 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 15-ci maddəsinə əsasən 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayətlərlər hesab olunur və CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir və CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay olmaqla 12 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 12 aprel 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 6,974 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 6,974 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-56/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-56/2024
09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver