Məhkəmə qərarları › İş №1(091)-57/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-57/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-57/2024 30.05.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X10 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 315-ci maddələri ilə təqsirli bilinib, 03 il 03 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, həbs olunanandək ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq midarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni 5,256 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroni və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 1,145 qram psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 24 yanvar 2023-cü il tarixdə, saat 00:35 radələrində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Müşviq İsayev küçəsi ərazisində işlədiyi kafenin qarşısında saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi üçün rayon polis şöbəsinə gətirilib, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində olan 01 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən 22 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,221 qram, 0,239 qram, 0,241 qram, 0,249 qram, 0,209 qram, 0,283 qram, 0,201 qram, 0,251 qram, 0,235 qram, 0,243 qram, 0,332 qram, 0,208 qram, 0,246 qram, 0,263 qram, 0,307 qram, 0,194 qram, 0,201 qram, 0,234 qram, 0,246 qram, 0,216 qram, 0,255 qram və 0,182 qram olmaqla, külli miqdarda, yəni 5,256 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin gödəkcənin sağ cibindən aşkar edilmiş 01 ədəd “Winchester” markalı siqaret qutusunun içərisindən 05 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,260 qram, 0,193 qram, 0,247 qram, 0,239 qram və 0,206 qram olmaqla, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,145 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, yanvar ayının 23-ü günü, axşam saatlarında işlədiyi çayxanada olan zaman işçisini təxminən gecə saat 11-ə qalmış, əmək haqqını verərək evə göndərmiş və gün ərzində olan alveri hesablamağa başlamışdır. Daha sonra gecə saat 11-ə 5 dəqiqə qalmış 4 nəfər şəxs içəri girmişlər. İçəri girən şəxslərdən üçünü tanımış, əməliyyat müvəkkili vəzifəsində işlədiklərini bilmişdir. Samid, Ramil və Cəsarət adlı əməliyyatçıları tanımış, lakin digərini tanımamışdır. Həmin vaxt Yavər adlı şəxs də çayxanada olmuşdur. Tanımadığı əməliyyatçı onlara salam verib, yoldan keçərkən Yavərdən bu şəxsin kim olduğunu soruşanda, Yavər ona həmin şəxsi tanımadığını bildirmişdir. Samid və Cəsarət ona yaxınlaşmış, digər əməliyyatçılar isə Yavər adlı tanışına yaxınlaşmışlar. Yavərlə aralarında məsafə 2 metr olarmış. Üzərlərinə baxış keçirilmiş, lakin heç birindən qeyri-qanuni əşya çıxmamışdır. Onun üzərindən aşkar olunan hər şeyi götürmüşlər. Yavərdən aşkarladıqlarını isə geri qaytarıb nalayiq ifadə deyərək göndərmişlər. Daha sonra onun qoluna qandal vurub, polis şöbəsinə aparmışlar. Yolda olan zaman polislərdən hara getdiklərini soruşmuş, lakin onlar cavab verməmişlər. Polis şöbəsinə çatan zaman əməliyyatçı ona “səndə “Makar” markalı tapança var, onu ver” demişdir. O, polislərə silahının olmadığını bildirmiş, qarşılığında isə əməliyyatçı Ramil aşağı əyilərək ayağının bud nahiyəsinə zərbələr endirmişdir. Ona qarşı bu şiddət bir müddət davam etmişdir. Samid adlı polis əməkdaşı ayağa qalxaraq şkafın üstündə olan qutunun içərisindəkiləri stolun üstünə töküb, söyüş söyərək “Makar”ın yerini mənə denən, bu narkotik maddənin cuzi hissəsini sənə yükləyəcəm, CM-in 234.1-i ilə ittiham olunacaqsan” demişdir. Özündə silah olmadığını bir daha polislərə bildirmişdir. Daha sonra Samid adlı şəxs yanındakı əməliyyatçıya “ə, bunun üstünü yaxşı axtardınız?” deyə səslənmiş, başında kepka olan əməliyyatçı üzərini axtarmağa başlamış və axtarış zamanı sağ cibindən bir ədəd paket çıxmışdır. Halbuki, həmin paket ona aid olmamışdır. Həmin şəxs yanındakılara “sevinirəm də, işimin nəticəsini görəndə” demişdir. Daha sonra Samid and içərək, paketi cibimə özü qoymadığını bildirmişdir. Paketdə olan tozu barmağına sürtərək dadmış, limon duzu olduğunu başa düşmüşdür. Daha sonra onu yuxarı otağa qaldırmışlar. Bir az sonra əməliyyatçı Ramilə zəng gəlmiş və Samidlə birlikdə getmişlər. Narkotik vasitənin ona aid olduğunu boynuna almamışdır, lakin onu çox incidib, döymüşlər. Baş verənlərdən çox qorxmuşdur, həmçinin polislərin and içib problem olmayacağını bildirdiklərinə görə, narkotik vasitənin ona aid olduğunu boynuna alıb, videoçəkiliş zamanı bunu demişdir. Həmin narkotik vasitəni müdafiəçisinin gözləri qarşısında onun cibinə qoymuşlar. Hətta polislər narkotik vasitələri fərqli ciblərinə qoymaq istəmiş, lakin sonda hamısını eyni cibinə qoymuşlar. Videoçəkiliş zamanı narkotik vasitəni işlətdiyi çayxananın qarşısını süpürən zaman tapdığını bildirmişdir, halbuki o, indiyə qədər çayxananın qarşısını süpürməmişdir. Samid qutunun içindəkiləri stolun üstünə boşaldanda, içərisində narkotik vasitə olan başqa bükümlər də olmuş, amma əməliyyatçı “Samid müəllim, bunları götürək bir az yüngül olsun” dedikdən sonra həmin bükümləri onun cibinə qoymamışlar. Müdafiəçi Dərgah müəllimin iştirakı zamanı verdiyi ifadəsindən başqa o, heç bir ifadə verməmiş, lakin polislər onun adından yalan ifadə yazmışlar. O, müstəntiqə sadəcə telefon nömrəsini bildirmişdir. İfadə vermədiyi üçün müstəntiq əsəbləşmiş, ona “sənə CM-in 234.4.3-cü maddəsilə ittiham verəcəm” demişdir. Aşkar olunan narkotik vasitələr ona aid olmamış, döyüldüyü üçün boynuna almışdır. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər ancaq narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotik vasitələri vəkil Ehtibarın gözləri qarşısında onun cibinə qoymuşlar. Polis şöbəsində onun düşmənçiliyi olan şəxs olmamışdır. Əməliyyat müvəkkilərini tanımış, lakin niyə belə hərəkət etdiklərini bilməmişdir. Polis əməkdaşları axşam saat 11-ə 5 dəqiqə qalmış içəri girmiş, saat 23:15də artıq polis şöbəsində olmuşdur. Kafedə üzərinə baxış keçirilən zaman qoluna qandal vurulmamış, lakin şöbəyə aparılan zaman polislər qandal vurmuşlar. İşlədiyi kafedən polis şöbəsinə piyada 10 dəqiqəlik yoldur, lakin oraya maşınla getmişlər. Polis şöbəsinə gətiriləndən 2 saat sonra vəkili görmüşdür. Videoçəkiliş zamanı Sabir və Ramil adlı polis əməkdaşları orada olmuşdur. Vəkil Ehtibarı tutulmazdan əvvəl tanımışdır. Saxlanıldıqdan sonra ailəsinə gec məlumat verilmişdir. Polis şöbəsinə gətirildikdən sonra vəkillərin siyahısı ona təqdim edilməmişdir. Polislər yaşadığı evə axtarış üçün gəlmiş və bu barədə ərizəni ona yazdırmışlar. Şəxsi axtarış keçirilmiş, telefonunu maddi sübut kimi götürmüşlər. Polislər tərəfindən döyülməsi barədə vəkil Dərgah müəllimə məlumat vermişdir. Polislər, ən çox onun bud nahiyəsinə vurmuşlar. Penitensiar Müəssisəyə gətirilən zaman müayinə olunmuşdur. Polis əməkdaşları onu qorxutduqları üçün narkotik vasitənin özünə aid olduğunu bildirmişdir. Müdafiəçi Dərgah müəllim ona vəkil təyin olunana qədər dindirilməmiş, ifadəsində sadəcə nömrəsini demişdir. Əvvəllər narkotik maddə istifadə edən zaman digər şəxslərdən narkotik vasitələr almış, həmçinin tanışları da ondan narkotik vasitə istəmişlər. Əvvəl məhkumluğu olmuş, Rusiyada cinayət törətmişdir. Müdafiəçi Ehtibar müəllimi ancaq videoçəkiliş və məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən görmüşdür. O, vəkil Ehtibarın iştirakı ilə dindirilməmişdir. Barəsində həbs seçilərkən məhkəmədə dediklərini xatırlayır, orada qismən təqsirli olduğunu, narkotik vasitəni üzərində saxlamamalı olduğunu bildirmişdir, çünki X8 qeydiyyatına düşdükdən sonra ona təzyiq göstərə bilinməyəcəyini bilmişdir. Sanksiya zamanı müdafiəçisinin dediklərini xatırlamır, amma çıxış etdiyi yadında qalmışdır. Polislərdən qorxduğu üçün sanksiya zamanı özünü qismən təqsirli bildiyini demişdir. Çayxanıın qarşısında üzərinə baxış keçirilib, həmin vaxt Yavər adlı şəxs də orada olmuşdur. 2023-cü ilin aprel ayında şahidlər ilə aralarında keçirilən üzləşmədən sonra sənədləşmə işləri aparılmadı, daha sonra üzləşmənin aparılmasına o razı olmamışdır. Şahid4 müdafiəçi və dövlət ittihamçısının suallarına düzgün cavab verməmişdir. İstifadəsində “KapitalBank”a məxsus kart olmuşdur. O, kafedə işləmiş, sürücülük etmiş, mağazada və digər işlərdə çalışmışdır. Bank hesabına bu qədər pulun daxil olmasının əsas səbəbi, Masallıdan arı saxlamaq üçün çərçivələr sifariş vermiş və Ağdaş şəhərində dostu onları satdıqdan sonra pulu kartına vurmuşdur. Daha sonra kafenin şəriki xərclik üçün onun hesabına pul göndərmiş, bundan əlavə, firmada işlədiyi üçün də pul almışdır. Kart hesabına göndərilən pulların kim tərəfindən göndərildiyini dəqiq deyə bilmir, amma gördüyü işlərlə bağlı aldığı əməkhaqqı və istədiyi borclar olub, lakin aldığı ödənişlərin ona verilmiş ittiham ilə əlaqəsi yoxdur. 2022-ci ilin aprel ayından narkotik vasitə istifadəsinə tövbə etmişdir. Narkoloji ekspertizada olmağını xatırlayır. Həkim ondan narkotik vasitə istifadə edibetmədiyini soruşmuş, o da istifadə etmədiyini bildirmişdir. Qanından analiz nümunəsi götürülmüşdür. Daha sonra analizin nəticəsi olaraq psixotrop maddələrdən istifadə etdiyi qeyd olunmuşdur, halbuki o, indiyə qədər psixotrop maddələrdən istifadə etməmişdir, əvvəl istifadə etdiyi heroin olmuşdur, onunda üstündən 6 aydan çox müddət keçdiyi üçün analizdə çıxa bilməzdi. Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü ildə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində müdafiəçi X1 iştirakı ilə dindirilərkən CM-in 234.1-1-ci maddəsilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Özü və yaxın qohumlarından heç kim ruhi-əsəb xəstəliyi keçirməmişdir. Hepatit C” və vərəm xəstəliklərindən əziyyət çəkmiş, həmçinin sinə nahiyəsində “raxitlik” əlamətləri olmuşdur. Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən çayxanalardan birini icarə əsasında işlətmişdir. xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 00:30 radələrində işlədiyi Ağdaş şəhəri, M.İsayev küçəsində piyada yol gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlaması barəsində məlumat olmasını bildirmiş və onu Ağdaş rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəlmişdir. RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra RPŞ-nin inzibati binasında yerləşən otaqlardan birində üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibindən üzərində “Sobranie” və “Winchester” yazılmış 02 ədəd siqaret qutusu, 01 ədəd “Redmi 9T” markalı mobil telefon, “Kapital Bank”a aid plastik kart, əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 06 ədəd 5 manatlıq, 01 ədəd 10 manatlıq, 03 ədəd bir manatlıq pul əskinasları aşkar edilmişdir. Daha sonra həmin siqaret qutuları növbə ilə açılmışdır. Əvvəlcə üzərində “Sobranie” yazılmış siqaret qutusu açılmış və içərisindən 22 ədəd xırda sellofan büküm aşkar edilmişdir. Daha sonra aşkar edilmiş 22 ədəd bükümlərdən 01 ədəd büküm açılaraq nümayiş etdirilmiş və içərisindən qəhvəyi rəngli, toz halında narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. O, həmin maddənin narkotik vasitə heroin olduğunu, digər bükmlərdə də olan maddənin həmin narkotik vasitədən olduğunu bildirmişdir. Daha sonra üzərindən aşkar edilmiş 22 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş və bu zaman həmin bükümlüərin ümumi çəkisinin 6 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükümlər tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizasına təqim edilməsi üçün boş kağız zərfdə qablaşdırlmış və üzərinə möhür vurulmuşdur, həmçinin şəxsi axtarışda iştirak edən şəxslərin hər biri tərəfindən imzalanmışdır. Daha sonra üzərindən aşkar edilmiş digər siqaret qutusu açılmış və içərisindən 02 ədəd sellofan bükülü aşkar edilmişdir. Daha sonra həmin sellofan bükülülər açılmışdır. Həmin bükülülərdən birinin içərsində ağ rəngli toz və kristal formalı maddə aşkar edilmiş və o, həmin maddənin limon duzu olmasını bildirmişdir. Digər sellofan bükülünün içərisindən isə 05 ədəd nisbətən kiçik ölçülü sellofan bükülü aşkar edilmişdir. Daha sonra həmin sellofan bükümlərdən biri açılmış və içərisindən ağ rəngli, kristal formalı maddə aşkar edilmişdir. O, həmin maddənin “patı” olmasını və digər dörd bükümdəki maddənin də, həmin “patı” adlanan maddə olmasını bildirmişdir. Bundan sonra həmin bükmülər də elektron tərəzidə çəkilmiş və 05 ədəd bükümün birlikdə ümumi çəkisi 1,2 qram, nisbətən böyük sellofan bükümün çəkisi isə 8 qram olmuşdur. Bundan sonra həmin sellofan bükümlər də, tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizasına təqim edilmək üçün boş kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuş, həmçinin şəxsi axtarışda iştirak edən şəxslərin hər biri tərəfindən imzalanmışdır. Bundan sonra üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefonda ayrı kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış başa çatmışdır. Şəxsi axtarış video çəkiliş vasitəsi ilə aparılmış və bu barədə protokol tərtib edilmişdir. Şəxsi axtraışda iştirak edən şəxslər həmin protokola imza etmişlər. Bundan sonra ona yaşadığı evə baxış keçirilməsi təklif edilmiş və o, buna heç bir etirazı olmadığını bildirmiş, həmçinin bu barədə ərizə yazmışdır. xx.xx.2023-cü il tarixdə gündüz vaxtı yaşadığı Ağdaş şəhəri, R.Rza küçəsi 2/6 ünvanında yerləşən yaşayış evinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdən qanunsuz olaraq saxlanılmış hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Baxışın keçirilməsində o, müdafiəçi və polis əməkdaşları iştirak etmişlər. Baxışın keçirilməsinə dair protokol tərtib edilmiş və onlar həmin protokola imza etmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni tutulmamışdan bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında işlədiyi çayxananın yaxınlığında küçənin kənarından tapmışdır. Belə ki, səhər saatlarında yaşadığı evdən çıxaraq işlədiyi küçəyə gəlmiş, Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən çayxanın qarşısını süpürdüyü zaman yan-yana 02 ədəd siaqret qutusunun olmasını görmüş, həmin siqaret qutuları diqqətini çəkdiyindən qutuları götürərək içərilərinə baxmış, bu zaman onların hər ikisinin içərisində sellofan bükümlərin olmasını görmüş, buna görə də siqaret qutularını cibinə qoymuşdur. Daha sonra həmin sellofan bükümləri açaraq içərilərinə baxmış, bu zaman orada olan 22 ədəd bükümün içərisində heroin, 05 ədəd bükümdə “patı” və 01 ədəd nisbətən böyük bükümdə isə limon duzu olduğunu görmüşdür. Həmin bükümlər marağını çəkdiyindən üzərində saxlamışdır. O, heç vaxt heç kimə narkotik vasitə satmamış və heç kimdən narkotik vasitə almamışdır. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. İfadəsi alınarkən ona qarşı hər hansı bir fiziki güc və ya psixoloji təsir edilməmişdir. Şübhəli şəxs qismində ifadə verdikdən sonra Rafiq Mürşüdlü öz dəstxəttilə yazmışdır ki, ifadəmi oxudum, mənim sözlərimlə düzgün yazılıb, doğruluğunu öz imzamla təsdiq edirəm. İmza Muradlı (İ cild, İ,v 31-32, 60-62). Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə sonrakı müdafiəçisi Müdafiəçi iştirakı ilə əlavə ifadə verərkən ona CM-in 234.1-1-ci maddəsilə elan olunmuş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, həbs olunanadək ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Özü və yaxın qohumlarından heç kim ruhi-əsəb xəstəliyi keçirməmişdir. “Hepatit C” və vərəm xəstəliklərindən əziyyət çəkmiş, həmçinin sinə nahiyəsində “raxitlik” əlamətləri olmuşdur. Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən çayxanalardan birini icarə əsasında işlətmişdir. 23 yanvar 2023-cü il tarixdə saata baxarkən vaxtın 22:50 olduğunu görmüşdür. Yanında işləyən Hüseyn adlı uşağın ayağında elektron nəzarət cihazı olduğundan, adına cəza düşməməsi üçün evə getməsini tapşırmışdır. Saat 23:00-da evdə olmalı olduğu üçün Hüseyn çıxıb getmişdir. Həmin vaxt orada Hüseyn və odan başqa qonşusu Yavər də olmuşdur. Hüseyni yola saldıqdan sonra Yavərə pəncərənin jalüzlərini bağladıqdan sonra birlikdə getmək üçün onu gözləməyi demişdir. Təxminən 3 dəqiqə sonra o, gündəlik alışveriş dəftərinə baxarkən başını yuxarı qaldırmış və bu zaman işlədiyi kafeyə 4 nəfər mülki geyimli şəxsin daxil olduğunu görmüşdür. Həmin şəxslər içəri girən kimi uca səslə “tərpənməyin, tərpənməyin” deyə söyləmişlər. Bundan sonra polis əməkdaşlarından ikisi onu, digər ikisi isə Yavəri tutub saxlamışdır. Həmin şəxslərən əvvəllər tanıdığı Samid adlı polis əməkdaşı “bunların üstünü axtarın” demişdir. Bu zaman əvvəllər tanıdığı Cəsarət adlı şəxs əllərindən tutaraq saxlamış, Samid isə ciblərini axtarmış, Ramin və başında “kepka” olan polis əməkdaşı isə Yavərin üzərini axtarmışdır. Onun üzərindən 80 manatdan bir qədər çox, lakin dəqiq xatırlamadığı miqdarda pul, “Redmi” markalı mobil telefon və “KapitalBank”a aid plastik kart, Yavərin üzərindən isə mobil telefon və pul çıxmışdır. Polis əməkdaşları Yavərə “sən lazım deyilsən, get” demişlər. Daha sonra onu qandallayıb “Niva” markalı avtomobilə mindirərək, Ağdaş RPŞ-ya gətirmişlər. Onu Samidin otağına aparmışlar və orada Samid ona “səndə silah var, silahı mənə ver” demişdir. O, Samidə heç bir silahı olmadığını bildirmişdir. Həmin vaxt otaqda onu RPŞ-ya gətirən 4 nəfər şəxs də olmuşdur. O, “məndə silah yoxdu” dedikdən sonra Ramin qarşısına gəlmiş və əyilərək hər iki ayağının bud hissəsinə yumruqla, başının sol hissəsindən sillə ilə vurmuşdur. Bundan sonra otaqda olan şəxslər hər biri “sənə deyirik silahın yerini de” deyə söyləməyə başlamışlar. Daha sonra Samid otağında yerləşən dolabdan kağız karobka gətirmiş və karobkanın içərisindən 5-6 ədəd kağız bükümdə “nəşə”, bir neçə sellofan bükümdə “kakos” və “patı”nı stolun üzərinə boşaltmışdır. Daha sonra Samid ona “silahın yerini de, yoxsa bunlar sənindi” deyə söyləmişdir. O, Samidə “mənim silahım yoxdu, nə də bunlar mənim deyil” demişdir. Samid söyüş söyərək bükümlərdən birini götürüb “silahın yerini de, bunlardan birini verirəm sənə, 234.1 ilə səni sənədləşdirirəm, buraxıram, sən də çöldən çölə işini həll edərsən” deyə söyləmişdir. O, yenidən Samidə onda nə silah olduğunu, nə də bunların onun olmadığını bildirmişdir. Samid ona “ümumiyyətlə, bunlar sənindi” demişdir. Bundan sonra o, bir neçə dəfə “mənim deyil, məni niyə yükləyirsən” deyə Samidə bildirmişdir. Samid isə “sənindi” demiş və bundan sonra Samid, Ramin, Cəsarət və kepkalı olan şəxs onu yerə yıxmışlar. Daha sonra döyərək həmin bükümlərin onun olduğunu bildirmişlər. O, həmin şəxslərə bükümlərin onun olmadığını, özünə aid olmayan şeyin üzərinə necə qoyulacağını demişdir. Bundan sonra Cəsarət adlı şəxs onu başqa otağa aparmış və bir qədər sonra kepkalı polis əməkdaşı da oraya gəlmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra Samidin otağından “onu bura gətirin” deyə söyləmişlər. Onlar yenidən Samidin otağına keçmiş və Samid ona “indi çəkiliş olacaq, narahat olma 234.1 ilə bağlanacaq” demişdir. O, yenə də “mənlik deyil” demiş, bu zaman Raminə zəng gəlmiş və Ramin Samidə “getmək lazımdı” demişdir. Buna görə də, onu yenə başqa otağa keçirmişlər. O, Cəsarət və kepkalı şəxs həmin otaqda gözləmişlər. Təxminən 20-30 dəqiqə sonra Ramin və Samid gəlmiş və bundan sonra onu yenə də Samidin otağına aparmışlar. Yenidən ona “bükümlər sənindi” deyə söyləmişlər. O, yenə də etiraz edərək onun olmadığını bildirmişdir. Samid “dayanın, bunun nə nazı ilə oynayırsız” deyə söyləmişdir. Bundan sonra onu digər otağa keçirmişlər. Həmin vaxt üzərində heç bir şey olmamış, vəkil də orada olmuşdur. O, həmin otaqda olan zaman Ramin üzərinə 02 ədəd siqaret qutusunu, mobil telefonunu və pul kartını qoymuşdur. Bu zaman Ramin ilə kepkalı şəxs öz aralarında mübahisə etmişlər. Belə ki, Ramin siqaret qutularını, telefonu və pul kartını onun müxtəlif ciblərinə qoymaq istəmiş, lakin kepkalı şəxs “hamısını bir cibinə qoy” demişdir. Ramin iki ədəd siqaret qutusunu, telefonunu və bank kartını onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Daha sonra “başla” deyə söyləmişlər. Sonra isə həmin otaqda videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman polis formasında olan əməkdaş ona üzərində olan əşyaları masanın üzərinə qoymasını tapşırmışdır. Buna görə də o, gödəkçəsinin sağ yan cibindən 02 ədəd siqaret qutusunu, 01 ədəd mobil telefonu, bank kartını masanın üzərinə qoymuşdur. Həmin vaxt cibində pulun olub-olmamasını dəqiq olaraq xatırlamamışdır. Polis əməkdaşı ondan üzərindən aşkar olunmuş bükümləri haradan əldə etdiyini soruşmuşdur. O, həmin bükümləri çayxananın qarşısını süpürən zaman tapdığını bildirmişdir. Bir gün sonra onu digər binaya aparmışlar. Həmin binada ona yaşadığı evə baxış keçirilməsinə qarşı olmamağı barədə ərizə yazmalı olduğu bildirilmişdir. O, evə baxış keçirilməsinə etirazı olmadığı üçün bu barədə ərizə yazmışdır. Bundan sonra yaşadığı Ağdaş şəhəri, R.Rza küçəsi, 2/6 ünvanında yerləşən evə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Yaşadığı evdə heç bir yerdə axtarış aparılmamış və bundan sonra baxış başa çatmışdır. Gecə onu Ağdaş RPŞ-ya, Samidin otağına gətirdikdən sonra Samid “ə bunun üstünü axtarmısız, bir də yoxlayın” deyə söyləmişdir. Buna görə də, kepkalı şəxs onun üzərini axtarmışdır. Onun əynində olan gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan büküm çıxmışdır. Samid “mən işimin nəticəsini görəndə sevinirəm də, bu işi görürəm də” deyə söyləmişdir. O isə “Samid müəllim. bu nə işdi, mənim üzərimdə belə bir şey olmayıb” demişdir. Samid də “mən sənin üzərinə heç nə qoymamışam” demiş, həmçinin üzərinə belə bir şey qoyanın ünvanına söyüş söymüşdür. O isə, “o nədi, mənim üzərimə necə keçdi” demişdir. Samid ona yoxlamasını bildirmiş, buna görə də, o, barmağının ucu ilə həmin ağ rəngli maddədən dilinə vurmuşdur. Bu zaman o, həmin maddənin limon duzu olmasını bilmiş və stolun üstünə qoyaraq “bu limon duzudu” demişdir. Daha sonra onu rəis müavinin otağına aparmışlar. Orada olan zaman Samid və Ramin ona çəklişdə narkotiki tanımadığı iran vətəndaşından almağını söyləməyi tapşırmışlar. O, belə bir söz deməyəcəyini, tutularaq Şəkiyə gedəcəyini bildirmişdir. Bu zaman ona “sənə demirik ki, Mənsurdan almışam, Veyisdən almışam de, iran vətəndaşından almışam de” deyə bildirmişlər. Bu zaman Ramin yenə də, onun hər iki ayağının bud hissəsindən yumruqla vurmuşdur. Ramin ona “biz iranlı axtaran deyilik” deyə söyləmişdir. O isə polis əməkdaşlarına “məni öldürsəz də, deməyəcəm” deyə bildirmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş bükümlərdəki narkotik vasitəni və psixotrop maddəni işlədiyi çayxanın qarşısını süpürən zaman tapdığını bildirməsi, lakin hazırki ifadəsində üzərində şəxsi axtarış aparılmamışdan əvvəl Ramin, Samid, Cəsarət və adını bilmədiyi kepkalı polis əməkdaşının döymələrinə baxmayaraq, yenə də onların verdiyi bükümlərin özünə aid olmadığını söylədiyini bildirdiyi halda nə üçün videoçəkiliş zamanı, heç bir təsir edilmədən, qeyd etdiyi 4 nəfər polis əməkdaşının hamısı orada olmayan vaxt üzərindən aşkar edilmiş bükümlərin ona aid olduğu və tapdığını bildirməsi ilə bağlı suala cavab olaraq Samidin “dayanın, bunun nə nazı il oynayırsız” deyə, həmçinin Samid özü özünə söyüş söyərək onu hədələdikdən sonra bu formada ifadə verdiyini bildirmişdir. Müdafiəçinin polis əməkdaşları işlədiyi kafedə nə qədər müddət ərzində olmaları və onların kafedən saat neçədə getmələri barədə sualına cavab olaraq, polis əməkdaşlarının təxminən 4-5 dəqiqə müddətində işlədiyi kafedə olduqdan sonra onu götürüb Ağdaş RPŞ-ya gətirdiklərini, polis əməkdaşlarının təxminən saat 22:55-də çayxanaya girdiklərini və 23:00-da birlikdə oradan çıxdıqlarını, saat təxminən 12-yə 5 dəqiqə işləmiş artıq rayon polis şöbəsinin qarşısında olduqlarını bildirmişdir. Müdafiəçinin siqaret qutularının üzərinə nə vaxt, necə və kim tərəfindən qoyulması barədə sualına cavab olaraq, siqaret qutularını üzərinə Raminin qoyduğunu, həmin siqaret qutularını şəxsi axtarış zamanı özü cibindən çıxararaq masanın üzərinə qoyduğunu bildirmişdir. Müdafiəçinin siqaret qutularının içərisində olan bükümlərə əlləri ilə toxunubtoxunmaması barədə sualına cavab olaraq, həmin bükümlərin heç birinə əlinin dəymədiyini bildirmişdir. Ağdaş RPŞ-ya gəldikdən təxminən 1 saat 30 dəqiqə 2 saat sonra vəkilin gəldiyini qeyd etmişdir (İİ cild i/v 105-109). İş üzrə təqsirləndirilən şəxs qismində əlavə ifadəsində Təqsirləndirilən şəxs ona xx.xx.2023-cü il tarixdə CM-in 234.4.3-cü maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək xx.xx.2023-cü il tarixdə vermiş olduğu ifadə ilə eyni məzmunlu ifadə vermiş və istifadəsində olan “Kapital Bank”a aid “Birkart Umico” kartından götürülmüş çıxarışdan həmin kart hesabına günün müxtəlif vaxtlarında müəyyən məbləğlərdə pul köçürülmələri olmasının müəyyən olunması ilə bağlı suala cavab olaraq, tanışlarından borc istədiyini, həmçinin həmin pulların ona kömək məqsədi ilə göndərilmiş pullar olduğunu bildirmişdir. İstifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən edilmiş telefon danışıqlarının, göndərilmiş, qəbul edilmiş SMS və MMS-lərin, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmalarının, habelə həmin nömrəyə daxil olan və çıxan zənglər barədə məlumatların məhkəmənin qərarı əsasında götürülmüş məlumatlardan xx.xx.2022-ci il tarixdə, saat 01:48-də 99***-***-**-** mobil nömrədən istifadəsində olan ***- ***-**-** mobil nömrəyə “ salam dede netertsen şexerdeyem 1 dene şey lagımdı mene maraxalan varsa mene xeber eleda nolar sennen xeber qogduyrem” məzmunlu, xx.xx.2022-ci il tarixdə, saat 18:50-də 99***-***-**-** mobil nömrədən istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə “QAQAW TORPAG HEC TAPMAG OLMAZ VEZYET COX PİSTİ BAWKA KİMSE VAR TAPİWRASAN MEN BURDAYAME UJE?”, həmin tarixdə, saat 19:04-də istifadəsində olan ***-***-**-** mobil nömrədən 99***-***-**-** mobil nömrəyə “Yox qaqa” məzmunlu, xx.xx.2022-ci il tarixdə, saat 03:31-də 99***-***-**-** mobil nömrədən istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə “Rafiq seher palibomnu dansiaciyiq basqa sivyaz tapa bilersen qa seher geleceyik lmkadayiq tecili ac bir kelme dansaq” məzmunlu, xx.xx.2022-ci il tarixdə, saat 14:00-da istifadəsində olmuş ***-***-**-** mobil nömrədən 99***-***-**-** mobil nömrəyə “**********439861” məzmunlu mesaj, həmin tarixdə, saat 17:07-də 99***-***-**-** saylı mobil nömrədən istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə “QAQA 30 VURAK” məzmunlu, həmin tarixdə, saat 17:10-da istifadəsində olmuş ***-***-**-** mobil nömrədən 99***-***-**-** mobil nömrəyə “Həə” məzmunlu, xx.xx.2023-cü il tarixdə, saat 15:57-də istifadəsində olmuş ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “5 dəqiqəyə gəldim”, həmin tarixdə, saat 15:58-də yenidən istifadəsində olan ***- ***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “ **********439861 kapitalbank” məzmunlu mesajlar yazılması ilə bağlı suala həmin mobil nömrənin sahibini və mesajın məzmununu xatırlamadığını bildirmişdir. Həmçinin, 2022-ci ilin noyabr ayından tutulduğu günə qədər ona məxsus mobil telefonun işlədiyi çayxanada ümumi istifadədə olduğunu, çayxanaya gələn şəxslərdən hər hansı biri ondan telefonu istəyərək zənglər etdiyini və wifi kimi istifadə etdiyini bildirmişdir (İİ cild, i/v 223-225). Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü madəsində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmkarı Şahid2 ilə birlikdə Rafiqin işlətdiyi kafenin qarşısına getmişlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və daha sonra polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə baxış keçirilmişdir. Baxış zamanı sellofan torbaların birində 22 ədəd büküm, digər sellofan torbada isə 5 bükümdə narkotik vasitə aşkarlanmışdır. Şahid1 daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunan narkotik vasitə heroin olmuşdur. Təqsirləndirilən şəxsdən narkotik vasitəni haradan əldə etməsi soruşulan zaman, tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs zorakılığa məruz qalmasına dair heç nə bildirməmiş və heç nəyə etiraz etməmişdir. Rafiq xarici telefon nömrəsilə qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı onlara daxil olmuş, amma həmin məlumatı realizə edə bilməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını Whatsapp sosial şəbəkəsində həyata keçirmişdir. Polis şöbəsinə Təqsirləndirilən şəxs ilə birlikdə getmişlər. Əməliyyat qrupunda özü, Şahid3, Şahid4 və Şahid2 olmuşlar. Əməliyyat tədbirini keçirmək üçün digər əməkdaşlar, yəni Şahid3 və Şahid4 onlara kömək göstərmişlər. Əməliyyat tədbiri gecə, təxminən saat 1-ə işləmiş keçirilmişdir. Rafiqi işlətdiyi çayxanın qapısının 5 metrliyində görmüşlər, onlar gələndə Rafiq çöldə olmuşdur. Təqsirləndirilən şəxs birinci Sabir və o, yaxınlaşmış və yaxınlaşdıqdan sonra Rafiqə onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Samid və Cəsarət kömək üçün ora 1-2 dəqiqə sonra yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Digər əməkdaşlar hər ehtimala görə, köməklik göstərmək məqsədilə gəlmişlər. Polis şöbəsinə gedən zaman Rafiqin qoluna qandal vurmamışlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasına dair əməliyyat məlumatları olmuş, amma təcrübələrində hadisə yerində baxış keçirilməsi və protokollaşdırılması olmadığına görə, baxış keçirilməsi üçün polis şöbəsinə getmişlər. Hadisədən uzun müddət keçdiyi üçün polis şöbəsinə gəldikləri vaxtı dəqiq xatırlamır, amma ibtidai istintaq zamanı ifadəsində bildirmişdir. Videoçəkiliş zaman müdafiəçi iştirak etmiş, amma vəkilin kim tərəfindən dəvət edildiyini dəqiq xatırlamır. Baxış keçirilmə vaxtını dəqiq xatırlamır. Baxış keçirilən zaman özü, təhqiqatçı, müdafiəçi və Samid olmuş, videoçəkilişi isə kriminalist aparmışdır. Baxış zamanı narkotik vasitəni Təqsirləndirilən şəxs çıxarıb təqdim etmiş, aşkar olunan narkotik vasitələrin özünə aid olduğunu və tapdığını bildirmişdir. Rafiqin narkotik vasitəni tapdığını deməsinə baxmayaraq, onlarda olan məlumata görə, o, narkotik vasitəni İran vətəndaşından almışdır. Narkotik vasitə siqaret qutusunun içərisində, 22 ədəd bükümdə olmuşdur. Üzərində olan digər sellofan torbada isə 5 bükümdə narkotik vasitə olmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs qarşı zorakılıq olmamışdır. Təqsirləndirilən şəxs barədə əməliyyat-qeydiyyat işi açılmışdır. Hadisə yerində Yavər adlı şəxsi görməmişdir, çünki çayxanada Rafiqdən başqa heç kim olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 da ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞ-nın CAB-nın baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin, psixotrop maddələrin saxlanması, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Şahid1 tərəfindən sənədləşmələr aparılmış və xx.xx.2023-cü il tarixdə, saat 1-ə işləmiş Şahid1 və o, Rafiq Mürşüdlünün işlədiyi kafenin yerləşdiyi Ağdaş şəhəri, M.İsayev küçəsinə yola düşmüşlər. Onlar ora çatan zaman Təqsirləndirilən şəxs işlətdiyi çayxananın qarşısında dayanmışdır. Şahid1 və o, Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra Şahid3 və Şahid4 da gəlmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və satması barədə RPŞ-ya əməliyyat məlumatının daxil olması və bununla əlaqədar RPŞ-ya getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs bundan sonra onlara RPŞ-ya gələcəyini bildirmişdir. Onlar birlikdə şöbəyə gəlmişlər. Təqsirləndirilən şəxs RPŞ-ya təhvil verdikdən sonra dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra Rafiqin üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs üzərindən, ümumilikdə 27 büküm olmaqla narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Şahid2 daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar oraya çatan zaman Təqsirləndirilən şəxs tək olmuş, sonuncunun yanında başqa adam olmamışdır. Rafiq aşkar olunmuş narkotik vasitələrin özünə aid olduğunu və çayxananın qarşısından tapdığını bildirmişdir. Gecə saat 00:10 radələrində onlar çayxanaya çatmışlar. Ora çatan zaman Təqsirləndirilən şəxs çayxanın qarşısında, təqribən 5 metrliyində, yola yaxın yerdə dayanmış, həmin vaxt ətrafda heç kim olmamışdır. Yaxınlaşan zaman özlərini təqdim etmiş və barəsində narkotik vasitələrin daşınması və saxlanması barədə əməliyyat məlumatının daxil olduğunu Rafiqə bildirmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərinə baxış keçirilməmişdir. Polis şöbəsinə Şahid1 xidməti maşını ilə qayıtmışlar, Təqsirləndirilən şəxs qoluna qandal vurulmamışdır. Polis şöbəsinə çatdıqdan sonra Təqsirləndirilən şəxs təhqiqatçının otağına gətirmişlər. Videoçəkiliş zamanı o, Şahid1, təhqiqatçı, müdafiəçi və videoçəkən olmuşlar. Polis şöbəsinə gəldikdən iki dəqiqə sonra müdafiəçi gəlmişdir. Müdafiəçinin kim tərəfindən dəvət olunduğunu bilməmişdir. Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış və bu barədə heç nə görməmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 da ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, xx.xx.2023cü il tarixdə Ağdaş RPŞ-nın CAB-nın baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin və psixotrop maddələrin saxlanması, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Şahid1 tərəfindən sənədləşmələr aparılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 1-ə işləmiş Təqsirləndirilən şəxs işlədiyi kafenin yerləşdiyi Ağdaş şəhəri, M.İsayev küçəsinə yola düşmüşlər. Daha sonra onlar birlikdə RPŞ-ya gəlmiş və Təqsirləndirilən şəxs şöbəyə təhvil vermişlər. Rafiqin üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs üzərindən, ümumilikdə 27 büküm olmaqla, narkotik vasitə aşkar edilmişdir. Rafiq aşkar olunmuş narkotik vasitələrin özünə aid olduğunu və çayxananın qarşısından tapdığını bildirmişdir. Telefon məlumatlarına əsasən, narkotik vasitələri İran vətəndaşından aldığı məlum olmuşdur. Təqsirləndirilən şəxs heç nəyə etiraz etməmişdir. Əməliyyat qrupunda Şahid1 və Şahid2 olmuşdur, Cəsarət və o, kömək üçün tədbirdə olmuşlar, çünki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu üçün onun qaçmaq və müqavimət göstərmək ehtimalı olmuşdur, ona görə də əvvəlcədən tədbir görmüşlər. Təqsirləndirilən şəxs ilə aralarında məsafə çox yaxın olmuşdur. Ora çatan zaman Təqsirləndirilən şəxs çayxananın qarşısında, təxminən 2 metrliyində, yola yaxın yerdə dayanmış, kafeni bağlayıb getməyə hazırlaşmışdır. Həmin vaxt ətrafda heç kim olmamışdır. Yaxınlaşan zaman özlərini təqdim etmiş və polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Bu zaman Rafiq heç bir müqavimət göstərməmiş, onlarla birlikdə polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs saxlnılan zaman üzərinə baxış keçirilməmişdir, çünki təcrübədə belə hal olmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirib təhqiqatçıya təhvil vermişlər, lakin hadisədən uzun müddət keçdiyi üçün həmin təhqiqatçının kim olduğunu xatırlamır. Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış və bu barədə heç nə görməmişdir. Şahid6 indiyə qədər tanımamışdır, bu hadisələrdən sonra adını eşitmişdir. Saxlanılan zaman Rafiqin telefonu üzərində olmuşdur. Rafiqin üzərində axtarış aparmamış, telefonundan məlumatı yoxdur, çünki o, baxış zamanı orada olmamışdır. Təqsirləndirilən şəxs barədə əməliyyat-qeydiyyat işi açılmışdır. Hadisə yerində olan zaman Rafiqdən başqa heç kimi görməmişdir. Şahid6 Ağdaş rayon sakini kimi tanımış, Təqsirləndirilən şəxs cinayət işilə bağlı araşdırma aparılan zaman verilən tapşırığa əsasən, Şahid6 haqqında məlumatı olmuşdur. Eşitdiyinə görə, Rafiqin valideyinləri Yavərə təsir edərək, məhkəmə iclasında Rafiqin xeyrinə yalan ifadə verməsini, guya ki, Rafiqi Yavər adlı şəxsin yanında tutduqlarını və narkotik vasitəni Rafiqə yüklədikləri barədə çıxış etməsini istəmişlər. Şahid6 heç vaxt zəng etməmiş və hansısa məzmunda ifadə verməyə təsir etməmişdir. Əvvəlki məhkəmə iclasında verdiyi ifadəni təsdiq edir. Rafiqin cinayət əməli ilə bağlı müstəntiqin tapşırığına əsasən, Şahid6 tanımışdır. Onlar Yavəri axtarmaq üçün evinə getməmiş, daha sonra Yavəri görməmişdir. O, Yavərə hər hansı məzmunda ifadə verməsilə bağlı təsir etməmiş və aralarında telefon danışığı olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, xx.xx.2023cü il tarixdə Ağdaş RPŞ-nın CAB-nın rəisi Şahid3 bildirmişdir ki, əməliyyat tədbiri var və kömək üçün ora getməliyik. Daha sonra Şahid3la birlikdə qeyd olunan yerə getmək üçün yola düşmüşlər. M.İsayev küçəsində hərəkətdə olan zaman Şahid1 və Şahid2 Rafiq adlı şəxsə yaxınlaşmışlar. Daha sonra Samidlə o da Rafiqə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və satması barədə RPŞ-ya əməliyyat məlumatının daxil olması və bununla əlaqədar RPŞ-ya getməli olduqlarını bildirmişlər. Daha sonra onlar birlikdə RPŞ-ya gəlmişlər. Təqsirləndirilən şəxs RPŞ-ya təhvil verilmiş və Rafiqin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs üzərindən ümumilikdə 27 büküm olmaqla narkotik vasitəyə bənzər kütlə və psixotrop maddə aşkar edilmişdir. Daha sonra Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, baxış keçirilən zaman orada olmamışdır. Polis şöbəsinə gələn zaman Təqsirləndirilən şəxs heç nəyə etiraz etməmişdir. Samid və o, Təqsirləndirilən şəxs yaxınlaşmazdan əvvəl Şahid2 və Şahid1 artıq Rafiqin yanında olmuşlar. Onlar Rafiqə işlətdiyi kafenin qarşısında olan zaman yaxınlaşmış, lakin kafeyə girməmişlər. Onlar gələn zaman Rafiqin yanında heç kim olmamış, o, tək olmuşdur. Şahid1 yaxınlaşdıqdan sonra Rafiqə özünü təqdim edərək, barəsində olan əməliyyat məlumatı əsasında polis şöbəsinə getməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olduğunu bildirmişdir. Rafiqin üzərinə baxış keçiriləndə və evə baxış zamanı orada olmamışdır. Rafiqi növbətçi hissəyə təhvil verdikən sonra oradan getmiş, daha sonra olanları görməmişdir. Rafiqlə aralarında olan üzləşməni dəqiq xatırlamır. Bundan başqa, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, Rafiqin işlətdiyi kafedə işləmişdir. Narkotik vasitələrdən istifadə etməsinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gecə saat 11-də evdə olduğundan, Rafiq ona günlük əməkhaqqı verib, yola salmışdır. Səhəri gün kafeyə gələndə çayxananın bağlı olduğunu görmüş və qonşulardan eşitdiyi məlumata əsasən, Rafiqin polis şöbəsinə apardığını bilmişdir. Daha sonra şahid verilən suallara cavab olaraq bildirmişdir ki, o, işdən gedən zaman saat 22:45 radələri olmuşdur. Rafiq həmin vaxt kafedə tək olmuşdur. Rafiqin kafesində iki gün işləmişdir. Kafedən çıxan zaman orada heç kim olmamışdır. O, getdikdən sonra kiminsə gəlməsi barədə heç nə bilmir. O gedən zaman Yavər adlı şəxsi orada görməmişdir. Rafiqin atası ilə yas yerində söhbət etmişdir. Heç kim ona “Get məhkəmədə Yavəri çayxanada gördüyünü de” sözünü deməmişdir. Rafiqin atası ona irad bildirmişdir ki, “Yavəri çayxanada gördüyünü niyə deməmisən?” o da Yavəri görmədiyini, ona görə elə ifadə verdiyini bildirmişdir. Rafiqin atası uşaqlarla ona xəbər göndərmiş, görüşmək istədiyini demişdir. Rafiqin valideynləri onunla söhbət etmək üçün evinə gəlməmişlər. O, Rafiqin valideyinlərinə çatdırmaq üçün kiməsə “məhkəmədə olduğu kimi danışacam, hakimləri aldada bilmərəm” sözünü deməmişdir. Yaşadıqları küçədəki uşaqlar Rafiqin atasının onu axtardığını demişdir. Bundan əlavə, cinayət işi üzrə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, İbtidai istintaq zamanı Azərbaycan Respublikası ərazisində olmadığına görə müstəntiq Xəyal Dolxanov “Whatsapp” proqramı vasitəsiylə onu dindirmişdir. Həmin zaman verdiyi ifadəni təsdiq edir. O, hadisə zamanı orada olmamışdır. Şahid daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, Rafiqi 5 ilə yaxın müddətdir ki, tanıyır, qonşusu olmuşdur. Rafiqin işlətdiyi kafeyə əvvəllər getmiş, amma yanvar ayının 23-də həmin kafeyə getməmişdir. Yanvarın 23-də kafenin ətrafında da olmamışdır. Rafiqin həbs olunması barədə hadisənin səhəri günü eşitmiş, lakin hadisə olan gün heç nə bilməmişdir. Hüseyn adlı şəxsi tanımış və onun Rafiqin işlətdiyi kafedə işlədiyini bilmişdir. Ora gedən zaman Hüseyni görmüş, amma saat neçəyə kimi orada işlədiyini dəqiq bilməmişdir. Rafiq həbs olunduqdan sonra sonuncunun valideyinləri ilə görüşmüşdür. Rafiq tutulduqdan sonra ya dayısı, ya da əmisi ona zəng vurmuşdur, amma telefonda nə danışdıqlarını dəqiq xatırlamır. Rafiqin anası onların evinə gələn zaman “gəl izahat ver, sən olanları görmüsən” demiş, lakin o, heç nə görmədiyini bildirmişdir. İbtidai istintaq zamanı onu heç kim polis şöbəsinə dəvət etməmiş, məhkəmə iclasına dəvət olunan zaman evdə olmamış, bildirişi anası götürmüşdür, lakin ona xəbər verilməmişdir. Növbəti prosesi eşidən kimi məhkəməyə gəlmişdir. Rafiqin dediyi, yəni başında papaq olan şəxsi tanımamışdır. Rafiqin anası onlara gələn zaman aralarında olan danışıqları xatırlamır. O, hadisə olandan sonra “Rafiqin atasının ürəyi xəstədi deyə, həmin gün olanları sizə xəbər verməmişəm” sözünü işlətməmişdir. Daha sonra şahid yenidən ifadə verərək bildirmişdir ki, 23 yanvar 2023-cü il tarixdə, gecə saat 11-ə qalmış siqareti qurtardığı üçün mağazaya getmişdir. Daha sonra çayxanaya getmiş və Rafiq qonşusu olduğu üçün fikirləşmişdir ki, 3-5 dəqiqə gözləsin və Rafiq çayxananı bağlayandan sonra evə birlikdə qayıtsınlar. Çayxanaya gedən zaman Rafiqin işçisini evə yola saldığını, çayxananı bağlamağa hazırlaşdığını görmüşdür. Bu zaman ora polis əməkdaşları gəlmiş və çatan kimi Rafiqin qollarına qandal taxmışlar. Polis əməkdaşı digərinə “Rafiqin qoluna qandal vurun” demiş və 4-5 nəfər polis əməkdaşı Rafiqin ətrafına yığılmışdır. Daha sonra polis nəfəri ona yaxınlaşaraq üzərinə baxış keçirmiş, heç nə tapmadıqdan sonra ona“ sən, çıx get” deyib oradan uzaqlaşdırmışdır. Hadisə barədə həqiqət belə olmuşdur, bu ifadəsi doğrudur, pis vəziyyətdə qaldığı üçün, əvvəlcə olanları deyə bilməmişdir. Şahid suallara cavab olaraq göstərmişdir ki, polislər ona “çıx çölə” dedikdən sonra evə getmiş, Rafiqi apardıqlarını görməmişdir. Həmin zaman orada polislər 4-5 nəfər olmuş, amma dəqiq sayını bilməmişdir. Hadisə günü onun üstünü polis nəfəri axtarmış, Rafiqin üstünü isə kimin axtardığını görməmiş, lakin onun üzərini axtaran polisin Rafiqin üzərinə axtarmadığına əmindir. Onun üzərinə baxışı bir nəfər keçirmiş, daha sonra digər polis əməkdaşı yaxınlaşaraq “axtarış keçirdin?” demiş, cavab olaraq polis nəfəri də “bəli, axtardım” demişdir, daha sonra onu göndərmişlər. Samid adlı polis əməkdaşı ilə hadisədən sonra telefon danışıqları olmuşdur. Samid və Cəsarət evlərinə gəlib onu axtarmışlar. Samidin həmin gün onu niyə axtardığını bilməmişdir. Telefonla danışan zaman o, Moskva şəhərində olmuş, Samid ona Azərbaycana gəlməli olduğunu demişdir. Samidlə yaxınlarda telefon danışıqları olmamışdır. Üzərinə baxış keçirtdikdən sonra polis əməkdaşı səsini yüksəldərək ona “çıx, çölə” demişdir. Samid adlı polis əməkdaşı ilə telefon danışıqları zaman Samid ona “sən həmin gün çayxanada olmamısan, belə ifadə ver” deyib. İbtidai istintaq zamanı videogörüntü ilə ifadə verən zaman “gecə saat 1-ə qalmış dükandan çıxanda Rafiqi polislər aparan zaman uzaqdan görmüşəm” sözünü deməmişdir. Hadisə baş verdikdən sonra Rafiqgilin qohumları ona “sən də orada olmusan, olanları danış” demiş, lakin indiyə qədər orada olmadığını bildirmişdir, indi isə olanları demişdir. Rafiqin anası da ondan bunu tələb etmişdir. O, hadisədən sonra Rafiqlə üz-üzə gəlməmişdir deyə, olanları deməmişdir. Axtarış zamanı üzərindən heç nə çıxmamışdır. Məhkəmədə verdiyi sonuncu ifadə doğrudur, onu təsdiq edir. Samid ona “soruşan olsa, orada olmamısan, üzərini heç kim yoxlamayıb, özünə problem yaratma” deyib deyə, ziddiyyətli ifadə vermişdir. Müstəntiq ona necə ifadə verməyi barədə heç nə deməmişdir. İndiyə qədər polisdə işi olmamışdır deyə, bir az çəkinmiş, ona görə də Samidin ona belə deməsindən heç kimə şikayət etməmişdir. Rafiqin anası ona gedib olanları danışmasını demiş, o da ona “mənə təsir olunur, əgər hadisəni olduğu kimi danışsam, cinayət məsuliyyətinə cəlb olunacağam” deyib, qorxduğunu, olanları danışa bilmdəyini demişdir. Kafedə olan zaman Rafiqlə aralarında məsafə təxminə 2-3 metr olmuşdur. Anasının dediyinə əsasən, o evdə olmayanda polis əməkdaşları qırmızı maşında gəlib onu axtarmışlar. Samid ona Whatsapp vasitəsilə zəng etmiş, daha sonra məhkəmədə iştirak etməli olduğunu bildirdirmişlər. İlk dəfə məhkəməyə gəlməzdən əvvəl polis şöbəsində Röyal və Samid müəllimin yanında olmuş, həmin zaman da Samid ona məhkəmədə “orada olmamısan, Rafiq tutulanda onu görməmisən, belə ifadə ver” deyib, amma Röyal müəllim hadisəni olduğu kimi danışmalı olduğunu bildirmişdir. Polis şöbəsində xərclərini qarşılamaq üçün ona 20 AZN pul vermişlər. Rafiqin üstünü axtaranda görməmiş, həmin polis əməkdaşlarını tanımır. Üzərini axtardıqdan sonra Samid ona “çıx get burdan” demişdir. İbtidai istintaq zamanı isə Şahid6 ifadəsində göstərmişdir ki, videoçəkilişdən istifadə olunmaqla dindirilməsinə etiraz etmir, hüquq və vəzifələri aydındır. Fevral ayından etibarən Rusiya Federasiyasının Moskva şəhərində olmuşdur. Rafiq onun qonşusu olmuş, kafe işlətmiş, Rafiqin işlətdiyi kafeyə gedib-gəlmiş, Rafiqin özü və ailəsi ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 00:35 radələrində Rafiq polis əməkdaşları tərəfindən saxlanılan zaman o, marketdə olmuş, çölə çıxan zaman Samit adlı polis əməkdaşının yanında olan bir neçə digər polis əməkdaşı ilə birlikdə dayandığını görmüş, lakin ora yaxınlaşmayaraq çıxıb getmişdir. Onun üzərinə baxış keçirilməmiş, Rafiqin polis əməkdaşları tərəfindən saxlanıldığını görsə də, onun üzərinə axtarış keçirilməsini görməmişdir. Şahid6 Rafiqin anasının onun da üzərinin yoxlanılması və bundan sonra oradan qovulması, Rafiqin isə RPŞ-ya aparılması barədə dedikləri həqiqəti əks etdirməmişdir. O, işləmək üçün Rusiya Federasiyasına getmiş, polis əməkdaşları və ya digər şəxslərdən qaçmamışdır. Məhkəmə kollegiyasının iclasında əlavə şahid kimi dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı hüquqlarını müdafiə etmiş vəkil X6 ifadəsində bildirmişdir ki, o, Rafiqin ifadə verdiyi günü xatırlayır, müstəntiq tərəfindən onun iştirakı olmadan Rafiqə hər hansı sənədə imza çəkdirməmişlər. Şübhəli şəxs qismində saxlanılan zaman Rafiqin müdafiəçisi olmuşdur. Ancaq həmin vaxt Rafiq ona polislər tərəfindən döyülməsilə bağlı heç bir məlumat verməmişdir. Yalnız Rafiqin barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında qərardan verdiyi şikayətə apellyasiya instansiyasında baxılarkən o, bu barədə bildirmişdir. Həmin vaxta qədər onun döyülməsi barədə məlumatı olmamışdır. Rafiqi əvvəllər tanımışdır, bundan qabaq səhv etmirsə, oğurluq cinayətində təqsirləndirilərkən də onun müdafiəçisi olmuşdur. Rafiq polis şöbəsinə gətiriləndən qısa müddət sonra onu şöbəyə dəvət etmişlər. O, Rafiqin üzərində axtarış aparılmazdan əvvəl onunla ayrıca söhbət etmiş, hər hansı qanunsuz təsirə məruz qalıb-qalmaması barədə soruşmuş, lakin o, heç bir şikayət etməmişdir. Qanunda nəzərdə tutulan səviyyədə Rafiqə keyfiyyətli hüquqi yardım göstərmişdir. Onun iştirakı zamanı polis şöbəsində Rafiqə qarşı qeyri-qanuni rəftar olunmamışdır, əgər elə bir hal baş versəydi, dərhal münasibət bildirərdi. Rafiq onun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş, ifadə vermiş və hər ikisi həmin protokolda imza etmişlər. Bu barədə Rafiqin dedikləri həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası şahidlərin ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, şahidlər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Ağdaş RPŞ-nın baş əməliyyat müvəkkili Şahid1 24 yanvar 2023-cü il tarixli raportu ilə. Həmin raportdan görünür ki, Şahid1 Ağdaş RPŞ-nın rəisi vəzivələrini müvəqqəti icra edən polis polkovnik-leytenantı İlkin Hüseynova müraciət edərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi, üzrəində və yaşadığı evdə saxlaması barədə ona əməliyyat məlumatının daxil oduğunu bildirmiş və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir (İ cild, i/v 03). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 24 yanvar 2023-cü il tarixli qərarla. Bu qərardan müəyyən olunur ki, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlərin görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən üzərində saxladığı narkotik vasitəni qısa müddətdə realizə edəcəyi, gizlədəcəyi və ya məhv edləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulan qaydada əməliyyat-axtarış tədbiri keçirilmişdir (İ cild, i/v 4-5). Əməliyyat qrupunun təşkil edilməsi barədə protokolla. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən və ya törətdikdən bilavasitə sonra yaxalanması məqsədilə Şahid1 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu təşkil edilmişdir (İ cild, i/v 6). Ağdaş RPŞ-nın baş əməliyyat müvəkkili Şahid1 24 yanvar 2023-cü il tarixli digər raportu ilə. Bu raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:35-də saxlanılaraq Ağdaş RPŞ-ya gətirilmişdir (İ cild, i/v 7). Şübhəli şəxsin tutulması haqqında 24 yanvar 2023-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən xx.xx.2023-cü il tarixdə, saat 00:45-də şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i/v 19). Videoçəkilişlə aparılmış şəxsi axtarış keçirilməsi və götürmə haqqında 24 yanvar 2023cü il tarixli protokolla. Bu protokoldan və protokola əlavə edilmiş diskdən müəyyən olunur ki, 24 yanvar 2023cü il tarixdə, saat 01:20-dən saat 01:51-ə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibindən üzərində “Sobranie” və “Winchester” yazılmış 02 ədəd siqaret qutusu, 01 ədəd “Redmi 9T” markalı mobil telefon, “Kapital Bank”a aid plastik kart, əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 06 ədəd 5 manatlıq, 01 ədəd 10 manatlıq, 03 ədəd bir manatlıq pul əsginasları aşkar edilmişdir. Daha sonra həmin siqaret qutuları növbə ilə açılmışdır. Əvvəlcə üzərində “Sobranie” yazılmış siqaret qutusu açılmış və içərisindən 22 ədəd xırda sellofan büküm aşkar edilmişdir. Daha sonra aşkar edilmiş 22 ədəd bükümlərdən 01 ədəd büküm açılaraq nümayiş etdirilmiş və içərisindən qəhvəyi rəngli, toz halında narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. O, həmin maddənin narkotik vasitə heroin olduğunu, digər bükmlərdə də olan maddənin həmin narkotik vasitədən olduğunu bildirmişdir. Daha sonra üzərindən aşkar edilmiş 22 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş və bu zaman həmin bükümlərin ümumi çəkisinin 6 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükümlər tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizasına təqim edilməsi üçün boş kağız zərfdə qablaşdırlmış və üzərinə möhür vurulmuş, şəxsi axtarışda iştirak edən şəxslərin hər biri tərəfindən imzalanmışdır. Daha sonra üzərindən aşkar edilmiş digər siqaret qutusu açılmış və içərisindən 02 ədəd sellofan bükülü aşkar edilmişdir. Daha sonra həmin sellofan bükülülər açılmışdır. Həmin bükülülərdən birinin içərsində ağ rəngli toz və kristal formalı maddə aşkar edilmiş və o, həmin maddənin limon duzu olmasını bildirmişdir. Digər sellofan bükülünün içərisindən isə 05 ədəd nisbətən kiçik ölçülü sellofan bükülü aşkar edilmişdir. Daha sonra həmin sellofan bükümlərdən biri açılmış və içərisindən ağ rəngli, kristal formalı maddə aşkar edilmişdir. O, həmin maddənin “patı” olmasını və digər dörd bükümdəki maddənin də, həmin “patı” adlanan maddə olmasını bildirmişdir. Bundan sonra həmin bükümlər də elektron tərəzidə çəkilmiş və 05 ədəd bükümün birlikdə ümumi çəkisi 1,2 qram, 01 ədəd nisbətən böyük sellofan bükümün çəkisi isə 8 qram olmuşdur. Bundan sonra həmin sellofan bükümlər də, tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizasına təqim edilmək üçün boş kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuş, həmçinin şəxsi axtarışda iştirak edən şəxslərin hər biri tərəfindən imzalanmışdır. Bundan sonra üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefonda ayrı kağız zərfdə qablaşdırılaraq götürülmüş, pullar və bank kartı özünə qaytarılmışdır. Daha sonra şəxsi axtarış başa çatmışdır (İ cild, i/v 27). Videoçəkilişlə aparılmış baxış keçirilməsi və götürmə haqqında 24 yanvar 2023-cü il tarixli protokolla. Həmin protokoldan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə, gündüz vaxtı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, R.Rza küçəsi, 2/6 ünvanında yerləşən yaşayış evinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, lakin yaşadığı evdən qanunsuz saxlanılan hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Baxışın keçirilməsində o, müdafiəçi və polis əməkdaşları iştirak etmişlər. Baxışın keçirilməsinə dair protokol tərtib edilmiş və onlar həmin protokola imza etmişlər (İ cild, i/v 34). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/89 nömrəli rəyi ilə. Həmin rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Üzərindən aşkar edilmiş 05 ədəd və 01 ədəd sellofan büküm” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki - 05 (beş) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,260 qr, 0,193 qr, 0,247 qr, 0,239 qr və 0,206 qr, ümumi təmiz çəkisi 1,145 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 7,155 qram olan maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. Tədqiqata təqdim olunmuş, üzərində “Üzərindən aşkar olunmuş 22 ədəd sellofan büküm” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 22 (iyirmi iki) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,221 qr, 0,239 qr, 0,241 qr, 0,249 qr, 0,209 qr, 0,283 qr, 0,201 qr, 0,251 qr, 0,235 qr, 0,243 qr, 0,332 qr, 0,208 qr, 0,246 qr, 0,263 qr, 0,307 qr, 0,194 qr, 0,201 qr, 0,234 qr, 0,246 qr, 0,216 qr, 0,255 qr və 0,182 qr ümumi təmiz çəkisi 5,256 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş 05 (beş) ədəd şəffaf sellofan bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 22 (iyirmi iki) ədəd şəffaf sellofan bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ cild, i/v 41-42). Məhkəmə narkoloji ekspertizasının 05 aprel 2023-cü il tarixli 576 nömrəli rəyi ilə. Bu rəydə göstərilir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (İİ cild, i/v 76). Məhkəmə kollegiyasının iclasında hakimlər tərəfindən baxılmış Təqsirləndirilən şəxs barədə açılmış 23226 nömrəli əməliyyat-qeydiyyat işilə. Qeyd olunan əməliyyat-qeydiyyat işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə məlumatlar vardır. Azercell tərəfindən göndərilmiş diskə baxış keçirilməsi haqqında 11 aprel 2023-cü il tarixli protokol və ona əlavə edilmiş CD disklə. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsində olan telefon danışıqlarının, göndərilmiş, qəbul edilmiş SMS və MMS-lər barədə məlumat öyrənilən zaman məlum olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə 01:48-də 99***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində oan ***-***-**-** mobil nömrəyə “salam dede netertsen şexerdeyem 1dene şey lagimdi mene maraxalan varsa mene xeber eleda nolar sennen xeber qogduyrem”, xx.xx.2022-ci il tarixdə, saat 18:50-də 99***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə “QAQAW TORPAG HEC TAPMAG OLMAZ VEZYET COX PİSTİ BAWKA KİMSE VAR TAPİWRASAN MEN BURDAYAM UJE?”, həmin tarixdə, saat 19:04-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən 99***-***-**-** mobil nömrəyə “Yox qaqa”, xx.xx.2022-ci il tarixdə, saat 03:31-də 99***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə “Rafiq seher palibomnu dansiaciyiq basqa sivyaz tapa bilersen qa seher geleceyik İmkadayiq tecili ac bir kelme dansaq” məzmunlu yazışmalar vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə gələn və çıxan SMS-lərin məzmunundan müəyyən olunur ki, o, başqa şəxslərə narkotik vasitə satmaq üçün əvvəlcədən razılığa gəlmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində olan 01 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən 22 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,221 qram, 0,239 qram, 0,241 qram, 0,249 qram, 0,209 qram, 0,283 qram, 0,201 qram, 0,251 qram, 0,235 qram, 0,243 qram, 0,332 qram, 0,208 qram, 0,246 qram, 0,263 qram, 0,307 qram, 0,194 qram, 0,201 qram, 0,234 qram, 0,246 qram, 0,216 qram, 0,255 qram və 0,182 qram olmaqla, külli miqdarda, yəni 5,256 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin gödəkcənin sağ cibindən aşkar edilmiş 01 ədəd “Winchester” markalı siqaret qutusunun içərisindən 05 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,260 qram, 0,193 qram, 0,247 qram, 0,239 qram və 0,206 qram olmaqla, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,145 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsində təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 234.4.3-cü maddəsilə tövsif edilməsinə imkan verir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı ümumi çəkisi 5,256 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 1,145 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin özünə məxsus olmaması barədə dəlillərini əsaslı hesab etmir. Çünki, təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər işdə olan digər sübutlar, özünün şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında videogörüntü və protokol, habelə maddi sübutlar və digər istintaq sənədləri ilə təkzib edilir. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polislərin onu döymələri barədə məsələni araşdıran məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin bu barədə irəli sürdüyü dəlillərin də heç bir əsası yoxdur. Belə ki, şəxsi axtarış zamanı istinad edilən videogörüntülərə baxılarkən Təqsirləndirilən şəxs özünü sərbəst aparması və üzərində hər hansı xəsarət əlamətlərinin olması müəyyən edilmir. Bununla belə, məsələnin əhəmiyyətini nəzərə alan məhkəmə kollegiyası onun həbs edildikdən sonra X9 yerləşdirilərkən tibbi müayinədən keçirilməsinə dair tibbi sənədləri (X3 13 dekabr 2023-cü il tarixli 3-16-17/33/2-5441/2023 nömrəli məktubu və ona əlavə edilən tibbi sənədlər) əldə edib müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə X4 yerləşdirilərkən tibbi müayinədən keçirilmiş, lakin onun üzərində həbs olunmazdan əvvəl qabarıq döş qəfəsi (raxitlik), sol saiddə çoxsaylı körpücük və sağ bazunun içəri səthində, sol bud nahiyəsində çapıq toxumalar olmuşdur. Alınmış zədələr, bədən xəsarətləri, dəri səthində çapıqlar və zədələr aşkar edilməmişdir. Obyektiv müayinə zamanı şikayətinin olmamasını bildirmişdir (İİİ cild, 48 i/v ). Bundan əlavə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Ağdaş RPŞ-ya gətirilən zaman tibbi müayinədən keçirilməsinə dair sənədləri (Ağdaş RPŞ-nın 13 dekabr 2023-cü il tarixli 7/3-1362/2-33985/2023 nömrəli məktubu və ona əlavə edilən tibbi müayinənin göstərilməsi və tibbi yardımın göstərilməsi qeydiyyat kitabından Təqsirləndirilən şəxs dair hissədə çıxarış) də əldə edib müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-da həkim Tamerlan İsmayılov tərəfindən 24 yanvar 2023-cü il tarixdə, saat 10:55-də müayinə edilmiş və bu zaman onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Məhkəmə kollegiyası onu da bildirir ki, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-da polis əməkdaşları tərəfindən döyülməsi barədə şikayəti ilə bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılmış, müvafiq ekspertiza keçirilmiş və prokurorluğun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X2 16 mart 2023-cü il tarixli qərarı ilə CPM-in 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTBnin Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il trixli 45 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs polislərin qanunsuz təsirinə məruz qalması və döyülməsi barədə gətirdiyi dəlilləri araşdıran məhkəmə kollegiyası bu iddiaların əsaslı olması qənaətinə gələ bilmir. Müdafiə tərəfi isə fiziki və ya psixi zorakılığın tətbiq edilməsinə dair əsaslı şübhə yaradan daha nə kimi halların olmasını sübut edə bilmir. Digər tərəfdən, Təqsirləndirilən şəxs qanunsuz olaraq Ağdaş RPŞ-da saxlanıldığını iddia etsə də, cinayət işinin materiallarında onun həmin müddət ərzində Ağdaş RPŞ-da saxlanılmasına dair hər hansı bir sübut aşkar edilməmişdir. Məsələnin aydınlaşdırılması üçün məhkəmə kollegiyasının sorğusu ilə Ağdaş RPŞ-ya gətirilən şəxslərin qeydiyyat jurnalından 23 fevral 2023-cü ildən 24 fevral 2023-cü il tarixə qədər olan qeydiyyat məlumatlarından müəyyən olunur ki, (həmin şöbənin rəisinin 13 dekabr 2023-cü il tarixli 7/3-1362/2-33985/2023 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabından götürülmüş kserosurətlər, 20-ci vərəq, sıra nömrəsi 93) Təqsirləndirilən şəxs 24 fevral 2023-cü ildə, saat 00:35-də Ağdaş RPŞ-ya gətirilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünə məxsus mobil telefonun onu RPŞ-ya gətirən polis əməkdaşları tərəfindən götürüldüyünü və başqa əməliyyat tədbirinə gedən zaman həmin telofon cihazının polislərdə olmasını bildirirərək, qeyd olunan tarixlərdə həm özünün, həm də həmin polis əməkdaşlarının mobil telefon nömrələrinin anten dairələrinə aid məlumatların əldə edilməsini məhkəmədən xahiş etmişdir. Məsələnin aydınlaşdırılması üçün məhkəmə kollegiyası müdafiə tərəfinin vəsatəti əsasında sorğu vermiş və "xxxx" MMC-dən 19 dekabr 2023-cü il tarixdə məhkəmə kollegiyasına daxil olmuş CD diskə baxış keçirilən zaman müdafiə tərəfinin qeyd etdiyi məsələni sübut edəcək heç bir fakt aşkar edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası bu səbəbdən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsinin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiasını heç bir dəlillə möhkəmləndirə bilməməsini və həmin vaxt ona zorakılığın tətbiq olunmasına dair əsaslı şübhə yaradan halların müəyyən edilməməsini nəzərə alaraq bu barədə dəlilləri əsassız hesab edir. Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı ümumi çəkisi 5,256 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 1,145 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, habelə məhz nəyə görə özünü təqsirsiz bilməsini dediyi üçün narkotik vasitələrdən bir müddət əvvəl istifadə etməsi, 2022-ci ilin aprel ayından narkotik vasitə istifadəsinə “tövbə” etməsi və hazırda aşkar olunmuş narkotik vasitələrin üzünü belə görmədiyini deməsi barədə dəlilləri də həqiqətə uyğun gəlmir. Əvvəla, Təqsirləndirilən şəxs barədə açılmış 23226 nömrəli əməliyyat-qeydiyyat işində onun narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə məlumatlar vardır. Bundan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsində olan telefon danışıqlarının, göndərilmiş, qəbul edilmiş SMS və MMS-lər barədə məlumatlardan 02.01.22, 07.01.22, 12.01.22, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə narkotik vasitələrin satışına dəlalət edən SMS-lərin olması müəyyən olunur. Həmçinin, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayından narkotik vasitə istifadəsinə “tövbə” etməsini bildirsə də, məhkəmədə sərbəst ifadə verərkən demişdir ki, 28 noyabr 2022-ci ildə ad günündə təsadüfən qəlyanla marixuna istifadə etmişdir (çəkmişdir). Bununla bərabər, məhkəmə narkoloji ekspertizasının 05 aprel 2023-cü il tarixli rəyində də göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (İİ cild, i/v 76). Digər tərəfdən, Təqsirləndirilən şəxs müdafiəçi Ehtibar Abdullayevin iştirakı ilə 24 yanvar 2023-cü ildə şübhəli şəxs, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən CM-in 234.1-1-ci maddəsilə elan olunmuş ittihamda özünü təqsirli bildiyini, xx.xx.2023-cü il tarixdə, gecə saat 00:30 radələrində işlədiyi Ağdaş şəhəri, M.İsayev küçəsində piyada yol gedən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlaması ilə əlaqədar Ağdaş RPŞ-ya apardıqlarını, RPŞ-da otaqlardan birində üzərində şəxsi axtarış aparılarkən cibindən üzərində “Sobranie” və “Winchester” yazılmış 02 ədəd siqaret qutusu, 01 ədəd “Redmi 9T” markalı mobil telefon, “Kapital Bank”a aid plastik kart, ..aşkar edildiyini, əvvəlcə üzərində “Sobranie” yazılmış siqaret qutusunun açıldığını və içərisindən 22 ədəd xırda sellofan bükümlərin aşkar edildiyini, bükümlərdən birinin açılaraq nümayiş etdirildiyini və içərisindən qəhvəyi rəngli, toz halında narkotik vasitəyə bənzər maddə aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş digər siqaret qutusunun açıldığını və içərisindən 02 ədəd sellofan bükülünün aşkar edildiyini, həmin sellofan bükülülərdən birinin içərsində ağ rəngli toz və kristal formalı maddə aşkar edildiyini və həmin maddənin limon duzu olmasını bildirdiyini, digər sellofan bükülünün içərisindən isə 05 ədəd nisbətən kiçik ölçülü sellofan bükülünün aşkar olunduğunu, həmin sellofan bükümlərdə ağ rəngli, kristal formalı maddənin “patı” olmasını bildidiyini, şəxsi axtarışın video çəkilişlə aparıldığını, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni tutulmamışdan bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında işlədiyi çayxananın yaxınlığında, küçənin kənarından tapdığını bildirmişdir. O da qeyd olunmalıdır ki, 24 yanvar 2023-cü il tarixdə, saat 01:20-dən saat 01:51-ə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə axtarış aparılan zaman o, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin haradan əldə etməsi barədə təkrar verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş “Sobranie” yazılmış siqaret qutusundan 22 ədəd xırda sellofan bükümlərdə olan qəhvəyi rəngli, toz halında narkotik vasitəyə bənzər maddə, “Winchester” yazılmış siqaret qutusundan isə aşkar olunmuş 05 ədəd nisbətən kiçik ölçülü sellofan bükümlərdə olan ağ rəngli, kristal formalı psixotrop maddəyə bənzər maddəni çayxananın qabağında yeri süpürərkən tapdığını, müdafiəçinin “Rafiq, səni polis saxlayanda, tutanda, şöbəyə gətirəndə, burda olduğun müddətdə kimsə səni döysün, söysün, təzyiq eləsin, təsir eləsin, hədə-qorğu gəlsin, belə şeylər olubdu?” sualına “yox” demiş, “kimsə bu üzərindən aşkar olunmuş vasitələri sənin üstünə qoysun, desin bunu üzərinə götür, yaxşı olacaq gələcəkdə, heç vaxt promlem olmayasıdır, belə şeylər olub-olmayıb” suallarına inkaredici cavab verərək, bu gün səhər tapdığını bildirmişdir. Bunlardan əlavə, Təqsirləndirilən şəxs bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsində barəsində həbs qətimkan tədibiri seçilərkən məhkəmədə dediklərini xatırlayır, orada qismən təqsirli olduğunu, narkotik vasitəni üzərində saxlamamalı olduğunu bildirmişdir, çünki X8 qeydiyyatına düşdükdən sonra ona təzyiq göstərə bilinməyəcəyini bilmişdir. Sanksiya zamanı müdafiəçisinin dediklərini xatırlamır, amma çıxış etdiyi yadında qalmışdır. Polislərdən qorxduğu üçün sanksiya zamanı özünü qismən təqsirli bildiyini demişdir. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsilə bağlı vəsatətə baxılmasına dair Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2023cü il tarixli qapalı məhkəmə iclasının protokoluna (iş nömrəsi 4(014)-15/2023) nəzər salanda da müəyyən olunur ki, həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs izahat verərək bildirmişdir ki, müstəntiqin verdiyi vəsatətlə razı deyiləm. Bəli üzərimdə həqiqətən də həmin narkotik vasitələr olmuşdur. Lakin ailə vəziyyətim ağırdır, ailəmdə xəstə şəxs var və ona mən qulluq edirəm. Əməlimdən peşmanam. Məhkəmədən vəsatətin rədd olunmasını xahiş edirəm. Daha sonra o, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, bəli, özümü təqsirli bilirəm. Xeyr, mənə qarşı hər hansı təzyiq, işgəncə olmamışdır. Əvvəllər Rusiya Federasiyasında qəsdən adam öldürməyə görə məhkum olunmuşam. Azərbaycanda isə oğuruq etdiyim üçün məhkum olunmuşam və hələ həmin əməlimə görə təyin olumuş cəzanı çəkib qurtarmamışam. Göründüyü kimi, Təqsirləndirilən şəxs gətirdiyi bu dəlillər də digər sübutlarla inkar olunur. Müdafiə tərəfinin başqa bir dəlili ondan ibarətdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə müdafiəçinin gözü qabağında onun cibinə qoyulmuşdur. Bu məsələ ilə bağlı həmin zaman Təqsirləndirilən şəxs müdafiəçisi olmuş Ehtibar Abdullayev məhkəmə kollegiyasına bildirmişdir ki, ..müstəntiq tərəfindən onun iştirakı olmadan Rafiqə hər hansı sənədə imza çəkdirməmişlər. ..həmin vaxt Rafiq ona polislər tərəfindən döyülməsilə bağlı heç bir məlumat verməmişdir. Yalnız Rafiqin barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında qərardan verdiyi şikayətə apellyasiya instansiyasında baxılarkən o, bu barədə bildirmişdir. Həmin vaxta qədər onun döyülməsi barədə məlumatı olmamışdır. ..Rafiq polis şöbəsinə gətiriləndən qısa müddət sonra onu şöbəyə dəvət etmişlər. O, Rafiqin üzərində axtarış aparılmazdan əvvəl onunla ayrıca söhbət etmiş, hər hansı qanunsuz təsirə məruz qalıb-qalmaması barədə soruşmuş, lakin o, heç bir şikayət etməmişdir. Qanunda nəzərdə tutulan səviyyədə Rafiqə keyfiyyətli hüquqi yardım göstərmişdir. Onun iştirakı zamanı polis şöbəsində Rafiqə qarşı qeyri-qanuni rəftar olunmamışdır, əgər elə bir hal baş versəydi, dərhal münasibət bildirərdi. Rafiq onun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş, ifadə vermiş və hər ikisi həmin protokolda imza etmişlər. Bu barədə Rafiqin dedikləri həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxsin iddiasını müdafiəçinin ifadəsi və işdə olan digər sübutlarla (şahidlərin ifadələri və s.) əlaqəli şəkildə təhlil edib qiymətləndirdikdə, Təqsirləndirilən şəxs irəli sürdüyü dəlil təsdiqini tapmır. Ona görə də məhkəmə kollegiyası bu məsələdə də, müdafiə tərəfi ilə razılaşmır. Qeyd olunanlarla bərabər, onu da bildirmişdir ki, polis şöbəsinə gətiriləndən 2 saat sonra vəkil görmüşdür. Ancaq Ağdaş RPŞ-nın Cinayət axtarış bölməsinin rəisi Şahid1 şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı İlkin Hüseynova yazdığı 24 yanvar 2023-cü il tarixli raportdan (İ cild, i/v 7), şübhəli şəxs qismində tutulma haqqında 24 yanvar 2023-cü il tarixli protokoldan (İ cild, i/v 19), şəxsi axtarış və götürmə haqqında 24 yanvar 2023-cü il tarixli protokol və həmin tədbirin gedişatını əks etdirən videogörüntüdən (İ cild, i/v 27-28), X17 rayon prokuroru və Ağdaş Rayon Məhkəməsinə göndərdiyi 24 yanvar 2023-cü il tarixli 5/3-13-62/2-1892/2023 və 5/3-13-62/2-1893/2023 nömrəli məktublarından (İ cild, i/v 29), habelə cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 yanvar 2023-cü il tarixli qərardan (İ cild, i/v 01) müəyyən edilir ki, Ağdaş RPŞ-nın əməkdaşlarının Ağdaş şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narktoik vasitələri qanunsuz olaraq üzərində və yaşadığı ünvanda saxlamaqda, satmaqda və istifadə etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:35də Ağdaş şəhəri, M.İsayev küçəsi ərazisində saxlanılaraq Ağdaş RPŞ-ya gətirilmiş, dövlət hesabına müdafiəçilə təmin edildikdən sonra (vəkil Ehtibar Abdullayev) CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək, saat 00:45də şübhəli şəxs qismində tutulmuş, saat 01:20-dən 01:51-dək videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, saat 02:00-dan saat 02:30-dək şübhəli şəxs qismində dindirilmişdir. Şəxsin tutularaq polis şöbəsinə gətirilməsi, müdafiəçi çağırılması, müdafiəçinin polis şöbəsinə gəlməsi və şəxsi axtarış tədbirinin təşkil edilməsinə sərf edilən vaxtı da nəzərə aldıqda belə nəticə hasil olur ki, təqsirləndirilən şəxs iddia etdiyi kimi, Ağdaş RPŞ-ya gətiriləndən 2 saat sonra deyil, hadisənin gedişatına uyğun olaraq müdafiəçi ilə təmin edilmişdir. Ona görə də onun bu barədə gətirdiyi dəlil əsaslı hesab oluna bilməz. Müdafiə tərəfinin başqa bir dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs vəkil Ehtibar Abdullayevin iştirakı ilə dindirilməmişdir. Lakin cinayət işində olan 24 yanvar 2023-cü il tarixli ərizədən, müdafiəçinin dövlət hesabına təyin edilməsi haqqında qərardan, vəkil Ehtibar Abdullayevə və Ağdaş rayon prokuroruna göndərilmiş HK-S/157 nömrəli məktublardan, 024 nömrəli vəkil orderindən, vəkil Ehtibar Abdullayevin şəxsiyyətini və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmasını təsdiq edən vəsiqələrinin surətlərindən, müdafiəçi təyin olunması haqqında və vəkillərin siyahısının təqdim edilməsi barədə, videoçəkilişlə şəxsi axtarış aparılması haqqında protokollar və videogörüntüdən, şübhəli şəxsin dindirilməsi haqqında, videoşəkilişlə baxış keçirilməsi və götürmə haqqında protokol və videogörüntüdən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 yanvar 2023-cü il tarixli qərardan və təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan müəyyən olunur ki, (İ cild, i/v. 11-20, 27-28, 31-32, 34-35, 53, 60) şübhəli şəxs Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü ildə yazılı ərizə ilə müraciət edərək ona dövlət tərəfindən müdafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini bildirərək, ona Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X1 dövlət tərəfindən müdafiəçi təyin edilməsini bildirmiş, Ağdaş RPŞ-nın Təhqiqat bölməsinin təhqiqatçısı X7 qərarı ilə Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X6 dövlət hesabına onun müdafiəçisi təyin edilmiş, müdafiəçi təyin olunması barədə qərarın surəti vəkilə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, 24 yanvar 2023-cü ildə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarışaparılmış, şübhəli şəxs qismində dindirilmiş, yaşadığı evə baxış keçirilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilərək müdafiəçisinin iştirakı ilə dindirilmişdir. Bunlardan əlavə, 25 yanvar 2023-cü il tarixdə, saat 10:30-dan saat 12:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçi Ehtibar Abdullayevin onun yanında olub-olmamasını müəyyən etmək üçün müdafiəçiyə məxsus ***-***-**-** mobil nömrəsinin anten dairəsinin müəyyən edilməsi məqsədilə müvafiq sorğu verilməsi barədə müdafiə tərəfini vəsatəti təmin edilmiş və "xxxx" MMC-nin 15 aprel 2024-cü il tarixli 7834 nömrəli məktubla sorğuya cavab verilmişdir. Cavab məktubuna əlavə edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Ehtibar Abdullayevə məxsus ***-***-**-** mobil nömrəsinin anten dairəsi 25 yanvar 2023-cü il, saat 08:54:53-dən saat 11:40-dək Ağdaş rayonunun ərazisi, saat 11:56:10-da isə Ağdaş rayonunun Yanarx kəndi olmuşdur. Məsələnin aydınlaşdırılması məqsədilə məhkəmə kollegiyasının iclasına dəvət edilmiş Ehtibar Abdullayev bildirmişdir ki, 25 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Ağdaş RPŞ-da Təqsirləndirilən şəxs dindirilməsində iştirak etmişdir. Bu barə də istintaq hərəkətlərində iştirakına dair kitabında da qeydi vardır. Lakin dindirmənin saatını qeyd etməmişdir. Həmin tarixdə, günorta saat 14:00-da Şəki Apellyasiya Məhkəməsində mülki iş üzrə müdafiəçi kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs dindirilməsi yekunlaşan kimi, Şəki şəhərinə gəlmişdir. Şəki şəhərinə gəldiyi saatı xatırlamır. Adətən, 14:00-a təyin olunmuş məhkəmə iclası üçün saat 12:00 və ya 12:30-da Ağdaş rayonundan çıxır. Yanarx kəndi Ağdaş rayonuna bitişik kənddir. Saat 10:30-dan Təqsirləndirilən şəxs dindirilməsində iştirak etmiş, protokolu oxuyub imzalamış və Təqsirləndirilən şəxs dindirilməsində axıradək iştirak etmişdir. Saat 12:00 qeyd olunması istintaq hərəkətinin yekunlaşmasını əhatə edir. Ola bilsin ki,11:45 və ya 11:48-də yekunlaşmış, lakin müstəntiq protokola 12:00 kimi qeyd etmişdir. Protokola imza çəkən vaxt saata baxmamışdır. Bir vərəqdən ibarət ifadəni yazmaq üçün 30-40 dəqiqə vaxt gedir. İbtidai istintaq zamanı dindirmə başlayanda və bitəndə saat elan olunur. Ola bilsin təqsirləndirilən şəxsin dindirlmə protokolunda texniki səhv baş verib, ona görə də vaxtlar üst-üstə düşmür. Polis şöbəsində olarkən, saat 14:00-da Şəki Apellyasiya Məhkəməsində prosesinin olduğunu bildirmişdir. Yanarx kəndi ilə Ağdaş rayonunun arasında bir ədəd anten qurğusu vardır. Yanarx kəndi ilə Ağdaş RPŞ arasındakı məsafə 24 kilometr ola bilər, ancaq anten qurğusu 10-13 km məsafəni əhatə edir. Bunlar nəzərə alındıqda, ola bilsin ki, polis şöbəsindən təxminən 10 dəqiqə tez çıxmışdır. Təqsirləndirilən şəxs dindirilməsində iştirak etmişdir. Ola bilsin müstəniq texniki səhvə yol vermişdir. Müdafiəçi ilə bərabər, həmin zaman təqsirləndirilən şəxsi dindirən müstəntiq Xəyal Dolxanov da məsələyə münasibət bildirərək məhkəmə kollegiyasına bildirmişdir ki, Təqsirləndirilən şəxs dindirilməsindən əvvəl ona ittiham elan edilmiş, hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra, saat 10:00-da onun dindirilməsi başlanmışdır. Dindirilmə başlayandan bitənədək müdafiəçi orada iştirak etmişdir. İfadənin doğruluğu Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ehtibar Abdullayev tərəfindən təsdiq edilmişdir. Ehtibar Abdullayev digər məhkəmə prosesinin olduğunu bildirərək, getmişdir. Həmin vaxt səhv edərək ifadənin bitmə vaxtını dəqiq yazmamışdır. Sonra Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qaytarılmışdır. Müdafiəçi və təqsirləndirilən şəxs gedəndən sonra yekun vaxtı protokola yazmışdır. Buna görə də müdafiəçinin anten dairəsinin məlumatı təxminən 15-20 dəqiqə fərq yaradır. Protokoldakı saatı fərqli yazmaqda heç bir məqsədi olmamışdır. Texniki səhv etdiyi üçün elə yazılmışdır. Bir vərəqdən ibarət ifadəni yazmaq üçün təxminən 1 saat və ya 1 saat 15-20 dəqiqə vaxt gedir. Beləliklə, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan təqsirləndirilən şəxs qismində dindirilməsi barədə dəlillərini araşdıran məhkəmə kollegiyası bununla bağlı əldə olunmuş sübutları bir-birilə qarşılıqlı əlaqədə təhlil edərək qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin 25 yanvar 2023-cü il tarixdəŞ sat 10:00-da başlanan dindirməsində müdafiəçi iştirak etmişdir. Bu həm telefon anten dairəsinə dair məlumat, həm müdafiəçi, həm müstəntiqin izahatları, həm də həmin dindirmə istintaq hərəkətinin aparılmasına dair protokolla təsdiqini tapır. Dindirmənin son vaxtı ilə müdafiəçiyə məxsus telefon anten dairəsi arasında yaranan fərq məsələsinə gəlincə, məhkəmə kollegiyası bunu inkar etmir və müstəntiqin dindirmə protokolundakı saat göstəricilərini yazarkən hər hansı səbəbdən səhvə yol verməsinin mümkünlüyünü qəbul edir. Bu zaman nəzərə alınmalı diqqətəlayiq hal ondan ibarətdir ki, nəticə etibarı ilə təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və o, müdafiəçinin iştirakı ilə dindirilmişdir. Bundan əvvəl, şübhəli şəxs qismində dindirilərkən də müdafiəçi onun qanunla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsində iştirak etmişdir. Müdafiəçinin Təqsirləndirilən şəxs qismində dindirilməsindəki iştirakı ağlabatanlıq baxımından da uyğundur. Ona görə də məhkəmə kollegiyası müdafiə tərəfinin irəli sürdüyü bu dəlillə razılaşa bilmir. İş üzrə Şahid6 ifadəsinə gəlincə, məhkəmə kollegiyası onun ifadəsini Təqsirləndirilən şəxs təqsirlilik məsələsinə təsir edən və ona qarşı irəli sürülən ittihamın şübhə altına alınmasına səbəb ola biləcək sübut kimi qəbul etmir. Belə ki, Şahid6 ibtidai istintaq zamanı ..xx.xx.2023-cü il tarixdə, saat 00:35 radələrində Rafiqi polis əməkdaşları saxlayan zaman marketdə olduğunu, çölə çıxan zaman Samit adlı polis əməkdaşının yanında bir neçə digər polis əməkdaşının da dayandığını gördüyünü, lakin ora yaxınlaşmayaraq çıxıb evinə getdiyini, polislərin onun üzərinə baxış keçirmədiklərini, Rafiqin polis əməkdaşları tərəfindən saxlanıldığını görsə də, onun üzərinə axtarış keçirilməsini görmədiyini, Rafiqin anasının onun da üzərinin yoxlanılması və bundan sonra oradan qovulması, Rafiqin isə RPŞ-ya aparılması barədə dediklərinin həqiqəti əks etdirmədiyini bildirsə də və məhkəmə kollegiyasının iclasında əvvəlcə həmin ifadə ilə eyni məzmunlu ifadə versə də, sonra həqiqəti danışmaq istədiyini bildirmişdir. Məhkəmə kollegiyasının icazəsilə o, yenidən ifadə verərək demişdir ki, siqareti qurtardığı üçün 23 yanvar 2023-cü il tarixdə, gecə saat 11-ə qalmış mağazaya, sonra isə çayxanaya getmişdir. ..Çayxanaya gedən zaman Rafiqin işçisini evə yola saldığını, çayxananı bağlamağa hazırlaşdığını, bu zaman ora polis əməkdaşlarının gəldiklərini və çatan kimi Rafiqin qollarına qandal taxdıqlarını görmüşdür. Polis nəfəri ona yaxınlaşaraq üzərinə baxış keçirmiş və heç nə tapmadıqdan sonra “sən, çıx get” deyib, onu oradan uzaqlaşdırmışlar. ..Polislər ona “çıx çölə” dedikdən sonra evə getmişdir, Rafiqi apardıqlarını görməmişdir. Samid adlı polis əməkdaşı ilə hadisədən sonra telefon danışığı olmuşdur. Telefon danışığı zamanı Samid ona “sən həmin gün çayxanada olmamısan, belə ifadə ver” demişdir. Hadisəni olduğu kimi danışacağı təqdirdə, cinayət məsuliyyətinə cəlb olunacaq deyə, qorxmuş və ona görə də əvvəldən olanları danışa bilməmişdir. Şahidin ifadəsi təhlil edildikdə iki məsələ müəyyən olunur. Birinci, Şahid6 ilk ifadəsinə görə, polislər Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:35 radələrində, sonrakı ifadəsinə görə isə həmin gün, gecə saat 11 radələrində saxlamışlar. Polislər tərəfindən təqsirləndirilən şəxsin hansı zaman kəsiyində saxlanılaraq polis şöbəsinə aparılması cinayət işinin materiallarında olan digər sübutlarla yoxlanıldıqda aşkar olur ki, şahidlər Şahid2, Şahid3 və Şahid1 ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində üzərində narkotik vasitələrin və psixotrop maddələrin saxlanması, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, xx.xx.2023-cü il tarixdə, saat 1-ə işləmiş Ağdaş şəhəri, M.İsayev küçəsində işlətdiyi çayxananın qarşısında Təqsirləndirilən şəxs saxlayaraq Ağdaş RPŞ-ya gətirdiklərini, sonra isə üzərində şəxsi axtarış aparıldığını bildirmişlər. Bundan əlavə, şəxsi axtarış və götürmə haqqında 24 yanvar 2023-cü il tarixli protokoldan və həmin tədbirin keçirilməsinə dair videoçəklişdən görünür ki, həmin gün, saat 01:20-dən 01:51-dək olan müddət ərzində müdafiəçi Ehtibar Abdullayevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Eyni zamanda, Ağdaş RPŞ-nın rəisi vəzifəsini müvəqqəti icra edən X17 rayon prokuroru və Ağdaş Rayon Məhkəməsinin sədrinə göndərdiyi 24 yanvar 2023-cü il tarixli 5/3-13-62/2-1892/2023 və 5/3-13-62/2-1893/2023 nömrəli məktublardan müəyyən olunur ki, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və istifadəsində şübhəli olduğu üçün Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə, saat 1-ə işləmiş Ağdaş şəhəri, M.İsayev küçəsində işlətdiyi çayxananın qarşısında Təqsirləndirilən şəxs saxlayaraq Ağdaş RPŞ-ya gətirdiklərini, sonra isə üzərində şəxsi axtarış aparıldığını bildirmişlər. Beləliklə, Şahid6 son ifadəsində Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə, gecə saat 11 radələrində saxlanılması barədə dəlili heç bir sübutla təsdiq olunmur. İkinci məsələ isə ondan ibarətdir ki, polis əməkdaşı Şahid3 hadisə yerində olan Şahid6 göstəriş vermişdir ki, “səndən soruşanda de ki, həmin gün çayxanada olmamışam”. Hətta Şahid3 hadisədən sonra da telefonla danışığı zamanı Şahid6 “sən həmin gün çayxanada olmamısan, belə ifadə ver” demişdir. Əvvəlcə qeyd olunmalıdır ki, Şahid6lə Şahid3 arasında olması iddia edilən telefon zənglərinin müəyyən olunması məqsədilə "xxxx" MMC-dən daxil olmuş 29 mart 2024-cü il tarixli 6697 nömrəli məktuba əlavə edilmiş SD diskdə olan məlumatlar nəzərdən keçirilərkən göstərilən şəxslər arasında telefon gənglərinin olması aşkar edilməməişdir. Digər tərəfdən, irəli sürülən iddia təsdiqini tapmış olsa belə, bunun təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihama nə kimi təsir göstərməsi müəyyən edilmir. Başqa sözlə, əməliyyat məlumatı almış əməliyyat müvəkkili Şahid1 və əməliyyat qrupunun digər üzvü Şahid2 Təqsirləndirilən şəxs saxlayaraq Ağdaş RPŞ-ya aparmaları və orada Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin və kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsini təsdiq edən sübutlarla müqayisədə Şahid6 Təqsirləndirilən şəxs hadisə yerində görməsi və həmin vaxt digər polis əməkdaşlarının ondan hadisə yerini tərk etməsini tələb etmələri barədə ifadəsi bütövlükdə bu əməliyyat tədbirinin qanunsuz olmasını şərtləndirən sübut kimi qəbul edilə və bu sübutları şübhə altına ala bilməz. O da nəzərə alınsa ki, məhz Şahid3 təsiri ilə Şahid6 ifadəsini dəyişməsi sübuta yetmir, onda məhkəmə kollegiyasının bu məsələyə tənqidi yanaşmasının əsaslı olması bir daha təsdiqini tapmış olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. “Məhkəmə hökmü haqqında” qərarının 33-cü bəndində isə qeyd olunmuşdur ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir və məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib, məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol və digər sübutlarla təsdiqini tapmışdır. Həmin vaxt onun təzyiq və təsir altında özünü CM-in 234.4.3-cü maddəsilə təqsirli bilməsinə dəlalət edən hər hansı bir halın olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək onlarla razılaşmaya bilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fətullayev Azərbaycana qarşı iş üzrə 07 aprel 2022-ci il tarixli qərarının 83-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə həmçinin xatırladır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsilə bağlı prinspi əks etdirən oturuşmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir. Məhkəmələr irəli sürülən hər bir arqumentə müfəssəl cavab vermək məcburiyyətində olmasa da, qərardan aydın olmalıdır ki, işin əsas məsələlərinə baxılıb və işin nəticəsi üçün həlledici olan arqumentlərə spesifik və açıq cavab verilib (Kərimov və digərləri Azərbaycana qarşı, № 24219/16). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəmə qərarlarının əsaslandırılmaması ilə bağlı məsələ adətən yerli məhkəmələr ərizəçinin qaldırdığı spesifik, müvafiq və vacib məqama məhəl qoymadıqda meydana çıxır (Neçiporuk və Yonkalo Ukraynaya qarşı № 42310/04, § 280, 21 aprel 2011-ci il). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 16-cı bəndində deyilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyataxtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Cinayət işindən görünür ki, (İ cild, i/v 30) əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə dair 24 yanvar 2023-cü il tarixli qərar Ağdaş RPŞ-nın rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Hüseynovun 24 yanvar 2023-cü il tarixli 5/3-1362/2-1893/2023 nömrəli məktubu ilə Ağdaş Rayon Məhkəməsinə göndərilmiş, lakin həmin məhkəmənin 26 yanvar 2023-cü il tarixli 5(014)-9/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Ağdaş RPŞ-nın 24 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini yoxlanılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd olunan ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə dair 21 mart 2023-cü il tarixli qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilməsi onun CM-in 234.4.3-cü maddəsilə təqsirli olmasını şübhə altına ala bilməz. Digər sübutlar ona israr olunan cinayət əməlini törətməsini təsdiq edir. Düzgün olaraq onun əməli CM-in 234.4.3-cü maddəsilə tövsif edilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 8-ci maddəsi). Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 09 fevral 2023-ci il tarixli tələbnaməsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3 və 315-ci maddələri ilə təqsirli bilinib, 03 il 03 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs hesab edilsə də, CM-in 18.4.4-cü maddəsinə əsasən, onun əməli cinayətlərin residivini yaratmır (İ cild, iş vər. 120). Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ağdaş RİH başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, R.Rza küçəsi, 2/6 nömrəli evdə ailə üzvləri, anası X12 və atası X11 ilə birlikdə yaşayır (İ cild, iş vər. 184). Həmin nümayəndəlik tərəfindən təqsirləndirilən şəxs barədə xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü normal aparmış, haqqında hüquq mühafizə orqanlarından və sakinlərdən nümayəndəliyə heç bir ərizə, şikayət daxil olmamışdır (İ cild, iş vər. 183). Həmçinin, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ağdaş Rayon Məhkəmsinin 25 yanvar 2023-cü il tarixli 4(014)-15/2023 nömrəli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barədə əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədibiri seçilmişdir (İ cild, iş vər. 69-72). Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. İş üzrə CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü (Satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri təhdidə çevrilərək fiziki mənada ayrı-ayrı şəxslərin, ümumilikdə isə cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbə vurur, cəmiyyətə və bəşəriyyətə qarşı ciddi təhlükə yaradır. Cinsindən asılı olmayaraq narkotik vasitələrdən istifadə edən insanları birinci növbədə ailəsi, sonra isə cəmiyyət üçün lazımsız varlığa çevirir. Məhz buna görə də X5 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri bilinmişdir. Azərbaycan Respublikası da qeyd olunan konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu kimi cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi kifayət qədər əsaslı və ədalətlidir. CM-in 234.4.3-cü maddəsində bu əməlin törədilməsinə görə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsi cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməyən, habelə ondan ümumi çəkisi 5,256 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 1,145 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi CM-in ədalət və humanizm prinsplərinə uyğundur. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində isə göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.4.3-cü maddəsinin sanksiyasına uyğun olaraq 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Eyni zamanda, Ağdaş RPŞ-da saxlanılan və tədqiqatdan sonra qalıq qalmış 4,156 qram çəkidə narkotik vasitə heroin, 0,895 qram çəkidə psixotrop maddə metamfetamin və 7,055 qram çəkidə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan maddə məhv edilməli, iş üzrə 122,75 (yüz iyirmi iki manat yetmiş beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxsm tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 67.1-ci madddəsinə əsasən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3 və 315-ci maddələri ilə qəti olaraq təyin olunmuş 03 il 03 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 il 03 ay 18 günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə uyğun olaraq, azadlığın məhdudlaşdırılmasının iki günü azadıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hesablansın və 01 il 07 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası bu hökmlə ona təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Ağdaş RPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış 4,156 qram çəkidə narkotik vasitə heroin, 0,895 qram çəkidə psixotrop maddə metamfetamin və 7,055 qram çəkidə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan maddə məhv edilsin və 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 122,75 (yüz iyirmi iki manat yetmiş beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar