Məhkəmə qərarları › İş №1(091)-6/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-6/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-6/2023 30.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X11, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X12 müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X5, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxxx 2000-ci ildə Şəki rayonu Baş Zəyzid kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 150.2.3, 150.2.5, 171.1, 171-1.1, 180.2.2, 180.2.4 və 182.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən 2019-cu ilin iyun ayının əvvəllərində gecə saat 01 radələrində istifadə etdiyi mobil telefonun Whatsapp proqramı vasitəsi ilə yetkinlik yaşına çatmaqla, yəni xx.xx.2000-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, xx xxxxxx 2003-cü il təvəllüdlü həmkəndlisi Zərərçəkmiş şəxs istifadə etdiyi mobil telefonun Whatsapp proqramına görüntülü zəng edərək danışan zaman çılpaq vəziyyətdə bədənini göstərməsini tələb etmiş, sonuncu qəti etirazını bildirdikdə o, Zərərçəkmiş şəxs onu sevdiyini, onsuz da onunla nikaha girəcəyi barədə vədlər verib aldatmış, əgər onun dediklərini etməsə ona qarşı inamı olmadığını fikirləşib əlaqəni bir dəfəlik kəsəcəyini bildirib sonuncunun ona olan sevgisindən istifadə edib inandırmış, Zərərçəkmiş şəxs həqiqətən də ona olan sevgisini sübut etmək üçün telefonda görüntülü şəkildə danışan zaman ona bədəninin hər yerini, yəni cinsiyyət orqanını, arxasını, sinəsini və digər nahiyələrini göstərmiş, həmçinin onun dediyi kimi, ehtirasa gətirməsi üçün cinsiyyət orqanını sığallamaqla, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əxlaqsız əməllərə cəlb etmişdir. Bundan başqa o, təkrarən, qəsdən və vahid niyyətlə 2019-cü ilin iyul ayının ortalarında gecə saat 03 radələrində istifadə etdiyi mobil telefonun Whatsapp proqramı vasitəsi ilə yetkinlik yaşına çatmaqla, yəni xx.xx.2000-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, xx xxxxxx 2003-cü il təvəllüdlü həmkəndlisi Zərərçəkmiş şəxs istifadə etdiyi mobil telefonun Whatsapp proqramına görüntülü zəng edərək danışan zaman onu çox sevdiyini, yanında təsəvvür etmək istədiyini, onsuz çox darıxdığını, gec-tez onunla nikaha girəcəyini bildirib, inam yaratmaq məqsədilə bir-birinə öyrəşmələri üçün vanna otağında çimən zaman videoçəkiliş aparıb ona göndərməsini bildirmiş, Zərərçəkmiş şəxs isə etirazını bildirib onunla əlaqəni kəsmiş, bundan sonra o, vahid niyyətlə 2019-cu ilin iyul ayının sonlarında səhər saat 07 radələrində istifadə etdiyi mobil telefonun Whatsapp proqramı vasitəsi ilə sonuncunun istifadə etdiyi mobil telefonun Whatsapp proqramına görüntülü zəng edərək danışan zaman əvvəlcə dediyi sözə görə üzr istəyib, onu sevdiyini, onsuz darıxdığını, ona güvənməsini deyib könlünü alıb vədlər verib aldatmış, bir daha dediyi videonu göndərməsini xahiş etmiş, Zərərçəkmiş şəxs isə yenə də etirazını bildirdikdə o, sonuncunu onun özünün, anasının və qardaşı arvadının şəkillərini ələ keçirib montaj edib internetdə paylaşaraq onu, anasını və qardaşı arvadını rüsvay edəcəyi ilə hədə qorxu gəlməklə, əgər bu barədə kiməsə desə, fevral ayında kəndə gəlib qaçırdacağını, sonra da qaytarıb gətirib yaşadığı evin küçə qapısının qarşısına atmaqla rüsvay edəcəyini bildirdikdə, Zərərçəkmiş şəxs bu hədələrdən qorxaraq yaşadığı evdə yerləşən vanna otağında əvvəlcə soyunan zaman, daha sonra isə duşun altında çılpaq şəkildə çimən vəziyyətdə mobil telefonu vasitəsi ilə video çəkiliş aparıb həmin videonu ona göndərməklə, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əxlaqsız əməllərə cəlb etmişdir. Bundan başqa o, qəsdən 05 noyabr 2019-cu il tarixdə saat 14 radələrində yaşadığı Şəki rayonu, Baş Zəyzid kəndinin mərkəzi hissəsində yetkinlik yaşına çatmaqla, yəni xx.xx.2000-ci il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, yəni xx xxxxxx 2003-cü il təvəllüdlü həmkəndlisi Zərərçəkmiş şəxs gördükdə cinsi ehtirasını ödəmək məqsədilə onu sevdiyini və onunla söhbət edəcəyi barədə yalan məlumat verib yaxınlıqda yerləşən köhnə məktəb tikilisinə aparıb orada Zərərçəkmiş şəxs, qeyri təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirdikdə, sonuncu qəti etirazını bildirmiş, o, isə Zərərçəkmiş şəxs iradəsini qırmaq üçün yerdən şüşə qırığı götürüb, qollarını kəsib sonra da ətrafdakı adamları çağırıb, «qız ondan ötrü qollarını kəsdiyini» bildirib onun rusvay edəcəyini, həmçinin əvvəlcədən onun mobil telefonunun Whatsapp proqramına göndərdiyi çılpaq şəkillərini və videolarını atasına göndərəcəyini bildirib hədə-qorxu gələrək iradəsini qırdıqdan sonra Zərərçəkmiş şəxs ətarafda heç kəsin olmamasına görə kömək çağırmaq imkanının olmamasından, habelə sonuncunun rüsvayedici foto və videoçəkilişlərinin onda olması səbəbindən ondan asılı olmasına görə köməksiz vəziyyətindən istifadə etməklə Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək əynindəki gödəkçəsini soyundurmuş, sonra saçından tutub dartaraq üzünü divara tərəf çevrib sonuncunun əllərini üst-ütə qoyub divara dirəmiş, özünün əlinin barmaqlarını Zərərçəkmiş şəxs barmaqlarının arasına keçirib saxlayaraq, digər əli ilə sonuncunun əynində olan yubkanı, kalqotqanı və trusikini aşağı çəkib, saçından tutub başını aşağı əyərək özünə münasib vəziyyətə gətirdikdən sonra özünün cinsiyyət orqanını çıxarıb tüpürcəyi ilə isladıb Zərərçəkmiş şəxs arxa keçəcəyinə salıb qeyri təbii yolla cinsi əlaqədə olmaqla zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən, qəsdən 03 dekabr 2019-cu il tarixdə saat 12 radələrində yetkinlik yaşına çatmaqla, yəni xx.xx.2000-ci il təvəllüdlü olmaqla Zərərçəkmiş şəxs ilə cinsi ehtirasını ödəmək məqsədilə onu sevdiyini və onunla söhbət edəcəyi barədə yalan məlumat verib inandıraraq kirayə tutduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aparıb orada Zərərçəkmiş şəxs, qeyri təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirdikdə, sonuncu qəti etirazını bildirmiş, o, isə Zərərçəkmiş şəxs iradəsini qırmaq üçün əvvəlcədən onun istifadə etdiyi mobil telefonun Whatsapp proqramına göndərdiyi çılpaq şəkillərini və videolarını atasına göndərəcəyini, atasına «qızının yanında olduğunu» deyəcəyini, həmin çılpaq şəkil və videoları sosial şəbəkədə paylaşıb onu rüsvay edəcəyini bildirib hədə-qorxu gələrək iradəsini qırdıqdan sonra Zərərçəkmiş şəxs rüsvayedici foto və videoçəkilişlərinin onda olması səbəbindən ondan asılı olmasına görə köməksiz vəziyyətindən istifadə etməklə və Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək, otaqda qoyulmuş çarpayının üstünə uzadıb əynində olan yubkanı, kalqotqanı və trusikini çıxarıb dizləri üstə gətirib, saçından tutub başını aşağı əyərək özünə münasib vəziyyətə gətirdikdən sonra özünün cinsiyyət orqanını çıxarıb tüpürcəyi ilə isladıb Zərərçəkmiş şəxs arxa keçəcəyinə salıb qeyri təbii yolla cinsi əlaqədə olmaqla zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, qəsdən 2019-cu ilin dekabr ayının sonlarında həmkəndlisi Zərərçəkmiş şəxs guya kirayə qaldıqları evin sahibinin onların evdə cinsi əlaqədə olmalarının müşahidə kamerasına düşdüyünü, onlar barəsində rüsvayedici məlumatlar olmasını bildirməklə həmin şəxsin pul tələb etməsi barədə yalan məlumatlar verib, həmin şəxsə dəfələrlə pul verdiyini, artıq imkanı olmadığı üçün həmin şəxsə pul verə bilmədiyini bildirib Zərərçəkmiş şəxs hədə-qorxu gələrək, buna görə onun ailə üzvləri ilə birgə yaşadığı evdən gizli şəkildə 5000 manat, yaxud həmin dəyərdə qızıl-zinət əşyaları götürüb ona verməsini tələb etmiş, Zərərçəkmiş şəxs ona pulu və qızıl-zinət əşyaları olmadığını bildirdikdə o, sonuncuya pul və ya qızıl-zinət əşyaları verməyəcəyi təqdirdə onun telefonuna göndərdiyi çılpaq şəkil və videolarını sosial şəbəkələrdə yayaraq haqqındakı rüsvayedici məlumatlarla onu rüsvay edəcəyini, həmiçinin evinə polis göndərəcəyini bildirərək hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq yolla talamaq məqsədilə 20 yanvar 2020-ci il tarixdə saat 14 radələrində Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən köhnə xəstəxananın yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs, guya qısqanclıq zəminində sonuncuya məxsus, 80 manat dəyərində olan «Samsung S2» markalı mobil telefonun yaddaşında onun və ya başqa oğlanların şəkillərinin olub-olmamasını yoxlamaq adı ilə həmin mobil telefonu götürmüş, Zərərçəkmiş şəxs ondan telefonu geri götürmək istəyəndə o, sonuncuya bundan qabaq evində kirayə qaldıqları və onlar barəsində əlində rüsvayedici məlumatlar olmasını bildirdiyi ev sahibinə veriləcək pulun əvəzində həmin telefonu götürdüyünü bildirib sonuncuya qarşı həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə itələyib fiziki ağrı yetirərək hadisə yerindən qaçıb gedərək Zərərçəkmiş şəxs 80 (səksən) manat dəyərində əmlakını açıq yolla talayaraq soyğunçuluq etmişdir. Bundan başqa o, qəsdən vahid niyyətlə uşaq pornoqrafiyasına aid material hesab edilən, aşkar surətdə yetkinlik yaşına çatmayan, yəni xx xxxxxx 2003-cü il təvəllüdlü həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin vanna otağında soyunub çılpaq şəkildə yuyunan zaman çəkdiyi video çəkilişi 2019-cu ilin iyul ayının sonlarında cinayətkar yolla və məqsədlə əldə etdikdən sonra sonuncunun ona, həmin videoya baxdıqdan sonra silməsi və heç kimə göstərməməsi barədə dəfələrlə deməsinə baxmayaraq o, həmin uşaq pornoqrafiyasına aid pornoqrafik materialı mobil telefonunun yaddaşında saxlamaqla 2021-ci ilin iyun ayının əvvəllərində yaşadığı Şəki rayonu, Baş Zəyzid kəndində həmkədliləri və dostu Şahid3 göstərərək yaymış, bundan sonra o, həmin uşaq pornoqrafiyasına aid pornoqrafik materialı 2021-ci ilin iyun ayının ortalarında yenə də həmin kəndə gedən körpünün yanında dostları Şahid3 və Şahid7 göstərərək yaymış, bundan sonra o, həmin uşaq pornoqrafiyasına aid pornoqrafik materialı 2021-ci ilin yayında həmkəndlisi Şahid8, 2021-ci ilin avqust ayında həmkəndlisi Şahid9, 2021-ci ilin sentyabr ayının əvvəllərində dostu Şahid3 istifadə etdikləri mobil telefonunun Whatsapp proqramına göndərərək telefon və digər elektron vasitələrlə yaymaqla sonuncunun və Şahid10, Şahid5, Şahid4 Əliyəsər oğlunun, eləcə də digər şəxslərin, yəni geniş kütlə arasında yayılmasına səbəb olan uşaq pornoqrafiyasını vahid niyyətlə qəsdən yayma, o cümlədən əldə etmə, saxlama, başqasına vermə və göndərmə cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, həmkəndlisi X2 2017-ci ilin sonlarında kənddə keçirilən toy mərasimində görüb bəyənmiş, bundan sonra o, işləmək üçün Bakı şəhərinə getmişdir. 2018-ci ilin aprel ayının əvvəllərində kəndə qayıtmış, həmin ərəfədə kənddə yerləşən köhnə məktəbin yaxınlığında kənd uşaqları ilə dayandığı vaxt Vüsalənin məktəbdən çıxıb evlərinə tərəf getdiyini görmüşdür. Həmin vaxt yanında olan həmkəndlisi Qorxmazdan həmin qız barədə soruşmuş, sonuncu ona Vüsalənin bibisi qızı olduğunu demişdir. Qorxmaza Vüsalədən xoşu gəldiyini deyib, Vüsaləni istəyənin olub-olmadığını soruşmuş, Vüsalə ilə ciddi münasibət yaratmaq istədiyini və gələcəkdə ailə qurmaq məqsədilə tanış olmaq istədiyini bildirmişdir. Qorxmaz da ona Vüsalə ilə bu barədə söhbət edib fikrini öyrəndikdən sonra xəbər verəcəyini demişdir. Bir neçə gündən sonra Qorxmaz onun Whatsappına yazaraq Vüsalənin onunla tanış olmağa razı olduğunu bildirmiş, sonra Vüsalənin instagramda adını ona göndərmişdir. Həmin instaqrama mesaj göndərib Vüsalə ilə instaqram səhifəsində yazışmağa başlamış, bir müddət Vüsalə ilə instaqramda yazışdıqdan sonra söhbətləri alındığı üçün bir birinə mobil telefon nömrələrini vermiş, bundan sonra Whatsapp proqramı vasitəsi ilə yazışmağa başlamışlar. Vüsalə ilə bir müddət yazışandan sonra 21 may 2018ci ildə müalicə almaq üçün atası ilə birlikdə Rusiya Federasiyasının Kamçatka şəhərinə getmiş, həmin ilin oktyabr ayının ortalarına kimi orada müalicə aldıqdan sonra geri qayıtmışdır. Kamçatkada olduğu müddətdə Vüsalə ilə Whatsapp proqramı ilə yazışmış, yazışmaları ümumi olmaqla aralarında heç bir seksual xarakterli söhbətlər olmamışdır. 2018-ci ilin oktyabr ayının ortalarında yaşadığı Baş Zəyzid kəndinə qayıtdıqdan sonra Vüsalə ilə münasibətləri əvvəlki kimi yaxşı olmuş, 22 may 2019-cu il tarixə kimi kənddə qalmışdır. 22 may 2019-cu il tarixdə yenidən Kamçatka şəhərinə getmiş, Vüsalə ilə yenə də münasibəti yaxşı olmuş və Whatsapp vasitəsi ilə yazışmışlar. 2019-cu ilin iyul aylarında Kamçatka şəhərində olduğu müddətdə Vüsalə ilə danışan zaman sonuncu onu istədiyini, döşlərinin şişdiyini deyib ehtiraslandığını bildirmiş, sonra Vüsalə gecə paltarında çəkdirdiyi şəkilləri ona göndərmişdir. Sonra Vüsalə hamamda yuyunan zaman tam çılpaq formada videolarını göndərib onu ehtiraslandırmaq istəmiş, eyni qaydada ondan çılpaq vəziyyətdə hamamda yuyunan zaman video və şəkillərini çəkib göndərməsini xahiş etmişdir. Vüsaləyə ancaq beldən yuxarı çılpaq vəziyyətdə şəklini çəkib göndərmiş, Vüsalə ondan dəfələrlə şəkil yaxud video istəsə də o, Vüsaləyə heç vaxt özünün çılpaq formada şəkil və videosunu göndərməmişdir. Həmçinin Vüsalə ondan cinsi orqanının şəkilini istəsə də o, cinsi orqanının şəklini göndərməmiş, sonuncu çox israr etdikdən sonra internetdən kişi cinsiyyət orqanın şəklini götürüb Vüsalənin telefonuna göndərmişdir. Hətta Vüsalə bir dəfə əli ilə özünün cinsiyyət orqanını sığallayıb oynadaraq boşaldığı vəziyyəti videoya çəkib ona göndərmiş, ondan da həmin vəziyyətdə video çəkib göndərməsini xahiş etmişdir. O da sanitar qovşağında əli ilə cinsiyyət orqanını oynadıb boşalmasını videoya çəkib Vüsalənin telefonuna göndərmişdir. Bundan sonra avqust ayının ortalarında Kamçatka şəhərində olan zaman heç bir səbəb göstərmədən Vüsalə onun Whatsapp nömrəsini bloka atmış, o da Vüsalənin nömrəsini bloka atmışdır. 2019-cu ilin oktyabr ayının əvvəllərində Vüsalənin sinif yoldaşı olan əmisi oğlu Furkanla yazışan zaman, Vüsalə barədə soruşmuş, Furkan da Vüsalənin yaxşı olduğunu, məşğələyə getdiyini demişdir. Təxminən 15-20 gündən sonra Furkan ona yazıb Vüsalənin sonuncunu blokdan çıxarmasını xahiş etməsini bildirmişdir. Bundan sonra Vüsalə ilə bir-birilərinin telefon nömrəsini blokdan çıxarıb əlaqəni bərpa etmiş, 25 oktyabr 2019-cu il tarixdə Vüsalə Whatsapp vasitəsi ilə ona yazıb ad gününü təbrik edib üzrhaqlıq etmişdir. 18 oktyabr 2019-cu il tarixdə ayağına krandan dəmir düşdüyü üçün sağ ayağı sınmış, buna görə də artıq Kamçatka şəhərində qalıb işləyə bilməyəcəyini fikirləşib 30 oktyabr 2021-ci il tarixdə atası ilə birlikdə kəndə gəlmişlər. Həmin gün atası onu Şəki Mərkəzi rayon Xəstəxanasına aparmış, orada işləyən həkim ayağına baxıb sarğını dəyişib yenidən gips qoyub, təxminən 25-30 gündən gəlməsini deyib evə buraxmışdır. Kəndə gəldikdən sonra ayağı gipsdə olduğu üçün bütün günü evdə olmuş, Vüsalə ilə yazışan zaman sonuncu ona görüşmək istədiyini bildirmişdir. Lakin ayağı gipsdə olduğunu bildirib gips açıldıqdan sonra görüşə biləcəyini demiş, xx.xx.2019-cu il tarixdə atası onu həkimin yanına aparmışdır. Həmin gün Seymur adlı həkim ayağındakı gipsi çıxarmış, ayağına çəkmək üçün dərman yazmışdır. Ayağından gips açılandan təxminən 5-6 gün sonra, yəni 2019-cu ilin noyabr ayının sonlarında ayağı gipsdən çıxarıldıqdan sonra Vüsalə ilə kəndin içərisində olan, köhnə və istifadəsiz məktəbin içərisində görüşmüşlər. Görüşməmişdən əvvəl Vüsalə ilə aralarında görüş zamanı cinsi əlaqədə olacaqlarına razılaşmış, buna görə də Vüsalə ilə görüşüb bir qədər söhbət etdikdən sonra Vüsalə onu qucaqlayıb boğazından öpmüş, daha sonra onlar yanaqdan qarşılıqlı olaraq bir birilərini öpmüşlər. Sonra isə Vüsalə əlini onun bədənində gəzdirib əli ilə onun cinsi orqanını şalvarın üstdündən oynadaraq ehtiraslandırmış, tam ehtirasa gəldikdən sonra Vüsalə əynindəki tünd göy rəngli yubkasını, kalqotqanı və trusikini özü dizinə kimi aşağı çəkdikdən sonra əllərini divara qoyub arxa hissəsini cinsi əlaqədə olması üçün ona tərəf əymişdir. Bundan sonra isə o da şalvarını dizinə qədər aşağı çəkib cinsi orqanını çıxardıqdan sonra Vüsalənin arxa keçəcəyinə salmışdır. Həmin vaxt ilk dəfə cinsi əlaqədə olan zaman cinsi orqanı Vüsalənin arxa keçəcəyinə rahatlıqla daxil olmuş, Vüsalə heç bir reaksiya verməyib sakit dayanmışdır. Cinsi əlaqədə olan zaman Vüsalənin natəmizliyinə görə iyrənmiş, təxminən 3 dəqiqə cinsi əlaqədə olduqdan sonra boşala bilmədiyi üçün cinsi əlaqəni tez bitirmişdir. Vüsalə də özü də onun iyrəndiyini hiss edərək cinsi əlaqədən sonra o, əynində olan qara rəngli koftanı çıxarıb əvvəlcə özünün cinsiyyət orqanını silib Vüsaləyə vermiş, Vüsalə də arxasını silib koftanı oraya atmışdır. Sonra Vüsalə onunla danışan zaman iyrəndiyini və buna görə inciməsini başa düşmüş, buna görə də ona əvəzini çıxacağını demişdir. Bundan sonra onlar danışan zaman Vüsalə Şəki şəhərinə hazırlığa getdiyini, Şəki şəhərində günlük ev kirayə tutduğu halda onunla yenə cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Bundan sonra tanımadığı, sosial şəbəkədən tapdığı şəxsdən, «Qax dayanacağı» adlanan ərazidə günü 50 manata ev tutmuşdur. Bir gün qabaq həmin evin sahibi ilə görüşüb guya Bakıdan dostları gələcəyini, buna görə bir gün qalmağa ev lazım olduğunu demiş, həmin şəxs də razılaşıb 50 manat pul alıb gəlib evin yerini göstərib evin açarını ona verib getmişdir. Səhəri gün, yəni 05 dekabr 2019-cu il tarixdə saat 11 radələrində həmkəndlisi Vasifin idarə etdiyi «Vaz-2107» markalı avtomaşınla gəlib Vüsaləni yoldan götürüb Şəki şəhərində yerləşən Xan sarayının yanına gəlmişlər. Həmin vaxt Vasifə Vüsalə ilə bir-birlərini sevdiyini və gəzmək üçün şəhərə getdiklərini demişdir. Vasif onları düşürüb getmiş, başqa taksi ilə kirayə tuduğu evə getmişdir. Onlar birlikdə evə daxil olduqdan sonra Vüsalə üst paltarlarını soyunub alt paltarında çarpayının üstündə uzandığı üçün o da əynini soyunub çarpayıya uzanmış, əvvəlcə qucaqlaşıb bir-birinin boğazını öpmüşlər. Sonra Vüsalənin döşlərini sığallamış, Vüsalə yenə onun cinsiyət orqanını əli ilə tutub oynadıb onu tam ehtirasa gətirdikdən sonra çarpayının üstündə dizi üstə dayanıb arxa hissəsini ona tərəfə çevirmişdir. Yataqdan yerdə ayaq üstə dayanıb cinsiyət orqanını Vüsalənin arxa keçəcəyinə salıb 2-3 dəfə arxaya qabağa edən zaman sınmış qıçı ağrıdığı üçün çarpayıya böyrü üstə uzanıb yenə də cinsiyyət orqanını Vüsalənin arxasına salıb 2-3 dəfə dala-qabağa edən kimi cinsiyyət orqanına nəcis bulaşdığı üçün cinsi əlaqə aktını yarımçıq saxlamışlar. Buna görə onlar tam cinsi əlaqədə ola bilməmiş, o da boşala bilməmişdir. Sonra onlar otaqda güzgünün qarşısında ayaq üstə paltarlı, sonra isə yataqda uzanmış vəziyyətdə sinədən yuxarı birlikdə şəkil çəkdirmişlər. Bundan sonra yenə də yataqda uzanıb əvvəlcə öpüşmüş, Vüsalə əli ilə yenə cinsiyət orqanını oynadıb onu ehtirasa gətirdikdən sonra böyrü üstə uzadıb cinsiyyət orqanını Vüsalənin arxasına daxil edib bir neçə dəfə dala-qabağa etmiş, yenə də cinsiyyət orqanına nəcis bulaşdığı üçün cinsi əlaqə aktını yarımçıq saxlayıb gedib yuyunmuşdur. Bundan sonra onlar həmin evdən çıxıb Xan Sarayının yanına gəlmiş, oradan da Vasifin idarə etdiyi avtomaşında kəndə gəlmişlər. Bir müddət Vüsalə ilə danışdıqdan sonra kənd sakinlərindən sonuncunun kənddən çox adamla danışıb görüşdüyünü eşitdiyi üçün təxminən 4-5 ay sonra Vüsalədən ayrılmışdır. Ayrılmalarına baxmayaraq arada Vüsalə ilə danışmış, bir müddət sonra həmkəndlisi Talehin oğlu Xəyalla görüşüb söhbət edən zaman sonuncu ona Vüsalənin tez-tez Şəki şəhərinə getdiyini demişdir. 3-4 gün qabaq dostu Elçinlə Şəki şəhərinə gedib istədiyi qızla görüşəndə Vüsalə də qızın yanında olmuş və Vüsalə də həmin vaxt Elçinlə münasibət qurmaq istəyərək Vüsalə Elçinə instagramda yazışmışdır. X17 cavab verməmiş, buna görə də Vüsalədən uzaq olmasını demişdir. Xəyala Vüsalə ilə çoxdan münasibətini pozduğunu demiş, bundan sonra Elçinlə görüşüb söhbət edən zaman sonuncu ona Vüsalənin instagramda tez-tez yazdığını, Elçini bezdirdiyini deyərək ona yazdığı instagramdakı mesajları da göstərmişdir. Həmin söhbətdən bir müddət sonra, yəni 2020-ci ilin dekabr ayında axşam spirtli içiki qəbul edib Xəyal ilə Whatsapp proqramı vasitəsi ilə yazışan zaman Xəyal ona Vüsaləni şəhərdə saxlayan olduğunu, bunun nə vaxtsa zibili çıxacağını demişdir. Xəyal özü də Vüsalə ilə yaxınlıq etmək istədiyini bildirib ondan Vüsalənin şəkli olub-olmadığını soruşmuş, içkili olduğuna görə özündən asılı olmayaraq telefonunda olan Vüsalənin ona Rusiyada olduğu müddətdə göndərdiyi çılpaq şəkildə olan videoları Xəyalın telefonuna göndərmişdir. 2021-ci ilin avqust ayının əvvəllərində Vüsalənin çılpaq şəkildə olan videosunun yayıldığını eşitmiş, 03 sentyabr 2021-ci il tarixdə Vüsalənin dayısı Ümidvar ona zəng edib, Vüsalənin videosunun yayılması barədə soruşanda, həmin gün özünə məxsus Vaz-2107 markalı avtomaşınla gedib Ümidvarla kənddə görüşmüşdür. Ümidvar onu Vüsalənin əmisi Nəsibin yanına aparmış, Nəsib də Vüsalə ilə üzləşdirmək üçün birlikdə sonuncunun yaşadığı evin yanına getmişlər. Nəsib Vüsaləni çağırıb aydınlıq gətirməsini deyəndə, Vüsalə onun Vüsalənin instagram səhifəsinə əgər çılpaq videonu göndərməsə anasının və qardaşı arvadının şəkillərini mantaj edib yayacağını yazaraq qorxutduğunu demişdir. Həmin vaxt Vüsalənin özünü müdafiə etməsi aydın hiss olunmuş, buna görə Nəsib Vüsalədən bu cur mesajın gəlməsindən nə üçün onlara demədiyini, videonu göndərdiyini soruşmuşdur. Vüsalə də anasının, qardaşı arvadının şəkillərinin yayılmaması üçün öz videosunu göndərmişdir. Nəsib əsəbləşərək Vüsaləni evə göndərmiş, həmin vaxt Nəsib və Ümidvar ondan Vüsalə ilə arasındakı əlaqə barəsində soruşanda Vüsaləyə bu cür söz yazmadığını bildirmişdir. Həmçinin o, Nəsib və Umudvara Vüsalə ilə arxadan cinsi əlaqədə olması və həmin videoları Vüsalənin özünün ona göndərməsi və Vüsalənin yalan danışması barədə heç nə deməmişdir. Vüsalə ilə bir-birini sevdiklərini, buna görə instagram və Whatsapp vasitəsi ilə yazışdıqlarını, ancaq Vüsalə ilə görüşmədiklərini demişdir. Orada olan zaman Nəsibin əmisi oğlu Elşən ona zəng edib əvvəlcə Nəsib ilə danışmış, sonuncudan telefonu götürüb Elşənlə danışan zaman Elşənin Bakı şəhərində 8-ci km bazarında olduğuna görə Bakı şəhərinə gəlib orada görüşüb söhbət edəcəklərini razılaşmışlar. Həmin gün Bakı şəhəri 8ci km bazarı deyilən yerdə Elşənin işlədiyi kafeyə getmiş, kafeyə daxil olduqda orada olan həmkəndlisi Sahib onun sol gözünə, burnuna və dodağına üç dəfə yumruq zərbəsi vuraraq qızın videosunu niyə paylaşdığını və qızdan niyə pul istədiyini demişdir. Sahibə bunların hamısının yalan olduğunu dedikdən sonra üzdən tanıdığı Tural, ardınca isə Elşən otağa daxil olub ondan kim tərəfindən vurulduğunu soruşmuş, sonunculara Sahib tərəfindən vurulması barədə heç nə deməmişdir. Elşənə Vüsaləni şantaj etmədiyini dedikdən sonra Elşən ona cavan olduqlarını, bir qələt elədiklərini, həmin videonu sildirmək üçün kimdə olmasını deməsini bildirmişdir. Elşənə bildiyinə görə kənddə həmin videonun olduğunu, lakin kimlərdə olduğunu bilmədiyini dedikdən sonra Elşən Vüsaləyə zəng edib bu barədə soruşmuş, Vüsalə yenə də onun tərəfindən şantaj olunduğunu bildirmişdir. Elşən Tural və Sahibi çölə çıxarıb onunla söhbət edən zaman yenə də Elşənə Vüsaləni şantaj etmədiyini, sonuncu ilə sevgili olduğunu bildirmiş, sonra kafedən çıxıb getmişdir. Üzündə xəsarətlər olduğuna görə avtomobildə gecələmiş, 05 sentyabr 2021-ci il tarixdə avtomaşını Sumqayıt maşın bazarına aparıb satmaq istəsə də sata bilmədiyi üçün yaşadığı kəndə qayıtmışdır. Vüsaləyə qarşı heç bir təsir və ya təziq göstərməmiş, sonuncunun öz razılığı ilə arxadan qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Vüsalədən ona çılpaq şəkil və videosunu göndərməsini tələb etməmiş, sonuncu öz razılı ilə onu etirasa gətirmək üçün özünün çılpaq video və şəkillərini göndərmişdir. Vüsalədən həmin şəkil və videoları paylaşacağı ilə hədələməmiş və bu məqsədlə pul tələb etməmişdir. Məhkməmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 aprel 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ona xəbər göndərərək onu sevdiyini və ondan xəbər gözlədiyini demiş, bir neçə gün sonra o da Rəmilə sonuncunu sevdiyi barədə xəbər göndərmişdir. Rəmil Rusiya Federasiyasına işləməyə getməmişdən əvvəl sonuncu ilə danışmağa başlamış, 2019-cu ildə hələ Rəmil Rusiya Federasiyasına işləməyə getməmişdən əvvəl ondan şəkillər atmasını istəmişdir. Rəmilin ondan normal şəkillər istədiyini düşünərək atacağını demiş, Rəmil onunla əlaqə saxlayıb dostunun nişanlısının dostuna çılpaq halda olan şəkillərini göndərdiyini, onun da çılpaq şəkillər göndərməsini bildirmişdir. İlk əvvəl Rəmillə razılaşmasa da sonradan çılpaq halda olan şəkillərini Rəmilə atmışdır. 2019-cu ilin iyul ayının ortalarında Rəmil onunla əlaqə saxlayıb vanna otağından şəkil atmasını istəmiş, şəkillərini atmaq istəməsə də, Təqsirləndirilən şəxs onu hədələyək şəkilləri atmayacağı halda anasının, qardaşının yoldaşının və onun şəkillərini montaj edərək internet vasitəsi ilə paylaşacağını demişdir. Rəmilin hədəqorxularından sonra vanna otağında çimən zaman videoçəkiliş edib Rəmilə atmış, səhəri gün Rəmildən şəkil və videogörüntünü silib-silmədiyi haqda soruşduqda sonuncu ona cavab olaraq şəkil və videonu sildiyini bildirmişdir. Rəmilə şəkil və videolarını atdıqdan sonra sonuncu onu guya qısqanmağa başlamış və bunun üstündə aralarında mübahisə baş vermişdir. Mübahisədən sonra artıq Rəmil ilə danışmayaraq nömrəsini bloka atmış, 2019-cu ilin oktyabr ayında Rəmilin ayağının sındığını eşitmişdir. Buna görə hal-əhvalını soruşmaq məqsədi ilə Rəmilin nömrəsini blokdan çıxararaq mesaj yazmış, həmin vaxt yenidən Rəmildən şəkilləri və video görüntünü silib-silmədiyini soruşmuşdur. Rəmil ona sərt şəkildə şəkilləri və videogörüntünü sildiyini bildirmiş, bu hadisədən sonra onlar qarşılıqlı olaraq bir-birlərinin nömrələrini bloka atmışlar. 2019-cu ilin noyabr ayında evə gedən zaman Rəmil onun qarşısına çıxaraq barışmaq istədiyini demiş, Rəmillə barışmaq istəməsə də sonuncu israrla onunla barışmaq istədiyini deyib onu köhnə bir məktəb binasına çağırmışdır. Rəmillə getmək istəməsə də, daha sonra Rəmilə inanıb oraya getmiş, orada söhbət edən vaxt Rəmil onu öpmək istəmişdir. Sonra Rəmil daha da irəliyə gedərək onunla cinsi əlaqədə olmaq istədiyini demiş, onun cinsi əlaqədə olmaq istəmədiyini görüb qolunu kəsib kənddə güya qolunu Rəmil üçün kəsdiyi haqda məlumat yayacağı ilə hədələdikdən sonra tikilidə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədən sonra evə gəlmiş, bu barədə heç kimə deməmişdir. Hadisədən bir müddət sonra Rəmil onunla əlaqə saxlayıb onun könlünü almaq məqsədi ilə kənddə bir evə dəvət etmiş, Rəmillə razılaşmayaraq kənddə söz-söhbət yayılacağını demişdir. Bundan sonra Rəmil onunla Şəki şəhərində görüşməyi təklif etmiş, ona hədə-qorxu gəldiyi üçün razılaşaraq Şəki şəhərində görüşməyi qəbul etmişdir. Şəki şəhərində Rəmil onu evə aparmış, evə çatan kimi Rəmil soyunaraq onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Yenidən ona hədə-qorxu gəldiyi üçün məcbur qalıb Rəmillə cinsi əlaqədə olmuş, bu hadisədən bir müddət sonra Rəmil onunla əlaqə saxlayıb getdikləri evin sahibində onların videogörüntüləri olduğunu deyərək ondan pul tələb etmişdir. Ona hədəqorxu gəldiyi üçün mən məcbur olub Rəmilə pul vermiş, Rəmil ona əgər pulu yoxdursa evdə olan qızıl-zinət əşyalarını gətirməsini bildirmişdir. Rəmilin istədiklərini vermədiyi üçün şəkillərini paylaşmışdır. Həmçinin 2020-ci ilin yanvar ayında hazırlıqdan qayıdan zaman Rəmil hədə-qorxu gələrək onun 80 manat dəyərində telefonunu almış, daha sonra isə geri verməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 2018-ci ilin aprel ayında Şəki rayonu, Baş Zəyzid kənd tam orta məktəbin 8-ci sinifində oxuduğu müddətdə həmkəndlisi Təqsirləndirilən şəxs ona xəbər göndərərək sevdiyini bildirmiş, həmin vaxt Rəmilə «hə» cavabını vermişdir. Bundan sonra Rəmil ilə ünsiyyətləri yaranaraq bəzən kənddə bir-birləri ilə qabaqlaşan zaman söhbət etmiş, çox vaxt isə instagram sosial şəbəkəsi vasitəsi ilə yazışmışlar. Aralarında olan söhbət zamanı Rəmil onu sevdiyini, onunla nişanlanacağını deyərək ondan ötrü darıxmaması üçün fotoşəkilini göndərməsini xahiş etmiş, bir-birilərini sevdikləri üçün Rəmilə özünün normal qaydada olan şəkillərini göndərmişdir. Tanış olduqdan bir ay sonra 2018-ci ilin may ayında Rəmil işləmək üçün Rusiya Fedenrasiyasına getməmişdən qabaq ona ondan ötrü darıxacağını, nə vaxt desə özünün foto şəkilini və videosunu çəkib göndərməsini demişdir. Rəmilin onu həqiqətən sevdiyinə inanıb bu təkliflə razılaşmış, Rəmil Rusiyaya gedəndən sonra da onlar İnstagram səhifəsi vasitəsi ilə yazışmış, Rəmilə özünün normal şəkildə çəkdiyi fotoşəkillərini göndərmişdir. Bir dəfə Rəmil ona guya onun kiminləsə nişanlandığını və bu barədə Rəmilə demədiyini bildirmiş, Rəmilə, nişanlanmadığını desə də sonuncu ona inanmayaraq təxminən 2 həftə küsülü qalmışlar. 2018-ci ilin oktyabr ayında Rəmil Şəki rayonuna gəldikdən sonra Rəmillə məktəbdən çıxanda yolda görüşüb söhbət etmiş, 2019-cu ilin yanvar ayında artıq özünün mobil telefon nömrəsi olmuşdur. Telefon nömrəsi olandan sonra Rəmillə özünə açdığı Whatsap proqramı vasitəsi ilə yazışmışdır. 2019-cu ilin aprel ayında saat 14 radələrində məktəbdən çıxıb evinə gedən zaman Rəmil qarşısına çıxıb ona, onsuz dayana bilməyəcəyini, darıxacağını, istəyəndə fotoşəkil və ya video göndərməsini demiş, Rəmilin ondan normal qaydada şəkil istəyəcəyini fikirləşərək sonuncuya razılıq verərək evə getmişdir. Evdə olan zaman Rəmil ona Whatsapp proqramı vasitəsi ilə zəng edib nişanlısının dostuna gecə paltarında güzgünün qarşısında dayanmış vəziyyətdə fotoşəklini göndərdiyini, onun da elə fotoşəkil göndərməsini bildirmiş, Rəmilin bu təklifinə razı olmayaraq telefonu söndürüb interneti bağlamışdır. Gecə interneti açanda Rəmilin bir neçə dəfə zəng etdiyini və «telefonu aç» sözünü yazdığını görmüş, Rəmil ona zəng edəndə sonuncuya belə şey etmək olmaz desə də sonuncu ona onsuz da onu alacağını demişdir. Yenə də Rəmilə artıq bir ildir tanış olmaarına baxmayaraq valideyinlərinin onları nişanlamadıqlarını dedikdə sonuncu bu dəfə nənəsinin xəstə olduğunu, atasının Rusiyada olduğunu və hələ gəlmədiyini bildirməklə bəhanələr gətirmişdir. Rəmilə artıq inanmadığını deyəndə sonuncu ona qaşqıraraq nə yaman kişi həvəskarı olduğunu bildirdikdən sonra telefonu bağlamışdır. Səhəri gün Rəmil ona zəng edərək şəkilləri göndərmədiyini bildirdikdən Rəmilə «kişi həskarı» deyən oğlana şəkil göndərmədiyini demiş, həmin gün axşam Rəmil yenə də zəng edib üzr istəyərək onu çox sevdiyini, onu gecə paltarında görmək istədiyini deyib, gecə paltarında güzgünün qarşısında şəkil çəkib ona göndərməsini, əks halda onun Rəmilə qarşı sevgi və güvəninin olmadığını hesab edəcəyini bildirmişdir. Bundan sonra Rəmilin qəlbinə dəyməməsi və sonuncuya qarşı sevgisini təsdiq etmək üçün evdə gecə paltarında güzgünün qarşısında üç müxtəlif vəziyyətlərdə öz şəkillərini çəkib Rəmilə göndərmiş, 2019-cu ilin may ayında Rəmil işləmək üçün yenidən Rusiyaya getmişdir. Rusiyaya gedəndən sonra da Rəmil ilə Whatsapp proqramı vasitəsi ilə görüntülü zəng edib danışmış, danışıq zamanı Rəmil onu çox sevdiyini, onun üçün darıxdığını, yanında olmaq istədiyini demişdir. Söhbət zamanı Rəmil yenə də ona bədənini çılpaq vəziyyətdə göstərməsini dedikdə Rəmilin bu sözündən sonra küsüb telefonda mübahisə edib telefonu söndürmüş, sonuncunun mobil telefon nömrəsini kontaktından silmişdir. Təxminən 8-10 gündan sonra Rəmil başqa mobil telefon nömrəsi ilə Whatsapp proqramı vasitəsi ilə ona zəng edib üzr istədikdən sonra ondan ötrü çox darıxdığını, onsuz dayana bilmədiyini deyib barışmasını xahiş etmişdir. Bir müddət barışmayaraq Rəmil bir neçə dəfə ona zəng etsə də cavab verməmiş, təxminən bir aydan sonra yenə də zəng edərək, onsuz dayana bilmədiyini və onu bağışlamasını deyib, yenə də üzr istədiyi üçün bu dəfə Rəmillə barışmışdır. Təxminən bir həftə sonra, yəni 2019-cu ilin iyun əvvəllərində gecə saat 1 radələrində Rəmil yenə də Whatsapp proqramı vasitəsi ilə onun mobil telefonuna görüntülü zəng edib danışan zaman onu çox sevdiyini, onsuz çox darıxdığını, lakin xahişini yerinə yetirməyərək çılpaq bədənini göstərmədiyinə görə ona inanmadğını, ona güvənmədiyini, ona qarşı sevgisi olmadığını demiş, sonra yenə də ona onsuz da onu alacağını və ailə quracaqlarını deyərək bir daha intim şəkillərini göndərməsini xahiş etmişdir. Rəmilin həqiqətən də onu sevməsini inandığına görə sonuncunun xətrinə dəyməməsi üçün görüntülü zəng edib danışan zaman telefonda qabaq cinsiyyət orqanını, arxasını, sinəsini və digər nahiyələrini Rəmilə göstərmişdir. Həmçinin Rəmilin xahişi ilə, özünün cinsiyyət orqanını sığallayaraq Rəmili ehtirasa gətirmiş, Rəmil ona «mənə güvənmirsən deyəndən sonra bədənini göstərdin, deməli mənə inanmırsan» deyərək ondan küsüb telefonu bağlamışdır. Təxminən 20-25 gün küsülü qaldıqdan sonra Rəmil ona zəng edib, yenə də üzr istəyərək içkili olduğunu və birincini bağışlamasını xahiş etmişdir. Əvvəl Rəmillə barışmaq istəməsə də lakin əl çəkmədiyini görüb onu sevdiyini və onsuz yaşaya bilmədiyini bildirdiyi üçün yenə də Rəmilə inanıb sonuncunu bağışlamış və bundan sonra yenə də Whatsapp vasitəsi ilə danışmağa davam etmişlər. 2019-cü ilin iyul ayının ortalarında saat 03 radələrində Rəmil yenə də zəng edib danışan zaman, onu sevdiyini və onu yanında təsəvvür etmək istədiyini, onsuz çox darıxdığını bildirib, vanna otağında çimən vaxtı videoçəkiliş aparıb ona göndərməsini xahiş etmiş, Rəmilin bu sözündən yenə də əsəbiləşərək etirazını bildirmişdir. Rəmil isə əl çəkməyib, yenə də onu sevdiyini və bir-birilərinə öyrəşməli olduqlarını demişdir. Rəmilə gecə vaxtı vanna otağına girə bilməyəcəyini dedikdə sonuncu ona bir neçə video çəkib göndərməsini demişdir. Səhəri gün, yəni 2019-cu ilin iyul ayının sonlarında saat 07 radələrində Rəmil yenə də Whatsapp vasitəsi ilə ona görüntülü zəng edib dediyi videonu göndərməsini bildirmiş, Rəmilə etirazını bildirəndə, bu dəfə Rəmil ona əgər dediklərini etməsə, anasının, qardaşının arvadının və onun özünün şəkillərini mantaj edib internetdə paylaşmaqla onu və ailə üzvlərini rüsvay edəcəyini, daha sonra bu söhbəti kiməsə desə, fevral ayında kəndə gəlib, onu qaçırdıb, sonra da qaytarıb gətirib qapılarına atacağını, onu biabır edəcəyini deyərək hədələdikdən sonra evdə olan vanna otağında soyunan və çimən zaman tam çılpaq vəziyyətdə bədənini çəkib həmin videoları Whatsapp vasitəsi ilə Rəmilə göndərmişdir. Rəmilə baxdıqdan sonra həmin videoları silməsini bildirmiş, sonuncu da and içərək həmin videoları siləcəyinə onu inandırmışdır. Səhəri gün danışan zaman Rəmildən videonu silib-silmədiyini soruşmuş, Rəmil də nə göndərmişdirsə hamısını sildiyini demişdir. Rəmilə vanna otağında çəkdiyi çılpaq şəkildə videonu göndərəndən sonra sonuncu guya onu qısqanmağa başlayaraq buna görə aralarında teztez mübahisələr baş verməklə bir-birilərndən küsmüşlər. Həmin ilin sentyabr ayına kimi Rəmillə küsülü qalmış, 2019-cu ilin oktyabr ayının ortalarında Rəmilin ayağının sındığını eşitdikdən sonra sonuncunun nömrəsini blokdan açıb yazaraq şəkilləri və videonu silibsilməməsini soruşmuşdur. Rəmil zəng edib sərt şəkildə və söyüşlə hər şeyi sildiyini demiş, bundan sonra Rəmil onun nömrəsini bloka atdığı üçün o da Rəmilin nömrəsini bloka atmışdır. 2019-cu ilin oktyabr ayının sonlarında Rəmil Rusiyadan qayıdıb gəldikdən sonra sonuncunun Rusiyada qızlarla yaxın münasibətdə olmasını, instagram saytında canlı yayım açmasına görə, həm də ona qarşı kobud rəftar edib söydüyünə görə Rəmillə barışmaq istəməmişdir. 05 noyabr 2019-cu il tarixdə saat 14 radələrində məktəbdən çıxıb evə gələndə Rəmil qarşına çıxıb onunla barışmaq istədiyini bildirmiş, Rəmilə nə istəmişdirsə etdiyini, sonuncunun isə gedib Rusiyada qızlarla instagram səhifəsində canlı yayım açdığını, instagram səhifəsində gördüyünü demişdir. Rəmil ona, həmin vaxt içkili olduğunu, bilmədən etdiyini bildirib, onu bağışlamasını xahiş etmiş, yenə də Rəmilə inanmaq istəməmişdir. Rəmil yaxınlıqda onları görə bilən olması səbəbindən onu yaxınlıqda yerləşən köhnə məktəb tikilisinə dəvət edərək orada söhbət edib hər şeyi ona danışacağını dedikdən sonra Rəmilin ona qarşı pis hərəkət edəcəyinə inanmadığı üçün razılaşıb Rəmillə birlikdə yolun kənarında yerləşən köhnə məktəb tikilisinə getmişdir. Həmin tikilidə şüşələr sınmış vəziyyətdə olmuş, qarşısına taxta vurulmaqla qapının birinə taxta söykənilmiş vəziyyətdə olmuşdur. Onlar həmin tikiliyə daxil olduqdan sonra divara söykənib dayanmış, Rəmil əvvəlcə onu sevdiyini, vailideyinlərini elçi göndərmək istədiyini deyəndə sonuncuya hələ 16 yaşı bitmədiyini demişdir. Sonra Rəmil ona yaxınlaşıb üzündən öpmək istəyərkən başını kənara çəkmiş, Rəmil onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. Buna qəti etirazını bildirdikdə Rəmil yerdən şüşə qırığı götürüb ona göstərərək sonuncu ilə arxadan cinsi əlaqədə olmaq istədiyini, əks halda qollarını kəsib, sonra da mağazanın yanında olan kişiləri çağırıb onun özü-özünün qolunu kəsdiyini deyəcəyi ilə hədələmişdir. Qorxaraq aşağı çöməlib ağlayanda, Rəmil ona ağlamağa ehtiyac olmadığını, onunsuz da çılpaq şəkilləri və videolarının qaldığını, heç nəyi silmədiyini bildirmişdir. Sonra Rəmil yaxınlaşıb onun qolundan tutub qaldıraraq üzünü divara dirəyib əynindəki gödəkçəni çıxarmaq istəmiş, ağlayıb dartınanda onu özünə tərəf çevirib gödəkçəni çıxarmaq istəyəndə yaxasından tutub saxlamağa çalışmışdır. Lakin Rəmil fiziki qüvvə ilə qollarını açıb, gödəkçənin zəncirbəndini açaraq zorla əynindəki gödəkçəni çıxartdıqdan sonra üzünü divara tərəf çevirib hər iki əllərini üst-üstə qoyub özünün barmaqlarını onun barmaqlarının arasına keçirib divara dirəyib həmin vəziyyətdə saxlayaraq digər əli ilə saçından tutub dartıb başını aşağı doğru əyməklə onu özünə münasib vəziyyətə gətirmişdir. Sonra Rəmil digər əli ilə əynində olan yubkasını, kalqotqasını və trusikini dizə qədər aşağı saldırdıqdan sonra cinsiyyət orqanını çıxarıb tüpürcəklə isladıb onun arxasına soxmağa çalışdıqda ağrıdan arxasını qabağa doğru çəkmişdir. Rəmil ona kobud şəkildə «məcbur eləmə dediyimi edim» dedikdən sonra qorxaraq sakit dayanmışdır. Rəmil əli ilə onun qarnından tutub özünə tərəf çəkib cinsiyyət orqanını onun arxasına soxmuş, bir neçə dəfə cinsiyyət orqanını dala-qabağa etdikdə ağrıdan qışqırıb Rəmilin gipsdə olan ayağına vurmuşdur. Qışqırdığı üçün Rəmil cinsiyyət orqanını çıxarıb kənara çəkilərək pəncərədən çölə baxdıqda heç kimin olmadığını biləndən sonra yenidən onun yanına qayıdaraq saçından tutub qaldırmaqla yenə əvvəlki vəziyyətdə onu üzü divara dirəyib saxlamaqla tüpürcəklə cinsiyyət orqanını isladıb onun arxasına soxanda yenə ağrıdan qışqırıb ağlayıb qaçmaq istəsə də alınmamışdır. Rəmil bir az çəkilib yenə də cinsiyyət orqanını arxasına soxub bir əli ilə səsini çıxartmaması üçün onun ağzını tutmuş, həmin vaxt ağrıdan və qorxudan menustrasiya baş verdiyi üçün cinsiyyət orqanından qan gəldiyini görüb Rəmil ondan əl çəkmişdir. Rəmil əynində olan qara rəngli sviterini çıxarıb özünün cinsiyyət orqanını silib oraya atmış, şalvarını bağlayıb onu həmin vəziyyətdə qoyub qaçıb getmişdir. Təxminən bir saat yarım orada qalıb ağladıqdan sonra evə gəlmiş, bu barədə heç kimə bildirməmişdir. Bir müddətdən sonra Rəmil onun mobil telefonuna zəng edib kənddə kirayə ev olduğunu və həmin evə gedərək orada bununla bağlı söhbət etmələrini və orada üzr istəyib könlünü alacağını bildirmiş, Rəmilə qəti etirazını bildirmişdir. Rəmil yenə də ona, «sən artıq mənimsən, mənimlə olmalısan, əks halda özün bilirsən nə edəcəm» deyəndə söhbətdən yayınmaq üçün bəhanə gətirib Rəmilə, kənddə görüb hərə bir söz deyəcəyini demiş, Rəmil isə ona şəhərə gedib Xan sarayının həyətində söhbət etmələrini təklif etmişdir. Yenə də Rəmilin hədəqorxularından sonra Xan sarayının həyətində görüşməyə razılıq vermiş, 03 dekabr 2019cü il tarixdə saat 11 radələrində məktəbdən icazə alıb çıxdıqdan sonra Rəmil qonşu Vasifin idarə etdiyi ağ rəngli Vaz-2107 markalı avtomaşını ilə gəlib yolda onu götürmüşlər. Rəmil qabaq sərnişin oturacağında, o da arxada oturmuş, Rəmil ona heç kim görməməsi üçün əyilməsini bildirmişdir. Heç kimin görməməsi üçün arxa oturacaqda uzanmış, Rəmilin deməsinə görə Vasif avtomaşını Xan sarayının yaxınlığında saxladıqdan sonra onları düşürüb getmişdir. Bundan sonra Rəmil başqa bir taksi avtomaşını saxladıb onu həmin taksi avtomsaşınına oturdaraq tanımadığı bir evə aparmış, otağa daxil olan kimi, əynindəki şalvarını çıxararaq altda olan idman şalvarı qalmışdır. Sonra Rəmil özünün mobil telefonunu ütü stolunun üstünə dikinə qoymuş, Rəmildən video çəkmək istədiyini soruşduqda sonuncu ona narahat olmamasını teleonda videonu qoşmadığını demişdir. Rəmil ona yaxınlaşıb üzr istəyərək onu çox incitdiyini, buna görə bağışlamasını, həmiçnin onu çox istədiyini, onsuz da onu alıb özünə arvad edəcəyini demişdir. Bir qədər söhbət etdikdən sonra Rəmil çarpayıda onun yanında oturmuş, yaxınlaşıb onu soyundurmaq istəyəndə buna imkan verməmişdir. Rəmil şirin dillə istəyinə nail ola bilməyəcəyini görüb ona videoları, şəkilləri və sonra ailəsini düşünməsini deyib onu hədələmiş, həmçinin dediyini eləməsə göndərdiyi çılpaq şəkilləri və videonu atasına göndərəcəyini və atasına zəng edib qızının orada olduğunu deyəcəyini bildirmişdir. Rəmilin hədələrindən sonra qorxub sakit dayanmış, Rəmil onun əynində olan paltarlarını soyunduraraq alt paltarları qalmışdır. Sonra çarpayıya uzadıb onu qolunun üstünə uzadıb, şəkil çəkdirmək istədiyini bildirmiş, şəkil çəkdirmək istəyəndə ona gülümsəməsini, əks halda ailəsini fikirləşməsini demişdir. Həmin vaxt məcbur gülümsəmiş, Rəmil də onunla birlikdə həmin vəziyyətdə selfi şəkil çəkmişdir. Sonra Rəmil yenidən telefonunu ütü stolunun üstünə dikinə qoymuş, yenə Rəmilə video-çəkiliş etməməsini dedikdə sonuncu da ona videoçəkiliş aparmadığını bildirmişdir. Sonra Rəmil onu çarpayıya uzadıb alt paltarlarını çıxarmış, özü də üstünə uzanıb boğazını öpüb döşlərini əlləri ilə sıxmışdır.Qorxduğu üçün sakit dayanmağa məcbur olmuş, Rəmil onu çarpayının üstündə uzu aşağı uzadıb qarnından tutub özünə tərəf çəkərək dizlərini yığıb arxasını yuxarı qaldırıb, əllərini çarpayının üstünə qoyduqdan sonra cinsiyyət orqanını çıxarıb tüprcəyi ilə isladıb arxasına soxmağa başlayanda yenə də ağrıdan qışqırıb ağlamışdır. Rəmil əli ilə onun ağzını tutub, bir neçə dəfə cinsiyyət orqanını onun arxasına soxub çıxardıqdan sonra içəri isti maye daxil olduğunu hiss etmişdir. Rəmil boşalandan sonra ayağa qalxmış, həmin Rəmilin mobil telefonunu ütü stolunun üstünə qoyub videonu qoşub onunla arxadan cinsi əlaqədə olmasını çəkdiyini görmüşdür. Rəmil telefonu götürüb çölə çıxanda həmin videonu silməsini bildirmiş, Rəmil isə ona videoçəkiliş aparmadığını demişdir. Rəmildən baxmaq üçün mobil telefonunu istəyəndə, sonuncu telefonu verməmiş, bu zaman Rəmil mobil telefonu ona vermədiyi üçün onunla arxadan cinsi əlaqədə olmasını telefonuna çəkdiyini bilmişdir. Rəmil siqaret çəkmək üçün çölə çıxdıqdan sonra təxminən 1-2 dəqiqə uzanmış vəziyyətdə qalmış, sonra əynini geyinmək istəyəndə Rəmil içəri daxil olub ona geyinməməsini, şəkil çəkdirəcəklərini demişdir. Artıq qorxduğu üçün Rəmilin dediklərini etməyə məcbur olmuş, sinəsinə qədər yorğan üzü ilə örtmüş vəziyyətdə Rəmil şəkillərini çəkdikdən sonra əynini geyinmişdir. Bundan sonra güzgünün qarşısında Rəmil onunla birlikdə şəkil çəkmiş, sonra birlikdə evdən çıxmışlar. Rəmil taksi saxladıb onu Xan sarayının yanına aparmış, sonra zəng edib çağırdığı üçün Vasif gəlib onları kəndə aparmışdır. Təxminən 3-4 gün sonra Rəmil onun mobil telefonunun Whatsapına pornoqrafik xarakterli videolar və şəkillər göndərdikdən sonra zəng edərək doyunca həmin şəkillərə baxmasını demişdir. O, isə həmin şəkil və videolara baxmayıb silmiş, bundan sonra Rəmil onunla kobud danışmağa başlamışdır. Rəmil onunla münasibəti pozmaq üçün müxtəlif bəhanələr gətirərək guya onun Rəmilin bacısı ilə görüşməyərək hörmətsizlik etdiyini, Rəmilin ailəsini istəmədiyini, başqa oğlanlarla görüşüb danışdığını bildirmiş, Rəmilə, bunların hamısının yalan olduğunu desə də Rəmil ona inanmayıb onunla kobud danışıb münasibəti pozmuşdur. 2019-cu ilin dekabr ayının sonlarında Rəmil onun İnstagram səhifəsində yazaraq getdikləri evin sahibində onların intim şəkilləri olduğunu, həmin şəkillərin silinməsi üçün pul verməsini, həmin şəxsə bu vaxta qədər pul verdiyini və artıq çatdıra bilmədiyini, buna görə də Rəmilə pul verməli olduğunu bildirmişdir. Rəmil ona gətirib 5000 manat pul verməsini, qalanını isə özünün fikirləşəcəyini demiş, Rəmilə o qədər pulu haradan tapacağını deyəndə, sonuncu ona, evdən pul-qızıl əşyaları oğurlayıb gətirməsini demişdir. Etirazını bildirib Rəmilə evdən oğurluq edə bilməyəcəyini və ona heç nə verə bilməyəcəyini demiş, Rəmil də ona qulağında sırğalarını çıxarıb verməsini, aparıb satacağını, evdə də həmin sırğaları itirdiyini deməsini bildirmişdir. Yenə razı olmayıb Rəmilə heç nə verməmiş, sonuncunun mobil telefon nömrəsini bloka salmışdır. Bundan bir müddət sonra 20 yanvar 2020-ci il tarixdə saat 14 radələrində məktəbdən çıxıb evə gələndə Rəmil qarşısına çıxıb ona evinə polis gəlsə qorxmamasını demiş, Rəmildən polisin nə üçün evinə gələcəyini soruşanda, sonuncu ona pul vermədiyinə görə evinə polis gələcəyini bildirmişdir. Yenə də Rəmilə pul verməyəcəyini demiş, bu vaxt Rəmil onun əynindəki şalvarın cibində olan ona məxsus işlək vəziyyətdə olan «Samsung S-2» markalı mobil telefonunu götürüb pul-qızıl vermədiyini, heç olmasa satmaq üçün telefonu verməsini demiş, telefonu Rəmilin əlindən almaq istəyəndə, sonuncu onu itələyib çıxıb getmişdir. Evdə anasına yalandan guya telefonun ayaqyoluna düşdüyünü demiş, sonra qardaşı Nurlan özü istifadə etdiyi Samsung markalı mobil telefonu ona vermişdir. Bundan sonra onun Rəmillə heç bir əlaqəsi olmamış, 2021-ci ilin sentyabr ayının ortalarında anası kənddə onun çılpaq şəkil və videoları yayıldığını eşidib telefonu əlindən alıb divara vurub qıraraq yarasız vəziyyətə salmışdır. Sonra anası ondan həmin şəkil və videoları kimə göndərdiyini soruşanda, anasına həmin şəkil və videoları ancaq Rəmilə göndərdiyini bildirmişdir. Həmçinin anası ondan, Rəmillə cinsi yaxınlığı olub-olmadığını soruşanda, o, anasına etiraf edib Rəmilin ona hədə qorxu gələrək iki dəfə arxadan cinsi əlaqədə olduğunu bildirmişdir. Əvvəl Rəmilin onun çılpaq videosunu kiməsə göndərdiyini eşitsə də inanmamış, anası bu barədə biləndən sonra Rəmilə pul vermədiyi üçün sonuncu, həmin videonu həqiqətəndə kənddə yaydığı artıq ona məlum olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında işdən kəndə gələndə bacısı qızı Vüsalənin əmisi Nəsib ona zəng edərək, Rəmilin Vüsalənin çılpaq videosunu yaydığını bildirdikdən sonra Rəmilə zəng vurub sonuncu ilə görüşmək istədiyini demiş, Zəyzid yolunun aşağısında Rəmil ilə görüşərək məsələnin nə olduğunu soruşmuşdur. Rəmil ona and içərək hamısının yalan olduğunu, Vüsalənin videosunu yaymadığını demişdir. Rəmilə belə şeylərin düzgün olmadığını, adamın gərək vicdanlı olmasını demiş, Rəmil yenə bunu inkar etmişdir. Daha sonra bacısına zəng edib Vüsaləni də götürərək yola çıxmasını söylədikdən sonra Rəmil ilə birlikdə bacısının evinin yanına gəlmişlər. Vüsalə avtomaşına oturduqdan sonra sonuncudan videonu kimə göndərməsini soruşmuş, Vüsalə videonu Rəmilin telefonuna göndərdiyini bildirərək Rəmilin Vüsaləni əgər çılpaq videonu göndərməyəcəyi təqdirdə anasının və qardaşının arvadının şəkillərini montaj edib instagramda paylaşacağı ilə hədələdiyini demişdir. Vüsaləni evə göndərdikdən sonra Rəmildən yenə bu barədə soruşduqda sonuncu and içib videonu özünün paylaşmadığını, başqasının etdiyini söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, əvvəldən Təqsirləndirilən şəxs qızı Vüsaləni istədiyini bilmiş, lakin qızı ona oxuyacağını bildirmişdir. 03 sentyabr 2021-ci il tarixdə qaynı Nəsib və qardaşı Ümidvar onların evinə gəlib Vüsaləni kiminsə istəyib istəmədiyini soruşmuş, sonunculara Vüsalənin heç kəsi sevmədiyini bildirdikdən sonra Vüsalənin çılpaq videosunun yayıldığını demişlər. Bundan sonra həyəcanlı vəziyyətdə Vüsalənin yanına gələrək mobil telefonunu qırmış, daha sonra qızından yayılmış video ilə bağlı məlumat verməsini istəmişdir. Vüsalə ağlayaraq ona Rəmilin hədə-qorxu gələrək çılpaq videolarının göndərməsini tələb etmiş, Vüsalə də Rəmildən qorxduğu üçün çılpaq halda olan video və şəkillərini Rəmilə göndərmişdir. Daha sonra Rəmil həmin video və şəkilləri yayacağı ilə hədələyərək qızından 5000 manat pul və qızıl-zinyət əşyaları tələb etmiş, həmçinin Rəmil qızı Vüsalə ilə köhnə məktəb binasında və Şəki şəhərində kirayə tutduğu evdə hədə-qorxu gələrək arxadan cinsi əlaqədə olduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin təxminən sentyabr ayında işlədiyi avtoyuma sexində olarkən tanımadığı nömrədən “Whatsapp” proqramı vasitəsilə onun mobil telefonuna Vüsalənin çılpaq şəkildə çimərkən olan videosu göndərilmiş, həmin videonun Vüsaləyə aid olmasını gördükdən sonra həmin videonu silmişdir. Daha sonra Vüsalənin qardaşına da belə bir videonu gördüyünü bildirmiş, kənddə gedən söhbətlərdən Vüsalənin videosunu Rəmilin yaydığını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən avqust ayında X1 aid olduğu iddia edilən çılpaq şəkildə olan videonu göndərmiş, o da bu barədə Vüsalənin qohumu Elşənə məlumat vermişdir. Sonradan həmin videonu mobil telefonundan silmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Vüsaləni həmkəndlisi kimi tanımış, 2020-ci ilin sentyabr ayında Vüsalə ilə birlikdə Şəki şəhərinə Xan Sarayına getmiş, həmin vaxt Vüsalənin yanında Gülcan adlı tanışı, onun yanında isə Xəyal adlı tanışı olmuşdur. Bundan başqa Vüsalə ilə heç bir əlaqəsi olmamışdır. 2021-ci ilin iyun ayında kəndlərindəki körpünün yanında Rəmil ilə söhbət edən zaman Rəmil ona Vüsaləyə aid çılpaq vəziyyətdəki şəkillərini və videolarını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 3 il əvvəl Rəmil ilə 1-2 ay müddətində ünsiyyətləri olmuş, daha sonra aralarında olan anlaşılmazlığa görə münasibətləri kəsilmişdir. Bakı şəhərində olarkən polis əməkdaşlarının onu axtardıqlarını öyrənib polis şöbəsinə getmiş, kənd camaatından eşitdiyi üçün Vüsalənin məlum videosunun Rəmilin yaya biləcəyini demişdir. Lakin videonu Rəmilin yayması barədə dəqiq məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 İsrayıl oğlu ifadəsində göstərmişdir ki, tarixini dəqiq xatırlamadığı bir vaxtda Rəmil Elşən ilə birgə onun Bakı şəhərində işlədiyi kafeyə gəlib videogörüntü barədə söhbət etmiş, Rəmil ona videogörüntünün onun tərəfindən yayılmadığını demişdir, lakin sonradan videogörüntünün Rəmil tərəfindən yayıldığı məlum olmuşdur. Elşən ilə Rəmil arasında olan söhbətdən xəbəri olmamış, hadisə barəsində kafeyə gələn kənd sakinlərindən xəbər tutmuşdur. Videogörüntüyə bir çox adamın baxdığını bilsə də lakin özü yükləyib baxmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 İsrayıl oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhərindəki kababçı işlədiyi kafeyə gələn həmkəndliləri arasında gedən söhbətdən həmkəndlisi Vüsalənin çılpaq şəkildə videosunun yayıldığını eşidib Rəmildən bu barədə soruşduqda sonuncu bu işdən xəbəri olmadığını bildirmişdir. Bundan bir neçə gün sonra həmin videonu bir neçə şəxsdə görmüş, həmçinin bundan Vüsalənin qohumu olan və kafeni işlədən Elşənin özünün də məlumatı olduğuna görə onun vasitəsilə Rəmilə zəng edib kafeyə dəvət etmişdir. Saat 2330 radələrində Rəmil kafeyə gəldikdən sonra zəng edib Elşəni çağırmış, Elşən içəri daxil olub ona çölə çıxmasını bildirmişdir. Elşən Rəmillə kabinetdə bir müddət söhbət etdikdən sonra Rəmil çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Əliyəsər oğlu ifadəsində göstərmişdir ki, qohumu Vüsalənin videogörüntülərinin yayılması barədə söz-söhbətlər gəzməyə başladığı andan videogörüntülərin kim tərəfindən yayıldığı ilə maraqlandıqda videogörüntülərin Təqsirləndirilən şəxs tərəfindən yayıldığını öyrənmiş, əvvəl videogörüntünün yayıldığına inanmasa da, sonradan onun mobil telefonuna videogörüntünü göndərib bu hadisənin həqiqət olduğunu bildirmişlər. Yayılmış videogörüntü barəsində Rəmilin özü ilə söhbət etmiş, Rəmil ona videogörüntünün onun tərəfindən yayılmadığını bildirmişdir. Daha sonra Vüsalə ilə söhbət zamanı sonuncu videogörüntünü Rəmilə göndərdiyini demişdir. Videogörüntünü ona Səadəddin göndərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Rəmil ona Zərərçəkmiş şəxs intim xarakterli şəkil və videolarını göstərərək Vüsalə əgər pul verməsə şəkil və videoları kənddə yayacağını demiş, Rəmildən başqa heç kimdə həmin şəkil və videoları görməmişdir. Baş verən hadisələrdən sonra Rəmillə əlaqəsi pisləşmiş, Rəmil isə kənddə Vüsalənin şəkillərinin onun tərəfindən yaılması barədə söz yaymışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Vüsalə onun uzaq qohumu olmaqla təxminən 3 il qabaq Vüsalənin sinif yoldaşı Gülcanı sevmiş, 2020-ci ilin sentyabr ayında dostu Elçinlə birlikdə Şəki şəhəri Xan Sarayına getmişlər. Həmin vaxt Vüsalə ilə Gülcan da onların arxasınca Xan sarayına getmiş, Xan sarayını gəzib eyni qaydada geri qayıtmışlar. Təxminən bir ay sonra kənddə dostu Rəmilin idarə etdiyi Vaz-2107 markalı avtomaşında oturub söhbət edən zaman Rəmil ona, Vüsalə ilə görüşməyə getdiyini demişdir. Rəmildən harada görüşəcəklərini soruşduqda sonuncu ona Vüsalənin məşğələyə getmək bəhanəsi ilə evdən çıxdığını, Vüsalə ilə kənarda dayanıb söhbət edəcəklərini bildirmişdir. Həmin söhbət zamanı Rəmil ona özünün mobil telefonunda olan hansısa bir otaqda Vüsalə ilə birlikdə çarpayıya uzanmış vəziyyətdə selfi şəkildə çəkdiyi şəkilləri göstərmişdir. Həmin şəkildə onların üzərində yorğan olduğu üçün ancaq sinələri və başları görünmüş, şəkillər isə Vüsalənin tək çılpaq vəziyyətdə vanna otağında çimən vaxt müxtəlif pozalardakı şəkillər olmuşdur. Rəmil ona həmin videonu və şəkilləri göstərib Vüsalədən pul alacağını demiş, təxminən 3 ay sonra Rəmil onun telefonunun Wahtsapp proqramına Vüsalənin çılpaq şəkildə hamamda çimən vəziyyətdə olan videosunu göndərmişdir. Rəmilə bu işin ayıb olduğunu və həmin videonu silməsini bildirmiş, həmçinin Rəmildən Vüsalədən pul ala bilib-bilməməsini maraqlandıqda sonuncu pul ala bilmədiyini bildirmişdir. 2021-ci ilin iyun ayında Baş Zəyzid kəndində yerləşən körpüdə Rəmillə görüşüb söhbət edən zaman sonuncu ona özünün mobil telefonunda olan Vüsalənin çılpaq şəkillərini və videolarını göstərmiş, yenə də Rəmilə irad tutaraq videonu və şəkilləri silməsini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında yaşadığı Baş Zəyzid kəndində həmkəndlisi Vüsalənin çılpaq videosunun yayılmasını eşitmiş, sonradan özü də həmin videonu kənddə olan şəxslərdə görmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizanın 17 yanvar 2022-ci il tarixli 31 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda da məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizanın 29 dekabr 2022-ci il tarixli 262 nömrəli rəyində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs yalan danışmaya və özündən uydurmağa meyillilik aşkar edilmir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqa zidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi emosional halda olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməsənədşünaslıq ekspertizanın xx.xx.2022-ci il tarixli 11/13 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş bir ədəd diskdə olan video görüntü pornaqrafik xarakterilidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizanın xx.xx.2022-ci il tarixli 9/133 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa, betta /İ/-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A betta (H) /İİ/-dir. Ekspertizaya təqdim edilmiş, hadisə yerindən götürülmüş uzunqol kofta üzərində sperma ləkələri aşkar edildi. Bu ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu sperma ləkələri A betta (H) /İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim edilmiş uzunqol kofta üzərində nəcis elementləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə məhkəmə tibbi ekspertizanın 07 aprel 2022-ci il tarixli 13/590 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinsi əlaqəyə girmə qabiliyyəti normaldır və cinsi həyatı aktivdir. Təqdim olunmuş tibbi sənədlərə və istintaq materiallarında qeyd olunanlara görə, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasının Kamçatka Vilayətinin Petropavlovski şəhərində 2 saylı şəhər xəstəxanasında travmatalogiya şöbəsində “sağ incik sümüyün yerdəyişən sınığı” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Qeyd edilən xəsarət bərk-küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti tibbi sənədlərdə qeyd edilən tarixə uyğundur, müxtəlif şəraitlərdə o cümlədən üzərinə hər hansı bərk küt əşyanın düşməsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsinə və həkim klinisistin müayinəsinə əsasən demək olar ki, xəstə xx.xx.2019-cu il tarixdə travma aldıqdan 15-20 gündən sonra hər hansı yardımçı vasitənin köməyi olmadan hərəkət etməsi və Təqsirləndirilən şəxs qeyd edilən xəsarətlə qərarda qeyd edilən şəraitdə, qeyri təbii yolla cinsi əlaqədə olması mümkündür. İş materiallarında olan Bakcell MMC-nin Şəki filialından daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 20 yanvar 2020-ci il tarixdə orta işlək vəziyyətdə “Samsung-S2” markalı mobil telefonun qiyməti təxminən 80 (səksən) manat olmuşdur. İş materiallarında olan X15 mağazasından daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 20 yanvar 2020-ci il tarixdə orta işlək vəziyyətdə “Samsung-S2” markalı mobil telefonun qiyməti təxminən 80 (səksən) manat olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəki rayon məhkəməsinin 06 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Zəyzid kəndindəki nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə zorla qeyri-təbii yolla cinsi əlaqədə olmaması, sonuncunu əxlaqsız hərəkətlər etməyə məcbur etməməsi, barəsində olan videoçəkilişi yaymaması, hədə-qorxu ilə pul tələb etməməsi və sonuncuya məxsus mobil telefonu əlindən almamasına dair ifadələrini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birinci dəfə qeyri-təbii yolla cinsi əlaqədə olarkən ayağında gips olduğunu göstərsə də məhkəmə-tibb ekspertizasının rəyi ilə də müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin vaxt sərbəst şəkildə hərəkət etməklə cinsi əlaqədə ola bilmə imkanına malik olmuşdur. Məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, həmin dövrdə 16 yaşının tamam olmamasına görə psixoloji inkişaf səviyyəsi nəzərə alınaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə fiziki zor tətbiq etmədən psixi zor tətbiq etməklə cinsi əlaqəyə girməyə məcbur etməsi tamamilə inandırıcıdır. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı bir-birini təkzib etməyən ardıcıl məntiqi ifadələr vermişdir ki, məhkəmə-psixoloji ekspertizasının rəyi ilə də onun uydurmağa meylli olmadığı müəyyən edilmişdir. Ona görə də məhkəmə Zərərçəkmiş şəxs ifadəsini işdə olan digər sübutlarla tamamlandığına görə daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, müdafiə tərəfinin iddia etdiyi kimi zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı sevgi mühsibətinin olması, bunu təsdiq edəcək sevgi məzmunlu məktublar, əşyalar göndərməsi təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən cinayət əməllərini törətməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, zərərçəkmiş şəxsin də ifadəsindən göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmişə hədə-qorxu gəlməsi ilə yanaşı onunla ailə qurub evlənəcəyini də bildirmiş, bütün bunların təsiri altında və yaşının az olması səbəbindən zərərçəkmiş onun bu vədlərinə inanaraq müxtəlif üsullarla, o cümlədən sevgi məzmunlu yazılarla qarşılıq vermişdir. Şəxslərin arasında sevgi münasibətlərinin olması sonradan şəxsin zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsinə, ona qarşı hədə-qorxu gəlinməsini istisna edən hal deyildir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün tövsif olunduğunu və ona həmin maddələrlə cəza təyin olunmasını tam qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin istintaq orqanı tərəfindən CM-in 150.2.3, 150.2.5, 171.1, 171-1.1, 180.2.2, 180.2.4 və 182.1-ci maddələrinə tövsifi ilə razılaşır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61.1.1-ci maddəsinə əsasən CM-in 171.1-ci maddəsinə münasibətdə əməli təkrar törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. İttiham aktında Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdırıcı hal kimi CM-in 171- 1.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsin çılpaq videosunu yaymaqla cinayəti alçaq niyyətlə törətməsi göstərilsə də məhkəmə həmin hissədə ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmır. Belə ki, alçaq niyyət dedikdə şəxslərin qanuni hərəkətlərinə görə qisas alma zəminində, başqa cinayətin ört-basdır edilməsi və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə cinayətkar hərəkətlərin edilməsini nəzərdə tutulduğundan məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin əməlində belə niyyət müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə CM-in 150.2.3, 150.2.5, 171-1.1, 180.2.2, 180.2.4 və 182.1-ci maddələri ilə cəza təyin edərkən həmin Məcəllənin 60-cı maddəsinin tətbiqini qanuni hesab edir. Belə ki, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə olunduğuna və cəzanı ağırlaşdıran hal olmadığına görə yuxarıda qeyd olunan maddələrlə ona təyin olunacaq cəzaların müddəti həmin maddələrdə nəzərdə tutulan daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 150.2.3, 150.2.5, 171.1, 171-1.1, 180.2.2, 180.2.4 və 182.1-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 05 may 2022-ci ildən hesablanmalı və CM-nin 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 273,94 AZN (iki yüz yetmiş üç manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak nəzərdə tutulmamışdır. İş üzrə maddi sübut olan - Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan bir ədəd kişi koftası dəyəri olmadığına görə məhv edilməli, 01 (bir) ədəd diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.3, 150.2.5, 171.1, 171-1.1, 180.2.2, 180.2.4 və 182.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 05 may 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 273,94 AZN (iki yüz yetmiş üç manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan bir ədəd kişi koftası dəyəri olmadığına görə məhv edilsin, 01 (bir) ədəd diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar