Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-64/2020 03.06.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki şöbəsinin prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlu, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxsin hüquqi varisi X4 iştirakı ilə xx xxx 1999-cu ildə Yevlax rayonunun Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamış, xx xxxxxxx 2019-cu ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X11 Məhkəməsinin inzibati binasında məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu ildə saat 21 radələrində Yevlax rayonu Havarlı kəndində yaşadığı evin yaxınlığında həmkəndlisi Şahid4 ilə söhbət edərkən yanlarına gəlmiş əvvəllər tanıdığı X5 tələbinə əsasən söhbət etmək üçün olduqları yerdən bir qədər aralanıb 50 metr kənarda yerləşən həmkəndliləri Vüqar Mustafayevin evinin qarşısına getdikdən sonra R.A.Nazarov 2016-cı ildə onların evlərinin həyətinə daxil olmuş naməlum şəxsin Əvəz adlı həmkəndlilərinin olması barədə verdiyi məlumatı atası Şahid1 çatdırmasını ona irad tutmuşdur. Məsələnin 3 il əvvəl olmasını, indiki vaxt bunun aydınlaşdırılmasının və bu səbəbdən mübahisə etməyin yersiz olduğunu bildirməyinə baxmayaraq R.A.Nazarovun onun ünvanına nalayiq ifadələr işlədərək onu öz təşəbbüsü ilə münaqişəyə çəkməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə və əlbəyaxa zamanı qisas alıb R.A.Nazarovu qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağını əynindəki gödəkçənin cibindən çıxardıb həmin bıçaqla qəsdən R.A.Nazarovun sinəsinə bir dəfə zərbə vurub, R.A.X10 Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir şəhər X3 hüquqi şəxsinin cərrahiyyə şöbəsində ölümünə səbəb olan həyat üçün təhlükəli olan ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin ön səthində ürəyin zədələnməsi ilə müşayiət olunan döş boşluğunu dəlib keçən bir ədəd kəsilmiş-deşilmiş yara xəsarəti yetirərək X6 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ilin təxminən yay aylarında Əziz adlı şəxsin Yevlax rayonu Havarlı kəndində yerləşən fərdi yaşayış evinə girməsini bilib deməməsinə görə dostu X8 ilə aralarında narazılıq yaranmış, mübahisələri düşmüşdür. 2019-cu ilin oktyabr ayının 9-da saat 19 radələrində kənddəki avtobus dayanacağında Ağadur ilə küçələrinin başındakı arxın yanında olan zaman Rasim yanlarına gəlmiş, Ağadur isə Şahinin marketinə borcu olduğunu bildirib getmişdir. Rasim onunla işinin olduğunu, kənara çəkilib söhbət etmək istədiyini bildirmişdir. X2 evinin qarşısına getmişlər. Rasim Vüqarın evinin qabağında dayanıb ona “niyə sən 2016-cı ildə sizin həyətə daxil olan şəxsin Əvəz olmasını mənim sənə dediyimi atana demisən? “ deyə soruşmuş, o isə ondan niyə həmin məsələni həmin vaxt yox, indi soruşduğunu öyrənmək istəmişdir. Rasim isə bu barədə indi fikirləşdiyini, onun həmin vaxt ona qarşı “q.....lik” etdiyini bildirib onu nalayiq ifadələr işlədərək təhqir etmişdir. Daha sonra Rasim ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədərək yenə təhqir etmişdir. Sonra isə Rasim qəflətən ona əl atmağa başlamış, onu yumruqla vurmuşdur. O da Rasimə əl atmış, o da Rasimi yumruqla vurmaq istəyəndə Rasim kənara çəkilmiş və yumruğu sürtərək Rasimin çənə nahiyəsindən dəymişdir. Bundan sonra onlar süpürləşmişlər. Onlar ayaqüstə biraz dalaşdıqdan sonra Rasimin arxaya gedib nəyisə yerdən götürüb onun üzərinə gəlmək istədiyini görüb əvvəlcədən üzərində olan bıçağı idman gödəkçəsinin sağ yan cibindən çıxarıb düyməsi vasitəsilə açaraq sağ əlində tutub Rasimin bıçağı görüb qorxub dayanmasını istəmişdir. Lakin Rasim yenədə onun üzərinə gəlmiş və onlar yenidən süpürləşməyə başlamışlar. Həmin vaxt əlindəki bıçağın onun sağ ayağının baldır hissəsinə batdığını hiss etmişdir. Daha sonra özündən asılı olmadan sağ əlində olan bıçaqla Rasimi ürək nahiyəsindən vurmuş və vurandan sonra bıçağı bağlayıb əlinin içində saxlamışdır. Bundan sonra Rasim yenə onun üzərinə gəlmişdir. Onlar yenidən ayaq üstə süpürləşməyə davam etmişlər. Rasim qəflətən “ayə qanadı” deyib onun yaşadığı evə tərəf qaçmışdır. O da Rasimin arxasınca getmişdir. Həmin vaxt sağ ayağının baldır hissəsindən qan axdığını görmüşdür. Axsaya-axsaya evlərinə tərəf getmişdir. Rasim zərblə darvazanı açıb həyətə daxil olmuş, o da Rasimin arxası ilə həyətə daxil olmuşdur. Həmin vaxt qonaqlar da gəlmişdi. Rasim Göyüşə “oğlun məni vurdu” demiş, həmin vaxt anası, nənəsi, bacısı, atası və onlara qonaq gəlmiş şəxslər evdə olmuşlar. Göyüş ondan Rasimi nə ilə vurduğunu soruşmuş, o da qorxduğu üçün şüşə ilə vurduğunu bildirmişdir. Göyüş cəld Rasimə su verib daha sonra Rasimin atası Abid Nazarova zəng etmişdir. Bir neçə dəqiqə sonra Rasimin atası Abid Nazarov onlara gəlmiş, Göyüş Abidə Rasimlə onların başına oyun açdığını və bədbəxt etdiyini demişdir. Göyüşlə birlikdə Abid qohumları Kənanın avtomobili ilə Rasimi Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışlar. Bir neçə saat sonra polis əməkdaşları onların yaşadığı evə gəldikdə artıq Rasimin xəstəxanada vəfat etdiyini öyrənmişdir. Rasim Nazarovu vurduğu qara rəngli bıçağı polis əməkdaşları onların evinə gələndə təhvil vermişdir. Hadisə zamanı istifadə etdiyi bıçağı hərbi xidmətə getməmişdən əvvəl alıb evə qoymuşdur. Bir neçə il idi ki, bıçaq onda olmuşdur. Bıçağı üzərində gəzdirməsə də həmin gün təsərrüfat işi gördüyündən həmin bıçaqdan istifadə etmişdir. Ondan sonrada cibində qalmışdır. Hadisə vaxtı əynində qara rəngli qısaqol köynək, qara rəngli üzərində ağ xəttlər olan idman gödəkçəsi, boz rəngli idman şalvarı və idman ayaqqabısı olmuşdur. Hadisə vaxtı Rasim Nazarovun üzərində göy rəngli cins şalvar, qara rəngli ayaqqabı, göy rəngli uzunqol kofta və qara rəngli kurtka olmuşdur. X12 bıçaqla xəsarət yetirmək niyyəti olmamışdır. Hadisə vaxtı onlar ikisi olmuşlar. Küçə qaranlıq olmuş və onların yanına gələn heç kim olmamışdır.Törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu ildə saat 20 radələrində Kənanın xahişi ilə Göyüşün evinə getmişdir. Göyüş onu qarşılamış və Yasinlə Rasimin bir-birlərini şüşə ilə vurduğunu bildirmişdir. Rasimi eyvanda uzanıqlı vəziyyətdə görmüşdür. Rasimdən nə baş verdiyini soruşmuş, Rasim də heç nə olmadığını demişdir. Göyüş Yasinin sağ ayağının bud hissəsində olan kəsiyi ona göstərmişdir. Göyüş Mingəçevir şəhərində yaşayan Mərdan adlı həkimə zəng etmiş və uşaqların şüşə ilə zarafatlaşarkən onlardan birinə şüşə dəydiyini, onu müalicə etmək lazım olduğunu bildirmişdir. Mərdan həkim isə gələ bilməyəcəyini bildirmişdir. Göyüş bundan sonra qardaşı arvadı Həmidəyə zəng etmiş və onlara çağırmışdır. Həmidə Göyüşgilə gəlmiş, Göyüş Həmidəyə Mərdana zəng etməsini və kəndə gəlməyə razı salmasını xahiş etmişdir. Həmidə Mərdan həkimə zəng etmiş, lakin Mərdan həkim razılıq verməmişdir. O, bunu görəndən sonra mərhum oğlu Rasim Nazarovu qucağına götürüb Kənanın maşını ilə Mingəçevir ŞMX-ya aparmışdır. Saat 21 radələrində onlar Mingəçevir ŞMX-ya çatmışlar. Xəstəxanaya çatarkən Kənan maşını təcili tibbi yardım şöbəsinin həkimi Mərdan həkimin yanında saxlamışdır. Mərdan həkim də Rasimin üzünə baxmış və Rasimin vəziyyətinin yaxşı olmadığını, təcili xəstəxanaya çatdırmalarını tələb etmişdir. Onlar da Rasimi xəstəxanaya çatdırmışlar. 15-20 dəqiqə sonra Rasimin qan itirmədən vəfat etdiyini öyrənmişdir. Xəstəxanada Rasimin ürək nahiyyəsində olan xəsarətin şüşə ilə yox bıçaqla yetirildiyini öyrənmişlər. Şahidlər Şahid2 zərərçəkmiş şəxsin hüquqi varisi A.R. Nazarovun ifadəsinə uyğun ifadə vermsişlər. Şahid1 istintaqda ifadəsində göstərmişdir ki, 2016-cı ilin yay aylarında naməlum şəxs və ya şəxslər onun yaşadığı evin həyətinə daxil olub orada əkilmiş meyvə-tərəvəz bitkilərini əzmişdir. Yasin də həmin ərəfədə ona yaxınlaşıb dostu Rasim Nazarovun evlərinə gecə həmin vaxt girən həmkəndliləri Əvəz adlı şəxsin olduğunu demişdir. xx xxxxxxx 2019-cu ildə oğlu Yasin həqiqi hərbi xidmətdən yeni gəldiyi üçün onunla görüşə qohumları gəlmişdir. Saat 20-21 radələrində evin eyvanında oturub Yasinin evə gəlməsini gözləyən zaman kiminsə həyətin darvazasının qapısını açıb həyətə daxil olduğunu və yerə yıxıldığını görmüşdür. Lakin həyət qaranlıq olduğuna görə həmin şəxsin ilk anda kim olduğunu bilməmişdir. Həyətə qaçıb Rasimin sinə nahiyəsində qan olduğunu görmüşdür. Rasimdən nə baş verdiyini soruşmuş, Rasim də ona Yasinlə aralarında mübahisə olduğunu və Yasinin onu vurduğunu bildirmişdir. Rasimi xəstəxanaya aparmaq üçün Kənanı çağırmışdır. Təxminən 10 dəqiqə sonra Kənan və Rasimin atası Abid birlikdə həyətə daxil olmuşlar. Abid Rasimi gördükdən sonra onu qucağına götürüb Kənanın idarə etdiyi VAZ 2107 markalı, ** EN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön oturacağına uzatmışdır. Abidlə ilə birlikdə avtomobilin arxa oturacağında əyləşmişdir. Kənan isə avtomobili cəld işə salıb Mingəçevir şəhər xəstəxanasına aparmışdır. Bir saat sonra Kənan ona zəng edərək Rasimin xəstəxanada öldüyünü bildirmişdir. O, evə gəldikdən sonra yaşadığı evə polis əməkdaşları gələrək Yasini götürüb Yevlax RPŞ-yə aparmışlar. Şahid3 məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, Yasin ilə söhbət edən zaman Rasim yanlarına gəlmiş, o Şahinin mağazasına borcu olduğunu bildirərək getmişdir. Sonradan eşitmişdir ki, yasin Rasimi bıçaqla vuraraq öldürmüşdür. İşə əlavə edilmiş məhkəmə tibbi ekspertin xx.xx.2019-cu il tarixli, 25 nömrəli rəyindən görünür ki, X5 meyitində aşkar edilmiş xəsarət-döş qəfəsinin ön səthindən ürəyin zədələnməsilə döş boşluğuna dəlib keçən bir ədəd yara deşici-kəsici əşyanın (alətlərin) təsirindən əmələ gəlmişdir, ağırlıq dərəcəsinə görə sağlam şəxslər üçün götürdükdə sağlamlığa ağır zərər vurmaya aiddir, xəsarətin yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğundur, xəsarət həyatidir, ölümündən bir qədər əvvəl yetirilmişdir, X7 yetirilən xəsarətin istiqaməti düz bucaq altında öndən arxayadır, X5 ölümünə səbəb ürəyin açıq zədələnməsi nəticəsində baş verən kəskin qanaxma olmuş, Rasim Nazarovun ölümü meyitin müayinəsindən 4-6 saat əvvəl baş vermiş, X5 bədənində bir ədəd xəsarət aşkar olunmuş və bu xəsarət bir bıçağın təsirindən əmələ gəlmiş, aşkar olunmuş xəsarət mübarizə və özünümüdafiə üçün xarakterik xəsarət deyil, xəsarət yetirilərkən xəsarət yetirənlə zərərçəkənin mümkün qarşılıqlı yerləşmələri müxtəlif ola bilərdi, yetirilmiş xəsarət cərrah tərəfindən müalicəvi məqsədlə genişləndirildiyindən xəsarətin ölçüsünü dəqiq müəyyən etmək mümkün deyil, meyitdə aşkar edilmiş xəsarət ekspertizaya təqdim olunmuş paltarlardakı zədə ilə uyğundur, şəxs tərəfindən yetirilmişdir, həmin xəsarət ona üzü üstə olmaqdan başqa bütün mümkün vəziyyətlərdə-arxası üstə uzanmış, ayaq üstə, oturmuş və s. Vəziyyətlərdə yetirilə bilərdi, xəsarəti özü-özünə yetirməsi az inandırıcıdır, X8 ölümündən əvvəl spirtli içki, narkotik vasitələr və yaxud psixotrop maddə qəbul etməmişdir. xx.xx.2019-cu il tarixli, 728 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ budun aşağı 1/3-nin ön səthinin, sağ əlin birinci barmağının əsas falanqasının ovuc səthinin yaraları deşici-kəsici alətin-alətlərin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. xx.xx.2019-cu il tarixli 26766 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X7 məxsus olduğu qeyd olunan geyim əşyalarından tünd göy rəngli cins şalvarı üzərində tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan geyim əşyaları üzərində X7 məxsus olduğu qeyd olunan geyim əşyalarının tərkib liflərindən yoxdur. xx.xx.2019-cu il tarixli 26767/26768 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, məişət təyinatlı turist bıçağıdır, üzərində qanabənzər ləkələr müşahidə edilmiş, təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş köynəyin ön hissəsində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətinə əsasən köynəyin səthində olan zədələrinin tədqiqata təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Həmin zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret hansı bıçaqla təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş köynəyin səthində olan zədə öndən arxaya istiqamətdə, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə sağda olmaqla yetirilmişdir. Tədiqaqata təqdim edilmiş gödəkçənin, şalvarın və bir cüt ayaqqabının səthində zədə yoxdur. xx.xx.2019-cu il tarixli, 595/242 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. xx.xx.2019-cu il tarixli 914/2019-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus qısaqol kofta, idman gödəkçəsi, idman şalvarı, 02 ədəd çubuqlu pambıq tamponlar, yarpaq hissəsi üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onun qanında müşayiətçi H antigeni varsa). Lakin ləkələrdə qanın bir neçə şəxsə məxsus olduğu halında isə həmçinin Oalfa, beta (İ) qruplu Təqsirləndirilən şəxs qarışıq qanının olması da ABO sistemi üzrə inkar olunmur. Ekspertizaya təqdim edilmiş R.A.Nazarova məxsus bircüt ayaqqabı üzərində qan, Təqsirləndirilən şəxs məxsus bir cüt krassovka üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. xx xxxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Yevlax rayonu Havarlı kəndi ərazisində yerləşən Vüqar Mustafayevə məxsus yaşayış evinin qarşısıdır. Evin qarşısı daşlıq və otluq sahədir. Fərdi yaşayış evinin qarşısında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı predmet aşkar edilmədi. Vüqar Mustafayevə məxsus yaşayış evindən su arxının yaxınlığındakı oturacaqlara kimi olan məsafə 50 metrdir. Təqsirləndirilən şəxs yaşadığı həyət evinə daxil olduqda sağ tərəfə 6 metr irəlidə otluq sahədə yerdə bir cüt qara rəngli ayaqqabı və bir ədəd qara rəngli kişi kurtkası vardır. Həmin otluq sahədə 3 yerdə damcılar şəklində səpələnmiş halda qanabənzər ləkə nümunələri aşkar edildi. Həmin qanabənzər ləkə nümunələrindən 1, 2 və 3 nömrə ilə işarələnmiş nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüş və maddi sübut kimi tanınmışdır. X5 meyitinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, meyit təşrih masası üzərində arxası üstə uzadılmışdır.Əynində qara rəngli tuman vardır. xəsarət döş qəfəsinin ön səthində döş sümüyünün orta 1/3-də proyeksiyasında 2X0,2 sm ölçüdə köndələn çəp istiqamətdə yara vardır, yara yuxarı, sağa doğru istiqamətdə və aşağı sola doğru istiqamətdə 4-cü və 5-ci qabırğalararası sahədə cərrah tərəfindən genişləndirilmişdir. Meyitin xarici müayinəsi zamanı bədən səthində başqa xəsarət və xəsarət izləri aşkar edilmədi. X5 hadisə vaxtı əynində olmuş geyim əşyaları- 1 ədəd qara rəngli tuman, 1 ədəd göy rəngli uzunqol kofta, 1 ədəd göy rəngli cins şalvar (şalvarın üzərində qara rəngli kəmər vardır) müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda, məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nın 120.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. CM-nin 59–cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri olmasa da, cinayət törədilərkən istifadə etdiyi bıçaq əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan, CM-nin 56.1.3- cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Ekspertiza xərci 308 manat 46 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2019-cu ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 308 (üç yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Yevlax prokurorluğunda saxlanılan bir cüt boz rəngli idman ayaqqabısı, bir ədəd qara rəngli idman gödəkçəsi, bir ədəd qara rəngli qısaqol kofta, 1 ədəd boz rəngli idman şalvarı Təqsirləndirilən şəxs, 1 ədəd qara rəngli gödəkcə, 1 cüt mokasin tipli ayaqqabı, 1 ədəd qara rəngli tuman, 1 ədəd göy rəngli uzunqol kofta, 1 ədəd göy rəngli cins şalvar (cins şalvarın üzərində qara rəngli kəmər vardır) X7 qaytarılsın. bir ədəd məişət təyinatlı “turist” bıçağı əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin. Əl-barmaq izləri, hadisə yerindən götürülmüş 1, 2 və 3 nömrə ilə işarələnmiş qanabənzər ləkə nümunələri məhv edilsin. Hökm çıxarıldığı, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X11 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-64/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-64/2020
03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver