Məhkəmə qərarları › İş №1(091)-6/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-6/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-6/2024 06.03.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.2 və 240.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,098 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib saxlamış, həmin 01 (bir) ədəd bükümdə olan təmiz çəkisi 0,098 qram narkotik vasitə heroini 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində əvvəllər tanıdığı Şahid4 30 manat pulun müqabilində qəsdən satmış, Şahid4 qeyd olunan 0,098 qram narkotik vasitə heroini 21 noyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Yevlax şəhəri, “Asfalt” küçəsi adlanan ərazidə aralarında əvvəlcədən olan razılığa əsasən 30 manat pulun müqabilində tanışı Şahid5 ilə Şahid6 satmış, göstərilən 0,098 qram narkotik vasitə heroin Şahid6 üzərində 21 noyabr 2022-ci il tarixdə saat 18:09-dan saat 18:30-dək olan müddətdə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüşdür. Bundan başqa, Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 5(039)-190/2022 nömrəli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 24 noyabr 2022-ci il tarixdə saat 14:01-dən saat 14:27-dək olan müddət ərzində axtarış aparılan zaman həmin evin yataq otağında olan tək nəfərlik çarpayının döşəyinin altından Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı üzərində “Preqabalin Krka 150mq” markalanma göstəricisi olan bir ədəd konvalyutda 05 ədəd üzərində “P150” yazısı olan ağ-narıncı rəngli kapsulda preqabalinin təsiredici maddəsinin miqdarı 0,15 qram olmaqla ümumilikdə 0,75 qram miqdarında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin həbləri aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,806 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib üzərində saxlamış, 07 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri, M.Maqomayev küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərində həmin tarixdə saat 11:05-dən 11:17-ə qədər olan müddətdə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən qəsdən təkrarən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı təmiz çəkisi 0,806 qram narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 240.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 050 ***-**-** mobil telefon nömrəsindən istifadə etmiş, istifadəsində başqa mobil telefon nömrəsi olmamışdır. 24 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən ona məxsus olan fərdi yaşayış evinə baxış keçirilən zaman oradan 05 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar olunsa da 07 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 0,806 qram narkotik vasitə heroin olmamış, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən bilavasitə üzərində şəxsi axtarış aparılmamışdan və videoçəkilişdən istifadə edilməmişdən əvvəl onun üzərinə yerləşdirilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları rezin dəyənəklə onu döydükləri üçün məcbur olub narkotik vasitə heroinin özünə məxsus olması barədə yalan ifadə vermişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman polis əməkdaşları tərəfindən döyülməsini demiş, məhkəmə-tibb ekspertizasından keçirilən zaman baş nahiyəsində xəsarətlər aşkar olunmuş və həmin xəsarətlərin polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yarandığını demişdir. Habelə 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunması nəticəsində baş nahiyəsində xəsarətlər aşkar olunmuş, lakin həmin xəsarətlərin hansı şəraitdə yarandığını bildirməmiş, onu müayinə edən həkimin qeyd olunan xəsarətləri qeydə alıb-almadığını bilməmiş və orada olarkən özünə xəsarət yetirməmişdir. Polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı hər hansı dövlət orqanına (qurumuna) məlumat verməmiş və bu barədə ancaq barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman bildirmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, Şahid4 hər hansı narkotik vasitə satmamış və polis əməkdaşları ondan Şahid4 narkotik vasitə satmadığını, sonuncu ilə narkotik vasitələri dəyişdirməsini deməsini tələb etdikləri üçün həmin məzmunda ifadə vermiş və sonradan barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman Şahid4la narkotik vasitələri dəyişdirməsini bildirmişdir. Kamil adlı şəxsi tanımamışdır və şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşları ondan Kamil adlı şəxsin adını deməsini tələb etdikləri üçün məcbur olub sonuncunun adını qeyd etmişdir. 055 ***-**-** mobil telefon nömrəsi dostuna məxsus olmuş və sonuncudan heç nə almamışdır. O, dostunun yaşadığı evdə fəhlə kimi işlədiyi üçün dostunun ona yazdığı mesajlarda da dostunun ondan çərpicin altından götürməsini bildirdiyi əşya məhz həmin evin açarı olmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 09 dekabr 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, təxminən bir-iki əvvəl Yevlax şəhərində 7 nömrəli tam orta məktəbin yaxınlığında Yevlax şəhər sakini Kamil adlı şəxsdən 50 (əlli) manat pulun müqabilində iki büküm narkotik vasitə heroin almış və həmin heroinləri özü istifadə etmək üçün gizlədib saxlamışdır. 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində olarkən əvvəlcədən tanıdığı Şahid4 ilə qarşılaşmış və bu zaman sonuncunun təklifi ilə narkotik vasitələri gizlətdiyi yerdən 01 büküm narkotik vasitə heroini götürüb Şahid4 vermişdir. 07 dekabr 2022-ci il tarixdə Yevlax şəhəri, M.Maqomayev küçəsində olan zaman əvvəllər Kamil adlı şəxsdən aldığı narkotik vasitə heroinin qalan bir bükümü üzərində olmuş və həmin tarixdə saat 10:00 radələrində polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini qeyd edərək onu Yevlax RPŞ-yə aparmışlar. Daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, bu zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, qeyd olunan narkotik vasitəni Kamil adlı şəxsdən aldığını və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 06 fevral 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmamış, yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman aşkar edilmiş preqabalin həbləri ona məxsus olmuş və həmin həbləri özü istifadə etmək məqsədilə saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmişdir, lakin hazırda istifadə etmir. Təqsirləndirilən şəxsla dost olmuş, lakin sonuncudan narkotik vasitə almamışdır. Polis şöbəsində olarkən polis əməkdaşları onu döydüklərinə görə ayaqlarının damarları partlamış, polis əməkdaşları onu döydükləri, Təqsirləndirilən şəxs adını deməsini tələb etdikləri və üzərinə külli miqdarda narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdikləri üçün məcbur olub narkotik vasitəni sonuncudan aldığını demişdir. Şahid6 və Şahid5 polis şöbəsində olarkən tanımış və həmin şəxslər də Təqsirləndirilən şəxs adını deməsini tələb etmişlər, əks halda isə başqa adamların da ondan narkotik vasitə alması barədə yalan ifadə verərək onu cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdikləri üçün məcbur olub qeyd olunan məzmunda ifadə vermişdir. Polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmişdir. Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 21 noyabr 2022-ci il tarixdə yaşadığı küçədə olan zaman əvvəlcədən tanıdığı Şahid5la qarşılaşmış və sonuncu ona 30 (otuz) manat pul verərək narkotik vasitə heroin alıb verməsini ondan xahiş etmişdir. Bundan sonra o, həmin tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində olan zaman Təqsirləndirilən şəxs ilə qarşılaşmış, bu zaman onun narkotik vasitə satması ilə bağlı təklifinə əsasən Təqsirləndirilən şəxs həmin yeri tərk etmiş və bir müddət sonra görüşdükləri həmin yerə qayıdıb 01 (bir) ədəd bükümdə narkotik vasitə heroini ona vermiş, o isə bunun müqabilində Təqsirləndirilən şəxs iki onluq və iki beşlik əskinaslarla ümumilikdə 30 (otuz) manat məbləğində pul vermişdir. Bundan sonra o, Yevlax şəhərində yerləşən “Asfalt” adlanan küçədə əvvəlcədən tanıdığı Şahid5 ilə görüşmüş və Təqsirləndirilən şəxs ona satdığı narkotik vasitə heroini Şahid5 vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və ya digər cinayət xarakterli predmetləri saxlamasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu üçün Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarı əsasında həmin tarixdə polis əməkdaşlarının, habelə fərdi yaşayış evində yaşayan vətəndaşlar X5 və X6 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə həmin fərdi yaşayış evində axtarış aparılan zaman evin yataq otağında yerləşən təknəfərlik yatağın döşəyinin altından üzərində “Preqabalin Krka 150mq” markalanma göstəricisi olan bir ədəd konvalyutda 05 ədəd üzərində “P150” yazısı olan kapsulda həblər aşkar edilmiş, müvafiq qaydada götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadələrində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və ya digər cinayət xarakterli predmetləri saxlamasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu üçün Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarı əsasında həmin tarixdə polis əməkdaşlarının, habelə fərdi yaşayış evində yaşayan vətəndaşlar X5 və X6 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə həmin fərdi yaşayış evində axtarış aparılan zaman evin yataq otağında yerləşən təknəfərlik yatağın döşəyinin altından üzərində “Preqabalin Krka 150mq” markalanma göstəricisi olan bir ədəd konvalyutda 05 ədəd üzərində “P150” yazısı olan kapsulda həblər aşkar edilmiş, müvafiq qaydada götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Bundan başqa, 07 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroinin olması barədə Yevlax RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs Yevlax şəhəri, M.Maqomayev küçəsində saxlanılmış, bu zaman sonuncu müqavimət göstərməmiş, qaçmağa cəhd etməmiş, orada Təqsirləndirilən şəxs qaçmasına şərait olmamış və qeyd olunan vaxt onun bədən səthində hər hansı xəsarət olmamışdır. Bundan sonra onların təklifi ilə Təqsirləndirilən şəxs razılaşmış, polis şöbəsinə gətirilmiş, müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, qeyd olunan heroini təxminən bir ay qabaq Yevlax şəhərində əvvəlcədən tanıdığı Kamil adlı şəxsdən aldığını və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı 27 aprel 2023-cü il tarixdə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və ya digər cinayət xarakterli predmetləri saxlamasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu üçün Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarı əsasında həmin tarixdə polis əməkdaşlarının, habelə fərdi yaşayış evində yaşayan vətəndaşlar X5 və X6 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə həmin fərdi yaşayış evində axtarış aparılan zaman evin yataq otağında yerləşən təknəfərlik yatağın döşəyinin altından üzərində “Preqabalin Krka 150mq” markalanma göstəricisi olan bir ədəd konvalyutda 05 ədəd üzərində “P150” yazısı olan kapsulda həblər aşkar edilmiş, müvafiq qaydada götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Bundan başqa, 07 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroinin olması barədə Yevlax RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs Yevlax şəhəri, M.Maqomayev küçəsində saxlanılmış, bu zaman sonuncu müqavimət göstərməmiş, qaçmağa cəhd etməmiş, qeyd olunan vaxt və polis şöbəsinə gətirilən zaman sonuncunun bədən səthində hər hansı xəsarət olmamışdır. Bundan sonra onların təklifi ilə Təqsirləndirilən şəxs razılaşmış, polis şöbəsinə gətirilmiş, müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, qeyd olunan heroini təxminən bir ay qabaq Yevlax şəhərində əvvəlcədən tanıdığı Kamil adlı şəxsdən aldığını və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı 21 dekabr 2023-cü il tarixdə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman özünü qeyrisəmimi aparmış, qaçmağa, onların əlindən çıxmağa və özünə xəsarət yetirməyə çalışmış və bu zaman sonuncu divara yaxın olduğu və arxası divara tərəf olduğu üçün arxaya doğru hərəkət edərək baş nahiyəsini divara vurmuşdur. Lakin Təqsirləndirilən şəxs ciddi xəsarət almamışdır və qeyd olunan vaxt sonuncunun başının hansı hissəsini divara vurduğunu xatırlamır. Habelə həmin vaxt Təqsirləndirilən şəxs müqavimət göstərdiyi üçün bir müddət süpürləşmişlər və bundan sonra sonuncunu avtomobilə əyləşdirmişlər. Həmin vaxt o, hər hansı xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etmiş, Şahid6la bir-birilərini əvvəlcədən tanımışlar, Təqsirləndirilən şəxs isə tanımamışdır. 21 noyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Yevlax şəhəri, Dəmiryol binası küçəsində olarkən əvvəlcədən tanıdığı Şahid6 ona zəng edərək onun yanına gələcəyini bildirmiş, bir qədər sonra onun yanına gələrək narkotik vasitə olubolmamasını ondan soruşmuş, o isə narkotik vasitə olmadığını və narkotik vasitə almağa pulunun olmadığını demişdir. Bundan sonra Şahid6 ona 30 manat məbləğində pul verərək narkotik vasitə əldə edə biləcəyi halda birlikdə istifadə etmələrini təklif etmiş, o da sonuncunun bu təklifi ilə razılaşmış, 30 manat pulu götürmüş, həmin yerdə gözləməsini və narkotik vasitə tapacağı halda alıb gətirəcəyini ona demişdir. Şahid6 orada qalmış, o isə piyada şəkildə dəmiryol vağzalından təxminən 300 metr Kür çayının köhnə körpüsü istiqamətində getmiş, narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığı Şahid4 görmüş və 30 manat pulu sonuncuya verərək ona narkotik vasitə satmasını təklif etmişdir. Şahid4 da onun bu təklifi ilə razılaşmış, ondan 30 manat məbləğində pulu götürüb həmin yeri tərk etmiş, bir müddət sonra yenidən oraya qayıtmış və 01 büküm narkotik vasitə heroini ona vermişdir. Lakin həmin vaxt o, Şahid4 narkotik vasitə heroini haradan əldə etdiyini bilməmiş və sonuncu da narkotik vasitəni Təqsirləndirilən şəxs alacağını ona deməmişdir. Daha sonra o, Şahid6 dayandığı yerə gəlmiş, həmin heroini sonuncuya vermiş, lakin Şahid6 narkotik vasitəni kimdən aldığını deməmişdir. Şahid6 da qeyd olunan heroinin az hissəsini ona vermiş, qalan hissəsini özünə götürmüş və göstərilən yeri tərk etmişdir. Şahid6 ona verdiyi heroini istifadə etmiş, bundan sonra isə həmin tarixdə saat 19 radələrində Yevlax şəhəri, Pişəvəri küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış və orada olarkən baş vermiş hadisə barədə ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid5la bir-birilərini əvvəlcədən tanısalar da Təqsirləndirilən şəxs tanımamışdır. 21 noyabr 2022-ci il tarixdə saat 15 radələrində əvvəlcədən tanıdığı Yevlax şəhəri, Dəmiryol binası küçəsində yaşayan Şahid5la telefonla danışmış və yaşadıqları küçədə görüşən zaman o, istifadə etmək üçün narkotik vasitənin olub-olmamasını sonuncudan soruşmuş, Şahid5 isə narkotik vasitə olmadığını və narkotik vasitə almağa pulunun olmadığını demişdir. Bundan sonra o, Şahid5 30 manat pul verərək narkotik vasitə əldə edə biləcəyi halda birlikdə istifadə etmələrini təklif etmiş, sonuncu da onun bu təklifi ilə razılaşmış, 30 manat pulu götürmüş, həmin yerdə gözləməsini və narkotik vasitə tapacağı halda alıb gətirəcəyini ona demişdir. O, orada gözləmiş, Şahid5 isə həmin yeri tərk edib getmiş, lakin sonuncunun hara getdiyini bilməmişdir. Bundan bir qədər sonra Şahid5 oraya gəlmiş və bir ədəd sellofan bükümdə narkotik vasitə heroini ona vermişdir. Lakin həmin vaxt o, Şahid5 narkotik vasitə heroini haradan əldə etdiyini soruşmamış, bu barədə məlumatı olmamış və sonuncu da bu haqda ona bildirməmişdir. Daha sonra o, həmin heroinin bir hissəsini istifadə etmək üçün Şahid5 vermiş, qalan hissəsini özü istifadə etmək üçün cibinə qoymuş və bundan sonra isə Şahid5 göstərilən yeri tərk etmişdir. Həmin tarixdə saat 17 radələrində Yevlax şəhəri, Pişəvəri küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın sağ yan cibindən narkotik vasitə heroin aşkar olunmuşdur. O, bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini əldə etmək və əvvəlcədən tanıdığı Şahid5la birlikdə istifadə etmək üçün sonuncuya 30 manat məbləğində pul verdiyini, göstərilən heroini Şahid5 aldığını, heroinin bir hissəsini istifadə etmək məqsədilə sonuncuya verdiyini, qalan hissəsini isə özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, hər bir şəxs bədəninin istənilən yerinə xəsarət yetirə bilər. Şəxsin məhkəmə-tibb ekspertizasının rəyində göstərilən xəsarətləri özü-özünə yetirməsi istisna olunur. Şişkinlik bədəndə olduğu təqdirdə xəsarətin silindirik xüsusiyyətli küt alət ilə yerinə yetirilibyetirilməməsini müəyyən etmək mümkündür. Silindrik xüsusiyyətli küt alət dəyənək və ya boru ola bilər. Şişkinlik başın tüklü nahiyəsində olduğu halda iz qalmadığı üçün küt alətlə yerinə yetirilib-yetirilmədiyini müəyyən etmək mümkün olmur. Xəsarətin polis dəynəyi ilə də yetirilməsi istisna olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Şahid6 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əlindəki bir ədəd şəffaf rəngli sellofan bükülünün içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilib götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 22 noyabr 2022-ci il tarixli 17/852 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid6 üzərindən götürülmüş kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümün içərisindəki digər 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,098 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 23 noyabr 2022-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və yaşadığı mənzildə satış məqsədi ilə narkotik vasitələr saxlaması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş axtarış aparılması haqqında 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və fərdi yaşayış evində yaşayan vətəndaşlar X5 və X6 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində axtarış aparılmış və bu zaman həmin evin yataq otağında yerləşən təknəfərlik yatağın döşəyinin altından üzərində “Preqabalin Krka 150mq” markalanma göstəricisi olan bir ədəd konvalyutda 05 ədəd üzərində “P150” yazısı olan kapsulda həblər aşkar edilmiş, müvafiq qaydada götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 dekabr 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərində daşınması, gəzdirilməsi və satışı qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddələrin olması ehtimalı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində Yevlax şəhəri, M.Maqomayev küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilib götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 07 dekabr 2022-ci il tarixli 17/878 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,806 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 08 dekabr 2022-ci il tarixli 6/6927 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 85” dairəvi möhür əksi, “ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı həmin mənzilin yataq otağından aşkar edilərək götürülmüş” yazısı və imzalar olan paketdəki, üzərində “Прегабалин Крка 150 mq” markalanma göstəricisi olan konvalyutdakı 05 (beş) ədəd üzərlərində “P150” yazısı olan ağ-narıncı rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 05 (beş) ədəd kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,75 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr preqabalin olmaqla). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.1-ci maddəsi ilə başlanmış cinayət işi əməl həmin tarixdə CM-in 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 276 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 03 fevral 2023-cü il tarixli 17/141 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Şahid6 üzərindən aşkar edilmiş heroin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, CM-in 234.1 və 234.2-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə əməl həmin tarixdə CM-in 234.4.2 və 240.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 240.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 23 noyabr 2022-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 ilə Şahid6 birlikdə əldə etdikləri 0,098 qram narkotik vasitə heroinin pulunu Şahid6 verməsi, narkotik vasitəni Şahid5 Şahid4 Şahid6 ilə birlikdə istifadə etmək məqsədi ilə alıb gətirməsi, Şahid4 isə həmin 0,098 qram narkotik vasitə heroini 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində Təqsirləndirilən şəxs 30 manat pulun müqabilində alması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatlarının olması, sonuncunun üzərindən aşkar edilmiş 0,806 qram olan narkotik vasitə heroinin və yaşadığı evdən aşkar edilmiş “Preqabalin Krka 150mq” markalanma göstəricisi olan bir ədəd konvalyutda 05 ədəd üzərində “P150” yazısı olan ağ-narıncı rəngli kapsulda preqabalinin onun özünə məxsus olması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,806 qram olan narkotik vasitə heroini və yaşadığı evdən aşkar edilmiş “Preqabalin Krka 150mq” markalanma göstəricisi olan bir ədəd konvalyutda 05 ədəd üzərində “P150” yazısı olan ağ-narıncı rəngli kapsulda preqabalini satış məqsədilə saxlaması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,806 qram olan narkotik vasitə heroini, yaşadığı evdən aşkar edilmiş “Preqabalin Krka 150mq” markalanma göstəricisi olan bir ədəd konvalyutda 05 ədəd üzərində “P150” yazısı olan ağ-narıncı rəngli kapsulda preqabalini və Şahid4 satdığı 0,098 qram narkotik vasitə olan heroini haradan əldə etməsini müəyyən etməyin mümkün olmaması, Şahid4 Təqsirləndirilən şəxs aldığı 0,098 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi və Şahid5 satması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 02 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata götürülməsi haqqında 02 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Şahid4 barəsində CM-in 234.4.2ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 25 dekabr 2022-ci il tarixli PHŞ-8738/22 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Narkoloji Dispanserinin Yevlax Rayon Narkoloji Kabinetindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli 20115 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin Kabinetdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş 14 sentyabr 2023-cü il tarixli 3-13-117/2- 16346/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi zamanı orada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülər yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Müvəqqəti saxlama yerində saxlanılan şəxslərin uçotu kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə 07 dekabr 2022-ci il tarixdə saat 09:30da gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində həbs olunmamışdan əvvəl aldığı “sol saiddə çoxsaylı (öz-özünə) hər iki qasıqda (cərrahiyyə əməliyyatından sonrakı) köhnə çapıq toxuma, sol qasıqda şişkinlik (yırtıq)” xəsarətləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 13 dekabr 2022-ci il tarixli 824 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onda “başın təpə və ənsə nahiyələrinin şişkinliyi” diaqnozu ilə, küt alətin təsirindən yaranmış, 07 dekabr 2022-ci il tarixdə əmələ gəlməyə xarakterik, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-tibb ekspertizasının 03 iyul 2023-cü il tarixli 06/824 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş “başın təpə və ənsə nahiyələrinin şişkinliyi” diaqnozu ilə, küt (təpik və polis dəyənəyinin olması istisna edilmir) alətin təsirindən yaranmış, 07 dekabr 2022-ci il tarixdə əmələ gəlməyə xarakterik, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr bu növ xəsarətlərin adətən kənar şəxs tərəfindən yetirilməsi nəticəsində törənməsini deməyə əsas verir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid6 istifadəsində olan 077 722-32-10 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Şahid6 istifadəsində olmuş həmin mobil telefon nömrəsi vasitəsilə 21 noyabr 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 14:03-də, saat 14:33-də və 14:44-də Şahid5 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsinə zənglər edilmiş və danışıqlar aparılmış, Şahid6 istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi saat 14:03-də “GGNJ0521C /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:33-də “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:44-də isə “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)” anten dairələrində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid5 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Şahid5 istifadəsində olmuş həmin mobil telefon nömrəsi vasitəsilə 21 noyabr 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsinə göstərilən tarixdə saat 14:03-də, saat 14:33-də və 14:44-də Şahid6 istifadəsində olan 077 722-32-10 mobil telefon nömrəsindən zənglər edilmiş və danışıqlar aparılmış, habelə Şahid5 istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 14:39-da Şahid4 istifadəsində olan 055 439-62-33 mobil telefon nömrəsinə zəng edilmiş və danışıq aparılmış, Şahid5 istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi saat 14:03-də “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:33-də “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:39-da “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:44-də isə “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)” anten dairələrində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid4 istifadəsində olan 055 439-62-33 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Şahid4 istifadəsində olmuş həmin mobil telefon nömrəsi vasitəsilə 21 noyabr 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 14:36-da, saat 15:52-də (iki dəfə), saat 15:53də və saat 15:54-də Şahid5 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsinə zənglər edilmiş və danışıqlar aparılmış, Şahid4 istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi saat 14:36-da “UGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”X1, Qanboy Quliyev, 1, Yevlax, AZ6600” /Yevlakh/ (40.612xx/xx.14669)”, saat 15:52-də “UGNJ0657A /GGNJ0657 Yevlak_Pive /”Yevelax şəhəri, Heydər Əliyev prospekti 48” /Yevlakh/ (40.6013 /47.1593) və “UMBS3887C /GMBS3887 Yevlakh VİP /”Yevlax rayonu, X11 yanında” /Yevlakh/ (40.620xx/xx.15068), saat 15:53-də “UMBS3887C /GMBS3887 Yevlakh VİP /”Yevlax rayonu, X11 yanında” /Yevlakh/ (40.62003 /47.15068), saat 15:54-də isə “UMBS3887C /GMBS3887 Yevlakh VİP /”Yevlax rayonu, X11 yanında” /Yevlakh/ (40.620xx/xx.15068) anten dairələrində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan 050 433-69-92 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil telefon nömrəsi vasitəsilə 21 noyabr 2022-ci il tarixdə danışıqlar aparılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 2 saylı İstintaq Təcridxanasından daxil olmuş 05 mart 2024-cü il tarixli 3-16-17/41/2- 1215/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin təcridxanada saxlanıldığı müddətdə xəsarətlə bağlı tibb hissəsinə, əməliyyat və ya digər bölmələrə müraciət etməmişdir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə heroin xeyli miqdar təşkil edir. CM-in 240.1-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllədə göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələr, habelə güclü təsir edən maddələrin külli və xüsusilə külli miqdarı qanunla müəyyən edilir. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”nın 68-ci bəndinə əsasən, 5 qram və daha artıq çəkidə peqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusu külli miqdar təşkil edir. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1026- VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı”nın 71-ci bəndinə əsasən, 5 qram və daha artıq, lakin 1000 qramdan az çəkidə preqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusu külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 0,098 qram narkotik vasitə heroini əldə edib saxlayaraq Şahid4 satmış, habelə yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman bir ədəd konvalyutda 05 ədəd kapsulda təsiredici maddəsinin miqdarı 0,15 qram olmaqla ümumilikdə 0,75 qram miqdarında preqabalin həbləri, həmçinin üzərində şəxsi axtarış aparılan zaman təmiz çəkisi 0,806 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar təşkil etmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025- VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmişdir. Habelə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədilən zaman “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”nın 68-ci bəndinə əsasən, 5 qram və daha artıq çəkidə peqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusu külli miqdar təşkil etmiş, güclü təsir edən maddənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədildikdən sonra “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1026-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında, preambulada və 1-ci maddədə “miqdarının” sözü “və xüsusilə külli miqdarlarının” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı” yeni redaksiyada verilmiş, nəticədə 5 qram və daha artıq, lakin 1000 qramdan az çəkidə preqabalin (S)-3-(aminometil)-5metilheksan turşusu külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı, həmçinin bu Məcəllədə göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələr, habelə güclü təsir edən maddələrin külli və xüsusilə külli miqdarı qanunla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1026- VİQD nömrəli Qanunu qüvvəyə minənədək törətdiyindən həmin qanunlar Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməllərinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya), habelə güclü təsir edən maddələrin külli miqdarı ilə bağlı isə “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin Qanunla təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı” (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin ifadələrində təxminən bir-iki əvvəl Yevlax şəhərində 7 nömrəli tam orta məktəbin yaxınlığında Yevlax şəhər sakini Kamil adlı şəxsdən 50 (əlli) manat məbləğində pulun müqabilində iki büküm narkotik vasitə heroin aldığını, həmin heroinləri özü istifadə etmək üçün saxladığını, 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində olarkən əvvəlcədən tanıdığı Şahid4 ilə qarşılaşdığını, bu zaman sonuncunun təklifi ilə narkotik vasitələri gizlətdiyi yerdən 01 büküm narkotik vasitə heroini götürüb Şahid4 verdiyini, 07 dekabr 2022-ci il tarixdə Yevlax şəhəri, M.Maqomayev küçəsində olan zaman əvvəllər Kamil adlı şəxsdən aldığı narkotik vasitə heroinin qalan bir bükümünün üzərində olduğunu, həmin tarixdə saat 10:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinin aşkar olunduğunu, qeyd olunan narkotik vasitəni Kamil adlı şəxsdən aldığını və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirsə də ibtidai istintaqın gedişində verdiyi ifadəsində narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmadığını, yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman aşkar edilmiş preqabalin həblərinin ona məxsus olduğunu və həmin həbləri özü istifadə etmək məqsədilə saxladığını demiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə 050 ***-**-** mobil telefon nömrəsindən istifadə etdiyini, istifadəsində başqa mobil telefon nömrəsinin olmadığını, 24 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən ona məxsus olan fərdi yaşayış evinə baxış keçirilən zaman oradan 05 ədəd güclü təsir edən maddə olan preqabalin həblərinin aşkar olunduğunu, həmin həblərin ona məxsus olduğunu, 07 dekabr 2022-ci il tarixdə saxlanılan zaman onun üzərində 0,806 qram narkotik vasitə heroinin olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən bilavasitə üzərində şəxsi axtarış aparılmamışdan və videoçəkilişdən istifadə edilməmişdən əvvəl onun üzərinə yerləşdirildiyini, polis şöbəsində olarkən polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qaldığını, polis əməkdaşlarının rezin dəyənəklə onu döydükləri üçün məcbur olub narkotik vasitə heroinin özünə məxsus olması barədə yalan ifadə verdiyini, barəsində həbs qətimkan tədbiri seçilən zaman polis əməkdaşları tərəfindən döyülməsini dediyini, məhkəmə-tibb ekspertizasından keçirilən zaman baş nahiyəsində xəsarətlər aşkar olunduğunu, həmin xəsarətlərin polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yarandığını dediyini, habelə 2 saylı İstintaq Təcridxanasına qəbul olunarkən müayinə olunduğunu, bu zaman baş nahiyəsində xəsarətlərin aşkar olunduğunu, lakin həmin xəsarətlərin hansı şəraitdə yarandığını bildirmədiyini, bu barədə ancaq barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman bildirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Şahid4 hər hansı narkotik vasitə satmadığını, Kamil adlı şəxsi tanımadığını, şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşlarının ondan Kamil adlı şəxsin adını deməsini tələb etdikləri üçün məcbur olub sonuncunun adını qeyd etdiyini, 055 ***-**-** mobil telefon nömrəsinin dostuna məxsus olduğunu, sonuncudan heç nə almadığını, dostunun yaşadığı evdə fəhlə kimi işlədiyi üçün dostunun ona yazdığı mesajlarda da dostunun ondan çərpicin altından götürməsini bildirdiyi əşyanın məhz həmin evin açarı olduğunu və polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı hər hansı dövlət orqanına (qurumuna) məlumat vermədiyini qeyd etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ifadələrində yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman aşkar olunmuş preqabalin həblərinin aşkar olunması faktını mübahisələndirmədiyindən məhkəmə həmin həblərin aşkar olunması məsələsinə münasibət bildirməyi zəruri hesab etmir, qeyd olunan həblərin satış məqsədilə əldə edilib-edilməməsi məsələsini daha sonra təhlil etməyi zəruri hesab edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitənin onun üzərində olmadığını və Şahid4 narkotik vasitə satmadığını qeyd edərək həmin məsələləri mübahisələndirdiyindən məhkəmə əvvəlcə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması barədə göstərdikləri ilə bağlı aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. CPM-in 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası (bundan sonra – Konvensiya) Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli Qərarının 2ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmaq və bu zaman Avropa Məhkəməsinin təcrübəsinə istinad etmək tövsiyə olunmuşdur. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxsə müəyyən ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və CPM-in tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası CPM-in 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, birbiri ilə müqayisəli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamdan “o, qəsdən təkrarən satış məqsədilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,806 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib üzərində saxlamış, 07 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Yevlax şəhəri, M.Maqomayev küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərində həmin tarixdə saat 11:05-dən 11:17-ə qədər olan müddətdə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən qəsdən təkrarən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı təmiz çəkisi 0,806 qram narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür” bəndi xaric olunmalı və onun əməli tövsif olunmalıdır. Belə ki, məhkəmə kollegiyası hazırki cinayət işi üzrə mövcud materialları araşdırıb qeyd edir ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın göstərilən bəndi üzrə əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyataxtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübutun (narkotik vasitə heroinin) aşkar olunduğu 07 dekabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokol, materialların məhkəmə ekspertizasının 07 dekabr 2022-ci il tarixli 17/878 nömrəli rəyi, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları olan Şahid1 və Şahid2 cinayət işi üzrə verdikləri şahid ifadələridir. Hazırki cinayət işi üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın göstərilən bəndi üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 07 dekabr 2022-ci il tarixli protokol təşkil etmiş, həmin prosessual hərəkət cinayət işi üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (narkotik vasitə heronin) aşkar olunmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, şahid ifadələr və s.) onların, yəni həmin sübutların ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın göstərilən bəndi üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutlara ayrı-ayrılıqda münasibət bildirmədən öncə, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 07 dekabr 2022-ci il tarixli protokol tərtib olunanadək əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın əməkdaşlarının hərəkətlərinə diqqət yetirməyi zəruri saymışdır. Sözügedən mərhələnin məhkəmə istintaqı zamanı ətraflı araşdırılması cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunmasında son dərəcə vacib rol oynamışdır. Belə ki, cinayət işinin materiallarında olan və cinayət işi üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (raport, qərar və s.) görünür ki, 07 dekabr 2022-ci il tarixdə tarixdə Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs üzərində daşınması, gəzdirilməsi və satışı qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddələrin olması ehtimalının olması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 10:00-da Yevlax şəhəri, M.Maqomayev küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra həmin tarixdə müdafiəçi ilə təmin olunmaqla saat 10:25-də şübhəli şəxs qismində tutulmuş, qeyd olunan tarixdə saat 11:05-dən saat 11:17dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və bu zaman cinayət işi üzrə maddi sübut kimi tanınan, hazırki ittihamın əsasını təşkil edən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi 07 dekabr 2022-ci il tarixdə saat 10:00 radələri, habelə şübhəli şəxs qismində tutulduğu vaxt kimi qeyd olunan tarixdə saat 10:25 radələri göstərilsə də məhkəmə istintaqı ilə əslində onun azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanılmasının hazırki cinayət işi üzrə rəsmi sənədlərdə göstərilənlərdən bir müddət öncə (təxminən 30 dəqiqə) olduğu müəyyən olunmuşdur. Belə ki, müvafiq sorğu verilməsinə baxmayaraq, “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışın götürülməsi mümkün olmamış, bunun əvəzində Yevlax Rayon Polis Şöbəsindən “Müvəqqəti saxlama yerində saxlanılan şəxslərin uçotu kitabı”ndan çıxarışdan təqdim olunmuş və həmin kitabda Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə 07 dekabr 2022-ci il tarixdə saat 09:30-da gətirilməsi qeyd olunmuşdur. Beləliklə, məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç də 07 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində deyil, məhz həmin tarixdə bir müddət öncə (təxminən 30 dəqiqə) saxlanılmış, yəni faktiki olaraq tutulmuşdur. CPM-in 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq oluna bilər. CPM-in 147.2-ci maddəsinə əsasən isə tutulma şəxsin cinayət törətməsinə şübhə yarandıqda, bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda tətbiq edilir. Habelə CPM-in 147.4-cü maddəsində göstərilmişdir ki, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 153.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Habelə CPM-in 153.2-ci maddəsində tutulmuş şəxsin malik olduğu hüquqlar, həmçinin tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşlarının vəzifələri sadalanmış və göstərilmişdir ki, tutulmadan dərhal sonra şəxsə tutulmanın əsasları bildirilməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməli, tutulmuş şəxs təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilməli, tutulma faktı qeydə alınmalı, protokollaşdırılmalı və o, tutulma protokolu ilə tanış edilməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməli, bununla yanaşı tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək, şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq, tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq və s. hüquqları təmin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı nəticəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhz 07 dekabr 2022-ci il tarixdə saat 09:30 radələrində saxlanılması, yəni azadlığının faktiki məhdudlaşdırılması müəyyən olunsa da, cinayət işinin materiallarından göründüyü kimi, onun azadlığının faktiki məhdudlaşdırılması həmin tarixdə saat 10:00 radələrində, şübhəli şəxs qismində tutulması isə göstərilən tarixdə saat 10:25-də rəsmiləşdirilmiş və protokolda azadlığının məhdudlaşdırıldığı 07 dekabr 2022-ci il tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuş hesab olunması qeyd edilmişdir. Göründüyü kimi, məhkəmə istintaqı zamanı gəlinən qənaətə əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 07 dekabr 2022-ci il tarixdə saat 09:30 radələrində saxlanılmaqla həmin saatdan etibarən şübhəli şəxs statusunda olmuş, buna baxmayaraq qeyd olunan tarixdə 10:00-dək qanunla ona tanınan fundamental hüquqlardan istifadə edə bilməmiş, ona belə bir şərait yaradılmamış, yəni özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməmiş, tutulması barədə yaxınlarına xəbər vermək, müdafiəçi ilə təmin olunmaq və s. hüquqları təmin edilməmiş (yaxınlarına təxminən 1-2 saat sonra, yəni yalnız göstərilən tarixdə saat 10:50-də telefonla məlumat verilmiş), habelə tutulma faktı qeydə alınmamış, protokollaşdırılmamış, tutulma faktı barədə dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməmişdir (ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora şəxsin saxlanılması 07 dekabr 2022-ci il tarixdə saat 10:25-də sənədləşdirildikdən sonra həmin tarixdə saat 10:50-də məlumat verilmişdir). Məhkəmə istintaqı ilə bütün bu sadalanan halların müəyyən olunması, yəni Təqsirləndirilən şəxs faktiki olaraq 07 dekabr 2022-ci il tarixdə saat 09:30 radələrində saxlanılması, həmin faktın baş verməsi ilə onun qeydiyyata alınmaqla rəsmiləşdirilənədək olan təxminən 1 saata yaxın vaxt boşluğunun mövcudluğu və həmin müddət ərzində ona qanunla tanınan heç bir hüququnun realizə edilməsinə imkan yaradılmaması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsası qismində çıxış edən və onun barəsində hazırki cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən narkotik vasitə heroinin aşkar olunması prosesinin etibarlılığına dair ciddi şübhələr yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-yə gətirildikdən sonra uzun müddət orada saxlanılmasını, polis əməkdaşları tərəfindən tutulan zaman üzərində narkotik vasitə heroninin olmamasını, polis şöbəsində olarkən polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qaldığını, polis əməkdaşlarının rezin dəyənəklə onu döydükləri üçün məcbur olub narkotik vasitə heroinin özünə məxsus olması barədə etirafedici ifadələr verməsi haqqında məsələ qaldırdığından, dolayısı ilə də müdafiə tərəfinin sübutlar bazasının məhz bu yolla yaradıldığını qeyd etdiyindən, məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs üzərindən 07 dekabr 2022-ci il tarixdə narkotik vasitə heroinin aşkar olunması ilə bağlı əsaslı şübhələr yaranmışdır və Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və məhz hazırkı iş üzrə əldə olunan sübutları bu aspektdən qiymətləndirərək aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin cinayət işi üzrə müəyyən olunan hallar Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” iş və “Salayev Azərbaycana qarşı” iş üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası Avropa Məhkəməsinin qəbul etdiyi qeyd olunan qərarlarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarlarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Konvensiyanın 3 və 6-cı maddələrinin pozuntularını müəyyən edərək göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərərçəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X2rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ). Məhkəmə, inter alia, qəsdən, bir neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərərçəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Həmçinin məhkəmə qeyd etmişdir ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87ci bənd). Məhkəmə əlavə olaraq göstərmişdir ki, “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009). Beləliklə, mövcud sübutları qiymətləndirən məhkəmə göstərmişdir ki, ərizəçinin pis rəftara məruz qoyulması ölkə məhkəmələrinin qərarları ilə açıq şəkildə etiraf edilmişdir. Məhkəmə bu qərarlardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçi 17 mart 2005-ci il tarixdə pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Xüsusilə, 20 mart 2005-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyi onun boyun nahiyəsində ağır küt predmetlə yetirilmiş oval formalı qançırın olduğunu və bunun yetirilmə vaxtının 17 mart 2005-ci il tarixə uyğun gəldiyini təsdiq etmişdir. Məhkəmə sözü gedən xəsarətin ərizəçini polis şöbəsinə salan zaman yetirildiyi ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Əslində məhkəmə-tibb ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, xəsarət “çəkmə” nəticəsində deyil, ağır küt predmet vasitəsilə yetirilmişdir. Hər bir halda məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Həmçinin həmin qərarda Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı da qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Eyni zamanda həmin qərarda Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X9rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X8rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX). Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 17 mart 2005-ci il tarixdə polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. Bundan başqa, “Salayev Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 09 noyabr 2010-cu il qərarında məhkəmə Konvensiyanın 5-ci maddəsinin pozuntularını müəyyən edərək göstərmişdir ki, 5-ci maddənin 1-ci bəndində yer alan “qanuni” və “qanunla müəyyən olunmuş qayda” ifadələri mahiyyətcə milli qanunvericiliyi bildirir və oradakı maddi və prosessual normalara riayət etmək öhdəliyini bəyan edir. Adətən daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə dövlət orqanlarının, xüsusən də məhkəmələrin vəzifəsi olsa da, 5-ci maddənin 1-ci bəndinə aid olan hallarda həmin qanunvericiliyə riayət edilməməsi Konvensiyanın pozuntusuna səbəb olduqda vəziyyət başqa cürdür. Belə hallarda Məhkəmə milli qanunvericiliyə riayət edilib-edilmədiyini yoxlamaq üçün müəyyən səlahiyyətini tətbiq edə bilər və etməlidir (digər qərarlar arasında bax: Duiyeb (Douiyeb) Niderlanda qarşı [Böyük Palatanın qərarı], № 31464/96, 44-45-ci bəndlər, 4 avqust 1999-cu il). Lakin milli qanunvericiliyə riayət edilməsi kifayət deyil: 5-ci maddənin 1-ci bəndi bundan əlavə tələb edir ki, hər hansı azadlıqdan məhrumetmə 5-ci maddənin məqsədinə, yəni fərdləri özbaşınalıqdan qorumaq məqsədinə uyğun olmalıdır. Burada əhəmiyyət kəsb edən məsələ təkcə şəxsin “azadlıq hüququ” deyil, həm də “toxunulmazlıq hüququdur” (digər qərarlar arasında bax: Botsano (Bozano) Fransaya qarşı, 18 dekabr 1986-cı il, 54-cü bənd, A Seriyaları, № 111; və Vassink (Wassink) Niderlanda qarşı, 27 sentyabr 1990-cı il, 24-cü bənd, A Seriyaları, № 185-A). Bu bir təməl prinsipdir ki, heç bir əsassız həbs 5-ci maddənin 1-ci bəndinə uyğun ola bilməz və 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan həbsin “əsassızlığı” anlayışının hüdudları həbsin milli qanunvericiliyə uyğunluğu anlayışından genişdir; belə ki, azadlıqdan məhrumetmə daxili qanunvericilik baxımından qanuni olsa da, əsassız ola və beləliklə də Konvensiyaya zidd ola bilər (bax: Saadi (Saadi) Birləşmiş Krallığa qarşı [Böyük Palatanın qərarı, № 13229/03, 67-ci bənd, AİHM 2008-...). Qeyd edilən işin konkret halına gəlincə məhkəmə qeyd etmişdir ki, birincisi, şikayətçinin MTN-in binasına dəqiq surətdə nə vaxt daxil olduğunu müəyyən edəcək. İkincisi, o, şikayətçinin sözügedən müddətdə faktiki olaraq “azadlıqdan məhrum edilibedilmədiyini” müəyyən edəcək. Əgər belədirsə, sonda o, həmin azadlıqdan məhrumetmənin “qanunilik” tələblərinə uyğunluğunu müəyyən edəcək. Görünür, tərəflər razılaşırlar ki, şikayətçi könüllü surətdə 27 oktyabr 2005-ci ildə səhər MTN-in binasına gəlib. Lakin şikayətçinin MTN-in binasına dəqiq surətdə nə vaxt daxil olması məsələsində tərəflər arasında fikir ayrılığı var, şikayətçi iddia edir ki, oraya saat 10-da daxil olub, Hökumət isə iddia edir ki, şikayətçi oraya saat 10:45-də daxil olub. Şikayətçinin MTN-in binasına daxil olduğu vaxtı müəyyən edərkən Məhkəmə belə hesab edir ki, Hökumətin mövqeyini təsdiqləyən hər hansı rəsmi sənəd olmadığı halda şübhə şikayətçinin xeyrinə həll olunmalıdır, çünki münasib və inandırıcı sübutlarla təsdiqlənən saatbasaat təfsilatlı hesabat təqdim etmək vəzifəsi öncə Hökumətin üzərinə düşür. Məhkəmə qeyd edir ki, bununla bağlı aydın müraciətinin olmasına baxmayaraq, Hökumət müvafiq sənədlərin hər hansı surətlərini, məsələn, şikayətçinin dindirilmək üçün MTN-in binasına gəlməsi barədə çağırış vərəqəsinin surətini, dindirmənin və sözügedən üzləşdirmənin protokolunun surətini, şikayətçinin şübhəli şəxs qismində həbsə alınması barədə protokolun tam surətini və ya şikayətçinin həbsə alınması ilə bağlı hər hansı digər sənədi təqdim etməyib. Beləliklə, Hökumətin öz faktoloji iddiasını təsdiq edən inandırıcı və münasib sübut təqdim edə bilmədiyini nəzərə alaraq, Məhkəmə razılaşır ki, şikayətçi faktiki olaraq MTN-in binasına 27 oktyabr 2005-ci ildə təxminən saat 10-da daxil olub. Daha sonra müəyyənləşdirmək lazımdır ki, orada olduğu müddətdə şikayətçi azadlıqdan məhrum edilmişdimi”? Bununla bağlı Məhkəmə bir daha bildirir ki, azadlıqdan məhrumetmənin baş verib-vermədiyini müəyyən etmək üçün başlanğıc nöqtəsi kimi müvafiq fərdin konkret vəziyyəti götürülməli konkret halda ortaya çıxan müxtəlif amillərin məcmusu, məsələn, sözügedən tədbirin növü, davametmə müddəti, nəticələri və tətbiq edilmə üsulu nəzərə alınmalıdır (bax: Qutsardi (Guzzardi) İtaliyaya qarşı, 6 noyabr 1980-ci il, 92-ci bənd, A Seriyaları, № 39). Мəhkəmə zahiri əlamətlərin arxasındakı məqamlara baxmalı və barəsində şikayət edilən situasiyanın reallıqlarını araşdırmalıdır (bax: Van Droogenbrok (Van Droogenbroeck) Belçikaya qarşı, 24 iyun 1982-ci il, 38-ci bənd, A Seriyaları, № 50). Hətta şəxs özü könüllü gələrək həbsə alınmasını istədikdə belə, azadlıq hüququ həmin şəxsin 5-ci maddənin müdafiəsindən yararlanmaq imkanını itirməsinə yol verməyəcək dərəcədə vacib hüquqdur (bax: De Vilde, Ooms və Versip Belçikaya (De Wilde, Ooms and Versyp) Belçikaya qarşı, 18 iyun 1971-ci il, 65-ci bənd, A Seriyaları, № 12). 41. Мəhkəmə qeyd edir ki, şikayətçi dindirilmək üçün könüllü gəlib. Şikayətçinin MTN-in binasına gəlişindən sonra baş vermiş hadisələrə gəldikdə, şikayətçinin dindirilməsi və üzləşdirilməsi barədə hər hansı protokol olmadığına, yaxud onun MTN-in binasına gəlişindən sonra hər hansı prosessual hərəkətlər həyata keçirilmədiyinə görə bu hadisələrin dəqiq hallarını müəyyən etmək çətindir. Мəhkəmə daha sonra qeyd edir ki, şikayətçinin qolları qandallanmasa da, o, qapalı kameraya salınmasa da və ya hər hansı başqa formada fiziki məhdudiyyətlərə məruz qalmasa da, görünür, ailə üzvləri ilə və ya özünün seçdiyi vəkillə əlaqə yaratmaq imkanına malik olmayıb. Bu məsələ ilə bağlı Мəhkəmə Hökumətin belə bir arqumentini qəbul edə bilməz ki, şikayətçi şahid otağında yerləşdirilib və həmin otaqda telefon xətti olub. Hadisələrin bu fərziyəsi şikayətçinin dövlət tərəfindən təyin olunmuş vəkillə təmin olunması faktına və onun vəziyyəti ilə bağlı həmin vəkilin qeydlərinə ziddir (yuxarıda 33-cü bəndə bax). Üstəlik, Hökumət öz arqumentini təsdiqləyən hər hansı sübut təqdim etməyib. Məhkəmə həmçinin Hökumətin bu arqumentini də qeyri-real hesab edir ki, şikayətçinin şübhəli şəxs qismində qırx səkkiz saat müddətinə həbsə alınması barədə protokol tərtib edilənə qədər şikayətçi MTN-in binasını tərk etməkdə sərbəst olub. Konkret olaraq, şikayətçi MTN-in binasını tərk etməkdə həqiqətən sərbəst idisə, Hökumət şikayətçinin hər hansı səbəb olmadan nəyə görə saat 14:30-dan 17:10-dək (hadisələrə dair Hökumətin versiyasına əsasən, dindirmənin başa çatdığı vaxtdan üzləşdirmənin başlandığı vaxtadək olan dövr) MTN-in binasında qaldığına dair ağlabatan izahat təqdim etməyib. Uyğun olaraq, Məhkəmə hesab edir ki, 27 oktyabr 2005-ci ildə təxminən saat 10dan şikayətçi 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada “azadlıqdan məhrum edilib”. Uyğun olaraq, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub. Hazırki iş üzrə məhkəmənin gəldiyi qənaətə əsasən Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə saat 09:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, həmin vaxtdan saat 10:25dək orada heç bir hüququ təmin edilmədən, saxlanılma faktı qeydiyyata alınmadan saxlanılmış, qeyd olunan tarixdə saat 10:25-də barəsində şübhəli şəxsin tutulması haqqında protokol tərtib olunmuş, göstərilən tarixdə saat 11:05-dən saat 11:17-dək olan müddət üzərinə müdafiəçinin də iştirakı ilə şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Bu şəxsi axtarış onun saxlanıldığı vaxt deyil, saxlanılmasından təxminən 1 saat sonra aparılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi və orada saxlanılması müddətini araşdıraraq və Avropa Məhkəməsinin “Salayev Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-yə gətirilməsi vaxtı və orada saxlanılması müddəti də mübahisə doğurur. Belə ki, müvafiq sorğu verilməsinə baxmayaraq, “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışın götürülməsi mümkün olmamış, bunun əvəzində Yevlax Rayon Polis Şöbəsindən “Müvəqqəti saxlama yerində saxlanılan şəxslərin uçotu kitabı”ndan çıxarışdan təqdim olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Müvəqqəti saxlama yerində saxlanılan şəxslərin uçotu kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə 07 dekabr 2022-ci il tarixdə saat 09:30da gətirilmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 07 dekabr 2022-ci il tarixdə saat 10:00-dan şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Məhz qeyd olunanlar da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 07 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində deyil, həmin tarixdə saat 09:30 radələrində saxlanıldığını təsdiq edir. Eləcə də Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş 14 sentyabr 2023-cü il tarixli 3- 13-117/2-16346/23 nömrəli məktubda Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi zamanı orada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin olmadığı qeyd olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 07 dekabr 2022ci il tarixdə saat 10:00 radələrində deyil, həmin tarixdə saat 09:30 radələrində saxlanılması şübhə doğurmur və bu halla bağlı mübahisə olmasına baxmayaraq, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi və orada saxlanılması zamanı polis şöbəsində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə müvafiq videogörüntülərin qeydə alınmaması məhkəmədə olan olan şübhələri daha da artırmışdır. Göstərilənlərlə məhkəmədə şübhə doğuran səmərəli şəkildə araşdırmanın aparılmamasıdır. Məhz yuxarıda qeyd olunanlar, habelə hazırkı halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun üzərində şəxsi axtarışın aparılması arasındakı təxminən 1-2 saat vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsində olmaqla tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarışın Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında da xüsusilə vurğulanmışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq 07 dekabr 2022-ci il tarixdə saat 09:30 radələrində saxlanılmasını və üzərində şəxsi axtarış aparılanadək keçən müddət ərzində, yəni 1-2 saat müddət ərzində polisin nəzarətində qalmasını əsas götürərək, həmçinin üzərində aşkar olunmuş maddi sübutun (narkotik vasitə heroinin) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanının ittiham aktında əks etdirdiklərinə əsasən Təqsirləndirilən şəxs əleyhinə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən sübut maddi sübutun (narkotik vasitə heroinin) aşkar olunduğu şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 07 dekabr 2022-ci il tarixli istintaq hərəkətinin protokolu, polis əməkdaşları Şahid1 və Şahid2 şahid ifadələri və Təqsirləndirilən şəxs özünün ilkin etirafedici ifadəsidir. Qeyd olunanlarla bağlı ittiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs baş nahiyəsində olan “başın təpə və ənsə nahiyələrinin şişkinliyi” xəsarətləri o, ilk dəfə 13 dekabr 2022-ci il tarixdə məhkəmə-tibb ekspertizasından keçirilən zaman aşkar olunmuşdur və bu hal mübahisə doğurmur. Belə ki, cinayət işinin materiallarında olan “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Habelə cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində həbs olunmamışdan əvvəl aldığı “sol saiddə çoxsaylı (öz-özünə) hər iki qasıqda (cərrahiyyə əməliyyatından sonrakı) köhnə çapıq toxuma, sol qasıqda şişkinlik (yırtıq)” xəsarətləri aşkar edilmiş, lakin polis əməkdaşları tərəfindən tutulduğu vaxt uyğun hər hansı xəsarət aşkar olunmamışdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 13 dekabr 2022-ci il tarixli 824 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onda “başın təpə və ənsə nahiyələrinin şişkinliyi” diaqnozu ilə, küt alətin təsirindən yaranmış, 07 dekabr 2022-ci il tarixdə əmələ gəlməyə xarakterik, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs qeyd olunan xəsarətlərin polis əməkdaşlarının onun qeyd olunan nahiyələrinə yumruq, təpik və polis dəyənəyi ilə vurmaları nəticəsində yarandığını bildirmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-tibb ekspertizasının 03 iyul 2023-cü il tarixli 06/824 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş “başın təpə və ənsə nahiyələrinin şişkinliyi” diaqnozu ilə, küt (təpik və polis dəyənəyinin olması istisna edilmir) alətin təsirindən yaranmış, 07 dekabr 2022-ci il tarixdə əmələ gəlməyə xarakterik, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr bu növ xəsarətlərin adətən kənar şəxs tərəfindən yetirilməsi nəticəsində törənməsini deməyə əsas verir. Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı dindirilərkən verdiyi ifadəsində polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qaldığını, polis əməkdaşları Şahid1 və Şahid2 onu döydüklərini, nəticədə qeyd olunan xəsarətlərin yarandığını qeyd etmişdir. Qeyd olunan xüsusatla bağlı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş məhkəmə-tibb eksperti X13 ifadəsində hər bir şəxsin bədəninin istənilən yerinə xəsarət yetirə biləcəyini, şəxsin məhkəmə-tibb ekspertizasının rəyində göstərilən xəsarətləri özüözünə yetirməsinin istisna olunduğunu, şişkinliyin bədəndə olduğu təqdirdə xəsarətin silindirik xüsusiyyətli küt alət ilə yerinə yetirilib-yetirilməməsini müəyyən etməyin mümkün olduğunu, silindrik xüsusiyyətli küt alətin dəyənək və ya boru ola biləcəyini, şişkinliyin başın tüklü nahiyəsində olması halında iz qalmadığı üçün küt alətlə yerinə yetirilibyetirilmədiyini müəyyən etməyin mümkün olmadığını və xəsarətin polis dəynəyi ilə də yetirilməsinin istisna olunmadığını qeyd etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 10:25-də şübhəli şəxs qismində tutularaq polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmış, 09 dekabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdə 2 saylı İstintaq Təcridxanasına qəbul olunmuşdur. Həmçinin cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman səhhətində heç bir problem olmamış, bədənində hər hansı xəsarət olmamış, nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmamış, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Belə ki, nə sonuncunun saxlanılaraq polis şöbəsinə gətirilməsi barədə əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilən 07 dekabr 2022-ci il tarixli raportda bu barədə heç bir məlumat əks etdirilməmiş, o cümlədən cinayət işi üzrə şahidlər olan polis əməkdaşları ifadələrində də belə bir halın baş verdiyini qeyd etməmişlər, həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı zor işlətdiyi və ya tutulan zaman, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Bu hissədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdiklərini, sonuncuya onlarla birlikdə polis şöbəsinə getməsini təklif etdiklərini və sonuncunun etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getdiyini bildirmişlər və həmin ifadələrində Təqsirləndirilən şəxs saxlanılan zaman qaçmağa çalışdığını və baş nahiyəsini divara vurduğunu qeyd etməmişlər. Lakin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə Yevlax rayon prokurorluğunda araşdırma aparılan zaman Şahid1 və Şahid2 verdikləri izahatlarında Təqsirləndirilən şəxs saxlanılan zaman qaçmağa çalışdığını və baş nahiyəsini divara vurduğunu qeyd etmişlər. Habelə həmin xüsusatla bağlı Şahid1 məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadələrində Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərmədiyini, qaçmağa cəhd etmədiyini, orada Təqsirləndirilən şəxs qaçmasına şərait olmadığını, qeyd olunan vaxt sonuncunun bədən səthində hər hansı xəsarətin olmadığını, onların təklifi ilə Təqsirləndirilən şəxs razılaşdığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Qeyd olunan xüsusatla bağlı Şahid2 məhkəmə istintaqı zamanı 27 aprel 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadələrində Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərmədiyini, qaçmağa cəhd etmədiyini, qeyd olunan vaxt və polis şöbəsinə gətirilən zaman sonuncunun bədən səthində hər hansı xəsarətin olmadığını, onların təklifi ilə Təqsirləndirilən şəxs razılaşdığını və polis şöbəsinə gətirildiyini demiş, lakin məhkəmə istintaqının gedişində 21 dekabr 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanılan zaman özünü qeyri-səmimi apardığını, qaçmağa, onların əlindən çıxmağa və özünə xəsarət yetirməyə çalışdığını, bu zaman sonuncunun divara yaxın olduğu və arxası divara tərəf olduğu üçün arxaya doğru hərəkət edərək baş nahiyəsini divara vurduğunu, lakin Təqsirləndirilən şəxs ciddi xəsarət almadığını və qeyd olunan vaxt sonuncunun başının hansı hissəsini divara vurduğunu xatırlamadığını, həmin vaxt Təqsirləndirilən şəxs müqavimət göstərdiyi üçün bir müddət süpürləşdiklərini, bundan sonra sonuncunu avtomobilə əyləşdirdiklərini və həmin vaxt özünün hər hansı xəsarət almadığını qeyd etmişdir. Göründüyü kimi həm Şahid1, həm də Şahid2 ibtidai istintaq zamanı şahid qismində dindiirlərkən verdiyi ifadələri ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə Yevlax rayon prokurorluğunda araşdırma aparılan zaman verdikləri izahatları arasında tam ziddiyyət vardır, habelə Şahid2 məhkəmə istintaqı zamanı 27 aprel 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində qeyd etdiklərini məhkəmə istintaqının gedişində 21 dekabr 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində dəyişmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Şahid1, Şahid2 və Şahid3 şahid qismində dindirilmək üçün növbəti məhkəmə iclasına eyni tarixdə olmaqla 21 dekabr 2023-cü il tarixdə gəlmişlər və həmin tarixdə dindirilmişlər. Əvvəlcə Şahid3 dindirilmiş və bu zaman Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərib-göstərməməsi barədə müvafiq suallara cavab vermişdir. Həmin vaxt Şahid1 və Şahid2 çöldə olmuşlar. Daha sonra Şahid3 məhkəmə iclas zalını tərk edən zaman Şahid1 məhkəmə iclas zalına gələrək dindirilmiş və sonuncu dindirildiyi müddət ərzində Şahid3 və Şahid2 çöldə olmuşlar. Bundan sonra isə Məhəmməd Zülfüqar dindirilən zaman verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərməsi və bu zaman baışını divara vuraraq özünə xəsarət yetirməsi ilə bağlı xüsusatları qeyd etmişdir. Məhkəmə hesab edir ki, görünür Şahid2 Şahid3la birlikdə çöldə olan zaman sonuncudan məhkəmə iclasında şahidlərə ünvanlanan suallarla bağlı məlumatlar əldə etdiyi üçün əvvəlki ifadəsində qeyd etdiklərinin əksinə olaraq Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərdiyini və özünə xəsarət yetirdiyini demişdir. Əks halda o, həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində qeyd etdiklərini təsdiq edərək Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərmədiyini və özünə xəsarət yetirmədiyini qeyd edərdi. Qeyd olunanlara əsasən, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrində, həm də Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə Yevlax rayon prokurorluğunda araşdırma aparılan zaman verdikləri izahatlarında Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlarla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin başlanmasının təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını, sözügedən narkotik vasitənin onun üzərinə yerləşdirilməsini və təsir nəticəsində qorxub etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edirdi. Odur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ona qarşı elan edilmiş ittihamın həmin hissəsi ilə bağlı sözügedən polis əməkdaşlarının ifadələrinin Təqsirləndirilən şəxs əleyhinə olan hissəsi əsaslı sübut növü kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baş nahiyəsində aşkar olunan xəsarətlərlə bağlı Yevlax rayon prokurorluğunda aparılan araşdırma nəticəsində 20 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, sözügedən qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlarla bağlı prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, ilk növbədə Təqsirləndirilən şəxs, daha sonra polis əməkdaşları Şahid1 və Şahid2 izahatları alınmış, Təqsirləndirilən şəxs bədənində mövcud olan xəsarətlərin hansı vaxtda və şəraitdə yetirilməsinin müəyyən edilməsi məqsədilə səmərəli araşdırma aparılmamış, araşdırma zaman izahatları alınmış Şahid1 və Şahid2 guya Təqsirləndirilən şəxs saxlanılan vaxt başını divara vurması və nəticədə həmin nahiyəsində xəsarətlər yaranması ilə bağlı qeyd etdiklərinin hər hansı rəsmi sənədlə (raport, akt və s.) rəsmiləşdirilməməsinin səbəbləri müəyyən olunmamış, Təqsirləndirilən şəxs Yevlax RPŞnin müvəqqəti saxlama yerinə hansı tarixdə gətirilməsini müəyyən etmək üçün “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı” götürülərək araşdırılmamış, Təqsirləndirilən şəxs polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilərkən onun müayinə olunub-olunmamasını və bu zaman bədəni üzərində xəsarətlərin aşkar olunub-olunmamasını aşkar etmək üçün “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı” götürülərək baxış keçirilməmiş, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına qəbul olunarkən onun müayinə olunub-olunmamasını və bu zaman bədəni üzərində xəsarətlərin aşkar olunubolunmamasını müəyyən etmək üçün “Məhkumun tibbi kitabçası” müvafiq sorğu verilərək götürülməmiş, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qəbul edən həmin yerin rəisi çağırılaraq izahatı alınmamış, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə yerləşdirilərkən sonuncunun bədəni üzərində hər hansı xəsarətin aşkar edilməməsinə baxmayaraq, sonuncu məhkəmə-tibb ekspertizasından keçirilərkən bədəni üzərində “başın təpə və ənsə nahiyələrinin şişkinliyi” xəsarətlərinin aşkar olunmasının səbəbi və hansı şəraitdə yaranması araşdırılmamış və nəticədə yalnız Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları əsas götürülməklə 207- C-22 nömrəli material üzrə cinayət tərkibi olmadığından, CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs saxlanıldığı 07 dekabr 2022-ci il tarixdən etibarən 09 aprel 2022-ci il tarixdə 2 saylı İstintaq Təcridxanasına qəbul olunanadək polis əməkdaşlarının nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətin olmaması, digər hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda onun bədən səthində hər hansı xəsarətin aşkar olunmaması barədə qeydin edilməsinə baxmayaraq, sonuncunun 09 dekabr 2022-ci il tarixdə 2 saylı İstintaq Təcridxanasına qəbul olunduqdan sonra orada saxlanılan zaman 13 dekabr 2022-ci il tarixdə məhkəmə-tibb ekspertizasından keçirilən zaman baş nahiyəsində “başın təpə və ənsə nahiyələrinin şişkinliyi” xəsarətlərinin aşkar olunması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələrin yaranmasına səbəb olmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Avropa Məhkəməsinin yaratdığı presedent hüququndan görünür ki, polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, şöbədən azad olunan zaman isə bədənində xəsarət müəyyən edildikdə, bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır. Hazırkı halda da cinayət işinin materiallarında mövcud olan sübutlar, xüsusən də Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunması zamanı bədəni üzərində hər hansı xəsarətin aşkar olunmamasını əks etdirən “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan 07 dekabr 2022-ci il tarixə olan çıxarış sonuncunun bədən səthində hər hansı xəsarətin aşkar olunmamasını əks etdirdiyi halda, məhkəmə-tibb ekspertizasının 13 dekabr 2022-ci il tarixli 824 nömrəli rəyi isə Təqsirləndirilən şəxs baş nahiyəsində “başın təpə və ənsə nahiyələrinin şişkinliyi” xəsarətlərinin olmasını təsdiq edir. Göründüyü kimi Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə polis əməkdaşlarının nəzarətindən çıxıb 2 saylı İstintaq Təcridxanasında saxlanılan zaman məhkəmə-tibb ekspertizasından keçirilərkən onun baş nahiyəsində aşkar olunmuş “başın təpə və ənsə nahiyələrinin şişkinliyi” xəsarətlərindən heç biri onun polis şöbəsinin müvəqqəti saxlama yerinə qəbul olunması zamanı “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan 07 dekabr 2022-ci il tarixə olan çıxarışda göstərilməmişdir. Eləcə də Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunması nəticəsində onun bədən səthində həbs olunmamışdan əvvəl aldığı “sol saiddə çoxsaylı (öz-özünə) hər iki qasıqda (cərrahiyyə əməliyyatından sonrakı) köhnə çapıq toxuma, sol qasıqda şişkinlik (yırtıq)” xəsarətləri aşkar edilməsi, lakin polis əməkdaşları tərəfindən tutulduğu vaxt uyğun hər hansı xəsarət aşkar olunmaması, lakin 13 dekabr 2022-ci il tarixdə məhkəmə-tibb ekspertizasından keçirilən zaman Təqsirləndirilən şəxs baş nahiyəsində aşkar olunmuş “başın təpə və ənsə nahiyələrinin şişkinliyi” xəsarətlərinin 2 saylı İstintaq Təcrdixanasında yaraması şübhəsini yarada bilər. Lakin bu zaman nəzərə alınmalıdır ki, cinayət işinin materiallarında olan 2 saylı İstintaq Təcridxanasından daxil olmuş 05 mart 2024-cü il tarixli 3-16-17/41/2-1215/2024 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs həmin təcridxanada saxlanıldığı müddətdə xəsarətlə bağlı tibb hissəsinə, əməliyyat və ya digər bölmələrə müraciət etməmişdir. Bundan əlavə, şəxsin həmin xəsarətləri özünə yetirməsi ehtimalı həm də ona görə mümkün deyil ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi əvvəlcə Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində, daha sonra isə 2 saylı İstintaq Təcridxanasında saxlanılmışdır və ölkə ərazisində fəaliyyət göstərən polis şöbələrinin müvəqqəti saxlama yerlərində, penitensiar müəssisələrdə və istintaq təcridxanalarında videomüşahidə kameraları quraşdırılmışdır. Əgər belə bir hal vermiş olsaydı, bu hal Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində və 2 saylı İstintaq Təcridxanasında quraşdırılan videomüşahidə kameraları vasitəsilə qeydə alınar və belə bir halın baş verməsi orada fəaliyyət göstərən əməkdaşlar tərəfindən sənədləşdirilərdi. Lakin cinayət işinin materiallarında isə belə bir halın baş verməsini əks etdirən hər hansı bir sənədləşmə mövcud deyildir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə məhkəmə-tibb ekspertizasından keçirilən zaman Təqsirləndirilən şəxs aşkar olunmuş xəsarətlərin sonuncunun polis əməkdaşları tərəfindən saxlanılan zaman başını divara vurması nəticəsində yaranmasına şübhə ilə yanaşır. Çünki əks halda həmin xəsarət “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışda qeyd olunardı və ya bununla bağlı müvafiq sənədəşmə (akt və s.) tərtib olunardı. Lakin həmin kitabda müvafiq qeydiyyat aparılmamış, habelə akt və s. tərtib olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, baxmayaraq ki, prokurorluq orqanının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı müdafiə tərəfi mübahisələndirməyib, həmin qərar hazırda qüvvədədir, qeyd olunan qərar cinayət prosessual qanunvericiliyin əsas prinsip və şərtləri pozulmaqla qəbul edildiyindən məhkəmə üçün preyudisial əhəmiyyətli ola bilməz. Belə ki, CPM-in 9-cu maddəsində bu Məcəllənin 10-36-cı maddələrində cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin öz əksini tapdığı göstərilmiş, həmin prinsip və şərtlərin cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən etdiyi, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etdiyi və hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən etdiyi açıq şəkildə qeyd edilmişdir. CPM-in 9.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. CPM-in qanunçuluq prinsipini təsbit edən 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Konstitusiyanın, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Odur ki, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı yol verilən bu nöqsanlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə məruz qalmışdır. Beləliklə, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası bununla əlaqədar sonuncunun müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşaraq qeyd edir ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs faktiki olaraq saxlanılmasının cinayət işinin materiallarına əsasən rəsmiləşdirildiyi vaxtdan, yəni 07 dekabr 2022-ci il tarixdə saat 10:00-dan təxminən 30 dəqiqə öncə baş verməsinə dair gəlinən nəticə, habelə sözügedən zaman kəsiyində onun polis əməkdaşlarının nəzarətində, yəni Yevlax Rayon Polis Şöbəsində olmaqla heç bir hüququ, hətta ən fundamental hüquq olan müdafiə hüququ təmin olunmadan polis əməkdaşlarından asılı vəziyyətdə, onların ixtiyarında və əhatəsində olması fonunda onun həmin vaxt fiziki və psixi təsirə məruz qalması ehtimalı, eyni zamanda şəxsin polis əməkdaşları tərəfindən faktiki saxlanılması ilə onun saxlanılmasının rəsmiləşdirilməsi arasında keçən 1-2 saatlıq vaxt boşluğu məhkəmə heyətində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunması ilə bağlı, həm də onun tərəfindən etirafedici ifadələr verilməsi üçün ona təsirlərin olunması ilə bağlı əsaslı şübhələr yaratmışdır ki, qeyd edilən səbəbdən məhkəmə sonuncunun müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Həmçinin, CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs işə mahiyyəti üzrə məhkəmədə baxılarkən polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla üst-üstə düşərək bir-birini tamamladığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələrini əsaslı sayır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Bundan əlavə, “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, qeyd olunan bənd üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, həmin bəndlə bağlı Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində həmin bənd üzrə ittiham hökmünün çıxarılması mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunması ilə bağlı sübutların mümkünlüyü haqqında CPM-in yuxarıda qeyd olunan maddələrinin müddəalarına əsasən təhqiqat orqanının həmin bənd üzrə əldə etdiyi qeyd olunan sübutu əsaslı saymır və hesab edir ki, həmin sübut qanunun tələbləri pozulmaqla əldə edildiyindən sübut kimi qəbul edilməməli, hüquqi qüvvəsi olmayan hesab edilməli, hər hansı halın sübut olunmasında istifadə edilməməli və qeyd olunan səbəblərə görə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan həmin bənd xaric edilməlidir. Ona görə də məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamdan “o, qəsdən təkrarən satış məqsədilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,806 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib üzərində saxlamış, 07 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri, M.Maqomayev küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərində həmin tarixdə saat 11:05-dən 11:17-ə qədər olan müddətdə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən qəsdən təkrarən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı təmiz çəkisi 0,806 qram narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür” bəndi xaric olunmalı və onun əməli tövsif olunmalıdır. Həmçinin məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda qeyd olunmuş Şahid4 narkotik vasitə satması bəndi ilə bağlı aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, 22 noyabr 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Şahid6 qanunsuz olaraq narkotik vasitə heroini saxlaması, daşıması və gəzdirməsi gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Şahid6 saxlanılaraq polis şöbəsinə gətirilmiş, müdafiəçi ilə təmin edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Həmin xüsusatla bağlı Şahid6 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində 21 noyabr 2022-ci il tarixdə saat 15 radələrində əvvəlcədən tanıdığı Yevlax şəhəri, Dəmiryol binası küçəsində yaşayan Şahid5la telefonla danışdığını, yaşadıqları küçədə görüşən zaman istifadə etmək üçün narkotik vasitənin olubolmamasını sonuncudan soruşduğunu, Şahid5 isə narkotik vasitə olmadığını və narkotik vasitə almağa pulunun olmadığını dediyini, bundan sonra Şahid5 30 manat pul verərək narkotik vasitə əldə edə biləcəyi halda birlikdə istifadə etmələrini təklif etdiyini, sonuncunun onun bu təklifi ilə razılaşdığını, 30 manat pulu götürdüyünü, həmin yerdə gözləməsini və narkotik vasitə tapacağı halda alıb gətirəcəyini dediyini, daha sonra orada gözlədiyini, Şahid5 həmin yeri tərk edib getdiyini, bir qədər sonra Şahid5 oraya gələrək bir ədəd sellofan bükümdə narkotik vasitə heroini ona verdiyini, həmin vaxt Şahid5 narkotik vasitə heroini haradan əldə etdiyini soruşmadığını, bu barədə məlumatının olmadığını, daha sonra həmin heroinin bir hissəsini istifadə etmək üçün Şahid5 verdiyini, qalan hissəsini isə özü istifadə etmək üçün cibinə qoyduğunu, bundan bir müddət sonra həmin tarixdə saat 17 radələrində Yevlax şəhəri, Pişəvəri küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən narkotik vasitə heroin aşkar olunduğunu, həmin heroini əldə etmək və əvvəlcədən tanıdığı Şahid5la birlikdə istifadə etmək məqsədilə sonuncuya 30 manat məbləğində pul verdiyini, göstərilən heroini Şahid5 aldığını, heroinin bir hissəsini istifadə etmək məqsədilə sonuncuya verdiyini, qalan hissəsini isə özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPMin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 21 noyabr 2022-ci il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Şahid6 üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Daha sonra məhkəmə Şahid6 ifadəsində qeyd etdikləri ilə bağlı bildirir ki, cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş Şahid6 istifadəsində olan 077 722- 32-10 mobil telefon nömrəsi ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, qeyd olunan mobil telefon nömrəsi vasitəsilə 21 noyabr 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 14:03-də, saat 14:33-də və 14:44-də Şahid5 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsinə zənglər edilmiş və danışıqlar aparılmış, Şahid6 istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi saat 14:03-də “GGNJ0521C /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:33-də “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:44-də isə “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)” anten dairələrində olmuşdur. Qeyd olunan xüsusatla bağlı Şahid5 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində 21 noyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Yevlax şəhəri, Dəmiryol binası küçəsində olarkən əvvəlcədən tanıdığı Şahid6 ona zəng edərək onun yanına gələcəyini bildirdiyini, bir qədər sonra isə sonuncunun onun yanına gəldiyini, istifadə etmək üçün narkotik vasitə olub-olmamasını ondan soruşduğunu, narkotik vasitə olmadığını və narkotik vasitə almağa pulunun olmadığını dediyini, bundan sonra Şahid6 ona 30 manat pul verərək narkotik vasitə əldə edə biləcəyi halda birlikdə istifadə etmələrini təklif etdiyini, sonuncunun bu təklifi ilə razılaşdığını, Şahid6 30 manat pulu götürdüyünü, həmin yerdə gözləməsini və narkotik vasitə tapacağı halda alıb gətirəcəyini sonuncuya dediyini, Şahid6 orada qaldığını, piyada şəkildə dəmiryol vağzalından təxminən 300 metr Kür çayının köhnə körpüsü istiqamətində getdiyini, narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığı Şahid4 gördüyünü və 30 manat pulu sonuncuya verərək ona narkotik vasitə satmasını təklif etdiyini, Şahid4 onun bu təklifi ilə razılaşdığını, ondan 30 manat məbləğində pulu götürüb həmin yeri tərk etdiyini, Şahid4 bir müddət sonra yenidən oraya qayıtdığını və 01 büküm narkotik vasitə heroini ona verdiyini, həmin vaxt Şahid4 narkotik vasitə heroini haradan əldə etdiyini bilmədiyini, daha sonra Şahid6 dayandığı yerə gələrək həmin heroini sonuncuya verdiyini, daha sonra Şahid6 heroinin az hissəsini ona verdiyini, qalan hissəsini isə özünə götürdüyünü, daha sonra həmin heroini istifadə etdiyini, bundan bir müddət sonra isə həmin tarixdə saat 19 radələrində Yevlax şəhəri, Pişəvəri küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını və orada olarkən baş vermiş hadisə barədə ifadə verdiyini qeyd etmişdir. Məhkəmə Şahid5 ifadəsində qeyd etdikləri ilə bağlı bildirir ki, cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş Şahid5 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsinə dair məlumatlardan görünür ki, qeyd olunan mobil telefon nömrəsi vasitəsilə 21 noyabr 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsinə göstərilən tarixdə saat 14:03-də, saat 14:33-də və 14:44-də Şahid6 istifadəsində olan 077 722-32-10 mobil telefon nömrəsindən zənglər edilmiş və danışıqlar aparılmış, habelə Şahid5 istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 14:39-da Şahid4 istifadəsində olan 055 439-62-33 mobil telefon nömrəsinə zəng edilmiş və danışıq aparılmış, Şahid5 istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi saat 14:03-də “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:33-də “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:39-da “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:44-də isə “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)” anten dairələrində olmuşdur. Habelə ibtidai istintaq zamanı Şahid5 Şahid4la aralarında üzləşdirmə keçirilən zaman sonuncudan narkotik vasitə heroin aldığını Şahid4 üzünə demişdir. Göstərilən xüsusatla bağlı Şahid4 ibtidai istintaq zamanı şahid qismində dindirilən zaman verdiyi ifadəsində 21 noyabr 2022-ci il tarixdə yaşadığı küçədə olan zaman əvvəlcədən tanıdığı Şahid5la qarşılaşdığını, sonuncunun ona 30 (otuz) manat pul verərək narkotik vasitə heroin alıb verməsini xahiş etdiyini, bundan sonra həmin tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində olan zaman Təqsirləndirilən şəxs ilə qarşılaşdığını, bu zaman onun narkotik vasitə satması ilə bağlı təklifinə əsasən Təqsirləndirilən şəxs həmin yeri tərk etdiyini və bir müddət sonra görüşdükləri qeyd olunan yerə qayıdıb 01 (bir) ədəd bükümdə narkotik vasitə heroini ona verdiyini, bunun müqabilində Təqsirləndirilən şəxs 30 manat pul verdiyini, daha sonra Yevlax şəhərində yerləşən “Asfalt” adlanan küçədə Şahid5la görüşərək Təqsirləndirilən şəxs ona satdığı narkotik vasitə heroini Şahid5 verdiyini etiraf etsə də məhkəmə istintaq zamanı şahid qismində dindirilən zaman verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə almadığını, polis şöbəsində olarkən polis əməkdaşlarının onu döydüklərini, nəticədə ayaqlarının damarlarının partladığını, polis əməkdaşları onu döydükləri, Təqsirləndirilən şəxs adını deməsini tələb etdikləri və üzərinə külli miqdarda narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdikləri üçün məcbur olub narkotik vasitəni sonuncudan aldığını dediyini, Şahid6 və Şahid5 polis şöbəsində olarkən tanıdığını və həmin şəxslərin də Təqsirləndirilən şəxs adını deməsini tələb etdiklərini, əks halda isə başqa adamların da ondan narkotik vasitə alması barədə yalan ifadə verərək onu cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdikləri üçün məcbur olub qeyd olunan məzmunda ifadə verdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Şahid4 məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə həm Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına nail olmaq, həm də özünün barəsində araşdırılan və Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi ilə əlaqəli olan cinayət işi üzrə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (dindirmə protokolu, üzləşdirmə aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı Şahid4 müdafiəçi ilə təmin olunmuş və müvafiq istintaq hərəkətlərində müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verərdi. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı bir qeyd aparılmamışdır. Həmçinin ibtidai istintaq zamanı Şahid4 Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə keçirilən zaman sonuncudan 30 manat pulun müqabilində narkotik vasitə heroin aldığını Təqsirləndirilən şəxs üzünə demişdir. Eləcə də cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş Şahid4 istifadəsində olan 055 439-62-33 mobil telefon nömrəsinə dair məlumatlardan görünür ki, qeyd olunan mobil telefon nömrəsi vasitəsilə 21 noyabr 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 14:36-da, saat 15:52-də (iki dəfə), saat 15:53-də və saat 15:54-də Şahid5 istifadəsində olan 055 486-67- 66 mobil telefon nömrəsinə zənglər edilmiş və danışıqlar aparılmış, Şahid4 istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi saat 14:36-da “UGNJ0521D /GGNJ0521 Yevlax- ATS /”X1, Qanboy Quliyev, 1, Yevlax, AZ6600” /Yevlakh/ (40.612xx/xx.14669)”, saat 15:52-də “UGNJ0657A /GGNJ0657 Yevlak_Pive /”Yevelax şəhəri, Heydər Əliyev prospekti 48” /Yevlakh/ (40.6013 /47.1593) və “UMBS3887C /GMBS3887 Yevlakh VİP /”Yevlax rayonu, X11 yanında” /Yevlakh/ (40.620xx/xx.15068), saat 15:53-də “UMBS3887C /GMBS3887 Yevlakh VİP /”Yevlax rayonu, X11 yanında” /Yevlakh/ (40.62003 /47.15068), saat 15:54-də isə “UMBS3887C /GMBS3887 Yevlakh VİP /”Yevlax rayonu, X11 yanında” /Yevlakh/ (40.620xx/xx.15068) anten dairələrində olmuşdur. Göründüyü kimi Şahid4 Şahid5 əvvəllər tanımaması və yalnız qeyd olunan cinayət işi ilə bağlı polis şöbəsində olan zaman tanıması ilə bağlı ifadəsində qeyd etdikləri, Şahid4 istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən Şahid5 istifadəsində olan göstərilən mobil telefon nömrəsinə həm 21 noyabr 2022-ci il tarixdə, həm də həmin tarixdən əvvəlki tarixlərdə zənglərin edilməsi və danışıqların aparılması fonunda anlaşılan olmamaqla məhkəmədə olan şübhələri daha da artırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şahid4 qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının və digər şahidlərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Şahid4 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə onun ibtidai istintaq zamanı verdiyi ifadələrinin, habelə Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə keçirilən zaman verdiyi ifadələrinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Göstərilən xüsusatla bağlı Təqsirləndirilən şəxs isə ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində Yevlax şəhərində 7 nömrəli tam orta məktəbin yaxınlığında Yevlax şəhər sakini Kamil adlı şəxsdən 50 (əlli) manat pulun müqabilində iki büküm narkotik vasitə heroin aldığını və gizlədərək saxladığını, 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində olarkən əvvəlcədən tanıdığı Şahid4 ilə qarşılaşdığını və bu zaman sonuncunun təklifi ilə narkotik vasitələri gizlətdiyi yerdən 01 büküm narkotik vasitə heroini götürüb Şahid4 verdiyini etiraf etsə də ibtidai istintaqın gedişində 06 fevral 2023-cü il tarixdə verdiyi ifadəsində narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmadığını demiş, barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılan zaman məhkəməyə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitənin olmadığını, həmin narkotik vasitənin üzərinə yerləşdirildiyini, narkotik vasitəni 30 manat pulun müqabilində Şahid4 satmasını etiraf etməsi üçün təzyiqə məruz qaldığını bildirsə də ardınca elə həmin məhkəmə prosesində hər hansı təsir və təzyiq altınada olmadan sərbəst şəkildə verdiyi ifadəsində heroini Kamal adlı şəxsdən aldığını, Şahid4 narkotik vasitə satmasa da sonuncuya narkotik vasitə heroin verib əvəzində sonuncudan narkotik vasitə qurudulmuş marixuana aldığını demiş, məhkəmə istintaqı verdiyi ifadəsində isə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Şahid4 hər hansı narkotik vasitə satmadığını, polis əməkdaşları ondan Şahid4 narkotik vasitə satmadığını, sonuncu ilə narkotik vasitələri dəyişdirməsini deməsini tələb etdikləri üçün həmin məzmunda ifadə verdiyini və sonradan barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman Şahid4la narkotik vasitələri dəyişdirməsini bildirdiyini, Kamil adlı şəxsi tanımadığını, şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşları ondan Kamil adlı şəxsin adını deməsini tələb etdikləri üçün məcbur olub sonuncunun adını dediyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 06 fevral 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə həm digər cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid4 cinayət məsuliyyətindən yayınmasına nail olmaq, həm də özünün barəsində araşdırılan və Şahid4 təqsirləndirildiyi cinayət işi ilə əlaqəli olan cinayət işi üzrə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür Belə ki, cinayət işinin materiallarında olan sübutlar dindirmə protokolu, üzləşdirmə aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və müvafiq istintaq hərəkətlərində müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verərdi. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı bir qeyd aparılmamışdır. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Şahid4la aralarında üzləşdirmə keçirilən zaman sonuncuya narkotik vasitə heron verib əvəzində ondan narkotik vasitə qurudulmuş marixuana aldığını Şahid4 üzünə demişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılan zaman hər hansı təsir və təzyiq altında olmadan sərbəst şəkildə verdiyi qismən etirafedici ifadəsində belə 30 manat pulun müqabilində Şahid4 narkotik vasitə satmadığını, lakin sonuncuya narkotik vasitə heroin verib qarşılığında narkotik vasitə qurudulmuş marixuana almasını deməklə dolayısı ilə narkotik vasitə heroinin əvəzli məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər edərək narkotik vasitə heroini qanunsuz satmasını etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının və digər şahidlərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə satıb-satmaması ilə bağlı ibtidai istintaq zamanı 06 fevral 2023-cü il tarixdə verdiyi ifadəsində, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə həmin xüsusatla bağlı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qismən etirafedici ifadələrinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eləcə də məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, yalnız Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələrindən narkotik vasitənin alınması və satılması tarixi və vaxtı kimi 21 noyabr 2022-ci il saat 13 radələri göstərilsə də həm Şahid6, həm də Şahid5 ifadələrindən, habelə onların və Şahid4 istifadəsində olan mobil telefon nömrələrinə dair məlumatlardan da görünür ki, həmin şəxslərin arasında telefon danışığı 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində deyil, həmin tarixdə saat 15 radələrində aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət hadisəsinin baş vermə tarixi və vaxtı kimi 22 noyabr 2022-ci il tarixi saat 15 radələri qəbul edilməlidir. Bunlarla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar olunan güclü təsir edici maddə olan preqabalin həblərinin ona məxsus olduğunu etiraf etsə də həmin həbləri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini qeyd etmişdir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan preqabalin həblərini əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Məhkəmə artıq yuxarı hissədə Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə satması qənaətinə gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs məhz qeyd olunan həbləri də əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu qeyd olunan həbləri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə də, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,098 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib saxlamış, həmin 01 (bir) ədəd bükümdə olan təmiz çəkisi 0,098 qram narkotik vasitə heroini 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində əvvəllər tanıdığı Şahid4 30 manat pulun müqabilində qəsdən satmış, Şahid4 qeyd olunan 0,098 qram narkotik vasitə heroini 21 noyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Yevlax şəhəri, “Asfalt” küçəsi adlanan ərazidə aralarında əvvəlcədən olan razılığa əsasən 30 manat pulun müqabilində tanışı Şahid5 ilə Şahid6 satmış, göstərilən 0,098 qram narkotik vasitə heroin Şahid6 üzərində 21 noyabr 2022-ci il tarixdə saat 18:09-dan saat 18:30-dək olan müddətdə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüşdür. Bundan başqa, Yevlax Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 5(039)-190/2022 nömrəli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 24 noyabr 2022-ci il tarixdə saat 14:01-dən saat 14:27-dək olan müddət ərzində axtarış aparılan zaman həmin evin yataq otağında olan tək nəfərlik çarpayının döşəyinin altından Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı üzərində “Preqabalin Krka 150mq” markalanma göstəricisi olan bir ədəd konvalyutda 05 ədəd üzərində “P150” yazısı olan ağ-narıncı rəngli kapsulda preqabalinin təsiredici maddəsinin miqdarı 0,15 qram olmaqla ümumilikdə 0,75 qram miqdarında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin həbləri aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihamdan onun üzərindən narkotik vasitə heroinin aşkar olunmasına dair bənd xaric olunmalı və onun ittihamda qeyd olunan digər cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, cinayət işi üzrə dindirilən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları və biri digərinə uyğun gələn digər sübutların məcmusu ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməllər CM-in 234.4.2 və 240.1-ci maddələrindən həmin Məcəllənin 234.2 və 240.1-ci maddələrinə tövsif olunmalıdır. Beləliklə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 234.2 və 240.1-ci maddələrində göstərilən cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamışdır, 24 iyun 2016-cı ildə doğulmuş oğlu Nüsrət Vahabov və 22 noyabr 2020-ci ildə doğulmuş oğlu Adəm Vahabov onun himayəsindədirlər, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.2 və 240.1-ci maddələrində göstərilən cinayət əməlləri az ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 07 dekabr 2022-ci il tarixdə saat 10:00-dan şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarından görünür ki, əvvəli 07 dekabr 2022-ci il tarixdə saat 10:00-dan hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 23 mart 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 07 dekabr 2022-ci il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və Mingəçevir Şəhər Narkoloji Dispanserinin Yevlax Rayon Narkoloji Kabinetindən daxil olmuş arayışı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,734 qram narkotik vasitə heroin və 04 ədəd preqabalin kapsulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 0,216 qram narkotik vasitə heroinin Şahid4 barəsində araşdırılan cinayət işi üzrə maddi sübut hesab edilməsi nəzərə alınmalı, Şahid4 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd, Şahid6 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxsla Şahid4 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və "xxxx" MMC-dən daxil olmuş bir ədəd olmaqla ümumilikdə altı ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on qəpik) manat, 69,10 (altmış doqquz manat on qəpik) manat və 114 (yüz on dörd) manat olmaqla ümumilikdə 252,20 (iki yüz əlli iki manat iyirmi qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən və təqsirli bilindiyi hissədə 69,10 (altmış doqquz manat on qəpik) manat və 114 (yüz on dörd) manat olmaqla ümumilikdə 183,10 (yüz səksən üç manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməli, Təqsirləndirilən şəxs təqsirsiz sayıldığı hissədə 69,10 (altmış doqquz manat on qəpik) manat təşkil edən digər ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,734 qram narkotik vasitə heroin və 04 ədəd preqabalin kapsulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 0,216 qram narkotik vasitə heroinin Şahid4 barəsində araşdırılan cinayət işi üzrə maddi sübut hesab edilməsi nəzərə alınsın, Şahid4 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd, Şahid6 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxsla Şahid4 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və "xxxx" MMC-dən daxil olmuş bir ədəd olmaqla ümumilikdə altı ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən və təqsirli bilindiyi hissədə 69,10 (altmış doqquz manat on qəpik) manat və 114 (yüz on dörd) manat olmaqla ümumilikdə 183,10 (yüz səksən üç manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün, Təqsirləndirilən şəxs təqsirsiz sayıldığı hissədə 69,10 (altmış doqquz manat on qəpik) manat təşkil edən digər ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar