Məhkəmə qərarları › İş №1(091)-60/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-60/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-60/2024 07.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1980-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 25 avqust 1998-ci ildə Salyan rayonunun Qaraçala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Salyan rayonunun Yeni Uluxanlı kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edərək üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 8,659 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə 54 ədəd, ümumi miqdarı 12,15 qram, yəni külli miqdarda güclü təsir edən maddə tramadol, ümumi təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumilikdə 02 ədəd, ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalini əldə edib həmin narkotik vasitənin, psixotrop maddənin və güclü təsir edən maddənin bir hissəsini, təmiz çəkisi 8,138 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumilikdə 44 ədəd, ümumi miqdarı 9,90 qram, yəni külli miqdarda güclü təsir edən maddə tramadol, təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və ümumilikdə 02 ədəd, ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalini üzərində saxlamaqla daşımış həmin narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə sonuncunun idarə etdiyi “Opel” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Ağdaş rayonuna daşıyarkən 10 aprel 2023-cü il tarixdə saat 22:30 radələrində Ağdaş RPŞ-nin əməkaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 23:24-dən 11 aprel 2023-cü il tarixdə saat 00:25dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan yaşıl rəngli köynəyin sağ yan cibindən 01 ədəd sellofan torbanın içərisində 09 ədəd kağız bükümdə təmiz çəkiləri 0,102 qram, 0,133 qram, 0,118 qram, 0,100 qram, 0,074 qram, 0,089 qram, 0,154 qram, 0,123 qram və 0,059 qram ümumi təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 11 ədəd kağız və 26 ədəd sellofan bükümdə təmiz çəkiləri 0,092 qram, 0,085 qram, 0,112 qram, 0,094 qram, 0,077 qram, 0,081 qram, 0,088 qram, 0,109 qram, 0,106 qram, 0,091 qram, 0,080 qram, 0,299 qram, 0,356 qram, 0,282 qram, 0,244 qram, 0,286 qram, 0,218 qram, 0,320 qram, 0,254 qram, 0,246 qram, 0,314 qram, 0,341 qram, 0,285 qram, 0,292 qram, 0,374 qram. 0,221 qram, 0,191 qram, 0,274 qram, 0, 266 qram, 0,294 qram, 0,228 qram, 0,249 qram, 0,274 qram, 0,267 qram, 0,272 qram, 0,114 qram və 0,362 qram ümumi təmiz çəkisi 8,138 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd konvalyut və 04 ədəd konvalyut kəsiyində ümumilikdə 44 ədəd, ümumi miqdarı 9,90 qram, yəni külli miqdarda güclü təsir edən maddə tramadol, 02 ədəd konvalyut kəsiyində ümumilikdə 02 ədəd, ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüş, daha sonra 11 aprel 2023-cü il tarixdə saat 00:56-dan 01:18-dək Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 02 ədəd sellofan bükümdə təmiz çəkiləri 0,280 qram və 0,241 qram, ümumi təmiz çəkisi 0,521 qram kustar üsulla hazırlanmış narkitik vasitə heroin və 01 ədəd konvalyutda ümumi sayı 10 ədəd, ümumi çəkisi 2,25 qram güclü təsir edən maddə tramadol aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edərək üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 8,659 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə 54 ədəd, ümumi miqdarı 12,15 qram, yəni külli miqdarda güclü təsir edən maddə tramadol, ümumi təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumilikdə 02 ədəd, ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalini əldə edib həmin narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin bir hissəsini, yəni təmiz çəkisi 8,138 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumilikdə 44 ədəd, ümumi miqdarı 9,90 qram, yəni külli miqdarda güclü təsir edən maddə tramadol, təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və ümumilikdə 02 ədəd, ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalini daşıması və satması üçün Təqsirləndirilən şəxs1 vermiş, qalan hissəsini üzərində saxlamış, həmin narkotik vasitə, psxiotrop maddə, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satıb gəlir əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə sonuncunun idarə etdiyi “Opel” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Ağdaş rayonuna daşıyarkən 10 aprel 2023-cü il tarixdə saat 22:30 radələrində Ağdaş RPŞ-nin əməkaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 23:24-dən xx.xx.2023-cü il tarixdə saat 00:25-dək Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan yaşıl rəngli koftanın sağ yan cibindən 01 ədəd sellofan torbanın içərisində 09 ədəd kağız bükümdə təmiz çəkiləri 0,102 qram, 0,133 qram, 0,118 qram, 0,100 qram, 0,074 qram, 0,089 qram, 0,154 qram, 0,123 qram və 0,059 qram ümumi təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 11 ədəd kağız və 26 ədəd sellofan bükümdə təmiz çəkiləri 0,092 qram, 0,085 qram, 0,112 qram, 0,094 qram, 0,077 qram, 0,081 qram, 0,088 qram, 0,109 qram, 0,106 qram, 0,091 qram, 0,080 qram, 0,299 qram, 0,356 qram, 0,282 qram, 0,244 qram, 0,286 qram, 0,218 qram, 0,320 qram, 0,254 qram, 0,246 qram, 0,314 qram, 0,341 qram, 0,285 qram, 0,292 qram, 0,374 qram. 0,221 qram, 0,191 qram, 0,274 qram, 0, 266 qram, 0,294 qram, 0,228 qram, 0,249 qram, 0,274 qram, 0,267 qram, 0,272 qram, 0,114 qram və 0,362 qram ümumi təmiz çəkisi 8,138 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd konvalyut və 04 ədəd konvalyut kəsiyində ümumilikdə 44 ədəd, ümumi miqdarı 9,90 qram, yəni külli miqdarda güclü təsir edən maddə tramadol, 02 ədəd konvalyut kəsiyində ümumilikdə 02 ədəd, ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüş, daha sonra 11 aprel 2023-cü il tarixdə saat 00:56-dan 01:18-dək onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 02 ədəd sellofan bükümdə təmiz çəkiləri 0,280 qram və 0,241 qram, ümumi təmiz çəkisi 0,521 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd konvalyutda ümumi sayı 10 ədəd, ümumi çəkisi 2,25 qram güclü təsir edən maddə tramadol aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edərək daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 8,659 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə 54 ədəd, ümumi miqdarı 12,15 qram, yəni külli miqdarda güclü təsir edən maddə tramadol, ümumi təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumilikdə 02 ədəd, ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalini əldə edib həmin narkotik vasitə, psxiotrop maddəni, narkotik vasitələr və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satıb gəlir əldə etmək məqsədi ilə idarə etdiyi “Opel” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhərindən Ağdaş rayonuna daşıyarkən 10 aprel 2023-cü il tarixdə saat 22:30 radələrində Ağdaş RPŞ-nin əməkaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 23:24-dən 11 aprel 2023-cü il tarixdə saat 00:25-dək Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan yaşıl rəngli koftanın sağ yan cibindən 01 ədəd sellofan torbanın içərisində 09 ədəd kağız bükümdə təmiz çəkiləri 0,102 qram, 0,133 qram, 0,118 qram, 0,100 qram, 0,074 qram, 0,089 qram, 0,154 qram, 0,123 qram və 0,059 qram ümumi təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 11 ədəd kağız və 26 ədəd sellofan bükümdə təmiz çəkiləri 0,092 qram, 0,085 qram, 0,112 qram, 0,094 qram, 0,077 qram, 0,081 qram, 0,088 qram, 0,109 qram, 0,106 qram, 0,091 qram, 0,080 qram, 0,299 qram, 0,356 qram, 0,282 qram, 0,244 qram, 0,286 qram, 0,218 qram, 0,320 qram, 0,254 qram, 0,246 qram, 0,314 qram, 0,341 qram, 0,285 qram, 0,292 qram, 0,374 qram. 0,221 qram, 0,191 qram, 0,274 qram, 0, 266 qram, 0,294 qram, 0,228 qram, 0,249 qram, 0,274 qram, 0,267 qram, 0,272 qram, 0,114 qram və 0,362 qram ümumi təmiz çəkisi 8,138 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd konvalyut və 04 ədəd konvalyut kəsiyində ümumilikdə 44 ədəd, ümumi miqdarı 9,90 qram, yəni külli miqdarda güclü təsir edən maddə tramadol, 02 ədəd konvalyut kəsiyində ümumilikdə 02 ədəd, ümumi miqdarı 0,6 qram güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüş, daha sonra 11 aprel 2023-cü il tarixdə saat 00:56-dan 01:18-dək Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 02 ədəd sellofan bükümdə təmiz çəkiləri 0,280 qram və 0,241 qram, ümumi təmiz çəkisi 0,521 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd konvalyutda ümumi sayı 10 ədəd, ümumi çəkisi 2,25 qram güclü təsir edən maddə tramadol aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, övladı astma xəstəliyindən əziyyət çəkir. O, narkotik vasitədən istifadə etmir, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Niyazovu əvvəlcədən tanımış, həmin şəxslərlə aralarında narkotik vasitə ilə bağlı söhbətlər aparılmamış və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında narkotik vasitə ilə bağlı hər hansı söhbətin şahidi olmamışdır. 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 məxsus olan avtomobillə Bakı şəhərindən Ağdaş rayonuna getmişlər və həmin vaxt Təqsirləndirilən şəxs2 da onun evində təmir işlərini görmək üçün onunla birlikdə həmin avtomobildə olmuş, habelə avtomobilin içərisinə soyuducu və digər ev əşyalarını yerləşdirmişlər. Təqsirləndirilən şəxs3 əşyaları yerləşdirməkdə köməklik etdikdən sonra sonuncunun Bakı şəhərinə geri qayıdacağını planlaşdırmışlar və həmin vaxt Təqsirləndirilən şəxs3 narkotik vasitədən məlumatı olmamışdır. Bir müddət hərəkət edib Ağdaş rayonunun Ləki kəndinin ərazisində olan zaman polis əməkdaşları avtomobili saxlatmışlar, polis əməkdaşı Samit Kərimov onun əlini buraraq üzərində şəxsi axtarış aparmış, lakin heç nə aşkar olunmamışdır və həmin vaxt üzərinə narkotik vasitə yerləşdirmişlər. Daha sonra onun avtomobilə əyləşdirmişlər və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparmağa başlamışlar, lakin sonuncunun üzərindən nə aşkar edilməsindən onun məlumatı olmamışdır. Polis şöbəsində olan zaman narkotik vasitəni üzərindən götürmüşlər, polis əməkdaşları Təqsirləndirilən şəxs2 zərbələr vurmuşlar və o, sonuncunun səsini eşitmişdir. Bundan sonra polis əməkdaşı Samit Kərimov 48 saat ərzində azad olunacağını deyərək cibinə narkotik vasitə yerləşdirmiş və videoçəkiliş aparılan zaman narkotik vasitənin ona məxsus olması, Rafiq Hüseynovla birlikdə narkotik vasitəni satmağa gəlmələri və sonuncunun narkotik vasitəni satıb onun astma xəstəliyindən əziyyət çəkən övladına köməklik edəcəyi barədə ifadə verməsini təklif etmiş, lakin o razılaşmamışdır. Həmin vaxt Şahid9 otağın qapısının yanında dayanmış və narkotik vasitənin onun üzərinə yerləşdirilməsini görmüşdür. O, Samit Kərimovun bu təklifi ilə razılaşmadığı üçün sonuncu onu təhqir etmiş və zərbə vurmağa başlamış, nəticədə gözünün içərisində qan laxtaları yaranmışdır. Narkotik vasitəni onun üzərinə yerləşdirdikdən sonra Şahid9 onu sanitar qovşağa aparmasını demişlər, həmin vaxt hələ videoçəkiliş aparılmamışdır və oradan qayıtdıqdan sonra Şahid9 onun üzərini yoxlamamışdır. Müdafiəçi Ehtibar olmuş, sonuncu polis şöbəsinə gətirildikləri vaxtdan təxminən 30 dəqiqə sonra gəlmişdir. Onun narkotik vasitədən məlumatı olmamış, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları avtomobildə olan soyuducuya və onun yaşadığı evə baxış keçirmişlər, lakin heç nə aşkar etməmişlər. Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən döyülməsinin şahidi olmamış, lakin sonuncu polis əməkdaşları tərəfindən döyüldüyünü ona demişdir. İbtidai istintaq zamanı ifadəsinə oxumadan imza etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la aralarında üzləşdirmə aparılmışdır və həmin vaxt o və Təqsirləndirilən şəxs2 döyüldükləri üçün polis əməkdaşlarının onlara dediyi formada ifadə vermişlər. İbtidai istintaq zamanı müdafiəçiyə polis əməkdaşları tərəfindən döyüldüyünü demiş, bu zaman müdafiəçi videoçəkiliş aparılan zaman nə üçün bu barədə demədiyini soruşmuş, o isə qorxduğu üçün demədiyini bildirmişdir. Polis şöbəsində olan zaman səhhəti ağır olduğu üçün polis şöbəsinə təcili tibbi yardım xidmətinin əməkdaşları gəlmişlər. Sonradan Ağdaş Rayon Prokurorluğuna şikayət etmiş, araşdırma aparılan zaman məhkəmə-tibb ekspertizasından keçirilmiş, lakin hər hansı xəsarət aşkar olunmamış, sol qaş bahiyəsində köhnədən qalan xəsarət izi olmuşdur. Habelə 2 saylı İstintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlər olmuş, lakin o, Samit Kərimov ona hədə-qorxu gəldiyi üçün o, polis əməkdaşları tərəfindən döyülməsini deməmiş və xəsarətlərlə bağlı məlumat verməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, narkotik vasitə istifadə etmir. Təxminən 7-8 ay əvvəl Bakı şəhərində kirayədə yaşadığı vaxt qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2la tanış olmuş, aralarında dostluq münasibətləri yaranmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs2 onun qızının xəstə olmasını bilmiş və buna görə ona qızının müalicəsində kömək edəcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxs2 necə kömək edə biləcəyini soruşmuş, sonuncu isə ona İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, həmin şəxsdən narkotik vasitə əldə edə bildiyini söyləyərək qeyd olunan şəxsdən əldə etdiyi narkotik vasitəni sataraq pul əldə edə biləcəklərini bildirmiş, o da həmin vaxt qızının astma xəstəliyi ilə əlaqədar müalicəsi üçün pul lazım olmasını nəzərə alaraq razılaşmışdır. 09 aprel 2023cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs2 onun yaşadığı ünvana gəlib ona sellofan bükümdə narkotik vasitə və 4 list dərman peraparatı verərək ona həmin narkotik vasitəni və dərman həblərini Ağdaş rayonunda satmağı təklif etmiş, o, isə sonuncu ilə razılaşmışdır. Bundan sonra 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 tanışı olan Təqsirləndirilən şəxs3 zəng edərək və onları Ağdaş rayonuna aparmağı xahiş etmiş, Təqsirləndirilən şəxs3 da razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun Bakı şəhərində yaşadığı üvana gəlmişlər və orada o, ona məxsus olan və Ağdaş rayonunda yerləşən evinə aparmaq üçün soyuducunu və ona məxsus paltarları Təqsirləndirilən şəxs3 avtomobilinə yığmış və onlar birlikdə Ağdaş rayonu istiqamətində hərəkətə başlamışlar. Bir müddət hərəkət edib təxminən saat 22 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndinin ərazisində olan zaman markasını bilmədiyi avtomobil onun əyləşdiyi avtomobilin qarışısını kəsmiş, daha sonra isə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları avtomobilə yaxınlaşaraq üzərlərində narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qadağan edilmiş dərman perraparatlarını saxlamaqda və satmaqda şübhəli olduqlarını bildirərək polis şöbəsinə dəvət etmişlər, o və avtomobildə olan digər şəxslər razılaşmışlar. Daha sonra Ağdaş Rayon Polis Şöbəsinə aparılmışlar, orada olan zaman olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan yaşıl rəngli koftanın sağ yan cibində olan 01 ədəd sellofan torbanın içərisindən 04 ədəd listdə üzərində “tramadol hydrochloride 225 mg” yazılmış və 02 ədəd üzərində “lirika” yazılmış dərman peraparatları, 20 ədəd kağız və 26 ədəd sellofan büküm, qeyd olunan bükümlərin içərisindən isə 9 ədəd kağız bükümün içərisindən ağ rəngli, kristal formada maddə, digər bükümlərdən isə qəhvəyi rəngli toz halında maddə aşkar edilmişdir. O, həmin bükümlərdəki maddələrin heroin və metamfetamin olduğunu, qeyd olunan maddələri ona Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşından alaraq Ağdaş rayonunda satmaq üçün verdiyini, Təqsirləndirilən şəxs3 bir neçə vaxtdır tanıdığını, Ağdaş rayonuna gəlmək üçün Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 müraciət etdiyini, onları Ağdaş rayonuna gətirməsi üçün Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 istifadə etmək məqsədi ilə heroin verdiyini və əldə edəcəkləri puldan da Təqsirləndirilən şəxs3 yol haqqı verəcəyini dediyini qeyd etmişdir. Bundan sonra aşkar olunmuş maddələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqı zamanı müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadəsi ilə ibtidai istintaqın gedişində müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaqın gedişində verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadə etmir. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddənin olması barədə əvvəlcədən məlumatı olmamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə heroindən istifadə etmələri və narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə məlumatı olmamış, heç vaxt heç kəsə narkotik vasitə və ya psixotrop maddə satmamış və heç kəsdən narkotik vasitə və ya psixotrop maddə almamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, usta kimi fəaliyyət göstərmiş, narkotik vasitə heroindən istifadə etmiş, Təqsirləndirilən şəxs3 isə taksi fəaliyyəti məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan gün Təqsirləndirilən şəxs3la əlaqə saxlayıb Ağdaş rayonuna getmək istədiklərini və bunun müqabilində 100 manat pul verəcəyini demiş, sonuncu da razılaşmışdır. Onunla Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 arasında narkotik vasitə ilə bağlı hər hansı söhbət olmamış və Təqsirləndirilən şəxs3 onun üzərində narkotik vasitənin olduğunu bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 məxsus olan avtomobillə hərəkət etmişlər və Ağdaş rayonunun Ləki qəsəbəsinin ərazisində olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərlərində heç nə olmamış, onun üzərində isə şəxsi istifadəsi üçün bir qram miqdarda narkotik vasitə heroin və dərman olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərində şəxsi axtarış aparılmamışdır. Sonradan Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar edilmiş, habelə Təqsirləndirilən şəxs3 döyülməsindən məlumatı olmuşdur. Polis şöbəsində olan zaman əvvəlcə üzərində narkotik vasitənin olmadığını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitədən məlumatlarının olmadığını demiş, lakin polis əməkdaşı Samit Kərimov tərəfindən döyüldükdən sonra üzərində narkotik vasitənin olduğunu bildirmişdir. Bundan sonra da polis əməkdaşları onu döyərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 da narkotik vasitədən məlumatlarının olduğunu deməsini tələb etmişlər. O, polis şöbəsində döyüldükdən sonra üzərində şəxsi axtarış aparılmış, həmin vaxt üzərindən narkotik vasitə aşkar edilmiş, polis əməkdaşları onun üzərindən aşkar edilmiş narkotik vasitənin üzərinə Samit Kərimovun otağında əlavə etmişlər və bundan sonra onu videoçəkilişin aparılması üçün nəzərdə tutulmuş otağa aparmışlar. Polis əməkdaşları onu qandalla boruya bağlamışlar, yumruq və təpik zərbələri vuraraq onu döymüşlər, bu zaman yıxılmış, qolu bədəni ilə döşəmənin arasında qalmış, döyülmə nəticəsində nəticəsində qulaqlarından qan axmış, çiyin nahiyəsində, qolunda və ayağında xəsarətlər yaranmış və bu səbəbdən polis şöbəsinə təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılmışdır. O, qorxduğu üçün döyülmə faktı ilə bağlı hər hansı dövlət orqanına (qurumuna) məlumat verməmiş, lakin sonradan prokurorluğa, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman məhkəməyə və penitensiar müəssisəyə daxil olan zaman bu barədə məlumat vermişdir. Araşdırma aparılan zaman məhkəmə-tibb ekspertizasından keçirilmiş, lakin hər hansı xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında qara üzüm dedikdə üzüm meyvəsini, üç dənə üzüm dedikdə isə üç yeşik üzüm meyvəsini nəzərdə tutmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, təxminən 3 aydır narkotik vasitə heroindən istifadə edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bir neçə vaxtdır tanıyır. Narkotik vasitəni Bakı şəhərində tanış olduğu adını dəqiq olaraq bilmədiyi İran İslam Respublikasının vətəndaşından almış, aralarında münasibət yaranmış, həmin şəxslə mobil telefon vasaitəsi ilə əlaqə saxlamış, narkotik vasitəni almaq üçün pul tapa bilmədikdə özü üçün aldığı narkotik vasitənin bir hissəsini sataraq pul əldə etmək qərarına gəlmiş və bundan sonra yaxşı gəlir əldə etdiyi üçün narkotik vasitə samışdır. Təxminən 3 ay əvvəl Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, söhbət zamanı sonuncunun övladının xəstə olduğunu bilmiş, sonuncuya narkotik vasitənin satışında kömək etməsini təklif etmiş və bu yol ilə pul əldə edərək övladının müalicəsini etdirə biləcəyini demiş, sonuncu da onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra o, həmin İran İslam Respublikasının vətəndaşından aldığı narkotik vasitənin bir hissəsini satması üçün Təqsirləndirilən şəxs1 vermiş, və əldə etdikləri pulu öz aralarında bölüşmüşlər. Bir müddət sonra həmin İran islam Respublikasının vətəndaşı ona satmaq üçün dərman peraparatlarını da verə biləcəyini demiş, o da razılaşmışdır. Sonuncu dəfə 09 aprel 2023-cü il tarixdə mobil telefonla İran İslam Respublikasının vətəndaşı ilə danışaraq narkotik vasitə almaq istədiyini bildirmiş, həmin İran İslam Respublikasının vətəndaşı da onunla razılaşmış, bundan sonra həmin şəxs ona hesab nömrəsi göndərmiş, o da həmin hesab nömrəsinə 300 manat pul yükləmişdir. Bundan sonra həmin şəxs ona narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonunun ərazisində gizlətdiyini bildirərək “WhatsApp” tətbiqi vasitəsi ilə həmin yerin məkan sxemini ona göndərmiş, o da təxminən gecə saat 02 radələrində qeyd olunana yerə gedərək həmin yerdə kağız bükümdə olan 10 qram heroini, 2 qram metafetamini və 6 list dərman peraparatlarını götürmüşdür. Daha sonra o, həmin tarixdə Təqsirləndirilən şəxs1 ilə görüşmüş və aldığı narkotik vasitənin və psixotrop maddənin bir hissəsini, dərmanların isə hamısını satması və saxlaması üçün sonuncuya vermişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncuya məxsus olan və Ağdaş rayonunda yerləşən evin hasarını inşa etdirmək və narkotik vasitəni satmaq üçün Ağdaş rayonuna getmək qərarına gəlmişlər və bu məqsədlə qeyd olunan tarixdə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs3 mobil telefon vasitəsilə zəng edərək Ağdaş rayonuna getməli olduqlarını bildirmiş və bir müddət sonra sonuncu onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə gəlmişdir. Orada olan zaman o, Təqsirləndirilən şəxs1 Ağdaş rayonunda yerləşən evi üçün soyuducu, paltar və satmaq üçün narkotik vasitə aparacaqlarını və əldə edəcəkləri puldan 100 manat pulu verəcəyini Təqsirləndirilən şəxs3 bildirmiş, sonuncu isə həmin pulun az olduğunu bildirərək istifadə etmək üçün ondan narkotik vasitə heroin istəmiş, o da satmaq üçün ayırdığı narkotik vasitədən bir dəfə istifadə etməsi üçün Təqsirləndirilən şəxs3 vermiş və sonuncu onun yanında həmin narkotik vasitəni falqadan istifadə etməklə qəbul etmişdir. Bundan sonra o və Təqsirləndirilən şəxs3 sonuncunun idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə getmişlər və oradan qeyd etdiyi soyuducunu paltarı götürüb təxminən saat 16 radələrində Ağdaş şəhərinə gəlmək üçün hərəkətə başlamışlar. Bir müddət hərəkət edib təxminən saat 22 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndinin ərazisində olan zaman markasını bilmədiyi avtomobil onun əyləşdiyi avtomobilin qarışısını kəsmiş, daha sonra isə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları avtomobilə yaxınlaşaraq üzərlərində narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qadağan edilmiş dərman perraparatlarını saxlamaqda və satmaqda şübhəli olduqlarını bildirərək polis şöbəsinə dəvət etmişlər, o və avtomobildə olan digər şəxslər razılaşmışlar. Daha sonra Ağdaş Rayon Polis Şöbəsinə aparılmışlar, orada olan zaman olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli cins şalvarın sağ yan tərəfində olan kiçik cibdən üzərində “Royal” yazılmış 01 list güclü təsiredici dərman peraparatları və içərisində narkotik vasitə heroin olan 02 ədəd sellofan büküm aşkar olunmuşdur. O, həmin sellofan bükümdəki maddənin narkotik vasitə heroin, 01 listdə olan həblərin yüksək təsir edici həblər olduğunu, narkotik vasitəni, psixotrop maddəni və dərman peraparatını Bakı şəhərində, tanımadığı İran islam Respublikasının vətəndaşından aldığını, satmaq üçün üzərində saxladığını və həmin narkotik vasitənin bir hissəsini satması üçün Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş sellofan bükümlər elektron tərəzi vasitəsilə çəkilən zaman çəkilərinin 0,39 qram və 0,37 qram olması müəyyən olunmuş, daha sonra 02 ədəd sellofan büküm və üzərində “tramadol hydrochloride 225 mg” yazılmış 01 list dərman peraparatı müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2011-ci ildən taksi fəaliyyəti ilə məşğul olmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmamışdan yeddi-səkkiz ay əvvəl taksi fəaliyyəti ilə məşğul olan zaman tanımışdır. 10 aprel 2023-cü il tarixdə narkotik vasitədən istifadə etməmiş, həmin tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək Ağdaş rayonuna yük aparmasını təklif etmiş, o da 100 manat pulun müqabilində sonuncu ilə razılaşmışdır. Bundan sonra onlar Ağdaş rayonu istiqamətində hərəkətə başlamışlar və bu zaman o, digər təqsirləndirilən şəxslərin hər hansının üzərində narkotik vasitə olduğunu bilməmişdir. Hərəkət edib və Ağdaş rayonunun Ləki qəsəbəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Bundan sonra o, polis əməkdaşının tələbi ilə avtomobildən düşdükdə polis əməkdaşları onun əllərini bağlamışlar. Daha sonra isə polis əməkdaşı Samit Kərimov oraya gəlmiş və bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşürmüşlər. X17 Mustafayevaya sonuncunu buraxacağını demiş, bundan sonra polis şöbəsinə aparılmışlar. Polis şöbəsinə gətirilən kimi onlara qarşı qanunsuz hərəkətlər etmişlər, daha sonra isə onu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrı otaqlara aparmışlar. Bir müddət sonra Təqsirləndirilən şəxs2 döyülməyə xarakterik səsini eşitmiş, daha sonra isə Təqsirləndirilən şəxs1 onun yanına gətirmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 yerə yıxıldığı üçün o, su ilə Təqsirləndirilən şəxs1 ayıltmağa çalışmış və otaqda olan polis əməkdaşlarından kömək etmələrini xahiş etmişdir. Lakin polis əməkdaşları onu təhqir etdikləri üçün o da polis əməkdaşlarını təhqir etmiş və bu zaman bir nəfər polis əməkdaşı ona zərbə vurmuşdur. Gecə saat 02:00 radələrində onun qarşısına sənədləri qoyaraq həmin sənədlərin növbənin dəyişilməsi ilə bağlı olduğunu, narahat olmamasını və azadlğa buraxılacağını demişlər, o isə qeyd olunan səbəbdən həmin sənədlərə imza etmişdir. Polis şöbəsində olan zaman onu döyüb digər təqsirləndirilən şəxslərlə əlbir olduğunu demişlər, lakin onun narkotik vasitəyə aidiyyəti olmamış və Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olmasını tutulduqdan sonra bilmişdir. Məhkəmə-narkoloji ekspertizasından keçirilməmişdən əvvəl ekspertin müstəntiqlə danışdığını eşitmiş və bu zaman müstəntiq ekspertə onun narkomaniya xəstəiyindən əziyyət çəkməsi barədə qeyd etməsini demişdir. İbtidai istintaq zamanı sənədlərə oxumadan imza etmiş, digər təqsirləndirilən şəxslərlə aralarında üzləşdirmə aparılan zaman təsir-təzyiq altında olmuşdur. Ona qarşı edilən qanunsuzluqlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Ağdaş Rayon Prokurorluğuna müraciət etmişdir. Cinayət işinin materiallarında olan medajda mal dedikdə avtomobil yağını nəzərdə tutmuş, Rauf adlı şəxs taksi fəaliyyəti ilə, Elnur adlı şəxs isə avtomobillərin yağının dəyişilməsi ilə məşğul olmuşdur. Elnur adlı şəxs nisyə şəklində Rauf adlı şəxsə yağ vermiş, lakin sonuncu yağın pulunu verməmişdir. O da qeyd olunan mesajda bunu nəzərdə tutmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, təxminən 6-7 ay əvvəl bir müddət narkotik vasitə heroindən istifadə etmiş, lakin sonradan müalicə aldığı üçün bir müddət narkotik vasitə istifadə etməmiş, habelə hər hansı şəxsə narkotik vasitə satmamış və ya hər hansı şəxsdən narkotik vasitə almamışdır. 10 aprel 2023-cü il tarixdə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 ona zəng edərək Ağdaş rayonuna getməli olduqlarını bildirmiş, o da razılaşmış və Təqsirləndirilən şəxs1 Bakı şəhərində yaşadığı ünvana getmişdir. Orada olan zaman Təqsirləndirilən şəxs2 onu qarşılamış və Təqsirləndirilən şəxs1 Ağdaş rayonuna yerləşən evinə soyuducu aparacağını demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ona heroin çəkdiyini bildirmiş, o da sonuncudan narkotik istifadə alıb həmin narkotik vasitədən iki tüstü istifadə etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağdaş rayonuna aparması müqabilində sonuncu ona 100 manat pul verəcəyini söyləmiş və o, razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmasını və onların narkotik vasitələrin satışı ilə məşğul olmalarını bilmişdir. Bundan sonra təxminən saat 16 radələrində Ağdaş şəhərinə getmək üçün hərəkətə başlamışlar və bir müddət hərəkət edib təxminən saat 22 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndinin ərazisində olan zaman Yol-patrul xidmətinin əməkdaşları tərəfindən qurulmuş posta yaxınlaşdıqda polis əməkdaşlarının əmrinə əsasən avtomobili saxlamışdır. Daha sonra isə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları avtomobilə yaxınlaşaraq onları polis şöbəsinə aparmışlar və orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və avtomobilinə baxış keçirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman peraparatlarını saxlamaları, daşımaları, istifadə etmələri, eləcə də qrup halında narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən dərman peraparatlarının satışı ilə məşğul olmaları, narkotik vasitələri Təqsirləndirilən şəxs3 məxsus avtomobildə daşımaları, eləcə də həmin niyyətlərini həyata keçirmələri üçün 10 aprel 2023-cü il tarixdə Ağdaş rayonuna gəlmələri barədə həmin tarixdə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında göstərilən tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra qeyd olunan məlumat əsasında Ağdaş rayonunun Yuxarı Ləki kəndinin ərazisində Ağdaş RPŞ-nin DYP-nin əməkdaşı tərəfindən müvvəqəti post qurulmuş, Dövlət X15 əməkdaşı Şahid5 “Opel” markalı avtomobili saxlatmış və avtomobildə olan şəxslərin üzərilərində əməliyyat tədbiri qurulmuş şəxslər olmalarını müəyyən edərək onlara məlumat vermişdir. Bu səbəbdən onlar dərhal həmin avtomobilə yaxınlaşmışlar və bundan sonra qeyd olunan şəxslərə özlərini təqdim edərək Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin, psixotrop maddələrin və dövriyyəsi qadağan edilmiş güclü təsiredici dərman peraparatlarını üzərlərində və avtomobildə saxlamaları, daşımaları, istifadə etmələri və satmaları barədə əməliyyat məlumatının daxil olduğunu izah edib Ağdaş RPŞyə getməli olduqlarını bildirmişlər və həmin şəxslər Ağdaş RPŞ-yə gətirilmişlər. Orada olarkən adları qeyd edilən şəxslərə hüquq və vəzifələri izah edilərək müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərlərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman üzərindən ümumilikdə 46 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 04 ədəd listdə və 04 ədəd ayrılıqda olmaqla ümumilikdə 44 ədəd yüksək təsiredici xassəyyə malik olan tramadol və 02 ədəd lirika dərman peraparatlarını, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman üzərindən 02 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd listdə ümumilikdə 10 ədəd tramadol həbləri aşkar edilərək götürülməsini bilmişdir. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan və avtomobilinə baxış keçirilən zaman qanunsuz olaraq saxladığı hər hansı əşya aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman peraparatlarını saxlamaları, daşımaları, istifadə etmələri, eləcə də qrup halında narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən dərman peraparatlarının satışı ilə məşğul olmaları, narkotik vasitələri Təqsirləndirilən şəxs3 məxsus avtomobildə daşımaları, eləcə də həmin niyyətlərini həyata keçirmələri üçün 10 aprel 2023-cü il tarixdə Ağdaş rayonuna gəlmələri barədə həmin tarixdə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında göstərilən tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra qeyd olunan məlumat əsasında Ağdaş rayonunun Yuxarı Ləki kəndinin ərazisində Ağdaş RPŞ-nin DYP-nin əməkdaşı tərəfindən müvvəqəti post qurulmuş, Dövlət X15 əməkdaşı Şahid5 “Opel” markalı avtomobili saxlatmış və avtomobildə olan şəxslərin üzərilərində əməliyyat tədbiri qurulmuş şəxslər olmalarını müəyyən edərək onlara məlumat vermişdir. Bu səbəbdən onlar dərhal həmin avtomobilə yaxınlaşmışlar və bundan sonra qeyd olunan şəxslərə özlərini təqdim edərək Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin, psixotrop maddələrin və dövriyyəsi qadağan edilmiş güclü təsiredici dərman peraparatlarını üzərlərində və avtomobildə saxlamaları, daşımaları, istifadə etmələri və satmaları barədə əməliyyat məlumatının daxil olduğunu izah edib Ağdaş RPŞ-yə getməli olduqlarını bildirmişlər və həmin şəxslər Ağdaş RPŞ-yə gətirilmişlər. Orada olarkən adları qeyd edilən şəxslərə hüquq və vəzifələri izah edilərək müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərlərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman üzərindən ümumilikdə 46 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 04 ədəd listdə və 04 ədəd ayrılıqda olmaqla ümumilikdə 44 ədəd yüksək təsiredici xassəyyə malik olan tramadol və 02 ədəd lirika dərman peraparatlarını, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman üzərindən 02 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd listdə ümumilikdə 10 ədəd tramadol həbləri aşkar edilərək götürülməsini bilmişdir. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan və avtomobilinə baxış keçirilən zaman qanunsuz olaraq saxladığı hər hansı əşya aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman peraparatlarını saxlamaları, daşımaları, istifadə etmələri, eləcə də qrup halında narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən dərman peraparatlarının satışı ilə məşğul olmaları, narkotik vasitələri Təqsirləndirilən şəxs3 məxsus avtomobildə daşımaları, eləcə də həmin niyyətlərini həyata keçirmələri üçün 10 aprel 2023-cü il tarixdə Ağdaş rayonuna gəlmələri barədə həmin tarixdə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında göstərilən tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra qeyd olunan məlumat əsasında Ağdaş rayonunun Yuxarı Ləki kəndinin ərazisində Ağdaş RPŞ-nin DYP-nin əməkdaşı tərəfindən müvvəqəti post qurulmuş, Dövlət X15 əməkdaşı Şahid5 “Opel” markalı avtomobili saxlatmış və avtomobildə olan şəxslərin üzərilərində əməliyyat tədbiri qurulmuş şəxslər olmalarını müəyyən edərək onlara məlumat vermişdir. Bu səbəbdən onlar dərhal həmin avtomobilə yaxınlaşmışlar və bundan sonra qeyd olunan şəxslərə özlərini təqdim edərək Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin, psixotrop maddələrin və dövriyyəsi qadağan edilmiş güclü təsiredici dərman peraparatlarını üzərlərində və avtomobildə saxlamaları, daşımaları, istifadə etmələri və satmaları barədə əməliyyat məlumatının daxil olduğunu izah edib Ağdaş RPŞyə getməli olduqlarını bildirmişlər və həmin şəxslər Ağdaş RPŞ-yə gətirilmişlər. Orada olarkən adları qeyd edilən şəxslərə hüquq və vəzifələri izah edilərək müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərlərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, o sonradan sonuncunun üzərindən ümumilikdə 46 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 04 ədəd listdə və 04 ədəd ayrılıqda olmaqla ümumilikdə 44 ədəd yüksək təsiredici xassəyə malik olan tramadol və 02 ədəd lirika dərman preparatlarının aşkar edilərək götürülməsini, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş xırda bükümlərdəki maddələrin narkotik vasitə olmasını və həmin maddələri və dərman peraparatlarını Təqsirləndirilən şəxs2 270 manat aldığını söylədiyini bilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman o da iştirak etmiş və bu zaman sonuncunun əynində olan şalvarın sağ tərəfində olan kiçik cibdən 02 ədəd sellofan büküm və sağ yan cibindən üzərində “tramadol hydrocloride 225 mg” yazılmış 01 listdə 10 ədəd dərman peraparatı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin bükümlərin içərisində olan maddənin narkotik vasitə olduğunu bildirmiş, daha sonra isə 02 ədəd sellofan büküm və 01 ədəd listdə olan dərman peraparatları müvafiq qaydada qablaşdırlmışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan və avtomobilinə baxış keçirilən zaman qanunsuz olaraq saxladığı hər hansı əşya aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman peraparatlarını saxlamaları, daşımaları, istifadə etmələri, eləcə də qrup halında narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən dərman peraparatlarının satışı ilə məşğul olmaları, narkotik vasitələri Təqsirləndirilən şəxs3 məxsus avtomobildə daşımaları, eləcə də həmin niyyətlərini həyata keçirmələri üçün 10 aprel 2023-cü il tarixdə Ağdaş rayonuna gəlmələri barədə həmin tarixdə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında göstərilən tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra qeyd olunan məlumat əsasında Ağdaş rayonunun Yuxarı Ləki kəndinin ərazisində Ağdaş RPŞ-nin DYP-nin əməkdaşı tərəfindən müvvəqəti post qurulmuş, Dövlət X15 əməkdaşı Şahid5 “Opel” markalı avtomobili saxlatmış və avtomobildə olan şəxslərin üzərilərində əməliyyat tədbiri qurulmuş şəxslər olmalarını müəyyən edərək onlara məlumat vermişdir. Bu səbəbdən onlar dərhal həmin avtomobilə yaxınlaşmışlar və bundan sonra qeyd olunan şəxslərə özlərini təqdim edərək Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin, psixotrop maddələrin və dövriyyəsi qadağan edilmiş güclü təsiredici dərman peraparatlarını üzərlərində və avtomobildə saxlamaları, daşımaları, istifadə etmələri və satmaları barədə əməliyyat məlumatının daxil olduğunu izah edib Ağdaş RPŞyə getməli olduqlarını bildirmişlər və həmin şəxslər Ağdaş RPŞ-yə gətirilmişlər. Orada olarkən adları qeyd edilən şəxslərə hüquq və vəzifələri izah edilərək müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərlərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynində olan koftanın sağ cibindən 01 ədəd sellofan büküm, həmin sellofan bükümün içərisindən isə dərman peraparatları və daha bir sellofan büküm aşkar edilmiş, bundan sonra digər sellofan bükümün içərisindən isə kağız və sellofan bükümlər olmaqla ümumilikdə 46 ədəd xırda büküm aşkar edilmiş, bundan sonra həmin bükümlərin hər biri açılan zaman 20 ədəd bükümdə ağ rəngli kristal formalı maddə, 26 ədəd bükümdə isə qəhvəyi rəngli toz halında maddə olması müəyyən edilmış, daha sonra isə bütün bükümlər elektron tərəzidə çəkilmişdir. Bundan sonra aşkar edilmiş dərman preparatlarına baxılan zaman 04 ədəd listdə və 04 ədəd list kəsiyində olmaqla ümumilikdə 44 ədəd üzərində “tramadol hydrochloride 225 mg” yazılmış və 02 ədəd üzərində “lirika” yazılmış dərman peraparatlarının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş xırda bükümlərdəki maddələrin narkotik vasitə olmasını və həmin maddələri və dərman peraparatlarını Təqsirləndirilən şəxs2 270 manat aldığını bildirmişdir. Daha sonra həmin maddələr müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən 02 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd listdə ümumilikdə 10 ədəd tramadol həbləri aşkar olunmuş və müvafiq qaydada qablaşdırlmışdır. Daha sonra Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan və avtomobilinə baxış keçirilən zaman qanunsuz olaraq saxladığı hər hansı əşya aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid4 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Polis Şöbəsinin Ağdaş Rayon X13 X15 Yol-patrul xidmətinin baş inspektoru vəzifəsində xidmət edir. 10 aprel 2023-cü il tarixdə həmin polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman peraparatlarını saxlamaları, daşımaları, istifadə etmələri, eləcə də qrup halında narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən dərman preparatlarının satışı ilə məşğul olmaları, narkotik vasitələri Təqsirləndirilən şəxs3 məxsus avtomobildə daşımaları, eləcə də həmin niyyətlərini həyata keçirmələri üçün 10 aprel 2023-cü il tarixdə Ağdaş rayonuna gəlmələri barədə həmin tarixdə əməliyyat məlumatının daxil olduğunu bildirmiş, məlumat əsasında göstərilən tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra qeyd olunan məlumat əsasında Ağdaş rayonunun Yuxarı Ləki kəndinin ərazisində Ağdaş RPŞ-nin DYP-nin əməkdaşı tərəfindən müvvəqəti post qurulmuş, o, “Opel” markalı avtomobili saxlatmış və avtomobildə olan şəxslərin üzərilərində əməliyyat tədbiri qurulmuş şəxslər olmalarını müəyyən edərək polis əməkdaşlarına məlumat vermişdir. Bu səbəbdən polis əməkdaşları dərhal həmin avtomobilə yaxınlaşmışlar və bundan sonra qeyd olunan şəxslərə özlərini təqdim edərək Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin, psixotrop maddələrin və dövriyyəsi qadağan edilmiş güclü təsiredici dərman peraparatlarını üzərlərində və avtomobildə saxlamaları, daşımaları, istifadə etmələri və satmaları barədə əməliyyat məlumatının daxil olduğunu izah edib Ağdaş RPŞ-yə getməli olduqlarını bildirmişlər və həmin şəxslər Ağdaş RPŞ-yə gətirilmişlər. Orada olarkən adları qeyd edilən şəxslərə hüquq və vəzifələri izah edilərək müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərlərində şəxsi axtarış aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Polis Şöbəsində xadimə işləyir. 10 aprel 2023-cü il tarixdə gecə saatlarında Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasında iştirak etmiş və sonuncunun üzərində şəxsi axtarış aparılan zaman əynində olan koftanın sağ cibindən 01 ədəd sellofan büküm, həmin sellofan bükümün içərisindən isə dərman peraparatları və daha bir sellofan büküm aşkar edilmiş, bundan sonra digər sellofan bükümün içərisindən isə kağız və sellofan bükümlər olmaqla ümumilikdə 46 ədəd xırda büküm aşkar edilmiş, bundan sonra həmin bükümlərin hər biri açılan zaman 20 ədəd bükümdə ağ rəngli kristal formalı maddə, 26 ədəd bükümdə isə qəhvəyi rəngli toz halında maddə olması müəyyən edilmış, daha sonra isə bütün bükümlər elektron tərəzidə çəkilmişdir. Bundan sonra aşkar edilmiş dərman preparatlarına baxılan zaman 04 ədəd listdə və 04 ədəd list kəsiyində olmaqla ümumilikdə 44 ədəd üzərində “tramadol hydrochloride 225 mg” yazılmış və 02 ədəd üzərində “lirika” yazılmış dərman peraparatlarının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş xırda bükümlərdəki maddələrin narkotik vasitə olmasını və həmin maddələri və dərman peraparatlarını Təqsirləndirilən şəxs2 270 manat aldığını bildirmişdir. Daha sonra həmin maddələr müvafiq qaydada qablaşdırılmış və burada protokol tərtib olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 aprel 2023-cü il tarixli raportdan görünür ki, Ağdaş Rayon Polis X1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində narkotik vasitə saxlamaları, daşımaları, istifadə etmələri, qrup halında narkotik vasitələrin satışı ilə məşğul olmaları və narkotik vasitələri Təqsirləndirilən şəxs3 məxsus avtomobildə daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, X5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməllərini ifşa etmək məqsədilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 aprel 2023-cü il raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında X5 üzərində və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması, daşıması, satmasİə və istifadə etməsi şübhəsi ilə həmin tarixdə saat 22:30 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndinin ərazisində saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 aprel 2023-cü il raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs2 narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması, daşıması, satması və istifadə etməsi şübhəsi ilə həmin tarixdə saat 22:30 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndinin ərazisində saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 aprel 2023-cü il raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs3 narkotik vasitələri qanunsuz olaraq üzərində və avtomobilində saxlaması, daşıması və istifadə etməsi şübhəsi ilə həmin tarixdə saat 22:30 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndinin ərazisində saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 10 aprel 2023-cü il tarixdə saat 23:24-dən 11 aprel 2023-cü il tarixə saat 00:25-dək polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əyində olan koftanın sağ cibindən bir ədəd sellofan büküm, qeyd olunan bükümün içərisindən dərman preparatları və daha bir ədəd sellofan büküm, göstərilən bükümün də içərisindən aşkar edilmiş 46 ədəd kağız bükümlər habelə, 04 ədəd listdə və 04 ədəd list kəsiyində üzərində “tramadol hydrocloride 225 mg” yazılmış və 02 ədəd üzərində “lirika” yazılmış dərman preparatları aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələri Təqsirləndirilən şəxs2 270 manat pulun müqabilində aldığını bildirmişdir. Daha sonra narkotik vasitələr və güclü təsir edən maddələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Şəxsi axtarışın və götürmənin aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 00:56-dan saat 01:18-dək polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əyində olan şalvarın sağ tərəfindəki kiçik cibdən içərisində narkotik vasitə heroin olan 02 ədəd sellofan büküm və üzərində “tramadol hydrocloride 225 mg” yazılmış 01 ədəd listdə dərman preparatı aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Şəxsi axtarışın və götürmənin aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 11 aprel 2023-cü il tarixli 17/347 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzrərindən aşkar olunmuş 46 ədəd büküm” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 09 (doqquz) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,102 qram, 0,133 qram, 0,118 qram, 0,100 qram, 0,074 qram, 0,089 qram, 0,154 qram, 0,123 qram və 0,059 qram olmaqla, ümumi təmiz çəkisi 0,952 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 11 (on bir) ədəd kağız bükümlərdə və 26 (iyirmi altı) ədəd sellofan bükümlərdə uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,092 qram, 0,085 qram, 0,112 qram, 0,094 qram, 0,077 qram, 0,081 qram, 0,088 qram, 0,109 qram, 0,106 qram, 0,091 qram, 0,080 qram, 0,299 qram, 0,356 qram, 0,282 qram, 0,244 qram, 0,286 qram, 0,218 qram, 0,320 qram, 0,254 qram, 0,246 qram, 0,314 qram, 0,341 qram, 0,285 qram, 0,292 qram, 0,374 qram, 0,221 qram, 0,191 qram, 0,274 qram, 0, 266 qram, 0,294 qram, 0,228 qram, 0,249 qram, 0,274 qram, 0,267 qram, 0,272 qram, 0,114 qram və 0,362 qram olmaqla, ümumi təmiz çəkisi 8,138 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş 09 (doqquz) ədəd kağız bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 11 (on bir) ədəd kağız bükümlərdə və 26 (iyirmi altı) ədəd sellofan bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 11 aprel 2023-cü il tarixli 17/348 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 ədəd sellofan büküm” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,241 qram və 0,280 qram olmaqla, ümumi təmiz çəkiləri 0,521 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 (iki) ədəd sellofan bükümdə olan heroinlər ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 11 (on bir) ədəd kağız bükümlərdə və 26 (iyirmi altı) ədəd sellofan bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 12 aprel 2023-cü il tarixli 312 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 sidik nümunəsində OPİ (kakos) aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 26 aprel 2023-cü il tarixli 6/2274 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş dərman preparatlar ....” yazısı və imzalar olan zərfdə üzərində “.... 1 ədəd üzərində “Tramadol 225 mg” yazılan konvalyutda ümumi sayı 10 ədəd olan qırmızı rəngli dairəvi formalı həblər güclü təsir edən maddə olub, 10 ədəd həbin tərkibində tramadolun təsir maddəsinin ümumi çəkisi 2,25 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 04 may 2023-cü il tarixli 6/2273 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “1.Təqsirləndirilən şəxs1 ....” yazısı və imzalar olan zərfdə üzərində “Tramadol hydrochloride 225 mg” yazılan 04 ədəd konvalyut və 04 ədəd konvalyut kəsiyində ümumi sayı 44 ədəd olan qırmızı rəngli dairəvi formalı həb güclü təsir edən maddə tramadol olub, 44 ədəd həbin tərkibində tramadolun təsir maddəsinin ümumi çəkisi 9,90 qramdır, 02 ədəd üzərində “Galara 300 pregabalin” yazılan konvalyut kəsiyində ümumi sayı 2 ədəd olan kapsul güclü təsir edən maddə preqabalin olub, 02 ədəd kapsulun tərkibində preqabalin təsir maddəsinin ümumi miqdarı 0,6 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə verdiyi məlumat üzrə aparılmış araşdırma nəticəsində həmin tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 05 iyul 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə əldə edərək, həmin niyyətlərini həyata keçirmək üçün 10 aprel 2023-cü il tarixdə Ağdaş rayonuna gəlmələri müəyyən olunmuş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 070 544-43-20 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs1 10 aprel 2022-ci il tarixdən 11 aprel 2023cü il tarixədək olan müddət ərzində ümumilikdə 935 dəfə Təqsirləndirilən şəxs2 və 28 dəfə Təqsirləndirilən şəxs3 ilə mobil telefon vasitəsilə əlaqəsi saxlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070 810-50-20 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumata əsasən 07 fevral 2023-cü il tarixdə saat 19:02:31-də 050 793-63-39 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan 070 810-50-20 mobil telefon nömrəsinə “Ay kemale menem revan bes bele olmaz axı men seherden seni gözləyirəm mene 1 dene yarı lazımdır bir söz de” məzmunlu və həmin tarixdə saat 20:07:25-də 050 793-63-39 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan 070 810-50-20 mobil telefon nömrəsinə “Ay kamı ev tekdi eve getmeliyem seher nece danışdın ta mende sene arxain oldum hec KİV axdarmamışam mene bir xeber” məzmunlu SMS-lər göndərilmiş, habelə Təqsirləndirilən şəxs2 23 dekabr 2022-ci il tarixdən 06 aprel 2023-cü il tarixədək olan müddət ərzində ümumilikdə 119 dəfə Təqsirləndirilən şəxs3 ilə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 055 660-10-33 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumata əsasən 22 iyun 2022-ci il tarixdə saat 21:14:23-də Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 055 660-10-33 mobil telefon nömrəsindən 077 309-69-91 mobil telefon nömrəsinə “Rauf qaqa ala bele elemede etega evlerinde qirgindi 16 manat pul atmisan iki yetim Daha dedi raufa mal vermicem Senol s***di vermicek daha” məzmunlu SMS göndərilmiş, habelə Təqsirləndirilən şəxs3 23 dekabr 2022-ci il tarixdən 06 aprel 2023-cü il tarixədək olan müddət ərzində ümumilikdə 119 dəfə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ümumilikdə 26 dəfə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 28 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 28 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.3 240.2.1 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 28 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 234.4.3 240.2.1 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 28 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.4.1, 234.4.3 240.2.1 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə istifadələrində olan 070 ***-**-** nömrəli mobil telefon nömrəsinə qulaq asılması zamanı həmin şəxslərin, habelə Təqsirləndirilən şəxs3 narkotik vasitəni satması ilə bağlı müəyyən məlumatlar əldə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində CM-in 234.4.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar, habelə həmin Siyahının psixotrop maddələrə aid olan İİ siyahısının 67ci bəndinə əsasən təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin, habelə psixotrop maddələrə aid olan İİ Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə psixotrop maddə metamfetamin xeyli miqdar təşkil edir. CM-in 240-cı maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllədə göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələr, habelə güclü təsir edən maddələrin külli və xüsusilə külli miqdarı qanunla müəyyən edilir. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”nın 68-ci bəndinə əsasən, 5 qram və daha artıq çəkidə preqabalin (S)-3-(aminometil)-5metilheksan turşusu və 79-cu bəndinə əsasən, 6 qram və daha artıq çəkidə tramadol hidroxlorid 100 mq-150 mq-200 mq və daha artıq (bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)tsikloheksan-1-ol hidroxlorid) külli miqdar təşkil edir. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1026- VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı”nın 71-ci bəndinə əsasən, 5 qram və daha artıq, lakin 1000 qramdan az çəkidə preqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusu və 81-ci bəndinə əsasən tramadol hidroxlorid (bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)tsikloheksan-1-ol hidroxlorid) külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamlardan görünür ki, onlar 8,659 qram narkotik vasitə heroini, 0,952 qram psixotrop maddə metamfetamini, 12,15 qram güclü təsir edən maddə tramadolu və 0,6 qram güclü təsir edən maddə preqabalini əldə edərək üzərlərində saxlayaraq daşımışlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin, habelə psixotrop maddələrə aid olan İİ Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar təşkil etmiş, narkotik vasitələrin və psixotrop maddənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin, habelə təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə psixotrop maddə metamfetamin xeyli miqdar təşkil etmişdir. Habelə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədilən zaman “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”nın 68ci bəndinə əsasən, 5 qram və daha artıq çəkidə preqabalin (S)-3-(aminometil)-5metilheksan turşusu və 79-cu bəndinə əsasən, 6 qram və daha artıq çəkidə tramadol hidroxlorid 100 mq-150 mq-200 mq və daha artıq (bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)tsikloheksan-1-ol hidroxlorid) külli miqdar təşkil etmiş, güclü təsir edən maddənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədildikdən sonra “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1026-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında, preambulada və 1-ci maddədə “miqdarının” sözü “və xüsusilə külli miqdarlarının” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı” yeni redaksiyada verilmiş, nəticədə 5 qram və daha artıq, lakin 1000 qramdan az çəkidə preqabalin (S)-3- (aminometil)-5-metilheksan turşusu və 6 qram və daha artıq, lakin 1200 qramdan az çəkidə tramadol hidroxlorid (bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur (+/- )-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)- tsikloheksan-1-ol hidroxlorid) külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı, həmçinin bu Məcəllədə göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələr, habelə güclü təsir edən maddələrin külli və xüsusilə külli miqdarı qanunla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1026-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törətdiyindən həmin qanunlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onların tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməllərinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) və psixotrop maddələrə aid olan İİ Siyahısı (əvvəlki redaksiya), habelə güclü təsir edən maddələrin külli miqdarı ilə bağlı isə “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin Qanunla təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı” (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 10 aprel 2023-cü il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində narkotik vasitə saxlamaları, daşımaları, istifadə etmələri, qrup halında narkotik vasitələrin satışı ilə məşğul olmaları və narkotik vasitələri Təqsirləndirilən şəxs3 məxsus avtomobildə daşımaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxslər saxlanılaraq polis şöbəsinə gətirilmişlər və müdafiəçi ilə təmin edilməklə üzərlərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və güclü təsir edən maddə preqabalin, Təqsirləndirilən şəxs2 üzərindən isə narkotik vasitə heroin və güclü təsir edən maddə tramadol aşkar olunaraq götürülmüş və həmin narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl müdafiəçilərin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və güclü təsir edən maddə preqabalin, Təqsirləndirilən şəxs2 üzərindən isə narkotik vasitə heroin və güclü təsir edən maddə tramadolun aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat və ibtidai istintaq orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 12 aprel 2023-cü il tarixdə verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edərək üzərində saxlayaraq daşıdığını etiraf etsə də ibtidai istintaqın gedişində 28 may 2023-cü il tarixdə verdiyi ifadəsində narkotik vasitədən istifadə etmədiyini, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddənin olması barədə əvvəlcədən məlumatının olmadığını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə heroindən istifadə etmələri və narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə məlumatının olmadığını, heç vaxt heç kəsə narkotik vasitə və ya psixotrop maddə satmadığını və heç kəsdən narkotik vasitə və ya psixotrop maddə almadığını demiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə övladının astma xəstəliyindən əziyyət çəkdiyini, narkotik vasitədən istifadə etmədiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəlcədən tanıdığını, həmin şəxslərlə aralarında narkotik vasitə ilə bağlı söhbətlərin aparılmadığını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında narkotik vasitə ilə bağlı hər hansı söhbətin şahidi olmadığını, 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 məxsus olan avtomobillə Bakı şəhərindən Ağdaş rayonuna getdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs2 da onun evində təmir işlərini görmək üçün onunla birlikdə həmin avtomobildə olduğunu, avtomobilin içərisinə soyuducu və digər ev əşyalarını yerləşdirdiklərini, Təqsirləndirilən şəxs3 əşyaları yerləşdirməkdə köməklik etdikdən sonra sonuncunun Bakı şəhərinə geri qayıdacağını planlaşdırdıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs3 narkotik vasitədən məlumatının olmadığını, bir müddət hərəkət edib Ağdaş rayonunun Ləki kəndinin ərazisində olan zaman polis əməkdaşlarının avtomobili saxlatdıqlarını, polis əməkdaşı Samit Kərimovun onun əlini buraraq üzərində şəxsi axtarış apardığını, lakin heç nə aşkar olunmadığını, həmin vaxt üzərinə narkotik vasitə yerləşdirdiklərini, daha sonra onu avtomobilə əyləşdirdiklərini, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparmağa başladıqlarını, lakin sonuncunun üzərindən nə aşkar edilməsindən onun məlumatının olmadığını, polis şöbəsində olan zaman narkotik vasitəni üzərindən götürdüklərini, polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 zərbələr vurduqlarını, sonuncunun səsini eşitdiyini, bundan sonra polis əməkdaşı Samit Kərimovun 48 saat ərzində azad olunacağını deyərək cibinə narkotik vasitə yerləşdirdiyini, videoçəkiliş aparılan zaman narkotik vasitənin ona məxsus olması, Rafiq Hüseynovla birlikdə narkotik vasitəni satmağa gəlmələri və sonuncunun narkotik vasitəni satıb onun astma xəstəliyindən əziyyət çəkən övladına köməklik edəcəyi barədə ifadə verməsini təklif etdiyini, lakin razılaşmadığını, həmin vaxt Şahid9 otağın qapısının yanında dayandığını, narkotik vasitənin onun üzərinə yerləşdirilməsini gördüyünü, Samit Kərimovun bu təklifi ilə razılaşmadığı üçün sonuncunun onu təhqir etdiyini, zərbə vurmağa başladığını, nəticədə gözünün içərisində qan laxtalarının yarandığını, narkotik vasitəni onun üzərinə yerləşdirdikdən sonra Şahid9 onu sanitar qovşağa aparmasını dediklərini, həmin vaxt hələ videoçəkilişin aparılmadığını, oradan qayıtdıqdan sonra Şahid9 onun üzərini yoxlamadığını, müdafiəçinin Ehtibar Anbdullayev olduğunu, sonuncunun onların polis şöbəsinə gətirildikləri vaxtdan təxminən 30 dəqiqə sonra gəldiyini, onun narkotik vasitədən məlumatının olmadığını, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının avtomobildə olan soyuducuya və onun yaşadığı evə baxış keçirdikllərini, lakin heç nə aşkar etmədiklərini, Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən döyülməsinin şahidi olmadığını, lakin sonuncunun polis əməkdaşları tərəfindən döyüldüyünü ona dediyini, ibtidai istintaq zamanı ifadəsinə oxumadan imza etdiyini, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la aralarında üzləşdirmə aparıldığını, həmin vaxt o və Təqsirləndirilən şəxs2 döyüldükləri üçün polis əməkdaşlarının onlara dediyi formada ifadə verdiklərini, ibtidai istintaq zamanı müdafiəçiyə polis əməkdaşları tərəfindən döyüldüyünü dediyini, bu zaman müdafiəçinin videoçəkiliş aparılan zaman nə üçün bu barədə demədiyini soruşduğunu, qorxduğu üçün demədiyini müdafiəçiyə bildirdiyini, polis şöbəsində olan zaman səhhəti ağır olduğu üçün polis şöbəsinə təcili tibbi yardım xidmətinin əməkdaşlarının gəldiyini, sonradan Ağdaş Rayon Prokurorluğuna şikayət etdiyini, araşdırma aparılan zaman məhkəmə-tibb ekspertizasından keçirildiyini, lakin hər hansı xəsarətin aşkar olunmadığını, sol qaş nahiyəsində köhnədən qalan xəsarət izinin olduğunu, habelə 2 saylı İstintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olduğunu, lakin Samit Kərimov ona hədə-qorxu gəldiyi üçün polis əməkdaşları tərəfindən döyülməsini demədiyini və xəsarətlərlə bağlı məlumat vermədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın gedişində 28 may 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri, üzləşdirmə protokolu və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və güclü təsir edən maddə preqabalinin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs1 bu barədə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, özünü təqsirli bilərək əməlindən peşman olduğunu qeyd etmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş Rayon Polis Şöbəsinə 10 aprel 2023cü il tarixdə saat 22:38-də gətirilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Ağdaş RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində uşaqlıq vaxtında yaranmış “sol qaşında bir ədəd çapıq” xəsarəti aşkar edilmişdir. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 10 iyun 2023-cü il tarixli 238 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərindəhər hansı xəsarət aşkar olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 bədən səthində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış, 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman onun bədən səthində aşkar olunmuş “sol qaşında bir ədəd çapıq” xəsarəti isə tutulmamışdan əvvəl aldığı xəsarət olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sol qaşında bir ədəd çapıq” xəsarətinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqın gedişində 28 may 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın gedişində 28 may 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 12 aprel 2023-cü il tarixdə verdiyi ifadəsində qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Habelə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edərək üzərində saxlayaraq daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə usta kimi fəaliyyət göstərdiyini, narkotik vasitə heroindən istifadə etdiyini, Təqsirləndirilən şəxs3 taksi fəaliyyəti məşğul olduğunu, polis əməkdaşları tərəfindən saxlanılan gün Təqsirləndirilən şəxs3la əlaqə saxlayıb Ağdaş rayonuna getmək istədiklərini, bunun müqabilində 100 manat pul verəcəyini dediyinin, sonuncunun razılaşdığını, onunla Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 arasında narkotik vasitə ilə bağlı hər hansı söhbətin olmadığını, Təqsirləndirilən şəxs3 onun üzərində narkotik vasitənin olduğunu bilmədiyini, bundan sonra Təqsirləndirilən şəxs3 məxsus olan avtomobillə hərəkət etdiklərini, Ağdaş rayonunun Ləki qəsəbəsinin ərazisində olan zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərlərində heç nə olmadığını, onun üzərində isə şəxsi istifadəsi üçün bir qram miqdarda narkotik vasitə heroinin və dərmanın olduğunu, bu zaman Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparıldığını, lakin onun üzərində şəxsi axtarış aparılmadığını, sonradan Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitənin aşkar edildiyini, habelə Təqsirləndirilən şəxs3 döyülməsindən məlumatının olduğunu, polis şöbəsində olan zaman əvvəlcə üzərində narkotik vasitənin olmadığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitədən məlumatlarının olmadığını dediyini, lakin polis əməkdaşı Samit Kərimov tərəfindən döyüldükdən sonra üzərində narkotik vasitənin olduğunu bildirdiyini, bundan sonra da polis əməkdaşlarının onu döyərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 da narkotik vasitədən məlumatlarının olduğunu deməsini tələb etdiklərini, polis şöbəsində döyüldükdən sonra üzərində şəxsi axtarış aparıldığını, həmin vaxt üzərindən narkotik vasitənin aşkar edildiyini, polis əməkdaşlarının onun üzərindən aşkar edilmiş narkotik vasitənin üzərinə Samit Kərimovun otağında əlavələr etdiklərini, bundan sonra onu videoçəkilişin aparılması üçün nəzərdə tutulmuş otağa apardıqlarını, polis əməkdaşlarının onu qandalla boruya bağladıqlarını, yumruq və təpik zərbələri vuraraq onu döydüklərini, bu zaman yıxıldığını, qolunun bədəni ilə döşəmənin arasında qaldığını, döyülmə nəticəsində qulaqlarından qan axdığını, çiyin nahiyəsində, qolunda və ayağında xəsarətlərin yarandığını, bu səbəbdən polis şöbəsinə təcili tibbi yardım xidmətinin əməkdaşlarının çağırıldığını, qorxduğu üçün döyülmə faktı ilə bağlı hər hansı dövlət orqanına (qurumuna) məlumat vermədiyini, lakin sonradan prokurorluğa, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman məhkəməyə və penitensiar müəssisəyə daxil olan zaman bu barədə məlumat verdiyini, araşdırma aparılan zaman məhkəmə-tibb ekspertizasından keçirildiyini, lakin hər hansı xəsarətin aşkar olunmadığını, cinayət işinin materiallarında qara üzüm dedikdə üzüm meyvəsini, üç dənə üzüm dedikdə isə üç yeşik üzüm meyvəsini nəzərdə tutduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri, üzləşdirmə protokolu və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitə heroinin və güclü təsir edən maddə preqabalinin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs2 bu barədə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, özünü təqsirli bilərək əməlindən peşman olduğunu qeyd etmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Polis Şöbəsinə 10 aprel 2023cü il tarixdə saat 22:38-də gətirilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu Ağdaş RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 X3 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “sol bazunun bayır səthində 2 (iki) ədəd qançır” xəsarəti aşkar edilmişdir. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 10 iyun 2023-cü il tarixli 237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində “sol bazunun bayır səthinin qançırları” diaqnozu ilə, küt alətin təsirindən törənmiş, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və rəngi təsvir olunmadığı üçün törənmə müddətlərini müəyyən etmək mümkün olmayan xəsarətlər aşkar olunmamışdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 şəxsi işində olan izahatının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 X3 qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “sol bazunun bayır səthində 2 (iki) ədəd qançır” xəsarəti aşkar edilmiş və Təqsirləndirilən şəxs2 həmin xəsarətləri tutulmamışdan əvvəl, yəni hələ azadlıqda olan zaman aldığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən zərbələrin vurulduğunu qeyd etdiyi nahiyələrində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış, X3 qəbul olunan zaman onun bədən səthində aşkar olunmuş “sol bazunun bayır səthində 2 (iki) ədəd qançır” xəsarəti isə tutulmamışdan əvvəl aldığı xəsarət olmuşdur və həmin xəsarətin isə müxtəlif şəraitlərdə yaranması mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sol bazunun bayır səthində 2 (iki) ədəd qançır” xəsarətinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edərək üzərində saxlayaraq daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə 2011-ci ildən taksi fəaliyyəti ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmamışdan yeddisəkkiz ay əvvəl həmin fəaliyyətlə məşğul olan zaman tanıdığını, 10 aprel 2023-cü il tarixdə narkotik vasitədən istifadə etmədiyini, həmin tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək Ağdaş rayonuna yük aparmasını təklif etdiyini, 100 manat pulun müqabilində sonuncu ilə razılaşdığını, bundan sonra Ağdaş rayonu istiqamətində hərəkətə başladıqlarını, bu zaman digər təqsirləndirilən şəxslərin hər hansının üzərində narkotik vasitənin olduğunu bilmədiyini, hərəkət edib Ağdaş rayonunun Ləki qəsəbəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, bundan sonra polis əməkdaşının tələbi ilə avtomobildən düşdükdə polis əməkdaşlarının onun əllərini bağladıqlarını, daha sonra isə polis əməkdaşı Samit Kərimovun oraya gəldiyini, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşürdüklərini, X14 Mustafayevaya sonuncunu buraxacağını dediyini, bundan sonra polis şöbəsinə aparıldıqlarını, oraya aparılan kimi onlara qarşı qanunsuz hərəkətlərin edildiyini, daha sonra isə onu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrı otaqlara apardıqlarını, bir müddət sonra Təqsirləndirilən şəxs2 döyülməyə xarakterik səsini eşitdiyini, daha sonra isə Təqsirləndirilən şəxs1 onun yanına gətirdiklərini, bu zaman Təqsirləndirilən şəxs1 yerə yıxıldığı üçün su ilə sonuncunu ayıltmağa çalışdığını, otaqda olan polis əməkdaşlarından kömək etmələrini xahiş etdiyini, lakin polis əməkdaşları onu təhqir etdikləri üçün polis əməkdaşlarını təhqir etdiyini, bu zaman bir nəfər polis əməkdaşının ona zərbə vurduğunu, gecə saat 02:00 radələrində onun qarşısına sənədləri qoyaraq həmin sənədlərin növbənin dəyişilməsi ilə bağlı olduğunu, narahat olmamasını və azadlğıa buraxılacağını dediklərini, qeyd olunan səbəbdən həmin sənədlərə imza etdiyini, polis şöbəsində olan zaman onu döyüb digər təqsirləndirilən şəxslərlə əlbir olduğunu dediklərini, lakin onun narkotik vasitəyə aidiyyətinin olmadığını, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitənin olmasını tutulduqdan sonra bildiyini, məhkəmə-narkoloji ekspertizasından keçirilməmişdən əvvəl ekspertin müstəntiqlə danışdığını eşitdiyini, bu zaman müstəntiqin ekspertə onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi barədə qeyd etməsini dediyini, ibtidai istintaq zamanı sənədlərə oxumadan imza etdiyini, digər təqsirləndirilən şəxslərlə aralarında üzləşdirmə aparılan zaman təsir-təzyiq altında olduğunu, ona qarşı edilən qanunsuzluqlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Ağdaş Rayon Prokurorluğuna müraciət etdiyini, cinayət işinin materiallarında olan mesajda mal dedikdə avtomobil yağını nəzərdə tutduğunu, Rauf adlı şəxsin taksi fəaliyyəti ilə, Elnur adlı şəxsin isə avtomobillərin yağının dəyişilməsi ilə məşğul olduğunu, Elnur adlı şəxsin nisyə şəklində Rauf adlı şəxsə yağ verdiyini, lakin sonuncunun yağın pulunu vermədiyini və qeyd olunan mesajda bunu nəzərdə tutduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri, üzləşdirmə protokolu və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verərdi. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmçinin Təqsirləndirilən şəxs3 ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs3 bu barədə məlumat verməmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 Ağdaş Rayon Polis Şöbəsinə 10 aprel 2023cü il tarixdə saat 22:38-də gətirilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 oğlu Ağdaş RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs3 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 X3 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 10 iyun 2023-cü il tarixli 266 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edib saxlayaraq daşımışlar. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədlərinin və niyyətlərinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxslərin əməllərinin tövsifində və həmin əməlləri törətməkdə təqsirli olub-olmamalarında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bu Qərarın 12-ci bəndinə əsasən CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə yuxarıda qeyd edilən çəkidə narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri edib saxlayaraq daşımasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər qeyd olunan narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əslində satış məqsədi ilə əldə etmişlər. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlləri CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxslər cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzaların növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş şəhəri, X20 küçəsi, ev 27 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan rayonunun Yeni Uluxanlı kəndində qeydiyyatdadır, 09 avqust 2021-ci il tarixdə doğulmuş Züleyxa Rüstəmli onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 5 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğlunun əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 əməlində isə cəzanı yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxslərin şəxsiyyətini, təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxslər həmin cəzaları real olaraq çəkməklə islah oluna bilərlər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində göstərilən cinayət əməlləri isə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs3 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 03 ay olmaqla, 10 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 03 ay olmaqla, 10 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 03 ay olmaqla, 10 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddətlər cəzaçəkmə müddətlərinə daxil edilərək onlara təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzaların bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların başlanğıcı onların şübhəli şəxs qismində tutulduqları 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 may 2023-cü il tarixli 794 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 may 2023-cü il tarixli 795 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 may 2023-cü il tarixli 797 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 15 may 2023-cü il tarixli PHŞ-6-22/2-703/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxananın Poliklinika şöbəsində narkoloji xəstəliki üzrə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 18 may 2023-cü il tarixli PHŞ-6-68/2-1026/2023 nömrəli məktubdan görünür ki, həmin xəstəxananın Poliklinika şöbəsinin həkim-narkoloqunun məlumatlarına əsasən Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanada göstərilən xəstəlik üzrə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş 07 iyun 2023-cü il tarixli xx/xx-6163 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin xəstəxanada qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, cəza çəkdikləri müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 15 may 2023-cü il tarixli PHŞ-6-22/2-703/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxananın Poliklinika şöbəsində ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 18 may 2023-cü il tarixli PHŞ-6-68/2-1026/2023 nömrəli məktubdan görünür ki, həmin xəstəxananın Poliklinika şöbəsinin həkim-psixiatrının məlumatlarına əsasən Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanada göstərilən xəstəlik üzrə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 07 iyun 2023-cü il tarixli 8201 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin xəstəxanada qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan əşyanın maddi sübut hesab edilməsi və təhvil verilməsi haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixli qərarla 7,859 qram narkotik vasitə heroin və 0,772 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasını əks etdirən iki ədəd, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 oğlunun arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd olmaqla, ümumilikdə altı ədəd disk isə cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Habelə cinayət işinin materiallarında olan əşyanın maddi sübut hesab edilməsi və təhvil verilməsi haqqında 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixli qərarla 49 ədəd tramadol və 01 ədəd preqabalin həbləri cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ Siyahısının 49-cu bəndinə əsasən heroin və 146-cı bəndinə əsasən marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aid olan İİ Siyahısının 27-ci bəndinə əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 49 ədəd tramadol və 01 ədəd preqabalin həbləri, 7,859 qram narkotik vasitə heroin və 0,772 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasını əks etdirən iki ədəd, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 oğlunun arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd olmaqla, ümumilikdə altı ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 594,20 (beş yüz doxsan dörd manat iyirmi qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. CPM-in 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 594,20 (beş yüz doxsan dörd manat iyirmi qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsi və təyin olunmuş cəzanın ciddiliyi nəzərə alınaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 198,10 (yüz doxsan səkkiz manat on qəpik) manat və Təqsirləndirilən şəxs3 198 (yüz doxsan səkkiz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə isə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə isə 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə isə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 49 ədəd tramadol və 01 ədəd preqabalin həbləri, 7,859 qram narkotik vasitə heroin və 0,772 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasını əks etdirən iki ədəd, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 oğlunun arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd olmaqla, ümumilikdə altı ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 594,20 (beş yüz doxsan dörd manat iyirmi qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 198,10 (yüz doxsan səkkiz manat on qəpik) manat və Təqsirləndirilən şəxs3 198 (yüz doxsan səkkiz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar