Məhkəmə qərarları › İş №1(091)-61/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-61/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-61/2024 22.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Ucar şəhəri, T.İsmayılov küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 9,857 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə saat 19:05-də ünvan 1 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Ucar Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 20:47-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 9,857 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evdə oturub çay içirmiş. Həmin vaxt anası da yanında olmuşdur. Elə bu vaxt müstəntiq Rəhim müəllimdən istifadəsində olan mobil telefona zəng gəlmişdir. Rəhim müəllim ondan harada olduğunu soruşmuşdur. O da rayonda evində olduğunu bildirmişdir. Rəhim müəllim onu polis şöbəsinə dəvət etmiş və demişdir ki, bir sənəd var gəl onu imzala sonra gedərsən. Bundan sonra anası ilə birlikdə taksiyə əyləşib polis şöbəsinə getmişdir. Anasını polis şöbəsinə girməyə qoymamışlar. Telefonunu anasına verib polis şöbəsinə daxil olmuşdur. Anasına gözlə gəlirəm demişdir. Polis şöbəsində onu bir otağa aparmışlar. Bir müddət sonra polis əməkdaşları otağa daxil olmuş və cibinə narkotik vasitə qoymuşdurlar. Ona da demişlər ki, bu narkotik vasitə onundur. Həmin vaxt etiraz etmiş və demişdir ki, onu bura sənədə imza çəkmək üçün dəvət etmişdirlər. Əlavə olaraq qeyd etmişdir ki, o, ümumiyyətlə narkotik vasitə istifadə etmir. Bütün qohumları və qonşuları bilirlər ki, o, narkotik vasitə istifadə etmir. Bundan sonra cibindən narkotik vasitəni çıxarıb atmış. Elə bu vaxt polis əməkdaşları ona demişdir ki, narkotik vasitəni boynuna almasa, ailəsini polis şöbəsinə gətirəcəklər və onların üzərinə narkotik vasitə qoyacaqlar. Ona ailəsi ilə hədə-qorxu gəldikləri üçün məcbur olaraq narkotik vasitəni boynuna almışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ümumiyyətlə heç vaxt narkotik vasitə istifadə etməmiş, əvvəllər oğurluqla bağlı məhkumluğu olmuş və polis əməkdaşları ilə ədavəti olmamışdır. Spirtli içki qəbul etmiş, lakin narkotik vasitə istifadə etməmişdir. Evdə oturduğu yerdə onu polis şöbəsinə dəvət etmişlər. Dedikləri doğru deyilsə taksi sürücüsü məhkəməyə dəvət oluna bilər və ya telefonunun anten dairə məlumatları çıxarıla bilər. Rəhim müəllim ona təxminən günün ikinci yarısı 16:30 radələrində zəng etmişdir. Rəhim müəllimin nömrəsini xatırlamır, lakin telefonunda vardır. Nömrəni görsə Rəhim müəllimin nömrəsi olduğunu xatırlaya bilər. Polis şöbəsinə anası ilə birlikdə getmişdir. Polis şöbəsinə daxil olan vaxt girişdə üstünü yoxlamışlar. İçəri girən vaxt üzərində qanunsuz heç nə olmamışdır. Polis şöbəsində cibinə narkotik vasitə qoymuşlar. Polis əməkdaşları onu döyüblər. Döyüldükdən sonra bədənində xəsarət olmamışdır. İstintaq təcridxanasına daxil olan vaxt həkim müayinəsindən keçmiş, lakin bədənində xəsarət aşkar edilməmişdir. Narkoloji ekspertizadan keçmişdir. Qanından analiz götürülmüşdür. Polis əməkdaşları cibinə narkotik vasitə qoyduqdan sonra vəkili gəlmişdir. Tutulduqdan bir saat sonra ona müdafiəçi təqdim edilmişdir. Polis şöbəsinə daxil olan vaxt telefonunu anasına vermişdir. Polis əməkdaşları sonradan anasının yanına getmiş və telefonunu götürüb cibinə qoymuşdurlar. Hətta bundan əlavə cibinə 10 manat pul da qoymuşdurlar. Güya cibindən pul da aşkar edilmişdir. Onun üzərində sadəcə siqaret və alışqan olmuşdur. Polis əməkdaşları ona işgəncə verməmişdir. Ona sadəcə hədə-qorxu gəlmişlər və vurmuşlar. Onu ailəsi ilə hədələmişdirlər. Elan edilən ifadəni müstəntiq yazmışdır. O, elə məzmunda ifadə verməmişdir. Elan edilən ifadəyə imza çəkməmişdir. Tutulan vaxt heç nəyə imza etməmişdir. Göstərilən sənəddəki imza nümunəsi ona aid deyil. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 08 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildiyindən ünvan 1 ünvana gəlmişdir. Təqsirləndirilən şəxs oxşar şəxsin qeyd edilən ünvanın yaxınlığında olduğunu görmüş, 08 avqust 2023-cü il tarixdə saat 19:05-də həmin şəxsə yaxınlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu və buna görə də onlarla birlikdə Ucar RPŞyə getmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə etiraz etmədən razılaşıb onlarla birlikdə Ucar RPŞ-yə gəlmişdir. Ucar RPŞ-də ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya qanunsuz əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükülünü çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bu maddənin narkotik maddə “kakos” olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu və pul əskinaslarını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstündə başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim olunan əşyalara ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd mobil telefonun o, özünə məxsus olmasını və Samsung markalı olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinaslarına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10 manat pul əskinasının özünə məxsus olmasını və hər hansı bir qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Daha sonra təqdim olunan bir ədəd sellofan bükülüyə baxış keçirilmişdir. Sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş, bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddəni təxminən 10 gün əvvəl Ucar şəhərində olarkən tanımadığı şəxsdən 50 manat müqabilində əldə etdiyini, üstündən aşkar olunan həmin maddələri heç kimə satmaq, pay və ya hədiyyə qismində vermək niyyətinin olmadığını, yalnız öz istifadəsi üçün üzərində saxlamaqla daşımasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd Samsung markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 10 manat pul əskinası isə iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Məhkəmə istintaqı zamnaı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü il tarixdə oğlunu polis şöbəsinə aparmışdır. Belə ki, oğlunu zəng edib polis şöbəsinə dəvət etmişdirlər. O da oğlu ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinə daxil olmadan əvvəl oğlunun üstünü yoxlamışlar. Həmin vaxt oğlunun üstündə bir siqaret, bir alışqan və bir telefon olmuşdur. Oğlu telefonu ona verib, alışqan və siqaretini cibinə qoymuş və polis şöbəsinə daxil olmuşdur. Oğlunu axşam saat 12-ə kimi gözləmiş, ona heç bir məlumat verən olmamışdır. Yağışlı havada küçədə oğlunu gözləmişdir. Səhər oyanıb polis şöbəsinə getmiş oğlu barəsində məlumat almaq istəmişdir. Həmin vaxt polis əməkdaşı ona demişdir ki, get uşağını Bakı şəhərində axtar. Bundan sonra Bakı şəhərinə getmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarını tapmış və müstəntiqlə görüşmüşdür. Müstəntiq ona demişdir ki, oğlunu Ucar rayon polis şöbəsi onlara vermiş və onlarda Bakı şəhərinə idarəyə gətirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Əliyə zəng edib polis şöbəsinə çağıran Ucar rayon polis şöbəsinin müstəntiqi Rəhim müəllim olmuşdur. Rəhim müəllim Əliyə təxminən saat 3-4 radələrində zəng etmişdir. Polis şöbəsinə Əli ilə birlikdə getmişdir. Təxminən saat 5-ə işləmiş onlar polis şöbəsinə çatmışdır. Oğlunun üstü yoxlanılmışdır. Oğlu üzərindən çıxan telefonu ona vermişdir. Yarım saat sonra polis əməkdaşı ona yaxınlaşıb Əlinin telefonunu almışdır. Vəkil qısa müddət sonra polis şöbəsinə gəlmişdir. Rəhim müəllimin mobil telefonunu xatırlamır. Oğlunun mobil telefonundakı məlumatlar polis əməkdaşı tərəfindən silinmişdir. Polis əməkdaşları telefonu geri qaytarmış, lakin həmin vaxt telefonda olan məlumatlar silinmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “Əli” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psxiotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması, eləcə də daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əli” adlı şəxsin xx.xx.1995-ci ildə ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 18). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 avqust 2023-cü il tarixdə saxlanılaraq Ucar RPŞ-in inzibati binasına gətirilmiş və orada müdafiəçinin iştirakı ilə həmin gün saat 20:47-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 9,857 qram çəkidə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 01, iş vər. 26-28). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi,üstündə saxlaması, eləcədə daşınması və satılmasında şübhəli bilinən xx.xx.1995-ci il də ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 19:05-də ünvan 1 ünvanın qarşısında olduğu zaman saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmasına şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü Təqsirləndirilən şəxs saxlandığı yerdən Ucar Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 39). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Ucar rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üstündən 01 ədəd sellofan bükülüdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür (cild 01, iş vər. 43). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4240 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs aşkar olunan maddə; Təqsirləndirilən şəxs-imza, dörd imza, Tərtib etdi: K.Kərimli – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 9,857 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin ümumi təmiz çəkisi – 9,857 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 9,807 qramdır (cild 01, iş vər. 44-48). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 114-118). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə qərara əsasən Salyan Rayon Məhkəməsi Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif olunaraq 03 il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir (cild 01, iş vər. 132-134). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 5(063)-65/2023 nömrəli Ucar Rayon Məhkəməsini“əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanmasına dair” qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-in baş əməliyyat müvəkkili Şahid1 əməliyyat -axtarış tədbirinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir (cild 01, iş vər.140-141). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(063)-24/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (ik) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 01, iş vər.143-147). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-in xx.xx.2023-cü il tarixli, xx/xx-9977 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs respublika narkoloji mərkəzdə stasionar müalicədə olmayıb, xx.xx.2022-ci il tarixdən dispanser qeydiyyatındadır (cild 01, iş vər. 149). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ucar rayon İcra hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası – Əlimusa Məmmədov, anası – Zahidə Məmmədova və bacısı Tünzalə Məmmədova ailə tərkibinin üzvləri olmaqla o, ünvan 6 ünvanda qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər.151-153). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin satış məqsədi ilə əldə etməsi barədə əlavə məlumatlar əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamasının, onun narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şəxslərin, eləcə də narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 01, iş vər.163). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 11091 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə sözügedən xəstəxanada müalicədə olmamışdır (cild 01, iş vər.164). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 09 avqust 2023-cü il tarixli, 5088 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 171-172). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 2921/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilabin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 01, iş vər. 173-176). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 317/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild 01, iş vər.177-179). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023 “sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından mənbə xüsusatı ilə bağlı həmin tarixdə material ayrılması qərara alınmışdır (cild 01, iş vər.180-187). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi 7964/2023 nömrəli “məhkumun tibbi kitabçası”-dan görünür ki, həmin tibbi kitabça Təqsirləndirilən şəxs məxsusdur, baxış zamanı dəri səthində köhnə çapıq toxumaları aşkar edilmiş və tibbi müayinə zamanı zədə almadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Ucar rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-115/2-2470/24 nömrəli məktubundan görünür ki, Ucar rayon Polis şöbəsinin 2023-cü il tarixli “Şəhər, rayon, xətt polis orqnlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı” nda xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün xx.xx.2023-cü il tarixdə rayon polis şöbəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixdən uzun müddət vaxt keçdiyi üçün rayon polis şöbəsinin növbətçi hissəsində olan təhlükəsizlik kamerasında olan video görüntülər silindiyindən təqdim etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 3-13-115/2-8115/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Ucar rayon Polis şöbəsinə gətirilmiş, həmçinin həmin tarixdə polis şöbəsinin müvəqqəti saxlama yerinə qəbul olunmadığı üçün lüzum olmadığından “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda barəsində qeyd aparılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Ucar rayon Polis şöbəsinin məktubundan görünür ki, polis şöbəsinin inzibati binasının girişində olan müşahidə kameralarının yaddaş cihazından 15 gün sonra avtomatik silindiyindən təqdim etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in xx.xx.2024-cü il tarixli, 223 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Ucar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in poliklinika ruhi -əsəb kabinetində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən “Emmosional davranış şəxsiyyət pozuntusu, özünü kəsmələrlə” diaqnozu ilə ambulator müşahidədədir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin məktubundan görünür ki, 0-55-827-83-57 saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə saxlanılaraq Ucar Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, lakin ibtidai istintaqın gedişində irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək irəli sürülmüş ittihamla razı olmadığını bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə və psixotrop maddə əldə etmədiyini, qeyd edilən vasitə və maddələrdən istifadə etmədiyini, tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını, edilmiş təzyiq nəticəsində ibtidai istintaq zamanı məcbur qalaraq polis əməkdaşlarının dediyi məzmunda etirafedici ifadə verdiyini və irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə olan heroinin olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verildiyini və edilmiş təzyiq nəticəsində ondan həmin narkotik vasitə olan heroin ilə bağlı etirafedici ifadə alındığını, onun ümumiyyətlə narkotik vasitə istifadə etmədiyini, habelə müstəntiq Rəhim müəllimdən istifadəsində olan mobil telefona zəng gəldiyini, Rəhim müəllim ondan harada olduğunu soruşduğunu, Rəhim müəllimin onu polis şöbəsinə dəvət etdiyini, o, da anası ilə polis şöbəsinə gəldəyini, onun ünvan 1 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Ucar Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmədiyini iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, məhkəmə istintaqında ilk növbədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra, habelə Ucar rayon Polis şöbəsinə və BMCMİ-nə aparılarkən və həmin idarədə polis əməkdaşlarının təzyiqinə məruz qalıbqalmaması ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Məhkəmə istintaqında X2 sorğu verilərək əldə edilmiş Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin “Məhkumun tibbi kitabçası” elan edilməklə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş, müayinə zamanı onun üzərində köhnə çapıq toxumaların olduğu aşkar olunmuş, lakin həmin vaxt onun bədənində döyülmə və işgəncəyə aid xəsarət izinin olması barədə qeydiyyat aparılmamışdır. Habelə müayinə aparılarkən Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs üzərində xəsarət izinin olmasını bu və ya digər şəkildə təsdiq edə biləcək heç bir tibbi və digər sənəd mövcud deyil. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və bədənində xəsarət izinin olması barədə məhkəməyə hər hansı tibbi sənəd təqdim etməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının 317/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə yeni sübut təqdim etmədiyindən, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında isə Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin olması barədə səlahiyyətli dövlət orqanlarında qeydiyyat aparılmadığından məhkəmə belə nəticəyə gəlir ki, onun bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyülmə və işgəncəyə məruz qalması hissəsində ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə əlavə şahid X4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadə ilə razılaşmır. Belə ki, iş üzrə əlavə şahidlər X3 Məmmədovun anasıdır və onun bu formada, Təqsirləndirilən şəxs müdafiəsinə yönələn ifadə verməsini anlaşılan edir. Məhkəmə kollegiyası sözügedən ifadə ilə bağlı qeyd edir ki, əlavə şahid kimi dindirilərkən Zahidə Məmmədova ifadəsində 2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs polis şöbəsinə apardığını, Təqsirləndirilən şəxs zəng edib polis şöbəsinə dəvət edildiyini, o, da oğlu ilə birlikdə polis şöbəsinə getdiyini bildirmişdir. X8 Məmmədovun Ucar rayon Polis şöbəsinə Əliyə məxsus telefon vasitəsi ilə dəvət olunduğunu qeyd edərək oğlu Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında vediyi ifadəsinə uyğun ifadə vermiş və saxlanıldığı gün Əlini polis şöbəsinə ona zəng edilərək, telefon vasitəsi ilə çağırıldığını öz ifadəsində göstərsə də, həmin xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 0-55-827-83-57 nömrəyə daxil olan, eləcə də çıxan zəng və mesaj mətnlərinin izahları və zənglər zamanı həmin nömrələrin hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların "xxxx" MMC-dən Təqsirləndirilən şəxs saxlandığı günə münasibətdə götürülməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş xx.xx.2024-cü il tarixli "xxxx" MMCnin cavab məktubundan Təqsirləndirilən şəxs istifadəsində olan 0-55-827-83-57 saylı nömrənin sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmaması müəyyən edilməsi göstərilmişdir. Beləliklə Təqsirləndirilən şəxs saxlanıldığı tarixdə istifadəsində olan telefon nömrəsinə zənglərin daxil olmaması müəyyən edilmişdir. Göründüyü kimi şahid X7 məhkəmə iclasında belə ifadə verməklə Təqsirləndirilən şəxs məsuliyyətdən və cəzadan yayındırmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) bükümdə olan külli miqdarda narkotik vasitə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə olan heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən təmiz çəkisi 9,857 qram olmaqla, 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapmışdır. xx.xx.2023-cü il tarixli, 2921/K nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilabin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞin xx.xx.2023-cü il tarixli, xx/xx-9977 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs respublika narkoloji mərkəzdə stasionar müalicədə olmayıb, xx.xx.2022-ci il tarixdən dispanser qeydiyyatındadır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroinin ona aid olmamasını, ümumiyyətlə narkotik vasitədən heç vaxt istifadə etməməsini, həmin narkotik vasitə olan heroinin polis əməkdaşları tərəfindən ona verilməsini iddia etsə də, bununla inandırıcı məlumat verməmişdir. Yəni həmin narkotik vasitə olan heroinin kimin tərəfindən, hansı şəraitdə və nə vaxt ona verilməsini açıqlamamış, eləcə də qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də onun üzərindən təmiz çəkisi 9,857 qram olmaqla, 01 ədəd sellofan bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyanın olub-olmaması ilə bağlı sual verildikdə “bəli kakos var” deyərək cavablandırmış, tədqim edə bilərsinizmi sualına isə cavab olaraq o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitəni, daha sonra isə həmin şalvarın sağ yan cibindən mobil telefon və pul əsginaslarını çıxararaq masanın üzərində qoymuşdur. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin əşyanı könüllü şəkildə cibindən çıxarıb masanın üzərinə qoymasının heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən həqiqətən də 01 (bir) ədəd bükümdə külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroinin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, raportda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin satış məqsədi ilə əldə etməsi barədə əlavə məlumatlar əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamasının, onun narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şəxslərin, eləcə də narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmaması göstərilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində tutulanadək onun narkotik vasitə heroinin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddə əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən bir bükümdə külli miqdarda narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələr və psixotrop maddələrilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitləri və psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə saat 19:05-də ünvan 1 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Ucar Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 20:47-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 9,857 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə kollgiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroin satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Göstərilənlər nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroinin əldə etməsini və onun həmin maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitlərin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə kollegiyası ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmadıqda şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən edilməmişdir. Az ağır cinayət törətməyə görə məhkumluğu ödənilmədiyi müddət ərzində Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətməsi residiv təşkil etdiyindən və Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətdiyindən, məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri tam sübuta yetirildiyindən, cəzanı ağırlaşdıran hal kimi residiv mövcud olduğundan və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş sanksiya həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 08 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 9,807 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 9,807 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Əfəndizadə Hakimlər Bilal Məmmədov Xaliq Məmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar