Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-58/2021 16.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, xx xxxxxxxx 1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 etibarından suiistifadə еtmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə xx xxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Yevlax şəhərində Şəhriyar küçəsi 23 A-da yerləşən ərzaq mağazasında "VAZ-21074 markalı avtomobil almaq" adı ilə vəd verib Zərərçəkmiş şəxs1 aldatmaqla onun 7.500 (yeddi min beş yüz) manat pulunu, xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Yevlax şəhərində Şəhriyar küçəsi 23 A-da yerləşən ərzaq mağazasında etibardan sui-istifadə еtmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "tütün məmulatları gətirilməsi" adı ilə vəd verib Zərərçəkmiş şəxs1 aldatmaqla onun 15.000 (on beş min) manat pulunu, xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Yevlax şəhərində Şəhriyar küçəsi 23 A-da yerləşən ərzaq mağazasında etibardan sui-istifadə еtmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "tütün məmulatları gətirilməsi" adı ilə vəd verib Zərərçəkmiş şəxs1 aldadaraq onun 30.000 (otuz min) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə külli miqdarda cəmi 52.500 (əlli iki min beş yüz) manat maddi ziyan vurmaqla qəsdən əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən təkrar əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə еtmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmək məqsədilə xx xxxx 2020-ci il tarixdə günorta saatlarında Goranboy rayonunun Goran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan ərzaq mağazasında sonuncunun etibarından sui-istifadə еtmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə "tütün məmulatları gətirilməsi" adı ilə vəd verib Zərərçəkmiş şəxs2 aldadaraq xeyli miqdarda cəmi 10.500 (on min beş yüz) manat pulunu qəsdən ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 7500 manat kredit kimi pul götürmüşdür, həmin pulu Zərərçəkmiş şəxs1 borc kimi yox, kredit kimi götürmüşdür. Təxminən aprel ayının 29-30-da Zərərçəkmiş şəxs1 həmin 7500 manat pulu götürüb, üstünü də düzəldərək VAZ-21074 markalı avtomobil almışdır. 41 ay olmaqla hər ay 300 manatdan Zərərçəkmiş şəxs1 pul verməsi ilə bağlı razılığa gəlmiş, hətta ilk ayın ödənişi olan 300 manatı ona ödəmişdir. Həmin ərəfələrdə mağazalarda tütün məhsullarının qıtlığı yaranmış, onun isə tütün məhsulları satan tanışları olduğundan Zərərçəkmiş şəxs1 tütün məhsulları gətirə biləcəyini bildirmişdir. Bu minvalla tütün məhsulları gətirmək üçün Zərərçəkmiş şəxs1 iki dəfə pul götürmüşdür. Belə ki, birinci dəfə Zərərçəkmiş şəxs1 15000 manat pul götürmüş, lakin qıtlıq olduğundan tütün məhsullarını gətirə bilməmişdir. 15 gündən sonra isə Zərərçəkmiş şəxs1 30000 manat pul almışdır. Sonra tütün məhsullarını ala bilməmiş, Zərərçəkmiş şəxs1 aldığı pulları avtomobil ehtiyat hissələrinə vermişdir. Belə olub Zərərçəkmiş şəxs1 pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 aldığı pulla bağlı isə bildirmişdir ki, şərikli olaraq Zərərçəkmiş şəxs2la birlikdə qazanc əldə etmək məqsədilə tütün məhsulları almaq istəmişlər, belə ki, əldə edəcəkləri qazanc yarı şəkildə bölünməli idi. Lakin Zərərçəkmiş şəxs2 aldığı həmin pulları da avtomobil ehtiyat hissələrinə vermişdir. Məhkəmə kollegiyasının iclasında ona ünvanlanan sualları cavablandırarkən hazırda həmin pulları qaytara bilmədiyini, zərərçəkmişlərə həmin pulların qaytarılması ilə bağlı hər hansı real təklif edə bilmədiyini, çünki hazırda həbsdə olduğunu, həbsdən azad olunacağı təqdirdə işləyib həmin pulları qaytara biləcəyini, əməlindən peşman olduğunu və əməlinin CM-ni 178.2-ci maddəsinə tövsif olunmaqla barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, onun ünvan 2 ünvanda “ərzaq mallarının pərakəndə satışı” mağazası vardır. Təxminən 3 il əvvəl Ramin ona məxsus mağazaya gələrək “HELL” energetik içkilərinin rəsmi satış nümayəndəsi olduğunu bildirmiş, həmin müddətdən sonra Ramin onun mağazasına şifahi müqavilə əsasında “HELL” energetik içkilərini gətirmiş və o, həmin malları satıb şirkətə pul ödəmişdir. 2019-cu ilin əvvəllərindən başlayaraq Ramin ona məxsus mağazaya başqa mallar də gətirməyə başlamışdır. xx xxxxx 2020-ci il tarixdə, saat təxminən 12 radələrində Ramin onun mağazasına gələrək Bərdə şəhərində 7500 manata VAZ-21074 markalı avtomobil satıldığını, həmin avtomobilin yaxşı vəziyyətdə olduğunu, avtomobili alıb bir qədər baha qiymətə sataraq pul qazanmağın mümkünlüyünü demiş, o, Ramini uzun müddət tanıdığına görə sözlərinə inanaraq ona Yevlax şəhəri Şəhriyar küçəsində 23 A-da yerləşən mağazasında 7500 manat pul vermiş, həmin gün saat təxminən 18 radələrində Ramin ona zəng edərək zoğalı rəngli VAZ-21074 markalı, ** KT *** nömrəli avtomobili aldığını demiş, avtomobili satandan sonra pulu verəcəyini demişdir. Daha sonra Ramin ondan almış olduğu 7500 manat pulu 41 aya aylıq 300 manat olmaqla verə biləcəyini demiş, o da əlacsız qalaraq Raminlə razılaşmış və ona kağızda VAZ-2107 markalı avtomobil üçün 12000 pul verdiyini yazmışdır. xx xxxx 2020-ci il tarixdən başlayaraq tütün məhsullarının satışı elektron sistemə keçirilmiş, həmin sistem yeni yaradıldığı üçün tütün məhsullarının mağazalara çatdırılmasında fasilələr yaranmış, bu səbəbdən mağazasında tütün məhsulları qıt olmuşdur. xx xxxx 2020-ci il tarixdə Ramin onun mağazasına gəlmiş, tanıdığı şirkətlər olduğunu, həmin şirkətlərin mağazalarını tütün məhsulları ilə təmin etdiklərini, lakin tütün məhsullarının alınması üçün əvvəldən pul ödəmək lazım olduğunu demiş, o, Ramindən nə qədər pul lazım olduğunu soruşanda Ramin azı 15.000 manat pul ödəmək lazım olduğunu bildirmiş, o, Ramini uzun müddət tanıdığı üçün onun sözlərinə inanaraq həmin gün saat təxminən 15 radələrində 15.000 manat pulu sayaraq ünvan 3 ünvanında yerləşən mağazasında Raminə vermiş, Ramin ona xx xxxx 2020-ci il tarixdə onun mağazasına tütün məhsullarının göndəriləcəyini söyləmiş, bundan sonra xx xxxx 2020-ci il tarixdə Ramin yenidən onun mağazasına gəlmiş və ona başqa şirkətdən də tütün məhsulu almaq mümkünlüyünü demiş, o bunun üçün nə qədər pul lazım olduğunu soruşanda Ramin ən azı 30.000 manat pul lazım olduğunu bildirmiş, o, Raminin sözlərinə inanaraq Raminə həmin gün saat təxminən 17 radələrində ünvan 4 ünvanında yerləşən mağazasında 30.000 manat pul vermiş, pulu verən zaman Raminlə aralarında olan söhbət zamanı o, Raminə 15.000 manat pulu verməsinin müqabilində ona tütün məhsullarının gəlmədiyini bildirmiş, Ramin bu dəfə də onu arxayın salaraq onu tütün məhsullarının tezliklə mağazaya göndəriləcəyinə inandırmış, aralarında olan razılaşmaya əsasən o Raminə verdiyi 15.000 manat pulun müqabilində tütün məhsullarının gəlməsini xx xxxx 2020-ci il tarixdə gün ərzində gözləmiş, lakin həmin gün məhsullar gəlməmiş, bu səbəbdən o, xx xxxx 2020-ci il tarixdə Raminin istifadəsində olan mobil telefona zəng etmiş, lakin həmin nömrəyə zəng çatmamış və Raminlə əlaqə saxlaya bilməmişdir. xx xxxx 2020-ci il tarixdə, saat təxminən 19 radələrində Ramin gözləmədiyi halda onun mağazasına gəlmiş, o, Ramindən tütün məhsulları gətirməsi üçün verdiyi 45.000 manat pulun müqabilində tütün məhsullarının nə səbəbə görə gətirilmədiyini soruşanda şirkətlərdə problem yarandığını, malın təxminən 4-5 gün ərzində gətiriləcəyini demişdir. O, Ramindən şirkətlərin adlarını soruşduqda Ramin şirkətlərin adlarını deməkdən boyun qaçıraraq tezliklə problemi həll edəcəyini bildirmiş, o Raminin sözlərinə inanmamış, bu səbəbdən Ramindən öz xətti ilə yazaraq ona məxsus mağazaya siqaret gətirmək üçün ümumilikdə 45.000 manat pul aldığı, bundan başqa avtomobil almaq üçün 7500 manat pul aldığı barədə qeydlər etməsini istəmiş, Ramin də razılıq vermiş, qeydlər etmiş və həmin qeydlər aparılan kağızı ona vermişdir. O, bundan sonra Raminə xx xxxx 2020-ci il tarixə qədər gözləyəcəyini demiş, xx xxxx 2020-ci il tarixdə gün ərzində malların gəlməsini gözləmiş, mallar gəlməmiş, bu səbəbdən o yenidən Ramin ilə telefon əlaqəsi yaratmış, Ramin ondan aldığı 45.000 manat pulun hamısını xərclədiyini, malın, nə də ki, pulun verilməyəcəyini demişdir. O da məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmin vaxtdan keçən 7 aya yaxın müddət ərzində hər dəfə pulun qaytarılacağı barədə vədlər verilsə də, ona heç kim pul qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Pulunun qaytarılmasını tələb edir. Məhkəmədə qaldırdığı mülki iddianı da müdafiə edir və məhkəmədən onun tam təmin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o, 2011-ci ildə Goranboy rayonunun Goran qəsəbəsində şifahi razılıq əsasında arendaya obyekt-mağaza yeri götürmüş və həmin müddətdən indiyə qədər olan müddət ərzində mağazada topdan satış fəaliyyəti ilə məşğul olur. Ramin onun işlətdiyi mağazaya ilk dəfə 2011-ci ildə gəlmişdir. Həmin vaxt Ramin “Hell” içki şirkətində işləmişdir. Onunla münasibəti yarandıqdan sonra Ramin onun işlətdiyi mağazaya dəfələrlə şirkətdən içkilər gətirmişdir. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs onun işlətdiyi mağazaya gəlmiş və ona tütün məmulatları gətirə biləcəyini demiş, həmin vaxt tütün məmulatlarının gətirilməsi və satışı ölkədə olan karantin rejimi ilə əlaqədar çətinləşdiyindən o, Raminin təklifini qəbul etmiş, Ramin ona 10.500 manat verəcəyi təqdirdə həmin pulun müqabilində tütün məmulatları gətirəcəyini bildirmiş, o da Raminə işlətdiyi Goranboy rayonunun Goran qəsəbəsindəki mağazada 10.500 manat pul vermişdir. Ramin ona 2-3 gün ərzində tütün məmulatlarını gətirəcəyi vədini vermiş, o, 2-3 gün Ramini gözləsə də, Ramin verdiyi vədə əməl etməmişdir. Həmin müddəti gözlədikdən sonra o, Raminə zəng etmiş, Ramin ona tezliklə tütün məmulatlarını çatdıracağını bildirsə də, vədinə əməl etməmiş və tütün məmulatlarını gətirməmişdir. Hazırda o da təqsirləndirilən şəxsdən şikayətçidir. Pulunun qaytarılmasını tələb edir. Məhkəmədə qaldırdığı mülki iddianı da müdafiə edir və məhkəmədən onun tam təmin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus “Ərzaq mallarının satışı” mağazasında satıcı işləyir. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində mağazada olan zaman Ramin mağazaya gələrək Teymur ilə görüşmüş, Teymura Bərdə şəhərində 7500 manata VAZ-21074 markalı avtomobil satıldığını, həmin avtomobili alıb bir qədər baha qiymətə sataraq pul qazanmağın mümkünlüyünü demiş, Teymur da təklifi qəbul edərək Raminə mağazada onun yanında sayaraq 7500 manat pul vermiş, sonradan isə o Raminin avtomobil alıbalmaması barədə maraqlanmamışdır. xx xxxx 2020-ci il tarixdən başlayaraq tütün məhsullarının satışı elektron sistemə keçirildiyindən, həmin sistem yeni yaradıldığı üçün siqaretlərin mağazalara çatdırılmasında fasilələr yaranmış, bu səbəbdən mağazada siqaretlər qıt olmuş, xx xxxx 2020-ci il tarixdə Ramin işlədiyi mağazaya gəlmiş, Teymur ilə görüşərək ona tanıdığı şirkətlər olduğunu, həmin şirkətlərin mağazaları tütün məhsulları ilə təmin etdiklərini, lakin tütün məhsullarının alınması üçün əvvəldən pul ödəmək lazım olduğunu demiş, Teymur Ramindən siqaret almaq üçün nə qədər pul lazım olduğunu soruşmuş, Ramin də Teymura ən azı 15.000 manat pul ödəmək lazım olduğunu, pul əvvəldən ödənilməsə malların verilməyəcəyini bildirmiş, Teymur çarəsiz olaraq mağazaya siqaret gətizdirmək üçün Raminə 15.000 manat pul vermiş, Ramin xx xxxx 2020-ci il tarixdə mağazaya tütün məhsulları veriləcəyini deyərək pulları götürüb mağazadan getmişdir. Bundan sonra xx xxxx 2020-ci il tarixdə Ramin yenidən işlədiyi mağazaya gələrək Teymur ilə görüşüb Teymura başqa şirkətdən də çoxlu sayda tütün məhsulu almağı məsləhət görmüş, Teymur bunun üçün nə qədər pul lazım olduğunu soruşanda Ramin ən azı 30.000 manat pul lazım olduğunu demiş, Teymur bu səbəbdən Raminə mağazada onun iştirakı ilə 30.000 manat pul vermiş, Teymur Raminə verdiyi 15.000 manat pulun müqabilində tütün məhsullarının gəlməsini xx xxxx 2020-ci il tarixdə gün ərzində gözləmiş, lakin mağazaya həmin gün məhsullar gəlməmiş, xx xxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində Ramin işlədiyi mağazaya gələrək Teymur ilə görüşmüş, Teymur ondan nə səbəbə siqaretlərin gəlmədiyini soruşanda Ramin şirkətlərdə problem yaranması səbəbindən təxminən 4-5 gün ərzində mallar gətiriləcəyinə söz vemişdir. Teymur Raminin sözlərinə inanmamış, bu səbəbdən Ramin öz xətti ilə yazaraq Teymura məxsus mağazaya siqaret gətirmək üçün ümumilikdə 45.000 manat pul alması, bundan başqa avtomobil almaq üçün 7500 manat pul alması barədə qeydlər edərək həmin qeydlər aparılan kağızı Teymura vermişdir. Ramin xx xxxx 2020-ci il tarixə qədər tütün mallarının gələcəyi sözünü versə də, həmin tarix qədər mallar mağazaya gəlməmişdir. Sonradan Zərərçəkmiş şəxs1 polisə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 həm qardaşı Zərərçəkmiş şəxs1, həm də Şahid1 ilə eyni məzmunlu ifadə verərək onların göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Onun özünə məxsus “Vito” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 2020-ci ilin may ayında oğlu Təqsirləndirilən şəxs VAZ- 21074 markalı avtomobil ilə birlikdə yaşadıqları ünvana gəlmiş, o Ramindən avtomobilin kimə məxsus olmasını soruşmuş, Ramin avtomobilin ona məxsus olduğunu, bir müddət sonra onu satacağını bildirmiş, o Raminin məntiqsiz hərəkətlərini görüb yaşadıqları evi adından çıxarmasını tələb etmiş, Ramin də buna razılıq vermiş, beləliklə, may ayında Ramin öz adına olan evi anası yəni onun yoldaşı Vəfa Abdullayevanın adına keçirmiş, 2020-ci ilin iyun ayının axırlarında axşam saatlarında Zərərçəkmiş şəxs1 adlı şəxs onlara gəlmiş, Teymurla söhbət zamanı Teymur ona Raminin ondan siqaret almaq üçün 45000 (qırx beş min) manat pul aldığını, onu aldatdığını, pulu qaytarmadığını, Raminin ümumilikdə ona 52500 (əlli iki min beş yüz) manat borcu olduğunu demiş, Zərərçəkmiş şəxs1 bütün bunları ona deyənə kimi onun oğlu Raminin Teymuru aldadıb ondan pul almağından xəbəri olmamış, Teymur evdən getdikdən sonra o Ramindən hadisə barədə soruşmuş, Ramin ona pulu xərclədiyini demiş, o da Raminə bu məsələnin axırının olmadığını, pulu qaytarmaq lazım olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən hazırda zərərçəkmiş şəxslərə hər hansı miqdarda pulun verilməsinin mümkün olmadığını, yalnız oğlu azadlığa çıxacağı təqdirdə onun işləyib həmin pulu qaytara biləcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs1 Yevlax rayon prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs onu aldadaraq 52500 manat pulunu taladığını bildirmiş və sonuncu barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. (cild 01, iş vər. 5) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “Götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs1 tərəfindən hüquq-mühafizə orqanlarına təqdim olunan bir ədəd əl yazısı ilə yazılmış vərəq və bir ədəd kompakt disk müvafiq qaydada götürülmüşdür. (cild 01, iş vər. 11-15) Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 təqdim etmiş olduğu vərəqdə “15000 AZN (on beş min manat) 30000 AZN (otuz min manat) cəmi 45000 AZN siqaretə görə pul götürmüşdüm. 7500 AZN maşın almağa götürmüşdüm. Heç birini qaytarmamışam. xx.xx.2020-ci ilə cəmi – 52500 AZN Teymura borcum var. xx.xx.2020. Təqsirləndirilən şəxs – imza” sözləri yazılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 Nizamədddin oğlunun təqdim etmiş olduğu 01 ədəd kompakt diskə baxış keçirilmiş, kompakt diskdə 2 videogörüntü vardır. Birinci videogörüntü 5 dəqiqə 13 saniyədir. Həmin 5 dəqiqə 13 saniyə müddətində Təqsirləndirilən şəxs istintaqa məlum olmayan “Kamaz” markalı yük avtomobili ilə ona məxsus ünvan 4-da yerləşən mağazasına çöldən daxil olması, daxil olduqdan sonra Zərərçəkmiş şəxs1la söhbət etməsi, söhbət davam edən zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sayaraq pullar verməsi, sonuncunun isə həmin pulları götürməsi və obyektə gəlmiş olduğu “Kamaz” markalı avtomobil ilə getməsi əks olunmuşdur. İkinci videogörüntü 3 dəqiqə 3 saniyədir. Həmin 3 dəqiqə 3 saniyə müddətində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus ünvan 4-da yerləşən mağazasına çöldən daxil olması, daxil olduqdan sonra Zərərçəkmiş şəxs1la söhbət etməsi, söhbət davam edən zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sayaraq pullar verməsi, sonuncunun isə həmin pulları götürərək getməsi əks olunmuşdur. (cild 01, iş vər. 15) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs2 Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs onu aldadaraq 10500 manat pulunu taladığını bildirmiş və sonuncu barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. (cild 01, iş vər. 118) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiklərini təsdiq edərək ələ keçirmiş olduğu pul ilə aldığı əmlakı satışa qoyduğu yeri göstərmişdir. (cild 01, iş vər. 66- 72) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və həmin tarixli “Akt”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əldə etmiş olduğu pul ilə aldığı avtomobil ehtiyat hissələrinin olduğu Mingəçevir şəhəri H.Əliyev küçəsi ilə Samux küçəsinin kəsişdiyi yerdə olan obyektə Ramin Abdulayevin atası Şahid3 və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı obyektdən 22 ədəd “VİTO” markalı avtomobilə məxsus oturacaqlar, 9 ədəd lent işıqlar, 28 ədəd avtomobil ətiri, 2 komplekt avtomobil ayaqaltısı, 10 ədəd pərdə, 4 ədəd avtomobil diski, “VİTO” markalı avtomobilə məxsus 2 ədəd ön işıqlar, “VİTO” markalı avtomobilə məxsus 1 ədəd arxa işıq, “VAZ-2107 markalı avtomobilə məxsus 1 ədəd spidometr, 19 ədəd “jalasanj” markalı yapışdırıcılar, “MERCEDES BENZ SPRİNTER” markalı avtomobilə məxsus 1 ədəd arxa işıq, 5 ədəd ksenon lampa, “VAZ-2107 markalı avtomobilə məxsus 2 ədəd qolaltılar, “VİTO” markalı avtomobilə məxsus 2 ədəd arxa gödək stoplar, “VİTO” markalı avtomobilə məxsus su qoyulması üçün nəzərdə tutulan yer üçün qab, 6 ədəd güzgü üçün yağış suyu qoruyucusu, “VAZ-2107 markalı avtomobilə məxsus 1 cüt arxa stop, “VİTO” markalı avtomobilə məxsus 1 ədəd arxa fara, “FORD” markalı avtomobilə məxsus 1 ədəd arxa stop, “VİTO” markalı avtomobilə məxsus 2 ədəd arxa stopun palatası, 1 ədəd monitoru olan avtomobil salon güzgüsü, 65 ədəd avtomobil ayaqaltı işıqları, 7 ədəd avtomobil adları, yük avtomobili üçün nəzərdə tutulmuş 1 cüt duman farası, 7 ədəd led işıqlar, 1 ədəd salon saatı, 2 ədəd böyük avtomobil plyonkası, 4 ədəd avtomobil plyonkası, “MERCEDES BENZ SPRİNTER” markalı avtomobilə məxsus 7 ədəd dönmə xəbərdarlıq işıqları, “VİTO” markalı avtomobilə məxsus 1 ədəd amortizator, 8 ədəd benzin mühərrik yağları, 5 ədəd dizel mühərrik yağları, 1 ədəd balaca lent işıq, 1 ədəd böyük lent işıq, 1 ədəd təkər lent işığı, 1 ədəd gizli işıq, 1 ədəd böyük şüşətəmizləyən, 1 ədəd balaca şüşətəmizləyən, 6 ədəd USB kabel girişi, 17 ədəd yapışdırıcı, 3 ədəd lent işıqlar, 7 ədəd “MERDESES” təkər orta emblemi, “MERCEDES BENZ SPRİNTER” markalı avtomobilə məxsus 2 ədəd nömrə işıqlandırıcı, 1 ədəd “Pioneer” maqnitafon, “MERCEDES BENZ SPRİNTER” markalı avtomobilə məxsus 2 cüt nikkel, 1 ədəd telefon qabı, 1 ədəd “LADA” rolu, “Samsung S5” telefon qabı, 1 ədəd “NİVA” emblemi, 2 ədəd güzgü, “VİTO” markalı avtomobilə məxsus arxa təkər palçıq qoruyucusu, “MERCEDES BENZ SPRİNTER” markalı avtomobilə məxsus 2 cüt arxa təkər palçıq qoruyucusu, 1 ədəd salon təmizləyici, 3 ədəd antifriz, 2 ədəd ön cihazlar panelinin örtüyü, 3 ədəd səsgücləndirici dinamik iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə olunmuş və akt tərtib olunmaqla həmin əşyalar saxlanması üçün Şahid3 təhvil verilmişdir. (cild 01, iş vər. 131-192) Cinayət işinin materiallarında olan “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, həmin əşyaların real bazar dəyəri 4035 (dörd min otuz beş) manat təşkil edir. (cild 01, iş vər 204-216) Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs məxsus Mingəçevir şəhəri H.Əliyev küçəsi ilə Samux küçəsinin kəsişdiyi yerdə olan obyektdən götürülmüş 56 adda həmin əmlaka həbs qoyulmuşdur. (cild 02, iş vər. 14-16) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X1 xx xxxxxx 2020-ci il tarixli 526 saylı sorğuya cavab məktubundan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Abdullayev X9 şəhər X2 psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir. (cild 01, iş vər. 118) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs özünün xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında olan ümumi sahəsi 158.7 kv/m fərdi yaşayış evini anası X8 bağışlamışdır. (cild 01, iş vər. 106-109) Cinayət işinin materiallarında olan Azərbyacan Respublikasnın İqtisadiyyat Nazirliyi yanında X11 Xidməti tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli **********43 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin daşınmaz əmlak Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2020-ci il tarixli, 4Ə-761 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. (cild 01, iş vər. 128) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq cinayətini ehtiva edir. Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə CM-nin 178.3.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur. CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmçinin həmin qərarda göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərərçəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsi davam edən cinayətləri təkrar cinayətlərdən fərqləndirən xüsusatları açıqlamış və hər bir anlayışa ayrıca qiymət vermişdir. Həmin qərarında məhkəmə göstərmişdir ki, davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3)həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Yuxarıda qeyd olunanları əsas götürən və cinayət işinin materiallarında olan sübutlara, o cümlədən işin faktiki hallarına nəzər yetirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 münasibətdə təqsirləndirildiyi hər üç epizod üzrə vahid niyyətlə hərəkət etmiş və məhz əvvəldən onun məqsədi gələcəkdə sonuncunun etibarından sui-istifadə etməklə və aldatmaq yolu ona məxsus külli miqdarda əmlakı talamaq olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ilk epizod üzrə avtomobil almaq adı ilə Zərərçəkmiş şəxs1 7500 manat borc aldığını və hər ay 300 manat olmaqla 41 aya həmin pulu qaytaracağını bildirsə də, özünün də ifadəsində göstərdiyi kimi, yalnız həmin razılaşmanın əldə olunduğu vaxt Zərərçəkmiş şəxs1 300 manat vermiş, daha sonra 2020-ci ilin may ayında həmin avtomobili etibarnamə əsasında başqa şəxsə 8500 manat pul məbləğində etibar etmiş (satmış) və əldə etdiyi həmin puldan özünün dediyi kimi borclu olduğu Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pul qaytarmamış, əksinə yenidən məqsədli şəkildə iyun ayında Zərərçəkmiş şəxs1 15000 və 30000 manat olmaqla daha 45000 manat məbləğində pulunu aldatmaq və etibarından sui-istifadə etmək yolu ilə alıb ələ keçirərək talamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ilk vaxtdan məqsədli hərəkətlər etmiş, avtomobil almaq adı ilə Zərərçəkmiş şəxs1 birinci dəfə 7500 manat pul almış, həmin pulla aldığı avtomobili daha sonra 8500 manata başqasına sataraq həmin alğı-satqıdan 1000 manat gəlir əldə etmiş, həmin puldan zərərçəkmiş şəxsə heç nə ödəməmiş, əksinə həmin ərəfədə öz mülkiyyətində olan daşınmaz əmlakı (Mingəçevir şəhərində yerləşən fərdi yaşayış evini) gələcəkdə olacaq hər hansı məsuliyyətdən, məhrumiyyətdən yayındırmaq üçün tez-tələsik, həmin an üçün heç bir zərurət olmadığı halda öz doğma anasının adına özgəninkiləşdirmiş, artıq ona yönələcək ittihamların istiqamətlənə biləcəyi hər hansı adına olan əmlak olmadığı üçün öz məqsədyönlü hərəkətlərini və niyyətini davam etdirməklə yenidən Zərərçəkmiş şəxs1 tütün məhsulları almaq adı ilə əlavə 45000 manat (15000 və 30000 olmaqla) məbləğində pul almışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 münasibətdə vahid niyyətlə hərəkət etmiş və yekunda ona məxsus külli miqdarda, 52500 manat (7500+15000+30000) məbləğində pulu etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirərək talamaqla ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Digər epizod üzrə, yəni Zərərçəkmiş şəxs2la bağlı epizod üzrə isə eyni qayda ilə hərəkət etmiş və nəticədə həm özünün etirafı ilə, həm də cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla müəyyən olunduğu kimi, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus xeyli miqdarda (10500 manat) əmlakı talayaraq ona qarşı da dələduzluq cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, o cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 178.3.2-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən, arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri (arvadı, 2012 və 2014-cü il təvəllüdlü iki azyaşlı uşağı) ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (cild 01, iş vər. 41-45) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 99) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda yuxarıda adı çəkilən Plenum qərarında göstərilənləri əsas götürərək təqsirləndirilən şəxsin mülkiyyət münasibətləri əleyhinə cinayətin törədilməsində təqsirli bilindiyi halda zərərçəkmiş şəxslərə vurulmuş ziyan üzrə heç bir ödəniş etməməsini də nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını və həmin cəzanın real olaraq çəkilməli olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 54-55) Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 88-89) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxslər tərəfindən ayrı-ayrılıqda qaldırılan mülki iddialara münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət işinin materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs1 mülki iddia qaldıraraq cinayət əməli nəticəsində vurulmuş maddi ziyan olan 52500 (əlli iki min beş yüz) manat məbləğində pulun və məhkəmədə mülki iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu olan 30,40 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödəniməsini xahiş etmişdir. Həmçinin iş üzrə digər Zərərçəkmiş şəxs2 da mülki iddia qaldıraraq cinayət əməli nəticəsində vurulmuş maddi ziyan olan 10500 (on min beş yüz) manat məbləğində pulun və məhkəmədə mülki iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu olan 30,40 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödəniməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır: Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Hazırkı cinayət işi üzrə qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirildiyindən və maddi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduğundan, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda qaldırılan mülki iddia tam təmin edilməli, Zərərçəkmiş şəxs1 tərəfindən qaldırılan mülki iddia üzrə cinayət əməli nəticəsində vurulmuş maddi ziyan olan 52500 (əlli iki min beş yüz) manat məbləğində pul və məhkəmədə mülki iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul, habelə Zərərçəkmiş şəxs2 tərəfindən qaldırılan mülki iddia üzrə cinayət əməli nəticəsində vurulmuş maddi ziyan olan 10500 (on min beş yüz) manat məbləğində pul və məhkəmədə mülki iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq ayrı-ayrılıqda uyğun olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməlidir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-3-cü maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən “şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir)” Hazırkı iş üzrə ibtidai istintaqın gedişində Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində əldə olunan pul vəsaiti hesabına əldə etdiyi xüsusi müsadirə edilməli əmlakı müəyyən edilmiş, həmin əmlaka baxış keçirilmiş, qiymətləndirilmiş və üzərinə məhkəmə qərarı ilə həbs qoyulmaqla saxlanılması üçün təqsirləndirilən şəxsin atası Şahid3 verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaqın gedişində Mingəçevir şəhəri H.Əliyev küçəsi ilə Samux küçəsinin kəsişdiyi yerdə yerləşən obyekt də olmaqla üzərinə həbs qoyulan, saxlanılması üçün Şahid3 təhvil verilən və real bazar dəyəri 4035 (dörd min otuz beş) manat təşkil edən 56 adda avtomobil ehtiyyat hissələri müsadirə edilməli, həmin əmlakın təşkil etdiyi dəyər cinayət əməli nəticəsində vurulmuş maddi ziyana mütənasib qaydada zərərçəkmiş şəxslərə ödənilməsinə yönəldilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd üzərində Təqsirləndirilən şəxs əlyazması olan vərəq və 01 ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəflərinin, ekspertiza xərcinin olmadığı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş mülki iddialar tam təmin edilsin. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş və ödənilməmiş qalan maddi ziyana görə 52500 (əlli iki min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu məbləği olan 30,40 (otuz manat, qırx qəpik) manat pul tutularaq zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1, cinayət əməli nəticəsində vurulmuş və ödənilməmiş qalan maddi ziyana görə 10500 (on min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu məbləği olan 30,40 (otuz manat, qırx qəpik) manat pul isə tutularaq zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. İbtidai istintaqın gedişində Mingəçevir şəhəri H.Əliyev küçəsi ilə Samux küçəsinin kəsişdiyi yerdə yerləşən obyekt də olmaqla üzərinə həbs qoyulan, saxlanılması üçün Şahid3 təhvil verilən və real bazar dəyəri 4035 (dörd min otuz beş) manat təşkil edən 56 adda avtomobil ehtiyyat hissələri xüsusi qaydada müsadirə edilsin. Həmin əmlakın təşkil etdiyi dəyər cinayət əməli nəticəsində vurulmuş maddi ziyana mütənasib qaydada zərərçəkmiş şəxslərə ödənilməsinə yönəldilsin. İş üzrə maddi sübut olan 01 ədəd üzərində Təqsirləndirilən şəxs əlyazması olan vərəq və 01 ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-58/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-58/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver