Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-64/2025 18.09.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1969-cu ildə Abşeron rayonunun Qobu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasının çəkilməmiş 01 il 06 ay 18 gün hissəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə 09 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.1, 234.4.3 və 317-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı və asetilə edilən tiryəki qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əldə edib üzərində daşımaqla saxlamış, eləcə də saxlanıldığı istintaq təcridxanasında qadağan olunmuş əşyanı üzərində saxlamaqla gəzdirib daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib 11 may 2024-cü il tarixdə saat 00 radələrində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni 990,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 1042,564 qram narkotik vasitə asetilə edilmiş tiryəki əldə etdikdən sonra 1000 manat pulun və şəxsi istifadəsi üçün ona narkotik vasitə verilməsi müqabilində Bakı şəhərinə aparacağı barədə qabaqcadan razılaşdığı şəxsiyyəti istintaqa məlum olmayan şəxsə məxsus narkotik vasitənin qoyulduğu Ucar rayonuun Müsüslü kəndinin ərazisindən keçən yolun kənarında 01 ədəd ağ rəngli sellofan torbanın içərisində qara rəngli sellofanda yapışqan lentlə bağlanmış vəziyyətdə 990,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, eləcə də həmin sellofana dağılmış halda 77,564 qram çəkidə, qeyd edilən sellofanın içərisində olan digər bir ağ rəngli sellofanda isə 964,900 qram çəkidə asetilə edilən tiryəki qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 11 may 2024-cü il tarixdə saat 00 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Ucar rayonunun Müsüslü kəndinin ərazisində saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilib, növbətçi hissədə şəxsi axtarış aparılan zaman əlində olan 01 ədəd ağ rəngli sellofan torbanın içərisində yapışqan lentlə sarınmış qara rəngli sellofanda satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda, 990,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və aşkar edilmiş sellofana dağılmış 77,564 qram və həmin sellofanda olan 01 ədəd ağ rəngli sellofanda isə 965,0,0 qram çəkidə ümumi təmiz çəkisi 1042,564 qram narkotik vasitə asetilə edilmiş tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən ümumi təmiz çəkisi 0,092 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 16 may 2024-cü il tarixdə saat 16 radələrində həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 əməkdaşları tərəfindən keçirilmiş qəfləti axtarış-baxış tədbiri zamanı İstintaq Təcridxanasının 2-ci korpusunun 10-cu karantin kamerasında əynində olan şalvarın sağ iç cibində gizlətdiyi, istintaq təcridxanalarında saxlanılan şəxslər üçün qadağan olunmuş həmin əşya, yəni 01 ədəd sellofan parçasına bükülü halda təmiz çəkisi 0,092 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3 və 317-2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, erməni millətçi dəstələrinə qarşı İ Qarabağ müharibəsində iştirak edərək yaralanmışdır və müharibə ilə əlaqədar əlilliyi olan şəxsdir. Baş nahiyəsində olan ağrılara görə çəkmə yolu ilə narkotik vasitədən istifadə etmiş, lakin mobil telefondan istifadə etməmişdir. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Mehmandarov küçəsi, 84 nömrəli binada yerləşən nömrəsini və sahibini bilmədiyi mənzildə kirayəçi qismində qalmaqla onunla qonşuluqda yaşayan və soyadını və atasının adını bilmədiyi Fərhad adlı şəxslə birlikdə sonuncunun təmir olunan və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilini götürmək məqsədilə Ucar rayonunun ərazisinə getmiş və avtomobili götürüb evə qayıtmağı planlaşdırmışlar. Bu zaman üzərində narkotik vasitə olmuş və həmin narkotik vasitəni Bakı şəhərindən əldə etmişdir. 11 may 2024-cü il tarixdə saat 00 radələrində Ucar rayonunun girəcəyində olarkən orada yerləşən “Oba” marketdən şirniyyat almış, qonşusu avtomobilə lazım olan əşyaları sellofan paketin içərisinə qoyub onun yanına gələrək əmisinin oğlunun oraya gələcəyini demiş və qonşusu əlində olan sellofan paketi ona vermişdir. Həmin sellofan paket ona məxsus olsa da paketin içərisində narkotik vasitə olduğunu paketi açdıqdan sonra bilmiş, ağrılarına görə narkotik vasitədən istifadə etsə də qeyd olunan paketin içərisində olan narkotik vasitə ona məxsus olmamışdır. Bundan sonra polis əməkdaşları gəlib onu arxa tərəfdən yaxalamışlar, onun saxlanılmasında polis əməkdaşı Şahid1 iştirak etmiş, lakin məhkəmə istintaqı zamanı ifadə vermiş digər şəxslər orada olmamışlar. Orada polis əməkdaşları onu qaldırıb yerə vurmuşlar və bu zaman sol topuğu polis əməkdaşının ayağının alt hissəsində qalıb şişmiş və əzilmiş, habelə yerdə daş olduğu üçün daşın üstünə düşmüş və baş nahiyəsinə də zərbə vurduqları üçün gözünə qan sızmış, həmçinin orada olarkən qabırğa nahiyəsinə də zərbə vurmuşlar. Daha sonra polis şöbəsinə aparılmış, orada olarkən də polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə məruz qalmış və polis əməkdaşları onun baş və qabırğa nahiyələrinə zərbələr vuraraq ona qarşı zor tətbiq etmişlər, nəticədə onun qabırğası əzilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman cibində narkotik vasitə olmuş, lakin polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmamışlar və onun cibinə baxış keçirməmişlər. Sonradan penitensiar müəssisəyə daxil olan zaman üzərində narkotik vasitə keçirmiş, orada olarkən müayinə olunmuş, bu zaman onun qabırğasında və bədəninin digər nahiyələrində xəsarətlər aşkar edilmiş, həmin vaxt o, qeyd olunan xəsarətlərin polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yarandığını deməmiş və göstərilən xəsarətlərin əzilməsi nəticəsində yarandığını demişdir. Həmçinin müayinə olunan zaman qollarında xəsarətlər olmuş, qolu sınmış və qollarında köhnə kəsiklər olmuşdur. Bundan sonra o, müayinə olunmaq üçün Müalicə Müəssisəsinə göndərilmiş, orada müayinə olunarkən həkimin deməsinə əsasən qabırğa nahiyəsinin sınması və ayağının əzilməsi ona məlum olmuşdur. O, orada müalicə olunmuş və ona tibbi yardım göstərilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmiş, lakin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman məhkəməyə polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Sonradan o, oğlundan Fərhad adlı şəxsin harada olduğunu öyrənməsini xahiş etmiş və oğlu da Fərhad adlı şəxsin ailəsini də götürüb başqa yerə köçdüyünü demişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 11 may 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, narkotik vasitə heroini şpris vasitəsilə damarına yeritməklə istifadə etmişdir. 09 may 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonunun ərazisində, “Nizami” metrostansiyasının yaxınlığında dayanarkən yaşadığı Bakı şəhəri, Xətai rayonunda qaldığı binadan bir qədər kənarda yerləşən binada ailə üzvləri ilə birlikdə yaşayan və sifətindən tanıdığı, lakin yaxın münasibəti olmadığı Fərhad adlı şəxs ona yaxınlaşıb Ucar rayonunun Müsüslü kəndində yaşayan tanışının doğum gününə birlikdə gedib-gəlməsini və qayıtdıqda 200-300 manat pul verməyi təklif etmişdir. O, bu təkliflə razılaşmış, bir gün sonra saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonunun ərazisində, “Nizami” metrostansiyasının yaxınlığında Fərhad adlı şəxslə görüşüb 10 may 2024-cü il tarixdə saat 19 radələrində markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Bakı şəhərindən Ucar rayonu istiqamətində hərəkət edib Kürdəmir rayonunun ərazisində xatırlamadığı mağazadan Fərhad adlı şəxsə su və şirniyyat almış, həmin tarixdə saat təxminən 00 radələrində Ucar rayonunun Müsüslü kəndində əsas avtomobil yolunun sağ tərəfində uçuq tikili olan ərazinin yaxınlığında taksidən düşmüşlər. Fərhad adlı şəxs yaxınlıqda avtomobil təmiri məntəqəsinin olmasını deyib oradan avtomobil ehtiyat hissələri götürəcəyini bildirib həmin yeri tərk etmiş və təxminən 5 dəqiqə sonra əlində sellofan torba qayıdıb gələrək torbanı ona verib yolun kənarı ilə getməsini, özünün isə gələcəyini bildirmiş və sonra isə yoxa çıxmışdır. Yolun kənarı ilə gedərkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını izah etmişlər və onu Ucar Rayon Polis Şöbəsinə aparmışlar. Daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində olan ağ rəngli sellofan torbanın içərisində 01 ədəd şüşə flakon, narkotik vasitə heroinə bənzər və sellofanın dibinə dağılmış bir qədər də narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən döyüləcəyini güman edərək qorxub həmin kütlələrin narkotik vasitə heroin olduğunu bildirmiş, daha sonra qara rəngli digər bükülüyə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və o, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Daha sonra 02 ədəd bükülü və 01 ədəd şüşə flakon müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, aşkar olunmuş kütlələri bir nəfər şəxsin sifarişi ilə 1000 manat pulun və şəxsi istifadəsi üçün ona verilməli olan narkotik vasitənin əvəzində Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən limon duzu aşkar olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, üzərində şəxsi axtarış aparılan zaman Fərhad adlı şəxsin adını qeyd etməmək üçün həmin şəxsi Nicat adlı şəxs kimi təqdim etmiş və sellofanda əvvəlcədən narotik vasitənin olmasını bilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 11 may 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi ilə ibtidai istintaqın gedişində 12 may 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 09 may 2024-cü il tarixdə saat təxminən 12 radələrində Bakı şəhəri, Yasamal rayonunun ərazisində, “Nizami” metrostansiyasının yaxınlığında dayanarkən sifətindən tanıdığı, lakin yaxın münasibəti olmadığı Nicat adlı şəxs ona yaxınlaşıb Ucar rayonunun Müsüslü kəndinin ərazisində narkotik vasitənin olacağını və həmin vasitəni qeyd olunan yerdən götürüb gətirərək təqdim edəcəyi halda 1000 manat və şəxsi istifadəsi üçün 15-20 qram narkotik vasitə heroin verəcəyini təklif etmişdir. O, bu təkliflə razılaşmış, 10 may 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonunun ərazisində, “Nizami” metrostansiyasının yaxınlığında Nicat adlı şəxslə görüşmüş, bu zaman sonuncu ona Ucar rayonunun Müsüslü kəndinin ərazisində yolun sağ tərəfində uçuq tikililər olan ərazidə ağacın yanında narkotik vasitələrin olacağını bildirmiş və bundan sonra həmin tarixdə saat 19 radələrində markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Bakı şəhərindən Ucar rayonu istiqamətində hərəkət edib saat təxminən 00 radələrində Ucar rayonunun Müsüslü kəndinə çatıb əsas avtomobil yolunun sağ tərəfində uçuq tikili olan ərazidə taksidən düşüb uçuq ərazini axtarıb tapmışdır. Orada olan ağacın yanında ağ rəngli sellofan torbanı taparaq içərisinə baxdıqda orada 02 ədəd üzəri yapışqan lentlə bağlanmış bükülünün və 01 ədəd şüşə flakonun olduğunu görüb qara rəngli bükülülərdən birinin üst tərəfdə olanını açdıqda içərisində narkotik vasitə heroin olmasını görüb yerdə qalan bükülüləri açmamış, bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmiş, daha sonra isə yolun kənarına çıxıb Bakı şəhərinə geri qayıtmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə aparılmışdır. Daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində olan ağ rəngli sellofan torbanın içərisində 01 ədəd şüşə flakon, narkotik vasitə heroinə bənzər və sellofanın dibinə dağılmış bir qədər də narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. O, aşkar olunmuş kütlələri Nicat adlı şəxsin sifarişi ilə 1000 manat pulun və şəxsi istifadəsi üçün ona verilməli olan narkotik vasitənin əvəzində Bakı şəhərinə aparmalı olduğunu, üzərindən aşkar edilmiş limon duzu ilə narkotik vasitə heroini həll edərək şpris vasitəsi ilə damarına yeritdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ucar Rayon Polis Şöbəsinin Narkomaniya ilə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 52 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində narkotik vasitənin olması və Ucar rayonunun Müsüslü kəndinin ərazisində olması barədə 10 may 2024-cü il tarixdə saat 22 radələrində Ucar Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə saat 00:10 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndinin ərazisində Qazax rayonu istiqamətində yolun kənarında sağ hərəkət hissəsində yerləşən istifadəsiz yarımçıq tikilinin qarşısında olan zaman saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində olan ağ rəngli sellofan torbanın içərisində 01 ədəd şüşə flakon, həmin sellofanın dibinə dağılmış bir qədər narkotik vasitə tiryəkə bənzər kütlə və qeyd olunan sellofan torbanın içərisində olan digər sellofan torbanın içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 01 ədəd şüşə flakonda olan kütlədən istifadə etmədiyini və əvvəlcədən sellofanda olduğunu, həmin sellofanın dibinə dağılmış kütlənin narkotik vasitə tiryək olduğunu və qeyd olunan sellofan torbanın içərisində olan digər sellofan torbanın içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu və bir nəfər şəxsin həmin kütləni Bakı şəhərindən Ucar rayonunun Müsüslü kəndində götürüb həmin şəxsə çatdırması müqabilində qeyd olunan şəxsin ona 1000 manat təklif etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd zavod üsulu ilə sellofana qablaşdırılmış duza bənzər kütlə aşkar edilmiş, sonuncu həmin kütlənin limon duzu olduğunu və narkotik vasitə istifadə etdikdə limon duzundan istifadə etdiyini demişdir. Daha sonra narkotik vasitələr, 01 ədəd şüşə flakon və 01 ədəd limon duzu müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1lə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Şəki Penitensiar müəssəsinin əməliyyat şöbəsinin böyük inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən X3 yerləşdirilmiş, İstintaq Təcridxanasının 2-cı korpusunun 10-cu karantin kamerasında saxlanılan zaman 16 may 2024-cü il tarixdə saat 16 radələrində qəfil yoxlama aparılarkən əynində olan şalvarın sağ iç cibində qanunsuz olaraq saxladığı 0,092 qram narkotik vasitə heroin aşkar edilmiş, istintaq təcridxanasının əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə müvafiq qaydada götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni azadlıqda olarkən şəxsi istifadəsi üçün əldə etdiyini və Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən X3 yerləşdirilən zaman üzərində gizlətməklə keçirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid7 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid5lə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 may 2024-cü il tarixli raportdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və həmin tarixdə saat 23 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndinin ərazisindən keçən hissəsi ilə hərəkətdə olacağı və üzərində külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 may 2024-cü il tarixli raportdan görünür ki, Ucar Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 52 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə saat 00:10 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndinin ərazisindən keçən hissəsində saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 11 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əlində olan ağ rəngli sellofan torbanın içərisində 01 ədəd şüşə flakon, həmin sellofanın dibinə dağılmış bir qədər narkotik vasitə tiryəkə bənzər kütlə və qeyd olunan sellofan torbanın içərisində olan digər sellofan torbanın içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Şəxsi axtarış, baxış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının və məhkəmə-bioloji ekspertizasının 11 may 2024cü il tarixli 3-16-16-2-17/437 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan torbanın içərisindəki üzəri yapışqan lentlə sarınmış 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 990,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 (bir) ədəd şüşə flakonda narkotik vasitə və psixotrop maddə hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 23,818 qram olan maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 12 may 2024-cü il tarixli qərardan görünür ki, Ucar Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 10 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimvəyi ekspertizasının 12 may 2024-cü il tarixli 3-16-16/2-6/2685 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 X6 №3” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imza qeyd edilmiş 01 (bir) ədəd MEM-ə məxsus kağız paketdə olan iki ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 77,464 qram və 964,900 qram olmaqla, ümumi təmiz çəkisi 1042,364 qram tünd qəhvəyi rəngli, spesifik iyli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavələr olunması və ona yenidən ittiham elan edilməsi haqqında 14 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə X2 əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın sağ iç cibindən içərisində narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 16 may 2024-cü il tarixli 3-16-16-2-17/454 nörməli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs üzərində axtarış-baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər maddə birgə iştirakımız ilə zərfə qoyularaq möhürləndi” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,092 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 14 iyun 2024-cü il tarixli 53-1/2-6719 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ilə görüşüb özünü əvvəlcə Nicat, daha sonra isə Fərhad adı ilə təqdim edən şəxsi, eləcə də Təqsirləndirilən şəxs qeyd edilən şəxslə və ya təkbaşına Ucar rayonunun Müsüslü kəndinə gəlməsini, Təqsirləndirilən şəxs gəldiyi taksini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə hansı qaydada məşğul olmasını və Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 317-2.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işlərinin birləşdirilməsi və icraata qəbul edilməsi haqqında 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 317-2.1-ci maddəsi ilə istintaq olunan cinayət işi onun barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 14 avqust 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs uzun müddət narkotik vasitədən istifadə etməsi və narkotik vasitədən asılı olması səbəbindən Ucar rayonunun Müsüslü kəndinə gəlməkdə məqsədinin ondan aşkar edilmiş narkotik vasitəni pul və şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək müqabilində şəxsiyyətinin hələlik müəyyən edilməsi mümkün olmayan şəxsə çatdırmaq olması müəyyən olunmuş, lakin onun Bakı şəhərindən Ucar rayonunun Müsüslü kəndinin ərazisinə gəldiyi taksini, Nicat və yaxud da Fərhad adlı şəxslə, həmçinin təkbaşına gəlməsini aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 17 avqust 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs X2 İstintaq Təcridxanasının 2cı korpusunun 10-cu karantin kamerasında olması zamanı üzərindən aşkar edilmiş 0,092 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini azadlıqda olarkən əldə etməsi ilə bağlı hər hansı mötəbər əməliyyat məlumatları əldə olunmamış, habelə onun üzərindən X1 aşkar edilərək götürülmüş həmin narkotik vasitə heroini hansı şəraitdə və necə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavələr olunması və ona yenidən ittiham elan edilməsi haqqında 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona CM-in 234.4.1, 234.4.3 və 317-2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.3-1, 234.4.2 və 240-cı maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə həmin cinayət işinin materiallarından CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə qeyd olunan cinayət işinin materiallarından CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 35-ci bəndinə əsasən, təmiz halda 50 qram və daha artıq, lakin 5000 qramdan az çəkidə narkotik vasitə asetilə edilən tiryək və 109.1-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar, 83-cü bəndinə əsasən, təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə heroin isə xeyli miqdar təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 10 may 2024-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və həmin tarixdə saat 23 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndinin ərazisindən keçən hissəsi ilə hərəkətdə olacağı və üzərində külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs 11 may 2024-cü il tarixdə saat 00:10 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndinin ərazisindən keçən hissəsində saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə 11 may 2024-cü il tarixdə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə qurudulmuş marixuana və asetilə edilən tiryək aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa, 16 may 2024-cü il tarixdə X2 əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın sağ iç cibindən içərisində narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 11 may 2024-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitə asetilə edilən tiryəkin və qurudulmuş marixuananın, habelə 16 may 2024-cü il tarixdə X2 əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitə heroinin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 11 may 2024-cü il tarixdə verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində narkotik vasitə heroini şpris vasitəsilə damarına yeritməklə istifadə etdiyini, 09 may 2024cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonunun ərazisində, “Nizami” metrostansiyasının yaxınlığında dayanarkən yaşadığı Bakı şəhəri, Xətai rayonunda qaldığı binadan bir qədər kənarda yerləşən binada ailə üzvləri ilə birlikdə yaşayan və sifətindən tanıdığı, lakin yaxın münasibəti olmadığı Fərhad adlı şəxsin ona yaxınlaşıb Ucar rayonunun Müsüslü kəndində yaşayan tanışının doğum gününə birlikdə gedib-gəlməsini və qayıtdıqda 200-300 manat pul verməyi təklif etdiyini, bu təklifə razılaşdığını, bir gün sonra saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonunun ərazisində, “Nizami” metrostansiyasının yaxınlığında Fərhad adlı şəxslə görüşüb 10 may 2024-cü il tarixdə saat 19 radələrində markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Bakı şəhərindən Ucar rayonu istiqamətində hərəkət edib Kürdəmir rayonunun ərazisində xatırlamadığı mağazadan Fərhad adlı şəxsə su və şirniyyat aldığını, həmin tarixdə saat təxminən 00 radələrində Ucar rayonunun Müsüslü kəndində əsas avtomobil yolunun sağ tərəfində uçuq tikili olan ərazinin yaxınlığında taksidən düşdüklərini, Fərhad adlı şəxsin yaxınlıqda avtomobil təmiri məntəqəsinin olmasını deyib oradan avtomobil ehtiyat hissələri götürəcəyini bildirib həmin yeri tərk etdiyini, təxminən 5 dəqiqə sonra əlində sellofan torba qayıdıb gələrək torbanı ona verib yolun kənarı ilə getdiyini, özünün isə gələcəyini bildirdiyini, sonra isə yoxa çıxdığını, yolun kənarı ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşıb narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını izah etdiklərini, onu Ucar Rayon Polis Şöbəsinə apardıqlarını, daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman əlində olan ağ rəngli sellofan torbanın içərisində 01 ədəd şüşə flakonun, narkotik vasitə heroinə bənzər və sellofanın dibinə dağılmış bir qədər də narkotik vasitə heroinə bənzər kütlələrin aşkar olunduğunu, polis əməkdaşları tərəfindən döyüləcəyini güman edərək qorxub həmin kütlələrin narkotik vasitə heroin olduğunu bildirdiyini, daha sonra qara rəngli digər bükülüyə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunduğunu, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirdiyini, daha sonra 02 ədəd bükülü və 01 ədəd şüşə flakonun müvafiq qaydada qablaşdırıldığını, bu barədə protokol tərtib olunduğunu, aşkar olunmuş kütlələri bir nəfər şəxsin sifarişi ilə 1000 manat pulun və şəxsi istifadəsi üçün ona verilməli olan narkotik vasitənin əvəzində Bakı şəhərinə aparmalı olduğunu dediyini, daha sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən limon duzunun aşkar olunduğunu, müvafiq qaydada qablaşdırıldığını və bu barədə protokol tərtib olunduğunu, üzərində şəxsi axtarış aparılan zaman Fərhad adlı şəxsin adını qeyd etməmək üçün həmin şəxsi Nicat adlı şəxs kimi təqdim etdiyini və sellofanda əvvəlcədən narkotik vasitənin olmasını bilmədiyini demişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində 12 may 2024-cü il tarixdə verdiyi ifadəsində 09 may 2024-cü il tarixdə saat təxminən 12 radələrində Bakı şəhəri, Yasamal rayonunun ərazisində, “Nizami” metrostansiyasının yaxınlığında dayanarkən sifətindən tanıdığı, lakin yaxın münasibəti olmadığı Nicat adlı şəxs ona yaxınlaşıb Ucar rayonunun Müsüslü kəndinin ərazisində narkotik vasitənin olacağını və həmin vasitəni qeyd olunan götürüb gətirərək təqdim edəcəyi halda 1000 manat və şəxsi istifadəsi üçün 15-20 qram narkotik vasitə heroin verəcəyini təklif etdiyini, bu təklifə razılaşdığını, 10 may 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonunun ərazisində, “Nizami” metrostansiyasının yaxınlığında Nicat adlı şəxslə görüşdüyünü, bu zaman sonuncunun ona Ucar rayonunun Müsüslü kəndinin ərazisində yolun sağ tərəfində uçuq tikililər olan ərazidə ağacın yanında narkotik vasitələrin olacağını bildirdiyini, bundan sonra həmin tarixdə saat 19 radələrində markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Bakı şəhərindən Ucar rayonu istiqamətində hərəkət edib saat təxminən 00 radələrində Ucar rayonunun Müsüslü kəndinə çatıb əsas avtomobil yolunun sağ tərəfində uçuq tikili olan ərazidə taksidən düşüb uçuq ərazini axtarıb tapdığını, orada olan ağacın yanında ağ rəngli sellofan torbanı taparaq içərisinə baxdıqda orada 02 ədəd üzəri yapışqan lentlə bağlanmış bükülünün və 01 ədəd şüşə flakonun olduğunu görüb qara rəngli bükülülərdən birinin üst tərəfdə olanını açdıqda içərisində narkotik vasitə heroinin olmasını görüb yerdə qalan bükülüləri açmadığını, bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildiyini, daha sonra isə yolun kənarına çıxıb Bakı şəhərinə geri qayıtmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə aparıldığını, daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparıldığını, bu zaman əlində olan ağ rəngli sellofan torbanın içərisində 01 ədəd şüşə flakonun, narkotik vasitə heroinə bənzər və sellofanın dibinə dağılmış bir qədər də narkotik vasitə heroinə bənzər kütlənin aşkar olunduğunu, aşkar olunmuş kütlələri Nicat adlı şəxsin sifarişi ilə 1000 manat pulun və şəxsi istifadəsi üçün ona verilməli olan narkotik vasitənin əvəzində Bakı şəhərinə aparmalı olduğunu, üzərindən aşkar edilmiş limon duzu ilə narkotik vasitə heroini həll edərək şpris vasitəsi ilə damarına yeritdiyini bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə erməni millətçi dəstələrinə qarşı İ Qarabağ müharibəsində iştirak edərək yaralandığını, müharibə ilə əlaqədar əlilliyi olan şəxs olduğunu, baş nahiyəsində olan ağrılara görə çəkmə yolu ilə narkotik vasitədən istifadə etdiyini, lakin mobil telefondan istifadə etmədiyini, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Mehmandarov küçəsi, 84 nömrəli binada yerləşən nömrəsini və sahibini bilmədiyi mənzildə kirayəçi qismində qalmaqla onunla qonşuluqda yaşayan və soyadını və atasının adını bilmədiyi Fərhad adlı şəxslə birlikdə sonuncunun təmir olunan və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilini götürmək məqsədilə Ucar rayonunun ərazisinə getdiyini, avtomobili götürüb evə qayıtmağı planlaşdırdıqlarını, bu zaman üzərində narkotik vasitənin olduğunu, həmin narkotik vasitəni Bakı şəhərindən əldə etdiyini, 11 may 2024-cü il tarixdə saat 00 radələrində Ucar rayonunun girəcəyində olarkən orada yerləşən “Oba” marketdən şirniyyat aldığını, qonşusunun avtomobilə lazım olan əşyaları sellofan paketin içərisinə qoyub onun yanına gələrək əmisinin oğlunun oraya gələcəyini dediyini, qonşusunun əlində olan sellofan paketi ona verdiyini, həmin sellofan paket ona məxsus olsa da paketin içərisində narkotik vasitənin olduğunu paketi açdıqdan sonra bildiyini, ağrılarına görə narkotik vasitədən istifadə etsə də qeyd olunan paketin içərisində olan narkotik vasitənin ona məxsus olmadığını, bundan sonra polis əməkdaşlarının gəlib onu arxa tərəfdən yaxaladıqlarını, onun saxlanılmasında polis əməkdaşı Şahid1 iştirak etdiyini, lakin məhkəmə istintaqı zamanı ifadə vermiş digər şəxslərin orada olmadığını, orada polis əməkdaşlarının onu qaldırıb yerə vurduqlarını, bu zaman sol topuğunun polis əməkdaşının ayağının alt hissəsində qalıb şişdiyini və əzildiyini, habelə yerdə daş olduğu üçün daşın üstünə düşdüyünü və baş nahiyəsinə də zərbə vurduqları üçün gözünə qan sızdığını, həmçinin orada olarkən qabırğa nahiyəsinə də zərbə vurduqlarını, daha sonra polis şöbəsinə aparıldığını, orada olarkən də polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə məruz qaldığını, polis əməkdaşlarının onun baş və qabırğa nahiyələrinə zərbələr vuraraq ona qarşı zor tətbiq etdiklərini, nəticədə onun qabırğasının əzildiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman cibində narkotik vasitənin olduğunu, lakin polis əməkdaşlarının onun üzərində şəxsi axtarış aparmadıqlarını, onun cibinə baxış keçirmədiklərini, sonradan penitensiar müəssisəyə daxil olan zaman üzərində narkotik vasitəni keçirdiyini, orada olarkən müayinə olunduğunu, bu zaman onun qabırğasında və bədəninin digər nahiyələrində xəsarətlərin aşkar edildiyini, həmin vaxt qeyd olunan xəsarətlərin polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yarandığını demədiyini, göstərilən xəsarətlərin əzilməsi nəticəsində yarandığını dediyini, həmçinin müayinə olunan zaman qollarında xəsarətlərin olduğunu, qolunun sındığını, qollarında köhnə kəsiklərin olduğunu, bundan sonra müayinə olunmaq üçün Müalicə Müəssisəsinə göndərildiyini, orada müayinə olunarkən həkimin deməsinə əsasən qabırğa nahiyəsinin sınmasının və ayağının əzilməsinin ona məlum olduğunu, orada müalicə olunduğunu, ona tibbi yardım göstərildiyini, polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini, lakin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman məhkəməyə polis əməkdaşları tərəfindən döyüldüyünü bildirdiyini, sonradan oğlundan Fərhad adlı şəxsin harada olduğunu öyrənməsini xahiş etdiyini və oğlunun Fərhad adlı şəxsin ailəsini də götürüb başqa yerə köçdüyünü dediyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 11 may 2024-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə müdafiəçisinə məlumat verməmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Polis Şöbəsinə 11 may 2024-cü il tarixdə saat 00:48-də gətirilmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “sol topuq nahiyəsində şişkinlik, sağ gözün sklerasına qansızma və hər iki saidin içəri səthində çoxsaylı köhnə kəsik izləri” xəsarətləri aşkar edilmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 11 may 2024-cü il tarixli 170 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sol topuq nahiyəsində şişkinlik, sağ gözün sklerasına qansızma və hər iki saidin içəri səthində çoxsaylı köhnə kəsik izləri” xəsarətlərinin müxtəlif şəraitlərdə yaranması mümkündür və bu səbəbdən də qeyd olunan xəsarətlərin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı 11 may 2024-cü il tarixdə, habelə məhkəmə istintaqı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaqın gedişində 12 may 2024-cü il tarixdə verdiyi ifadəsində qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı və asetilə edilən tiryəki qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əldə edib üzərində daşımaqla saxlamış, eləcə də saxlanıldığı istintaq təcridxanasında qadağan olunmuş əşyanı üzərində saxlamaqla gəzdirib daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı və asetilə edilən tiryəki əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bu Qərarın 12-ci bəndinə əsasən, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitələr qurudulmuş marixuananın və asetilə edilən tiryəkin aşkar edilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32.2-ci maddəsinə əsasən, həbs edilmiş şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısı Daxili intizam qaydaları ilə müəyyən edilir. “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”na 1 nömrəli Əlavəyə əsasən, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları “İstintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların Siyahısı”na aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 İstintaq Təcridxanasında üzərində saxlamaqla gəzdirib daşıdığı əşya narkotik vasitə heroin olmaqla istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən saxlanılması, gəzdirilməsi, daşınması qadağan olunmuş əşyaların siyahısına daxildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 234.4.1, 234.4.3 və 317-2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1, 234.4.3 və 317-2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri ağır, CM-in 317-2.1-ci maddəsində göstərilən cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3 və 317-2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan, xasiyyətnamədən və çıxarışdan görünür görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır, sonradan mənzilin satılması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır, 08 oktyabr 2011-ci ildə doğulmuş qızı Adilə Gözəlli onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzasının çəkilməmiş 01 il 06 ay 18 gün hissəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə 09 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.4.1ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər və CM-in 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 02 nömrəli Qərarının 5-ci bəndinin a yarımbəndinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan həmin cəza məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməzlər. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3 və 317-2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək cəzasını çəkib qurtarmasa da əvvəllər törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, habelə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzası sonradan azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edildiyindən, azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza hesab olunduğundan, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzası sonradan məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyi halda həmin şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilmədiyindən və böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından onun sonradan qeyd olunan cinayət əməllərini törətməsi cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, aşkar olunan narkotik vasitələrin kütləsinin çox olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri ağır, CM-in 317-2.1-ci maddəsində göstərilən cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 11 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 12 may 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 11 may 2024cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin 24 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 11 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2024-cü il tarixli 1329 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə marixuananın və tiryəkin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabnetdə qeydiyyata alınması məsləhət görülür. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gözəlov X5 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 iyun 2024-cü il tarixli 437 nörməli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. O, psixi xəstəlik keçirmədiyindən cinayət hadisəsini törətdiyi zaman öz hərəkətlərinə cavab vermək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. O, hal-hazırda da heç bir psixi xəstəlik keçirmir. O, hal-hazırda psixi xəstəlik keçirmədiyindən öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, 989,80 qram narkotik vasitə qurudulmuş marixuana və 1042,164 qram narkotik vasitə asetilə edilən tiryək həmin tarixdə maddi sübut qismində tanınmış və Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd disk həmin tarixdə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cnayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, 0,072 qram narkotik vasitə heroin həmin tarixdə maddi sübut qismində tanınmış və Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ Siyahısının 49-cu bəndinə əsasən heroin, 102-ci bəndinə əsasən tiryək və 146-cı bəndinə əsasən marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 989,80 qram qurudulmuş marixuana, 0,072 qram narkotik vasitə heroin və 1042,164 qram narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 237,75 (iki yüz otuz yeddi manat yetmiş beş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 237,75 (iki yüz otuz yeddi manat yetmiş beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 317-2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 989,80 qram qurudulmuş marixuana, 0,072 qram narkotik vasitə heroin və 1042,164 qram narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 237,75 (iki yüz otuz yeddi manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-64/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-64/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver