Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-63/2024 24.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əfəndizadə Tural Qurbanəli oğlu, Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X17, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1986-cı il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ucar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və hazırda cəza çəkən, Ucar rayonu Küçəkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,332 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobildə daşımaqla saxlamış, habelə istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş 22 (iyirmi iki) ədəd çətənə bitkisi toxumlarını 2023-cü ilin may ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Ucar rayonu Küçəkənd kəndi ərazisində meşəlik sahədə torpaqda əkib sulamaqla, toxumları əkdiyi torpağın diblərini yumşaltmaqla və sair üsullarla qulluq göstərib həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 22 (iyirmi iki) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 05 iyul 2023-cü il tarixdə saat 01 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun idarə etdiyi “VAZ 2106” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman sürücü üçün nəzərdə tutulmuş günlük hissəsi ilə avtomobilin dam hissəsinin arasından 1 ədəd gümüşü-ağ rəngli siqaret kağızı bükümündə daşımaqla saxladığı təmiz çəkisi - 0,332 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat-istintaq tədbirlərinin davamı olaraq həmin tarixdə saat 18 radələrində Ucar rayonu Küçəkənd kəndi ərazisində meşəlik sahəyə baxış zamanı isə əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 22 (iyirmi iki) ədəd yaş vəziyyətdə təmiz çəkisi - 6621,8 qram təşkil edən çətənə (kannabis) bitkiləri torpaqda əkilmiş vəziyyətdə olmaqla həmin meşəlik sahədən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılmadan əvvəl qonşu kənddə dostugildə olmuşdur. Həmin vaxt maşını küçədə saxlamışdır. Polis əməkdaşları həmin yerə gələrək iki saat onun oradan çıxmağını gözləmişlər. Dostugildən çıxıb maşına yaxınlaşan zaman görmüşdür ki, maşınının qapıları açıq vəziyyətdədir. Elə bu vaxt polis əməkdaşları yaxınlaşıb onu saxlamışlar. Bundan sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu yuxarı mərtəbəyə çıxarmışlar. Daha sonra ona demişlər ki, maşınına baxış keçirəcəklər. Ona demişlər ki, maşınına narkotik vasitə olan kokos qoymuşlar və onu götürər. O da demişdir ki, əkdiyi çətənə bitkiləri ona aiddir. Ancaq kokos onun deyildir. Ona görə də, boynuna ala bilməz. Bundan sonra maşına baxış keçirilmişdir. Həmin vaxt görmüşdür ki, maşınında kokos vardır. Maşında kokosu görmüş və etiraz edərək boynuna almamışdır. Belə olan halda təkrar onu yuxarı mərtəbəyə çıxarmışlar. Daha sonra ona əl-qol atmışlar və demişlər ki, təkrar maşınına balaca bükümdə kokos qoyacaqlar. Ona orada zor tətbiq etmişlər. O da həmin kokosu boynuna almaq məcburiyyətində qalmışdır. Ancaq onu qeyd edir ki, aşkarlanan çətənə kollarını özü əkmişdir. Çünki narkotik vasitə olan marixuanadan istifadə edir. Ancaq aşkarlanan kokos ona aid deyildir. Məhkəmə kollegiyasından törətdiyi əməldən peşman olmasını, ailə vəziyyətinin və evə ondan başqa gəlir gətirənin olmadığını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxs Dilqəm Abdulllayev göstərmişdir ki, çətənə bitkilərini Ucar rayonu Küçəkənd kəndində əkmişdir. Çətənə kollarını kəndin girəcəyində olan su arxlarının qırağında əkmişdir. 22 ədəd çətənə kolu əkmişdir. Narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Narkotik vasitə olan heroindən istifadə etməmişdir. Maşından aşkar olunan heroin ona aid deyildir. Polis əməkdaşları onu saat 11 radələrində tutmuşlar. Maşınına baxış isə saat 2-3 radələrində olmuşdur. Saxlanılmağında iştirak edən polis əməkdaşları ona zor tətbiq etmişlər. Digərlərinin adlarını dəqiq bilmir, lakin “Ramin” adlı polis əməkdaşını tanıyır. Ramin də ona təzyiq göstərmişdir. Maşına baxış zamanı videoçəkiliş iki dəfə olmuşdur. Birinci dəfə çəkilişdə etiraz etmiş və maşından aşkarlanan kokosun ona aid olmadığını bildirmişdir. Sonra ona təzyiq göstərmişlər. Oda boynuna almaq məcburiyyətində qalmışdır. Maşına baxış zamanı birinci çəkiliş olmamışdır. Çünki başlamaq istədikləri vaxt etiraz etmişdir. Həmin vaxt vəkilin orada olub-olmadığını dəqiq xatırlamır. Vəkilin adını xatırlamır. Onu saat 10 radələrində saxlamışlar. Həmin vaxt üzərində mobil telefon olmuşdur. ***-***-**-** mobil nömrəsi ona aiddir. Polis əməkdaşları onu qonşu kənd olan Çiyni kəndində saxlamışlar. Bundan sonra onu maşını ilə Ucar rayon polis şöbəsinə aparmışlar. Maşınını polis əməkdaşı idarə etmişdir. Maşınını idarə edən polis əməkdaşının adını xatırlamır, lakin görsə, üzdən tanıyar. Polis şöbəsinə aparılan vaxt və üzərinə şəxsi axtarış keçirilən vaxt maşınının açarları polis əməkdaşlarında olmuşdur. Şəxsi axtarış zamanı üzərindən heç nə aşkar olunmamışdır. Ancaq üzərində telefon, siqaret və içində marixuana olan söndürülmüş siqaret kötüyü olmuşdur. İçində marixuana olan siqaret kötüyü ona məxsus olmuşdur. Baxış keçirilən zaman üzərindən heç nə aşkar olunmamışdır. Maşınına kokosu polis əməkdaşları qoymuşlar. Polis əməkdaşları onu döymüşlər. Məcbur qalaraq kokosu boynuna almışdır. Aşkarlanan 22 ədəd çətənə kolları ona məxsusdur. Bundan əvvəl tutulan vaxt polis əməkdaşları ona təzyiq edərək boynuna narkotik vasitə qoymuşlar. 08 may 2023-cü ildə barəmdə hökm çıxan vaxt, həmin 22 ədəd çətənə kollarını artıq əkmişdir. Əslində o, çətənə kollarını tək əkməmişdir, lakin tək boynuna almışdır. Aşkarlanan çətənə kollarını özü əkmişdir və onlara qulluq eləmişdir. Çətənə kollarını adını indi çəkə bilmədiyi bir nəfərlə əkmişdir. Çətənə kollarını tək özü əkmişdir. İfadəsini eşitmişdir. Elan edilən ifadəni oxumuşdur. Ona zor tətbiq etdikləri üçün ifadəsi ilə razılaşmışdır. Ona olunan qanunsuzluqla bağlı heç yerə şikayət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən vaxt məhkəmə qarşısına çıxmışdır. Həmin vaxt ona olunan qanunsuzluqla bağlı hakimə heç nə bildirməmişdir. İfadəsini polis şöbəsində yazmışlar, o da imzalamışdır. O, marixuana çəkib pis olmamışdır. İfadəsi belə yazılmış və o da imza etmişdir. Siqaret kötüyündə olan marixuana ona məxsus olmuşdur. Maşından aşkar olunan heroini qəbul eləmir. Maşını özü idarə edib polis şöbəsinə aparmamışdır. Narkotik vasitə olan marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Ucar rayon Küçəkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. İki ildir ki, tapdıqca narkotik vasitələ olan qurudulmuş marixuanadan, polis əməkdaşları tərəfindən saxlanılmamışdan 10 gün əvvələ kimi isə narkotik vasitə olan heroindən istifadə etmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün Ucar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 30 iyun 2023-cü il tarixdə yaşadığı Ucar rayonu Küçəkənd kəndində yerləşən fərdi yaşayış evinə piyada gedən zaman yol kənarına atılmış şəffaf sellofan görmüş, həmin sellofanı yerdən götürüb içərisinə baxdıqda 1 ədəd kibrit qutusu və 1 ədəd gümüşü siqaret kağızı tapmışdır. İlk öncə kibrit qutusunu açdıqda içərisində qurudulmuş marixuana olduğunu görmüş, daha sonra kağız bükümü açdıqda isə onun içərisində “kokos”, yəni heroin olduğunu aşkar etmişdir. Həmin narkotik vasitələrdən istifadə etdiyi üçün dərhal onları tanımış, ardınca həmin narkotik vasitələri götürüb yaşadığı ünvana gətirmişdir. Daha sonra həyətdə saxladığı “Vaz” 2106 markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sürücü tərəfdən oturub kağız bükümdə olan heroini günlük adlanan yer ilə avtomobilin damının arasında gizlətmiş, qurudulmuş marixuana olan kibriti isə cibində saxlamışdır. Hər iki narkotik vasitəni gələcəkdə istifadə etmək fikrində olmuşdur. Bundan sonra az-az kibrit qutusunda olan qurudulmuş marixuanadan istifadə etmişdir. 04 iyul 2023-cü il tarixdə axşam saatlarında idarə etdiyi avtomobili ilə qonşu kənd olan Ucar rayonu Çiyni kəndinə qonaq getmiş, oradan 05 iyul 2023-cü il tarixdə saat 01 radələrində çıxıb evinə gəlmək istəyən zaman tapdığı nakotik vasitə olan qurudulmuş marixuanadan kibrit qutusunda qalan az miqdarda hissəni də siqaret kağızının içərisinə qoyub çəkmiş, ardınca ürəyi bulandığı üçün tam çəkmədən söndürüb “Kent” markalı siqaret qutusuna, həmin qutunu da şalvarının cibinə qoymuş və özünü yaxşı hiss etmədiyi üçün idarə etdiyi avtomobili kənd yolunda qırağa verib saxlamışdır. Bu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün polis şöbəsinə getməli olduğunu dedikdə, polis şöbəsinə getməyə etiraz etməmişdir. Ucar RPŞ-yə gətirildikdən sonra RPŞ-nin inzibati binasının həyətində hüquq və vəzifləri izah olunmaqla, bildiriş təqdim olunub müdafiəçi ilə təmin olunmuş və üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa, təqdim etməyi təklif olunduqda həmin vaxt sualı düzgün dərk etmədiyi üçün üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən verilmiş göstərişə əsasən, əməliyyat müvəkkili tərəfindən üzərində şəxsi axtarış keçirilməsi davam edirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın qabaq sol yan cibindən “Kent” markalı siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusuna baxış keçirilən zaman orada papiros formasında olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə müəyyən olunmuşdur. Şifahi sorğu zamanı həmin kütlənin “nəşə” olduğunu bildirmişdir. Ardınca müstəntiq tərəfindən nə üçün həmin kütləni könüllü təqdim etməməyi barədə sual verildikdə sualı düzgün dərk etmədiyini səbəb göstərmiş və aşkar olunmuş kütlənin özünə məxsus olduğunu bildirib üzərində əlavə qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmadığını qeyd etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş və bu zaman əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən “Samsung A12” markalı mobil telefon və əynində olan qara rəngli cins şalvarın qabaq sağ üst balaca cibindən 3 ədəd 20 qəpik olmaqla ümumilikdə 60 qəpik dəmir pullar aşkar olunmuşdur. Bundan sonra şəxsi axtarış zamanı üzərindən əlavə əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş 1 ədəd “Samsung A12” markalı mobil telefon 1 ədəd ağ zərfə yerləşdirilmiş və üzəri möhürlənib götürülmüşdür. Bundan sonra üzərindən aşkar olunmuş papiros formasında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə digər 1 ədəd ağ rəngli zərfə yerləşdirilmiş və möhürlənib götürülmüşdür. Daha sonra üzərindən aşkar olunmuş iş üzrə əhəmiyyət kəsb etməyən əşyalar ona geri qaytarılmaqla şəxsi axtarışın bitdiyi və avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. İlk öncə idarə etidiyi avtomobilə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda, buna heç bir etirazı olmadığını bildirməklə bu barədə müvafiq ərizəni təqdim etmişdir. Bundan sonra avtomobildə qanunla qadağan edilmiş əşya və ya predmetlər varsa, onları könüllü şəkildə təqdim etməyi təklif olunduqda idarə etdiyi avtomobildə “kokos” olduğunu bildirib həmin kütləni təqdim etmək üçün idarə etdiyi avtomobilə əyləşib avtomobilin sürücü üçün nəzərdə tutulmuş hissədə günlük adlanan yer ilə avtomobilin damının arasından 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilən zaman orada narkotik vasitə olan heroinə bənzər kütlə müəyyən olunmuşdur. Ardınca həmin bükülü qablaşdırılması üçün avtomobilin yük yerinin üzərinə qoyulmuş və daha sonra idarə etdiyi avtomobilə baxış keçirilməsi davam etdirilmiş, baxış zamanı oradan əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra avtomobildən aşkar olunmuş gümüşü rəngli siqaret kağızı bükülüsü 1 ədəd ağ rəngli zərfə yerləşdirilmiş və zərfin üzəri möhürlənib götürülmüşdür. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi yekunlaşdırılmışdır. RPŞ-də olarkən şübhəli şəxs qismində tutulduqdan sonra narkotik tərkibli çətənə bitkisi kolları əkməyi ilə bağlı daxil olmuş məlumat barədə ona bildirildikdə bununla bağlı izahat vermiş və qeyd olunan məumatın doğru olduğunu qeyd etmişdir. Onsuzda tutulduğunu, artıq qanundan qaça bilmədiyini görüb yaşadığı Ucar rayonu Küçəkənd kəndi ərazisində əkdiyi 22 ədəd narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanmamışdan 40 gün əvvəl yaşadığı kənddə evinin yaxınlığında dəqiq xatırlamadığı ərazidə sellofan torbada 22 (iyirmi iki) ədəd toxum tapmış, həmin toxumlara baxdığında onların çətənə bitkisinin toxumları olduğunu müəyyən etmişdir. Həmin vaxt onları əkmək barədə düşünmüş və bu səbəbdən həmin toxumları özü ilə götürmüşdür. Səbəbi isə artıq əvvəlki kimi narkotik vasitə tapa bilmədiyini bildirmiş, ona görə də toxumları özü üçün əkməyi qərara almışdır. Həmin çətənə bitkisi toxumlarını bir gün sonra dəqiq tarixini xatırlamadığı gündə Ucar rayonu Küçəkənd kəndi ərazisində əkin sahələrinin yaxınlığındakı meşəlik sahədə 22 ədəd çətənə bitkisinin toxumlarını torpaqda əkdikdən sonra ara-sıra həmin toxumlara su vermiş, diblərinin torpağını yumşaltmış, ot-alağını təmizləyib gübrə verməklə onlara qulluq edtmişdir. Bildirmişdir ki, heç vaxt narkotik vasitələrin alqı-satqısı məşğul olmamışdır. Həmin çətənə bitkilərini əkməkdə məqsədi yetişəcəkləri təqdirdə gələcəkdə öz şəxsi istifadəsi üçün az-az istifadə etmək olmuşdur. Daha sonra bu barədə polis əməkdaşlarına bildirdikdən sonra 05 iyul 2023-cü il tarixdə müdafiəçi Tural Rəhimov və polis əməkdaşları ilə birlikdə həmin əraziyə baxış keçirilməsi üçün getmişdir. Bundan sonra neçə çətənə bitkisi əkdiyi soruşulduqda və həmin kolların olduğu ərazini göstərmək təklif olunduqda 22 ədəd çətənə bitkisi əkdiyini qeyd edib həmin kolların olduğu istiqaməti göstərmişdir. Bundan sonra həmin ərazidə olan digər kollar təmizlənmiş və çətənə bitkilərinin olduğu yerə yol açılmışdır. O və bütün digər iştirakçılar birlikdə həmin əraziyə baxış keçirməyə başlamışlar. Həmin çətənə kollarına baxışda iştirak edən aqronom kollara aqrotexniki qaydada qulluq edildiyini bildirmiş və bundan sonra həmin çətənə bitkisi kolları torpaqdan çıxarılıb boş əraziyə yığılmışdır. Ardınca həmin kollar torpaqdan çıxarıldıqca sayılmış və həmin zaman orada ümumilikdə 22 ədəd çətənə kolu olması müəyyən olunmuşdur. Daha sonra həmin ərazidə olan, çətənə kollarının suvarılmasında istifadə etdiyi 1 ədəd dəmir qazan və 1 plastik materialından su qabına baxış keçirilmiş, həmin qablar ayrı-ayrılıqda 1 ədəd sintetik torbaya qoyulduqdan sonra ağzı bağlanmış və üzəri möhürlə möhürlənməklə qablaşdırılıb götürülmüşdür. Bundan sonra çətənə bitkilərin hər birinin hündürlüyü ayrı-ayrılıqda ölçülmüş və qablaşdırılması üçün hər birində 11 ədəd olmaqla iki hissəyə ayrılmışdır. Daha sonra həmin çətənə bitkiləri hər birində 11 ədəd olmaqla 2 ədəd sintetik torbaya qablaşdırılmış və üzəri möhürlə möhürlənərək qablaşdırılıb götürülmüşdür. Bununla da baxış yekunlaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ucar rayonu Küçəkənd kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin üzərində və idarə etdiyi “Vaz 2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə olması barədə 05 iyul 2023-cü il tarixdə əməliyyat aparatına məlumat daxil olmuş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuşdur. 05 iyul 2023-cü il tarixdə Ucar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə saat 01 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi Ucar rayonu Çiyni kəndi ərazisini müşahidəyə götürdükdən bir qədər sonra sonuncunu həmin ərazidə idarə etdiyi “Vaz 2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol kənarında dayanmış vəziyyətdə olmasını müəyyən etmiş, ardınca əməliyyat qrupunun üzvləri ilə birlikdə əvvəlcədən danışılan şərti işarəyə əsasən, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib idarə etdiyi avtomobildə və üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib üzərində şəxsi axtarışın və idarə etdiyi avtomobilə baxış keçirilməsi məqsədilə Ucar RPŞ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və idarə etdiyi avtomobilə baxışın aparılmasına etirazının olmadığını bildirib Ucar RPŞ-yə getməyə razılığını vermiş və daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə Ucar RPŞ-nə gətirilmişdir. Əvvəcə Ucar RPŞ-nin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs AR CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmaqla sonuncuya bu barədə müvafiq bildiriş təqdim olunmuş, ardınca şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi davam edirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın qabaq sol yan cibindən Kent markalı siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusuna baxış keçirilən zaman orada papiros formasında olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə müəyyən olunmuş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs nə üçün həmin kütləni könüllü təqdim etməməsi barədə sual verildikdə sonuncu, sualı düzgün dərk etmədiyini səbəb göstərmiş və aşkar olunmuş kütlənin özünə məxsus olduğunu bildirib üzərində əlavə qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmadığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş və həmin zaman sonuncunun əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən “Samsung A12” markalı mobil telefon və əynində olan qara rəngli cins şalvarın qabaq sağ üst balaca cibindən 3 ədəd 20 qəpik olmaqla 60 qəpik dəmir pullar aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı əlavə əşya və ya predmetlər aşkar olunmamışdır. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd “Samsung A12” markalı mobil telefon 1 ədəd ağ zərfə yerləşdirilmiş və üzəri möhürlənib götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş papiros formasında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə digər 1 ədəd ağ rəngli zərfə yerləşdirilmiş və möhürlənib götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iş üzrə əhəmiyyət kəsb etməyən əşyalar sonuncunun özünə geri qaytarılmaqla, şəxsi axtarışın bitdiyi və avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazı olubolmaması soruşulduqda buna heç bir etirazı olmadığını bildirib bu barədə müvafiq ərizəni təqdim etmişdir. Bundan sonra avtomobildə qanunla qadağan edilmiş əşya və ya predmetlər varsa, onları könüllü şəkildə təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə “kokos” olduğunu bildirmiş və həmin kütləni təqdim etmək üçün idarə etdiyi avtomobilə əyləşib sürücü üçün nəzərdə tutulmuş hissədə günlük adlanan yer ilə avtomobilin damının arasından 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilən zaman orada narkotik vasitə olan heroinə bənzər kütlə müəyyən olunmuş və həmin bükülü qablaşdırılması üçün avtomobilin yük yerinin üzərinə qoyulmuşdur. Daha sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi davam etdirilmiş, baxış zamanı oradan əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Avtomobildən aşkar olunmuş gümüşü rəngli siqaret kağızı bükülüsü 1 ədəd ağ rəngli zərfə yerləşdirilmiş, zərfin üzəri möhürlənib götürülmüşdür. Bundan əlavə bildirmişdir ki, 05 iyul 2023-cü il tarixində şübhəli şəxs Təqsirləndirilən şəxs Ucar rayonu Küçəkənd kəndi ərazisində meşəlik sahəsində narkotik vasitələr əkib-becərməsi barədə məlumat daxil olmuş, məlumat əsasında raportla rəhbərliyə müraciət etmişdir. Ucar RPŞnin İB-nin baş müstəntiqi, polis baş leytenantı X11, Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Ucar RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid4 Namidar oğlu, Ucar RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid5, Ucar RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid3, X32 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi vəzifəsində işləyən, ixtisasca aqronom X6, Ucar rayonu ərazisində fərdi qaydada fəaliyyət göstərən, Vəkillər Kollegiyasının üzvü olan vəkil X21 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları sonuncunun qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkdiyi Ucar rayonu Küçəkənd kəndində yerləşən meşəlik əraziyə baxış keçirilməsi üçün gedilmiş, ardınca həmin əraziyə çatdıqdan sonra baxış keçirilməsinə başlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs neçə çətənə bitkisi əkdiyi soruşulub həmin kolların olduğu ərazini göstərmək təklif olunduqda sonuncu 22 ədəd çətənə bitkisi əkdiyini qeyd edib həmin kolların olduğu istiqaməti göstərmişdir. Bundan sonra həmin ərazidə olan digər kollar təmizlənmiş və çətənə bitkilərinin olduğu yerə yol açılmışdır. Çətənə kollarına baxışda iştirak edən aqronom X1 aqrotexniki qaydada qulluq edildiyini bildirmiş və bundan sonra həmin çətənə kolları torpaqdan çıxarılıb boş əraziyə yığılmışdır. Kollar torpaqdan çıxarıldıqca sayılmış və ümumilikdə 22 ədəd çətənə kolu olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin ərazidə olan, çətənə kollarının suvarılmasında istifadə etdiyi 1 ədəd dəmir qazan və 1 plastik materialından su qabına baxış keçirilmiş və həmin qablar ayrı-ayrılıqda 1 ədəd sintetik torbaya qoyulduqdan sonra ağzı bağlanmış və qablaşdırılıb götürülmüşdür. Həmin çətənə bitkiləri hər birində 11 ədəd olmaqla 2 ədəd sintetik torbaya qablaşdırılmışdır. Torbaların üzəri möhürlənməklə qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid5, habelə məhkəmə istintaqında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 Namudər oğlunun Şahid2 ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Ucar Rayon Polis Şöbəsinə xx.xx.1986-cı ildə Ucar rayonu Küçəkənd kəndində doğulmuş, Ucar rayonu Küçəkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması və onun həmin tarixdə saat 01:00 radələrində özünün idarə etdiyi “Vaz 2106” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobildə olacağı və üzərində külli miqdarda narkotik vasitə olacağı barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1986-cı ildə Ucar rayonu Küçəkənd kəndində doğulmuş, Ucar rayonu Küçəkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması və onun idarə etdiyi “Vaz 2106” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobildə və üzərində külli miqdarda narkotik vasitə olması barədə kifayət qədər əsaslar olduğundan, özünün idarə etdiyi “Vaz 2106” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobildə Ucar rayonu Çiyni kəndi ərazisində saxlanılaraq həmin tarixdə saat 01:15-də Ucar RPŞ-yə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 05 iyul 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:15 dəqiqədə şübhəli şəxs kimi tutulmuşdur (cild 01, iş vər. 26). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona məxsus olan “Vaz 2106” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 27). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 01:32-də polis əməkdaşları tərəfindən müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi VAZ 2106 markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Şəxsi axtarışa və baxışa başlamazdan əvvəl Vüqar Kərimova AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmaqla ona bu barədə müvafiq bildiriş təqdim olunmuş, ardınca şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi davam edirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın qabaq sol yan cibindən Kent markalı siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusuna baxış keçirilən zaman orada papiros formasında olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə müəyyən olunmuş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs nə üçün həmin kütləni könüllü təqdim etməməsi barədə sual verildikdə sonuncu, sualı düzgün dərk etmədiyini səbəb göstərmiş və aşkar olunmuş kütlkənin özünə məxsus olduğunu bildirib üzərində əlavə qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmadığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş və həmin zaman sonuncunun əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən Samsung A12 markalı mobil telefon və əynində olan qara rəngli cins şalvarın qabaq sağ üst balaca cibindən 3 ədəd 20 qəpik olmaqla 60 qəpik dəmir pullar aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı əlavə əşya və ya predmetlər aşkar olunmamışdır. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd Samsung A12 markalı mobil telefon 1 ədəd ağ zərfə yerləşdirilmiş və üzəri möhürlənib götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş papiros formasında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə digər 1 ədəd ağ rəngli zərfə yerləşdirilmiş və həmin zərfin üzəri zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürdən istifadə olunmaqla möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar ardıcıllıqla hər iki zərfin üzərində imza etdikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iş üzrə əhəmiyyət kəsb etməyən əşyalar sonuncunun özünə geri qaytarılmaqla, şəxsi axtarışın bitdiyi və avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazı olub-olmaması soruşulduqda sonuncu buna heç bir etirazı olmadığını bildirib bu barədə müvafiq ərizəni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobildə qanunla qadağan edilmiş əşya və ya predmetlər varsa onları könüllü çəkildə təqdim etməsi təklif olunduqda sonuncu idarə etdiyi avtomobildə “kokos” olduğunu bildirmiş və həmin kütləni təqdim etmək üçün idarə etdiyi avtomobilə əyləşib sürücü üçün nəzərdə tutulmuş hissədə günlük adlanan yer ilə avtomobilin damının arasından 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilən zaman orada narkotik vasitə olan heroinə bənzər kütlə müəyyən olunmuş və həmin bükülü qablaşdırılması üçün avtomobilin yük yerinin üzərinə qoyulmuşdur. Daha sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi davam etdirilmiş, baxış zamanı oradan əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra avtomobildən aşkar olunmuş gümüşü rəngli siqaret kağızı bükülüsü 1 ədəd ağ rəngli zərfə yerləşdirilmiş və zərfin üzəri möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar zərin üzərində imza etmişlər. Bundan sonra baş müstəntiq Rəhmin Zeynalov tərəfindən şəxsi axtarış və baxış prosesi yekunlaşdırılmışdır. Qeyd olunan istintaq hərəkətlərini əks etdirən video görüntülər CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 28-30). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”- dan görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon Küçəkənd kəndində meşəlik ərazidə narkotik tərkibli çətənə bitkisi kolları əkməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər 39). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 18:59-da polis əməkdaşları tərəfindən mütəxəssis (aqronom) X6, müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun narkotik tərkibli çətənə kollarını əkdiyi əraziyə baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs bir daha müdafiəçi Tural Rəhimov təqdim olunmuş, həmçinin hüquq və vəzifələrinin aydın olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin aydın olduğunu və müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs neçə çətənə bitkisi əkdiyi soruşulub həmin kolların olduğu ərazini göstərmək təklif olunduqda sonuncu 22 ədəd çətənə bitkisi əkdiyini qeyd edib həmin kolların olduğu istiqaməti göstərmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 və PPXB-nin manqa komandiri Şahid3 tərəfindən həmin ərazidə olan digər kollar ot biçən alət vasitəsilə təmizlənmiş və çətənə bitkilərinin olduğu yerə yol açılmışdır. Ardınca Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar birlikdə həmin əraziyə baxış keçirmişlər. Daha sonra həmin çətənə kollarına baxışda iştirak edən aqronom X1 aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin çətənə bitkisi kolları Şahid1 torpaqdan çıxarılmış, ardınca boş əraziyə yığılıb sayılmış və bu zaman orada ümumilikdə 22 ədəd çətənə kolunun olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin ərazidə olan, çətənə kollarının suvarılmasında istifadə etdiyi 1 ədəd dəmir qazana və 1 plastik materialından su qabına baxışın keçirilmişdir. Bundan sonra həmin qablar kriminalist Şahid4 tərəfindən ayrı-ayrılıqda 1 ədəd sintetik torbaya qoyulduqdan sonra digər iştirakçlarka birlikdə boş əraziyə çıxmışdır. Bundan sonra həmin ərazidə ilk öncə qabların qoyulduğu sintetik torbaların ardıcıllıqla üzərinə iştirakçılar tərəfindən imzalar və soyadlar qeyd edilmiş kağızın üzərinə qoyulduqdan sonra ağzı bağlanmaqla və qablaşdırmanın üzəri zərflər üçün 71 № möhürlə möhürlənməklə qablaşdırılıb götürülmüş, ardınca yerdə olan çətənə bitkilərinin hər birinin hündürlüyü ayrı-ayrılıqda aqronom mütəxəssis tərəfindən ölçülmüş, bu zaman bitkilərin uzunluqlarının 171 sm, 183 sm, 185 sm, 184 sm, 187 sm, 199 sm, 147 sm, 190 sm, 195 sm, 181 sm, 185 sm, 190 sm, 188 sm, 174 sm, 182 sm, 158 sm, 138 sm, 153 sm, 190 sm, 180 sm, 181 sm və 165 sm olmaları müəyyən olunmuşdur. Bundan sonra həmin çətənə bitkiləri hər birində 11 ədəd olmaqla 2 ədəd sintetik torbaya qablaşdırılmış, torbaların üzərinə iştirakçılara aid imzalar və soyadlar olan kağız yapışdırılmış və qablaşdırmaların üzəri 71№ möhürlə möhürlənməklə qablaşdırılıb götürülmüşdür (cild 01, iş vər. 48-50). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2023-cü il tarixli, 17/527 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd papirosda, təmiz çəkisi- 0,12 qram olan birki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin, papirosdakı, təmiz çəkisi-0,07 qram olan digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş heroinə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,332 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin və qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”-na daxildir. (Siyahı İ) (cild 01, iş vər. 54-58). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “bitkilərə baxış keçirilməsi barədə” rəydən görünür ki, çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 01, iş vər. 60). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 06 iyul 2023-cü il tarixli, 17/529 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərində yapışdırılmış kağızda “11 ədəd çətənə bitkisi kolu. 1)/imza/ Abdullayev 2(/imza/ T.Rəhimov. 3)/imzaƏ Şahid2 4/imza/ Şahid1. Qablaşdırdı /imza/ R.Zeynalov...” yazısı, adlar və imzalar olan 02 (iki) ədəd sintetik kisələrin hər birinin içərisindən 11(on bir) ədəd olmaqla, ümumilikdə 22 (iyirmi iki) ədəd, uzunluqları 198 sm-dən 199sm-dək, yaş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri- 355,0qr., 28523qr., 297,13qr., 315,0qr., 405,0qr., 267,84qr., 295,12qr., 315,0qr., 234,65qr., 276,89qr., 256,32qr., 355,0qr., 340,0qr., 265,78qr., 234,98qr, 245,61qr., 251,63qr., 320,0qr., 425,0qr., 295,17qr., 305,0qr., 280,45qr., ümumi təmiz çəkiləri-6621,8 qram olan bitki nümunələrib əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir (cild 01, iş vər. 79-83). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Ucar Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid2 05 iyul 2023-cü il tarixl qərarı qanuni və əsaslı hesab edilmişdir (cild 01, iş vər. 111). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Ucar Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 122-124). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 281 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilməmişdir (cild 01, iş vər. 139). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” X29 8 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdən Ucar RMX PHŞ-in poliklinika şöbəsinin narkoloji kabinetində “Narkomaniya (profilaktik)” diaqnozu ilə qeydiyyata götürülmüşdür (cild 01, iş ver. 154). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 12 iyul 2023-cü il tarixli “Qəbz”-dən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus Vaz 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Samsung A12” markalı mobil telefon X15 təhvil verilmişdir (cild 01, iş vərəq 155). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş şəxsdir (cild 01, iş vər. 156-157). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Ucar Rayon Məhkəməsinn 08 may 2023-cü il tarixli, 1(063)-29/2023 nömrəli Hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun iki gün həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət azdlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 01, iş vər 168-171). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 09 sentyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə ilə aparılmış danışıqlar üzrə daxil olan və çıxan zənglər, eləcə də SMS-lərin mətni, danışıqların aparıldığı şəxslərin ünvanları, həmin nömrələrin kimlərə məxsus olması göstərilməsinə baxmayaraq iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir (cild 01, iş vər 197). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Ucar rayonu İcra Hakimiyyəti Başçısının Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi (anası, 2008-ci il təvəllüdlü qızı (X7), 2011-ci il təvəllüdlü qızı (X8) və 2019-cu il təvəllüdlü oğlu (X12) ilə) birlikdə hazırda Ucar rayonu, Küçəkənd kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 203-204, 206-207). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2023-cü tarixli, 1218 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və kannabinoidlərdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 217). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 iyul 2023-cü il tarixli 400 №-li ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq, hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək və yaxud onlara rəhbərlik etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur (cild 01, iş vər. 219-222). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.2, 307.1 və 188-ci maddələrinin tərkibi olmadığından, həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilərək, bu barədə materiallar Ucar rayon prokurorluğuna göndərilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında icraatın başlanılması üçün qərarın surəti RPŞnin İTB-yə göndərilmişdir (cild 01, iş vər. 231-247). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi “X24”-ından görünür ki, Təqsirləndirilən şəxs X5 daxil olarkən keçirilmiş müayinə zamanı onun üzərində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “X10 və X4 Qeydiyyatı Kitabı”-ndan görünür ki, Təqsirləndirilən şəxs Ucar RPŞ-nin MSY-də keçirilmiş tibbi müayinə zamanı onun üzərində xasarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Ucar rayon İcra hakimiyyəti Başçısının Pirkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından, nikah şəhadətnaməsindən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs anası X3 ailə üzvü olmaqla xx.xx.2007-ci il tarixdə X13 ilə ailə qurmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X12 doğulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Ucar Rayon İcra və Probasiya Şöbəsinin təqdim etdiyi məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 01 il 10 ay 25 gün təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 may 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütünlükdə deyil, yalnız ona elan edilmiş ittihamın CM-nin 234.1-ci maddəsinə münasibətdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə əsasən –təmiz halda 0,15 (sıfır tam yüzdə on beş) qramdan artıq çəkidə narkotik vasitə heroin – miqdarı təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Habelə nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasəb tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (3-cü Siyahı) 1-ci bəndinə əsasən - 16 (on altı) ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobildə daşımaqla saxlamış 0,332 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edilməsi, həmçinin onun Ucar rayonu Küçəkənd kəndi ərazisində meşəlik sahədə əkib –becərdiyi çətənə bitkilərinin toxumlarını əldə etmə məbəyinin, eləcədə narkotik vasitələrin satışı ilə məşğul olub –olmaması barədə əməliyyat tapşırığı verilsə də, qeyd edilən hallar ibtidai araşdırma zamanı müəyyən edilməmişdir. Eləcə də məhkəmə istintaqında da Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin və tərkibində narkotik maddələr olan bitki toxumlarını haradan, hansı şəraitdə, əvəzli və ya əvəzsiz qaydada əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqında 05 iyul 2023-cü il tarixdə əməliyyat orqanına Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatının daxil olması, həmin gün onun barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi, həmin gün təxminən saat 01:15 radələrində onun şübhəli şəxs qismində tutulması, tutulduqdan sonra üzərinə şəxsi axtarışın və onun razılığı əsasında idarə etdiyi avtomobilə baxış keçirilməsi, həmin vaxt onun idarə etdiyi avtomobildə 1 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,332 qram olan narkotik maddə olan heroin aşkar edilməsi, bundan sonra daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs özünün də məlumatı doğrulayaraq 22 (iyirmi iki) ədəd çətənə kolunun Ucar rayonu Küçəkənd ərazisində əkib – becərdiyi və Ucar rayonu Küçəkənd kəndi ərazisindəki meşəlik sahəyə baxış keçirilməsi və həmin vaxt Ucar rayonu Küçəkənd kəndi ərazisində meşəlik sahədə torpaqda əkib sulamaqla, toxumları əkdiyi torpağın diblərini yumşaltmaqla və sair üsullarla qulluq göstərib həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 22 (iyirmi iki) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etməsi öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik vasitə heroini daşıyaraq saxlayarkən və külli miqdarda çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya edərkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, onun barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini, tutulması üçün səbəbləri, eləcə də bununla bağlı cinayət işinin materiallarında olan sübutların ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatları kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Belə ki, həmin əməliyyat məlumatlarında onun üzərində narkotiq vasitənin və Ucar rayonu Küçəkənd kəndində meşəlik ərazidə narkotik tərkibli çətənə bitkisi kolları əkməsi öz əksini tapmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər (polis əməkdaşları) öz ifadələrində göstərmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatları Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşgul olduğu və üzərində narkotik vasitənin olması, habelə Ucar rayonu Küçəkənd kəndində meşəlik ərazidə narkotik tərkibli çətənə bitkisi kolları əkməsi barədə olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs 05 iyul 2023-ci il tarixdə tutulmamışdan əvvəl əməliyyat orqanında onun qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və tutulduqdan sonra Ucar rayonu Küçəkənd kəndində meşəlik ərazidə narkotik tərkibli çətənə bitkisi kolları əkməsi barədə dəqiq məlumat olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində 30 iyun 2023-cü il tarixdə yaşadığı Ucar rayonu Küçəkənd kəndində yerləşən fərdi yaşayış evinə piyada gedən zaman yol kənarına atılmış şəffaf sellofan görmüş, həmin sellofanı yerdən götürüb içərisinə baxdıqda 1 ədəd kibrit qutusu və 1 ədəd gümüşü siqaret kağızı tapmışdır. İlk öncə kibrit qutusunu açdıqda içərisində qurudulmuş marixuana olduğunu görmüş, daha sonra kağız bükümü açdıqda isə onun içərisində “kokos”, yəni heroin olduğunu aşkar etmişdir. Həmin narkotik vasitələrdən istifadə etdiyi üçün dərhal onları tanımış, ardınca həmin narkotik vasitələri götürüb yaşadığı ünvana gətirmişdir. Daha sonra həyətdə saxladığı “Vaz” 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sürücü tərəfdən oturub kağız bükümdə olan heroini günlük adlanan yer ilə avtomobilin damının arasında gizlətməsi barədə ətraflı şəkildə məlumat versə də, məhkəmə istintaqında vermiş olduğu ifadəsində göstərilən halları bütövlükdə, ələlxüsus narkotik vasitə olan heroinin ona aid olmaması və özünün gizlətməsini inkar edərək narkotik vasitə onlan heroinin polis əməkdaşları tərəfindən onun nəqliyyat vasitəsinin sürücü üçün nəzərdə tutulmuş günlük hissəsi ilə avtomobilin dam hissəsinin arasına qoyulduğunu, polislərin təzyiqi nəticəsində ibtidai istintaq zamanı 0,332 qram narkotik vasitə olan heroinə aid hissədə etirafedici ifadə verməyə məcbur olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsinin təsdiqi kimi polis əməkdaşları yaxınlaşıb onu saxlamasına, onu polis şöbəsinə aparılaraq polis şöbəsində onu yuxarı mərtəbəyə çıxarılmasına, ona maşınına baxış keçirəcəklərini demələrinə, ona maşınına narkotik vasitə olan heroinin qoyduqlarını bildirmələrinə, heroinin ona aid olmamasına, lakin çətənə bitkilərinin ona aid olduğunu bildirməsinə, ona görə də, boynuna ala bilməyəcəyinə, bundan sonra maşına baxış keçirilməsinə, həmin vaxt maşında narkotik vasitə heroini görməsinə və etiraz edərək boynuna almamasına, Belə olan halda təkrar onu yuxarı mərtəbəyə çıxarmalarına, daha sonra ona əl-qol atmalarına, təkrar maşınına balaca bükümdə narkotik vasitə olan heroinin qoyacaqlarını demələrinə, ona orada zor tətbiq etdiklərinə, o da həmin narkotik vasitə heroini boynuna almaq məcburiyyətində qalmasına, saxlanılmağında iştirak edən polis əməkdaşlarının ona zor tətbiq etmələrinə, ona təzyiq göstərilməsinə, polis əməkdaşların onu döyməsinə, o da boynuna almaq məcburiyyətində qalmasına və məcbur qalaraq narkotik vasitə olan heroini boynuna almasına istinad etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin iddia etdiyi hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının iclasında sərbəst ifadə verərkən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, dostugilə qonşu kəndə gəlmiş, polis əməkdaşları həmin yerə gələrək iki saat onun oradan çıxmağını gözləmişlər. Dostugildən çıxıb maşına yaxınlaşan zaman görmüşdür ki, maşınının qapıları açıq vəziyyətdədir. Elə bu vaxt polis əməkdaşları yaxınlaşıb onu saxlamışlar. Lakin 28 fevral 2024-cü il tarixdə məhkəmə iclasında Təqsirləndirilən şəxs sualları cavablandırarkən saxlanılmasını tam fəqli göstərərək bildirmişdir ki, o, dostu Mehmangilə gəlmiş və Şahid1 həyətdə oturduğunu görmüş, ona çörək yeməyi təklif etmələrinə baxmayar o, razılaşmamış və evə gedəcəyini bildirmiş, elə bu vaxt həyətdən çıxan zaman Mehmanın dayısı ilə rastlaşmış və o da kəndin çıxacağında iki maşın dayandığını Dilqəmə bildirmişdir. Bu vaxt Ramil arxadan qollarını tutub onu yerə yıxaraq polis əməkdaşlarına zəng etmişdir. Məhkəmə istintaqında cinayət işinə əlavə edilmiş materiallar elan edilməklə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şəki İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş, lakin həmin vaxt onun bədənində döyülmə və işgəncəyə aid xəsarət izinin olması barədə qeydiyyat aparılmamışdır. Həmçinin Təqsirləndirilən şəxs Ucar RPŞ-nin MSY-nə qəbul olunan zaman keçirilmiş tibbi yoxlamanın nəticəsilərini əks etdirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “X10 və Tibbi yardım göstərilməsinin qeydiyyatı” kitabının surətlərindən yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində xəsatərin olmaması barədə qeydlərin aparıdığı müəyyən edilmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertiza keçirilmiş və xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə -tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və.s) aşkar edilməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs üzərində xəsarət izinin olmasını bu və ya digər şəkildə təsdiq edə biləcək heç bir tibbi və digər sənəd mövcud deyil. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və bədənində xəsarət izinin olması barədə məhkəməyə hər hansı tibbi sənəd təqdim etməmişdir. Kollegiya qeyd edir ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bütün halları, o cümlədən onların “Mehman” adlı şəxsin həyətində Ramilm Abdullayev tərəfindən saxlanılaraq Təqsirləndirilən şəxs tutulmasını təkzib etmişlər. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışı, eləcə də onun avtomobilində aparılmış baxışı əks etdirən videogörüntülərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi müəyyən edilməmişdir. Eyni zamanda cinayət işinin materiallarında Təqsirləndirilən şəxs iddia etdiyi halları təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə istintaqında nümayiş etdirilərək tədqiq edilmiş videogörüntüdən görünür ki, şəxsi axtarış və baxış prosessual hərəkəti aparılarkən həm şəxsi axtarış, həm də baxış ardıcıl olaraq, yəni Təqsirləndirilən şəxs məxsus avtomobilin yanında prosessual hərəkətlər aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs səmimi olmamış və üzərində olmuş narkotik maddə olan qurudulmuş marixuananı gizlətmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici ifadə verənədək məhkəmə tədqiqatında bildirdiyi hallarla bağlı, ələlxüsus polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması və digər xüsusatlar barədə hər hansı bir dövlət orqanına məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsinin həmin hissədə inandırıcı hesab etmir və ifadəsinin həmin hissəsini yalan ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs narkotik vasitə olan 0,332 qram heroinə aid hissədə məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verməklə əsl həqiqəti gizlətmək, qanunsuz əməllərinə haqq qazandırmaq, polis adına ləkə salmaq, eləcə də həmin hissəyə münasibətdə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə Dilqəm Abullayevin idarə etdiyi VAZ 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman sürücü üçün nəzərdə tutulmuş günlük hissəsi ilə avtomobilin dam hissəsinin arasından 1 ədəd gümüşü-ağ rəngli siqaret kağızı bükümündə daşımaqla saxladığı təmiz çəkisi - 0,332 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsini, habelə Ucar rayonu Küçəkənd kəndi ərazisində meşəlik sahəyə baxış zamanı isə əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 22 (iyirmi iki) ədəd yaş vəziyyətdə təmiz çəkisi - 6621,8 qram təşkil edən çətənə (kannabis) bitkiləri torpaqda əkilmiş vəziyyətdə olmaqla həmin meşəlik sahədən aşkar edilərək götürülməsini, aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisini, o, cümlədən əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin sayını həm ayrı –ayrılıqda, həm də məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobildə daşımaqla saxlamış və yaşadığı kəndin ərazisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirərək kultivasiya etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobildə daşımaqla saxlaması və yaşadığı kəndin ərazisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirərək kultivasiya etməsi tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri hər bir cinayət əməlinə nisbətdə başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinə əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Ucar Rayon İcra və Probasiya şöbəsinin 24 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökm icra olunması üçün Ucar rayon İcra və Probasiya Şöbəsinin icraatına 30 may 2023-cü il tarixdə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs şöbədə qeydiyyata alınaraq cəzasının icrasına xx.xx.2023-cü il tarixdən başlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanılmış, cəzasının çəkilməmiş hissəsi 05 iyul 2023-cü il tarixədək 01 il 10 ay 25 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır və ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli və onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya daxil edilməli, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 25 gün hissəsi 02 günə 01 gün hesablanmaqla, yəni 11 ay 12 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilməlidir. Bundan başqa, cinayət işində olan 18 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 1218 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Narkotik vasitələrdən istifadə edir. Nartik vasitə olan heroindən və kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, lakin onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,282 qram narkotik vasitə olan heroin, eləcə də, iki ədəd sintetik kisədə olan 6619,6 qram çəkidə narkotik tərkibli 22 ədəd çətənə bitkiləri, Ucar rayonu Küçəkənd kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən meşəlik sahədə əkilmiş narkotik tərkibli çətənə bitkilərinin aşkar edilməsi faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd sintetik kisənin içərisində olan 01 ədəd plastik materialdan ibarət su qabı və 01 ədəd dəmir qazan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, habelə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,10 qram qurudulmuş marixuana inzibati məsuliyyətə dair məsələ həll edilənədək Ucar RPŞ– nin sərəncamında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus olan “Vaz 2106” markalı avtomobilin və “Samsung A12” markalı mobil telefonun xalası oğlu X15 təhvil verilməsi və 02 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 143,88 AZN (yüz qırx üç manat, səksən səkkiz qəpik) məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 143,88 AZN (yüz qırx üç manat, səksən səkkiz qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 25 gün hissəsi 02 günə 01 gün hesablanmaqla 11 (on bir) ay 12 (on iki) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,282 qram narkotik vasitə olan heroin, eləcə də, iki ədəd sintetik kisədə olan 6619,6 qram çəkidə narkotik tərkibli 22 ədəd çətənə bitkiləri, Ucar rayonu Küçəkənd kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən meşəlik sahədə əkilmiş narkotik tərkibli çətənə bitkilərinin aşkar edilməsi faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd sintetik kisənin içərisində olan 01 ədəd plastik materialdan ibarət su qabı və 01 ədəd dəmir qazan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, habelə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,10 qram qurudulmuş marixuana inzibati məsuliyyətə dair məsələ həll edilənədək Ucar RPŞ–nin sərəncamında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus olan “Vaz 2106” markalı avtomobilin və “Samsung A12” markalı mobil telefonun xalası oğlu X15 təhvil verilməsi və 02 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 143,88 AZN (yüz qırx üç manat, səksən səkkiz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-63/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-63/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver