Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-63/2023 14.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən: Məmmədov Bilal Mahir oğlu hakimlər: Mirzəyev Nahid Namiq və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X10, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Şəki regional Vəkil Bürosunun vəkilləri X6 və X5 iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Əli-Bayramlı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi M.Ə.Rəsulzadə küçəsi ev 30-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs2 23 avqust 1994-cü ildə Əli-Bayramlı şəhəri Hacıqəhrəmanlı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi, N.Nərimanov küməsi ev 47-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncunun istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını əkib yetişdirərək kultivasiya etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 2022-ci ilin may ayında, dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı rayonunun Ruşan kəndi ərazisində yerləşən meşə sahəsində vahid niyyətlə əhatə olunan qəsdlə 7 metr enində və 7 metr uzunluğunda olan 49 kvadrat metr torpaq sahəsini və həmin torpaq sahəsindən təxminən 30 metr aralıda kultivasiya üçün əlverişli yer olan 6 metr enində 6 metr uzunluğunda olan 36 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyib hər iki torpaq sahəsini əkin üçün yaralı vəziyyətə gətirərək eyni gündə həmin torpaq sahələrində çətənə bitkisinin toxumlarını əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib ümumilikdə külli miqdar təşkil edən 984 (doqquz yüz səksən dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib yetişdirərək xx.xx.2022-ci il tarixədək kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində İsmayıllı RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə 49 kvadrat metr torpaq sahəsində əkib yetişdirdikləri çətənə bitkilərinə və çətənə bitkisinin şitillərinə su verən zaman həmin yerdə aşkar edilmiş, onların iştirakı ilə həmin yerə baxış keçirilən zaman qabaqcadan əlbir olan bir qrup şəxs halında əkib yetişdirməklə kultivasiya etdikləri 15 santimetrdən 45 santimetrədək hündürlükdə təmiz çəkisi 228,01 qram olan 153 (yüz əlli üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri, 5 santimetrdən 10 santimetrədək hündürlükdə təmiz çəkisi 194,88 qram təşkil edən 587 (beş yüz səksən yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinin şitilləri aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün, saat 14 radələrində həmin torpaq sahəsindən 30 metr aralı əkib-becərdikləri digər 36 kvadrat metr torpaq sahəsinə baxış keçirilən zamanı orada 16 santimetrdən 50 santimetrədək hündürlükdə təmiz çəkisi 210,43 qram təşkil edən 92 (doxsan iki) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri, 5 santimetrdən 11 santimetrədək hündürlükdə təmiz çəkisi 50,17 qram təşkil edən 152 (yüz əlli iki) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinin şitilləri, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında kultivasiya etdikləri külli miqdarda, təmiz çəkisi 438,44 qram təşkil edən 245 (iki yüz qırx beş) ədəd çətənə (kannabis) bitkiləri, təmiz çəkisi 245,05 qram təşkil edən 739 (yeddi yüz otuz doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri, ümumilikdə isə külli miqdar təşkil edən 984 (doqquz yüz səksən dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 ona özündə narkotik tərkibli çətənə bitkisinin toxumlarının olduğunu və əkib becərməkdə sonuncuya kömək etməsini istəmiş, maddi imkanı aşağı olduğundan Anarla razılaşaraq təxminən 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs1 yaxşı tanıdığı İsmayıllı rayonunun Ruşan kəndinə gələrək kəndin yaxınlığında yerləşən meşəlik ərazidə olan təxminən 6x6 metr və 7x7 metr ölçüdə ayrı-ayrı ərazini özləri ilə gətirdikləri alətlərlə ağac və kollardan təmizləyərək əkin üçün yer hazırlayıb təmizlədikləri yerdə çətənə bitkisinin toxumlarını əkmək üçün yer qazmışlar. Bundan sonra Şirvan şəhərinə geri dönərək bir neçə gün sonra özləri ilə götürdükləri çətənə toxumlarını həmin yerə gətirib ağac və kollardan təmizlədikləri ərazidə torpağa basdırmış, bir neçə gün Ruşan kəndində Anarın qohumunun evində qaldıqları müddətdə mütəmadi olaraq əkdikləri toxumlara cücərib inkişaf edə bilməsi üçün meşə ərazisinə gedib qulluq etmişlər. Toxumları əkdikləri gündən etibarən təxminən 3-4 dəfə İsmayıllı rayonuna gəlmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yenidən çətənə bitkiləri əkdikləri əraziyə gələrək bitkilərə qulluq etmək üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə saat gecə saatlarında sonuncuya məxsus “Vaz 21014” markalı dövlət qeydiyyat nişanlı İsmayıllı rayonuna gəlmiş, havanın bir qədər işıqlanmasını gözlədikdən sonra toxumları suvarıb geri qayıtmaq üçün həmin əraziyə getmişlər. Həmin vaxt iki nəfər tanımadıqları şəxs onlara tərəf yaxınlaşaraq İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını, orada nə iş gördüklərini soruşmuşlar. Polis əməkdaşlarına səmimi etiraf edərək narkotik tərkibli çətənə bitkilərini əkdiklərini bildirdikdən sonra dəvət edilmiş aqronom mütəxəssisin iştirakı ilə həmin yerə keçirilən baxış zamanı birinci 7x7 metr ölçüdə olan sahədə 740 ədəd, həmin yerdən 30 metr aralıdakı 6x6 metr ölçüdə olan sahədən isə 244 ədəd bitki şitilləri çıxarılaraq qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-in 237.2.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində maddi imkanı zəif olduğuna görə tanışı Təqsirləndirilən şəxs2 özündə olan narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkib becərməkdə ona kömək etməsini istəmiş, Amid onunla razılaşaraq təxminən 2022-ci ilin may ayında onun yaxşı tanıdığı İsmayıllı rayonunun Ruşan kəndinə gələrək kəndin yaxınlığında yerləşən meşəlik ərazidə olan təxminən 6x6 metr və 7x7 metr ölçüdə ayrı-ayrı ərazini özləri ilə gətirdikləri alətlərlə ağac və kollardan təmizləyərək əkin üçün yer hazırlayıb təmizlədikləri yerdə çətənə bitkisinin toxumlarını əkmək üçün yer qazmışlar. Bundan sonra Şirvan şəhərinə geri dönərək bir neçə gün sonra özləri ilə götürdükləri çətənə toxumlarını həmin yerə gətirib ağac və kollardan təmizlədikləri ərazidə torpağa basdırmış, bir neçə gün Ruşan kəndində onun qohumunun evində qaldıqları müddətdə mütəmadi olaraq əkdikləri toxumlara cücərib inkişak edə bilməsi üçün meşə ərazisinə gedib qulluq etmişlər. Toxumları əkdikləri gündən etibarən təxminən 3-4 dəfə İsmayıllı rayonuna gəlmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yenidən çətənə bitkiləri əkdikləri əraziyə gələrək bitkilərə qulluq etmək üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə saat gecə saatlarında sonuncuya məxsus “Vaz 21014” markalı dövlət qeydiyyat nişanlı İsmayıllı rayonuna gəlmiş, havanın bir qədər işıqlanmasını gözlədikdən sonra toxumları suvarıb geri qayıtmaq üçün həmin əraziyə getmişlər. Həmin vaxt iki nəfər tanımadıqları şəxs onlara tərəf yaxınlaşaraq İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını, orada nə iş gördüklərini soruşmuşlar. Polis əməkdaşlarına səmimi etiraf edərək narkotik tərkibli çətənə bitkilərini əkdiklərini bildirdikdən sonra dəvət edilmiş aqronom mütəxəssisin iştirakı ilə həmin yerə keçirilən baxış zamanı birinci 7x7 metr ölçüdə olan sahədə 740 ədəd, həmin yerdən 30 metr aralıdakı 6x6 metr ölçüdə olan sahədən isə 244 ədəd bitki şitilləri çıxarılaraq qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Şirvan şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Ruşan kəndində yerləşən meşə ərazisində narkotik tərkibli bitkilər əkib-becərmələri barədə daxil olmuş əməliyyat məlumatı əsasında 06 iyun 2022-ci il tarixdə yaradılmış əməliyyat qrupuna daxil olan İsmayıllı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X11, CAB-nın axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və KTQ-nin baş inspektor kriminalisti X7, həmçinin dəvət edilmiş aqronom-mütəxəssis X4 ilə birlikdə İsmayıllı rayonunun Ruşan kəndində yerləşən meşəlik sahəsinə gedərək həmin vaxt orada olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada saxlamışlar. Sorğu zamanı həmin şəxslər həqiqəti etiraf edərək həmin yerdə inkişaf etmiş bitki şitillərinin narkotik tərkibli bitkilər olmasını, həmin bitkilərə qulluq etdiklərini, bitkiləri orada əkməzdən əvvəl yerlərini yumşaltdıqlarını və kiçik çalalar düzəldərək əkdiklərini bildirmişlər. Bundan sonra aqronom mütəxəssisin iştirakı ilə həmin sahəyə keçirilən baxış zamanı birinci 7x7 metr olan kol-kosdan təmizlənmiş sahədə 740 ədəd çətənə bitkisinə oxşar bitkilər, həmin ərazidən təxminən 30 metr aralıda isə 244 ədəd çətənə bitkisinə bənzər bitki şitilləri aşkar edildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsində əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 07 iyun 2022-ci il tarixli 17/460 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “İsmayıllı rayon Ruşan kəndi ərazisində yerləşən meşə sahəsində aşkar edilmiş... 244 ədəd...” sözləri yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki: uzunluqları 16 sm-dən 50 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri- 210,43 qram olan 92 (doxsan iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Uzunluqları 5 sm-dən 11 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri- 50,14 qram olan 152 (yüz əlli iki) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “İsmayıllı rayon Ruşan kəndi ərazisində yerləşən meşə sahəsində aşkar edilmiş... 740 ədəd...” sözləri yazılmış 01 (bir) ədəd sellofan torbanı açdıqda, içərisində: Uzunluqları 15 sm-dən 45 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri- 228,01 qram olan 153 (bir yüz əlli üç) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Uzunluqları 5 sm-dən 10 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri- 194,88 qram olan 587 (beş yüz səksən yeddi) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom (mütəxəssis) Rəşid Zülfüqarlının xx.xx.2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə və şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş 245 (iki yüz qırx beş) ədəd çətənə bitkiləri tərkibinə görə eynidirlər. 739 (yeddi yüz otuz doqquz) ədəd çətənə bitkisinin şitilləri inkişafının ilkin fazasında olduğu üçün onların bir-biri ilə və 245 (iki yüz qırx beş) ədəd çətənə bitkiləri ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 06 dekabr 2022-ci il tarixli 7/1357 nömrəli rəyindən görünür ki, aqronomun rəyinə əsasən təqdim olunmuş, MEM-nə məxsus 2 ədəd qəhvəyi rəngli kağız torbada ümumi sayı 984 ədəd olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli 1737 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli 1736 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhətə görülür. Cinayət işinə əlavə edilmiş 06 iyun 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş videogörüntünün olduğu CD-diskdən görünür ki, Ruşan kəndi ərazisində yerləşən meşə sahəsində 7x7 metr torpaq sahəsində 740 ədəd, həmin yerdən 30 metr aralıda 6x6 metr sahədə 244 ədəd cəmi 984 ədəd kultivasiya edilən çətənə bitkiləri və şitilləri aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Ərəbov X12 Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 70-ci maddəsi tətbiq edilməklə 06 ay sınaq müddəti ilə şərti olaraq N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. CM-in 18-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə və məhkumluğu ödənildiyindən onun əməlində cinayətlərin residivi müəyyən olunmur. Cinayət işinə əlavə edilmiş “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli 712 və 713 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 X2 ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdurlar. İş materiallarında olan Şirvan şəhər rayon İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi M.Ə.Rəsulzadə küçəsi ev 30-da yaşamaqla, himayəsində 2011ci ildə doğulmuş Şəhla Cəbiyeva, 2012-ci ildə doğulmuş Kənan Cəbiyev adlı iki azyaşlı və 2008-ci ildə doğulmuş Leyla Cəbiyeva adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır və yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Şirvan şəhər rayon İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ərəbov X13 şəhəri Hacıqəhrəmanlı qəsəbəsi, N.Nərimanov küçəsi 47 ünvanında yaşamaqla, himayəsində 2019-cu ildə doğulmuş Arzu Ərəbli və 2021-ci ildə doğulmuş Hüseyn Ərəbli adlı iki azyaşlı uşaqları vardır və yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1740-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1930-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli ləğv edilərək Təqsirləndirilən şəxs2 məhkəmə zalında həbs edilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs1 məhkəmə zalında həbs edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin CM-in 237.2.1 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətlərinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları 06 iyun 2022-ci il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 106,55 AZN (qüz altı manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 53,28 AZN (əlli üç manat iyirmi səkkiz qəpik), Təqsirləndirilən şəxs1 isə 53,27 (əlli üç manat iyirmi yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan İsmayıllı rayon Polis Şöbəsində saxlanılan çəkisi 209,93 qram olan 92 ədəd çətənə bitkiləri, çəkisi 227,36 qram olan 153 ədəd çətənə bitkiləri, çəkisi 50,17 qram olan 152 ədəd çətənə bitkisinin şitilləri, çəkisi 194,88 qram olan 587 ədəd çətənə bitkisinin şitilləri, 01 ədəd dırmıx (daraq), 01 ədəd bel (lapatka), 01 ədəd qulp hissəsi narıncı rəngdə olan əl mişarı, 01 ədəd ağ rəngli plastmas (kauçuk) materialdan su qabı, 01 ədəd göy rəngli plasmas (kauçuk) materialdan su süzən, 01 ədəd şəffaf rəngli sellofan torbada içərisində şəffaf rəngli və qara rəngli sellofan torbalarda üzvi maddə hesab edilən gübrə məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 06 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 06 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 106,55 AZN (yüz altı manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 53,28 AZN (əlli üç manat iyirmi səkkiz qəpik), Təqsirləndirilən şəxs1 isə 53,27 (əlli üç manat iyirmi yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan İslmayıllı rayon Polis Şöbəsində saxlanılan çəkisi 209,93 qram olan 92 ədəd çətənə bitkiləri, çəkisi 227,36 qram olan 153 ədəd çətənə bitkiləri, çəkisi 50,17 qram olan 152 ədəd çətənə bitkisinin şitilləri, çəkisi 194,88 qram olan 587 ədəd çətənə bitkisinin şitilləri, 01 ədəd dırmıx (daraq), 01 ədəd bel (lapatka), 01 ədəd qulp hissəsi narıncı rəngdə olan əl mişarı, 01 ədəd ağ rəngli plastmas (kauçuk) materialdan su qabı, 01 ədəd göy rəngli plastmas (kauçuk) materialdan su süzən, 01 ədəd şəffaf rəngli sellofan torbada içərisində şəffaf rəngli və qara rəngli sellofan torbalarda üzvi maddə hesab edilən gübrə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-63/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-63/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver