Məhkəmə qərarları › İş №1(091)-61/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-61/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-61/2025 16.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxx 1988-ci ildə Qəbələ rayonunun Daşca kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Qəbələ rayonunun Daşca kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, yəni, quldurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə saat 08 radələrində özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə sifətinə tanınmaması üçün kustar üsulla kapron parçadan hazırladığı maskanı keçirib, əllərinə isə tibbi və təsərrüfat əlcəkləri geyinib Qəbələ rayonunun Zarağan kənd sakini Şahid1 həmin kənddə yerləşən evinin həyətinə hasarın üzərindən keçməklə, daha sonra isə evinə açıq olan giriş qapısından qanunsuz daxil olaraq qeyd olunan vaxt evdə tək olan sonuncunun arvadı Zərərçəkmiş şəxs basqın edib qolundan tutaraq üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi mətbəxt bıçağı ilə onu həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi, öldürəcəyi ilə hədələyib ondan pul və qızıl-zinət əşyaları tələb etməklə quldurluq cinayətini törətmiş, Zərərçəkmiş şəxs ona müqavimət göstərib sifətindəki maskanı çıxarmaq istəyərkən oradan qaçıb uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasının əmisinin qızıdır. O, usta kimi fəaliyyət göstərmiş, işləri az olduğu üçün maddi imkanı aşağı olmuş, habelə borcları yaranmışdır. Bu səbəbdən o, 05 dekabr 2023-cü il tarixdə gecə saatlarında evdə olan zaman Zərərçəkmiş şəxs və sonuncunun əri Şahid1 yaşadığı evə daxil olaraq oradan pul ələ keçirməyi düşünmüş və 06 dekabr 2023-cü il tarixdə səhər vaxtı həmin evə daxil olmağı qərarlaşdırmışdır. Adətən səhər vaxtı Şahid1 işdə, arvadı Zərərçəkmiş şəxs isə evdə olduğunu bildiyi üçün evə daxil olduqda onu görəcək şəxsdə qorxu yaratmaq və tanınmamaq məqsədilə sifətinə maska taxmış, habelə qorxu yaratmaq məqsədilə əlinə bıçaq almışdır. Evdə qarşısına hər hansı şəxs çıxmayacağı halda evi axtarıb pul və qızıl kimi qiymətli əşyaları oğurlamağı, qarşısına hər hansı şəxs çıxacağı halda isə bıçaqla qorxudub pul və qızıl kimi qiymətli əşyaları tələb edərək əldə etmək niyyətində olmuşdur. Həyət qapılarının bağlı ola biləcəyini düşünüb həyətə hasarın üzərindən tullanıb daxil olmağı planlaşdırmış, bu məqsədlə 06 dekabr 2023-cü il tarixdə səhər saat 06 radələrində yuxudan oyanıb evdə olan köhnə qadın kapronunu sifətinə taxmaq məqsədi ilə qayçı ilə kəsmiş, maskada göz yerlərini də xırda kəsərək açmış, kapronu bir qədər nazik olduğundan sifətinin görünə biləcəyindən ehtiyat etmiş və bu səbəbdən də üzərindən əlavə taxmaq üçün özünə məxsus qara rəngli tibbi maskanı, eləcə də qatlanmayan mətbəx bıçağını, habelə əlinə taxmaq üçün göy-qara rəngli iş əlcəyini və işdə bəzən istifadə etdiyi ağ rəngli rezin tibbi əlcəkləri də əynində olan şalvarın cibinə qoymuşdur. Daha sonra evi tərk edib piyada şəkildə hərəkət edərək təxminən saat 08 radələrində Şahid1 evinin qarşısına gəlmiş, kaprondan kəsib hazırladığı maskanı və qara rəngli tibbi maskanı sifətinə, göy-qara rəngli iş əlcəyini və rezin tibb əlcəkləri əllərinə taxmış, ardınca isə hasardan aşıb Şahid1 həyətinə daxil olmuşdur. Bıçağı cibindən çıxarıb sağ əli ilə bıçağın dəstəyindən tutmuş, evə tərəf hərəkət edib giriş qapısını açmış və bu zaman yüngül səs çıxdığı üçün Zərərçəkmiş şəxs çölə çıxmışdır. Daha sonra Zərərçəkmiş şəxs yaxınlaşıb qorxutmaq üçün bıçağı göstərərək öldürəcəyini demiş, daha sonra sol əli ilə sonuncunun sağ qolunun bilək hissəsindən tutmuş, pulları gətirməsini bildirmiş, lakin Zərərçəkmiş şəxs pulun olmadığını demiş və bundan sonra isə sonuncudan qızıl-zinət əşyalarını tələb edib-etməməsini xatırlamamışdır. Bu zaman Zərərçəkmiş şəxs digər əlini onun sifətinə tərəf istiqamətləndirərək maskanı çıxarmaq istəmiş, lakin o, baş nahiyəsini kənara tərəf hərəkət etdirdiyi üçün sonuncu maskanı çıxara bilməmişdir. Bundan sonra o, evi tərk etmək məqsədilə evin giriş qapısına tərəf getmiş, Zərərçəkmiş şəxs da onun arxası hərəkət ilə etmişdir. Qapı açılmadığı üçün Gülüzar Həsənovdan bu barədə soruşmuş, sonuncu isə qapının yanındakı düyməni sıxmağı məsləhət görmüşdür. Bundan sonra o, həmin düyməni sıxmış, qapı açılmış və bundan sonra o, evi tərk edib bıçağı əynində olan gödəkçənin cibinə qoymuş, daha sonra hərəkətə başlamış və bir müddət hərəkət etdikdən sonra əlindəki əlcəkləri və maskaları da çıxarıb cibinə qoymuşdur. Bir müddət hərəkət edib yorulduğu üçün istirahət etmək məqsədilə bir qədər dayanmış və təxminən 10-15 dəqiqə sonra uzaqdan Şahid1 yanında tanımadığı təxminən 3-4 nəfər şəxslə ona tərəf gəldiyini görmüşdür. Daha sonra Şahid1 ona yaxınlaşıb əli ilə onun sol cibində olan bıçağı götürmüş və yaşadığı evə daxil olmasının səbəbini soruşmuşdur. Bu zaman o, Şahid1 hər şeyi bildiyini düşünmüş və pula ehtiyacı olduğu üçün evə daxil olduğunu etiraf etmişdir. Daha sonra Şahid1 onu yaşadığı evə aparmış, bundan sonra sonuncu bu barədə polis orqanına məlumat vermiş və sonradan onu polis əməkdaşlarına təhvil vermişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisinin nəvəsi, Şahid1 isə onun əridir və sonuncu ilə birlikdə Qəbələ rayonunun Zarağan kəndində yaşayır. 06 dekabr 2023-cü il tarixdə saat 08 radələrində Şahid1 işə getmiş, o isə evdə tək qalmışdır. Evdə birinci mərtəbədə olan zaman evin giriş qapısının açılmasının səsini eşitmiş və kimin gəldiyini bilmək üçün otaqdan çıxdıqda sifətində qara rəngli tibbi maska və qara rəngli maska, əlində qara-göy rəngli əlcək, əlində isə bıçaq olan bir nəfər şəxsin ona tərəf gəldiyini görmüşdür. Daha sonra həmin şəxs ona çatıb sağ qolunun bilək hissəsindən tutaraq pulları gətirməsini tələb etmiş, lakin o, pulun olmadığını demişdir. Bundan sonra həmin şəxs qızıl-zinət əşyalarını gətirməsini tələb etmiş, lakin o, qızıl-zinət əşyalarının da olmadığını bildirmişdir. Bu zaman həmin şəxs bıçağı nümayiş etdirərək onu öldürəcəyini demiş, lakin ona qarşı zor tətbiq etməmişdir. Həmin vaxt o, həmin şəxsin sifətində olan qara rəngli maskanı çıxarmaq məqsədi ilə sol əlini qeyd olunan şəxsin sifətinə istiqamətləndirmiş, lakin qeyd olunan şəxs baş nahiyəsini arxaya tərəf hərəkət etdirdiyi üçün buna nail ola bilməmişdir. Bu zaman o, həmin şəxsin getmək istəmədiyini görüb evdə videomüşahidə kamerasının olması və kim olduğunun müəyyən olunacağı barədə yalan məlumat vermiş, bundan sonra isə həmin şəxs evin giriş qapısına tərəf getmiş və bu barədə heç kəsə heç nə deməməsini bildirmişdir. Şəxs qapını aça bilmədiyi üçün ondan bu barədə soruşmuş, o isə qapının yanındakı düyməni sıxmasını məsləhət görmüşdür. Bundan sonra şəxs həmin düyməni sıxmış, qapı açılmış və bundan sonra qeyd olunan şəxs evi tərk etmişdir. Bundan sonra o, Şahid1 zəng edərək bu barədə məlumat vermiş və bir müddət sonra sonuncu bir neçə nəfər şəxslə birlikdə oraya gəlmişdir. Bundan sonra Şahid1 həmin şəxslərlə birlikdə evə daxil olan şəxsi axtarmaq məqsədilə qeyd olunan yeri tərk etmişlər və bir müddət sonra Şahid1 qeyd olunan şəxslərlə birlikdə oraya gəlib evə daxil olan şəxsi yaxaladığını demişdir. O, avtomobilə yaxınlaşdıqda evə daxil olan şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır və sonuncu ilə birlikdə Qəbələ rayonunun Zarağan kəndində yaşayır, Təqsirləndirilən şəxs isə sonuncunun əmisinin nəvəsidir. 06 dekabr 2023-cü il tarixdə səhər vaxtı işə getmiş, Zərərçəkmiş şəxs isə evdə tək qalmışdır. Həmin tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs tərəfindən ona telefonla zəng olunmuş, lakin o, telefona cavab versə də sonuncunun danışmadığını görüb narahat olaraq dərhal onunla birlikdə ”Yeni market”də nəzarətçi işləyən Şahid2la birlikdə evə tərəf getmişdir. Yolda olarkən o, Zərərçəkmiş şəxs zəng edərək nə baş verdiyini soruşmuş, sonuncu isə tanımadığı şəxsin evə daxil olub bıçaqla onu öldürməklə hədələyib pul tələb etdiyini demişdir. Daha sonra o, hərəkətdə olan zaman Şahid10 piyada hərəkət etdiyini görmüş, sonuncudan orada hər hansı şəxsi görüb-görməməsini soruşmuş, sonuncu isə orada olan dəmir toru göstərib həmin yerdən sifətində maska olan bir nəfər şəxsin qaçaraq digər küçəyə keçdiyini demişdir. Daha sonra o, həmin küçəyə daxil olmuş, polis əməkdaşı Şahid5 zəng edərək bu barədə məlumat vermiş və sonuncudan köməklik etməsini xahiş etmişdir. Daha sonra o, küçədə Şahid9 görüb qaçaraq hərəkət edən şəxsi görüb-görmədiyini soruşmuş, sonuncu isə əkin sahəsinin kənarlarını göstərib həmin yer ilə sifətində maska olan bir nəfər şəxsin Qəbələ rayonunun Daşca kəndi istiqamətində qaçdığını demişdir. Bundan sonra evinin yanından keçən zaman Zərərçəkmiş şəxs görüb səhhətinin normal olduğunu bilmiş, daha sonra isə “Yeni market”də işləyən şəxslər də kömək məqsədilə oraya gəlmişlər. Bundan sonra o və Şahid2 ona məxsus olan avtomobilə, digər şəxslər isə başqa avtomobilə əyləşmişlər və həmin şəxsi tutmaq məqsədilə Şahid9 dediyi istiqamətdə yola düşmüşlər. Avtomobillə Qəbələ rayonunun Daşca kəndinin aşağı yoluna daxil olmuşlar və sahənin kənarlarına Şahid9 dediyi yerə çıxmışlar. Bu zaman bir nəfər şəxsin kolun arxası ilə yorulmuş vəziyyətdə ona tərəf gəldiyini görmüş və yaxınlaşdıqda qeyd olunan şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs təngnəfəs və çox yorğun olduğunu hiss etmiş və evə daxil olan şəxsin sonuncu olduğundan şübhələnmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin sol cibində açıq vəziyyətdə bıçağı görüb sonuncuya yaxınlaşıb qollarından tutmuş, evinə daxil olmasının səbəbini soruşmuş, sonuncu isə pis niyyətlə girmədiyini ona demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib əvvəlcə yaşadığı evə aparmış və Zərərçəkmiş şəxs evə daxil olan şəxsin Təqsirləndirilən şəxs olduğunu demişdir. Daha sonra isə Təqsirləndirilən şəxs və sonuncunun üzərindən aşkar olunmuş bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid1 işlədiyi “Yeni Market”in müdiridir. 06 dekabr 2023-cü il tarixdə saat təxminən 08 radələrində Şahid1la birlikdə işdə olan zaman sonuncuya zəng daxil olmuş, daha sonra isə sonuncu avtomobilə əyləşmiş və ona da avtomobilə əyləşməsini demişdir. O, avtomobilə əyləşdikdən sonra Şahid1 avtomobili evə tərəf idarə etmiş, bu zaman sonuncunun narahat olduğunu görüb bunun səbəbini soruşmuş, sonuncu isə evə bilmədiyi şəxsin bıçaqla daxil olduğunu demişdir. Avtomobil ilə hərəkətdə olan zaman Şahid1 tanımadığı şəxslərdən orada hər hansı şəxsi görüb-görmədiyini soruşmuş, daha sonra isə sonuncunun təklifi ilə polis əməkdaşı Şahid5 zəng edib bu barədə məlumat vermiş, habelə kömək üçün marketdə işləyən Şahid3 və Şahid4 çağırmışdır. Yol ilə hərəkətdə olan zaman Şahid1 soruşduğu şəxslərin demələrinə əsasən Qəbələ rayonunun Daşca kəndi ilə həmin rayonun Zarağan kəndinin sərhədində olan əkin sahəsinin kənarına yaxınlaşmışlar. Orada olan zaman Təqsirləndirilən şəxs əkin sahəsinin kənarı ilə hərəkət etdiyini görüb yaxınlaşmışlar, bu zaman Şahid1 Təqsirləndirilən şəxs tanımış və sonuncunun əynində olan qara rəngli gödəkçənin xatırlamadığı cibində bir ədəd açıq vəziyyətdə bıçağın olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs Şahid1 evə pis niyyətlə daxil olmadığını demiş, daha sonra isə Şahid1 Təqsirləndirilən şəxs cibindən bir ədəd bıçağı götürmüşdür. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib əvvəlcə yaşadığı evə aparmış və Zərərçəkmiş şəxs evə daxil olan şəxsin Təqsirləndirilən şəxs olduğunu demişdir. Daha sonra isə Şahid1 Təqsirləndirilən şəxs və sonuncunun üzərindən aşkar olunmuş bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid2la eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı, Təqsirləndirilən şəxs isə onun əmisinin nəvəsidir. 06 dekabr 2023-cü il tarixdə saat 09 radələrində Şahid1 ona mobil telefonla zəng edərək evə basqın olduğunu, bilmədiyi şəxsin evə daxil olmasını və dərhal evə getməsini demişdir. Həmin vaxt bacısı Zərərçəkmiş şəxs da ona zəng edərək şəxsin evə daxil olub onu bıçaqla hədələyib pul istəyərək qaçdığını demiş, o da dərhal həmin evə getmişdir. Orada olan zaman Zərərçəkmiş şəxs deməsinə əsasən sifətində maska olan şəxsin evə daxil olub əlində bıçaqla öldürməklə hədələyərək pul və qızıl-zinət əşyalarını tələb etməsi, vermədikdə isə həmin şəxsin qaçaraq çıxıb getməsi ona məlum olmuşdur. Bir qədər sonra Şahid1 idarə etdiyi avtomobillə oraya gəlmiş, avtomobildən sonuncu, habelə “Yeni Market”də işləyən şəxslər düşmüşlər. Bu zaman Şahid1 həyətə daxil olan şəxsi tutduğunu demiş və bu zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Bundan sonra isə Şahid1 Təqsirləndirilən şəxs polis əməkdaşlarına təhvil verəcəyini demiş və avtomobillə həmin yeri tərk edib getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 tanımışdır. 06 dekabr 2023-cü il tarixdə saat təxminən 08 radələrində Şahid2 mobil telefonla ona zəng edərək Şahid1 evinə bıçaqla bir nəfər şəxsin hücum etdiyini demiş, o, bu barədə Şahid1 zəng edib soruşduqda sonuncu bunu təsdiq edərək həmin şəxsin arxası ilə getdiyini, kömək lazım olduğunu bildirmiş və yaşadığı ev istiqamətində hərəkət etməsini xahiş etmişdir. Bundan sonra o, idarə etdiyi avtomobillə Qəbələ rayonunun Zarağan kəndi istqamətində hərəkətə başlamış və yolda olarkən həmin kənddə post-patrul xidmətinin əməkdaşları Şahid6 və Şahid7 bu barədə məlumat verərək kömək lazım olduğunu bildirmişdir. Bir müddət sonra Şahid1 ona zəng edərək şəxsi saxladığını, “Okean” şadlıq sarayının qarşısına gətirəcəyini demiş və ona həmin yerə gəlməsini təklif etmişdir. Bundan sonra o, bu barədə adları qeyd olunan polis əməkdaşlarına məlumat vermiş, həmin yerə getmiş və oraya çatdıqda polis əməkdaşlarının orada olduğunu görmüşdür. Təxminən 2-3 dəqiqə sonra Şahid1 idarə etdiyi avtomobillə oraya yaxınlaşmış və Təqsirləndirilən şəxs işarə edərək evə bıçaqla hücum edərək arvadından pul tələb edən şəxsin həmin şəxs olduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs səhv etdiyini və maddi ehtiyacının olması səbəbindən qeyd olunan cinayəti törətdiyini etiraf etmişdir. Bu zaman Şahid1 ona bir ədəd bıçağı vermiş, həmin bıçağı Təqsirləndirilən şəxs saxlayan zaman üzərindən götürdüyünü və sonuncunun qeyd olunan bıçaqla evinə hücum etdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs post-patrul xidmətinin “Fiat Doblo” markalı avtomobilinə əyləşdirmişlər, avtomobil Qəbələ Rayon Polis Şöbəsi istiqamətində hərəkətə başlamış, o da idarə etdiyi avtomobillə həmin polis şöbəsinə getmişdir. Orada olan zaman polis əməkdaşları Şahid6 və Şahid7 Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin cibindən 01 cüt qara-göy rəngli təsərrüfat əlcəyini, 01 cüt tibbi əlcəyi, 01 ədəd qara rəngli tibbi maskanı, 01 ədəd kəsilib düzəlmiş maskanı, 04 ədəd bantı və 01 ədəd qara rəngli idman papağını aşkar edərək götürdüklərini bildirmişlər və o, həmin əşyaları təhvil almışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs və üzərindən aşkar edilmiş qeyd olunan əşyaları növbətçi hissəyə təhvil vermiş və bununla bağlı raportla rəhbərliyə məruzə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid7 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid5 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid1 onun qonşusudur, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Onun adı Qalib olsa da kənddə ləqəb olaraq Zaur deyə müraciət etmişlər. 06 dekabr 2023-cü il tarixdə saat təxminən 08 radələrində azyaşlı övladını piyada məktəbə aparan zaman oradakı kənarları şiferlə bağlı olan bir torpaq sahəsindən qarşısına təxminən 5 metr məsafəyə bir nəfər tullanmış, daha sonra isə həmin şəxs oradakı digər torpaq sahələrinin hasarlarından tullanaraq keçib əkin tərəfə qaçmağa başlamışdır. Həmin şəxsin əllərində əlcək, sifətində isə maska olmuşdur. Bu zaman Şahid1 idarə etdiyi avtomobillə həmin yolda bir qədər yüksək sürətlə hərəkət etdiyini görmüş, sonuncunun həmin şəxsi axtardığını hiss etmiş və Şahid1 görən kimi əli ilə qeyd olunan şəxsin qaçdığı yeri işarə etmişdir. Şahid1 da həmin küçə ilə hərəkət etmiş, lakin küçənin yuxarı hissəsi bağlı olduğundan digər küçəyə keçə və qeyd olunan şəxsin arxası ilə hərəkət edə bilməmişdir. Daha sonra Şahid1 qayıdıb gəldikdə sonuncudan nə baş verdiyini soruşmuş, Şahid1 isə həmin qaçan şəxsin onun həyətinə daxil olduğunu demişdir. Daha sonra Şahid1 həmin şəxsin qaçdığı yeri göstərmiş, sonuncuya qeyd olunan şəxsin arxası ilə gedə biləcəyi digər küçəni işarə etmiş və sonuncu əkin sahələrinin kənarına, oradakı gölə tərəf uzanan təsvir olunan yolla hərəkətə başlamışdır. Təxminən 2-3 gün sonra kənddə gedən söz-söhbətlərə əsasən Şahid1 evinə daxil olan şəxsin Təqsirləndirilən şəxs olması, sonuncunun Şahid1 evinə bıçaqla daxil olaraq arvadından pul tələb etməsi, onun gördüyü və qaçan şəxsin Təqsirləndirilən şəxs olması və sonuncunu Şahid1 yaxalayaraq polis əməkdaşlarına təhvil verməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid1 onun qonşusudur, Təqsirləndirilən şəxs isə Qəbələ rayonunun Daşca kənd sakini kimi tanımışdır. 06 dekabr 2023-cü il tarixdə saat təxminən 08 radələrində azyaşlı övladını piyada məktəbə aparan zaman təxminən 5-6 metr məsafədən yanından qaçan şəxsin ayaq səsinə çevrildikdə bir nəfər qara gödəkçəli və sifətində qara maska olan şəxsin qaçaraq asfalt örtüklü yol istiqamətində hərəkət etdiyini görmüş, həmin şəxs arxasından gəlib qaçaraq onu ötüb keçmiş və qaçaraq magistral yola tərəf gedib yolun sağındakı kənarları kollu məftilli, daha sonra isə dəmir lövhəli hasarın üzərinə çıxaraq başqa torpaq sahəsinə keçib gözdən itmişdir. Təxminən 1-2 dəqiqə sonra Şahid1 idarə etdiyi avtomobillə magistral yol tərəfdən gəldiyini görmüş, sonuncu ona çataraq burada hər hansı şəxsi görüb-görmədiyini soruşmuş, o isə əynində qara gödəkçə, sifətində isə qara maska olan bir nəfər şəxsin qonşu əraziyə keçdiyini Şahid1 demişdir. O, Şahid1 həmin şəxsi axtardığını bilmiş, sonuncuya qeyd olunan şəxsin qaçıb getdiyi istiqaməti göstərmiş, sonuncu onun dediyi istiqamətdə hərəkət başlamış və asfalt örtüklü yola çatmağa az məsafə qalmış Şahid1 qayıtdığını görmüşdür. O, Şahid1 nə baş verdiyini soruşmuş, sonuncu isə qaçan şəxsin onun evinə daxil olduğunu, arvadını bıçaqla hədələyərək pul istədiyini bildirmiş və daha sonra isə avtomobillə həmin yeri tərk edib getmişdir. Həmin tarixdə kənddə gedən söz-söhbətlərə əsasən Şahid1 evinə daxil olan şəxsin Təqsirləndirilən şəxs olması, sonuncunun Şahid1 evinə bıçaqla daxil olub arvadından pul tələb etməsi, qeyd olunan tarixdə qarşısı ilə qaçan şəxsin Təqsirləndirilən şəxs olması və Şahid1 onun dediyi yolla hərəkət edərək Təqsirləndirilən şəxs saxlayıb polis əməkdaşlarına təhvil verməsi ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 dekabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Şahid1 evinə daxil olaraq sonuncunun arvadı Zərərçəkmiş şəxs bıçaqla hədələyib pul və qızıl-zinət əşyalarını tələb etməsi, daha sonra Şahid1 Təqsirləndirilən şəxs yaxalayaraq, sonuncunu və üzərində olan bir ədəd bıçağı Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verməsi, sonuncunun həmin polis şöbəsinə gətirilməsi və üzərindən 01 cüt qara-göy rəngli təsərrüfat əlcəyinin, 01 cüt tibbi əlcəyin, 01 ədəd qara rəngli tibbi maskanın, 01 ədəd kəsilib düzəlmiş maskanın, 04 ədəd bantın və 01 ədəd qara rəngli idman papağının aşkar olunması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Şahid1 tərəfindən Qəbələ Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 06 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08 radələrində onun yaşadığı evə daxil olması və arvadı Zərərçəkmiş şəxs gördükdə qeyd olunan yeri tərk etməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyalara baxış keçirilməsi haqqında 06 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bıçağa, 04 ədəd banta, 01 cüt rezin tibb əlcəyinə, 01 cüt təsərrüfat əlcəyinə, 01 ədəd tibbi maskaya, 01 ədəd qara rəngli maskaya və 01 ədəd papağa baxış keçirilmişdir. 01 ədəd tibbi maska bayır hissədən qara, daxildən isə ağdır, 01 ədəd bıçaq tiyə və dəstək hissələrdən ibarətdir, ümumi uzunluğu 245 mm-dir. Tiyənin üzərində “HEPЖ6666” sözləri yazılmışdır. Dəstək qara və gümüşü, tiyə isə gümüşü rənglidir. 01 cüt təsərrüfat əlcəyi bilək hissədən göy, barmaq hissələrdən isə qara rənglidir. 01 ədəd papaq qara rəngli olub idman papağıdır. 01 ədəd qara rəngli maska parça materialdan hazırlanmışdır, iki ədəd göz hissə üçün kəsiklər vardır. 04 ədəd bant isə ağ rəglidir, bir dəfə istifadə etmək üçün nəzərdə tutulmuşdur, kilidləndikdən sonra ancaq kəsməklə açılması mümkündür. 01 cüt tibbi əlcək isə ağ rənglidir, rezin materialdandır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 06 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Qəbələ rayonunun Zarağan kəndində yerləşən Şahid1 məxsus olan fərdi yaşayış evidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin evdə olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb sağ qolunun bilək hissəsindən tutaraq pulları gətirməsini tələb etdiyini, lakin pulunun olmadığını dediyini, bundan sonra həmin şəxsin qızıl-zinət əşyalarını gətirməsini tələb etdiyini, lakin qızıl-zinət əşyalarının da olmadığını bildirdiyini, bu zaman həmin şəxsin bıçağı nümayiş etdirərək onu öldürəcəyini dediyini, lakin ona qarşı zor tətbiq etmədiyini, həmin şəxsin sifətində olan qara rəngli maskanı çıxarmaq məqsədi ilə sol əlini qeyd olunan şəxsin sifətinə istiqamətləndirdiyini, ancaq qeyd olunan şəxs baş nahiyəsini arxaya tərəf hərəkət etdirdiyi üçün buna nail ola bilmədiyini və sonradan qeyd olunan şəxsin evi tərk edib getdiyini bildirmişdir. Baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 08 dekabr 2023-cü il tarixli 667 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 22 dekabr 2023-cü il tarixli 3-16-16/2-3/2162 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının 15 yanvar 2024-cü il tarixli 24/110 nömrəli rəyindən görünür ki, 01 (bir) ədəd kustar üsulla hazırlanmış qara rəngli maska, 01 (bir) cüt rezin tibbi əlcək, 01 (bir) cüt təsərrüfat əlcəyi, 01 (bir) ədəd qara rəngli papaq və 01 (bir) ədəd qara rəngli tibbi maskanın üzərində müqayisəli tədqiqat üçün kifayət qədər yararlı bioloji materiallar mövcuddur. 01 (bir) ədəd kustar üsulla hazırlanmış qara rəngli maska, 01 (bir) ədəd qara rəngli papaq və 01 (bir) ədəd qara rəngli tibbi maskanın üzərində mövcud olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs (xx xxxxx 1988-ci ildə Qəbələ rayonunda doğulmuş) məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). 01 (bir) ədəd tibbi rezin əlcəyin üzərində və 01 (bir) cüt təsərrüfat əlcəyinin sol tayının bilək hissəsində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunəsidir və həmin qan ləkələri Təqsirləndirilən şəxs (xx xxxxx 1988-ci ildə Qəbələ rayonunda doğulmuş) məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Tədqiqata təqdim edilmiş 01 (bir) cüt tibbi rezin əlcəyin və 01 (bir) cüt təsərrüfat əlcəyinin üzərində Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli materiallarla yanaşı naməlum şəxsə məxsus bioloji mənşəli materiallar da mövcuddur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 18 iyul 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini tək törətməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 181.2.1, 181.2.4, 181.3.2, 181.3.3, 181.4 və 228.4cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 nömrəli Qərarının (bundan sonra – Qərar) 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Bu Qərarın 7-ci bəndinə əsasən, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Bu Qərarın 18-ci bəndinə əsasən, əgər şəxs CM-in müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Bu Qərarın 19-cu bəndinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bu Qərarın 20-ci bəndinə əsasən, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bu Qərarın 21-ci bəndinə əsasən, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-in 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Bu Qərarın 23-cü bəndinə əsasən, CM-in 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları-cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Özgə əmlakının talanması gedişində zərərçəkmişin zorakılıqla azadlığı məhdudlaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Bu Qərarın 25-ci bəndinə əsasən, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsləsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, yəni, quldurluq cinayətini törətmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “sol bazu nahiyəsinin iç səthinin yuxarı 1/3də, sağ bud nahiyəsinin ön səthində qançır izi, başın ənsə nahiyəsində 01 ədəd, belin onurğa nahiyəsində cərrahiyyə əməliyyatından sonrakı, sol ayağın pəncə və topuq nahiyələrində şişkinlik” xəsarətləri aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin xəsarətlərin həbs edilməmişdən əvvəl qıcolma zamanı yarandığını demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 12 yanvar 2024-cü il tarixli 946/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində “döş və bel fəqərələrinin sınığı ilə əlaqədar aşağı ətraf funksiyasının pozulması” diaqnozu ilə, 06 dekabr 2023-cü il tarixdə öz ehtiyatsızlığından Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında olan pilləkənlərdən yıxılması nəticəsində əmələ gələ bilən və ümumi əmək qabiliyyətinin 1/3dən çox hissəsinin itirilməsi əlamətinə görə dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin xəsarətlərlə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xəsarətlərin Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasında olarkən epilepsiya tutması səbəbindən pilləkənlərdən yerə yıxılması nəticəsində yarandığını qeyd etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər hər hansı şəxs tərəfindən yetirilməmiş və qeyd olunan xəsarətlər öz ehtiyatsızlığı nəticəsində yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sol bazu nahiyəsinin iç səthinin yuxarı 1/3-də, sağ bud nahiyəsinin ön səthində qançır izi, başın ənsə nahiyəsində 01 ədəd, belin onurğa nahiyəsində cərrahiyyə əməliyyatından sonrakı, sol ayağın pəncə və topuq nahiyələrində şişkinlik” və “döş və bel fəqərələrinin sınığı ilə əlaqədar aşağı ətraf funksiyasının pozulması” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 05 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonunun Daşca kəndində yaşamışdır, 12 iyul 2012-ci ildə doğulmuş Aydın Məmmədli və 30 noyabr 2023-cü ildə doğulmuş Aylin Məmmədli onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Qəbələ rayonunun Zarağan kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə CM-in 59.1.12ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 181.2.3 və 181.2.5-ci maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qərarı ləğv edilmiş, əvvəli 08 iyul 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbs edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun həbsə alındığı 08 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 may 2024-cü il tarixli 848 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 20 dekabr 2023cü il tarixli 18-1-52/2-2091/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 fevral 2024-cü il tarixli 110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli-gerilik və sair psixi xəstəlik keçirməmişdir. O, psixi xəstəlik keçirmədiyindən onun məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. O, cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 20 dekabr 2023cü il tarixli 18-1-52/2-2091/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Psixiatrik kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma və saxlama haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş 04 ədəd bant, 01 cüt rezin tibb əlcəyi, 01 cüt təsərrüfat əlcəyi, 01 ədəd tibbi maska, 01 ədəd kapron parçadan hazırlanmış maska və 01 ədəd idman papağı və Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman istifadə etdiyi, cinayətin aləti olan bir ədəd bıçaq həmin tarixdə maddi sübut qismində tanınmış və Qəbələ Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş 04 ədəd bant, 01 cüt rezin tibb əlcəyi, 01 cüt təsərrüfat əlcəyi, 01 ədəd tibbi maska, 01 ədəd kapron parçadan hazırlanmış maska və 01 ədəd idman papağı və Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman istifadə etdiyi, cinayətin aləti olan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 08 iyul 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş 04 ədəd bant, 01 cüt rezin tibb əlcəyi, 01 cüt təsərrüfat əlcəyi, 01 ədəd tibbi maska, 01 ədəd kapron parçadan hazırlanmış maska və 01 ədəd idman papağı və Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman istifadə etdiyi, cinayətin aləti olan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar