Məhkəmə qərarları › İş №1(091)-63/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-63/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-63/2025 12.06.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxx 1985-ci ildə Lənkəran rayonunun Liman şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Lənkəran rayonunun Qumbaşı kəndində qeydiyyatda olmaqla həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxx 1989-cu ildə Lənkəran rayonunun Qumbaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonunun Qumbaşı kəndində qeydiyyatda olmaqla həbs olunanadək ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslan Respublikasının vətəndaşı ilə 06 may 2024-cü il tarixdə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınmış, Balakən rayonunun Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinin ərazisində yolun kənarında su keçidi üçün nəzərdə tutulmuş beton tunelin içərisində gizlədilmiş bir ədəd sintetik kisənin içərisindəki 04 (dörd) ədəd üzəri yapışqanlı lentlə sarınmış bağlamada olan ayrı-ayrılıqda təmiz çəkiləri 2545 qram, 2485 qram, 2980 qram və 2495 qram olmaqla, ümumilikdə külli miqdarda 10505 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmək üçün Təqsirləndirilən şəxs2la birlikdə 06 may 2024cü il tarixdə saat 18:50 radələrində həmin yerə gəldikdən sonra Təqsirləndirilən şəxs2 qeyd edilən külli miqdarda narkotik vasitələrin içərisində olduğu bir ədəd sintetik kisəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə onun idarə etdiyi “Toyota Prius” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağına qoyub saxlamaqla daşıyarkən Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində 06 may 2024-cü il tarixdə saat 19:05 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Yol-patrul xidməti alayının 718 saylı stasionar postunda saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilən zaman arxa sərnişin oturacağının üzərindəki bir ədəd sintetik kisənin içərisindən üzəri yapışqanlı lentlə sarınmış ayrı-ayrılıqda 04 (dörd) ədəd bağlamada qeyd olunan külli miqdarda 10505 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslan Respublikasının vətəndaşı ilə 06 may 2024-cü il tarixdə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınmış, Balakən rayonunun Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinin ərazisində yolun kənarında su keçidi üçün nəzərdə tutulmuş beton tunelin içərisində gizlədilmiş bir ədəd sintetik kisənin içərisindəki 04 (dörd) ədəd üzəri yapışqanlı lentlə sarınmış bağlamada olan ayrı-ayrılıqda təmiz çəkiləri 2545 qram, 2485 qram, 2980 qram və 2495 qram olmaqla, ümumilikdə külli miqdarda 10505 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmək üçün Təqsirləndirilən şəxs1la birlikdə 06 may 2024cü il tarixdə saat 18:50 radələrində həmin yerə gəldikdən sonra qeyd edilən külli miqdarda narkotik vasitələrin içərisində olduğu bir ədəd sintetik kisəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağına qoyub saxlamaqla daşıyarkən Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində 06 may 2024-cü il tarixdə saat 19:05 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Yol-patrul xidməti alayının 718 saylı stasionar postunda saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilən zaman arxa sərnişin oturacağının üzərindəki bir ədəd sintetik kisənin içərisindən üzəri yapışqanlı lentlə sarınmış ayrı-ayrılıqda 04 (dörd) ədəd bağlamada qeyd olunan külli miqdarda 10505 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X13 Respublikasının vətəndaşı kimi təqdim edən şəxs xarici ölkənin mobil operatoruna məxsus olan mobil telefon nömrələri vasitəsilə onunla əlaqə saxlayıb ona narkotik vasitəni təklif etmiş, o isə razılaşmamışdır. Bundan bir müddət sonra həmin şəxs onunla yenidən əlaqə saxlayaraq yenidən narkotik vasitəni təklif etmiş, o isə maddi vəziyyəti aşağı olduğu üçün razılaşmışdır. 06 may 2024cü il tarixdə həmin şəxs yenidən onunla əlaqə saxlayıb 06 kiloqram narkotik vasitəni Balakən rayonunun ərazisinə yerləşdirəcəyini bildirərək qeyd olunan narkotik vasitəni götürüb deyəcəyi yerə aparmasını xahiş etmiş, o da pul müqabilində razılaşmışdır. O, Balakən rayonuna tək getməməmək üçün özü ilə birlikdə xalasının oğlu Təqsirləndirilən şəxs2 da aparmaq qərarına gəlmiş və sonuncuya Balakən rayonuna dostu ilə görüşmək üçün gedəcəyini demişdir. Avtomobil ilə hərəkətdə olan zaman o, narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxs2la danışmamış və hadisə yerinə çatana qədər sonuncu oraya narkotik vasitəni götürmək üçün getdiklərini bilməmişdir. Oraya çatdıqda o, Təqsirləndirilən şəxs2 narkotik vasitəni götürmək üçün Balakən rayonunun ərazisinə gəldiyini və narkotik vasitəni lazım olan yerə qoyacağı təqdirdə ona pul veriləcəyini demiş, sonuncu isə ona narazılığını bildirmişdir. O, əldə edəcəyi puldan Təqsirləndirilən şəxs2 verməyi nəzərdə tutmamış və bu işdə sonuncunun təqsiri olmamışdır. Avtomobil ilə hərəkət edib hadisə yerinə çatdıqda orada “VAZ 2106” və “Daewoo” markalı olmaqla iki ədəd avtomobilin olduğunu görmüş, lakin avtomobillərin içərisində kimlərin əyləşdiyini görməməmişdir. Daha sonra o, qeyd olunan şəxslə əlaqə saxlayaraq bu barədə demiş, göstərilən şəxs isə avtomobildə olan şəxslərin özü tərəfindən göndərildiyini bildirib narahat olmamasını qeyd etmişdir. Bundan sonra o, həmin şəxsə inanıb bir ədəd sellofan paketin içərisində olan dörd ədəd bağlamadakı narkotik vasitəni götürmüş, bu zaman Təqsirləndirilən şəxs2 isə avtomobildə əyləşmişdir. Daha sonra o, idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış, bir qədər hərəkət edib saat 18:00-19:00 radələrində stasionar postun ərazisinə çatdıqda polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlatmışlar və bu zaman hadisə yerində gördüyü avtomobildə əyləşmiş şəxslərin polis əməkdaşları olması ona məlum olmuşdur. Polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılan zaman onun idarə etdiyi avtomobil polis əməkdaşı tərəfindən idarə olunmuş, avtomobilin açarı polis əməkdaşlarında olmuş və avtomobilə baxış keçirilən zaman avtomobilin qapısını o, açmışdır. Polis şöbəsində orada olarkən polis əməkdaşları tərəfindən fiziki təsir-təzyiqə məruz qalmasa da ona sözlə təzyiq göstərilmişdir. O, polis şöbəsinə daxil olduqdan iki saat sonra müdafiəçi ilə təmin olunmuş və həmin müddətdə polis şöbəsində saxlanılmışdır. Polis şöbəsində polis əməkdaşları narkotik vasitənin miqdarını ölçmüşlər və bu zaman orada on kiloqram narkotik vasitənin olması müəyyən olunmuşdur. İbtidai istintaq zamanı da məhkəmə istintaqı zamanı verdiyi məzmunda ifadə vermiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxumadan imza etmişdir. Narkotik vasitənin yerləşdirilməsinin polis əməkdaşları tərəfindən təşkil olunduğunu, “VAZ 2106” və “Daewoo” markalı avtomobillərin polis əməkdaşlarına məxsus olduğunu və həmin avtomobillərdə əyləşən şəxslərin polis əməkdaşları olduğunu düşünür. Sonradan polis əməkdaşları özlərinə lazım olan səs yazılarını saxlamışlar, digər səs yazılarını isə kəsmiş və silmişlər. Onun və Təqsirləndirilən şəxs2 saxlanılmasında iki nəfər əməliyyat müvəkkili deyil, Balakən Rayon Polis Şöbəsinin əməliyyat müvəkkillərinin hamısı iştirak etmişlər. O, İran İslam Respublikasının vətəndaşı ilə danışıb narkotik vasitəni götürmək üçün gəlməkdə özünü təqsirli bilsə də bundan sonrakı hadisələrin Balakən Rayon Polis Şöbəsinin əməliyyat müvəkkiləri tərəfindən təşkil olunduğunu düşünür. Polis şöbəsində onun və Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış aparılan zaman fiziki təzyiq göstərilməsə də psixi təsir olunduğu üçün polis əməkdaşlarının dedikləri məzmunda ifadə vermişlər. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, Bakı şəhərində icarəyə götürdüyü “Toyota Prius” markalı, **- XD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 1 il 3 aydır taksi fəaliyyəti ilə məşğul olur. Polis əməkaşları tərəfindən saxlanılmamışdan təxminən 3-4 ay əvvəl qış aylarında dəqiq xatirində qalmayan tarixdə onun istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə +**********64 mobil telefon nömrəsindən “WhatsApp” tətbiqi vasitəsilə zəng daxil olmuş, tanımadığı həmin şəxs ona özünün İran İslam Respublikasının vətəndaşı olduğunu, ona əvvəlcədən demədiyi ünvana narkotik vasitə marixuananı qoyacağını, qeyd olunan narkotik vasitə marixuananı sonradan deyəcəyi ünvana aparmalı olduğunu bildirmiş və bunun qarşlığında ona 1000 manat pul verəcəyini təklif etmiş, o isə razılaşmamışdır. Daha sonra 04 may 2024-cü il tarixdə onun istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə +**********64 mobil telefon nömrəsindən “WhatsApp” tətbiqi vasitəsi ilə yenidən zəng daxil olmuş, X13 Respublikasının vətəndaşı kimi təqdim edən və adını deməyən həmin şəxs narkotik vasitə marixuananı qoyacağı yerdən götürüb dediyi ünvana çatdırması müqabilində ona 5000 manat pul verəcəyini təklif etmiş, həmin vaxt maddi vəziyyəti pis, borcları isə çox olduğundan bu təkliflə razılaşmışdır. 06 may 2024-cü il tarixdə səhər saatlarında onun istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə +**********64 mobil telefon nömrəsindən “WhatsApp” tətbiqi vasitəsi ilə yenidən zəng daxil olmuş, X13 Respublikasının vətəndaşı kimi təqdim edən həmin şəxs Balakən rayonuna gedərək orada ona deyəcəyi yerdən narkotik vasitə marixuananı götürüb dediyi ünvana çatdırmasını təklif etmiş, o da bu təkliflə razılaşmışdır. Daha sonra o, əvvəldən tanıdığı həmkəndlisi və dostu olan Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə zəng edərək onunla birlikdə rayona getməsini xahiş etmiş, sonuncu onun bu təklifi ilə razılaşmış, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **- XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edib Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən kirayə qaldığı evdən götürmüş və birlikdə Bakı şəhərindən Balakən rayonu istiqamətində hərəkətə başlayıb yolda olan zaman X13 Respublikasının vətəndaşı kimi təqdim edən həmin şəxslə birbirilərinə səsli mesajlar göndərmişlər. Zaqatala rayonuna çatdıqda o, Təqsirləndirilən şəxs2 Balakən rayonundan narkotik vasitə marixuananı götürüb ona zəng edən İran İslam Respublikasının vətəndaşının deyəcəyi ünvana aparacaqlarını, bunun qarşılığında isə həmin şəxsin ona 5000 manat pul verəcəyini bildirmiş, sonuncu isə ona heç nə deməmiş və onunla razılaşmışdır. O, Zaqatala rayonunun ərazisində olarkən 050 ***-**-** mobil telefon nömrəsindən “WhatsApp” tətbiqi vasitəsi ilə +**********64 mobil telefon nömrəsinə zəng edərək Balakən rayonuna yaxınlaşdığını və narkotik vasitə marixuananın olduğu yerin məkanını ona göndərməsini bildirmiş, həmin şəxs də “WhatsApp” tətbiqi vasitəsi ilə narkotik vasitə marixuananın olduğu yerin məkanını və göstərilən yerin fotoşəkillərini ona göndərmişdir. X12 Respublikasının vətəndaşı Balakən rayonunun “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqəsi yazılmış lövhə olan qeyd olunan ərazidəki yerdə 01 ədəd kisədə təxminən 6 kq çəkidə narkotik vasitə marixuananın olduğunu, göstərilən narkotik vasitəni götürməsini, deyəcəyi ünvana aparmasını demiş və qarşılığında ona 5000 manat pul verəcəyini bildirmişdir. O, 06 may 2024-cü il tarixdə saat 18:50 radələrində ona göndərilən məkanda və fotoşəkillərdə göstərilən Balakən rayonunun ərazisindəki ünvanın yanında idarə etdiyi avtomobili saxlamış, Təqsirləndirilən şəxs2 avtomobildən düşərək məkanda və fotoşəkillərdə göstərilən yerdən narkotik vasitəni götürməsini və avtomobilə qoymasını bildirmiş, Təqsirləndirilən şəxs2 da avtomobildən düşərək yolun kənarındakı lövhənin yanında olan beton su keçidinin içərisində saxlanılmış 01 ədəd ağ rəngli sintetik kisədə olan narkotik vasitə marixuananı götürmüş və kisə ilə birlikdə avtomobilin arxa oturacağında əyləşmişdir. Bundan sonra o, idarə etdiyi avtomobillə Balakən rayonunun ərazisindən Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış, həmin tarixdə saat 19:05 radələrində Balakən rayonu ilə Zaqatala rayonunun arasında yerləşən X11 İdarəsinin stasionar postunda Yol-patrul xidmətinin əməkdaşlarının “saxla” işarəsinə əsasən avtomobili saxlamışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq ona və Təqsirləndirilən şəxs2 narkotik vasitə saxlamalarında şübhəli olduqlarını bildirərək onları Balakən Rayon Polis Şöbəsinə aparmışlar və orada olarkən ona hüquq və vəzifələri izah olunaraq müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Bu zaman o, idarə etdiyi “Toyota Prius” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında 01 ədəd sintetik kisədə narkotik vasitə daşıdığını və saxladığını bildirmiş, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə həmin avtomobilə baxış keçirilmiş və bu zaman avtomobilin arxa oturacağında olan 01 ədəd ağ rəngli sintetik kisənin içərisindəki 04 ədəd üzəri lentlə sarınmış bağlamada narkotik vasitə marixuana aşkar olunmuşdur. Bundan sonra elektron tərəzi vasitəsilə çəkilən zaman narkotik vasitənin çəkisinin 10 kiloqram 720 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xalasının oğlu Təqsirləndirilən şəxs1 06 may 2024-cü il tarixdə onunla əlaqə saxlayıb dostunu görmək üçün Balakən rayonunun ərazisinə getmək istədiyini deyərək birlikdə getməyi ona təklif etmiş, o da razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 Balakən rayonunun ərazisinə hansı məqsədlə getməsindən onun məlumatı olmamış, daha sonra isə birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə Balakən rayonuna getmişlər. Hərəkətdə olarkən Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürmək üçün getdiklərini ona deməmiş, sonuncu bilmədiyi şəxslə danışsa və bilmədiyi şəxsə mesajlar yazsa da kiminlə danışdığı və kimə mesajlar yazdığını bilməmiş, sonuncudan bu barədə soruşmamışdır. Danışıq əsnasında Təqsirləndirilən şəxs1 danışdığı şəxsə qısa müddət sonra Balakən rayonuna çatacağını demiş, o isə sonuncunun dostu ilə danışdığını düşünmüşdür. Balakən rayonunun ərazisində olan zaman isə oraya hansı məqsədlə getdiklərini bilmiş, bir qədər hərəkət edib hadisə yerinə çatmışlar, lakin orada o, avtomobildən aşağı düşməmişdir. Avtomobildə hərəkətdə olan zaman o, yuxulamış, saat 18:00-da yuxudan oyandıqda olduğu avtomobilin polis əməkdaşları tərəfindən saxlanıldığını görmüş, başqa hər hansı məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmış, orada olarkən polis əməkdaşları ondan narkotik vasitə ilə bağlı məlumatının olub-olmadığını soruşmuşlar, o isə məlumatının olmadığını demişdir. Müdafiəçi ilə saat 00:00 radələrində təmin olunmuş və müdafiəçiyə içərisində narkotik vasitə olan çantanı götürmədiyini demişdir. Polis şöbəsində olarkən polis əməkdaşları ona hədə-qorxu gəlsələr də ona qarşı fiziki təsirtəzyiq olunmamış, orada olan zaman polis əməkdaşları sənədlərə imza edəcəyi təqdirdə məsuliyyətinin yüngül olacağını dedikləri üçün inanıb ifadəsinə oxumadan imza etmiş və həmin vaxt müdafiəçisi yanında olmamışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, 4-5 ildir narkotik vasitədən istifadə etmiş və 055 ***-**-** və 070 ***-**-** mobil telefon nömrələrindən istifadə etmişdir. 06 may 2024-cü il tarixdə səhər saatlarında dəqiq xatirində qalmayan saatda dostu Təqsirləndirilən şəxs1 istifadəsində olan 055 ***-**- ** mobil telefon nömrəsindən onun istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə zəng edərək özü ilə birlikdə Balakən rayonunun girəcəyindən çantanı götürmək üçün getməsini xahiş etmiş, o da razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək onu yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən götürmüş və birlikdə Balakən rayonu istiqamətində hərəkətə başlamışlar. Zaqatala rayonuna çatdıqda Təqsirləndirilən şəxs1 mobil telefonun “WhatsApp” tətbiqi vasitəsi ilə X13 Respublikasının vətəndaşı kimi təqdim edən naməlum şəxslə danışmış, həmin şəxs Təqsirləndirilən şəxs1 Balakən rayonunun ərazisinə 01 ədəd sintetik kisəni qoyduğunu, həmin kisədə narkotik vasitə marixuananın olduğunu və içərisində narkotik vasitə olan kisənin olduğu yerin koordinatlarını və fotoşəklini göndərəcəyini bildirmiş, ardınca isə qeyd olunan şəxs göstərilən koordinatı və fotoşəkilləri “WhatsApp” tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs1 mobil telefonuna göndərmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt ona İran İslam Respublikasının vətəndaşının qoyduğu narkotik vasitə marixuana olan kisəni götürərək qeyd olunan şəxsin deyəcəyi ünvana aparacaqlarını, göstərilən şəxsin bunun müqabilində 5000 manat pul verəcəyini, pulun 2000 və ya 3000 manatını ona verəcəyini demiş, o da razılaşmışdır. 06 may 2024-cü il tarixdə saat 18:50 radələrində onlar İran İslam Respublikasının vətəndaşının Təqsirləndirilən şəxs1 göndərdiyi koordinatın və fotoşəkillərin olduğu Balakən rayonunun ərazisindəki yerə çatmışlar və orada olarkən Təqsirləndirilən şəxs1 göstərişinə əsasən o, avtomobildən düşərək koordinatda və fotoşəkillərdə göstərilən “Mazımqara” sərhəd gömrük məntəqəsi sözləri yazılmış lövhənin yanında olan beton su keçidinin içərisində saxlanılmış 01 ədəd ağ rəngli sintetik kisədə olan narkotik vasitə marixuananı götürüb avtomobilin arxa oturacağında əyləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar və həmin tarixdə saat 19:05 radələrində Balakən rayonu ilə Zaqatala rayonunun arasında yerləşən X11 İdarəsinin stasionar postunda Yol-patrul xidmətinin əməkdaşlarının “saxla” işarəsinə əsasən Təqsirləndirilən şəxs1 avtomobili saxlamışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq ona və Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlamalarında şübhəli olduqlarını bildirərək onları Balakən Rayon Polis Şöbəsinə aparmışlar və orada olarkən ona hüquq və vəzifələri izah olunaraq müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Daha sonra müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və bu zaman avtomobilin arxa oturacağında olan 01 ədəd ağ rəngli sintetik kisənin içərisindəki 04 ədəd üzəri lentlə sarınmış bağlamada narkotik vasitə marixuana aşkar olunmuşdur. Bundan sonra elektron tərəzi vasitəsilə çəkilən zaman narkotik vasitənin çəkisinin 10 kiloqram 720 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Balakən Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 may 2024-cü il tarixdə saat 18:50 radələrində Balakən Rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidməti ərazidə olduqları zaman Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonunun Qazbinə kəndinin ərazisindən keçən hissəsində, “SAFFOİL” yanacaqdoldurma məntəqəsindən təxminən 30- 35 metr aralıda, yolun sağ tərəfində özünü şübhəli aparan və əlində ağ rəngli kisə olan bir nəfər şəxsin “Toyota Prius” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiyini və həmin avtomobilin dərhal geriyə dönərək Zaqatala rayonu istiqamətində hərəkətə başladığını görmüşlər. Bu hal onlarda şübhə yaratdığı üçün həmin avtomobilin arxası ilə hərəkət etməyə başlamışlar və Balakən rayonunun Katex kəndinin ərazisində qeyd olunan avtomobili ötüb keçərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Yol-patrul xidməti alayının 718 nömrəli stasionar postunda xidmət aparan əməkdaşlara bu barədə məlumat verərək göstərilən avtomobilin saxlanılmasına köməklik göstərilməsini xahiş etmişlər. Təxminən saat 19:05 radələrində həmin “Toyota Prius” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeyd olunan stasionar postdan keçərkən Yol-patrul xidmətinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilərək dayandırılmış, bundan sonra onlar həmin avtomobilə yaxınlaşıb orada olan şəxslərin şəxsiyyətlərini müəyyən edən zaman həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları ona məlum olmuşdur. Təqsirləndirilən şəxs2 əlində gətirərək avtomobilə qoyduğu ağ rəngli kisənin içərisində nə olduğunu soruşmuş, sonuncu isə kisənin içərisindəkinin narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra avtomobilə və Təqsirləndirilən şəxs2 olan 01 ədəd ağ rəngli sintetik kisəyə baxış keçirilməsi üçün “Toyota Prius” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücü və sərnişinlə birlikdə Balakən Rayon Polis Şöbəsinə aparmışlar və orada olarkən adları qeyd olunan şəxslərə hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərlərində şəxsi axtarış aparılmış, lakin üzərlərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Daha sonra müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə həmin avtomobilə baxış keçirilmiş və bu zaman avtomobilin arxa oturacağında olan 01 ədəd ağ rəngli sintetik kisənin içərisindəki 04 ədəd üzəri lentlə sarınmış bağlamarda narkotik vasitə marixuana aşkar olunmuşdur. Bundan sonra elektron tərəzi vasitəsilə çəkilən zaman narkotik vasitənin çəkisinin 10 kiloqram 720 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 may 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 18:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonunun Qazbinə kəndinin ərazisindən keçən hissəsində “SAFFOİL” yanacaqdoldurma məntəqəsindən təxminən 30- 35 metr aralı məsafədə, yolun sağ tərəfində “Toyota Prius” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanması, bir nəfər şəxsin ağ rəngli sintetik kisəni gətirib avtomobilin arxa sərnişin hissəsinə qoyması, avtomobilin geriyə dönərək Zaqata rayonu istiqamətində hərəkət etməsi müşahidə olunmuş, təxminən saat 19:05-də həmin avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Yol-patrul xidməti alayının 718 nömrəli stasionar postundan keçərkən Yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 06 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 məxsus olan “Toyota Prius” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və bu zaman avtomobilin salonunun arxa hissəsində 01 ədəd ağ rəngli kisənin içərisində olan 04 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilib götürülmüşdür. Baxış keçirilməsinin və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 06 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə qurudulmuş marixuanaları götürdükləri Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən əraziyə baxış keçirilmiş, lakin həmin ərazidən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 07 may 2024-cü il tarixli 3-16-16-2-17/425 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, **-XD-*** d.q.n-lı avtomaşından aşkar edilmiş 1 ədəd sintetik kisədə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələri.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki 04 (dörd) ədəd sellofan bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 2545,0 qram, 2485,0 qram, 2980,0 qram və 2495,0 qram olmaqla, ümumi çəkisi 10505,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 04 (dörd) ədəd sellofan bağlamada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 07 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung S10” markalı mobil telefona baxış keçirilmişdir. Bu zaman mobil telefonda adı qeyd olunmayan şəxsin istifadəsində olan +**********64 mobil telefon nömrəsindən “WhatsApp” tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə 06 may 2024-cü il tarixdə saat 18:06 və 18:18 radələrində iki dəfə zəng olunduğu, lakin telefon zənginə cavab verilmədiyi müəyyən olunmuşdur. X13 Respublikasının vətəndaşı kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs1 “salam sabahın xeyir olsun baba necəsən nə var nə yox qadan alım mən yatmamışam hələ indi birazdan yatacam hələ bir az işlərim çox idi ona görə yata bilmədim bildin? mən sənin qulluğundayam bu gün inşallah yoluna qoyacam baba”, “baba qadan alım mənə bir dənə cavab ver, ondan ola bilər bir başqa yerə atarsan”, “baba sənin qadan alaram bəs niyə cavab vermirsən mənə bir cavab ver də, orada 4 dənədi, 10 kiloya yaxındı amanat, neylədin, nağardın Yevlaxa çatıbsan çatmıyıbsan, mənə tez bir xəbər de qadan alım, yığıram adboy edirsən, oturubsan adboyun üstündə, mənə bir xəbər de”, “öz malım üstündə var nə qədər götürsən götürəcəysən ged orda öz malım üstündən götürginən öz malımı bütöv atdıracam götürginən gətirginən şəhərdə kilo kilo 2 kilo 3 kilo ümman eləginən paylaginən”, “narahat olma baba bu gün deyəcəm gedəsən dediyim yerə ad eləmirəm onu dünən deyirdime hara gedəcəksən ordan bütün aynoyunumu hamısın götürginən gətir şəhərdə paylaginən dünənləri gəlib orda götürən adam götürmədi deyə ona görə mən də səhv elədim ki, sənə demədim bütövün götürginən dünənləri desəydim bütövün götürginən bugünləri paylaşdırardın şəhərdə”, “baba sənin qadanı alaram mən yəni onu bilginən ki, narahat olma belə balaca işçi deyiləm mənim Azərbaycanın hər yerindən yüküm olur 450 manat yox 450 min manat ola mənə lazım deyil mən iş görürəm narahat olma ola bilər sənin Balakənə nə qədər yolun var Balakəndəki hazırdı mənə bir dənə de görüm gedə bilərsən Balakənə maşın var da altında”, “baba sənin qadan alım vaxtın olsa məni yığ bir dənə təcili”, “baba sənin qadan alım hara çatıbsan mənə bir dənə de mən bir-iki saat yatacam”, “Baba qadan alım mənə bir dənə cavab ver ondan ola bilər deyim bir başqa yerə bir az atasan”, “Baba mənə bir xəbər elə sən canı mənə bir xəbər elə mənim ürəyim partdıyır”, “baba sən mənim malımı yeyə bilməzsən götürüb telefonu açıb mənə cavab vermirsən haa yani harada olsan mən səni tutduracam, saxlatdıracam, mənə cavab ver baba, bax bu səsnən, bu konumla bu şəkilnən mənim malımı götürmüsən, and ola Allaha harada olsan götürtdürəcəm, yani işinə bax işini bil, mənə cavab ver mənim malımı qaytar geri, yekə oğlansan qanacağın qabiliyyətin olsun biz belə danışmamışdıq, bəs mən sənə hazır on min pul verəcəydimdə sən məni niyə belə eliyirsənki mənim malımı qaytar geri”, “cavab ver mənə cavab ver ay baba”, “başqa şey fikirləşmə mənim malımı qaytar geri 4 dənə bağlama olubdu orda ən azından 10 kilo maldı orda” məzmunlu səsli mesajlar göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs1 istifadəsində olan həmin mobil telefon nömrəsindən +**********64 mobil telefon nömrəsinə “WhatsApp” tətbiqi vasitəsi ilə “Ağa indi mən hara gedim, Ağstafaya gedim, Balakənəmi gedim, hara gedim mən Balakənin uje yolundayam Zaqataladayam uje 1 saatdan da az 50 dəqiqə, 48 dəqiqə qalıb Balakənə”, Balakənə çatıram, Zaqataladayam”, “Yaxşı ağa, yaxşı, yaxşı ki qayıtmadım dala, gedirəm uje Balakənə çatıram”, “Balakənə uje çatırame mən uje Zaqataladayam Zaqatalada burdan dala təzdən genə 3 saatlıq yol şeydi Ağstafadı”, “Mən Ağa uje Balakənə çatana yaxın Balakənə uje çatana yaxın da sən onu şey elə ki konumu şey elə ki mən daha Balakəni indi bilmirəm də hansı tərəfinə gedim, gedib çıxaram o başına ya başqa yerinə yadına bəlkə bəri başdadı bəlkə yaxın yerdə yaddadı ona görə”, “Yaxşı ağa, yaxşı yaxşı baş üstə”, “Ağacan mən uje Zaqataladayam”, “Ağa düz konuma 20 dəqiqə vaxtım var”, “Götürən kimi ağa deyəcəm sənə”, “Ağa bu bir dənədi də bir dənədi amma bir iki dənə şəkil atmısan hə?”, “Bildim ağa bildim narahat olma götürən kimi sənə səs atıram Allah Məhəmməd tərpənirik”, “Yaxşı ağa yaxşı qada görmüyəsən xəbər gözlə”, “Ağacan 9 dəqiqə göstərir, düz oranı 9 dəqiqə göstərir”, “Ağa mən həmin yerə çatdım, həmin yerə çatdım prostu burda bir az dvijenni var, yolun qırağında bir dənə zapravka var, onun yanında maşın yad zad, yolun üstündə saxlayıblar, adam yad var, keçdim bir az qabağa, bir az tündlük olsun, hava biraz tutulsun qayıdan baş götürüm çıxım”, “Ağa götürdüm ağa ağa məndədi gedirəm ağa Allah, X14 dua elə ağa”, “Hə ağacan”,“salam aleyküm ağa necəsən sabahın xeyir yaxşısan inşallah ağa nə var nə yox ay ağa”, “sağ ol qardaş var olasan, Allah sənin canın sağ eləsin onu bildiye bidən dostun pulun şey eliyərdiy də onu da gözlüyürlər gedəcəm elə mən zəng zəng zəng zəng onun pulun bidənə həll eliyəydə ağa”, “qardaşcanı mən də pis vəziyyətdə qaldım onların yanında da belə nə bilim necə olacaq ama sən qardaşın canı onu bidən həll eliyək onun pulun verim getsin öz işin dalınca işin görsün”, “yaxşı, yaxşı inşallah sən də yat istirahət elə istirahət elə prostu mən də mamama görə narahatame belənçi nə desən yani ki biz indi qardaşlıq edirik də problem deyil prostu indi dosta görə qalmışam dosta görə istəməzdim də indi onların yanında adam pis vəziyyətdə qalsın”, “Ağa sən rahat yat polnu istirahətdığıvı elə hələ yol vare uzun yoldu Bakıdan ora 6 saat nəqədər 7 saata yaxın yoldu mən uje 1 sat nəqədərdi çıxmışam gedirəm dörd yüz nəqdər neçə kilometr yol qalıb beş saat nə qədər yol qalıb sən rahat yat”, “yat ağa sən rahat-rahat yat iki saat 3 saat belə 4 saat yat”, “Ağacaan biz inşallah bir saata Balakəndəyik uje demək olar ki Zaqataladayıq çatmışıq” məzmunlu səsli mesajlar göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadəsin olan mobil telefonun “WhatsApp” tətbiqinə baxdıqda +**********64 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə Balakən rayonunun Qazbinə kəndinin ərazisində yolun kənarına yerləşdirilmiş göy rəngli məlumat lövhəsinin, ünvanın, habelə həmin məlumat lövhəsinin yaxınlığında olan yeraltı beton su keçidinin giriş hissəsində qoyulmuş kisənin fotoşəklinin göndərilərək işarələnməsi, eləcə də Təqsirləndirilən şəxs1 naməlum şəxslə “WhatsApp” tətbiqi vasitəsilə videogörüntü şəklində danışdığı zaman çəkilmiş fotoşəklin olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 07 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 məxsus olan “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Bu zaman mobil telefonda quraşdırılmış “WhatsApp” tətbiqində Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 X13 Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin səsli mesaj göndərməsi və həmin səsli mesajın məzmununun “narahat olma baba, bü gün deyəcəm gedəsən dediyim yerə, dünən deyirdim ey hara gedəcəkən, ordan bütün ayın-oyunumun hamısını götür, şəhərdə payla, dünən gəlib orda götürən adam götürmədi deyə məndə səhv etdim ki sənə demədim bütöv götür, dünən desəydim bütöv götür bu gün paylaşdırardın şəhərdə” olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 04 iyun 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X13 Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 206-cı maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, adları qeyd olunan şəxslərin narkotik vasitəni əldə etdiyi mənbənin və X13 Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün göstərilən tarixdə cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BB seriyalı, 355390 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, 22 fevral 2023-cü il tarixdə X9 tərəfindən Təqsirləndirilən şəxs1 25 avqust 2026-cı il tarixədək nəqliyyat vasitəsini idarə etməsinə dair etibarnamə verilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109.1-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 06 may 2024-cü il tarixdə saat 18:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonunun Qazbinə kəndinin ərazisindən keçən hissəsində “SAFFOİL” yanacaqdoldurma məntəqəsindən təxminən 30-35 metr aralı məsafədə, yolun sağ tərəfində “Toyota Prius” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanması, bir nəfər şəxsin ağ rəngli sintetik kisəni gətirib avtomobilin arxa sərnişin hissəsinə qoyması, avtomobilin geriyə dönərək Zaqata rayonu istiqamətində hərəkət etməsi müşahidə olunmuş, təxminən saat 19:05-də həmin avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Yol-patrul xidməti alayının 718 nömrəli stasionar postundan keçərkən Yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş və müdafiəçilər ilə təmin edilməklə qeyd olunan tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 istifadəsində olan göstərilən avtomobilə baxış keçirilmişdir. Bu zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 06 may 2024-cü il tarixdə müdafiəçilərin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 istifadəsində olan “Toyota Prius” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilib narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq satış məqsədilə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində X13 Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin xarici ölkənin mobil operatoruna məxsus olan mobil telefon nömrələri vasitəsilə onunla əlaqə saxlayıb ona narkotik vasitəni təklif etdiyini, razılaşmadığını, bundan bir müddət sonra həmin şəxsin onunla yenidən əlaqə saxlayaraq yenidən narkotik vasitə təklif etdiyini, maddi vəziyyəti aşağı olduğu üçün razılaşdığını, 06 may 2024-cü il tarixdə həmin şəxsin yenidən onunla əlaqə saxlayıb 06 kiloqram narkotik vasitəni Balakən rayonunun ərazisinə yerləşdirəcəyini dediyini, qeyd olunan narkotik vasitəni götürüb deyəcəyi yerə aparmasını xahiş etdiyini, pul müqabilində razılaşdığını, Balakən rayonuna tək getməməmək üçün özü ilə birlikdə xalasının oğlu Təqsirləndirilən şəxs2 da aparmaq qərarına gəldiyini, sonuncuya Balakən rayonuna dostu ilə görüşmək üçün gedəcəyini dediyini, avtomobil ilə hərəkətdə olan zaman narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxs2la danışmadığını, hadisə yerinə çatana qədər sonuncunun oraya narkotik vasitəni götürmək üçün getdiklərini bilmədiyini, oraya çatdıqda Təqsirləndirilən şəxs2 narkotik vasitəni götürmək üçün Balakən rayonunun ərazisinə gəldiyini, narkotik vasitəni lazım olan yerə qoyacağı təqdirdə ona pul veriləcəyini dediyini, sonuncunun isə ona narazılığını bildirdiyini, əldə edəcəyi puldan Təqsirləndirilən şəxs2 verməyi nəzərdə tutmadığını, bu işdə sonuncunun təqsirinin olmadığını, avtomobil ilə hərəkət edib hadisə yerinə çatdıqda orada “VAZ 2106” və “Daewoo” markalı olmaqla iki ədəd avtomobilin olduğunu gördüyünü, lakin avtomobillərin içərisində kimlərin əyləşdiyini görmədiyini, daha sonra qeyd olunan şəxslə əlaqə saxlayaraq bu barədə dediyini, göstərilən şəxsin isə avtomobildə olan şəxslərin özü tərəfindən göndərildiyini bildirib narahat olmamasını qeyd etdiyini, bundan sonra həmin şəxsə inanıb bir ədəd sellofan paketin içərisində olan dörd ədəd bağlamadakı narkotik vasitəni götürdüyünü, bu zaman Təqsirləndirilən şəxs2 avtomobildə əyləşdiyini, daha sonra Bakı şəhəri istiqamətində hərəkət etməyə başladıqlarını, bir qədər hərəkət edib saat 18:00-19:00 radələrində stasionar postun ərazisinə çatdıqda polis əməkdaşlarının onun idarə etdiyi avtomobili saxlatdıqlarını, bu zaman hadisə yerində gördüyü avtomobildə əyləşmiş şəxslərin polis əməkdaşları olduqlarının ona məlum olduğunu, polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılan zaman onun idarə etdiyi avtomobilin polis əməkdaşı tərəfindən idarə olunduğunu, avtomobilin açarının polis əməkdaşlarında olduğunu, avtomobilə baxış keçirilən zaman avtomobilin qapısını özünün açdığını, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsir-təzyiqə məruz qalmasa da ona sözlə təzyiq göstərildiyini, polis şöbəsinə daxil olduqdan iki saat sonra müdafiəçi ilə təmin olunduğunu, həmin müddətdə polis şöbəsində saxlanıldığını, polis şöbəsində polis əməkdaşlarının narkotik vasitənin miqdarını ölçdüklərini, bu zaman orada on kiloqram narkotik vasitənin olduğunun müəyyən olunduğunu, ibtidai istintaq zamanı da məhkəmə istintaqı zamanı verdiyi məzmunda ifadə verdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxumadan imza etdiyini, narkotik vasitənin yerləşdirilməsinin polis əməkdaşları tərəfindən təşkil olunduğunu, “VAZ 2106” və “Daewoo” markalı avtomobillərin polis əməkdaşlarına məxsus olduğunu, həmin avtomobillərdə əyləşən şəxslərin polis əməkdaşları olduğunu düşündüyünü, sonradan polis əməkdaşlarının özlərinə lazım olan səs yazılarını saxladıqlarını, digər səs yazılarını isə kəsdiklərini və sildiklərini, onun və Təqsirləndirilən şəxs2 saxlanılmasında iki nəfər əməliyyat müvəkkilinin deyil, Balakən Rayon Polis Şöbəsinin əməliyyat müvəkkillərinin hamısının iştirak etdiklərini, İran İslam Respublikasının vətəndaşı ilə danışıb narkotik vasitəni götürmək üçün gəlməkdə özünü təqsirli bilsə də bundan sonrakı hadisələrin Balakən Rayon Polis Şöbəsinin əməliyyat müvəkkiləri tərəfindən təşkil olunduğunu düşündüyünü və polis şöbəsində üzərlərində şəxsi axtarış aparılan zaman fiziki təzyiq göstərilməsə də psixi təsir olunduğu üçün polis əməkdaşlarının dedikləri məzmunda ifadə verdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi və götürmə aparılması haqqında haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, avtomobilə baxış keçirilərkən orada müdafiəçilər də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçilər dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçilər tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokolda hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs1 bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərədə tutulmuş cinayət əməllərinin törədilməsinə aidiyyətinin olmasını təsdiq etdiyini qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Habelə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq satış məqsədilə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində xalasının oğlu Təqsirləndirilən şəxs1 06 may 2024-cü il tarixdə onunla əlaqə saxlayıb dostunu görmək üçün Balakən rayonunun ərazisinə getmək istədiyini deyərək birlikdə getməyi ona təklif etdiyini, sonuncunun bu təklifi ilə razılaşdığını, həmin vaxt Təqsirləndirilən şəxs1 Balakən rayonunun ərazisinə hansı məqsədlə getməsindən onun məlumatının olmadığını, daha sonra isə birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə Balakən rayonuna getdiklərini, avtomobil ilə hərəkətdə olarkən Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürmək üçün getdiklərini ona demədiyini, sonuncu bilmədiyi şəxslə danışsa və bilmədiyi şəxsə mesajlar yazsa da kiminlə danışdığını və kimə mesajlar yazdığını bilmədiyini, sonuncudan bu barədə soruşmadığını, danışıq əsnasında Təqsirləndirilən şəxs1 danışdığı şəxsə qısa müddət sonra Balakən rayonuna çatacağını dediyini, sonuncunun dostu ilə danışdığını düşündüyünü, Balakən rayonunun ərazisində olan zaman oraya hansı məqsədlə getdiklərini bildiyini, bir qədər hərəkət edib hadisə yerində olan zaman avtomobildən aşağı düşmədiyini, avtomobildə hərəkətdə olan zaman yuxuladığını, saat 18:00-da yuxudan oyandıqda isə olduğu avtomobilin polis əməkdaşları tərəfindən saxlanıldığını gördüyünü, başqa hər hansı məlumatının olmadığını, polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını, orada olarkən polis əməkdaşlarının ondan narkotik vasitədən məlumatının olub-olmadığını soruşduqlarını, məlumatının olmadığını dediyini, müdafiəçi ilə saat 00:00 radələrində təmin olunduğunu, müdafiəçiyə içərisində narkotik vasitə olan çantanı götürmədiyini dediyini, polis şöbəsində olarkən polis əməkdaşları ona hədə-qorxu gəlsələr də ona qarşı fiziki təsir-təzyiq olunmadığını, orada olan zaman polis əməkdaşları sənədlərə imza edəcəyi təqdirdə məsuliyyətinin yüngül olacağını dedikləri üçün inanıb ifadəsinə oxumadan imza etdiyini və həmin vaxt müdafiəçisinin yanında olmadığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi və götürmə aparılması haqqında haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, avtomobilə baxış keçirilərkən orada müdafiəçilər də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçilər dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçilər tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokolda hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs2 bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərədə tutulmuş cinayət əməllərinin törədilməsinə aidiyyətinin olmasını təsdiq etdiyini qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışlar. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan narkotik vasitə marixuananı əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədlərinin və niyyətlərinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxslərin əməllərinin tövsifində və həmin əməlləri törətməkdə təqsirli olub-olmamalarında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bu Qərarın 12-ci bəndinə əsasən, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən çəkidə narkotik vasitə marixuananın aşkar edilməsini, aşkarlanmış narkotik vasitə marixuananın çəkisinin çox olmasını, habelə telefon məlumatlarına əsasən onlarla digər şəxsin arasında narkotik vasitənin satışı ilə bağlı yazıların olduğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər qeyd olunan narkotik vasitə marixuananı əslində satış məqsədi ilə əldə etmişlər. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsifi düzgündür. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs1 cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs2 əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barələrində təyin olunacaq cəzaların növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Hüseynov X4 rayonunun Qumbaşı kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Əzimov X5 rayonunun Qumbaşı kəndində yaşamışdır, 29 iyun 2021-ci il tarixdə doğulmuş qızı Sidiqə Əzimova onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmünün və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum olunmuşdur və sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmünə əsasən CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş 10 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 20 aprel 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. CM-in 15-ci maddəsinə əsasən 234.4.1, 234.4.3 və 237.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət hesab olunur. CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş sayılır. CM-in 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək onun məhkumluğu ödənilmədiyindən onun sonradan qeyd olunan cinayət əməllərini törətməsi cinayətin təhlükəli residivini yaradır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Lənkəran Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmünün və 16 fevral 2022-ci il tarixli qərarının surətlərindən görünür ki, Əzimov X5 Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və 31 mart 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-in 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək onun məhkumluğu ödənildiyindən onun sonradan qeyd olunan cinayət əməllərini törətməsi cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Habelə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində əsasən, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. CM-in 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığının məhdudlaşdırıldığı həmin tarixdə saat 19:05-dən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığının məhdudlaşdırıldığı həmin tarixdə saat 19:05-dən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 06 may 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 06 may 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 06 may 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 06 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2024-cü il tarixli 1225 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2024-cü il tarixli 1226 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Eləcə də məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 06 iyul 2024-cü il tarixli 512 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 06 iyul 2024-cü il tarixli 513 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Eləcə də məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Eləcə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, 10504,20 qram narkotik vasitə marixuana, habelə Təqsirləndirilən şəxs1 məxsus olan 01 ədəd “Samsung A53” və 01 ədəd “Samsung S10” markalı və Təqsirləndirilən şəxs2 məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefonlar həmin tarixdə maddi sübut hesab olunmuş və saxlanılması üçün Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ hissəsinin 146-cı bəndinə əsasən, marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 10504,20 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus olan 01 ədəd “Samsung A53” və 01 ədəd “Samsung S10” markalı mobil telefonlar sahibi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefon isə sahibi Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. CPM-in 198.3-cü maddəsinə əsasən, cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsi və təyin olunmuş cəzanın ciddiliyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 20 (iyirmi) manat, Təqsirləndirilən şəxs2 isə 14,55 (on dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 06 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 06 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 10504,20 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus olan 01 ədəd “Samsung A53” və 01 ədəd “Samsung S10” markalı mobil telefonlar sahibi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefon isə sahibi Təqsirləndirilən şəxs2 qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 20 (iyirmi) manat, Təqsirləndirilən şəxs2 isə 14,55 (on dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar