Məhkəmə qərarları › İş №1(091)-64/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-64/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-64/2024 05.02.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli və himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən, yəni təmiz çəkisi 2,311 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdar təşkil etməyən, yəni təmiz çəkisi 0,913 qram psixotrop maddə metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, psixotrop maddəni və narkotik vasitə heroini ayrı-ayrı 02 ədəd sellofan bükümlərdə qablaşdırıb üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində olarkən və üzərində həmin külli miqdarda narkotik vasitə heroini və külli miqdar təşkil etməyən psixotrop maddə metamfetamini daşıyarkən Göyçay RPŞnin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin gün saat 18:19-da RPŞ-nin Növbətçi Hissəsində onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdəki külli miqdar təşkil etməyən təmiz çəkisi 0,913 qram olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və şalvarının arxa sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdəki külli miqdar təşkil edən təmiz çəkisi 2,311 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər qısa müddət narkotik vasitələrin heroin növündən istifadə etmiş, ancaq sonradan ailə üzvlərinin köməyi ilə narkotik vasitəni tərgitmişdir. Belə ki, anası onu narkoloji dispanserə göndərmiş və o, müalicə alaraq sağalıb qayıtmışdır. Əvvəllər kiçik sahibkarlıqla məşğul olmuşdur. Narkotikdən müalicə aldıqdan sonra yenidən iş həyatına atılmışdır. Əvvəllər tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Hadisə günü evdən çıxıb parka doğru getmişdir. Parkda uşaq əyləncə mərkəzinə onu müvəqqəti işə dəvət etdiklərindən evdən çıxıb həmin uşaq əyləncə mərkəzinə getmişdir. İttiham aktında yazılan tarixdə polis əməkdaşları onu yaşadığı Üzeyir Hacıbəyov küçəsinin başında saxlamışlar. Polis əməkdaşları onu təxminən günorta saat 16:30 radələrində saxlamış, lakin ibtidai istintaq zamanı saatla bağlı nə dediyini xatırlamır. Polis əməkdaşlarına müqavimət göstərməmiş, polis əməkdaşı Şaiq adlı şəxs maşından düşmüş və onu maşına dəvət etmişdir. Maşına əyləşmiş və hara aparıldığını soruşmuşdur. Həmin vaxt ona demişlər ki, polis şöbəsinə çatıb öyrənər. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmış, polis şöbəsinə çatan vaxt üzərində olan köynəyi başına keçirib, onu döyməyə başlamışlar. Ona demişlər ki, əgər o, qarşısına qoyulan narkotik vasitəni boynuna almasa, bundan daha ağır maddə ilə ona ittiham veriləcəkdir. Hətta ona demişlər ki, yaşadığı evdən bir kiloqram narkotik vasitə çıxarıb, ona satış məqsədilə ittiham veriləcəkdir. Həmin vaxt bildirmişdir ki, himayəsində iki azyaşlı uşağı vardır və hazırda işləmir. Ona demişlər ki, etiraz edə bilməz. Ona hədə-qorxu gəlmişlər ki, prokurorluqda və ya məhkəmədə ona olunan qanunsuzluqlarla bağlı nə isə etiraf etsə, ona daha ağır maddə ilə ittiham veriləcəkdir. Tutulan vaxtı üzərində narkotik vasitə olmamış və polis şöbəsində onu ikinci mərtəbəyə qaldırmışlar. Bundan sonra cibindəkiləri çıxarmağı bildirmişlər. Həmin vaxt bildirmiş ki, cibində işləməyən telefonu, 13 manat pul, siqaret və alışqanı vardır. Həmin vaxt əlini cibinə atan vaxt görmüş ki, cibində narkotik vasitə vardır. Narkotik vasitəni cibindən çıxarıb atmış və etiraz etmiş ki, narkotik vasitə ona aid deyildir. Elə bunu dediyi vaxt polis əməkdaşları onu döyməyə başlamışlar. Polis əməkdaşları polis şöbəsində təxminən bir saat müddət ərzində ona hədə-qorxu gəlmiş və polis əməkdaşları onu fasilələrlə döymüşlər. Rəis müavini Azad müəllim ona demişdir ki, dedikləri narkotik vasitəni boynuna almadığı təqdirdə, evindən daha böyük narkotik vasitə çıxaracaqlar. Hətta ona demişlər ki, məhkəməyə və ya prokurorluğa nə isə desə, hər şey onların əlindədir, onun üçün daha da pis olacaqdır. Qorxduğu üçün heç yerə şikayət etməmişdir. Həm də Azad müəllim onu aldatmışdır ki, ona ev dustaqlığı veriləcəkdir. Azad müəllim ona demişdir ki, onu məhkəməyə tapşırıb, evə buraxdıracaqdır. O da ona inanmışdır. Ümumiyyətlə, Cinayət Məcəlləsindən məlumatı yoxdur. O, elə bilirmiş ki, məhkəmə yalnız bir dəfə olacaqdır və o, ev dustaqlığında olacaqdır. Çünki Azad müəllim ona eynən belə demişdir. Azad müəllim ona demişdir ki, dediklərini qəbul etmədiyi təqdirdə, evindən kiloqramla narkotik vasitə çıxaracaqlar. Polis əməkdaşları onu döymüşlər. Ancaq ciddi xəsarəti olmamışdır. Polis əməkdaşları daha çox onu söymüşlər və təhdid edirmişlər. Bədənində xəsarət olmamışdır. Ona olunan qanunsuzluq barədə heç yerə şikayət etməmişdir. Polis əməkdaşları ilə razılaşmışdır. Çünki başqa çarəsi olmamışdır. Polis əməkdaşları onu döysələr də, üzərində xəsarət olmamışdır. Polis əməkdaşları onu döysələr də, onlara demişdir ki, ölsə də narkotik vasitəni boynuna almayacaqdır. Sonra təzyiqlərə dayana bilməmiş və boynuna almışdır. Daha sonra videoçəkiliş olmuşdur. Həmin vaxt polis əməkdaşları üzünə baxıb gülmüşdür. Hətta müstəntiq Pünhan Şükürlü ondan ərizə almaq istəmişdir ki, güya polis əməkdaşları ona gülməyiblər. Polis əməkdaşları onu saat 16:30 radələrində saxlamışdır. İbtidai istintaq zamanı ifadəsində göstərilən saxlanma saatı səhv göstərilmişdir. İbtidai istintaq zamanı özü sərbəst ifadə verməmişdir. Təzyiq altında ifadə vermişdir. Ona görə də, prokurorluqda və məhkəmədə ona olunan qanunsuzluq barədə heç nə deməmişdir. Polis şöbəsində olduğu vaxt müdafiəçi çox gec gəlmişdir. Polis şöbəsində adını qeydiyyata salmamışlar. Onu təhdid etdikləri üçün narkotik vasitəni boynuna almışdır. Ona olunan qanunsuzluqla bağlı heç yerə şikayət etməmişdir. Çünki ədalətin məhkəmə qarşısında bərpa olacağına inanmışdır. Həqiqətləri deməyi indiyə saxlamışdır ki, məhkəmə qarşısında ona olunan qanunsuzluqları bildirsin. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özünü ona elan olunan ittihamda təqsirli bilməyərək, məhkəmə kollegiyasından barəsində ədalətli qərarın qəbul etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla, tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir, həmin maddədə nəzərdə tutulmuş məsuliyyəti başa düşür, ittihamın mahiyyəti və mənası ona aydındır. Bildirmişdir ki, əvvəllər “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə etdiyini, təxminən 6 aydır ki, narkotik vasitə istifadə etməmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi ilə piyada hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşıb və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün saxlanıldığını bildirərək üzərinə şəxsi axtarış keçirəcəklərini deyib onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Göyçay rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onun maddi imkanı olmadığından dövlət hesabına müdafiəçi X6 ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra rayon X9 Hissəsində vəkilinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə video-çəkiliş vasitəsiilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində narkotik vasitə varsa, təqdim etməyi təklif edilmişdir. O da şalvarının arxa sol cibində olan sellofan bükümdəki “patı”kimi tanıdığı psixotrop maddə metamfetamini və şalvarının arxa sağ cibindəki “kakos” kimi tanıdığı narkotik vasitə heroini və eləcə də, üzərində olan digər əşyalarını ciblərindən çıxarıb masanın üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Aşkar olunmuş içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmişdir. Sellofan bükümdə olan maddənin çəkisi sellofanla birlikdə 2,43 qram olmuşdur. Aşkar olunmuş içərisində şəffaf rəngli kristal formalı maddə olan 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi sellofanla birlikdə 1,01 qram olmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin “kakos”, şəffaf rəngli maddənin isə “patı” olduğunu bildirmişdir. Aşkar edilmiş sellofan bükümlər 1 ədəd zərfə qoyularaq qablaşdırılıb, zərfin üzəri baxışda iştirak edənlər tərəfindən imzalanıb və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalanmışdır. İstintaq zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni xx.xx.2023-cü il tarixdə yaşadığı küçədən tapmışdır. Narkotik vasitəni tanıdığı üçün götürmüş və üzərində saxlamışdır ki, gələcəkdə istifadə edər. O, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən başqa onda narkotik vasitə və ya psixotrop maddə olmadığını, həmçinin üzərindən narkotik vasitədən və psixotrop maddədən başqa heç kimə satmadığını və ya vermədiyini bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən istifadə etmədiyi üçün özünü ona elan edilmiş CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə qismən təqsirli bilmişdir. Qeyd etmişdir ki, üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş maddələr sellofan bükümlərlə birlikdə çəkilmiş, ancaq xx.xx.2023-cü il tarixli 17/500 saylı rəydə üzərindən aşkar edilmiş maddələrin çəkiləri bükümsüz halda, daha dəqiq ölçü cihazı ilə çəkildiyi üçün çəkiləri daha düzgün formada qeyd olunmuşdur. Həmçinin o, əlavə ifadəsində göstərmişdir ki, şəxsi axtarış zamanı ona qarşı heç bir hüquqa zidd hərəkət olmamış, hər hansı müdaxilə baş verməmiş və onun heç bir hüquqları pozulmamışdır. Üzərinə keçirilən şəxsi axtarış müdafiəçisinin yanında keçirilmiş, şəxsi axtarış zamanı ona təklif olunduqdan sonra üzərində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğu iki ədəd bükümləri özü çıxarıb təqdim etmiş, bundan sonra sonra da təhqiqatçı tərəfindən həmin bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Hətta o üzərinə keçirilən şəxsi axtarışın olduğu DVD diskə də baxaraq üzərinə keçirilən şəxsi axtarışın tam qanuni və obyektiv şəkildə olmasını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs son zamanlar narkotik vasitə istifadəçisi olması və üzərində narkotik vasitə daşıması barədə ona və CAB-nə bir neçə dəfə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun tərəfindən Şöbə rəhbərliyinə raportla müraciət edilmişdir. Həmin günü saat 17 radələrində o, CAB-nin digər əməkdaşları Şahid2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlanılmışdır. Bir qədər sonra saat 17:55-də onlar Təqsirləndirilən şəxs yaşadığı Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində görüb sonuncuya yaxınlaşıb əvvəlcə özlərini təqdim edib üzərində narkotik vasitə daşımasında şübhəli olduğu üçün rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara heç bir etiraz etməmişdir. Onlar Təqsirləndirilən şəxs Göyçay rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsinə gəldikdən dərhal sonra Təqsirləndirilən şəxs Növbətçi Hissəyə təhvil verilmişdir. Coşqun Kəirmovun saxlanılması və barəsində müvafiq sənədləşmə aparılması üçün Şöbə rəisinin adına onun tərəfindən raportla müraciət edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi X6 ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra saat 18:19-da rayon X9 Hissəsində Təqsirləndirilən şəxs üzərinə video-çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa sol cibindən 01 ədəd sellofan bükümdə ağ rəngli kristal formalı maddə, arxa sağ cibindən isə 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli maddə aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Aşkar olunmuş içərisində qəhvəyi rəngli maddə olan 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildikdə sellofanla birlikdə 2,43 qram, içərisində ağ rəngli kristal formalı maddə olan 01 ədəd sellofan büküm isə sellofanla birlikdə 1,01 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin “kakos” kimi tanıdığı narkotik vasitə, şəffaf rəngli maddənin isə “patı” kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümlər 1 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri baxışda iştirak edənkər tərəfindən imzalanmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalanmışdır. Sonradan ağ rəngli kristal formalı maddənin 0,913 qram psixotrop maddə metamfetamin, qəhvəyi rəngli maddənin isə 2,311 qram narkotik vasitə heroin olmasını bilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olması, üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat aparatına məlumatlar daxil olmuşdursa da, ancaq sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, cinayət işi üzrə video çəkiliş onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə rayon polis şöbəsinə dəvət etdikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman tanımışdır. O, həmin tarixdə saat 18 radələrində rayon polis şöbəsində olan zaman CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 növbətçi hissənin qarşısına həmin vaxt adını öyrəndiyi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmişlər. Həmin vaxt təhqiqatçı Turan Kərimli tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi X2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra o, rayon polis şöbəsinə məxsus olan və KTQ-na təhkim olunmuş “Panasonic” markalı aparatla müdafiəçi Mətanət Həsənovanın və polis əməkdaşlarının iştirakı ilə video-çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt video-çəkilişi o, aparmışdır. Əvvəlcə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet olub-olmamasını soruşmuş, əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs, əynindəki şalvarının arxa sol cibindən 01 ədəd sellofan bükümdə ağ rəngli kristal formalı maddə, arxa sağ cibindən isə 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli maddə aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Aşkar olunmuş içərisində qəhvəyi rəngli maddə 2,43 qram, ağ rəngli kristal formalı maddə isə 1,01 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin nə olması soruşuqlduqda, qəhvəyi rəngli maddənin “kakos” kimi tanıdığı narkotik vasitə, şəffaf rəngli maddənin isə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümlər 1 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri baxışda iştirak edənlər tərəfindən imzalanmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış hər kəsin gözü qarşısında videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, məhkum olunmamış, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olması, narkotik vasitələri mütəmadi olaraq üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). xx.xx.2023-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin alüdəçisi olması, narkotik vasitələri mütəmadi olaraq üzərində gəzdirməsi və saxlamasında şübhəli bilindiyinə görə Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:55-də Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində saxlanılmışdır (cild 01, iş vər. 09). xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 16). xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə 1,01 qram olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və şalvarının arxa sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 2,43 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Çəkilişin əks olunduğu DVD disk və foto şəkillər müvafiq protokola əlavə olunmuşdur (cild 01, iş vər. 22-26). xx.xx.2023-cü il tarixli 17/500 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd sellofan büküm..” sözləri, adlar və imzalar olan zərfin içərisindəki; - 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 2,311 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, - digər 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,913 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İİ siyahı) (cild 01, iş vər. 32-36). 25 iyun 2023-cü il tarixli, 4(046)-67/2023 nömrəli Göyçay Rayon Məhkəməsinin qərarından görünür ki, təqsirləndirilənn şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (01 cild, vər. 66-71). xx.xx.2023-cü il tarixli “əməliyyat tapşırığı”ndan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının, kimlərdənsə narkotik vasitə alıbalmamasının, əgər məşğul olubsa kimlərə narkotik vasitələr satmasının, haradan narkotik vasitələr əldə etməsinin, onun üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni konkret olaraq haradan, hansı tarixdə və nə məqsədlə əldə etməsinin, onun narkotik vasitələrdən istifadə edib-etməməsinin, eləcə də onunla cinayət əlaqəsində olan şəxslərin müəyyən edilməsi məqsədilə əməliyyat tapşırığı verilmişdir (cild 01, iş vər. 83). xx.xx.2023-cü il tarixli “raport”ndan görünür ki, verilmiş əməliyyat tapşırığına əsasən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin haradan əldə etməsi istiqamətində müsbət nəticə, narkotik vasitəsi satması ilə bağlı məlumat əldə edilməmişdir (cild 01, iş vər. 96). 28 sentyabr 2023-cü il tarixli “Göyçay RMX” X12 təqdim etdiyi məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən “narkomaniya” diaqnozu ilə narkoloq həkimdə qeydiyyatdadır, psixiatr həkimdə qeydiyyatda yoxdur (cild 01, iş vər. 105). xx.xx.2023-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 106-107). Məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2023-cü il tarixli 1636 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 108). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Göyçay şəhəri İcra Hakimiyyətininn Başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ibtidai istintaqa təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, 2019-cu il təvəllüdlü oğlu və 2020-ci il təvəllüdlü oğlu ilə) birlikdə Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 83 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 110-111). 06 oktyabr 2023-cü il tarixli “Azercell MMC-nin 05 oktyabr 2023-cü il tarixli 22640 nömrəli məktubu ilə daxil olmuş CD diskə baxış keçirilməsinə barədə” protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına olması müəyyən edilmiş və baxış zamanı qeyd olunan mobil nömrə ilə narkotik vasitələrin alqı-satqısı mövzusunda hər hansı mesajlar olması müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 0,913 qram psixotrop maddə metamfetamin də aşkar olunmasına baxmayaraq həmin xüsusat sonuncuya elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə əhatə olunduğundan Təqsirləndirilən şəxs əlavə olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittihamın elan edilməsinin rədd edilməsi və CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır (cild 01, iş vər. 117-125). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş AZ-İV 253040 və AZ-İV 453325 nömrəli “doğum haqqında şəhadətnamə”lərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı – xx.xx.2019cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 1-12/2024 nömrəli “məktub”dan görünür ki, Göyçay Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanuniliyinin yoxlanılması ilə əlaqədar təqdim olunmamış, bu barədə məhkəmə qərarı qəbul olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs Kərim oğlunun cinayət əməli törədərkən qüvvədə olmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə, habelə onların külli miqdarına görə siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vastiə heroin külli miqdar təşkil edir. Həmçinin, 2-ci Siyahının 67-ci bəndinə əsasən - təmiz halda 0,15 (sıfır tam yüzdə on beş) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin cinayət məsuliyyətinə cəlb olunmağa kifayət edir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsi həmin əməllərə görə şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə dair” qərarın qanuniliyi Göyçay Rayon Məhkəməsində yoxlanılmamış və sözügedən qərarın qanuniliyin yoxlanılası üçün məhkəməyə göndərilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 16-cı bəndində qeyd edilir ki, əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialların mümkünlüyünü və mötəbərliyini qiymətləndirərək hesab edir ki, cinayət işi üzrə toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmaması ilə yanaşı sübutların mötəbərlilyini istisna edən hallar və sübutların mötəbərsizliyi üçün əsasların mövcud olmamasından əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materiallar cinayət işi üzrə mötəbər sübut kimi qəbul etməlidir. Habelə məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış aparılaraq külli miqdarda 2,311 qram çəkidə narkotik vasitə olan heroin və cinayət məsuliyyətinə cəlb edilməsinə kifayət edən 0,913 qram psixotrop maddə olan metamfetamin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və cinayət məsuliyyətinə cəlb olunmasına kifayət edən psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamışdır. Məhkəmə kollegiyasının qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və cinayət məsuliyyətinə cəlb olunmasına kifayət edən psixotrop maddə olan metamfetami əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 2,311 qram çəkidə narkotik vasitə olan heroini və cinayət məsuliyyətinə cəlb edilməsinə kifayət edən 0,913 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamış və xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində şübhəli şəxs qismində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis şöbəsinə aparılmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Həmçinin, orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın arxa sol cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,913 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarının arxa sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2,311 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən həmin gün saat 16:30-da radələrində saxlanmasını, saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddənin olmamasını, polis əməkdaşlarının polis şöbəsinə çatan vaxt üzərində olan köynəyi başına keçirib onu döyməyə başlamalarını, polis şöbəsində onu ikinci mərtəbəyə qaldırılaraq polis əməkdaşları tərəfindən təyziqlərə məruz qaldığını, daha sonra ona narkotik vasitəni boynuna almasa, onun evinə 01 kiloqram narkotik vasitə qoyacaqlarını, ona narkotik vasitələrin satışı ilə bağlı ittiham verəcələrini, həmçinin polis əməkdaşları polis şöbəsində təxminən bir saat müddət ərzində ona hədə-qorxu gələrək polis əməkdaşları onu fasilələrlə döydüklərini, o, da təzyiq altında olduğu üçün narkotik vasitə və psixotrop maddəni boynuna məcbur qalıb almasını, ona olunan qanunsuzluqlar barədə heç kimə demədiyini və şikayət etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonrakı dövrdə tutularkən üzərində psixotrop maddənin və narkotik vasitənin olmadığını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına və ya tibb müəssisəsinə müraciət etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, irəli sürülmüş ittihamı bu və ya digər hissədə mübahisələndirməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə ifadə verərək satış məqsədi olmadan 0,913 qram çəkidə psixotrop maddə olan metamfetamini və 2,311 qram narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə yaşadığı küçədən tapmasını, narkotik vasitəni tanıdığı üçün onu götürərək üzərində saxlamasını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqında xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində saxlanılmasını qeyd etmiş, həmin vaxtdan polis əməkdaşlarının nəzarətində onun azadlığının faktiki olaraq məhdudlaşdırılmasını bildirmişdir. Məhkəmə kollegiyası bu xüsusatla bağlı qeyd edir ki, məhkəmə kollegiyasının iclasında Azercell MMC-nin 05 oktyabr 2023-cü il tarixli 22640 nömrəli məktuba əlavə edilmiş, 17939 saylı CD disk tədqiq edilərkən xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində özünə məxsus mobil telefonla zənglər etmiş, zəngləri qəbul etmiş, hətta 16:54 –də Təqsirləndirilən şəxs adına olmaqla istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən X4 adında olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs mübahisələndirdiyi saxlanıldığı vaxt (saat 16:30 radələrində) ilə bağlı qeyd etdiyi hal öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal/hallar müəyyən edilməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Əksinə əməliyyat tapşırığı ilə bağlı 12 sentyabr 2023-cü il tarixli Göyçay rayon polis şöbəsinin CAB-ın tərəfindən verilmiş raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və istifadəçisi olması müəyyən edilmiş, lakin onun konkret olaraq narkotik vasitə satmaq məqsədinin olması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini və cinayət məsuliyyətinə cəlb olunmasına kifayət edən miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz şəkildə əldə edib üzərində saxlamış və üzərində şəxsi axtarış keçirilərkən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,913 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 2,311 qram narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamin məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamışdır. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,913 qram psixotrop maddə metamfetaminə münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərarla həmin xüsusat sonuncuya elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə əhatə olunduğundan Təqsirləndirilən şəxs əlavə olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittihamın elan edilməsinin rədd edilməsi qərara alınmışdır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyasının ən aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs cavan olmasını, evli olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və himayəsində 02 azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin tutulduğun və ev dustaqlığında olduğu müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Göyçay rayon polis şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,863 qram təşkil edən psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,261 qram təşkil edən narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbaycan Respublikası Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,863 qram olan psixotrop maddə metafetamin və çəkisi 2,261 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar