Məhkəmə qərarları › İş №1(091)-62/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-62/2025

23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-62/2025 23.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X20, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri Ərəblinski küçəsi ev 28 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 2,756 qram külli miqdarda psixotrop maddə olan metamfetamini və üzərində "..Methadone 40..” yazıları olan iki ədəd blister kəsiyində ümumilikdə tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,26 qram olan narkotik vasitə hesab olunan altı ədəd bütov, bir ədəd yarım hissə olmaqla metadon tabletlərini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamış, 27 aprel 2024-cü il tarixdə saat 11:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri Ərəblinski küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib onun üzərində həmin gün saat 12:40-dan 13:10-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd boş mobil telefon qutusunun içərisindəki bir ədəd şəffaf sellofan bükümdə olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 2,756 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və həmin mobil telefon qutusunun içərisində saxladığı üzərində "..Methadone 40..” yazıları olan iki ədəd blister kəsiyində ümumilikdə 6 ədəd bütöv və bir ədəd yarım hissə olan bozumtul-qəhvəyi rəngli, dairəvi formalı, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,26 qram olan narkotik vasitə hesab olunan metadon dərman tabletləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, səhər saat 7 radələrində evdə olduğu zaman polis əməkdaşları icazə almadan evinə daxil olmuşlar və onu döyə-döyə polis şöbəsinə aparmışlar. Daha sonra polis şöbəsində onu döymüşlər və demişlər ki, narkotik vasitəni boynuna almalıdır. O da demişdir ki, ölsə də narkotik vasitəni boynuna almayacaqdır. Ancaq sonradan dərmanla razılaşmışdır. Çünki onu xəstə qardaşı ilə təhdid etmişlər. Ona görə də, CM-in 234.1-ci maddəsi ilə razılaşıb sənədə imza etmişdir. Polis əməkdaşları törətmədiyi cinayəti boynuna qoymuşlar. Ona demişlər ki, yuxarıdan qərar gəlmiş ki, o, içəri getməlidir. Onu döymüşlər. İzahatlardan xəbəri yoxdur. İzahatları müstəntiq yazmışdır. Çəkiliş zamanı narkotiki boynuna almışdır. Çünki polis əməkdaşları ona hədə-qorxu gəlmişdirlər. Əvvəllər narkotik vasitədən istifadə etsə də, tutulmadan əvvəl narkotik vasitədən istifadə etməmişdir. Fəhləliklə məşğul olmuşdur. Ona verilən ittihamla razılaşmır və özünü təqsirli bilmir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, polis şöbəsinə səhər saat 7 radələrində aparmışlar. İfadəsini saat 10- 11 radələrində almışlar. Həmin vaxta qədər döyülmüşdür. Polislə razılaşdıqdan sonra müdafiəçi Fərhad müəllim gəlmişdir. Fərhad müəllimə döyüldüyü barədə məlumat vermişdir. Yalnız bir sənədə imza etmişdir. Digər sənədlərə imza etməmişdir. Penitensiar müəssisəyə daxil olan vaxt xəsarətlərini həkimə göstərmişdir. Polis əməkdaşları böyrəyinə, ayağının altına və üzünə vurmuşlar. Polis əməkdaşları üzünə təpik vurmuşlar. Hər iki qolunda qandal izləri qalmışdır. Belindəki köhnə çapıq izləri olmuşdur. Qolunda iynə izləri olmamışdır. Narkotiki çəkmiş, qoluna vurmamışdır. Səpkiləri olmuşdur. Narkotik vasitəni qurğuşunun üstündə çəkmişdir. Elan edilmiş “Daş, Torpaq, Kofe” barədə “SMS”ləri o, yazmamışdır. Daş və torpaqla bağlı “SMS”ləri o, yazmamışdır. Saxlanılan vaxt üzərində telefonu olmuşdur. Telefonu “Samsung” markalı telefon olmuşdur. Onun telefonunda elan edilmiş “SMS”lər olmamışdır. “Whatsapp” istifadə etmiş, lakin elan edilən “SMS”ləri o, yazmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai araşdırma zamanı verdiyi ifadəsinin elan olunmaqla tədqiq olunmuş və o, həmin ifadəsində göstərmişdir ki, Yevlax şəhəri Ərəblinski küçəsi ev 28 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, 27 aprel 2024-cü il tarixdə təxminən saat 11:30 radələrində yaşadığı evin yerləşdiyi Yevlax şəhəri Ərəblinski küçəsində piyada hərəkətdə olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini ona təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Yevlax RPŞ-də onun seçimi ilə ona müdafiəçi təyin edilmiş Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 RPŞ-nə dəvət edilmişdir. Vəkili Fərhad Məmmədovun iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni əynindəki şalvarının sağ yan cibində olan mobil telefon qabının içərisində saxladığı bir ədəd sellofan bükülünün içərisində olan psixotrop maddə olan metamfetamin və cəmi iki ədəd bilistirdə cəmi 7(yeddi) ədəd, yəni daha dəqiq desə altı ədəd tam olmaqla bir ədəd yarım(bir ədədinin 1/2 hissəsi) olan narkotik vasitə metadon həbləri aşkar olunmuşdur. Həmin psixotrop maddə olan metamfetamin içərisində olduğu sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və daha sonra həmin psixotrop maddə olan metamfetamin bir ədəd zərfdə və cəmi iki ədəd bilistirdə altı ədəd tam olmaqla bir ədəd yarım(bir ədədinin 1/2 hissəsi) olan narkotik vasitə - metadon bir ədəd zərfdə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan başqa onun üzərindən hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. O, törətdiyi əməlin cinayət olduğunu bilmiş və hazırda buna görə peşmandır. 27 aprel 2024-cü il tarixdə onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamin və iki ədəd bilistrdə cəmi 7 ədəd narkotik vasitə olan metadon həbləri ona məxsusdur. O, 27 aprel 2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini və iki ədəd bilistrdə cəmi 7 ədəd narkotik vasitə olan metadon həblərini təxminən bir ay bundan əvvəl tanımadığı, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından almışdır. O, işlətmiş olduğu mobil telefonunun “instagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə danışaraq psixotrop maddə və narkotik vasitə almağa razılaşmışdır. O, həmin şəxsin İran nömrəsi olan mobil nömrəsini almışdır və onunla “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Onların razılığı əsasında o həmin şəxsin ona mobil telefonda demiş olduğu və hazırda xatırlamadığı kart hesabına 130 manat pul göndərərək həmin şəxsdən üç qram psixotrop maddə olan metamfetamin və səkkiz ədəd metadon həbi almış, İran İslam Respublikasının vətəndaşı olan şəxs həmin metamfetamini və metadonu Bakı şəhərində tanımadığı ünvana qoyduqdan sonra həmin yerin konumunu “Whatsapp” tətbiqi vasitəsi ilə ona göndərmiş və o tanımadığı taksi ilə həmin yerə gedərək həmin üzərindən aşkar edilərək götürülmüş metamfetamini və metadonu həmin konumdan götürmüş və sonra Yevlax rayonuna qayıtmışdır. O, həmin psixotrop maddə olan metamfetamindən bir qədərini, həmçinin həmin metadon həbinin bir ədədini və bir ədədinində yarısını istifadə etmişdir. O, Bakı şəhərində sürücülərini tanımadığı taksilər ilə hərəkət etmiş, həmçinin Yevlax rayonuna sürücüsünü tanımadığı taksi ilə gəlmişdir. O, Bakı şəhərində psixotrop maddə və narkotik vasitə alan zaman bundan onu ora aparan taksi sürücüsünün, həmçinin hər hansı bir şəxsin məlumatı olmamışdır. Həmçinin onun üzərində psixotrop maddə və narkotik vasitə olmasından heç kimin məlumatı olmamışdır. O, özü də bu haqda hər hansı bir şəxsə məlumat verməmişdir. O, həmin psixotrop maddəni və narkotik vasitəni təkbaşına əldə etmiş və təkbaşına saxlamışdır. O, hər hansı bir şəxslə qabaqcadan əlbir olmamışdır. O, İran İslam Respublikasının vətəndaşı haqqında hər hansı bir dəqiq məlumat bilmir. O, həmin şəxsi tanımır və adını, həmçinin ləqəbini bilmir. O, İran İslam Respublikası vətəndaşından həmin psixotrop maddəni və narkotik vasitəni aldıqdan sonra onun mobil telefonu qırılaraq yararsız hala düşdüyü üçün həmin şəxslə hər hansı bir mesajlaşması, danışığı onda yoxdur. Həmçinin həmin şəxsin işlətmiş olduğu instagram səhifəsinin adını, həmçinin mobil nömrəsini xatırlamır. O, öz işlətmiş olduğu instagram səhifəsinin adını belə xatırlamır. Onun hazırda işlətdiyi mobil telefonda İran İslam Respublikasının vətəndaşına dair hər hansı bir məlumat yoxdur. O, həmin şəxsə göndərmiş olduğu pulun qəbzini saxlamamışdır. O həmin şəxsin kart hesab nömrəsini xatırlamır. O, 27 aprel 2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş həmin psixotrop maddəni və narkotik vasitəni özü istifadə etmək üçün əldə etmişdir. O, həmin psixotrop maddəni və narkotik vasitəni alarkən niyyəti istifadə etmək olmuşdur. O, həmin psixotrop maddədən və narkotik vasitədən hər hansı bir şəxsə satmamış, həmçinin hər hansı şəxsə pay olaraq, həmçinin hər hansı bir şərtlə və yaxud da maddi nemət qarşılığında verməmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi var və o bütün telefon danışıqlarını həmin mobil nömrə vasitəsi ilə həyata keçirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və satışı ilə məşğul olmaqda şübhəli olması barədə 27 aprel 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq xx.xx.1987-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar Yevlax rayon polis şöbəsinin 27 aprel 2024-cü il tarixli əmri ilə əməliyyat-axtarış qrupu yaradılmış və o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Onlar həmin günü polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Ərəblinski küçəsinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri Ərəblinski küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar Yevlax şəhəri Ərəblinski küçəsində Təqsirləndirilən şəxs görərək yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini və üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmşlər. Bundan sonra müdafiəçinində iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə videoyazı vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansı bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd mobil telefon qabını, sol yan cibindən isə 01 (bir) ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd mobil telefon qabının içərisində olan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükülünün, 6 ədəd tam və bir ədəd yarım hissə olan üzərinə “methadone 40” sözləri yazılmış həblərin nə olmasını soruşduqda sonuncu şəffaf rəngli sellofana bükülünün içərisində olan maddənin “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddə olan metamfetamini və metadon həblərini təxminən 1 ay əvvəl internetdən tanış olduğu İran İslam Respublikası vətəndaşından 130 manata aldığını, özünəməxsus ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını, həmin şəxsdən 3 qram patı və 08 ədəd metadon həbləri almaq üçün 130 manata razılaşdığını, təxminən 01 ay əvvəl Bakı şəhərində “Milliön” ödəmə terminalı vasitəsilə İran vətəndaşının ona göndərdiyi kart hesabına 130 manat pul göndərdiyini, pulu göndərdikdən sonra İran vətəndaşının Bakı şəhərində dəqiq ünvanını bilmədiyi yaşayış məntəqəsinin yaxınlığındakı zibil qablarının yanına qoyduğunu bildirdiyini, bundan sonra qeyd edilən yerə gedərək razılaşdığı sellofan torbada olan patını və 8 ədəd metadon həblərini götürdüyünü və yaşadığı Yevlax şəhərinə gəldiyini, Yevlax şəhərində aldığı narkotik vasitələri küçədə qabın içərisində gizlətdiyini, bundan sonra ağrıları olan zaman patıdan və həblərdən istifadə etdiyini, həblərin 1 ədədini və bir ədədinin də yarısını, patıdan isə bir hissəsini istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə səhər saatlarında ağrıdığına görə narkotik vasitə istifadə etmək üçün yaşadığı Yevlax şəhəri H.Ərəblinski küçəsi ev 28-də yerləşən evin yaxınlığında gizlətdiyi narkotik vasitələri götürüb evə gedən zaman Yevlax RPŞ-nin əməkdaşlarının onu saxladığını və Yevlax RPŞ-nə gətirdiklərini, özünün əvvəllər narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi psixotrop maddə olan metamfetamini və metadon həblərini özü istifadə etmək üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını bildirmişdir. Həmin 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümün içərisinə baxdıqda ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu aşkar etmişdir. Bundan sonra həmin ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və həmin kütlənin bükümlə birlikdə çəkisinin 3,05 qram olduğu müəyyən edilmişdir. Şəffaf rəngli sellofan torbaya bükülmüş ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 01 ədəd qutuda 04 ədəd, 02-ci qutuda isə 02 ədəd və yarım hissə üzərinə “methadone 40” sözləri yazılmış boz rəngli metadona bənzər dərman həblərini bir ədəd zərfə qoyaraq möhürləmiş və ekspertiziya təqdim olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, səhər saat 8 radələrində evdə yatan zaman gəlinin səsini eşitmişdir. Həmin vaxt gəlin kiməsə deyirmiş ki, otaqlarına ayaqqabı ilə daxil olma. Elə həmin vaxt kimsə yatdığı otağın qapısını açmaq istəmişdir. O da üstünü dəyişdiyini bildirərək etiraz etmişdir. Həmin vaxt evə daxil olan şəxslərin polis əməkdaşı olduğunu başa düşmüşdür. Dəqiq saylarını deyə bilmir, lakin evdə bir xeyli polis əməkdaşı olmuşdur. Polis əməkdaşı qanunsuz nəvəsinin otağına girmişlər. Nəvəsi 14 yaşında qız uşağıdır. Otaqdan çıxıb aşağı düşmüşdür. Polis əməkdaşları oğlu Bəhruzu soruşmuşlar. O da demişdir ki, bəlkə oğlu qonşudadır. Sonra polis əməkdaşları oğlunun maşınını və yandakı qonşu evləri soruşmuşlar. Daha sonra digər oğlunun yaxasından yapışıb aparmaq istəmişlər. Elə bu vaxt nəvəsi qışqıraraq polis əməkdaşlarına atasını buraxmalarını bildirmişdir. Uşaq ağladığına görə digər oğlunu buraxmışlar. Sonra polis əməkdaşları ayaq yoluna baxmışlar. Həmin vaxt ayaq yolu bağlı olmuşdur. Polis əməkdaşları ayaq yolunun qapısını sındırmışlar. Həmin vaxt Bəhruz orada olmuşdur. Polis əməkdaşları Bəhruzun qoluna girib vəhşicəsinə aparmışlar. Küçədə 4-5 polis maşını olmuşdur. Güya oğlunun üzərindən narkotik vasitə tapıblar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən təqsirləndirilən şəxs Reyhan Mustafayeva göstərmişdir ki, polis əməkdaşları oğlunu ayaq yolundan çıxarıb başına vura-vura maşına aparmışlar. Polis əməkdaşları oğlunu döymüşlər. İş üzrə müstəntiqə ifadə vermişlər. Hətta müstəntiq Bəhruzun döyüldüyünü demişdir. Oğlunun narkotik istifadə etdiyini bilmirmiş. Sonradan eşitmişdir ki, oğlu narkotik vasitə istifadə edir. Oğlunu aparan polis əməkdaşlarını üzdən görsə tanıyarmış. Oğlunu 27 aprel tarixində səhər saatlarında aparıblar. Məhkəmə kollegiyası iş üzrə əlavə şahid qismində dinidrilmiş X6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadələrlə razılaşmır. Belə ki, iş üzrə şahid Reyhan Mustafayeva Təqsirləndirilən şəxs anasıdır, onunla bir yerdə yaşayır və o, ona kömək etmək istədiyindən oğlu Təqsirləndirilən şəxs müdafiəsinə yönələn ifadə verir. Bu isə cinayət işi üzrə məhkəmə istintaqında dindirilmiş əlavə şahidin belə ifadə verməsini anlaşılan edir. Göründüyü kimi əlavə şahid X12 məhkəmə iclasında belə ifadə verməklə oğlu Təqsirləndirilən şəxs məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Buna görə də Məhkəmə kollegiyası əlavə şahid R.Mustafayevanın ifadəsində göstərilən məlumatların işdəki mötəbər sübutlarla təkzib olunduğu üçün mötəbər sübut kimi saymayaraq qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il raportdan görünür ki, ünvan 4 ünvanda yaşayan, xx.xx.1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, işsiz Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanılması və satışı ilə məşğul olmasına dair Yevlax RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər.04). xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax rayonu ərazisində keçirilən təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün, saat 11:30-da Yevlax şəhəri, Ərəblinski küçəsində saxlanılaraq Yevlax RPŞ-nin növbətçi hissəsinə gətirilmişdir (cild 01, iş vər. 09). xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cidl 01, iş vər. 10). xx.xx.2024-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 18-19). xx.xx.2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 12:40 dəqiqədən saat 13:10 dəqiqəyədək olan müddət ərzində Yevlax rayon polis şöbəsinin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01(bir) ədəd mobil telefon qabını, sol yan cibindən isə 01(bir) ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01(bir) ədəd mobil telefon qabının içərisində olan 01(bir) ədəd şəffaf rəngli sellofan bükülünün və 6 ədəd və yarım hissə üzərinə “methadone 40” sözləri yazılmış həblərin nə olmasını soruşduqda sonuncu şəffaf rəngli sellofan bükülünün içərisində olan maddənin “patı”, yəni psixotrop maddə olan yəni metamfetamin olduğunu, həmin psixotrop maddə olan metamfetamini və metadon həblərini təxminən 1 ay əvvəl internetdən tanış olduğu İran İslam Respublikası vətəndaşından 130 manata aldığını, özünə məxsus ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını, həmin şəxsdən 3 qram patı və 08 ədəd metadon həbləri almaq üçün 130 manata razılaşdığını, təxminən 01 ay əvvəl Bakı şəhərində “Milliön” ödəmə terminalı vasitəsilə İran vətəndaşının ona göndərdiyi kart hesabına 130 manat pul göndərdiyini, pulu göndərdikdən sonra İran vətəndaşının Bakı şəhərində dəqiq ünvanını bilmədiyi yaşayış məntəqəsinin yaxınlığındakı zibil qablarının yanına qoyduğunu bildirdiyini, bundan sonra qeyd edilən yerə gedərək razılaşdığı sellofan torbada olan patını və 8 ədəd metadon həblərini götürdüyünü və yaşadığı Yevlax şəhərinə gəldiyini, Yevlax şəhərində aldığı narkotik vasitələri küçədə qabın içərisində gizlətdiyini, bundan sonra ağrıları olan zaman patıdan və həblərdən istifadə etdiyini, həblərin 1 ədəd və yarısını, patıdan isə bir hissəsini istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə səhər saatlarında ağrıdığına görə narkotik vasitə istifadə etmək üçün yaşadığı Yevlax şəhəri H.Ərəblinski küçəsi ev 28-də yerləşən evin yaxınlığında gizlətdiyi narkotik vasitələri götürüb evə gedən zaman Yevlax RPŞ-nin əməkdaşlarının onu saxladığını və Yevlax RPŞ-nə gətirdiklərini, özünün əvvəllər narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi psixotrop maddə olan metamfetamini və metadon həblərini özü istifadə etmək üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını bildirmişdir. Həmin 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisinə baxdıqda ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu aşkar etmişdir. Bundan sonra həmin ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və həmin kütlənin içərisində olduğu sellofanla birlikdə cəmi çəkisinin 3,05 qram olduğu müəyyən edilmişdir. Şəffaf rəngli sellofan torbaya bükülmüş ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 01 ədəd qutuda 04 ədəd, 02-ci qutuda isə 02 ədəd və yarım hissə üzərinə “methadone 40” sözləri yazılmış boz rəngli metadona bənzər dərman həblərini bir ədəd zərfə qoyulmuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmışdır. Zərfdə qablaşdırdığı maddənin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan metadon olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən video kamera cihazı vasitəsi ilə video çəkiliş aparılmış, həmin video çəkiliş bir ədəd diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 26-34). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X25 Bölməsinin 3-16-16-2-17/398 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş 1(bir) ədəd sellofan torbaya bükülmüş bükülü.” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi – 2,756 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (İ siyahıya) daxildir (cild 01, iş vər. 42-45). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 01, iş vər. 58-59). xx.xx.2024-cü il tarixli Yevlax Rayon Məhkəməsinin 4(039)-43/2024 nömrəli qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər.79-82). xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokol və ona əlavə olunmuş foto cədvəldən görünür ki, mobil telefon Təqsirləndirilən şəxs istifadəsində olan “SAMSUNG Galaxy J7” markalı telefondur, mobil telefonun içərisində ***-***-**-** mobil nömrə vardır. Telefonun “inistaqram” bölməsinə, “whatsapp” tətbiqinə və digər bütün bölmələrinə və proqramlarına baxılmış və iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir (cild 01, iş vər. 83-86). xx.xx.2024-cü il tarixli “Qəbz”dən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “SAMSUNG Galaxy J7” markalı mobil telefon Anar Abışova verilmişdir (cild 01, iş vər. 87). xx.xx.2024-ci il tarixli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin psixo-nevroloji kabinetin PHŞ-2953/24 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 107). 08 may 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə Qazax Hərbi məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci ildə Gəncə Apellyasiya məhkəməsinin qərarı ilə xx.xx.2007-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2008-ci ildə Salyan rayon məhkəməsinin qərarı ilə 01 il 11 ay 06 gün azadlığın məhdudlaşdırılması ilə əvəz olunmuş, xx.xx.2008-ci ildə Salyan rayon məhkəməsinin qərarı ilə CM-nin 77-ci maddəsinə əsasən 01 il 11 ay 06 gün azadlığın məhdudlaşdırılması ilə əvəz olunmuşdur. xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikasının qanunu ilə 331-ci maddə ləğv edilmişdir. Bundan başqa Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrin əsasən təqsirli bilinərək 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 01, iş vər. 112-113). xx.xx.2024-cü il tarixli Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri dörd nəfər olmaqla H.Ərəblinski küçəsi ev 28 saylı ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər.119-122). xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 27 aprel 2024-cü il tarixdə aşkar edilərək götürülmüş 2,756 qram miqdarında psixotrop maddə olan metamfetamin və iki ədəd bilistrdə cəmi 7 ədəd (həblərin altı ədədi tam və bir ədədi yarım hissə olmaqla) narkotik vasitə olan metadon həbləri ona məxsusdur. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuş və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan metadon həblərini və psixotrop maddə - metamfetamini satmaq niyyəti ilə üzərində saxlamışdır (cild 01, iş vər. 131). xx.xx.2023-cü il tarixli Yevlax Rayon Məhkəməsi 1(039)-85/2023 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 133-137). xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin polis əməkdaşları tərəfindən döyülməsi, işgəncəyə, fiziki zorakılıq və təzyiqlərə məruz qalması, eləcə də evlərinin polis əməkdaşları tərəfindən qarət olunması ilə bağlı X10 Baş Prokurorluğa daxil olmuş müraciəti əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və toplanmış 1070-C-24 nömrəli material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər.139-141). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/2384 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş..” yazıları və imzalar olan bir ədəd kağız zərfin içərisində üzərində “..Methadone 40..” yazıları olan iki ədəd blister kəsiyində ümumilikdə 6 ədəd bütöv və yarım hissə (0,5 tablet) bozumtul-qəhvəyi rəngli, dairəvi formalı dərman tableləri narkotik vasitə - metadondur, tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,26 qram (üzərindəki göstəricilərə əsasən bir ədəd tabletdə 0,04 qram) təşkil edir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. (cild 01, iş vər. 143-147). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserin 1162 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər.148). xx.xx.2024-cü il tarixdə Yevlax rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli 5(039)- 51/2024 nömrəli qərarı əsasında 01 yanvar 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin sahibinin şəxsiyyəti barədə, həmin mobil nömrəyə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan smslərin mətni və anten dairəsi barədə məlumatları özündə əks etdirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən göndərilmiş bir ədəd CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa 2dene das 2dene torpaq 5 5 agrinalaram 4dene” və “Qaqa burda usaqda yeke bankada kofe var aynoynan desirler isdyrsen getrim bax yeke kofedendi vizv at isdesen getrim” məzmunlu mesajlar göndərilmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Qaqa qoymuwam. Wocikizin usdune ordan gotrersen iwiq wocikin usdunde di daw qoymuwam balaca” məzmunlu mesaj göndərilmişdir (cild 01, iş vər. 149-151). xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni haradan və kimdən əldə etdiyini, yəni mənbəyini müəyyən etmək üçün və həmçinin də ***-***-**-** saylı və ***- ***-**-** mobil nömrələrdən istifadə etməklə X17 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə mesaj yazan şəxslərin şəxsiyyətinin müəyyən edilərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarının müəyyən edilməsi üçün ətraflarında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün cinayət işindən ayrıca icraat materialı ayrılması, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.1-ci və 234.4.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət işi başlanması, habelə X3, X4 və X13 barəsində isə CM 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır (cild 01, iş vər. 188-203). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Təqsirləndirilən şəxs məxsus tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına təhvil verilərkən ilkin tibbi müayinədən keçmiş və həmin vaxt onun bədənində xəsarət izi aşkar edilməmişdir. Lakin onun hər iki qolunda inyeksiyadan sonrakı trefonik yara, sağ bel nahiyədə cərrahi əməliyyatdan sonrakı köhnə çapıq toxuma, habelə bel-kürək nahiyədə xırda ölçülü çoxsaylı dəri səpkiləri olması barədə qeydiyyat aparılmışdır. xx.xx.2024-cü il tarixli Yevlax rayon Polis şöbəsinin məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibbi Müayinənin Keçirilməsi və X9 Qeydiyyatı kitabından görünür ki, Təqsirləndirilən şəxs MSY-də olarkən tibbi müayinədən keçirilmiş onun üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, lakin orada ona tibbi yardım göstərilmişdir (kitabçanın 6-cı bəndi diklofenak 3.0). Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə Təqsirləndirilən şəxs İsa Abışov adlı övladı anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə Təqsirləndirilən şəxs Nərmin Abışov adlı övladı anadan olmuşdur. xx.xx.2025-ci il tarixli Yevlax rayon Polis şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yevlax rayon Polis şöbəsinin inzibati binasına gətirilməsindən xeyli müddət keçdiyindən görüntülər kameraların yaddaşında qalmamış və bu səbəbdən həmin görüntülərin göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahılarının 1-cü Siyahısının 111-ci bəndinə əsasən – 0,02 qramdan 1,6 qramadək metadon xeyli miqdar və həmin siyahıların 2-ci siyahısının 118-ci bəndinə əsasən 2 qramdan 400 qramadək metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, tutulmamışdan əvvəl Təqsirləndirilən şəxs səhhətində narahatçılıq olduğundan cərrahi əməliyyata məruz qalmış, habelə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl fəhləliklə məşğul olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bildiyini bildirsə də, ancaq narkotik vasitələrin satışı ilə məşğul olmamasını, əvəzli və ya əvəzsiz heç kəsə narkotik vasitə və ya psixotrop maddə vermədiyini barədə ifadələr vermiş, lakin ibtidai istintaqın gedişində irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmiş və ittihamı bütövlükdə rədd edərək etiraz əlaməti olaraq imza çəkməkdən imtina etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə polis əməkdaşları tərəfindən evdə saxlanıldığını, saxlanıldığı zaman üzərində psixotrop maddə metamfetamin və metadon həblərinin olmadığını, həmin maddənin və həblərin polis əməkdaşları tərəfindən ona verildiyini və edilmiş təzyiq nəticəsində ondan həmin psixotrop maddə metamfetaminlə və metadon həbləri ilə bağlı ifadə alındığını iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, məhkəmə istintaqında ilk növbədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra, habelə Yevlax rayon Polis şöbəsinə aparılarkən və həmin şöbədə polis əməkdaşlarının təzyiqinə məruz qalıb-qalmaması ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Məhkəmə istintaqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Təqsirləndirilən şəxs məxsus tibbi kitabçası elan edilməklə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş, lakin həmin vaxt onun bədənində döyülmə və işgəncəyə aid xəsarət izinin olması barədə qeydiyyat aparılmamışdır. Ümumiyyətlə cinayət işin materiallarında Təqsirləndirilən şəxs üzərində xəsarət izinin olmasını bu və ya digər şəkildə təsdiq edə biləcək heç bir tibbi və digər sənəd mövcud deyil. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və bədənində xəsarət izinin olması barədə məhkəməyə hər hansı tibbi sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalıb-qalmaması ilə bağlı prokurorluq orqanında araşdırma aparılmış, həmin araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərində xəsarət izləri aşkar edilməmişdir. Dindirilmiş şəxslərin izahatları ilə yanaşı, həmçinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən döyülmə və işgəncə faktı təsdiq edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə yeni sübut təqdim etmədiyindən, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında isə Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin olması barədə səlahiyyətli dövlət orqanlarında qeydiyyat aparılmadığından məhkəmə belə nəticəyə gəlir ki, onun bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyülmə və işgəncəyə məruz qalması hissəsində ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Odur ki, qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, X21 polis əməkdaşlarının onu səhər saat yeddidə gəlib evdən aparmaları, habelə polis əmkdaşlarının onu döyməsi , anası və xəstə qardaşı ilə hədə-qorxu gəlmələri, İran İslam Respublikası vətəndaşı ilə əlaqəsinin olmaması barədə bildirdikləri ilə bağlı məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dəfələrlə (şübhəli və təqsirləndirilən şəxs qismində) ifadə verərək üzərindən aşkar edilmiş psixotrop maddə olan metanfetamini və narkotik vasitə olan metadon həblərin əldə etməsini, nə vaxt, haradan, necə və hansı miqdarda əldə etməsini göstərmiş və əldə etdiyi psixotrop maddə olan metanfetamindən və narkotik vasitə olan metadon həblərindən istifadə etdiyini, əlaxsus heç kəsə əvəzli və ya əvəzsiz vermədiyini, əldə edərkən heç kimlə əlbir olmadığını ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf sellofan bükümdə olan külli miqdarda psixotrop maddə və üzərində "..Methadone 40..” yazıları olan iki ədəd blister kəsiyində ümumilikdə 6 ədəd bütöv və bir ədəd yarım hissə olan bozumtul-qəhvəyi rəngli, dairəvi formalı, tərkibində metadonun təsiredici maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə olan metadon həblərini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt onun əynindəki şalvarın sağ yan cibindən bir ədəd boş mobil telefon qutusunun içərisindəki bir ədəd şəffaf sellofan bükümdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 2,756 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və həmin mobil telefon qutusunun içərisində saxladığı üzərində "..Methadone 40..” yazıları olan iki ədəd blister kəsiyində ümumilikdə 6 ədəd bütöv və bir ədəd yarım hissə olan bozumtul-qəhvəyi rəngli, dairəvi formalı, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,26 qram olan narkotik vasitə hesab olunan metadon dərman tabletləri aşkar edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək psixotrop maddə olan metanfetamini və narkotik vasitə olan metadon həblərinin polis əməkdaşları tərəfindən ona verilməsini iddia etsə də, bununla inandırıcı məlumat verməmişdir. Ancaq həmin psixotrop maddə olan metanfetamini və narkotik vasitə olan metadon həblərinin kimin tərəfindən, hansı şəraitdə və nə vaxt ona verilməsini ibtidai istintaq zamanı açıqlamış, eləcə də üzərindən aşkar edilmiş psixotrop maddə olan metanfetamini və narkotik vasitə olan metadon həbləri əldə edərkən aşkar olunan miqdardan çox olduğunu və narkotik vasitələrin istifadəçisi olduğu üçün onlardan istifadə etməsi barədə ətraflı məlumat vermişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də onun əynindəki şalvarın sağ yan cibindən bir ədəd boş mobil telefon qutusunun içərisindəki bir ədəd şəffaf sellofan bükümdə saxladığı 2,756 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və həmin mobil telefon qutusunun içərisində saxladığı üzərində "..Methadone 40..” yazıları olan iki ədəd blister kəsiyində ümumilikdə 6 ədəd bütöv və bir ədəd yarım hissə olan bozumtul-qəhvəyi rəngli, dairəvi formalı, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,26 qram olan narkotik vasitə hesab olunan metadon dərman tabletləri aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynindəki şalvarın sağ yan cibindən bir ədəd boş mobil telefon qutusu və sol yan cibindən isə bir ədəd “Samsung Galaxy J7” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuş və Təqsirləndirilən şəxs mobil qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükülünü və altı ədəd və yarım hissə üzərinə “methadone 40” sözləri yazılmış həbləri təqdim etmişdir. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin əşyanı könüllü şəkildə cibində gəzdirdiyi mobil telefon qabından çıxarıb masanın üzərinə qoymasının heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən çıxartdığı mobil qutusunun içərisində həqiqətən də bir ədəd bükümdə külli miqdarda psixotrop maddə, habelə altı ədəd və yarım hissə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini və altı ədəd bütov hissə, bir ədəd yarım hissə olmaqla narkotik vasitə olan metadon tabletlərini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, baxılan işdə Təqsirləndirilən şəxs külli miqdarda satış məqsədi ilə hərəkət etməsi ilə bağlı ibtidai istintaq orqanının yekun qənaəti istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır və cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini və iki ədəd bilistrdə cəmi 7 ədəd narkotik vasitə olan metadon həblərini təxminən bir ay bundan əvvəl tanımadığı və “instagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə danışmışdır. Aralarında olan razılıq əsasında o həmin şəxsin ona mobil telefonda demiş olduğu və hazırda xatırlamadığı kart hesabına 130 manat pul göndərərək həmin şəxsdən üç qram psixotrop maddə olan metamfetamin və səkkiz ədəd metadon həbi almışdır. Həmin şəxs metamfetamini və metadonu Bakı şəhərində tanımadığı ünvana qoyduqdan sonra həmin yerin konumunu “Whatsapp” tətbiqi vasitəsi ilə ona göndərmiş və o, həmin konumdan gedib götürmüş və sonra Yevlax rayonuna qayıtmışdır. O, həmin psixotrop maddə olan metamfetamindən bir qədərini, həmçinin həmin metadon həbinin bir ədədini və bir ədədinində yarısını istifadə etmişdir. 27 aprel 2024-cü il tarixdə təxminən saat 11:30 radələrində polis əməkdaşları tərfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərinə axtarış keçirilmiş və axtarış zamanı üzərində gəzdirdiyi telefon qutusunun içərisində saxladığı bir ədəd sellofan bükülünün içərisində olan psixotrop maddə olan metamfetamin və cəmi iki ədəd bilistirdə cəmi 7(yeddi) ədəd, yəni daha dəqiq desə altı ədəd tam olmaqla bir ədəd yarım (bir ədədinin 1/2 hissəsi) olan narkotik vasitə - metadon həblərini polis əməkdaşlarına təqdim etmişdir. Aşkarlanmış psixotrop maddə və metadon həbləri özünə məxsudur. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış və psixotrop maddəni və altı ədəd bütov hissə, bir ədəd yarım hissə narkotik vasitə olan metadon tabletlərini öz istifadəsi üçün əldə etmişdir. İş üzrə dindirilmiş şahidlərdən hər biri Təqsirləndirilən şəxs tutularkən üzərində aşkar olunmuş psixotrop maddə olan metanfetamini və narkotik vasitə olan metadon həblərini üstündə satış məqsədi ilə daşımaqla gəzdirdiyini bildirmiş, lakin məhkəmə iclasında dindirilmiş şahidlərin heç biri Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitə olan metadon həblərini əldə edərkən məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər, onlar müstəsna olaraq yuxarıda qeyd olunan psixotrop maddənin və narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metanfetamini və narkotik vasitə olan metadon həblərini satış məqsədi ilə əldə etməsi nəticəsinə gələrkən ibtidai araşdırma orqanının istinad etdiyi əsas sübutlar onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə göndərilmiş və aşkar edilmiş aşağıdakı məzmunda mesajlar olmuşdur. xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa 2dene das 2dene torpaq 5 5 agrinalaram 4dene” və “Qaqa burda usaqda yeke bankada kofe var aynoynan desirler isdyrsen getrim bax yeke kofedendi vizv at isdesen getrim” xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa qoymuwam. Wocikizin usdune ordan gotrersen iwiq wocikin usdunde di daw qoymuwam balaca” Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə göndərilmiş mesajların mətnlərinin heç bir araşdırma aparmadan onun bu və ya digər cinayətin törədilməsində təqsirinin mötəbər sübutu kimi qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə ki, CPM-in 32-ci maddəsinin tələblərinə uyğun olaraq ibtidai istintaq orqanı həmin mesajlarla bağlı araşdırma aparmış, tədsirləndirilən şəxsə suallar vermiş, telefon nömrələri sahiblərini dindirərək onların təqsirləndirilən şəxslə əlaqələrinin olub –olmamasını yoxlamış və xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi qərarıda hüquqi qiymətini vermişdir. Təqsirləndirilən şəxs həmin mesajlara münasibət bildirərək onun həmin mesajlardan xəbərinin olmadığını və həmin mobil nömrə işlədən şəxsləri, eləcə də sahiblərini tanımadığını bildirmişdir. Həmçinin araşdırma zamanı ***-***-**-** mobil nömrənin sahibi X7 ibtidai araşdırma zamanı mesajlara münasibət bildirərkən həmin nömrənin ona məxsus olmaqla hazırda da istifadəsində olduğunu, Təqsirləndirilən şəxs tanımadığını və ona sözügedən mesajları göndərmədiyini, onun Təqsirləndirilən şəxsla hər hansı bir əlaqəsinin və münasibətinin olmamasını, özünə məxsus ***-***-**-** mobil nömrənin özündən başqa hər hansı bir şəxsin istifadə etməməsini, eləcə də narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Habelə ***-***-**-** saylı mobil nömrənin sahibi X8 araşdırma zamanı ifadə verərək mobil nömrə ona məxsus olmasına baxmayaraq mobil nömrəni itirdiyini və uzun müddətdir ki, həmin nömrəni istifadə etmədiyini, sözügedən mesajı onun göndərmədiyini, həmçinin narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmamasını, heç vaxt istifadə etməməsini, habelə Təqsirləndirilən şəxs Yevlax şəhər sakini kimi tanıdığını, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni istifadəsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə hər hansı bir məlumatının olmamasını bildirmişdir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, ibtidai istintaq orqanı belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metanfetamini və narkotik vasitə olan metadon həblərini ifadələri alınmış X14, X7 və X22 ilə birlikdə əldə etməsi, onlardan alması və ya onlara satması ilə bağlı istintaq zamanı hər hansı bir sübut, mötəbər dəlil əldə edilməmişdir. Həmçinin məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, xx.xx.2024-cü il tarixdə ***-***-**- ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** nömrəyə göndərilmiş “Qaqa 2dene das 2dene torpaq 5 5 agrinalaram 4dene” və “Qaqa burda usaqda yeke bankada kofe var aynoynan desirler isdyrsen getrim bax yeke kofedendi vizv at isdesen getrim” və xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa qoymuwam. Wocikizin usdune ordan gotrersen iwiq wocikin usdunde di daw qoymuwam balaca” mesajların 27 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metanfetamini və narkotik vasitə olan metadon həblərin Təqsirləndirilən şəxs tərəfindən əldə edilərkən məhz satış məqsədi ilə əldə etdiyini özündə əks etdirən sübut kimi çıxış edə bilməz. Belə ki, sadə məntiqlə təhlil aparılaraq müəyyən olunar ki, Təqsirləndirilən şəxs göndərilmiş mesajların sonuncusu, yəni xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən göndərilmiş “Qaqa qoymuwam. Wocikizin usdune ordan gotrersen iwiq wocikin usdunde di daw qoymuwam balaca” mesajda Təqsirləndirilən şəxs alıcı kimi çıxış etdiyi aydın olur. Habelə məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs mobil telefonuna göndərilmiş, onun tutulmasından 3 ay əvvəl (xx.xx.2024 tarixli) ünvanlanmış mesajların mətnlərinin heç bir araşdırma olmadan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş və bir ay əvvəl əldə etdiyi psixotrop maddə olan metanfetamini və narkotik vasitə olan metadon həblərinin satış məqsədi ilə əldə etməsini təsdiq edən sübut kimi qəbul etmələri əsassız olmuşdur. İbtidai istintaq orqanı həmin mesajlarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsin, yəni CM–nin 234.2-ci maddəsinin tərkib əlaməti olan - satışın olmasını əsas götürmüşdür. Kollegiya iş üzrə həmin hala deduktiv nöqteyi nəzərindən yanaşaraq qeyd edir ki, həmin mesajlar Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə göndərilməsi faktını təsdiq edir. Bununla isə səxsin cinayət məsuliyyəti yarana bilməz. Belə ki, şəxsin cinayət məsuliyyəti onun hərəkət və ya hərəkətsizliyindən və şəxsin öz hərəkət və ya hərəkətsizliyinə, əməlinə olan psixi münasibətindən yaranır. Kollegiya hazırkı cinayət işi üzrə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması üçün məhz Təqsirləndirilən şəxs mesajları aldıqdan sonra onun davranışının (hərəkət və ya hərəkətsizliyin) nədən ibarət olmasını ibtibai sitintaq orqanı mötəbər sübutlarla təsdiq edilməli idi. Əks hal cinayət işi üzrə cox saylı suallar, ehtimallar və əsaslı şübhələrdən başqa bir şey deyildir. Eyni zamanda cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, raportda Təqsirləndirilən şəxs ümumi qaydada narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məşğul olması göstərilsə də, onun kiməsə narkotik vasitə satması və yaxud satmaq istəməsi, habelə alıcı axtarması göstərilməmişdir. Göründüyü kimi ibtidai istintaq zamanı müstəntiq tərəfindən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana müvafiq tapşırıq verilsə də, Təqsirləndirilən şəxs gerçəkdən də narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmasına dəlalət edə biləcək, yəni əməliyyat məlumatının (narkotiklərin və psixotrop maddənin satışı ilə məşğul olması hissəsində) doğru olduğunu təsdiq edən materiallar əldə edilərək cinayət işi mateiallarına əlavə edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində tutulanadək onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Cinayət hüquq nəzəriyyəsində cinayətin məqsədi günahkarın cinayət törətməklə əldə etməyə çalışdığı gələcəkdə arzu olunan nəticənin psixi modeli olmaqla təlabtla, maraqla, sərvətlə sıx əlaqədardır. Bu isə özlüyündə o deməkdir ki, müəyyən məqsədin yaranması obyektiv varlıqla əlaqədardır. Yəni cinayətin məqsədi təqsirkarın təsəvvüründə yaratdığı sərvətin obrazıdır, mənzərəsidir ki, buna nail olmağa şəxs səy göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə üzərindən aşkar edilmiş psixotrop maddə olan metanfetamini və narkotik vasitə olan metadon həblərini satış məqsədi ilə əldə etməsi və yaxud üzərindən aşkar edilmiş və cinayət işinin başlanmasına səbəb olmuş həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan metadon həblərini əldə edərkən onun məqsədinin əldə etdiyi narkotik vasitə və psixotrop maddənin satışına yönələn hərəkət və ya hərəkətsizlikdən ibarət olan davranışını (məqsədinə nail olmaq səylərini) təsdiq edə biləcək sübutlar cinayət işnə əlavə etməmiş, habelə ittiham tərəfi belə sübutları məhkəmə istintaqında tədqiq edilməsi üçün məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası prosessual qanunvericilik baxımından hesab edir ki, təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri ehtimal, şübhələr üzərində qurmaq olmaz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop madədləri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli psixotrop maddə olan metanfetamini və narkotik vasitə olan metadon həblərini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2024-cü il tarixində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 2,756 qram təşkil edən psixotrop maddə metamfetaminin və ümumi miqdarı 0,26 qram təşkil edən altı ədəd bütov hissə, bir ədəd yarım hissə olmaqla narkotik vasitə olan metadon tabletlərini aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəsi olduğundan həqiqətən də onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metanfetamini və narkotik vasitə olan metadon həblərini öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan metadon həblərini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metanfetamini və xeyli miqdarda narkotik vasitə olan metadon həblərini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə kollegiyası bir daha belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metanfetamini və xeyli miqdar narkotik vasitə olan metadon həbləri əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmadan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4 maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır və qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri tam sübuta yetirildiyindən, cəzanı ağırlaşdıran hal kimi residiv mövcud olduğundan və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş sanksiya həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 27 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Yevlax rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,656 qram miqdarında psixotrop maddə olan metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq 5 (beş) tablet narkotik vasitə olan metadon həbləri məhv edilməli, 01 ədəd şəxsi axtarış keçirilməsinə dair disk və 01 ədəd telefon məlumatlarına dair disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 149 (bir yüz qırx doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 149 (bir yüz qırx doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, yaşayış üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Yevlax Rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,656 qram miqdarında psixotrop maddə olan metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq 6.5 tabletdən qalmış 5 (beş) tablet narkotik vasitə olan metadon həbləri məhv edilsin, 01 ədəd şəxsi axtarış keçirilməsinə dair disk və 01 ədəd telefon məlumatlarına dair disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 149 (bir yüz qırx doqquz) manat 10 (on) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar