Məhkəmə qərarları › İş №1(091)-64/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-64/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-64/2021 08.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ ( Cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ) X2 Məhkəməsinin hakimləri Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Əliyeva İlahə Famil qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhlumluğu olmayan, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində CM) 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə X2 Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 Məhkəməsinin icraatına xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2 və 237.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 2020-ci ilin mart ayının sonlarında istintaqa məlum olmayan mənbədən təmiz çəkiləri 16,362 qram narkotik vasitə olan tiryəki, ümumilikdə təmiz çəkiləri 0,454 qram olan psixotrop maddə metamfetamini və tərkibində ümumilikdə təsir gücü 0,400 qram olan 10 ədəd narkotik vasitə metadonu satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin tiryəkdən 04 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 3,104 qramını, həmin metadondan tərkibində təsir gücü 0,200 qram olan 05 ədədini və həmin psixotrop maddədən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,015 qram metamfetamini qanunsuz olaraq satış məqsədi ilə üzərində saxlayıb daşımış, həmin narkotik vasitələrdən ayrı-ayrılıqda 16 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 13,258 qram tiryəki, tərkibində təsir gücü 0,200 qram olan 05 ədəd metadonu və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,439 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq yaşadığı ünvan 2 nömrəli ünvanda yerləşən evdə saxlamış, xx.xx.2020ci il tarixdə saat 17:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvan 1 saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman həmin satış məqsədi ilə qanunsuz olaraq daşıdığı 04 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 3,104 qram tiryək, tərkibində təsir gücü 0,200 qram olan 05 ədəd metadon və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,015 qram psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs üzərindən, ayrı-ayrılıqda 16 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 13,258 qram tiryək, tərkibində təsir gücü 0,200 qram olan 05 ədəd metadon və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,439 qram psixotrop maddə metamfetamin yaşadığı ünvan 2 nömrəli ünvanda yerləşən evindən aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri M.Əsədov küçəsi 2/3 nömrəli evinin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş ümumi çəkisi 765 qram olan, külli miqdarda 28 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarını 2020-ci ilin aprel ayının sonlarından qanunsuz olaraq əkməklə həmin tarixdən xx.xx.2020-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx xxx 2020-ci il tarixdə saat 17:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 765 qram olan, həmin 28 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb belə qənaətə gəlir ki, qeyd edilən cinayət işinin baxılması X2 Məhkəməsinə aiddir. Məhkəmə tərkibi məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlamaqla ittiham və müdafiə tərəfinin fikirlərini ayrı-ayrılıqda dinləyib, cinayət işinin materiallarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-nin 303.3 və 303.3.6-cı maddələrinin tələblərinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması halında cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, ittiham aktı istintaqı aparılan cinayət işi üzrə istintaqçının gəldiyi yekun nəticənin vahid bir prosessual sənəddə əks olunmasıdır ki, həmin prosessual sənəd həm yekunlaşan ibtidai istintaqın müəyyən etdiyi halları, onun gəldiyi qənaəti əks etdirir, həm də təqsirləndirilən şəxs tərəfindən törədilməsində israr olunan əməlin nədən ibarət olmasını təcəssüm etdirir. Odur ki, sözügedən prosessual sənədin tərtibi mühüm əhəmiyyət kəsb edir. Cinayət prosessual qanunvericilikdə ittiham aktının tərtibi forması həmin Məcəllənin 289-cu maddəsində öz əksini tapmış və həmin prosessual sənədin konkret olaraq neçə hissədən ibarət olması, ittiham aktında hansı məlumatların əks olunmasının vacibliyi birmənalı şəkildə göstərilmişdir. Sözügedən maddənin tələblərindən göründüyü kimi, ittiham aktı giriş, təsviri əsaslandırıcı və nəticəvi hissədən ibarətdir. Giriş hissəsində ittiham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer, ittiham aktını tərtib etmiş müstəntiqin soyadı adı və atasının adı, vəzifəsi, o cümlədən barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumatın əks olunması nəzərdə tutulduğu halda, həmin prosessual sənədin təsviriəsaslandırıcı hissəsində konkret olaraq ibtidai istintaq zamanı müəyyən edilən halların, yəni cinayətin törədilmə yerinin, vaxtının, üsullarının, motivlərinin, nəticələrinin və digər mühüm halların, o cümlədən digər vacib məlumatların əks olunmasının zəruriliyi vurğulanmış, nəticəvi hissədə isə ibtidai istintaqın müəyyən etdiyi hallar əsasında gəldiyi yekun qənaətlə cinayət qanununun maddəsi göstərilməklə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın təsvirinin əks etdirilməsi ittiham aktını tərtib edən şəxsin üzərinə bir vəzifə kimi qoyulmuşdur. Hazırkı cinayət işi üzrə tərtib olunan ittiham aktında isə sözügedən prosessual sənədi tərtib edən müstəntiq onun üzərinə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən vəzifə kimi qoyulan öhdəliklərə kifayət qədər diqqətli yanaşmamış, nəticədə ittiham aktının tərtibində kobud nöqsanlara yol vermişdir. Belə ki, tərtib olunan ittiham aktında təsviri-əsaslandırıcı hissədə əks olunanlarla, daha dəqiq sözügedən prosessual sənəddə ibtidai istintaqın müəyyən etdiyi hallarla nəticəvi hissədə ibtidai istintaqın gəldiyi qənaət arasında fərqlilik, ziddiyyət yaranmışdır. Belə ki, ittiham aktının təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, “İbtidai araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri Su- 18 qəsəbəsində yerləşən evin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş, ümumi çəkisi 7 kiloqram 115 qram olan, külli miqdarda 39 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarını xx.xx.2020-ci il tarixdə qanunsuz olaraq əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx.xx.2020ci il tarixdə saat 10:00 radələrində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin 39 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülmüşdür. Həmçinin həmin gün, yəni xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri Su-18 qəsəbəsində yerləşən evinə baxış zamanı evin həyətində ləyənin içərisində təmiz çəkisi 38,60 qram, evin eyvanında yerləşən şkafın içərisində plastik moyanez qabının içərisində təmiz çəkisi 10,60 qram, evin eyvanında olan tumbuçkanın içərisindəki ləyənin içərisində təmiz çəkisi 6,44 qram, ümumilikdə təmiz çəkisi 55,64 qram narkotik vasitə olan qurudulmuş marixuana və evin həyətində dəmir listin üzərində təmiz çəkisi 47,33 qram narkotik vasitə hesab olunan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bitkilər və narkotik vasitələr qablaşdırılaraq DİN-in 111 saylı möhürü ilə möhürlənib protokollarla götürülmüşdür.” Halbuki ittiham aktının nəticəvi hissəsində tamamilə fərqli bir qənaətə gəlinmiş və Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamda göstərilmişdir ki, sonuncu “2020-ci ilin mart ayının sonlarında istintaqa məlum olmayan mənbədən təmiz çəkiləri 16,362 qram narkotik vasitə olan tiryəki, ümumilikdə təmiz çəkiləri 0,454 qram olan psixotrop maddə metamfetamini və tərkibində ümumilikdə təsir gücü 0,400 qram olan 10 ədəd narkotik vasitə metadonu satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin tiryəkdən 04 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 3,104 qramını, həmin metadondan tərkibində təsir gücü 0,200 qram olan 05 ədədini və həmin psixotrop maddədən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,015 qram metamfetamini qanunsuz olaraq satış məqsədi ilə üzərində saxlayıb daşımış, həmin narkotik vasitələrdən ayrı-ayrılıqda 16 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 13,258 qram tiryəki, tərkibində təsir gücü 0,200 qram olan 05 ədəd metadonu və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,439 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq yaşadığı ünvan 2 nömrəli ünvanda yerləşən evdə saxlamış, xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvan 1 saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman həmin satış məqsədi ilə qanunsuz olaraq daşıdığı 04 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 3,104 qram tiryək, tərkibində təsir gücü 0,200 qram olan 05 ədəd metadon və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,015 qram psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs üzərindən, ayrı-ayrılıqda 16 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 13,258 qram tiryək, tərkibində təsir gücü 0,200 qram olan 05 ədəd metadon və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,439 qram psixotrop maddə metamfetamin yaşadığı ünvan 2 nömrəli ünvanda yerləşən evindən aşkar edilərək götürülmüşdür.” Göründüyü kimi, istintaqın gedişində müəyyən olunan hallarla istintaqın yekununda gəlinən nəticə fərqli olmuşdur. Bu hal isə ittiham aktı tərtib olunarkən nələrə diqqət yetirilməsinin vacibliyi əks olunan cinayət prosessual qanunvericiliyin 289-cu maddəsinin tələblərinin pozulması ilə nəticələnmiş və yekunda həmin pozuntu CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Təəssüf ki, bu hal ibtidai istintaqa prosessual rəhərliyi həyata keçirən prokurorun da diqqətindən yayınmış və ittiham aktı təsdiq olunmaqla baxılması üçün X2 Məhkəməsinə göndərilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı CPM-nin 303.3.6-cı maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra məhkəmənin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarları ilə son olaraq həbsin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, cinayət işi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olması, həmin əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ibtidai istintaqın və gələcəkdə məhkəmə baxışının normal gedişatına mane olacağını ehtimal etməyə əsas verir ki, belə olan halda onun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı həbsdə saxlama müddəti xx xxxx 2021ci il tarixə kimi uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-301 və 303-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx xxxx 2021-ci il tarixə kimi uzadılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həvalə edilsin. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar