Məhkəmə qərarları › İş №1(091)-57/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-57/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-57/2022 02.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə Firodvey qızı, xx xxxxxx 1977-ci il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qəbələ şəhəri, Almabağı adlanan yeni yaşayış massivində nömrəsiz evdə kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə saat 13 və ya 14 radələrində sərxoş vəziyyətdə kirayə yaşadığı Qəbələ şəhəri, Almabağı adlanan yeni yaşayış massivində yerləşən nömrəsiz evin yataq otağına arvadı Qanuni nümayəndə ilə rəsmi nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü, özündən 31 yaş kiçik, himayəsində yaşayan, tərbiyə etmək vəzifəsi daşıdığı qızı Zərərçəkmiş şəxs guya ayaqlarını ovxalatmaq üçün çağırıb aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi halda yataq otağının qapısını bağlayıb onun köməksiz vəziyyətindən istifadə edərək cəmiyyət arasında təşəkkül tapmış əxlaq normalarına zidd olaraq öz cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədi ilə çarpayının üzərində Zərərçəkmiş şəxs əllərindən tutub zorla onun sinə və arxa yan nahiyyəsini əlləmiş, sonra ayaqlarından, qollarından tutub fiziki güc tətbiq etməklə yerə uzadıb zərərçəkmişin əllərini zorla öz cinsiyyət orqanına toxundurmuş, cinsiyyət orqanını əlləri ilə oynatmağa və sıxdırmağa məcbur etmiş, zərərçəkmiş müqavimət göstərib ayağa qalxmaq istədikdə əllərindən vuraraq əyinindəki şalvarı zorla aşağı çəkib soyundurmaqla əl barmaqlarını zorla bir neçə dəfə onun anal dəliyinə daxil edib-çıxarmış, zərərçəkmiş ağrının təsirindən ağlayaraq ondan əl çəkməsini tələb etdikdə “ağlama, yoxsa daha pis olacaq” deməklə, etiraz edəcəyi halda vuracağı və törətdiyi qanunsuz hərəkətləri anası Haqverdiyeva Esmira Firdovey qızına bildirəcəyi təqdirdə öldürəcəyi ilə hədələməklə öz əynindəki şalvarı alt paltarı ilə birgə aşağı çəkib Zərərçəkmiş şəxs başından basaraq zorla cinsiyyət orqanından bir neçə dəfə öpdürmüş, sonra ayağa qalxıb ayaqüstə əlləri ilə zorla Zərərçəkmiş şəxs yanaqlarından basaraq ağız nahiyyəsini açıb cinsiyyət orqanını bir neçə dəfə onun ağızına yerləşdirib-çıxarmış, bu zaman Zərərçəkmiş şəxs öyüyüb qusduğu üçün hamam otağına gedərək yuyunan zaman o, hamam otağına keçərək yenidən orada da zorla Zərərçəkmiş şəxs sinə və arxa yan nahiyyəsini əlləmiş, yataq otağına qayıdaraq sonuncunu oraya çağırıb başından basaraq onu zorla dizüstə çökdürüb yenə də cinsiyyət orqanını iradəsinə zidd olaraq bir neçə dəfə ağzına, əl barmaqlarını zorla bir neçə dəfə onun anal dəliyinə daxil edib-çıxarmış, həmçinin, dodaqlarından və boynundan öpməklə ümumilikdə təxminən 40 dəqiqə ərzində ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-nin 152.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 avqust 2021-ci il tarixdə günorta saat təxminən 13 radələrində yaşadığı məhəllədə Nüsrət adlı qonşunun həyətində təxminən 500 qram küstar üsulla hazırlanmış spirtli içki olan çəkilmə araq içmişlər.İçkidən sonra özünü sanki şok vəziyyətində hiss etmiş, heç nə dərk eləməmiş, evə gedib yatmaq qərarına gəlmişdir. Evə girən zaman dəhlizdə qızı Gülnarəni görmüş, yataq otağına keçmişdir. Oradan Gülnarəni çağırmış ki, gəlib ayaqlarını ovxalasın. Belə ki, yorğun olduqda həmişə uşaqlarına ayaqlarını ovxaladırmış. Gülnarə də otağına gəlmiş və ayaqlarını ovxalamağa başlamış, ayaqlarını ovxalayanda birdən Gülnarənin bədənini əlləmək qərarına gəlmiş, uzanıqlı vəziyyətdə əlini atıb Gülnarənin döşlərini, bədənini, arxa nahiyyəsini əlləməyə başlamışdır. Gülnarə isə etiraz etmiş, ona məhəl qoymamışdır. Gülnarə ondan qorxduğu üçün çox da etiraz edə bilməmiş, çünki atası kimi ondan qorxmuşdur. Həmin vaxt öz şalvarını və alt paltarını aşağı çəkmiş, daha sonra Gülnarənin başından basaraq zorla onun cinsi orqanından öpməyə məcbur etmiş, Gülnarə də cinsiyyət orqanından öpmüşdür. Sonra Gülnarənin başından basaraq cinsiyyət orqanını ağzına almağa məcbur etmişdir. Gülnarə isə otaqdan çıxıb getmək istəmişdir. Gülnarənin başını aşağı basmış və cinsiyyət orqanını ağzına almasına məcbur etmiş, Gülnarə onun cinsiyyət orqanını 2-3 dəfə ağzına almış, yəni 2-3 dəfə cinsiyyət orqanını Gülnarənin ağzına salıb-çıxartmış, bu zaman Gülnarə öyüyərək qusmuş və qusuntu yataqdakı pasteli batırmışdır. Qusuntu həmçinin onun da üzərinə düşmüşdür. Həmin vaxt cinsiyyət orqanından sperma gəlməmiş, daha sonra Gülnarəni sərbəst buraxmış, Gülnarə yuyunma üçün hamam otağına keçmiş, ondan sonra hamama keçmiş ki, özü də orada yuyunsun. Gülnarə də öz otağına keçmiş, özü isə həyətdə oturacaqda yatmışdır. Bir qədər sonra arvadı Esmira işdən gəlmiş, ancaq çox sərxoş olduğundan onunla hər hansı bir sözsöhbət xatırlamamış, hadisə barədə də aralarında söhbət olmamışdır. Həyətdə oturacağın üzərində yatmış, axşamtərəfi oyandıqda artıq həyətdə heç kim olmamışdır. Sərxoş olmağına görə ailəsinin evdən getdiyini düşünmüş, sonradan Esmiranın baş verənləri bilib uşaqlarla birgə Bakı şəhərinə getdiyini bilmişdir. Hazırda törətdiyi əməldən peşmandır, sərxoş olduğu üçün etdiyi hərəkətləri dərk etməmişdir, ailəsi ilə barışmışdır və məhkəmədən bu halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı psixoloq-müəllim və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, ailədə atası Ramin, anası Esmira, 12 yaşlı qardaşı Raul və 4 yaşlı qardaşı Alparslan birgə yaşayırlar.Təxminən 4 il olar ki, Qəbələ şəhərinə köçmüşlər, kirayədə yaşayırlar, anası Esmira Qəbələ rayon mərkəzi xəstəxanasında həkim-cərrah işləyir.Atası Ramin isə işsizdir,atası ilə onlar, həmçinin, anası arasında kiçik ailə münaqişələri baş vermiş, lakin, heç zaman iri dava-dalaş, böyük münaqişələr olmamışdır.Atasının ona və digər uşaqlarına normal münasibəti olmuşdur.18 avqust 2021-ci il tarixdə saat təxminən 13 radələrində anası işdə imiş, evdə atası, özü və iki qardaşı varmış.Az sonra atası evdən çıxıb getmiş, küçədə domino oynanılan yerə getdiyini düşünmüşdür.Təxminən 30 dəqiqə sonra atası evə gəlmiş, atasının sərxoş olmasını ondan gələn iydən və bir qədər də səndələməsindən hiss etmişdir. Atası, həyətdən qab qacağı evə gətirmiş, ona verib “bunları yu” demişdir. Həmin qabları mətbəxdə yuyurmuş. Atası da öz otağına, yəni, yataq otağına getmişdir.Təxminən 5-10 dəqiqə sonra atası onu öz otağına, yataq otağına çağırmış, atasının yanına getmişdir. Həmin vaxt atası çarpayıda uzanmış vəziyyətdə olmuş, əyinində boz rəngli tuman varmış. Atası ayaqlarınının ağrıdığını deyərək ovxalamağını istəmişdir.Həmişə onlara ayaqlarını ovxalatdığından yenə də oxvalamağa başlamış, 1-2 dəqiqə ayaqlarını ovxalamışdır ki, bu zaman atası onu öz yanına, yəni, iri çarpayının boş tərəfinə keçməyini istəmiş, atasının yanına keçib boş yerdə uzanmışdır. Bu zaman gözləmədiyi halda atası ona toxunmağa başlamışdır. Belə ki, o hər iki əlləri ilə paltarlarının üzərindən bədəninə, sinəsinə toxunmağa, əlləməyə başlamış, atasından bunu gözləməmiş və “eləmə” deyərək etiraz etmişdir. Bu zaman atası əlləri ilə onun həm köynəyini, həm də şalvarını çıxarmağa cəhd etmiş, şalvarını aşağı, köynəyini isə yuxarı qaldırmağa çalışmış, şalvarını əyninə olan tumanla birgə aşağı çəkmiş, köynəyini isə yuxarı qaldırmışdır. Etiraz edərək atasının əllərini kənara çəkməyə çalışıb ona müqavimət göstərirmiş. Ancaq atası ondan güclü olduğundan ayaqlarını tutmuş, əli ilə onun sinəsinə, arxa nahiyyəsinə toxunurmuş, gah əllərini kənara çəkirmiş, ancaq atası onun bədəninin hər yerini əlləyirmiş. Atasının ona qarşı bu hərəkətləri edəndə etiraz edib burax deyəndə atası cavab verməmiş, otaqdan qaçmaq istəsə də atası tutub saxlamış və qapını içəridən bağlamış, qəflətən əyinindəki tumanı dizlərinə qədər aşağı salıb cinsiyyət orqanını çıxartmış, başından və saçlarından tutmuş, “bu barədə kiməsə desən səni öldürəcəyəm” demiş, başından tutub özü ayaqüstə qalmış, dizləri üstə olmuş, əlləri ilə onun başından, ağız nahiyyəsindən tutmuş və əlləri ilə yanaqlarını sıxıb ağzını açaraq cinsi orqanını tam olaraq ağzına yerləşdirmişdir. Bir neçə dəfə cinsi orqanını ağzına salıb çıxartmış, etiraz edəndə yumuruğunu ona göstərib etiraz edəcəyi halda vuracağını bildirmişdir. Həmçinin, atası saçlarını və başını tutmuş, bərk qorxmuş, atasının niyə belə etdiyini bilməmişdir.Bir neçə dəfə cinsi orqanını ağzına salıb çıxarmış, həmçinin, sağ ya sol olduğunu bilmədiyi əlinin barmağını onun anal dəliyinə soxub çıxarmış, bərk ağrımış, lakin ağzını tutmuş, qışqırmağa imkan verməmiş, əgər qışqırmağa imkan olsa belə qorxusundan qışqırmamış, qəflətən qusmuş və qusuntu atasının da üzərinə tökülmüşdür. Bu vəziyyətdə atası artıq dayanmış və otaqdan çıxıb hamama getmiş, orada yuyunmağa, ağzını yumağa başlamışdır. Atası da hamama gəlmiş və o da yuyunmağa başlamış, hamamda da atası yenə də onun bədəninə, sinəsinə toxunmağa, əlləməyə başlamışdır.Atası yuyunub əynini dəyişib yenə də həmin otağına keçmiş, otağına keçəndə ona “bitdi, bəsdir” demiş, ancaq onu yenə də qışqırıb otağına çağırmış, otağa gedəndə atasının əynində bu dəfə yaşıl rəngli plavki çarpayıda uzanmış görmüş, otağa daxil olanda atası yenə də əvvəlki kimi başından tutub diz üstə çökdürüb əyinindəki plavkini aşağı salıb cinsi orqanını ağzına bir neçə dəfə salıb çıxartmışdır. Həmçinin, yenə də sağ və ya sol olduğunu bilmədiyi əlinin barmağını onun anal dəliyinə salıb çıxartmış, dodaqlarından, boynundan öpmüşdür. Təxminən 15-20 dəqiqə bu vəziyyət davam etmiş, atası onu sərbəst buraxmış, yenə də gedib hamamda yuyunmuş, artıq atası heç nə etməmiş və deməmişdir. Çünki anasının işdən gəlməyinə az qalmışdır.Hamamda yuyunub öz otağıma keçmiş, atası həyətdə oturacaqda uzanmışdır.Az sonra anası Esmira işdən gəlmiş, anası gələndən az sonra atasının anası ilə nəsə həyətdə söz söhbəti düşdüyünü, xırda mübahisə olduğunu görmüş, az sonra da atası həyətdə oturacaqda yatmışdır. Daha sonra anasına atasının ona qarşı etdiklərini danışmışdır. Anası çox pis olmuş və evdən çıxıb getmək qərarına gəlmişlər. Hazırda atası ilə barışmışdır və ondan şikayətçi deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Firodvey qızı Zərərçəkmiş şəxs göstərdiklərinə uyğun ifadə verməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, Qəbələ RMX-da həkim cərrah işləyir, Təqsirləndirilən şəxs əridir, onunla 14 ildir ki, rəsmi evlidir, evliliklərindən 13 yaşlı Gülnarə, 12 yaşı Raul və 4 yaşlı Alparslan adlı 3 övladları vardır.Təxminən 3 ildir ki, Qəbələ şəhərində Almabağı adlanan məhəllədə kirayədə yaşayırlar.Ailələrində bəzən xırda ailə münaqişələri olmuş, lakin, elə də böyük dava-dalaş olmamışdır.Yəni, münasibətləri ümumən normal olmuşdur. Uşaqlarının da Raminlə normal münasibətləri olmuşdur. 18 avqust 2021-ci il tarixdə günorta saat təxminən 16:30 radələrində işdən evə qayıtmış, həyətdə pilləkəndə Ramin onu qarşılamış, öpmək istəmiş, öpən zaman Raminin ağzından nəsə qəribə heç zaman hiss etmədiyi iy hiss etmiş, dodaqlarının kənarı ağarmış selik kimi imiş.Ondan nə baş verdiyini soruşanda Ramin nəsə bahalı, 120 manatlıq içki içdiyini bildirmişdir.Evə keçmiş, Ramin də arxası ilə yataq otağına gəlib qapını örtmüşdür. Ramin ona yaxınlaşıb onu öpmək istəmiş, ona “cinsiyyət orqanımı sənə yedizdirəcəydim, ancaq başqa bir qadına yedizdirdim” demişdir. Raminə “o qadının yanına gedə bilərsən” demiş, Ramin isə “mənə sən lazımsan, başqa qadın lazım deyil” deyə cavab vermişdir. Ramin bu zaman ona “yemək ye hazırlaş yedizdirəcəyəm” deyib eyvana çıxmışdır. Mətbəxdə yemək hazırlayan zaman paltaryuyan maşın işlədiyini və içərisində yataq otağının pastellərinin yuyulduğunu görmüşdür. Bu ona nəsə qəribə gəlmiş, ancaq Ramindən bir şey soruşmamışdır. Çünki Ramini çox danışdırmaq istəməmişdir. Yemək çəkmiş, ancaq yeyə bilməmiş, Ramini həyətdəki oturacaqda yuxuya getdiyini görmüş, evdə nəsə qəribəlik hiss etmişdir. Bu zaman Gülnarə və digər uşaqlar ona “sakit ol ata eşitməsin” demişlər. Gülnarəyə nə baş verdiyini ona ətraflı izah etməsini istəmiş, Gülnarə “atam cinsiyyət orqanını zorla mənim ağzıma salıb, barmağını arxama yeridib” demişdir. Sanki şok olmuş, nə baş verdiyini bilməmiş, təkrar Gülnarəni danışdırdıqda Gülnarə “atam yataq otağında zorla cinsiyyət orqanını mənim ağzına soxub çıxarıb, buna görə də qusmuşam, atam paltaryuyan maşında paltarları yuyur” deyə cavab vermişdir. Ancaq Gülnarə bərk qorxduğu üçün ətraflı danışa bilməmiş, evdən çıxıb getmək qərarına gəlmişlər. Hazırda əri ilə barışmışdır, ondan şikayətçi deyildir və məhkəmədən bu halların nəzərə alınaraq ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı psixoloq-müəllim və qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 iş üzrə zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin göstərdiklərinə uyğun ifadə verməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur, belə ki, onun arvadı Esmira xəstəxanada həkim işləyir və onlarla qonşuluqda yaşayırmışlar.Raminlə normal münasibəti olmuşdur. Belə ki, Ramin arabir onlara gəlirmiş və bəzən həyətlərində yeyib içmişlər, spirtli içki qəbul etmişlər. Bundan başqa Raminlə birgə Qəbələ şəhər mərkəzi bazarına da gedərək dəfələrlə pivə də içmişlər. Ramin onlara gedib-gəlsə də heç zaman Ramingilə getməmişdir.Ancaq bir dəfə onların televizorlarını düzəldən zaman həyətlərində olmuşdur.18 avqust 2021-ci il tarixdə saat təxminən 11 radələrində Ramin onların həyətinə gəlmiş, həyətdə tək olmuşdur.Ramin birgə araq içməyi təklif etmiş, ancaq Raminə “hələ tezdir, günorta içərik” demiş, ancaq Ramin razılaşmamış və “dayan gəlirəm” deyərək həyətdən çıxmış, təxminən 20 dəqiqə sonra Ramin əlində padnosda çoxlu meyvə, qarpız, tutma, xiyar, pomidor və yarımçıq şüşədə təxminən 600 qram araq gətirmiş, arağın çəkilmə araq olduğunu bilmişdir.Evindən pendir gətirmiş və birgə həyətdə oturub gavalı ağacının altında araq içərək həmin meyvələrdən yemişlər.Hərəsinə təxminən 300 qram spirtli içki olan araq içmişlər.Təxminən saat 13:30 radələrində araq qurtarmış, Ramin də padnosunu və qalan meyvələrini də yığıb həyətdən çıxıb evlərinə getmişdir.Ancaq gedən zaman nə işlə məşğul olacağını və nə iş görəcəyini ona deməmiş, sadəcə olaraq evlərinə getmiş, qapını arxadan bağlayıb evə gəlmiş və evdə yatmışdır.Saat təxminən 17 radələrində yuxudan durmuş və küçənin aşağısındakı çayxanada domino oynamış, ancaq Ramin yox imiş.Belə ki Ramin də orada bəzən domino oynayan imiş.Saat təxminən 19 radələrində evinə qayıdanda Raminin onun həyət qapısının qarşısında kubik daşının üzərində təkcə çox pərt oturduğunu görmüş, ondan nə baş verdiyini soruşanda Ramin ona “Nüsrət mən çox səhv eləmişəm, səhvə yol vermişəm” demiş, ondan nə etdiyini soruşsa da Ramin nə etdiyini bildirməmişdir.Ailəsi və uşaqlarının evdən çıxıb getdiklərin demiş, getmələrinin səbəbini deməmişdir. Bunu deyib Ramin həyətlərinə keçmiş və əlində təxminən 40 sm uzunluqda kəndirlə geri qayıtmış, Ramin həmin kəndirə yumuru formada hilgəh də vurmuş, onu özü telefonu ilə çəkmək istəyirmiş. Raminə “sən özünü asırsanmı?” deyə soruşmuş, Ramin “yox bunun şəklini uşaqlarıma göndərim ki, qayıdıb gəlsinlər” demişdir. Əlini atıb kəndiri Raminin əlindən alıb onu oradakı zibil qabına atmışdır. Ancaq Ramin çox pis imiş və sakitləşmirmiş.Sonra Ramin həyətlərinə keçmiş, öz həyətinə qayıtmışdır.Səhəri gün saat təxminən 09 radələrində həyətdən bayırda olan zaman Raminin kürəyində iri bir zənbil yol tərəfə getdiyini görmüş, ondan hara getdiyini soruşanda “Bakıya gedirəm” deyə cavab vermişdir.Başqa söhbət olmamış, Ramin də uzaqlaşıb çıxıb getmişdir.Bundan sonra Ramini görməmiş, təxminən 5-6 gün sonra evdə arvadından Ramin həmin gün, yəni, 18 avqustda 2021-ci il tarixdə evlərində qızı Gülnarəyə qarşı seksual xarakterli hərəkətlər etdiyini, buna görə də həbs edildiyini eşitmişdir.Şahid2 Ramin, Esmira və ya başqa gün onlardan heç kim onlara baş vermiş hadisə barədə nəsə bildirmədiklərini, hadisə baş verən gün Ramingilin həyətindən səs-küy və sair səs eşitmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs və Qanuni nümayəndə ilə ailəvi dost olmuşlar.18 avqust 2021-ci il tarixdə saat təqribən 15- 16 radələrində Esmira onun mobil telefonuna zəng edərək ondan bir gecəlik sığıncaq istəmiş, bir gecəlik onlarda qalmaq istəmişdir. Esmiranın səsinin həyəcanlı olduğundan ondan nə baş verdiyini soruşmuşdur. Esmira isə Bakı şəhərinə gəlib bildirəcəyini demiş, etiraz etməmişdir.Həmin gün axşam Esmira üç övladı ilə birgə onlara gəlmiş, Raminin elə bir pis hərəkət etdiyini demiş, ancaq onun yanında tam olaraq nə etdiyini açıqlamamış, Esmiranın qadın olduğuna görə ona əlavə sual verməmişdir. X1 qarşı elə bir pis hərəkət etdiyinə görə onu bağışlamayacağını bildirmişdir. Sonradan Raminin öz qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiyini eşitmişdir. Şahid3 həmin gün onlara gəlmiş Gülnarənin hadisə barədə nəsə bildirmədiyini, uşaqlarla oynadığını, səhəri gün Esmiranın uşaqları ilə birgə çıxıb getdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Qanuni nümayəndə 20 avqust 2021-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 18 avqust 2021-ci il tarixdə rəsmi nikahda olan əri Təqsirləndirilən şəxs tərəfindən birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi barədə məlumat vermiş və Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan 20.08.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yaşına çatmayan qızı Zərərçəkmiş şəxs qarşı zorla seksual xarakterli hərəkətlər etdiyi Qəbələ şəhəri Almabağı adlanan yeni yaşayış massivində yerləşən nömrəsiz evə baxış keçirilmişdir.Zərərçəkmiş şəxs evin yataq otağını təqdim edərək atasının ona qarşı zorla seksual xarakterli hərəkətlərin həmin otaqda, həmçinin çarpayının üzərində və evin hamam otağında əlüzyuyanın qarşısında etdiyini bildirmişdir.Yataq otağına baxış zamanı Zərərçəkmiş şəxs hadisə zamanı çarpayının üzərində olduğunu bildirdiyi 01 ədəd döşək üzlüyü və 01 ədəd çexol üzlük iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür.Daha sonra Zərərçəkmiş şəxs yataq otağına bitişik uşaq otağını təqdim edərək hadisə zamanı əyinində olan paltarların həmin otaqda olduğunu bildirib oradan özünə məxsus olduğunu qeyd etdiyi 01 ədəd qısa şalvarı, 01 ədəd qısaqol yay köynəyini və 01 ədəd alt paltarı olan tumanı təqdim etmiş, təqdim edilmiş paltarlar iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı baxışın ardıcıllığı ilə fotoşəkillər çəkilmiş, fotoşəkillərin əksi çıxarılaraq baxış protokoluna əlavə edilmişdir (cild 01, iş vər. 14-34). Cinayət işinin materiallarında olan 21 avqust 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər edən zaman əyinində olduğunu bildirdiyi 01 ədəd göy rəngli şalvara və 01 ədəd ağ-göy xətli qısaqol yay köynəyinə baxış keçirilərək iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Götürmə zamanı videoçəkiliş aparılmış və videoçəkiliş 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 89-95). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” 21.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.08.2021-ci il tarixdə 14 yaşına çatmayan qızı Zərərçəkmiş şəxs qarşı Qəbələ şəhəri Almabağı adlanan yeni yaşayış massivində yerləşən nömrəsiz evin yataq otağını, yataq otağındakı çarpayının üzərini və hamam otağını təqdim edərək həmin otaqda və hamamda Zərərçəkmiş şəxs qarşı zorla seksual xarakterli hərəkətlər etdiyini etiraf etmişdir. Müvafiq olaraq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 99-103) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizanın 24 avqust 2021-ci il tarixli 399 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində, cinsiyyət orqanı və arxa keçəcək nahiyyəsində hər hansı bir xəsarət və ya onun izlərinin obyektiv əlamətləri aşkar edilmədi. Azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır.Onunla təbii və qeyri təbii yolla cinsi əlaqədə olunmağa dair xəsarət və əlamətlər aşkar edilmədi (cild 01, iş vər. 139-140). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizanın 24 avqust 2021-ci il tarixli 403 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ saidin içəri yuxarı 1/3-nin, sol dirsək oynağının içəri səthinin və hər iki saidin içəri aşağı 1/3-nin sıyrıqları kimi xəsarətləri vardır.Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixlərdə və şəraitlərdə yəni sağ saidin içəri yuxarı və orta 1/3-nin, sol dirsək oynağının içəri səthinin sıyrıqları 18 avqust 2021-ci, hər iki saidin içəri aşağı 1/3-nin sıyrıqları isə 20 avqust 2021-ci ildə törənə bilər.Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir (cild 01, iş vər. 145-146). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən tərtib olunmuş 27.09.2021-ci il tarixli 21/575R nömrəli məhkəmə-genetik rəydən görünür ki, 01(bir) ədəd döşək üzü, 01(bir) ədəd çexol üzlük, hadisə zamanı Zərərçəkmiş şəxs əyinində olmuş 01(bir) ədəd qısa şalvar, 01(bir)ədəd köynək və 01(bir) ədəd tuman üzərində insana məxsus sperma nümunəsi aşkar edilmədi. 01(bir) ədəd döşək üzərində 1№-li ləkə və 01(bir) ədəd çexol üzlükdə 3 №-li ləkə üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Hadisə zamanı Zərərçəkmiş şəxs əyinində olmuş 01(bir) ədəd tuman üzərində olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. 01(bir) ədəd döşək üzərindəki 2№-li ləkə və 01(bir) ədəd çexol üzlükdəki 4 №-li ləkə üzərində olan bioloji mənşəli materiallar qarışıq tiplidir(ən azı iki şəxs) və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yararlı deyildir. Ekspertiza nəticəsində müəyyən edildi ki, 01(bir) ədəd çexol üzlükdəki 5 №-li ləkə, hadisə zamanı Zərərçəkmiş şəxs əyinində olmuş- 01(bir) ədəd qısa şalvarda 6 №-li ləkə, 01(bir) ədəd köynəkdə 7 və 8 №-li ləkələr, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş - 01(bir) ədəd şalvarda 10 və 11 №-li ləkələr və 01(bir) ədəd köynəkdəki 12 №-li ləkə üzərində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir.Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı (cild 01, iş vər. 190-195). Cinayət işinin materiallarında olan 24 sentyabr 2021-ci il tarixli 194 nömrəli məhkəmə psixoloji ekspertizanın rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmişdir. Zərərçəkmiş şəxs hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymaq və qavramaq imkanında olmuşdur. O, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd hərəkətlərin xarakter və mənasını anlamışdır. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixi emosional halda olmuşdur. Zərərçəkmiş şəxs yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. O,yaranmış şəraitin mahiyyətini tam dərk etmək və ona qarşı törədilmiş hüquqazidd əməlin mümkün nəticələrini görə bilmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafını nəzərə almaqla o, öz hərəkətlərinin mahiyyətini dərk etmiş, öz hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur (cild 01, iş vər. 200-202). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserindən daxil olmuş 06 oktyabr 2021-ci il tarixli 1204 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 203). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin təqdim etdiyi 16 sentyabr 2021-ci il tarixli 557 nömrəli məhkəmə psixiatrik rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur.Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 212-213). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası X7 Bölməsinin təqdim etdiyi 20 oktyabr 2021-ci il tarixli 17/744 nömrəli materialların məhkəmə ekspertizası “lifli materialların tədqiqi” rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın, 01 ədəd köynəyin və Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısa şalvarın, 01 ədəd köynəyin, 01 ədəd alt tumanının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır.Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın səthi üzərində tapılmış açıq-qara rəngli viskoz kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısa şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin səthi üzərindən tapılmış mavi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin səthi üzərindən tapılmış açıq göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəciklərinin fərdi əlamətləri olmadığına görə Təqsirləndirilən şəxs məxsus geyim əşyaları ilə Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının təmasda olub-olmamasını müəyyən etmək mümkün olmadı (cild 01, iş vər. 246-252). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 22.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 149, 153 və 150.2.5-ci maddələrinin tərkib əlaməti aşkar edilmədiyindən, ona münasibətdə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər 42-54). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü CM-in 152.3-cü maddəsi ilə, yəni yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs tərəfindən zor tətbiq etmədən törədilən əxlaqsız hərəkətlərə görə təqsirli bildiyini qeyd etsə də, məhkəmə kollegiyası onun qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha yüngül cəza nəzərdə tutulan maddəsi ilə məsuliyyətə cəlb olunmağa çalışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 150.3.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi (arvadı Qanuni nümayəndə, qızı 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, oğlu 2009-cu il təvəllüdlü Şahid1 və oğlu 2017-ci il təvəllüdlü X4) ilə birlikdə Bakı şəhəri ünvan 3 ünvanında qeydiyyatdadır, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vər. 184-186). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 136-137). Məhkəmə Təqsirləndirilən şəxs qızı olan zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin, o cümlədən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olan təqsirləndirilən şəxsin arvadının da onunla barışmasını, həmçinin ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası tərəfindən CM-nin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayətin ondan asılı vəziyyətdə olan şəxsə qarşı törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşadığı dövrdə əmək fəaliyyəti ilə məşğul olmayaraq, ailəsinin maddi rifahının yaxşılaşdırılması üçün hər hansı bir hərəkətlər etmədiyini nəzərə alaraq, həmçinin onun tərəfindən qeyd edilən cinayət əməlinin məhz himayəsində olmaqla, ondan asılı vəziyyətdə olan azyaşlı qız övladına qarşı törətməsini əsas götürərək, onun himayəsində olmaması nəticəsinə gəlir və bu halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin onunla barışmasını və məhkəmədən imkan daxilində təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsi ilə bağlı xahişini əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20.08.2021-ci il tarixdə istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vər. 38). Cinayət işinin materialarında olan Qəbələ Rayon Məhkəməsinin 22.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 20.08.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 125-126). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən tutulduğu vaxtdan, yəni 20.08.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd şalvar, 01 ədəd qısaqol yay köynəyi, 01 ədəd qısa şalvar, 01 ədəd qısaqol yay köynəyi və 01 ədəd alt geyimi olan tuman, 01 ədəd döşək üzlük, 01 ədəd çexol hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd şalvar, 01 ədəd qısaqol yay köynəyi, 01 ədəd qısa şalvar, 01 ədəd qısaqol yay köynəyi və 01 ədəd alt geyimi olan tuman, 01 ədəd döşək üzlük, 01 ədəd çexol hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini əldə etdiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar