Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-62/2021 15.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X11, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid2, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi Zalıyev Mail İsmayıl oğlunın iştirakı ilə xx xxxxxx 1991-ci ildə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Biləcəri qəsəbəsi, DSK yolu, mədən 1, yeni evlərdə kirayədə faktiki yaşamış, xx xxxx 2019-cu ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respukblikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu ildə saat 00 radələrində bacısı oğlu Nazim Hüseynovun xx xxxx 2019-cu il tarixə planlaşdırılan sünnət mərasimində iştirak etmək məqsədi ilə valideynləri, bibisi oğlanları- Şahid7 və X12 ilə Bakı şəhərindən yeznəsi X3 yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəlmişdir. Orada olarkən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Nicat Hüseynovla onun və atası Şahid1 arasında Nicatın onların ünvanına nalayiq ifadələr işlətdiyinə görə baş vermiş mübahisədən yayınmaq məqsədilə ailə üzvləri ilə birlikdə əmisi arvadı Şahid5 yaşadığı Yevlax rayonu, Malbinəsi kəndində yerləşən evinə getmişdir. Bundan sonra N.N.Hüseynov yeznəsi Şahid4 təkidi ilə onlarla barışmaq məqsədilə xx xxxx 2019-cu ildə saat 02 radələrində sonuncu ilə birlikdə taksi ilə Yevlax rayonun, Malbinəsi kəndinə gəlmiş, Nicat Hüseynov sərxoş vəziyyətdə əlində olan boş pivə şüşəsini silah qismində istifadə etməklə həmin vaxt küçədə olan atası Şahid1 üz nahiyəsinə qəflətən vurmaqla ona “sağ qaşın bayır bucağının və almacıq nahiyəsinin bir ədəd əzilmiş yarası” ilə müşaiyət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etməsi nəticəsində yaranmış səs-küyü eşidib küçəyə çıxıb Nicat Hüseynovu sakitləşdirmək istəyərkən sonuncu əlində olan pivə şüşəsi ilə onun da bədəninin müxtəlif nahiyələrinə vuraraq ona “sol əlinin arxa səthinin, sol saidin orta 1/3-nin arxa səthinin, sağ baldır nahiyəsinin, sağ ayaq pəncəsinin üst səthinin, sağ ənsə nahiyəsinin sıyrıqları” ilə nəticələnən sağlamlığa zərər vurmayan və əlamətinə görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmisdir. Bundan hiddətlənərək Nicat Hüseynovdan qisas alıb onu öldürmək qərarına gəlmiş və bu məqsədlə geri qayıdıb Şahid5 yaşadığı evin darvazasından həyətə daxil olaraq evin giriş qapısının yaxınlığındakı daşın üzərində olan bir tərəfi (küpü) küt, digər tərəfi kəsici-itilənmiş, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək geri qayıdıb Nicat Hüseynovun üzərinə hücum edərək öldürmək məqsədi ilə bıçaqla bir dəfə qarın nahiyəsindən qəsdən zərbə endirərək ona “qara ciyərin zədələnməsi, kəskin qan itirmə ilə nəticələnən qarınüstü nahiyənin sağ iç hissəsinin daxilə keçən deşilmiş-kəsilmiş yarası” ilə müşayiət olunan yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə X6 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2019cu ildə bacısı Hüseynova (Qulubəyli) Səkinə Ramazan qızının oğlu X1 toyunda iştirak etmək məqsədilə ailə üzvləri-atası Şahid1, anası Şahid2, bibisı oğulları Şahid7 və Qulu Ələsdi ilə Yevlax şəhərinə getmişlər. Bacısının əri Nicat onun yeznəsi olmaqla bərabər, həm də əmisi oğludur. Nicat həmin vaxt içkili olmuşdur. Nicat ilk əvvəl ona sataşmış, o da Nicatın içkili olduğunu görüb onun yanından uzaqlaşmışdır. Sonra Nicat bibisi oğlu Şöhrətlə zarafat etməyə başlamış, Şöhrət də ona “ayıbdır, camaat var” deyə cavab vermişdir, bundan sonra Nicat Şöhrətə qarşı nalayiq ifadələr işlətmişdir. Ailəsi ilə Yevlax rayonu Malbinəsində yerləşən bibisi Şahid5 yaşadığı evə gəlmişlər. Yolda olarkən Nicat Ramazana zəng edərək yenə də onun anasına və var-yoxuna qarşı nalayiq ifadələr işlətmişdir. Buna baxmayaraq onlar buna məhəl qoymayıb kəndə getmişlər. xx xxxx 2019cu ildə saat 01 radələrində Yasinlə görüşmək üçün atası Ramazan darvazadan çölə çıxmışdır. Həyətdə olarkən çöldə səs eşitmiş və darvazadan çölə çıxmışdır. Saat 02 radələrində Nicatın yeznəsi Fuadın atası Ramazanın qoluna girib Yasingilin evinin darvazasının qarşısında dayanan yük maşınının arxasına tərəf apardığını görmüş, Nicat yük maşınının arxasından çıxıb əlindəki boş “Kuller” butulkası ilə atası Ramazanın sifətinin sağ hissəsindən vurmuşdur. Bunu görəndən sonra qonaq gəldikləri evin darvazasından içəri girib orada daşın üzərində olan dəstəyi qara rəngli, tiyəsi gümüşü rəngli bıçağı götürüb yenidən çölə çıxmışdır. Ramazanla Nicatı aralamaq istəyərkən qəfildən Nicat əlindəki həmin boş butulka ilə onun başına vurmuş, butulka qırılmış, həmin vaxt sol əlinin üzəri də kəsilmiş, yerə yıxılmışdır. Nicat yenə ona qarşı nalayiq ifadələr işlətməkdə davam etmişdir. Yerdən qalxaraq sağ əlində, arxasında gizlətdiyi bıçağı sağ yan tərəfində tutmuş, həmin vaxt Nicat əlindəki qırıq pivə butulkası ilə üstünə gəlmişdir. Sağ əlində olan bıçağı irəli vermiş, həmin bıçağın əmisi oğlu Nicat Hüseynova dəydiyini hiss etmişdir. Özünü və atası Şahid1 müdafiə etmək üçün Nicatı öldürmüşdür, əgər Nicatı vurmasaydı, Nicat onları öldürəcəkdi. Bundan sonra evə tərəf getmiş, darvazanın ağzında yıxılmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu ildə nəvəsi Nazimin kiçik toy mərasimi planlaşdırılmışdır. xx xxxx 2019-cu ildə isə yaşadıqları evdə ciyər axşamı olmuşdur. Qudaları- Şahid1 və arvadı Nətavan, oğlu Murad və onun baldızı oğlu Şöhrət Bakı şəhərindən nəvəsi Nazimin edilməsi planlaşdırılan sünnət mərasimi ilə əlaqədar qonaq gəlmişlər. Ramazangil getmişlər. Bir az sonra Nicat onların arxasınca getmişdir. Sonra eşitmişdir ki, Murad Nicatı bıçaqla vuraraq öldürmüşdür. Ondan şikayətçidir. Muradla, onun ailəsi ilə barışmamışdır. Şahid X10 məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə nəvəsi Nazimin xx xxxx 2019-cu il tarixə planlaşdırılan kiçik toyunda iştirak etmək məqsədilə ailə üzvləri-arvadı Şahid2, oğlu Təqsirləndirilən şəxs, bacısı oğulları Şahid7 və Qulu Ələsdi ilə Yevlax şəhərinə getmişlər. Kürəkəni və qardaşı oğlu olanNicat içkili olmuşdur. Nicat ilk əvvəl oğlu Murada sataşmış, Şöhrətlə zarafatlaşmış, Şöhrət də ona “ayıbdır, camaat var” deyə cavab vermiş, bundan sonra Nicat Şöhrətə qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Şöhrət buna baxmayaraq ona məhəl verməmişdir. Nicatın içkili olduğunu bildikdən sonra arvadı Nətavan onlara Malbinəsi kəndinə getməli və sabah məclisdə görüşməli olduqlarını demişdir. Onlar Nicatgilin evindən çıxıb Yevlax rayonu Malbinəsi kəndində yerləşən və gəlinləri Şahid5 yaşadığı evə getmək üçün yola düşmüşlər. Yolda olarkən Nicat ona zəng etmiş, yenə də arvadına və var-yoxuna qarşı nalayiq ifadələr işlətmişdir. Buna baxmayaraq onlar buna məhəl qoymayıb kəndə getmişlər. Saat 02 radələrində qonşuluqda yaşayan Yasin ilə görüşmək üçün darvazadan çölə çıxmış və Yasinlə görüşmüşdür. Bu vaxt Nicatın yeznəsi Fuad gələrək onun qoluna girmişdir. Fuaddan içkili vəziyyətdə nə üçün kəndə gəldiklərini soruşmuş, Fuad da heç bir problemin olmadığını, onunla söhbət edəcəyini demiş və Yasingilin evinin darvazasının qarşısında dayanan yük maşınının ön tərəfinə tərəf onu aparmışdır. Nicat yük maşınının qarşısından çıxıb əlindəki boş “Kuller” butulkası ilə onun sifətinin sağ hissəsindən vurmuş, geri çəkilərkən yerə yıxılmışdır. Murad onu qucaqlamış və “atam öldü” deyə qışqırmışdır. Yasinin oğlu Hümbətlə Şəkər onu orada olan arxın yanına aparmış və üzünə su vurmuşlar. Fuada yaxınlaşmış və ona 2 sillə vurmuşdur. Fuaddan nə üçün Nicatı kəndə gətirdiyini soruşmuş, Fuad da Nicatı barışıq üçün gətirdiyini demiş, o da bunu səhər edə biləcəklərini, niyə Nicatı içkili gətirdiyini soruşmuş, bu vaxt Nicat həmin butulka ilə Muradın başına vuraraq qaçmışdır. Fuad da Nicatla birlikdə gəldikləri ağ rəngli “VAZ 2107” markalı minik avtomobilinə minib getmişlər. Muradın Nicatı harda, necə və neçə bıçaq zərbəsi vurduğunu görməmişdir. Şahidlər Şahid2 və Şahid7 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Şahid Şahid5 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu ildə saat 01 radələrində qaynı, həm də xalası oğlu Ramazan öz ailəsi ilə birlikdə onlara gəlmişlər. Ramazan Yasin ilə görüşmək üçün darvazadan çölə çıxmışdır. Digər qonaqlarla həyətdə oturmuşlar. Çöldə səs eşitmiş, bu vaxt Murad çölə çıxmış, təxminən 5-10 dəqiqə sonra o da Nətavanla birlikdə darvazadan çölə çıxmışdır. Həmin vaxt gecə saat 02 radələrində Ramazanın üzünün qanın içində olduğunu görmüş, Ramazanın Fuada belə barışığa gətirirsən dediyini eşitmişdir. Ramazandan “nə baş verdiyini” soruşmuş, Ramazan da Fuadın onun qolundan tutaraq onları Nicatla barışdırmaq üçün gəldiyini dediyini, həmin vaxt Nicatın butulka ilə onu vurduğunu bildirmişdir. Nicatı ağ rəngli maşının yanında, daha sonra isə oturduğunu görmüşdür. O da maşına tərəf getmiş, etdiyi hərəkətin ayıb olduğunu bildirmişdir. Nicat həmin vaxt ona “sən də başımı şey eləmə” demiş, davamını gətirməmişdir. Nicatın köynəyinin ön hissəsi-qarın hissəsi qanlı olmuş, bu vaxt o, sürücüyə nə üçün durduğunu, Nicatı aparmağı tələb etmişdir. Taksi sürücüsü maşını sürmüş və Nicatgil getmişlər. O da Ramazangili həyətə salmış, orada Ramazanın üzündən axan qanı yumuşdur. Murada isə anası baxmışdır. Evin girişinin sol tərəfində yerdə dəstəyi qara rəngli bıçağı görmüş, həmin vaxt onu da götürüb yumuş və evə qoymuşdur. Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, saat 24 radələrində Nicatın həm əmisi, həm də qayınatası olan Şahid1 ailə üzvləri ilə birlikdə həmin evə gəlmişdir. Nicat həmin vaxt sərxoş olmuşdur. Nicatın Şöhrətlə zarafat etdiyini görmüşdür. Həmin vaxt Nicat Şöhrətin boynunu sıxmış və ona qarşı nalayiq ifadələr işlətmişdir. Şöhrət isə onun sərxoş olduğunu görüb bir söz deməmiş və çölə çıxmışdır. Bu vaxt səs-küy gəlmiş, Nicatla Ramazan və Murad arasında söyüş söyüldüyünü eşitmiş, amma söyüşün kimin tərəfindən edildiyini görməmişdir. Bir neçə dəqiqə sonra Ramazan öz ailə üzvləri ilə birlikdə Nicatgildən getmişdir. Nicat öz telefonu ilə qayınatası və qayınanasına zəng etmiş, lakin onun telefonunu açmamışlar, sonra onun telefonu ilə zəng etmiş, Ramazan telefonu açandan sonra Nicat onlara qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Nicata Ramazangilin onun yaxın qohumları olduğunu, sabah məclisə gəlməyəcəklərini bildirmiş, Nicat da onları məclisə qoymayacağını demişdir. Bir müddət sonra Nicat sakitləşmişdir. Arvadı Fəxriyyə və qayınanası Bahar Nicatı sakitləşdirmişlər. Təxminən 20 dəqiqə sonra Nicat Tofiq adlı taksi sürücüsünə zəng edərək qapıya gəlməsini xahiş etmişdir. Nicat onlara düz dediklərini, sabah məclisin olduğunu, gedib üzr istəyəcəyini bildirmiş, onlar da Nicata kəndə getməməsini, sabah toyda Ramazangili görəcəyini, buna görə də zəng edərək üzrxahlıq etməsini bildirmişlər. Buna baxmayaraq Nicat onlarla razılaşmamış, getməkdə israr etmişdir. Taksi sürücüsü də həmin vaxt gəlmişdi. Nicat əvvəlcə tək getmək istəmiş, lakin Baharın təkidi ilə o da Nicatla getməli olmuşdur. Yolda olarkən Nicat taksini marketin yanında saxlatmış və Nicat maşından düşüb “Everest” mağazasından pivə, “Bizon” və “Hell” enerji içkisini almışdır. Pivəni içəndən sonra butulkanı atmamış, yanında saxlamışdır. Onlar Malbinəsi kəndinə getmişlər. Saat 02 radələrində Ramazana yaxınlaşaraq qoluna girmiş və bir az söhbət etmək istədiyini bildirmiş, həmin vaxt qəflətən Nicat butulka ilə Ramazanı vurduğunu görmüş, həmin butulka ona da dəymişdir. Bundan sonra o, özünü itirmiş, Ramazan yerə yıxılmışdır. Ramazan ayağa qalxandan sonra ona 2 yumruq vurmuşdur. Maşına tərəf qaçmış, həmin vaxt Muradı orada görməmişdir. Nicatdan maşına oturmasını və getməli olduqlarını tələb etmiş, Nicat da qaça-qaça maşına tərəf gəlmişdir. Onlar maşına oturduqdan sonra sürücü maşını işə salmaq istəyərkən Ramazan sürücüyə yumruqla vurmuş, sürücü qorxusundan maşından düşüb qaçmışdır. Ramazan ona bir neçə yumruq da maşında oturduğu vaxt vurmuşdur. Nicat maşından düşmüşdür. Muradla Nicat dava etmişlər. Muradın bıçaqla Nicatı harada və necə vurduğunu da görməmişdir. Bir neçə dəqiqə sonra qadınlar “Nicata nəsə olub” deyə qışqırmağa başlamışlar. Onlar şoferi çağırmış, şofer də gəlmiş, qadınlar Ramazanla Muradın qarşısını onlara tərəf gəlməsin deyə kəsmişlər. Tofiqlə Nicatı maşına mindirmiş və Yevlax RMX-ya aparmışlar. Şahid6 məhkəmədə Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu ildə saat 01 radələrində Nicat ona zəng etmiş,onun xahişi ilə yaşadığı evin yaxınlığındakı küçəyə gəlmişdir. Fuad və Nicatı Malbinəsi kəndinə aparmışdır. Yolda Nicat maşından düşüb “Everest” mağazasından Fuada pivə, ona “Bizon”, özünə isə “Hell” enerji içkisi almışdır. Saat 02 radələri olmuşdur. Təxminən 10 dəqiqə sonra səs küy eşitmiş, maşından düşmüşdür. Həmin vaxt arvadların səsi gəlmişdir. Nicatla Fuadın maşına tərəf gəldiyini görmüşdür. Fuadla Nicat maşını işə salmağını tələb etmişlər. Maşına oturmuş və maşını işə salmışdır. Həmin vaxt Muradın atası olan adını sonradan öyrəndiyi Ramazan adlı şəxs maşına çataraq ona yumruqla vurmuşdur. Ramazan onu vuran zaman maşını saxlamağını tələb etmiş və onu nalayiq ifadələr işlədərək təhqir etmişdir. Maşını saxlayaraq qapını açıb düşmüş və nə üçün Ramazandan onu sillə ilə vurduğunu soruşmuşdur. Muradın sağ əlində olan bıçaqla Nicata tərəf qaçdığını görmüşdür. Bunu görəndən sonra Ramazanı itələyib maşının yanından qaçmışdır. O, maşının yanından qaçarkən Nicatla Fuad hələ maşına oturmamışlar. Muradın Nicata tərəf sağ əlində olan bıçaqla qaçdığını görsə də, Muradın Nicatı bıçaqla vurub-vurmadığını görməmişdir, çünki Muradın əlindəki bıçaqla Nicata tərəf gəldiyini gördüyündən maşının yanından qaçmış və buna görə də həmin vaxt nə baş verdiyini bilməmişdir. Təxminən 10 dəqiqə sonra orada olan qadınlardan biri onu çağıraraq Nicatı maşına mindirib xəstəxanaya aparmağını tələb etmiş, o da maşının yanına çatarkən Nicatın qarın nahiyəsindən qan axdığını görmüş və Nicatı maşına mindirmişdir. Fuadla Nicatı Yevlax RMX-ya aparmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 19 saylı ekspert rəyindən görünür ki, N.N.Hüseynovun meyitində qaraciyərin zədələnməsi, kəskin qanitirmə ilə nəticələnən qarınüstü nahiyyənin sağ iç hissəsinin bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası, daxili üzvlərin azqanlılığı, sol bazunun aşağı 1/3-nin ön iç səthinin, sol qalça darağı nahiyəsinin qançırları, boynun sağ yan səthinin aşağı 1/3-nin sıyrığı aşkar edilmişdir. Bu xəsarətlərdən qaraciyərin zədələnməsi kəskin qanitirmə ilə nəticələnən qarınüstü nahiyənin sağ iç hissəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin ekspertizaya təqdim edilən və ya ona bənzər digər bıçaqlarla zərbənin təsirindən əmələ gəlmişdir, həyatidir, ölüm baş verməmişdən çox qısa müddət əvvəl yetirilmişdir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdir, ölümlə bir başa səbəbli əlaqəlidir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Mərhumun bədənində aşkar edilmiş digər xəsarətlər-sol bazunun aşağı 1/3-nin ön iç səthinin, sol qalça darağı nahiyəsinin qançırları küt alətin (alətlərin) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir, adətən dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Bu xəsarətlər müxtəlif şəraitdə törənə bilər. O cümlədən öz boyu hündürlüyündən yıxılması nəticəsində törənməsi də istisna edilmir. Yuxarıda qeyd edilən boyunun sağ yan səthinin aşağı 1/3-nin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Sol dirsək oynağın ön səthində əmələ gəlmiş dərialtı qansızmanın inyeksiya zamanı yeridilən dərman preparatının dərialtına düşməsi nəticəsində törənməsi istisna edilmir. Mərhum N.N.Hüseynovun almış olduğu xəsarətin lokalizasiyasına, yara kanalının istiqamətinə əsasən güman etmək olar xəsarət alan zaman o və xəsarət yetirən ayaq üstə qarşı-qarşıya olmuşlar. Mərhum N.N.Hüseynovun ölümünə səbəb qaraciyərin zədələnməsi və kəskin qanitirmə ilə nəticələn qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsində 2-4 saat əvvəl baş verdiyini göstərir. Hadisənin baş vermə şəraitini təsdiq və ya inkar etmək məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyil. N.N.Hüseynovun xarici cinsiyyət üzvlərində arxa keçəcək dəliyində və düz bağırsağının selikli qişçasında hər hası xəsarət və ya xəsarət izi aşkar edilmədi. Mərhum N.N.Hüseynovun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı 1,0 promilli etil spirti aşkar edilmişdir ki, bu göstəricidə mövcud cədvələ görə sağlam şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Narkotik maddələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. xx.xx.2019-cü il tarixli, 414 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər-“sol əlinin arxa səthinin, sol saidin orta 1/3-nin arxa səthinin, sağ baldır nahiyəsinin, sağ ayaq pəncəsinin üst səthinin, sağ ənsə nahiyəsinin sıyrıqları” küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onu göstərir ki, bu növ xəsarətlər adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir və konkret hansı pozada olan zaman yetirilməsini müəyyən etmək çətindir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və əlamətinə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. xx.xx.2019-cu il tarixli, 17431/17432/17433 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçağın səthində əl-barmaq və papilyar naxış izlərinin ayrıayrı fraqmentləri aşkar edilmədiyindən eyniləşdirmə tədqiqatı üçün yararsız olmuş, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində əlavə və dəyişiklik edilməmişdir, təyinatı dəyişdirilməmişdir, tədqiqata təqdim edilmiş geyim əşyalarından N.Şahid2 məxsus köynəyin və Təqsirləndirilən şəxs məxsus ağ rəngli köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələrdən N.Şahid2 məxsus köynəyin üzərində olan zədə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir, təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ağ rəngli köynəyin üzərində olan zədə fiziki qüvvənin təsirindən dartılaraq yarana bilən cırılma zədəsidir, təqdim edilmiş N.Şahid2 məxsus şalvarın, tumanın, ayaqqabının və Təqsirləndirilən şəxs məxsus şalvarın, naxışlı köynəyin üzərində hər-hansı bir mexaniki zədə aşkar edilməmiş, təqdim edilmiş 4 ədəd zərfdə olan şüşə hissələri arasında vahid bölünmə xətti yoxdur, lakin onların morfoloji quruluşuna, şəffaflığına, ölçüsünə (qalınlığına) və s. əlamətlərinə görə eyni predmetin hissələri olması istisna edilmir. xx.xx.2019-cu il tarixli, 17434 nömrəli ekspert rəyindən görünür ki, Nicat Hüseynovun köynəyinin üzərindən tapılmış tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər, Təqsirləndirilən şəxs köynəyinin üzərindən tapılmış yaşıl rəngli matiraolunmuş-poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Nicat Hüseynovun köynəyinin tərkib liflərinə uyğun gəlirlər. xx.xx.2019-cu il tarixli 623/2019-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş N.Şahid2 məxsus bir ədəd kəmər, bir cüt ayaqqabı, tuman, cins şalvar, qısaqol köynək, bir ədəd bıçaq, 04 ədəd daş parçaları, 04 ədəd daş parçaları və 01 ədəd şifer parçası, bint kəsiyi və torpaq nümunəsi, qurumuş bitki qalıqları və daş parçası, qurumuş bitki qalıqları, torpaq nümunəsi, sərt materialdan hissə, qurumuş bitki qalıqları (pambıq topası, torpaq, quş lələyi), Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, cins şalvar, qısaqol köynək, 04 ədəd zərflərə qablaşdırılmış şüşə qırıqları üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta /H/(İİ) qruplu X7 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa və onun qanında müşayiətçi H antigeni varsa). xx.xx.2019-cu il tarixli, 370 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətində olduğu qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli, 119 saylı ekspert rəyindən görünür ki, hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri AR CM-in 22.2-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs düçar olduğu psixi patologiya çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacı yarandığı, özünə və ətrafdakılara təhlükə yetirməsi ehtimalının çox olduğu, lakin bununla bərabər intensiv müşahidə aparılmasını tələb etmədiyi müəyyənləşir. Buna görə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hazırda cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, törətdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, törətdiyi hadisə barəsində istintaqa düzgün ifadə vermək və digər istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. xx.xx.2019-cu il tarixli, 148 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Eyni zamanda qeyd etmək lazımdır ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik olduğu üçün cinayət əməlini törətdiyi zaman o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də onun əməli Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs müəyyən edilən yüngül əqli gerilik anlaqlılığı istisna etməyən psixi pozuntu olduğunu və onun hazırkı psixi vəziyyətini nəzərə alaraq onun əməli Azərbaycan Respublikası CMin 22.2-ci maddəsinin təsiri altına düşür. Şahid1 hazırkı psixi vəziyyətinə görə müalicəyə ehtiyacı var. Buna görə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-cü maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməlidir. Təqsirləndirilən şəxs əqli inkişafında aşkar olunan geriliklə əlaqədar yaranmış şəraitin mahiyyətini tam dərk edib, davranışının mümkün nəticələrini proqnozlaşdırmaq qabiliyyətinə malik deyildir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional sferasında hirslilik, qəzəblilik yaranmışdır. Hadisəni törədərkən şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə fizioloji affekt (güclü ruhi həyacan) vəziyyətində olmamışdır. Hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Yevlax rayonu, Malbinəsi kəndindəki kənd sakini X8 məxsus fərdi yaşayış evinin həyətinin qarşısındakı küçədir. Küçə çay daşı ilə döşənmişdir. H.Eyvazovun hasarına doğru seyrək ot və kollar, əks tərəfdə isə artezian və ondan tökülüb axan su ilə dolu olan qərbə doğru istiqamətdə H.Eyvazovun hasarına doğru burulan kiçik su arxı vardır. Küçədə dəmirdən hazırlanmış dayaqlar, üzərində ağ-boz çalarlı dəmir çən vardır. H.Eyvazovun həyət darvazası ilə üzbəüz durduqda darvazanın sağ küncündən 8,60 metr diaqonal məsafədə 1 nömrə ilə işarələnmiş şüşə qırıqları, həmin şüşə qırıqlarından hasara doğru 1,40 metr məsafədə 2 nömrə ilə işarələnmiş üzərində “Kuller” yazısı oxunan kağıza yapışmış formada olan çiliklənmiş şüşə qırıntıları, həmin qırıntılardan 4,72 metr məsafədə 3 nömrə ilə işarələnmiş butulkanın ağız hissəsinin də olduğu çiliklənmiş formalı şüşə qırıntıları, həmin şüşə qırıntıları ilə paralel H.Eyvazovun həyətinin içərisində 4 nömrə ilə işarələnmiş kağıza yapışmış formada olan çiliklənmiş şüşə qırıntıları yerləşir. 1 nömrə ilə işarələnmiş şüşə qırıqlarından 0,20 metr hasara doğru 1 nömrə ilə işarələnmiş çoxsaylı nöqtəşəkilli, çay daşı üzərində isə nisbətən iri – ölçüsü 0,4x0,2 sm olan qanabənzər ləkələr, həmin ləkələrdən 3,55 metr yol istiqamətində dəmir çənin dayaqları ilə paralel, çaydaşılar üzərində çoxsaylı damçışəkilli ümumi sahəsi 30x15 sm ərazini əhatə edən 2 nömrə ilə işarələnmiş qanabənzər ləkələr, həmin ləkələrdən 39 sm yola doğru çaydaşı və azbest şifer qırıqları üzərində 3 nömrə ilə işarələnmiş, ümumi sahəsi 60x40 sm olan çoxsaylı nöqtəşəkilli qanabənzər ləkələr, həmin ləkələrdən 1, 30 metr yola doğru ümumi sahəsi 40x40 sm olan torpaq və çaydaşı üzərində 4 nömrə ilə işarələnmiş damcı və sıçrama formalı, müxtəlif ölçülü qanabənzər ləkələr, həmin ləkələrdən 1,40 metr arteziana doğru arxın kənarında damcı formalı 5 nömrə ilə işarələnmiş qanabənzər ləkələr, həmin ləkələrdən 3,92 metr qərbə H.Eyvazovun hasarına doğru istiqamətlənən arxı keçdikdən sonra torpaq üzərində yolun qırağında gölməçəşəkilli, ümumi sahəsi 1x0,45 metr olan 6 nömrə ilə işarələnmiş qanabənzər ləkələr, həmin ləkələrdən 40 sm irəlidə isə ümumi ölçüsü 0,60x0,70 sm olan otlar sellofan qırıqları üzərində gölməçəşəkilli 7 nömrə ilə işarələnmiş qanabənzər ləkələr müşahidə olunur. Hadisə yerinə baxış zamanı 1, 2, 3, 4, nömrələri ilə işarələnmiş şüşə qırıntıları və 1, 2, 3, 4 5, 6 və 7 nömrələri ilə işarələnmiş qanabənzər ləkə nümunələri, 04 ədəd daş parçaları, 01 ədəd şifer parçası, bint kəsiyi, torpaq nümunəsi və qurumuş bitki qalıqları müvafiq qaydada qablaşdırılaraq götürülmüş və maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, N.N.Hüseynov əlindəki boş pivə şüşəsi ilə atası Şahid1 sifətinin sağ hissəsindən vurmuş, bunu görəndən sonra qonaq gəldikləri evin darvazasından içəri girib orada daşın üzərində olan dəstəyi qara rəngli, tiyəsi gümüşü rəngli bıçağı götürüb yenidən çölə çıxmış, həmin vaxt bıçaq sağ əlində olmuş, bıçağı arxada gizlətmiş, Şahid1 ilə N.N.Hüseynovu aralamaq istəyərkən qəfildən N.Hüseynov əlindəki həmin boş butulka ilə onun başına vurmuş, butulka qırılmış, həmin vaxt sol əlinin üzəri də kəsilmiş, yerə yıxılmışdır. N.Hüseynov yenə ona qarşı nalayiq ifadələr işlətməkdə davam etmiş, yerdən qalxaraq sağ əlində, arxasında gizlətdiyi bıçağı sağ yan tərəfində tutmuş, həmin vaxt Nicat əlindəki qırıq pivə şüşəsi ilə üstünə gəlmiş, bu vaxt sağ əlində olan bıçağı irəli vermiş, həmin bıçağın əmisi oğlu Şahid2 dəydiyini hiss etmişdir. Özünü və atası Şahid1 müdafiə etmək üçün Nicata xəsarət yetirmişdir. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, Nicat yük maşınının qarşısından çıxıb əlindəki boş “Kuller” butulkası ilə onun sifətinin sağ hissəsindən vurmuş, geri çəkilərkən yerə yıxılmışdır. Murad onu qucaqlamış və “atam öldü” deyə qışqırmışdır. Yasinin oğlu Hümbətlə Şəkər onu orada olan arxın yanına aparmış və üzünə su vurmuşlar. Fuada yaxınlaşmış və ona 2 sillə vurmuşdur. Fuaddan nə üçün Nicatı kəndə gətirdiyini soruşmuş, Fuad da Nicatı barışıq üçün gətirdiyini demiş, o da bunu səhər edə biləcəklərini, niyə Nicatı içkili gətirdiyini soruşmuş, bu vaxt Nicat həmin butulka ilə Muradın başına vuraraq qaçmışdır. Ə.Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, saat 02 radələrində Ramazana yaxınlaşaraq qoluna girmiş və bir az söhbət etmək istədiyini bildirmiş, həmin vaxt qəflətən Nicat butulka ilə Ramazanı vurduğunu görmüş, həmin butulka ona da dəymişdir. Bundan sonra o, özünü itirmiş, Ramazan yerə yıxılmışdır. Ramazan ayağa qalxandan sonra ona 2 yumruq vurmuşdur. Maşına tərəf qaçmış, həmin vaxt Muradı orada görməmişdir. Nicatdan maşına oturmasını və getməli olduqlarını tələb etmiş, Nicat da qaça-qaça maşına tərəf gəlmişdir. Onlar maşına oturduqdan sonra sürücü maşını işə salmaq istəyərkən Ramazan sürücüyə yumruqla vurmuş, sürücü qorxusundan maşından düşüb qaçmışdır. Ramazan ona bir neçə yumruq da maşında oturduğu vaxt vurmuşdur. Nicat maşından düşmüşdür. Muradla Nicat dava etmişlər. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, saat 02 radələri olmuşdur. Təxminən 10 dəqiqə sonra səs küy eşitmiş, maşından düşmüşdür. Həmin vaxt arvadların səsi gəlmişdir. Nicatla Fuadın maşına tərəf gəldiyini görmüşdür. Fuadla Nicat maşını işə salmağını tələb etmişlər. Maşına oturmuş və maşını işə salmışdır. Həmin vaxt Muradın atası Ramazan maşına çataraq onu yumruqla vurmuşdur. Ramazan onu vuran zaman maşını saxlamağını tələb etmiş və onu nalayiq ifadələr işlədərək təhqir etmişdir. Maşını saxlayaraq qapını açıb düşmüş və Ramazandan nə üçün onu sillə ilə vurduğunu soruşmuşdur. Muradın sağ əlində olan bıçaqla Nicata tərəf qaçdığını görmüşdür. Bunu görəndən sonra Ramazanı itələyib maşının yanından qaçmışdır. Maşının yanından qaçarkən Nicatla Fuad hələ maşına oturmamışlar. Muradın Nicata tərəf sağ əlində olan bıçaqla qaçdığını görsə də, Muradın Nicatı bıçaqla vurub-vurmadığını görməmişdir, çünki Muradın əlindəki bıçaqla Nicata tərəf gəldiyini gördüyündən maşının yanından qaçmış və buna görə də həmin vaxt nə baş verdiyini bilməmişdir. Qeyd ediln xüsusatlar onu göstərir ki, N.N.Hüseynov butulka ilə Şahid1 vuran zaman Təqsirləndirilən şəxs onlarıdan bir qədər aralı olmuş, Ramazan vurulduqdan sonra Murad Nicatla dava etmiş, həmin vaxt xəsarətlər almış, Ramazan Fuad vurandan, Tofiq, Fuad maşina oturduqdan və Ramazan Tofiqi sillə ilə vurandan, Tofiq Ramazanı itələyib qaçan zaman Murad qonaq gəldiyi evə qayıtmış, bıçağı götürərək Nicatın üstünə getmişdir. Nicat əlində olan butlka ilə Muradın bıçaqla onun üstünə gəldiyini görüb, onu vurmuş, Murad isə buna baxmayaraq öz cinayətkar niyyətini davam etdirərək Nicatı öldürmək məqsədi ilə bıçaqla vurmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatları işin faktiki hallarına uğun gəlmədiyi üçün səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zəruri müdafiə həddini aşma görüntüsü yaratmaq məqsədi ilə işin əsil mahiyyətini əks etdirməyən həmin xüsusatları göstərmişdir. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1.9-cu maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu halında cinayət törətməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edilir. İş materiallarından görünür ki, hadisə zərərçəkmiş N.N.Hüseynovun qeyri hüquqi hərəkətləri nəticəsində baş vermişdir. Bu halı da məhkəmə Azərbaycan Respublikası CMin 59.1.8-ci maddəsinə əsasən təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Cəza təyini zamanı isə Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin “ təyin edilmiş cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” müddəasını nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 29 iyun 2019-cu ildə şübhəli şəxs kimi tutulmuş və barəsində xx xxxx 2019-cu ildə həbs qətimkan tədbiri seçilmişdir. Onun ibtidai araşdırma zamanı şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin ediləcək cəzaya hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilməməlidir Ekspertiza xərci 314 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ciddi rejimli cəzasəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 29 iyun 2019-cu ildən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdyi müddətdə ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə olunsun. Maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli cins şalvar, 1ədəd ağ rəngli polo (qısaqol) köynək və üzərində rəsmlər olan göy-sarı rəngli polo (qısaqol) köynək təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid2 qaytarılsın. N.Şahid2 məxsus 1 ədəd qara-boz rəngli trusa, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli ayaqqabı, 1 ədəd qara rəngli kəmər, 1 ədəd cırılmış vəziyyətdə göy, ağ, yaşıl və açıq qəhvəyi zolaqları olan qısaqol kişi köynəyi zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılsın. Bir ədəd mətbəx bıçağı, hadisə yerindən aşkar edilmiş 1, 2, 3, 4, nömrələri ilə işarələnmiş şüşə qırıntıları, 1, 2, 3, 4 5, 6, 7 nömrələri ilə işarələnmiş qanabənzər ləkə nümunələri, 04 ədəd daş parçaları, 01 ədəd şifer parçası, bint kəsiyi, torpaq nümunəsi, qurumuş bitki qalıqları və Təqsirləndirilən şəxs əl-barmaq izləri məhv edilsin. Azercell, Bakcell və Azerfon MMC-dən daxil olan rabitə məlumatlarını özündə əks etdirən disklər cinayət işində saxlansın. Ekspertiza xərci 314 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən) 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-62/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-62/2021
15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver