Məhkəmə qərarları › İş №1(091)-61/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-61/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-61/2023 04.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Göyçay rayonu Ləkçıplaq kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul оlan, orta təhsilli, Göyçay rayonu Ləkçıplaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonun Ləkçıplaq kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq torpağa əkib 13 ədəd şitillərdən ibarət narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, həmçinin həmin yetişdirdiyi çətənə bitkilərindən 01 ədəd 180,0 qram çəkidə budaq hissəsini qoparıb yaş vəziyyətdə istixanada, həmin çətənə bitkilərindən yarpaqlarını qoparmaqla əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 120,0 qram çəkidə qurudulmamış vəziyyətdə marixuananı 01 ədəd sarı rəngli plastmas vedrədə istixanda, eləcə də külli miqdarda 1200,0 qram çəkidə qurudulmuş marixuananı 01 ədəd ağ rəngli sintetik kisədə həmin istixanadan qarşıda sol tərəfdə qarğılıq yerdə satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 23 avqust 2022-ci il tarixdə saat 17 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə, saat 1750-də yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirilərkən həmin istixanada qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyi hündürlükləri 232 sm-dən 315 sm-dək ümumilikdə təmiz çəkiləri 74 kiloqram 800,0 qram olan həmin 13 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, həmin çətənə bitkilərindən qoparıb istixanada saxladığı təmiz çəkisi 180,0 qram olan 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi və həmin çətənə bitkilərindən əldə edərək 1 ədəd plastmas vedrədə açıq şəkildə saxladığı 120,0 qram çəkidə qurudulmamış marixuana, eləcə də həmin çətənə bitkilərindən əldə edərək satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd ağ rəngli sintetik kisədə qablaşdırıb həmin istixanadan qarşıda sol tərəfdə qarğılıq yerdə saxladığı külli miqdarda, yəni 1200,0 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ağciyəri xəstə olduğu üçün şəxsi istifadəsi üçün 13 ədəd çətənə bitkisi əkmiş, həmin narkotik vasitələri satmaq niyyəti olmamışdır. Polis əməkdaşları zibil kimi kənara atılan yarpaqları və budağı da sellofan paketə əlavə etmişlər, ona görə də özünü ancaq əkdiyi 13 ədəd çətənə koluna görə təqsirli bilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı ünvana gələrək çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu bildirərək yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirmiş, şübhəli şəxs qismində tutulduqdan sonra oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə yaşadığı evin həyətinə keçirilən baxış zamanı həyətin sağ tərəfində xurma ağacları əkilən yerin sonunda olan istixananın sağ orta kənar hissəsində əkib becərdiyi bir cərgədə olan bir neçəsini iplə dirəyə bağladığı 11 ədəd çətənə bitkiləri, bir müddət əvvəl bitkilərin birindən qoparıb oradakı dirəkdən asdığı çətənə bitkisinin budaq hissəsi, çətənə bitkilərin yanında sarı rəngli plastmas vedrədə həmin çətənə bitkilərin aşağı hissələrindən yenicə yığıb saxladığı yaş vəziyyətdə saxladığı çətənə bitkisinin yarpaqları, istixananın sol orta kənarında 2 ədəd çətənə bitkiləri, istixanadan təxminən 15 metr öndə, sol tərəfdə yerləşən quru qarğılı kolluğun yanında 1 ədəd ağ rəngli sintetik torbada quru halda çəkisi 2,15 kq olan bitki yarpaqları aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Çətənə bitkilərini şəxsi istifadəsi üçün əkmiş, həmçinin aşkar olunmuş marixuananı da tullamaq məqsədilə kənara qoymuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 оğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Göyçay rayon X9 Patrul Xidmət Bölüyünün komandiri Ehtibar Quliyev, X2 kiçik inspektoru Şahid4lə birlikdə saat 17 radələrində Göyçay rayonun Ləkçıplaq kəndinə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək evin darvazasının qabağına çıxan Təqsirləndirilən şəxs özlərini təqdim edərək çətənə bitkilərinin əkib-becərməkdə şübhəli olduğunu bildirib yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirdikdən sonra şübhəli şəxs qismində tutularaq dəvət edilmiş müdafiəçinin və aqronom mütəxəssisin iştirakı ilə evin həyətinə baxış keçirilən zaman həyətə daxil olduqda girişdən sağ tərəfdə xurma ağacları əkilən yerin sonundakı istixanada sağ orta kənar hissəsində bir cərgədə əkilmiş müxtəlif hündürlükdə 11 ədəd çətənə bitkilərinə bənzər yaşıl rəngli bitkilər, həmin yerdə dirəkdə isə çətənə bitkisinin hissəsinə bənzər 1 ədəd budaq hissəsi, əkilmiş bitkilərin yanında 1 ədəd sarı rəngli plastmas vedrədə çətənə yarpaqlarına bənzər yaşıl rəngli yaş vəziyyətdə yarpaqlar, istixananın sol orta tərəfində 2 ədəd çətənə bitkiləri, istixanadan təxminən 15 metr qarşıda, sol tərəfdə qarğılıq-kolluq yerdə 1 ədəd ağ rəngli sintetik torbada çəkisi 2,015 kiloqram olan qurudulmuş marixuanata bənzər kütlələr aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Aqronom-mütəxəssis Şahid3 çətənə bitkilərinə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X9 Patrul Xidmət Bölüyünün komandiri işləyən Şahid2, X2 kiçik inspektoru işləyən Şahid4 aqronom-mütəxəssis Şahid3 Əlsab oğlu eyni məzmunlu ifadələr verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17\681 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, 10 ədəd sintetik torbaların içərisindəki, yaş vəziyyətdə ümumi çəkiləri 74 kiloqram 800,0 qram olan 13 ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid3 23 avqust 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs məxsus olan həyatyanı torpaq sahəsindən aşkar edilmiş 01 ədəd torbada qablaşdırılmış qurudulmuş halda kütlə...” yazısı olan 01 ədəd sintetik kisənin içərisindəki: Təmiz çəkisi 1200,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 01 ədəd ağ rəngli sellofan torbanın içərisində, təmiz çəkisi 120,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. Həmin ağ rəngli sellofan torbanın içərisində, yaş vəziyyətdə təmiz çəkisi 180,0 qram olan1 ədəd bitki hissəsi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisinin hissəsidir. Digər 01 ədəd sellofan torbada olan torpaq nümunəsində cüzi miqdarda çətənə(kannabis) bitkisinin hissəcikləri vardır. Tədqiqata təqdim edilmiş 13 ədəd çətənənə bitkiləri, 01 ədəd çətənə bitkisinin hissəsi, qurudulmuş və qurudulmamış marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmədə ekspert qismində dindirilmiş X4 verdiyi ekspert rəyini təsdiq edərək bir daha həmin rəyə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 noyabr 2022-ci il tarixli 1723 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui istifadə etməsi nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsi və götürmə haqqında 23 avqust 2022-ci il tarixli protokol və ona əlavə edimiş videoçəkilişin olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu Ləkçıqlaq kəndindəki yaşayış evinin həyətyanı sahəsində olan istixanada hündürlükləri 2,32 metrdən 3,15 metrə qədər olan 13 ədəd narkotik tərkibli çətənə bitkisi, birlikdə çəkisi 320 qram olan bir ədəd çətənə bitkisinin budaq hissəsi, sarı rəngli plastmas vedrədə çətənə bitkisinin yarpaqları, istixanadan 15 metr aralıda sol tərəfdə quru qarğı kolluğunun arasında sellofan torbada çəkisi 2,015 kq olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Ləkçıplaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonu ləkçıplaq kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2016-cı ildə doğulmuş Yusif Beydullazadə və xx.xx.2020-ci ildə doğulmuş Kərim Beydullazadə adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Göyçay rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 8104 nömrəli məktubdan görünür ki, Göyçay rayonu Ləkçıplaq kəndində qeydiyyatda olan 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Göyçay Rayon Mərkəzi X1 psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1740-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbrinin seçilməsi haqqında 25 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni satış məqsədi olmadan saxlamasına və aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinin yararsız olmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitənin miqdarı, ayr-ayrı yerlərdə saxlanılması, məhkəmə-bioloji ekspertizasının rəyi və işdə olan digər sənədlər əsas verir. Bundan başqa məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs yaşadığı evin sonuncunun dayısı oğluna məxsus olması və polis əməkdaşlarının evin mülkiyyətçisinin icazəsi omadan evə daxil olaraq baxış keçirməsinə dair dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Göyçay rayonu Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışla da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə həmin evdə yaşamış, onun evinə baxış keçirilən zaman həmin evin başqa şəxsə məxsus olması və aşkar oulnan çətənə bitkilərinin onun tərəfindən əkilməməsinə dair heç nə bildirməmiş, əksinə ərizə yazaraq yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3 və 237.1-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduğu CM-in 234.4.3 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı andan hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon Polis Şöbəsində saxlanılan 13 ədəd çətənə bitkiləri, 01 ədəd çətənə bitkisinin hissəsi, 1199,95 qram çəkidə qurudulmuş marixuana, 119,95 qram çəkidə qurudulmamış marixuana, 179,95 qram çəkidə çətənə bitkisinin hissəsi və torpaq nümunələri məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunan cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 04 aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Göyçay rayon Polis Şöbəsində saxlanılan 13 ədəd çətənə bitkiləri, 01 ədəd çətənə bitkisinin hissəsi, 1199,95 qram çəkidə qurudulmuş marixuana, 119,95 qram çəkidə qurudulmamış marixuana, 179,95 qram çəkidə çətənə bitkisinin hissəsi və torpaq nümunələri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar