Məhkəmə qərarları › İş №1(091)-62/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-62/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-62/2024 30.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1993-cü ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 6,498 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 139A ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə saat 18:50-də yuxarıda qeyd edilən ünvanın qarşısında saxlanılaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 20:56-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 6,498 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü evdən təzə çıxmışdır. Belə ki, evdən çıxıb restorana gedəcəkdir. Restoranı dostuyla birlikdə işlətmişdir. Evdən çıxıb işlətdiyi restorana getmişdir. Bir müddət sonra restorana Şahid1 adlı polis əməkdaşı gəlmişdir. Şahid1 əvvəllər tanımışdır. Belə ki, X21 şəhərində işləmiş və onların küçəsində qalmışdır. Şahid1 obyektə daxil olarkən, onunla qarşılaşmışdır. Şahid1 onunla görüşüb maşına dəvət etmişdir. O da etiraz etməmiş və maşına əyləşmişdir. Maşında üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan sonra Ayaz ona demişdir ki, polis şöbəsinə getməlidirlər. Bundan sonra polis şöbəsinə getmişlər. Polis şöbəsində olan vaxt ona demişlər ki, ya boynuna narkotik vasitə götürməlidir, ya da ki, silah təhvil verməlidir. Həmin vaxt əməkdaşlara bildirmişdir ki, onda silah yoxdur. Həmin vaxt ona demişlər ki, onda boynuna narkotik vasitə götürməlidir, ya da ki, tanışlarından kimsə bir yerə silah tullamalı, onu silahla sənədləşdirməlidirlər. O da demişdir ki, elə bir tanışı yoxdur. Elə bu vaxt ona təzyiq göstərmişdirlər ki, narkotik vasitəni boynuna almalıdır. O da təzyiqlər nəticəsində narkotik vasitəni boynuna almışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən heç vaxt istifadə etməmişdir. Narkotik vasitədən kənar omuşdur. Polis əməkdaşlarına sual vermişdir ki, niyə narkotik vasitəni və ya silahı boynuna almalıdır. Polis əməkdaşı Şahid1 ona demişdir ki, tapşırıq gəlib o, həbs olunmalıdır. Ona təzyiq göstərmişdirlər. Bundan sonra narkotik vasitəni boynuna almışdır. İki dəfə videoçəkilişi pozmuşdur. Vəkil Musa müəllimə ona olunan qanunsuzluq barədə məlumat vermişdir. Vəkil Musa müəllim bildirmişdir ki, belə vəziyyətdə nə edə bilər. Şahid1la işlətdiyi obyektdə qarşılaşmışdır. Şahid1 həmin vaxt telefonda kiminləsə danışırmış. Sonra ona yaxınlaşıb əlindən yapışıb küçəyə doğru aparmışdır. İşlətdiyi obyekt Şəki şəhər avtovağzalından biraz aşağıda Ruslan şadlıq evinin yanında yerləşir. Ünvanını dəqiq bilmir. Şahid1 onu maşına aparmışdır. Səhv etmirsə maşın qara rəngdə “Toyota Prado” markalı maşın olmuşdur. Maşında arxada əyləşmişdir. Ondan üstündə nə olduğunu soruşmuşdurlar. Həmin vaxt üzərində pul qabı olmuşdur. Pul qabının içində isə vəsiqə, iki ədəd ona məxsus kart və bir miqdar pul olmuşdur. Telefonu isə restoranda olmuşdur. Həmin vaxt maşında qabaqda əyləşən Seymur adlı polis əməkdaşı restorana gedib telefonunu götürmüşdür. Maşında ondan başqa polis əməkdaşları Şahid1, Seymur, Fərid və təhqiqatçı olmuşdur. Maşında təhqiqatçı olmuşdur. Maşında üzərinə şəxsi axtarış keçirmişdirlər. Qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Polis əməkdaşları əlləri ilə üzərini yoxlamışdırlar. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Hadisə günü evdən çıxıb taksi sifariş vermişdir. Daha sonra Kapitan Banka gəlmişdir. Kartından pul çıxartdıqdan sonra, obyektə getmişdir. O, obyektə daxil olandan qısa bir müddət sonra Şahid1 gəlmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra polis şöbəsinə gətirmişlər. Bir saat sonra üzərinə şəxsi axtarış keçirmişlər. Bir saat müddət ərzində isə ona təzyiq göstərmişlər. Bir saat ərzində ona əzab-əziyyət vermişlər. Şəki Şəhər Polis Şöbəsində ondan heç bir izahat almamışlar. Heç bir sənədə imza etdirməmişlər. O, sənədlərə Bakı şəhərində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində imza etmişdir. Videoçəkilişi Bakı şəhərindən gələn polis əməkdaşı olan Fərid aparmışdır. Səhv etmirsə, Fərid adlı polis əməkdaşı əməliyyat qrupunun üzvü olmuşdur. Polis əməkdaşlarından tələb etmişdir ki, öz vəkilini gətirsinlər. Onu diqqətə alan olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilən vaxt məhkəmə qarşısına çıxmışdır. Həmin vaxt məhkəməyə demişdir ki, narkotik vasitə istifadə edir. Belə deməyinə səbəb polis əməkdaşları olmuşdur. Çünki ona demişdirlər ki, hər şey onların əlindədir. Məhkəmədə onların dediklərini desə onu 5-6 aya buraxacaqlarmış. O da polis əməkdaşları ilə razılaşmışdır. Polis əməkdaşları telefonunu götürmüşlər. Ancaq telefondan hər hansı bir sübut aşkar olunmamışdır. Əgər olunsaymış ona göstərərmişlər. Telefonunda girib çıxan zənglərlə bağlı qanunsuz heç nə müəyyən olunmamışdır. İbtidai istintaq zamanı narkotik vasitə satmağı ilə bağlı heç bir şahid dairəsi müəyyən olunmamışdır. Polis əməkdaşları ona demişdirlər ki, narkotik vasitəni boynuna almalıdır. O da, onlarla razılaşmamışdır. Daha sonra ona təzyiq göstərmişdirlər. İbtidai istintaq zamanı tibbi ekspertizada olmuşdur. Ancaq həkim onu müayinə etməmişdir. Şahid1 adlı polis əməkdaşı işlətdiyi restorana gələrək onu aparmışdır. Həmin vaxt restoranda olan işçilər bunun şahidi olmuşdur. Bakı şəhərində məhkəməyə gedən gün dindirilmişdir. Daha doğrusu dindirilməmişdir. Ancaq sənədlərə imza çəkdirmişlər. O, elan edilən məzmunda ifadə verməmişdir. İbtidai istintaq zamanı müdafiəçi ilə müqavilə bağlamaq üçün imkanı olmuşdur. İbtidai istintaq zamanı vəkilini tələb etmişdir. Yəni Müdafiəçi2lə müqavilə bağlamaq istəmiş, ancaq buna şərait yaradılmamışdır. O, əvvəllər vəkil kimi Emil müəllimi tanımışdır. İbtidai istintaq zamanı ona işgəncə vermişlər. Hətta vəkil Musa müəllimin yanında olarkən, onu digər otağa aparıb işgəncə vermişdirlər. Bakı İstintaq Təcridxanasına daxil olan vaxt həkimə döyüldüyünü bildirməmişdir. İbtidai istintaq zamanı Emil müəllim uzaqda olduğu üçün digər müdafiəçi ilə müqavilə bağlamışdır. Ona məxsus bank kartları ona geri qaytarılmamışdır. Həmin bank kartları onun adına olmuşdur. Həmin bank kartlarından saxlanıldığı gün istifadə etmişdir. İbtidai istintaq zamanı təzyiq altında olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin dövrlərində təqsirləndirilən şəxs qismində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən 2-3 aydır ki ara-sıra psixotrop maddə metamfetamindən istifadə etmişdir. Fərdi əməklə məşğul olmaqla, Şəki rayonunda yerləşən çayxanaların birində işləyərək gəlir əldə etmişdir. 02 may 2023-cü il tarixdə saat 18 radələrində ünvan 3 ünvanın qarşısında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim etmiş və anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib, hazırda üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Şəki Şəhər Rayon Polis Şöbəsinə dəvət etmiş, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etməklə masanın üzərinə qoymuşdur. Bu maddələrin “şüşə” və ya “patı” olaraq adlanmasını bildirmiş, daha sonra həmin cins şalvarının sağ yan cibindən də 01 ədəd mobil telefonu təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra təqdim olunan əşya və predmetlərə ardıcıllıqla baxış keçirilmiş, baxış zamanı aşkar olunan 01 ədəd qara rəngli mobil telefonun özünə məxsus olmasını və “Samsung” markalı olmasını, eləcə də mobil telefonda ***-***-**-** saylı mobil nömrə olmasını bildirmişdir. Daha sonra üzərindən aşkar edilən 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Bükümün içərisində “şüşə” adı ilə tanıdığı maddələr olması müəyyən edilmiş, şifahi sorğu zamanı həmin maddələri təxminən 15-20 gün əvvəl Bakı şəhərində olarkən tanımadığı şəxsdən 50 manat qarşılığında əldə etdiyini, həmin maddələri yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin maddələri kiməsə satmaq və ya hədiyyə-pay qismində vermək niyyətinin olmadığını, özünün də bu maddələri təxminən 2-3 ay müddətdir ki, istifadə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan maddələr polis tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis tərəfindən götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 02 may 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması bildirilmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 02 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şəki rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Şəki rayonuna getmişlər. 02 may 2023-cü il tarixdə saat 18:50 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan piyada hərəkət edən bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu yaxınlıqda yerləşən Şəki RPŞ-yə dəvət etmişlər. O da etiraz etmədən onlarla Şəki RPŞ-yə gəlmişdir. Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində həmin şəxs müdafiəçi ilə təmin olunmuş və bundan sonra 02 may 2023-cü il tarixdə axşam saatlarında Şəki Rayon Polis Şöbəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etməklə masanın üzərinə qoymuşdur. O, bu maddələrin “şüşə” və ya “patı” olaraq adlanmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin cins şalvarının sağ yan cibindən də bir ədəd mobil telefonu təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra təqdim olunan əşya və predmetlərə ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd qara rəngli mobil telefonun sonuncu özünə məxsus olmasını və “Samsung” markalı olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Bükümün içərisində ağ rəngli, kristallik formada, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri təxminən 15-20 gün əvvəl Bakı şəhərində olarkən tanımadığı şəxsdən 50 manat qarşılığında əldə etdiyini, həmin maddələri yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin maddələri kiməsə satmaq və ya hədiyyə-pay qismində vermək niyyətinin olmadığını, özünün də bu maddələri təxminən 2-3 ay müddətdir ki, istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə istintaqı zamnaı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında əlavə şahid qismində dindirilmiş X11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs “Ruslan” kafedə ofsiant işlədiyi zaman tanımışdır. Hadisə günü “Ruslan” kafenin mətbəxinə düşmüşdür. Həmin vaxt yanında aşbaz və Orxan olmuşdur. Elə bu vaxt qapıdan içəri tanımadığı şəxs daxil olmuş və Orxanı kolidora çağırmışdır. Orxan da həmin şəxslə birlikdə kolidora çıxmışdır. Üstündən bir dəqiqə keçmiş və o, qapını açıb kolidora baxmışdır. Həmin vaxt kolidorda heç kim olmamışdır. Küçədə kafenin qarşısında qara maşın olmuşdur. Dərhal yuxarı qalxmış və Orxanın yuxarıda olmadığını görmüşdür. Daha sonra iki nəfər şəxs kafeyə daxil olmuş və hər yeri axtarmağa başlamışdır. Sonra həmin şəxslər kameraları dağıdıb Orxanın telefonunu aparıb getmişdirlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hadisə günü mətbəxdə aşbaz, Orxan və o, olmuşdur. Mətbəxdə olan zaman içəri daxil olan şəxs Orxanı səsləyib kalidora çağırmışdır. Üstündən bir dəqiqə keçmiş və o, kolidora çıxmışdır. Həmin vaxt kolidorda heç kim olmamışdır. Saat təxminən axşam 6-7 radələri olmuşdur. Sonradan eşitmişdir ki, Orxanı polis əməkdaşları aparmışdır. Orxanı qara maşın aparmışdır. İki nəfər daxil olan şəxs kafedə axtarış aparmış və kameranı sökmüşdürlər. O, “Ruslan” kafedə işləmişdir. O, səhər saat 9-da işə gəlmiş və axşam saat 6-7 radələrində işdən çıxmışdır. Buna görə də, Orxanın aparılma saatını xatırlayırmış. Sonradan ona məlum oldu ki, Orxanı polis əməkdaşları aparmışdır. Orxan getdikdən sonra qapıya çıxmış və qapıda qara maşın olduğunu görmüşdür. Sonra yuxarı qalxmış və Orxanın yuxarı mərtəbədə olmadığını görmüşdür. Orxanı çağıran şəxsin kim olduğunu bilməmişdir. Mətbəxə daxil olan şəxs “bir dəqiqə bura gəl” deyərək Orxanı kolidora çağırmışdır. İçəri daxil olan iki nəfər şəxs kafeni axtarmağa başlamışlar. Həmin vaxt onların yanında Orxan olmamışdır. Orxanın necə aparıldığını və necə maşına əyləşdirildiyini görməmişdir. O, yanlız Orxanı çağıran şəxsi görmüş və Orxanın kolidora çıxdığını görmüşdür. Küçəyə çıxan vaxt kafenin qarşısında qara maşın görmüşdür. Orxanı çağıran şəxs onun qoluna girib çölə çıxartmışdır. Ehtimal edir ki, Orxanı həmin şəxs aparmışdır. Kafe bağlandıqdan sonra işdən çıxmışdır. Orxanı Valehin dostu kimi tanımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “Orxan” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psxiotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması, eləcə də daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Orxan” adlı şəxsin xx.xx.1993-cü ildə Şəki Rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi,üstündə saxlaması, eləcədə daşınması və satılmasında şübhəli bilinən Şəki rayon sakini Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 18:50-də ünvan 4 ünvanın qarşısında olduğu zaman saxlanılmış, saxlanılarkən yerində üstünə şəxsi axtarış aparılmasına şərait olmadığına görə saxlandığı yerdən Şəki Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 02 may 2023-cü il tarix saat 20:04-dən tutulmuşdur (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, polis əməkdaşları tərəfindən müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 20:56-da Şəki Rayon Polis Şöbəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etməklə masanın üzərinə qoymuş və bu maddənin “şüşə” və ya “patı” olaraq adlandırılmasını bildirmişdir. Baxış zamanı 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd “Samsung” markalı mobil telefon (mobil telefonda ***-***-**-** saylı mobil nömrə) iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş İstintaq hərəkətini əks etdirən CD disk iş materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 29-30). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixli 6/2546 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində "... Təqsirləndirilən şəxs aşkar olunan kütlə... " sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,498 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (cild İ, iş vər. 40-44). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild İ, iş vər. 111-115). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 05 may 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild İ, iş vər.116). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Nərimanaov Rayon Məhkəməsinin “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanmasına dair” qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Ayaz Hüsünov tərəfindən qəbul edilmiş və Həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 02 may 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild İ, iş vər. 117). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə arayışlarından görünür ki, Təqsirləndirilən şəxs T.Vahabova küçəsi 2/3 saylı evdə yaşayır, ailə tərkibi X12 - atası (2020-ci ildən həbsdədir), X6-anası və bacısı - X4 ibarətdir (cild İ, iş vər.136-138). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəkidə yaşadığı müddət ərzində onun haqqında heç bir şikayət ərizəsi daxil olmamışdır (cild İ, iş vər. 139). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İ, iş vər. 140-141). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 3-13-6/2-6712/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı psixotrop maddə metamfetamini kimdən əldə etməsi, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cildİ, iş vər 149). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbayca Respublikası Səhiyyə nazirliyi “Respublika pisixiatriya Xəstəxanası” PHŞ 8212 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-xx.xx.2011, həmçinin xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müayinədə olmuşdur (cildb İ, iş vər.150). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixl, 2029 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”X20 komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “şəxsiyyətin emosionaldavamsız tip pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs də müəyyən edilən şəxsiyyət pozuntusu, o dərəcədə ifadə olunmamışdır ki, o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild İ, iş vər 160-163). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 15 may 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X20 məhkəmə-tibbi ekspertizası üzrə 188/MEŞ nömrəli rəyində görünür ki, “Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir” (cild İ, iş vər. 152-153). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 04 may 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 2638 nömrəli rəyində görünürki, “Müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” Habelə sözügedən rəydə deməsinə görə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etdiyi göstərilmişdir (cild İ, iş vər. 154-155). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 17 may 2023-cü il tarixli, 1636/K nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X20 məhkəmə-tibbi ekspertizası üzrə rəyindən görünür ki, “Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin turşusuna aid olan metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlsar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi” (cild İ, iş vər. 156-159). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 25 avqust 2023-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və 07538-77-70 mobil telefon nömrələri ilə aparılan danışıqlara baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir(cild İ, iş.vər.168 və 171). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 04 sentyabr 2023-cü il tarixli “vəsatətin təmin edilməsinin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Günay Hacıyevanın 31 avqust 2023-cü il tarixli vəsatətləri rədd edilmişdir (cild İ,iş vər. 203-204) Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 08 sentyabr 2023-cü il tarili “üzləşmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi ilə şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaş Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər (cild İ, iş vər 216- 218). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 08 sentyabr 2023-cü il tarili “üzləşmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi ilə şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaş Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər (cild İ, iş vər 219- 221). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 08 sentyabr 2023-cü il tarili “üzləşmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi ilə şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaş Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər (cild İ, iş vər 222- 224). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 15 sentyabr 2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 575-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild İ, iş vər. 225-227). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edilmiş 6,498 qram psixotrop maddə metanfetaminin əldə edilmə mənbəyinə görə material ayrılmış və onun əməlində CM 206cı və CM-in 234.4.1-ci maddələri cinayətin tərkib əlamətləri sübuta yetirilmədiyindən CPMnin 39.1.2 maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir (cild İ, iş vər. 228-240). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin arayışından görünür ki, “Bağırsaqların qıcıqlanma sindromu”, “Ailəvi Aralıq dəniz qızdırması” (FMF) xəstəliyindən əziyyət çəkir (cild İ, iş vər. 271). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 4713/2023 nömrəli “Məhkumun Tibbi kitabçası”dan görünür ki, zədə almadığını bildirir və sol said ön səthində və bazu oynağının bayır səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə saat 18:50-də saxlanılaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın əvvəlində etirafedici ifadələr verərək ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, lakin ibtidai istintaqın gedişində irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək heç vaxt narkotik vasitə və psixotrop maddə əldə etmədiyini, qeyd edilən vasitə və maddələrdən istifadə etmədiyini, tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını, edilmiş təzyiq nəticəsində məcbur qalaraq polis əməkdaşlarının dediyi məzmunda etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində psixotrop maddə metamfetamin olmadığını, həmin maddənin polis əməkdaşları tərəfindən ona verildiyini və edilmiş təzyiq nəticəsində ondan həmin psixotrop maddə metamfetaminlə bağlı etirafedici ifadə alındığını iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, məhkəmə istintaqında ilk növbədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra, habelə BMCMİ-nə aparılarkən və həmin idarədə polis əməkdaşlarının təzyiqinə məruz qalıb-qalmaması ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Məhkəmə istintaqında X3 sorğu verilərək əldə edilmiş Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin “Məhkumun tibbi kitabçası” elan edilməklə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş, müayinə zamanı onun üzərində köhnə çapıq toxumaların olduğu aşkar olunmuş, lakin həmin vaxt onun bədənində döyülmə və işgəncəyə aid xəsarət izinin olması barədə qeydiyyat aparılmamışdır. Habelə müayinə aparılarkən Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs üzərində xəsarət izinin olmasını bu və ya digər şəkildə təsdiq edə biləcək heç bir tibbi və digər sənəd mövcud deyil. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və bədənində xəsarət izinin olması barədə məhkəməyə hər hansı tibbi sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalıb-qalmaması ilə bağlı prokurorluq orqanında araşdırma aparılmış, həmin araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertiza keçirilmiş və xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərində hər hansı bir xəsarət izləri aşkar edilməmişdir. Dindirilmiş şəxslərin izahatları ilə yanaşı, həmçinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyinə əsasən döyülmə və işgəncə faktı təsdiq edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə yeni sübut təqdim etmədiyindən, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında isə Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin olması barədə səlahiyyətli dövlət orqanlarında qeydiyyat aparılmadığından məhkəmə belə nəticəyə gəlir ki, onun bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyülmə və işgəncəyə məruz qalması hissəsində ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə əlavə şahid X7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadə ilə razılaşmır. Belə ki, iş üzrə əlavə şahid X2 Vahabzadə ilə bir-birlərini tanıyır, onun işçisi olmuş və yaxşı münasibətinin olması onun bu formada, Təqsirləndirilən şəxs müdafiəsinə yönələn ifadə verməsini anlaşılan edir. Həmçinin məhkəmə kollegiyası sözügedən ifadə ilə bağlı qeyd edir ki, əlavə şahid kimi dindirilərkən Əsəd Abdullayev ifadəsində qapıdan içəri tanımadığı şəxsin daxil olmasını və Orxanı kolidora çağırmasını, Orxan da həmin şəxslə birlikdə kolidora çıxmasını, Orxanı çağıran şəxsin kim olduğunu bilməməsini, üstündən bir dəqiqə keçdikdən sonra o, qapını açıb kolidora baxmasını, həmin vaxt kolidorda heç kimin olmamasını, dərhal yuxarı qalxmasını və Orxanın yuxarıda olmadığını görməsini, mətbəxə daxil olan şəxs “bir dəqiqə bura gəl” deyərək Orxanı kolidora çağırmasını, Orxanı qara maşının aparmasını, küçədə kafenin qarşısında qara maşının olmasını, Orxanın necə aparıldığını və necə maşına əyləşdirildiyini görməməsini, Orxanı çağıran şəxs onun qoluna girib çölə çıxartmasını, o, yanlız Orxanı çağıran şəxsi görməsini və Orxanın kolidora çıxdığını görməsini, Orxanı polis əməkdaşlarının aparmasını sonradan eşitməsini, həmçinin Orxanı həmin şəxsin aparmasını ehtimal etməsini göstərmiş və beləliklə ziddiyyətli ifadələr vermişdirlər. Göründüyü kimi şahid X11 məhkəmə iclasında belə ifadə verməklə Təqsirləndirilən şəxs məsuliyyətdən və cəzadan yayındırmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) bükümdə olan külli miqdarda psixotrop maddə ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən təmiz çəkisi 6,498 qram olmaqla, 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin ona aid olmamasını, ümumiyyətlə psixotrop maddədən heç vaxt istifadə etməməsini, həmin psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən ona verilməsini iddia etsə də, bununla inandırıcı məlumat verməmişdir. Yəni həmin psixotrop maddə metamfetaminin kimin tərəfindən, hansı şəraitdə və nə vaxt ona verilməsini açıqlamamış, eləcə də qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X20 məhkəmə-tibbi ekspertizası üzrə 17 may 2023-cü il tarixli, 1636/K nömrəli ekspert rəyindən görünür ki, X5 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də onun üzərindən təmiz çəkisi 6,498 qram olmaqla, 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə olan maddəni, həmçinin həmin şalvarın sağ yan cibindən isə mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin əşyanı könüllü şəkildə cibindən çıxarıb masanın üzərinə qoymasının heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən həqiqətən də 01 (bir) ədəd bükümdə külli miqdarda psixotrop maddə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddənin metamfetaminin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psxiotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etdiyi göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, raportda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı daxil olması göstərilsə də, onun külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı əməllərində hər hansı bir şəxs və ya şəxslərin iştirakının olmaması, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə intensiv şəkildə əlaqə saxlayan şəxslərin qeyd olunan cinayətin törədilməsində Təqsirləndirilən şəxs ilə əlbirliklərinin olmaması, onlardan qanunsuz olaraq narkotik vasitə əldə etmədiyi, onları narkotik vasitələrin istifadəsinə təhrik etmədiyi, Təqsirləndirilən şəxs hər hansı bir şəxs və ya şəxslərə psixotrop maddə metamfetamin satıb-satmaması və Orxan Vəhabzadənin narkotik vasitə və ya psixotrop maddə satdığı şəxslərin dairəsinin müəyyən olunmasının mümkün olmaması göstərilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində tutulanadək onun psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə psixotrop maddənin əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən bir bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özüözlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələr və psixotrop maddələrilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitləri və psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşıması, 02 may 2023-cü il tarixdə saat 18:50-də Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 139A ünvanın qarşısında saxlanılaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasına gətiriləsi və orada həmin gün saat 20:56-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən təmiz çəkisi 6,498 qram psixotrop maddə metamfetamin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə kollgiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamin satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini və onun həmin maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmadıqda şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 02 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 6,448 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 6,448 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin və 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Əfəndizadə Hakimlər Bilal Məmmədov Xaliq Məmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar