Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-58/2022 16.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 178.2.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Göyçay şəhəri, Nəsimi küçəsi, dalan 1, ev 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə eyni mənbədən vahid qəsdlə əhatə olunan niyyətlə 03 fevral 2021-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 Fərhad oğlunun ailəsinə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasarından keçib evə giriş qapısından qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər biri 1200 manat dəyərində 02 ədəd “İmmergas” markalı kombi aparatlarını və hər biri 200 manat dəyərində 02 ədəd “Staba” markalı elektrik tənzimləyicilərini, eləcə də həmin evdə usta işləyən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 150 manat dəyərində BOSCH markalı böyük ölçülü laqondanı, bir ədəd 50 manat dəyərində üzərində markalanması olmayan kiçik laqondanı, bir ədəd 100 manat dəyərində BOSCH markalı perforatoru, bir ədəd 40 manat dəyərində “Hunday” markalı K739-13 modeldə olan kiçik dreli, bir ədəd 200 manat dəyərində “Kamen” markalı qızdırıcı sobanı, hər biri 4 manat dəyərində üç ədəd kiçik laqonda başlıqlarını, bir ədəd 16 manat dəyərində böyük laqonda başlığını, bir ədəd 10 manat dəyərində drel başlığını, hər biri 5 manat dəyərində olan iki ədəd drel başlığını, hər biri 3 manat dəyərində olan iki ədəd kəlbətini, hər biri 8 manat dəyərində olan iki ədəd rezin çəkici, bir ədəd 15 manat dəyərində yapışdırıcı aparatı, bir ədəd 10 manat dəyərində su tərəzisini, bir ədəd 10 manat dəyərində dəmir çəkici, hər biri 6 manat dəyərində olan 10 ədəd perforator başlıqlarını gizli yolla talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2800 (iki min səkkiz yüz) manat, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə 705 (yeddi yüz beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq külli miqdar hesab edilən 5,107 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 16,629 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edərək heroini ayrı-ayrılıqda 0,352 qram və 4,755 qram çəkilərdə 02 ədəd sellofan bükümlərdə, psixotrop maddə metamfetamini isə ayrı-ayrılıqda 0, 459 qr., 0,482 qr., 0,500 qr., 0,406 qr. və 14,782 qram çəkilərdə 05 ədəd sellofan bükümlərdə qablaşdırılmaqla yaşadığı evin otağında divanın alt hissəsində siqaret qutularında saxlamış, 20 may 2021ci il tarixdə, saat 12 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanda baxış keçirilərkən evinin girişində sağ tərəfdəki otaqda olan divanın sol alt hissəsində 1 ədəd siqaret qutusunda ayrı-ayrılıqda 02 ədəd sellofan bükümlərdə saxladığı həmin 5,107 qram çəkidə heroin və 1 ədəd siqaret qutusunda 05 ədəd sellofan bükümlərdə saxladığı 16,629 qram çəkidə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı evdən divanın altından siqaret qutularında bükümlərdə aşkar edilmiş heroinlər və metamfetaminlər ona məxsus deyil, həmçinin, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Fərhad oğlunun evindən oğurluq etməmişdir. xx.xx.2021-ci il tarixdə ona Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilərək döyülmüş, yaşadığı ünvandan aşkar edilmiş heroin və metamfetaminin ona məxus olması barədə etirafedici ifadə verməyə məcbur edilmişdir. Həmin heroinlər və metamfetaminlər onun evinə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları olan Şahid2, Şahid3 və Şahid1 adlı polislər tətərindən qoyulmuşdur. Belə ki, həmin tarixdə, yəni xx.xx.2021-ci il tarixdə yaşadığı evə baxış keçirilməmişdən 1-2 saat əvvəl Şahid2, Şahid3 və Şahid1 onun yaşdığı evə gəlib daxil olmuş və hər üçü təpik və yumruqla onu bədəninin bütün nahiyyələrinə vuraraq döyüb sonra polis şöbəsinə gətirmişlər. Polis şöbəsində də Şahid2, Şahid3 və Şahid1 təpik və yumruqla onu bədəninin bütün nahiyyələrinə vuraraq döymüşlər. Polisdə ona yaşadığı evdən heroin və metamfetaminlərin aşkar edəcəklərini, həmin heroin və metamfetaminlərin ona məxsus olmasını etiraf etməsini, əks halda daha da ağır maddə ilə onu ittiham edəcəklərini, evinə silah qoyacaqlarını bildirmişlər. O da, qorxduğundan polislərlə razılaşmışdır. Sonra isə polislər onu yenidən evinə aparmışlar və o, evdə gözlədikdə, biraz sonra saat 12 radələrində isə polislər onu evdən çağırıb vəkil ilə təmin edib və hal şahidlərin iştirakı ilə evinə baxış keçirərək sənədləşdirmə aparmışlar. Həmin vaxt qorxduğundan evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı isə otaqda divanın altıdan aşkar edilmiş siqaret qutularındakı metamfetaminlərlə heroinləri özünə məxsus olduğunu, tanışı Ceyhun adlı şəxsdən aldığını bildirmiş və ilkin sənədləri imzalamışdır. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Fərhad oğlunun evindən oğurluğu o, törətməmişdir. Belə ki, barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq edilən cinayət işinin istintaqı zamanı Şəki Penitensiar müəsissədə saxlanlan zaman xx.xx.2021-ci il tarixdə polis şöbəsinə etap olunarkən Göyçay Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Rəşid Vəliyev onu xidməti otağına çağırtdırmışdır. Rəşid Vəliyev onu xidməti otağında aldadaraq ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istinad edilən ittihamın daha yüngül olan 234.1-ci maddəsinə dəyişdirilməsinə söz vermiş, qarşılığında həmin oğurluq faktını boynuna götürməyini ondan xahiş etmişdir. Rəşid Vəliyev bildirmişdir ki, həmin oğurluğu etiraf etsə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyəşdirilərək barəsindəki cinayət işi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə göndəriləcək. Ona görə də, o, razılaşmış və Rəşid ona hansı formada ifadə verməsini, Zərərçəkmiş şəxs1 Fərhad oğlunun evinə haradan keçməyi, nəyi haradan oğurlandığını hansı qaydada demək lazım olduğunu və göstrərməyi ətraflı danışmışdır. O da, işinin düzələcəyinə inanıb həmin oğurluqları etiraf etmişdir. Bu barədə ifadə verərək və hadisə yerinə aparılanda da Rəşidin ona dediyi yerləri yadında saxlayıb müstəntiqə göstərərək guya mağazaya və evə hardan keçdiyini, nəyi haradan oğurladığını göstərmişdir. Tanışı Şahid8 borcunun əvəzinə nə iki ədəd kombi, nə də ki, başqa heç nə verməmişdir. O, tutulmamışdan bir-iki ay əvvəl də polis əməkdaşı Şahid1 tərəfindən bir neçə dəfə xatırlamadığı tarixlərdə polisə gətirilmiş və ona rayonda baş verən oğurluq hadisələri ilə bağlı suallar verilərək ona oğurluqlarda şübhəli olduğu deyilmişdir. Eyni zamanda o, bir neçə dəfə Samir və Şahid2 tərəfindən otaqda döyülmşdür. xx.xx.2021-ci il tarixdə baxış zamanı yaşadığı evdən aşkar edilmiş elektron tərəzi çoxdandır ki onun evindədir. Elektron tərəzini konkret olaraq nəsə üçün istifadə etməmişdir. xx.xx.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Göyçay Rayon Məhkəməsində keçirilmiş prosesdə qorxduğu üçün polislər tərəfindən döyülməsi barədə heç bir söz deməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövründə verdiyi ifadələri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaqın ilkin dövründə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və vəkilin iştirakı ilə verdiyi həmin ifadələrində təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən iki ildir ki, heroin və metamfetamin istifadə edirəm. xx.xx.2021-ci il tarixdə yaşadığım evdə olarkən polis əməkdaşları yaşadığım ünvana gəldilər məni çağırıb narkotik vasitələrin qanunsuz saxlanılmağımda şübhəli olduğumu bildirərək yaşadığım evə baxış və üzərimə axtarış keçirmək istədiklərini bildirdilər. Mən də buna etiraz etmədim və bu barədə ərizə yazdım. Daha sonra mənə hüquq və vəzifələrim bildiriş və tutulmağım barədə qərarın surəti təqdim olundu. Daha sonra vəkilin, iki hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığım evə baxış keçirildi. Baxış zamanı yaşadığım evə girişdən sağ tərəfdəki otaqda olan divanın sol alt tərəfindən iki ədəd ağ rəngli, baş hissəsi kəsilmiş vəziyyətdə olan siqarət qutular aşkar olundu. Həmin siqaret qutusunun birinin içərisindən 2 ədəd şəffaf rəngli sellofan bükmlərdə saxladığım qəhvəyi rəngdə heroin aşkarlandı. Bükümlərin hər biri ayrı-ayrılıqda qablaşdırıldıqları sellefonları ilə birlikdə elektrob tərəziyə qoyularaq şəkildi. Həmin bükümlərdən birinin çəkisi 5,5 qram, digərinin şəkisi isə 0,4 qram oldu. Digər siqaret qutusunun içərisindən isə 5 ədəd şəffaf rəngli sellofan bükümlərdə saxladığım ağ rəngli kristal halında “metamfetamin” psixotrop maddələr aşkarlandı. Həmin bükümlərin hər biri ayrı-ayrılıqda qablaşdırıldıqları sellofanları ilə birlikdə elektron tərəziyə qoyularaq çəkildi. Həmin bükümlərin ayrı-ayrılıqda çəkiləri -16 qram, 0,5 qran, 0,6 qram , 0,5 qram və 0,6 qram oldu. Polislər tərəfindən siqaret qutularındakı bükümlərdə olan maddələrin nə olması və onları hardan əldə etməyimlə bağlı sorğu edildikdə, mən siqaret qutusunun içində 5 ədəd şəffaf rəngli sellofan bükümlərdə ağ rəngli kristal halında olan maddənin “metamfetamin”, digər siqaret qutusunda saxladığım 2 ədəd şəffaf rəngli sellofan bükümlərdə qəhvəyi rəngdə maddənin isə heroinlərin olduğunu, onları Ağdaş şəhər sakini Ceyhun adlı şəxsdən alıb özüm istifadə etməyim üçün saxladığımı bildirdim. Baxış zamanı həmin bükümlər polis əməkdaşları tərəfindən götürüldü və 1 ədəd zərfə qoyularaq, zərfin ağzı leylənib möhürləndi, həmin zərfin üzərini mən və hal şahidləri imzaladıq. Daha sonra isə həmin otaqdaki kiçik stolun üzərindən bir ədəd qara rəngli, işlək vəziyyətdə olan elektron tərəzi, bir ədəd “kgtel” markalı mobil telefon, bir ədəd “Redmi Note 8” markalı mobil telefon və bir ədəd mənə məxsus qara rəngli pul kisəsi aşkar olundu. Həmin pul kisəsi açıldıqda, içərisindən 3 ədəd 50 manatlıq, 11 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq və 3 ədəd 5 manatlıq pul əskinazları və mənə məxsus şəxsiyyət vəsiqəsi aşkar edildi. Həmin bir ədəd elektron tərəzi, bir ədəd “kgtel” markalı mobil telefon, bir ədəd “Redmi Note 8” markalı mobil telefon və kağız pul əskinazları polis əməkdaşları tərəfindən götürüldü. Həmin bir ədəd elektron tərəzi, bir ədəd “kgtel” markalı mobil telefon, bir ədəd “Redmi Note 8” markalı mobil telefon, kağız pul əskinazları isə başqa bir ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, zərflərin ağzı kleylənərək möhürləndi və üzərini imzaladıqdan sonra polis əməkdaşları tərəfindən götürüldü. Bundan əlavə, yaşadığım evin yaxınlığında ikimərtəbəli bir ev görmüşdüm. Həmin evdə təmir işləri getdiyindən gecələr orada heç kimin olmadığını bilirdim. Həmin ev Göyçay şəhəri, Natəvan küçəsində yerləşir. Həmin evin qara rəngli darvazası vardır. Mənim maddi sıxıntılarım olduğundan 02 fevral 2021-ci il tarixdə həmin evə daxil olub, oğurluq etmək qərarına gəldim. Buna görə də 02 fevral 2021-ci il tarixdən 03 fevral 2021-ci il tarixə keçən gecə saat 02 radələrində Natəvan küçəsi ilə hərəkət edib, həmin evin qarşısına gəldim. Ətrafa nəzər saldım, heç kimin olmadığına əmin olduqdan sonra evin qarşısında hasarın üzərindən keçib, həyətə daxil oldum. Həyətə daxil olduqdan sonra evə yaxınlaşdım. Evin giriş qapısı örtülü olsa da, açarla bağlanmışdı. Qapını açıb, içəri daxil oldum. Evin içərisində otaqları gəzib baxdıqda birinci mərtəbədə sol tərəfdə hamamın yanında oğurlayıb, sata biləcəyim kombi aparatını gördüm. Bundan sonra mən evin ikinci mərtəbəsinə qalxdım. Orada da hamamın yanında eyni formada kombi aparatını və elektrik təmizləyici aparatını gördüm. Bundan başqa həmin kombi aparatının yerləşdiyi otaqda parça çanta vardı. Mən çantanı açıb, baxdıqda içərisində iki ədəd laqonda, bir ədəd pereparator, bir ədəd direl, həmin loqondalar üçün bir neçə başlıq və bir neçə digər ləvazimatlar vardı. Həmin vaxt mən həmin əşyalarıda oğurlamaq qərarına gəldim. Mən kombi aparatını sökmək üçün evə daxil olan su xəttini bağlamaq üçün evdən çıxıb, hasarın yanında həyət darvazasının sol tərəfində yerləşən su kranını bağladım. Yenidən evə qayıdıb, çantadakı ləvazimatlar arasından götürdüyüm açarlarla kombi aparatını sökməyə başladım. Birinci mərtəbədə olan kombi aparatını və yanında olan elektrik təmizləyici aparatını sökdüm. Sonra ikinci mərtəbəyə qalxıb, orada olan kombi aparatını sökdüm. Sonra növbə ilə hər iki kombi aparatını və çantanın içərisində olan ləvazimatları çıxarıb, həyət darvazasının yanına gətirdim. Sonra həyət darvazasını arxadan açıb, kombi aparatının birini bayıra çıxarıb, darvazanı örtdüm. Digər kombi aparatı və çantada olan ləvazimatlar həyətdə qaldı. Mən kombi aparatını piyadə şəkildə yaxınlıqda olan yaşadığım evə apardım. Sonra isə geri qayıdıb, ikinci kombi aparatını da elektrik təmizləyici aparatla birlikdə çıxarıb, onu da yaşadığım evə apardım. Daha sonra yenidən geri qayıdıb, çantada olan ləvazimatları da götürüb evə apardım. Həmin kombi aparatlarını və elektrik təmizləyici aparatlarını həyətdə saxladım. Qeyd edim ki, mənim Şahid8 adlı tanışım var. Həmin Anara mənim 1000 manat borcum vardı. Mən də buna görə 03 fevral 2021-ci il tarixdə yuxudan durduqdan sonra günorta 050 545 07 87 nömrədən Anarın istifadəsində olan *** ** ** 98 nömrəsinə mesaj yazdım ki, mənə zəng etsin. Anar da bir iki saat sonra mənə zəng vuranda ona aramızda olan borc məsələsi ilə bağlı danışmaq istədiyimi bildirəndə, Anar mənə 1-2 dəqiqə sonra zəng edəcəyini bildirdi və biraz sonra yenidən mənə zəng vurdu. Həmin vaxt mən Anara özümə məxsus iki ədəd az işlənmiş təmizləyiciləri ilə kombi aparatlarının olduğunu və ona olanborcumun əvəzinə həmin kombiləri ona versəm razı olarmı soruşdum və bu barədə söhbət etmək üçün yaşadığım ünvana gəlməsini xahiş etdim. Anar da bir qədər sonra mənim yaşadığım evə gəldi. O kombi aparatlarına baxıb, onların hardan olduğunu soruşanda, özümə məxsus olduğunu bildirdim. Anar həmin aparatların və narıncı rəngli elektrik təmizləyicilərin markasına baxıb 32 kubluq “İmmergas” markalı kombi aparatları olduğunu gördü, bir qədər fikirləşib borcun əvəzinə götürməyə razılaşdı və onları təmizləyiciləri ilə birlikdə götürüb Mersedes markalı avtomobilinin yük yerinə yığaraq apardı. Bundan bir neçə gün sonra yaşadığım küçəyə metal yığan bir avtomobil gəlmişdi. Həmin avtomobilin nömrəsini və markasını xatırlamıram. Həmin metal alveri ilə məşğul olan şəxslər Bərdə rayon sakinləri olduqlarını bildirdilər. Mən də onlara mənim özümə məxsus bir neçə tikinti ləvazimatları olduğunu və satmaq istədiyimi dedim. Həmin əşyaları gətirib göstərdim. Onlarda mənə həmin əşyalara ümumilikdə 200 manat pul verəcəklərini dedilər. Mən də razılaşdım və çantanın içərisində olan bütün avadanlıqları həmin metal alveri ilə məşğul olan şəxslərə ümumilikdə 200 manata satdım. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Fərhad oğlu ifadəsində göstərmişdir ki, ona məxsus Göyçay şəhəri İ.Göyçaylı küçəsi 7 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evin həyətinə biri öndən, biri isə arxadan olmaqla iki dəmir darvazadan ibarət giriş qapısı vardır. Ön hissədən olan giriş qapısı böyük dəmir darvazadır, arxa hissədən olan giriş qapısı isə balaca dəmir əl qapısıdır. Həyətinin dörd bir tərəfi daş hasardır. Həmin həyətindəki evini təzəlikcə tikdirmiş, evin təmiri tam olaraq başa çatmasa da, son texniki işlər, yəni evə lazım olan avadanlıqların qurlaşdırılması qalmışdır. Bunun üçün də evində Göyçay şəhər sakini Zərərçəkmiş şəxs2 usta kimi işləmişdir. Evin birinci mərtəbəsində bir mətbəxt, bir zal, bir kombi otağı, ayrı-ayrılıqda olmaqla hamam və sanitar qovşaq vardır. Evin ikinci mərtəbəsində isə beş otaq, bir kombi otağı və ayrı-ayrılıqda olmaqla hamam və sanitar qovşaq yerləşir. Kombi otaqları evin içərisində olduğu üçün qapıları yoxdur, həmçinin digər otaqların qapı yerləri olsa da, hələlik qapıları yerinə qoyulmamışdır, hamam və sanitar qovşağın qapıları isə plastikdən ibarətdir. Yuxarıda da qeyd etdiyi kimi evin yekun təmir işləri Göyçay şəhər sakini usta Zərərçəkmiş şəxs2 həvalə edilmişdir. Belə ki, Salehə həyətə giriş qapısının açarını vermişdir, Saleh isə özü təxminən üç aydır ki, özü evə gedib işlərini görüb qurtardıqdan sonra axşam yenə də həyətə giriş qapısını bağlayıb evinə getmişdir. Lakin evdə hər hansı bir ev əşyaları olmadığı üçün evə giriş dəmir seyf qapını bağlamamışlar. Bundan başqa həyətə giriş qapısının açarları biri onda, biri oğlu Aridə və usta Salehdə olmuşdur. xx.xx.2021-ci il tarixdə saat təxminən 07:40 radələrində oğlu Ariz onu Göyçay şəhərində yerləşən işlədiyi 14 saylı aptekə gətirmiş, daha sonra Ariz demiş ki, Göyçay şəhəri İbrahim Göyçaylı küçəsində yerləşən evinə baxmaq üçün gedəcəkdir. Aradan təxminən 15-20 dəqiqə keçdikdən sonra oğlu Ariz ona zəng vurub bildirmişdir ki, evin birinci mərtəbəsində olan “İmmergas” markalı kombi aparatı yoxdur. Bundan sonra o, dərhal həmin evinə getmişdir. Evə çatanda görmüşdür ki, həqiqətən də birinci mərtəbədə olan “İmmergas” markalı kombi aparatı və həmin aparatın “Staba” markalı tənzimləyici aparatı yoxdur. Bundan sonra oğlu Arizlə birlikdə evin ikinci mərtəbəsinə çıxmışlar və görmüşlər ki, ikinci mərtəbədə də olan “İmmergas” markalı kombi aparatı, həmin aparatın ayrıca olaraq “Staba” markalı tənzimləyici aparatı və hamamın içərisində usta Salehə məxsus tikinti avadanlıqları da yoxdur. Həmin vaxt usta Salehə zəng vurub sonuncuyu evə çağırmışlar. Saleh də evə gəldikdən sonra bu barədə hər hansı bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, fərdi yaşayış evindən oğurluq hadisəsi baş veribdir. Buna görə də DİN-nin “102 xidməti”nə zəng vurub bu barədə məlumat vermişdir. Eyni zamanda, həmin tarixdə rayon polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Hazırda ona məxsus olan oğurlanan kombilərdən biri ibtidai istintaq dövründə ona qaytarılmışdır. Digərinin pulu isə ona ödənməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs özünün cavan, atasının xəstə olmasını nəzərə alıb onu bağışlayır, ona dəymiş ziyanı tələb etmir, onunla barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayının sonlarında Göyçay şəhər sakini Zərərçəkmiş şəxs1 Fərhad oğluna məxsus Göyçay şəhəri İ.Göyçaylı küçəsi 7 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evində usta işləmişdir. Həmin evin həyətinə biri öndən, biri isə arxadan olmaqla iki dəmir darvazadan ibarət giriş qapısı vardır. Ön hissədən olan giriş qapısı böyük dəmir darvazadır, arxa hissədən olan giriş qapısı isə balaca dəmir əl qapısıdır. Həyətin dörd bir tərəfi daş hasardır. Həmin evə giriş qapısı dəmir seyf qapıdır. Evin birinci mərtəbəsində bir mətbəx, bir zal, bir kombi otağı, ayrı-ayrılıqda olmaqla hamam və sanitar qovşaq vardır. Evin ikinci mərtəbəsində isə beş otaq, bir kombi otağı və ayrı-ayrılıqda olmaqla hamam və sanitar qovşaq yerləşir. Kombi otaqları evin içərisində olduğu üçün qapıları yoxdur, həmçinin digər otaqların qapı yerləri olsa da, hələlik qapıları yerinə qoyulmamışdır, hamam və sanitar qovşağın qapıları isə plastikdən ibarətdir. Ev sahibi Zərərçəkmiş şəxs1 tərəfindən ona evə girib işləmək üçün həyətə giriş qapısının açarı verilmişdir. O, hər gün özü həmin evə gedib həyətin giriş qapısını açıb işlərini gördükdən sonra yenə də həyətin giriş qapısını bağlayıb çıxıb getmişdir. Tikinti ləvazimatlarını isə evin ikinci mərtəbəsində hamam otağında saxlamışdır. 2020-ci ilin sonlarında o, işini başa çatdırıb, orada işdən çıxmışdır. Zərərçəkmiş şəxs1 evindən ona məxsus ümumi dəyəri 705 manat olan tikinti ləvazimatları oğurlanmışdır. Belə ki, 150 manat dəyərində BOSCH, markalı bir ədəd böyük laqonda, 50 manat dəyərində bir ədəd markasını bilmədiyim balaca laqonda, bir ədəd 100 manat dəyərində Bosch markalı perforator, 01 ədəd 40 manat dəyərində Hunday markalı K739-13 modelli drel, 01 ədəd 200 manat dəyərində Kamen markalı qızdırıcı soba, hər biri 4 manat dəyərində kafel kəsmək üçün balaca laqondaya bağlanan 03 ədəd almaz, bir ədəd 16 manat dəyərində kafel kəsmək üçün böyük laqondaya bağlanan almaz, bir ədəd 10 manat dəyərində kafel deşmək üçün direlə bağlanan almaz, hər biri 5 manat dəyərində deşmək üçün direlə bağlanan 02 ədəd kafel almaz, hər biri 3 manat dəyərində 02 ədəd kəlbətin, hər biri 8 manat dəyərində 02 ədəd rezin çəkic, bir ədəd 15 manat dəyərində slikon vurmaq üçün aparat, bir ədəd 10 manat dəyərində su tərəzisi, bir ədəd 10 manat dəyərində dəmir çəki, hər biri 6 manat dəyərində 10 ədəd perforator aparatının sverloları oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 705 manat ziyan dəymişdir. Hazırda oğurluq nəticəsində ona dəymiş ziyan ödənməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs özünün cavan, atasının xəstə olmasını nəzərə alıb onu bağışlayır, ona dəymiş ziyanı tələb etmir, onunla barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 atası, iş üzrə olan Zərərçəkmiş şəxs1 Fərhad oğlu ilə eyni məzmunlu ifadə verib onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 iş üzrə Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verib onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, bir neçə ay əvvəl Göyçay şəhəri, Nəsimi küçəsində yaşayan tanışı Təqsirləndirilən şəxs ondan 1000 manat borca pul götürmüş və qaytara bilməmişdir. Bir müddət sonra, 2021-ci ilin fevral ayının ilk günlərində günorta saatlarında Təqsirləndirilən şəxs öz istifadəsində olan 050 *** ** ** nömrəsindən onun istifadəsində olan 055 *** ** ** nömrəsinə mesaj yazıb ona zəng etməsini bildirmişdir. O isə bir-iki saat sonra Sədiyə zəng vurmuş, sonuncu da borc məsələsini həll etmək üçün görüşmək istədiyini bildirmişdir. Həmin vaxt başı qarışıq olduğundan biraz sonra Sədiyə təkrar zəng vurarkən Sədi telefonda ona özündə az işlənmiş 2 ədəd Kombi cihazlarının olduğunu bildirmiş, onları 1000 manat borcunun əvəzinə ondan götürüb bilə-bilməyəcəyini soruşmuş, bu barədə söhbət etmək üçün yaşadığı ünvana çağırmışdır. O da, 5-6 dəqiqə sonra Sədi ilə yenə danışıb sonuncunun yaşadığı ünvana gedib görüşüb söhbət edən zaman Sədi ona həmin kombi aparatlarını, eləcə də yanlarında 2 ədəd elektrik tənzimləyicilərini göstərmişdir. Onlara baxıb hər biri 32 kubluq aşağı tərəfində düymələri və ekranı, eləcə də təzyiq ölçüsü göstərəni olan “İmmergas” markalı ağ rəngli kombi aparatları, yanlarında isə onlara aid 2 ədəd narıncı rəngli “staba” markalı aşağı tərəfində düymələri və ekranı olan elektrik tənzimləyicilərinin olduğunu görmüşdür. O internetdə baxıb kombi aparatının birinin qiymətinin 800 manat olduğunu görüb onların iksini 1000-1200 manata sata biləcəyini düşünmüşdür. Sədidən kombi cihazlarını və tənzimləyiciləri haradan əldə etdiyini soruşanda, Sədi onların özünə məxsus olduğunu bildirmişdir. O da Sədiyə inanıb həmin 2 ədəd kombi cihazlarını və tənzimləyiciləri avtomobilimin yük hissəsinə yığıb birini elə həmin günü təmzimləyicisi ilə birlikdə öz qohumu əsl adı Murad Əfəndiyev olan, lakin hamının el arasında Elçin kimi tanıdığı şəxsə 600 manata satmışdır. Digərini isə avtomobilndə daşıyaraq sonrakı günlərin birində Bakı şəhərinə gedəndə tanımadığı şəxsə 550 manata satmışdır. Polis əməkdaşları isə ondan bu haqda maraqlanıb polisə dəvət edərkən şifahi olaraq Sədinin ona 2 ədəd təmzimləyiciləri ilə birlikdə olan 32 kubluq “İmmergas” markalı Kombi cihazlarını 1000 manat borcunun əvəzinə verdiyini bildirmişdir. Ona həmin vaxt məlum olmuşdur ki, Sədinin borcu əvəzinə verdiyi iki ədəd kombi aparatları oğurluq yolu ilə əldə edilmiş, ona görə də qohumu əsl adı Murad olan Elçinə zəng vurub ona satmış olduğu Kombi aparatını və tənzimləyicisini təcili gətirib ona qaytarmasını söyləmişdir. O da 1 ədəd kombi cihazını tənzimləyicisi ilə birlikdə gətirib onun yaşadığı evin həyətinə qoymuşdur. Sonra həmni kombi aparatını polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmaqla onların qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi olaraq üzərində və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatına malik olduğundan xx.xx.2021-ci il tarixdə bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq aldıqdan sonra polis şöbəsinin əməkdaşları ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvana gedərək Təqsirləndirilən şəxs küçə qapısının yanına çağırmışlar və sonuncu yanlarına çıxdıqda özlərini ona təqdim etmişlər, narkotik vasitələrin qanunsuz saxlanılmağında şübhəli olduğunu bildirərək yaşadığı evə baxış və üzərinə axtarış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs müdafiəçi Mətanət Həsənova ilə təmin olunaraq şübhəli şəxsi qismində saxlanılmış və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Onlar dəvət olunmuş iki nəfər hal şahidlərinə də hüquqlarını izah etdikdən sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evə girişdən sağ tərəfdəki otaqda olan divanın sol alt tərəfindən iki ədəd ağ rəngli, baş hissəsi kəsilmiş vəziyyətdə olan siqaret qutuları aşkar olunmuşdur. Həmin siqaret qutusunun birinin içərisindən 2 ədəd şəffaf rəngli sellofan bükümlərdə qəhvəyi rəngdə heroinə oxşar maddələr aşkarlanmışdır.Bükümlərdəki maddələr ayrı-ayrılıqda qablaşdırıldıqları sellofan bükümlərdə elektron tərəziyə qoyularaq çəkilmişdir. Həmin bükümlərdən birinin çəkisi 5,5 qram, digərinin çəkisi isə 0,4 qram olmuşdur. Digər siqaret qutusunun içərisindən isə 5 ədəd şəffaf rəngli sellofan bükümlərdə ağ rəngli kristal halında “metamfetamin” psixotrop maddəsinə oxşar maddələr aşkarlanmışdır. Həmin maddələrdə hər biri ayrı-ayrılıqda qablaşdırıldıqları sellofanları ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmişlər. Həmin bükümlərin ayrı-ayrılıqda çəkiləri - 16 qram, 0,5 qram, 0,6 qram, 0,5 qram və 0,6 qram olmuşdur. Siqaret qutularındakı bükümlərdə olan maddələrin nə olması və onları haradan əldə etməsi ilə bağlı Təqsirləndirilən şəxs sorğu edilmiş, sonuncu siqaret qutusunun içində 5 ədəd şəffaf rəngli sellofan bükümlərdə ağ rəngli kristal halında olan maddələrin “metamfetamin”, digər siqaret qutusunda 2 ədəd şəffaf rəngli sellofan bükümlərdə qəhvəyi rəngdə maddələrin isə heroin narkotik vasitələri olduğunu, onları Ağdaş şəhərində Ceyhun adlı narkomandan alıb özü istifadə etməsi üçün evində saxladığını bildirmişdir. Baxış zamanı aşkar olunan həmin bükümlər müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Daha sonra isə həmin otaqdakı kiçik stolun üzərindən bir ədəd qara rəngli, işlək vəziyyətdə olan elektron tərəzi, bir ədəd “kgtel” markalı mobil telefon, bir ədəd “Redmi Note 8” markalı mobil telefon və qara rəngli pul kisəsi aşkar olunmuşdur. Həmin pul kisəsi açıldıqda, içərisindən 3 ədəd 50 manatlıq, 11 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq və 3 ədəd 5 manatlıq pul əskinazları və Sədinin şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Həmin bir ədəd elektron tərəzi, bir ədəd “kgtel” markalı mobil telefon, bir ədəd “Redmi Note 8” markalı mobil telefon və kağız pul əskinazları da iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Sonda isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu, istifadə etmək üçün Ceyhun adlı şəxsdən aldığını bildirmiş, əməliyyat məlumatı ona daxil olmuş, daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, onun və onunla əmliyyat tədbirində iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir işgəncə verilməmiş, fiziki təsir tədbirlərindən istifadə edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ayrıayrılıqda Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Göyçay şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman həmin baxışda hal şahidi kimi iştirak etmişdir. Həmin baxış zamanı baxışda müdafiəçi, onunla bərabər digər bir nəfər hal şahidi, Təqsirləndirilən şəxs və polis əməkdaşları iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs adlı şəxsin həyətində yaşadığı evə girişdən sağ tərəfdəki otaqda olan divanın sol alt tərəfindən iki ədəd ağ rəngli, baş hissəsi kəsilmiş vəziyyətdə olan siqaret qutuları aşkar olunmuşdur. Həmin siqaret qutusunun birinin içərisindən 2 ədəd sellofan bükümlərdə qəhvəyi rəngdə maddələr aşkarlanmışdır. Aşkar edilmiş maddələrin hər biri ayrı-ayrılıqda şəffaf sellofan bükümlərdə elektron tərəzidə çəkilmişdir. Həmin bükümlərdən birinin çəkisi 5,5 qram, digərinin çəkisi isə 0,4 qram olmuşdur. Digər siqaret qutusunun içərisindən isə 5 ədəd şəffaf sellofan bükümlərdə kristal halında maddələr aşkarlanmışdır. Həmin maddələr hər biri ayrı-ayrılıqda olduqları bükümlərdə elektron tərəziyə qoyularaq çəkilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda - 16 qram, 0,5 qram, 0,6 qram, 0,5 qram və 0,6 qram olmuşlar. Siqaret qutularındakı bükümlərdəki maddələrin nə olması, onları haradan əldə etməsi ilə bağlı Təqsirləndirilən şəxs sorğu edildikdə, sonuncu, siqaret qutusunda 5 ədəd sellofan bükümlərdəki ağ rəngli maddələrin “metamfetamin” psixotrop maddələr, digər siqaret qutusunda 2 ədəd bükümlərdə olan qəhvəyi rəngdə maddələrin isə heroin narkotik vasitələri olduğunu, onları Ağdaş şəhərində yaşayan tanışı Ceyhun adlı şəxsdən aldığını və özü istifadə etməsi üçün evində saxladığını bildirmişdir. Baxış zamanı aşkar olunan həmin bükümlər qablaşdırılmaqla götürülmüşdür. Daha sonra isə həmin otaqdakı kiçik stolun üzərindən bir ədəd qara rəngli, işlək vəziyyətdə olan elektron tərəzi, iki ədəd mobil telefon və qara rəngli pul kisəsi aşkar olunmuşdur. Həmin pul kisəsi açıldıqda, içərisindən pul əskinazları və Sədinin şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Həmin bir ədəd elektron tərəzi, iki ədəd mobil telefon və kağız pul əskinazları da qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq dövründəki ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid4 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 4 ünvanında yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olmaqla mütəmadi olaraq üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması, həmşinin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Göyçay şəhəri, Nəsimi küçəsi, dalan 1, ev 1 ünvanında yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 16). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri, Nəsimi küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 17). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, hal şahidlərinin, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Göyçay şəhəri, Nəsimi küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən evə baxış keçirilmiş və baxış zamanı evinin girişində sağ tərəfdəki otaqda olan divanın sol alt hissəsində 1 ədəd siqaret qutusunda ayrı-ayrılıqda 02 ədəd sellofan bükümlərdə saxladığı həmin 5,107 qram çəkidə heroin və 1 ədəd siqaret qutusunda 05 ədəd sellofan bükümlərdə saxladığı 16,629 qram çəkidə metamfetamin, bir ədəd elektron tərəzi aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 19-30). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 17/359 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş maddələr...” sözləri və imzalar yazılmış zərfin içərisindəki: 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,352 qr. və 4,755 qram ümumi təmiz çəkiləri 5,107 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. 05 (beş) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0459 qr., 0,482 qr., 0,500 qr., 0,406 qr. və 14,782 qram, ümumi təmiz çəkiləri – 16,629 qram olan maddələr psixotrop maddə - metamfetaminlərdir. Tədqiqata təqdim edilmiş, ümumilikdə 02 (iki) ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 05 (beş) ədəd sellofan bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 45-48). Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Göyçay şəhəri, Nəsimi küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 01, iş vər. 90). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 12 iyun 2021ci il tarixli 729 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış markomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 110). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdiriməklə ********* nömrə altında istintaqıı davam etdirilmişdir (cild 02, iş vər. 45-48). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, Zərərçəkmiş şəxs1 Fərhad oğlu həmin tarixdə saat 08:13-də DİN-in “102 xidməti”nə zəng edərək ünvan 5 ünvanında yerləşən həyət evindən kombi aparatı və digər əşyaların oğurlandığı barədə məlumat vermişdir (cild 01, iş vər. 176). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs2 Göyçay Rayon Polis Şöbəsinə müraciət edərək xx.xx.2021-ci il tarixdə usta kimi işlədiyi Zərərçəkmiş şəxs1 Fərhad oğluna məxsus fərdi yaşayış evindən ona məxsus usta ləvazimatlarının oğurlandığını bildirmiş və qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 17). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs1 Fərhad oğluna məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evidir. Evə baxış keçirilmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 185-195). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid8 Təqsirləndirilən şəxs ona olan borcu əvəzinə verdiyi və sonuncunun öz qohumu Elçin kim tanınan Murad Əfəndiyevə 600 manata satdığı 1 ədəd “Staba” markalı tənzimləyicisi ilə birlikdə olan 100392351-8 nömrəli ştrix kodlu “İmergas” markalı kombi aparatını istintaqa təqdim etmiş və baxış keçirilərək həmin kombi aparatı ilə elektrik tənzimləyicisi götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 232-235). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə ifadəsi hadisı yerində yoxlanılarkən Təqsirləndirilən şəxs oğurluq etdiyi yerə haradan daxil olduğunu, hansı əşyaları haradan oğurladığını bir daha əyani şəkildə göstərmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 02, iş vər. 01-07). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Əşyaların tanınmaya təqdim edilməsi haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid8 yaşadığı evdən götürülmüş həmin 1 ədəd “İmmergas” markalı kombi aparatı tanınması üçün Zərərçəkmiş şəxs1 Fərhad oğluna təqdim edilmiş, sonuncu təqdim edilmiş 4 ədəd kombi aparatları arasında məhs Şahid8 götürülmüş “İmmergas” markalı kombi aparatını xüsusi əlamətlərinə və 100392351-8 nömrəli ştrix koduna görə tanıyaraq ona məxsus olduğunu göstərmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 02, iş vər. 32-36). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Üzləşdirmə haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Fərhad oğlunun evindən baş vermiş oğurluq faktı ilə bağlı verdiyi ilkin ifadələrini inkar edərək sonrakı ifadəsində tanışı Şahid8 borcu əvəzinə kombi aparatlarını vermədiyini bildirsə də, onların arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Şahid8 Təqsirləndirilən şəxs özünün 2021-ci ilin fevral ayının ilk günlərində SMS yazaraq zəng vurmasını xahiş etdiyini, sonuncuya zəng vurdğunu, daha sonra görüşərək Təqsirləndirilən şəxs borcu əvəzinə ona 2 ədəd “İmmergas” markalı kombi aparatları ilə 2 ədəd elektrik tənzimləyiciləri verdiyini, məhs həmin kombi aparatı ilə elektrik tənzimləyicinin birini qohumu Elçin adlı şəxsə sataraq, sonradan isə polislərə təqdim etdiyini sonuncunun üzünə qarşı söyləmişdir (cild 02, iş vər. 136-138). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 480 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində köhnə çapıqlar, hər iki baş barmaq arası nahiyyədə olan göbələk xəstəliyindən sonrakı əmələ gələn yaralar və döymələr fonunda xx.xx.2021-ci il tarixinə uyğun xəsarət izləri aşkar edilmədi: Sol saidin ön hissəsindəçoxsaylı, ağımtıl çapıqların törənmə müddətləri 1,5 ildən artıqdırlar.Hər iki ayaqların baş barmaqları arası nahiyyələrdə göbələk xəstəliyindən sonra əmələ gələn yaralar natəmizlik nəticəsində əmələ gəlmişlər və travma ilə heç bir səbəbli əlaqələri yoxdur (cild 02, iş vər. 187-189). Cinayət işinin materiallarında olan Göyçay RPŞ-nin MSY-nin tibbi müayinəni keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabının kserosurtləri əlavə edilmiş, həmin kserosurətlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə MSY-yə təhvil verilərkən onun bədəni üzərində hər hansı bir xəsarət izləri olmamış, yalnız hər iki ayaqlarının baş barmaqlarına infeksion yaralar olmuşdur (cild 02, iş vər. 197-200). Cinayət işinin materiallarında olan məhkəmə-ekspertiza mərkəzindən alınmış 30 iyul 2021-ci il tarixli 9/5260 saylı rəydən görünür ki, 2021-ci ilin fevral-mart ayına ekspertiza qərarında göstərilən 48 adda malların orta bazar qiymətləri ilə ümumi nəzəri qaydada aşağıdakı kimi müəyyən edilir: 01 ədəd “İmmergas” markalı kombi aparatı- 450 AZN, 01 ədəd “Slim V 500 X2” yazısı olan “Ştaba” markalı işıq tənzimləyici aparatı – 30 AZN, 01 ədəd “BOSCH” markalı böyük ölçülü laqonda – 100 AZN, 01 ədəd üzərində markalanması olmayan kiçik ölçülü laqonda – 35 AZN, 01 ədəd “Bosch” markalı pereparator – 100 AZN, 01 ədəd kiçik ölçülü “Hundai” markalı, K739-13 modelli drel – 35 AZN, 01 ədəd Kamen markalı qızdırıcı soba – 200 AZN, 01 ədəd kiçik laqonda başlığı – 0,40 AZN, 01 ədəd böyük laqonda başlığı – 0,50 AZN, 01 ədəd drel başlığı – 0,50 AZN, 01 ədəd perforator başlığı – 1 AZN (cild 02, iş vər. 100-103). Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 21558 nömrəli məktubu ilə daxil olmuş CD diskdə olan məlumatlardan görünür ki, 03 fevral 2021ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 Fərhad oğlunun yaşadığı evdən oğurluq baş verən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil nömrədə sms-lər və zənglər qeydə alınmamış, 03 fevral 2021-ci il tarixdə saat 10:50:06dən sonra aktiv olması, saat 16:11:48-də isə Şahid8 istifadəsində olan 055 277 97 98 saylı mobil nömrəsinə “Meni zeng vur da” məzmunlu SMS-in göndərildiyi müəyyən edilmişdir. Bununla yanaşı anten və əlaqə saxlanılan abunəçiləri əks etdirən qovluq öyrənilərkən həmin tarixdə ardıcıl olaraq saat 18:18:35-də, 18:24:43-də, 18:31:30-da Şahid8 istifadəsində olan 055 277 97 98 saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil nömrəsinə zənglərin olunduğu müəyyən edilmişdir (cild 02, iş vər. 214-220). Cinayət işinin materiallarında olan Göyçay Rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2021-ci tarixli 3508 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay RMX-nın poliklinikasının psixatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur (cild 02, iş vər. 86). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 177.2.1 və 186-cı maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmişdir (cild 03, iş vər. 01-29). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı söylədiyi xüsusatlar Göyçay rayon prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarxdə ünvan 4 ünvanında yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olmaqla mütəmadi olaraq üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması, həmşinin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, Təqsirləndirilən şəxs yaşadığı evə gedilmiş, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakıilə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun yaşadığı evə müdafiəçinin, hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış nəticəsində evinin girişində sağ tərəfdəki otaqda olan divanın sol alt hissəsində 1 ədəd siqaret qutusunda ayrı-ayrılıqda 02 ədəd sellofan bükümlərdə saxladığı həmin 5,107 qram çəkidə heroin və 1 ədəd siqaret qutusunda 05 ədəd sellofan bükümlərdə saxladığı 16,629 qram çəkidə metamfetamin, bir ədəd elektron tərəzi aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş maddələr ekspertizaya təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərək narkotik maddənin, metamfetaminin, elektron tərəzinin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Göyçay şəhəri, Nəsimi küçəsi, dalan 1, ev 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Habelə, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətləridir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Beləliklə, hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması, üzləşdirmə, tanınmaya təqdim etmə və başqa istintaq hərəkətinin protokolları, o cümlədən biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şöbədə olarkən polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması, döyülməsi barədə qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarına əlavə olunmuş Göyçay rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxsə və müdafiəçiyə təqdim olunmuş, müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Habelə, Təqsirləndirilən şəxs ittiham olunduğu oğurluq cinayətində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası bildirir ki, məhkəmə istintaqı zamanı Şahid8 iş üzrə şahid qismində məhkəmədə dindirilmiş və Təqsirləndirilən şəxs ona olan 1000 manat borcu əvəzinə ona iki ədəd kombi aparatını verdiyini təsdiq etmiş, həmçinin iş üzrə telefon məlumatlarının götürülməsi və onlara baxış keçirilməsi ilə də şahidin qeyd etdikləri öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir. Əksinə onun ibtidai istintaqın ilkin dövründə qeyd etdikləri iş materiallarında olan və biri digərini tamamlayan sübutlarla, işin faktiki halları ilə üst-üstə düşdüyündən, məhkəmə kollegiyası həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edir və onlara elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Eyni zamanda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü qismən, yəni CMin 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə də tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin bir neçə bükümdə aşkar olunması, narkotik vasitə ilə yanaşı ondan psixotrop maddə metamfetaminin, bir ədəd elektron tərəzinin aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək evində saxlamışdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda ailə üzvləri ilə yaşayır, subaydır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır (cild 02, iş vər. 112-114). Cinayət işinin materiallarına əlavə edilmiş “Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarış”dan görünür ki, X3 ikinci qrup əlildir, qırtlağın xərçəngi 4-cü mərhələ diaqnozu qoyularaq əməliyyat olunub. Məhkəmə kollegyası iş üzrə zərərçəkmiş şəxslərin ayrı-ayrılıqda Təqsirləndirilən şəxs ilə barışmasını, ondan heç bir şikayət və tələblərinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, onun atasının ikinci qrup əlil olmaqla qırtlağın xərçəngi xəstəliyindən əziyyət çəkməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 02 il müddətinə şərti hesab edilmiş, daha sonra o, Göyçay Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-in 128-ci maddəsi ilə təqsirli bilinmiş, CM-in 66.5-ci maddəsinə əsasən on Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəzanın 02 il müddətinə şərti hesab edilməsi dəyişdirilməmiş və əlavə olaraq ona əsas cəza qismində 300 manat cərimə cəzası təyin edilmişdir. Sonuncu dəfə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-in 182.1, 182.2.2, 178.2.1-ci maddələri ilə təqsirli bilinib CM-in 66.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə CM-in 178.2.1, 182.2.2, 66.3-cü maddələri hökmdən xaric edilmiş, CM-in 182.2.1, 221.3, 67.1-ci maddələrinə əsasən üzərində 06 il cəza saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumluğu ödənilməmiş və ya götürülməmişdir (cild 02, iş vər. 81- 82, 110-111) Cinayət işinin materiallarında olan Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 24 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin qərar şöbəyə xx.xx.2019-cu il tarixdə daxil olmuş və icraya yönəldilmiş və Təqsirləndirilən şəxs cəzasını bitirdiyi üçün xx.xx.2020-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır (cild 02, iş vər. 109). İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilməsə də, onun əməlində cinayətlərin residivi mövcud deyildir. Belə ki, Təqsirləndirilən şəxs əvvəlki cinayətlərini yetkinlik yaşına çatmadığı dövrdə törətmişdir. CM-in 18.4 və 18.4.2-ci maddələrində isə göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini, yəni əvvəllər dəfələrlə məhkum olunmasına baxmayaraq nəticə çıxarmayıb məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, eyni zamanda həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 16). Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 87-88). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2021ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 5,007 qram çəkidə heroin, 16,129 qram çəkidə metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “İmmergas” markalı kombi aparatı və 01 ədəd “Staba” markalı elektrik tənzimləyicisinin Zərərçəkmiş şəxs1 Fərhad oğluna qaytarılması və 01 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 119,10 AZN (bir yüz on doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 5,007 qram çəkidə heroin, 16,129 qram çəkidə metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “İmmergas” markalı kombi aparatı və 01 ədəd “Staba” markalı elektrik tənzimləyicisinin Zərərçəkmiş şəxs1 Fərhad oğluna qaytarılması və 01 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 119,10 AZN (bir yüz on doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-58/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-58/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver