Məhkəmə qərarları › İş №1(091)-62/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-62/2022

01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-62/2022 01.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri X9, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şəki Regional Vəkil Bürosunun vəkili X6, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə1 iştirakları ilə, xx.xx.1974-cü ildə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə ilk dəfə 2015-ci ilin sentyabr ayında, bundan sonra isə həmin tarixdən başlayaraq 2020-ci ilin iyun ayına kimi müxtəlif tarixlərdə mütəmadi olaraq yaşadıqları Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evində onun üçün aşkar surətdə on dörd yaşına çatmayan doğma qızı - xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs azyaşlı olması ilə bağlı köməksiz vəziyyətindən istifadə edərək əl-qolunu tutub zor tətbiq etməklə, eləcə də öldürməklə hədələyərək müqavimət göstərmək imkanını aradan qaldırdıqdan sonra öz cinsiyyət orqanını anus dəliyinə və cinsiyyət orqanına sürtməklə qızına qarşı qəsdən seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, bundan sonra ilk dəfə 2020-ci ilin iyun ayında, sonradan isə həmin tarixdən başlayaraq 03 sentyabr 2021-ci il tarixinə kimi müxtəlif tarixlərdə mütəmadi şəkildə, konkret olaraq isə 2021-ci ilin avqust ayında və 02 sentyabr 2021-ci ildə həmin fərdi yaşayış evində eyni məqsədlə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan və köməksiz vəziyyətdə olan doğma qızı Zərərçəkmiş şəxs əlqolunu tutub zor tətbiq etməklə, eləcə də öldürməklə hədələməklə müqavimət göstərmək imkanını aradan qaldırdıqdan sonra yuxarıda qeyd edilmiş seksual xarakterli hərəkətlərlə yanaşı öz cinsiyyət orqanını sonuncunun arxa keçəcəyinə daxil edib qeyri-təbii yolla cinsi əlaqədə olmaqla zərərçəkmiş şəxsə qəsdən əzab verib seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs onun qızı olmaqla fermada fəhlə işləmiş, mütəmadi olaraq spirtli içki içdiyinə görə arvadı Gülnarə ilə tez-tez aralarında münaqişə olmuşdur. Sərxoş olduğu vaxtlar dəfələrlə evə gəldikdən sonra səhər yuxudan oyananda qızı Günellə arvadı Gülnarənin yatdığı otaqda olduğunu görmüş, qızı Günelə qarşı uzun müddət dəfələrlə seksual xarakterli hərəkətlər etmişdir. Gecələr evə içkili gələndə uşaqların yatıb yatmadığını yoxlayıb Günelin yanına gedib ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Arvadı Gülnarə də bir neçə dəfə buna şahid olaraq mətbəxdə və qonaq otağında onun Günelə qarşı seksual xarakterli hərəkətlər etdiyini görmüşdür. İlk dəfə 2020-ci ilin iyun ayında gecə Gülnarə evdə olmayan zaman oğlu Ramalın yatıb yatmadığını yoxladıqdan sonra divanda uzanan qızı Günelin yanına getmiş, Gülnarə evdə olmadığına görə Günelin köməksiz vəziyyətindən istifadə edərək alt paltarını çıxarıb Günelin yanına uzanmışdır. Günel ona müqavimət göstərməsinə baxmayaraq Güneli divana uzadıb özü də orada uzanmış və ilk dəfə olaraq Günellə arxadan cinsi əlaqədə olmuşdur. Günel qışqırıb ağlasa da, təxminən 10-15 dəqiqə ərzində Günellə arxa nahiyyədən cinsi əlaqədə olmuşdur. Bu vaxt Gülnarə otağa daxil olmuş və dərhal divandan özünü yerə atıb heç bir şey baş verməmiş kimi yerdə uzanmışdır. Daha sonra isə digər otağa keçib orada yatmışdır. Bundan sonra isə bir neçə dəfə Günellə arxa nahiyyədən cinsi əlaqədə olmuş, sonuncu dəfə isə 02 sentyabr 2021-ci il tarixdə Gülnarənin evdə olmamağından istifadə edərək Günelin köməksiz vəziyyətdə olduğunu görüb yenə də öz cinsiyyət orqanını Günelin ayaqlarının arasına sürtərək sonuncuya qarşı seksual xarakterli hərəkətlər etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası olmaqla 2015-ci ilin sentyabr ayında birinci sinif şagirdi olarkən atası Rəhman yaşadıqları evdə yatan zaman anası Gülnarənin evdə olmamasından istifadə edib onun yanına gələrək boğazını öpüb əynindəki şalvarı və alt paltarını aşağı çəkib cinsiyyət orqanını onun arxa nahiyyəsinə sürtmüş, bir qədər bu hərəkətləri etdikdən sonra isə öz otağına yatmağa getmişdir. Bir neçə gün sonra anası Gülnarəyə atası Rəhmanın ona qarşı etdiyi hərəkəti desə də, anası onun dediklərinə inanmamış, bundan sonra isə atası Rəhman demək olar ki, həftədə 2-3 dəfə evdə heç kimin olmamasından istifadə edib ona qarşı eyni hərəkətləri etmişdir. Rəhman öz cinsiyyət orqanını onun arxa nahiyəsinə və ayaqlarının arasına sürtmüş, o, isə gücü çatmadığı üçün Rəhmana müqavimət göstərə bilməmişdir. 2020-ci ilin iyun ayında günorta vaxtı evi təmizləyən zaman atası Rəhman evə gəlmiş, evdə heç kimin olmamasında istifadə edib onun qolundan tutub zorla yataq otağına salaraq üzü üstə uzatmışdır. Sonra onun əlini tutaraq zorla şalvarını və alt paltarını aşağı çəkmiş, cinsiyyət orqanını əvvəlcə onun arxa nahiyəsinə sürtməyə başlamış, sonra cinsiyyət orqanını arxa nahiyəsinə daxil etmişdir. Həmin vaxt qışqırmaq istəsə də, atası Rəhman ona səsini çıxarmaması üçün hədə-qorxu gəlmiş və əli ilə ağzından tutaraq bərk sıxmışdır. Həmin vaxt Rəhmanın cinsiyyət orqanından onun ayaqlarının arasına maye tökülmüş, o isə həmin mayeni salfetlə silmişdir. Bundan sonra atası Rəhmanın ona qarşı etdiklərini anası Gülnarəyə danışmış, Gülnarə Rəhmandan belə bir hadisənin olub-olmamasını soruşduqda isə sonuncu belə bir şeyin olmadığını demişdir. Ona qarşı əxlaqsız hərəkətlər edən zaman bəzi hallarda Rəhman sərxoş olmuş və mütəmadi olaraq ona qarşı əxlaqsız hərəkətlər etdiyi üçün konkret olaraq sayını və vaxtını xatırlamamışdır. Sonuncu dəfə 02.09.2021-ci il tarixdə axşam vaxtı o, öz yatağında yatan vaxt Rəhmanın onun üzərinə uzanmasından yuxudan oyanmış, Rəhman öz şalvarını aşağı çəkib onun əlini və ağzını tutaraq öz cinsiyyət orqanını onun ayaqlarının arasına sürtməyə başlamışdır. Bu zaman Gülnarə otağa girdiyi üçün Rəhman dərhal onun üzərindən durmuş, atası Rəhmanın ona qarşı etdiyi hərəkətləri anası Gülnarə bir neçə dəfə görsə də Rəhmandan qorxuduğu üçün bu barədə heç kimə heç nə deməmişdir. Sonuncu dəfə atası Rəhmanın ona qarşı etdiyi hərəkətdən sonra 07.09.2021-ci il tarixdə dayısı arvadı Pirdasa Rəhmanın ona qarşı etdiyi əxlaqsız hərəkətlər barədə danışmış, daha sonra isə Pirdasın telefonudan istifadə etməklə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əmisi Ramazana bütün baş verənləri yazmışdır. Əmisi Ramazan isə bu barədə Zaqatala rayon prokurorluğuna şikayət etmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X1 onun əri olmaqla sonuncu ilə birgə nikahlarından 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adlı qızları, 2010-cu il təvəllüdlü Şahid3 və 2015-ci il təvəllüdlü Renar Abdurahmanov oğlanları olmuşdur. Rəhman spirtli içkilərin aludəçisi olduğuna görə adətən evə sərxoş vəziyyətdə gələrək evdə mübahisə yaratmışdır. Təxminən altı il əvvəl qızı Günel Rəhmanın qızına qarşı əxlaqsız hərəkətlər etməsi barədə məlumat vermiş, ilk öncə buna məhəl qoymasa da, sonradan evdə olduğu zaman təsadüfən əri Rəhmanın mətbəxdə Günelin arxasına keçərək şalvarını aşağı endirib Günelə qarşı əxlaqsız hərəkətlər etməsinin şahidi olmuşdur. Bu vaxt Rəhman onu görüb şalvarını yuxarı çəkərək otağı tərk etmiş, bundan başqa xatırlamadığı bir tarixdə işdən evə qayıdan zaman Rəhmanın yataq otağında qızı Güneli altına salaraq şalvarını aşağı endirməsinin şahidi olmuşdur. Rəhman yenə də onu görüb şalvarını yuxarı qaldırıb otağı tərk edib getmiş, Rəhmana bir neçə dəfə bu cür hərəkətlər etməməsini bildirsə də evdə olmadığı vaxtlarda Rəhmanın Günelə qarşı əxlaqsız hərəkətlərini davam etdirdiyini hiss etmişdir. Rəhman tez tez onu təmizlik işlərinə, fındıq yığmağa və digər işlərə göndərmiş, buna görə də onun evdə baş verənlərdən xəbəri olmamışdır. Rəhmanın Günelə qarşı etdiyi əxlaqsız hərəkətlərin nəticəsində Günelin əsəbləri pozulmuş, lakin Rəhman həbsə girdikdən sonra 3 uşağa baxa bilməyəcəyindən, eyni zamanda kənd camaatı arasında rüsvay olacağından qorxaraq Rəhmanın etdiyi əxlaqsız hərəkətlər barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Sonuncu dəfə isə axşam saatlarında evə gələn zaman oğlu Ramalın qonaq otağında divanda uzandığını, yataq otağından Günelin iniltisini eşitmişdir. Yataq otağının qapısını açdıqda Günelin alt paltarlarının əynindən çıxarıldığını, Rəhmanın isə şalvarını aşağı endirmiş vəziyyətdə Günelin üzərində uzanaraq irəli-geri hərəkət etdiyini görmüşdür. Həmin vaxt oğlu Ramal da baş verənləri görmüş, Rəhman onu görüb dərhal şalvarını yuxarı qaldıraraq otaqdan çıxmışdır. Rəhmanın onu öldürəcəyindən qorxaraq sonuncuya heç bir söz deməmiş, təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində qızı Günel və oğlu Renarla birlikdə qardaşı İslamın yaşadığı Zaqatala rayonu Car kəndindəki evində olarkən Günel Rəhmanın özünə qarşı etdiyi əxlaqsız hərəkətləri və qeyri təbii yolla cinsi əlaqədə olmasını İslamın arvadı Pirdasa danışmışdır. Günelin evə qayıtmaq istəmədiyini bildirdiyi üçün orada qalmağa qərar vermiş, qaynı Ramazan bir neçə dəfə ona zəng edərək evə qayıtmamaqlarının səbəbini soruşsa da baş verənləri Ramazana danışmağa çəkinmişdir. Buna görə də qızı Günel 07 sentyabr 2021-ci il tarixdə qardaşı arvadı Pirdasın mobil telefonu ilə Whatsapp sosial şəbəkəsi vasitəsilə Ramazana mesaj yazaraq Rəhmanın ona qarşı əxlaqsız hərəkətlər etməsini və bu səbəbdən də evə qayıtmaq istəmədiyini bildirmişdir. Növbəti gün axşam saatlarında Ramazan və onun böyük qaynı Əhməd İslamın yaşadığı evə gələrək onlarla ətraflı söhbət etmiş və Günel Rəhmanın özünə qarşı etdiyi əxlaqsız hərəkətlər barədə əmisi Ramazana məlumat vermişdir. Bundan sonra isə Ramazan Rəhman barəsində Zaqatala rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4iç ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı olmaqla 2021-ci il sentyabr ayının əvvəllərində Rəhmanın qızı Günel, oğlu Renar və arvadı Gülnarənin evdə yaşamadığını, Ramalın atası Rəhmanla birlikdə tək yaşadıqlarını görüb Ramaldan anasıgilin hara getdiyini soruşduqda Ramal ona anası Gülnarə, bacısı Günel və qardaşı Renarın Zaqatala rayonunda yaşayan İslam dayısının evinə getdiklərini bildirmişdir. Bundan bir qədər sonra onun telefonuna tanımadığı nömrədən “əmi salam mənəm Günel” sözləri yazılmış mesaj gəlmiş, daha sonra həmin nömrənin Günelin dayısı İslamın arvadı Pirdasa məxsus olduğunu və Günelin həmin nömrə vasitəsilə ona mesaj yazdığını başa düşmüşdür. Mesaj yazaraq Günelə evdə münaqişə olmasına baxmayaraq evə qayıtmalarını bildirmiş, lakin, Günel ona evə qayıtmayacağını və atası Rəhmana nifrət etdiyini mesaj vasitəsilə bildirmişdir. Günelin atası Rəhmana nifrət etdiyini dedikdə şübhələnmiş və Günelə əlavə suallar verməyə başlamışdır. Günel isə ona baş verənləri deməyə utandığını, hər şeyi dayısı arvadı Pirdasa danışdığını bildirmişdir. Dözə bilməyib Zaqatala rayonu Yuxarı Tala kəndində yaxınlıqda yaşayan böyük qardaşı Əhmədi də götürüb birlikdə Zaqatala rayonu Car kəndində İslamın yaşadığı evə getmiş, orada Pirdasla birlikdə Günelin özü ilə söhbət edərkən Rəhmanın Günel ilə qeyri təbii yolla cinsi əlaqədə olduğunu və 7 yaşından etibarən Günelə qarşı qarşı seksual xarakterli hərəkətlər etməsini bilmişdir. Sonra bu barədə qardaşı Əhmədə də məlumat vermiş, Günelə və sonuncunun anası Gülnarəyə bu barədə Zaqatala rayon prokurorluğuna müraciət edəcəklərini deyərək yaşadığı Zaqatala rayonu Yuxarı Tala kəndinə qayıtmışdır. Orada Rəhmanı axtarsa da tapmamış, bir gün sonra isə evdə tapıb ondan Günelə qarşı etdiyi hərəkətlərin səbəbini soruşduqda Rəhman bu hərəkətləri sərxoş vəziyyətdə etdiyini etiraf etmişdir. Rəhmanın dediyi sözlər qarşısında əsəblərini cilovlaya bilməyib Rəhmanı müxtəlif yerlərindən vuraraq döymüş, bu vaxt onun qardaşı Əhməd gəlib onları ayırmışdır. Bundan sonra evə qayıdıb Günellə əlaqə saxlayaraq görüşüb birlikdə Zaqatala rayon prokurorluğuna gedib orada Rəhmanın Günelə qarşı etdiyi hərəkətlər barədə məlumat verərək ərizə ilə müraciət etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5oviç məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid4için yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun baldızının qızı olmaqla Günelin atası Rəhman Güneli və Günelin anası Gülnarəni tez-tez döydüyünə görə sonuncular bəzi vaxtlarda onların yaşadığı evə gələrək orada qalmışlar. Sonuncu dəfə sentyabrın əvvəllərində Günel öz anası ilə birlikdə onun yaşadığı evə gəlmiş, həyətdə fındıq yığan zaman Günel onun yanına gələrək əlini üzünə tutub evə qayıtmaq istmədiyini demişdir. Günelin bu hərəkətindən şübhələnərək Güneldən ona hər şeyi danışmasını xahiş etmiş, Günel isə ona öz atası Rəhmanın qeyri təbii yolla Günellə cinsi əlaqədə olmasını və 7 yaşından etibarən özünə qarşı seksual xarakterli hərəkətlər etməsi barədə məlumat vermişdir. Eşitdikləri qarşısında dəhşətə düşərək Günelə əlavə suallar vermiş və Rəhmanın Gülnarəni iş üçün çölə göndərdikdən sonra Güneli soyunduraraq cinsi orqanını yağlayıb Günellə zorla qeyri-təbii yolla cinsi əlaqədə olması, Günelin bədəninin hər yerini öpüb yaladığı ona məlum olmuşdur. Günelin Rəhmanın etdiyi hərəkətlər barədə heç kimə məlumat vermədiyini bildikdən sonra öz telefonunu Günelə verərək mesaj vasitəsilə əmisi Ramazana məlumat verməsini bildirmişdir. Bundan sonra Günelin əmiləri Ramazan və Əhməd onların yaşadığı evə gələrək onun yanında Günellə söhbət etmiş və əlavə olaraq Günelin ona dediklərini Ramazana demişdir. Bundan sonra isə Ramazan və Əhməd Zaqatala rayonu Yuxarı Tala kəndinə qayıtmış, bir gün sonra isə Ramazan ona zəng edərək birlikdə Zaqatala rayon prokurorluğuna getmişlər. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın 14 sentyabr 2021-ci il tarixli 495 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 2008ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Qeyri təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi qalmırsa müddət haqqında fikir söyləmək mümkün deyil. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 29 oktyabr 2021-ci il tarixli 543 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girəbilməsinə mane olabiləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixatrik-psixoloji ekspertizasının 23 oktyabr 2021-ci il tarixli 643/208 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs əsas fərdi psixi xüsusiyyətləri aşağıdakılardır: Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olm. Zərərçəkmiş şəxs davranışında aqressivlik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlaya və dərk edə bilərdi. Zərərçəkmiş şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixi emosional halda olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixatrik-psixoloji ekspertizasının 15 noyabr 2021-ci il tarixli 2683 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olduğu, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavradığı, bu barədə məlumat verə biləcəyi müəyyən edilir. Təfəkkürünün analizetmə, ümumiləşdirmə, tənqidetmə kimi keyfiyyətləri normaya uyğundur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlqalı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Qərarın təsviri hissəsində qeyd edilən qanunazidd hərəkətləri edən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini edərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon xalq məhkəməsinin 26.09.1996-cı il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 110; 106-cı maddəsinin 2-ci hissəsi və 38-ci maddəsilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Zaqatala rayon məhkəməsinin 25.05.2009-cu il tarixli hökmü ilə CM-in128-ci maddəsi ilə təqsirli bilinərək150 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 15.11.2021-ci il tarixli 547 nömrəli məktubundan görünür ki, Zaqatala rayon məhkəməsinin 25.05.2009-cu il tarixli hökmünə əsasən Zaqatala rayonu Yuxarı Tala kənd sakini Təqsirləndirilən şəxs 150 manat cərimə cəzasına məhkum olunmuş və cəzasını çəkmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 10 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1745-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 12 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayonu Yuxarı Tala kəndində yaşamaqla himayəsində üç azyaşlı uşaqları vardır. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində üç azyaşlı uşağının olmasıdır. CM-in 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayəti ondan asılı vəziyyətdə olan qızına qarşı törətməsidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli şübhəli şəxs kimi tutulduğu 10 sentyabr 2021-ci il tarixdən hesablanmalı, CM-in 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 10 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar