Məhkəmə qərarları › İş №1(091)-65/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-65/2022

29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-65/2022 29.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X16, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X17, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X21, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs3 iştirakı ilə, 09 avqust 1959-cu il tarixdə Ağdaş rayonunun Abad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağdaş rayonunun Abad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.2, 120.2.3, 120.2.4, 120.2.6, 29, 120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.10-cu, 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə saat 22 radələrində orta dərəcəli sərxoş vəziyyətdə həmkəndlisi xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 ona kənd yolunda avtomobili üzərinə sürməsi ilə bağlı irad bildirməsini bəhanə edib sakit tərzdə sonuncu ilə həmin məsələni aydınlaşdırmaq əvəzinə, öz şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyub özünün uydurma mülahizələrini cinayət törətmək üçün bəhanə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün Ağdaş rayonunun Abad kəndində yaşadığı evindən özünə məxsus olan,16 kalibrli “İJK” modelli, lüləsi “P 71751” №-li, lüləaltı yastığı “K 10276” №-li eyni modelli ov silahının lüləaltı yastığı ilə komplektləşdirilmiş xarici çaxmaqlı, yivsiz odlu ov silahını və ona aid 16 kalibrli patronları götürüb Zərərçəkmiş şəxs2 yaşadığı Abad kəndində yerləşən evinə getmək üçün Abad kəndində kənd sakini Şahid6 məxsus mağazanın yaxınlığına gəlmiş,heç bir əsas olmadan qeyd olunan silahdan istifadə edərək cəmiyyətə açıqça hörmətsizlik ifadə etməklə öz şəxsiyyətini cəmiyyətin və ətrafdakıların fövqündə qoyub ictimai qaydanı pozan və ətrafda olan şəxslər üzərində zor tətbiq olunması ilə və ya zor tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, həmin zaman onun qanuna zidd hərəkətlərinə son qoymaq istəyən, onun cinayət törətməsinin qarşısını almaq istəyən qardaşı Ağdaş rayonunun Abad kənd sakini 09.05.1968-ci il təvəllüdlü X6 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə kənd sakinlərinin gözləri qarşısında həmin silahla qəsdən 1 dəfə atəş açaraq sonuncuya döş qəfəsinin ön sol nahiyəsinin döş yanı xətti üzrə X-Xİ qabırğaarası sahənin daxilə keçən sol ağ ciyərin aşağı payının əzilib-dağılması, daxili qanitirmə, sol X-Xİ qabırğaların sınığı kimi ağır xəsarətlər yetirib qəsdən öldürmüş, yəni X6 xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etmişdir. Bundan əlavə o, təkrarən həmin gün saat 22 radələrində qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək qeyd olunan silahdan istifadə etməklə öz şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib ətrafında olan insanlara əhəmiyyət verməyərək şəxslər və üzərində zor tətbiq olunması və özgə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməyə davam edərək, hadisə yerinə sonradan gələn, Ağdaş rayonunun Abad kənd sakini Zərərçəkmiş şəxs3 Cahangir oğlunun idarə etdiyi ağ rəngli VAZ-21011 markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı içərisində sərnişinlər olan avtomobilin yaxınlığında çöldə dayanan kənd sakini xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə 16 kalibrli “İjk” modelli yivsiz odlu ov tüfəngi ilə qəsdən 1 dəfə atəş açaraq Zərərçəkmiş şəxs5 qəsdən boynun ön səthinin yaraları kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməyə cəhd etməklə Zərərçəkmiş şəxs3 avtomobilinin üst yük hissəsinə və qabaq oturacağın boy hissəsinə 40 manat məbləğində maddi ziyan vurub əmlakını zədələməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs5 xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla, təkrar qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, xəsarətlər həyat üçün təhlükəli olmadığından cinayət onun iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmamışdır. Bundan əlavə o, təkrarən həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə əlində olan 16 kalibrli “İJK” modelli yivsiz odlu ov tüfəngi ilə sonuncunun yaşadığı Abad kəndində yerləşən evinə gedib onu çağıraraq çölə çıxmasını istəmiş, lakin, Zərərçəkmiş şəxs2 həmin vaxt yaşadığı evdə olmadığından Təqsirləndirilən şəxs iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etmiş, yəni Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə, təkrar qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, cinayət onun iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmamışdır. Bundan əlavə o, təkrarən həmin gün saat 22 radələrində silahdan istifadə etməklə öz şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə edən hərəkətlərə yol verib ətrafında olan insanlara əhəmiyyət verməyərək şəxslər üzərində zor tətbiq olunması və zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməyə davam edərək, Ağdaş rayonunun Abad kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 yaşadığı evə gedib onun əri Zərərçəkmiş şəxs2 uca səslə çağırdıqdan sonra 16 kalibrli “İjk” modelli yivsiz odlu ov tüfəngi ilə 1 dəfə havaya qəsdən atəş açmaqla onu öldürəcəyi ilə hədələyib fiziki zor tətbiq etmək hədəsi ilə qorxuzub çölə çıxmasını bildirmiş, daha sonra Zərərçəkmiş şəxs1 yaşadığı evdən çıxdıqdan sonra yenidən kənd yolunda silahı ilə 1 dəfə havaya qəsdən atəş açıb sonuncudan əri Zərərçəkmiş şəxs2 çağırmağı və onun yerini deməyi tələb etmiş, həmçinin, Zərərçəkmiş şəxs1 onun yanından getmək istədiyini görüb sonuncunu ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə əlindəki “İJK” modelli odlu ov tüfəngini ona tuşlayıb qəsdən 1 dəfə atəş açmaqla sonuncunun qəsdən öldürməyə, yəni Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla, təkrar qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, güllələr Zərərçəkmiş şəxs1 dəymədiyindən cinayət onun iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmamışdır. Bundan əlavə o, təkrarən həmin gün saat 23 radələrində silahdan istifadə etməklə öz şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə edən hərəkətlərə yol verib ətrafında olan insanlara əhəmiyyət verməyərək şəxslər üzərində zor tətbiq olunması və özgə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməyə davam edərək Ağdaş rayonunun Abad kəndində yerləşən Şahid6 məxsus kənd mağazasının istiqamətində geri qayıdaraq kənd mağazasının yaxınlığında ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun hüquqa zidd hərəkətlərinin qarşısını almağa çalışan, idarə etdiyi ağ rəngli VAZ-2101 markalı **- BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin yerə gələn Ağdaş rayonunun Abad kənd sakini xx.xx.1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə 16 kalibrli “İjk” modelli yivsiz odlu ov tüfəngini ona tuşlayıb qəsdən 1 dəfə atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etmiş və Zərərçəkmiş şəxs4 məxsus avtomobilin qabaq sağ 1 ədəd duman əleyhinə işığına və qabaq sağ panelinə 34 manat məbləğində maddi ziyan vurub əmlakını zədələməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs4 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla, təkrar qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, güllələr Zərərçəkmiş şəxs4 dəymədiyindən cinayət onun iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə saat 20 radələrində kənd sakini Kamil adlı şəxsin adını xatırlamadığı oğlunun toy məclisində iştirak etmək üçün Kamilin yaşadığı evin həyətinə getmiş, belə ki, toy Kamilin yaşadığı evin həyətyanı sahəsinə təşkil edilmişdir. O, da digər dəvətlilər kimi həyətyanı sahədə stol arxasında əyləşib həmkəndliləri Kamil, Dadaş və Ramazanla birlikdə yeyib içib 4 nəfərə 1 litr həcmində spirtli içki və 1 bakal pivə spirtli içkisi qəbul etdikdən sonra saat təxminən 22 radələrində toy məclisindən çıxaraq idarə etdiyi ağ rəngli VAZ-2107 markalı avtomobilə əyləşib evinə doğru getməyə başlamış, dostu Kərəm də onunla birlikdə avtomobilə əyləşmiş, təxminən 150-200 metr getdikdən sonra kənd yolunda 2-3 nəfər sakin olduğunu görüb avtomobili saxlamış, həmin vaxt qaranlıq olduğu üçün üzünü görmədiyi bir şəxs ona “görmürsən bizi vurursan” demiş, o, avtomobildən düşdükdən sonra həmin şəxsin Dönməz olduğunu görmüş, o, isə Dönməzə cavabında bildirmiş ki, “mən sizi görüb avtomobili saxladım, sənin üstüvə avtomobili sürmədim”. Belə ki, Dönməzin yanında həmin vaxt tanımadığı 2-3 nəfər kənd sakini də olmuş, bir neçə dəqiqə sonra oraya oğlu Tehranda gəlmiş, oğlu Tehran onlara onun sərxoş olduğunu bildirmiş, lakin Dönməz onun sərxoş olduğuna əhəmiyyət verməyib onun ünvanına xatırlamadığı nalayiq ifadə işlətmiş, həmin vaxt hədsiz əsəbi olduğu üçün yerdən götürdüyü daşla başına xəsarət yetirərək Dönməzə bildirmiş ki, “gözlə burda gəlirəm, harda olsan sənə atacam”. Daha sonra isə Dönməz həmin yerdən uzaqlaşmış, o,da evinə piyada getməyə başlamış, yaşadığı evin yaxınlığına çatanda o, yerə yıxılmış, bir neçə dəqiqə sonra qardaşı Qələndar idarə etdiyi ağ rəngli VAZ-2107 markalı avtomobillə onun yanına yaxınlaşmış, qardaşı Qələndar onun sərxoş və əsəbi olduğunu görüb onu avtomobillə evə aparmağı təklif etmiş, lakin o, Qələndarın bu təklifi ilə razılaşmamış, daha sonra o, yenidən yerdən daş götürərək başına vurmağa başlamış, Qələndar onun əlindən daşı alaraq onu yerdən qaldırıb avtomobilə əyləşdirmiş, Tehranda bir neçə dəqiqə sonra oraya gəlmiş və qardaşı Qələndara onu avtomobilə əyləşdirməyə kömək etmiş, onlar birlikdə onu yaşadığı evə aparmışlar, toy sahibi Kamilin evi ilə onun evinin arası təxminən 500 metrdir. Evə gəldikdən sonra qardaşı Qələndar onu yaşadığı evdə mətbəxin yanındakı otağa yerləşdirib qapını arxadan bağlamış, lakin, o, mətbəxə açılan digər qapıdan çıxaraq yaşadığı evdə özümə məxsus “TOZ -16” markalı ov tüfəngini və 6-7 ədəd 4 mm-lik qırmaları olan ov patronları götürüb evdən çıxmış, həmin vaxt qardaşı Qələndar, həyat yoldaşı Adilə və oğlu Tehran həyətdə olmuşlar. O, arxadan qonşu Fəridə adlı şəxsin həyətindən keçərək kənd yolu ilə hərəkət etməyə başlamış, həmin vaxt bildiyinə görə oğlu Tehran onun evdən çıxdığını görüb bu barədə qardaşı Qələndar Aləşrəfova bildirmidir. Yaşadığı evdən çıxdıqdan sonra isə 1 ədəd patronu tüfəngə dolduraraq tüfəngi atışa hazır vəziyyətə gətirmiş, Dönməzlə onun yaşadığı evin arası təxminən 500-600 metr olmuşdur. Yaşadığı evdən çıxdıqdan təxminən 100 metr getdikdən sonra kənd mağazasının yaxınlığına gəlmiş, orada əvvəllər də tanıdığı kənd sakini Adil adlı şəxsin markasını və nömrəsini bilmədiyi avtomobilini görüb əlindəki tüfənglə birlikdə avtomobilə yaxınlaşmış, daha sonra isə Adil adlı kənd sakininin avtomobilin qapısını açaraq avtomobilin ön sərnişin hissəsinə əyləşib ona onu Dönməzin yaşadığı evə aparmasını xahiş etmişdir. Lakin, Adil adlı kənd sakini onu heç yerə aparmayacağını bildirmişdir. Həmin vaxt qardaşı Qələndar Aləşrəfov avtomobilə yaxınlaşıb o, tərəfdən qapını açaraq ona avtomobildən düşməyini bildirib əli ilə əlindəki tüfəngin lüləyindən tutaraq tüfəngi əlindən almağa çalışmışdır. Həmin vaxt onun sağ əli tüfəngin tətik hissəsində olduğu üçün o, özündən qeyri-ixtiyari tətiyə basmış, həmin vaxt sərxoş olduğu üçün nə etdiyini bilməmiş, tətiyə basdıqdan sonra tüfəngdən atəş açılmış və qardaşı Qələndar avtomobilin yaxınlığında yerə yıxılmış, lakin, o, Qələndərin bədəninin hansı hissəsində güllə xəsarəti aldığını görməmiş, daha sonra o,avtomobildən düşərək kənd mağazasına doğru getməyə başlamış, Adilin avtomobilindən 3-4 metr aralaşdıqdan sonra kənd yoluna bitişik digər yoldan Feruz adlı şəxsin avtomobilin ona doğru hərəkət etdiyini və içərisində Feruz və Cəmil adlı kənd sakinlərinin olduğunu görmüş, Feruz avtomobili onun yaxınlığında saxladıqdan sonra o, tüfəngi bir daha patronla doldurub həmin avtomobilə atəş açmış, sərxoş olduğu üçün o, hədsiz dərəcədə aqressiv olmuş, lakin, qeyd edilən avtomobildə kimlərin yaralanmasını bilməmişdir. Belə ki, avtomobildə Cəmil və Feruz adlı kənd sakinləri olmuş, daha sonra o, piyada Dönməzin yaşadığı evə getmişdir. Dönməzin evin həyətyanı sahəsinin giriş qapısının açıq olduğunu görüb həyətə daxil olmuş, o, Dönməzi çağırsa da ona heç kim cavab verməmiş, o, həmin vaxt havaya atəş açaraq bir daha Dönməzi uca səslə çağırmağa başlamış, Dönməzin arvadı bacısı qızı Təhminə yaşadığı evdən çıxaraq ona doğru gəlmiş, o, Təhminədən Dönməzin harada olduğunu soruşmuş, Təhminə cavabında ona Dönməzin evdə olmadığını bildirmiş, o, Təhminənin sözlərinə inanmayıb onunla birlikdə həyətdən çölə çıxmış, Təhminə ətrafdakı qonşuların qapısı döyərək Dönməzi çağırmağa başlamış, lakin, o, hədsiz dərəcədə əsəbi olduğu üçün çöldə kənd yolunda bir dəfə havaya atəş açıb Təhminəyə qaçmamasını bildirmiş, bundan sonra isə Təhminə həyətə daxil olaraq qapını arxadan bağlamışdır. Bundan sonra o, yenidən yoluna davam edib Dönməzi axtarmağa başlamış, yolda olarkən kənd sakini Pənahın oğlu Tarzanı görmüş, Tarzan ona bildirmiş ki, “içkilisən Mustafa dayı gəl evə gedək”. O, Tarzanın bu təklifi ilə razılaşmış, bir neçə dəqiqə sonra o, qardaşı Qələndara atəş açdığı Məhəmməd adlı şəxsə məxsus kənd mağazasının yaxınlığına gəlmiş, kənd mağazasına yaxınlaşan zaman Tarzan onun yanından ayrılmışdır. Belə ki, o, hədsiz dərəcədə sərxoş və əsəbi olmuş, kənd mağazasının yaxınlığına çatanda o, kənd yolunun ortasında Zərərçəkmiş şəxs4 məxsus ağ rəngli VAZ-2101 markalı avtomobili onun üzərinə gəldiyini görüb o, avtomobilə doğru atəş açmış, Süleyman adlı şəxs sürətlə avtomobili üstünə sürüb onu avtomobillə vurmuş və o, zərbənin təsirindən yerə yıxılmış, əlindəki tüfəng isə yerə düşmüşdür. O, qardaşı Qələndarı qəsdən öldürmək istəməmiş, ehtiyyatsızlıqdan əlində olan silah açılmış və güllə qardaşına dəymişdir. Həmin vaxt sərxoş olduğundan nə etdiyini özü də bilməmişdir. Hazırda əməlindən çox peşman olduğunu, qardaşını öldürdüyü üçün barəsində ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə vermiş, əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs xəstədir, onunla barışmışdır, onu bağışlayır və məhkəmədən ona yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə yaşadığı Abad kəndində saat təxminən 22 radələrində yaşadığı Ağdaş rayonunun Abad kəndində yerləşən evdə yataq otağında çarpayıda uzanmış, həmin vaxt əri Zərərçəkmiş şəxs2 kənddə təşkil edilən toy məclisində olduğu üçün evdə olmamış, azyaşlı övladları Muxtər İsmayılov, Mələk İsmayılova və Nəzrin İsmayılova isə yataq otağında yatmışlar, çarpayıda uzandığı vaxt çöldən əri Zərərçəkmiş şəxs2 kiminsə çağırdığını eşidib evin açıq olan pəncərəsinə yaxınlaşmış, daha sonra o, pəncərədən həyətyanı sahədə dayısı Təqsirləndirilən şəxs görmüş, Təqsirləndirilən şəxs həmin vaxt ona bildirmiş ki, “Bacı qızı dayınam Dönməzə denən çıxsın çölə”. O, isə cavabında Mustafaya bildirmiş ki, “Dönməz toydadır hələ evə gəlmiyib”. Həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmiş ki, “Yalan deyirsən, inanmıram sənə, evdədi gizlənib, sən onu gizlədirsən”. Qeyd edilən sözləri dedikdən sonra Təqsirləndirilən şəxs havaya atəş açmış, həmin vaxt onun əlində tüfəng olduğunu bilmiş, belə ki, qaranlıq olduğu üçün onun əlində tüfəng olmasını ilkin vaxtlarda görməmiş, Təqsirləndirilən şəxs əlində tüfəng olduğunu görüb hədsiz dərəcədə qorxmuş, daha sonra Təqsirləndirilən şəxs evin eyvanına qalxdığı üçün o, Mustafanın evə girməsindən qorxub eyvana çıxmış, Təqsirləndirilən şəxs onu gördükdən sonra onun qolundan tutub həyətyanı sahəyə düşürmüş, o, Təqsirləndirilən şəxs gördükdən sonra onun sərxoş olduğunu anlamış, belə ki, Təqsirləndirilən şəxs özünü idarə etmək çətinlik çəkir və ondan kəskin spirtli içkilərin qoxusu gəlirmiş, həyətyanı sahədə Təqsirləndirilən şəxs bildirmiş ki, “ Ay bacı qızı bax qardaşım Qələndar Aləşrəfovu atıb öldürdüm, kəndçimiz Cəmilə atmışam, bir göz qırpımında sənədə ataram, Dönməzin yerini de”. O, isə Təqsirləndirilən şəxs cavabında bildirmiş ki, “Vallah yoxdu gəl gedək qonşuda axtaraq”. Təqsirləndirilən şəxs onunla razılaşıb onunla birlikdə çölə kənd yoluna çıxmış, o, həmin vaxt üzbəüz qonşular Eyvaz adlı şəxsin qapısnı döydükdən sonra onun evdə olmadığını görmüş, belə ki, Eyvaz adlı şəxsin həyətyanı sahəsinin giriş qapısı və tövləsinin qapıları bağlı evinin işıqları isə sönülü olmuş, o, Eyvazın qapısını döyərkən Təqsirləndirilən şəxs bir daha atəş açıb bildirmiş ki, “Dönməz çıx, gizlənmə onsuzda səni öldürəcəm”. Lakin, Mustafanın haraya atəş açmasını görməmiş, belə ki, o qonşu qapılarını döyərkən Mustafa onun arxasında 10 metr aralıda dayanmış, daha sonra o, digər qonşu Məhəmmədəlinin yaşadığı evə doğru getmək istəyərkən Təqsirləndirilən şəxs ona demiş ki, “bacı qızı qaçma atacam”. Lakin, o, Mustafaya inanmayıb yenidən yoluna davam etmiş, Təqsirləndirilən şəxs isə ondan uzaqlaşdığını görüb əlindəki tüfənglə ona doğru atəş açmış, belə ki, alovlu qırmaların onun yanından keçdiyini hiss etmiş , Mustafa atəş açandan sonra isə o, dayanıb geri Mustafanın yanına qayıtmış və ona bildirdim ki, “mən qaçmaram ay dayı uşaqlarım evdədir”. Təqsirləndirilən şəxs yanına qayıtdıqdan sonra o, onunla birlikdə yaşadığı evin həyətyanı sahəsinin giriş qapısına qayıtmış, Təqsirləndirilən şəxs həmin vaxt kənd yolunda o, isə giriş darvazasının yanında dayanmış, həmin vaxt Mustafanın başının qarışdığını görüb cəld şəkildə həyətə girib darvazanın qapısını içərdən bağlamış, Təqsirləndirilən şəxs mənim içəri girib qapını bağladığını görüb uca səslə bildirmiş ki, “ay bacı qızı gəlib səni öldürəcəm” . Lakin, o, cavabında qapını açmayacağını bildirmiş, daha sonra həyətyanı sahənin içərisindən keçərək qonşu Ayazın yaşadığı evə getmiş, lakin, Ayazın yaşadığı evdən ona Ayazın arvadı Şəkər cavab verərək bildirdi ki, “gözlə gəlirəm”. Lakin, o, orada gözləməyib yenidən həyətyanı sahəyə qayıtmış, həyətyanı sahəyə qayıtdıqdan sonra qonşu Səxavətin çöldə Mustafa ilə danışdığını eşitmiş, Səxavət onu sakitləşdirərək evə getməsini bildirmiş, lakin, Mustafa cavabında bildirmiş ki, “ dostumsan amma aralı dur, 2 gülləm qalıb birini dönməzə atacam, birinidə özümə”. Səxavət isə cavabında ona bildirmiş ki, “ get arvadından hallallıq al sənin çox əziyyətivi çəkib”. Bir neçə dəqiqə sonra isə Mustafa onların yaşadığı küçədən çıxıb getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlayır və məhkəmədən ona yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə yaşadığı Abad kəndində saat 19 radələrində Kamil adlı həmkəndlilərinin oğlunun toy məclisində iştirak etmək üçün o, sinif yoldaşı Feruzla birlikdə sonuncunun VAZ-21011 markalı avtomobilinə əyləşib Kamilin həyətində təşkil edilən toy məclisinə getmiş, Kamillə onun evinin arasındakı məsafə 3 km-dir. Toy məclisində təxminən 100 nəfər iştirak etmiş, toy məclisinə gəldikdən sonra isə süfrə arxasında sinif yoldaşı və dostu Zərərçəkmiş şəxs3, Əbülfət Məmmədovla birlikdə spirtli içki qəbul edib yeyib içdikdən sonra saat 22 radələrində qeyd edilən sinif yoldaşları ilə birgə toydan çıxaraq evə getməyə qərar vermiş, həmin vaxt onlarla olan digər həmkəndliləri və sinif yoldaşları İlqar İbrahimov və İkram Məmmədov spirtli içki qəbul etməmişlər.O, və adları çəkilən sinif yoldaşları, həmçinin, toyda iştirak edən digər kənd sakini Dadaş adlı şəxslə birlikdə Məmmədovun avtomobilinə əyləşib yola düşmüş, həmin vaxt o, İkram, Əbülfət, İlqar avtomobilin arxa oturacağında, Dadaş isə avtomobilin ön sərnişin hissəsində əyləşmişdir. Təxminən 2 km getdikdən sonra biz Məhəmməd adlı həmkəndlilərinin mağazasına çatan zaman Dadaş adlı həmkəndlisi Feruza avtomobili saxlamasını və mağazadan siqaret alacağını bildirmiş, Feruz avtomobili saxladıqdan sonra isə Dadaş avtomobildən düşüb mağazaya doğru getmək istəyərkən avtomobilin pəncərəsindən çöldə dayanan həmkəndliləri Təqsirləndirilən şəxs görmüş, o, da həmin vaxt avtomobilin ön sərnişin hissəsində əyləşmək üçün avtomobildən düşmüş, həmin vaxt Təqsirləndirilən şəxs Feruza bildirmiş ki, “sən kimsən”. Feruz isə cavabında Təqsirləndirilən şəxs bildirmiş ki,“mənəm də Feruz ay Mustafa”. Həmin vaxt Mustafa Aləşərəfov əlində tüfənglə avtomobildən təxminən 5-6 metr kənarda kənd yolunda avtomobilin qarşısında sürücü istiqamətində dayanmışdır. Təqsirləndirilən şəxs onun avtomobildən düşdüyümü görüb əlindəki tüfəngi ona doğru tuşlayıb atəş açmış, o, həmin vaxt avtomobilin yaxınlığında dayanmış, bir neçə saniyə sonra o, boğaz nahiyəsindən qan gəldiyini görmüş, belə ki, Təqsirləndirilən şəxs tüfəngdən açdığı atəş ona dəymişdir. Dadaş adlı isə şəxs ondan 2-3 metr aralıda dayanmışdır. Atəş açıldıqdan sonra o, hadisə yerindən dərhal qaçaraq uzaqlaşmışdır. Daha sonra isə o, Feruzun avtomobilinə əyləşmiş, Feruz avtomobili sürətlər sürərək həmin yerdən uzaqlaşmışdır. Avtomobildə əyləşdikdən sonra Feruz onun yaralandığını görüb adıçəkilən sinif yoldaşları ilə birgə avtomobillə onu Ağdaş RMX-na aparmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlayır və məhkəmədən ona yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə saat 20 radələrində Kamil adlı həmkəndlisinin oğlu Kənanın toy məclisində iştirak etmək üçün Kamilin yaşadığı evin həyətində təşkil edilən toy məclisinə getmiş, o, toyda olarkən toy məclisində təxminən 40-50 nəfər iştirak etmiş, toy məclisində Qələndar Aləşrəfov, Oktay Əzizov, Cəlil Cəlilov, Rafiq Məhərrəmovla birgə süfrə arxasına əyləşib spirtli içki qəbul edərək yeyib içməyə başlamış, Təqsirləndirilən şəxs həmin vaxt toyda kənd sakinləri ilə birgə süfrə arxasında əyləşib yeyib içmiş, saat təxminən 21 radələrində o, toy məclisindən çıxaraq yaşadığı evinə getmiş, onun evi ilə Kamilin evin arasındakı məsafə 500 metrdir. Evə getdikdən sonra o, yataq otağında çarpayıya uzanaraq yatmış, həmin gün saat təxminən 23 radələrində onun istifadə etdiyi mobil telefona qardaşım Zahid zəng vuraraq onu oyatmış, mobil telefon danışığı zamanı Zahid bildirmiş ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs5 atəş açaraq onu yaralamışdır. O, həmin çarpayıdan qalxıb evdən çıxmış, daha sonra isə idarə etdiyi ağ rəngli **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı VAZ-2101 markalı avtomobilə əyləşib hadisənin baş verdiyi Məhəmməd adlı kənd sakininə məxsus kənd mağazasına doğru getməyə başlamış, həmin mağazanın yaxınlığına çatan zaman çox saylı təxminən 100 nəfər kənd sakininin oraya yığışdığını, yerdə isə Qələndar Aləşrəfovun meyitinin uzadıldığını görmüş, ilk vaxtlarda o, həmin meyitin qardaşım Zərərçəkmiş şəxs5 məxsus olduğunu düşünmüş, lakin, sonradan kənd sakinləri həmin meyitin Qələndar Aləşrəfova məxsus olduğunu gğrmüş, təxminən 2-3 dəqiqə sonra isə kənd sakinlərinin qaçdığını yəni həmin ərazidən uzaqlaşdığını görüb o, da avtomobilinə oturmuş, avtomobili işə salıb hərəkət etməyə başlayan zaman qarşında avtomobildən təxminən 6-7 metr məsafədə dayanan Təqsirləndirilən şəxs görmüş. O, Mustafanı görən kimi əlindəki tüfəngi avtomobilinə doğru tuşlamış, o, isə özünü müdafiə etmək üçün avtomobili Mustafanın üstünə sürmüş, həmin vaxt Mustafa avtomobilə doğru atəş açmış, daha sonra isə Mustafa avtomobilin qarşısından qaçmaq istəmiş, lakin, o, Mustafanı vurmuş və o, yolun kənarına yıxılmış, daha sonra isə avtomobilimdən düşərək tüfəngi Mustafadan almaq istəmiş, həmin vaxt kənd sakinləri qışqıraraq bildirmişlər ki, “Usuf tüfəngi Mustafanın əlindən alıb sındırdı”. O, isə avtomobilə əyləşib qardaşı Cəmilin vəziyyətini öyrənmək üçün Ağdaş RMX-na gəlmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlayır və məhkəmədən ona yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə saat 19 radələrində Kamil adlı həmkəndlisinin oğlu Kənanın toy məclisində iştirak etmək üçün Kamilin yaşadığı evin həyətində təşkil edilən toy məclisinə getmiş, toy məclisində təxminən 80-90 nəfər iştirak etmiş, toy məclisinə getdikdən sonra əmiləri Cəmil, Mehman, həmkəndliləri Daşqın, Rafiq və digər çox saylı kənd sakinləri ilə süfrə arxasına əyləşib spirtli içki qəbul edərək yeyib içməyə başlamış, saat təxminən 22 radələrində o, toy məclisindən çıxaraq evinə getməyə başlamış, həmin vaxt Kamilin evinin həyətyanı sahəsindən çıxıb təxminən 150 metr getdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli VAZ-2107 markalı avtomobili onun üstünə sürdü. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil onun arxadan ayaqlarına yüngül toxunub dayanmış, həmin vaxt onun yanında əmisi Cəmil, həmkəndlilərim Daşqın, Rafiq olmuş, o, avtomobilin ona toxunmasından qorxub arxaya çönərək “kimsən sən, belimizə çıxacaqsan, öldürəcəksən bizi?” kimi sözlər demiş, həmin vaxt isə Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasında olduğunu görmüş, həmçinin, həmin vaxt Təqsirləndirilən şəxs oğlu Tehranda onun yanında olmuş, Təqsirləndirilən şəxs həmin vaxt avtomobilindən düşüb “mən kimi öldürdüm” deyərək qışqırmağa başlamış və yerə yıxılmışdır. Tehranda öz növbəsində avtomobildən düşərək bildirmiş ki, “atam keflidi, köməklik eliyin onu avtomobilə otuzduraq” . Mən və əmisi Cəmil Təqsirləndirilən şəxs yerdən qalxmasına kömək etmiş, lakin, o, hədsiz dərəcədə spirtli içki qəbul etdiyindən özünü ayaq üstə saxlaya bilməmişdir. Daha sonra isə mən, əmisi Cəmil, həmkəndlilərim Daşqın, Akif, Rafiq Tehranla sağollaşıb yollarına davam etmiş, o həmin vaxt evlərinə yox əmisi Cəmilin yaşadığı evə getmiş, əmisi Cəmillə birlikdə bir neçə dəqiqə sonra onun həyətyanı sahəsində söhbət edib çay içmək istəmiş, həmin vaxt kənd sakinlərindən eşitmiş ki, Təqsirləndirilən şəxs tüfəngi ilə kəndin içərisində insanlara atəş açır. O, xəbəri eşitdikdən sonra dərhal yaşadığı evə getmiş, onun evi əmisi Cəmilin yaşadığı evdən təxminən 1 km aralıda yerləşir. O, yaşadığı evə getdikdən sonra çox saylı qonşuların yaşadığı evə yığışdığını görmüş, evə gəldikdən sonra isə arvadı Zərərçəkmiş şəxs1 qorxmuş vəziyyətdə görmüş, nə baş verdiyini ondan soruşduqda sonuncu bildirmiş ki, Təqsirləndirilən şəxs təxminən 20 dəqiqə əvvəl əlində tüfənglə yaşadığı evin həyətinə gəlmiş, daha sonra o, çağıraraq çölə çıxmağını bildirmiş, Zərərçəkmiş şəxs1 Mustafaya onun evdə olmadığını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs havaya atəş açıb evin eyvanına çıxmış, arvadı Zərərçəkmiş şəxs1 evdə yatan övladlarımızdan narahat olduğu üçün eyvana çıxmış, həmin vaxt Mustafa Təhminəyə bildirmiş ki, “bacı qızı qardaşım Qələndarı öldürmüşəm, Cəmilə də atmışam, sənidə öldürərəm, çağır Dönməzi gəlsin, 2 dənə gülləm qalıb, birini Dönməzə vuracam birinidə özümə”, daha sonra onlar evin həyətinə düşmüş, həmin vaxt Mustafa arvadı Təhminəyə onu çağırmasını bildirmiş, Təhminə isə ona evdə olmadığını ola bilsin ki, qonşuya getdiyini bildirib Mustafa ilə birlikdə həyətyanı sahədən çölə çıxmış, Təhminə həmin vaxt onu axtarmaq adı ilə qonşuya getmək istəmiş, lakin, Mustafa yenə havaya atəş açaraq Təhiməyə geri qayıtmağını bildirmiş, həmin vaxt Təhminə yaşadığı evin həyətyanı sahəsinin giriş qapısının yanına qayıtmış və cəld şəkildə həyətə daxil olaraq qapını arxadan bağlamış, Təqsirləndirilən şəxs isə çöldə qaldığı üçün qapını döyməyə başlamış, bir neçə dəqiqə sonra isə arvadı Təhminə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs dostu Səxavət adlı şəxsi köməyə çağırmışdır. Səxavət adlı qonşu isə çölə çıxıb Təqsirləndirilən şəxsla bir neçə dəqiqə söhbət edib onu sakitləşdirmiş, daha sonra isə Təqsirləndirilən şəxs oradan ayrılmışdır. Bildiyinə görə isə onun yaşadığı evdən ayrıldıqdan sonra Süleyman adlı kənd sakini Təqsirləndirilən şəxs dayandırmaq üçün onu avtomobillə vuraraq yerə yıxmış və yalnız bundan sonra Mustafanın əlindən tüfəngi almaq mümkün olmuşdur. Daha sonra ona məlum olmuş ki, Təqsirləndirilən şəxs həmin gün yaşadığı evdən götürdüyü tüfənglə qardaşı Qələndar Aləşrəfova atəş açaraq sonuncunu kənddə yerləşən Məhəmməd adlı şəxsə məxsus mağazanın yaxınlığında öldürmüş, daha sonra isə həmin yerdə bir daha atəş açaraq həmkəndlisi Cəmili boğazından yaralamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlayır və məhkəmədən ona yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə yaşadığı Abad kəndində saat 19 radələrində Kamil adlı həmkəndlisinin oğlunun toy məclisində iştirak etmək üçün xüsusi etibarnamə əsasında idarə etdiyi ağ rəngli VAZ-21011 markalı **-BB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilimə əyləşib sinif yoldaşı və dostu Zərərçəkmiş şəxs5 ilə birlikdə Kamilin həyətində təşkil edilən toy məclisinə getmiş, Kamillə onun evinin arasındakı məsafə 2 km-dir. Toy məclisində təxminən 60-70 nəfər iştirak etmiş, toy məclisinə gəldikdən sonra isə o, süfrə arxasında dostları Zərərçəkmiş şəxs5, Əbülfət Məmmədovla birlikdə spirtli içki qəbul edib yeyib içdikdən sonra saat 22 radələrində qeyd edilən sinif yoldaşları ilə birgə toydan çıxaraq evə getməyə qərar vermiş, süfrə arxasında olarkən isə 3 nəfərə təxminən 1 litr həcmində spirtli içki qəbul etmiş, həmin vaxt onunla olan digər həmkəndliləri və sinif yoldaşları İlqar İbrahimov və İkram Məmmədov spirtli içki qəbul etməmişdilər. Toy məclisindən çıxdıqdan sonra isə o, və adları çəkilən sinif yoldaşları, həmçinin, toyda iştirak edən digər kənd sakini Dadaş adlı şəxslə birlikdə avtomobilimə əyləşib yola düşmüş, həmin vaxt o, avtomobili idarə etmiş, İkram, Əbülfət, İlqar, Cəmil avtomobilin arxa oturacağında, Dadaş isə avtomobilin ön sərnişin hissəsində əyləşmişdir.Təxminən 2 km getdikdən sonra onlar Məhəmməd adlı həmkəndlimizin mağazasına çatan zaman Dadaş ona avtomobili saxlamağını və mağazadan siqaret alacağını bildirmiş, o avtomobili saxladıqdan sonra isə Dadaş avtomobildən düşüb mağazaya doğru getmək istəyərkən o, avtomobilin pəncərəsindən çöldə dayanan həmkəndlisi Təqsirləndirilən şəxs görmüş, həmçinin, həmin vaxt Zərərçəkmiş şəxs5 avtomobildən düşüb avtomoblin ön sərnişin hissəsində əyləşmək istəyirmiş, Mustafa Ələşrəfov ona bildirmiş ki, “sən kimsən”. O, isə cavabında Mustafa Ələşrəfova bildirmiş ki, “mənəm də Feruz ay Mustafa”. Həmin vaxt qaranlıq olsa da Mustafanın əlində tüfəng olduğunu görmüş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 avtomobildən düşdüyünü gördükdən 2-3 saniyə sonra isə Mustafa tüfəngi Zərərçəkmiş şəxs5 doğru tuşlamış, o, Mustafanın atəş açacağını başa düşüb avtomobildə aşağıya doğru əyilmiş və Təqsirləndirilən şəxs istiqamətindən Zərərçəkmiş şəxs5 doğru atəş açılmış, Zərərçəkmiş şəxs5 avtomobildən düşüb avtomobilin yanında dayandığı üçün tüfəngin patronundan ətrafı yayılan qırmalardan bir neçəsi ona məxsus avtomobilə dəymiş, o, bir neçə saniyə sonra isə başını qaldırıb ətrafa baxmış, həmin vaxt avtomobiln yanında çöldə dayanan Zərərçəkmiş şəxs5 boğaz nahiyəsindən qan gəldiyini görmüş, Təqsirləndirilən şəxs tüfəngdən açdığı atəş Zərərçəkmiş şəxs5 dəymişdir. Avtomobildə olan digər sinif yoldaşlarım atəş açılan zaman avtomobildə əyləşsələrdə çölə çıxıb Zərərçəkmiş şəxs5 avtomobilə əyləşdirdilər. Dadaş adlı şəxs çöldə olduğu üçün o, hadisə yerindən dərhal qaçaraq uzaqlaşmışdır. O, da öz növbəmdə avtomobili sürərək həmin yerdən uzaqlaşmış, Təqsirləndirilən şəxs isə atəş açdıqdan sonra isə kənd mağazasına doğru getmiş, o və digər adıçəkilən sinif yoldaşları Cəmilin boğaz nahiyəsindən yaralandığını gördükdən sonra Zərərçəkmiş şəxs5 avtomobilə əyləşdirib Ağdaş RMX-na aparmış, Ağdaş RMX-da Zərərçəkmiş şəxs5 ilkin tibbi yardım göstərildikdən sonra o, Mingəçevir ŞMX-na təxliyə olunmuşdur. Hadisədən sonra ona məlum olmuş ki, Təqsirləndirilən şəxs həmin yerdə yaxınlıqda özünə məxsus tüfənglə atəş açaraq qardaşı Qələndar Aləşrəfovu atəş açaraq öldürmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlayır və məhkəmədən ona yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı Abad kəndində yerləşən kənd mağazasında olarkən mağazaya kənd sakini Şahid1 gəlmiş, Şahid1 mağazaya daxil olduqdan sonra evdən verilən ərzaq siyahısını avtomobildə unutduğunu bildirib yenidən idarə etdiyi VAZ-2107 markalı avtomobilə qayıtmış, həmin vaxt mağazada kənd sakinləri İsmayıl Əzizov, Ümid Cahangirli, Rövşən Əmiraslanovda olmuş, Ümid Cahangirli həmin vaxt mağazanın giriş qapısında dayanmışdır. Digər kənd sakinləri Rövşən və İsmayıl isə mağazanın içərisində olmuş, həmin vaxt mağazanın təxminən 5-10 metr kənarda Təqsirləndirilən şəxs danışıq səsini eşitmiş, həmin vaxt İsmayıl Əzizovda çölə çıxmış, o, həmin vaxt Şahid1 mağazaya geri qayıtmadığını görüb o, da mağazadan çölə çıxmış, mağazada çölə çıxan zaman Şahid1 avtomobili istiqamətində atəş açılmış, çölə çıxdıqdan sonra Şahid1 avtomobilinin yanında Təqsirləndirilən şəxs əlində tüfəng olduğunu və qardaşı Qələndar Aləşrəfovun isə yerdə uzanılmış vəziyyətdə olduğunu görmüş, həmin vaxt o,qorxduğu üçün oradan qaçaraq uzaqlaşmağa başlamış, Ümid Cahangirli, İsmayıl Əzizov və Rövşən Əmiraslanov isə onun mağazasına daxil olaraq qapını arxadan örtüb orada gizlənmişlər.Təqsirləndirilən şəxs isə bir neçə saniyə sonra Zərərçəkmiş şəxs3 adlı şəxsin kənd yolu ilə hərəkət edən VAZ-21011 markalı avtomobilinə doğru atəş aşmış, belə ki, o, qaçaraq mağazamdan 20 metr kənarda qaranlıqda dayanıb Təqsirləndirilən şəxs baxmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 avtomobilinə doğru atəş açdıqdan sonra isə onun mağazasının istiqamətində gəlib tüfənglə mağazanı nişan almış, lakin, həmin vaxt Mustafa atəş açmıyıb yaşadığı ev istiqamətində doğru getməyə başlamış, həmin vaxt Mustafanın hərəkətlərindən onun sərxoş olduğu görünürmüş, Təqsirləndirilən şəxs mağazanın yanından ayrıldıqdan sonra o, mağazaya qayıdıb orada gizlənən Ümid, Rövşən və İsmayılla birgə mağazaya quraşdırılmış təhlükəsizlik kameralarında qeydə alınmış video görüntülərə baxmış, video görüntülərə baxdıqdan sonra həmin vaxt Qələndar Aləşrəfovun qaçaraq Şahid1 avtomobilində əlində tüfənglə əyləşən Mustafanın əlindən tüfəngi almaq istəyərkən Mustafanın atəş açaraq qardaşı Qələndar Aləşrəfovu öldürdüyünü, bir neçə saniyə sonra isə Mustafanın tüfəngə 2-ci patronu dolduraraq oraya avtomobillə yaxınlaşan Feruz adlı kənd sakinin avtomobilinə doğru 2-ci atəşi açdığını görmüş, daha sonra ona olmuş ki, Feruz adlı kənd sakinin avtomobilində olan digər kənd sakini Zərərçəkmiş şəxs5 Mustafanın açdığı atəş nəticəsində boğaz nahiyəsindən yaralanmışdır. Hadisədən sonra isə ona məlum olmuş ki, Təqsirləndirilən şəxs kənd sakinin Kamilin həyətində təşkil edilən sonuncunun oğlu Kənanın toy məclisindən sərxoş vəziyyətdə çıxaraq kənd sakini Zərərçəkmiş şəxs2la mübahisə etmiş, daha sonra isə yaşadığı evdən özünə məxsus tüfəng və patronları götürərək kənd mağazasının yaxınlığına gələrək Şahid1 idarə etdiyi VAZ-2107 markalı avtomobilə əyləşib Zərərçəkmiş şəxs2 yaşadığı evə sürməyini bildirmiş, həmin vaxt Qələndar Aləşrəfov isə qardaşı Mustafanın arxası ilə gələrək tüfəngi Mustafanın əlindən almaq istəmiş, Mustafa həmin vaxt atəş açaraq qardaşı Qələndarı öldürmüş, bir neçə saniyə sonra kənd yolu ilə hərəkət edən Zərərçəkmiş şəxs3 avtomobilinə atəş açmış, nəticədə avtomobildə olan Zərərçəkmiş şəxs5 yaralanmış, bundan sonra Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs2 evinə getmiş orada 2-3 dəfə havaya atəş açaraq bacısı qızı Zərərçəkmiş şəxs1 Dönməzin harada olduğunu soruşmuş, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs onun kənddə yerləşən mağazasına doğru geri qayıtmış, mağazanın yaxınlığında isə o, VAZ-21011 markalı avtomobili ilə hərəkətdə olan Zərərçəkmiş şəxs4 avtomobilinə doğru atəş açmış, Zərərçəkmiş şəxs4 isə avtomobili onun üzərinə sürərək Təqsirləndirilən şəxs dayandırmışdır. Onun Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə yaşadığı Abad kəndində saat təxminən 22 radələrində Kamil adlı həmkəndlisi oğlunun toy məclisində iştirak edən atası Təqsirləndirilən şəxs gətirmək üçün həmkənlisi Kamilin həyətinə getmiş, həmin vaxt atası Təqsirləndirilən şəxs toydan çıxdığını görüb ona idarə etdiyi ağ rəngli VAZ-2107 markalı **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşməsini bildirmiş, lakin, atası Mustafa onunla mübahisə edib avtomobili özü idarə edəcəyini bildirmiş, həmin vaxt atası Təqsirləndirilən şəxs hədsiz dərəcədə sərxoş olmuş, o, atası Mustafanın əsəbləşdiyini görüb onun avtomobili idarə etməsinə etiraz etməmiş, atası Təqsirləndirilən şəxs avtomobilə əyləşdikdən sonra dostu Kərəmdə avtomobilin ön sərnişin hissəsinə əyləşib onunla birgə evə doğru getməyə başlamışlar. O, isə toy məclisi keçirilən evin giriş qapısında dayanıb atası Mustafanın idarə etdiyi avtomobilə baxırmış, təxminən 100 metr aralandıqdan sonra o, atası Mustafanın avtomobilinin dayandığını görüb dərhal oraya getmiş, avtomobilin yanına çatdıqdan sonra isə o, atası Mustafa ilə qohumları Zərərçəkmiş şəxs2la mübahisə etdiyini görmüş, belə ki, həmin vaxt Zərərçəkmiş şəxs2 atası Tehrana bildirmiş ki, “maşını üstümüzə niyə sürürsən”. Atası Mustafa isə cavabında bildirmiş ki, “görürsənki maşını saxladım sənin üstüvə sürmədim”. Həmin vaxt orada qaranlıqdan üzlərini görmədiyi 2-3 nəfər kənd sakini olmuş, bir neçə dəqiqə sonra isə atası Mustafa yerdən daş götürüb başına çırpmağa başlamış, həmçinin, atası əlavə olaraq Dönməzə bildirmiş ki, "gözlə burda gəlirəm, harda olsan sənə atacam”. Daha sonra isə Zərərçəkmiş şəxs2 atası Mustafanın sərxoş olduğunu görüb kənd sakinləri ilə birgə yoluna davam etmiş, o, atasının əlindən daşı alıb onu avtomobilə əyləşdirməyə çalışsa da bu mümkün olmamış, atası Mustafa evə piyada gedəcəyini bildirib kənd yolu ilə getməyə başlamış, o,piyada atası Təqsirləndirilən şəxs arxası ilə getmiş, yaşadığı evin yaxınlığına çatanda atası yerə yıxılmışdır. O, atası Mustafaya yaxınlaşıb onu yerdən qaldırmaq istəyərkən Mustafa buna imkan verməmiş, daha sonra isə oraya əmisi Qələndar Aləşrəfov idarə etdiyi VAZ-2107 markalı avtomobillə gəlmiş, o, və əmisi Qələndar Aləşrəfovla birgə atası Təqsirləndirilən şəxs yerdən qaldıraraq avtomobilə əyləşdirib onu yaşadığı evə aparmaq istəmiş,lakin, atası Təqsirləndirilən şəxs yerdən yenə daş götürüb başına vurmağa başlamış, əmisi Qələndar həmin daşı Mustafanın əlindən alıb yerə atmış, daha sonra onlar çətinliklədə olsa da, atası Mustafanı avtomobilə əyləşdirib yaşadığı evə aparmış, atası Mustafanı evə apardıqdan sonra o və əmisi Qələndarla birgə atası yaşadığı evin mətbəx otağının yanındakı otağa yerləşdirib həmin otağın qapısını bağlamış, lakin, mətbəxdən həmin otağa açılan digər qapını bağlamağı unutmuş, daha sonra o və əmisi Qələndar həyətdə oturaraq söhbət eləməyə başlamış, anası Adilədə onların yanlarında olmuş, həmin vaxt onlar düşünmüş ki, atası Mustafa evdə yatmışdır. Daha sonra o, idarə etdiyi avtomobilə əyləşib atasının itirdiyi şəxsiyyət vəsiqəsini və pullarını axtarmaq məqsədi ilə evdən yola düşmək istəyərkən əmisi Qələndar atası Mustafanın qonşu Fəridənin həyəti ilə evdən qaçdığını, özü ilə evdən tüfəng patronlar götürdüyünü bildirib onun arxası isə kənd mağazasına doğru qaçmışdır. O, isə avtomobili evin qarajına daxil etdikdən sonra əmisi Qələndarın arxası ilə Məhəmməd adlı şəxsin kənddə yerləşən mağazasına doğru getməyə başlamış, həmin yerə təxminən 60-70 metr qalmış o təxminən 2 dəfə tüfəng atəşinə oxşar səslər eşitmiş, bir neçə dəqiqə sonra isə atası Təqsirləndirilən şəxs qaranlıqda əlində özünə məxsus “Toz”-16 markalı ov tüfəngi ilə ona doğru gəldiyini görmüş, həmin vaxt atası Təqsirləndirilən şəxs ona bildirmiş ki, “əmivi qolundan vurmuşam, get gör necədi yerdə uzanıb”. Həmin sözləri dedikdən sonra isə atası Mustafa yenidən kənd yolu ilə yoluna davam etmişdir. Lakin, atası Mustafanın konkret olaraq hara getdiyini bilməmiş, çünki hava qaranlıq olmuşdur. Lakin, o, atası Mustafanın bu sözlərindən sonra kənd mağazasının yaxınlığına getmiş, oraya çatdıqdan sonra əmisi Qələndar Aləşrəfovu yerdə uzanılmış vəziyyətdə olduğunu görmüş, onun paltarları həmin vaxt qan içində olmuş və ondan xırıltılı səslər gəlmişdir. Ətrafdakı insanları qışqıraraq köməyə çağırsa da, heç kim ona köməyə gəlməmişdir. Bir neçə dəqiqə sonra isə Qələndar Aləşfərov ölmüşdür. Belə ki, o artıq nəfəs almır və heç bir hərəkət etmirdi. Daha sonra isə o, hədsiz dərəcədə qorxduğu üçün özündən gedərək əsməyə başlamış, belə ki, baş vermiş hadisədən hədsiz dərəcədə qorxmuşdur. Sonradan kənd sakinləri onun üzərinə su vuraraq onu ayıltmışlar. Sonradan ona məlum olmuş ki, atası Təqsirləndirilən şəxs həmin gün kənd ərazisində ilk növbədə özünə məxsus “Toz-16 markalı ilə kənd mağazasının yaxınlığında əmisi Təqsirləndirilən şəxs atəş açaraq onu öldürmüş, daha sonra həmin yolla hərəkət edən Zərərçəkmiş şəxs3 hərəkətdə olan avtomobilinə atəş açaraq avtomobildə olan kənd sakini Zərərçəkmiş şəxs5 atəş açaraq onu boğaz nahiyəsindən yaralamış, bundan sonra Zərərçəkmiş şəxs2 evin gedərək sonuncunun arvadı Zərərçəkmiş şəxs1m qorxudaraq 2-3 dəfə havaya atəş açaraq Zərərçəkmiş şəxs2 yerini öyrənmək istəmiş, daha sonra yenidən kənd mağazasına doğru qayıdaraq kənd sakini Zərərçəkmiş şəxs4 idarə etdiyi VAZ- 2101 markalı avtomobilə atəş açmış, sonunda Zərərçəkmiş şəxs4 onu avtomobillə vuraraq yerə yıxmış, kənd sakinləri isə tüfəngi atasının əlindən almışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə yaşadığı Abad kəndində saat 22 radələrində idarə etdiyi atası Cəlil Cəlilova məxsus qəhvəyi rəngli VAZ-2107 markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yaşadığı evdən çıxaraq ərzaq almaq məqsədi ilə Məhəmməd adlı kənd sakininə məxsus mağazaya getmiş, kənd mağazası ilə yaşadığı evin arasındakı məsafə təxminən 3 km-dir. O, Məhəmməd adlı kənd sakininin mağazasına çatdıqdan sonra avtomobildən düşüb mağazaya daxil olmuş, mağazaya daxil olduqdan sonra isə evdən verilən ərzaq siyahısını avtomobildə unutduğunu görüb avtomobilinə geri qayıtmış, mağazadan çıxdıqdan sonra isə Məhəmmədə avtomobildə olan siyahını götürüb yenidən qayıdacağını bildirmiş, həmin vaxt avtomobilinin yaxınlığında qaranlıqda kənd sakini Təqsirləndirilən şəxs əlində tüfənglə ona “nə deyirsən?” dediyini görmüşdür. O, isə cavabında Musafa Aləşrəfova bildirmişdir ki, “sənnən deyiləm ay Mustafa dayı, Məhəmmədə deyirəm ki, siyahını götürüb gəlirəm”. Daha sonra Mustafa ona bildirmiş ki, “kimsən?” o isə Cəlilin oğlu Adil olduğunu bildirmiş, Təqsirləndirilən şəxs ona yaxınlaşıb bildirmiş ki, “Bağışla tanımadım”. Bundan sonra isə Təqsirləndirilən şəxs əlindəki tüfənglə birlikdə onun avtomobilinin ön sərnişin qapısını açıb avtomobilə əyləşmiş, avtomobilə əyləşdikdən sonra isə Mustafa ona bildirmiş ki, “otur, sür gedək”. O, isə avtomobilinin sürücü hissəsindən pəncərədən Təqsirləndirilən şəxs bildirmişdir ki, “Mustafa dayı bağışla sürə bilmərəm”. Həmin vaxt Təqsirləndirilən şəxs əlini şalvarının cibinə ataraq ona 1 manat məbləğində pul təklif etmək istəmiş, Təqsirləndirilən şəxs ciblərini axtaran zaman qaranlıqdan Təqsirləndirilən şəxs yaşadığı küçədən avtomobilə doğru kiminsə gəldiyini görüb avtomobilin yanından qaçaraq kənd mağazasına doğru getmiş, avtomobildən təxminən 20 metr kənarlaşdıqdan sonra isə avtomobilinin yanında atəş açıldığını eşitmiş, kənd mağazasınıda keçib təxminən 200 metr qaçdıqdan sonra kənd yolunun kənarında dayanmış, həmin vaxt mağazaya doğru baxmağa başlamış, Təqsirləndirilən şəxs əlində tüfənglə yaşadıqları küçədən kənd yoluna doğru gələn avtomobilə atəş açmış, həmin avtomobil isə bir neçə saniyə dayanıb sonradan hərəkət etməyə başlamış və oradan uzaqlaşmıdır. Daha sonra isə Təqsirləndirilən şəxs əlində tüfənglə kənd mağazasına doğru gəlib mağazanın pəncərəsindən içəri baxmış, bir neçə saniyə sonra isə öz yaşadığı küçəyə doğru getmiş, o, 3-4 dəqiqə gözlədikdən sonra yenidən avtomobilinin yanına qayıtmışdır. Avtomobilin yanına qayıtdıqdan sonra avtomobilimin yanında yerdə qaranlıq olduğu üçün kimliyini görə bilmədiyi şəxsin meyitini və meyitdən bir neçə metr aralıda isə Təqsirləndirilən şəxs oğlu Tehran dayandığını görmüş, Tehran həmin vaxt ağlayaraq “ata sən neynədin” sözlərini demişdir. O, baş vermiş hadisələrdən qorxduğu üçün həmin vaxt idarə etdiyi avtomobilə əyləşib yaşadığı evə geri qayıtmışdır. Evə gəldikdən 1-2 saat sonra ona məlum olmuş ki, həmkəndlisi Təqsirləndirilən şəxs digər həmkəndlisi qardaşı X6 özünə məxsus tüfəngdən atəş açaraq onun avtomobilinin yaxınlığında öldürmüş, daha sonra isə kənd sakini Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobilə atəş açmış, həmin vaxt avtomobildə olan kənd sakini Zərərçəkmiş şəxs5 isə yaralanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 Əbubəkir oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə saat 19 radələrində Kamil adlı həmkəndlilərinin oğlu Kənanın toy məclisində iştirak etmək üçün Kamilin yaşadığı evin həyətində təşkil edilən toy məclisinə getmiş, saat təxminən 22 radələrində toy məclisindən çıxdıqdan sonra Məhəmməd adlı kənd sakininin mağazasının yaxınlığında Təqsirləndirilən şəxs qardaşı Qələndar Aləşrərəfovu tüfənglə atəş açaraq öldürdüyünü eşidib oraya getmiş, kənd mağazasının yaxınlığına çatdıqdan sonra isə o, çox saylı kənd sakinlərini Qələndar Aləşrəfovun yerdə uzadılmış meyitinin yanına toplaşdığını görmüş, bir neçə dəqiqə sonra isə Təqsirləndirilən şəxs yenidən həmin kənd mağazasında doğru gəldiyini görüb sakinlər gizlənməyə başlamış, həmin vaxt Zərərçəkmiş şəxs4 idarə etdiyi VAZ-21011 markalı avtomobillə Təqsirləndirilən şəxs gəldiyi istiqamətdə hərəkət edirmiş, Təqsirləndirilən şəxs isə Süleyman Qulueyvin avtomobilini görüb tüfəngi həmin avtomobilə doğru tuşlayıb atəş açmış, lakin, patronun qırmaları avtomobilin ön hissəsinə dəymiş, daha sonra Zərərçəkmiş şəxs4 avtomobili Təqsirləndirilən şəxs üzərinə sürərək onu vurmuş, Təqsirləndirilən şəxs isə yoluna kənarına yıxılmış, o, həmin vaxt yaxınlıqda olduğu üçün Mustafanın yanına gedərək tüfəngi onun əlindən alıb, daha sonra tüfəngi yerə vurmuş, bir neçə dəqiqə sonra isə hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Daha sonra isə kənd sakinlərindən eşitmişki, Qələndar Aləşrəfov toy məclisindən çıxdıqdan sonra kənd sakini Zərərçəkmiş şəxs2la mübahisə etmiş, mübahisədən sonra Təqsirləndirilən şəxs yaşadığı evdən özünə məxsus tüfəngi və patronları götürərək kənd mağazasının yaxınlığına gəlmiş, daha sonra orada Şahid1 avtomobilinə əyləşərək Dönməzin yaşadığı evə sürməyini istəmiş, lakin, sonradan oraya gələn qardaşı Qələndar Aləşrəfov tüfəngi onun əlindən almaq istəyərkən Mustafa qardaşı Qələndara atəş açaraq sonuncunu öldürmüş, daha sonra isə o, kənd sakini Cəmil Quliyevə atəş açaraq onu yaralamış, daha sonra isə Təqsirləndirilən şəxs kənddə yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evə getmiş, orada bacısı qızı və Dönməzin arvadı Təhminəni qorxudaraq 2-3 dəfə havaya atəş açıb onu qorxudub Dönməzin yerini soruşmuş, Dönməzi tapa bilmədiyi üçün geri qayıdarkən isə kənd yolu ilə hərəkət edən Zərərçəkmiş şəxs4 atəş açmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı evin həyətində olarkən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı ev istiqamətində səs-küy gəldiyini eşidib çölə çıxmış, Zərərçəkmiş şəxs2 yaşadığı evlə onun evi arasındakı məsafə təxminən 50-60 metrdir. Kənd yoluna çıxdıqdan sonra o, Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətyanı sahəsinin giriş darvazasının yaxınlığında Təqsirləndirilən şəxs əlində tüfənglə Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 ilə mübahisə etdiyini görmüşdür. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs bacısı qızıdır. Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs1 “Dönməzin yerini de, bacı qızı, onu öldürəcəm, əgər o gəlməsə səni öldürəcəm”. Bir neçə saniyə sonra isə Mustafa tüfəngdən atəş açmış, qaranlıq olduğu üçün o, Mustafanın haraya atəş açdığını görməmiş, lakin, Mustafanın açdığı atəşin qığılcamlarını görmüş, belə ki, Mustafa havaya deyil tüfənglə aşağıya doğru atəş açmış, o, həmin vaxt Təqsirləndirilən şəxs yanına yaxınlaşmış, Mustafa onu görən kimi dedi ki, “sən kimsən?”. O, da Mustafaya cavabında bildirmiş ki, “mənəm Səxavət”. Mustafa isə həmin vaxt bildirmiş ki, “hə sən mənim dostumsan, amma çox əsəbiyəm, qardaşım Qələndarı öldürmüşəm, Dönməzidə tapıb ona atacam, sonrada özümü öldürəcəm”. Həmin vaxt Mustafanın hərəkətlərindən onun sərxoş olduğu hiss olunurmuş, hansı səbəbdən Dönməzi öldürmək istədiyini soruşduqda sonuncu bildirmiş ki, “Dönməz mənə söyüş söyüb, onu öldürəcəm”. O, Mustafa ilə söhbət edərkən Zərərçəkmiş şəxs1 artıq yaşadığı evinin həyətinə girib qapını arxadan bağlamış, o, isə Mustafaya bildirmiş ki, “get arvadınla halallaş, sənin üstündə çox əziyyəti var”. O, da onunla razılaşıb yenidən evinə doğru daha dəqiq desək kənd mağazasına doğru getməyə başlamış, o, küçənin əvvəlində olan körpüyə qədər Mustafa ilə söhbət edib onu fikrindən daşındırmaq istəsə də, o tüfəngi mənə tuşlayıb yaxınlaşma deyirmiş, lakin, söhbət zamanı Mustafa qardaşı Qələndarı öldürdüyünə peşman olduğunu bildirmişdir. O, körpüyə qədər onunla 3-4 metr ara məsafəsi saxlayıb getdikdən sonra körpüdə Mustafaya kənd sakini Tarzan Mustafaya yaxınlaşmış, Mustafa həmin vaxt Tarzana bildirmiş ki, “sən kimsən” . Tarzan isə kim olduğunu Mustafaya dedikdən sonra onlar birlikdə söhbət edib kənd yolu ilə getməyə başlamış, o isə körpüyə qədər Mustafa ilə getdikdən sonra yaşadığı evə geri qayıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə yaşadığı Abad kəndində saat təxminən 22-23 radələrində o, kənd yolu ilə yaşadığı evə gedirmiş, yaşadığı evin yaxınlığında körpüyə çatdıqda o, kənd sakini Təqsirləndirilən şəxs əlində tüfəng kənd sakini Şahid3la körpüdə söhbət etdiyini görmüş, onlara yaxınlaşan zaman Təqsirləndirilən şəxs ona bildirmiş ki, “sən kimsən”. O isə X11 olduğunu bildirmiş, Mustafanın hərəkətlərindən onun sərxoş olduğu açıq görünmüşdür. Həmin vaxt Şahid3 körpünün yanından geri qayıtmışdır. O, isə Mustafaya sakitləşməsini, onu evə aparacağını bildirmiş, Mustafa isə “Dönməzi öldürəcəyini, daha sonra isə özünü ölürəcəyini bildirirdi”. Daha sonra mən Mustafa ilə birlikdə kənd kənddə yerləşən mağazaya doğru getməyə başladıq. Mustafa ilə onun arasında 4-5 metr məsafə olmuş, o, kanal qırağı ilə onunla birlikdə hərəkət edib söhbət etmiş, söhbət edərkən Mustafa ona bildirmiş ki, “qardaşım Qələndarı öldürmüşəm, lakin, çox peşmanam, ona görə də özümü də öldürəcəm”. Təxminən 400-500 metr getdikdən sonra Məhəmməd Rəhimovun kənd mağazasının yaxınlığına çatan zaman o, Mustafanın yaxınlıqda yerləşən evinə gedəcəyini düşünüb onunla sağollaşıb evinə doğru geri qayıtmış, yolda olarkən o, X12 mağazasının yaxınlığında atəş açdığını görmüş, məsafə uzaq olsa da həmin istiqamətdən alov qığılcımları aydın görünmüş, daha sonra o, evinə getmiş, bir neçə dəqiqə sonra kənd ərazisinə polis və prokurorluq əməkdaşları gəlmişlər Məhkəmə istintaqı zamanı Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində şahid göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı Abad kəndində yerləşən Şahid6 məxsus kənd mağazasına getmiş, həmin vaxt mağazaya kənd sakini Şahid1 gəlmiş, Şahid1 mağazaya daxil olduqdan sonra evdən verilən ərzaq siyahısını avtomobilində unutduğunu bildirib yenidən idarə etdiyi VAZ-2107 markalı avtomobilə qayıtmış, həmin vaxt mağazada mağazanın sahibi Şahid6da başqa irada kənd sakinləri, Rövşən Əmiraslanov İsmayıl Əsədovda olmuş, o, isə həmin vaxt çöldə mağazanın giriş qapısında dayanmış, İsmayıl Əsədovda mağazanın içərisində bir neçə dəqiqə dostu Məhəmmədlə söhbət edib siqaret çəkmək üçün çölə çıxmış, həmin vaxt kənd sakini Təqsirləndirilən şəxs əlində tüfənglə Şahid1 avtomobilinə yaxınlaşıb tüfənglə birlikdə avtomobilə əyləşmiş, daha sonra Mustafa Şahid1la bilmədiyi məzmunda söhbət etməyə başlamış, Şahid1 həmin vaxt çöldə dayanmış və avtomobilin sürücü istiqamətində pəncərədən avtomobilə əyləşmiş Təqsirləndirilən şəxsla söhbət etmişdir. O,həmin vaxt Şahid1 idarə etdiyi VAZ-2107 markalı avtomobilindən təxminən 6-7 metr aralıda Məhəmməd adlı şəxsin mağazasının qarşısında dayanmışdır. Təxminən 1-2 dəqiqə sonra isə kənd sakini Qələndar Aləşrəfov küçədən çıxaraq cəld şəkildə avtomobilə doğru hərəkət edib qeyd edilən avtomobilin qapısını açmaq istəyərkən, Təqsirləndirilən şəxs avtomobildən düşüb əlindəki tüfəngi qardaşı Qələndar Aləşrəfovun sinə nahiyəsinə dayayıb ona atəş açmış, Qələndar Aləşrəfov atəş açıldıqdan sonra bildirmiş ki, “ay Allah öldüm”. Təqsirləndirilən şəxs isə cavabında nalayiq ifadə işlədib əlavə olaraq bildirmiş ki, “öldürməyə atmışamda”. Həmçinin, Təqsirləndirilən şəxs hərəkətlərindən və danışığından sonuncunun hədsiz dərəcədə sərxoş olduğu görünürdü. Təqsirləndirilən şəxs atəş açdıqdan sonra isə o, və ondan arxada dayanan İsmayıl Əzizov, mağazada olan Rövşən Əmiraslanov mağazanın içərisinə daxil olub orada gizlənmiş, mağaza sahibi Məhəmməd isə mağazadan çıxaraq qaçmağa başlamış, təxminən 2-3 dəqiqə sonra Mustafa 2-ci dəfə atəş açmış, lakin, mağazada olduğu üçün o, Mustafanın kimə atəş açdığını görməmişdir. Hadisədən sonra öyrənmiş ki, Təqsirləndirilən şəxs kənd sakini Zərərçəkmiş şəxs5 əmisi Zərərçəkmiş şəxs3 avtomobilindən düşdüyünü görüb ona tüfənglə atəş açmışdır. Şahid1 isə Mustafanın tüfənglə atəş açdığını görüb avtomobilinin yanından qaçaraq uzaqlaşmışdır. Daha sonra Mustafa mağazanın qarşısına gəlib tüfənglə mağazanı nişan almış, lakin, həmin vaxt Mustafa atəş açmayıb yaşadığı ev istiqamətində doğru getməyə başlamış, həmin vaxt Mustafanın hərəkətlərindən onun sərxoş olduğu görünürmüş, Təqsirləndirilən şəxs mağazanın yanından ayrıldıqdan sonra Şahid6 mağazaya qayıtmış, onlar mağazanın içərisində gizləndikləri yerlərdən çıxaraq Məhəmmədlə birgə mağazaya quraşdırılmış təhlükəsizlik kameralarında qeydə alınmış video görüntülərə baxmış, video görüntülərə baxdıqdan sonra həmin vaxt Qələndar Aləşrəfovun qaçaraq Şahid1 avtomobilinə yaxınlaşdıqdan sonra Mustafanın atəş açaraq qardaşı Qələndar Aləşrəfovu öldürdüyünü, bir neçə saniyə sonra isə Mustafanın tüfəngə 2-ci patronu dolduraraq oraya avtomobillə yaxınlaşan əmisi Feruzun avtomobilinə doğru 2-ci atəşi açdığını görmüş, daha sonra ona məlum olmuş ki, əmisi Feruz avtomobilində olan və həmin vaxt avtomobildən düşüb ön hissədə oturmağa çalışan kənd sakini Zərərçəkmiş şəxs5 Mustafanın açdığı atəş nəticəsində boğaz nahiyəsindən yaralanmışdır. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” protokollardan görünür ki, 17.06.2021-ci il tarixdə hadisənin baş verdiyi Ağdaş rayonunun Abad kəndində yerləşən Şahid6 məxsus mağazanın yaxınlığında kənd yoluna və Zərərçəkmiş şəxs2 yaşadığı evə baxış keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs məxsus 1 ədəd tək lüləli ov tüfəngi, 4 ədəd patron gilizi, Abad kəndində yerləşən Şahid6 məxsus mağazaya quraşdırılmış təhlükəsizlik kamerasından qeydə alınmış video görüntülər 1 ədəd DVD diskə köçürülməklə, həmçinin, Təqsirləndirilən şəxs araşdırmaya təqdim etdiyi 1 ədəd patron gilizi və 1 ədəd dolu patron, bundan başqa 18.06.2021-ci il tarixdə X4 meyitinə baxış zamanı sonuncunun hadisə zamanı əynində olmuş 1 ədəd mavi rəngli sintetik materiallı qısa qol köynək, 1 ədəd ağ rəngli pambıq materiallı mayka, 1 ədəd göy rəngli cins şalvar, zərərçəkmiş şəxs Qələndar Aləşrəfovun meyitinin daxili müayinəsi zamanı sonuncunun bədənindən çıxarılmış 3 ədəd patron qablaşdırılaraq götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 04-29). Cinayət işinin materiallarında olan 27.07.2021-ci il tarixli 18 saylı ekspert rəyindən görünür ki, X4 meyitində aşkar olunan xəsarətlər-döş qəfəsinin ön sol nahiyəsinin döş yanı yanı xətti üzrə X-Xİ qabırğaarası sahənin daxilə keçən sol ağ ciyərin aşağı payının əzilibdağılması, daxili qanitirmə, sol X-Xİ qabırğaların sınığı ilə müşayət olunan odlu silahdan açıılan patronu qırma ilə təchiz olunmuş bir atəş təsirindən törənmiş, törənmə müddətləri 17.06.2021-ci il tarixə uyğundur canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. X4 meyitində aşkar olunan xəsarətlər həyatidirlər. Atəş, atəşin əlavə faktorların təsir göstərmədiyi məsafədən açılmışdır, atəşin güman olunan məsafəsi 1-2metrdir. X4 meyitində aşkar olunan xəsaərətin yara kanalının dərinliyi öndən arxaya yuxarıydan aşağıya doğrudur. X4 ölümünə səbəb sol ağ ciyərin aşağı payının əzilib-dağılması nəticəsində törənən kəskin daxili qanitirmə olmuşdur. X4 ölümü meyitin müayinəsindən ən azı 1 ən çoxu 3 saat əvvəl baş vermişdir. X4 meyitində aşkar olunan xəsarətlər ov tüfəngindən açılan atəş nəticəsində əmələ gələ bilərlər. X4 meyitində qeyd olunan odlu silah yarasından başqa hər hansı bir xəsarət aşkar olunmadı. X4 paltarlarının aşkar olunan zədələrin yerləşmə nahiyələri meyitin bədənində aşkar olunan xəsarətin yerləşmə nahiyəsinə uyğun gəlir. X4 meyitindən götürülmüş qanda etil spirti aşkar olunmadı (1755/K saylı 25.06.2021-ci il tarixli məhkəmə kimyəvi müayinə aktı) (cild 02, iş vər. 70-74). Cinayət işinin materiallarında olan 18.06.2021-ci il tarixli 338 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-başın təpə nahiyəsinin yarası, üst dodağın şişkinliyi, qançırı, alt dodağın sıyrığı, döş qəfəsinin ön səthinin yumşaq toxumalarının əzilməsi, sağ bazunun yuxarı 1/3-nin iç səthinin, sağ dirsək oynağının iç səthinin, sol dirsək oynağının iç səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin qançırları, küt alət təsirindən törənmə müddətləri 17.06.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Aləşrəfov Mustafa Qulu oğlunun bədənində olan xəsarətlər avtomobillə vurulma zamanı əmələ gələ bilər (cild 02, iş vər. 64-66). Cinayət işinin materiallarında olan 30.06.2021-ci il tarixli 393 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədənində olan xəsarətlər- boynun ön səthinin yaraları, patronu qırma ilə təchiz olunan odlu silahdan açılan atəş təsirindən törənmiş, törənmə müddəti 17.06.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs5 bədənində olan xəsarətlər 16 kalibrli ov tüfəngindən açılan atəş nəticəsində əmələ gələ bilərlər. Atəş, atəşin əlavə faktorlarının təsir göstərmədiyi uzaq məsafədən açılmışdır (cild 02, iş vər. 67-69). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlarası Narkoloji Dispanserinin 30.08.2021-ci il tarixli 1009 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Alkoqoldan epizodik olaraq istifadə edir.Xroniki alkoqolizmdən və narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 180). Cinayət işinin materiallarında olan məhkəmə-ballistik və trasoloji ekspertizasının 16 avqust 2021-ci il tarixli 3/1221, 3/1222 və 3/1223 N- li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah hissələri, 1960-cı ildə, SSRİ-də, İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “İjk” modelli, lüləsi “P 71751” №li, lüləaltı yastığı “K 10276” №-li eyni modelli ov silahının lüləaltı yastığı ilə komplektləşdirilmiş xarici çaxmaqlı, yivsiz odlu ov silahının hissələridir. Təqdim edilmiş silahın hissələri bütövlük təşkil etmədiyindən, həmçinin lüləsi parçalandığı üçün həmin silahdan atəş açılması mümkün deyil, istifadəyə (atəşə) yararsızdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal edilmiş patrondur, istifadəyə yararlıdır. Təqdim edilmiş patronun üzərində istehsal yeri və istehsal ilinə aid hər hansı bir işarə olmadığından müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 05 (beş) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, patronun atəşlə ayrılmış hissəsidir - gilizidir. Təqdim edilmiş “İjk” modelli, lüləsi “P 71751” №-li, lüləaltı yastığı “K 10276” №-li eyni modelli ov silahının lüləaltı yastığı ilə komplektləşdirilmiş ov silahın hissələri bütöv şəkildə olmadığından, atəş açılması üçün yararsız vəiyyətdə olduğundan, eyniləşdirmə tədqiqatı üçün eksperimental atılmış gilizlərin əldə edilməsi mümkün olmadığından, tədqiqata təqdim edilmiş 05 (beş) ədəd 16 kalibrli gilizlərin təqdim edilmiş ov silahından atılıb atılmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd predmet müxtəlif kalibrli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissəsidir qırmadır. Təyinatına uyğun olaraq, həmin qırmaların digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 16 kalibrli patrondan, o cümlədən tədqiqata təqdim edilmiş 05 (beş) ədəd gilizlərdən istifadə olunmaqla təqdim edilmiş 16 kalibrli, “İJK” modelli, lüləsi “P71751” N-li, lüləaltı yastığı “K 10276" №-li eyni modelli ov silahının lüləaltı yastığı ilə komplektləşdirilmiş təklüləli ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onların təqdim edilmiş 05 (beş) ədəd 16 kalibrli gilizlərdən həmçinin, 16 kalibrli, “İjk” modelli, lüləsi “P71751” Nq-İİ, lüləaltı yastığı “K 10276” №-li eyni modelli ov silahının lüləaltı yastığı ilə komplektləşdirilmiş ov silahından, habelə başqa hansısa konkret bir silahdan atılıbatılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş X8 məxsus bir ədəd qısaqol köynək, bir ədəd ağ rəngli mayka üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşik- əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin aşkar edilməsinə vs qurğuşun metal izinin aşkar aşkar edilməməsinə əsasən, həmin zədə giriş zədəsi olmaqla hamarlüləli (yivsiz) odlu ov tüfəngindən açılan bir atəş nəticəsində, 15 smdən 2 metrə qədər olan məsafə daxilində yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş tüfəngdən açılan atəş(lər) nəticəsində yaranması mümkündür. Tədqiqata təqdim edilmiş bir ədəd göy rəngli cins şalvar üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş bir ədəd göy rəngli cins şalvar üzərində odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədələr yoxdur. Tədqiqata təqdim edilmiş tüfəngin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən, həmin silahdan atəş(lər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından sonuncu dəfə həmin silahdan nə vaxt atəş açılmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində hər hansı mexaniki zədə aşkar olunmadı (cild 02, iş vər. 184-189). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 iyul 2021-ci il tarixli 506/2021 saylı rəyindən görünür ki, zərərçəkmiş X4 ABO sistemi üzrə qan qrupu- AB (H) /İV/ Ekspertizaya təqdim olunmuş X9 məxsus köynək , alt mayka və şalvar üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen vvə aqqlyutinlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin oldunduqda “A”, “B” və “H” antigenləri alındı. Bu qan ləkələri AB (H) /İV/ qruplu şəxsə o cümlədən X9 məxsus ola bilər (cild 02, iş vər. 20-24). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Mərkəzi PHŞ-in Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının 18.10.2021-ci il tarixli 133 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Depressiv tipli üzvi affektiv pozuntu»dan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi depressiv tipli üzvi affektiv pozuntu öz ifadə dərəcəsinə görə onu cinayət əməli dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları İdarə etmək iqtidarından məhrum edəcək səviyyədə olmamışdır. Bu səbəbdən M.Q.Aİəşrəfov ittiham olunduğu cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Depressiv tipli üzvi affektiv pozuntu»dan müəyyən edilir. Həmin psixi patologiya onda əvvəl yaranmışdır. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. M.Q.Aİəşrəfovun hal-hazırda anlaqlı olub-olmaması ilə bağlı sualı tam cavablandırmaq mümkün deyildir. Çünki «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün və düzgün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. M.Q. Aləşrəfov hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs müəyyən edilən depressiv tipli üzvi affektiv pozuntu qeyri-psixotik olduğundan məcburi müalicə tələb edən səviyyədə deyildir. Odur ki, hal-hazırkı psixi vəziyyətinə görə M.QAləşrəfovun məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs qarşı tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan depressiv pozuntunun dərinləşməməsi, psixotik xarakter qazanmaması, intihar fikirlərinin özünüöldürmə cəhdlərinə keçməməsi və digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən depressiv tipli üzvi affektiv pozuntu qeyri-psixotik olduğundan cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Bununla yanaşı qeyd olunmalıdır ki, M.QAləşrəfov törətdiyi cinayət əməlini alkoqol sərxoşluğu vəziyyətində törətmişdir. Bunu sübut edəcək sənədlər hal-hazırkı ekspertizaya təqdim olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 23-cü maddəsinin təsiri altına düşür. Həmin maddəyə əsasən səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur (cild 02, iş vər. 233-238). Cinayət işinin materiallarında olan 18 iyun 2021-ci il tarixli 98 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətində olmuşdur (cild 02, iş vər. 179). Cinayət işinin materiallarında olan hadisə yerinə baxış zamanı götürülmüş Şahid6 məxsus kənd mağazasına quraşdırılmış təhlükəsizlik kamerasında qeydə alına video görüntülərdən görünür ki, 17 iyun 2021-ci il tarixdə gecə radələrində Təqsirləndirilən şəxs əlində tüfənglə Ağdaş rayonunun Abad kəndində kənd sakini Şahid6 məxsus kənd mağazasına gələrək mağazadan 6-7 metr aralıda dayanan Şahid1 məxsus VAZ-2107 markalı avtomobilə əyləşir, bir neçə saniyə sonra onun arxası ilə qardaşı X13 gələrək avtomobilə yaxınlaşır Təqsirləndirilən şəxs isə avtomobildən düşərək Qələndar Aləşrəfova atəş açır, təxminən 30 saniyə sonra Təqsirləndirilən şəxs hadisə yerinə doğru hərəkət edən Ağdaş rayonunun Abad kənd sakini Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobilə atəş açır, daha sonra həmin avtomobildə olan şəxslər avtomobildən düşərək yenidən hərəkətdə olan avtomobilə əyləşib hadisə yerindən uzaqlaşırlar. Daha sonra Təqsirləndirilən şəxs əlində tüfənglə mağazanın qarşısına gələrək mağazada kimlərinsə olub-olmamasını yoxlayıb mağazada heç kimin olmadığını görüb mağazadan uzaqlaşır. Hadisədən təxminən 20 dəqiqə Ağdaş rayonunun Abad kənd sakini Zərərçəkmiş şəxs4 çox saylı insanların toplaşdığı X4 meyitinin olduğu kənd mağazasını yaxınlığına gəlir. Bir neçə dəqiqə sonra isə yenidən hərəkət etməyə başlayır. Həmin vaxt isə kənd sakinləri Zərərçəkmiş şəxs4 avtomobilinə doğru qaçmağa başlayır (cild 01, iş vər. 39). Cinayət işinin materiallarında olan Ağdaş RPŞ-dən daxil olmuş 05.07.2021-ci il tarixli 2/132-12695-1221 saylı məktubdan görünür ki, Ağdaş rayonunun Abad kənd sakini xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs istifadə etdiyi 71751 nömrəli təklüləli ov tüfəngi Ağdaş RPŞ-nin İTB-nin odlu silahların uçot və qeydiyyatı kitabında rəsmi qeydiyyatda yoxdur (cild 01, iş vər. 233). Cinayət işinin materiallarında olan Ağdaş RPŞ-nin 03.08.2021-ci il tarixli 5/132- 14904-1221 saylı keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsinə dair məlumatlarından görünür ki, keçirilmiş tədbirlər zamanı Ağdaş rayon Abad kənd sakini, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 17.06.2021-ci il tarixdə kənddə keçirilən toy məclisində içki qəbul etdikdən sonra yaşadığı evə gedərkən, saat təxminən 23 radələrində kənd yolunda həmkəndlisi Zərərçəkmiş şəxs2la aralarında mübahisə yaranması müəyyən edilmişdir. Baş vermiş mübahisədən sonra, Təqsirləndirilən şəxs yaşadığı evə gedərək qanunsuz olaraq saxladığı ov tüfəngini və bir neçə güllə götürməklə, öldürmək məqsədilə Zərərçəkmiş şəxs2 yaşadığı evə getmək istəyərkən qardaşı, Qələndər Aləşrəfov ona mane olmaq istəmiş, bu zaman Təqsirləndirilən şəxs tüfəngdən açılan 1 dəfə atəşlə qardaşı Qələndər Aləşrəfovu öldürmüş, daha sonra avtomaşınla hadisə yerinə, ağ rəngli VAZ 21011 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobillə gələn Zərərçəkmiş şəxs3, Cahangir oğlunun avtomaşınına 1 dəfə atəş açaraq avtomobildəki sərnişin Zərərçəkmiş şəxs5 boğaz nahiyəsindən yaralamışdır. Əlavə araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əlindəki ov tüfəngi ilə həmkəndlisi Zərərçəkmiş şəxs2 öldürmək niyətinə nail olmaq üçün, sonuncunun yaşadığı evə gedərək onu çağırmaqla evinin qarşısında 2 dəfə havaya atəş açımış, sonra səs-küyə evdən çölə çıxan Zərərçəkmiş şəxs2 yoldaşı X5 yerini soruşmuş, Təhminənin dayandığı istiqamətə 1 dəfə atəş açmış, nəticədə qırmalar Zərərçəkmiş şəxs1 yaxınlığından keçmiş, lakin ona dəyməmiş və xəsarət alan olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaşadığı evində tapa bilmədiyi üçün, sonuncu ilə mübahisə etdiyi Ağdaş rayonunun Abad kəndindəki mağazanın qarşısına qayıtması, Zərərçəkmiş şəxs2 orada axtarması, həmin vaxtı kənd sakini, Zərərçəkmiş şəxs4 avtomobil Təqsirləndirilən şəxs əlindəki tüfəngi almaq və onun digər kənd sakinlərinə atəş açmağının qarşısını almaq məqsədilə vuraraq yerə yıxmış və nəticədə kənd sakinləri M.Aləşrəfun əlindən ov tüfəngini almışlar (cild 02, iş vər. 25-26). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ifadəsinin yerində yoxlanılması zamanı Ağdaş rayonunun Abad kəndində hadisənin baş verdiyi kənd yolunu və hadisənin baş vermə mexanizmini göstərərək bir daha istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 193-210). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsinin yerində yoxlanılması zamanı Ağdaş rayonunun Abad kəndində hadisənin baş verdiyi kənd yolunu, idarə etdiyi avtomobili və hadisənin baş vermə mexanizmini göstərərək bir daha istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 189-192). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı hadisənin baş verdiyi Ağdaş rayonunun Abad kəndində yerləşən evini, həyətyanı sahəsini, evin qarşısında olan kənd yolunu və hadisənin baş vermə mexanizmini göstərərək bir daha istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 122-127). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsinin yerində yoxlanılması zamanı hadisənin baş verdiyi Ağdaş rayonunun Abad kəndində yerləşən kənd yolunu, idarə etdiyi avtomobilini və hadisənin baş vermə mexanizmini göstərərək bir daha istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 166-169). Cinayət işinin materiallarında olan Xəzər-Lada ASC-nin Ağdaş filialı tərəfindən verilmiş 23.11.2021-ci il tarixli 63 saylı aktdan görünür ki, Zərərçəkmiş şəxs3 sahibliyində olan VAZ-21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanı olan avtomobilə ümumilikdə 40 (qırx) manat ziyan dəymişdir (cild 03, iş vər. 01). Cinayət işinin materiallarında olan Xəzər-Lada ASC-nin Ağdaş filialı tərəfindən verilmiş 23.11.2021-ci il tarixli 64 saylı aktdan görünür ki, X10 məxsus VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanı olan avtomobilə ümumilikdə 34 (otuz dörd) manat ziyan dəymişdir (cild 03, iş vər. 02). Cinayət işinin materiallarında olan 01.12.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 29,120.2.7 və 228.1-ci maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 03, iş vər. 5-49). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CMnin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında həmçinin göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Təqsirkarın əməli CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə (CM-nin 120.2.6-cı maddəsi) birbaşa qəsdlə həyata keçirilir. Bu zaman təqsirkar artıq törədilmiş, yaxud gələcəkdə törədiləcək (özü, yaxud başqası tərəfindən) cinayəti gizlətmək məqsədilə başqasını həyatdan qəsdən məhrum edir. Belə cinayətlərdə zərərçəkmiş şəxs qismində artıq törədilmiş cinayətin şahidləri, yaxud cinayətin sübutlarını özündə saxlayan və ya belə sübutların olduğu güman edilən şəxslər keçə bilər. Başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə qəsdən adam öldürmə cinayəti onunla xarakterizə olunur ki, təqsirkar gələcəkdə törədiləcək cinayətə mane ola bilən şəxsi qətlə yetirir. Belə hərəkətlər həm törədilməsi nəzərdə tutulmuş cinayət baş verənədək, həm də cinayətin törədilməsi prosesində həyata keçirilə bilər. Təqsirkarın qəsdən adam öldürmə cinayətini törətməsi təkrar adam öldürmə kimi tövsif edilərkən onun əvvəlki cinayət hadisəsinə görə məhkum edilib-edilməməsi nəzərə alınmır. Təqsirkar şəxs əvvəllər törətdiyi qəsdin adam öldürmə, yaxud bu cinayətə suiqəsd etməyə görə məhkum olunmamışsa onun birinci əməli müstəqil tövsif olunmalı, sonuncu əməl isə onun başa çatıb-çatmamasından asılı olaraq CM-nin 120.2.10 və ya 29, 120.2.10-cu maddəsi ilə tövsif edilməlidir. Habelə sözügedən qərarda göstərimişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, qeyd edilən cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri, ifadənin yerində yoxlanması və digər istintaq hərəkətlərinin protokolları, habelə işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qardaşını qəsdən öldürməməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası onun həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışır. Ona görə də, məhkəmə onun ifadəsinin həmin hissəsini müdafiə xarakterli ifadə kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Ağdaş rayonu Abad kəndində yaşayır və yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 247-249). Cinayət işinin materiallarında olan ərizələrdən görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ayrı-ayrılıqda ərizə ilə müraciət edərək hadisə nəticəsində onların maşınına dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs heç bir şikayətləri və tələbləri olmadığını bildirmişlər (cild 03, iş vər. 3-4). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Lakin son 30 il ərzində heç bir məhkumluğu yoxdur (cild 02, iş vər. 171-173). Beləliklə məhkəmə cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini CM-nin 59.1.9-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin təqsirləndirilən şəxslə barışmasını və ona qarşı heç şikayət və tələblərinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdırasn hal cinayətin odlu silahdan istifadə etməklə törədilməsidir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halın olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını və yekunda cinayətlərin məcmusu ilə ona qəti cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Ağdaş Rayon Məhkəməsinin 19.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 18.06.2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 52-53, 125-128) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan o, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 18.06.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Ağdaş rayon prokurorluğunda saxlanılan 1 ədəd 16 kalibrli, “İJK” modelli, lüləsi “P 71751” №-li, lüləaltı yastığı “K 10276” №-li eyni modelli yivsiz odlu ov silahı, 5 ədəd boş patron gilizi və 1 ədəd dolu patron hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumuna təhvil verilməli, 1 ədəd mavi rəngli sintetik materiallı qısa qol köynək, 1 ədəd ağ rəngli pambıq materiallı mayka, 1 ədəd göy rəngli cins şalvar, 3 ədəd patron qırması hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, baş vermiş hadisənin video görüntüləri olan 1 ədəd DVD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 128 AZN (bir yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.4, 120.2.6, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.10-cu və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.4 və 120.2.6-cı maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.10-cu maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş rayon prokurorluğunda saxlanılan 1 ədəd 16 kalibrli, “İJK” modelli, lüləsi “P 71751” №-li, lüləaltı yastığı “K 10276” №-li eyni modelli yivsiz odlu ov silahı, 5 ədəd boş patron gilizi və 1 ədəd dolu patron hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumuna təhvil verilsin, 1 ədəd mavi rəngli sintetik materiallı qısa qol köynək, 1 ədəd ağ rəngli pambıq materiallı mayka, 1 ədəd göy rəngli cins şalvar, 3 ədəd patron qırması hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, baş vermiş hadisənin video görüntüləri olan 1 ədəd DVD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 128 AZN (bir yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar