Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-59/2023 24.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X10, zərərçəkmiş şəxsin hüquqi varisi: X5 iştirakları ilə, xx.xx.1966-cı ildə Oğuz rayonu Xaçmaz kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Oğuz rayonu Mollalı kəndində qeydiyyata olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində X6 adına olsa da baş etibarnamə əsasında faktiki olaraq özünün istifadə etdiyi «Vaz 2106» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı minik avtomobilini, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hisssəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük hüququ olmadan sərxoş halda maksimum icazə verilən 60 km/saat surətdən artıq, yəni 90 km/saat surətlə idarə edərək Oğuz rayonu, Mollalı kənd avtomobil yolu ilə Oğuz-Qəbələ avtomobil yolu istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirmiş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda buna əməl etməmiş və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda avtomobil yolun sağına çıxaraq qabaq sağ hissəsi yolun sağ kənarında olan ağaca çırpılmış, nəticədə ehtiyyatsızlıqdan avtomobildə olan sərnişin X2 müştərək travma, qapalı kəllə beyin travması, döş qəfəsinin qapalı travması, sağ ıv, v, vı, vıı, vııı qabırğaların, sol kürək, döş sümüyünün sınığı, sağ tərəfli hemotoraks, hər iki beyin yarımkürələrində çoxsaylı əziklər, hər iki ağ ciyər parenximasının əziyi, sol alın-təpə nahiyəsində subaroxnoidal hematoma, koma, hər iki ağciyərin əzilməsi və toxumasına qansızma, qabırğaarası damarların zədələnməsi, daxili qanaxma, burun tağı, üst və alt dodağın sıyrıqları, postravmatik-posthemorragik şok kimi bədən xəsarətləri almasına və almış olduğu həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid müştərək travma, qapalı kəllə beyin travması, döş qəfəsinin qapalı travması, sağ ıv, v, vı, vıı, vııı qabırğaların, sol kürək, döş sümüyünün sınığı, sağ tərəfli hemotoraks, hər iki beyin yarımkürələrində çoxsaylı əziklər, hər iki ağ ciyər parenximasının əziyi, sol alın-təpə nahiyəsinində subaroxnoidal hematoma, koma, hər iki ağ ciyərin əzilməsi və toxumasına qansızma, qabırğaarası damarların zədələnməsi, daxili qanaxma kimi xəsarətlərdən xx.xx.2022-ci il tarixdə Şəki rayon Mərkəzi Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində həmkəndlisi X4 ilə birlikdə yaşadığı kənddə spirtli içki qəbul etdikdən sonra idarə etdiyi “Vaz 2106” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sincan kəndi istiqamətində saatda 90 km/saat sürətlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobilin hərəkət istiqamətində yolun sağ hissəsində yerləşən ağaca dəyməsi nəticədə özü və sərnişin Böyükağa Hacıyev müxtəlif bədən xəsarətləri almışlar. Bundan sonra TTYS-nın həkimləri oraya gələrək onu və X13 Rayon Mərkəzi Xəstəxanasına aparmış, Böyükağa Hacıyev aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Hadisə baş verən gün hava qaranlıq və yağmursuz olmuş, yol örtüyü çınqıl və quru olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, mərhum X4 onun əri olmaqla xx.xx.2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən həyat yoldaşı Böyükağa Hacıyevin yol nəqliyyat hadisəsi zamanı xəsarət almasını, daha sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparıldığını bilmişdir. Xəstəxanaya getdikdən sonra Böyükağa Hacıyevin həmkəndlisi Təqsirləndirilən şəxs sərxoş halda idarə etdiyi Vaz 2106 markalı avtomobilində sərnişin qismində əyləşdiyini və Təqsirləndirilən şəxs Oğuz rayonu Mollalı kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ hissəsində yerləşən ağaca çırpılması nəticəsində Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirildiyi ona məlum olmuşdur. Əri Böyükağa aldığı xəsarətlərlə bağlı müalicə alsa da xx.xx.2022-ci il tarixdə Şəki Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Təqsirləndirilən şəxslə barışmamış, lakin sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 03 oktyabr 2022-ci il tarixli 46 saylı meyitin məhkəmə-tibbi ekspertizası rəyində göstərilmişdir ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edilmişdir – müştərək travma, qapalı kəllə beyin travması, döş qəfəsinin qapalı travması, sağ ıv, v, vı, vıı, vııı qabırğaların, sol kürək, döş sümüyünün sınığı, sağ tərəfli hemotoraks, hər iki beyin yarımkürələrində çoxsaylı əziklər, hər iki ağ ciyər parenximasının əziyi, sol alın-təpə nahiyəsinində subaroxnoidal hematoma, koma, hər iki ağ ciyərin əzilməsi və toxumasına qansızma, qabırğaarası damarların zədələnməsi, daxili qanaxma, burun tağı, üst və alt dodağın sıyrıqları, postravmatik-posthemorragik şok. X1 meyitində aşkar edilmiş xəsarətlər həyatidir, ölümündən əvvəl bərk küt alətin (əşyaların) təsirindən törənmişlər, xəsarətin xarakterinə və tibbi sənədlərə əsasən, demək olar ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. X1 ölümünə səbəb müştərək travma, qapalı kəllə beyin travması, döş qəfəsinin qapalı travması, sağ ıv, v, vı, vıı, vııı qabırğaların, sol kürək, döş sümüyünün sınığı, sağ tərəfli hemotoraks, hər iki beyin yarımkürələrində çoxsaylı əziklər, hər iki ağ ciyər parenximasının əziyi, sol alın-təpə nahiyəsinində subaroxnoidal hematoma, koma, hər iki ağ ciyərin əzilməsi və toxumasına qansızma, qabırğaarası damarların zədələnməsi, daxili qanaxma nəticəsində inkişaf etmiş postravmatik-posthemorragik şok olmuşdur, dərəcəsinə görə ölümünə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı narkotik maddə, zəhərləyici maddələr və etil spirtinin olmasına xarakterik əlamətlər olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 71 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ qamış sümüyünün yerini dəyişən qapalı sınığı, İİ boyun fəqərəsinin sol ayaqcığına uzanan və sol yan çıxıntısının yerdəyişməyən xətti sınığı, başın sol təpə, sağ kürək və bel nahiyəsinin sıyrığı kimi xəsarətləri vardır. Qeyd olunan xəsarət küt alətin (əşyanın) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 30 avqust 2022-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 10 oktyabr 2022-ci il tarixli 8/2597 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumata əsasən “Vaz 2106 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-cı maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətdən artıq, yəni 90 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 6/5525 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, “Vaz 2106” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacaq və söykənəcək hissələrinin üzlüklərinin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, “Vaz 2106” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacaq və söykənəcək hissələrinin üzlüklərinin səthi üzərindən aşkar edilmiş boz rəngli hamar kimyəvi lifləri cinsi əlamətlərinə görə X3 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, “Vaz 2106” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacaq və söykənəcək hissələrinin üzlüklərinin səthi üzərindən aşkar edilmiş boz rəngli təbii hamar kimyəvi lifləri cinsi əlamətlərinə görə X3 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, “Vaz 2106” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacaq və söykənəcək hissələrinin üzlüklərinin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna çıxan Oğuz rayonu Mollalı kənd yolunda baş verməklə, “VAZ 2106” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarında olan ağaca dəyərək dayandığı müşahidə edilmişdir. Cinayət işinə əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 31 avqust 2022-ci il tarixli, 301 nömrəli aktından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan Oğuz rayon X19 Bölməsinin rəisinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olub-olmaması ilə bağlı DİN BDYP-nin mərkəzi məlumat sisteminə sorğu edilmiş və sürücülük vəsiqəsinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlət Nazirliyi Baş X19 İdarəsi Şəki Regional Qeydiyat İmtahan və Texniki Baxış şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mərkəzləşdirilmiş məlumat bazasına əsasən Oğuz rayonu Mollalı kəndində qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. İş materiallarında olan “Oğuz rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş 07 oktyabr 2022-ci il tarixli 819 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhiəsəb və narkoloji kabinetdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Oğuz rayon İcra Hakimiyyəti Başçısının Sincan inzibati ərazi dairəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışda və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Mollalar kəndində ailə üzvləri ilə birlikdə yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsinə dair 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmənin belə nəticəyə gəlməsinə təqsirləndirilən şəxsin özünün etirafedici və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, məhkəmə-tibb, məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyləri və işdə olan digər sənədlər əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzalar təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi olan arvadının ona qarşı heç bir şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, özünün də yol nəqliyyat hadisəsi nəticəsində az ağır dərəcəli bədən xəsarəti alması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı həbsə alındığı andan hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 239 AZN (iki yüz otuz doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və müki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 239 AZN (iki yüz otuz doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Oğuz rayon Polis Şöbəsində saxlanılan Vaz 2106 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı minik avtomobil, “Vaz 2106” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağı və sağ yan qarşı sərnişin oturacağının üzlükləri və bir ədəd şalvar Təqsirləndirilən şəxs qaytarılsın, zərərçəkmiş X3 məxsus 01 ədəd şalvar məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-59/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-59/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver