Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-57/2025 05.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir rayonu Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil edilən xüsusilə külli miqdarda, yəni bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 495,0 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə bir ədəd qara rəngli sellofan bağlamada külli miqdarda, ümumi təmiz çəkisi 605,0 qram olan narkotik vasitə heroin, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə üç ədəd qara rəngli sellofan bağlamalarda ayrıayrılıqda çəkiləri 2135,0 qr, 2160,0 qr və 2045 qr olmaqla, külli miqdarda, ümumi təmiz çəkisi 6340,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda narkotik vasitə hesab edilən «Methadone 40 ddp» əmtəə göstəriciləri olan 12 ədəd blisterdə ümumilikdə 120 ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 4,8 qram olan metadon əldə edib, daşıyaraq üzərində gəzdirməklə saxlamış, 16 mart 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə Şəki rayonunun Əhmədbəyli meşəsi adlanan ərazidə saxlanılaraq Şəki şəhəri, X14 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq xx.xx.2024-cü il tarixdə saat 00:10 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman üzərində olan bir ədəd sintetik kisənin içərisindən 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil edilən xüsusilə külli miqdarda, yəni bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 495,0 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, bir ədəd qara rəngli sellofan bağlamada külli miqdarda, ümumi təmiz çəkisi 605,0 qram olan narkotik vasitə heroin, üç ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda çəkiləri 2135,0 qr, 2160,0 qr və 2045 qr olmaqla, külli miqdarda, ümumi təmiz çəkisi 6340,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə hesab edilən «Methadone 40 ddp» əmtəə göstəriciləri olan 12 ədəd blisterdə ümumilikdə 120 ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 4,8 qram olan metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Şəki şəhərinə oğurluq etmək məqsədilə gəlmiş, lakin bu niyyətini həyata keçirə bilməmişdir. Onu Şəki şəhərində 3 nəfər polis əməkdaşı saxlamış və polis şöbəsinə gətirmişdirlər. Ona bildirmişlər ki, onsuzda o, boş-boş gəzir və gəlsin onu hadisə yerinə aparsınlar. O, onlarla hadisə yerinə getmiş və orada olan kisəni götürməyi ona təklif etmişlər. O, kisənin içərisində nə olmasını bilməmişdir. O, kisəni götürmüş və onlar polis şöbəsinə gəlmişlər. Polis şöbəsində kisənin içərisində narkotik vasitə olması aşkar olunmuşdur. Ona demişlər ki, bunu götürsun və bununla bağlı ona 3 il cəza veriləcəkdir. O, X3 gəldikdən sonra orada olan kamera yoldaşları ona izah etmişlər ki, onu aldatmışlar və həmin kisədə olan narkotik vasitəyə görə ona 5 ildən 12 ilə qədər cəza təyin ediləcəkdir. Əvvəllər məhkum olunmuşdur. Şəki şəhərinə oğurluq məqsədilə gəlmişdir. Polislər onu Şəki şəhərində saxlamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Şəki şəhərinə oğurluq etmək üçün heç kimin məsləhətilə gəlməmişdir. Polislər onu yolda saxlamış və polis şöbəsinə gətirəndə orada məhkumluğunun olması barədə məlumatı portaldan əldə etmişdirlər. Savadı olmadığı üçün ibtidai istintaq zamanı verdiyi ifadəni oxumamışdır. O, Şəki şəhərinə Bakı şəhərindən gəlmişdir. Bakı şəhərindən yanında bir nəfər gəlmişdir, lakin kim olduğunu bilmir. Bakı şəhərindən yanında gələn şəxs də oğurluq məqsədilə gəlmişdir. Bakıda oğurluq etmək çətin olduğu üçün Şəki şəhərinə gəlmişdir. Narkotik vasitənin nə istifadəçisi, nə də satanı olmuşdur. Polislər onu Şəki şəhərinin özündə saxlamışdır. Polislər onu saxlayanda şübhəli göründüyünü, buna görə polis şöbəsinə getməli olduğunu bildirmişlər və belə olub polis şöbəsinə aparılmışdır. Polis şöbəsində portaldan onun əvvəllər məhkum olduğu müəyyən edilmişdir. Hadisə yeri səhv etmirsə, kənd ərazisi olmuşdur. Ona bildirmişlər ki, narkotik vasitəni götürsün, narahat olmasın, ona 3 il cəza veriləcəkdir. O da onlarla razılaşmışdır. Kisəni götürməklə bağlı əməlindən peşmandır. Polis tərəfindən ona təzyiqlər olunmuşdur. Polislər onu təhqir etmiş və döymüşlər. İbtidai istintaq zamanı məhkəmə qarşısına çıxarılarkən bədənində xəsarətlər olmamışdır. Polislər ona 3 il cəza veriləcəyini demişlər, o isə razılaşmışdır. Polislər narkotik vasitənin ona aid olmasını onu boynuna qoymuşlar. Əvvəllər məhkum olunmuş və cəza çəkmişdir. Elan olunan ifadədə yazılanların çoxu doğru yazılmamışdır. Kiminləsə əlbir olmağı boynuma qoyulmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsinə kiminləsə əlbir olmağı və gedib kisəni götürməkləri ilə bağlı göstərilənlər tamamilə yalandır. Elan olunan ifadəsi ondan təzyiq altında alınmışdır. Onun tutulmağına səbəb olan kisə ilə bir çox şəxslər tutulmuşdur. Onu heç kim Şəkiyə göndərməmişdir. Ona Bakı şəhərində bir şəxs yaxınlaşıb Şəki şəhərinə oğurluq etmək üçün getməyi təklif etmişdir. O, Bakı şəhərində olanda bir şəxs ona yaxınlaşmış, onunla tanış olmaq istədiyini demiş, onda siqaret istəmişdir və o da ona siqaret vermişdir. Həmin şəxs təklif etmişdir ki, Şəki şəhərinə gedib oğurluq etsinlər. O da onunla tanış olmuş və onlar Bakı şəhərində olan avtovağzala gəlmişlər. Onlar oradan Şəki şəhərinə gəlmişlər. Onlar Şəki şəhərində evlər tapmışlar və düşünmüşlər ki, bu evlərə girmək olar. Təxminən 1 saat sonra həmin şəxs onun yanından yox olmuşdur. O da həmin şəxsi yaxşı tanımamışdır. O, oğurluğu təkbaşına etmək qərarına gəlmiş, lakin bunu reallaşdıra bilməmişdir. O, evi müşahidə edib, daha sonra oğurluq edəcəkmiş. Həqiqətən ona Bakı şəhərində olanda bir şəxs yaxınlaşmış, Şəki şəhərinə getməyi təklif etmiş və onunla bilrlikdə Şəki şəhərinə gəlmişdir. Şəxsi axtarış zamanı etiraz etməmişdir. Çünki şəxsi axtarışdan əvvəl polis əməkdaşları ona işgəncə verib, narkotik vasitəni boynuna qoymuşdurlar. Polis əməkdaşları onu polis şöbəsində döymüşlər. Polis əməkdaşları onun qabırğasına, sinəsinə və kürəyinə vurmuşlar. Başına isə vurmamışlar. Onu əraziyə gətirən şəxs torbanın içində heroin və marixuana olduğunu əvvəlcədən ona demişdir. Onu əraziyə gətirən şəxs narkotik vasitə olan torbanı götürdüyü təqdirdə ona 700 manat verəcəyini demişdir. Əraziyə gələn vaxt narkotik vasitə götürəcəyini bilmişdir. Əraziyə çatan vaxt həmin şəxs maşında dayanmış, o da narkotik vasitənin arxasınca getmişdir. Həmin şəxs ondan təxminən 600 metr aralıda dayanmışdır. O, narkotik vasitəni götürüb maşına aparacaqmış. Həmin şəxs də ona 700 manat pul verəcəkmiş. Tutulmasaymış narkotik vasitəni götürməyəcəkmiş. Bakı şəhərindən Şəki şəhərinə şeytana aldanıb gəlmişdir. Narkotik vasitəni götürdüyü üçün peşmandır. Polislər gələn vaxt qaça bilməmişdir. Polislərdən biri onunla gələn şəxsin arxasınca qaçmaq istəmişdir. Elə bu vaxt digər polis əməkdaşı demişdir ki, ehtiyac yoxdur, onun arxasınca qaçmasın. Polis əməkdaşları onu aldatmışlar və demişlər ki, ona 3 il cəza verəcəklər. O da onlarla razılaşmışdır. Bilməmişdir belə olacaqdır. Ona görə də, polis əməkdaşları ilə razılaşmışdır. Həkimlərə demişdir ki, polislər onu döyüblər, o da xəsarət almışdır. Xəsarətləri tutulmazdan əvvəl aldığı barədə həkimlərə heç nə deməmişdir. Tutulduqdan sonra onu polis şöbəsinə aparmışlar və otaqda döyməyə başlamışlar. Saxlanılan vaxt polis əməkdaşları onu üzü üstə yerə yıxmışlar. Onu yıxdıqları yer videodakı həmin ərazidir. Ayağındakı sıyrıqları polis əməkdaşları yetirmişlər. Polis əməkdaşları ayağına dəyənəklə və təpiklə vurmuşlar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai araşdırma zamanı verdiyi ifadəsinin elan olunmaqla tədqiq olunmuş və o, həmin ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasında oğurluq etdiyinə görə tutulmuş, 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azadlığa çıxandan sonra Azərbaycan Respublikasına, yaşadığı Şəmkir rayonu, Zəyəm qəsəbəsinə gəlmişdir. Yaşadığı kənddə fəhlə işləmişdir. Sonra işləmək üçün Bakı şəhərinə getmişdir. 2019-cu ildə Bakı şəhərində soyğunçuluq etdiyinə görə 180-cı maddə ilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2023-cü ilin may ayının 30-da azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra o, yenə də yaşadığı qəsəbədə fəhlə işləmişdir. Son vaxtlar Bakı şəhərində yerləşən Sədərək ticarət mərkəzində araba sürmüşdür. Mahiyyəti üzrə bildirmişdir ki, 16 mart 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, 28 may Metrostansiyasının yaxınlığındakı heykəlin qarşısında oturmuşdur. Bu vaxt tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb siqaret istəmişdir. O da həmin şəxsə siqaret vermişdir. Sonra həmin şəxs ondan adını və haradan olduğunu soruşmuşdur. O, həmin şəxsə demişdir ki, -«sən polissən ya kimsən mənim barəmdə maraqlanırsan»? Həmin şəxs ona demişdir ki, elə-belə soruşur. Həmçinin həmin şəxs ona əvvəllər məhkum olunduğunu bildirmiş, o da həmin şəxsə, məhkum olunduğunu bildirmişdir. Belə olub aralarında söhbət yaranmışdır. Söhbət zamanı həmin şəxs ona telefonunda bir şəkil göstərmişdir. Şəkildə meşəlik sahədə ağ rəngli torba olmuşdur. Həmin şəxs ona demişdir ki, torbanın içərisində marixuana və kakos var, təxminən 40.000 manatlıq mal var. Həmin torba Şəki rayonundadır, torbanı götürüb gətirib ona versə 700 manat pul verəcək. O da pula ehtiyacı olduğu üçün razılaşmışdır. Bundan sonra həmin şəxs taksi sifariş vermiş, taksi ilə Bakı şəhər avtovağzalına getmişlər. Oradan Şəki rayonuna gedən Mersedes markalı avtomaşınla Şəki rayonuna yola düşmüşlər. Şəki rayonuna çatanda hava artıq qaralmışdır, saat neçə olduğunu bilmir. Həmin şəxs Şəki rayonu ərazisində avtomaşını saxlatmış hər ikisi avtomaşından düşmüşlər. Yolun kənarında köhnə sökülmüş ətrafı meşəlik olan tikili olmuşdur. Həmin şəxs onu meşəlik sahəyə aparmışdır. Bir qədər qabağa getmiş açıqlıq yerdə avtomaşın işığı düşmüşdür. Bu vaxt həmin şəxsin telefonuna zəng gəlmiş, telefonda kiminləsə danışan zaman demişlər ki, mal yerindədir. Bundan sonra onlar bir qədər geriyə qayıtmışlar. Həmin şəxs ona qabaqdakı uçub dağılmış yeri göstərib kisənin həmin yerdə olduğunu bildirib, götürüb yolun kənarına aparmasını demiş, özü kənara çəkilmişdir. O, qabağa doğru gəlib uçulubdağılmış yerin yanında torbanı görüb götürüb bir qədər qabağa doğru gedəndə bir nəfər yaxınlaşıb polis əməkdaşı olduğunu bildirib onu tutub saxlamış, digəri isə kənara qaçmışdır. Kənara qaçan polis əməkdaşı qayıdıb gəlmişdir. Onlar birlikdə onu torba ilə birlikdə götürüb avtomaşına mindirib Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsinin inzibati binanın birinci mərtəbəsində təhqiqatçının xidməti otağına aparmışlar. Təhqiqatçı ona hüquq və vəzifələrini, o cümlədən vəkil tutmaq hüququnu izah edib Şəki şəhərində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, o, vəkillərdən növbətçilik üzrə Musa müəllimi seçdiyi üçün təhqiqatçı həmin vəkili otağa dəvət edib ona təqdim etmişdir. Sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq, videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişdir. O da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarışa başlamışdır. Təhqiqatçı əvvəlcə ona üzərində olan əşyaları çıxarıb təqdim etməyi təklif etmişdir. O da əynindəki qara rəngli şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb stolun üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı üstünü axtarmış, heç nə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı həmin torbanın ağzını açıb baxdıqda, içərisində üç ədəd qara rəngli iri sellofan bükülü, bir ədəd ağ rəngli sellofan bükülü, bir ədəd qara rəngdə kiçik sellofan bükülü, bir də 12 ədəd dərmanlar aşkar olunmuşdur. Təhqiqatçı həmin bükülüləri kəsib açaraq baxdıqda üç ədəd iri bükülülərdə qurudulmuş bitki kütləsi, ağrəngli bükülünü kəsib açdıqda içərisində ağ rəngdə kristal maddə, digər qara rəngli kiçik bükülünü açdıqda içərisində qəhvəyi rəngdə maddə olmuşdur. Təhqiqatçı həmin bükülüləri bağlayıb yenidən torbanın içərisinə qoymuş, dərmanları da torbanın içərisinə qoyub bağlamışdır. Həmin torbanın ağzını bağlayıb möhürləmişdir. Möhürlənmiş kağıza digər iştirakçılarla birlikdə o da imza etmişdir. Üstündən aşkar olunmuş şəxsiyyət vəsiqəsini onun özünə qaytarmışdır. Təhqiqatçı ondan həmin maddələri nə vaxt, harada və kimdən əldə etdiyini soruşanda, o, təhqiqatçıya yuxarıda qeyd etdiyi kimi olmuş vəziyyəti danışmışdır. Daha sonra videoçəkiliş dayandırılmış, iştirakçılara nümayiş etdirilmiş, sonra isə təhqiqatçı şəxsi axtarış keçirilməsi ilə bağlı protokol yazıb, ucadan oxumuş, düz yazıldığı üçün protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Həmçinin o, göstərmişdir ki, heç vaxt narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Üzərindən aşkar olunmuş həmin kisəni Şəki rayonu ərazisində tanımadığı şəxs göstərdikdən sonra götürmüşdür ki, təxminən 600-700 metr aparıb yolun kənarında həmin tanımadığı şəxsə versin. Ancaq o, həmin şəxsi birinci dəfə idi görmüşdür. Əvvəllər həmin şəxslə onun heç bir münasibəti olmamışdır. Eləcə də aralarında ədavət və ya düşmənçilik olmamışdır. Həmin şəxs özü barədə ona heç nə deməmişdir. O, həmin şəxsdən adı və yaşadığı ünvan barədə soruşmuş, həmin şəxs də ona adını və Hacıqabul rayonundan olduğunu demişdir. Ancaq həmin şəxsin adı yadında qalmamışdır. Ancan həmin şəxs ona soyadı və atasının adı barədə heç nə deməmişdir. Həmçinin həmin şəxs ona mobil telefon nömrəsini deməmişdir. Ancaq həmin şəxs ona Hacıqabul rayonundan olduğunu demiş, lakin hansı kəndindən olduğunu deməmişdir. Həmin şəxs təxminən 37-38 yaşlarında olarmış, əynində göy rəngdə cins şalvar, qara rəngli gödəkçəsi və qara ayaqqabısı olmuşdur. Həmçinin qolunda saatı olmuş, hansı markalı olduğunu bilmir. Sifəti arıq, ağ olmuş, bığı və saqqalı olmamış, saçı qara olsa da, qismən ağarmışdır. Həmin şəxsin hansı rayonun ləhcəsində danışdığını bilmir. Həmçinin həmin şəxs söhbət zamanı ona demişdir ki, əsasən patı istifadə edir. Narkotiklə bir dəfə tutulub. Həmçinin həmin şəxs ona demişdir ki, narkotiklə yaxşı pul qazanır. Ona demişdir ki, -«istəsən sən də yaxşı pul qazana bilərsən». Bundan başqa o, göstərmişdir ki, Bakı şəhərində onlar Bakı şəhər avtovağzalına alüminium rəngində Mersedes markalı avtomaşınla getmişlər. Həmin avtomaşının nömrəsini bilmir. Şəki rayonuna da qara rəngli furqan Mersedes markalı avtomaşınla gəlmişlər. Fikir vermədiyi üçün avtomaşının nömrəsini bilmir. Həmin vaxt avtomaşında bir nəfər əsgər formasında, iki nəfər isə mülki formada əsgər olmuşdur. Danışıqlarından bilmişdir ki, onlar hərbi xidmətdən məzuniyyətə gəlirlər. Onlar Şəki rayonu ərazisində düşəndən sonra həmin şəxslər Şəki şəhər istiqamətinə getmişlər. Yol gəldikləri müddətdə həmin Mersedes markalı avtomaşının sürücüsünün ləhcəsindən Şəkili olduğunu bilmişdir. Lakin sürücünün adını bilməmişdir. Bununla yanaşı göstərmişdir ki, həmin şəxs telefonda kisənin şəklini göstərib demişdir ki, həmin kisəni götürüb təxminən 600-700 metr aparıb yolu keçirəndən sonra ona verəcək, həmin şəxs ona əvəzində 700 manat verəcəkdi. Sonra həmin şəxs özü ondan ayrılıb həmin kisəni Bakı şəhərinə aparmalı imiş. O, həmin şəxsə demişdir ki, nə üçün kisəni özü götürüb aparmır, həmin şəxsdə ona, qorxduğunu, bir dəfə narkotiklə tutulduğunu demişdir. Ona da demişdir ki, narahat olmasın o, tutulmaz, orada heç kim olmur. Həmçinin o, göstərmişdir ki, onun əvvəllər mobil telefonu olub. Pula ehtiyacı olduğu üçün telefonu satmışdır. Təxminən 1 aydan çox olar mobil telefon işlətmir. Həmçinin o, psixi və ya yoluxucu xəstəlik keçirməmiş və həmin xəstəlikdən müalicə almamışdır. Bununla yanaşı göstərmişdir ki, o, heç kiməsə narkotik vasitə və ya psixotrop maddə satmamış və pay verməmişdir. Eləcə də polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə yaxud təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs təkrar dindirilən zaman özünü Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirli bildiyini, buna görə ona verilmiş ittihamı yüngülləşdirib Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ittiham verilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, narkotik vasitə tanımır, özü də heç vaxt bu işlə məşğul olmamışdır Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, “Şirxan” adlı şəxsin Şəki rayonu ərazisində narkotik vasitələrin qəbulu, satışı və saxlaması ilə məşğul olması barədə 16 mart 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zaman, “Şirxan” adlı şəxsin, xx.xx.1993-cü il təvəllüdlü, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat təxminən 21:30 radələrində Şahid2lə birlikdə Şəki rayonunun, Əhmədbəyli meşəsində əməliyyat tədbirləri keçirən zaman həmin meşə sahəsində sökülmüş tikilinin yanında bir nəfər şəxsin əlində kisə ilə getmək istədiyini görüb dərhal ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib Şirxandan adını soyadını və atasının adını soruşmuşlar. Həmin şəxs onlara, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Şirxana, onun narkotik vasitə əldə etməsi, üstündə saxlaması və narkotik vasitənin satışı ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirmişlər. Bu vaxt Şirxan özünü narahat hiss etməyə başlamışdır. Şirxandan əlindəki kisənin içərisində nə olduğunu soruşduqda, Şirxan onlara, həmin kisənin içərisində marixuana və patı olduğunu bildirmişdir. Onlar Şirxanı kisəsi ilə birlikdə avtomaşına mindirib Polis Şöbəsinə gətirmişlər. Şirxanın üzərinə şəxsi axtarış aparmışdır. Şəxsi axtarış aparılan zaman Şirxana üstündə olan əşyaları çıxarıb stolun üzərinə qoyması təklif edilmişdir. Bundan sonra Şirxan əynindəki qara rəngli şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb stolun üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra Şirxanın üstü axtarılmış, lakin heç nə aşkar edilməmişdir. Daha sonra Şirxandan yanında olan kisənin içərisində nə olduğunu soruşulmuş, Şirxan həmin kisənin içərisində marixuana və patı olduğunu bildirmişdir. Şirxandan həmin maddələri nə vaxt, harada və kimdən əldə etdiyini soruşduqda, Şirxan bildirmişdir ki, Bakı şəhəri, 28 may Metrostansiyasının yaxınlığında tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb təklif edib demişdir ki, Şəki rayonunun ərazisindəki meşə sahəsində narkotik vasitə var Şəki rayonuna gedib meşə sahəsində olan içərisində patı və narkotik vasitə olan kisəni götürüb təxminən 600 metr məsafə aparıb yolun kənarında ona verəcək, həmin şəxs də bunun müqabilində ona 700 manat pul verəcəkdir. O da razılaşıb həmin şəxslə birlikdə Şəki rayonuna gəlmiş, gecə vaxdı həmin şəxs ona meşəlik sahəni göstərib demişdir ki, 600 metr aralıda dayanacaq o da həmin meşədən malı götürüb gətirib ona verəcək. O da meşəlik sahəyə gedib həmin kisəni götürüb aparmaq istəyəndə polis əməkdaşları onu tutub saxlamışdır. Həmin torbanın ağzını açıb baxdıqda, içərisində üç ədəd qara rəngli sellofan bükülü, bir ədəd ağ rəngli sellofan bükülü, bir ədəd qara rəngdə kiçik sellofan bükülü və 12 ədəd dərmanlar aşkar olundu. Həmin bükülülərə baxdıqda üç ədəd iri bükülülərdə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, ağ rəngli bükülünü kəsib açdıqda isərsində metamfetaminə bənzər ağ rəngdə kristal maddə, digər qara rəngli kiçik bükülünü açdıqda içərisində heroinə bənzər qəhvəyi rəngdə maddə aşkar edilmişdir. Həmin bükülülər yenidən torbanın içərisinə qoyulmuş, dərmanlar da torbanın içərisinə qoyub bağlamışdır. Torbanın ağzı bağlanaraq möhürləmişdir. Şirxanın üstündən aşkar olunmuş şəxsiyyət vəsiqəsi onun özünə qaytarımışdır. Həmçinin sorğu-sual zamanı Şirxan bildirmişdir ki, həmin şəxsin adı, soyadı, atasının adı, yaşadığı ünvan və harada işləməsi barədə heç bir məlumatı yoxdur və həmin şəxsin istifadə etdiyi mobil telefon nömrəsini bilmir. Həmçinin o, göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, sonuncunu birinci dəfə görürdü. Şirxanla onun düşmənçiliyi və yaxud şəxsi ədavəti olmayıb. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Ancaq Şirxanın konrket harada və kimlərə narkotik vasitə satması barədə dəqiq məlumat əldə olunmamışdır. Həmçinin Şirxanın üstündən aşkar olunmuş həmin narkotik vasitəni və psixotrop maddəni, eləcədə dərmanları konrket harada və kimdən əldə etməsini və kimlərə verəcəyini müəyyən etmək mümkün olmamışdır. Bu sahədə əməliyyat tədbirləri davam etdirilir. Bundan başqa o, göstərmişdir ki, Şahid2lə birlikdə həmin ərazidə əməliyyat tədbiri keçirən zaman orada kənar heç kim olmamış və həmin ərazidə avtomaşın olmamışdır. Əgər orada kənar şəxs və ya avtomaşın olsaydı dərhal saxlanılardı. O, Şahid2lə birlikdə Təqsirləndirilən şəxs tutub saxlamış və heç biri kənara qaçmamışdır. Məhkəmə istintaqı zamnaı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: 16 mart 2024-cü il tarixli “raport”-dan görünür ki, “Şirxan” adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 05). 16 mart 2024-cü il tarixli “raport”-dan görünür ki, Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olan “Şirxan” adlı şəxsin xx.xx.1993cü il təvəllüdlü, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 01, iş vər. 06). 16 mart 2024-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 08). 16 mart 2024-cü il tarixli “raport”-dan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Şəmkir rayonu Zəyəm qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şəki rayonunda yerləşən Əhmədbəyli meşəsindəki köhnə yarım tikilinin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-yə gətirilmişdir (cild 01, iş vər. 10). 16 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:57-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 23-24). 17 mart 2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı sintetik kisənin içərisindən üç ədəd qara rəngli sellofan bükülü, bir ədəd ağ rəngli sellofan bükülü, bir ədəd qara rəngdə kiçik sellofan bükülü və 12 ədəd dərmanlar aşkar olunaraq götürülmüşdür. Bundan sonra da aşkar olunmuş həmin bükülülər və dərmanlar ekspertizaya təqdim olunması üçün qablaşdırılıb möhürlənməklə götürülmüşdür (cild 01, iş vər. 43-49). Məhkəmə-kimyəvi ekspertizanın 17 mart 2024-cü il tarixli 3-16-16-2-17/282 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş , üzərinə yapışdırılmış vərəqədə «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddi subutlar...” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki: - 03 (üç) ədəd qara rəngli sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 2135,0 qram, 2160,0 qram və 2045 qram olmaqla, ümumi təmiz çəkisi 6340,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana - 1 (bir) ədəd qara rəngli sellofan bağlamada, təmiz çəkisi – 605.0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1 (bir) ədəd ağ rəngli sellofan bağlamada, təmiz çəkisi – 495.0 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - Məhkəmə Ekspertiza mərkəzinin şəki Regional Bölməsində müvafiq labaratoriya cihazı olmadığından təqdim edilmiş 12 (on iki) ədəd üzərində “Methadone 40” yazısı olan blisterlərdə, ümumilikdə 120 (bir yız iyirmi) həblərin tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd qara rəngli sellofan bağlamalarda qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Qurudulmuş marixuana və heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilər narkotik vasitələr siyahısı”na daxildir. (İsiyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxildir (cild 01, iş vər. 53-57). Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 16 mart 2024-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 106-111). Məhkəmə-kimyəvi ekspertizanın 17 mart 2024-cü il tarixli 3-16-16-2-17/282 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş « Təqsirləndirilən şəxs oğ...” qeydli zərfdəki üzərində “Methadone 40 dop” əmtəə göstəriciləri olan 12 ədəd blisterdə ümumilikdə 120 ədəd dərman tabletinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 4,8 qram olan narkotik vasitə - metadon müəyyən edildi. 120 tablet kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edir. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına «Siyahı İİ» daxildir (cild 01, iş vər. 112-116). 20 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması protokolundan və olan əlavə olnunuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin qarşısında «Reno» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı xidməti avtomaşına əyləşdikdən sonra Şəki rayonunun Əhmədbəyli meşəsi adlanan ərazi istiqamətinə yola düşmüşlər. Şəkiyə giriş yolu ilə rayonun «Dördyol» istiqamətində hərəkətdə olan zaman «Əhmədbəyli» meşəsinin yaxınlığından keçən yolda Təqsirləndirilən şəxs avtomaşını saxlamağı bildirmişdir. Həmin yerdə şosse yolun kənarında saat 13:58-də videoçəkiliş bərpa edilərək ifadənin yerində yoxlanması istintaq hərəkəti davam etdirilmişdir. Təqsirləndirilən şəxs hansı istiqamətdən gəldiyi, harada dayandığı və sonra hansı istiqamətə getməsini göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs «Dördyol» istiqamətini göstərərək tanımadığı şəxslə həmin istiqamətdən gəldiklərini, dayandıqları yerdən bir qədər kənarı göstərib gəldikləri avtomaşından həmin yerdə düşdüklərini, onunla gəlmiş şəxs yolun o biri tərəfinə keçdiyini, həmin şəxs yolun əks tərəfinə keçdikdən sonra o, meşqəlik sahəni göstərib o isə həmin istiqamətdə getdiyini bildirmişdir. Onun göstərdiyi istiqamətdə meşəlik sahədə uçulubtökülmiş ərazini göstərib həmin istiqamətə getdiyini və orada gözlədiyini bildirmişdir. Tanımadığı şəxs ona qabaqdakı uçulub dağılmış yeri göstərib orada olacağını demişdir. Oradan götürüb aparmalı imiş, bu tərəfə deyib, yolun əks tərəfini göstərmişdir. Sonra verməli imiş, həmin şəxsə və həmin şəxs çıxıb getməli imiş. Ona da 700 manat pul verməli olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yolun kənarından qabağa, meşəlik sahəyə tərəf gedib həmin meşəlik sahədə uçulub-tökülmüş yerə qalxaraq oranı göstərib içərisində narkotik vasitə olan kisənin həmin yerdə olduğunu, sonra o, gəldiyi yolla bir qədər geri qayıdıb sökülmüş yerdən düşəndən sonra, kisəni götürdüyü yerdən təxminən 6-7 metr aralını göstərib polis əməkdaşları onu həmin yenrdə saxladığını və oradan onu Polis Şöbəsinə apardıqlarını bildirmişdir. O, qayıdan zaman həmin şəxs görünməmişdir. Həmçinin yolun kənarından düşüb bura gələndə yolun kənarında onun yanında görməmişdir (cild 01, iş vər. 124-129). DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddənin 3-cü hissəsi, 158-ci maddənin 2-ci hissəsinin B bəndi, 158-ci maddəsinin 2-ci hissəsinin V bəndi, 69-cu maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək Volqoqrad şəhər Dzerjinski rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan sonra o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 01, iş vər. 138). Şəmkir rayonu, Zəyəm qəsəbə İƏD üzrə nümayəndəlikdən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə xarakterizə olunur (cild 01, iş vər. 161-162). Şəmkir Rayonu Mərkəzi X10 Şəxsdən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla qeyd olunmuşdur ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyat olan, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəmkir rayon Poliklinikasında psixatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır (cild 01, iş vər. 163). Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 01. İş vər. 165-173). Azercell Telefom MMC-yə verilmiş sorğunun 21 may 2024-cü il tarixli, 10527 nömrəli cavabında göstərilmişdir ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olan, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adınadır (cild 01, iş vər. 174). Şəki Şəhər-Rayon Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığının xx.xx.2024-cü il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs bir müddətdir narkotik vasitə istifadçisi olduğu müəyyən edilmişdir. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni kimlərdən əldə etməsini, narkotik vasitənin satışı ilə məşğul olmasını, Təqsirləndirilən şəxs Şəki rayonuna kiminlə birlikdə gəlməsini, qeyd olunan cinayət əməlindən başqa digər cinayət əməlləri törətməsini, qeyd olunan cinayət əməlini törədən zaman kənar şəxslərin məlumatı və ya iştirakının olmasını müəyyən etmək mümkün olmamışdır. Bu sahədə əməliyyat tədbirləri davam etdirilir (cild 01, iş vər. 182). Ambulator məhkəmə-psixatirk ekspertizasının xx.xx.2024-cü il tarixli 265 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən hər hansı xroniki xəstəlik keçirməmişdir. O, hal hazırda hər hansı xroniki xəstəlik keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən cinayəti törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və ya həmin əməli idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və ya həmin əməli idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tətbiqinə ehdiyacı yoxdur (cild 01, iş vər. 199- 202). Məhkəmə-narkoloji ekspertizanın 15 iyun 2024-cü il tarixli 1089 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 01, iş vərəqə: 203). “Diskə baxış keçirilməsi haqqında” protokoldan və "xxxx" MMC-nin təqdim etdiyi diskdən görünür ki, "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk açıldıqda 01 ədəd üzərində «muqavile sahibleri-aktiv olma tarixleri.xls» sözləri yazılmış fayıl aşkar olundu. Həmin fayıl açıldıqda ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin, xx xxxxxx 1993-cü il təvəllüdlü, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına olmsı və həmin mobil telefon nömrələrinin xx.xx.2024-cü il tarixdən deaktiv olması qeyd olunmuşdur. Həmçinin ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.20202-ci il təvəllüdlü, Bakı şəhəri, dəqiq ünvanı qeyd olunmamış X16 adlı şəxsin adına olması və ***-***-**-** saylı mobil telefon nömrəsinin isə 07 mart 2003-cü il təvəllüdlü, Bakı şəhəri, dəqiq ünvanı qeyd olunmamış Dawoud Husain A F S adlı şəxsin adına olması qeyd olunmuşdur (cild 01, iş vər. 246). 23 iyul 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı təzyiq göstərilməsi barədə ərizəsində göstərdiyi sübut olunmadığı üçün həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir(cild 01, iş vər. 25-38). Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və işgəncəyə məruz qalması barədə müraciəti əsasında araşdırma aparılmış və araşdırma nəticəsində cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 700/2024 nömrəli “X11”-ından görünür ki, Təqsirləndirilən şəxs sol diz nahiyyəsinin ön və bayır səthində 3 (üç) ədəd, sağ baldır nahiyyəsinin ön səthində çox saylı sıyrıq izləri xəsarəti aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs xəsarəti həbs edilməmişdən əvvəl yıxılaraq aldığını demişdir. Azərbaycan Respublikası Penitensiar Xidmət X4 xx.xx.2024-cü il tarixli “xüsusi məlumat” və “məlumat”ından görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:00 radələrində Şəki ŞRPŞ-nin MSY-nin əməkdaşları tərəfindən, xx.xx.1993-cü il təvəllüdlü, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, nataman-orta təhsilli, əvvəllər məhkum olunmuş, Şəki ŞRPŞ tərəfindən xx.xx.2024-cü il tarixdə AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Təqsirləndirilən şəxs etapla gətirilmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 16:00 radələrində müəssisənin Tibb sanitariya hissəsində tibbi müayinədən keçirilən zaman sol diz qapağının alt ve yan hissəsində 3 (üç) ədəd sıyrıq, sağ baldırın ön hissəsində sıyrıq izləri aşkar edilmişdir Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs bu xəsarət barədə soruşduqda o, verdiyi izahatda bu xəsarətlərin həbs olunarkən yarandığını bildirmişdir. X2 xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18:00 radələrində X15 əməkdaşları tərəfindən X4 İstintaq təcridxanasına 1 nəfər təqsirləndirilən şəxs 1993-cü il təvəllüdlü CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs gətirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində müəssisənin tibb sanitar hissəsində bədəninin xarici görünüşünə baxış keçirən zaman sol diz qapağının alt və yan hissəsində 3 ədəd sıyrıq, sağ baldırın ön hissəsində sıyrıq yerləri aşkar edilmişdir. Ondan bu xəsarətləri harada aldığını soruşduqda, tutulmazdan əvvəl aldığını bildirmişdir. Təqsirləndirilən şəxs X5 verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən müəsissəyə gətirildiyini, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində müəssisənin həkimləri tərəfindən üzərinə baxış keçirildiyini, baxış zamanı sol diz qapağının alt və yan hissəsində 3 (üç) ədəd sıyrıq, sağ baldırın ön hissəsində sıyrıq izləri aşkar edildiyini və ondan bu xəsarətlər barədə soruşduqda, xəsarətlərin həbs olunan zaman yarandığını bildirdiyini göstərmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar, həmin Siyahıların 1-ci Siyahısının 109-cu bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar, həmin Siyahıların 2-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 400 (dörd yüz) qramdan artıq çəkidə psixotrop maddə qurudulmuş marixuana xüsusilə külli miqdar və həmin Siyahıların 1-ci Siyahısının 111-ci bəndinə əsasən - təmiz halda 1,6 (bir tam onda altı) qramdan artıq çəkidə narkotik vasitə metadon külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə xüsusilə külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda narkotik vasitə hesab edilən heroin, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda narkotik vasitə hesab edilən metadon əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə hesab edilən heroin və külli miqdarda narkotik vasitə hesab edilən metadon əldə etmə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə Şəki rayonunun Əhmədbəyli meşəsi adlanan ərazidə saxlanılaraq Şəki şəhəri, X14 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirililmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Oradan onun üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman üzərində olan bir ədəd sintetik kisənin içərisindən xüsusilə külli miqdarda, yəni bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 495,0 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, bir ədəd qara rəngli sellofan bağlamada külli miqdarda, ümumi təmiz çəkisi 605,0 qram olan narkotik vasitə heroin, üç ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda çəkiləri 2135,0 qr, 2160,0 qr və 2045 qr olmaqla, külli miqdarda, ümumi təmiz çəkisi 6340,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə hesab edilən «Methadone 40 ddp» əmtəə göstəriciləri olan 12 ədəd blisterdə ümumilikdə 120 ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 4,8 qram olan metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs onda aşkar olunmuş xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi bağlı iddia etdiyi hallar araşdırılmış və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Şəki Şəhər Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Müəssisəsinə daxil olarkən orada tibbi müayinədən keçirilmiş, müayinə zamanı Təqsirləndirilən şəxs sol diz nahiyyəsinin ön və bayır səthində 3 (üç) ədəd, sağ baldır nahiyyəsinin ön səthində çox saylı sıyrıq izləri xəsarəti aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs xəsarəti həbs edilməmişdən əvvəl yıxılaraq aldığını demiş və bununla bağlı X5 müvafiq akt tərtib olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs X5 verdiyi izahatında xəsarətlərin həbs olunmamışdan əvvəl deyil, həbs olunan zaman yarandığını bildirmişdir. Bununla bağlı X4 xx.xx.2024-cü il tarixli “xüsusi məlumat” və “məlumat”ı tərtib olunaraq müvafiq orqanlara göndərilmişdir. Bundan əlavə, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə əlaqədar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən əməlindən peşman olması, istintaqdan qaçıb gizlənmək və istintaqın gedişinə mane olmaq niyyətinin olmamasını bildirmiş, lakin xəsarətləri barədə heç nə bildirməmiş və heç nəyə etiraz etməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs xəsarətlərlə bağlı iddia etdiyi xüsusatla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında ümumiyyətlə aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrlə əlaqəsinin olmamasını, Şəki şəhərinə yalnız evlərdən oğurluq məqsədilə gəlməsini və polislərin təzyiqi və işgəncəsi nəticəsində aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin ona aid olmasını bildirməyə məcbur qaldığını bildirmiş, həmçinin həkimlərə demişdir ki, polislər onu döymüş, o da xəsarət almış, xəsarətləri tutulmazdan əvvəl aldığı barədə həkimlərə heç nə deməmiş, tutulduqdan sonra onu polis şöbəsinə aparmışlar və otaqda döyməyə başlamışlar. Saxlanılan vaxt polis əməkdaşları onu üzü üstə yerə yıxmışlar. Onu yıxdıqları yer videodakı həmin ərazidir. Ayağındakı sıyrıqları polis əməkdaşları yetirmişlər. Polis əməkdaşları ayağına dəyənəklə və təpiklə vurmuşlar. Bundan əlavə bildirmişdir ki, şəxsi axtarış zamanı etiraz etməmişdir. Çünki şəxsi axtarışdan əvvəl polis əməkdaşları ona işgəncə verib, narkotik vasitəni boynuna qoymuşdurlar. Polis əməkdaşları onu polis şöbəsində döymüşlər. Polis əməkdaşları onun qabırğasına, sinəsinə və kürəyinə vurmuşlar. İş materiallarında olan sübutlarla təqsirləndirilən şəxsin bədəninin qeyd etdiyi nahiyyələrində (qabırğa, sinə və kürəyi) xəsarətlərin olmaması müəyyən olunmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs bu formada ziddiyyətli ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal/hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cinayət prosessual münasibətin subyektlərindən fərqli olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə olunmaq məqsədilə ifadə verməkdən imtina etmək və ya digər şəxslərin hüquqlarını pozmadan, qanunla qadağan olunmayan müdafiə üsullarından istifadə etmək hüququ olmaqla yanaşı şübhəli və təqsirləndirilən şəxsin cinayətin subyekti kimi yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi cinayət qanunvericiliyində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Həmin Məcəllənin 90.9-cu maddəsinə əsasən, şübhəli şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini, külli miqdarda narkotik vasitə marixuananı, külli miqdarda narkotik vasitə hesab edilən heroini və külli miqdarda narkotik vasitə hesab edilən metadonu qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımış və üzərinə şəxsi axtarış keçirilərkən qeyd olunan psixotrop maddə və narkotik vasitələr üzərindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyinə görə məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədilə ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal/hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəticəsində yaranmış məhkumluq müddəti ödənilmədən yenidən qəsdən CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Bu da qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs Muxtar oğlunun cəzasını ağırlaşdıran haldır. Belə ki, 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın son həddinin yarısından az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı vaxt cəzasına hesablanmaqla çıxılmalı, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 16 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Şəki Rayon Polis Şöbəsində saxlanılan bir ədəd sintetik kisənin içərisində təmiz çəkisi tədqiqatdan sonra 6339.7 qram olan (ilkin çəki 6340.0 qram) qalmış narkotik vasitə qurudulmuş marixunana, təmiz çəkisi tədqiqatdan sonra 604.9 qram olan (ilkin çəki 605.0 qram) qalmış narkotik vasitə heroin, təmiz çəkisi tədqiqatdan sonra 494.9 qram olan (ilkin çəki 495.0 qram) qalmış psixotrop maddə metamfetamin və tədqiqatdan sonra 108 ədəd qalmış (ilkin sayı 120 ədəd) tərkibində narkotik vasitə metadon müəyyən edilmiş tabletlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 217,91 AZN (217 manat 91 qəpik) məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 217,91 AZN (217 manat 91 qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şəki Rayon Polis Şöbəsində saxlanılan bir ədəd sintetik kisənin içərisində təmiz çəkisi tədqiqatdan sonra 6339.7 qram olan (ilkin çəki 6340.0 qram) qalmış narkotik vasitə qurudulmuş marixunana, təmiz çəkisi tədqiqatdan sonra 604.9 qram olan (ilkin çəki 605.0 qram) qalmış narkotik vasitə heroin, təmiz çəkisi tədqiqatdan sonra 494.9 qram olan (ilkin çəki 495.0 qram) qalmış psixotrop maddə metamfetamin və tədqiqatdan sonra 108 ədəd qalmış (ilkin sayı 120 ədəd) tərkibində narkotik vasitə metadon müəyyən edilmiş tabletlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 217,91 AZN (217 manat 91 qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Tural Əfəndizadə Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-57/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-57/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver