Məhkəmə qərarları › İş №1(091)-64/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-64/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-64/2023 24.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin məhkəmə aidiyyətinin həll edilməsi barədə) Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Bilal Mahir oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Hüseynov Rahib Söhrab oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 23 avqust 1987-ci ildə Şəki rayonunun Baltalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki rayonunun Baltalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir. Məhkəmə cinayət prosesi iştiraçılarının iştirakı ilə işin məhkəmə aidiyyətini və məhkəmə baxışının təyin edilib-edilməməsinin mümkünlüyünü yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılması Şəki Ağır Cinayətlər Məhkəməsinə aid deyil. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında, hər bir halda, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxılmalı, müzakirə edilməlidir. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən qəbul edilən qərarların növlərindən biri də, cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardır. Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında qərarda Təqsirləndirilən şəxs yaşadığı ünvan kimi ünvan 2yəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lakin iş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baltalı kəndində nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 392 nömrəli arayışda Təqsirləndirilən şəxs Baltalı kəndində yaşamadığı qeyd olunmuş, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 9 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli, 105 nömrəli arayışda isə Təqsirləndirilən şəxs Gəncə şəhəri Atatürk prospekti 197-ci kvartal, bina 1, mənzil 27-də yaşadığı qeyd edilmişdir. Bundan başqa iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 121-29280-1222 nömrəli məktubundan da Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri ərazisində tutulduğu qeyd olunmuş, həmçinin iş materiallarında olan Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən məlumatlarda onun şəxsiyyətini təsdiq edən sənədi aktivləşdirən orqan kimi “Asan-Gəncə” qeyd olunmuşdur. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs həbs olunana qədər Gəncə şəhəri Atatürk prospekti 197-ci kvartal, bina 1, mənzil 27-də daimi yaşadığını, son 28 ildə ümumiyyətlə Şəki rayonuna gəlmədiyini bildirmişdir. Bütün qeyd edilənlər Təqsirləndirilən şəxs axırıncı yaşayış yerinin Gəncə şəhəri olduğunu bir daha təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işi və digər material cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən isə cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Təqsirləndirilən şəxsə verilən ittihamın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayının əvvəllərində Gəncə şəhəri, Atatürk prospekti 237, ev 3, mənzil 16 yerləşən mənzildə yaşayan Zərərçəkmiş şəxs2 ilə Türkiyə Respublikasının İstanbul şəhərindən ‘'Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq ona həmin şəhərdə yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 26 aprel 2019-cu il tarixdə saat 19:10-da Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə kirayə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə birlikdə 1 may 2019cu ildən 26 dekabr 2019-cu il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 26 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Bursa şəhərinə getmiş tanışı Zərərçəkmiş şəxs1 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının İstanbul şəhərində uşaq baxıcılığı etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra İstanbul şəhərinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşılayıb şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə kirayə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə birlikdə 2019-cu ilin may ayının sonlarından 25 iyul 2019-cu il tarixədək olan müddət ərzində qeyd olunan şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində, təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vasitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2019-cu ulin avqust ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayıb onun 2019-cu ilin may ayının sonlarından 25 iyul 2019-cu il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İstanbul şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədəqorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra onu 1 sentyabr 2019-cu il tarixdə saat 17:48-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə göndərmiş, şəxsiyyəti istintaqla araşdırılan Özləm adlı şəxs onu qarşılayıb həmin şəhərdə kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 3 sentyabr 2019-cu il tarixdən 19 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində, təkrarən insan alveri cinayətini törətmişdir. Yuxarıda qeyd edilənlərlə yanaşı cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrinin dispozisiyasına görə həmin maddələrlə müəyyən olunmuş cinayət tərkibləri formal quruluşa malik olmaqla, həmin maddələr ilə müəyyən olunmuş cinayət əməli təqsirkarın qeyd olunan maddələrdə nəzərdə tutulan hərəkətləri (şəxsləri aldatma yolu ilə zəiflik vəziyyətindən sui- istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayəti) və yaxud hərəkətlərdən birini etdiyi andan başa çatmış hesab olunur. Hazırki cinayət işi üzrə istintaq orqanın gəldiyi nəticə və buna müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə epizodların sonuncusu Bakı şəhəri ərazisində başa çatmış və bu baxımdan cinayət əməlinin törədildiyi yer Bakı şəhəri hesab olunmaqla istintaq orqanı tərəfindən də cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü maddəsinə əsasən xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işi və digər material cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digər məhkəməyə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda sadalanan səbəblərdən məhkəmə tərkibi hesab edir ki, nə axırıncı yaşdığı yer, nə də ki, verilən ittiham üzrə cinayətin törədildiyi yerə görə cinayət işinin aidiyyəti Şəki Ağır Cinayətlər Məhkəməsinə aid olmadığından cinayət işi aidiyyət məsələsinin həll edilməsi üçün yuxarı instansiya məhkəməsinə göndərilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri məsələsinə gəldikdə isə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu əməlin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və onun şəxsiyyəti, habelə təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimallarının hazırda da mövcud olması, onun cəmiyyətdən tam təcrid olunmuş vəziyyətdə qalmasına mütləq zərurətin mövcud olduğunu göstərir. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilib qərar qəbul edilənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1, 74.2.1, 74.2.2 və 298-300-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(091)-64/2023 nömrəli cinayət işi məhkəmə aidiyyətinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilib qərar qəbul edilənə qədər dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Bilal Məmmədov Hakimlər: Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar