Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-60/2025 05.03.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X16, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X7 hüquqi varisi X4, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Ağdaş rayonu Güvəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Güvəkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263- 1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi və nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə ilə alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi, anası X8 mülkiyyətində olmaqla faktiki olaraq özünə məxsus “VAZ 2107” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində asfalt yolda üzü Bakı- Qazax avtomagistralı istiqamətində hərəkətdə olan zaman «X23» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz) hərəkət etməməli olduğu halda bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq nəqliyyat vasitəsini yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürət artıq, yəni 100- 120 km/saat sürətlə sərxoş vəziyyətdə idarə edərək yol çiynində həmin istiqamətdə hərəkətdə olan X10 vurması nəticəsində sonuncunun açıq kəllə-beyin travması, kəllə əsası sümüklərinin sınığı, beyin maddəsinin əzilməsi, beynin sərt qişası altına alın-ənsə payı üzərində qansızma, beyin mədəciklərinə qansızma, başın ənsə nahiyəsinin şişkinliyi(dərialtı hematoması), sıyrığı, başın yumşaq qatının iç səthinə alın-ənsə nahiyəsində qansızma, burun sümüyünün sınığı, alın nahiyəsinin sıyrıqları, sol gözaltı nahiyənin yarası, sol qulaqarxası nahiyənin qançırı, sağ çiyin nahiyəsinin, burun yəhərinin, sol almacıq nahiyəsinin, sağ əlin üst səthinin sıyrıqları, xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vurulmasına və açıq kəllə-beyin travması, beyin maddəsinin əzilməsi, beyin mədəciklərinə qansızma, kəllə əsası sümüklərinin sınığı xəsarətləri alması nəticəsində xx.xx.2024-cü il tarixdə saat 13:00-da “Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Renimasiya şöbəsində ölməsinə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, martın 3-ü günü saat 7-nin yarısı Gəncə-Bakı istiqamətində hərəkət edirmiş. O, həmin vaxt evə gedirmiş. İdarə etdiyi maşının sürəti 60 km/saat-dan çox olmamışdır. Həmin vaxt onun maşınından arxada 2 maşın, qabaqda isə 1 maşın hərəkət edirmiş. O, “Go” adlı spirtli içki qəbul etmişdir. Qarşısındakı maşın qəfil yolun əks istiqamətinə keçmiş və o, maşına nəyinsə dəydiyini hiss etmiş və maşının hərəkətini dayandırmışdır. Yerə düşəndə zərərçəkmiş şəxsin asfaltda uzanmış vəziyyətdə olmasını görmüşdür. O, tez qışqırmış və kömək istəmişdir. Zərərçəkmişi öz maşınına aparmağa gücü çatmamışdır. O, kömək istəmiş, lakin heç kim yaxına gəlməmişdir. Orada başqa şahidlər olmamış, Murad olmuş, onun yanında isə Fərid olmuşdur. Bir neçə dəqiqədən sonra hadisə yerinə çoxlu şəxslər gəlmiş, lakin kömək edən olmamışdır. Onu tanıyan adamlar gələndə ona su vermişlər. Sonra bir maşın gəlmiş və zərərçəkmiş şəxsi maşına mindirib xəstəxanaya aparmışdır. Yolda isə təcili tibbi yardım maşını gəlmiş və şəxs digər maşından təcili tibbi yardım maşınına mindirilərək xəstəxanaya çatdırılmışdır. O, onların arxasınca xəstəxanaya getmişdir. O, xəstəxanada analiz vermiş və müayinə olunmuşdur. Daha sonra, polislər onu polis şöbəsinə aparmışdır. O, 1 gün polis şöbəsində qalmışdır. Daha sonra, azad olunmuş və bundan sonra polis şöbəsinə gələrək ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, “Go” adlı spirtli içkidən 1 ədəd içmişdir. İçdiyi “Go” adlı spirtli içkinin həcmi səhv etmirsə, 250 qram olmuşdur. O, maşını təxminən 60 km/saat sürətlə idarə edirmiş. Onun zərərçəkmiş şəxsi görə bilməməyinə səbəb odur ki, qarşısındakı “Opel” markalı maşın zərərçəkmiş şəxsi görmüş və ani olaraq zərərçəkmiş şəxsə yaxın məsafədə yolun əks istiqamətinə çıxmışdır. “Opel” markalı maşınla arasındakı məsafə 10 metrdən daha çox olarmış. Zərərçəkmiş şəxs yolun ortasında olmuşdur. Zərərçəkmiş şəxs yolu keçmək üçün yolun ortasına çıxmışdır. Hava qaranlıq olmuşdur. Maşınının işığını yandırmışdır. Maşınının işığı yaxına vuran vəziyyətdə olmuşdur. Qarşısındakı maşın ani olaraq yolun digər tərəfinə keçmiş və o, zərərçəkmiş şəxsi görə bilməmişdir. Maşın sürətlə getsəymiş, zərərçəkmiş şəxsin bütün sümükləri qırılarmış və maşın onun üstündən keçərmiş. Ekspert də asfaltda təkər izinin qalmasını müəyyən edə bilməmişdir. O, piyadanı asfaltın orta hissəsində vurmuşdur. Piyada maşının orta hissəsinə dəymişdir. Hadisənin baş verdiyi yol bir gediş və bir gəliş olan yol olmuşdur. Zərərçəkmiş tərəflə barışmaq üçün cəhd etmişlər, lakin onlar qəbul etməmişdir. İbtidai istintaq zamanı da piyadanın yolun ortasında olmasını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumuşdur. “Opel” markalı maşın onun maşınından irəlidə hərəkət edirmiş. “Opel” markalı maşının arxasınca hadisə yerinə qədər 3-4 km-dən çox məsafə getmişdir. “Opel” markalı maşınla arasındakı məsafə 10 metrdən daha çox olarmış. Qarşısındakı maşın yolun digər tərəfinə keçəndə əyləcə basmamış və dönmə siqnallarından istifadə etməmişdir. Hadisə asfalt yolun kənarında baş verməmişdir. Yolun kənarına çıxsa xırda daşlı hissədə maşın aşmalı və ya hansısa bir obyektə dəyməli olarmış. Həmçinin yolun kənarında betonlar da olmuşdur və o, kənara çıxsaymış həmin betonlar qırılarmış. Onun evə getməyi tələsməyinə əsas olmamışdır. İdarə etdiyi maşının sürəti 60 km/saat-dan az olmamışdır. Ərazidə sürəti müəyyən edən aparatlar olmamışdır. Hadisə yerindən 10-20 metr qarşıda sərt döngə olmuşdur və həmin döngə Gəncə-Bakı yoluna dönürmüş. Zərərçəkmiş şəxsin hüquqi varisinə danışmaq, tanışlıq və zərərin ödənilməsi ilə bağlı təkliflər olunmuşdur. Onlar isə razılaşmamışdır. “Go” adlı içkinin spirtli içki olduğunu bilmişdir. “Go” içkisini marketdən almışdır və evə gedənə qədər içməyi planlaşdırmışdır. Spirtli içkini içəndən sonra avto nəqliyyat idarə edəcəyini bilirmiş. Hər dəfə evə gedəndə “Go” adlı spirtli içki alıb və içib getməmişdir. Qarşısındakı maşınla onun maşınının hərəkət sürəti bərabər olmuşdur. Qarşısındakı maşından qabaqda maşın olmamış və həmin maşın yolun digər istiqamətinə qəfil keçmişdir. Buna görə o, piyadanı görə bilməmişdir. Hadisə yerində asfaltda təkər izi olmamışdır. O, uşaqlıqdan maşın idarə etmişdir. Sürücülük hüququ olmadan da maşın idarə etmişdir. Sürücülük hüququ olmayan zaman o, yalnız kənddə maşın sürürmüş. Talassemiya xəstəsidir. Əməlindən çox peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisinə 5000 və ya 10000 manata qədər maddi yardım göstərə bilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, oğlu ayın 13-nə Rusiya Federasiyasına getmək üçün bilet almışdır. Oğlu ilin 3-4 ayı pul qazanmaq məqsədilə Rusiya Federasiyasına gedirmiş. Onlar evdə kartof əkirmişlər. Oğlu xaricə gedəcəyi üçün Bakı şəhərinə gedib bacısı ilə görüşmək istədiyini və onlarda 2-3 gün qalıb qayıdacağını demişdir. Daha sonra, Bakı şəhərinə sabah gedəcəyini bildirmişdir. Kartof əkəndən sonra oğlu bacısı ilə danışmış, bacısı ona bu gün gəlməyi təklif etmiş və darıxdığını bildirmişdir. Oğlu hazırlaşıb həmin gün Bakı şəhərinə bacısıgilə getmək üçün evdən çıxmışdır. Oğlu saat 5-in yarısı evdən çıxmışdır. Gəlini isə saat 6-da onlara yemək yeməyi təklif etmiş, o, yemək istəmədiyini bildirmişdir. Gəlini uşaqları ilə yemək yemişdir. Həmin vaxt telefon çöldə olmuşdur. Bundan sonra ona zənglər gəlmiş, lakin hadisə haqqında heç nə deyilməmişdir. Görmüşlər ki, o, heç nə bilmir. Bacısı zəng vurmuş və demiş ki, həkimə getmək istəyir və onun da onunla getməyini təklif etmişdir. O, ona sonra getməyi təklif etmişdir. Rusiyada yaşayan oğlu zəng vurmuş və harada olduğunu soruşmuşdur. Daha sonra, oğlu digər oğlunu bir nəfər içkili şəxsin maşınla vurduğunu demişdir. O, tez yola tərəf qaçmış və görmüş ki, qapılarının yanında çoxlu insanlar vardır. İnsanlar onların hadisə haqqında məlumatları olmadığı üçün içəri girməmişdir. O, yola çıxmış bir maşının yanında dayanmışdır. İnsanlardan xahiş etmişdir ki, onu xəstəxanaya çatdırsınlar. Bir nəfər onun Elbrus müəllinin arvadı olduğunu və Elbrus müəllimin oğlunu maşın vurduğunu demişdir. Bir nəfər maşına əyləşməsini və onu xəstəxanaya aparacağının demişdir. Oğlu gəlib bərbərxanada üzünü taraş etdirmiş, orada bir çay içmiş və orada olan şəxslərlə görüşmüşdür. Onun yanında dostu Murad olmuş və Murada Bakı şəhərinə getmək istədiyini bildirmişdir. Murad oğlu ilə yolun kənarı ilə gəlmişdir. Murad oğlunu maşın vurduğuna şahid olmuş və oğlu maşına dəyərək maşının üstünə düşmüşdür. Tərlan isə maşını saxlaya bilməmişdir. Murad oğluna tərəf qaçaraq getmişdir. Təqsirləndirilən şəxsin tərəfindən oğluna kömək olunmamışdır. Hadisə yerinə başqa insanlar gəlmişdir. Oğlunun yanındakı oğlan da qolu və budundan yaralanmışdır. Hadisəyə yalnız 3 nəfər şahid kimi ifadə vermiş, başqaları şahidlik etməmişdir. O, xəstəxanaya çatanda ona yalandan demişlər ki, güya oğlunu başından əməliyyat edirlər. Ona iynə vurmuşlar və yalandan demişlər ki, oğlunu Bakı şəhərinə aparacaqlar. Daha sonra, oğlunun meyitini evlərinə gətirmişlər. Təqsirləndirilən şəxs hadisə günü toyda olmuş, orada çox miqdarda spirtli içki qəbul etmiş və ona içkili maşın idarə etməməli olduğu deyilsə də, buna məhəl qoymayıb maşını idarə etmişdir. Təqsirləndirilən şəxs maşını necə idarə etmişdirsə, onu görən qadınlar belə maşın idarə etməklə onun kimisə bədbəxt edəcəyini demişdirlər. Təqsirləndirilən şəxs içkili olmasa imiş, onu bağışlayarmış. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Balaxanım Xəlilova göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmır. Əgər təqsirləndirilən şəxsin idarə etdiyi maşının sürəti saatda 120 km/saat olmasa və özü də içkili olmasa imiş, o, onu bağışlayarmış. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində X1n onun dostu olmasını bildirmişdir. xx.xx.2024cü il tarixdə axşam saatlarında fərdi yaşayış evində olan zaman mərhum Fərid Xəlilova zəng etdiyini və Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən “Dostluq” çayxanasında çay içməyi təklif etdiyini bildirmişdir. Həmin vaxtı Fərid Xəlilovun ona “Dostluq” çayxanasında olduğunu bildirdiyini qeyd etmişdir. Bundan sonra o fərdi yaşayış evindən çıxaraq “Dostluq” çayxanasına gəldiyini və orada mərhum Fərid Xəlilovla çay içdiyini bildirmişdir. Daha sonra mərhum Fərid Xəlilovla çayxanadan çıxdıqlarını və yolun sağına keçərək torpaq yol ilə üzü Bakı-Qazax avtomagistral yoluna doğru gəlməyə başladıqlarını bildirmişdir. X20 asfalt yoldan təxminən 1 metr aralıda torpaq yolda onunla birlikdə hərəkətdə olduğunu və onların Bakı-Qazax avtomagistral yoluna çatmağına təxminən 300 metr məsafə qaldığını bildirmişdir. Saat təxminən 18:30 radələrində onun sol ayağına və sol qoluna zərblə nəyinsə dəyməsini hiss etdiyini, lakin yerə yıxılmadığını, həmin vaxtı ətrafa baxdığını və bu zaman X20 “VAZ 2107” minik markalı avtomobilin bel hissəsinin üzərində olduğunu gördüyünü bildirmişdir. Həmin vaxtı “VAZ 2107” minik markalı avtomobilin hərəkətdə olduğunu və qarşıya doğru hərəkətini davam etdirdiyini və asfalt yolun sağ hərəkət zolağında hərəkətini dayandırdığını bildirmişdir. Bu zaman X20 da avtomobilin üzərindən sürüşüb asfalt yolun üzərinə düşdüyünü, həmin vaxtı “VAZ 2107” minik markalı avtomobilin sürücüsünün aşağı düşərək Fərid Xəlilovun yanına gəldiyini bildirmişdir. Daha sonra ətrafda olan şəxslərin də yığışmağa başladığını, bundan sonra X20 Ağdaş RMX-nın TTYX-nin avtomobili ilə xəstəxanaya gətirildiyini, xəstəxanada Fərid Xəlilova yardım göstərilməsinə baxmayaraq onun, xx.xx.2024-cü il tarixdə vəfat etdiyini bildirmişdir. Hadisə vaxtı yüngül xəsarət aldığını, buna görə də həkimə müraciət etmədiyini, həmçinin Təqsirləndirilən şəxs barəsində araşdırma düzgün aparılmayacağını güman etdiyini və buna görə də DİN-nin 102 xidmətinə müraciət etdiyini bildirmişdir. Daha sonra videomüşahidə kamerası Fərid Xəlilovun vurulduğu yeri çəkmədiyini, Fərid Xəlilovun vurulduğu yerdən videomüşahidə kamerasının görünüş masafəsinə müəyyən qədər məsafə olduğunu, yəni Fərid Xəlilovun avtomobilin bel hissəsində olan zaman həmin hissənin videomüşahidə kamerasına düşmədiyini bildirmişdir. Fərid Xəlilovun avtomobilin bel hissəsindən aşağı düşdükdən, yəni asfalt yola yıxıldıqdan sonra videomüşahidə kamerasının görüntüsündə əks olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsində X1 Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini kimi tanıdığını, onunla heç bir ədavət və düşmənçiliyinin olmadığını, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində yolun sağındakı torpaq yolda üzü Bakı-Qazax avtomagistral yoluna doğru piyada hərəkət etdiyini bildirmişdir. Həmin vaxtı ondan müəyyən qədər məsafədə torpaq yolda Ağdaş rayonu, Yuxarı Ləki kənd sakinləri X14 və Şahid2 piyada hərəkət etdiyini, saat təxminən 18:30 radələrində asfalt yoldan üzü Bakı-Qazax avtomagistral yoluna doğru əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Ağdaş rayonu, Güvəkənd kənd sakini Təqsirləndirilən şəxs təxminən 100 km saat sürətlə idarə etdiyi VAZ 2107 minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə keçməsini gördüyünü bildirmişdir. Həmin vaxtı VAZ 2107 minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin asfalt yoldan kənarda yolun sağında torpaq yolda piyada yolda hərəkət edən piyada Fərid Xəlilovu və Şahid2 vurduğunu qeyd etmişdir. Həmin vaxtı Fərid Xəlilovun avtomobilin bel hissəsinin üzərinə qalxdığını və avtomobilin hərəkətinə davam etdiyini bildirmişdir. Həmin vaxtı Fərid Xəlilovun avtomobilin üzərindən yerə düşdüyünü və sürüşərək yolun sağında asfaltın üzərində qaldığını qeyd etmişdir. Aavtomobilin Şahid2 sol qolundan və sol bud nahiyəsindən vurduğunu, lakin Şahid2 yerə yıxılmadığını, bundan sonra Şahid2, o və ətrafda olan digər şəxslərin Fərid Xəlilovun yanına gəldiyini bildirmişdir. Həmçinin VAZ 2107 minik markalı avtomobilin sürücüsünün də avtomobildən aşağı düşüb Fərid Xəlilovun yanına gəldiyini, daha sonra Fərid Xəlilovun TTYX-nin avtomobili ilə Ağdaş RMX-ya gətirildiyini, xx.xx.2024-cü il tarixdə X24 RMX-da vəfat etdiyini bildirmişdir. Videomüşahidə kamerası Fərid Xəlilovun vurulduğu yeri çəkmədiyini, Fərid Xəlilovun vurulduğu yerdən videomüşahidə kamerasının görünüş masafəsinə müəyyən qədər məsafə olduğunu, yəni Fərid Xəlilovun avtomobilin bel hissəsində olan zaman həmin hissənin videomüşahidə kamerasına düşmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yalan danışdığını, onun idarə etdiyi avtomobilin qarşısında “OPEL” markalı avtomobilin hərəkət etmədiyini və onun Fərid Xəlilovu torpaq yolda vurduğunu bildirmişdir Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsində X1n onun həmkəndlisi və dostu olduğunu bildirmişdir. Onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində yolun sağındakı torpaq yolda üzü Bakı-Qazax avtomagistral yoluna doğru piyada hərəkət etdiyini, həmin vaxtı ondan müəyyən qədər məsafədə torpaq yolda Ağdaş rayonu, Yuxarı Ləki kənd sakinləri X14 və Şahid2 piyada hərəkət etdiklərini, saat təxminən 18:30 radələrində asfalt yoldan üzü Bakı-Qazax avtomagistral yoluna doğru əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Ağdaş rayonu, Güvəkənd kənd sakini Təqsirləndirilən şəxs təxminən 100 km saat sürətlə idarə etdiyi VAZ 2107 minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə keçməsini gördüyünü bildirmişdir. Həmin vaxtı VAZ 2107 minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin asfalt yoldan kənarda yolun sağında torpaq yolda piyada yolda hərəkət edən piyada Fərid Xəlilovu və Şahid2 vurduğunu bildirmişdir. Həmin vaxtı Fərid Xəlilov avtomobilin bel hissəsinin üzərinə qalxdığını və avtomobilin hərəkətinə davam etdiyini qeyd etmişdir. Daha sonra Fərid Xəlilovun avtomobilin üzərindən yerə düşdüyünü və sürüşərək yolun sağında asfaltın üzərində qaldığını bildirmişdir. Avtomobilin Şahid2 sol qolundan və sol bud nahiyəsindən vurduğunu, lakin Şahid2 yerə yıxılmadığını, bundan sonra Şahid2, o və ətrafda olan digər şəxslərin Fərid Xəlilovun yanına gəldyini bildirmişdir. Həmçinin VAZ 2107 minik markalı avtomobilin sürücüsünün də avtomobildən aşağı düşüb Fərid Xəlilovun yanına gəldiyini, daha sonra Fərid Xəlilovun TTYX-nin avtomobili ilə Ağdaş RMX-ya gətirildiyini, xx.xx.2024-cü il tarixdə X27 RMX-da vəfat etdiyini bildirmişdir. Videomüşahidə kamerası Fərid Xəlilovun vurulduğu yeri çəkmədiyini, Fərid Xəlilovun vurulduğu yerdən videomüşahidə kamerasının görünüş masafəsinə müəyyən qədər məsafə olduğunu, yəni Fərid Xəlilovun avtomobilin bel hissəsində olan zaman həmin hissənin videomüşahidə kamerasına düşmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yalan danışdığını, onun idarə etdiyi avtomobilin qarşısında “OPEL” markalı avtomobilin hərəkət etmədiyini və onun Fərid Xəlilovu torpaq yolda vurduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində Ağdaş RPŞ-nin DYPB-nin baş inspektoru vəzifəsində xidmət etdiyini, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində xidmətdə olan zaman Ağdaş RPŞ-nin Növbətçi hissəsindən Ağdaş rayonu Ləki qəsəbəsi-Yuxarı Ləki kənd istiqamətində Yuxarı Ləki kənd ərazisində yol nəqliyyat hadisəsinin baş verməsi haqqında məlumat aldığını bildirmişdir. Bundan sonra dərhal hadisənin baş verdiyi yerə getdiyini, hadisə yerinə çatdıqdan sonra “VAZ-2107” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsində dayanmış olduğunu, həmçinin “VAZ-2107” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobildən təxminən 10 metr arxada yolun hərəkət hissəsində, bir nəfər şəxsin yerdə uzanmış və hərəkətsiz vəziyyətdə dayandığını gördüyünü bildirmişdir. Dərhal təcili tibbi yardım xidmətinə zəng vurduğunu, avtomobilin sürücüsü Ağdaş rayonu, Güvəkənd kənd sakini Təqsirləndirilən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini X7 ağır bədən xəsarətləri aldığını bildirmişdir. Bundan sonra TTXY-nin əməkdaşlarının piyadanı Ağdaş RMX-ya apardıqlarını, daha sonra, aldığı xəsarətlər səbəbi ilə X7 xx.xx.2024-cü il tarixdə Ağdaş RMX PHŞ-nin reanimasiya şöbəsində öldüyünün ona məlum olmasını bildirmişdir. Hadisə yerinə müstəntiq tərəfindən keçirilmiş baxış zamanı hadisə yerinin Ağdaş rayonu Ləki qəsəbəsi-Yuxarı Ləki kənd istiqamətində Yuxarı Ləki kənd ərazisində asfalt yolda olmasının müəyyən edildiyini bildirmişdir. Həmin yerdə yolun asfalt örtüklü olmaqla döngəli və quru olmasını, hadisə baş vermiş yolun hərəkət hissəsinin ümumi eninin 8,30 metr, hər hərəkət zolağının eni isə 4,15 metr olmasını bildirmişdir. Ləki qəsəbə-Yuxarı Ləki istiqamətində yolun sağ və sol tərəfində yolun hərəkət hissəsinə torpaq sahə birləşdiyini, hadisədən sonra yoldan hadisə yerinə baxış zamanı “VAZ-2107” markalı avtomobilə aid heç bir tormoz izi aşkar edilmədiyini, həmçinin müstəntiq tərəfindən hadisə yerinin şəkilləri çəkildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə həmin tarixdə saat 18:47-də özünü təqdim etməyən vətəndaş (kişi) zəng edərək, yol-nəqliyyat hadisəsi olmasını və 2 nəfər şəxsin xəsarət alması barədə məlumat vermişdir. Vətəndaş TTY-nin yaxınlaşmasını istəmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə həmin tarixdə saat 19:35-də Ağdaş rayon Mərkəzi xəstəxanasının həkimi Hilal İsgəndərzadə tərəfindən RPŞ-nin N/H-nə zəng edərək, Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşayan xx.xx.1989-cu il təvəllüdlü X3 beyin travması, beyin kötüyünün ağır dərəcədə əziyi, kəllə əsasının sınığı və beyin koması xəsarətləri ilə Ağdaş RMX-yə gətirilməsi barədə məlumat verilmişdir. Yaxınlarının deməsinə görə Ağdaş rayon Ləki qəsəbəsində avtomobil vurması nəticəsində xəsarət almışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə həmin tarixdə saat 20:10-da Ağdaş rayon Mərkəzi xəstəxanasının həkimi Mikayıl Qurbanov tərəfindən RPŞ-nin N/H-nə zəng edərək, Ağdaş rayonu Güvəkənd kəndində yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs alnın əzilmiş, sıyrılmış, cırılmış yarası, döş qəfəsinin əziyi xəsarəti ilə Ağdaş RMX-yə gətirilməsi barədə məlumat verilmişdir. Vətəndaşın deməsinə görə yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, ona əlavə olunmuş sxem və foto şəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində baş verən yol nəqliyyat hadisə yeri: Ağdaş rayonu Yuxarı Ləki kəndi ərazisindən keçən Ləki qəsəbə-Yuxarı Ləki avtomobil yoludur. Yol torpaq örtüklüdür, döngəli və qurudur, yolda 02 hərəkət istiqaməti və 02 hərəkət zolağı vardır. Yolun hərəkət hissəsinin ortasında uzununa nişanlanma xətti vardır. Hadisə baş vermiş yolun hərəkət hissəsinin ümumi eni 8,30 metr, hər hərəkət zolağının eni isə 4,15 metrdir. Ləki qəsəbə-Yuxarı Ləki istiqamətində yolun sağ və sol tərəfində yolun hərəkət hissəsinə torpaq sahə birləşir, yolun sağ tərəfindəki torpaq sahənin eni 7,1 metrdir, yolun sağ tərəfindən torpaq sahədən sonra fərdi yaşayış evləri, yol sol tərəfində torpaq sahədən sonra bağ sahələri yerləşir. “Vaz-2107” markalı **- XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ kənarında hərəkətdə olan piyadanı vurduğu yer Ləki qəsəbə-Yuxarı Ləki kənd istiqamətində olan yolun sağ kənarında asfalt yolun kənarındakı torpaq sahədə olmuşdur. “Vaz-2107” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənannda hərəkətdə olan piyada, X11 vurduqdan sonra avtomobilini yolun hərəkət hissəsində saxlamışdır. Hadisə yerinə baxış zamanı hadisə yerində tormoz (əyləc) izi aşkar edilməmişdir. Hadisə havanın işıqlı vaxtı baş vermişdir (cild 01, iş vər. 07-16). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nin xx.xx.2024-cü il tarixli 86 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcədə (0,99 promil) alkoqol sərxoşluğu olmuşdur (cild 01, iş vər. 17). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokolddan və DVD-R diskdən görünür ki, diskə baxış zamanı “Vaz 2107” minik markalı ağ rəngli avtomobilin hərəkət etməsi və bu zaman bir nəfər şəxsin avtomobilin sağ yan tərəfi ilə sürüşərək hərəkətsiz vəziyyətdə yerdə dayanması, bir nəfər şəxsin qaçaraq “Vaz 2107” minik markalı avtomobilə və hərəkətsiz dayanmış şəxsə yaxınlaşması, həmçinin “Vaz 2107” minik markalı avtomobilin sürücüsünün avtomobildən düşərək yolun hərəkət hissəsində hərəkətsiz vəziyyətdə dayanan şəxsə yaxınlaşması və daha sonra bir qrup şəxsin toplaşması müəyyən edilmişdir (cild 01, iş vər. 19, 23). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AE220649 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmuşdur (cild 01, iş vər. 25). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında X8 mülkiyyətində olan “Vaz 2107” markalı 10XM227 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmuşdur (cild 01, iş vər. 26). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 2107” markalı 10XM227 dövlət qeydiyyat nişanlı avtomobil X8 mülkiyyətindədir (cild 01, iş vər. 27). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “meyitə baxış aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, meyit təhriş masası üzərində uzadılmışdır. Meyitin əynində mavi rəngli tursa vardır. Meyit kişi cinsli, düzgün bədən quruluşlu, kafi köklükdədir, əllə yoxladıqda soyuqdur. Meyitin bədəninin uzunluğu 172 sm-dir. Meyit qacıması müayinə olunan əzələ qruplarından çənə əzələlərində zəif inkişaf etmişdir, digər qrup əzələlərdə inkişaf etməmişdir. Meyit ləkələri bədənin arxa səthində yayılmış vəziyyətdə olub göyümtül-qırmızımtıl rəngdədirlər, barmaqla təzyiq etdikdə itirlər, 0,5 dəqiqə sonra bərpa olunurlar. Gözləri qapalıdır, bəbəklərə dairəvidirlər, bərabərdirlər 0,6 sm diametrindədirlər. Ağzı yarımaçıq vəziyyətdədir. Dili ağız boşluğundadır. Boynu gövdəyə uyğun inkişaf etmişdir. Döş qəfəsi silindrik formadadır, qarnı qabırğalar qövsü səviyyəsindədir. Xarici cinsiyyət üzvləri kişi tipli düzgün formalaşmışdırlar. Anus dəliyi qapalıdır, ətrafı təmizdir. Ətraf sümükləri əllə yoxladıqda tamadırlar. Xəsarətlər: Sol ənsə nahiyəsində 7,0x6,0 sm ölçüdə, şişkinlik(dərialtı hematoma) vardır. Şişkinliyin fonunda 2,0x1,5 sm ölçüdə, qırmızı qonur qartmaqlı qeyri müəyyən formalı sıyrıq vardır. Alın nahiyəsində solda 3,0x1,5 sm ölçüdə, sağda 6,0x1,0 sm ölçüdə, qırmızı qonur qartmaqlı qeyri müəyyən formalı sıyrıqlar vardır. Sol qaşın bayır ucu nahiyəsində 2,0x0,5 sm ölçüdə qırmızı qonur qartmaqlı qeyri müəyyən formalı sıyrıq vardır. Sağ gözaltı nahiyədə 2,0x0,5 sm ölçüdə, kənarları nahamar. ucları küt yara vardır. Sol qulaqarxası nahiyədə 5,0x3,0 sm ölçüdə, göyümtülqırmızımtıl rəngli, qeyri müəyyən formalı qançır vardır. Sağ çiyin nahiyəsində 6,0x1,5 sm ölçüdə, qırmızı qonur qartmaqlı qeyri müəyyən formalı sıyrıq vardır. Burun sümüyü deformasiyalıdır, sınmışdır. Burun yəhərində sol almacıq nahiyəsində sağ əlin üst səthində çoxlu miqdarda qırmızı qonur qartmaqlı xırda ölçülü sıyrıqlar vardır. Meyitin xarici müayinəsində başqa xəsarət və dəyişiklik aşkar olunmadı (cild 01, iş vər. 44-47). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 05 mart 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (anası və qardaşları) Ağdaş rayon Güvəkənd kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər. 53-54). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, iş üzrə Şahid2 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi halları əyani şəkildə göstərmişdir (cild 01, iş vər. 62-65). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan və olan əlavə olunmuş DVD-R diskdən görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilən zaman Şahid2 ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 01, iş vər. 95-98). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan və olan əlavə olunmuş DVD-R diskdən görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilən zaman Şahid3 ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 01, iş vər. 99-102). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan və olan əlavə olunmuş DVD-R diskdən görünür ki, Şahid4 Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilən zaman Şahid4 ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 01, iş vər. 103-106). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X21 Ağdaş RMX publik hüquqi şəxsinin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir (cild 01, iş vər. 111). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsidən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 115). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 11 nömrəli rəyində göstərilmişdir ki, 1) X7 meyiti üzərində aşkar olunan xəsarətlər–açıq kəllə-beyin travması, kəllə əsası sümüklərinin sınığı, beyin maddəsinin əzilməsi, beynin sərt qişası altına alın-ənsə payı üzərində qansızma, beyin mədəciklərinə qansızma, başın ənsə nahiyəsinin şişkinliyi(dərialtı hematoması), sıyrığı, başın yumşaq qatının iç səthinə alın-ənsə nahiyəsində qansızma, burun sümüyünün sınığı, alın nahiyəsinin sıyrıqları, sol gözaltı nahiyənin yarası, sol qulaqarxası nahiyənin qançırı, sağ çiyin nahiyəsinin, burun yəhərinin, sol almacıq nahiyəsinin, sağ əlin üst səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. 2) X7 ölümünə səbəb açıq kəllə-beyin travması, beyin maddəsinin əzilməsi, beyin mədəciklərinə qansızma, kəllə əsası sümüklərinin sınığı olmuşdur, 3) X7 ölümü xx.xx.2024-cü il tarixdə saat 13:00-da baş vermişdir, 4) X7 meyitində aşkar olunan xəsarətlər hərəkətdə olan avtomobillə piyadanın toqquşması zamanı əmələ gələ bilərlər (cild 01, iş vər. 120-123). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 161 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər – alın nahiyəsinin səthi yarası, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər (cild 01, iş vər. 124-125). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 171 nömrəli rəyində göstərilmişdir ki, Şahid2 bədənində hazırda hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmamışdır (cild 01, iş vər. 126-127). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/860 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ-2107” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100-120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 01, iş vər. 129-132). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 171). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində Ləki qəsəbə-Yuxarı Ləki kənd istiqamətində yolnəqliyyat hadisəsi baş vermədən öncə "VAZ-2107" minik markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında həmin istiqamətdə "Opel" markalı avtomobil hərəkətdə olmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, yaxınlıqda müşahidə kamerası yoxdur, eləcə də hadisə baş verən yerdən qarşıda olan, tərəfindən təqdim edilmiş kamera görüntüsündə isə "opel" markalı avtomobilin olmaması müəyyən olunmuşdur (cild 01, iş vər. 181). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, həmin tarixdə Nuhov X18 rayonu ərazisində saxlanılaraq Ağdaş RPŞ-nin İB-nə təhvil verilməsi təmin edilmişdir (cild 01, iş vər. 197). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilmişdir (cild 01, iş vər. 200). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 474 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur, hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əzab çəkməmişdir, hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əzab çəkmir, xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından və kəmağıllıq xəstəliyindən əzab çəkməməsi səbəbind onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, istintaq olunan cinayət əməlini törədərkən Azərbaycan Respublikası CM-in 21 ve 22-ci maddələrinin təsiri altına düşmür (cild 01, iş vər. 209-211). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Ağdaş rayonu Güvəkənd kəndində qeydiyyatda olmaqla yaşayan X15 ərizə ilə Ağdaş RPŞ-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2024cü il tarixdə oğlu Təqsirləndirilən şəxs onun mülkiyyətində olan, lakin faktiki olaraq oğlu Təqsirləndirilən şəxs sahiblik etdiyi “Vaz 2107” markaqlı 10XM227 dövlət qeydiyyat nişanl avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin avtomobili oğlu pul verərək aldığı üçün onun oğlu Təqsirləndirilən şəxs heş bir şikayət və tələbi yoxdur. Həmçinin, cinayət işi üzrə mülki iddiaçı qismində tanınmaqdan imtina edir (cild 01, iş vər. 218). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in185 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 222-232). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adı DİN-nin BDYPİ-nin mərkəzi məlumat sistemində yoxlanılmış və müəyyən olunmuşdur ki, onun barəsində xx.xx.2016-cı il tarixdə AR İXMnin 152-2.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq icra olunması üçün rayon məhkəməsinə göndərilmiş və Ağdaş rayon məhkəməsinin qərarı ilə 7 (yeddi) gün həbs olunmuşdur, xx.xx.2017-ci tarixdə AR İXM-nin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq 400 manat məbləğində cərimə edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-cü il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün onun barəsində AR İXM-nin 343.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq icra olunması üçün rayon məhkəməsinə göndərilmiş və Ağdaş rayon məhkəməsinin qərarı ilə onun B kateqoriyalı AE seriyalı 220649 nömrəli vəsiqəsi 6 ay sürücülük hüququdan məhrum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs yol hərəkət qaydalarının pozduğu üçün AR İXM-nin müvafiq maddələri ilə dəfərlərlə müxtəlif illərdə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2021 və xx.xx.2024-cü il tarixli tibbi arayışları ambulator xəstənin kartından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs talassemiya xəstəliyindən əziyyət çəkir. Diaqnoz: Beta talassemiya (böyük forma). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və onların mötəbərliyini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətlərinin olması, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan X11 vurmuş və sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Başqa sözlə, baş vermiş yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda etibarnamə üzrə idarə etdiyi “VAZ 2107” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində asfalt yolda üzü Bakı-Qazax avtomagistralı istiqamətində hərəkətdə olan zaman yol çiynində həmin istiqamətdə hərəkətdə olan X11 vurmuşdur. Fərid Xəlilov avtomobilin onu vurması səbəbi ilə xəsarətlər almış və nəticəsində xx.xx.2024-cü il tarixdə saat 13:00-da “Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Renimasiya şöbəsində ölmüşdür Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, «X23» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz) hərəkət etməməli olmasına dair sürücülərin üzərinə vəzifələr qoyulur. Sürücülərin üzərinə qanunla müəyyən edilmiş qaydada qoyulmuş vəzifələrlə bağlı məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin qanunları bilməməsi onun cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsinə əsasən – hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsinə əsasən - qanunu bilməmək məsuliyyətdən azad etmir. Təqsirləndirilən şəxs etibarnamə üzrə sahiblik və istifadə etdiyi avtomobili sərxoş vəziyyətdə idarə etməsi məhkəmə istintaqında dindirilmiş şahid ifadəsi ilə və digər sübutlarla tam şəkildə təsdiq olunmuşdur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X5 11 nömrəli ekspert rəyindən görünür ki, X7 meyiti üzərində aşkar olunan xəsarətlər–açıq kəllə-beyin travması, kəllə əsası sümüklərinin sınığı, beyin maddəsinin əzilməsi, beynin sərt qişası altına alın-ənsə payı üzərində qansızma, beyin mədəciklərinə qansızma, başın ənsə nahiyəsinin şişkinliyi(dərialtı hematoması), sıyrığı, başın yumşaq qatının iç səthinə alın-ənsə nahiyəsində qansızma, burun sümüyünün sınığı, alın nahiyəsinin sıyrıqları, sol gözaltı nahiyənin yarası, sol qulaqarxası nahiyənin qançırı, sağ çiyin nahiyəsinin, burun yəhərinin, sol almacıq nahiyəsinin, sağ əlin üst səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. X7 ölümünə səbəb açıq kəllə-beyin travması, beyin maddəsinin əzilməsi, beyin mədəciklərinə qansızma, kəllə əsası sümüklərinin sınığı olmuşdur, X7 ölümü xx.xx.2024cü il tarixdə saat 13:00-da baş vermişdir, X7 meyitində aşkar olunan xəsarətlər hərəkətdə olan avtomobillə piyadanın toqquşması zamanı əmələ gələ bilərlər. xx.xx.2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nin 86 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcədə (0,99 promil) alkoqol sərxoşluğu olmuşdur. xx.xx.2024-cü il tarixli Ağdaş Rayon Polis Şöbəsinin məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində Ləki qəsəbə- Yuxarı Ləki kənd istiqamətində yol-nəqliyyat hadisəsi baş vermədən öncə "VAZ-2107" minik markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında həmin istiqamətdə "Opel" markalı avtomobil hərəkətdə olmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, yaxınlıqda müşahidə kamerası yoxdur, eləcə də hadisə baş verən yerdən qarşıda olan, tərəfindən təqdim edilmiş kamera görüntüsündə isə "opel" markalı avtomobilin olmaması müəyyən olunmuşdur. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə ilə alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi, anası X8 mülkiyyətində olmaqla faktiki olaraq özünə məxsus “VAZ 2107” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində asfalt yolda üzü Bakı-Qazax avtomagistralı istiqamətində hərəkətdə olan zaman yol çiynində həmin istiqamətdə hərəkətdə olan X11 vurması nəticəsində sonuncunun xx.xx.2024-cü il tarixdə saat 13:00-da “Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Renimasiya şöbəsində ölməsinə səbəb olan ehtiyatsızlıqdan yolnəqliyyat hadisəsi törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 –cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri vardır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3 -cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və o, qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə onun talassemiya xəstəliyindən əziyyət çəkməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin, göstərilən maddə üzrə ona nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndlərində göstərilmişdir ki, «X23» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («X23» Qanunun 37-ci maddəsinin İV hissəsi). Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına” dair 29 yanvar 2004-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, o cümlədən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, maddi sübut qismində çıxış edən ibtidai istintaq dövründə Nuhov Təqsirləndirilən şəxs istifadəsində və sahibliyində olan və hazırda Ağdaş RPŞ-nin DYPB-in müvəqqəti saxlama duracağında saxlanılan VAZ 2107 markalı 10 – XM – 227 dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi X12 qaytarılmalı və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 213 (iki yüz on üç) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 213 (iki yüz on üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin DYPB-nin duracağında saxlanılan VAZ 2107 markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X12 qaytarılsın. İş üzrə 213 (iki yüz on üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-60/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-60/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver