Məhkəmə qərarları › İş №1(091)-58/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-58/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-58/2025 19.06.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Göyçay rayonunun Potu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Göyçay rayonunun Potu kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X8 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə digər şəxsi qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə axşam saatlarında Göyçay rayonunun Kürd kəndində yerləşən “Göyçay çay evi”də olarkən əvvəlcədən tanıdığı həmkəndlisi Şahid5 həmin çayxanada çayçı işləyən, qiyabi olaraq tanıdığı və heç bir münasibəti olmayan X22 tərəfindən lağa qoyulmasını təşkil etməsini bildirməsi ilə bağlı etdiyi zarafatı həqiqət olaraq qəbul edib bu barədə məlumatı olmayan sonuncudan onu lağa qoymasının səbəbini soruşduqda Rza Əhmədovun ona cavab olaraq onu lağa qoymamasını dedikdən sonra sonuncu çayxanaya daxil olaraq onun yanında Şahid5 etdiyi zarafatla bağlı bildirdiyi iradı bunun üçün heç bir əsaslı səbəb olmadan onun arxasınca danışması kimi zənn edib özünə qarşı hörmətsizlik kimi qəbul edərək çayxanada X24 Rəhimova onun barəsində arxasınca nə danışdığını soruşmuş, Rza Əhmədovun ona arxasınca heç nə danışmadığını bildirməsinə baxmayaraq, etdiyi hərəkətin aydınlığını ona izah edib üzr istəmədiyi halda öldürmək qərarına gəlib ölümün baş verməsini arzu etməklə, təfəkküründə yaratdığı tələbatını cinayət törətmək yolu ilə sonlandırmaq məqsədi ilə 23 may 2024-cü il tarixdə saat 14 radələrində Göyçay şəhəri, Nətavan küçəsində yerləşən “Hiper Grand” marketdən ümumi uzunluğu 195 mm, tiyəsinin uzunluğu 90 mm, orta hissədə eni 14 mm, qalınlığı isə 9 mm olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən bir tərəfi iti, ucu deşici xassəyə malik olan mətbəx təyinatlı bıçağı alaraq üzərində gizlətməklə Rza Əhmədovla münasibətlərə aydınlıq gətirmək məqsədi ilə onun işlədiyi “Göyçay çay evi”nə gələrək axşam saatlarına kimi sonuncu ilə təklikdə söhbət etmək üçün fürsət axtarmış, aldığı bıçağın dəstəyini sonuncuya xəsarət yetirən zaman əlindən sürüşməməsi üçün çayxananın sanitar qovşağında rezin yapışqan sarğı ilə bağladıqdan sonra 23 may 2024-cü il tarixdə saat 21 radələrində Rza Əhmədovun çayxanadan çıxaraq Göyçay şəhəri istiqamətində getdiyini görüb onun arxasınca gedərək yolda bel kəmərində gizlətdiyi bıçağı çıxarıb sviterinin bilək hissəsində gizlətməklə Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonunun Kürd kəndindən keçən hissəsində avtomobil yolunun kənarında dayanan Rza Əhmədova yaxınlaşaraq mübahisə yaradıb 1 gün əvvəl arxasınca nə danışdığının aydınlığını verməsini tələb etmiş, sonuncu cavabında dəfələrlə ona arxasınca heç nə danışmadığını, ondan yaşca çox böyük olduğunu izah etməsinə baxmayaraq, ondan üzr istəməsini tələb etmiş, sonuncu bundan imtina etməklə kənara çəkilməsi üçün onu əli ilə itələdikdən sonra o, Rza Əhmədovun onun arxasınca heç nə danışmadığı halda danışmasını bəhanə etməklə heç bir əsaslı səbəb olmadan öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, yəni öz şəxsiyyətini X12 şəxsiyyətinin fövqündə qoymaqla, ümumi birgəyaşayış qaydalarına zidd olaraq əvvəlcədən üzərində Rza Əhmədovu öldürmək məqsədi ilə gəzdirdiyi mətbəx təyinatlı bıçaq ilə qəflətən sonuncuya ümumilikdə ardıcıl olaraq qəsdən 6 dəfə zərbə endirib ağırlıq dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən gövdənin ön səthində döş sümüyünün yuxarı hissəsində yumşaq toxumanın döş boşluğuna nüfuz etməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin ön səthinin sol aşağı iç-tış hissələrində 02 (iki) ədəd, gövdənin sol-sağ yan yuxarı şöbələrinin 02 (iki) ədəd, qarının yuxarı şöbəsinin sol iç hissəsinin 01 (bir) ədəd döş və qarın boşluqlarına nüfuz edən sağ və sol ağciyərlərin, qaraciyərin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan xarici və daxili qanitirmə ilə nəticələnən iti uclu-iti ülgüclü kənara malik deşici-kəsici əşyanın təsirindən əmələ gəlmiş xəsarətlər yetirməklə sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib CM-in 120.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum X15 Göyçay rayonunun Kürd kəndində yerləşən çayxanada işləyən çayçı kimi tanımış, əvvəllər sonuncu ilə aralarında mübahisə, ədavət və düşmənçilik olmamışdır. 22 may 2024-cü il tarixdə təxminən saat 21 radələrində Göyçay rayonunun Kürd kəndində avtomobil təmir məntəqəsinin yanında yerləşən adətən boş vaxtlarında çay içmək, istirahət etmək və stolüstü oyun olan domino oynamaq üçün gedib-gəldiyi “Göyçay çay evi”nə getmiş, orada olarkən uzun müddətdir tanıdığı həmkəndlisi olmaqla bərabər qonşusu olan çayxanaya adətən müştəri kimi gələn Şahid5 ona 1 gün əvvəl bir nəfər şəxsin onu avtomibilinə əyləşdirərək evinə apardığını, evdə həmin şəxsin cinsiyyət orqanını ağzına salıb-çıxardığını, əli ilə qeyd olunan şəxsin cinsiyyət orqanını oynatdığını, daha sonra isə göstərilən şəxsin Göyçay şəhərində avtomobillə gəzdirib işlədiyi yerin yaxınlığına avtomobildən düşürdüyünü demişdir. O, Şahid5 öz həmcinslərinə tamah salan şəxs kimi tanımadığı və sonuncu ilə çox zarafatı olmadığı üçün sonuncunun dediklərinə inanmayıb bir qədər kənara çəkilib bu barədə fikirləşdikdən sonra sonuncunun onunla zarafat etdiyini hiss etmiş, məsələyə aydınlıq gətirmək istəsə də Şahid5 kim tərəfindən aparılmasını müəyyənləşdirmə bilməmişdir. Bundan sonra o, Şahid5 inanmayıb zala daxil olaraq masada stolda tək əyləşən Şahid2 ilə üzbəüz əyləşib sonuncuya Şahid5 dediklərini bildirmiş, Şahid2 Şahid5 baxaraq deyilənlərin həqiqət olub-olmadığını soruşmuş, sonuncu isə gülə-gülə qeyd olunanların doğru olmadığını demişdir. Həmin vaxt orada ofisiant işləyən Yaqut Haşımova da gülümsədiyinə görə o, Şahid5 onunla zarafat etdiyini ehtimal etmiş, bu səbəbdən də Şahid5la birlikdə çayxanadan çıxaraq onunla zarafat etməsinin səbəbini və həmin məsələni kimin təşkil etdiyini soruşmuş, sonuncu isə bu məsələni çayxanada çay dəmləyən işləyən Rza Əhmədovun təşkil etdiyini demişdir. Daha sonra o, Rza Əhmədovla məsələyə aydınlıq gətirmək üçün çayxanadan çölə çıxmasını demiş və birlikdə çölə çıxmışlar. Orada olarkən o, Şahid5 onunla zarafat etdiyini və sonuncunun deməsinə əsasən bu məsələnin Rza Əhmədov tərəfindən təşkil edildiyini sonuncuya demiş, Rza Əhmədov isə Şahid5 hər hansı söz demədiyini bildirib çayxanaya daxil olmuş, ardınca isə o da çayxanaya getmişdir. Bundan sonra Rza Əhmədov nəsə deyibdemədiyini Şahid5 soruşmuş, sonuncu isə gülə-gülə heç nə demədiyini qeyd etmişdir. Buna baxmayaraq, o, Şahid5 inanmamış və sonuncunun qorxduğu üçün Rza Əhmədova onun barəsində heç nə demədiyini bildirdiyini düşünmüşdür. Həmin vaxt Rza Əhmədov stolda oturan İsmayıl Əhmədovun qarşısında ayaqüstü dayanmaqla əyilib bir əlini belinə qoyub onun yanında Şahid5 tərəf baxaraq 2 barmağı ilə öz boğazından tutub, daha sonra barmağı ilə onu göstərib Şahid5 nə isə demiş, lakin o, bunu eşitməmişdir. Həmin vaxt Rza Əhmədovun barmaq işarəsi ilə onu göstərməsinə əsasən o, artıq Rza Əhmədovun onun arxası ilə danışdığına, Şahid5 Rza Əhmədovun barəsində dediklərinin həqiqət olduğuna və qeyd olunan zarafatın Rza Əhmədov tərəfindən təşkil olunduğuna əmin olmuşdur. O, Rza Əhmədovun ona əl işarəsi göstərməsini hədə-qorxu, arxası ilə Şahid5 nə isə deməsini isə hörmətsizlik kimi qəbul etmiş, daha sonra bu barədə Şahid5 soruşmuş, lakin sonuncu cavab verməmişdir. Təxminən 1-2 dəqiqə sonra Rza Əhmədov və Şahid3 birlikdə çölə çıxmışlar və bu zaman o da bir qədər əvvəl Rza Əhmədova aralarında olan anlaşılmazlığa aydınlıq gətirmək üçün çölə çıxmışdır. Orada olarkən o, Rza Əhmədova yaxınlaşaraq Şahid5 yanında onu əli ilə göstərib arxası ilə nə dediyini soruşmuş, Rza Əhmədov isə ona arxası ilə heç nə danışmadığını demişdir. O, yenidən bunun səbəbini deməsini tələb etdikdə Rza Əhmədovla aralarında sözlü mübahisə yaranmış və bu səbəbdən də orada olan Şahid3 Rza Əhmədovu həmin yerdən aparmışdır. O da onu çağıran Şahid2 yanına getmiş, bu barədə sonuncuya demiş, sonuncu isə Rza Əhmədovun qeyd olunan hərəkətləri etmədiyini bildirmişdir. Bundan sonra o, evə getmiş, gecəni yata bilməmiş, öz-özünə Rza Əhmədovun onun arxası ilə nə dediyini və Şahid5 həqiqətən də Rza Əhmədov tərəfindən təşkil olunmuş ssenari əsasında onunla zarafat etdiyini fikirləşmişdir. 23 may 2024-cü il tarixdə təxminən saat 03 radələrində evdə işıqlar qəflətən sönmüş, hava şəraiti normal, işıq sayğacında limitin olduğu halda işıqların qəflətən sönməsi də onda şübhə yaratmış və işıqları ona qarşı nə isə etmək üçün Rza Əhmədovun söndürdüyünü fikirləşmişdir. Bu səbəbdən də o, evi tərk edib çayxananın qarşısına getmiş, Rza Əhmədovun onun arxası ilə nə dediyini, Şahid5 hansı səbəbə görə onunla zarafat etdiyini, işıqların hansı səbəbə görə qəflətən söndüyünü fikirləşmiş, həmin vaxt çayxana bağlı olduğu və orada heç kəs olmadığı üçün o, saat 06 radələrində evə qayıtmışdır. Evə daxil olduqda artıq evdə işığın yanması ona məlum olmuş, bu hal da onda şübhə yaratmış, daha sonra yuxulamış və günorta saatlarında yuxudan oyanmışdır. 23 may 2024-cü il tarixdə saat 13:30 radələrində yaşadığı evi tərk edib Rza Əhmədovla aralarında yaranmış məsələni aydınlaşdırmaq üçün yenidən həmin çayxanaya getmiş, orada digər şəxslər də olduğundan Rza Əhmədovun çayxanadan tək çıxması üçün fürsət axtarmış, lakin sonuncu çayxanadan çölə çıxmadığı üçün o, Şahid1la birlikdə çayxananı tərk edib Göyçay Rayon Mərkəzi Xəstəxanasında müalicə olunan anası X13 görmək üçün qeyd olunan xəstəxanaya getmişdir. Rza Əhmədovun bir gün əvvəl çayxanada Şahid5 qarşısında dayanıb əyilərək əlini belini tutan zaman o, Rza Əhmədovda bıçağın ola biləcəyini və sonuncu ilə məsələyə aydınlıq gətirən zaman sonuncunun bıçaq çıxara bilmək ehimalını nəzərə alıb özünü müdafiə etmək üçün bıçaq almaq qərarına gəlmiş, bu məqsədlə Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Grand” marketə tək daxil olaraq oradan dəstəyi qara rəngli bıçağı almış və həmin bıçağı bel kəmərinin altında gizlətmişdir. Bundan sonra Şahid1la birlikdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına getmişlər, orada olarkən bozumtul rəngli rezin materialdan olan yapışqan sarğını anasının çantasından gizlincə götürüb cibinə qoymuş və anasına baş çəkdikdən sonra yenidən Şahid1la birlikdə çayxanaya getmişlər. Orada olarkən o, sanitar qovşağa gedib Rza Əhmədovla mübahisə edən zaman bıçağın əlindən sürüşməməsi üçün xəstəxanada anasının çantasından götürdüyü rezin sarğını bıçağın dəstəyinin üzərində dəfələrlə fırladaraq yapışdırmış, daha sonra Rza Əhmədovu tək görüb söhbət edərək məsələyə aydınlıq gətirmək üçün fürsət axtarmış, lakin buna nail ola bilməmişdir. Həmin vaxt çayxanada olan Şahid5 və Rəfael X3 arxası ilə nə isə danışmaqla səhv etdiyini demiş, lakin adları qeyd olunan şəxslər yenidən Rza Əhmədovun onun arxası ilə heç nə danışmadığını demişlər. Həmin tarixdə saat 21 radələrində Rza Əhmədovla Şahid3 birlikdə çayxanadan çıxdıqlarını görmüş, masadan qalxıb çayxanadan çıxıb söhbət edərək məsələyə aydınlıq gətirmək üçün Rza Əhmədovun arxası ilə getmiş və bu zaman Şahid1 da stuldan qalxmasını demişdir. Rza Əhmədovun bıçaq çıxarıb ona zərbə endirməsinin qarşısını almaq və sonuncunu zərərsizləşdirmək məqsədilə sonuncuya çatana yaxın bel hissəsində kəmərin altına gizlətdiyi bıçağı çıxararaq sağ biləyində uzunqol sviterin altında gizlətmiş, daha sonra Rza Əhmədova yaxınlaşaraq bir daha Şahid5 hansı səbəbə görə onunla zarafat etməsini təşkil etdiyini, ona 1 gün əvvəl əl işarəsi ilə nə demək istədiyinə aydınlıq gətirməsini, 1 gün əvvəl ona dedikləri sözə görə üzr istəməsini, özünün hər hansı səhvi olduğu halda səhvinə görə üzr istəyəcəyini demiş, sonuncu isə Şahid3 və Şahid1 yanında Allahın qarşısında belə baş əymədiyini və bağışlanması üçün ondan xahiş etməyəcəyini demişdir. Daha sonra o, dayısının 1-ci Qarabağ Müharibəsi zamanı şəhid olması səbəbindən şəhid ailəsinin üzvü olduğunu dedikdə sonuncu onun, şəhidlərin və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və Şahid1 onu əli ilə işarə edib onu kənarlaşdırmasını təklif etmişdir. Bundan sonra o, Rza Əhmədovdan həqiqəti danışmasını tələb etdikdə sonuncu əsəbləşib ona tərəf gələrək əli ilə onu itələyib sağ biləyinin iç səthi ilə sifətinə vurmuş, sonuncunun onun ailə üzvlərini və şəhidləri təhqir etməsi, etdiyi səhvlərə görə üzr istəməməsi, səhvlərini boynuna almaması, hörmətsizlik etməyə davam etməsi, sonda isə üzərinə hücum edərək biləyi ilə onu vurması onu əsəbləşdirmişdir. Rza Əhmədovla əlbəyaxa mübahisə edəcəyi halda sonuncunun ona bıçaqla zərbə vura bilmə ehtimal olduğunu fikirləşib sonuncunun onu bıçaqla zərbə vurmasından əvvəl sonuncuya bıçaqla zərbə vurub zərərsizləşdirmək qərarına gəlmiş, bu səbəbdən də sağ biləyində gizlətdiyi bıçağı qəfildən çıxarıb həmin bıçaqla Rza Əhmədovun qarın boşluğuna zərbə endirmiş, lakin sonuncunun yenidən ona tərəf gəlməsi və həmin vaxt sanki əlini belinə atması onda Rza Əhmədovun üzərində bıçaq olmasını ehtimalını daha da artırmış və o, ardıcıl olaraq nizamsız şəkildə Rza Əhmədovun bədəninin müxtəlif nahiyələrinə dayanmadan bıçaqla 3- 4 zərbə endirmiş, lakin hava qaranlıq olduğu üçün zərbələrin sayını və bıçaq zərbələrinin dəyib-dəyməməsini görməmişdir. Bundan sonra o, özünü polis şöbəsinə təqdim etmək üçün həmin yeri tərk edib getmiş və bu zaman bıçağı da şalvarının ön sol cibinə qoymuşdur. Polis şöbəsinə gedən zaman əvvəlcədən tandığı Həbib adlı polis əməkdaşı ona zəng etmiş və o, olduğu yer barədə məlumat vermişdir. Təxminən 5 dəqiqə sonra polis əməkdaşı X19 digər polis əməkdaşı X14 məxsus olan mobil telefon nömrəsi vasitəsilə ona zəng etmiş və bu zaman o, olduğu yer barədə məlumat verib özünü təqdim etmək üçün gəldiyini demişdir. Bir qədər sonra polis əməkdaşları Rəşid Vəliyev və Şükür Məmmədov onu saxlamışlar və bu zaman o, cinayəti törətdiyi bıçağı təqdim edərək özünü təqdim etmişdir. Sonradan polis əməkdaşlarının deməsinə əsasən Rza Əhmədovun ölməsi ona məlum olmuşdur. Kriminal aləmə meylli olmasa və münaqişlərdə iştirak etməsə də kriminal aləmdə yüksək nüfuza malik olmaqla ad-san qazanmış şəxslərə qarşı böyük hörməti olmasına görə qısametrajlı kriminal musiqilər ilə öz fotoşəkilini mobil telefona yerləşdirmiş və X9 şəhərində olan qəbir üstünə gedərək büstünün yanında fotoşəkil çəkdirmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır və barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X10 onun əri olmuşdur. X39 təxminən 3-4 ay əvvəl Göyçay rayonunun Kürd kəndində yerləşən “Göyçay çay evi”ndə çay dəmləyən işləməyə başlamış, saat 08 radələrində işə getmiş, saat 21 radələrində isə evə qayıtmışdır. Mərhum X39un üzərində bıçaq və ya kəsici-deşici alət gəzdirməsini görməmiş və sonuncu ona hər hansı şəxslə mübahisə etməsi barədə deməmişdir. 23 may 2024-cü il tarixdə saat 22 radələrində X39un işlədiyi çayxananın yaxınlığında Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarətlər yetirilərək öldürüldüyünü eşitmiş, lakin ərinin konkret olaraq hansı səbəbə görə öldürülməsini bilməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, müxtəlif şəxslərə məxsus bağ sahələrində ot biçmək və meyvə yığmaqla məşğul olmuş, Təqsirləndirilən şəxs da sonuncuya məxsus evin həyətyanı sahəsində günəmuzd işləri gördüyü vaxtdan tanımış, aralarında mübahisə, ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə ona zəng edərək yaşadığı Göyçay rayonunun Potu kəndindəki evin həyətyanı sahəsində kol-kosu otbiçən cihaz vasitələ biçməsini xahiş etmiş, o da razılaşmışdır. Daha sonra o, Göyçay rayonunun Potu kəndinə gəlmiş, ardınca isə Təqsirləndirilən şəxs təklifi ilə Göyçay rayonunun Kürd kəndində yerləşən “Göyçay çay evi”nə getmişlər. Orada olarkən Rza Əhmədov masalara çay paylamaqla məşğul olmuş, Təqsirləndirilən şəxs isə üzərində pul olmadığını və Göyçay Rayon Mərkəzi Xəstəxanasına gedib orada müalicə olunan anası Rəna Həsənovadan görəcəyi iş ilə bağlı pulu alıb verəcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə çayxananı tərk edib Göyçay Rayon Mərkəzi Xəstəxanası istiqamətində hərəkətdə olan zaman sonuncu “Grand Hiper” marketin yanında dayanaraq ona marketdən su alıb çıxacağını demiş, o, orada gözləmiş, təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs marketdən çıxmış və birlikdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Orada Təqsirləndirilən şəxs anasına baş çəkdikdən sonra ona “Göyçay çay evi”nə getmələrini, yorğun olduğunu, çay içdikdən sonra onu evə yola salacağını demiş, o da razılaşmışdır. Bundan sonra isə birlikdə xəstəxananı tərk edib “Göyçay çay evi”nə getmişlər və orada olarkən Təqsirləndirilən şəxsla Rza Əhmədovun arasında sözlü və ya əlbəyaxa mübahisə olmamış, bir-birilərinin ünvanına nalayiq ifadə işlətməmişlər, bir-birilərinə qarşı zor tətbiq etməmişlər və X37 Məmmədovla zarafat etməmişdir. Həmin tarixdə təxminən saat 21 radələrində Rza Əhmədov çayxanadan çıxaraq getmiş, bundan sonra o, artıq havanın çox qaranlıq olması səbəbindən Təqsirləndirilən şəxs getmək istədiyini deyib çayxanadan çıxmağa hazırlaşdıqda sonuncu ona birlikdə Göyçay şəhəri istiqamətində getmələrini təklif etmiş, o da razılaşmışdır. Bundan sonra birlikdə Göyçay şəhəri istiqamətində təxminən 40 metr getdikdən sonra Rza Əhmədovla Şahid3 birlikdə dayanıb söhbət etdiklərini görmüşdür. Təqsirləndirilən şəxsla birlikdə Rza Əhmədov və Şahid3 yanına çatan zaman Təqsirləndirilən şəxs Rza Əhmədova yaxınlaşaraq sonuncuya onun arxası ilə 1 gün əvvəl nə danışdığını üzünə deməsini tələb edib mübahisə etməyə başlamış, Rza Əhmədov isə arxası ilə heç nə danışmadığını Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs bir daha Rza Əhmədovdan arxası ilə nə danışmasına aydınlıq gətirib üzünə deməsini tələb etdikdə sonuncu Təqsirləndirilən şəxs arxası ilə heç nə danışmadığını demişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs yenidən arxası ilə danışdığı sözlərin nə olduğunu, gecə yata bilmədiyini, dediyi sözlərə aydınlıq gətirməsini Rza Əhmədovdan tələb etmiş, bu zaman o, Təqsirləndirilən şəxs qolundan tutaraq mübahisə yaratmamasını desə də sonuncu onun sözlərinə əhəmiyyət verməmişdir. Təxminən 20 dəqiqə müddətində Təqsirləndirilən şəxs Rza Əhmədovdan arxası ilə nə danışdığını deməsini tələb etmiş, Rza Əhmədov isə heç nə demədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs arxası ilə heç nə danışmadığı halda bağışlanmasını deməsini Rza Əhmədovdan tələb etmiş, sonuncu isə heç nə olmadığı halda bağışlanması üçün hər hansı səbəbin olmadığını bildirmiş və bu zaman Təqsirləndirilən şəxs hər iki əlini belinin arxasına qoyub Rza Əhmədovun qarşısında dayanmışdır. Həmin vaxt X37 Məmmədovdan nə etmək istədiyini soruşmuş, vurmaq istədiyi halda vurmasını, polis orqanına şikayət etmək istədiyi halda şikayət etməsini, əlini arxaya qoyduğuna görə bıçağı olduğu halda çıxarıb vurmasını və məsələni uzatmamasını deyib əli ilə Təqsirləndirilən şəxs itələyərək yolundan çəkilməsini demiş, həmin vaxt X37 Məmmədovun, şəhidlərin və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmiş, Rza Əhmədovun üzərində bıçaq və yaxud kəsici-deşici alət görməmiş, sonuncu Təqsirləndirilən şəxs qarşı bıçaq nümayiş etdirməmiş və bıçaq və ya kəsici-deşici alətlə xəsarət yetirəcəyi ilə hədələməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Rza Əhmədova əli ilə zərbələr endirməyə başlamış və bu vaxt o, Təqsirləndirilən şəxs Rza Əhmədova yumruq zərbələri vurduğunu düşünmüşdür. Rza Əhmədov ilkin zərbədən sonra Təqsirləndirilən şəxs tərəfə hərəkət edib vurmasına mane olmağa çalışsa da, sonuncu Rza Əhməda tərəf gedərək bağışlanmasını xahiş etməməsini deyərək Rza Əhmədovun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, lakin hava qaranlıq olduğuna görə nə ilə zərbələr vurduğunu görməmişdir. Həmin vaxt Rza Əhmədov müvazinətini itirsə də ayaqüstə dayanmış, o, yorğun olduğu üçün, Şahid3 isə bilmədiyi səbəbdən adları qeyd olunan şəxsləri bir-birindən kənarlaşdırmamışlar və o, zərbələrin sayını dəqiq bilməmişdir. Təqsirləndirilən şəxs zərbələr endirdikdən sonra qaçmağa başlamış, həmin vaxt sonuncunun əlində bıçağın olduğunu, Rza Əhmədovun köynəyindən qanın axdığını görmüş və artıq Təqsirləndirilən şəxs Rza Əhmədova bıçaq ilə zərbələr endirdiyini başa düşmüşdür. O, həmin vaxt həyəcanlı olduğu üçün şok vəziyyətinə düşmüş, hadisə yerini tərk edib yaşadığı evə getmiş, növbəti gün isə Rza Əhmədovun almış olduğu bıçaq xəsarətləri səbəbindən ölməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Vüsal Məmmədovla birlikdə Göyçay rayonunun Kürd kəndində yerləşən “Göyçay çay evi”ni işlədirlər. X4 təxminən 1 il müddətdir çayxanada çay dəmləyən işləyən kimi tanımış, aralarında ədavət, düşmənçilik və ya mübahisə olmamışdır. 22 may 2024-cü il tarixdə axşam saat 20 radələrində çayxanaya adətən müştəri kimi gəlib-gedən şəxs Şahid5 ona bir qədər əvvəl “VAZ 2107” markalı avtomobildə tanımadığı şəxsin onu Göyçay şəhəri “4 yol” adlanan ərazidən götürüb evə apardığını, evdə həmin şəxsin onu soyundurub cinsiyyət orqanını ağız nahiyəsinə saldığını və cinsiyyət orqanını oynatdığını gülə-gülə demiş, o isə sonuncunu dəfələrlə lazımsız söhbətlər danışan, öz-özünə gülən, hərəkətlərində və davranışlarında qeyri-normallıq müşayiət olunan və danışdığının mahiyyətini dərk etməyən şəxs kimi tanıdığı üçün yalan danışdığını bilib evli olduğunu, normal söhbət etməsini, yaşından utanmasını demiş, sonuncu isə gülə-gülə çayxanada divanda əyləşmiş, həmin vaxt çayxanada işləyən mərhum Rza Əhmədov da Şahid5 baxaraq başını sağa-sola yelləyib öz işi ilə məşğul olmağa davam etmişdir. Təxminən yarım saat sonra çayxanaya adətən çay içmək, domino oynamaq və çayxananın internet şəbəkəsindən istifadə etmək üçün gəlib-gedən müştəri kimi tanıdığı Təqsirləndirilən şəxs da oraya gəlmiş, bir qədər sonra Təqsirləndirilən şəxs və Şahid5 birlikdə çayxanadan çıxmışlar və təxminən 5 dəqiqə sonra yenidən çayxanaya daxil olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs Şahid5 göstərərək sonuncunun deməsinə əsasən bilmədiyi şəxsin Şahid5 aparıb cinsiyyət orqanını oynatdığını, əlaqədə olduğunu dedikdə o, Şahid5 baxıb nə danışdığını soruşmuş, sonuncu isə gülə-gülə zarafat etdiyini demiş, o da Təqsirləndirilən şəxs Şahid5 fikir verməməsini, sonuncunun ruhi xəstə olduğunu, nə danışdığını bilmədiyini və özünün də tanıdığını demişdir. Bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs və Şahid5 birlikdə çayxananın qarşısında çıxıb söhbət edib geri qayıtmışlar və masada əyləşib çay içib söhbət etmişlər, Rza Əhmədov isə çayxanada çay dəmləyib masalara paylaması üçün ofisianta vermişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs Rza Əhmədova yaxınlaşıb çölə çıxmasını xahiş etmiş, adları qeyd olunan şəxslər çayxananın qarşısına çıxdıqdan sonra o da nə baş verdiyini öyrənmək üçün çayxananı tərk etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxsla Rza Əhmədovun danışdıqlarını görmüş, lakin nə barədə söhbət etdiklərini bilməmiş və mübahisənin yaranmaması üçün Rza Əhmədova çayxanaya daxil olmasını demişdir. Daha sonra Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuş, sonuncunun deməsinə əsasən X31 Məmmədovun arxası ilə danışması və bu barədə məlumatı Şahid5 verməsi ona məlum olmuşdur. O, Şahid5 ruhi xəstə olduğunu və danışdığının mahiyyətini dərk etmədiyini Təqsirləndirilən şəxs demiş, sonuncu isə çayxanaya daxil olmuşdur. Bundan sonra Rza Əhmədov çayxanada stolda oturan Şahid5 yaxınlaşaraq Təqsirləndirilən şəxs arxası ilə nə danışdığını və sonuncuya nə dediyini soruşmuş, Şahid5 isə gülə-gülə Təqsirləndirilən şəxs arxası ilə heç nə danışmadığını və sonuncu ilə zarafat etdiyini Rza Əhmədova demiş, Təqsirləndirilən şəxs da gülümsəmişdir. Daha sonra X32 Rəhimova irad tutmuş, öz işi ilə məşğul olmağa davam etmiş və həmin vaxt X33 Məmmədovun arasında hər hansı mübahisə yaranmamışdır. Təxminən 10-15 dəqiqə sonra Rza Əhmədov, sonra isə Şahid5 çayxanadan çıxıb getmişlər. Bundan sonra o, çayxananı bağlayıb gedən zaman çayxananın qarşısında tək gəzən Təqsirləndirilən şəxs görüb yanına çağırmış və nə iş gördüyünü soruşmuş, sonuncu isə Rza Əhmədovun onun arxası ilə nə danışdığını fikirləşdiyini ona demişdir. O, Rza Əhmədovun heç nə danışmadığını, sonuncunun elə insan olmadığını, Şahid5 da zarafat etdiyini və sonuncunun sözünə əhəmiyyət verməməsini demiş, Təqsirləndirilən şəxs ona düz danışdığını və sabah Rza Əhmədovdan üzr istəyəcəyini deyib getmişdir. 23 may 2024-cü il tarixdə də Təqsirləndirilən şəxs çayxanaya gəlmiş, Rza Əhmədov da çayxanada öz işi ilə məşğul olmuş və həmin tarixdə adları qeyd olunan şəxslərin mübahisə etdiklərini görməmişdir. Saat təxminən 20:30 radələrində Rza Əhmədov ona yorğun olduğunu və evə gedib istirahət etmək istədiyini deyərək ondan icazə almış, o, icazə verdikdən sonra çayxananı tərk edib getmiş, o isə çayxanada öz işi ilə məşğul olmağa davam etmişdir. Təxminən yarım saat sonra küçədən səs-küy gəldiyini eşidib çölə çıxan zaman Şahid3 əli ilə Göyçay şəhəri istiqamətini göstərib həyəcanlı şəkildə X33 Məmmədovun mübahisə etdiklərini dediyini eşitmiş və oraya getdikdə Rza Əhmədovun qanabulaşmış halda yerdə huşsuz vəziyyətdə uzandığını və bədəni üzərində çoxsaylı bıçaq xəsarətlərinin olduğunu görmüşdür. Daha sonra o, təcili tibbi yardım xidmətinə zəng edərək bu barədə məlumat vermiş, təcili tibbi yardım xidmətinin əməkdaşları gəldikdən sonra o da xəstəxanaya getmiş və orada olarkən Rza Əhmədovun ölməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2002-ci ildə Göyçay rayonuda avtomobil tərəfindən vurulması nəticəsində ağır bədən xəsarətləri almış, həmin tarixdən bədəninin bir hissəsi iflic olmuş və nitq qabiliyyətində qüsur yaranmışdır. X10 və Təqsirləndirilən şəxs tanımış, aralarında mübahisə, ədavət və düşmənçilik olmamışdır. 22 may 2024-cü il tarixdə axşam saat 20 radələrində “Göyçay çay evi”ndə olan zaman zarafat etmək məqsədi ilə bir qədər əvvəl “VAZ 2107” markalı avtomobildə tanımadığı şəxsin onu Göyçay şəhəri “4 yol” adlanan ərazidən götürüb evə apardığını, evdə həmin şəxsin onu soyundurub cinsiyyət orqanını ağız nahiyəsinə daxil etdiyini, daha sonra isə həmin şəxsin onun cinsiyyət orqanını oynatdığını gülə-gülə çayxananı işlədən Şahid2 demiş, sonuncu isə ona irad bildirərək lazımsız sözlər danışmamasını və yaşından utanmasını demiş, o da çayxanada divanda əyləşmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs oraya gəlmiş və sonuncu ilə bir-birilərinə zarafat etdiklərinə görə Təqsirləndirilən şəxs çayxanadan çölə çıxarıb Şahid2 dediklərini zarafat etmək məqsədilə Təqsirləndirilən şəxs da deyərək təxminən 40 yaşlarında olan şəxsin onu evə apardığını və onun aparıldığı avtomobilin Şahid2 avtomobilinə bənzədiyini demiş, Təqsirləndirilən şəxs da onun dediklərinə gülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs çayxanaya daxil olub Şahid2 yaxınlaşaraq əli ilə onu göstərib nə dediyini soruşmuş, sonuncu onun yalan danışdığını Təqsirləndirilən şəxs demiş, o da gülə-gülə Şahid2 belə bir hadisənin baş vermədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu çayxanadan çölə çıxarıb həqiqətən də onu hər hansı şəxsin avtomobili ilə aparıb-aparmadığını, onun həmin şəxslə cinsi əlaqədə olubolmadığını və onunla zarafat edib-etmədiyini soruşmuş, o isə Rza Əhmədovla zarafat etdikləri üçün sonuncunun həmin zarafatı təşkil etdiyini və həqiqətdə belə bir hadisənin baş vermədiyini Təqsirləndirilən şəxs demişdir. Rza Əhmədov ona Təqsirləndirilən şəxsla zarafat etməsi ilə bağlı heç nə deməmiş, o, gülmək məqsədi ilə həmin sözləri özündən uydurmuşdur. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə çayxanaya daxil olub masada əyləşib çay içməyə başlamışlar, bir qədər sonra isə sonuncu masadan qalxaraq Rza Əhmədova yaxınlaşıb sonuncu ilə birlikdə çayxanadan çıxmışdır. Ardınca Şahid2 da çayxananı tərk etmiş, o isə orada qalmışdır. Bundan bir neçə dəqiqə sonra Rza Əhmədov ona yaxınlaşaraq barəsində Təqsirləndirilən şəxs nə danışdığını soruşmuş, o isə sonuncunun əsəbləşdiyini görüb gülə-gülə barəsində heç nə danışmadığını Rza Əhmədova demişdir. Rza Əhmədov da barmağı ilə boğazını tutub onun qarşısında ayaqüstə bir qədər əyilərək ona nə danışdığını bilməsini demiş, həmin vaxt Təqsirləndirilən şəxs da onun yanında olmuş və bu zaman X33 Məmmədovun arasında hər hansı mübahisə olmamışdır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs Rza Əhmədovun nə danışdığını ondan soruşmuş, o isə Rza Əhmədovun heç nə danışmadığını və bir qədər əvvəl özünün zarafat etdiyini Təqsirləndirilən şəxs demiş, Şahid2 da bunu təsdiq etmişdir. Orada olarkən Təqsirləndirilən şəxsla Rza Əhmədovun arasında mübahisə olmamış, bir-birilərinin ünvanına nalayiq ifadə işlətməmişlər, bir-birilərinə qarşı zor tətbiq etməmişlər və X37 Məmmədovun barəsində xoşagəlməz sözlər danışmamışdır. 23 may 2024-cü il tarixdə səhər saatlarında yenidən həmin çayxanaya gedib tək oturub çay içdikdən sonra yaşadığı evə getmiş, həmin vaxt o, Təqsirləndirilən şəxs orada görməmişdir. Axşam saatlarında Təqsirləndirilən şəxs Rza Əhmədova bıçaqla xəsarətlər yetirib öldürdüyünü eşitmiş, lakin bunun səbəbini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X4 “Göyçay çay evi”ndə çayçı kimi, Təqsirləndirilən şəxs isə həmin çayxanaya mütamadi olaraq gəlib-gedən müştəri kimi tanımış və adları qeyd olunan şəxslərlə aralarında ədavət, düşmənçilik və ya mübahisə olmamışdır. 22 may 2024-cü il tarixdə axşam saatlarında həmin çayxanaya getmiş və bu zaman Rza Əhmədovun və Təqsirləndirilən şəxs da orada olduğunu görmüşdür. Bir qədər sonra Təqsirləndirilən şəxs Rza Əhmədovu çölə dəvət etmiş, adları qeyd olunan şəxslər çölə çıxdıqdan bir neçə dəqiqə sonra Rza Əhmədov yenidən çayxanaya daxil olmuşdur. Bir qədər sonra çayxana bağlanmaq üzrə olduğundan o və Rza Əhmədov birlikdə çayxanadan çıxmışlar və yaşadıqları evə getmişlər. O, həmin vaxt içkili halda olduğu üçün Təqsirləndirilən şəxsla nə barədə söhbət etdiklərini Rza Əhmədovdan soruşmamış, lakin X37 Məmmədovun əl çəkmədiyini və sonuncunun əqli çatışmazlığının olduğunu demiş, lakin əl çəkmədiyini dedikdə nəyi nəzərdə tutduğunu deməmişdir. 23 may 2024-cü il tarixdə axşam saat təxminən 20 radələrində yenidən çayxanaya getmiş, həmin vaxt Rza Əhmədov və Təqsirləndirilən şəxs da orada olmuşlar. Təxminən 10-15 dəqiqə sonra Rza Əhmədov ona getmək istədiyi təqdirdə gedə biləcəklərini demiş, o da razılaşmış və birlikdə Göyçay şəhəri istiqamətində piyada hərəkətə başlamışlar. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs adını və soyadını bilmədiyi şəxslə birlikdə onların yanına gəlmiş və Rza Əhmədovla söhbət etməyə başlamış, lakin həmin vaxt adları qeyd olunan şəxslərin hansı mövzuda söhbət etdiklərini xatırlamır. Təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs və Rza Əhmədov mübahisə etməyə başlamışlar, lakin həmin vaxt o, xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs üzərində bıçağın olub-olmamasını, X31 Məmmədovun, şəhidlərin və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədibişlətməməsini, X31 Məmmədovu bıçaqla hədələyib-hədələməməsini, bıçaq nümayiş etdirib-etdirməməsini, bıçaq və ya digər kəsici-deşici alətlə xəsarət yetirəcəyi ilə hədələyibhədələməməsini və Təqsirləndirilən şəxs əlində bıçağın olub-olmamasını xatırlamır. Mübahisə vaxtı Təqsirləndirilən şəxs oradan qaçmış, Rza Əhmədov isə yerə yıxılmışdır. Lakin o, nə baş verdiyini bilməmiş və “Göyçay çay evi”nə qayıdaraq Şahid2 və orada olan başqa şəxslərə hadisə barədə məlumat vermişdir. X25 ölməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 23 may 2024-cü il tarixdə saat 21 radələrində işlədiyi Göyçay rayonunun Kürd kəndində yerləşən avtomobil təmir məntqəsində müştərinin avtomobilini təmir edən zaman təmir məntəqəsindən Ucar rayonu istiqamətində təxminən 50-60 metr məsafədə X31 Məmmədov və əlavə olaraq 2 nəfər şəxslə birlikdə yolun kənarında dayanaraq söhbət etdiyini görmüş, lakin aralarındakı məsafənin uzaq olması və işinin olması səbəbindən adları qeyd olunan şəxslərin hansı səbəbə görə mübahisə etdiklərini eşitməmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxsla Rza Əhmədovun arasındakı sözlü mübahisənin əlbəyaxa davaya çevrildiyini, Təqsirləndirilən şəxs Rza Əhmədova bir neçə dəfə zərbə endirib qaçdığını, Rza Əhmədovun isə bir neçə saniyə sonra yerə yıxıldığını, sonra ayaqüstə qalxıb yenidən yerə yıxıldığını görmüşdür. Hadisə baş verən zaman o, Təqsirləndirilən şəxs Rza Əhmədova əl ilə zərbə vurduğunu güman etmiş, Təqsirləndirilən şəxs qaçarkən əlində parıldayan hər hansı əşyanın olduğunu görmüş, lakin hava qaranlıq olduğundan həmin alətin nə olduğunu görməmişdir. Daha sonra o, təcili tibbi yardım xidmətinə zəng edib məlumat vermiş və yaşadığı evə getmişdir. X25 ölməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2023-cü ildən Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Hiper Grand” marketin 1-ci mərtəbəsində məişət ləvazimatları satılan mağazasında satıcı işləyir. Mağazada satılan bıçaqların hamısı mətbəx bıçaqları olmuş, xüsusi təyinatlı bıçaqlar satılmamışdır. 23 may 2024-cü il tarixdə saat 14 radələrində mağazada kassanın arxasında olan zaman əvvəl tanımadığı bir nəfər kişi cinsli şəxs mağazaya daxil olub ona yaxınlaşaraq mətbəx bıçağı lazım olduğunu demiş, o da ona bıçaqlar olan cərgəni göstərib istədiyi bıçağı seçə biləcəyini demişdir. Həmin şəxs bıçağı konkret olaraq hansı məqsədlə alması, qeyd olunan bıçaqla hər hansı öldürmək niyyətinin olması barədə məlumat verməmiş, o da göstərilən şəxsdən bıçağı konkret olaraq hansı məqsədlə alması barədə soruşmamışdır. Təxminən 5 dəqiqə sonra həmin şəxs kassaya yaxınlaşaraq dəstəyi qara rəngli olmaqla tiyəsinin üzərində balaca halqa olan, üzərində 3 ədəd 6 rəqəmi həkk olunmuş mətbəx bıçağını təqdim edərək pulunu ödəmiş, daha sonra isə bıçağı alıb mağazadan çıxıb getmişdir. Həmin vaxt müştərinin hərəkətlərində hər hansı aqressivlik müşahidə etməmiş, iki gün sonra isə onun bıçaq satdığı şəxsin mağazadan aldığı bıçaqla adam öldürməsi ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 may 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 21:20-də Göyçay Rayon Mərkəzi Xəstəxanasından Göyçay Rayon Polis Şöbəsinə zəng olunaraq X12 almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 may 2024-cü il tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 21:33-də Göyçay Rayon Mərkəzi Xəstəxanasından Göyçay Rayon Prokurorluğuna bir nəfər şəxsiyyəti məlum olmayan kişi cinsli şəxsin bıçaq xəsarətləri ilə ölmüş vəziyyətdə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 may 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22 radələrində Göyçay rayonunun Potu kəndinin ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 23 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Göyçay-Ucar avtomobil yolunun 1-ci km-liyində, Göyçay rayonunun Kürd kəndinin ərazisindən keçən hissəsində Ucar rayonu istiqamətində avtomobil yolunun kənarıdır. Ucar rayonu istiqamətində dayandıqda avtomobil yolunun sağ kənarında, asfalt ötrüklü yoldan 8 metr kənarda mişar daşından hörülmüş, qarşısından 10 kVt-luq elektrik xətti keçən avtomobil təmir məntəqəsi, həmin təmir məntəqəsinə paralel istiqamətdə girş hissəsindən 6 metr arxada birmərtəbəli, 5 ədəd pəncərəsi olan, sərhədi 1 metr hündürlükdə mişar daşı ilə hasara alınmış tikilməkdə olan ictimai iaşə obyekti vardır. Həmin obyektin mişar daşından tikilmiş hasarından avtomobil yolu istiqamətində 7 metr məsafədə yerin torpaq örtüyünün yaşılımtıl-sarımtıl rəngli otlarla örtülü olan hissəsində 41x17 sm sahəni əhatə edən qeydi-müəyyən formalı kütlə halında qan gölməçəsi, damcı halında qeyri-müəyyən formalı qanabənzər ləkələr vardır, otlar sağ və sol istiqamətdə əzilmişdir. Həmin qan gölməçəsindən avtomobil yolu istiqamətində 5,10 metr məsafədə bir-birinə yaxın məsafədə yerləşən damcı halında 10x12 sm məsafəni əhatə edən qanabənzər ləkələr aşkar edildi. Avtomobil yolunun asfalt örtüyünün qurtaracağından həmin qanabənzər ləkələrə kimi məsafə 4,55 metr, əvvəlki qan gölməçəsinə qədər olan məsafə isə 9,65 metrdir. Meyit hadisə yerindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Baxış keçiriən zaman hadisə yerində aşkar olunmuş qanabənzər ləkələrdən nümunələr (tamponun qan gölməçəsinə hopdurulması yolu ilə) götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir. Hadisə yerindən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 23 may 2024-cü il tarixli protokoldan görünür ki, X4n meyitinə baxış keçirilmişdir. Meyitin əynində qısaqol, üzəri qanabulaşmış zoğalı rəngli köynəyin üzərində ön hissədə 26x22 sm-lik sahədə kənarları hamar parça zədələri vardır. Həmin köynəyin alt tərəfində olan ağ rəngli olmaqla qısaqol üzəri qana bulaşmış mayka vardır. Maykanın sol çiyin tikişindən və yaxa tikişi nahiyəsindən cırılmış, ön tərəfdə 16x10 sm sahədə kənarları hamar parça zədələri vardır. Meyit əllə toxunduqda soyuq olduğu görünür. Meyit qacıması yoxlanılan əzələ qruplarında inkişaf etməmişdir. Meyit ləkələri qismən meyitin arxa yan səthində əmələ gəlmiş, barmaqla təzyiq etdikdə rəngi avazıyır və 5 saniyə sonra öz əvvəlki rəngini bərpa edir. Meyitin döş qəfəsinin ön, hər iki yan səthləri qana bulaşmışdır. Döş qəfəsinin ön hissəsində sol döş giləsindən 7 sm aşağıda, 5 metr sağda 3,3x1 sm ölçüdə kənarları hamar, bir qədər köndələn istiqamətli, yoxladıqda döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara vardır. Sol döş giləsindən 4 sm solda, boylama istiqamətli kənarları hamar, 4,4x2 sm ölçüdə yoxladıqda döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yara vardır. Sağ döş giləsindən 10 sm sağda, döş qəfəsinin sol yuxarı şöbəsində yoxladıqda döş boşluğuna nüfuz edən 5,5x4,3 sm ölçüdə və yaranı bir-birinə yaxınlaşdırdıqda 8,8x1,1 sm olan deşilmiş-kəsilmiş yara vardır. Döş sümüyü proyeksiyasında köndələn istiqamətli 3,3x0,7 sm ölçüdə yoxladıqda döş boşluğuna nüfuz etməyən yumşaq toxumanın deşilmiş-kəsilmiş yarası vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsin icazəsi ilə götürmə aparılması haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bel hissəsində kəmər olan bir ədəd göy rəngli cins şalvar, bir ədəd narıncı rəngli sviter və bir cüt ağ-qara rəngli idman ayaqqabısı həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyalara baxış keçirilməsi haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı X12 əynində olmuş paltarlara baxış keçirilmişdir. Bir ədəd köynəyin ön və arxa hissəsi qanabənzər ləkələrə bulaşmış haldadır. Köynəyin ön səthində, orta hissəsində ətək hissəsindən 6 sm yuxarıda və sağ yan tikişindən 23 sm solda 20x13 sm ölçüdə sahəni əhatə edən çəp və köndələn istiqamətlərində yerləşən nisbi düz və qeyridüz xətt şəkilli, uzunluqları 1 sm-dən 4,5 sm-ə qədər olan 08 ədəd zədə izləri vardır. Bir ədəd qolsuz maykanın üzəri qanabənzər ləkələrə bulaşmış haldadır. Boyun hissədən dartılma nəticəsində yaranmış zədə, habelə müxtəlif ölçüdə dəlib keçən zədə izləri vardır. Bir ədəd cins şalvarın, bir cüt corabın və bir cüt başmağın üzərlərində hər hansı zədə izləri yoxdur. Bir cüt başmağın alt hissəsində qanabənzər ləkələr vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyalara baxış keçirilməsi haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş paltarlara baxış keçirilmişdir. Bir ədəd uzunqol sviterin, bir ədəd şalvarın və bir cüt ayaqqabının üzərlərində hər hansı zədə izləri yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmənin aparılması haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş vermə anını əsk etdirən müvafiq videogörüntülər həmin tarixdə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmənin aparılması haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş vermə anını əsk etdirən müvafiq videogörüntülər həmin tarixdə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmənin aparılması haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş vermə anını əsk etdirən müvafiq videogörüntülər həmin tarixdə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd bıçaq dəstəyi boz rəngli rezin yapışdırıcı sarğı ilə dolanmışdır. Qatlanmayan tiplidir, dəstək və tiyədən ibarətdir, ümumi uzunluğu 193 sm-dir. Bıçağın tiyəsi gümüş rəngli materialdandır, tiyənin bir kənarı iti, digər tərəfi isə kütdür. Tiyənin uzunluğu 9,2 sm, orta hissəsində eni 1,5 sm, qalınlığı isə 0,1 sm ölçüdədir. Bıçağın dəstəyinin uzunluğu 10,1 sm, orta hissəsində eni 15 sm, qalınlığı isə 1,2 sm-dir. Bıçağın tiyəsinin ucluğu və dəstəyə birləşən hissəsi qanabənzər ləkələrə bulaşmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefonun “Galereya” bölməsinə daxil olduqda orada qısametrajlı videorolik və səs yazılarının olduğu müəyyən edilmişdir. Videolarda Təqsirləndirilən şəxs fotoşəkli olmaqla “Lotu Quli”, “Rövşən Lənkəranski” və “Rufo Gəncinski” kimi tanınan şəxslərin adlarının çəkildiyi kriminal musiqilərin səslənməsi və Rövşən Lənkəranskinin büstü və məzarının qarşısında Təqsirləndirilən şəxs fotoşəkil çəkdirməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, cinayətin aləti olan bıçaq həmin tarixdə tanınma üçün Təqsirləndirilən şəxs təqdim edilmiş və bu zaman sonuncu bıçağın əlamətlərinə əsasən mərhum Rza Əhmədovu öldürən zaman cinayətin aləti kimi istifadə etdiyi bıçağı tanımışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 25 may 2024-cü il tarixli protokoldan görünür ki, Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Hiper Grand” marketin videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə həmin tarixdə baxış keçirilmişdir. 23 may 2024-cü il tarixdə saat 14:12-də əynində narıncı rəngli sviter və göy rəngli cins şalvar olan Təqsirləndirilən şəxs marketin zirzəmisinə pilləkənlə düşüb birtaylı qapıdan içəri daxil olur, saat 14:13:30-da əlində dəstəyi qara rəngli, tiyəsinin üzərində kiçik halqa olan bıçaqla kassaya yaxınlaşıb bıçağın üzərindəki etiketi qopararaq kassada əyləşən qadın cinsli şəxsə 2 manat pul təqdim edir, qadın həmin pulu götürüb Təqsirləndirilən şəxs 3 ədəd dəmir qəpik təqdim edir, sonra Təqsirləndirilən şəxs kassanın yanından uzaqlaşaraq saat 14:14:12-də marketdən çıxaraq sola doğru tək hərəkət edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 26 may 2024-cü il tarixli protokoldan görünür ki, Göyçay rayonunun Kürd kəndində yerləşən qapı-pəncərə istehsalat sexinin videomüşahidə kameraları (videomüşahidə kamerasında texniki nasazlıq səbəbindən vaxt tarixi fərqlidir) vasitəsilə qeydə alınmış videogörüntülərə həmin tarixdə baxış keçirilmişdir. 17 may 2024cü il tarixdə saat 23:38-də mərhum Rza Əhmədov Şahid3lə birlikdə təmir sexinin yaxınlığına gələrək yolun hərəkət hissəsindən kənarda torpaq örtüyünün üzərində dayanır. Saat 23:39-da Təqsirləndirilən şəxs mərhum Rza Əhmədova əl-qol hərəkətləri nümayiş etdirməklə sonuncuya yaxınlaşmaq istəyən zaman Şahid1 ona mane olmağa çalışır. Təqsirləndirilən şəxs bir neçə metr əl-qol hərəkətləri ilə hərəkət etdikdən sonra geriyə qayıdıb Rza Əhmədovun yanına gəlir. Şahid1 və Şahid3 də onlara yaxınlaşır. Təqsirləndirilən şəxs mərhum Rza Əhmədovla üzbəüz dayanaraq söhbət edir. Saat 23:42də Təqsirləndirilən şəxs sağ əlini tam açmaqla hər hansı nahiyəsini göstərir. Saat 23:46-da Təqsirləndirilən şəxs hər iki əlini belinin arxasına qoyaraq Rza Əhmədovla söhbət etməyə davam edir. 18 may 2024-cü il tarixdə saat 00:00-da Rza Əhmədov əynində olan pencəyini çıxarıb Şahid3 verir və qarşısında hər iki əli belinin arxasında olmaqla dayanan Təqsirləndirilən şəxsla söhbət etməyə davam edir. Saat 00:02:16-da Təqsirləndirilən şəxs qəflətən bıçaqla Rza Əhmədova ardıcıl olaraq zərbələr endirib üzərinə gedir, ayaqüstə yıxılmadan hər ikisi yolun hərəkət hissəsinə çıxır, Şahid1 Təqsirləndirilən şəxs mane olmağa çalışır, Təqsirləndirilən şəxs zərbələri dayandırdıqdan sonra Göyçay şəhəri istiqamətində əlində bıçaqla hadisə yerindən qaçır, ardınca Şahid1 da hadisə yerindən uzaqlaşır, Rza Əhmədov bir neçə saniyə sonra müvazinətini itirib yerə yıxılır, Şahid3 köməkliyi ilə ayaqüstə qalxıb bir metr hərəkət etdikdən yenidən üzü üstə yerə yıxılıb hərəkətsiz vəziyyətdə qalır, sonra avtomobil məntəqəsində olan avtomobil və şəxslər, həmçinin Şahid3 hadisə yerindən uzaqlaşır. Saat 00:07-də hadisə yerində Rza Əhmədovun meyitinin ətrafına bir neçə şəxs cəmləşir. Saat 00:16-da təcili tibbi yardım avtomobili hadisə yerinə gələrək Rza Əhmədovun meyitini avtomobilə qoyur, 2 dəqiqə sonra sayrışan işıqlı patrul xidməti avtomobili hadisə yerinə gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 26 may 2024-cü il tarixli protokoldan görünür ki, Göyçay rayonunun Kürd kəndində yerləşən qeyri-yaşayış sahəsindəki videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə həmin tarixdə baxış keçirilmişdir. 23 may 2024cü il tarixdə saat 20:53:45-də əynində narıncı rəngli sviter və göy rəngli cins şalvar olan Təqsirləndirilən şəxs arxaya baxa-baxa sürətlə qaçır. Saat 20:54:26-da isə əynində gödəkçə olan Şahid1 asta sürətlə hərəkət edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 04 iyun 2024-cü il tarixli 3-16-16-2-17/503 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X17 məxsus 01 ədəd zoğalı rəngli qısaqol köynəyin, 01 ədəd qara rəngli cins şalvarın, 01 ədəd ağ rəngli qolsuz maykanın və Təqsirləndirilən şəxs məxsus 01 ədəd narıncı rəngli uzunboğaz sviterin və 01 ədəd göy rəngli cins şalvarın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Rza Əhmədova məxsus 01 ədəd zoğalı rəngli qısaqol köynəyin səthi üzərindən tapılmış narıncı rəngli kimyəvi poliakril lifləri cinsi əlamətlərinə görə Mehi Məmmədova məxsus 01 ədəd narıncı rəngli uzunboğaz sviterin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Mehid Məmmədova məxsus 01 ədəd göy rəngli cins şalvarın səthi üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Rza Əhmədova məxsus 01 ədəd qara rəngli cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 28 iyun 2024-cü il tarixli 350/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X12 ABO sistemi üzrə qan qrupu AB(İV)-dür (təqdim olunan şəxsiyyət vəsiqəsinin surətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu O(İ)-dir. Tədqiqata təqdim olunmuş 01 ədəd bıçaq, Rza Əhmədova məxsus 01 cüt yay başmağı, alt mayka, qısaqol kofta, cins şalvar, 01 cüt corabın bir tayı üzərindəki ləkələrdə və hadisə yerindən 05 ədəd bint kəsiyi üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A,B və H antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB(H)/İV/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Rza Əhmədova məxsus ola bilər (onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə). Ləkələrdə O(İ) qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız ləkələrdə qarışıq qanın olduğu halda mümkündür (əgər hadisə zamanı qanaxma ilə nəticələnən xəsarət alıbsa). Təqsirləndirilən şəxs məxsus cins şalvarın sol yan cibi və bu cib daxilində olan 01 ədəd pambıq topası üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda qrup antigenləri və aqqlyutininlər alınmadığı üçün bu qan ləkələrinin qrup mənsubiyyəti barədə fikir söyləmək mümkün deyil. Təqsirləndirilən şəxs məxsus sviterin üzərində aşkar olunan zəif intensivlikli qan ləkəsindən hazırlanmış məhlulda zülal aşkar olunmadığı üçün bu qan ləkəsinin növünü təyin etmək mümkün olmadı. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvarın sağ cibindəki ləkədə, 01 cüt idman ayaqqabısı üzərində ləkələrdə qan, Rza Əhmədova məxsus corabın digər tayı üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş 29 iyun 2024-cü il tarixli 3/3-76/2-21239/2024 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi sürməsi, cəmiyyətdə müsbət xarakterizə edilməməsi, ailə üzvü və qonşularla münasibətinin normal olması, spirtli içki və narkotik maddə alüdəçisi olmaması, X4n normal həyat tərzi sürməklə ailə üzvləri və qonşularla münasibətinin yaxşı olması, cəmiyyətdə müsbət xarakterizə edilməsi, spirtli içki aludəçisi olsa da narkotik vasitə alüdəçisi olmaması, Göyçay rayonunun Kürd kəndində yerləşən “Göyçay çay evi”ndə çayçı işləməsi, Təqsirləndirilən şəxsla mərhum Rza Əhmədovun arasında 22 may 2024-cü il tarixdə sözlü mübahisənin olması, onların arasında əvvəl hər hansı mübahisənin, ədavətin və düşmənçiliyin olmaması, həmçinin aralarında münasibətin olmaması, Təqsirləndirilən şəxs kriminal aləmə meylli olan şəxslərlə hər hansı formada əlaqəsi olmasa da yaşadığı Göyçay rayonunun Potu kəndində özünü kriminal aləmin nümayəndələrinə bənzətməsi, sosial şəbəkələrdə kriminallığı təbliğ edən videoroliklər paylaşması, mərhum Rza Əhmədovun 22-23 may 2024-cü il tarixlərdə üzərində bıçaq və ya silah gəzdirməməsi, rayonda və ya yaxın ərazilərdə bıçaqlı və silahlı hər hansı münaqişədə iştirak etməməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların kompleks (məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik) tədqiqinə dair 03 iyul 2024-cü il tarixli 244-MTKŞ/202 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X17 məxsus qolsuz maykanın ön səthində solda bir ədəd, ön səthində ortada iki ədəd, ön səthində sağda bir ədəd, ön səthinin sağ yuxarı nahiyəsində bir ədəd və arxa səthinin sol aşağı nahiyəsində bir ədəd, qısaqol köynəyin ön səthində, nisbətən sağ-orta nahiyəsində beş ədəd, ön səthində bir qədər solda bir ədəd və köynəyin arxa səthinin sağ aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Rza Əhmədova məxsus qolsuz maykanın ön səthində solda bir ədəd cırılma xarakterli zədə aşkar olundu. Bu zədə küt yaranma mexanizminə malik olub, maykanın müvafiq nahiyəsinin dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Rza Əhmədova məxsus şalvar, bir cüt corab və bir cüt çəkələyin üzərində hər hansı zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviter, şalvar və bir cüt ayaqqabının üzərində hər hansı zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 12 iyul 2024-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, X12 meyitində “döş qəfəsinin ön səthinin sol aşağı iç-tış hissələrində 02 (iki) ədəd, gövdənin sol-sağ yan yuxarı şöbələrinin 02 (iki) ədəd, qarının yuxarı şöbəsinin sol iç hissəsinin 01 (bir) ədəd döş və qarın boşluqlarına nüfuz edən deşilmiş-kəsilmiş yaraları” diaqnozu ilə, iti uclu-iti ülgüclü kənara malik deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmiş, mərhum Rza Əhmədovun ölümündən dəqiqələrlə ölçülən vaxt vahidi əvvəl baş vermiş, həyati, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə, eləcə də ekspertizaya təqdim edilmiş bir ədəd bıçaqla yetirilməsi halı inkar edilməyən, canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, habelə “gövdənin ön səthində döş sümüyünün yuxarı hissəsində yumşaq toxumanın döş boşluğuna nüfuz etməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası” diaqnozu ilə, iti uclu-iti ülgüclü kənara malik deşici-kəsici əşyanın təsirindən törənmiş, mərhum Rza Əhmədovun ölümündən dəqiqələrlə ölçülən vaxt vahidi əvvəl baş vermiş, həyati, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə, eləcə də ekspertizaya təqdim edilmiş bir ədəd bıçaqla yetirilməsi halı inkar edilməyən, canlı şəxslərdə dərəcəsinə görə səhhətin qısa müddət ərzində pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və ölümlə heç bir səbəbli əlaqələri olmayan xəsarətlər aşkar edilmişdir. Onun bədəni üzərində aşkar edilmiş “döş qəfəsinin ön səthinin sol aşağı iç-tış hissələrində 02 (iki) ədəd, gövdənin sol-sağ yan yuxarı şöbələrinin 02 (iki) ədəd, qarının yuxarı şöbəsinin sol iç hissəsinin 01 (bir) ədəd döş və qarın boşluqlarına nüfuz edən deşilmiş-kəsilmiş yaraları, gövdənin ön səthində döş sümüyünün yuxarı hissəsində yumşaq toxumanın döş boşluğuna nüfuz etməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası” xəsarətləri onun əynində olan paltarların, yəni qısaqol, üzəri qana bulaşmış, zoğalı rəngli köynək və ağ rəngli qısaqol, üzəri qana bulaşmış maykanın üzərində olan parça zədələri ilə üst-üstə düşür. Onun ölümünə səbəb döş qəfəsinin ön səthinin sol aşağı iç-tış hissələrində 02 (iki) ədəd, gövdənin sol-sağ yan yuxarı şöbələrinin 02 (iki) ədəd, qarının yuxarı şöbəsinin sol iç hissəsinin 01 (bir) ədəd döş və qarın boşluqlarına nüfuz edən sağ və sol ağciyərlərin, qaraciyərin deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən xarici və daxili qanitirmə olmuşdur. Onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda 0,6 %, sidikdə isə 1,6 %-dir. Bu da canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi, cinayət təqibinin başlanmasının rədd edilməsi və anket məlumatlarının dəqiqləşdirilməsi haqqında 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 120.2.2-ci maddəsi ilə elan edilmiş ittiham həmin tarixdə qüvvəsində saxlanılmış və barəsində CM-in 120.2.1, 120.2.4, 120.2.9, 221.3, 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 03 iyun 2024-cü il tarixli 18-1-40/2-627/2024 nömrəli məktubdan görünür ki, X22 həmin xəstəxanada həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatdında yoxdur. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində öz müdafiəsi üçün dəlillər gətirib CM-in 120.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyi və CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bildiyini qeyd edərək ifadələrində X16 öldürmək niyyətinin olmadığını, sonuncunun 22 may 2024-cü il tarixdə Göyçay rayonunun Kürd kəndində yerləşən “Göyçay çay evi”ndə Şahid5 tərəfindən ona qarşı zarafat olunmasını təşkil etməsini, onu tanımadığı halda Şahid5 qarşısında ayaqüstə əyilərək bir əlini belinə qoyub onun yanında Şahid5 tərəf baxaraq 2 barmağı ilə öz boğazından tutmasını, sonra barmağı ilə onu göstərib arxası ilə danışmasını, bunu aydınlaşdırmaq üçün 23 may 2024-cü il tarixdə axşam saatlarında görüşdüyünü, Rza Əhmədova 22 may 2024-cü il tarixdə ilkin mübahisəsi zamanı sonuncunun Şahid5 qarşısında əyilib 2 barmağını boğazına tutmasını ona hədə-qorxu gəlməsi, Şahid5 arxası ilə nə isə danışmasını isə özünə qarşı hörmətsizlik kimi qəbul etdiyini, X26 Rəhimovun qarşısında əyilib əlinə belinə qoyan zaman Rza Əhmədovda bıçağın olması ehtimalına görə özünü müdafiə etmək məqsədi ilə bıçaq əldə etdiyini, 23 may 2024-cü il tarixdə saat 03 radələrində yaşadığı Göyçay rayonunun Potu kəndindəki evdə qəflətən işıqların sönməsinin Rza Əhmədov tərəfindən edilməsinin onda şübhə yaratdığını, hadisənin baş verdiyi 23 may 2024-cü il tarixdə Rza Əhmədovun onun arxası ilə danışmasını aydınlaşdırmadığını, onunla çox kobud şəkildə danışdığını, onun, şəhid dayısının və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsini, etdiyi səhvlərə görə ondan üzr istəməməsini, ona hücum edərək ona zərbə vurmasına görə əsəblərini cilovlaya bilməyib Rza Əhmədovun bədəninə ilkin bıçaq zərbəsi endirdiyini, lakin sonuncunun həmin vaxt onun üzərinə gəlməklə əlini belinə atmasının onda Rza Əhmədovda bıçağın olması ehtimalını daha da artırdığını, Rza Əhmədovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla nizamsız şəkildə ümumilikdə ardıcıl olaraq 3 və ya 4 zərbə endirdiyini, lakin həmin vaxt məqsədinin Rza Əhmədovu öldürmək olmadığını və sonuncunun ondan üzr istəyəcəyi halda sonuncuya bıçaqla zərbələr endirməyəcəyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Habelə qeyd etmək zəruridir ki, “xuliqanlıq niyyəti” anlayışına “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 6-cı bəndində aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın həmin bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2ci maddəsi ilə yanaşı, 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Göründüyü kimi, hadisənin baş vermə mexanizmi, X4n 22 may 2024-cü il tarixdə Şahid5 etdiyi zarafat görə irad bildirməsi, Təqsirləndirilən şəxs arxası ilə heç nə danışmaması, hadisənin baş verdiyi 23 may 2024-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs qiyabi olaraq tanıdığı, aralarında hər hansı münasibət olmayan mərhum Rza Əhmədova yaxınlaşaraq sonuncunu münaqişəyə çəkməsi, hadisə baş verən zaman və əvvəl Rza Əhmədovun üzərində kəsici-deşici alətin və bıçağın olmaması, təqsirləndirilən şəxsə bıçaq nümayiş etdirməməsi, bıçaqla hədə-qorxu gəlməməsi, hadisədən əvvəl Təqsirləndirilən şəxs bıçaq əldə etməsi, bıçağın dəstəyinin üzərini Rza Əhmədova xəsarət yetirən zaman əlindən sürüşməməsi üçün rezin yapışqan sarğı ilə bağlaması, 23 may 2024-cü il tarixdə axşam saatlarına kimi mərhum Rza Əhmədovla təklikdə qalmaq üçün fürsət axtarması, hadisə zamanı mərhum Rza Əhmədovun onu, şəhidləri və polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etməməsi, ona qarşı zor tətbiq edərək zərbə vurmaması, hadisə zamanı onun arxası ilə heç nə danışmaması, yolundan çəkilməsini bildirməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qeyd olunanları bəhanə edərək hər hansı əsaslı səbəb olmadan Rza Əhmədova bıçaqla ölümünə səbəb olan zərbələr endirməsi, nəticədə sonuncunun ölməsi Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməsini təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin niyyəti ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Əksinə təqsirləndirilən şəxsin niyyəti ilə bağlı şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb birinin digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə digər şəxsi qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 120.2.2-ci maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonunun Potu kəndində yaşamışdır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X7 şəhəri, Əli kərim küçəsi, ev 2/2-2 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 60.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 120.2.2-ci maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan və onun əməlində CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olmadığından onun barəsində bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 120.2.2-ci maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 23 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 25 may 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 23 may 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 23 may 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 31 may 2024-cü il tarixli 18-1-40/2-610/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada həkim-narkoloqun qeydiyyatdında yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi olmadığından cəza çəkdiyi müddətdə bununla əlaqədar tibbi xarakterli məcburi tədbir təyin olunmamalıdır. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 iyun 2024-cü il tarixli 407 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda “Emosional davamsız şəxsiyyət pozuntusu XBT 10” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkir. O, “Emosional davamsız şəxsiyyət pozuntusu XBT 10” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədən zaman, ondan əvvəl və ya sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tədbiqinə ehtiyacı yoxdur. O, cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). O, cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər X1 daxil olmuş 03 iyun 2024-cü il tarixli 373 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu, ağır eşitmə, posttravmatik ensefalopatiya” diaqnozu ilə həmin xəstəxanaya müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 31 may 2024-cü il tarixli 18-1-40/2-610/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu, ağır eşitmə, posttravmatik ensefalopatiya” diaqnozu ilə həmin xəstəxanada həkim-psixiatrın qeydiyyatdındadır. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu XBT 10” xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da həmin xəstəlik əlamətlərinin kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə psixi pozuntu ilə bağlı tibbi xarakterli məcburi tədbir təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayətin aləti hesab edilən 01 ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı, hadisə yerinə baxış keçirilən zaman torpaq örtüyün üzərindən bint kəsiklərinə hopdurulmaqla götürülmüş qanabənzər ləkələrdən ümumilikdə 05 ədəd nümunə, hadisə vaxtı zərərçəkmiş şəxs X12 əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd qolsuz mayka, 01 ədəd cins şalvar, 01 cüt rezin çəkələk və 01 cüt qara rəngli corabın bir tayı, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd uzunboğaz sviter və 01 ədəd göy rəngli cins şalvar həmin tarixdə maddi sübut kimi tanınmış və Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi, cinayət təqibinin başlanmasının rədd edilməsi və anket məlumatlarının dəqiqləşdirilməsi haqqında 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A10” markalı smartfon tipli mobil telefon və cinayət hadisəsinin baş vermə anını əks etdirən videogörüntülərin köçürüldüyü 03 ədəd disk həmin tarixdə maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A10” markalı smartfon tipli mobil telefon Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, cinayət hadisəsinin baş vermə anını əks etdirən videogörüntülərin köçürüldüyü 03 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan cinayətin aləti hesab edilən 01 ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı, hadisə yerinə baxış keçirilən zaman torpaq örtüyün üzərindən bint kəsiklərinə hopdurulmaqla götürülmüş qanabənzər ləkələrdən ümumilikdə 05 ədəd nümunə, hadisə vaxtı zərərçəkmiş şəxs X12 əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd qolsuz mayka, 01 ədəd cins şalvar, 01 cüt rezin çəkələk və 01 cüt qara rəngli corabın bir tayı, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd uzunboğaz sviter və 01 ədəd göy rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A10” markalı smartfon tipli mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş cinayət hadisəsinin baş vermə anını əks etdirən videogörüntülərin köçürüldüyü 03 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan cinayətin aləti hesab edilən 01 ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı, hadisə yerinə baxış keçirilən zaman torpaq örtüyün üzərindən bint kəsiklərinə hopdurulmaqla götürülmüş qanabənzər ləkələrdən ümumilikdə 05 ədəd nümunə, hadisə vaxtı zərərçəkmiş şəxs X12 əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd qolsuz mayka, 01 ədəd cins şalvar, 01 cüt rezin çəkələk və 01 cüt qara rəngli corabın bir tayı, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd uzunboğaz sviter və 01 ədəd göy rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A10” markalı smartfon tipli mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın, cinayət işinin materiallarına əlavə edilmiş cinayət hadisəsinin baş vermə anını əks etdirən videogörüntülərin köçürüldüyü 03 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar