Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-57/2021 11.10.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı – X14, Müdafiəçilər –Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx xxxxxxx 1970-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Mahamalar kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx xxxx 1998-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən şəhəri H.Əliyev pr 107A ünvanında pasport qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən 2018-ci ilin fevral ayında Balakən şəhəri Dəmiryolu vağzalının yaxınlığındakı meşəlik sahədən 1 ədəd ağ rəngli sintetik kisədə, külli miqdar hesab edilən, yəni təmiz çəkisi 1 kq 694,22 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı taparaq satış məqsədi ilə, qəsdən qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə və idarə etdiyi VAZ-21011 markalı ** BB *** dövlət nömrə nişanlı avtomobildə saxlamış, daha sonra 27 aprel 2020-ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananın 1 kq 680 qram hissəsini ünvan 3 ünvanında yerləşən “X18 Müəssisəsi” MMC-nin qarşısında Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 150 manata satmış, qalan 14,22 qramı isə satış məqsədi ilə özünə məxsus avtomobildə saxlamış, həmin tarixdə saat 17 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Balakən Rayon Polis Şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əlindəki 1 ədəd sellofan torbada təmiz çəkisi 1 kq 680 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz-21011 markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilən zaman avtomaşının arxa sərnişin oturacağının arxa tərəfindən satış məqsədilə saxladığı 14,22 qram narkotik vasitə qurudulmuş marxuana aşkar edilərək götürülmüşdür. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən qəsdən 27 aprel 2020-ci il tarixdə saat 17 radələrində Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında yerləşən “X18 Müəssisəsi MMC-nin qarşısında satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1 kq 680 qram qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün 150 manata alaraq əldə etmiş, daha sonra isə əlində daşıyaraq saxlamış, həmin tarixdə saat 17 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Balakən Balakən Rayon Polis Şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əlindəki 1 ədəd sellofan torbada olan təmiz çəkisi 1 kq 680 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunan ittihamla təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 1 kiloqram 680 qram çəkidə narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs2 sadəcə çəkisi 100 qramdan aşağı olan çürüntüyə bənzər narkotik vasitə vermişdir. 27 aprel 2020ci il tarixdən 15-20 gün əvvəl gecə radələrində istifadəsində olan mobil telefonuna zəng gəlmiş, həmin telefon zəngi onun üçün yad olmuşdur. Yəni zəng gələn nömrəni tanımamışdır. Mobil telefonunu açdıqda zəng edən şəxsin kim olduğunu soruşmuş, həmin şəxs ona danışan Fərid olduğunu demişdir. Bu zaman o, hansı Fərid olduğunu soruşduqda, həmin şəxs moyka işlədən Elmanın oğlu Fərid olduğunu bildirmişdir. Daha sonra o, nə lazım olduğunu yəni nə istədiyini soruşmuş, Fərid isə “Dayı əhvalım yaxşıdır mənə təbii şey lazımdır” demişdir. Bu zaman o, Fəridə acı sözlər demiş, həmçinin narkotik satan olmadığını deyərək mobil telefonunu söndürmüşdür. 27 aprel 2020-ci il tarixdə saat 10-11 radələri öz yaşadığı evdə təsərrüfat işləri ilə məşğul olmuşdur. Həmin vaxtlar da karantin vəziyyəti ilə əlaqədar çölə bayıra çıxmaq olmamışdır. Evdə işlədiyi zaman Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng etmiş və ondan narkotik vasitə olan marixuana istəmişdir. Bu zaman o, İslama nə üçün marixuanaya görə ona zəng etdiyini soruşmuş, həmçinin özündə narkotik vasitə olan marixuana olmur demişdir. Həmin vaxtdan təxminən 1 saat keçdikdən sonra İslam yenidən ona zəng etmiş və yenidən narkotik vasitə istəmişdir. Bu zaman o da İslama narkotik vasitə olan marixuana olmadığını demişdir. Həmin vaxtı İslam özündə 150 manat məbləğində pul olduğunu, həmin pulu marixuana üçün saxladığını bildirmişdir. O da İslama səndə 150 manat məbləğində pul necə ola bilər, banka olan borcunu ödəyə bilmirsən demişdir. Həmçinin dayısı oğlu Oruca bir həftə əvvəl zəng gəldiyini və bankın pulunu ödəmədiyini demişdir. Bu zaman İslam ona pul özünün olmadığını, həmin pulu Fərid və Fəridin yanında olan qızdan götürdüyünü bildirmişdir. Daha sonra o, yenidən İslama özündə narkotik vasitə olmadığını bildirmişdir. Həmçinin bir daha bu barədə zəng etməməsini deyərək telefonu sondürmüşdür. Həmçinin qeyd etmişdir ki, 2018-ci ildə narkotik vasitə olan marixuana tapmışdır. Həmin marixuananı evində kəsilmiş ağac budaqlarının altında saxlamışdır. Çəkisi də 100 qramdan da az olmuşdur. İslam ona zəng etdikdən sonra həmin narkotik vasitə olan marixuananı həyətində gizlətdiyi yadına düşmüşdür. Həmçinin də fikirləşmişdir ki, görəsən həmin narkotiki saxlamasını kimsə bilibmi və buna görə də ona narkotik vasitə marixuana təşkil etməsi üçün zəng gəlir. Daha sonra yaxınlaşıb həmin ağac budaqlarının altından içərisində marixuana olan sellofan torbanı axtarmış və tapdıqda torbanın cırıldığını görmüşdür. İçərisində olan marixuana isə çürümüşdür. Həmin marixuananı başqa bir qara rəngli sellofan torbaya yığmış və sonra isə İslama zəng etmişdir. İslam telefonu açdıqdan sonra İslama narkotik vasitə olduğunu, lakin çürük mal olduğunu bildirmişdir. İslam da zəng edəcəyini bildirirək telefonu söndürmüşdür. Daha sonra İslam ona zəng edərək narkotik vasitəni gətirməsini bildirmişdir. O da İslamla razılaşaraq telefonu söndürmüşdür. Lakin marixuananı İslama aparmamışdır. Həmin gün İslam ona 10 dəfə zəng etmiş o, isə İslama cavab verdikdə İslam narkotik vasitəni gətirməsini xahiş etmişdir. Bu zaman o, İslama narkotik vasitə çürüyüb istifadəyə tam yararsız olduğunu bildirmişdir. Lakin İslam yenə də gətirməsini demişdir. Həmçinin nakotik vasitə marixuananı Fəridə və Fəridin yanında olan qıza verəcəyini, bir hissəsini isə özünə çəkmək üçün götürəcəyini bildirmişdir. O, yenidən İslama həmin narkotik vasitə marixuananın çürüntü olduğunu demişdir. Həmçinin İslama “həmin narkotik vasitəni çəkincə yerdən çürüntü götürüb çəksən daha yaxşı olar” demişdir. Lakin İslam yenə də narkotik vasitəni gətirməsini xahiş etmişdir. Sonradan məlum olmuşdur ki, Fəridə narkotik almaq üçün pulu polis əməkdaşları vermiş və polis əməkdaşları onu hazır vəziyyətdə gözləmişlər. Təxminən saat 17 radələrində İslam ona mütəmadi olaraq zəng etdiyinə görə narkotik vasitəni İslama aparmaq qərarına gəlmişdir. Həmin narkotik vasitəni cibində aparmışdır. Çəkisi də 40-50 qram belə olmamışdır. Bu barədə istintaqın ilkin mərhələsində də bildirmişdir. Ona təzyiqlər edərək və döyərək imza etdirmişlər. Onu döyənlərdən biri də rəis müavini Anar müəllim olduğunu bildirmişdir. Həmçinin döyülməsi barədə rayon prokurorluğunda araşdırma aparılmışdır. Ekspert isə ona baxıb başında şiş olduğuna görə 5 manatlıq maz yazmışdır. Həmçinin eskpert başındakı şişin təhlükəli olmadığını bildirmişdir. İslam ona zəng edib narkotik vasitəni gətirməsini xahiş etdikdən sonra o, narkotik vasitəni əyninə geydiyi jiletin cibinə qoymuş və İslamın işlədiyi zavoda getmək üçün evdən çıxmışdır. İslamla görüşməyə gedərkən yolda ona bir nəfər şəxs əl edərək maşını saxlamasını istəmişdir. O, avtomaşını saxlamış və həmin şəxs əvvəldən tanıdığı Şahid3 Ramiz oğlu olduğunu görmüşdür. Şahid3 ona Qazbinə kəndində olan poçt məntəqəsindən 190 manat yardım pulunu almaq üçün gəldiyini, həmçinin ondan özünü evlərinə aparmasını xahiş etmişdir. Həmçinin yolda dostu olan Şahid2 da götürməsini xahiş etmişdir. Coşqunla birlikdə həyətlərində setka çəkəcəklərini demişdir. Həmçinin Şahid3 ona yol pulu olaraq 2 manat verəcəyini bildirmişdir. Daha sonra Coşqunu da avtomaşına götürdükdən sonra X24nun qarşısına gəlib çatdıqda İslamın zavodun qarşısında onu gözlədiyini görmüşdür. Bu zaman o, avtomaşını saxlamış, həmin vaxtı İslam da ona yaxınlaşmışdır. O, avtomaşından yerə düşmədən, narkotik vasitəni əli ilə İslama uzatmış, İslam da ona 150 manat pulu vermişdir. Həmçinin İslam narkotik vasitəni kurtkasının iç cibinə qoymuşdur. Həmin cibə heç 100 qram da narkotik vasitə yerləşməzdir. O, İslamın verdiyi pulu cibinə qoymamış və avtomaşında başqa yerə qoymuşdur. Qeyd etmişdir ki, o, İslama çürüntü vermişdir. Heç bir ekspert də deyə bilməzki həmin kütlə çürüntüdür yaxud narkotik vasitədir. Kərpic zavodun qarşısından 30 metr kənarda rəis müavini Şahid8 dayanmışdır. İslama narkotik vasitəni verib kərpic zavodundan 150 metr uzaqlaşdıqda polislər onu saxlamış, bu zaman o, müqavimət də göstərməmiş, həmin vaxtı onu yerə yıxmışlar və əllərini arxaya tutaraq maşınında axtarış aparmışlar. Daha sonra isə ondan İslama nə verdiyini soruşmuşlar. O da İslama 100 qram çürüntü verdiyini bildirmişdir. Bundan sonra isə həmin polis əməkdaşları zəng etmişlər və həmin yerə başqa polis əməkdaşları da gəlmişdir. Daha sonra onları kərpic zavodunun qarşısına gətirmişlər. Həmin vaxt o, tutulduğu yerdən İslamı görmüşdür. Polis əməkdaşları İslamla onu eyni vaxtda tutmuşdurlar. O, kərpic zavodun qarşısına avtomaşında yer olmadığı üçün Coşqunu Fəridin “vaz 2107” markalı avtomaşınına mindirmişlər. İslam ondan narkotik vasitəni götürüb Fərid və Fəridin yanında olan qıza verərkən polis əməkdaşları İslamı tutmuşlar. Sonra isə onları polis şöbəsinə gətirmişlər. Daha sonra onu polis şöbəsinin pilləkənlərindən yuxarı qaldırmışlar və rəis müavini Şahid8 otağına aparmışlar. Həmin vaxt polis rəisi rəis müavini olan Şahid8 otağında olmuşdur. Pilləkənləri tam qalxmamışdan əvvəl polis əməkdaşlarından bir nəfər ona yaxınlaşaraq 150 manat pulun harada olduğunu soruşmuşdur. Həmçinin pulun özünün halal pulu olduğunu bildirmişdir. Bu zaman onun cibində 151 manat pul olmuşdur. Həmin pulun 150 manatını həmin şəxsə vermişdir. Daha sonra isə Şahid8 xidməti iş otağına daxil olmuşdur. Orada polis rəisi ondan nə məsələ olduğunu soruşmuşdur. O da 150 manata Təqsirləndirilən şəxs2 100 qram çürüntü satdığını demişdir. Bu zaman rəis ona yaxınlaşaraq mədə nahiyyəsindən vurmuşdur. Daha sonra o, narkotik vasitəni, yəni çürümüş istifadəyə yararsız çürüntünü 150 manata İslama satdığını bildirmişdir. Bu zaman Şahid8 narkotik vasitəyə yaxınlaşaraq narkotik vasitəni iyləşmiş və arxaya tərəf getmişdir. Çünki tamamilə çürüdüyündən pis iy gəlmişdir. Daha sonra isə onu aşağı aparmışlar. Təhqiqatçı tərəfindən yazı yazılmış və təhqiqatçı ona yazdıqlarına imza etməsini bildirmişdir. O da imza etməyəcəyini demişdir. Bundan sonra onu rəis müavini Anar müəllimin yanına aparmışlar. Anar müəllim onu imza etmədiyinə görə yerə yıxıb döymüşdür. Daha sonra isə onu şöbənin zirzəmisinə salmışlar. O, padvala düşdükdə padvalda Fərid, Fəridin yanında olan qız, Rövşən və Coşqun da orada olmuşdur. Bu zaman Fərid və yanında olan qız ona yaxınlaşaraq bu işdə onların günahı olmadığını demişlər. Onlara pulu Balakən rayon Mahamalar kəndində olan Nurlan adlı şəxs verdiyini bildirmişdir. O da günah özünə olduğunu, İslama 100 qram çürüntü satdığını demişdir. Daha sonra o, imza etməyə razı olmuş və gələcəkdə isə bu işdən əl çəkməyəcəyini bildirmişdir. Həmçinin İslama 100 qram çürüntü satdığını bir daha bildirmişdir. İfadəsinin davamında göstərmişdir ki, polis əməkdaşları avtomaşınına gecə saat 12 radələrində baxış keçirmişdir. Həmin vaxtı ona avtomaşınına narkotik vasitə qoyacaqlarını bildirmişlər, həmçinin polis əməkdaşları bildirmişlər ki, avtomaşına onda olan çürüntünün bir az hissəsini qoyacaqlar ki, fakt olsun həmin çürüntü onundur. Sonra isə avtomaşına baxdıqda avtomaşında olan narkotik çürüntü deyil başqa narkotik olduğunu görmüşdür. Baxış keçirilən zaman avtomaşınında narkotik vasitə olmasını demişdir. Həmçinin polislər ona avtomaşında narkotik vasitə yaxudda onda olan çürüntünün olmasının heç bir fərqi olmadığını, hamısı eyni olduğunu demişlər. Qeyd etmişdir ki, kərpic zavodun qarşısında saxlanılarkən onun avtomaşnında bir dəfə axtarış olmuşdur. Sonra isə polis şöbəsinə gəldikdən sonra yenə də avtomaşınında baxış olmuşdur. Daha sonra isə yaşadığı evdə axtarış keçirilmişdir. Gecə saat 12 radələrində isə yenidən avtomaşınına baxış keçirilmiş, baxış zamanı avtomaşınının arxa oturacaq hissəsindən marixuana aşkar edilmişdir. Həmçinin digər 1 kiloqram 680 qram olan narkotik vasitəni ümumiyyətlə o, görməmişdir. Həmin narkotiki kim qablaşdırdığını və necə hazırlandığını isə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 150 manata satdığı narkotik vasitə toz halında, çürük və yararsız olduğu üçün həmin qiymətə satmışdır. Həmin narkotiki də pula ehtiyacı olduğu üçün 150 manat müqabilində satmış, lakin həmin narkotik vasitəni əvvəllər saxlayarkən hər hansı bir məqsədi olmamışdır. Narkotik vasitə marixuananı satmaq fikri olsaydı 2 ildə satardı. 2 il həmin narkotik vasitə onda olmuşdur. Maddi vəziyyəti ağır olduğundan, neçə aydır iş olmadığından və dövlət tərəfindən kasıblara və işsizlərə ayrılmış 190 manat məbləğində pulu ala bilmədiyindən, bu işə getmişdir. Həmçinin qeyd etmişdir ki, İslama 100 qrama yaxın narkotik vermiş və bunun müqabilində də İslamdan 150 manat pul almışdır. Həmin narkotik də normal şəkildə istifadə ediləcək vəziyyətdə olmamış və çox hissəsi istifadəyə yararsız olmuşdur. Həmçinin qeyd etmişdir ki, İslamın telefon nörməsindən ona həmin gün 10 dəfə zəng gəlmişsə, həmin rəqəmdən daha çox Fəridə zəng etmişdir. Ona məxsus olan avtomaşına videoçəkiliş aparılan zaman o, maşının oturacaqlarının arxasından sellofan torbada olan qurudulmuş marixuanaya bənzər bitki kütləsini çıxardıb təqdim etmişdir. Həmin vaxtı polis əməkdaşları ona özlərində fakt olması üçün həmin narkotik onun olmasını bildirmişlər. Həmin gün maşınına gündüz 2 dəfə baxış keçirilmiş lakin avtomaşından narkotik vasitə çıxmamışdır. Gecə saat 12 radələrində baxış keçirilən zaman isə polislər özləri həmin narkotik vasitəni avtomaşına qoymuşdurlar. Bir daha qeyd etmişdir ki, həmin narkotik onun deyil, ona sadəcə olaraq təzyiq edilərək narkotik özünün olduğunu etiraf etməsini bildirmişlər. O, heç vaxtı maşınında narkotik saxlamamışdır. Həmçinin əvvəllər narkotik vasitə satışı ilə məşğul olmamış və narkotik vasitədən istifadə etməmişdir. Onun sonuncu məhkumluğu qanunsuz olaraq narkotik vasitə saxlamağı ilə bağlı olmuşdur. İslam da məhz buna görə ona zəng edərək ondan narkotik vasitə istəmişdir. Həmçinin narkotik vasitəni evində gündəlik ərzaq məhsullarını şəkəri, qəndi çəkmək üçün saxladığı tərəzi vasitəsi ilə çəkmişdir. Çəkməsə belə çəkisini təxmini bilmişdir. Həmin narkotik vasitəni isə dəmiryolu adlanan ərazidən gedən yolda olan akasiyalıq adlanan yerdən yaşadığı evinə odun tədarük edib gətirmək üçün getdiyi zaman oradan tapmışdır. Qeyd olunanlara əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs1 özünü CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə Balakən rayon Mahamalar kəndində yaşayır və fərdi əməklə məşğuldur. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 177.2.1, 177.2, 177.2.3-cü maddələri ilə məhkum edilmiş, halhazırda məhkumluğu yoxdur. Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 tanıyır və həmçinin onun qohumudur. Təqsirləndirilən şəxs2la heç bir düşmənçiliyi və ədavəti yoxdur. Narkotik vasitə olan marixuanadan istifadə etmir, yəni çəkən deyildir. 2018-ci ilin fevral ayında evinə odun gətirmək üçün özünə məxsus olan idarə etdiyi VAZ 21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonu ərazisində olan Dəmiryol adlanan əraziyə “akasiyalıq” adlanan yerə evinə tədarük olaraq odun gətirmək üçün getmişdir. Oradan odun yığıb evə qayıtmaq istədiyi zaman həmin yerdə olan zibillikdə 1 ədəd ağ rəngli kisə görmüşdür. Həmin kisəyə baxdıqda isə içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Bu zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin ağ rəngli kisəni maşınına qoyub yaşadığı evinə gətirmişdir. Lakin, həmin narkotik vasitə olan qurudulmuş marixuananı evinə gətirməkdə hər hansı dəqiq bir məqsədi olmamışdır. Daha sonra kisədə olan narkotiki ağ rəngli sellofan torbaya boşaldıb evin həyətində olan istifadə edilməyən odun qırıqlarının alt hissəsində saxlamışdır. Həmin gündən sonra isə orada narkotik saxladığı yadından çıxmışdır. 24.04.2020-ci il tarixdə evinin həyətində işləyərkən 2018-ci ildə odun qırıqlarının altında saxladığı 1 ədəd ağ rəngli sellofan torbada olan narkotik vasitə nəşəni tapmışdır. Həmin sellofan torbanı oradan çıxardıb baxdıqda narkotik nəmli vəziyyətdə olduğunu və istifadəyə yararsız olduğunu görmüşdür. Bundan sonra həmin sellofan torbanın ağzını açıb narkotiki günün altında sərib qurutmuşdur. Daha sonra isə həmin gün də narkotiki qara rəngli sellofan torbaya yığıb həmin odun qırıqları olan yerdə saxlamışdır. 27.04.2020ci il tarixdə evdə olduğu zaman tanışı İslam ona zəng edərək 100 qram narkotik vasitə ola nəşə lazım olduğunu demişdir. O da İslama evin həyətində narkotik vasitə nəşə saxladığını, lakin istifadə etmək üçün bir o qədərdə yararlı olmadığını, əgər istəsə 150 manata ona sata biləcəyini demişdir. İslam da ona əlində 150 manat pulu olduğunu və "gəl görüşək sənə verim" demişdir. Bu zaman o, İslama harada olduğunu soruşmuş, İslam da kərpic zavodunun qarşısında olduğunu demişdir. X19 Kərpic zavodunda fəhlə işlədiyini bilir. Buna görə də evdən özünə məxsus olan VAZ 21011 markalı avtomaşınla çıxıb kərpic zavodunun qarşısına İslam ilə görüşmək üçün getmişdir. Kərpic zavodunun yanına çatdıqda İslama zəng etmiş və İslam zavoddan çıxaraq onun yanına gəlmişdir. Həmin vaxt o, maşından düşməyərək qara rəngli sellofan torbaya yığıb saxladığı narkotik vasitə qurudulmuş marixuana olan torbanı İslama vermiş, İslam da ona həmin narkotik vasitə nəşənin əvəzinə 150 manat pul verərək narkotik vasitə nəşəni əynindəki gödəkçənin içəri cibinə qoyaraq getmişdir. Bundan sonra o, həmin yerdən idarə etdiyi avtomaşınla geri qayıtdığı zaman yolda 4 nəfər polis əməkdaşları maşın ilə onu saxladaraq özlərini təqdim etmiş və onu avtomaşını ilə birlikdə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Balakən Zaqatala rayonlarında fəaliyyət göstərən vəkillərin siyasından seçdiyi Ceyhun Daanovun iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə yaxud da qanunsuz əşya tapılmamışdır. Üzərində şəxsi axtarış aparılan zaman o, vəkil və polis əməkdaşlarının yanında idarə etdiyi maşınında narkotik saxladığını bildirmişdir. Üzərində şəxsi axtarış aparılandan sonra polis əməkdaşları və vəkilin iştirakı ilə polis şöbəsinin müvəqqəti duracağında olan idarə etdiyi VAZ 21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı o, maşının arxa oturacağının arxasında olan 1 ədəd ağ rəngli sellofan torbada olan narkotiki çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 14,27 qram təşkil etmişdir. Sellofan torbada olan həmin narkotik vasitə sellofan torba ilə birlikdə 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Həmçinin eskpertin rəyindən sonra avtomaşında aşkar edilmiş narkotik vasitə qurudulmuş marixunanın təmiz çəkisi 14,22 qram olduğu ona məlum olmuşdur. Daha sonra polis əməkdaşları onun, vəkili Ceyhun Daanovun və həmçinin bir neçə polis əməkdaşlarının iştirakı ilə Balakən rayon Mahamalar kəndindəki evinə baxış keçirmişlər, lakin yaşadığı evdən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Həmçinin qeyd etmişdir ki, maşında aşkar olunan 1 ədəd sellofan torbada olan narkotik onun deyildir. Sadəcə olaraq polis əməkdaşları ona təzyiq göstərdikləri üçün üzərində şəxsi axtarış aparılan zaman maşınında narkotik saxladığını bildirmişdir. Lakin onun həmin narkotikdən xəbəri olmamışdır. Ancaq İslama narkotik satdığını etiraf edir. Həmin narkotik vasitəni İslama satmağının müqabilində İslamdan 150 manat məbləğində pul almışdır. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 həmin narkotiki pula ehtiyacı olduğu üçün 150 manat müqabilində satmışdır. Lakin həmin narkotik vasitəni əvvəllər saxlayarkən hər hansı bir məqsədi olmamışdır. Həmçinin qeyd etmişdir ki, İslama 100 qrama yaxın narkotik vermişdir və bunun müqabilində də İslamdan 150 manat pul almışdır. Həmin narkotik də normal şəkildə istifadə ediləcək vəziyyətdə olmamış, çox hissəsi istifadəyə yararsız olmuşdur. Avtomaşınınında videoçəkiliş aparılan zaman oturacaqların arxasından çıxarıb təqdim etdiyi sellofan torbada olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi onun deyildir, ona sadəcə olaraq təzyiq edilmiş və narkotik özünün olduğunu etiraf etməsi deyilmişdir. O, maşınında heç vaxt narkotik saxlamamışdır. Təqsirləndirilən şəxs2 isə satdığı qurudulmuş marixuananın çəkisi 100 qram narkotik vasitə marixuana olmuşdur. Həmin narkotik isə 2 il bundan əvvəl tapıb evinin həyətində odun parçalarının altında gizlətdiyi narkotikdir. Həmçinin həmin narkotik nəmli və istifadəyə yararsız olduğu üçün İslama 150 manata satmışdır. Lakin o, İslama 1 kiloqram 680 qram narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs2 150 manata satdığı narkotik vasitə marixuananın çəkisini təxmini 100 qram hesab edir.Həmin narkotik vasitəni İslama verərkən özünün evdə olan tərəzisi ilə çəkmişdir. Həmin narkotik vasitə sellofan torba ilə birlikdə 100 qram olmuşdur. Əvvəllər isə İslama narkotik vasitə satmamışdır. İslam onu əvvəldən tanıdığı üçün ona etibar edərək zəng edib ondan narkotik vasitə istəmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 zəng edib ondan 150 manat dəyərində narkotik vasitə marixuana istəmiş, amma onunla 100 qram narkotik vasitə almaqla bağlı razılığa gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 başqa narkotik vasitəsinin olmadığını və həmin malın da çürüntü olduğunu bildirmişdir. 100 qram narkotik vasitə də balaca bükümdə - torbada ortaya gəlib çıxmıışdır. Həmin narkotik vasitə çürüntü olmuş, yəni həmin narkotik vasitənin yüzdə yetmiş-səksən faizi istifadəyə yararsız olmuşdur. Amma məcburi şəkildə onlara 1 kiloqram 700 qram narkotik vasitəyə qol çəkdirmişlər, halbuki onlardan o qədər narkotik vasitə aşkar olunmamışdır. Hadisə ilə bağlı isə bildirmişdir ki, iş yerində, yəni zavodda olan zaman Təqsirləndirilən şəxs1 zəng etmişdir. Belə ki, qohum olduqlarına görə ona etibar etmişdir. Onda narkotik vasitə marixuana olub-olmadığını dəqiq bilməmiş, sadəcə olaraq soruşmaq məqsədilə ona zəng etmişdir. Təqsirləndirilən şəxs1 bir neçə dəfə zəng edərək ona narkotik vasitə lazım olduğunu bildirmişdir. Belə ki, Şahid1 ona zəng edərək 150 manat pulu olduğunu bildirmiş və ona narkotik vasitə tapa bilib-bilməyəcəyimi soruşmuşdur. Özü narkotik vasitə istifadəçisi olmuş, Şahid1 isə onun uşaqlıq dostu olmuşdur. Onun Fəridə narkotik vasitə satmaq məqsədi olmamış, nə də ki, hər hansı maddi marağı olmamışdır. Sadəcə olaraq Fərid zəng edib onu bezdirmişdir ki, 150 manat pulu var, ona narkotik vasitə tap. Buna görə də, o, Təqsirləndirilən şəxs1 zəng edərək 150 manat pulunun olduğunu, ona narkotik vasitə lazım olduğunu bildirmiş və ondan narkotik vasitə tapa bilib-bilməyəcəyini soruşmuşdur. O isə ilk əvvəl imtina etmiş və narkotik vasitə satmadığını bildirmişdir. Bir neçə dəfə zəng etdikdən sonra Təqsirləndirilən şəxs1 onunla razılaşmışdır. O, Elşənə 150 manat pulun onda olduğunu bildirmiş. O, isə bir qədər vaxtdan sonra özünün zəng edəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 ona zəng etmədiyi üçün yenidən özü ona zəng etmiş və pulun üstündə olduğunu bildirərək narkotik vasitəni gətirə bilibbilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 özü zəng edən zaman zavodun qabağına çıxmağımı bildirmişdir. Həmin vaxt pul onun üstündə olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 ona zəng etdmiş və o, zavodun qabağına çıxmışdır. Sağ tərəfdən maşının ön qapısına yaxınlaşmış, avtomobilin şüşəsi aşağıda olmuşdur. Salamlaşan vaxt narkotik vasitəni ovcunun içində götürmüş və həmin vaxt əynində olan gödəkçənin cibinə qoyaraq qaçıb zavoda girmişdir. Zavodun həyətinə girən kimi Fərid ona zəng etmiş və zavodun qabağında olduğunu bildirmişdir, belə olub dərhal geri qayıdaraq çölə çıxmışdır. Qapıdan çıxıb bir az aşağı getmək istəyərkən polis əməkdaşları onu saxlamışdır. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, narkotik vasitə tapmağı ondan Şahid1 istəmiş, hətta 150 manat pulu da ona Şahid1 vermiş, hadisə vaxtı onunla birlikdə Şahid1 və onun yanındakı qız, habelə Təqsirləndirilən şəxs1 maşınında olan Coşqun və Rövşən də saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Onun Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitənin çəkisi 100 qrama yaxın olmuş, lakin polis şöbəsində həmin qara sellofan torbanın çəkisi artırılmış, 1 kq 700 qr olmuşdur. Qorxusundan polis əməkdalarının dedikləri ilə razı olmağa, onların təqdim etdiyi sənədlərə qol çəkməyə məcbur olmuşdur. Narkotik vasitənin alğı-satqısı ilə bağlı Təqsirləndirilən şəxs1 ilk dəfə 27.04.2020-ci il tarixdə zəng etmiş, daha sonra durmadan Təqsirləndirilən şəxs1 bir neçə dəfə zəng etmişdir. Elə olmuşdur ki, həmin zənglər zamanı Təqsirləndirilən şəxs1 onun zəngimə cavab vermiş, ya da zənginə cavab verərək özünün zəng edəcəyini bildirmiş, yəni Elşən ona tam dəqiq heç nə deməmişdir. O, təxminən 7-8 dəfə zəng etdikdən sonra Təqsirləndirilən şəxs1 artıq onun əl çəkmədiyini görüb ən sonuncu dəfə pulun onun özündə olub-olmaması ilə maraqlanmış, o da Elşənə pulun cibində olduğunu, 150 manat pul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə olduğunu, həmin narkotik vasitənin çürüntü olduğunu, istifadəyə yararsız olduğunu bildirmiş, o isə Elşənə həmin narkotik vasitəni gətirməsini, istifadə edəcəyini bildirmişdir. Həmin telefon danışığından sonra Təqsirləndirilən şəxs1 narkotik vasitəni gətirmişdir. Əvvəllər bu formada ifadə verməyə qorxmuş, hazırda isə həqiqəti danışmışdır. Odur ki, məhkəmədə verdiyi ifadəsinin həqiqət olduğunu qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, hal-hazırda Balakən rayon ərazisində yerləşən Kərpic zavodu MMC-də operator vəzifəsində işləyir, 2-ci qrup əlildir və həmçinin uzun müddətdir ki, narkotik istifadəçisidir. 27.04.2020-ci il tarixdə günorta saatlarında özünə çəkmək üçün narkotik lazım olduğuna görə tanışı Təqsirləndirilən şəxs1 zəng etmişdir. Elşənlə telefonda danışdığı zaman narkotik tapmasını xahiş etmiş, həmçinin pulunu da verəcəyini demişdir. Elşən isə ona telefonda dəqiq bir söz deməyərək xəbər edəcəyini və telefonunun açıq olmasını bildirmişdir. Bundan əlavə o, Elşənlə telefonda danışdığı zaman cəmi 150 manat pulu olduğunu və ona verə biləcəyini demişdir. Bir qədər keçdikdən sonra Elşən ona zəng edib cibində həmin pulun olub-olmadığını soruşmuş, o, isə Elşənə pul üstündə olduğunu demişdir. Həmçinin Elşənə işdə olduğunu, çıxa bilmədiyini, Kərpic zavodunun qarşısına gələrək narkotiki ona verməsini və pulu da orada verəcəyini bildirmişdir. Bundan bir qədər sonra Elşən ona zəng edərək kərpic zavodunun qarşısında onu gözlədiyini demişdir. Buna görə də o, zavodun qarşısına çıxmış və Elşənin idarə etdiyi VAZ 21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla zavodun qarşısında dayandığını görmüşdür. Həmin vaxtı o, maşına yaxınlaşmış, Elşən də maşından düşməyərək içərisində narkotik olan olan qara rəngli sellofan torbanı ona vermişdir. O da həmin torbanı götürüb işlədiyi zavoda tərəf getməyə başlamışdır. Həmçinin həmin vaxtı o, Elşəndən götürdüyü narkotik vasitə olan marixuananı tərəzi vasitəsilə çəkməmişdir. Lakin torbada olan nəşənin çəkisi ağır olmuşdur. Narkotik vasitə olan nəşəni götürdükdən sonra 150 manatı Elşənə vermiş və Elşən oradan çıxıb getdikdən sonra o da əlindəki torba ilə zavoda daxil olmaq üçün giriş qapısına tərəf getmişdir. Həmin vaxtı 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Balakən Zaqatala rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısından seçmiş olduğu vəkil Məlahət Emçiyevanın iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zaman əlində olan 1 ədəd qara rəngli içərisində narkotik vasitə nəşə olan sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torba narkotik ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 1,71 kq təşkil etmişdir. Daha sonra həmin narkotik sellofan torba ilə birlikdə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra polis əməkdaşları onun və vəkili X8, həmçinin bir neçə polis əməkdaşlarının iştirakı ilə ünvan 6 ünvanındakı evinə baxış keçirmişlər. Lakin yaşadığı evdən hər hansı bir narkotik vasitə və qadağan edilmiş əşya aşkar edilməmişdir. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 aldığı 1 ədəd sellofan torbada olan qurudulmuş marixuanaya bənzər bitki kütləsini narkotik istifadəçisi olduğuna görə özü çəkib istifadə etmək üçün almışdır. Lakin həmin narkotiki Elşəndən aldığı zaman çəkisini bilməmişdir. Polis şöbəsində isə Elşəndən aldığı narkotikin çəkisi 1,71 kq olduğunu bilmişdir. Həmçinin məhkəmə bioloji eskpertizasının rəyindən sonra isə Elşənin ona 150 manata satdığı nəşənin çəkisi 1 kiloqram 680 qram olduğu ona məlum olmuşdur. Həmçinin qeyd etmişdir ki, Elşən onunla görüşməzdən əvvəl telefonda danışdıqları zaman ona gətirəcəyi narkotik 2 il bundan əvvəl qalan istifadəyə yarasız nəmli qalmış narkotik olduğunu demişdir. Buna görə də Elşənlə telefonda danışdıqları zamanı əgər elədirsə həmin narkotikin içərisindən yararlı hissələrini özü ayırıb istifadə edərək geri qalanını da tullamaq qərarına gəlmişdir. Həmin məqsədlə də Elşənin ona verdiyi qara rəngli sellofan torbada olan narkotikin müqabilində Elşənə 150 manat pul vermişdir. Həmçinin o, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Polis şöbəsində isə ona hər hansı bir fiziki qüvvə tətbiq edilməmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində əlavə olaraq dindirilmiş Təqsirləndirilən şəxs2 verilmiş ittihamla özünü təqsirli bilərək, həmçinin istintaq zamanı şübhəli və təqsirləndirlən şəxs qismində dindirilərkən vermiş olduğunu ifadlərini təsdiq edərək göstəmişdir ki, Təqsirləndirilən şəxs1 27 aprel 2020-ci il tarixdə narkotik vasitə alarkən avtomaşının içərisinə tam olaraq baxmamışdır. Yəni avtomaşının içərisində sərnişin olub olmamasına fikir verməmişdir. Həmin vaxtı orada Təqsirləndirilən şəxs1 tələsik bir şəkildə yaxınlaşmış və narkotik vasitəni Elşəndən götürüb pulu verərək uzaqlaşmışdır. Lakin Təqsirləndirilən şəxs1 narkotik vasitəni alarkən həmin narkotik vasitənin çəkisini çəkməmişdir.Həmin narkotik vasitənin çəkisinin nə qədər olmasına çəkib baxmamışdır. Sadəcə olaraq Elşənə 150 manat pulunun olduğunu və narkotik vasitə lazım olduğunu demişdir. Elşən də ona 150 manatın əvəzində narkotik vasitə gətirmişdir. O da 150 manatı Elşənə vermiş və narkotik vasitəni ondan almışdır. Həmçinin həmin narkotik vasitəni öz istifadəsi üçün almışdır. Şahid1 isə onun uşaqlıq dostudur. Fərid onun işlədiyi kərpic zavodun qarşısına ondan borc pul istəmək üçün gəlmişdir. Elşənin isə yalan dediyini bildirmiş, Fəridin onun Elşəndən aldığı narkotiklə bağlı heç bir əlaqəsi olmamışdır. Həmçinin Fərid onun Elşəndən narkotik vasitə alması barədə xəbəri olmamışdır. Həmçinin bir daha qeyd etmişdir ki, Fərid ondan borc pul istəmişdir. Buna görə də aralarında mütəmadi olaraq telefon danışığı olmasının səbəbi Fəridin ondan borc pul istəməsi olmuşdur. Həmçinin o, polis tərəfindən saxlanılmamışdan əvvəl də Fərid ona mütəmadi zəng edib pul istəmişdir. Onun Fəridlə aralarında olan telefon danışığının Elşəndən aldığı narkotiklə bağlı heç bir əlaqəsi olmamışdır. Fəridlə həmçinin həmkəndlidirlər və 8-9 ildir ki, dostluq edirlər. Həmçinin qeyd etmişdir ki, Fəridə narkotik vasitə verməmiş və narkotik vasitə vermək fikri də olmamışdır, Fəridə narkotik vasitə verəcəyi barədə heç bir sövdələşməsi olmamışdır.Həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitə alması barədə Şahid1 xəbəri olmamışdır.Fəridlə uzun illlərdir ki, dosdurlar. Buna görə də Fərid 2-3 gün olar di ki, ondan borc pul istəmişdir. O da Fəridə pul tapıb verəcəyini bildirmişdir. Buna görədə Fərid ona gün ərzində mütəmadi olaraq zəng etmişdir. O da Fəridə pul tapanda xəbər edəcəyini demişdir. Yəni zaovoddan alacağı pulu aldıqda Fəridə zəng edəcəyini bildirmişdir. O, polislər tərəfindən saxlanılarkən Fərid onun işlədiyi kərpic zavodun qarşısına gəlmişdir. Lakin o, Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürərkən Fərid ondan kənarda olmuşdur. Həmçinin Fərid onun Təqsirləndirilən şəxs1 nə götürdüyünü belə bilməmişdir. Əlavə olaraq göstərmişdir ki, Elşən yalan deyir və Şahid1 böhtan atır. Fərid həmin gün və ondan iki üç gün əvvəldən ondan borc pul istəmişdir. Həmçinin Fərid ona sevdiyi qızla gəzməyə gedəcəklərini və idarə etdiyi avtomaşının nasaz yerini düzəltdirəcəyini bildirmişdir. Buna görə ondan 50 manat pul istəmişdir. Həmçinin də mütəmadi olaraq ona zəng etmişdir. O da Fəridə imkan daxilində pul tapacağını demişdir. Həmin vaxt da, yəni Elşəndən narkotiki aldığı vaxtlarda Fərid ondan borc pul götürmək üçün zavodun qarşısına gəlmişdir. Bir daha qeyd etmişdir ki, o, narkotik vasitə marixuanadan istifadə edir. Buna görə də Elşəndən öz şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Üzərində olan 150 manat pul isə maaşından qalan pul olmuşdur. Həmin pulu da narkotik vasitə marixuana almaq üçün saxlamışdır. Əlavə olaraq bir daha bildirmişdir ki, Elşən yalan deyir. O, maaşından saxladığı həmin pulu marixuana istifadə etdiyi üçün marixuana almaq üçün saxlamışdır. Ona Fərid yaxud da başqa bir şəxs Elşəndən narkotik vasitə alması üçün pul verməmişdir. O, Elşənə özü üçün narkotik alacağını deməmişdir. Fəridin və onun yanında olan adını belə bilmədiyi, lakin Fəridin sevgilisi olan qızın onun Elşəndən narkotik vasitə almağı barədə xəbəri olmamışdır. Həmin narkotik vasitəni özü istifadə etmək üçün almışdır. 27 aprel 2020-ci ildə Elşəndən narkotik vasitə alarkən saat 17 radələrində saxlanılmış, saxlanıldıqdan dərhal sonra polis şöbəsinə gətirilmişdir. Tutulma vaxtı isə 17:30 radələri olmuşdur. Qeyd etmişdir ki, 17:30 radələrində şübəhli kimi tutulmuş, lakin saxlanıldığı vaxt saat 17 radələri olmuşdur. Hansı dəqiqədə olmasını isə deyə bilmir. Saxlanılqdıqdan dərhal sonra polis şöbəsinə gətirilmiş və dərhal da üzərində olan sellofan torba elektron tərəzi vasitəsi ilə çəkilib və çəkisinin 1,71 kiloqram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə aldığı zaman həmin narkotiki gödəkçəsinin içəri hissəsinə, yəni qolu ilə bədəninin arasına qoymuşdur. Həmin vaxtı isə orada kimin, yaxud da hansı avtomaşının olması barədə heçnə deyə bilmir və yadında qalmamışdır. İstintaq zamanı verdiyi ifadələrində dəfələrlə qeyd etmişdir ki, ona heç kim pul verməyib yaxud da Fərid ona pul verməmişdir. Təqsirləndirilən şəxs1 dedikləri şər böhtandır. O, öz pulu ilə 150 manat məbləğində pulla Elşəndən narkotik vasitə almışdır. Fərid isə ondan sevgilisi olan qızla gəzmək üçün, həmdə ki, avtomaşınını düzəltdirmək üçün 50 manat borc pul almaq üçün gəlmişdir. Elşənin dedikləri yalan və şərdir böhtandır. Həmçinin Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün necə böhtan atsın şər etsin bilmir. Elşənə verdiyi 150 manat pul onun özünə məxsus olmuşdur. Həmçinin qeyd etmişdir ki, Nurlan adlı şəxs tanımır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 27.04.2020-ci il tarixdə şöbədə işdə olan zaman şübhəli şəxs kimi saxlanılan iki nəfər şəxsin üzərinə baxışda iştirak etmək üçün dəvət edilmişdir. İlk olaraq polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərə video çəkilişlə baxış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli sellofan torbanı təqdim etmiş və həmin torbaya baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması aşkar edilmişdir. Həmin bitki kütləsi elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 1,71 kiloqram olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 həmin bitki kütləsini Təqsirləndirilən şəxs1 adlı şəxsdən 150 manat məbləğində pul verməklə öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi sellofan torba ilə birlikdə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs1 üzərindən hər hansı narkotik vasitə yaxud qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan başqa 27 aprel 2020-ci ildə saat 20 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan Vaz 21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşına polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 avtomaşında narkotik vasitə saxladığını və avtomaşına yaxınlaşaraq avtomaşının arxa oturacağında gizlətdiyi bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Hazırda həmin bitki kütləsinin çəkisi yadında qalmasa da, onun çəkisi elə də çox olmamışdır. Həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs1, onun müdafiəçisinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 yaşadığı Balakən rayon Mahamalar kəndində yerləşən yaşayış evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərkən yaşayış evindən hər hansı narkotik vasitə, qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra həmin tarixdə Təqsirləndirilən şəxs2 və onun müdafiəçisinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 yaşadığı Balakən şəhərində yerləşən yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdən hər hansı narkotik vasitə və ya qadağan edilmiş predmet aşkar edilməmişdir. Məhkəmə iclasında sualları cavablandırarkən polis şöbəsində hər iki təqsirləndirilən şəxsə qarşı təsir və təzyiq olunmadığını, Təqsirləndirilən şəxs1 məxsus avtomobilə polis əməkdaları tərəfindən narkotik vasitənin qoyulmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid10 ifadəsində göstərmişdir ki, özü Yol Patrul Xidmətinin əməkdaşıdır. Hazırda xəstəlik keçirdiyindən iştirak etdiyi əməliyyat tədbirini xatırlamır. Lakin yadında qalan odur ki, xidmət yoldaşı Şahid9 narkotiklə bağlı məlumat daxil olduğu üçün efirə çıxaraq bu barədə məlumat veermiş və daha sonra onlar Balakən şəhərində Kərpic zavodun yaxınlığında şübhəli avtomobilin saxlanılması əməliyyatı keçirilərkən orda iştirak etmişlər. Hadisəyə dair isə hazırda dəqiq heç nə xatırlamır. Şahid10 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə hadisəyə dair heç bir hal müəyyən edilmədiyindən, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid10 göstərmişdir ki, hazırda Balakən Rayon Polis X30 X23 Partul Xidmətinin inspektoru vəzifəsində işləyir. 27 aprel 2020-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospektində Balakən rayon polis X30 polisi bölməsinin xidməti Kia markalı, **-YP-*** nömrəli avtomobili ilə Konserv Zavodunun yaxınlığında yerləşən dairədə YPX-nin inspektoru Şahid9lə birlikdə xidmət apardıqları zaman Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz-21011 markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospektilə “X24” istiqamətində hərəkətdə olduğunu görmüşlər. Şahid9 Təqsirləndirilən şəxs1 narkotik vasitə satışı ilə məşğul olması barədə bir neçə dəfə müxtəlif yerlərdə eşitdiyini bildirmiş və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə hansı istiqamətə getməsini müşahidə etmək üçün arxasınca baxmışdır. Təqsirləndirilən şəxs1 avtomobillə “X24” istiqamətində hərəkət etdiyini gördüyü üçün Təqsirləndirilən şəxs1 narkotik ticarəti ilə məşğul olmasını, avtomaşınında və üzərində narkotik vasitə gəzdirməsini, həmçinin narkotik vasitə satışı üçün həmin yerə getdiyini düşünüb əsaslı şübhələri yarandığına görə Təqsirləndirilən şəxs1 xidməti avtomobillə izləmək qərarına gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ardınca hərəkətə başladıqdan sonra dərhal bu barədə xidməti radio rabitə vasitəsi ilə ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat vermiş və həmin istiqamətdə gəlmələrini bildirmişdir. Bundan sonra Şahid9 idarə etdiyi avtomobili Elşənin idarə etdiyi avtomobilin ardınca sürərək Təqsirləndirilən şəxs1 avtomobilini uzaqdan müşahidə etməyə başlamışdır. Həmin vaxt rəis müavini Şahid8 CAB-ın əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 ilə birlikdə, həmçinin ərazidə xidmət aparan RPŞ-nin PPX tağımının polis nəfərləri, polis serjantları Şahid11 və Şahid12 onların yanına gəlmişlər. Bu zaman onlar Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili “X24”nun qarşısında saxladığını və bir nəfər şəxs, sonradan adının Təqsirləndirilən şəxs2 olması məlum olan şəxs Təqsirləndirilən şəxs1 avtomobilinə yaxınlaşdırğını görmüşdürlər. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 nə isə verdiyini və ondan nə isə götürdüyünü, daha sonra isə Təqsirləndirilən şəxs2 onların istiqamətində, Təqsirləndirilən şəxs1 isə avtomobilini hərəkət etdirərək digər istiqamətə getməsini müşahidə etmişlər. Bu zaman onlar dərhal avtomobilləri ilə hərəkətlərini davam etdirərək irəli sürmüşlər. Daha sonra isə o, Şahid9 və PPX əməkdaşları xidməti avtomobillərini İslamın yanında saxlamış və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq onu saxlamışlar. Həmin vaxt rəis müavini Şahid8, əməliyyat müvəkkilləri Şahid6la və Şahid7lə birlikdə hərəkətlərini davam etdirib özünə məxsus avtomobillə uzaqlaşan Təqsirləndirilən şəxs1 ardınca gedərək onu da saxlamışlar. Daha sonra o, Şahid10, Şahid11 və Şahid12lə köməkləşib Təqsirləndirilən şəxs2 polis şöbəsinə aparmaq üçün Niva markalı xidməti avtomobilə mindirmişlər. Təqsirləndirilən şəxs1 isə idarə etdiyi avtomobillə hərəkətə başlayıb oradan bir qədər uzaqlaşdığı üçün rəis müavini Şahid8la əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili 100-150 metr uzaqlıdıqda saxlamışdırlar. Həmçinin, onlar həmin vaxt orada olan Fərid adlı şəxsin həmin şəxslərlə birlikdə olmasını düşündükləri üçün Fəridə məxsus avtomobillə və yanında olan qızla birlikdə onları da saxlamışdırlar. Həmin şəxslərin hamısını saxladıqdan sonra dərhal Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz-21011 markalı avtomobillə bərabər və onun avtomobilində olan iki nəfər sərnişini, həmçinin Fərid adlı şəxsi ona məxsus avtomobillə və yanında olan qızla birlikdə polis şöbəsinə gətirmişlər. Bundan sonra Şahid9 raport yazaraq həmin şəxsləri Polis Şöbəsinə təhvil vermiş və daha sonra isə xidmətlərini davam etdirmək üçün Şahid10lə birlikdə xidməti əraziyə qayıtmışdırlar. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid10 bir daha həmin hadisələri dəqiq xatırlamadığını bildirmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ümumiyyətlə tanımamış, lakin Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi tanımışdır. Onlara efir vasitəsi ilə narkotik vasitə alğı-satqısı ilə bağlı məlumat gəlmiş və həmin məlumatı əməkdaşlara ötürmüş, həmçinin digər polis əməkdaşları ilə birlikdə tədbirdə iştirak etmişdir. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən isə bildirmişdir ki, onlara kərpic zavodunun yaxınlığında narkotik vasitə alğı-satqısı edildiyi barədə məlumat verilmiş, lakin konkret ad deyilməmişdir. Həmçinin narkotik vasitə alğı-satqısının kimlərin arasında olacağı da bilinməmişdir. Məruzə edərək belə bir məlumatın olduğunu, dəyərləndirilməsini bildirmişdir. Onlara tədbirin avtomobillə keçiriləcəyi deyilmişdir. Ona görə də küçənin başında dayanmışlar ki, avtomobili saxlamaq lazım olsa, saxlasınlar. Həmin vaxt təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən saxlanılmasını konkret olaraq görməmiş, çünki yaxınlıqda olmamışdır. Əməliyyat tədbirini uzaqdan, təxminən 300-400 metr məsafədən müşahidə etmişdir. Həmçinin, digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 avtomobilinin saxlanmasını görməmişdir. Şahid9 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid9 göstərmişdir ki, hazırda Balakən rayon polis X30 X23 Partul Xidmətinin inspektoru vəzifəsində işləyir. 27 aprel 2020-ci il tarixdə Balakən şəhəri H.Əliyev prsopektində Balakən rayon polis X30 polisi bölməsinin xidməti Kia markalı, **-YP-*** nömrəli avtomobili ilə Konserv Zavodunun yaxınlığında yerləşən dairədə YPX-nin inspektoru Şahid10lə birlikdə xidmət apardıqları zaman Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz- 21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospektilə “X24” istiqamətində hərəkətdə olduğunu görmüşlər. O, Təqsirləndirilən şəxs1 narkotik vasitə satışı ilə məşğul olması barədə bir neçə dəfə müxtəlif yerlərdə eşitmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə hansı istiqamətə getməsini müşahidə etmək üçün arxasınca baxmışdır. Təqsirləndirilən şəxs1 avtomobillə “X24” istiqamətində hərəkət etdiyini gördüyü üçün Təqsirləndirilən şəxs1 narkotik ticarəti ilə məşğul olmasını, avtomaşınında və üzərində narkotik vasitə gəzdirməsini, həmçinin narkotik vasitə satışı üçün həmin yerə getdiyini düşünüb əsaslı şübhələri yarandığına görə Təqsirləndirilən şəxs1 xidməti avtomobillə izləmək qərarına gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ardınca hərəkətə başladıqdan sonra dərhal bu barədə xidməti radio rabitə vasitəsi ilə ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat vermiş və həmin istiqamətdə gəlmələrini bildirmişdir. Həmin vaxt onun düşündüyü xüsusat öz təsdiqini tapardısa ərazidə xidmət aparan digər polis əməkdaşlarının köməyinə ehtiyacı ola biləcəyini düşünmüşdür. Bundan sonra idarə etdiyi avtomobili Elşənin idarə etdiyi avtomobilin ardınca sürərək Təqsirləndirilən şəxs1 avtomobilini uzaqdan müşahidə etməyə başlamışdır. Həmin vaxt rəis müavini Şahid8 CAB-ın əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 ilə birlikdə, həmçinin ərazidə xidmət aparan RPŞ-nin PPX tağımının polis nəfərləri, polis serjantları Şahid11 və Şahid12 onların yanına gəlmişlər. Bu zaman onlar Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili “X24”nun qarşısında saxladığını və bir nəfər şəxs, sonradan adının Təqsirləndirilən şəxs2 olması məlum olan şəxs Təqsirləndirilən şəxs1 avtomobilinə yaxınlaşdırğını görmüşdürlər. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 nə isə verdiyini və ondan nə isə götürdüyünü, daha sonra isə Təqsirləndirilən şəxs2 onların istiqamətində, Təqsirləndirilən şəxs1 isə avtomobilini hərəkət etdirərək digər istiqamətə getməsini müşahidə etmişlər. Bu zaman onlar dərhal avtomobilləri ilə hərəkətlərini davam etdirərək irəli sürmüşlər. Daha sonra isə o, Şahid10 və PPX əməkdaşları xidməti avtomobillərini İslamın yanında saxlamış və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq onu saxlamışlar. Həmin vaxt rəis müavini Şahid8, əməliyyat müvəkkilləri Şahid6la və Şahid7lə birlikdə hərəkətlərini davam etdirib özünə məxsus avtomobillə uzaqlaşan Təqsirləndirilən şəxs1 ardınca gedərək onu da saxlamışlar. Daha sonra o, Şahid10, Şahid11 və Şahid12lə köməkləşib Təqsirləndirilən şəxs2 polis şöbəsinə aparmaq üçün Niva markalı xidməti avtomobilə mindirmişlər. Təqsirləndirilən şəxs1 isə idarə etdiyi avtomobillə hərəkətə başlayıb oradan bir qədər uzaqlaşdığı üçün rəis müavini Şahid8la əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili 100-150 metr uzaqlıdıqda saxlamışdırlar. Həmçinin, onlar həmin vaxt orada olan Fərid adlı şəxsin həmin şəxslərlə birlikdə olmasını düşündükləri üçün Fəridə məxsus avtomobillə və yanında olan qızla birlikdə onları da saxlamışdırlar. Həmin şəxslərin hamısını saxladıqdan sonra dərhal Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz-21011 markalı avtomobillə bərabər və onun avtomobilində olan iki nəfər sərnişini, həmçinin Fərid adlı şəxsi ona məxsus avtomobillə və yanında olan qızla birlikdə polis şöbəsinə gətirmişlər. Bundan sonra o, raport yazaraq həmin şəxsləri Polis Şöbəsinə təhvil vermiş və daha sonra isə xidmətlərini davam etdirmək üçün Şahid10lə birlikdə xidməti əraziyə qayıtmışdırlar. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 saxlayan zaman İslamın gödəkçəsinin altında qara rəngli sellofan torba olmasını görmüşlər, lakin həmin yerdə İslamın üzərinə baxış keçirtməmişlər. Həmçinin də qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 saxlayan zaman İslamın gödəkçəsinin altında qara rəngli sellofan torbanın olmasını görmüşdür, lakin o, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasında iştirak etmədiyi üçün həmin sellofanın içərisində nə olmasını və çəkisinin nə qədər olmasını bilməmişdir. Sonradan isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman üzərindən 1 kiloqram 680 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunduğu ona məlum olmuşdur. Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 RPŞ-nə gətirdikdən sonra Növbətçi Hissəyə təhvil verib raport yazmış və oradan getmişlər. Həmin vaxt isə Təqsirləndirilən şəxs1 yaxınlaşan və ya Elşənin cibindən pul götürən polis əməkdaşı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid9 ibtidai istintaq zamanı verdiyi həmin ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasındakı ziddiyyəti izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayının əvvəlləri Balakən rayonunda maşında gəzdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Ona orada bir telefon nömrəsi verilmiş, bu nömrə Təqsirləndirilən şəxs1 istifadəsində olan nömrə olmuşdur. Polis əməkdaşları ona həmin nömrəyə zəng edib narkotik vasitə istəməyini tələb etmişlər. Ona “Sənin qonşun olduğuna görə sənə güvənib narkotik vasitə satar” demişlər. O, əvvəl Təqsirləndirilən şəxs1 zəng vurub narkotik vasitə istəmiş, lakin Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirərək telefonu söndürmüşdür. Sonra Təqsirləndirilən şəxs2 zəng vurub, narkotik vasitə istədiyini bildirmişdir. Ona 100-150 qr narkotik vasitə lazım olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs2 özündə narkotik vasitənin olmadığını bildirmişdir. Lakin o, polis təkidi ilə yenidən İslama zəng vurmuş və hətta dozası olmayan narkotik vasitə olsa da kifayət olacağını bildirmişdir. Bir müddət sonra İslam narkotik vasitənin olduğunu ancaq çürüntü halında olduğunu bildirmişdir. O isə cavabında “eybi yoxdur gətir” demiş və bu barədə polis əməkdaşlarına bildirmişdir. Ona polis əməkdaşları tərəfindən 150 manatı pul verilmiş, “narkotik vasitəni al, əsas odur ki alğı-satqı olsun, qalan işləri özümüz həll edəcəyik” deyilmişdir. O da, 150 manatı İslama vermiş, İslam həmin pulu verib narkotik vasitəni alan zaman polis əməkdaşları gəlib onları tutmuşdur. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, polis əməkdaşları tərfindən daim incidilmişdir. Tez-tez tutularaq polis şöbəsinə rəis müavinin yanına aparılmış, rəis müavini Vüsal müəllim, rəisin sürücüsü Elmar onu narkotik yükləyib sutka verəcəkləri ilə, hətta CM-nin 234.4.3-cü maddəsi ilə tutacaqları ilə hədələyərək ona təzyiq göstərmiş, onlara fakt verilməsini tələb etmişlər. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanımış, Təqsirləndirilən şəxs1 isə taksi sürücüsü kimi tanımışdır. İslama bir neçə dəfə zəng vurandan sonra İslam demişdir ki, “narkotik vasitə var, ancaq çürüntü halındadır”. Rəisin sürücüsü Elmar onunla daim telefon əlaqəsi saxlamış, narkotik almaq üçün 150 manatı da ona Elmar vermişdir. İslam işdən çıxanda ona narkotik vasitəni nə vaxt, harda verəcəyi barədə xəbər edəcəyini bildirmişdir Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid1 göstərmişdir ki, Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 uşaq yaşlarından tanıyır. Onunla dostluq münasibətləri olmuşdur. Həmçinin İslamla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 da tanıyır. Onunla da heç bir düşmənçiliyi və ədavəti yoxdur. 27 aprel 2020-ci ildə tanışı olan Balakən rayon Katex kənd sakini X15 ilə birlikdə olduğu zaman ona pul lazım olduğu üçün dostu İslama zəng etmiş və İslamdan borc pul istəmişdir. Həmin vaxtı İslam ona hal-hazırda işlədiyi kərpic zavodunda iş başında olduğunu demişdir. Həmçinin ona işlədiyi zavodun qarşısına gəlməsini və orada ona borc pul verə biləcəyini bilirmişdir. Lakin işdən çıxa bilmədiyini demişdir. Buna görə də o, idarə etdiyi Vaz 2107 markalı **-KG-*** dövlət nömrə nişanlı avtomaşını ilə İslamın işlədiyi kərpic zavoduna getmişdir. Yolda İslamla görüşdüyü zaman bir neçə polis əməkdaşı yaxınlaşaraq İslamı, onu və Nigar Teneşovanı polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Nigardan və ondan İslamla hansı əlaqələri olduğunu soruşmuşlar. Həmin vaxtı o, İslamdan borc pul götürmək üçün kərpic zavodun qarşısına getdiyini bildirmişdir. Həmçinin də Nigar da onun dediklərini təsdiqləmişdir. Daha sonra isə polis əməkdaşları onun və Nigarın İslamla hər hansı bir başqa əlaqəsi olmadığını görərək onları polis şöbəsindən buraxmışlar. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 27 aprel 2020-ci ildə Balakən rayonunda yerləşən Təqsirləndirilən şəxs2 işlədiyi kərpic zavodun qarşısında Təqsirləndirilən şəxs2 satmış olduğu narkotik vasitə olan qurudulmuş marixuananı İslamın həmin narkotik vasitəni ona almasını deməsi tamamilə yalandır. Həmin vaxtı o, dostu İslamdan borc pul götürmək üçün İslamın işlədiyi zavoda getmişdir. Orada İslamla görüşdüyü vaxt isə polis əməkdaşları onları saxlamışdır. X32 narkotik vasitə satmasından xəbəri olmamışdır. Həmçinin o, həmin gün Təqsirləndirilən şəxs1 görməmişdir. Bundan başqa Elşənlə İslamın arasında hər hansı alış veriş olmasından xəbəri olmamışdır. İstintaqın sonrakı mərhələsində Şahid1 şahid qismində əlavə dindirilərkən istintaqın ilkin mərhələsində verdiyi ifadəsini təsdiq edərək əlavə olaraq göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 2020-ci ilin aprel ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs1 mobil telefonuna gecə saatlarında istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə zəng edərək Elşəndən narkotik vasitə olan marixuana yəni nəşə istəmişdir. Lakin həmin vaxtı Elşən ona özündə narkotik vasitə olmadığını bildirmişdir. Həmin gün narkoitik vasitə olan marixuana çəkmək istədiyindən o, Elşəndən narkotik vasitəni öz istifadəsi üçün istəmişdir. Həmçinin qeyd etmişdir ki, narkotik vasitə olan marixuanadan vaxtaşırı istifadə edir. Buna görə də Elşənə zəng edərək narkotik vasitə olan marixuana istəmişdir. Lakin Elşən narkotik vasitə olmadığını bildirmişdir. Həmçinin Elşənə o, özünü tanıması üçün Elmanın oğlu olduğunu bildirmişdir. Həmin vaxtı Elşən də ondan telefonda kim Elmanın oğlu olduğunu soruşduqda “Moyşik Elmanın” oğlu olduğunu bildirmişdir. Çünki atası uzun illərdir Balakən rayonunda avtomaşın yumaqla məşğul olmuş və hər kəs atası Elman Qazaxovu “Moyşik Elman” adı ilə tanımışdır. Narkotik vasitə olan marixuana əldə edib istifadə etmək üçün məhz Təqsirləndirilən şəxs1 zəng etməkdə məqsədi Təqsirləndirilən şəxs1 narkotik satışı ilə məşğul olduğunu, yəni narkotik vasitə olan nəşə satdığını bilmişdir. Həmçinin də narkotik vasitə olan marixuana satdığını bir çox yerdə eşitmişdir. Bundan başqa nəşə çəkən şəxslər nəşə almaq istədikdə dəfələrlə şahidi olmuşdur ki, Təqsirləndirilən şəxs1 zəng etmişlər və narkotik vasitə nəşəni Təqsirləndirilən şəxs1 alacaqlarını və aldıqlarını belə bildirmişlər. Buna görə o da nəşə çəkmək istədikdə Elşənə zəng etsə Elşən ona narkotik vasitə nəşə satacağını düşünmüşdür. Yəni Elşəndən narkotik vasitə ala biləcəyini fikirləşmişdir. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan nəşə satır. Lakin Elşəndən narkotik alan şəxslərin kim olması yadında qalmamışdır və buna görə də adlarını deyə bilmir. Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə alması üçün İslama nə o, nədə ki, yanında olan qız 150 manat pul verməmişdir. Elşən yalan deyir. Onun yanında bir vaxtlar yaşadığı yəni sevdiyi, hal-hazırda isə ayrı olduğu qız Balakən rayon Katex kənd sakini X15 olmuşdur. Nigarda və onda pul olmamışdır. Onlar İslama borc pul verməmişlər. Əksinə o, dostu Təqsirləndirilən şəxs2 borc pul istəmişdir. Həmin vaxt istifadəsində olan Vaz 2107 markalı avtomaşının problemləri olmuşdur. Həmçinin də Nigar ona gəzməyə getmək istədiyini demişdir. Buna görə də o, İslamdan 50 manat borc pul istəmiş ki, həmin maşının nasaz hissələrini düzəltdirsin və həmçinin də sevgilisi Nigar Teneşovanı gəzməyə apara bilsin. Həmçinin onun və X26 Adalovdan narkotik vasitə alacağından, narkotik vasitə qəbul edəcəyindən xəbərləri olmamışdır. Elşənin bu barədə göstərdikləri yalandır. Bundan başqa da qeyd etmişdir ki, onun pulu olmamışdır. Nədə ki, ona heç kim pul verməmişdir ki, İslama pulu verib Təqsirləndirilən şəxs1 narkotik alsın. Əksinə o, özü İslamdan borc pul istəmişdir. Elşənin bu barədə dedikləri yalandır. Elşən özü narkotik vasitə satışı ilə məşğul olur. Elşən onu zovodun qarşısında gördüyü üçün və o, Elşənə zəng edib narkotik vasitə nəşə istədiyi üçün Elşəni onun polis əməkdaşlarına satdığını fikirləşmişdir. Lakin onun bu işlə əlaqəsi olmamışdır. Bir daha qeyd etmişdir ki, Elşən özü narkotik satışı ilə məşğul olandır. Həmçinin bildirmişdir ki, o, Kərpic zavodun qarşısında İslamdan 50 manat borc pul götürmək üçün getdiyi zaman yolda İslama yaxınlaşmaq istədikdə bir neçə polis əməkdaşı yaxınlaşaraq onu polis maşınına mindirmişlər. Yanında olan Nigar Teneşovanı isə başqa maşına mindirmişdirlər. Lakin nə maşın olması yadında qalmamışdır. Daha sonra Nigarı və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Nigardan və ondan İslamla hansı əlaqələri olduğunu soruşmuşlar. O da İslamdan borc pul götürmək üçün kərpic zavodun qarşısına getdiyini bildirmişdir. Həmçinin Nigar da onun dediklərini təsdqləmişdir. Polis əməkdaşları onun və Nigarın İslamla hər hansı bir başqa əlaqələrinin olmadığını görərək onları polis şöbəsindən buraxmışdırlar. Bir daha qeyd etmişdir ki, İslamın Elşəndən narkotik vasitə alması barədə onun heç bir məlumatı olmamışdır. O, 27 aprel 2020-ci tarixdə X24nun qaşısına İslamdan borc pul götürmək üçün getmişdir. Təqsirləndirilən şəxs1la dostu Təqsirləndirilən şəxs2 arasında olan işdən isə onun xəbəri olmamışdır. Elşən polislər tərəfindən saxlanılmasında onun iştirakı olmasından şübhələnir. Çünki Elşəndən 2020-ci ilin aprel ayınının əvvələrində narkotik vasitə olan marixuana yəni nəşə istəmişdir. Lakin Elşən ona narkotik olmadığını bildirmişdir. Buna görə də Elşəni polisə tutdurmaq üçün ondan narkotik vasitə olan nəşə istədiyini fikirləşir. Sonra da Elşən İslama narkotik satarkən polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmçinin İslam da Elşəndən narotik vasitə aldığı üçün polis tərəfindən tutulmuşdur. Elşən də həmin gün ona zəng edib narkotik vasitə istədiyindən sonra zavodun qaşısında tutulduğu gün onu gördüyü üçün şübhəsi daha da artmağa başlamış və onu polisə tutdurduğunu fikirləşərək ona qarşı şərböhtan atmağa başlamışdır. Buna görə də onun barəsində əsassız şər-böhtan etmişdir. Lakin Elşənin ondan şübhələnməsi əsassızdır. Onu da qeyd etmişdir ki, bu cinayət Elşənin etdiyi ilk cinayət deyildir. Elşən mütəmadi olaraq narkotik vasitə olan marixuana satmışdır. Kimə narkotik vasitə nəşə lazım olsa Elşənə zəng etmişdir. Elşənlə evləri bir əraziyə yaxın yerləşir. Buna görə də Elşənin nə ilə məşğul olmasını yaxşı bilir. Həmçinin bir daha qeyd etmişdir ki, İslamla dostluq münasibətləri var. Buna görə də İslamdan 50 manat borc pul istəmişdir. Dəfələrlə də İslama zəng etmiş ki, ona borc pul tapsın. İslam da ona borc pul tapacağını bildirmişdir. Bundan başqa əlavə olaraq göstərmişdir ki, 27 aprel 2020-ci ildə İslamdan borc pul götürmək üçün Balakən rayon Kərpic zavodunun qarşısına gedərkən orada polis əməkdaşları tərəfindən saxlanılaraq onu və Nigar Teneşovanı polis şöbəsinə gətirmişlər. Lakin polis şöbəsində onu və Nigarı saxlamamışdırlar. Elşən və İslamın işi bağlı onları əlaqəsi olmadığı müəyyən olunduqdan sonra onu və Nigarı polis şöbəsindən buraxmışlar. Buna görə də o və Nigar polis şöbəsindən tez bir zamanda çıxmışlar. Elşənin isə yalan dediyin, Nigar və o, polis şöbəsində Elşənlə qarşılaşmadıqlarını, Elşənin onlara atdığı növbəti böhtan olduğunu bildirmişdir.Şahid13ı isə tanıyır. Elmarla həm atası Elmanın tanışlığı var və həm də o, özü işlədiyi avtoyumada Elmarla tanış olmuşdur. Elmarla tanışlıqları olduqdan sonra Elmar özünün Balakən rayon polis şöbəsində istilik sisteminə baxdığını bildirmiş, həmçinin Elmar özü ona telefon nömrəsini vermiş, həmçinin onun telefon nömrəsini də öz telefonuna qeyd etmiş ki, özünə lazım olan ərzaq məhsullarının alınmasında ona köməklik etsin. Buna görə də həmişə Elmara daimi əlaqələri olmuşdur. Elmarla 27 aprel tarixindən də qabaq ki, tarixlərdə əlaqələri olmuşdur. Həmçinin Elmarla aralarında həmin vaxtlarda həmin tarixdən əvvəl və sonra da telefon zəngləri olmuş və Elmarla görüşmüşdür. Həmin vaxtlarda Elmar ona çay balığı tapmasını və təzə balıq olsun pulunu verməklə alacağını bildirmişdir. Bundan başqa həmin vaxtlarda borc olaraq Elmardan 50 manat pul da istəmişdir. Eyni vaxtda İslama da borc üçün müraciət etmişdir. 27 aprel 2020-ci il tarixdə isə İslamla kərpic zavodun qarşısında görüşmək üçün getdiyi zaman orada Elmarın idarə etdiyi Lexus markalı **-GH-*** dövlət nömrə nişanlı avtomaşını görməmişdir. Həmçinin kərpic zavodun qarşısında nə Elmarı nə də Elmarın avtomaşın sürməsini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid1 polis əməkdaşları ona hədə-qorxu gəldiklərinə görə ibtidai istintaqda düzgün ifadə verməmiş, həmçinin ona polis əməkdaşları tərəfindən təsir-təzyiq göstərilməsi ilə bağlı heç yerə şikayət etməmişdir. Hazırda məhkəmədə verdiyi ifadə həqiqətdir, onun nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin saxlanılmasında iştirak etmiş, onları hadisə yerindən götürüb şöbəyə aparmışdır. Saxlanılan şəxslərin üzərinə baxış olarkən isə iştirak etməmişdir. Belə ki, 27.04.2020-ci il tarixdə Balakən şəhəri Heydər Əliyev prospektində ərazi üzrə Post Patrol Xidmətində olmuş, rabitə vasitəsilə “Kərpic zavod” deyilən yerə çağırılmışdır. Tədbir var deyilmiş və xidmət yoldaşı, polis nəfəri Şahid12lə ora yaxınlaşmışlar. Sonra rəsi müavini Vüsal müəllim ora gəlmişdir. Deyilmişdir ki, “tədbir var, gözləyin, göstəriş verəcəyik gedərsiniz”. Bir müddət sonra deyilmişdir ki, kərpic zavodun qarşısında adamlar var, onlara diqqət edin. Onlar da gözləyib, müşahidə etmişlər. Kərpic zavodun qarşısında dayanmış bir nəfər şəxsə maşın yaxınlaşmış və onlar bir-birinə nəsə vermişlər. Sonra Vüsal müəllim onlara göstəriş vermişdir ki, həmin adamları saxlayıb şöbəyə aparsınlar. Onlar da yaxınlaşıb həmin adamları tutub şöbəyə aparmış və növbətçi hissəyə təhvil vermişlər. Həmin vaxtı xidmətdə o, Şahid12, Şahid9 və Şahid10 olmuşdur. Məhkəmə iclasında ona ünvanlanan suaları cavablandırarkən bildirmişdir ki, maşın uzaqda olduğundan, baş verənləri tam seçə bilməmiş, sadəcə həmin şəxslərin bir-birlərinə nə isə verdiklərini görmüş, sonradan ilk olaraq həmin şəxslərdən piyada olanını saxlamışlar və həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 saxlanılarkən yanında heç kim olmamışdır. Maşında olan digər şəxsi isə digər polis əməkdaşları saxlamışdır. İslamın hər hansı bir maşının altına nə isə atdığını görməmiş, həmin vaxt İslamın üzərinə baxış keçirilməmişdir. Lakin Təqsirləndirilən şəxs2 əlində qara rəngli sellofan torba olmuş, İslam onu əlində tutmuşdur. İslamdan başqa daha 2 nəfər - bir kişi, biri qadın olmaqla hadisə ilə bağlı şöbəyə aparılmışdır. Saxlanılan digər 2 nəfər İslamdan biraz irəlidə olmuş, onların da hadisə ilə əlaqəsinin olması ehtima edilərək şöbəyə aparılmışdır. Başqa heç bir tədbirdə, baxışda iştirak etməmiş, saxlanılan şəxslər şöbəyə - növbəti hissəyə təhvil verildikdən sonra öz işlərinə dönmüşlər. Onlarda keçiriləcək əməliyyatla bağlı konkret məlumat olmamışdır. Təqsirləndirilən şəxs1 bir az irəlidə digər əmkədaşlar saxlamış, o, xidməti maşınla şöbəyə aparılmışdır. Onun avtomobilinin hara olduğundan isə məlumatı olmamış, maşını kimin sürdüyünü bilməmişdir. Təqsirləndrilən şəxs saxlanılarkən ona qarşı fiziki güc tətbiq edilməmiş, təsir və təzyiqə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid12 digər Şahid11 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, 27 aprel 2020-ci il tarixdə xidmətdə olduqları zaman yol patrul xidmətinin əməkdaşları efirə çıxaraq məlumat verdmişlər ki, xidmətdə olan şəxslər kərpic zavodu istiqamətinə yaxınlaşsınlar. Belə olub xidmət yoldaşı - əməliyyat müvəkkili Elçin Eyyubovla birlikdə kərpic zavodun yanına gəlmişlər. Orada rəis müavini Vüsal müəllimi və digər polis əməkdaşlarını görmüşlər. Qısa vaxt sonra Təqsirləndirilən şəxs1 Vaz 21011 markalı maşınla kərpic zavoduna yaxınlaşmışdır. Həmin vaxt İslam zavod tərəfdən gəlib onun avtomobilinə yaxınlaşmış, nə isə götürüb ordan uzaqlaşanda rəis müavini Şahid8 post patrul xidmətinin əməkdaşlarına bildirmişdir ki, İslama yaxınlaşıb onu saxlasınlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 idarə etdiyi maşın uzaqlaşdığından, onlar Elşənin arxasınca getmişlər. Təqsirləndirilən şəxs1 bir qədər getdikdən sonra onun avtomobili saxlanılmış və polis şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs1 onların xidməti avtomobilində getmiş, onun avtomobilini isə səhv etmirsə yol patrul xidmətinin əməkdaşları sürərək şöbəyə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman əlində tutduğu qara sellofan torbada narkotik vasitəyə bənzər kütlə aşkarlanmış, həmin baxışda o, da iştirak etmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin kütləni 150 manat pulun müqaabilində Təqsirləndirilən şəxs1 almışdır. Daha sonra Elşənin üzərinə baxış keçirilmiş və onun üzərindən heç bir qeyri-qanuni əşy və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 avtomobilinə baxış keçirilmiş və baxış zamanı sellofanda narkotik vasitə aşkar olunaraq tərəflərindən götürülmüşdür. Məhkəmə iclasında ona ünvanlanan suaları cavablandırarkən bildirmişdir ki, avtomobildən çıxan narkotik vasitə marixuanaya bənzər kütlənin çəkisi az, təxminən 14-15 qram olmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən çıxan narkotik vasitə marixuanaya bənzər kütlənin çəkisi isə 1 kq-dan çox olmuşdur. Təqsirləndirilən şəxs1 saxlanılarkən, avtomobildə ondan əlavə 2 nəfər də olmuşdur. Həmin şəxslər də Elşənlə birlikdə polis şöbəsinə gətirilmiş, lakin sonradan həmin adamların bu hadisə ilə heç bir əlaqəsi olmadığı üçün buraxılmışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs2 qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Nə İslam, nə də Elşən baxış zamanı heç bir narazılıq bildirməmişdir. Həmin vaxt polis şöbəsində yeni gəldiyidən, Təqsirləndirilən şəxs1 barəsində hər hansı əməliyyat məlumatına malik olamışdır. Bildiyi qədəri ilə bu tədbir əvvəldən hazırlanan tədbir olmamış, həmin günü alınmış və onlar da yardım üçün hadisə yerində çağırılmışlar. Həmin hadisə vaxtı heç bir video çəkiliş və yaxud sənədləşmə olmamış, sadəcə müşahidə olmuşdur. Təqsirləndirilən şəxs1 məxsus avtomobilə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 digər Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 taksı sürücüsü kimi tanımışdır. 27 aprel 2020-ci il tarixdə Balakən rayon Hənifə kəndində yerləşən yaşadığı evin həyətində işlədiyi zaman suyun gəlmədiyini görmüş və yola çıxaraq su borusunu düzəltmək üçün getdikdə yolda Balakən şəhər sakini Şahid3 Ramiz oğlunun onun dalınca gəldiyini görmüşdür. Rövşəni əvvəldən tanıyır və onunla dostluq münasibəti vardır. Rövşən həmin vaxtı onunla görüşmüş və daha sonra yaşadığı evin həyətində setka çəkəcəyini, buna görə də özünə kömək etməsini xahiş etmişdir. Həmçinin həmin vaxtı Rövşən Balakən rayon Qazbinə kəndində yerləşən poçt məntəqəsindən anası X2 adına karantin rejimi ilə bağlı yardım məqsədilə dövlət tərəfindən verilən 190 manat məbləğində pulu almaq üçün getdiyini bildirmişdir. Geri qayıtdığında isə taskiylə gələcəyini və onu da evdən götürərək özü ilə aparacağını demişdir. O da Rövşənlə razılaşmışdır. Bundan sonra Rövşən onda ayrılaraq poçt məntəqəsinə getmişdir. Həmin vaxt isə günorta saatları olmuşdur. Bir müddətdən sonra o, evlərinin yaxınlığında olan fermanın həyətində yenidən həyətə su gəlmədiyini görərək Fermaya tərəf su borusunu düzəltmək üçün getmişdir. Fermadan çıxıb geri qayıtdıqda isə təxminən Rövşənlə görüşdükdən 2 saat sonra Elşənin idarə etdiyi Vaz 21011 markalı avtomaşının gəldiyini görmüşdür. Avtomaşına baxdıqda isə avtomaşında Rövşənin oturduğunu görmüşdür. Həmin vaxtı fit verərək avtomaşını saxlatmışdır. Avtomaşının onların həyətinə tərəf getdiyini bilmişdir. Çünki Rövşən ona 190 manat məbləğində pulu poçt məntəqəsindən alıb geri qayıtdıqda evdən onu çağıracağını bildirmişdir. Həmin vaxtı Elşən avtomaşını saxlamış və o, avtomaşına arxa oturacağa oturaraq Rövşənə setka çəkmək üçün kömək məqsədilə Təqsirləndirilən şəxs1 avtomaşınında Rövşənin yaşadığı evə tərəf getməyə başlamışlar. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşınla Kərpic zavodu olan yerdə kərpic zavodunun yanında saxlamışdır. Həmin vaxtı onun əlində telefon olmuşdur. Avtomaşın dayandıqda kərpic zavoddan Elşənin avtomaşınına tərəf əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 gəldiyini görmüşdür. İslamın Elşənin idarə etdiyi avtomaşına yaxınlaşdığını görmüş, lakin həmin vaxt o, mobil telefonunda oyun oynadığından, Elşənin və İslamın nə etdiyinə baxmamış və onlara fikir verməmişdir. Daha sonra isə Elşən yoluna davam etməyə başlamışdır. Onlar yolda gəldikləri zaman yolda Elşənin avtomaşını polis əməkdaşları saxlatmış, Elşəni və Rövşəni polis maşınında, onu isə Elşənın maşınında əvvəlcə Kərpic zavodun yanına aparmışlar, orada isə onu Elşənin maşınından düşürdərək Şahid1 maşınına mindirmişlər. Həmin maşında ondan başqa, Fərid və Fəridlə birlikdə olan qız olmuşdur. Sonra hamısını polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gəldikdən sonra Rövşəndən və ondan Elşənin avtomaşınında nə etdiklərini soruşduqda onlar hər ikisi Elşənin avtomaşınında sərnişin olduqlarını bildirmişlər. Bir müddət sonra polis əməkdaşları onları polis şöbəsindən buraxmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Ramiz oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi tanımışdır. 27 aprel 2020-ci il tarixdə anası X2 adına dövlət tərəfindən karantin rejimi ilə bağlı yardım məqsədilə verilmiş pulu almaq üçün Balakən rayon Qazbinə kəndində yerləşən Poçt məntəqəsinə getmək üçün yaşadığı evdən çıxmışdır. Həmçinin yol üstündə Balakən rayon Hənifə kəndindən olan dostu Coşqunu yaşadığı evin həyətində setka çəkmək üçün özünə kömək məqsədi ilə çağırmaq üçün getmişdir. Coşqunla görüşdükdən sonra özünə kömək etməsini xahiş etmişdir. Coşqun da onunla razılaşmışdır. Bundan sonra o, Balakən rayon Qazbinə kəndində yerləşən poçt məntəqəsindən 190 manat pulu götürərək yol ilə gəldikdə yolda Təqsirləndirilən şəxs1 idarə etdiyi taksi olaraq sürdüyü Vaz 21011 markalı avtomaşını görmüş və əl edərək avtomaşını saxlatmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs1 onu yaşadığı evə aparsını və əvəzində ona 3 manat pul verəcəyini bildirmişdir. Elşən də onunla razılaşmışdır. Daha sonra yolla gəldikləri zaman Coşqunuda yaşadığı evdən özünə kömək məqsədilə götürəcəyini bildirmişdir. Yolda Elşənin avtoşını ilə gəldikləri zaman Coşqun Elşənin idarə etdiyi avtomaşını fit verərək saxlatmış və Coşqun da avtomaşına əyləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşını Kərpic zavodu olan yerdə kərpic zavodunun yanında saxlamışdır. Həmin vaxtı o, telefonla anası Nərgiz Yekəyeva danışmışdır. O, avtomaşında telefonla danışdığı zaman kərpic zavoddan Elşənin avtomaşınına tərəf əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 gəldiyini görmüşdür. Həmin vaxtı İslamın Elşənin idarə etdiyi avtomaşına yaxınlaşdığını görmüş, lakin həmin vaxtı o, telefonla danışdığına görə Elşənin və İslamın nə etdiyinə fikir verməmişdir. Həmçinin İslam avtomaşına yaxınlaşdıqda Elşənin avtomaşından düşdüyünü görməmiş və fikir verməmişdir. Daha sonra isə Elşən yoluna davam etməyə başlamışdır. Yolda getdikləri zaman Elşənin avtomaşınını polis əməkdaşları saxlatmış, Elşəni və onu polis maşınına mindirmişlər, Cosqun isə Elşənın maşınında qalmışdır. Sonra onları polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gəldikdən sonra Coşqundan və ondan Elşənin avtomaşınında nə etdiklərini soruşmuşlar. Onlar isə hər ikisi Elşənin avtomaşınında sərnişin olduqlarını bildirmişlər. Daha sonra isə polis əməkdaşları Elşənlə və İslamla onların heç bir əlaqəsi olmadığını bildiklərinə görə onları polis şöbəsindən buraxmışlar. Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid8 göstərmişdir ki, Balakən rayon polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində işləyir. 27 aprel 2020-ci il tarixdə Balakən rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid6 və əməliyyat müvəkkili Şahid7 ilə birlikdə Balakən rayon ərazisinə xidməti gəzintiyə çıxmışdırlar. Bu zaman Balakən rayon polis X30 X23 Patrul Xidmətinin inspektoru, polis baş serjantı Şahid9 radio rabitə vasitəsi ilə Balakən rayon Kərpic zavodu istiqamətinə xidmətdə olan əməkdaşların dərhal yaxınlaşmasını bildirmişdir. Həmin vaxtı Şahid9 radio rabitə vasitəsi ilə diqqətə çatdırdığı məsələ ilə bağlı o, dərhal xidməti radio rabitə vasitəsi ilə ərazidə xidmət aparan polis əməkdaşlarına Balakən rayon Kərpic zavoduna tərəf yaxınlaşmalarını bildirmişdir. Daha sonra isə dərhal əməliyyat müvəkkili Şahid7 və baş əməliyyat müvəkkili Şahid6 ilə birlikdə dərhal X24 müəssisəsinə tərəf getmişdirlər. Həmin vaxt ərazidə xidmət aparan RPŞ-nin PPX tağımının polis nəfərləri, polis serjantları Şahid11 və Şahid12 həmin yerə gəlmişdirlər. Bu zaman onlar Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili “X24”nun qarşısında saxladığını və bir nəfər şəxs, sonradan adının Təqsirləndirilən şəxs2 olması məlum olan şəxs Təqsirləndirilən şəxs1 avtomobilinə yaxınlaşdığını görmüşdürlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 nə isə verdiyini və ondan nə isə götürdüyünü, daha sonra isə Təqsirləndirilən şəxs2 onların istiqamətinə, Təqsirləndirilən şəxs1 isə avtomobilini hərəkət etdirərək digər istiqamətə getməsini müşahidə etmişdirlər. Bu zaman o, orada olan əməkdaşlara dərhal avtomobillərilə hərəkəti davam etdirərək onlara yaxınlaşmalarına göstəriş vermiş və avtomobilləri irəli sürmüşdürlər. Şahid9, Şahid10 və PPX əməkdaşları avtomobillərini İslamın yanında saxlamış və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq tutub saxlamışdırlar. Həmin vaxt o, əməliyyat müvəkkilləri Şahid6 və Şahid7lə birlikdə hərəkətlərini davam etdirib özünə məxsus avtomobillə uzaqlaşan Təqsirləndirilən şəxs1 ardınca getmişdirlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə hərəkətə başlayıb oradan bir qədər uzaqlaşdığı üçün o, əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili 100-150 metr uzaqlıqda saxlamışlar və Təqsirləndirilən şəxs1 öz xidməti avtomobillərinə mindirmişdirlər. Daha sonra isə Elşənin avtomobilini, həmin avtomobildə olan digər iki nəfər şəxsi polis şöbəsinə aparmaq üçün hərəkətə başlamışdırlar. Şahid9, Şahid10, Şahid11 və Şahid12 isə Təqsirləndirilən şəxs2 polis şöbəsinə aparmaq üçün Niva markalı xidməti avtomobilə mindirdimişdilər. Həmçinin, onlar həmin vaxt orada olan Fərid adlı şəxsin həmin şəxslərlə birlikdə olmasını düşündükləri üçün Fəridə məxsus avtomobillə və yanında olan qızla birlikdə onları saxlamışlar. Həmin şəxslərin hamısını saxladıqdan sonra dərhal Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz-21011 markalı avtomobillə bərabər və Elşənin avtomobilində olan iki nəfər sərnişini, həmçinin Fərid adlı şəxsi ona məxsus avtomobillə və yanında olan qızla birlikdə polis şöbəsinə gətirmişlər. Daha sonra Şahid9 raport yazmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Polis Şöbəsinə təhvil verdikdən sonra xidmətlərini davam etdirmək üçün DYP və PPX əməkdaşlarına xidməti əraziyə getmələrinə göstəriş vermişdir. Əməliyyat müvəkkili Şahid6 isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yanında qalmışdır. Sonradan isə ona polis şöbəsinə gətirdikləri Təqsirləndirilən şəxs1 zavodun qaşısında saxlanılan Təqsirləndirilən şəxs2 küllü miqdarda narkotik vasitə satdığı və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşından isə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldüyü məlum olmuşdur. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 saxlayan zaman İslamın gödəkçəsinin altında qara rəngli sellofan torba olmasını görmüşlər, lakin həmin vaxtı İslamın üzərinə baxış keçirməmişdirlər.Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 RPŞ-nin inzibati binasına gətirdikdən sonra polis əməkdaşları Elşənin əlindən pul almamışlar. Həmçinin də Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman üzərindən məbləğini bilmədiyi miqdarda pul aşkar olunmuşdur. Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 RPŞ-nin inzibati binasına gətirdikdən sonra şöbənin rəisi, rəis müavinləri və ya digər polis əməkdaşları tərəfindən Elşənə heç bir təyziq göstərilməmiş, Təqsirləndirilən şəxs1 heç kim döyməmiş və ya təhqir etməmişdir. Bundan başqa Şahid8 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 RPŞ-nin inzibati binasına gətirdikdən sonra polis əməkdaşları Elşənin əlindən pul almamışlar. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman Elşənin üzərindən məbləğini bilmədiyi miqdarda pul aşkar olunmuşdur.Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 göstərdikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs1 RPŞ-nin inzibati binasına gətirildikdən sonra onun xidməti otağına gətirilməmiş, orada şöbənin rəisi, rəis müavinləri və ya digər polis əməkdaşları tərəfindən döyülməmiş və ya ona hər hansı bir təyziq göstərilməmişdir. Həmçinin, həmin vaxt o, narkotik vasitəni iyləməmişdir. Həmçinin də qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılaraq RPŞ-nin inzibati binasına gətirildikdən sonra müvafiq sənədləşmə aparılması üçün birbaşa təhqiqatçının yanına aparılmış və orada müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs1 RPŞ-nə gətirildikdən sonra nə onun, nə də digər rəis müavininin, nə də ki, rəisin yanına aparılmamışdır. Məhkəmə iclasında Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid13 göstərmişdir ki, Balakən rayon polis şöbəsinin ocaqçısı işləyir. Balakən rayon polis şöbəsinin ocaqçısı kimi işləməyə isə 09 aprel 2020-ci il tarixdən başlamışdır. Həmçinin boş vaxtlarında Balakən rayon polis şöbəsinin yeməkxanasında gündəlik istifadə edilən ərzaq məhusullarının da alınmasına köməklik edir.Balakən şəhərində yaşayan Şahid1 tanıyır. Fəridlə tanışlıqları 2020-ci ilin aprel ayına təsadüf edir. Şahid1 avtoyuma üçün nəzərdə tutulmuş yerdə tanımışdır. Fəriddən əvvəl isə atası Elman Qazaxovla tanış olmuşdur. Həmçinin Fəridin atası Elmanı Balakən rayonunda Moyka Elman olaraq adlandırırlar. Bir neçə dəfə Elmanın avtomaşın yuduğu yerdə avtomaşın yudurduqdan sonra Fəridlə tanış olmuşdur. Fəridlə avtoyumada söhbət etdikləri zaman Fərid ona avtomayumada atası Elmanın yanında işlədiyini, avtomaşın yuyaraq gündəlik ehtiyaclarını təmin etdiyini bildirmişdir. Fəridlə tanış olduqdan sonra onun mobil telefon nömrəsini öz mobil telefonuna qeyd etmişdir. Həmçinin öz istifadəsində olan mobil telefon nömrəsinidə Fəridə vermişdir. Bundan sonra avtomaşın yudurmaq lazım gəldikdə Fəridə zəng etmiş və avtomaşınını Fəridə yuması üçün vermişdir. X21 rayon ərazisini yaxşı tanıdığı üçün Fəridə yerini bilmədiyi kənd təsərrüfatı məhsullarının harada satılmasını və həmin məhsulların haradan əldə edilməsinin mümkün olmasını öyrənmişdir. Yəni tanışlıqdan sonra Fəridlə tez tez əlaqə saxlamışlar. Balakən rayonunda yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə tanımır. Həmçinin qeyd etmişdir ki, özünə məxsus hal-hazırda Lexus GX 470 markalı **-GH-*** dövlət nömrə nişanlı avtomaşını və həmçinin istifadəsində ***-***-**-** Bakceel mobil nömrəsi var. O, özünə məxsus olan GX 470 markalı **-GH-*** dövlət nömrə nişanlı avtomaşını 21.08.2020-ci il tarixdən idarə edir. Həmin tarixədək isə avtomaşın onun istifadəsində olmamışdır. Həmin avtomaşının dövlət nömrə nişanı 01 iyul 2020-ci il tarixdə alınmışdır. Təqsirləndirilən şəxs1 vəkili Müdafiəçi1 isə 27 aprel 2020-ci il tarixdə hazırda onun istifadəsində olan Lexus GX 470 markalı avtomaşının X24nun qarşısında olduğunu bildirmişdir. Qeyd etmişdir ki, həmin vaxtlarda həmin avtomaşının dövlət qeydiyyat nişanı **-GH-*** dövlət nömrə nişanında olmamışdır. Həmçinin həmin vaxtlarda avtomaşın onun istifadəsində olmamışdır. Buna görə ona qarşı göstərilənlər yalan və böhtandır. Bir daha qeyd etmişdir ki, hazırda ona məxsus olan Lexus markalı avtomaşın 27 aprel 2020-ci il tarixdə Kərpic zavodun qarşısında olmamışdır. Lakin həmin vaxtlarda Fəridlə mütəmadi olaraq əlaqələri olmuş və görüşmüşlər. Fəridə polis şöbəsinin yeməkxanasına lazım olan ərzaq məhsullarının, həmçinin də bişirilməsi üçün təzə çay balığı tapmasını xahiş etmişdir. Bir daha qeyd etmişdir ki, Fəridlə tanışlıqları olduqdan sonra daimi olaraq əlaqələri olmuşdur. Həmçinin 27 aprel 2020-ci il tarixdən də qabaqki və sonraki tarixlərdə də Fəridlə telefon zəngləri olmuş və görüşmüşlər. Fəridə sadəcə olaraq polis şöbəsinin yeməkxanasında bişirilməsi üçün ərzaq məhsullarının alınmasında ona köməklik etməsini və həmçinin təzə çay balığı tapmasını bildirmişdir. Həmçinin həmin vaxtlarda Fərid ona avtomobilini təmir etdirəcəyini, maddi sıxıntısı olduğuna görə isə ondan 50 manat borc pul da istəmişdir. Həmçinin başqa tanışlarından da borc pul istəyəcəyini bildirmişdir. Buna görə də o, Fəridə borc pul tapacağını bildirmişdir. Fəridlə münasibəti sadəcə qeyd etdikləri ilə bağlı olmuşdur. Həmçinin qeyd etmişdir ki, Elşən adlı şəxslə İslam adlı şəxsin aralarında nə olması barədə onun məlumatı olmamışdır. Elşənin və vəkili Samirin onun barəsində dedikləri yalandır və şər böhtandır. Onunla hansı qərəzli münasibətlərinin olmasını bilmir. Həmin şəxslərlə heç vaxt düşmənçiliyi, ədavəti və başqa hər hansı bir problemi olmamışdır. Bundan əlavə, Şahid13 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 İslam nədəki Elşən adlı şəxsləri tanımır. O, özü polis şöbəsində mülki işçidir. Elşən və İslam adlı şəxslərin tutulmasından belə xəbəri olmamışdır. Əgər Elşən adlı şəxs cibində olan 150 manat pulunu götürdüyünü iddia edirsə o yalan deyir. Ona şər-böhtan atır. Elşən adlı şəxslə polis şöbəsində yaxud başqa bir yerdə qarşılaşmamışdır. Həmçinin Elşən yaxudda başqa bir şəxslərin tutulub tutulmamasının ona heç bir aidiyyəti olmadığı üçün belə işlərlə maraqlanmır.Polis şöbəsində öz gündəlik işləri ilə məşğul olmuşdur. Əgər Elşən adlı tanımadığı şəxs onun adını çəkirsə deməli ona böhtan atır. Elşən adlı şəxsin dedikləri şərdir böhtandır. O polis şöbəsində bu günə qədər har hansı bir şəxsdən pul götürməmişdir. Cinayət işinin materiallarında olan 27.04.2020-ci il tarixli raportdan görünür ki, Balakən Rayon Polis X30 Polis X27 Xidmətinin inspektoru Şahid9 raportla Balakən Rayon Polis Şöbəsinin rəisi Mehman Əliyevə müraciət edərək 27.04.2020-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirmiş və həmin məlumatın yoxlanılması üçün aidiyyəti əməkdaşlara göstərş verilməsini xahiş etmişdir (cild 01, iş vərəqi 3). Cinayət işinin materiallarında olan 27.04.2020-ci il tarixli raportdan görünür ki, Balakən Rayon Polis X30 Polis X27 Xidmətinin inspektoru Şahid9 raportla Balakən Rayon Polis Şöbəsinin rəisi Mehman Əliyevə müraciət edərək 27.04.2020-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğundan, Təqsirləndirilən şəxs2 tərəfindən rayon polis şöbəsinə gətirildiyini bildirmiş və onun üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir (cild 01, iş vər. 4). Cinayət işinin materiallarında olan 27.04.2020-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarışın aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əmkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli sellofan torbaya baxış keçirilən zaman həmin sellofan torbanın içərisində tünd rəngli, spesifik iyli narkotik vasitə qurudulmuş marixunanaya oxşar bitki kütləsi aşkar edilmiş və bitki kütləsi sellofan torba ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 1,71 kq olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş narkotik vasitəni Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 150 manat məbləğində pul verməklə aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən əlavə olaraq hər hansı qadağan edilmiş əşya yaxud predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 01, iş vər. 20-22) Cinayət işinin materiallarında olan 27.04.2020-ci il tarixli raportdan görünür ki, Balakən Rayon Polis X30 Polis X27 Xidmətinin inspektoru Şahid9 raportla Balakən Rayon Polis Şöbəsinə müraciət edərək 27.04.2020-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlanmasında şübhələr olduğunu bildirmiş, həmin məlumat əsasında keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs2 və Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 23). Cinayət işinin materiallarında olan 27.04.2020-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarışın aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əmkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərindən hər hansı qadağan edilmiş əşya yaxud predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 43-45). Cinayət işinin materiallarında olan 27.04.2020-ci il tarixli “Baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan Vaz-21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşına polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 avtomaşının arxa tərəfindən 1 ədəd ağ rəngli kiçik ölçülü sellofan torba çıxararaq təqdim etmiş həmin sellofan torbaya baxış zamanı torbanın içərisində spisifik iyli qurudulmuş marixuanaya oxşar bitki kütləsi olması müəyyən edilmişdir. Aşkar edilmiş bitki kütləsi elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 14,27 qram olması müəyyən edilmişdir. Bundan başqa avtomaşına baxış zamanı hər hansı qeyri-qanuni predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vərəqi 46-48). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 49) Cinayət işinin materiallarında olan 27.04.2020-ci il tarixli “Yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs1 və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı hər hansı qeyri-qanuni predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vərəqi 50-52) Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 53) Cinayət işinin materiallarında olan 27.04.2020-ci il tarixli “Yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs2 və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı hər hansı qeyri-qanuni predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarışın aparılmasının əks olunduğu video çəkiliş DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vərəqi 55-57) Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının 28.04.2020-ci il tarixli 17/248 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə "Vət.Təqsirləndirilən şəxs2 əlində olan 1 ədəd qara rəngli sellofan torbada...." sözləri və imzalar olan bir ədəd kağız paketin içərisində 01 (bir) ədəd qara rəngli sellofan torbada təmizi çəkisi- 1 kq 680 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 məxsus olan **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşından..... " sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi- 14,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs2 əlində olan 1 ədəd qara rəngli sellofan torbada...." sözləri və imzalar olan bir ədəd kağız paketin içərisində 01 (bir) ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuana ilə üzərində "Vət. Təqsirləndirilən şəxs1 məxsus olan **-BB- *** dövlət qeydiyyat nişanlı avtomaşından..... " sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bağlamadakı qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər(cild 01, iş vər. 67-70) Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 24 iyun 2020ci il tarixli 530 saylı rəyindən görünür ki, Adalov X7 vasitələrdən istifadə etmir.Narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 204) Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 18 avqust 2020-ci il tarixli 710 saylı rəyindən görünür ki, Ələkbərov İlham oğlunda Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür(cild 01, iş vər. 242). Cinayət işinin materiallarında olan 21.09.2020-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı narkotik vasitə qurudulmuş marixuananı tapdığı yeri əyanı şəkildə göstərmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 02, iş vər. 46-47). Cinayət işinin materiallarında olan 18.09.2020-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 aldığı yeri əyanı şəkildə göstərmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 02, iş vər. 32-34). Cinayət işinin materiallarında olan Balakən rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas, X6 09.07.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Balakən RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış, lakin toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. (cild 02, iş vər. 96-101) Cinayət işinin materiallarında olan “telefon danışıqlarına dair məlumatlardan” görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə iş üzrə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 24.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək mütəmadi (70-ə yaxın) telefon əlaqəsi olmuşdur. Həmçinin, iş üzrə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə iş üzrə digər Şahid13 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 24.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək mütəmadi danışıqlar olmuş, əvvəlki üç gündə bir neçə dəfə bu danışıq qeydə alınsa da, 27.04.2020-ci il tarixdə 30-a yaxın telefon danışığı qeydə alınmışdır. (cild 02, iş vər.11-22) Cinayət işinin materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 1(019)-14/2021 saylı hökmünə əsasən X1 Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılası cəzasına məhkum olunmuş, X12 isə Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Həmin hökmdən görünür ki, Şahid1 həmin iş üzrə şahid qismində dindirilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarında mövcud olan və məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, məhkəmə istintaqı nəticəsində iş üzrə hər iki təqsirləndirilən şəxsin, yəni həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapdığından, onlar məhz həmin maddə ilə təqsirli bilinməli və hər biri barəsində qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müdafiəçi Təqsirləndirilən şəxs1 saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaları tərəfindən döyüldüyü və ona görə də, ibtidai araşdırmanın ilkin dövründə etirafedici ifadə vermək məcburiyyətində qaldığını qeyd etmiş, həmçinin Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasındakı alğı-satqının predmetini təşkil edən narkotik vasitənin çəkisini mübahisələndirərək həmin narkotik vasitənin çəkisinin 100 qram, özü də həmin kütlənin çürüntü mal olduğu halda, polis əməkdaşları tərəfindən artırılaraq təqribən 1 kq 700 qram qurudulmuş marixuanaya çatdırıldığını irəli sürmüş, habelə Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunan narkotik vasitənin həmin avtomobilə polis əməkdaşları tərəfindən qoyulduğunu israr etmiş, eyni zamanda 27.04.2020-ci il tarixdə hər iki təqsirləndirilən şəxs arasında baş tutan alğısatqı prosesinin polisin provakasiyası olduğunu, yəni sözügedən alğı-satqının təhrik nəticəsində baş verdiyini əsas gətirərək hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiə tərəfi ilkin olaraq Təqsirləndirilən şəxs1 saxlanılarkən, o cümlədən polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirlərə məruz qaldığı üçün araşdırmanın ilkin dövründə etirafedici ifadələr verdiyini bildirdiyindən və qeyd olunan məsələ təsdiq olunduğu təqdirdə bütövlükdə cinayət işi üzrə icraatın ədalətsiz elan olunmasına gətirib çıxara biləcəyindən, məhkəmə kollegiyası ilk növbədə bu məsələyə münasibət bildirməyi zəruri sayır. Çünki həm daxili qanunvericiliklə qadağan olunan, həm də Avropa İnsan Hüquqları Konvensiyasının zəmanət verdiyi əsas və mütləq hüquqlardan birinin pozulması nəticəsində təmin edilmiş sübutdan istifadə, hər zaman məhkəmə icraatının ədalətliliyi ilə bağlı ciddi suallar ortaya çıxarmışdır. Daxili qanunvericiliklə yanaşı, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsində də öz əksini tapan “işgəncələrin qadağan olunması” sözügedən sənəddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri kimi təsbit edilir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Beləliklə qeyd olunanlara münasibət bildirərək məhkəmə kollegiyası vurğulayır ki, müdafiə tərəfi sözügedən məsələni ibtidai istintaq zamanı da qaldırmış və həmin xüsusat Balakən rayon prokurorluğunda araşdırılmışdır. Cinayət işinin materiallarında yer alan 09.07.2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Balakən RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə qeyd etdiyi hallar prokurorluqda araşdırılmış, lakin toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar müdafiə tərəfinə təqdim olunmuş, lakin müdafiə tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Odur ki, həmin qərara əsasən müdafiə tərəfin qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından, həmin qərar müdafiə tərəfindən mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan, Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin dövründə polis əməkdaşları tərəfindən fiziki təsirlərə məruz qalması ilə bağlı nəticəyə gəlmək qeyrimümkündür. Ona görə də, məhkəmə kollegiyası bu hissədə Təqsirləndirilən şəxs1 qeyd etdiklərinə tənqidi yanaşaraq həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və onunla razılaşmır. Müdafiə tərəfin mübahisələndirdiyi digər məsələ Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasındakı alğı-satqının predmetini təşkil edən narkotik vasitənin çəkisi ilə bağlı olmuşdur ki, bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırmanın ilkin mərhələsində 27.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən dövlət hesabına müdafiəçi ilə təmin olunması üçün ona vəkillərin siyahısı təqdim olunmuş və özünün seçdiyi müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Həmin axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində olan bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisindəki kütlənin narkotik vasitə - marixuana olduğunu bildirmiş və Təqsirləndirilən şəxs1 150 manat pulun müqabilində aldığını qeyd etmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 1 kq 700 qr olduğu müəyyən olunmuş, bundan sonra həmin kütlə sellofan torba ilə birlikdə müvafiq qaydada qablaşdırılmaqla götürülərək rəy alınması üçün ekpertizaya göndərilmişdir. Cinayət işinin materiallarında olan ekspert rəyindən də göründüyü kimi, həmin kütlə tədqiqata tədqim olunmuş və ekspert tərəfindən ölçülmüş, çəkisinin 1 kq 680 qr olduğu müəyyən edilmişdir. Tərtib edilmiş rəylə sözügedən kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan digər sübutlar da (şahid ifadələri və s.) müdafiə tərəfin qeyd etdiklərini təkzib etdiyindən, məhkəmə kollegiyası bu hissədə də müdafiə tərəfin, o cümlədən digər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və həmin ifadələrin müdafiə xarakterli ifadələr olması qənaətinə gəlir. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 elan olunan ümumi ittihamdan müdafiə tərəfin də mübahisələndirdiyi – “Təqsirləndirilən şəxs1 tərəfindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib idarə etdiyi Vaz-21011 markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşının arxa sərnişin oturacağının arxa tərəfində saxladığı 14,22 qram narkotik vasitə qurudulmuş marxuanaya dair” hissəsi xaric edilməlidir. Çünki sözügedən narkotik maddənin Təqsirləndirilən şəxs1 məxsus avtomobildən aşkar olunması faktı, daha dəqiq ibtidai araşdırma oranının əməkdaşları tərəfindən həmin baxış keçirilənədək və baxış keçirilərkən yol verdiyi nöqsanlar həmin prosesin etibarlılığı ilə bağlı məhkəmə heyətində şübhə yaratmışdır. Belə ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 27.04.2020-ci il tarixdə saat 19:05-də şübhəli şəxs qismində tutulduğu və həmin tarixdən hüquqlarının məhdudlaşdırıldığı qeyd olunsa da (cild 01, iş vər. 37 - tutma protokolu), iş materialları ilə (şahid ifadələri və s.) müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 faktiki olaraq Təqsirləndirilən şəxs2la eyni vaxtda saxlanılmışdır. Belə olan halda, onun da saxlanılması və hüquqlarının məhdudlaşdırılması Təqsirləndirilən şəxs2la eyni tarixə və saata, yəni 27.04.2020-ci il tarixdə saat 17:30-a təsadüf etmişdir (cild 01, iş vər. 13 - tutma protokolu). Odur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs1 faktiki saxlanılması və hüquqlarının məhdudlaşdırılması zamanı kimi məhz 27.04.2020-ci il tarix saat 17:30 qəbul olunmalıdır. Bundan əlavə, iş üzrə dindirilən təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 saxlanıldıqdan dərhal sonra idarə etdiyi avtomobildən düşürülərək polis əməkdaşlarının xidməti avtomobilinə mindirilmiş və həmin avtomobildə polis şöbəsinə gətirilmişdir. Onun avtomobilini isə məhz polis əməkdaşları sürərək polis şöbəsinə gətirmişdir. Müdafiəçinin də iştirakı ilə video çəkilişlə 27.04.2020-ci il tarixdə saat 19:35-dən saat 20:10-dək Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparıldığı zaman onun üzərindən idarə etdiyi avtomobilin açarı aşkar olunmamışdır. Daha sonra isə müdafiəçinin də iştirakı ilə video çəkilişlə 27.04.2020-ci il tarixdə saat 20:25-dən saat 20:55-dək Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Həmin baxışın video görüntülərindən müəyyən olunur ki, avtomobilin qapıları açarla bağlı olmamış, açıq vəziyyətdə olmuşdur. İbtidai istintaqın sonrakı mərhələsində, həmçinin məhkəmə istintaqı zamanı isə müdafiə tərəfi israrla həmin narkotik vasitənin Təqsirləndirilən şəxs1 məxsus olmadığını və həmin kütlənin avtomobilə qoyulduğu ilə bağlı xüsusatları qeyd etmişdir. Belə olan halda, məhkəmə kollegiyası mövcud vəziyyəti və iş üzrə müəyyən olunan halları əsas götürərək qeyd gəlir ki, sözügedən baxış hərəkəti nöqsanlara yol verilməklə həyata keçirildiyindən, avtomatik olaraq həmin vaxtı avtomobildən narkotik vasitənin aşkar olunması faktının etibarlılığı məhkəmə kollgiyasında narahatlıqlar yaratmışdır. Sözügedən avtomobilə baxış istintaq hərəkətinin keçirilməsi zamanı, eyni zamanda ibtidai araşdırmanın ilkin dövründə Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitənin ona məxsus olduğunu bildirməsi fonunda belə, ibtidai araşdırma orqanının əməkdaşları tərəfindən baxış keçirilənədək və baxışın keçirilməsi ərəfəsində yol verilən nöqsanlar, məhkəmə kollegiyasının qeyd edilən xüsusatla bağlı göstərilənlərə tənqiqdi yanaşmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunduğu kimi, 27.04.2020-ci il tarixdə 17:30da saxlanılması, sonuncunun idarə etdiyi avtomobildən düşürülüb polis avtomobilində polis şöbəsinə gətirilməsi, həmin müddətdə özünə məxsus avtomobilə nəzarət edə bilməməsi, şəxsi axtarış zamanı üzərindən ona məxsus avtomobilin açarının aşkar olunmaması, ən əsası da onun saxlanılması ilə ona məxsus avtomobilə baxışın keçirilməsi arasındakı 3 saatlıq zaman kəsiyi və həmin müddətdə avtomobilin onun nəzarətində olmaması, məhkəmə heyətində haqlı olaraq sübutun etibarsızlığı ilə bağlı şübhələr yaratmışdır. CPM-in 125.1-ci maddəsində isə birmənalı şəkildə qeyd edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 21.2-ci maddəsində də göstərimişdir ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Belə olan halda məhkəmə kollegiyasında həmin sübutla bağlı haqlı şübhələr yarandığından, o cümlədən həmin şübhələr aradan qaldırılması mümkün olmayan şübhələr olduğundan, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 qarşı elan olunan ümumi ittihamdan “Təqsirləndirilən şəxs1 tərəfindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib idarə etdiyi Vaz-21011 markalı, ** BB *** dövlət nömrə nişanlı avtomaşının arxa sərnişin oturacağının arxa tərəfində saxladığı 14,22 qram narkotik vasitə qurudulmuş marxuanaya dair” hissəsi xaric edilməlidir. Beləliklə məhkəmənin müəyyən etdiyi iş üzrə mübahisə olunmayan hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin fevral ayında Balakən şəhəri Dəmiryolu vağzalının yaxınlığındakı meşəlik sahədən külli miqdarda, yəni 1 kiloqram 680 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib özündə saxlamış və 27.04.2020-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “X18 Müəssisəsi” MMC-nin qarşısında Təqsirləndirilən şəxs2 satmış, Təqsirləndirilən şəxs2 isə həmin narkotik vasitəni əldə edib üzərində saxlanılmışdır. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunmasının əsassızlığı və qanunsuzluğu həmçinin onun polislə əməkdaşlığa cəlb edilmiş şəxs tərəfindən cinayət törətməyə (narkotik vasitə satmağa) təhrik edilməsi ilə əlaqələndirildiyindən, yəni Təqsirləndirilən şəxs1 cinayətdə təqsirliliyinin polisin müdaxiləsi ilə əldə olunmuş sübutlara əsaslandırılmasına istinad edib, ümumiyyətlə onun barəsində həyata keçirilmiş ibtidai araşdırma və onun nəticələri mübahisələndirildiyindən, məhkəmə kollegiyası baxılan məsələyə aid olan hüquq qaydaları kimi aşağıdakıların qeyd olunmasını məqsədəuyğun bilir. Qanunçuluq prinsipini təsbit edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirlərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqlarının və X9 Haqqında” Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148, 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X9 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüququları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir (qərarın 2-ci bəndi). Odur ki, hazırki işdə müdafiəçi məhkəmə qarşısında Təqsirləndirilən şəxs1 ədalətli məhkəmə araşdırmasına olan hüququnun pozulması haqqında məsələ qaldırdığından və bunu Təqsirləndirilən şəxs1 polislə əməkdaşlığa cəlb edilən şəxs tərəfindən cinayətin törədilməsinə təhrik edilməsi və sübutlar bazasının məhz bu yolla yaradılması ilə əlaqələndirdiyindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin isə bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə sözügedən məsələnin həlli zamanı Avropa Məhkəməsinin presedentlərinə müraciət etməyi və onun mövqeyini nəzərə almağı zəruri hesab edir. Məhkəmə kollegiyası ilk nöbədə cinayət işi üzrə baş vermiş hadisələri xronoloji ardıcıllıqla sadalayaraq qeyd edir ki, cinayət işinin materiallarından müəyyən olunur ki, 2020-ci ilin aprel ayının əvvəllərində Şahid1 istifadəsində olan mobil telefon nömrəsindən qonşusu olan və taksi sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək sonuncudan ona istifadə etmək üçün narkotik vasitə olan marixuana satmasını xahiş etmiş, Təqsirləndirilən şəxs1 isə ona narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Bir müddət sonra, yəni aprel ayının sonlarına doğru Şahid1 bu dəfə əvvəldən tanıdığı İslam Ələkəbərova zəng edərək ona 150 manat müqabilində narkotik vasitə olan marixuana tapmasını xahiş etmiş, Təqsirləndirilən şəxs2 ilk əvvəl ona narkotik vasitə tapa bilməyəcəyini bildirmiş, lakin Şahid1 inadından əl çəkməyərək 24.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək istifadəsində olan mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsinə 70ə yaxın zəng edərək ona istifadə üçün narkotik vasitə olan marixuana tapmağı xahiş etmiş, nəticədə Təqsirləndirilən şəxs2 ona narkotik vasitə tapacağına söz verərək, istifadəsində olan telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək sonuncudan ona narkotik vasitə marixuana təşkil edə biləcəyi ilə maraqlanmış, Təqsirləndirilən şəxs1 isə cavabında narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 bir daha Təqsirləndirilən şəxs1 zəng edərək 150 manat pulunun olduğunu və hətta keyfiyyətsiz mal olsa da, qəbul edə biləcəyini bildirərək ona narkotik vasitə tapmasını xahiş etmişdir. Belə olub Təqsirləndirilən şəxs1 özündə olan 1 kq 680 qr narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 satmağa razılaşmış və növbəti dəfə Təqsirləndirilən şəxs2 zəng etdikdə ona 150 manat müqabilində marixuana satmağa razı olduğunu bildirmişdir. Nəticədə 27.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 sözügedən narkotik vasitə marixuananı satarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu halda Təqsirləndirilən şəxs1 tərəfindən qeyd edilən cinayətin polis provakasiyası nəticəsində törətməsi halını araşdırmaq, “təhrik etmə”nın baş verib-verməməsinin anlamaq üçün həm Avropa İnsan Hüquqları Məhkəməsinin öz qərarlarında məhz “təhrik etmə”yə hansı prizmadan yanaşmasına və buna dair yaratdığı hüquqi mövqeyə nəzər yetirmək zərurəti yaranmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, pərdə altında qanuni istintaqın əksinə olaraq, təhrik təhlükəsizlik qüvvələrinin üzvləri, yaxud onların təlimatları əsasında faəliyyət göstərən şəxs olmasından asılı olmayaraq vəzifəli şəxslərin, cinayət fəaliyyətini mahiyyət etibarilə passiv formada araşdırmaqla kifayətlənmədikləri və hüquq pozuntusunun mümkünlüyünü müəyyən etmək, beləliklə, sübut təmin edib cinayət təqibi başlatmaq məqsədilə subyektə onu hüquq pozuntusu törətməyə (əks halda törədilməyəcək bir pozuntuya) sövq edəcək şəkildə təsir etdikləri vəziyyətdir (Ramanasukas Litvaya qarşı iş). Eyni zamanda məhkəmə həmin qərarında göstərmişdir ki, məhkəmə hakimiyyət orqanlarının xüsusən mütəşəkkil cinayət və korrupsiya işlərində xüsusi istintaq metodlarına müraciət etmək zərurətini qəbul edir. Bununla əlaqədar olaraq, o müəyyən etmişdir ki, xüsusi istintaq metodlarından istifadə - ələlxüsus, gizli metodlar – öz-özlüyündə ədalətli məhkəmə araşdırması hüququnu pozmur. Lakin belə metodların istifadəsi zamanı polisin təhriki riskini nəzərə alsaq, onların istifadəsi aydın çərçivə daxilində həyata keçirilməlidir. Mütəşəkkil cinayətkarlığın artması dövlətlərdən müvafiq tədbirlərin görülməsini tələb etsə də, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi tələbini nəzərdə tutan ədalətli məhkəmə araşdırması hüququ ən adidən ən mürəkkəbə qədər bütün cinayət hüququ pozuntularına tətbiq olunur. Ədalət mühakiməsinin düzgün həyata keçirilməsi hüququ demokratik cəmiyyətdə elə əhəmiyyətli yer tutur ki, əlverişlilik naminə qurban verilə bilməz. Belə istifadə yalnız sui-istifadəyə qarşı adekvat və yetərli təminatlar, xüsusən sözügedən istintaq tədbirlərinə icazənin verilməsi, onların həyata keçirilməsi və nəzarəti üçün aydın və proqnozlaşdırıla bilən prosedur mövcud olduqda məqbul sayıla bilər. Bununla yanaşı olaraq, məhkəmə polisin gizli fəaliyyət göstərə biləcəyini, lakin cinayətə təhrik etməməli olduğunu vurğulamışdır (Xudobin Rusiyaya qarşı iş). Digər bir qərarında isə məhkəmə qeyd etmişdir ki, (Teyşeyra de Kastro Portuqaliyaya qarşı işdə) Məhkəmə o cümlədən ərizəçinin daha əvvəl məhkumluğunun olmamasını, onun barəsində heç bir istintaqın açılmadığını, onun polis əməkdaşlarına məlum olmamasını, evində narkotik maddə tapılmamasını və həbs zamanı onun üstündə tapılan narkotik maddənin miqdarının gizli agentlərin almaq istədiyindən çox olmamasını nəzərə almışdı. Məhkəmə qət etmişdir ki, agentlərin fəaliyyəti gizli agentlərin fəaliyyət sərhədlərini aşıb, çünki onlar şəxsi hüquq pozuntusuna təhrik etmişdilər və onların müdaxiləsi olmasa idi sözügedən hüquq pozuntusunun törədiləcəyini göstərən heç bir əlamət yox idi (37-38). Ərizəçinin sözügedən əməli törətmək üçün təzyiqə məruz qoyulub-qoyulmadığı da nəzərə alınmalı olan daha bir amildir. Ərizəçinin cinayət əməlində iştirakı və ya cinayət törətməyə meylli olduğu barədə hər hansı obyektiv şübhə mövcud olmadıqda, ərizəçi ilə əlaqənin qurulmasına təşəbbüsün göstərilməsi (Burak Hun türkiyəyə qarşı, 44), ərizəçinin ilkin etirazına baxmayaraq təkrar təklifin verilməsi, inadkarlıqla cinayətə təhrik (ramanauskas Litvaya qarşı [BP], 67), orta qiymətdən yüksək təklifin verilməsi (Malininas Litvaya qarşı, 37), narkotik abstensiya əlamətlərinə istinad etməklə, ərizəçidə mərhəmət hissi yaratmaq (Vanyan Rusiyaya qarşı, 11 və 49) Məhkəmə tərəfindən hüquq mühafizə orqanlarının işçisi və ya onların təlimatı əsasında fəaliyyət göstərən fərdi şəxs olmasından asılı olmayaraq sözügedən agentin ərziəçinin cinayət törətmək üçün təzyiqə məruz qoyduğunu müəyyən edilmişdir. Həmçinin Avropa Məhkəməsinin bu məsələ ilə bağlı qəbul etdiyi son qərarlardan biri olan “Vanyan Rusiyaya qarşı” işində məhkəmə “İnsan Hüuqularının və X9 Haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qaşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhəkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində əksini tapmış ədalətli məhkəmə araşdırmasına dair tələbdən belə nəticə irəli gəlir ki, narkotiklərin satışına qarşı mübarizəyə olan ictimai maraq belə polis provakasiyası nəticəsində əldə olunmuş sübutlardan istifadə edilməsinə bəraət qazandıra bilməz. O halda ki, polisin gizli agentlərinin hərəkətləri şəxsin cinayətə təhrik edilməsinə yönəldilir və həmin şəxsin bu cinayəti onların (agentlərin) müdaxiləsi olmadan da törədə biləcəyini göstərən əsaslar mövcud deyil, bu vəziyyət “gizli agent” anlayışından kənara çıxır və artıq provakasiya adlandırıla bilər. Odur ki, “təhrik etmə” anlayışına Avropa Məhkəməsinin mövqeyindən yanaşdıqda qeyd olunmalıdır ki, əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsidirsə və şəxsin yalnız polis provakasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi görülən əməlini) ifşa edirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməz. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri də şəxsi əslində törətmək niyyətində olmadığı cinayətə sövq edən hərəkətlər olaraq çıxış etməməli, yəni şəxsin cinayət kimi qiymətləndirilən əməli müstəsna olaraq polisin təhriki ilə törədilmiş hərəkətlərdən ibarət olmamalıdır. Nəzarət qaydasında malın alınması kimi əməliyyat-axtarış tədbirinin gedişində şəxsin onda olan narkotik vasitəni polis əməliyyatına cəlb edilmiş şərti alıcıya “satması” da, şəxsin bu əməliyyatadək, yəni polisin müdaxiləsi olmadan törətdiyi kriminal hərəkətlərinin ifşa edilməsi üçün həyata keçirlən tədbir kimi nəzərdən keçirilməlidir. Yəni qanunsuz olaraq narkotik vasitə saxlayan şəxs şərti alıcı vasitəsi ilə nəzarət qaydasında malın alınması əməliyyatının gedişində ifşa olunursa, məsuliyyət yaradan kriminal davranış kimi həmin şəxsin qanunsuz olaraq narkotik vasitəni saxlaması və bunu məhz satış məqsədi ilə etməsi çıxış edir, narkotik maddənin əməliyyatın gedişində şərti alıcıya “satılması” isə onun əməliyyatadək (polisin müdaxiləsi olmadan) törətmiş olduğu həmin cinayətini (satış məqsədi ilə narkotik vasitəni saxlamasını) ifşa etməyə kömək edən vasitə rolunu oynayır. Başqa sözlə, əməliyyat-axtarış tədbiri provakasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların “yaradılmasını” deyil, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həm əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırlmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Beləliklə, cinayət işinin materiallarında mövcud olan sübutları ayrı-ayrılıqda yuxarıda qeyd olunanlarla müqayisəli şəkildə qarşılıqlı araşdıran məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin fevral ayında Balakən şəhəri Dəmiryolu vağzalının yaxınlığındakı meşəlik sahədən külli miqdarda, yəni 1 kiloqram 680 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib özündə saxlamış və məhz təhrik nəticəsində 27.04.2020-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “X18 Müəssisəsi” MMC-nin qarşısında Təqsirləndirilən şəxs2 satarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi polis əməkdaşlarında əvvəlcədən Təqsirləndirilən şəxs1 dair hər hansı əməliyyat məlumatı olmamış, onun barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Cinayət işindən görünür ki, yol patrul xidmətinin əməkdaşı Şahid9 Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili gördükdən sonra əvvəllər onun barəsində narkotik vasitənin satışı ilə məşğul olmasına dair məlumatlar eşitdiyinə görə və həmin məlumatların düz çıxma ehtimalının mövcudluğuna görə efirə çıxaraq xidmətdə olan polis əməkdaşlarından ünvan 7 ünvanında yerləşən “X18 Müəssisəsi” MMC-nin qarşısına gəlməyi xahiş etmiş, dərhal da həmin yerə Balakən Rayon Polis Şöbəsinin rəis müavini Şahid8 və çoxlu sayda polis əməkdaşı gəlmiş və nəticədə qeyd olunan əməliyyat tədbiri baş tutmuşdur. Lakin məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Şahid9 ona daxil olan məlumatların Təqsirləndirilən şəxs1 barəsində olduğunu bildirsə də, nədənsə 27.04.2020ci il tarixdə raportla Balakən Rayon Polis Şöbəsinin rəisinə müraciət edərkən Təqsirləndirilən şəxs1 adını qeyd etməmiş, özünün də qeyd etdiyi kimi həmin günədək ümumiyyətlə tanımadığı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat verərək onun barəsində tədbir görülməsini xahiş etmişdir. Bu hal məhkəmə heyətində anlaşılmazlıq yaratmış, Şahid9 isə bu xüsusata dair izah verə bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında narkotik vasitənin alğı-satqısı baş verən anadək iş üzrə Şahid1la digər Təqsirləndirilən şəxs2 arasında üç gün ərzində çoxlu sayda, təxminən 70 dəfə telefon əlaqəsi olmuş, bununla paralel olaraq Şahid1 iş üzrə digər şahid Balakən Rayon Polis Şöbəsinin rəisinin sürücüsü, eyni zamanda Balakən Rayon Polis Şöbəsində ocaqçı vəzifəsində işləmiş Şahid13la 24.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək müddət ərzində çoxsaylı (30a yaxın) telefon danışıqları aparmış, həmçinin hər iki şəxs - həm Təqsirləndirilən şəxs2, həm də Şahid1 məhkəmə istintaqı zamanı bu halları təsdiq etmiş, eyni zamanda Şahid1 Təqsirləndirilən şəxs2 sözügedən narkotik vasitəni alması üçün təhrik etdiyini birbaşa məhkəmə iclasında qeyd etmişdir. Məhkəmə kollegiyası bu xüsusata dair hər iki təqsirləndirilən şəxsin, o cümlədən iş üzrə Şahid1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinin iş üzrə mövcud olan digər sübutlarla da təsdiq olunduğunu və üst-üstə düşməklə biri digərini tamamladığını bildirərək, həmin hissədə ifadələrin obyektiv həqiqəti əks etdirdiyi qənaətinə gəlir, ona görə də, həmin hissədə məhkəmə istintaqı zamanı verilən ifadələri əsaslı sayaraq qəbul edir. Eyni zamanda Balakən Rayon Məhkəməsində baxılan və 23.07.2021-ci il tarixdə çıxarılan 1(019)-14/2021 saylı hökmdən də göründüyü kimi, Şahid1 həmin iş üzrə də ittiham tərəfin sübutu qismində şahid statusunda dindirilmiş və məhkəmə iclasında polis əməkdaşları tərəfindən bu növ cinayət işlərinə cəlb edildiyini, polis porvakasiyasında iştirak etdyini bildirmişdir. Qeyd olunmalıdır ki, sözügedən hökmlə X1 Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılası cəzasına məhkum olunsa da, X12 Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Digər tərəfdən Şahid1 və Təqsirləndirilən şəxs2 ilk dəfə Təqsirləndirilən şəxs1la telefon əlaqəsi yaradan zaman Təqsirləndirilən şəxs1 onlara narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirərək narkotik vasitə satışından imtina etmiş, lakin sonradan Təqsirləndirilən şəxs2 bir neçə dəfə zəng etdikdən, hətta çürük mal olsa belə ona satacağı narkotik vasitənin qarşılığında 150 manat pul verəcəyini təklif etdikdən sonra sonuncu sözügedən narkotik vasitənin satışı ilə bağlı razılığa gəlmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vaxtı yalnız Təqsirləndirilən şəxs2 satmaq üçün gətirdiyi çəkidə narkotik vasitə aşkar olunmuş, daha sonra üzərinə və yaşadığı evə baxış keçirilərkən hər hansı başqa narkotik vasitə aşkar olunmamışdır. Beləliklə bütün bu qeyd olunanlar və cinayət işinin materiallarında mövcud olan sair çoxsaylı sübutlar məhkəmə heyətində qeyd edilən nəticəyə gəlməyə, yəni sübutların polis provakasiyası nəticəsində əldə olunması barədə qənaətə gəlməyə səbəb olmuşdur. Belə ki, Avropa Məhkəməsi ayrı-ayrı qərarlarında yaratdığı hüquqi mövqeyində də qeyd etmişdir ki, polis müdaxiləsi yalnız o zaman qanuni sayıla və qəbul edilə bilən ola bilər ki, onlar tərəfindən şəxs narkotik vasitənin satışına təhrik edilməsin. Onların fəaliyyəti yalnız passiv olsun və normal şəkildə öz axarında baş verən prosesə qoşulma formasında çıxış etsin. Yəni təqsirləndirilən şəxs normal şəraitdə özündə olan narkotik vasitəni satarkən şərti alıcı və ya polis əməkdaşları tərəfindən çıxış edən şəxs də narkotik vasitə almaq üçün müraciət etsin və heç bir təhrik olmadan həmin narkotik vasitəni əldə etmiş olsun. Nəyinki hazırki haldakı kimi, təqsirləndirilən şəxs narkotik vasitənin bariz satışına sövq edilsin. Belə olan halda Avropa Məhkəməsinin öz qərarlarında yaratdığı hüquqi mövqedən çıxış edib, həmçinin cinayət işinin materiallarında olan sübutlara məcmu halında qiymət verməklə qeyd etmək olar ki, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə polis təhrikinə məruz qalmış, o cümlədən cinayətin törədilməsi üçün polis provakasiyasının qurbanı olmuşdur. Odur ki, ibtidai istintaq orqanı tərəfidən əldə olunan sübutlar Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunmasına, o cümlədən sonuncunun qeyd olunan maddədə nəzərdə tutulan əməlin törədilməsində təqsirli sayılaraq məhkum edilməsinə səbəb ola bilməz. Bununla yanaşı məhkəmə kollegiyası onu da vurğulayır ki, əldə olunan sübutlar Təqsirləndirilən şəxs1 qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə və onun sözügedən maddə ilə təqsirli bilinərək məhkum edilməsinə imkan verməsə də, cinayət işinin materiallarında mövcud olan sübutlar Təqsirləndirilən şəxs1 əvvəlki cinayət əməlini, yəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qəsdən əldə edib özündə saxlama cinayətini ifşa etmişdir ki, belə olan halda o, CM-nin 234.1-ci maddəsi ilə, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qəsdən qanunsuz olaraq əldə edib özündə saxlama cinayətini törətməkdə təqsirli bilinərək qanuna müvafiq qaydada cəzalandırımalıdır. Təqsirləndirilən şəxs2 gəldikdə isə məhkəmə kollegiyası onun ittiham olunduğu cinayət əməlini törətməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, Təqsirləndirilən şəxs2 sözügedən cinayət əməlini törətməsi cinayət işinin materiallarında olan sübutlar vasitəsi ilə tam təsdiq olunur. Ona görə də, o, CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri cinayət işinin materiallarında mövcud olan və biri-digərinə uyğun gələn sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə (həmçinin biri azyaşlı – 2015-ci il təvəllüdlü olmaqla iki uşağı ilə birlikdə) Balakən rayonu Mahamalar kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vərəqi 236-238) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamış, sonuncu dəfə Balakən Rayon Məhkəməsinin 21.02.2011-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək və CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 07 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09.09.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmişdir. (cild 01, iş vər. 198-200) Məhkəmə kollegiyası himayəsində bir azyaşlı uşağın olmasını CM-ni 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə ünvan 10 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vərəqi 239-241) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 255-256) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 03.12.2020-cinil tarixli Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 sol əlin və barmağın anadan gəlmə olmaması səbəbindən müddətsiz olaraq ikinci dərəcəli əlil şəxsdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X35 Şəxsin 16 saylı regional ərazi filialı tərəfindən verlmiş 03.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 26.07.2016-cı il tarixdən ikici qrup ümumi xəstəlikdən 130 manat məbləğində sosial müavinət alır. İş materiallarına əlavə edilmiş 25 dekabr 2020-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 15 dekabr 2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin dekabr ayının 24-də 500 nömrəli qeyd edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, müddətsiz olaraq ikinci dərcəli əlilliyi olan şəxs olmasını CM-ni 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə hər iki təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşaq vardır, Təqsirləndirilən şəxs2 isə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş və müddətsiz olaraq ikinci dərcəli əlilliyi olan şəxsdir. Hər iki şəxsin cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən əvvəllər də dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, məhkumluğu olmasa da təyin olunan cəzalardan nəticə çıxarmayaraq yenidən qəsdən az ağır cinayət törətməsini və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in 2344.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Balakən Rayon Məhkəmənin 29.04.2020-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs1 27.04.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 37, 128-131) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 27.04.2020-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri təyin olunmuş cəza müddəti bitənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən ilk dəfə cinayət məsuliyətinə cəlb olunması, ikici dərəcəli əlilliyi olan şəxs olması kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 2344.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 27.04.2020-ci il tarixdən 29.04.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş və 29.04.2020-ci il tarixdə qəbul olunan qərarla barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə X11 azad olunmuşdur. (cild 1, iş vər. 13, 132-133) Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27.04.2020-ci il tarixdən 29.04.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb çıxılmalı və ona qəti müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkmləi, cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Balakən rayonunun hüdudlarını tərk etməmək, axşam saat 2200-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 kq 679,8 qram və 14,02 qram olan qurudulmuş marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 13 ədəd DVD diskin və Azercell MMC-dən daxil olmuş 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 157,80 AZN (yüz qırx üç manat, səksən səkkiz qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 78,90 manat olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27.04.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri təyin olunmuş cəza müddəti bitənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27.04.2020-ci il tarixdən 29.04.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Balakən rayonunun hüdudlarını tərk etməmək, axşam saat 2200-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 kq 679,8 qram və 14,02 qram olan qurudulmuş marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 13 ədəd DVD diskin və Azercell MMC-dən daxil olmuş 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 157,80 AZN (yüz qırx üç manat, səksən səkkiz qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 78,90 manat olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-57/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-57/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver