Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-65/2023 25.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxsin cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair) Məhkəmə tərkibi – hakimlər Məmmədov Bilal Mahir oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X3, Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi – Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Ağsu rayonunun Ərəbuşağı kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilmə təhlükəsizlik tədbiri tətbiq edilməklə hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müşahidə altında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 216-cı maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işi materiallarına açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə saat 04:49 dəqiqədə Ağsu rayon Ərəbuşağı kəndində yerləşən yaşadığı evdə özünə məxsus və istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək Ağsu rayon Ərəbuşağı kənd tam orta məktəbində bomba olmasını bildirərək insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış barəsində bilə-bilə yalan məlumat vermişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş sübutlar aşağıdakı qaydada tam, hərtərəfli və obyektiv araşdırıldı və CM-in 216-cı maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi tam təsdiq olundu. Belə ki, Təqsirləndirilən şəxs psixi xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyindən qanuni nümayəndəsinin iştirakı ilə onun ibtidai istintaq zamanı cinayət prosessual fəaliyyət qabiliyyəti istisna edilmədiyi halda verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs qanuni nümayəndəsi və həkim-mütəxəssisin iştirakı ilə dindirilərkən göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə axşam siqaret çəkdikdən sonra otağına keçərək yatmaq istəmiş, lakin, siqaret ona pis təsir etdiyindən yatmağa çalışsa da yata bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 0450 radələrində əsəbləri sakitləşmədiyi üçün yuxusuz olduğundan istifadəsində olan ***-***-**-** saylı mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı kənd ərazisində olan Ərəbuşağı kənd orta məktəbində bomba olması barədə yalan məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla onunla birlikdə Ağsu rayonu Ərəbuşağı kəndində yaşamış, anadangəlmə nevroloji və nitq qüsurlu olmaqla Ağsu RMXda 1-ci qrup əlil kimi qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən saat 01 radələrində sarımsaq əkdiyi sahəyə gedərək həmin ərazini sulamış, saat 6 radələrində arvadı Şahid1 ona zəng edərək, oğlu Təqsirləndirilən şəxs DİN-nin 102 xidmətinə zəng edərək, yaşadığı kənd ərazisində olan Ərəbuşağı kənd orta məktəbində bomba olması barədə yalan məlumat verdiyini və polis əməkdaşlarının onların yaşadığı ünvana gəldiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Qanuni nümayəndə yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 04 may 2022-ci il tarixdə Ağsu RPŞ-də İstintaq-əməliyyat qrupunun tərkibində xidmətdə olan zaman saat 0449 dəqiqədə Növbətçi Hissədən ona Ağsu rayon Ərəbuşağı kənd sakini Təqsirləndirilən şəxs Ağsu rayon Ərəbuşağı kənd məktəbində bomba olması barədə məlumat verdiyini və hadisə yerinə getməyi bildirdikdən sonra Ağsu RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı X1, Ağsu RPŞ-nin NH-nin sürücü polis nəfəri Şahid4, Ağsu RPŞ-nin İTB-nin sahə rəisi Şahid3 ilə birlikdə Ağsu rayon Ərəbuşağı kəndinə gedib məktəbin direktoru Şahid5 ilə telefon vasitəsilə əlaqə saxlayaraq Ərəbuşağı kənd sakini Təqsirləndirilən şəxs kənd məktəbində bomba olması barədə DİN-nin 102 xidmətinə müraciət etdiyini və bununla əlaqədar olaraq məktəbə baxış keçirəcəklərini bildirmişlər. Məktəb direktoru gəldikdən sonra M.İsmiyev adına Ərəbuşağı kənd tam orta məktəbinə keçirilən baxış zamanı məktəbin həyətində və binada hər hansı partlayıcı qurğu və ya maddə, döyüş sursatı, həmçinin şübhəli bir əşya və ya bağlama aşkar olunmamışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, Təqsirləndirilən şəxs anası Şahid1 oğlunun ruhi xəstə olduğunu və DİN-nin 102 xidmətinə yalan məlumat verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi işləyən Şahid3 və NH-nin sürücü polis nəfəri işləyən Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Ağsu rayonu Ərəbuşağı kənd məktəbinin direktoru işləyən Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs ruhi xəstə olduğu üçün məktəbə gəlməmiş, dərsləri ona yaşadığı evdə fərdi qaydada tədris etmişlər. xx.xx.2022-ci il tarixdə saat 0510 radələrində polis əməkdaşları ona zəng edərək Ərəbuşağı kənd sakini Təqsirləndirilən şəxs DİN-nin 102 xidmətinə zəng edib Ağsu rayon Ərəbuşağı kənd tam orta məktəbində bomba olması barədə məlumat verdiyini, məktəbə baxış keçirəcəklərini və onun da məktəbə gəlməyini bildirdikdın sonra evdən çıxaraq məktəbə getmiş, orada məktəbə baxış keçirilən zaman məktəbin həyətində və binada hər hansı partlayıcı qurğu və ya maddə, döyüş sursatı, həmçinin şübhəli bir əşya və ya bağlama aşkar olunmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 04 may 2022-ci il tarixli protokoldan görünür ki, M.İsmiyev adına Ağsu rayon Ərəbuşağı kənd tam orta məktəbin həyətində eləcə də məktəbin inzibati binasında, binanın içərisində yerləşən dəhlizlərdə, sinif otaqlarında, sanitar qovşaq otaqlarında, idman zalında hər hansı partlayıcı qurğu və ya maddə, döyüş sursatı, həmçinin şübhəli bir əşya və ya bağlama aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ağsu rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş 04 may 2022-ci il tarixli 44 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Uşaq serebral iflici, atonik forma, ikitərəfli sensor karlıq, nitqin pozulması” diaqnozu ilə xəstədir və “Ağsu RMX” PHŞ-da qeydiyyata götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasından” daxil olmuş xx.xx.2022-ci il tarixli 3852 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1999-cu il təvəllüdlü, Ağsu rayonu Ərəbuşağı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin xx.xx.2017-ci il tarixli 13 nömrəli göndərişinə əsasən yuxarıda adı göstərilən xəstəxanaya stasionar müayinəyə qəbul olunub. xx.xx.2027-ci il tarixdə Həkim Psixiatr Komissiyasına təqdim olunub və həmin tarixdə xəstəxanadan evə yazılıb. Diaqnoz: “Orta dərəcəli əqli gerilik.” İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən Ağsu rayon Polis Şöbəsinə göndərilmiş CD diskə baxış keçirlməsi haqqında 31 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin 102 xidməti zəng mərkəzinə etdiyi müraciəti zamanı Ağsu rayon Ərəbuşağı kənd tam orta məktəbində bomba olması barədə verdiyi məlumatla bağlı səs yazısı əks olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının 7 iyul 2022-ci il tarixli 1005 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan, tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 116 saylı rəyində göstərilmişdir ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” formasında xroniki psixi patologiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən “orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” formasında xroniki psixi patologiyadan əziyyət çəkmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs həmin cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə onun barəsində CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs “orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” formasında xroniki psixi patologiyadan əziyyət çəkir. Bu psixi patalogiya Təqsirləndirilən şəxs halhazırda da davam edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində səthilik, məsuliyyətsizlik, hövsələsizlik, hadisələrin mahiyyətini düzgün qiymətləndirib proqnozlaşdıraraq davranışı üzərində iradə nəzarəti tənzimləyə bilməmək, öz hərəkətlərinə tənqidi münasibət göstərə bilməmək, adekvat ünsiyyət yarada bilməmək kimi xüsusiyyətlər aşkar olunur. Təqsirləndirilən şəxs hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malik deyildir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli geriliklə əlaqədar təlqinə qapıla və başqalarının təsiri altında hərəkət edə bilər. Təqsirləndirilən şəxs onda müəyyən edilən əqli geriliklə əlaqədar olaraq özündən uydura bilər. Təqsirləndirilən şəxs onda aşkar olunan orta dərəcəli əqli geriliklə əlaqədar etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik deyildir. Təqsirləndirilən şəxs müəyyən edilən iradi pozuntularla əlaqədar emosional vəziyyətinin qeyri-adekvat yüksəlməsi baş vermişdir. Təqsirləndirilən şəxs fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında orta dərəcəyə uyğun gerilik əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs əqli-psixi inkişafına görə yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrinə görə bilmək qabiliyyətinə malik deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2722 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükəli qalmaqda davam edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 27 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə» formasında xroniki psixi patologiyadan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs qeyd olunan psixi patologiyaya xarakterik əlamətlər davranış pozuntuları ilə müşahidə edildiyindən kəskinləşmiş formada olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi xroniki psixi patologiya hal-hazırda davam etdiyinə görə onun müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası X7ndə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar şəraitdə aparılan medikamentoz müalicə və psixoterapevtik söhbət nəticəsində Təqsirləndirilən şəxs psixi vəziyyətinda nisbətən yaxşılaşma yaranmış və əvvəllər müşahidə edilən davranış pozuntuları korreksiya olunaraq götürülmüş, özü və ətraf üçün sosial təhlükəliliyi aradan qalxmışdır. Odur ki, halhazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün sosial təhlükəli olmadığı müşahidə edilir. Bunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirlərinin CM-in 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində davam etdirilməsi məsləhət görülür. Hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində müəyyən edilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı həkimi yanıldıcı davranış (simulyasiya hərəkətləri) aşkarlanmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmədiyi, həmçinin başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü ehtimalının həddən ziyadə az olduğu nəzərə alınaraq həmin şəxs barəsində CM-in 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1450 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da “orta dərəcəli əqli gerilik» formasında kəmağıllıqdan əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs uşaqlıqdan orta dərəcəli əqli gerilikdən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən onun düçar olduğu orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə təzahür etmişdir. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi patologiyanın xarakteri nəzərə alınmaqla müəyyən müddət ərzində aparılan müalicə nəticəsində yaxşılaşma yaranmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7ndə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək medikamentoz müalicə və psixoterapevtik söhbət daxil olmaqla stasionar şəraitdə davamlı müalicəsinin aparılması onun psixi vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda müşahidə edilən davranış pozuntuları aparılmış həmin adekvat müalicə nəticəsində korreksiya olunmuş, özü və ətraf üçün sosial təhlükəliliyi götürülmüşdür. CM-in 96-cı maddəsinə əsasən şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi təyin edilə bilər. Beləliklə Təqsirləndirilən şəxs psixi vəziyyətində yaranan yaxşılaşma nəticəsində onun özü və ətrafdakı başqa şəxslər üçün ciddi sosial təhlükəliliyi aradan qalxmış, psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət qalmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinı görə onun özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs davamlı surətdə müşahidə altında saxlanıldığı və təyin olunan dərman preparatlarını mütəmadi qəbul etmədiyi təqdirdə davranışı üzərində nəzarətini tam həyata keçirə bilməməsi gözlənildiyindən onun psixi vəziyyəti ambulator şəraitdə dinamik müşahidə və medikamentoz korreksiya tələb edir. Odur ki, Təqsirləndirilən şəxs barəsində CM-in 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 16 iyul 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu rayon İHB-nın Ərəbuşağı kənd icra nümayəndəliyindən verilmiş 28 noyabr 2022-ci il tarixli xasiyyətmədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi şəkildə şikayət daxil olmamışdır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 216-cı maddəsinə əsasən insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai thlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat verməkdən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin həmin məlumatı müvafiq qurumlara verməsi ilə yaranır. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halında qiymət verərək, həqiqətən də, ictimai təhlükəli əməlin törədilməsi və həmin əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı nəticəyə gəlir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, o, həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Odur ki, şəxs cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-nin LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-nin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs CM-in 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Cinayət işinin materiallarından, iş üzrə dindirilmiş şahidlərin ifadələrindən, həmçinin ekspertiza rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs psixiatrik xəstəlikdən əziyyət çəkmiş, ona müxtəlif vaxtlarda həkim müayinəsi və müalicəsi yazılmış, xəstəliyi ilə bağlı ayrı-ayrı vaxtlarda ambulator və stasionar müalicələr almış, cinayət əməlini törədərkən keçirdiyi “orta dərəcəli əqli gerilik» formasında kəmağıllıq kimi xroniki psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağsu rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. CM-in 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. CM-in 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.1-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 avqust 2022ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağsu rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilmə təhlükəsizlik tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 474.1.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bildirməklə xəstəni qohumlarının, himayəçilərinin və qəyyumlarının nəzarəti altına vermək təhlükəsizlik tədbiri seçilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 474.2.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nazərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükə törətməyən şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan barəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bildirməklə qohumların, himayəçilərin və qəyyumların nəzarəti altına vermə təhlükəsizlik tədbiri tətbiq edilə bilər. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 216-cı maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertlərin rəyinə və həmçinin CM-in 95.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ona məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Qərarın icrası Nizamlı Füzulinin qeydiyyatda olduğu yer üzrə tibb müəssisəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində tətbiq olunan stasionar tibb müəssisəsinə yerləşdirmə təhlükəsizlik tədbiri səhiyyə orqanlarına bildirməklə valideynlərinin nəzarəti altına vermə təhlükəsizlik tədbirinə dəyişdirilməli, həmin təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 120 AZN (yüz iyirmi manat) ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir. İş üzrə maddi sübutun, mülki iddianın, müsadirə olunması təklif edilən pulun və ya digər əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 348-ci və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Qərarın icrası Nizamlı Füzulinin qeydiyyatda olduğu yer üzrə tibb müəssisəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində tətbiq olunan stasionar tibb müəssisəsinə yerləşdirmə təhlükəsizlik tədbiri səhiyyə orqanlarına bildirməklə valideynlərinin nəzarəti altına vermə təhlükəsizlik tədbirinə dəyişdirilsin və həmin təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 120 AZN (yüz iyirmi manat) ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Qərardan elan olunduğu 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-65/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-65/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver