Məhkəmə qərarları › İş №1(091)-6/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-6/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-6/2025 14.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X29, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Yevlax şəhər Gənclər və İdman idarəsinin rəisi işləmiş, hal-hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Yevlax rayon icra hakimiyyət başçısının 10 iyul 2007-ci il tarixli 130 nömrəli sərəncamı ilə Yevlax şəhər Gənclər və İdman idarəsinin rəisi təyin olunmaqla 17 iyun 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən 06 mart 1997-ci il tarixli Rayon (şəhər) Gənclər və İdman İdarələri (Baş idarələri) haqqında birtipli əsasnamənin 4-cü bəndinə əsasən idarənin rəhbəri kimi idarə adından etibarnaməsiz fəaliyyət göstərmək, onun mənafelərini bütün məssisələrdə, idarələrdə və təşkilatlarda təmsil etmək, o cümlədən əmək müqavilələri bağlamaq, etibarnamələr vermək, banklarla hesablaşma hesabı və digər hesablar açmaq, vəsaitləri yönəltmək hüququndan istifadə etmək, idarənin strukturu təsdiq edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 62 saylı 16 mart 1995-ci il tarixli qərarında müəyyən edilmiş ştat sayını əsas götürmək və rayon (şəhər) icra hakimiyyəti Başçısı ilə razılaşdırmaq, İdarənin bütün işçilərinə şamil edilən əmr və göstərişlər vermək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi kimi Yevlax şəhər Gənclər və İdman İdarəsinin yerləşdiyi Yevlax şəhəri, H.B Zərdabi 4 A ünvanında yerləşən inzibati binasında xx.xx.2018-ci il tarixli 74 saylı əmr verərək vakant olan idarənin baş mühasibi vəzifəsini 1 sentyabr 2018-ci il tarixdən idarənin baş məsləhətçisi X6 həvalə edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 3-cü yarımbəndinə zidd olaraq boş vəzifə üzrə 3 aydan çox müddət keçməsinə baxmayaraq sonuncunun razılığı ilə həmin vəzifəyə keçirməyərək və ya hər iki vəzifə birləşdirilməklə yeni müqavilə bağlanmadan X17 üzərində qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncunun 2018ci ilin dekabr ayından 2020-ci ilin noyabr ayınadək müddətdə "xxxx" ASC-nin Yevlax filialında olan ******************** nömrəli əmək haqqı kartı hesabına ümumilikdə 7749,78 (yeddi min yeddi yüz qırx doqquz manat yetmiş səkkiz qəpik) manat pul vəsaitinin köçürülməsinə və Etibar Məmmədov tərəfindən qeyd edilən pul vəsaitinin nağdlaşdırılıaraq şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, dövlətin nüfuzuna xələl gətirib, pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndilməsi, ehtiyaclarının təmin olunmasının və ödənişlərin qanunamüvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla dövlətin əmlak hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Azərbaycan Respublikasının dövlət büdcəsinə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədilə vəzifəli şəxs kimi 2019-ci ilin yanvar ayından 2021-ci ilin iyun ayınadək olan müddət ərzində Yevlax şəhər Gənclər və İdman İdarəsinin yerləşdiyi Yevlax şəhəri, H.B Zərdabi 4 A ünvanında yerləşən inzibati binasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yevlax şəhər Maliyyə İdarəsinə, xx.xx.2020-ci il tarixdən isə 16 saylı Regional Xəzinədarlıq İdarəsinə, habelə "xxxx" ASC-nin Yevlax filialına ünvanlanmış ödəniş qəbzləri, işçilərin adlarına əmək haqqlarının ödənilməsi barədə məktublar və məlumatlar (siyahı), yerli maliyyə orqanına göndərilmiş sifarişlər, ödəniş tapşırıqları, ezamiyyə vərəqələri, tədbirlərin keçirilməsinə dair əmrlər, mükafatlandırılmış şəxslərin siyahısı və digər rəsmi sənədlərin məzmununa, həmçinin əslində iş fəaliyyəti olmayan və iş yerinə gəlməyən şəxslərin adları əlavə edilərək həmin şəxslərin adlarına əmək haqqı məbləğləri hesablanıb və biləbilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş həmin rəsmi sənədləri özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiqlədikdən sonra, hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən işə görtürülmüş şəxslər-Şahid3, Şahid1, Şahid4, Şahid23, X53, Şahid25 və Şahid8 davamlı olaraq guya işə gələrək vəzifə funksiyalarını yerinə yetirməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş qeyd olunan rəsmi sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yevlax şəhər Maliyyə İdarəsinə, xx.xx.2020-ci il tarixdən isə 16 saylı Regional Xəzinədarlıq İdarəsinə, habelə "xxxx" ASC-lərin Yevlax filiallarına göndərərək icraya yönəldilməsinə nail olaraq o cümlədən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə razılaşdırmadan Şahid3 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2021-ci ilin iyul ayınadək olan müddət ərzində sonuncunun "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına ümumilikdə 19.944,59 (on doqquz min doqquz yüz qırx dörd manat əlli doqquz qəpik) manat, eyni niyyətlə, Şahid1 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində sonuncunun "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına ümumilikdə 6208,96 (altı min iki yüz səkkiz manat doxsan altı qəpik) manat, eyni niyyətlə, Şahid4 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində sonuncunun "xxxx" ASC-nin Yevax filialında adına olan **********067721268 əmək haqqı kartı hesabına ümumilikdə 6208,96 (altı min iki yüz səkkiz manat doxsan altı qəpik) manat, eyni niyyətlə, Şahid23 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində sonuncunun "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına ümumilikdə 5628,19 (beş min altı yüz iyirmi səkkiz manat on doqquz qəpik) manat, eyni niyyətlə, X30 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində sonuncunun "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına ümumilikdə 6208,96 (altı min iki yüz səkkiz manat doxsan altı qəpik) manat, eyni niyyətlə, Şahid25 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində sonuncunun "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına ümumilikdə 6208,96 (altı min iki yüz səkkiz manat doxsan altı qəpik) manat, eyni niyyətlə, Şahid8 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək olan müddət ərzində "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına ümumilikdə 14913,54 (on dörd min doqquz yüz on üç manat əlli dörd qəpik) manat olmaqla cəmi 7 nəfər adları qeyd edilən Yevlax şəhər Gənclər və İdman idarəsinin işçilərinin adlarına "xxxx" ASC-nin Yevlax rayon filialında açılmış plastik əmək haqqı kart hesablarına hesablayıb köçürülməsini təmin etməklə, həmin şəxslərin adına olan plastik kartı özündə saxlayaraq əmək haqqı kartına köçürülən həmin pul vəsaitinin qeyd edilən köçürülmə tarixlərinə uyğun kart hesablarından həmin banka məxsus Yelvax rayonu ərazisində yerləşən müxtəlif bankomatlarda, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə şəxsən və cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsilə nağdlaşdırıb, şəxsi ehtiyaclarına sərf edərək ona etibar edilmiş cəmi 65322,16 (altmış beş min üç yüz iyirmi iki manat on altı qəpik) manat pul vəsaitini vahid niyyətlə mənimsəməklə, eyni niyyətlə, 2020-ci ilin yanvar ayından sentyabr ayınadək olan müddət ərzində Yevlax şəhər Gənclər və İdamn İdarəsinin yerləşdiyi Yevlax şəhəri, H.B Zərdabi 4 A ünvanında yerləşən inzibati binasında ezamiyyə vərəqələri, tədbirlərin keçirilməsinə dair əmrlər, mükafatlandırılmış şəxslərin siyahısı və digər rəsmi sənədlərin məzmununa, o cümlədən Şuşa rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 01/02-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 1 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Ramanı 450 qəsəbəsi, Malıbəyli kənd 1 saylı tam orta məktəbinin idman zalında 08-10 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş qızlar və oğlanlar arasında voleybol idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 şahmat Məktəbində məşqçi vəzifəsində işləyən X7 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Əşrəf İsmayılov, Aygün Məmmədova, İsmayıl İsmayılov, İbad İmanov, Xəyal Qurbanov, Bəhruz Abuşov, Yusif Kazımov, Eldar Çələbiyev, Anar Abbasov, Fərid Rəhmanov, Ehtiram Məhərrəmov, Taleh Məmmədov, Fərman Qurbanlı, Rəhman Şəfiyev, Rasim Səfərov və Elşad Qurbanlı adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə göstərilən şəxslərin guya 8-10 yanvar tarixlərində 3 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 2142 (iki min bir yüz qırx iki) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 06/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 02a nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbin idman zalında 10-20 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş böyüklər, gənclər və yeniyetmələr arasında şahmat idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində direktor vəzifəsində işləyən Şahid18 adına ezamiyyə vərəqəsi hazırlayıb özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Cəlil Əhmədli, Eldar Yusifov, Mətin Əsədli, Əyyub Misirli, Məhəmməd Həsənzadə, Emil Mehtizadə, Mənsim Ağazadə, Məhəmməd Həsənov, Məhiyyəddin Nəbiyev, Elşən Məhəmmədzadə, Elşən İmanquliyev, Orxan Şahbazov, İsa Sadıqov və Ülvi Şahbazov adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə göstərilən şəxslərin guya 10-20 yanvar tarixlərində 11 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 8928 (səkkiz min doqquz yüz iyirmi səkkiz) manat, eyni niyyətlə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xx.xx.2019-cu il tarixli, 2112/01-19 nömrəli məktuba əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 1 nömrəli əmrə müvafiq olaraq 13-17 yanvar 2020-ci il tarixlərdə Bakı şəhərində cüdo idman növü üzrə 18 yaşa qədər yeniyetmələr arasında (U-18) Azərbaycan birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid5 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - X54, İskəndərli Nihat ramil oğlu, X18, X4, X19, X31, X12, X20, X21, X55 və X56 adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə göstərilən şəxslərin guya 13-17 yanvar tarixlərində 5 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 2808 (iki min səkkiz yüz səkkiz) manat, eyni niyyətlə Daşkəsən rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 06 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 04 nömrəli əmrə müvafiq olaraq Daşkəsən rayonunda 16-19 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin əziz xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında yunan-roma güləş idman növü üzrə açıq rayon birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid8 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Qəhrəman Qurbanov, Azad Nuruşlu, Ehtiram Həmzəyev, Xəzər İsaqov, Teymur Məmmədli, Adəm Zeynallı, Əli Əhmədov, Rəvan Məmmədov, Nuran Məmmədov, Tural İbrahimli, Ruslan Zamanov, Mətləb İbrahimov, Məhəmməd Məmmədli, İsfəndiyar Səfərəliyev, Ruhani Şərifov, İbrahim Əsədov, Fərrux Musayev, Elnur Rəsulov, Zaur Hüseynov və Kamil Hüseynov adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə adlarını qeyd etməklə göstərilən şəxslərin guya 16-19 yanvar tarixlərində 4 gün müddətində Daşkəsən rayonunda ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 1890 (bir min səkkiz yüz doxsan) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 01/02-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 05a nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbi tərəfindən Ramanı 450 qəsəbəsi, malıbəyli kənd 1 saylı tam orta məktəbin idman zalında 16-20 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş böyüklər, gənclər və yeniyetmələr arasında sambo idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid5 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Hüseyn Hüseynli, Murad Quluzadə, Səfər Talıblı, Elgün Talıblı, Əli Rüstəmzadə, Paşa Məmmədov, Elməddin Hüseynov, Fazil Allahverdiyev, Yusif Yusifov, Mustafa Rüstəmzadə, Rəşadət Tağıyev, Sahib Quliyev, Məhəmməd Babayev, Nihat Cəfərli, Murad Behbudov, Toğrul Behbudov, Ceyhun Əliyev, Kamal İsmayılov, Süphan Hüseynzadə, Ramil Allahverdiyev, Nicat İsmayılzadə, Murad Əliyev, Rüstəm Qasımzadə və Sənan Əlizadə adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə qeyd etməklə göstərilən şəxslərin guya 16-20 yanvar tarixlərində 5 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 6084 (altı min səksən dörd) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 01/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 6 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman İdarəsinin Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 18-20 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün, tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə,cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid9 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Bəxtiyar Qasımov, Baba Babazadə, Ayxan Ömərov, Vüsal Abıyev, Oktay Süleymanov, Veysəl Nəbiyev, Əmrah Qasımov, Rövşən Kərimov, Sənani Bəkirov, Nihat Mustafayev, Ömər Hüseynov, Tahir Umarov, Şəhriyar Hətəmli, Gündüz Əliyev, Fəqan Musazadə, Rauf Rəcəbov, Mirzəxan Rzayev, Pərviz Hacıyev, Orxan Rüstəmov, Tanrıverdi Abışov, Elnur Əzizov, Hüseyn Xəlilov, Azər Mahmudov, Famil Həsənzadə və Vidadi Kərimovun adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə göstərilən şəxslərin guya 18-20 yanvar tarixlərində 3 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 3276 (üç min iki yüz yetmiş altı) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 04/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 12 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 27-31 yanvar 2020-ci il tarixlərdə “2 fevral” gənclər gününə həsr olunmuş sərbəst güləş idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə,cinayətdən xəbərsiz Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid10 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Əmrahzadə Saleh, Cabbarov Abbas, Nərimanov Şamxal, Mikayılov Mehti, Mustafayev Kənan, Cəfərli Bəylər, Qasımov Murad, İsmayılov Hüseyn, Əfəndiyev Məhəmməd, Qasımzadə Ənvər, Camalov Cahid, Süleymanlı Fərid, Nəbiyev Samir, Əzizov Qabil, Əfəndiyev Baba, Əzizli Əli, Nəbiyev Sabir, Nərimanov Fariz, Musayev Yusif, Əliyev Amil, Nəsibov Vasif, Behbudov Cavid, Fərmanov Cavid, Musayev Musa, Əhmədov Paşa, Məmmədov Elçin, Əliyev Rəsul adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə, göstərilən şəxslərin guya 27-31 yanvar tarixlərində 5 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 6552 (altı min beş yüz əlli iki) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 03/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 13 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 21-25 yanvar 2020-ci il tarixlərdə “2 fevral” gənclər gününə həsr olunmuş yunan-roma güləş idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid22 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Eldar Çələbiyev, Anar Abbasov, Fərid Ədilov, Taleh Məmmədov, Fərman Qurbanlı, Rasim Səfərov, Əli Həsənzadə, Fizuli Həsənzadə, Rəvan Cəbiyev, Surət Həsənov, Əflatun Nəbiyev, Samir Çələbiyev, Amil Nəbiyev, Müşfiq Zamanov, Ramiz Zamanov, Elgiz Hətəmov, Əmirxan Sadiqov, Nurlan Sadiqov, Cəlal Əhmədov, Xəyal Vahidov, Məlik Elmiyev, Yasin Hüseynov, Adil Paşayev, Vüqar Ocaqquliyev, Vüsal Əliyev, Elçin Abbaszadə, Elamin Qaraşov və Səlami Qaraşov adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə, göstərilən şəxslərin guya 21-25 yanvar tarixlərində 5 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 6786 (altı min yeddi yüz səksən altı) manat, eyni niyyətlə Daşkəsən rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 16 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 21 nömrəli əmrə müvafiq olaraq Daşkəsən rayonunda 20-25 fevral 2020-ci il tarixlərdə “26 fevral” Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş yeniyetmələr arasında voleybol idman növü üzrə açıq rayon birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 şahmat Məktəbində məşqçi vəzifəsində işləyən X7 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Elvin Nuruşlu, Nurlan Xuduşlu, Elnur Xuduşlu, Fəqan Rzayev, Fərid Ramazanov, Allahyar Adıgözəlli, Bəhrəm Quluzadə, Eynulla Hüseynov, Murad İsmayılov, Göygöz Həsənov, İsrail İsmətli, Elmar Əmirov, Qoşqar Zeynallı və Əli Paşayev adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə, göstərilən şəxslərin guya 20-25 fevral tarixlərində 6 gün müddətində Daşkəsən rayonunda ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 2160 (iki min bir yüz altmış) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 02/06-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 22 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 21-24 fevral 2020-ci il tarixlərdə “Xocalı soyqırımı qurbanlarının” xatirəsinə həsr olunmuş cido idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid19 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Orxan Səfərov, Zöhrab Əsədli, Şəfayıl Əsədov, Elman Ağayev, Qoca Əhmədov, Surət Rzayev, Əsəd Şərifov, Ruslan Əliyev, Elcan Əmrahov, Rəmzi Qurbanlı, Əli Məmmədov, Novruz Nadirov, Səlim Nəbiyev, Ənvər Abdullayev, Tunar Cəfərov, Nihat Mustafayev, Qasım Nəcəfli, Fəqan İsmayılzadə, Etibar Həşimov, Emin Əsədov, Əhməd Camalov, Səməd Camalov, Elşən Əliyev, Bəylər Qarayev, Cavid Qasımov, Bəhrəm Həsənov, Qafqaz Hətəmov və Süleyman Eminli adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə göstərilən şəxslərin guya 21-24 fevral tarixlərində 4 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 5040 (beş min qırx) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman Məktəbinin direktoru Yapon Hacıyevin xx.xx.2020-ci il tarixli, 05/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 28 nömrəli müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbin idman zalında 20-25 fevral 2020-ci il tarixlərdə “5 mart bədəntərbiyəsi və idman gününə” həsr olunmuş fudbol idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən X3 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Nicat Şərifov, Fuad Yusifzadə, Mehman Allahverdiyev, Əmiraslan Mustafayev, Vahid Abbasov, Pərvin Əlicanov, Pərviz Balakişiyev, Nuru Səmədov, Səbuhi Bağırov, İlkin Hüseynov, Elnar Əliyev, Elgün Şahverdiyev adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə göstərilən şəxslərin guya 20-25 fevral 2020-ci il tarixlərdə 6 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 3744 (üç min yeddi yüz qırx dörd) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 02/06-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 23 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbi tərəfindən Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 20-26 fevral 2020-ci il tarixlərdə “Xocalı soyqırımı qurbanlarının” xatirəsinə həsr olunmuş ağır atletika idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid7 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Murad Ədilxanov, Bəhrəm Abbasov, Rəşad Həsənli, Ayxan Həsənli, Toğrul Salamzadə, Nuran Salamzadə, Cəlal Cavanşirli və Fərid Cəfərov adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə göstərilən şəxslərin guya 20-26 fevral tarixlərində 7 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 3078 (üç min yetmiş səkkiz) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 02/08-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 23 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən Biləcəri qəsəbəsi, Şuşa şəhər 3 saylı tam orta məktəbin idman zalında 21-24 fevral 2020-ci il tarixlərdə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə” həsr olunmuş fudbol idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 şahmat Məktəbində məşqçi vəzifəsində işləyən Şahid21 Grüzalı oğlunun adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Hüseyn İbrahimli, Adil Zeybnalov, Sənan Oruclu, Elşən Əsgərov, Həsən Rüstəmov, Elmin Ələsgərov, Məhəmməd Ələsgərov, Musa Hüseynov, Elgün Bəşirov, Elnur Əhmədzadə, Elgün Əsədov, Eşqin Şükürov, Anar Süleymanov, Zaur Həsənov, Hüseyn İsmayılzadə, Nicat Şərifov, Fuad Yusifzadə, Mehman Allahverdiyev, Əmiraslan Mustafayev, Vahid Abbasov, Pərviz Əlicanov, Pərviz Balakişiyev, Nuru Səfərli, Səbuhi Bağırov və Emin Mehdiyev adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə göstərilən şəxslərin guya 21-24 fevral tarixlərində 4 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 4680 (dörd min altı yüz səksən) manat, eyni niyyətlə, özünün imzaladığı 16 iyul 2020-ci il tarixli 29 nömrəli əmrlə 22-26 iyul 2020-ci il tarixlərdə Gənclər və İdman Nazirliyinin yaranmasının 26-cı il dönümü münasibəti ilə Yevlax şəhər Gənclər və İdman İdarəsinin kuboku uğrunda uşaq və yeniyetmələr arasında şahmat üzrə onlayn şəhər birinciliyi keçirilməsi adı altında özü tərəfindən biləbilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti adlar - 6-7 yaşlılar arasında X41 İ yer kimi, X32 İİ yer kimi, X33 İİİ yer kimi, 8-9 yaşlılar arasında X5 İ yer kimi, X34 İİ yer kimi, X42 İİİ yer kimi, 10-11 yaşlılar arasında X8 İ yer kimi, X9 İİ yer kimi, X22 İİİ yer kimi, 12-13 yaşlılar arasında X23 İ yer kimi, X24 İİ yer kimi, X25 İİİ yer kimi, 14-15 yaşlılar arasında X10 İ yer kimi, X57 İİ yer kimi, X35 İİİ yer kimi, həmçinin cinayətdən xəbərsiz X43 və X58 adlarını hakim kimi formal olaraq qeyd etməklə vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında təltif olunan şəxslərə və hakimlərə verilməsi üçün ümumilikdə 1550 (bir min beş yüz) manat, eyni niyyətlə, imzaladığı 20 iyul 2020-ci il tarixli 30 nömrəli əmrlə 25 iyul 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin yaranmasının 26-cı il dönümü münasibəti ilə onlayn bilik yarışının keçirilməsi adı altında özü tərəfindən biləbilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti adlar - X26 İ yer kimi, X36 İİ yer kimi, X59 İİİ yer kimi, həmçinin cinayətdən xəbərsiz X13 aparıcı kimi formal olaraq qeyd etməklə vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında təltif olunan şəxslərə və aparcıya verilməsi üçün ümumilikdə 270 (iki yüz yetmiş) manat, eyni niyyətlə, 20 iyul 2020-ci il tarixli 31 nömrəli əmrlə 26 iyul 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin yaranmasının 26-cı il dönümü münasibəti ilə rayon gəncləri ilə görüş keçirilməsi adı altında özü tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti - Tanrıverdiyev Həsən, Bağırov Səbuhi, Tanrıverdiyev Hüseyn, Rəhimli Azər, Qurbanov Nəbi, Tanriverdiyev Abdulla, Yusifli Məhəmməd, Tağıyev Asif, Mehdizadə İbrahim, Tanrıverdiyev Rüfət, Məmmədov Pərviz, Rəhimli Səbuhi, Babayev Rasim, Nəbiyev Nəmdiyə, Mustafayev Elməddin, Əzizov Dünyamin, Səmədov Murad, Əhmədov Əmiraslan, Abdullayev Şamil, Məmmədov Emil, Cavadov Süphan, Xudatquliyev Elvin, Abdullayev Samir, Bəkirov Nizam, Bayramov Məhəmməd adlarını formal olaraq qeyd etməklə guya rayonun ictimai-siyasi və idman həyatında fəal iştirak etmiş 25 nəfər təltif olunan şəxsə verilməsi üçün vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 1250 (bir min iki yüz əlli) manat, eyni niyyətlə, 04 avqust 2020-ci il tarixli 35 nömrəli əmrlə 12 avqust 2020-ci il tarixdə X50 münasibəti ilə onlayn rəsm müsabiqəsinin keçirilməsi adı altında özü tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti adlar - X14 İ yer kimi, X60 İİ yer kimi və X11 İİİ yer kimi formal olaraq qeyd edilməklə vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 270 (iki yüz yetmiş) manat, eyni niyyətlə, 06 avqust 2020-ci il tarixli 36 nömrəli əmrlə 12 avqust 2020-ci il tarixdə X50 münasibəti ilə rayon gəncləri ilə görüş keçirilməsi adı altında özü tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti - Behbudov Behbud, Məmmədov Ülvi, Məmmədzadə Hüseyin, Cələbiyev Abid, İbrahimli Şirazi, Məmmədli Sübhan, Paşayev Asim, İbrahimov Yusif, Rəcəbli Şəmsi, Süleymanov İlkin, Səfərov Asim, Allahverdiyev Mehman, Rüstəmov Rəvan, Şəfizadə Tofiq, Bəkirov Pərvin, Səfərov Kamran, Baxşəliyev Alı, Ağayev Allahverdi, Muxtarov Kərim, Nazarov İsmayıl, Bəkirov Mirzə, Hacıyev Bağdad, Rəsulzadə Ramil, İsmayıllı tərlan, Yunisov Ömər adlarını formal olaraq guya rayonun ictimai-siyasi və idman həyatında fəal iştirak etmiş 25 nəfər təltif olunan şəxsə verilməsi üçün vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 1250 (bir min iki yüz əlli) manat, eyni niyyətlə, 10 avqust 2020-ci il tarixli 37 nömrəli əmrlə 12 avqust 2020-ci il tarixdə X50 münasibəti ilə onlayn bilik yarışının keçirilməsi adı altında özü tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti adlar - X44 İ yer kimi, X45 İİ yer kimi və X61 İİİ yer kimi formal olaraq qeyd edilməklə vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 270 (iki yüz yetmiş) manat, eyni niyyətlə, 20 avqust 2020-ci il tarixli 38 nömrəli əmrlə 23-30 avqust 2020-ci il tarixlərdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin kuboku uğrunda futbol idman növü üzrə rayon birinciliyi keçirilməsi adı altında özü tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti adlar - X15 İ yer kimi, X42 İİ yer kimi, X46 İİİ yer kimi, həmçinin cinayətdən xəbərsiz X16, Şahid18 və X2 adlarını hakim kimi formal olaraq qeyd etməklə vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 2350 (iki min üç yüz əlli) manat olmaqla cəmi 64.378 (altmış dörd min üç yüz yetmiş səkkiz) manat pul vəsaitini cəmləşdirməklə 4 dəfəyə yəni - 28 fevral 2020-ci il tarixdə 2.808 manat, 9 aprel 2020-ci il tarixdə 13.374 manat, 10 sentyabr 2020-ci il tarixdə 26.362 manat və 30 dekabr 2020-ci il tarixdə 21.834 manat pul vəsaitini "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** nömrəli plastik əmək haqqı kart hesabına hesablayıb köçürülməsini təmin edərək, əmək haqqı kartına köçürülən həmin pul vəsaitini qeyd edilən köçürülmə tarixlərinə uyğun kart hesabından həmin banka məxsus Yelvax rayonu ərazisində yerləşən müxtəlif bankomatlarda, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə şəxsən nağdlaşdırıb, şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla ona etibar edilmiş cəmi 129.700,16 (bir yüz iyirmi doqquz min yeddi yüz manat on altı qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, həmin hərəkətləri ilə pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirilməsi, əmək haqları üzrə ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2006-cı il tarixdən, 2021-ci il fevral ayının 17-dək Yevlax şəhər Gənclər və İdman idarəsinin rəisi işləmişdir. Bu müddət ərzində nazirlikdən və digər rayonlardan idarəyə məktublar daxil olurmuş. Belə ki, onlar gələn məktubları əmrləşdirib, müəllimlərin adını yazıb çağırıb söhbət edirmişlər. Bundan sonra yarışın vaxtı təyin olunurmuş. Müəllimlərə yarışa gedəcək uşaqların sayını bildirib qeyd olunan tarixdə hazır olmalarını deyirmişlər. Daha sonra sənədləşdirib yarışa yola salırmış. Müəllimlər yarışdan gələndən sonra əmək kartlarına pullarını köçürürmüş. Onların iş prosesləri məhz belə olmuşdur. Maliyyə idarəsinə limit verirmiş və maliyyə onlara pul ayırırmışdır. Onlar sənədləri, yarışın əsasnaməsini və məktubları maliyəyə göndərirmişlər. Onlar göndərilən sənədlərə baxırmış və yoxlayırmış. Bundan sonra pulu vururmuşlar. Daha sonra onlar həmin yarışa gedən müəllimin kartına pulu köçürürmüşlər. Etibar Məmmədovla bağlı məsələyə gəldikdə, o, Gənclər və İdman idarəsində baş məsləhətçi vəzifəsində işləyib. Etibar Məmmədov onların rəsmi işçiləri olmuşdur. 2018-ci ildə onların mühasib işdən çıxmışdır. Onların işçiləri dövlət qulluqçuları olur. Həmin ştata dövlət qulluğundan keçib gələn olmadır. O da maliyyə idarəsinə məlumat vermişdir ki, onlarda bir mühasib lazımdır ki, onlar əməliyyatlarını apara bilsinlər. Bundan sonra maliyyə idarəsi ilə razılaşmış və Etibar Məmmədovu yarım akladla mühasib vəzifəsinə işə götürmüşlər. Etibar Məmmədovun mühasib kimi təhsili olmuşdur. Bundan sonra onun imzası ilə əməkhaqqı işlərini həll etmişlər. Onu qeyd edir ki, ittiham aktında göstərildiyi kimi Etibar Məmmədovla bağlı məsələdə 7749 manat pul vəsaitini mənimsəməmiş və şəxsi istifadəsi üçün götürməmişdir. Etibar Məmmədovu mühasib kimi işə götürmüş, pulu da kartına köçürmüşdür. Şəxs mühasib kimi fəaliyyət göstərmiş və əməkhaqqını özü almışdır. İttiham aktında göstərilən 129 min 700 manatı mənimsəməmişdir. Belə ki, qeyd olunan bütün yarışlar keçirilib və müəllimlərin kartına pul köçürülmüşdür. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi onu Yevlax rayon prokurorluğuna dəvət etmişdir. O, həmin yerə getdiyi vaxt görmüşdür ki, ondan qabaq həmin müəllimlər dindirilmişdir. Belə ki, sözügedən müəllimlərin hamısına hədə-qorxu gəlmişlər ki, onların dedikləri kimi ifadə verməsələr, onları həbs edəcəklər. Bir neçə müəllim qorxmuş və ifadələrində qeyd etmişlər ki, güya onlar nə yarışa getmişlər, nə kart görmüşlər, nə də ki, əmək haqqı almışlar. Artıq o, prokurorluğa getdiyi vaxt görmüşdür ki, hər şey hazırdı və bütün işləri onun üstünə yıxıblar. Hansı ki, həmin müəllimlər yarışa da getmişlər, kartları da özlərində olmuş və əmək haqlarını da özləri almışlar. O da təklif olundu ki, 130 min manat artıq onun boynundadır, o, 50 min manat dövlət bütcəsinə keçirsə, onlar ona kömək edər. O da gedib borc-xərc edib sözügedən məbləği tapıb dövlət büdcəsinə keçirmişdir. Belə ki, hər ay 10 000 manat olmaq üzərə 5 ay pul keçirmişdir. Ödədikdən sonra, onu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırmışlar və demişlər ki, onun işin Şəki Ağır Cinayətlər Məhkəməsinə gedir. O, ittiham aktını oxuduqdan sonra görmüşdür ki, çağırıb bütün müəllimlərə imza çəkdirmişlər. Ona Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində sənədlərə imza çəkdirmişlər, lakin həmin izahatları oxumamışdır. Ona nəyə imza çəkməyini bildirmişlərsə, orada imza çəkmiş, lakin oxumamışdır. Ən son olaraq onu qeyd etmək istəyir ki, ittiham aktında göstərilən 129 min 700 manatı mənimsəməmiş və həmin puldan 1 manat olsun özünə xərcləməmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının və xəstə anasının olmasını, törətdiyi əməldən peşman olmasını, vurduğu zərəri tam həcimdə ödəməsini nəzərə alaraq məhkəmə kollegiyasından ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin nümayəndəsinin izahatını və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə2 göstərdi ki, Yevlax rayonu Gənclər və İdman İdarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs ümumilikdə 129 min 700 manat 16 qəpik məbləğində vəsaiti vahid niyyəti ilə külli miqdarda ziyan vurmaqla mənimsəyərək ittiham olunmuşdur. Qeyd olunan ittihama əsasən törədilmiş əməllər nəticəsində təqsirləndirilən şəxs tərəfindən dövlətə vurulmuş ziyanın tam həcmdə dövlət büdcəsinə ödənilməsini tələb edirik. Maddi ziyan tam həcmdə ödənildiyi halda hazırki iş üzrə əlavə tələblərimizin olmadığını bildirir və şəxs barəsində cinayət qanunvericiliyinə uyğun olaraq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırıq. Bizim 3 tələbimiz var. 1. Ziyanın məbləği barədə: Belə ki, Maliyyə Nazirliyinin nümayəndələri istintaqa qədər və ya istintaq zamanı aparılmış yoxlamalarda iştirak etməmişdir. Zərərin məbləği ittiham aktı ilə müəyyən edilir. 2. Ziyanın ödənilibödənilməməsi barədə: Dəymiş ziyanın məhkəmə istintaqı zamanı ödənildiyi bildirilirsə, onunla bağlı müvafiq təsdiqedici sənədlər təqdim olunsun. Bu sənədlər əsasında xəzinədarlıq vasitəsilə dəqiqləşmə aparıldıqdan sonra məhkəməyə məlumat bildirilə bilər.

3. Maliyyə Nazirliyinin mövqeyi: Dəymiş ziyanın tam həcmdə ödənilməsini tələb edirik. Yalnız o halda əlavə tələblərimizin olmayacağını və şəxsin barəsində cəza tətbiqini məhkəmənin mülahizəsinə buraxdığımızı bildiririk. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı tam ödəmişdir, buna görə onunla barışmışlar, ondan şikayət və tələbləri yoxdur və cəza məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hər hansı bir yerdə, işləmir, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bildiyi qədər təxminən 2019-cu ilin sentyabr ayından Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən Yevlax şəhər Uşaq-Gənclər məktəbində məşqçi müəllim kimi işə qəbul olunsa da, faktiki olaraq işə getməmiş, əməkhaqqı almamışdır. İşə qəbul əmrinin olub-olmaması barədə dəqiq məlumatı yoxdur. Adına əməkhaqqı kartı olsa da, həmin kart heç vaxt onda olmamışdır. Yevlax şəhər Gənclər və İdman İdarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs özü onun adını müəllim kimi sənədləşdirməyi təklif etmiş, o da stajı olsun deyə buna razılıq vermişdir. Onun ümumiyyətlə təhsili yoxdur, o cümlədən idman sahəsində də təhsili yoxdur. Adına olan əməkhaqqı kartından heç vaxt istifadə etməmiş və əməkhaqqı kartı Təqsirləndirilən şəxs olmuşdur. Ümumiyyətlə işləmədiyindən, heç vaxt, o cümlədən 2020-2021-ci illər ərzində birmənalı olaraq hər hansı bir idman yarışı və ya tədbir ilə əlaqədar ezamiyyətə getməmişdir. 2019-2020-ci tədris ili üçün təsdiq edilmiş Tarif cədvəlinə əsasən ona ümumilikdə 7340,61 manat hesablanmaqla, 6208,96 manat əməkhaqqı ödənilməsindən məlumatı olmamışdır. Yevlax şəhər Gənclər və İdman İdarəsinin nəzdində olan UGİM-də işə qəbul edilməyi ilə bağlı Təqsirləndirilən şəxs ondan heç bir məbləğdə pul istəməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərdi ki, özünə məxsus “Muravey” ilə Yevlax şəhərində yerləşən bazarda yük daşımaqla, ailəsini dolandırır. Təqsirləndirilən şəxslə eyni məktəbdə oxumuşdur. O, işsiz olduğundan adına staj yazılması üçün Yevlax şəhər Gənclər və İdman İdarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs onu öz idarəsində işə düzəltməyini xahiş etmişdir. Onun xahişi əsasında Təqsirləndirilən şəxs təxminən 2019-cu ildən Yevlax şəhər Uşaq-Gənclər məktəbində məşqçi müəllim kimi işə qəbul etmişdir. Ancaq faktiki olaraq işə gəlməmiş, əməkhaqqı almamışdır. Çünki əvvəlcədən əmək haqqının kartının Təqsirləndirilən şəxs özündə qalacağı barədə razılaşmışlar. İşə qəbul əmrinin olub-olmaması barədə dəqiq məlumatı yoxdur, adına əməkhaqqı kartı olsa da, həmin kart heç vaxt onda olmamışdır. Kartı götürüb Binyaminin özünə vermişdir. Binyamin lazım olanda onu özü işə çağıracağını desə də, heç vaxt işə çağırmamışdır. Onun ümumiyyətlə, o cümlədən idman sahəsində də təhsili yoxdur. Adına olan əməkhaqqı kartından heç vaxt istifadə etməmişdir. Heç vaxt, o cümlədən 2020-2021-ci illər ərzində birmənalı olaraq hər hansı bir idman yarışı və ya tədbir ilə əlaqədar ezamiyyətə getməmişdir. 2019-2020-ci tədris ili üçün təsdiq edilmiş Tarif cədvəlinə əsasən ona 5628,19 manat əməkhaqqı ödənilməsindən xəbərsiz olmuşdur. Onun adına olan əməkhaqqı kartı sabiq idarə rəisi Təqsirləndirilən şəxs olduğundan pul vəsaiti elə sonuncunun özü tərəfindən mənimsənilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərdi ki, ictimai nəqliyyatda sürücü işləməklə, ailəsini dolandırır. Binaymin Musayevi tanımış, aralarında yaxşı münasibət olmuşdur. Binyamın Musayev onun arvadı Gülşən Musayevanın qardaşıdır. O, işsiz olduğundan Yevlax şəhər Gənclər və İdman İdarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs gələcəkdə pensiyaya çıxan zaman stajının olması üçün öz idarəsində işə düzəldəcəyini demiş, o da buna razılıq vermişdir. Nəticədə Təqsirləndirilən şəxs tərəfindən Yevlax şəhər Uşaq-Gənclər məktəbində məşqçi müəllim kimi işə qəbul olunsa da, faktiki olaraq işə gəlməmiş, əməkhaqqı almamış, işə qəbul əmrinin olub-olmaması barədə dəqiq məlumatı yoxdur, adına əməkhaqqı kartı olsa da, həmin kart heç vaxt onda olmamışdır, kartı götürüb Binyaminin özünə vermişdir. Ümumiyyətlə, o cümlədən idman sahəsində təhsili yoxdur. Adına olan əməkhaqqı kartından heç vaxt istifadə etməmiş və əməkhaqqı kartı Təqsirləndirilən şəxs olmuşdur. Heç vaxt, o cümlədən 2020-2021-ci illər ərzində birmənalı olaraq hər hansı bir idman yarışı və ya tədbir ilə əlaqədar ezamiyyətə getməmişdir. 2019-2020-ci tədris ili üçün təsdiq edilmiş Tarif cədvəlinə əsasən ona 6208,96 manat əməkhaqqı ödənilməsindən məlumatsız olmuşdur. Əmək haqqı kartı Təqsirləndirilən şəxs olmuşdur. Odur ki, yuxarıda qeyd olunan pul vəsaitindən qətiyyən məlumatı olmamış, Təqsirləndirilən şəxs həmin pul vəsaitini mənimsəmiş, ona ümumiyyətlə həmin puldan 1 manat da verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus yük avtomobili ilə yük daşımaqla, ailəsini dolandırır. Binaymin Musayevi uzun illərdir ortaq tanışlar vasitəsilə tanımışdır, yaxşı münasibəti var. Yevlax şəhər Gənclər və İdman İdarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs təxminən 2019-cu ildə adına staj getməyini istəyib-istəmədiyini soruşmuş, o da gələcəkdə pensiyaya çıxmaq üçün istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan şəxsiyyət vəsiqəsini alaraq, onu öz idarəsində işə düzəldəcəyini, adına staj yazılacağını demiş, ancaq əmək haqqı kartını verməcəyəyini şərt qoymuşdur. Əvvəlcədən isə bu işin müqabilində ondan heç bir məbləğdə pul vəsaiti istəməmişdir. Bildiyi qədər elə həmin vaxtdan Təqsirləndirilən şəxs tərəfindən Yevlax şəhər Uşaq-Gənclər məktəbində məşqçi müəllim kimi işə qəbul edilsə də, faktiki olaraq işə gəlməmiş, əməkhaqqı almamışdır. Adına əməkhaqqı kartı olsa da, həmin kart heç vaxt onda olmamışdır və kartı Təqsirləndirilən şəxs özünə vermişdir. Ümumiyyətlə, o cümlədən idman sahəsində təhsili yoxdur. Adına olan əməkhaqqı kartından heç vaxt istifadə etməmiş və əməkhaqqı kartına hansı məbləğdə pul vəsaiti köçməsindən tam məlumatsız olmuşdur. Heç vaxt, o cümlədən 2020-2021-ci illər ərzində birmənalı olaraq hər hansı bir idman yarışı və ya tədbir ilə əlaqədar ezamiyyətə getməmişdir. Təsdiq edilmiş Tarif cədvəlinə əsasən ona 6208,96 manat əməkhaqqı ödənilməsindən məlumatı olmamışdır. Həmin pul vəsaiti elə əməkhaqqı kartının olduğu sabiq idarə rəisi Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, 1974-cü il tarixdən hal-hazıradək Yevlax şəhər şahmat-idman məktəbində futbol idman növü üzrə məşqçi vəzifəsində işləyir. Bəzi hallarda bir neçə yaxın rayonlarda keçirilmiş idman yarışlarında iştirak etsələr də, bu iştirakı maddi cəhətdən özləri təmin etmişdir. Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 23 nömrəli əmrə əsasən Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən Biləcəri qəsəbəsi, Şuşa şəhər 3 saylı tam orta məktəbin idman zalında “Xocalı soyqırımı qurbanlarının xatirəsinə” həsr olunmuş fudbol idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün 21-24 fevral 2020-ci il tarixlərdə, onun rəhbərliyi ilə Hüseyn İbrahimli, Adil Zeybnalov, Sənan Oruclu, Elşən Əsgərov, Həsən Rüstəmov, Elmin Ələsgərov, Məhəmməd Ələsgərov, Musa Hüseynov, Elıgün Bəşirov, Elnur Əhmədzadə, Elgün Əsədov, Eşqin Şükürov, Anar Süleymanov, Zaur Həsənov, Hüseyn İsmayılzadə, Nicat Şərifov, Fuad Yusifzadə, Mehman Allahverdiyev, Əmiraslan Mustafayev, Vahid Abbasov, Pərviz Əlicanov, Pərviz Balakişiyev, Nuru Səfərli, Səbuhi Bağırov, Emin Mehdiyevin iştirakları ilə, cəmi 25 nəfər 4 gün müddətinə ezam olunması və cəmi 4680 manat ezamiyə xərci hesablanmasından məlumatı olmamışıdır. Futbol idman növü üzrə ezamiyyətdə adətən 16-18 idmançı iştirak edir. Bu artıq onu göstərir ki, həmin sənədlər saxtadır. Belə ki, qeyd edilən ezamiyyətdən ümumiyyətlə məlumatı olmamış, həmin ezamiyyətdə iştirak etməmişdir. Ümumiyyətlə heç vaxt Biləcəri qəsəbəsində olmamışdır. Adları qeyd edilər idmançıları tanımır və məktəbdə məşqlərə heç vaxt cəlb olunmamışdılar. Hesablanmış 4680 manat vəsaitin necə, kimin adına köçürülmsi, eləcə də hansı formada nağdlaşdırılması, kim tərəfindən istifadə edilməsi barədə qətiyyən məlumatı və əlaqəsi olmamışdır. Həmin pul vəsaiti onun hesabına və ya əmək haqqı kartına köçməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ali təhsilini Azərbaycan Dövlət Bədən tərbiyəsi və idman akademiyasında almışdır. Əvvəllər Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində UGİM-də məşqçi kimi işləmişdir. Sonradan işdən çıxmışdır. 2021-ci il tarixdən yenidən hal-hazıradək Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində UGİM-də baş məşqçi vəzifəsində işləyir. İşlədiyi müddət ərzində 2005-2006-cı illərdə rəsmi olaraq bir neçə dəfə müxtəlif yarışlarda xidməti məzuniyyətdə olmuşdur. Lakin, bundan sonra heç vaxt rəsmi ezamiyyətdə olmamışdır. Bəzi hallarda bir neçə yaxın rayonlarda keçirilmiş idman yarışlarında iştirak etsələr də, bu iştirakı maddi cəhətdən özü təmin etmişdir. Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 05a nömrəli əmrə əsasən Şuşa rayon Gənclər və İdman məktəbi tərəfindən Ramanı 450 qəsəbəsi, malıbəyli kənd 1 saylı tam orta məktəbin idman zalında “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş böyüklər, gənclər və yeniyetmələr arasında sambo idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün 16-20 yanvar 2020-ci il tarixlərdə, onun rəhbərliyi ilə Hüseyn Hüseynli, Murad Quluzadə, Səfər Talıblı, Elgün Talıblı, Əli Rüstəmzadə, Paşa Məmmədov, Elməddin Hüseynov, Fazil Allahverdiyev, Yusif Yusifov, Mustafa Rüstəmzadə, Rəşadət Tağıyev, Sahib Quliyev, Məhəmməd Babayev, Nihat Cəfərli, Murad Behbudov, Toğrul Behbudov, Ceyhun Əliyev, Kamal İsmayılov, Süphan Hüseynzadə, Ramil Allahverdiyev, Nicat İsmayılzadə, Murad Əliyev, Rüstəm Qasımzadə, Sənan Əlizadənin iştirakları ilə, cəmi 26 nəfər 5 gün müddətinə ezam olunması və cəmi 6084 manat ezamiyə xərci hesablanması barədə heç bir məlumatı yoxdur. Belə ki, qeyd edilən ezamiyyətdən ümumiyyətlə məlumatı olmamış, həmin ezamiyyətdə iştirak etməmişdir. Adları qeyd olunan iştirakçıları ümumiyyətlə tanımamış, belə ki, onun bu ad-soyadda tələbələri olmamışdır. Yəni, məktəbdə bu ad-soyadda uşaqlar təhsil almamışdır. Həmçinin adları qeyd olunmuş şəxslər ümumiyyətlə məktəbdə məşqlərə heç vaxt cəlb olunmamışdılar. Hesablanmış 6084 manat vəsaitin necə, kimin adına köçürülməsi, eləcə də hansı formada nağdlaşdırılması, kim tərəfindən istifadə edilməsi barədə qətiyyən məlumatı və əlaqəsi olmamışdır. Həmin pul vəsaiti onun hesabına və ya əmək haqqı kartına köçürülməmişdir. Bundan başqa yeni qaydada Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 1 nömrəli əmrə əsasən Bakı şəhərində cido idman növü üzrə 18 yaşa qədər yeniyetmələr arasında (U-18) Azərbaycan birinciliyində iştirak etmək üçün 13-17 yanvar 2020-ci il tarixlərdə, onun rəhbərliyi ilə X54, İskəndərli Nihat ramil oğlu, X18, X4, X19, X31, X12, X20, X21, X55. X27 iştirakları ilə, cəmi 12 nəfər 5 gün müddətinə ezam olunması, cəmi 2808 manat ezamiyə xərci hesablanmasından xəbəri olmamışdır. Ancaq həmin yarışda iştirak etmişdir. Belə ki, adları çəkilən uşaqlar zona yarışlarında qalib və mükafatçı olduqları üçün Bakı şəhərində cüdo idman növü üzrə keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ əldə etmişlər. Ona görə də, həmin idmançılar onun iştirakı ilə qeyd edilən yarışda iştirak etmək üçün Bakı şəhərinə getmiş, onun eləcə də idmançıların yemək, yol, mehmanxana və digər xərcləri cüdo federasiyası tərəfindən əlbəəl nağd qaydada qarşılanmışdır. Həmin yarışda Pərvanə Abdullayeva birinci yerə çıxmaqla, çempion olmuşdur. Hesablanmış 2808 manat ezamiyyə xərcindən ümumiyyətlə məlumatı yoxdur. Həmin vəsaitin necə, kimin adına köçürülməsi, eləcə də hansı formada nağdlaşdırılması, kim tərəfindən istifadə edilməsi barədə qətiyyən məlumatı və əlaqəsi olmamışdır. Onun bank hesabına və ya əmək haqqı kartına bu məbləğ köçürülməmişdir. Təqsirləndirilən şəxs həmin yarışın xərclərinin federasiya tərəfindən qarşılanacağını bilmişdir. Belə olan halda belə saxta sənədlər tərtib etməklə həmin pul vəsaitini ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ezamiyyəyə getmədən öncə heç vaxt avans qismində heç bir məbləğdə pul verilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərdi ki, 2004-cü il tarixdən hal-hazıradək Yevlax şəhər Gənclər və İdman idarəsi nəznində UGİMdə məşqçi vəzifəsində işləyir. İşlədiyi müddət ərzində 2005-2006-cı illərdə rəsmi olaraq bir neçə dəfə müxtəlif yarışlarda xidməti məzuniyyətdə olmuşdur. Lakin bundan sonra heç vaxt rəsmi ezamiyyətdə olmamışdır. Bəzi hallarda bir neçə yaxın rayonlarda keçirilmiş idman yarışlarında iştirak etsələr də, bu iştirakı maddi cəhətdən özləri təmin etmişdir. Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 13 nömrəli əmrə əsasən Şuşa rayon Gənclər və İdman məktəbinin Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında “2 fevral” gənclər gününə həsr olunmuş yunan-roma güləş idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün 21-25 yanvar 2020-ci il tarixlərdə, onun rəhbərliyi ilə Eldar Çələbiyev, Anar Abbasov, Fərid Ədilov, Taleh Məmmədov, Fərman Qurbanlı, Rasim Səfərov, Əli Həsənzadə, Fizuli Həsənzadə, Rəvan Cəbiyev, Surət Həsənov, Əflatun Nəbiyev, Samir Çələbiyev, Amil Nəbiyev, Müşfiq Zamanov, Ramiz Zamanov, Elgiz Hətəmov, Əmirxan Sadiqov, Nurlan Sadiqov, Cəlal Əhmədov, Xəyal Vahidov, Məlik Elmiyev, Yasin Hüseynov, Adil Paşayev, Vüqar Ocaqquliyev, Vüsal Əliyev, Elçin Abbaszadə, Elamin Qaraşov, Səalmi Qaraşovun iştirakları ilə, cəmi 29 nəfər 5 gün müddətinə ezam olunması, cəmi 6786 manat ezamiyə xərci hesablanmasından xəbəri olmamışdır. Belə ki, qeyd edilən ezamiyyətdə iştirak etməmiş, adları qeyd olunan iştirakçıları ümumiyyətlə tanımamışdır. Belə ki, onun bu ad-soyadda tələbələri olmamışdır. Yəni məktəbdə bu ad-soyadda uşaqlar təhsil almamışdır. Belə ki, adları qeyd olunmuş şəxslər ümumiyyətlə onların məktəbində məşqlərə heç vaxt cəlb olunmamışdılar. Hesablanmış 6786 manat ezamiyyə xərcindən ümumiyyətlə məlumatı yoxdur. Həmin vəsaitin necə, kimin adına köçürülməsi, eləcə də hansı formada nağdlaşdırılması, kim tərəfindən istifadə edilməsi barədə qətiyyən məlumatı və əlaqəsi olmamışdır. Həmin pul vəsaiti onun hesabına və ya əmək haqqı kartına köçməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 2013-cü ildən Yevlax rayon Gənclər və İdman İdarəsinin nəzdində olan Uşaq-Gənclər İdman məktəbində taekvondo idman növü üzrə məşqçi-müəllim kimi işə qəbul olunmuşdur və hal-hazıradək həmin vəzifədə işləyir. Əməkhaqqı kartı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla, özündə olmuş və əməkhaqqını özü almışdır. Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 6 nömrəli əmrə əsasən Şuşa rayon Gənclər və İdman İdarəsinin Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün 18-20 yanvar 2020-ci il tarixlərdə, onun rəhbərliyi ilə Bəxtiyar Qasımov, Baba Babazadə, Ayxan Ömərov, Vüsal Abıyev, Oktay Süleymanov, Veysəl Nəbiyev, Əmrah Qasımov, Rövşən Kərimov, Sənani Bəkirov, Nihat Mustafayev, Ömər Hüseynov, Tahir Umarov, Şəhriyar Hətəmli, Gündüz Əliyev, Fəqan Musazadə, Rauf Rəcəbov, Mirzəxan Rzayev, Pərviz Hacıyev, Orxan Rüstəmov, Tanrıverdi Abışov, Elnur Əzizov, Hüseyn Xəlilov, Azər Mahmudov, Famil Həsənzadə, Vidadi Kərimovun iştirakları ilə, cəmi 26 nəfər 3 gün müddətinə ezam olunması və cəmi 3276 manat ezamiyə xərci hesablanmasından xəbərsiz olmuşdur. Həmin ezamiyyətdə iştirak etməmiş, adları qeyd olunan iştirakçıları ümumiyyətlə tanımamışdır. Onun bu adsoyadda tələbələri olmamışdır. Hesablanmış 3276 manat vəsaitin necə, kimin adına köçürülmsi, eləcə də hansı formada nağdlaşdırılması, kim tərəfindən istifadə edilməsi barədə qətiyyən məlumatı və əlaqəsi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, xx.xx.2014-cü il tarixli, KT-118 nömrəli əmrə əsasən həmin tarixdən hal-hazıradək Yevlax şəhər Gənclər və İdman idarəsi nəznində UGİM-də direktor vəzifəsində işləyir. Həmçinin məşqçi kimi də fəaliyyət göstərir. Belə ki, direktorların 12 saat dərs keçməsi qanunvericilikdə də öz əksini tapmışdır. Məşqçi müəllim kimi işi 1-3-5-6-cı günlərdir. Ancaq direktor kimi hər gün işdə olur. Hazırda 1 təlim-hazırlıq qrupu vardır. Ümumilikdə isə bu qrupda 15 uşaq vardır. O, dərslərini Yevlax rayonunda yerləşən Karvan şəhər stadionunda icra edir. Direktor olduğu dövrdə artıq Təqsirləndirilən şəxs Yevlax rayon Gənclər və İdman idarəsinin rəisi olmuşdur. Məktəb direktoru kimi vəzifəsi tarif cədvəlini hazırlayıb imzalamaq, müəllimlərin qruplarının bölgüsünün təşkil edilməsi, pedoqoji şuranın keçirilməsi, məşqçi-müəllimlərin iş fəaliyyətinə nəzarət etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, kadrların seçilməsi, yerləşdirilməsi, ümumi nəzarət və.s ibarətdir. O, idman məktəbinin direktoru təyin olsa da, Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs faktiki onun vəzifələrini icra etməyinə məhdudiyyət yaratmışdır. Vəzifəyə təyin olunduğu vaxtdan məktəbin möhür və ştampını təhvil verməyərək özündə saxlamış, işlədiyi müddət ərzində tarif cədvəlini özü hazırlamış, təsdiqlənməsindən xəbəri olmamış, müdaxilə etməyinə imkan verməmiş, tarif cədvəli təsdiq edilən zaman onu özü ilə Bakı şəhərinə aparsa da, prosesdən uzaq tutmuş, məktəbin faktiki olaraq bütün idarəçiliyini Təqsirləndirilən şəxs həyata keçirmişdir. O, isə hər hansı bir təsir imkanı olmadığından Təqsirləndirilən şəxs qanunsuz əməlllərinin qarşısını ala bilməmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə heç vaxt ezamiyyətə getməmişdir. Həmçinin Təqsirləndirilən şəxs hansısa idmançıların ezamiyyətə getməsi ilə bağlı ona müraciət etməmiş, ondan siyahı istəməmiş və bu barədə onunla heç vaxt heç bir söhbəti olmamışdır. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad olunmuş, bundan sonra idarə rəisi vəzifəsini müvəqqəti icra edən Şahid13 məktəbin möhür və ştampını xx.xx.2021-ci il tarixli təhviltəslim aktı ilə ona təhvil vermişdir. Bundan sonrakı müddətdə məktəb direktoru kimi faktiki vəzifəsini icra etmişdir. Onun əməkhaqqı kartı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla, özündə olmuş və əməkhaqqını özü almışdır. Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 02a nömrəli əmrə əsasən Şuşa rayon Gənclər və İdman məktəbinin Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbin idman zalında “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş böyüklər, gənclər və yeniyetmələr arasında şahmat idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün 10-20 yanvar 2020-ci il tarixlərdə, onun rəhbərliyi ilə Cəlil Əhmədli, Eldar Yusifov, Mətin Əsədli, Əyyub Misirli, Məhəmməd Həsənzadə, Emil Mehtizadə, Mənsim Ağazadə, Məhəmməd Həsənov, Məhiyyəddin Nəbiyev, Elşən Məhəmmədzadə, Elşən İmanquliyev, Orxan Şahbazov, İsa Sadıqov, Ülvi Şahbazovun iştirakları ilə, cəmi 15 nəfər 11 gün müddətinə ezam olunması və cəmi 8928 manat ezamiyə xərci hesablanması barədə məlumatı olmamışdır. Həmin ezamiyyətdə iştirak etməmiş, adları qeyd edilən şəxsləri tanımamışdır. Hesablanmış 8928 manat ezamiyyə xərci vəsaitinin necə, kimin adına köçürülmsi, eləcə də hansı formada nağdlaşdırılması, kim tərəfindən istifadə edilməsi barədə qətiyyən məlumatı və əlaqəsi olmamışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən və daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış yoxlamalar zamanı məlum olmuşdur ki, sabiq idarə rəisi Təqsirləndirilən şəxs saxta sənədlər əsasında yarışlar hazırlayaraq pul vəsaitlərini ələ keçirmişdir. Belə ki, 20 avqust 2020-ci il tarixli 38 nömrəli əmr saxtadır. Belə ki, Təqsirləndirilən şəxs imzaladığı həmin əmr formal xarakter daşımış, 23-30 avqust 2020-ci il tarixlərdə Yevlax rayonunda futbol idman növü üzrə rayon birinciliyi keçirilməmiş, mükafat və hakimlər üçün hər hansı pul vəsaitinin verilməsi təmin edilməmişdir. Həmin yarışla bağlı tərtib edilmiş əsasnamə də formal xarakter daşımışdır. Guya yarışda qalib gələn komandaların mükafatlandırılması və hakimlərə ödəniş verilməsi məsələsi tamamilə cəfəngiyyatdır. O, guya yarışların qalibi kimi qeyd edilmiş X15, X42 və X46 adlı şəxslərin adlarını ilk dəfədir ki, görür və eşidir. Həmin yarışda hakim kimi iştirak etməyi ilə bağlı aparılmış qeydiyyat tamamilə saxtadır. Guya həmin yarışda hakim kimi iştirak edib 50 manat mükafat almağı barədə qeyd olunanlar yalandır və adının qarşısında olan imza saxtalaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, 23- 30 avqust 2020-ci il tarixlərdə Yevlax rayonunda futbol idman növü üzrə rayon birinciliyi keçirilməmiş, mükafat və hakimlər üçün hər hansı pul vəsaitinin verilməsi təmin edilməmişdir. Həmin yarışla bağlı tərtib edilmiş əsasnamə də formal xarakter daşımışdır. Guya yarışda qalib gələn komandaların mükafatlandırılması və hakimlərə ödəniş verilməsi məsələsi tamamilə cəfəngiyyatdır. O, guya yarışların qalibi kimi qeyd edilmiş X15, X42 və X46 adlı şəxslərin adlarını ilk dəfədir ki, görür və eşidir. Həmin yarışda hakim kimi iştirak etməyi ilə bağlı aparılmış qeydiyyat tamamilə saxtadır. Guya həmin yarışda hakim kimi iştirak edib 50 manat mükafat almağı barədə qeyd olunanlar yalandır və adının qarşısında olan imza saxtalaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 2012-ci ilin mart ayından tarixdən hal-hazıradək Yevlax şəhər Gənclər və İdman idarəsinin rəis müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ezamiyyə ilə bağlı sənədləşmə işlərinin həyata keçirilməsində heç vaxt iştirak etməmişdir. Ancaq rayon ərazisində təşkil olunmuş bütün tədbirlərin və yarışların həyata keçirilməsi əksər vaxtlarda ona həvalə olunmuş, şəxsən tədbirlərin yüksək səviyyədə təşkil olunmasını təmin etmişdir. Əvvəlcə Nazirlik tərəfindən, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış yoxlamalar zamanı məlum olmuşdur ki, sabiq idarə rəisi Təqsirləndirilən şəxs saxta sənədlər əsasında yarışlar hazırlayaraq pul vəsaitlərini ələ keçirmişdir. Belə ki, 20 avqust 2020-ci il tarixli 38 nömrəli əmr saxtadır. Əmrdə guya icrası ona həvalə olunmuş yarış ümumiyyətlə keçirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs imzaladığı həmin əmr formal xarakter daşımış, 23-30 avqust 2020-ci il tarixlərdə Yevlax rayonunda futbol idman növü üzrə rayon birinciliyi keçirilməmiş, mükafat və hakimlər üçün hər hansı pul vəsaitinin verilməsi təmin edilməmişdir. Həmin yarışla bağlı tərtib edilmiş əsasnamə də formal xarakter daşımışdır. Yarışda qalib gələn komandaların mükafatlandırılması və hakimlərə ödəniş verilməsi məsələsi tamamilə cəfəngiyyatdır. Guya yarışların qalibi kimi qeyd edilmiş X15, X42 və X46 adlı şəxslərin adlarını ilk dəfədir ki, görür və eşidir. Bundan başqa 16 iyul 2020-ci il tarixli 29 nömrəli əmrlə 22-26 iyul 2020-ci il tarixlərində keçirilməsi qeyd olunmuş şahmat üzrə onlayn yarışın icrasının ona həvalə olunması barədə qeyd olunanlar saxta məlumatlardır. Belə ki, guya 6-7, 8-9, 10-11, 12-13 və 14-15 yaşlılar arasında onlayn şahmat müsabiqəsinin keçirilməsi və nəticə etibarilə hakimlər də daxil olmaqla ümumilikdə 1550 manat pul vəsaitinin xərclənməsi barədə sənədlər saxtadır. Belə bir yarış keçirilməmiş, faktiki olaraq pul vəsaitlərinin Təqsirləndirilən şəxs tərəfindən hara xərclənməsindən məlumatsızdır. Həmçinin guya qalib gəlmiş uşaqların siyahısında adları qeyd olunmuş uşaqların şəxsiyyətləri barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixindən Yevlax şəhər Gənclər və idman idarəsinin mühasibi vəzifəsinə təyin olunmuş və hal-hazıradək həmin vəzifədə işləyir. Dövlət qulluqçusudur və işə qəbul edilən zaman idarənin rəisi Bünyamin Musayev olmuşdur. Hal-hazırda idarənin rəisi Rəşad Bəhmənlidir. 2021-ci ilin oktyabr ayının 22-dən işə çıxmışdır. Aylıq çıxılmalarla birlikdə aylıq 429 manat əmək haqqı alır. Əmək haqqını "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus adına olan plastik kart vasitəsilə alır. Onun vəzifə funksiyaları əmək haqqı hesabatlarını, vergi və sosial xərclərinin hesabatlarını hazırlamaqdan ibarətdir. İdarədə ondan başqa 5 nəfər dövlət qulluqçusu kimi işləyir. Həmçinin idarənin nəznində UGİM fəaliyyət göstərir. Orada da idman müəllimləri işləyir. Təqsirləndirilən şəxs fəaliyyəti dövründə bir sıra şəhər və rayonlarda keçirilən idman yarışlarında iştirak etmək üçün guya müəllim və idmançıların ezam getməsi ilə bağlı saxta sənədləşmə işləri aparılmışdır. O, işə başladıqdan sonra ezamiyyə ilə bağlı sənədlərə baxanda, həmin ezamiyyə sənədlərinin formal olmasını bilmiş, həmin ezamiyyə sənədlərinin hazırlanmasına heç bir aidiyyəti olmamışdır. Çünki ondan əvvəlki dövrdə hazırlanmışdır. Ezam pulları ezam gedən müəllim və nümayəndələrin əmək haqqı kartlarına köçürülməli olsa da, bununla da bağlı pozuntuya yol verilmiş, pul vəsaitlərinin hamısı Təqsirləndirilən şəxs adına köçürülmüşdür. Belə ki, pul vəsaitləri adlarına formal ezamiyyə sənədləri hazırlanmış şəxslərin hesabına köçsə artıq pul vəsaitlərinin həmin şəxslərdən alınmasında təbii ki, çətinliklər yaranacaqdı. Belə ki, həmin saxta ezamiyyə sənədlərinin tərtib olunması faktı meydana çıxacaq, həm də ən pis halda adı qeyd olunmuş şəxs pul vəsaitini nağdlaşdırıb Təqsirləndirilən şəxs verməyə bilərdi. Əmək Məcəlləsinin 61-ci maddəsinin 3-cü yarımbəndinə zidd olaraq vakant olan məsləhətçi-mühasib vəzifəsi idarənin baş məsləhətçi-mühasib vəzifəsi idarənin baş məsləhətçisi X6 həvalə edilmişdir. Nəticədə, Etibar Məmmədova 10765 manat əmək haqqı hesablanmaqla tutulmalardan sonra 7749.7/8 manat pul vəsaiti ödənilmişdir. Etibar Məmmədov əmrlə baş məsləhətçi olmasına baxmayaraq, mühasib vəzifəsini icra etmiş, həm mühasib, həm də baş məsləhətçi vəzifəsini almış, xx.xx.2018-ci il tarixdən əsassız olaraq tutulmalardan sonra 7749.78 manat məbləğində əməkhaqqı almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, 2019-cu ilin noyabr ayından tarixdən hal-hazıradək Yevlax şəhər Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyir. Hal-hazırda idarənin rəisi Rəşad Bəhmənlidir. Ondan əvvəl isə Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ezamiyyə ilə bağlı sənədləşmə işlərinin həyata keçirilməsində heç vaxt iştirak etməmişdir. Ancaq rayon ərazisində təşkil olunmuş bütün tədbirlərin və yarışların həyata keçirilməsi əksər vaxtlarda idarə rəisinin müavini və ona həvalə olunmuş, şəxsən tədbirlərin yüksək səviyyədə təşkil olunmasını təmin etmişdir. Əsasən inzibati işlərlə məşğul olmuşdur. Əvvəlcə Nazirlik tərəfindən, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış yoxlamalar zamanı məlum olmuşdur ki, sabiq idarə rəisi Təqsirləndirilən şəxs saxta sənədlər əsasında yarışlar hazırlayaraq pul vəsaitlərini ələ keçirmişdir. Belə ki, 20 iyul 2020-ci il tarixli 30 nömrəli əmr saxtadır. Əmrdə guya icrası ona həvalə olunmuş yarış ümumiyyətlə keçirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs imzaladığı həmin əmr formal xarakter daşımış, 25 iyul 2020-ci il tarixdə Yevlax rayonunda onlayn bilik yarışı keçirilməmiş, heç kəsə mükafat verilməmişdir. Həmçinin Aynurə xanımın aparıcı kimi iştirak etməsi də yalandır. Guya yarışda qalib gələn şəxslərin mükafatlandırılması və aparıcıya ödəniş verilməsi məsələsi tamamilə cəfəngiyyatdır. O, yarışların qalibi kimi qeyd edilmiş şəxslərin adlarını ilk dəfədir ki, görür və eşidir. Ümumiyyətlə bu ad-soyadda heç kəs olmadığını və formal yazıldığını düşünür.Bundan başqa 4 avqust 2020-ci il tarixli 35 nömrəli əmrlə 12 avqust 2020-ci il tarixdə keçirilməsi qeyd olunmuş rəsm üzrə onlayn yarışın icrasının ona həvalə olunması barədə qeyd olunanlar saxta məlumatlardır. Belə ki, Səma Abdullayeva, Ülvi Bağırov və Aysun Süleymanova adlı şəxslərin həmin yarışda qalib gəlməsi, onlara ümumilikdə 270 manat mükafat verilməsi barədə sənədlər saxtadır. Belə bir yarış keçirilməmiş, faktiki olaraq pul vəsaitlərinin Təqsirləndirilən şəxs tərəfindən hara xərclənməsindən məlumatsızdır. Həmçinin guya qalib gəlmiş uşaqların siyahısında adları qeyd olunmuş uşaqların şəxsiyyətləri barədə heç bir məlumatı yoxdur və ümumiyyətlə həmin şəxslərin mövcudluğuna şübhəsi vardır. Bundan başqa 6 avqust 2020-ci il tarixli 36 nömrəli əmrlə 12 avqust 2020-ci il tarixdə keçirilməsi qeyd olunmuş rayon gəncləri ilə görüşün icrasının ona həvalə olunması barədə qeyd olunanlar saxta məlumatlardır. Belə ki, 25 nəfər gəncin hər birinə 50 manat olmaqla mükafat verilməsi barədə sənədlər saxtadır. Belə bir görüş keçirilməmiş, faktiki olaraq pul vəsaitlərinin Təqsirləndirilən şəxs tərəfindən hara xərclənməsindən məlumatsızdır. Həmçinin guya qalib gəlmiş uşaqların siyahısında adları qeyd olunmuş uşaqların şəxsiyyətləri barədə heç bir məlumatı yoxdur və ümumiyyətlə həmin şəxslərin mövcudluğuna şübhəsi vardır. Bundan başqa 10 avqust 2020-ci il tarixli 37 nömrəli əmrlə 12 avqust 2020-ci il tarixdə keçirilməsi qeyd olunmuş onlayn bilik yarışının icrasının ona həvalə olunması barədə qeyd olunanlar saxta məlumatlardır. Belə ki, Leyla Rzayeva, Rəhimə Nurulu və Qurban Yusifli adlı şəxslərin guya qalib gəlməsi və onlara ümumilikdə 270 manat mükafat verilməsi barədə sənədlər saxtadır. Belə bir yarış keçirilməmiş, faktiki olaraq pul vəsaitlərinin Təqsirləndirilən şəxs tərəfindən hara xərclənməsindən məlumatsızdır. Həmçinin guya qalib gəlmiş uşaqların siyahısında adları qeyd olunmuş uşaqların şəxsiyyətləri barədə heç bir məlumatı yoxdur və ümumiyyətlə həmin şəxslərin mövcudluğuna şübhəsi vardır. Qeyd olunan dövr pandemiya ilə əlaqədar qapanmalar dövrünə təsadüf edir. Onun heç küçəyə çıxmaq üçün portalda icazəsi olmamışdır. Göründüyü kimi 3 yarışın eyni gündə yəni 12 avqustda keçirilməsinin qeyd olunması artıq bu sənədlərin saxta olmasını bir daha sübut edir. Ən azından fiziki olaraq bir şəxsin eyni gündə üç ayrı tədbiri keçirməsi mümkün deyildir. Həmçinin adları qeyd olunmuş şəxslərin ümumiyyətlə mövcudluğuna onun şübhələri vardır. Çünki neçə ildir ki, bu rayonda işləyir və əsasən gündəlik işi gənclərlə birlikdə keçir. Heç vaxt bu ad-soyadda şəxslər eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 1992-ci ildə Yevlax şəhər Gənclər və İdman idarəsi nəznində UGİM-də 0,5 ştat məşqçi kimi işə qəbul olmuş, 1993-cü ildən isə tam ştat fəaliyyətini davam etdirmişdir. Onun 12 dərs saatı olmaqla, həftənin cüt günləri pambıq zavodunun nəzdində olan idman zalında keçmişdir. Əməkhaqqı kartı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla, özündə olmuş və əməkhaqqını özü almışdır. Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 23 nömrəli əmrə əsasən Şuşa rayon Gənclər və İdman məktəbi tərəfindən Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında “Xocalı soyqırımı qurbanlarının” xatirəsinə həsr olunmuş ağır atletika idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün 20-26 fevral 2020-ci il tarixlərdə, onun rəhbərliyi ilə Murad Ədilxanov, Bəhrəm Abbasov, Rəşad Həsənli, Ayxan Həsənli, Toğrul Salamzadə, Nuran Salamzadə, Cəlal Cavanşirli, Fərid Cəfərovun iştirakları ilə, cəmi 8 nəfər 7 gün müddətinə ezam olunması, cəmi 3078 manat ezamiyə xərci hesablanmasından xəbərsiz olmuşdur. Həmin ezamiyyətdə iştirak etməmişdir. Adları qeyd edilən iştirakçıları ümumiyyətlə tanımamış, bu ad-soyadda tələbələri olmamışdır və qeyd edilən ezamiyyətə getməmişdir. Hesablanmış 3078 manat ezamiyyə xərcindən ümumiyyətlə xəbəri yoxdur. Həmin vəsaitin necə, kimin adına köçürülmsi, eləcə də hansı formada nağdlaşdırılması, kim tərəfindən istifadə edilməsi barədə qətiyyən məlumatı və əlaqəsi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, 2015-ci ildən bəri Yevlax şəhər Gənclər və İdman idarəsinin UGİM-də işləyir. Hal-hazırda makinaçı ştatı üzrə fəaliyyətini davam etdirir. Ancaq o, X96 məktəbinin işçisi olduğundan idarənin işlərindən çox məlumatlı olmamışdır. 20 iyul 2020-ci il tarixli 30 nömrəli əmr saxtadır. Belə ki, Təqsirləndirilən şəxs imzaladığı həmin əmr formal xarakter daşımış, 25 iyul 2020-ci il tarixdə Yevlax rayonunda onlayn bilik yarışı keçirilməmiş, heç kəsə mükafat verilməmişdir. Həmçinin guya onun yarışda aparıcı kimi iştirak etməyi barədə qeyd olunanlar da yalandır. Belə ki, 2015-ci ildən rəsmi olaraq boşanmış və bu səbəbdən qızlıq soyadı olan Hüseynova soyadını bərpa etmişdir. Şəxsiyyət vəsiqəsində də bu formada qeyd olunmuşdur. Təqsirləndirilən şəxs həmin sənəddə soyadını Ədlilova yazması da bir növ sənədləri saxtalaşdırmasını sübuta yetirən bir əlamətdir. Guya yarışda qalib gələn şəxslərin mükafatlandırılması və ona ödəniş verilməsi məsələsi tamamilə cəfəngiyyatdır. O, guya yarışların qalibi kimi qeyd edilmiş şəxslərin adlarını ilk dəfədir ki, görür və eşidir. Ümumiyyətlə bu ad-soyadda heç kəs olmadığına şübhə edir və adların formal yazıldığını düşünür. Şahid20 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, gənc yaşlarından uzun illər cüdo idman növü ilə məşğul olur. Müəllimi Şahid5dur. Bakı şəhərində cüdo idman növü üzrə 18 yaşa qədər yeniyetmələr arasında (U-18) Azərbaycan birinciliyində iştirak etmək üçün 13-17 yanvar 2020-ci il tarixlərdə, Şahid5 rəhbərliyi ilə X54, İskəndərli Nihat ramil oğlu, X18, X4, X31, X12, X20, X21, X55 və X27 iştirakları ilə, cəmi 12 nəfər 5 gün müddətinə ezamiyyədə olmuşlar. Adları çəkilən uşaqlar zona yarışlarında qalib və mükafatçı olduqları üçün Bakı şəhərində cüdo idman növü üzrə keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ əldə etmişdir. Ona görə də, onların yemək, yol, mehmanxana və digər xərcləri cüdo federasiyası tərəfindən qarşılanmışdır. Həmin yarışda Pərvanə Abdullayeva birinci yerə çıxmaqla, çempion olmuşdur. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, Bakı şəhərində “Bolt” şirkətinə qoşulmaqla, özünə məxsus minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmaqla, ailəsini dolandırır. Binaymin Musayev onun bacanağıdır. 2019-cu ildə Yevlax şəhər Gənclər və İdman İdarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs adına iş və sığorta stajının yazılması üçün rəhbəri olduğu idarəyə işə rəsmiləşdirə biləcəyini, ancaq əmək haqqı kartının özündə qalacağını bildirmiş, o da buna etiraz etməmişdir. Ondan şəxsiyyət vəsiqəsini almış, lakin hansı vəzifədə işə düzəldəcəyini, adının hansı idarədə gedəcəyini deməmişdir. O, Yevlax şəhər Uşaq-Gənclər məktəbində məşqçi müəllim kimi işləməmiş, əməkhaqqı almamış, işə qəbul əmrinin olub-olmaması barədə dəqiq məlumatı olmamışdır. Əmək haqqı kartını götürüb Təqsirləndirilən şəxs vermiş, kart həmişə sonuncuda olmuşdur. Heç vaxt, o cümlədən 2020-2021-ci illər ərzində birmənalı olaraq hər hansı bir idman yarışı və ya tədbir ilə əlaqədar ezamiyyətə getməmişdir. 2019-2020-ci tədris ili üçün təsdiq edilmiş Tarif cədvəlinə əsasən onda 6208,96 manat əməkhaqqı ödənilməsindən xəbərsiz olmuş, əmək haqqı kartı Təqsirləndirilən şəxs olduğundan pul vəsaitləri sonuncu tərəfindən mənimsənilmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2019-cu ilin yay aylarında rəsmi olaraq heç yerdə işləmədiyindən tanışı Şahid2la bu barədə danışarkən ona əgər istəyərsə gələcəkdə pensiyaya çıxmağı üçün stajının yaranması məqsədilə onu işə qəbul etdirməyə kömək edə biləcəyini demişdir. O, stajının yaranması üçün buna razılıq vermişdir. Düzü əvvəlcə bundan ötrü ondan pul tələb olunacağını düşünmüş, ancaq nəticə etibarilə heç bir pul istənilməmişdir. İlqar bu barədə Yevlax şəhər Gənclər və İdman idarəsinin keçmiş rəisi Təqsirləndirilən şəxs xahiş edəcəyini, sonuncunun özünün məsələləri həll edəcəyini demiş, yalnız bank kartının Təqsirləndirilən şəxs qalmalı olduğunun şərt olmasını bildirmişdir. O, etiraz etməmişdir. Həmin vaxtdan indiki Yevlax şəhər Uşaq-Gənclər məktəbində məşqçi müəllim kimi işə qəbul olunsa da, faktiki olaraq işə gəlməmiş, əməkhaqqı almamış, işə qəbul əmrinin olub-olmaması barədə dəqiq məlumatı yoxdur, adına əməkhaqqı kartı olsa da, həmin kart heç vaxt onun özündə olmamışdır. Əmək haqqı kartı Təqsirləndirilən şəxs olmuşdur. O, heç vaxt, o cümlədən 2020-2021-ci illər ərzində birmənalı olaraq hər hansı bir idman yarışı və ya tədbir ilə əlaqədar ezamiyyətə getməmişdir. 2019-2021-ci tədris illəri üçün təsdiq edilmiş Tarif cədvəllərinə əsasən ona ümumilikdə 19944,59 manat əməkhaqqı ödənilməsindən xəbərsiz olmuşdur. Bir daha bildirir ki, əməkhaqqı kartı özündə olmamış, Təqsirləndirilən şəxs olmuşdur. Şahid2 sadəcə adının işə yazılmasında köməklik etmişdir. Ondan heç kəs heç bir məbləğdə pul istəməmiş və almamışdır. Nə İlqar, nə də Binyaminin belə tələbi olmamışdır. Kartı Təqsirləndirilən şəxs olmuş və pul vəsaitləri sonuncu tərəfindən mənimsənilmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o,1999-cu ildən 2022-ci ilin fevral ayına qədər Yevlax rayon Gənclər və İdman İdarəsinin nəzdində UGİM-də yunan roma güləşi üzrə məşqçi müəllim işləmişdir. Şahid3la uzun müddətdir ki, tanışdır və münasibəti vardır. O, işlədiyi müddətdə idarənin rəisi Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs tanışı varsa, müəllim kimi işə düzəldə biləcəyini demişdir. Şahid3la söhbət edərkən bu barədə demişdir. Çünki Bəxtiyar heç yerdə işləməmiş, gələcəkdə pensiyaya çıxmağı üçün stajının yaranması məqsədilə işə qəbul etdirməyə kömək edə biləcəyini demişdir. Bundan ötrü heç bir pul istənilməmişdir. Daha sonra Şahid3 adı Yevlax şəhər Uşaq- Gənclər məktəbində məşqçi müəllim kimi işə qəbul olunsa da, faktiki olaraq işə getməmiş, əməkhaqqı almamışdır. Əmək haqqı kartını götürüb Təqsirləndirilən şəxs tələbi ilə sonuncuya vermişdir. Kart Təqsirləndirilən şəxs olmuşdur. Bir neçə dəfə isə o, kartdan pulu çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs kartdan pul çıxararkən bankomatdan görüntüsü olmaması üçün ehtiyat etdiyindən kartdan pul çıxarılmasını bir neçə dəfə ona tapşırmışdır. O da həmin idarədə müəllim işlədiyindən etiraz etməyə ehtiyat edib deyilənlərə riayət etmişdir. Şahid X7 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2000-ci ildə Yevlax təhsil idarəsinin nəzdində olan Uşaq-Gənclər İdman və Şahmat məktəbində voleybol idman növü üzrə məşqçi müəllim kimi işə qəbul olunmuş və hal-hazıradək həmin yerdə əməkdar məşqçi kimi işləyir. Əməkhaqqı kartı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla, özündə olmuş və əməkhaqqını özü almışdır. Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 1 nömrəli əmrə əsasən Şuşa rayon Gənclər və İdman məktəbinin Ramanı 450 qəsəbəsi, Malıbəyli kənd 1 saylı tam orta məktəbinin idman zalında “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş qızlar və oğlanlar arasında voleybol idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün 08-10 yanvar 2020-ci il tarixlərdə, onun rəhbərliyi ilə Əşrəf İsmayılov, Aygün Məmmədova, İsmayıl İsmayılov, İbad İmanov, Xəyal Qurbanov, Bəhruz Abuşov, Yusif Kazımov, Eldar Çələbiyev, Anar Abbasov, Fərid Rəhmanov, Ehtiram Məhərrəmov, Taleh Məmmədov, Fərman Qurbanlı, Rəhman Şəfiyev, Rasim Səfərov, Elşad Qurbanlının iştirakları ilə, cəmi 16 nəfər 3 gün müddətinə ezam olunmasından və cəmi 2142 manat ezamiyə xərci hesablanmasından məlumatı olmamışdır. Həmin ezamiyyətdə iştirak etməmiş, adları qeyd edilən iştirakçıları ümumiyyətlə tanımamış, onlara dərs keçməmişdir. Hesablanmış 2142 manat vəsaitin necə, kimin adına köçürülməsi, eləcə də hansı formada nağdlaşdırılması, kim tərəfindən istifadə edilməsi barədə qətiyyən məlumatı və əlaqəsi olmamışdır. Bundan başqa Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 21 nömrəli əmrə əsasən Daşkəsən rayonunda “26 fevral” Xocalı şəhidlərinə həsr olunmuş yeniyetmələr arasında voleybol idman növü üzrə açıq rayon birinciliyində iştirak etmək üçün 20-25 fevral 2020-ci il tarixlərdə, onun rəhbərliyi ilə Elvin Nuruşlu, Nurlan Xuduşlu, Elnur Xuduşlu, Fəqan Rzayev, Fərid Ramazanov, Allahyar Adıgözəlli, Bəhrəm Quluzadə, Eynulla Hüseynov, Murad İsmayılov, Göygöz Həsənov, İsrail İsmətli, Elmar Əmirov, Qoşqar Zeynallı, Əli Paşayevin iştirakları ilə, cəmi 15 nəfər 6 gün müddətinə ezam olunması, cəmi 2160 manat ezamiyə xərci hesablanmasından da xəbərsizdir. Həmin ezamiyyətdə də iştirak etməmiş, adları qeyd olunan uşaqları tanımamışdır. Hesablanmış 2160 manat vəsaitin necə, kimin adına köçürülməsi, eləcə də hansı formada nağdlaşdırılması, kim tərəfindən istifadə edilməsi barədə qətiyyən məlumatı və əlaqəsi olmamışdır. Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2000-ci ildən Yevlax şəhər Uşaq-Gənclər məktəbində məşqçi müəllim kimi işləmiş, daha sonra bir müddət təsərrüfat müdiri kimi də fəaliyyət göstərmişdir. Lakin, sonradan həmin əməkhaqqı onu qane etmədiyindən özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış, bu səbəbdən də işdən çıxmağı düşünmüşdür. Bu zaman Təqsirləndirilən şəxs ona stajının olması baxımından adının idarədə qalmasını təklif etmiş, o da buna etiraz etməmişdir. Lakin əmək haqqı kartı Təqsirləndirilən şəxs qalmışdır. 2021-ci ilin oktyabr ayında Yevlax şəhər İdman və Gənclər İdarəsinin yeni təyin olunmuş rəisi Rəşad Bəhmənli onu işə gəlmədiyi üçün işdən azad etmişdir. 2020-2021-ci illər ərzində birmənalı olaraq “Covid-19” pandemiyası ilə bağlı hər hansı bir idman yarışı və ya tədbir ilə əlaqədar ezamiyyətə getməmişdir. 2019-2020-ci tədris ili və 2020-2021-ci tədris ili üçün təsdiq edilmiş Tarif cədvəllərinə əsasən ona ümumilikdə 14.913,54 manat əməkhaqqı ödənilməsindən məlumatı olmamış, həmin dövrdə ümumiyyətlə işə getməmişdir. Adına olan əməkhaqqı kartı sabiq idarə rəisi Təqsirləndirilən şəxs olmuşdur, çünki dəfə tarixini xatırlamadığı vaxtda Binyamin müəllim adına olan əməkhaqqı kartını ona verərək gedib pulu çıxarıb gətirməyi tapşırmışdır. O da Binyamin müəllimin tapşırdığı kimi, öz adına olan əməkhaqqı kartından istifadə edib bankomatdan 1000 manat pul çıxarmış və aparıb Binyamin müəllimə kartla birlikdə vermişdir. Odur ki, yuxarıda qeyd edilən əməkhaqqı məbləği şəxsən sabiq idarə rəisi Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020ci il tarixli, 04 nömrəli əmrə əsasən Daşkəsən rayonunda “20 Yanvar” şəhidlərinin əziz xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında yunan-roma güləş idman növü üzrə açıq rayon birinciliyində iştirak etmək üçün 16-19 yanvar 2020-ci il tarixlərdə, onun rəhbərliyi ilə Qəhrəman Qurbanov, Azad Nuruşlu, Ehtiram Həmzəyev, Xəzər İsaqov, Teymur Məmmədli, Adəm Zeynallı, Əli Əhmədov, Rəvan Məmmədov, Nuran Məmmədov, Tural İbrahimli, Ruslan Zamanov, Mətləb İbrahimov, Məhəmməd Məmmədli, İsfəndiyar Səfərəliyev, Ruhani Şərifov, İbrahim Əsədov, Fərrux Musayev, Elnur Rəsulov, Zaur Hüseynov, Kamil Hüseynovun iştirakları ilə, cəmi 20 nəfər 4 gün müddətinə ezam olunması və cəmi 1890 manat ezamiyə xərci hesablanması barədə heç bir məlumatı olmamışdır. O, həmin ezamiyyətdə iştirak etməmiş, adları qeyd olunan iştirakçıları ümumiyyətlə tanımamışdır. Hesablanmış 1890 manat vəsaitin necə, kimin adına köçürülməsi, eləcə də hansı formada nağdlaşdırılması, kim tərəfindən istifadə edilməsi barədə qətiyyən məlumatı və əlaqəsi olmamışdır. Şahid19 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, 2011-ci il tarixdən hal-hazıradək X96 məktəbində cüdo idman növü üzrə məşqçi müəllim vəzifəsində işləyir. İşlədiyi müddət ərzində rəsmi olaraq heç bir xidməti məzuniyyətdə olmamışdır. Bəzi hallarda bir neçə yaxın rayonlarda keçirilmiş idman yarışlarında iştirak etsələr də, bu iştirakı maddi cəhətdən özləri təmin etmişdir. Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 22 nömrəli əmrə əsasən Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında “Xocalı soyqırımı qurbanlarının” xatirəsinə həsr olunmuş cido idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün 21-24 fevral 2020-ci il tarixlərdə, onun rəhbərliyi ilə Orxan Səfərov, Zöhrab Əsədli, Şəfayıl Əsədov, Elman Ağayev, Qoca Əhmədov, Surət Rzayev, Əsəd Şərifov, Ruslan Əliyev, Elcan Əmrahov, Rəmzi Qurbanlı, Əli Məmmədov, Novruz Nadirov, Səlim Nəbiyev, Ənvər Abdullayev, Tunar Cəfərov, Nihat Mustafayev, Qasım Nəcəfli, Fəqan İsmayılzadə, Etibar Həşimov, Emin Əsədov, Əhməd Camalov, Səməd Camalov, Elşən Əliyev, Bəylər Qarayev, Cavid Qasımov, Bəhrəm Həsənov, Qafqaz Hətəmov, Süleyman Eminlinin iştirakları ilə, cəmi 28 nəfər 4 gün müddətinə ezam olunması və cəmi 5040 manat ezamiyə xərci hesablanması barədə heç bir məlumatı olmamış, həmin ezamiyyətdə iştirak etməmişdir. Adları qeyd edilən iştirakçıları ümumiyyətlə tanımamış və işlədiyi məktəbdə yuxarıda adları qeyd olunmuş şəxslərdən heç biri təhsil almamışdır. Həmin adlar uydurma şəxslərdir və formal olaraq qeyd edilmişdir. Hesablanmış 5040 manat ezamiyyə xərcindən ümumiyyətlə xəbəri yoxdur. Həmin vəsaitin necə, kimin adına köçürülmsi, eləcə də hansı formada nağdlaşdırılması, kim tərəfindən istifadə edilməsi barədə qətiyyən məlumatı və əlaqəsi olmamışdır. Həmin pul vəsaiti onun hesabına və ya əmək haqqı kartına köçürülməmişdir. Şahid10 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2009-cu ilin sentyabr ayında Yevlax rayon Gənclər və İdman İdarəsinin nəzdində olan Uşaq-Gənclər İdman məktəbində yunanroma güləş idman növü üzrə məşqçi müəllim kimi işə qəbul olunmuşdur və hal-hazıradək həmin vəzifədə işləyir. Əməkhaqqı kartı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla, özündə olmuş və əməkhaqqını özü almışdır. Dəfələrlə ezamiyyətlərdə olsa da, hər dəfə öz vəsaiti hesabına problemlərini həll etmişdir. Çünki keçmiş idarə rəisi Təqsirləndirilən şəxs heç vaxt ezamiyyə pulu verməmişdir. Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 12 nömrəli əmrə əsasən Şuşa rayon Gənclər və İdman məktəbinin Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında “2 fevral” gənclər gününə həsr olunmuş sərbəst güləş idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün 27-31 yanvar 2020-ci il tarixlərdə, onun rəhbərliyi ilə Əmrahzadə Saleh, Cabbarov Abbas, Nərimanov Şamxal, Mikayılov Mehti, Mustafayev Kənan, Cəfərli Bəylər, Qasımov Murad, İsmayılov Hüseyn, Əfəndiyev Məhəmməd, Qasımzadə Ənvər, Camalov Cahid, Süleymanlı Fərid, Nəbiyev Samir, Əzizov Qabil, Əfəndiyev Baba, Əzizli Əli, Nəbiyev Sabir, Nərimanov Fariz, Musayev Yusif, Əliyev Amil, Nəsibov Vasif, Behbudov Cavid, Fərmanov Cavid, Musayev Musa, Əhmədov Paşa, Məmmədov Elçin, Əliyev Rəsulun iştirakları ilə, cəmi 28 nəfər 5 gün müddətinə ezam olunması və cəmi 6552 manat ezamiyə xərci hesablanmasından xəbəri olmamışdır. Həmin ezamiyyətdə iştirak etməmiş, adları qeyd olunan şəxsləri tanımamışdır. Hesablanmış 6552 manat vəsaitin necə, kimin adına köçürülməsi, nağdlaşdırılması barədə qətiyyən məlumatı və əlaqəsi olmamışdır. Şahid11 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, ali təhsili yoxdur. 1992-2021-ci illərdə Yevlax təhsil şöbəsinin nəzdində olan Uşaq-Gənclər İdman məktəbində fudbol üzrə məşqçi müəllim işləmişdir. 2021-ci ilin oktaybr ayının 1-dən Yevlax rayon Gənclər və İdman İdarəsinin nəzdində olan Uşaq-Gənclər İdman məktəbində fudbol idman növü üzrə məşqçi müəllim kimi işə qəbul olunmuş və 1 yanvar 2023-cü il tarixədək həmin vəzifədə işləmişdir. Əməkhaqqı kartı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla, özündə olmuş və əməkhaqqını özü almışdır. Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 28 nömrəli əmrə əsasən Şuşa rayon Gənclər və İdman məktəbinin Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbin idman zalında “5 mart bədən tərbiyəsi və idman gününə” həsr olunmuş fudbol idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün 20-25 fevral 2020-ci il tarixlərdə, onun rəhbərliyi ilə Nicat Şərifov, Fuad Yusifzadə, Mehman Allahverdiyev, Əmiraslan Mustafayev, Vahid Abbasov, Pərvin Əlicanov, Pərviz Balakişiyev, Nuru Səmədov, Səbuhi Bağırov, İlkin Hüseynov, Elnar Əliyev, Elgün Şahverdiyevin iştirakları ilə, cəmi 12 nəfər 6 gün müddətinə ezam olunması və cəmi 3744 manat ezamiyə xərci hesablanmasından xəbəri olmamışdır. Həmin ezamiyyətdə iştirak etməmiş, adları qeyd olunan şəxsləri tanımamışdır. Hesablanmış 3744 manat vəsaitin necə, kimin adına köçürülməsi, nağdlaşdırılması barədə qətiyyən məlumatı və əlaqəsi olmamışdır. 23-30 avqust 2020-ci il tarixlərdə Yevlax rayonunda futbol idman növü üzrə rayon birinciliyi keçirilməmiş, mükafat və hakimlər üçün hər hansı pul vəsaitinin verilməsi təmin edilməmişdir. Həmin yarışla bağlı tərtib edilmiş əsasnamə də formal xarakter daşımışdır. Guya yarışda qalib gələn komandaların mükafatlandırılması və hakimlərə ödəniş verilməsi məsələsi tamamilə cəfəngiyyatdır. O, guya yarışların qalibi kimi qeyd edilmiş X15, X42 və X46 adlı şəxslərin adlarını ilk dəfədir ki, görür və eşidir. Onun həmin yarışda hakim kimi iştirak etməyi ilə bağlı aparılmış qeydiyyat tamamilə saxtadır. Guya həmin yarışda hakim kimi iştirak edib 50 manat mükafat almağı barədə qeyd olunanlar yalandır və adının qarşısında olan imza saxtalaşdırılmışdır. Şahid12 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, 1983-cü ildən bəri Yevlax UGİŞM-də müəllim kimi fəaliyyət göstərir. 16 iyul 2020-ci il tarixli 29 nömrəli əmrlə 22-26 iyul 2020-ci il tarixlərində şahmat üzrə onlayn yarışın keçirilməsi barədə qeyd olunanlar saxta məlumatlardır. Belə ki, guya 6-7, 8-9, 10-11, 12-13 və 14-15 yaşlılar arasında onlayn şahmat müsabiqəsinin keçirilməsi və nəticə etibarilə hakimlər də daxil olmaqla ümumilikdə 1550 manat pul vəsaitinin xərclənməsi barədə sənədlər saxtadır. Guya onun və Fariz müəllimin həmin yarışlarda hakim kimi iştirakı barədə qeyd olunanlar yalandır. Əvvəla görünür ki, onun soyadı və ata adı yanlış qeyd olunmuşdur. Sadəcə olaraq Təqsirləndirilən şəxs onun ata adının Məhərrəm olduğunu bilib soyadını bu formada yazmışdır. Sənəddə qeyd olunan Adil ata adı tamamilə saxtadır. Belə bir yarış keçirilməmiş, faktiki olaraq pul vəsaitlərinin Təqsirləndirilən şəxs tərəfindən hara xərclənməsindən məlumatı olmamışdır. Həmçinin guya qalib gəlmiş uşaqların siyahısında adları qeyd olunmuş uşaqların şəxsiyyətləri barədə heç bir məlumatı yoxdur və ümumiyyətlə həmin şəxslərin mövcudluğuna şübhəsi vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, auditor rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Gənclər və İdman idarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Nazirlik tərəfindən aparılmış araşdırma nəticəsində Yevlax şəhər uşaq-gənclər idman məktəbində 2019-2020-ci tədris ili üçün təsdiq edilmiş “Taarif cədvəli”nə əsasən, 18 müəllim heyəti olduğu halda nazirliklə razılaşdırılmadan əlavə olaraq 8 müəllimə 2019-2020-ci tədris ili ərzində qeyri-qanuni olaraq 84.449.61 manat məbləğində artıq əmək haqqı ödənilmişdir. Komissiya tərəfindən yoxlama zamanı həmin 8 nəfər müəllim heyətinə aid şəxsi iş tapılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, ölkə ərazisində karantin rejimi tətbiq olunduğu üçün idarə və müəssisələrin fəaliyyətinin məhdudlaşdırıldığı və tədris prosesi dayandırıldığı halda, ölkədaxili ezamiyyələrə və tədbirlərin keçirilməsi üçün ayrılmış maliyyə vəsaiti ünvansız olaraq tam xərclənmişdir (cild 01, iş vər.12-14). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis Təhlilləri şöbəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Yevlax şəhər Gənclər və İdman idarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan ******************** saylı əmək haqqı kartı hesabına 57.168,0 manat məbləğində ezamiyyə pulu və rayon gəncləri ilə görüş, bilik yarışı, rəsm müsabiqəsinin keçirilməsi təyinatı ilə 7.210,0 manat olmaqla ümumilikdə 64.378,0 manat məbləğində pul vəsaiti əsassız olaraq hesablanıb köçürülmüşdür. 2019-2021-ci illər üzrə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən razılaşdırılmadan Yevlax şəhər Gənclər və İdman İdarəsi tərəfindən adları UGİM-də vakant vəzifələrə rəsmiləşdirilmiş Şahid3, Şahid8, Şahid25, Şahid1, Şahid23, Elşad Abışov, Şahid4 adlı məşqçi-müəllimlərə 77.811,26 manat məbləğində əmək haqqı hesablanmış, tutulmalardan sonra 65.322,16 manat məbləğində pul vəsaiti əmək haqqı kart hesablarına köçürülmüşdür. Əmək Məcəlləsinin 61-ci maddəsinin 3-cü yarımbəndinə zidd olaraq X6 10765,0 manat məbləğində əmək haqqı hesablanmış və tutulmalardan sonra 7749,78 manat məbləğində pul vəsaiti sonuncunun əmək haqqı kartına köçürülmüşdür (cild 08, iş vər.51-97). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş əməkhaqqı və ona bərabər ödəniş cədvəlləri və ödəniş tapşırıqlarından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan ******************** saylı əmək haqqı kartı hesabına 28 fevral 2020-ci il tarixli ödəniş tapşırığı ilə köçürülmüş 6033 manatdan 2808 manatı ezamiyyə xərci, 7 aprel 2020-ci il tarixli ödəniş tapşırığı ilə köçürülmüş 13374 manat ezamiyyət xərci, 9 sentyabr 2020-ci il tarixli ödəniş tapşırığı ilə köçürülmüş 26362 manatdan 19152 manatı ezamiyyə xərci, 7210 manatı rayon gəncləri ilə görüş, bilik yarışı, rəsm müsabiqəsi xərci və 28 dekabr 2020-ci il tarixli ödəniş tapşırığı ilə köçürülmüş 23271,14 manatdan 21834 manatı ezamiyyə xərci olmuşdur. Qeyd olunan fakt Təqsirləndirilən şəxs məxsus bank hesab çıxarışında əks olunmuş məlumatlarla tam təsdiq olunur (cild 01, iş vər. 210-219); (cild 09, iş vər.77-94). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yevlax şəhər Gənclər və İdman İdarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs Şuşa rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 01/02-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 1 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Ramanı 450 qəsəbəsi, Malıbəyli kənd 1 saylı tam orta məktəbinin idman zalında 08-10 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş qızlar və oğlanlar arasında voleybol idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 şahmat Məktəbində məşqçi vəzifəsində işləyən X7 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Əşrəf İsmayılov, Aygün Məmmədova, İsmayıl İsmayılov, İbad İmanov, Xəyal Qurbanov, Bəhruz Abuşov, Yusif Kazımov, Eldar Çələbiyev, Anar Abbasov, Fərid Rəhmanov, Ehtiram Məhərrəmov, Taleh Məmmədov, Fərman Qurbanlı, Rəhman Şəfiyev, Rasim Səfərov və Elşad Qurbanlı adlarını, Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 06/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 02a nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbin idman zalında 10-20 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş böyüklər, gənclər və yeniyetmələr arasında şahmat idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində direktor vəzifəsində işləyən Şahid18 adına ezamiyyə vərəqəsi hazırlayıb özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Cəlil Əhmədli, Eldar Yusifov, Mətin Əsədli, Əyyub Misirli, Məhəmməd Həsənzadə, Emil Mehtizadə, Mənsim Ağazadə, Məhəmməd Həsənov, Məhiyyəddin Nəbiyev, Elşən Məhəmmədzadə, Elşən İmanquliyev, Orxan Şahbazov, İsa Sadıqov və Ülvi Şahbazov adlarını, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xx.xx.2019-cu il tarixli, 2112/01-19 nömrəli məktuba əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 1 nömrəli əmrə müvafiq olaraq 13-17 yanvar 2020-ci il tarixlərdə Bakı şəhərində cüdo idman növü üzrə 18 yaşa qədər yeniyetmələr arasında (U-18) Azərbaycan birinciliyində iştirak etmək üçün Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid5 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - X54, İskəndərli Nihat ramil oğlu, X18, X4, X19, X31, X12, X20, X21, X55 və X56 adlarını, Daşkəsən rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 06 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 04 nömrəli əmrə müvafiq olaraq Daşkəsən rayonunda 16-19 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin əziz xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında yunan-roma güləş idman növü üzrə açıq rayon birinciliyində iştirak etmək üçün Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid8 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Qəhrəman Qurbanov, Azad Nuruşlu, Ehtiram Həmzəyev, Xəzər İsaqov, Teymur Məmmədli, Adəm Zeynallı, Əli Əhmədov, Rəvan Məmmədov, Nuran Məmmədov, Tural İbrahimli, Ruslan Zamanov, Mətləb İbrahimov, Məhəmməd Məmmədli, İsfəndiyar Səfərəliyev, Ruhani Şərifov, İbrahim Əsədov, Fərrux Musayev, Elnur Rəsulov, Zaur Hüseynov və Kamil Hüseynov adlarını, Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 01/02-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 05a nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbi tərəfindən Ramanı 450 qəsəbəsi, malıbəyli kənd 1 saylı tam orta məktəbin idman zalında 16-20 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş böyüklər, gənclər və yeniyetmələr arasında sambo idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid5 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Hüseyn Hüseynli, Murad Quluzadə, Səfər Talıblı, Elgün Talıblı, Əli Rüstəmzadə, Paşa Məmmədov, Elməddin Hüseynov, Fazil Allahverdiyev, Yusif Yusifov, Mustafa Rüstəmzadə, Rəşadət Tağıyev, Sahib Quliyev, Məhəmməd Babayev, Nihat Cəfərli, Murad Behbudov, Toğrul Behbudov, Ceyhun Əliyev, Kamal İsmayılov, Süphan Hüseynzadə, Ramil Allahverdiyev, Nicat İsmayılzadə, Murad Əliyev, Rüstəm Qasımzadə və Sənan Əlizadə adlarını, Şuşa rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 01/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 6 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman İdarəsinin Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 18-20 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid9 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Bəxtiyar Qasımov, Baba Babazadə, Ayxan Ömərov, Vüsal Abıyev, Oktay Süleymanov, Veysəl Nəbiyev, Əmrah Qasımov, Rövşən Kərimov, Sənani Bəkirov, Nihat Mustafayev, Ömər Hüseynov, Tahir Umarov, Şəhriyar Hətəmli, Gündüz Əliyev, Fəqan Musazadə, Rauf Rəcəbov, Mirzəxan Rzayev, Pərviz Hacıyev, Orxan Rüstəmov, Tanrıverdi Abışov, Elnur Əzizov, Hüseyn Xəlilov, Azər Mahmudov, Famil Həsənzadə və Vidadi Kərimovun adlarını, Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 04/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 12 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 27-31 yanvar 2020-ci il tarixlərdə “2 fevral” gənclər gününə həsr olunmuş sərbəst güləş idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid10 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Əmrahzadə Saleh, Cabbarov Abbas, Nərimanov Şamxal, Mikayılov Mehti, Mustafayev Kənan, Cəfərli Bəylər, Qasımov Murad, İsmayılov Hüseyn, Əfəndiyev Məhəmməd, Qasımzadə Ənvər, Camalov Cahid, Süleymanlı Fərid, Nəbiyev Samir, Əzizov Qabil, Əfəndiyev Baba, Əzizli Əli, Nəbiyev Sabir, Nərimanov Fariz, Musayev Yusif, Əliyev Amil, Nəsibov Vasif, Behbudov Cavid, Fərmanov Cavid, Musayev Musa, Əhmədov Paşa, Məmmədov Elçin, Əliyev Rəsul adlarını, Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 03/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 13 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 21-25 yanvar 2020-ci il tarixlərdə “2 fevral” gənclər gününə həsr olunmuş yunan-roma güləş idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid22 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Eldar Çələbiyev, Anar Abbasov, Fərid Ədilov, Taleh Məmmədov, Fərman Qurbanlı, Rasim Səfərov, Əli Həsənzadə, Fizuli Həsənzadə, Rəvan Cəbiyev, Surət Həsənov, Əflatun Nəbiyev, Samir Çələbiyev, Amil Nəbiyev, Müşfiq Zamanov, Ramiz Zamanov, Elgiz Hətəmov, Əmirxan Sadiqov, Nurlan Sadiqov, Cəlal Əhmədov, Xəyal Vahidov, Məlik Elmiyev, Yasin Hüseynov, Adil Paşayev, Vüqar Ocaqquliyev, Vüsal Əliyev, Elçin Abbaszadə, Elamin Qaraşov və Səlami Qaraşov adlarını, Daşkəsən rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 16 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 21 nömrəli əmrə müvafiq olaraq Daşkəsən rayonunda 20-25 fevral 2020-ci il tarixlərdə “26 fevral” Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş yeniyetmələr arasında voleybol idman növü üzrə açıq rayon birinciliyində iştirak etmək üçün Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 şahmat Məktəbində məşqçi vəzifəsində işləyən X7 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Elvin Nuruşlu, Nurlan Xuduşlu, Elnur Xuduşlu, Fəqan Rzayev, Fərid Ramazanov, Allahyar Adıgözəlli, Bəhrəm Quluzadə, Eynulla Hüseynov, Murad İsmayılov, Göygöz Həsənov, İsrail İsmətli, Elmar Əmirov, Qoşqar Zeynallı və Əli Paşayev adlarını, Şuşa rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 02/06-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 22 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 21-24 fevral 2020-ci il tarixlərdə “Xocalı soyqırımı qurbanlarının” xatirəsinə həsr olunmuş cido idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid19 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Orxan Səfərov, Zöhrab Əsədli, Şəfayıl Əsədov, Elman Ağayev, Qoca Əhmədov, Surət Rzayev, Əsəd Şərifov, Ruslan Əliyev, Elcan Əmrahov, Rəmzi Qurbanlı, Əli Məmmədov, Novruz Nadirov, Səlim Nəbiyev, Ənvər Abdullayev, Tunar Cəfərov, Nihat Mustafayev, Qasım Nəcəfli, Fəqan İsmayılzadə, Etibar Həşimov, Emin Əsədov, Əhməd Camalov, Səməd Camalov, Elşən Əliyev, Bəylər Qarayev, Cavid Qasımov, Bəhrəm Həsənov, Qafqaz Hətəmov və Süleyman Eminli adlarını, Şuşa rayon Gənclər və İdman Məktəbinin direktoru Yapon Hacıyevin xx.xx.2020-ci il tarixli, 05/02-01 nömrəli məktubuna əsasən imzaladığıxx.xx.2020-ci il tarixli, 28 nömrəli müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbin idman zalında 20-25 fevral 2020-ci il tarixlərdə “5 mart bədəntərbiyəsi və idman gününə” həsr olunmuş fudbol idman növü üzrə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən X3 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Nicat Şərifov, Fuad Yusifzadə, Mehman Allahverdiyev, Əmiraslan Mustafayev, Vahid Abbasov, Pərvin Əlicanov, Pərviz Balakişiyev, Nuru Səmədov, Səbuhi Bağırov, İlkin Hüseynov, Elnar Əliyev, Elgün Şahverdiyev adlarını, Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020ci il tarixli, 02/06-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 23 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbi tərəfindən Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 20-26 fevral 2020-ci il tarixlərdə “Xocalı soyqırımı qurbanlarının” xatirəsinə həsr olunmuş ağır atletika idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid7 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Murad Ədilxanov, Bəhrəm Abbasov, Rəşad Həsənli, Ayxan Həsənli, Toğrul Salamzadə, Nuran Salamzadə, Cəlal Cavanşirli və Fərid Cəfərov adlarını, Şuşa rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 02/08-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 23 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən Biləcəri qəsəbəsi, Şuşa şəhər 3 saylı tam orta məktəbin idman zalında 21-24 fevral 2020-ci il tarixlərdə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə” həsr olunmuş fudbol idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 şahmat Məktəbində məşqçi vəzifəsində işləyən Şahid21 Grüzalı oğlunun adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Hüseyn İbrahimli, Adil Zeybnalov, Sənan Oruclu, Elşən Əsgərov, Həsən Rüstəmov, Elmin Ələsgərov, Məhəmməd Ələsgərov, Musa Hüseynov, Elgün Bəşirov, Elnur Əhmədzadə, Elgün Əsədov, Eşqin Şükürov, Anar Süleymanov, Zaur Həsənov, Hüseyn İsmayılzadə, Nicat Şərifov, Fuad Yusifzadə, Mehman Allahverdiyev, Əmiraslan Mustafayev, Vahid Abbasov, Pərviz Əlicanov, Pərviz Balakişiyev, Nuru Səfərli, Səbuhi Bağırov və Emin Mehdiyev adlarını formal olaraq yazaraq qeyd olunan saxta ezamiyyə vərəqələri hazırlamışdır (cild 10, i.v.154-220). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş tədbirlərin keçirilməsinə dair əmrlər və əlavə edilmiş digər cədvəl və siyahlarından görünür ki, Yevlax şəhər Gənclər və İdman İdarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs özünün imzaladığı 16 iyul 2020-ci il tarixli 29 nömrəli əmrlə 22-26 iyul 2020-ci il tarixlərdə Gənclər və İdman Nazirliyinin yaranmasının 26-cı il dönümü münasibəti ilə Yevlax şəhər Gənclər və İdman İdarəsinin kuboku uğrunda uşaq və yeniyetmələr arasında şahmat üzrə onlayn şəhər birinciliyi keçirilməsi adı altında tərtib edilmiş tədbirin qaliblərinin faktiki olaraq mövcud olmayan şərti adlar - 6-7 yaşlılar arasında X41 İ yer kimi, X32 İİ yer kimi, X33 İİİ yer kimi, 8-9 yaşlılar arasında X5 İ yer kimi, X34 İİ yer kimi, X42 İİİ yer kimi, 10-11 yaşlılar arasında X8 İ yer kimi, X9 İİ yer kimi, X22 İİİ yer kimi, 12-13 yaşlılar arasında X23 İ yer kimi, X24 İİ yer kimi, X25 İİİ yer kimi, 14-15 yaşlılar arasında X10 İ yer kimi, X57 İİ yer kimi, X35 İİİ yer kimi, həmçinin cinayətdən xəbərsiz X43 və X58 adlarını hakim kimi, imzaladığı 20 iyul 2020-ci il tarixli 30 nömrəli əmrlə 25 iyul 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin yaranmasının 26-cı il dönümü münasibəti ilə onlayn bilik yarışının keçirilməsi adı altında tədbirin qaliblərinin siyahısına faktiki olaraq mövcud olmayan şərti adlar - X26 İ yer kimi, X36 İİ yer kimi, X59 İİİ yer kimi, həmçinin cinayətdən xəbərsiz X13 aparıcı kimi, 20 iyul 2020-ci il tarixli 31 nömrəli əmrlə 26 iyul 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin yaranmasının 26-cı il dönümü münasibəti ilə rayon gəncləri ilə görüş keçirilməsi adı altında tərtib edilmiş tədbirin qaliblərinin siyahısına faktiki olaraq mövcud olmayan şərti - Tanrıverdiyev Həsən, Bağırov Səbuhi, Tanrıverdiyev Hüseyn, Rəhimli Azər, Qurbanov Nəbi, Tanriverdiyev Abdulla, Yusifli Məhəmməd, Tağıyev Asif, Mehdizadə İbrahim, Tanrıverdiyev Rüfət, Məmmədov Pərviz, Rəhimli Səbuhi, Babayev Rasim, Nəbiyev Nəmdiyə, Mustafayev Elməddin, Əzizov Dünyamin, Səmədov Murad, Əhmədov Əmiraslan, Abdullayev Şamil, Məmmədov Emil, Cavadov Süphan, Xudatquliyev Elvin, Abdullayev Samir, Bəkirov Nizam, Bayramov Məhəmməd adlarını, 04 avqust 2020-ci il tarixli 35 nömrəli əmrlə 12 avqust 2020-ci il tarixdə X50 münasibəti ilə onlayn rəsm müsabiqəsinin keçirilməsi adı altında tərtib edilmiş tədbirin qaliblərinin siyahısına faktiki olaraq mövcud olmayan şərti adlar - X14 İ yer kimi, X60 İİ yer kimi və X11 İİİ yer kimi, 06 avqust 2020-ci il tarixli 36 nömrəli əmrlə 12 avqust 2020-ci il tarixdə X50 münasibəti ilə rayon gəncləri ilə görüş keçirilməsi adı altında tərtib edilmiş tədbirin qaliblərinin siyahısına faktiki olaraq mövcud olmayan şərti - Behbudov Behbud, Məmmədov Ülvi, Məmmədzadə Hüseyin, Cələbiyev Abid, İbrahimli Şirazi, Məmmədli Sübhan, Paşayev Asim, İbrahimov Yusif, Rəcəbli Şəmsi, Süleymanov İlkin, Səfərov Asim, Allahverdiyev Mehman, Rüstəmov Rəvan, Şəfizadə Tofiq, Bəkirov Pərvin, Səfərov Kamran, Baxşəliyev Alı, Ağayev Allahverdi, Muxtarov Kərim, Nazarov İsmayıl, Bəkirov Mirzə, Hacıyev Bağdad, Rəsulzadə Ramil, İsmayıllı tərlan, Yunisov Ömər adlarını, 10 avqust 2020-ci il tarixli 37 nömrəli əmrlə 12 avqust 2020-ci il tarixdə X50 münasibəti ilə onlayn bilik yarışının keçirilməsi adı altında tərtib edilmiş tədbirin qaliblərinin siyahısına faktiki olaraq mövcud olmayan şərti adlar - X44 İ yer kimi, X45 İİ yer kimi və X61 İİİ yer kimi, 20 avqust 2020-ci il tarixli 38 nömrəli əmrlə 23-30 avqust 2020-ci il tarixlərdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin kuboku uğrunda futbol idman növü üzrə rayon birinciliyi keçirilməsi adı altında özü tərtib edilmiş tədbirin qaliblərinin siyahısına faktiki olaraq mövcud olmayan şərti adlar - X15 İ yer kimi, X42 İİ yer kimi, X46 İİİ yer kimi, həmçinin cinayətdən xəbərsiz X16, Şahid18 və X2 adlarını hakim kimi formal olaraq saxta sənədlər hazırlamışdır (cild 10, iş vər.155-262). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yevlax şəhər Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstrən UGİM-in direktoru Şahid18 19 may 2023-cü il tarixli 5 nömrəli məktubundan görünür ki, ezamiyyələrdə və digər tədbirlərdə iştirakları qeyd olunmuş şəxslər heç vaxt UGİM-də qeydiyyatdan keçməmiş və hər hansı yarışda iştirak etmək üçün ezamiyyətə göndərilməmişlər. Həmçinin qeyd olunan şəxslər UGİŞMdə qeydiyyatda yoxdurlar və hər hansı yarışda iştirak etməkdən ötrü ezamiyyəyə getməmişdirlər (cild 12, iş vər.172, 174). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yevlax şəhər Gənclər və İdman İdarəsindən daxil olmuş 19 may 2023-cü il tarixli 158 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən əmrləşdirilmiş 07 (yeddi) ədəd yarış və müsabiqələrin - 16 iyul 2020-ci il tarixli 29 nömrəli Əmr - Uşaq və yeniyetmələr arasında şahmat üzrə onlayn Yevlax şəhər birinciliyi, 20 iyul 2020-ci il tarixli 30 nömrəli Əmr - Gənclər və İdman nazirliyinin yaranmasının 26-cı ildönümü münasibətilə rayon gəncləri ilə görüş, 20 iyul 2020-ci il tarixli 31 nömrəli Əmr - Gənclər və İdman nazirliyinin yaranmasının 26-cı ildönümü münasibətilə onlayn bilik yarışı, 04 avqust 2020-ci il tarixli 32 nömrəli Əmr - X50 münasibətilə onlayn rəsm müsabiqəsi, 06 avqust 2020-ci il tarixli 33 nömrəli Əmr - X50 münasibətilə rayon gəncləri ilə görüş, 10 avqust 2020-ci il tarixli 34 nömrəli Əmr - X50 münasibətilə onlayn bilik yarışı, 20 avqust 2020-ci il tarixli 35 nömrəli Əmr - futbol idman növü üzrə rayon birinciliyinin real olaraq keçirilməsi öz təsdiqini tapmamış, həmçinin həmin Əmrlərə əlavə edilmiş qaliblərin siyahısında adları qeyd olunan şəxslərin ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir (cild 10, iş vər.154). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş 1 ədəd kompakt diskə həyata keçirilmiş xx.xx.2022-ci tarixli baxış protokolundan görünür ki, Şahid8, Şahid25, Şahid1, Şahid23, Elşad Abışov, Şahid4 adlı şəxslərə məxsus plastik əmək haqqı kartından müxtəlif tarixlərdə həyata keçirilmiş bütün nağdlaşdırma əməliyyatlarında Təqsirləndirilən şəxs fotoları qeydə alınmış, yəni əməliyyatları sonuncu şəxsən icra etmişdir. Yalnız bir halda Şahid3 məxsus plastik əmək haqqı kartından nağdlaşdırma əməliyyatında Şahid2 fotoları qeydə alınmışdır. Bundan başqa Şahid3 məxsus "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına 2019-cu ilin sentyabr ayından 2021-ci ilin iyul ayınadək olan müddət ərzində ümumilikdə 19.944,59 (on doqquz min doqquz yüz qırx dörd manat əlli doqquz qəpik) manat, Şahid1 məxsus "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində ümumilikdə 6208,96 (altı min iki yüz səkkiz manat doxsan altı qəpik) manat, Şahid4 məxsus "xxxx" ASC-nin Yevax filialında adına olan **********067721268 əmək haqqı kartı hesabına 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində ümumilikdə 6208,96 (altı min iki yüz səkkiz manat doxsan altı qəpik) manat, Şahid23 məxsus "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində ümumilikdə 5628,19 (beş min altı yüz iyirmi səkkiz manat on doqquz qəpik) manat, X37 məxsus "xxxx" ASCnin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində ümumilikdə 6208,96 (altı min iki yüz səkkiz manat doxsan altı qəpik) manat, Şahid25 məxsus "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində ümumilikdə 6208,96 (altı min iki yüz səkkiz manat doxsan altı qəpik) manat, Şahid8 məxsus "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına 2019-cu ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək olan müddət ərzində ümumilikdə 14913,54 (on dörd min doqquz yüz on üç manat əlli dörd qəpik) manat pul vəsaiti köçürülmüşdür (cild 09, iş vər.101). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yevlax rayon icra hakimiyyət başçısının 10 iyul 2007-ci il tarixli 130 nömrəli sərəncamı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixli əmrlə Yevlax şəhər Gənclər və İdman idarəsinin rəisi təyin olunmaqla 17 iyun 2021-ci il tarixədək həmin vəzifədə işləmişdir (cild 12, iş vər.166-167). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 1997-ci il tarixli Rayon (şəhər) Gənclər və İdman İdarələri (Baş idarələri) haqqında birtipli əsasnamənin 4-cü bəndinə əsasən idarənin rəhbəri kimi idarə adından etibarnaməsiz fəaliyyət göstərmək, onun mənafelərini bütün məssisələrdə, idarələrdə və təşkilatlarda təmsil etmək, o cümlədən əmək müqavilələri bağlamaq, etibarnamələr vermək, banklarla hesablaşma hesabı və digər hesablar açmaq, vəsaitləri yönəltmək hüququndan istifadə etmək, idarənin strukturu təsdiq edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 62 saylı 16 mart 1995-ci il tarixli qərarında müəyyən edilmiş ştat sayını əsas götürmək və rayon (şəhər) icra hakimiyyəti Başçısı ilə razılaşdırmaq, İdarənin bütün işçilərinə şamil edilən əmr və göstərişlər vermək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs şəxsdir (cild 13, iş vər.135). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2022-ci il tarixli və “Respublika Psixiatriya Xəstəxanası”nın xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanalarda qeydiyyatda yoxdur, müalicə almamışdır (cild 07, iş vər. 92), (həmin cild iş vər.122). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statisik informasiya idarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 07, iş vər.101). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (cild 07, iş vər.135-136). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X105 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 2019-cu buraxılış ili olan VAZ 21074 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir (cild 07, iş vər.113). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yevlax şəhər Gənclər və İdman idarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs tərəfindən 19 oktyabr 2022-ci il tarixdə 10.000 manat, 22 noyabr 2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 10.000 manat, 23 yanvar 2023-cü il tarixdə 10.000 manat və 20 fevral 2023-cü il tarixdə 10.000 manat olmaqla tərəfindən dövlət büdcəsinə vurulmuş ziyanın ödənilməsi məqsədilə ümumilikdə 50.000 manat pul vəsaitini Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmişdir (cild 08, iş vər. 99-104); (cild 09, iş vər. 53-58; 102-107; 133-138; 145-150). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 13, iş vər. 180-181). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2024-cü il tarixli 9/5190 nömrəli məhkəmə -mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mütəxəsssis Təhlilləri şöbəsinin mütəxəssis rəyindən görünür ki, Yevlax şəhər Gənclər və İdman idarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan ******************** saylı əmək haqqı kartı hesabına 57.168,0 manat məbləğində ezamiyyə pulu və rayon gəncləri ilə görüş, bilik yarışı, rəsm müsabiqəsinin keçirilməsi təyinatı ilə 7.210,0 manat olmaqla ümumilikdə 64.378,0 manat məbləğində pul vəsaiti əsassız olaraq hesablanılıb köçürülməsi müəyyən edilir. 2019-2021-ci illər üzrə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən razılaşdırılmadan Yevlax şəhər Gənclər və İdman idarəsi tərəfindən adları UGİM-də vakant vəzifələrə rəsmiləşdirilmiş Şahid3, Şahid8, Şahid25, Şahid1, Şahid23, Elşad Abışov, Şahid4 alı məşqçi müəllimlərə 77.811,26 manat məbləğində əmək haqqı hesablanmış, tutulmalardan sonra 65.322,16 manat məbləğində pul vəsaiti əmək haqqı kart hesablarına köçürülməsi müəyyən edilir. Əmək Məcəlləsinin 61-ci maddəsinin 3-cü yarımbəndinə zidd olaraq X6 10.765,0 manat məbləğində əmək haqqı hesablanmış və tutulmalardan sonra 7749,78 manat məbləğində pul vəsaiti sonuncunun əmək haqqı kartına kömürülmüşdür. Qeyd edilir ki, Yevlax şəhər Gənclər və İdman idarəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə Şahid8 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edilmiş lakin faktiki olaraq heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda "xxxx" ASC-nin yevlax filialında adına olan ******************** əmək haqqı kartı hesabına 1685,89 manat məbləğində pul vəsaitinin köçürülməsi müəyyən olunur. Ona görə də, bütün yuxarıda göstərilən epizodlarla bağlı qeyd edilir ki, Yevlax şəhər Gənclər və İdman idarəsi üzrə ümumi yaranmış çatışmazlığın 1685,89 manat olan hissəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-nin 01 nömrəli 01 nömrəli ödəniş tapşırığından görünür ki, 79.686 (yetmiş doqquz min altı yüz səksən altı) manat pul vəsaiti köçürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2025-ci il tarixli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Şəki şəhər üzrə maliyyə şöbəsinin 3-23- 57/2-43/2025 nömrəli məktubundan görünür ki, cinayət işi üzrə dəymiş ziya 129,700.16 (bir yüz iyirmi doqquz min yeddi yüz manat on altı qəpik) manat məbləği Təqsirləndirilən şəxs tərəfindən tam həcimdə ödənildiyindən zərərçəkmiş şəxsin əlavə tələbin olmamasını və cəza tədbirinin tətbiqini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında özünün seçdiyi müdafiəçisi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübut təqdim etmiş, habelə müdafiə hüququnun realizə edilməsi məqsədi ilə müxtəlif xarakterli vəsatətlər vermişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Belə ki, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ona elan edilmiş ittihamı bütovlükdə mübahisələndirməsinə baxmayar sonradan mübahisələndirməyərək qəbul etmiş və cinayət nəticəsində dəymiş ziyanı tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. CM-in 179.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama cinayət əməli sayılır və həmin əmələ görə şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 179.3.2-ci maddəsi ilə o zaman cinayət məsuliyyəti yaranır ki, şəxs sözügedən talama cinayətini külli miqdarda ziyan vurmaqla törətmiş olur. CM-in 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Eyni zamanda, CM-in 308.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma vəzifə səlahiyyətlərindən sui-istifadə sayılır və cinayət əməli sayılır. Həmin əmələ görə şəxs iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 308.2-ci maddəsi ilə o zaman cinayət məsuliyyəti yaranır ki, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olsun və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilmiş olsun. CM-in 308-ci maddəsinin qeyd hissəsinə əsasən bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən suiistifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Yevlax rayon icra hakimiyyət başçısının 10 iyul 2007-ci il tarixli 130 nömrəli sərəncamı ilə Yevlax şəhər Gənclər və İdman idarəsinin rəisi təyin olunmaqla 17 iyun 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən 06 mart 1997-ci il tarixli Rayon (şəhər) Gənclər və İdman İdarələri (Baş idarələri) haqqında birtipli əsasnamənin 4-cü bəndinə əsasən idarənin rəhbəri kimi idarə adından etibarnaməsiz fəaliyyət göstərmək, onun mənafelərini bütün məssisələrdə, idarələrdə və təşkilatlarda təmsil etmək, o cümlədən əmək müqavilələri bağlamaq, etibarnamələr vermək, banklarla hesablaşma hesabı və digər hesablar açmaq, vəsaitləri yönəltmək hüququndan istifadə etmək, idarənin strukturu təsdiq edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 62 saylı 16 mart 1995-ci il tarixli qərarında müəyyən edilmiş ştat sayını əsas götürmək və rayon (şəhər) icra hakimiyyəti Başçısı ilə razılaşdırmaq, İdarənin bütün işçilərinə şamil edilən əmr və göstərişlər vermək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi kimi Yevlax şəhər Gənclər və İdman İdarəsinin yerləşdiyi Yevlax şəhəri, H.B Zərdabi 4 A ünvanında yerləşən inzibati binasında xx.xx.2018-ci il tarixli 74 saylı əmr verərək vakant olan idarənin baş mühasibi vəzifəsini 1 sentyabr 2018-ci il tarixdən idarənin baş məsləhətçisi X6 həvalə edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 3-cü yarımbəndinə zidd olaraq boş vəzifə üzrə 3 aydan çox müddət keçməsinə baxmayaraq sonuncunun razılığı ilə həmin vəzifəyə keçirməyərək və ya hər iki vəzifə birləşdirilməklə yeni müqavilə bağlanmadan X17 üzərində qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncunun 2018-ci ilin dekabr ayından 2020-ci ilin noyabr ayınadək müddətdə "xxxx" ASC-nin Yevlax filialında olan ******************** nömrəli əmək haqqı kartı hesabına ümumilikdə 7749,78 (yeddi min yeddi yüz qırx doqquz manat yetmiş səkkiz qəpik) manat pul vəsaitinin köçürülməsinə və Etibar Məmmədov tərəfindən qeyd edilən pul vəsaitinin nağdlaşdırılıaraq şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, dövlətin nüfuzuna xələl gətirib, pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndilməsi, ehtiyaclarının təmin olunmasının və ödənişlərin qanunamüvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla dövlətin əmlak hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Azərbaycan Respublikasının dövlət büdcəsinə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədilə vəzifəli şəxs kimi 2019-ci ilin yanvar ayından 2021-ci ilin iyun ayınadək olan müddət ərzində Yevlax şəhər Gənclər və İdman İdarəsinin yerləşdiyi Yevlax şəhəri, H.B Zərdabi 4 A ünvanında yerləşən inzibati binasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yevlax şəhər Maliyyə İdarəsinə, xx.xx.2020-ci il tarixdən isə 16 saylı Regional Xəzinədarlıq İdarəsinə, habelə "xxxx" ASC-nin Yevlax filialına ünvanlanmış ödəniş qəbzləri, işçilərin adlarına əmək haqqlarının ödənilməsi barədə məktublar və məlumatlar (siyahı), yerli maliyyə orqanına göndərilmiş sifarişlər, ödəniş tapşırıqları, ezamiyyə vərəqələri, tədbirlərin keçirilməsinə dair əmrlər, mükafatlandırılmış şəxslərin siyahısı və digər rəsmi sənədlərin məzmununa, həmçinin əslində iş fəaliyyəti olmayan və iş yerinə gəlməyən şəxslərin adları əlavə edilərək həmin şəxslərin adlarına əmək haqqı məbləğləri hesablanıb və biləbilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş həmin rəsmi sənədləri özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiqlədikdən sonra, hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən işə görtürülmüş şəxslər-Şahid3, Şahid1, Şahid4, Şahid23, X53, Şahid25 və Şahid8 davamlı olaraq guya işə gələrək vəzifə funksiyalarını yerinə yetirməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş qeyd olunan rəsmi sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yevlax şəhər Maliyyə İdarəsinə, xx.xx.2020-ci il tarixdən isə 16 saylı Regional Xəzinədarlıq İdarəsinə, habelə "xxxx" ASC-lərin Yevlax filiallarına göndərərək icraya yönəldilməsinə nail olaraq o cümlədən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə razılaşdırmadan Şahid3 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2021-ci ilin iyul ayınadək olan müddət ərzində sonuncunun "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına ümumilikdə 19.944,59 (on doqquz min doqquz yüz qırx dörd manat əlli doqquz qəpik) manat, eyni niyyətlə, Şahid1 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində sonuncunun "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına ümumilikdə 6208,96 (altı min iki yüz səkkiz manat doxsan altı qəpik) manat, eyni niyyətlə, Şahid4 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində sonuncunun "xxxx" ASC-nin Yevax filialında adına olan **********067721268 əmək haqqı kartı hesabına ümumilikdə 6208,96 (altı min iki yüz səkkiz manat doxsan altı qəpik) manat, eyni niyyətlə, Şahid23 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində sonuncunun "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına ümumilikdə 5628,19 (beş min altı yüz iyirmi səkkiz manat on doqquz qəpik) manat, eyni niyyətlə, X30 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində sonuncunun "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına ümumilikdə 6208,96 (altı min iki yüz səkkiz manat doxsan altı qəpik) manat, eyni niyyətlə, Şahid25 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində sonuncunun "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına ümumilikdə 6208,96 (altı min iki yüz səkkiz manat doxsan altı qəpik) manat, eyni niyyətlə, Şahid8 Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində fəaliyyət göstərən X96 Məktəbinə məşqçi-müəllim vəzifəsinə qəbul edib faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda 2019-cu ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək olan müddət ərzində "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** əmək haqqı kartı hesabına ümumilikdə 14913,54 (on dörd min doqquz yüz on üç manat əlli dörd qəpik) manat olmaqla cəmi 7 nəfər adları qeyd edilən Yevlax şəhər Gənclər və İdman idarəsinin işçilərinin adlarına "xxxx" ASC-nin Yevlax rayon filialında açılmış plastik əmək haqqı kart hesablarına hesablayıb köçürülməsini təmin etməklə, həmin şəxslərin adına olan plastik kartı özündə saxlayaraq əmək haqqı kartına köçürülən həmin pul vəsaitinin qeyd edilən köçürülmə tarixlərinə uyğun kart hesablarından həmin banka məxsus Yelvax rayonu ərazisində yerləşən müxtəlif bankomatlarda, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə şəxsən və cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsilə nağdlaşdırıb, şəxsi ehtiyaclarına sərf edərək ona etibar edilmiş cəmi 65322,16 (altmış beş min üç yüz iyirmi iki manat on altı qəpik) manat pul vəsaitini vahid niyyətlə mənimsəməklə, eyni niyyətlə, 2020-ci ilin yanvar ayından sentyabr ayınadək olan müddət ərzində Yevlax şəhər Gənclər və İdamn İdarəsinin yerləşdiyi Yevlax şəhəri, H.B Zərdabi 4 A ünvanında yerləşən inzibati binasında ezamiyyə vərəqələri, tədbirlərin keçirilməsinə dair əmrlər, mükafatlandırılmış şəxslərin siyahısı və digər rəsmi sənədlərin məzmununa, o cümlədən Şuşa rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 01/02-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 1 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Ramanı 450 qəsəbəsi, Malıbəyli kənd 1 saylı tam orta məktəbinin idman zalında 08-10 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş qızlar və oğlanlar arasında voleybol idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 şahmat Məktəbində məşqçi vəzifəsində işləyən X7 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Əşrəf İsmayılov, Aygün Məmmədova, İsmayıl İsmayılov, İbad İmanov, Xəyal Qurbanov, Bəhruz Abuşov, Yusif Kazımov, Eldar Çələbiyev, Anar Abbasov, Fərid Rəhmanov, Ehtiram Məhərrəmov, Taleh Məmmədov, Fərman Qurbanlı, Rəhman Şəfiyev, Rasim Səfərov və Elşad Qurbanlı adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə göstərilən şəxslərin guya 8-10 yanvar tarixlərində 3 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 2142 (iki min bir yüz qırx iki) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 06/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 02a nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbin idman zalında 10-20 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş böyüklər, gənclər və yeniyetmələr arasında şahmat idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində direktor vəzifəsində işləyən Şahid18 adına ezamiyyə vərəqəsi hazırlayıb özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Cəlil Əhmədli, Eldar Yusifov, Mətin Əsədli, Əyyub Misirli, Məhəmməd Həsənzadə, Emil Mehtizadə, Mənsim Ağazadə, Məhəmməd Həsənov, Məhiyyəddin Nəbiyev, Elşən Məhəmmədzadə, Elşən İmanquliyev, Orxan Şahbazov, İsa Sadıqov və Ülvi Şahbazov adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə göstərilən şəxslərin guya 10-20 yanvar tarixlərində 11 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 8928 (səkkiz min doqquz yüz iyirmi səkkiz) manat, eyni niyyətlə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xx.xx.2019-cu il tarixli, 2112/01-19 nömrəli məktuba əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 1 nömrəli əmrə müvafiq olaraq 13-17 yanvar 2020-ci il tarixlərdə Bakı şəhərində cüdo idman növü üzrə 18 yaşa qədər yeniyetmələr arasında (U-18) Azərbaycan birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid5 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - X54, İskəndərli Nihat ramil oğlu, X18, X4, X19, X31, X12, X20, X21, X55 və X56 adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə göstərilən şəxslərin guya 13-17 yanvar tarixlərində 5 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 2808 (iki min səkkiz yüz səkkiz) manat, eyni niyyətlə Daşkəsən rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 06 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 04 nömrəli əmrə müvafiq olaraq Daşkəsən rayonunda 16-19 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin əziz xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında yunan-roma güləş idman növü üzrə açıq rayon birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid8 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Qəhrəman Qurbanov, Azad Nuruşlu, Ehtiram Həmzəyev, Xəzər İsaqov, Teymur Məmmədli, Adəm Zeynallı, Əli Əhmədov, Rəvan Məmmədov, Nuran Məmmədov, Tural İbrahimli, Ruslan Zamanov, Mətləb İbrahimov, Məhəmməd Məmmədli, İsfəndiyar Səfərəliyev, Ruhani Şərifov, İbrahim Əsədov, Fərrux Musayev, Elnur Rəsulov, Zaur Hüseynov və Kamil Hüseynov adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə adlarını qeyd etməklə göstərilən şəxslərin guya 16-19 yanvar tarixlərində 4 gün müddətində Daşkəsən rayonunda ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 1890 (bir min səkkiz yüz doxsan) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 01/02-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 05a nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbi tərəfindən Ramanı 450 qəsəbəsi, malıbəyli kənd 1 saylı tam orta məktəbin idman zalında 16-20 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş böyüklər, gənclər və yeniyetmələr arasında sambo idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid5 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Hüseyn Hüseynli, Murad Quluzadə, Səfər Talıblı, Elgün Talıblı, Əli Rüstəmzadə, Paşa Məmmədov, Elməddin Hüseynov, Fazil Allahverdiyev, Yusif Yusifov, Mustafa Rüstəmzadə, Rəşadət Tağıyev, Sahib Quliyev, Məhəmməd Babayev, Nihat Cəfərli, Murad Behbudov, Toğrul Behbudov, Ceyhun Əliyev, Kamal İsmayılov, Süphan Hüseynzadə, Ramil Allahverdiyev, Nicat İsmayılzadə, Murad Əliyev, Rüstəm Qasımzadə və Sənan Əlizadə adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə qeyd etməklə göstərilən şəxslərin guya 16-20 yanvar tarixlərində 5 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 6084 (altı min səksən dörd) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 01/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 6 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman İdarəsinin Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 18-20 yanvar 2020-ci il tarixlərdə “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün, tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə,cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid9 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Bəxtiyar Qasımov, Baba Babazadə, Ayxan Ömərov, Vüsal Abıyev, Oktay Süleymanov, Veysəl Nəbiyev, Əmrah Qasımov, Rövşən Kərimov, Sənani Bəkirov, Nihat Mustafayev, Ömər Hüseynov, Tahir Umarov, Şəhriyar Hətəmli, Gündüz Əliyev, Fəqan Musazadə, Rauf Rəcəbov, Mirzəxan Rzayev, Pərviz Hacıyev, Orxan Rüstəmov, Tanrıverdi Abışov, Elnur Əzizov, Hüseyn Xəlilov, Azər Mahmudov, Famil Həsənzadə və Vidadi Kərimovun adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə göstərilən şəxslərin guya 18-20 yanvar tarixlərində 3 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 3276 (üç min iki yüz yetmiş altı) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 04/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 12 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 27-31 yanvar 2020-ci il tarixlərdə “2 fevral” gənclər gününə həsr olunmuş sərbəst güləş idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə,cinayətdən xəbərsiz Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid10 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Əmrahzadə Saleh, Cabbarov Abbas, Nərimanov Şamxal, Mikayılov Mehti, Mustafayev Kənan, Cəfərli Bəylər, Qasımov Murad, İsmayılov Hüseyn, Əfəndiyev Məhəmməd, Qasımzadə Ənvər, Camalov Cahid, Süleymanlı Fərid, Nəbiyev Samir, Əzizov Qabil, Əfəndiyev Baba, Əzizli Əli, Nəbiyev Sabir, Nərimanov Fariz, Musayev Yusif, Əliyev Amil, Nəsibov Vasif, Behbudov Cavid, Fərmanov Cavid, Musayev Musa, Əhmədov Paşa, Məmmədov Elçin, Əliyev Rəsul adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə, göstərilən şəxslərin guya 27-31 yanvar tarixlərində 5 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 6552 (altı min beş yüz əlli iki) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 03/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 13 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 21-25 yanvar 2020-ci il tarixlərdə “2 fevral” gənclər gününə həsr olunmuş yunan-roma güləş idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid22 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Eldar Çələbiyev, Anar Abbasov, Fərid Ədilov, Taleh Məmmədov, Fərman Qurbanlı, Rasim Səfərov, Əli Həsənzadə, Fizuli Həsənzadə, Rəvan Cəbiyev, Surət Həsənov, Əflatun Nəbiyev, Samir Çələbiyev, Amil Nəbiyev, Müşfiq Zamanov, Ramiz Zamanov, Elgiz Hətəmov, Əmirxan Sadiqov, Nurlan Sadiqov, Cəlal Əhmədov, Xəyal Vahidov, Məlik Elmiyev, Yasin Hüseynov, Adil Paşayev, Vüqar Ocaqquliyev, Vüsal Əliyev, Elçin Abbaszadə, Elamin Qaraşov və Səlami Qaraşov adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə, göstərilən şəxslərin guya 21-25 yanvar tarixlərində 5 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 6786 (altı min yeddi yüz səksən altı) manat, eyni niyyətlə Daşkəsən rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 16 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 21 nömrəli əmrə müvafiq olaraq Daşkəsən rayonunda 20-25 fevral 2020-ci il tarixlərdə “26 fevral” Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş yeniyetmələr arasında voleybol idman növü üzrə açıq rayon birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 şahmat Məktəbində məşqçi vəzifəsində işləyən X7 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Elvin Nuruşlu, Nurlan Xuduşlu, Elnur Xuduşlu, Fəqan Rzayev, Fərid Ramazanov, Allahyar Adıgözəlli, Bəhrəm Quluzadə, Eynulla Hüseynov, Murad İsmayılov, Göygöz Həsənov, İsrail İsmətli, Elmar Əmirov, Qoşqar Zeynallı və Əli Paşayev adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə, göstərilən şəxslərin guya 20-25 fevral tarixlərində 6 gün müddətində Daşkəsən rayonunda ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 2160 (iki min bir yüz altmış) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 02/06-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 22 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 21-24 fevral 2020-ci il tarixlərdə “Xocalı soyqırımı qurbanlarının” xatirəsinə həsr olunmuş cido idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid19 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Orxan Səfərov, Zöhrab Əsədli, Şəfayıl Əsədov, Elman Ağayev, Qoca Əhmədov, Surət Rzayev, Əsəd Şərifov, Ruslan Əliyev, Elcan Əmrahov, Rəmzi Qurbanlı, Əli Məmmədov, Novruz Nadirov, Səlim Nəbiyev, Ənvər Abdullayev, Tunar Cəfərov, Nihat Mustafayev, Qasım Nəcəfli, Fəqan İsmayılzadə, Etibar Həşimov, Emin Əsədov, Əhməd Camalov, Səməd Camalov, Elşən Əliyev, Bəylər Qarayev, Cavid Qasımov, Bəhrəm Həsənov, Qafqaz Hətəmov və Süleyman Eminli adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə qeyd etməklə göstərilən şəxslərin guya 21-24 fevral tarixlərində 4 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 5040 (beş min qırx) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman Məktəbinin direktoru Yapon Hacıyevin xx.xx.2020-ci il tarixli, 05/02-01 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 28 nömrəli müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbinin Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbin idman zalında 20-25 fevral 2020-ci il tarixlərdə “5 mart bədəntərbiyəsi və idman gününə” həsr olunmuş fudbol idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən X3 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Nicat Şərifov, Fuad Yusifzadə, Mehman Allahverdiyev, Əmiraslan Mustafayev, Vahid Abbasov, Pərvin Əlicanov, Pərviz Balakişiyev, Nuru Səmədov, Səbuhi Bağırov, İlkin Hüseynov, Elnar Əliyev, Elgün Şahverdiyev adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə göstərilən şəxslərin guya 20-25 fevral 2020-ci il tarixlərdə 6 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 3744 (üç min yeddi yüz qırx dörd) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman Məktəbinin xx.xx.2020-ci il tarixli, 02/06-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 23 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman məktəbi tərəfindən Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbin idman zalında 20-26 fevral 2020-ci il tarixlərdə “Xocalı soyqırımı qurbanlarının” xatirəsinə həsr olunmuş ağır atletika idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 Məktəbində məşqçi vəzifəsində işləyən Şahid7 adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Murad Ədilxanov, Bəhrəm Abbasov, Rəşad Həsənli, Ayxan Həsənli, Toğrul Salamzadə, Nuran Salamzadə, Cəlal Cavanşirli və Fərid Cəfərov adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə göstərilən şəxslərin guya 20-26 fevral tarixlərində 7 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 3078 (üç min yetmiş səkkiz) manat, eyni niyyətlə Şuşa rayon Gənclər və İdman İdarəsinin xx.xx.2020-ci il tarixli, 02/08-02 nömrəli məktubuna əsasən imzaladığı xx.xx.2020-ci il tarixli, 23 nömrəli əmrə müvafiq olaraq Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən Biləcəri qəsəbəsi, Şuşa şəhər 3 saylı tam orta məktəbin idman zalında 21-24 fevral 2020-ci il tarixlərdə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə” həsr olunmuş fudbol idman növü üzrə Şuşa rayon açıq birinciliyində iştirak etmək üçün tamah niyyətilə özü tərəfindən tərtib edilmiş ezamiyyə vərəqəsi və ezamiyyə cədvəlinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, cinayətdən xəbərsiz həmin dövrdə Yevlax şəhər Gənclər və İdman idarəsi nəzdində X96 şahmat Məktəbində məşqçi vəzifəsində işləyən Şahid21 Grüzalı oğlunun adına ezamiyyə vərəqəsi hazırlayıb, özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin İdarənin möhürü ilə təsdiq edərək, faktiki olaraq mövcud olmayan şərti - Hüseyn İbrahimli, Adil Zeybnalov, Sənan Oruclu, Elşən Əsgərov, Həsən Rüstəmov, Elmin Ələsgərov, Məhəmməd Ələsgərov, Musa Hüseynov, Elgün Bəşirov, Elnur Əhmədzadə, Elgün Əsədov, Eşqin Şükürov, Anar Süleymanov, Zaur Həsənov, Hüseyn İsmayılzadə, Nicat Şərifov, Fuad Yusifzadə, Mehman Allahverdiyev, Əmiraslan Mustafayev, Vahid Abbasov, Pərviz Əlicanov, Pərviz Balakişiyev, Nuru Səfərli, Səbuhi Bağırov və Emin Mehdiyev adlarını formal olaraq həmin ezamiyyə vərəqəsinə göstərilən şəxslərin guya 21-24 fevral tarixlərində 4 gün müddətində Bakı şəhərində ezamiyyətdə olmalarına dair vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında, ümumilikdə 4680 (dörd min altı yüz səksən) manat, eyni niyyətlə, özünün imzaladığı 16 iyul 2020-ci il tarixli 29 nömrəli əmrlə 22-26 iyul 2020-ci il tarixlərdə Gənclər və İdman Nazirliyinin yaranmasının 26-cı il dönümü münasibəti ilə Yevlax şəhər Gənclər və İdman İdarəsinin kuboku uğrunda uşaq və yeniyetmələr arasında şahmat üzrə onlayn şəhər birinciliyi keçirilməsi adı altında özü tərəfindən biləbilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti adlar - 6-7 yaşlılar arasında X41 İ yer kimi, X32 İİ yer kimi, X33 İİİ yer kimi, 8-9 yaşlılar arasında X5 İ yer kimi, X34 İİ yer kimi, X42 İİİ yer kimi, 10-11 yaşlılar arasında X8 İ yer kimi, X9 İİ yer kimi, X22 İİİ yer kimi, 12-13 yaşlılar arasında X23 İ yer kimi, X24 İİ yer kimi, X25 İİİ yer kimi, 14-15 yaşlılar arasında X10 İ yer kimi, X57 İİ yer kimi, X35 İİİ yer kimi, həmçinin cinayətdən xəbərsiz X43 və X58 adlarını hakim kimi formal olaraq qeyd etməklə vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında təltif olunan şəxslərə və hakimlərə verilməsi üçün ümumilikdə 1550 (bir min beş yüz) manat, eyni niyyətlə, imzaladığı 20 iyul 2020-ci il tarixli 30 nömrəli əmrlə 25 iyul 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin yaranmasının 26-cı il dönümü münasibəti ilə onlayn bilik yarışının keçirilməsi adı altında özü tərəfindən biləbilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti adlar - X26 İ yer kimi, X36 İİ yer kimi, X59 İİİ yer kimi, həmçinin cinayətdən xəbərsiz X13 aparıcı kimi formal olaraq qeyd etməklə vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında təltif olunan şəxslərə və aparcıya verilməsi üçün ümumilikdə 270 (iki yüz yetmiş) manat, eyni niyyətlə, 20 iyul 2020-ci il tarixli 31 nömrəli əmrlə 26 iyul 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin yaranmasının 26-cı il dönümü münasibəti ilə rayon gəncləri ilə görüş keçirilməsi adı altında özü tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti - Tanrıverdiyev Həsən, Bağırov Səbuhi, Tanrıverdiyev Hüseyn, Rəhimli Azər, Qurbanov Nəbi, Tanriverdiyev Abdulla, Yusifli Məhəmməd, Tağıyev Asif, Mehdizadə İbrahim, Tanrıverdiyev Rüfət, Məmmədov Pərviz, Rəhimli Səbuhi, Babayev Rasim, Nəbiyev Nəmdiyə, Mustafayev Elməddin, Əzizov Dünyamin, Səmədov Murad, Əhmədov Əmiraslan, Abdullayev Şamil, Məmmədov Emil, Cavadov Süphan, Xudatquliyev Elvin, Abdullayev Samir, Bəkirov Nizam, Bayramov Məhəmməd adlarını formal olaraq qeyd etməklə guya rayonun ictimai-siyasi və idman həyatında fəal iştirak etmiş 25 nəfər təltif olunan şəxsə verilməsi üçün vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 1250 (bir min iki yüz əlli) manat, eyni niyyətlə, 04 avqust 2020-ci il tarixli 35 nömrəli əmrlə 12 avqust 2020-ci il tarixdə X50 münasibəti ilə onlayn rəsm müsabiqəsinin keçirilməsi adı altında özü tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti adlar - X14 İ yer kimi, X60 İİ yer kimi və X11 İİİ yer kimi formal olaraq qeyd edilməklə vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 270 (iki yüz yetmiş) manat, eyni niyyətlə, 06 avqust 2020-ci il tarixli 36 nömrəli əmrlə 12 avqust 2020-ci il tarixdə X50 münasibəti ilə rayon gəncləri ilə görüş keçirilməsi adı altında özü tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti - Behbudov Behbud, Məmmədov Ülvi, Məmmədzadə Hüseyin, Cələbiyev Abid, İbrahimli Şirazi, Məmmədli Sübhan, Paşayev Asim, İbrahimov Yusif, Rəcəbli Şəmsi, Süleymanov İlkin, Səfərov Asim, Allahverdiyev Mehman, Rüstəmov Rəvan, Şəfizadə Tofiq, Bəkirov Pərvin, Səfərov Kamran, Baxşəliyev Alı, Ağayev Allahverdi, Muxtarov Kərim, Nazarov İsmayıl, Bəkirov Mirzə, Hacıyev Bağdad, Rəsulzadə Ramil, İsmayıllı tərlan, Yunisov Ömər adlarını formal olaraq guya rayonun ictimai-siyasi və idman həyatında fəal iştirak etmiş 25 nəfər təltif olunan şəxsə verilməsi üçün vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 1250 (bir min iki yüz əlli) manat, eyni niyyətlə, 10 avqust 2020-ci il tarixli 37 nömrəli əmrlə 12 avqust 2020-ci il tarixdə X50 münasibəti ilə onlayn bilik yarışının keçirilməsi adı altında özü tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti adlar - X44 İ yer kimi, X45 İİ yer kimi və X61 İİİ yer kimi formal olaraq qeyd edilməklə vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 270 (iki yüz yetmiş) manat, eyni niyyətlə, 20 avqust 2020-ci il tarixli 38 nömrəli əmrlə 23-30 avqust 2020-ci il tarixlərdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin kuboku uğrunda futbol idman növü üzrə rayon birinciliyi keçirilməsi adı altında özü tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş tədbirin qaliblərinin siyahısına tamah niyyəti ilə faktiki olaraq mövcud olmayan şərti adlar - X15 İ yer kimi, X42 İİ yer kimi, X46 İİİ yer kimi, həmçinin cinayətdən xəbərsiz X16, Şahid18 və X2 adlarını hakim kimi formal olaraq qeyd etməklə vəzifə saxtakarlığı yolu ilə hazırladığı sənədlər əsasında ümumilikdə 2350 (iki min üç yüz əlli) manat olmaqla cəmi 64.378 (altmış dörd min üç yüz yetmiş səkkiz) manat pul vəsaitini cəmləşdirməklə 4 dəfəyə yəni - 28 fevral 2020-ci il tarixdə 2.808 manat, 9 aprel 2020-ci il tarixdə 13.374 manat, 10 sentyabr 2020-ci il tarixdə 26.362 manat və 30 dekabr 2020-ci il tarixdə 21.834 manat pul vəsaitini "xxxx" ASC-nin Yevax filialında adına olan ******************** nömrəli plastik əmək haqqı kart hesabına hesablayıb köçürülməsini təmin edərək, əmək haqqı kartına köçürülən həmin pul vəsaitini qeyd edilən köçürülmə tarixlərinə uyğun kart hesabından həmin banka məxsus Yelvax rayonu ərazisində yerləşən müxtəlif bankomatlarda, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə şəxsən nağdlaşdırıb, şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla ona etibar edilmiş cəmi 129.700,16 (bir yüz iyirmi doqquz min yeddi yüz manat on altı qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, həmin hərəkətləri ilə pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirilməsi, əmək haqları üzrə ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa nəticəyə gəlmək mümkün olmamışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna, mexanizminə və nəticəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddəsi tövsif edir və belə hesab edir ki, o, həmin maddələr ilə təqsirli bilinməklə maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli ayrıayrılıqda başa çatmış cinayətdir. Onun əməlləri nəticə etibarı ilə cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə bağlı ittiham üzrə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən cinayət əməllinin törədilməsindən qanunla müəyyən edilmiş 2 (iki) illik müddət keçdiyindən Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən o, qeyd edilən maddələr ilə təqsirli bilinməli, lakin Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ona cəza təyin edilməməlidir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini 2020-ci il tarixdə törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayətlərin məcmusu qaydasında cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların hər birinin şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzaların onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, peşman olmasını, himayəsində bir azyaşlı uşağın olmasını (X28 – 2012-ci il təvəllüdlü) və dəymiş ziyanın tam ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrarən törətməsi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, himayəsində bir azyaşlı uşağın olmasını (X28 – 2012-ci il təvəllüdlü) və dəymiş ziyanın tam ödənilməsi, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrinin saksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs törətməkdə təqsirli bilindiyi vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti ilə bağlı maddənin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaya da məhkum edilməli, bundan əlavə təqsirli bilindiyi mənimsəmə cinayəti üzrə maddənin sanksiyasında nəzərdə tutulmasa da, müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza ilə cəzalandırılmalıdır. Belə ki, CM-nin 46.2 maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini Yevlax şəhər Gənclər və İdman idarəsinin rəisi vəzifəsində işləyərkən törətdiyindən, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb CM-nin 46-cı maddəsi tətbiq edilərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 179.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə, daha dəqiq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza da təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan əsas və əlavə cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddələrinə uyğun olaraq ayrı-ayrılıqda qismən toplanılmalı və əsas cəza əlavə cəza ilə birləşdirilməklə təqsirləndirilən şəxsə qəti olaraq əsas və əlavə cəzalar təyin edilməlidir. Lakin məhkəmə kollegiyası yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun şəxsiyyətini, cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən ona göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs qızının davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, cinayət işi üzrə maddi sübut olan "xxxx" ASC-dən daxil olmuş pul vəsaitlərinin nağdlaşdırma əməliyyatlarının qeydiyyata alınmış fotogörüntülərinin yerləşdirildiyi 01 ədəd kompakt disk, bank çıxarışları, işçilərin adlarına əmək haqqlarının ödənilməsi barədə məktublar və məlumatlar (siyahı), yerli maliyyə orqanına göndərilmiş sifarişlər, ödəniş tapşırıqları, ezamiyyə vərəqələrənin və tədbirlərin keçirilməsinə dair sənədlərin əsilləri cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilatisərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilatisərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd edilən maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 04 (dörd) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübullar olan Azərbaycan Beynəlxalq Bank” ASC-dən daxil olmuş pul vəsaitlərinin nağdlaşdırma əməliyyatlarının qeydiyyata alınmış fotogörüntülərinin yerləşdirildiyi 01 ədəd kompakt diskin, bank çıxarışları, işçilərin adlarına əmək haqqlarının ödənilməsi barədə məktublar və məlumatlar (siyahı), yerli maliyyə orqanına göndərilmiş sifarişlər, ödəniş tapşırıqları, ezamiyyə vərəqələrənin və tədbirlərin keçirilməsinə dair sənədlərin əsillərinin iş materiallarında saxlanılması nəzərə alısnın. İş üzrə məhkəmə məsrəfini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Tural Əfəndizadə

Hakimlər: Bilal Məmmədov

Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar