Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-60/2023 21.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid1 (anası), təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax şəhəri, Neft kəməri küçəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi Opel markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Yevlax şəhəri, R.Məmmədov küçəsində hərəkətdə olarkən onunla eyni küçədə, qonşuluqda yaşayan, aralarında əvvəllər qohumluq münasibəti olmuş Şahid2 Behbut oğlunun idarə etdiyi VAZ-21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı Şahid1 ilə birlikdə gələrək yaşadıqları evin qarşısında dayanmasını görüb, avtomobilini dayandırıb maşından düşmüş və Şahid2 yaxınlaşaraq, ona “nə üçün qızın Vüsalə oğlum Zakirdən ayrılıb başqa bir şəxslə ailə qurub, qohumlarım arasında bizi biabır etmisiz” deyib mübahisə edən zaman, Şahid2 yetkinlik yaşına çatmayan oğlu, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq onu pis sözlərlə söyüb “bacımın adını dilinə gətirmə, get öz ailənin qeydinə qal” dedikdən sonra o, Zərərçəkmiş şəxs yaxasından tutub özünə məxsus olan avtomobilin yan hissəsinə sıxaraq, Zərərçəkmiş şəxs qəsdən bədən xəsarətləri yetirmək niyyətilə həmin avtomobildən istintaqla müəyyən edilməyən bıçağı götürüb orada özlərinə məxsus avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs valideyinləri Şahid2 Behbut oğlu və Şahid1 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, bununla da onlara əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs bədən nahiyəsinə əlindəki bıçaqla ardıcıl olaraq çoxsaylı zərbələr vurub, onun bədənindən qan axdığını görüb niyyətinə çatdığından, hərəkətlərini dayandırıb üzünü Zərərçəkmiş şəxs valideyinlərinə tutub “oğlunuzu xəstəxanalıq elədim” deyərək, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran sol orta qoltuq xətti üzrə Vİİ qabırğarası sahənin və sol orta qoltuq xətti üzrə Vİİİ qabırağarası sahənin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları xəsarətlərini və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sol arxa qoltuq xətti üzrə, sol orta kürək xətti üzrə Vİİ qabırğarası sahənin, 1-ci bel fəqərəsi səviyyəsində sağ paravertebral sahənin, sol sağrının yuxarı bayır kvadratının, sol orta körpücük xətti üzrə deşilmişkəsilmiş və kəsilmiş yaraları xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan xüsusi amansızlıqla qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü CM-in 126.1ci maddəsilə təqsirli bilərək bildirmişdir ki, zərərçəkmiş şəxs və ailəsi ilə qohumluq münasibətləri olmuşdur. Belə ki, onların qızı, yəni zərərçəkmişin bacısı Vüsalə oğlu Zakirin arvadı olmuşdur. Lakin Vüsalənin valideynləri onu aparıb, başqa yerə ərə vermişlər. Gəlinin atası Şahid2 yolda gedərkən oğluna acıq vermişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Bir neçə dəfə ona demişdir ki, burda bazar açma. Həmçinin, oğlu da bir neçə dəfə nalayiq sözlər demişdir. Hadisə bunlara görə baş vermişdir. Telmangil onu bu həddə çatdırmışlar. Himayəsində səkkiz azyaşlı uşağı var. Bu vaxta qədər heç kimə ziyanı dəyməmiş, heç kimlə dalaşmamışdır. Etdiyi əməldən peşmandır, anasının bir ayağı yoxdur, İİ qrup əlildir. Kəndlərdən dəmir alıb sataraq ailəsini saxlamış, anasına baxmışdır. Hadisə isə cinayət işində yazılan kimi baş vermişdir, belə ki, Vüqar onu boğazından tutaraq maşına dirəmiş və ona “səni öldürəcəm” demişdir. Ona görə maşında olan dırnaq kəsən açılan bıçağı götürmüş və onu itələmişdir ki, ondan əl çəksin. Lakin Vüqar onu buraxmamış və o, boğulmuşdur. Bu zaman bıçaq Vüqara dəymişdir. Sonra əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxs və onun valideynləri ilə barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. Ona görə də bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Daha sonra Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bıçaq iti və balaca olmuşdur. Hadisə zamanı Vüqarın atası, anası və bacısı da orada olmuşlar. Vüqarın valideynləri ilə danışan zaman o, gəlmiş və onun boğazından yapışmışdır. Həmin vaxt içkili olmuşdur. Həmin gün 2-3 qədəh (rumka) araq içmişdir. Vüqarın valideynlərinə heç nə deməmişdir, özünü itirmişdir. Vüqarın valideynlərinə “xəstəxanalıq elədim” deməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona CM-in 126.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Vüqarla əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 2022-ci ilin sentyabr ayının 1-də günorta, saat 16 radələrində o, yaşadığı Yevlax şəhəri, R.Məmmədov küçəsinə gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs, atası Şahid2 və anası Şahid1 küçənin ortasında özlərinə məxsus VAZ-21011 markalı açıq göy rəngli avtomobilini saxlayıb dayanmışlar. O da məcbur onun maşınının yolunu kəsdikləri üçün avtomobili dayandırmış, bundan sonra özünə məxsus avtomobildən yerə düşmüşdür. Avtomobildən yerə düşdükdən sonra Şahid2 üzünü tutub “küçədə bu nə narkotik alveridir edirsən” demiş, Telman da ona “bunu satdığını, bunun satanı olduğunu” demişdir. O, Telmangilə belə olmaz, kiçik uşaqlarımız var, gələcəyimiz var” demişdir. Telman onunla mübahisə edəndə, o, həmin vaxt Telmana demişdir ki, onun qızı Vüsalə onların başını aşağı eləyib, onu qohumlar içində biabır edib. Həmin zaman Telmanın oğlu Vüqar avtomobildən yerə düşmüş və ona bildirmişdir ki, “sən kimsən ki, mənim bacım Vüsalə haqqında ağzına gələni danışırsan, yaxşı ailə olsaydınız bacım oturardı sizin evdə, sən get öz dərdini çək, mənim bacıma dil uzatma”. O, Vüqara demişdir ki, uşaqsan gedib işinlə məşğul ol. Bundan sonra Vüqar ona tərəf gələrək, nalayiq ifadələrlə söyüş etməyə başlamışdır. O, Vüqarın ona söyüş işlətməsini qəbul etməmiş və Vüqarın onun üstünə gəlməsini görüb istifadəsində olan Opel markalı maşına dirəyib maşından götürdüyü bıçaqla xəsarət yetirmək məqsədilə bir neçə dəfə vurmuşdur. Bundan sonra isə Vüqarın bədənindən qan çıxdığını görüb dayanmış, Telman və Marala çevrilib “adamı nalayiq söyüşünə görə belə xəstəxanalıq edirlər” demişdir. Bundan sonra isə öz maşınına minib bıçağı da özü ilə götürmüş və oradan getmişdir. Bıçağı Kür çayına atmış, avtomobili sürüb həmin küçədə yerləşən öz evinin həyətinə gətirmiş və avtomobili həyətdə saxlamışdır. Həmin hadisədən bir neçə saat sonra Yevlax şəhərində küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində etmiş olduğu cinayət hadisəsini etiraf etmişdir. Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən onu öldürmək niyyəti olmamışdır, sadəcə onu cəzalandırmaq istəmişdir. Vüqarı vurduqdan sonra bədənindən qan çıxdığını görüb hərəkətlərini dayandırmış və oradan çıxıb getmişdir. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü madəsində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla qohum olduqlarını, içkili olduğu üçün Təqsirləndirilən şəxs onu bıçaqla vurduğunu, lakin hazırda Ramillə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını və Ramilin həbsdən azad edilməsini xahiş etmişdir. Eyni zamanda, o bildirmişdir ki, ibtidai istintaq zamanı ifadə vermiş və həmin ifadəni təsdiq edir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onların qonşusu və qohumudur. X17 Təqsirləndirilən şəxs oğlu Zakirlə evli olmuş, lakin sonra bacısı Vüsalə Zakirdən ayrılaraq öz evinə qayıtmış, sonra isə Zakirlə yaşamaq istəmədiyi üçün başqa bir adamla ailə qurub ərə getmişdir. Buna görə bir müddətdir ki, Zakirlə bacısı Vüsalə və onların ailələri arasında narazılıq və söz-söhbət olmuşdur. 01 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Yevlax şəhəri, R.Məmmədov küçəsində yerləşən yaşadıqları evin həyətində işləyən zaman küçədən avtomobil səsi gəldiyini eşidib küçəyə çıxmışdır. Küçəyə çıxanda onlara məxsus Vaz-21011 markalı avtomobillə Təqsirləndirilən şəxs məxsus Opel markalı avtomobilin həyətlərinin qabağında, küçədə qarşı qarşıya dayandığını və Təqsirləndirilən şəxsla atası arasında bacısı Vüsaləyə görə mübahisə olduğunu görmüşdür. Atası Telman və anası Maral həmin vaxt onlara məxsus maşınında oturmuşlar. Bu zaman o, Ramilə mübahisə etməməyi, çıxıb getməsini bildirmiş, Ramil isə ona “bacın belə etməli deyildi, bizim ailənin başını aşağı edib” demişdir. Bu zaman o, Ramilə söyüş söyərək demişdir ki, “get sən öz ailənin qədrini çək, mənim bacım özü bilər nə edər.” Ramil isə ona “söyüş söymə, danışığına fikir ver” demişdir. O, Ramilə tərəf bir daha söyüb evlərinin qarşısından rədd olub getməsini demiş, bu vaxt Ramil “sən kimə söyürsən” deyərək onun yaxasından tutub öz maşınına dirəmiş və qəfildən öz maşınında olan bıçağı götürüb 5-6 dəfə onun kürək və bel nahiyəsinə vurmuşdur. Ramil onu vurduqdan sonra buraxmış, üzünü anasıgilə tərəfə tutub “gördün oğlunu nalayiq danışığına görə xəstəxanalıq elədim” demiş, bundan sonra isə o, yerə çöməlib dayanmışdır. Ramil isə öz avtomobilinə oturmuş və bıçağı da özü ilə götürüb hadisə yerindən getmişdir. Anası və atası maşından düşərək ona yaxınlaşmış, onu maşına qoyub Yevlax Rayon Mərkəzi Xəstəxanasına gətirmiş, orada ona tibbi yardım göstərilmiş və o, bu barədə polis şöbəsinə ərizə ilə müraciə etmişdir. İş üzrə Zərərçəkmiş şəxs iştirakı ilə 15 oktyabr 2022-ci il tarixdə Yevlax şəhəri R.Məmmədov küçəsində ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, ifadəsi yerində yoxlanılan zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu bıçaqla vurduğu yeri əyani olaraq göstərmiş, bu istintaq hərəkəti protokol tərtib olunmaqla, foto şəkillər çəkilməklə rəsmiləşdirilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Bundan əlavə, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs bıçaqla vurduğunu etiraf etmiş və demişdir ki, Vüqar Salmanovu öldürmək fikri olmamış, onu söydüyünə və üzərinə gəlib onu vurmaq istədiyinə görə Vüqar Salmanovu bıçaqla vurmuşdur. Məhkəmə kollegiyasının iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs isə qonşusudur. X2 bir müddət evli olmuşdur. Yəni, Ramillə keçmiş qudadırlar. Bir müddətdir ki, Ramil və onun oğlu Zakirin qızı Vüsalə və onların ailəsi ilə narazılıqları vardır. Belə ki, qızı Vüsalə Zakirdən küsüb evə qayıtmış, sonra isə Zakiri qoyub, başqa bir adama qoşulub ərə getmişdir. Həmin vaxtdan Ramil və oğlu Zakir ilə aralarında ədavət yaranmışdır. 01 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində yoldaşı Şahid2la birlikdə özlərinə məxsus Vaz-21011 markalı avtomobillə Mingəçevir şəhərindən gəlmiş və yaşadıqları R.Məmmədov küçəsinə çatanda görmüşdür ki, Təqsirləndirilən şəxs öz maşını ilə həmin küçədə dayanıb. Onlar evlərinin qarşısına çatanda Təqsirləndirilən şəxs maşından düşüb Telmana demişdir ki, niyə qızın Vüsalə bizim başımızı aşağı elədi? Telman həmin vaxt avtomobildən düşməmişdir. Lakin bu zaman oğlu Vüqar həyətlərində işləyən zaman küçəyə çıxmş və Ramilə demişdir ki, get öz ailənin işinə bax, bacım haqqında heç nə danışm. Ramil isə Vüqara demişdir ki, get öz işinlə məşğul ol. Bu zaman Vüqar üzü Ramilə tərəf “bacımın adını dilinə gətirmə” deyib, söyüş söymüşdür. Bunu deyəndən sonra Ramil Vüqarın yaxasından tutub öz maşınına çırpmış və öz maşınında olan bıçağı götürüb Vüqarın yuxarı kürək və bel nahiyəsindən bıçaqla vurmuşdur. Ramil Vüqarı vurandan sonra dayanmış, sonra onlara tərəf çönüb, “oğlunu söyüşünə görə xəstəxanalıq elədim” demiş və maşınına minib getmişdir. Oğlu Vüqar isə aşağı çöməlmiş halda qalmışdır. O və əri Telman maşından düşüb Vüqarı Yevlax Rayon Mərkəzi Xəstəxanasına gətirmiş, orada Vüqara tibbi yardım göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs isə qonşusudur. X2 bir müddət evli olmuşdur. X11 və onların ailəsi arasında narazılıq və söz-söhbət olmuş, onun qızı Vüsalə Zakirdən küsüb evə qayıtmış, sonra isə Vüsalə Zakiri qoyaraq başqa bir adama qoşulub ərə getmişdir. Həmin vaxtdan Ramil və oğlu Zakirlə aralarında ədavətləri yaranmışdır. 01 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində o, arvadı Maralla birlikdə özlərinə məxsus Vaz-21011 markalı avtomobilləri ilə Mingəçevir şəhərindən gələn zaman yaşadıqları Yevlax şəhəri, R.Məmmədov küçəsinə çatanda görmüşdür ki, Təqsirləndirilən şəxs Opel markalı avtomobili ilə həmin küçədə dayanıb. Onlar evlərinin qarşısına çatanda Təqsirləndirilən şəxs maşından düşüb ona “niyə qızın Vüsalə bizim başımızı aşağı elədi” demişdir. O, həmin vaxt avtomobildən düşməmişdir. Bu zaman oğlu Vüqar həyətlərindən küçəyə çıxıb, Ramilə demişdir ki, get öz ailənin işinə bax, bacım haqqında heç nə danışma. Ramil isə Vüqara demişdir ki, get öz işinlə məşğul ol. Həmin vaxt Vüqar Ramilə tərəf baxaraq, “bacımın adını dilinə gətirmə” deyərək söymüşdür. Bunu deyəndən sonra Ramil oğlu Vüqarı yaxasından tutub öz maşınına çırpmış və öz maşınında olan bıçağı götürüb Vüqarın yuxarı kürək və bel nahiyəsindən bıçaqla zərbələr vurmuşdür. Ramil Vüqarı vurandan sonra dayanmış, onlara tərəf çönərək “oğlunu söyüşünə görə xəstəxanalıq elədim” demiş, bundan sonra Ramil maşına minib çıxıb getmişdir. Oğlu Vüqar isə aşağı çöməlmiş halda qalmışdır. O və arvadı Maral maşından düşüb Vüqarı Yevlax Rayon Mərkəzi Xəstəxanasına gətirmiş, orada Vüqara tibbi yardım göstərilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Ramil və onun oğlu Zakir isə onların qonşusu və keçmiş qohumudur. X1 bir müddət evli olmuş, lakin xeyli vaxtdır ki, Zakir, bacısı Vüsalə və onun ailəsi arasında narazılıqları vardır. Belə ki, bacısı Vüsalə Zakirdən küsüb onların evinə qayıtmış, sonra isə Vüsalə Zakiri qoyaraq başqa bir adama qoşulub ərə getmişdir. Həmin vaxtdan Ramil və Zakirlə onların arasında ədavət yaranmışdır. 01 sentyabr 2022-ci ildə evdə olmuş, qardaşı Vüqar isə qapının ağzında işləmişdir. Saat 16 radələrində o, evdə olan zaman anası Maral tələsik həyətə girmiş və ona Ramilin Vüqarı bıçaqladığını və tez polisə zəng edib xəbər verməsini demiş, bunu deyəndən sonra çıxıb getmiş, o da telefonu götürüb 102-yə zəng vurub hadisə barədə məlumat vermişdir. Qeyd olunan sübutlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “MTE və PA” ETT Birliyinin Yevlax rayonlararası zona mərkəzinin xx.xx.2022-ci il tarixli 581 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər (sol orta qoltuq xətti üzrə Vİİ qabırğarası sahənin, sol orta qoltuq xətti üzrə Vİİİ qabırağarası sahənin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları (cəmi iki ədəd), sol arxa qoltuq xətti üzrə, sol orta kürək xətti üzrə Vİİ qabırğarası sahənin, 1-ci bel fəqərəsi səviyyəsində sağ paravertebral sahənin, sol sağrının yuxarı bayır kvadratının, sol orta körpücük xətti üzrə deşilmiş-kəsilmiş və kəsilmiş yaraları) deşici-kəsici alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol orta qoltuq xətti üzrə Vİİ qabırğarası sahənin, sol orta qoltuq xətti üzrə Vİİİ qabırağarası sahənin daxilə nüfuz edən deşilmişkəsilmiş yaraları (cəmi iki ədəd) yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran, qalan digər xəsarətlər (cəmi beş ədəd) səhhətin qısa müddət pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 482-2022/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus tünd qonur rəngli köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01 ədəd, arxa səthinin orta nahiyyəsinin aşağı hissəsində 01 ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 06 ədəd və arxa səthinin sol yarısının orta hissəsində 04 ədəd (cəmi 12 ədəd) deşilmişkəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus tünd qonur rəngli köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin eyni növ alətin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus tünd qonur rəngli köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin lokalizasiyasına görə demək olar ki, zədələr yetirilən anda Zərərçəkmiş şəxs zədələri yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə olmaqla, iz törədən alət köynəyin üzərində olan zədə nahiyələrinə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində olan 01 ədəd deşilmiş kəsilmiş zədə onun bədəni üzərində olan sol orta körpücük xətti üzrə deşilmiş-kəsilmiş yara ilə; köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində, 1№-li sahədə aşkar olunmuş 03 ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəni üzərində olan sol sağrının yuxarı bayır kvadratının bir-birinə yaxın 03 ədəd deşilmiş-kəsilmiş yaraları ilə və köynəyin arxa səthində aşkar olunmuş digər zədələr onun bədəni üzərində müəyyən olunmuş sol orta qoltuq xətti üzrə Vİİ qabırğaarası sahənin, sol orta qoltuq xətti üzrə Vİİİ qabırğaarası sahənin və 1-ci bel fəqərəsi səviyyəsində sağ paravertebral sahənin deşilmiş-kəsilmiş və kəsilmiş yaraları ilə yerləşmə nahiyələrinə görə, nisbi uyğun gəlirlər. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus köynəyin və şalvarın üzərində heç bir zədə aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmətibbi bioloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli 593/2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki:
1. Zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu – Abeta (H)/H/.
2. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək üzərində Abeta (H)/İİ/ insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar edilmir. Cinayət işinin materiallarında olan və məhkmə istintaqında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 19 oktyabr 2022-ci il tarixli 649 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədən zaman öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək, hərəkətlərinə qiymət vermək iqtidarında olmuşdur. Yəni, ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan və məhkmə istintaqında tədqiq edilmiş Yevlax Rayon Mərkəzi Xəstəxanasının 12 sentyabr 2022-ci il tarixli PHŞ-4647/22 nömrəli arayışından müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs Yevlax Rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Cinayət işinin materiallarında olan və məhkmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 10 sentyabr 2022-ci il tarixli tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan və məhkmə istintaqında tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 03 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli 355 nömrəli məktubu ilə göndərilmiş yaşayış yeri, ailə tərkibi və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda arvadı X15, uşaqları X10, Salmanova Başxanım Ramil qızı, X12, X13, X5, X6, X7 və X8 ilə yaşayır. Barəsində verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığı qonşularla qismən yaxşı münasibətlər qurmağa çalışmış, küçənin və ətraf məhəllənin sakinləri ilə ünsiyyətdə olmuş, birgəyaşayış qaydalarına müəyyən qədər riayət etməyə çalışmış və yaşadığı müddətdə küçə və məhəllədə qismən yaxşı qonşu kimi səciyyələndirilmişdir. Bunlardan əlavə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 məhkəməyə təqdim etdiyi notariat qaydada təsdiq edilmiş 26 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Onun barəsində humanist qərar qəbul edilməsini xahiş edir. Beləliklə, CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cinayət-prosessual qanunvericiliyinin istinad olunan müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CMP-in 125-ci maddəsinin müddəalarına əsasən, məhkəmə istintaq orqanının hazırki iş üzrə əldə etdiyi sübutları mötəbər və qanuni hesab edir və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Onun məhkəmə kollegiyasının iclasında “Vüqarın onun boğazından tutaraq maşına dirəməsi, ona “səni öldürəcəm” deməsi, ona görə maşında olan dırnaq kəsən bıçağı götürüb ondan əl çəksin deyə, Vüqarı itələməsi, lakin Vüqarın onu buraxmaması və boğulması, bu zaman bıçağın Vüqara dəyməsi və Vüqarın valideynlərinə “xəstəxanalıq elədim” deməməsi” barədə dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Çünki, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs valideyinlərinin gözü qarşısında bel-kürək nahiyəsinə bir neçə dəfə vurması istintaq zamanı verdiyi özünün qismən etirafedici ifadəsi, zərəçəkmiş şəxs və şahidlərin ifadələri, üzləşdirmə və baxış keçirilməsi haqqında protokolları, ekspert rəyləri, əməliyyat tapşırığına cavab raportu və digər istintaq materialları ilə təsdiqini tapır. Bu sübutlar birbirini tamamladıqları və aralarında ziddiyyət yararatmadıqları üçün mötəbər sübutlar kimi qəbul edilir və bunların mötəbərliyinə heç bir şübhə yaranmır. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin irəli sürdüyü bu xüsusatlara tənqidi yanaşır və bunları özünü müdafiə taktikası və məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 126.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə göstərilmişdir ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. İşdən görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs valideyinləri Şahid2 və Şahid1 gözlərinin qarşısında xüsusi amansızlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs bədən nahiyəsinə ikisi ağır, beşi isə yüngül dərəcəli olmaqla ardıcıl olaraq yeddi bıçaq zərbəsi vurmuşdur. Hadisədən dərhal sonra məhz ixtisaslaşmış tibbi yardım göstərilməsi nəticəsində zərərçəkmiş şəxs sağ qalmışdır. Yəni, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan cinayət əməli törətmişdir. CM-in 126.2.3-cü maddəsinə əsasən, bu əməl altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, işdən o da müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 ilə barışmış, ona dəyən ziyanı ödəmiş və hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxsla barışdıqlarını, ona qarşı heç bir şikayət, iddia və tələblərinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs həbslə bağlı cəza verilməməsini xahiş etmişlər. Bundan əlavə, təqsirləndirilən şəxs barədə yaşayış yeri üzrə verilmiş arayışdan müəyyən olunur ki, onun himayətində altısı azyaşlı olmaqla səkkiz uşağı vardır, əməlindən peşman olduğunu bildirir, barəsində olan tibbi sənədlərə əsasən, L-4-L5 fəqərəarası qapayıcı plastianalrı üzrə yayğın degenerativ dəyişikliklər, apofizar bucaqların deformativ spondilofitləri, patoloji disk dəyişiklikləri xəstəliyindən əziyyət çəkir. Barəsində verilmiş xasiyyətnamədə isə Təqsirləndirilən şəxs mənfi xarakterli bir şəxs kimi səciyyələndirilməmişdir. Ona görə də məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən, qeyd olunan halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halllar kimi qiymətləndirir. İş üzrə CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, iş üzrə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar olsa da, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də CM-in 60-cı maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs təyin təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində (126.2.3) nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə CM-in ədalət prinsipi baxımından yanaşıb, onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, ona təqsirli bilindiyi 126.2.3-cü maddəsilə altı il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə altı il müddətə azadlıqdan məhrum etmə cəzası, cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, CPM-in 346-cı maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, işi üzrə maddi sübut olub, Yevlax RPŞda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd kişi üst geyimi (kofta), Təqsirləndirilən şəxs cinayəti törədərkən əynində olan 01 ədəd kişi cins şalvar, və 01 ədəd qısaqol kişi koftası məhv edilməli, bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 01 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İşi üzrə maddi sübut olub, Yevlax RPŞ-da saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd kişi üst geyimi (kofta), Təqsirləndirilən şəxs cinayəti törədərkən əynində olan 01 ədəd kişi cins şalvar, və 01 ədəd qısaqol kişi koftası məhv edilsin, bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rafail Əliyev
Hakimlər: Nahid Mirzəyev
Bilal Məmmədov