Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-63/2021 16.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxxx 1968-ci il tarixdə Göyçay rayonunun Qəbələ Müskürlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Göyçay rayonunun Qəbələ Müskürlü kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X3 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonunun Qəbələ Müskürlü kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada qanunsuz olaraq torpaqda əkib, 31 ədəd şitildən ibarət külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, həmçinin yaşadığı evin həyətyanı sahəsində istixanada əkib-becərdiyi narkotik təbiətli çətənə (kannabis) bitkilərinin birindən satış məqsədi ilə kustar üsulla hazırladığı külli miqdarda, yəni 1 kiloqram 480 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib həmin istixanada açıq vəziyyətdə saxlamış, xx xxxxxx 2020-ci il tarixdə Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saat 13:50-də sonuncunun yaşadığı evin həyətyanı sahəsində olan istixanaya baxış keçirilən zaman oradan 30 ədəd əkilib-becərilməsi qadağan olunmuş əkib-yetişdirərək kultivasiya etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkiləri, eləcə də açıq vəziyyətdə satış məqsədilə saxladığı 1 kiloqram 480 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 20 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2020-ci ilin mart ayının əvvəllərində yaşadığı kənddə avtomobil yolunun kənarından 1 ədəd kağız bükümdə çətənə bitkisinin toxumlarını tapmış və həmin toxumları əkib-yetişdirmək üçün özündə saxlamışdır. Həmin bükümdə təxminən 30-35 ədəd çətənə toxumları olmuşdur. Məhz həmin toxumları 2020-ci ilin mart ayının ortalarında həyətində yerləşən pomidor istixanasında pomidor şitillərinin arasında bir yerdə əkmişdir. Onların 31 ədədi bitdiyinə görə onlara qulluq göstərərək becərməyə başlamışdır ki, yetişdirsin və sonra özü istifadə etsin. Mütəmadi olaraq pomidorları suvaranda həmin 31 ədəd çətənə şitilinin də diblərini yumşaltmaqla, alaqdan təmizləməklə suvarmış və onlara daimi quluq etmişdir. Həmin narkotik bitkilərindən biri quruyub yararsız hala düşdüyündən kökündən çıxarıb istixanada bir yerə torpağın üzərinə atmışdır. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evin həyətində olarkən polis əməkdaşları yaşadığı ünvana gələrək onu çağırmışlar. Polis əməkdaşları ona çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu bildirərək ona vəkil Mətanət Həsənovanı təqdim edib hüquq və vəzifələrini izah etmişlər. Eyni zamanda şübhəli şəxs kimi saxlanılması barədə protokol tərtib edilmişdir. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. Həmin zaman polis əməkdaşlarına etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra dəvət olunmuş iki nəfər hal şahidinin, aqronomun və vəkilin iştirakı ilə həyətyanı sahəsində baxış keçirilmiş və orada yerləşən istixanada özü istifadə etməsi üçün əkib-becərdiyi 30 ədəd çətənə bitkisi, həmçinin quruyub yararsız hala düşən və artıq qurumuş çətənə bitkisi də aşkar edilmişdir. Həmin 30 ədəd çətənə bitkisi barədə ona sorğu edildikdə həmin bitkilərin çətənə kolları olduğunu, onları özü istifadə etmək üçün əkib-becərdiyini bildirmişdir. İfadəsinin davamında göstərmişdir ki, narkotik vasitənin satışı ilə məşğul olmamış, heç vaxt narkotik vasitə satmamışdır, istixanada aşkar olunan qurumuş çətənə bitkisi xarab olduğuna görə onu çıxarıb atmışdır. Əməlindən peşmandır, onun barəsində narkotik tərkibli bitkilər əkdiyinə görə təqsirli bilinməsinə dair hökmün çıxarılmasını və yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi, həmçinin narkotik vasitə saxlaması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında xx xxxxxx 2020-ci il tarixdə tərəfindən RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Bundan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Daha sonra həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 13 radələrində polis əməkdaşları, müdafiəçi və aqronomun iştirakları ilə Göyçay rayonunun Qəbələ-Müskürlü kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün gedilmişdir. Eyni zamanda həmin kənd sakinlərindən iki nəfər hal şahidi dəvət edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən çağırıb ona həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməkdə və narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də, həyətyanı sahəsinə baxış keçirilməli olduğu bildirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilməsilə bağlı hər hansı bir etirazının olmamasını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra ona şübhəli şəxs qismində təhqiqatçı tərəfindən müdafiəçi təqdim edilərək, hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda həmin zaman polis əməkdaşları, müdafiəçi, aqronom, iki nəfər hal şahidi və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə yerləşən pomidor şitilləri əkib-becərmək üçün nəzərdə tutulmuş istixananın içərisindən girişdən sağ tərəfdə 30 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Aqronom tərəfindən də həmin bitkilərə baxış keçirilmiş və həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğu, diblərinə peyin, şirə verilməklə xüsusi qulluq olunaraq diblərinin alaq otlarından təmizlənib aqrotexniki qaydada qulluq edilərək əkilibbecərildiyi bildirilmişdir. Həmçinin ilkin sorğu zamanı Təqsirləndirilən şəxs da həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, 2020-ci ilin mart ayının ortalarında gələcəkdə özü istifadə etmək məqsədilə həmin bitkiləri özünün əkib-becərdiyini, toxumlarını isə 2020-ci ilin mart ayının əvvəllərində yaşadığı kənddə avtomobil yolunda hazırda yadında qalmayan bir yerdən kağız bükümdə tapdığını bildirmişdir. Həmçinin narkotik bitkiləri aşkar olunan yerdən torpaq nümunələri də götürülmüşdür. Eyni zamanda baxış zamanı istixananın içərisində çətənə bitkilərinin əkilib-becərildiyi yerin yanından açıq və qurudulmuş halda narkotik bitkisinin hissələri kütlə halında aşkar olunmuşdur. Aşkar edilmiş 30 ədəd narkotik tərkibli çətənə bitkisi 8 ədəd sintetik torbalara, qurudulmuş marixuana və torpaq nümunələri də ayrı-ayrılıqda torbalara qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Göyçay RİHB-nin Qəbələ Müskürlü kəndində bələdiyyə sədri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus həyətyanı torpaq sahəsində polis əməkdaşları tərəfindən baxışın aparılmasında hal şahidi qismində iştirak etmiş və baxış zamanı həyətyanı sahədə olan istixanada 30 ədəd narkotik tərkibli çətənə bitkisi, həmçinin həmin bitkilərin yanında açıq halda, yəni həmin bitkilərdən birinin qurudulmuş halda olan hissələri yerdə aşkar olunmuş, həmin aşkar olunanlar qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Şahid4 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Göyçay RİHB-nin Qəbələ Müskürlü kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Göyçay rayon Qəbələ-Müskürlü kənd ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb həmin kənd sakini Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini və həmin baxışda onun da hal şahidi kimi iştirak etməsini təklif etdilər. Bu barədə ona hüquq və vəzifələri izah olundu. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evindən çağırıb ona həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməkdə və narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də, həyətyanı sahəsinə baxış keçirilməli olduqlarını bildirdilər. Həmin zaman Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilməsilə bağlı hər hansı bir etirazının olmamasını bildirərək bu barədə ərizə ilə müraciət etdi. Bundan sonra polis əməkdaşları müdafiəçi, aqronom mütəxəssis, onun və ondan başqa hal şahidi kimi dəvət edilmiş Qəbələ Müskürlü kənd bələdiyyə sədri Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirdi. Baxış zamanı həyətyanı sahədə yerləşən pomidor şitilləri əkib-becərmək üçün nəzərdə tutulmuş istixananın içərisindən girişdən sağ tərəfdə 30 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edildi. Həmin çətənə bitkiləri bir-bir köklərindən çıxarıldı, uzunluqları ölçüldü, lakin uzunluqları hazırda yadında qalmayıbdır. Aqronom tərəfindən də həmin bitkilərə baxış keçirildi və həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğu, diblərinə peyin, şirə verilməklə aqrotexniki qaydada qulluq edilərək əkilib-becərildiyi bildirdi. Eyni zamanda həmin yerdən torpaq nümunələri də götürüldü. Bundan başqa istixanadan həmin bitkilərin yanından açıq halda, yəni həmin bitkilərdən birinin qurudulmuş halda olan hissələri yerdə aşkar olundu. Həmin kütlələr torbaya qablaşdırıldı, tərəzidə çəkildi və çəkisi 1,860 qram oldu. Eyni zamanda aşkar edilmiş 30 ədəd narkotik tərkibli çətənə bitkiləri də 8 ədəd sintetik torbaya və torbaq nümunəsi digər bir torbaya qablaşdırılaraq götürüldü. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin aşkar edilmiş 30 ədəd bitkinin narkotik tərkibli çətənə bitkiləri olduğunu, özü istifadə etmək üçün 2020-ci ilin mart ayının ortalarında əkibbecərdiyini, eyni zamanda açıq halda aşkar edilmiş kütlənin də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin kütləni də istixanada əkib-becərdiyi bitkini kökündən çıxarıb hissələrə ayırmaqla qurudub özü istifadə etmək üçün saxladığını bildirdi. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə də baxış keçirildi, lakin onun üzərindən və həyətyanı sahəsindən iş üçün əhəmiyyət kəsb edən başqa əşya və ya predmet aşkar olunmadı. Bütün bunlar barədə protokol tərtib olundu, fotoşəkillər çəkildi və ucadan oxunduqdan sonra protokola imza edildi. Təqsirləndirilən şəxs əlavə olaraq təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində istixanadan açıq halda aşkar edilmiş marixuananın onun tərəfindən qurudulmadığını, həmin çətənə bitkisini əkib-becərməsinə baxmayaraq öz-özünə quruduğundan tutulmazdan təxminən 2-3 həftə əvvəl kökündən çıxarıb sındırıb əzərək həmin istixanaya kənara atdığını, eyni zamanda polis əməkdaşlarının həmin 30 ədəd çətənə bitkisini aşkar edərkən əvvəlcədən həmin bitkilərin üzərindən quruyaraq yerə tökülmüş yararsız halda olan hissələri də yığıb istixanada kənara atdığı bir ədəd qurumuş bitkiyə əlavə edərək tərəzidə çəkib qablaşdırdıqlarını bildirməsilə bağlı bunları qeyd edə bilər ki, həmin baxışda hal şahidi qismində iştirak edərkən yuxarıda qeyd etdiklərini görmüşdür. Belə ki, istixanadan 30 ədəd çətənə bitkisi aşkar edildikdən sonra oradan bir yerdə topa açıq halda çətənə bitkisinin hissələri də aşkar edilmişdir. Lakin həmin zaman polis əməkdaşları digər çətənə bitkilərinin aşkar olunduğu yerdən və ya kənardan həmin bitkilərin üzərindən quruyaraq yerə tökülmüş kütlələri digər yerdə topa halda olan kütlənin üzərinə yığıb əlavə etməyiblər. Tərəzidə çəkilərək qablaşdırılmış kütlə yalnız bir yerə topa açıq halda olan çətənə bitkisinin qurudulmuş halda olan kütlələri olmuşdur. Bundan başqa ilkin sorğu zamanı da Təqsirləndirilən şəxs həmin açıq halda yerdə topa vəziyyətdə olan kütlə aşkar edilərkən həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və özü istifadə etmək məqsədilə əkib-becərdiyi bitkinin hissələrindən yığıb, qurudub saxladığını bildirmişdir. (cild 01, iş vər. 170-180) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, Göyçay rayonunun Qəbələ Müskürlü kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitənin alüdəçisi olduğu, Göyçay rayonunun Qəbələ Müskürlü kəndində yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərməsi barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 02) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Göyçay rayonunun Qəbələ Müskürlü kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədi ilə yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsi üçün müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 05) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə Göyçay rayonunun Qəbələ Müskürlü kəndində yerləşən yaşadığı evin həyətində və həyətyanı sahəsində axtarış aparılmasına və baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. (cild 01, iş vər. 8) Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə hal şahidləri, aqronom və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonunun Qəbələ Müskürlü kəndindəki həyətyanı sahəsinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan istixanaya baxış keçirilən zaman oradan 30 ədəd əkilib-becərilməsi qadağan olunmuş əkib yetişdirərək kultivasiya edilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, eləcə də açıq vəziyyətdə olan 1 kiloqram 480 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 25-41) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə Göyçay rayon PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Göyçay rayonunun Qəbələ Müskürlü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkarlanmış narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilərə baxış keçirilən zaman həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyi müəyyən olunmuşdur. Bitkilərin dibləri yumşaldılmış, peyin verilmişdir. Aşkarlanmış bitkilərin ümumi sayı 30 (otuz) ədəd olmuşdur. (cild 01, iş vər. 42) Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının xx xxxxxx 2020ci il tarixli 17/482 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində yerləşən istixanadan aşkar edilmiş...” sözləri yazılmış 08 ədəd sintetik kisələrin içərisində hündürlükləri 80 sm-dən 280 sm-dək, ümumi təmiz çəkiləri 75 kiloqram 200 qram olan ümumilikdə 30 ədəd bitki əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom-mütəxəssis Şaiq İsmayılovun xx.xx.2020-ci il tarixli rəyinə əsasən 30 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində yerləşən ixtixanadan aşkar edilmiş qurudulmuş kütlələr...” sözləri yazılmış 01 ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 1480,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində...bitki kollarının dibindən götürülmüş torpaq nümunələri.” sözləri yazılmış 01 ədəd sellofan torbada olan torpaq nümunəsindəki bitki hissəcikləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləridir. Tədqiqata təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Tədqiqata təqdim olunmuş 30 ədəd çətənə bitkisi və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 55-58) Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 17/569 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən istixanadan aşkar edilmiş qurudulmuş kütlələr” sözləri yazılmış 01 ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 1479,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza qarşısında qoyulmuş “Ekspertizaya təqdim edilmiş 01 ədəd sintetik torbada olan kütlənin narkotik vasitə kimi istifadəyə yararlı olub-olmaması müəyyənləşdirilsin” sualını cavablandırmaq ekspertin zəruri biliyindən kənara çıxdığından mümkün olmadı. (cild 01, iş vər. 203-206) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 947 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 216) Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin 5(046)-43/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Göyçay rayonunun Qəbələ Müskürlü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxışın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 01, iş vər. 111- 112) Cinayət işinin materiallarında olan “Göyçay rayon mərkəzi xəstəxanası” X4 xx xxxx 2020-ci il tarixli, 626 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdən narkoloji kabinetdə narkomaniya diaqnozu ilə qeydiyyatdadır, psixi kabinetdə qeydiyyatda deyil. (cild 01, iş vər. 117) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarını araşdıran və sübutlara məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi əsassız olmuşdur və odur ki, ona qarşı irəli sürülmüş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2013-cu il tarixli Qərarında qeyd olunur ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. CM-in 237.1-ci maddəsində də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda kultivasiya edilməsinə, yəni əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaş-xaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin göstərilir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir. Eyni zamanda sözügedən qərarda göstərilmişdir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olan tərkibində narkotik maddələr olan bitkilərin miqdarının (o cümlədən şəxsi istehlak miqdarının) müəyyən edilməsi məsələsi həll edilərkən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunun İ Siyahısında nəzərdə tutulan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda) əsas götürülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərdən toplanan miqdar “külli miqdar” əlamətini yaratdıqda, bu, cəzanı ağırlaşdıran hal hesab olunur və şəxsin əməli CM-in 237.2.3-cü maddəsində qeyd olunan cinayət kimi tövsif edilir. Qeyd olunduğu kimi, cinayət məsuliyyətinə səbəb olan tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz toplanmasının ölçü vahidləri (külli miqdarı) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunda nəzərdə tutulmuş Siyahılarla müəyyən edilir. Həmin Siyahıların “Narkotik vasitələr” adlı İ Siyahısında həm inzibati xəta yaradan səxsi istehlak miqdarı, həm də cinayət məsuliyyətinə səbəb olan şəxsi istehlak miqdarından artıq miqdar, eləcə də bu narkotik vasitələrin külli miqdar hesab edilməsi miqdarı müəyyən olunmuşdur. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair İİİ Siyahı ilə isə bu bitkilərin cinayət məsuliyyətinə səbəb olan say miqdarı külli miqdar kimi müəyyənləşdirilmişdir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, tərkibində narkotik maddələr olan bitkilər (onların hissələri) narkotik vasitə olduğuna görə (“Narkotik maddələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.1-ci maddəsi) CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş külli miqdar məsələsi həll edilərkən göstərilən İ Siyahıda müəyyən olunan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda), külli miqdar (say vahidləri) məsələsi həll edilərkən isə İİİ Siyahı əsas götürülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə isə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndində qeyd olunur ki, tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq Cinayət Məcəlləsinin 234.1 və ya 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin yığılması tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) qanunsuz əldə edilməsi sayıldığı halda, əkilib-becərilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması həmin bitkilərin qanunsuz kultivasiya edilməsi hesab olunur. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 17/482 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan istixanadan aşkar edilmiş 30 ədəd çətənə bitkisi və 1480 qram qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs 30 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisini aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etdiyi əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin tərkib hissəsi ilə, istixanada yerdə açıq şəkildə aşkar olunmuş 1480 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tərkib hissələrinin eyni olması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə olan istixanadan aşkar olunmuş 1480 qram qurudulmuş marixuana sonuncu tərəfindən kultivasiya etmiş olduğu 30 ədəd çətənə bitkisindən yığılıb qurudulmuşdur. Tərkibində narkotik maddələr olan çətənə bitkilərinin kultivasiyası aqrotexniki qaydada qulluq olunmuş həmin bitkinin hissələrinin toplanmasını da əhatə etdiyindən və bitki hissələrini toplayan şəxsin əməlini həmin an üçün onun saxlanması da əhatə etdiyindən, yəni kultivasiya etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərinin hissələrini toplayan şəxs topladığı məhsulu (bitkinin hissələrini) hər hansı bir yerə qoymaq məcburiyyətində olduğundan, həmin an üçün bu cinayəti törədən şəxs bütövlükdə Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmiş sayılır ki, hazırkı halda Təqsirləndirilən şəxs məhz qeyd edilən cinayət əməlini törətmişdir. Konstitusiya Məhkəməsinin Qərarında qeyd edildiyi kimi, əməlin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməsi üçün tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Beləliklə, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması Cinayət Məcəlləsinin 237-ci maddəsinin tərkib əlamətini təşkil etdiyindən, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin toplanmasına, saxlanılmasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əlavə ittihamın verilməsi qanuna müvafiq deyil. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitklərini satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə əkibbecərməsini, onun hissələrini satış məqsədi olmadan topladığını bildirməsindən asılı olmayaraq, Təqsirləndirilən şəxs əməli yalnız Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair İİİ Siyahı ilə bu bitkilərin cinayət məsuliyyətinə səbəb olan say miqdarı külli miqdar kimi (15 ədəddən çox olması) müəyyənləşdirildiyindən, təbii ki, əməlin tövsifi zamanı bu hal nəzərə alınmalı və həmin hala uyğun əməlin tövsifi həyata keçirilməlidir. Odur ki, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılmalıdır. Beləliklə, məhkəmə istintaqı nəticəsində məhkəmə kollegiyasının gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonunun Qəbələ Müskürlü kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada qanunsuz olaraq torpaqda əkib, 31 ədəd şitildən ibarət külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, həmçinin yaşadığı evin həyətyanı sahəsində istixanada əkib-becərdiyi narkotik təbiətli çətənə (kannabis) bitkilərinin birindən 1480 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib həmin istixanada açıq vəziyyətdə saxlamış, xx xxxxxx 2020-ci il tarixdə Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saat 13:50-də sonuncunun yaşadığı evin həyətyanı sahəsində olan istixanaya baxış keçirilən zaman oradan 30 ədəd əkilib-becərilməsi qadağan olunmuş əkib yetişdirərək kultivasiya etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkiləri, eləcə də istixanada açıq vəziyyətdə yerdə olan 1480 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Göyçay rayonunun Qəbələ Müskürlü kəndində yaşayır və qeydiyyatdadır. Onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. (cild 01, iş vər. 128-129) Cinayət işinin materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər X2 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 01, iş vər. 113-116) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 21) Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 100-102) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəzasına hesablanmalı, barəsində cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan “Göyçay rayon mərkəzi xəstəxanası” X4 xx xxxx 2020-ci il tarixli, 626 nömrəli məktubunda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdən narkoloji kabinetdə narkomaniya diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 30 ədəd narkotik tərkibli çətənə bitkisi, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1479,90 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd sintetik torbada olan torpaq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülən ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 30 ədəd narkotik tərkibli çətənə bitkisi, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1479,90 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd sintetik torbada olan torpaq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X3 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-63/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-63/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver