Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-65/2025 17.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Zaqatala rayonunun Qandax kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.1-ci maddəsi ilə təqsirli bilinib, altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Zaqatala rayonunun Qandax kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixə keçən gecə Zaqatala rayonunun Qandax kəndində yerləşən, həmkəndlisi Zərərçəkmiş şəxs məxsus «Master» adlı kafedə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində səs-küy salıb, ünvansız söyüşlər işlətməsi və sonuncunun onun bu hərəkətlərini irad tutaraq kafedən qovalaması ilə bağlı hərəkətlərinə görə, qisas almaq niyyətilə yaşadığı evdən gətirdiyi, soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış mətbəx bıçağı ilə zərərçəkmiş şəxsə əzab və işgəncə verilməsi məqsədilə çoxlu sayda, yəni 12 zərbə vuraraq sol körpücük sümüyü nahiyəsində 1 ədəd, sol çiyin oynağı nahiyəsində 1 ədəd, döş qəfəsində 2 ədəd, kürək nahiyəsində 2 ədəd, qarın nahiyəsində 5 ədəd daxilə nüfuz etməyən, deşilmiş-kəsilmiş yaralarla nəticələnmiş, birlikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub, sağlamlığa yüngül zərər vurmaya aid, həmçinin döş qəfəsinin sol orta şöbəsində ön qoltuqaltı xətt boyunca V-Vİ qabırğalar səviyyəsindən daxilə nüfuz edərək hemopnevmotoraks əmələ gətirən 1 ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnmiş, insan həyatı üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, qəsdən, xüsusi amansızlqla Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, başqa bir kafedə oturub, yeyib-içəndən sonra Zərərçəkmiş şəxs kafesinə getmişlər. Orada 1-2 bakal pivə içmişdir. Orada yüksək səslə danışsa da, amma kiminsə xatirinə dəyəcək nəsə etməmişdir. Daha sonra, Nurlan gəlmiş və “kafeni bağlayırıq” demişdir. Onlar da gedəcəklərini bildirmişlər. Orada başqa söhbət olmamışdır. Lakin Nurlan başqası ilə mübahisə edəndə, o, araya girmiş və Nurlanı çölə çıxartmışdır. Nurlanın atası da orada olmuşdur. Atası ona “bunu apar” demiş, o da aparmışdır. Atası ilə söhbət edən vaxt Nurlan yenə həmin adamların yanına getmiş və orada durmuşdur. O, Nurlana “dalaşmayın” demiş, Nurlan da “yaxşı” demişdir. Daha sonra o, bulağa gedib, əl-üzünü yuyanda Nurlan iş üzrə şahid Cavidə yaxınlaşmış və 4-5 dəfə “səni yortaram, səni sökərəm, tökərəm. Səni belə edərəm” demişdir. O, Nurlana tərəf çevrilib, 1-2 addım atanda, Nurlan yumruqla onun kürək nahiyəsindən vuraraq, yerə yıxmış və yıxılandan sonra da vurmağa davam etmişdir. Həmin vaxt özünü müdafiə etmək üçün Nurlanı itələmiş və bıçaqla ona 2-3 zərbə vurmuşdur. Ancaq Nurlan dırnaqtutan bıçağı ilə özünə zərbələr vuraraq, onu şərləyir. O, elədiyini deyir. Hər şey ədalətli olmalıdır. Daha sonra Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs kafesinə gələnə qədər, içki içmişdir. Onlar 2 nəfərə 3-4 ədəd 0,5 və 0,7 litrlik spirtli içki (araq) içmişlər. Nurlanın kafesində də içmişdir. Deyilənə görə, mübahisə səs saldıdıqları üçün yaranmışdır. Amma onlar orada səs salmamışlar. Nurlan ona nəsə deməmişdir, yanında olan adama “sakit dur” ya da nəsə başqa söz demişdir. Aralarında söz-söhbət yaranmasın deyə, onları ayırmış və “bir kəndliyik, yerliyik, buna gərək yoxdur” demişdir. Sonra qayıdıb gələndə Nurlan atasının yanında olmuşdur. Daha sonra Nurlan onunla mübahisə etməyə başlamış və ona nəsə deməmişdir. Kafedən evə qayıdıb, əşyalarını, bıçağı götürmüş, əşyaları bulağın yanına qoymuş, lakin bıçaq üzərində qalmışdır. Çöldə qalmağa getdiyi üçün, meyvə-tərəvəz doğrayanda lazım olacaq deyə, bıçaq götürmüşdür. Bıçaq götürəndə Nurlanı vurmaq niyyəti olmamışdır. Nurlan onu yerə yıxıb, döyəndə aşağıdan yuxarı bıçaqla 2 zərbə vurmuşdur. Orada başqa kimsə Nurlana bıçaqla xəsarət yetirməmişdir. Ola bilsin, digər xəsarətləri o, özü-özünə yetirmişdir. Çünki, o, Nurlana 12-13 bıçaq zərbəsi vurmamışdır. Hadisədən sonra o evə, Nurlan isə xəstəxanaya getmişdir. İbtidai istintaq zamanı əşyaları bulağın yanına qoyduğunu, bıçağın üzərində qaldığını deməmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Əşyaları bulağa aparmasını kimsə görməmişdir. Kafeyə təkrar qayıtmaqda məqsədi ondan ibarət olmuşdur ki, kafedə yanında olanlar başqa kənddən qonaq gəldiklərinə görə, onları yeyib-içmək üçün çölə aparsın. Davaya ilkin olaraq, Nurlan başlamışdır. Həmin vaxt onları Cavid adlı şəxs aralamağa çalışmışdır. Amma ona qədər artıq bıçaqla 2 zərbə Nurlanı vurmuşdur. Əgər o, bıçaqla zərbə vurmasa idi, Nurlan onu vurmağa davam edəcəkdi. Kafedə Zərərçəkmiş şəxsla birinci dəfə mübahisələri olmamışdır. Zərərçəkmiş şəxs tanıyır, onunla qonşu olmuşdur. Nurlan onu döyməkdən əl çəkmədiyi üçün Nurlanı bıçaqla vurmuşdur. Onun öldürmək niyyəti olmamış və ona 12 zərbə vurmamışdır. Onlar 2 litr 100 qram içkini bir oturuma yox, səhərdən axşama qədər içmişlər. Əməlindən peşmandır, səhv etmiş və törətdiyi əməlin nəticələrini dərk edir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı ifadə verən Təqsirləndirilən şəxs ona CM-in 126.2.3-cü maddəsilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zaqatala rayonunun Qandax kənd sakini Zərərçəkmiş şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Zərərçəkmiş şəxs Zaqatala rayonunun Qandax kəndinin mərkəzində yerləşən «Master» adlı kafeni işlədir. 27 aprel 2024-cü il tarixdə, saat 14 radələrində tanışı Şahid1 ilə birlikdə Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən "Yeklər" adlı kafedə yemək yeyib, 2 litrə yaxın spirtli içki qəbul etdikdən sonra əsgər yoldaşı Şahid2 həmin kafeyə gəlmiş, onları görüb yaxınlaşmışdır. Biraz söhbət etdikdən sonra Cavidi və İrfanı yaşadığı kəndin mərkəzində yerləşən “Master” adlı kafeyə, pivə içməyə dəvət etmişdir. Birlikdə tanımadığı taksi ilə Qandax kəndində olan “Master” kafeyə getmişlər. Kafedə Zərərçəkmiş şəxs pivə və məzələr sifariş etmişlər. İki bakal pivə içdikdən sonra Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq, pivə olmadığını bildirmiş və yüksək səslə danışıb, digər müştərilərə narahatçılq verdiyi üçün nalayiq ifadələrlə onu kafedən qovmuşdur. Bu səbəbdən Nurlanla mübahisə etdikdən sonra yaşadığı evə getmiş, lakin Cavid və İrfan kafedə qalmışlar. Yaşadığı evlə kafenin arasındakı məsafə, təxminən 300 metr olar. Evə girəndən sonra Cavidin həmin kafedə qalması yadına düşmüşdür. Cavidi yaşadığı evə dəvət etmək üçün yenidən kafeyə qayıtmaq qərarına gəlmişdir. Eyni zamanda, kafeyə gedən zaman Nurlan üstünə gələrsə və onunla dalaşarsa, bıçaqla Nurlanı qorxutmaq məqsədilə yaşadığı evdə, altıaçığın altında, qaz plitəsinin üstündə olan bıçağı götürüb, şalvarın arxa sağ cibinə qoyub, kafeyə getmişdir. X10 və İrfanla birlikdə dayanıb, söhbət etdiklərini görmüşdür. Onlara yaxınlaşıb, Cavidi yaşadığı evə dəvət edən zaman Nurlan yenidən ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, Nurlana cavab verməmişdir. Həmin vaxt çevrilib çıxıb gedəndə, Nurlan onu arxadan çəkərək, yerə yıxıb, yumruqla belinə, sinəsinə vurmuşdur. Həmin vaxt o, əynində olan şalvarın arxa sağ cibində olan mətbəx bıçağını çıxardıb, Nurlanın qarın boşluğuna və sinə nahiyəsinə bıçaqla soxsaylı zərbələr endirmişdir. Özü yerdə yıxılı vəziyyətdə olanda Nurlanı vurmuşdur. Bıçaqla neçə zərbə vurduğu yadında deyildir. Nurlan dərhal onu itələyib qaçmışdır. Nurlan ondan uzaqlaşdığı üçün bıçağı götürüb, yaşadığı evə qayıtmış, sonra polis əməkdaşları gəlmişdir. Nurlana xəsarət yetirdiyi bıçağı polis əməkdaşlarına təqdim etmiş və birlikdə polis şöbəsinə getmişdir. Etdiyi əmələ görə səmimi peşmandır. Hadisə zamanı İrfan və Cavid yanlarında olmuşdur. O, Nurlanın altında olmuş, Nurlan onu yerə yıxmasaydı, onu bıçaqla vurmazdı. Hadisə zamanı Nurlan yumruqla bir dəfə sinəsinə, iki dəfə belinə vurmuşdur. Ancaq zərbə endirsə də xəsarət yetirə bilməmişdir. Bədəni üzərində heç bir xəsarəti olmamışdır. Bədəni üzərində xəsarət olmadığına görə, Nurlandan heç bir şikayəti və tələbi yoxdur. Aralaşandan sonra əlində olan bıçaqla Nurlana yenə xəsarət yetirmək imkanı olmuş, lakin onu vurmamışdır. Belə bir niyyəti olmamışdır. Nurlanla aralarında əvvəllər mübahisə, yaxud dava-dalaş olmamış, münasibətləri yaxşı olmuşdur (İ cild, i/v 98-100, 247-248, 268- 270). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında verdiyi ifadələrə inanır və onları ittiham hökmünün əsasına qoyur, çünki bu ifadələr Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun əldə edilmiş, ardıcıl və məntiqlidir, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri ilə uzlaşır, iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirini müəyyən edilmiş hesab edir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs dostları ilə birlikdə içkili vəziyyətdə onun işlətdiyi kafeyə gəlmiş, pivə istəmiş, o da vermişdir. Sonra kafedə insanlar ola-ola, Təqsirləndirilən şəxs söyüşlə danışmağa başlamışdır. İnsanlar söyüşə görə narahat olmuşlar. O, Turala bir neçə dəfə söyüş söyməməsini desə də, Tural ona məhəl qoymamışdır. Bunun üstündə aralarında mübahisə yaranmış və Turalgil oturduqları yerdən durub, çardağa (besetkaya) keçmişlər. Söyüşlə danışdıqları üçün kafedə olan insanlar çıxıb getmişlər. Beləliklə, aralarında mübahisə yaranmış və mübahisə zamanı o, Turalı, Tural da onu vurmuşdur. Daha sonra dalaşmış və hazırkı hadisə baş vermişdir. Dava zamanı o, bıçaqlanmışdır. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Əvvəllər Turalla münasibəti normal olmuşdur. Tural dostları Cavid və İrfanla oturmuş və konkret olaraq, kiməsə söyməmişlər. Lakin danışıqları söyüşlə olmuşdur. Bir neçə dəfə söyüşlə danışdığı üçün Turala irad bildirmişdir. Tural ona “Problem yoxdu, olar, danışmarıq” demiş, amma yenə söyüşlə danışmışdır. Mübahisə yaranandan sonra kafenin içərisinə, çardağa (besetkaya) keçmişlər. Orada, təxminən 3-4 masada müştərilər olmuş və həmin müştərilər söyüşdən sonra çıxıb getmişlər. Turalın dostu Cavidlə aralarında mübahisə yaranmış və onlar aralarında nəsə danışmışlar. Bundan sonra Tural evə getmiş, 15-20 dəqiqə sonra qayıtmış və yenə də mübahisəni davam etdirmişdir. Tural geri qayıdan kimi onu bıçaqla vurmamışdır. O, kafeni bağlayanda Tural gəlmiş, aralarında yenə də mübahisə yaranmış və Turala demişdir ki, çıx get, kafeni bağlayıram. İkinci dəfə gələndə də Cavidlə mübahisə etmişdir. Tural ona 13 bıçaq zərbəsi vurmuşdur. Zərbələri ardıcıl, ya necə vurmasını bilməmiş və hiss etməmişdir. Turalın əlində bıçaq görməmişdir. Hadisə yerindən bir qədər uzaqlaşandan sonra üstündəki qandan bıçaqlandığını bilmişdir. Turaldan şikayətçi deyil, barışmışdır. Əvvəllər Turalla ədavəti olmamış, lakin Turala demişdir ki, bir müddət kafeyə gəlmə. Ona bir neçə dəfə xəbərdarlıq etmişdir. Səbri ən son həddə çatdığı üçün birinci Turalı sillə ilə vurmuş, boynundan tutmuş, amma yerə yıxmamışdır. Söyüşə görə Turala bir sillə vurmuşdur. Sillə vurandan sonra Tural onu bıçaqlamışdır. Onlar Tural gedib gələndən sonra dalaşmışlar. Turalın mübahisəsi Cavidlə olmuşdur. Tural getmiş 15-20 dəqiqə sonra təkrar qayıtmışdır. İinci dəfə qayıdanda o, Turalı sillə ilə vurmuşdur. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs tanıyır, qohumu deyil, ədavəti yoxdur, həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə, saat 23:35 radələrində evdə olmuş, həmin vaxt qardaşı Nurlan ona WhatsApp proqramı vasitəsilə zəng edib, özünə məxsus işlətdiyi kafeyə çağırmış, o, tez kafeyə getmiş, Nurlanın kafenin giriş qapısının yanında, yerdə uzanıqlı vəziyyətdə olduğunu, yanında iki nəfər tanımadığı şəxsin olduğunu görmüş, sonradan həmin şəxslərin birinin adının İrfan olduğunu bilmiş, nə baş verdiyini soruşmuş, İrfan Turalla birlikdə gəldiklərini, Turalın Nurlanı bıçaqladığını, Nurlanın sinə nahiyəsindəki paltarlarının qana bulandığını və Nurlanın bir az əvvəl Turalın bıçaqla onu vurduğunu demişdir. Daha sonra o, bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və təcili yardıma zəng etmiş, sonra zəng edib əmisioğlu Baxışov İsməti çağırmışdır. İsmətin maşını ilə Nurlanı Əliabad qəsəbəsinə kimi aparmış, orada təcili tibbi yardım maşını ilə rastlaşdıqları üçün Nurlanı təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salmışlar. Xəstəxanada həkimlər Nurlanı müayinə edəndə bilmişdir ki, Tural qardaşı Nurlana çoxsaylı bıçaq zərbəsi vurmuşdur. Sonradan eşitmişdir ki, Tural kafedə söyüşlə danışanda, Nurlan söyüşlə danışdığını ona irad tutduğu üçün Tural Nurlanı bıçaqla vurmuşdur. X5 arasında mübahisə və yaxud davadalaş olmamışdır. Daha sonra Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ora çatanda, qardaşı yerə uzanmış halda, vəziyyəti isə ağır olmuşdur. Onu kimin bıçaqladığını soruşmuş və qardaşı Nurlan Turalın bıçaqladığını demişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə gecə saat 21:30-22:30 radələrində baş vermişdir. Tural onların işlətdiyi kafeyə içkili gəlmişdir. Kafedə olanda hər zaman olduğu kimi, yenə də söyüşlə danışmışdır. Turalın yanında iki nəfər də olmuşdur. Onlar pivə sifarişi vermişlər. Tural orada söyüşlə danışmış və özünü düzgün aparmamışdır. Bir müddət sonra yanında olanlardan birini götürüb, yola çıxmışlar. Orada mübahisə eləmiş, sonra kafeyə qayıtmışlar. O, Turala yaxınlaşıb, “Özünü düzgün apar. İndi PPX maşını keçdi” demişdir. Tural yenə, ağzına gələni danışmışdır. Kafeni ata oğul işlətmişlər. Oğlu Zərərçəkmiş şəxs ona “Ata, sən get. Mən kafeni bağlayıram. Bunlara da deyirəm, çıxıb, getsinlər” demiş, o razılaşıb, getmişdir. Lakin kefədən təxminən 50 metr aralı məsafədə dayanmış və həmin vaxt hər şey yaxşı olmuşdur. Nurlanı görmüş və “Kafeni bağlamırsan?” deyə sual vermişdir. O da “bağlayıram, sən get, mən də gəlirəm” demişdir. Həmin vaxt Tural da getmişdir. Həmin gün ürəyində narahatçılıq olduğu üçün biraz uzanmış, telefonu da yanında olmuşdur. Bu zaman gəlini telefonuna zəng edib, “Ata, hardasan?” demişdir. O, evdə olduğunu bildirmişdir. Sonra o, Nurlanın qardaşı Murada zəng vurub, kafeyə çağırdığını demişdir. Ona görə o da kafeyə getmişdir. Kafeyə çatanda, Nurlanı xəstəxanaya aparmışlar. Hadisənin necə olduğunu soruşanda, Turalın dostları ona “Tural evə gedib, bıçaq götürüb gəlib Nurlanı arxadan vurub” demişlər. Ancaq özü hadisə vaxtı orada olmamışdır. Şahid4 ona verilən suala cavab olaraq bildirmişdir ki, Tural həmişə söyüşlə danışmışdır. Həmin vaxt kafedə də, öz aralarında telefonla danışıb söyüş söymüşlər. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı dindirilərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlarla qohumluğu və ya ədavəti yoxdur. 27 aprel 2024-cü il tarixdə Tural, o və Cavid əvvəlcə Zaqatala rayonunun Əliabad qəsəbəsində «Yeklər» restoranında yemək yeyib, üç ədəd yarım litrlik araq içəndən sonra Tural onları Qandax kəndinə pivə içməyə dəvət etmiş və birlikdə Qandax kəndinə getmişlər. Qandax kəndinə çatanda hava qaralmışdır, ancaq saatın neçə olduğu yadında qalmamışdır. Nurlanın kafesinə gedib, həyətdə oturub hərəsi təxminən iki bakal pivə içmişlər. Tural içkili sərxoş vəziyyətdə kafedə səs-küy salmış, ünvansız söyüşlə danışmışdır. Nurlan isə ona irad tutub, sakit danışmasını, söyüş söyməməsini, kafedə ondan başqa da adamların olduğunu, atasının da orada olduğunu bildirmişdir. Tural isə Nurlanla mübahisə etmiş, lakin davaları olmamışdır. O, Cavidlə birlikdə Turalı sakitləşdirmişlər. Nurlan Turaldan çıxıb getməsini tələb etmiş və Tural bir anlıq yoxa çıxmışdır. Ancaq o, Turalın, hara getdiyini bilməmiş, sonra Tural yenidən kafeyə qayıtmış, həmin vaxt o, söhbətgahda oturub pivə içmişdir. Cavid və Nurlan isə söhbətgahın qarşısında dayanıb söhbət etmişlər. Tural çatan kimi Nurlanla dalaşmış və bir-birlərindən yapışıb yerdə yıxılı vəziyyətdə dalaşmışlar. Həmin vaxt Cavidlə birlikdə onları aralaşdırmışdır. Nurlan kafenin yanında olan mağazaya tərəfə gedib qayıtmışdır. Tural da harasa çıxıb getmişdir. Nurlan onların yanına gələndə görmüşlər ki, əynində olan koftasının sol tərəfli qana bulaşmışdır. Nurlan demişdir ki, Tural onu bıçaqla vurmuşdur. Həmin vaxt bilmişdir ki, dalaşanda Tural bıçaqla Nurlanı vurmuşdur. Nurlan su istəmiş, ona su vermişdir. Sonra Nurlanın qardaşı Murad gəlmiş və Murad təcili yardıma zəng etmişdir. Murad Nurlanı tanımadığı maşınla həkimə aparmış, sonra Nurlanın atası gəlmiş, təxminən yarım saat onunla söhbət edəndən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Turalın evə gedib bıçaq götürüb gəldiyini bilməmiş, Tural evdən qayıdandan sonra Nurlanla aralarında dava olanda onun əlində bıçaq görməmiş, dava olanda kafedə başqa adam olmamışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı dindirilərkən bildirmişdir ki, 27 aprel 2024-cü il tarixdə Tural, o və İrfan əvvəlcə Zaqatala rayonunun Əliabad qəsəbəsində «Yeklər» restoranında yemək yeyib, üç ədəd yarım litrlik araq içəndən sonra Tural onları Qandax kəndinə pivə içməyə dəvət etmiş və onlar birlikdə Qandax kəndinə getmişlər. Qandax kəndinə çatanda hava qaralmışdır, ona görə saatın neçə olduğu yadında qalmamışdır. Nurlanın kafesinə gedib həyətdə oturub hərəsinə iki bakal pivə içmişlər. Tural sərxoş vəziyyətdə olmuş, kafedə ucadan danışmış, ünvansız söyüş söymüşdür. Heç kimə olmasa da, söyüşlə danışdığı üçün Nurlan Turala irad bildirib, ondan başqa da kafedə adamlar olduğunu, sakit danışmasını, söyüş söyməməsini, atasının da orada olduğunu demişdir. İrad tutduğuna görə Tural Nurlanla mübahisə etmişdir. Aralarında mübahisə olsa da, davaları olmamışdır. O və İrfan Turalı sakitləşdirməyə çalışmışlar. Belə olanda Nurlan Turaldan tələb etmişdir ki, kafedən getsin. Bu zaman Tural bir anlıq yoxa çıxmış və onun hara getdiyini bilməmişdir. Sonra Tural yenidən kafeyə qayıtmışdır. Həmin vaxt İrfan söhbətgahda oturub pivə içmiş, o və Nurlan isə söhbətgahın qarşısında dayanıb söhbət etmişlər. Tural kafeyə gəlib Nurlana «sən kimi qovursan, kimə söyürsən» demiş, Nurlan Turala ona söydüyünə görə onu qovduğunu deyib, Turalın üstünə getmişdir. Həmin vaxt o, Nurlanın qarşısına durub «lazım deyil, dava etməyin» demişdir. Nurlan isə onu kənara itələyib qarışmamasını bildirmişdir. Onlar bir-birinə çatan kimi aralarında dava olmuş və bir-birlərindən tutmuşlar. Bu zaman Tural arxası üstə yerə yıxılmış, Nurlan isə Turalın üstünə yıxılmışdır. Onlar yerdə yıxılı vəziyyətdə dalaşmışlar. Həmin vaxt o, İrfanla birlikdə onları aralaşdırmışdır. Dava zamanı üstdə Nurlan olmuş və onlar Nurlanı çəkib Turaldan aralaşdırmışlar. Nurlan qaranlıqdan işığa tərəf getmişdir. Həmin vaxt Tural çıxıb getmiş, lakin onun hara getdiyini bilməmişdir. Nurlan kafenin yanında olan mağazaya tərəf gedib, onların yanına gələndə əynində olan koftasının sol tərəfli qana bulaşdığını görmüşlər. Nurlan demişdir ki, Tural onu bıçaqla vurmuşdur. Həmin vaxt bilmişdir ki, dalaşanda Tural bıçaqla Nurlanı vurmuşdur. Nurlana su vermişlər. Sonra Nurlanın qardaşı Murad gəlmiş və 102 xidmətinə və təcili yardıma zəng vurmuşdur. Nurlan yerdə pilləkənə söykənib oturmuş, qardaşı Murad Nurlanı orada olan tanımadığı maşınla həkimə aparmışdır. Sonra Nurlanın atası gəlmiş, təxminən yarım saat onunla söhbət edəndən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Turalın gedib evdən bıçaq götürüb gəldiyini bilməmişdir. Tural ikinci dəfə kafeyə gələndə əlində bıçaq görməmiş, qaranlıq olduğuna görə, Turalın bıçaqla Nurlanı vurduğunu görməmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadəsinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, birbiri ilə uzlaşır, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisənin yaranması, sonrakı inkişafı, dərinləşməsi, hadisənin baş verməsi vəziyyəti, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirmə mexanizmi, xəsarətin xarakteri, habelə tərəflərin hadisədən sonrakı davranışları təqsirləndirilən şəxsin göstərdiyi hallarla üst-üstə düşür. Bu ifadələr hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə də məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, zərərçəkmiş şəxsin ifadəsi cinayət işnin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Zaqatala RPŞ-nın İstintaq bölməsinin baş müstəntiqi, polis baş leytenantı X1 cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 28 aprel 2024-cü il tarixli qərarı ilə. Həmin qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barədə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlansın və icraata qəbul edilsin (İ cild, i/v 01). Zaqatala RPŞ-nın məsul növbətçisi, polis polkovnik-leytenantı Emin Soltanovun 27 aprel 2024-cü il tarixli raportu ilə. Həmin raportdan görünür ki, 27 aprel 2024-cü il tarixdə, saat 23:50-də Zaqatala rayonunun Qandax kənd sakini Şahid3 DİN-in “102” xidmətinə zəng vuraraq, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması barədə məlumat vermişdir (İ cild, i/v 03). Zaqatala RPŞ-nın məsul növbətçisi, polis polkovnik-leytenantı Emin Soltanovun 27 aprel 2024-cü il tarixli digər raportu ilə. Həmin raportda göstərilir ki, 27 aprel 2024-cü il tarixdə, saat 23:42-də Zaqatala MDMdən daxil olan məlumatda tibb bacısı Həsənova Zaqatala rayonunun Qandax kənd sakini xx.xx.1991-ci ildə doğlulmuş Zərərçəkmiş şəxs çoxsaylı bıçaq yarası xəsarəti ilə daxil olduğunu bildirmişdir (İ cild, i/v 04). Baxış keçirilməsi və götürmə haqqında 28 aprel 2024-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, baş vermiş hadisə zamanı Tural adlı şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirən zaman əynində bir ədəd boz rəngli mayka və bir ədəd narıncı rəngli qısaqol kofta olmuşdur. Boz rəngli maykaya və narıncı rəngli qısaqol koftaya baxış keçirilən zaman hər ikisinin Zərərçəkmiş şəxs əynindən xüsusi tibbi alət vasitəsilə kəsilərək çıxarıldığı, hər ikisinin üzərində qana oxşar ləkələrin. mövcud olduğu və hər ikisinin üzərində çoxsaylı kəsilmiş deşilmiş zədələr mövcud olduğu müəyyən olunmuşdur. Baxış keçirildikdən sonra hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd boz rəngli mayka və bir ədəd narıncı rəngli qısaqol kofta sübut əhəmiyyətinə malik ola biləcək əşya kimi qablaşdırılaraq götürülmüşdür (İ cild, i/v 12-13). Hadisə yerinə baxış keçirilməsi haqqında 28 aprel 2024-cü il tarixli protokolla. Həmin protokolda göstərlilir ki, baxış gecə vaxtı süni işıqlandırma şəraitində aparılmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarat yetirildiyi hadisə yeri Zaqatala rayonunun Qandax kəndinin mərkəzində yerləşən “Master” adlı kafenin həyətində baş vermişdir. Kafe yol tərəfdən taxta hasarla əhatələnmişdir. Kafenin taxtadan içəriyə açılan bir giriş qapısı vardır. Həyətə daxil olduqda sağ tərəfdə həyətdə oturmaq üçün dörd ədəd masalar, həmin masaların ətrafında taxtadan düzəldilmiş oturacaqlar, sol tərəfdə bir ədəd masa, həmin masanın ətrafında stullar, sağ tərəfdəki masadan sonra kafenin bir mərtəbədən ibarət, mətbəxi və otaqları yerləşən bina vardır. Binadan sonra kafenin həyətinin sonunda sağ tərəfdə iki ədəd, sol tərəfdə iki ədəd, ətrafı qarğı ilə əhatələnmiş söhbətgahlar vardır. Kafenin həyəti çınqıl daşlarla örtülmüşdür. Kafenin həyətinə, binaya və söhbətgahlara baxış keçirilərkən masa və stulların dağıdılmadığı, qabların sındırlmadığı, kafenin səliqəsinin pozulmadığı, hər hansı bir əmlakın dağıdılmadığı, yaxud zədələnmədiyi müəyyən olunmuşdur. Kafenin həyətində çınqıl daşlar üzərində bir neçə yerdə qana oxşar ləkələr vardır. Bundan başqa, hadisə yerində bir ədəd siqaret kötüyündə və bir ədəd yarpaq üzərində qana oxşar ləkələr vardır. Hadisə yerində üç ədəd üzərində qana oxşar ləkə olmayan siqaret kötükləri də aşkar olundu. Baxış keçirilərkən hadisə yerində üzərində qana oxşar ləkələr olan 21 ədəd çınqıl daşı, üzərində qana oxşar ləkə olan bir ədəd siqaret kötüyü, üzərində qana oxşar ləkə olan bir ədəd yarpaq və üzərində qana oxşar ləkə olmayan digər üç ədəd siqaret kötüyü müvafiq qaydada qablaşdınlaraq sübut əhəmiyyətinə malik ola biləcək əşya kimi götürülmüşdür. Baxış keçirilərkən fotoşəkillər çəkilmişdir (İ cild, i/v 15-16). Zaqatala RPŞ-nın CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Zakir Yusifovun 28 aprel 2024-cü il tarixli raportu ilə. Həmin raportda göstərilir ki, xx.xx.2024-cü il tarixdə, saat 23:42 radələrində RPŞ-nın əməliyyat qrupunda növbədə olanda Zaqatala rayonunun Qandax kənd sakini Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarəti alaraq, Zaqatala MDM-ə daxil olması barədə xəstəxanadan daxil olmuş telefon məlumatı əsasında tərəfimizdən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində baş vermiş hadisənin Zaqatala rayonunun Qandax kənd sakini xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu və Qandax kəndində yaşadığı evdə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı Zərərçəkmiş şəxs bıçaqla vurduğunu etiraf edərək, hadisə zamanı istifadə etdiyi bıçağı könüllü surətdə təqdim etmişdir. Təqdim edilmiş bir ədəd qara rəngli dəstəyi olan mətbəx bıçağı istintaqa təqdim olunması üçün ondan götürülmüş və Təqsirləndirilən şəxs özləri ilə birlikdə gətirərək, növbətçi hissəyə təhvil verilmişdir (İ cild, i/v 25). Baxış keçirilməsi haqqında 28 aprel 2024-cü il tarixli protokolla. Həmin protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın ümumi üzünluğu 18,5 sm, dəstəyi qara rəngli kauçuk materialdandır, dəstəyinin uzunluğu 9,5 sm, tiyəsinin uzunluğu 9 sm, eni 1,5 sm-dir, uc hissəsindən 2,5 sm-də kiçik diametrli dəlik vardır. Baxış keçirilərkən təqdim olunmuş bıçaq üzərində qanaoxşar ləkələrin olması müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs kafedə həmin bıçaqla çoxsaylı xəsarətlər yetirdikdən sonra yaşadığı evə gedərək, həmin bıçağı su ilə yumuş, polis əməkdaşları yaşadığı ünvana gəldikdə, hadisədə istifadə etdiyi həmin bıçağı könüllü surətdə polis əməkdaşlarına təqdim etmişdir. Təqdim olunmuş bir ədəd bıçaq sübut əhəmiyyətinə malik ola biləcək əşya kimi qablaşdırılaraq götürülmüşdür (İ cild, i/v 28). “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X12 01 may 2024-cü il tarixli 18-1-78/2- 541/2024 nömrəli məktubu ilə. Həmin məktubda göstərilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə (T01) “bədənin bir neçə nahiyəsini əhatə edən açıq yaralar” diaqnozu ilə Zaqatala RMX-nın Cərrahiyə korpusunun TTTY şöbəsinə müraciət etmiş, həmin tarixdə “Diaqnostika məqsədilə laparatomiya” əməliyyatı icra olunmuş və hazırda Cərrahiyə şöbəsində stasionar müalicəsi davam etdirilir (İ cild, i/v 119). Məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/972 R nömrəli rəyi ilə. Həmin rəydə göstərilmişdir ki: - hadisə yerindən götürülmüş bir ədəd "Sobranie" markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur (İ cild, i/v 87). - bir ədəd “İmperial Classic” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar kişi cinsindən olan naməlum şəxsə məxsusdur və bu nümunədən əldə olunmuş DNT profili, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Digər bir ədəd “İmperial Classic” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar qarışıq tiplidir və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yararlı deyil (İ cild, i/v 140-143). İfadənin yerində yoxlanılması haqqında 06 iyun 2024-cü il tarixli protokolla. Həmin protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadədə göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani surətdə göstərmişdir. Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 216 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər (sol körpücük sümüyü nahiyəsində bir ədəd, sol çiyin oynağı nahiyəsində bir ədəd deşilmişkəsilmiş yaralar, döş qəfəsinin sol orta şöbəsində ön qoltuqaltı xətt boyunca V-Vİ qabırğalar səviyyəsindən daxilə nüfuz edərək hemopnevmotoraks əmələ gətirən bir ədəd deşilmiş kəsilmiş yara, döş qəfəsində iki ədəd, kürək nahiyəsində iki ədəd, qarın nahiyəsində beş ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar) iti kənara və iti uca malik olan deşici-kəsici əşyanın (əşyaların), (alətin) (alətlərin) təsirindən törənmişdir, bıçağın təsirindən törənməsi istisna edilmir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala RMX PHŞ-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, döş qəfəsində bir ədəd daxilə nüfuz edərək hemopnevmotarks əmələ gətirən yara dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, sol körpücük sümüyü nahiyəsində bir ədəd, sol çiyin oynağı nahiyəsində bir ədəd, döş qəfəsində iki ədəd, kürək nahiyəsində iki ədəd, qarın nahiyəsində beş ədəd deşilmiş-kəsilmiş yaralar isə birlikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər (İ cild, i/v 176-179). MTE və PAB-ın xx.xx.2024-cü il tarixli 309/2024-MTBŞ nömrəli maddi sübutların ekspertizası rəyi ilə. Həmin rəydən görünür ki; 1) Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/ (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosürətinə əsasən). 2) Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka, kofta, hadisə yerindən götürülmüş 21 ədəd daş, 01 ədəd yarpaq, 01 ədəd siqaret üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə H antigeni və alfa, beta aqqlyutininləri alınmışdır. Bu qan ləkələri ABO sistemi üzrə O alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.
3. Təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmamışdır (İ cild, i/v 225-228). MTE və PAB-ın xx.xx.2024-cü il tarixli 213/2024-MTKŞ nömrəli maddi sübutların ekspertizası rəyi ilə. Həmin rəydən görünür ki; 1) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön hissəsində solda 07 ədəd, köynək və maykanın arxa hissəsində solda 02 ədəd deşilmişkəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı, tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gələ bilərdilər. 2) Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. 3) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlarda (köynək və mayka) aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsinin mümkünlüyünü yoxlamaq məqsədilə eksperiment aparılmalı idi. Lakin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin uc hissəsi sınmış vəziyyətdə olduğundan eksperiment üçün yarasız hesab edilir. Buna görə də, paltarlarda aşkar edilmiş deşilmişkəsilmiş zədələrin həmin bıçaqla yetirib-yetirilməməsi haqqında fikir söyləmək mümkün olmamışdır (İ cild, i/v 230-233). Məhkəmə kollegiyası aparılmış ekspertizaların nəticələrinin düzgünlüyünə və obyektivliyinə şübhə etməyə əsaslar tapmır, çünki həmin rəylər böyük iş stajına malik olan ekspertlər tərəfindən icra edilmiş, lazımi şəkildə rəsmiləşdirilmiş, elmi cəhətdən əsaslandırılmış, nəticələri aydın və başa düşüləndir, işin həqiqi halları və materialları, istintaq hərəkətləri və digər sənədlərlə uzlaşır. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməsində təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 126.2.3-cü maddəsilə tövsif etməyə imkan verir. Çünki, o 27 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixə keçən gecə Zaqatala rayonunun Qandax kəndində yerləşən, həmkəndlisi Zərərçəkmiş şəxs məxsus «Master» adlı kafedə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində səs-küy salıb ünvansız söyüşlər işlətməsi və sonuncunun onun bu hərəkətlərini irad tutaraq kafedən qovmasına görə, qisas almaq niyyəti ilə yaşadığı evdən gətirdiyi, soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış mətbəx bıçağı ilə zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi məqsədilə çoxlu sayda, yəni 12 dəfə zərbə vuraraq, qəsdən xüsusi amansızlqla Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs xüsusi amansızlıq edib, 12 dəfə bıçaq zərbəsi yetirməklə qəsdən zərərçəkmiş şəxsə ağır bədən xəsarəti yetirmişdir. Bu cinayət, təqsirkarın öz hərəkətləri ilə zərərçəkən şəxsin bədəninə ciddi xəsarətlər yetirməsi və bunu bilərəkdən etməsi ilə xarakterizə olunur. Təqsirləndirilən şəxs bu cinayəti orta dərəcəli sərxoş vəziyyətində, çox qəddar və insanlıqdan kənar bir şəkildə törətmişdir. Onun bu əməli zərərçəkən şəxsin nəinki xəsarət alması, həyatını itirəcəyi təhlükəsi ilə üzüzə qoymuş, həm də fiziki və psixoloji cəhətdən ciddi əzablar çəkməsinə səbəb olmuşdur. Belə cinayət həm fiziki, həm də mənəvi cəhətdən zərərçəkmiş şəxsə böyük zərər vurduğu üçün qanunvericiliklə də ciddi cəzalara səbəb olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiqini tapmışdır. Onun “həmin vaxt özünü müdafiə etmək üçün Nurlanı itələməsi, bıçaqla ona 2-3 zərbə vurması, ancaq Nurlanın dırnaqtutan bıçağı ilə özünə zərbələr vuraraq, onu şərləməsi, habelə ..bıçaq götürəndə Nurlanı vurmaq niyyətinin olmamas, Nurlanın onu yerə yıxıb, döyəndə aşağıdan yuxarı bıçaqla 2 zərbə vurması, orada başqa kimsənin Nurlana bıçaqla xəsarət yetirməməsi, ola bilsin, digər xəsarətləri onun özünün özünə yetirməsi və onun Nurlana 12-13 bıçaq zərbəsi vurmaması” barədə gətirdiyi dəlillər elə Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi və işdə olan digər mötəbər sübutlarla təkzib edilmiş və təsdiqini tapmamışdır. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bu dəlillərinə tənqidi yanaşır və həmin ifadələri özünümüdafiə xarakteri daşıyan cəhdlər kimi qiymətləndirir. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 xx.xx.2024-cü il tarixli 489 nömrəli rəyindən göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və ya onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i/v 236-237). Bundan əlavə, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X12 10 iyul 2024-cü il tarixli 18- 1-78/2-841/2024 nömrəli məktubunda göstərilir ki, Bayramov X3 RMX PHŞ-nın Psixiatrik Narkoloji kabinetlərində qeydiyyatda yoxdur (İ cild, i/v 186). Göründüyü kimi, Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntuları olması barədə məlumat yoxdur, buna görə də məhkəmə kollegiyasında onun psixi tamlığına şübhə yoxdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq onun əməli CM-in 126.2.3-cü maddəsilə tövsif edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin etmə məsələsinə gəlincə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm olmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Bu prinsipdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CMin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi) və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CMin 58.3-cü maddəsi). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CPM-in 40.2.2-ci maddəsi ilə xitam verilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirli bilinib, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 500 manat cərimə olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 73.2-ci maddəsi ilə xitam verilmişdir. Bayramov X3 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 315.1-ci maddəsində nəzərdə tutulan əməlinin törədilməsində təqsirli bilinib, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bayramov X3 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib, 01 il 02 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i/v 157-159). Həmçinin, Zaqatala Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 4(033)-14/2024 nömrəli qərarından görünür ki, əvvəli 28 aprel 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barədə 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i/v 107-110). Qeyd olunanlarla yanaşı, Zaqatala RİH başçısının Qandax kənd icra ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli 5-82-33/2-167/2024 nömrəli arayışıdan və doğum haqqında 29 iyul 2011-ci il tarixli 716412 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X6 adlı qızı vardır (İ cild, i/v 189, 191). Bundan əlavə, Zərərçəkmiş şəxs məhkəmə kollegiyasında ifadə verərkən, həmçinin yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, ona dəyən ziyan ödənilmiş və hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxsla barışmış və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işindən göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq onunla razılıq əldə etmişdir. Belə vəziyyətdə məhkəmə kollegiyası CM-in 59.1.12-ci maddəinə əsasən, bu halı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qəbul edir. CM-in 61.1.1-ci madəsinə əsasən, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdən göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsilə təqsirləndirilir. CM-in həmin maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs bundan əvvəl də bir neçə dəfə cinayət əməli törətmiş və barəsində müvafiq hüquqi tədbirlər görülmüşdür. Lakin barəsində olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(033)-26/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 06 ay müddətət azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (İ cild, i/v 200-203). Belə olan halda ona cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Çünki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (CM-in 66.5-ci mad.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 14 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Konstitusiya Məhkəməsinin istinad edilən qərarına uyğun cəza təyin edilməlidir. İşdən göründüyü kimi, Təqsirləndirilən şəxs 09 mart 2024-cü ildə CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Zaqatala Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli hökmü ilə altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2024cü il tarixdən hesablanmışdır. 28 aprel 2024-cü il tarixdə o, şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə isə Zaqatala Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində əvvəli 28 aprel 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdən həbsdədir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (zərərçəkmiş şəxsə 12 bıçaq zərbəsi vurması və yalnız ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində zərərçəkmiş şəxsin sağ qalması), Təqsirləndirilən şəxs şəxsiyyətini (sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 28 aprel 2024-cü il tarixli 258 nömrəli akta əsasən, Təqsirləndirilən şəxs cinayət törədərkən orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur (İ cild, i/v 07)), o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, belə qənaətə gəlir ki, CM-in ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 126.2.3-cü maddəsilə təqsirli bilinib, yeddi il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın məna və fəlsəfəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəti olaraq yeddi il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 28 aprel 2024-cü il tarixdən hesablanmalı və o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CM-in 56.1.2-ci maddəsinə əsasən isə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. İş üzrə maddi sübut olub, Zaqatala RPŞ-da saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd bıçaq, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka, bir ədəd qısaqol kofta, üzərində insan qanı ləkələri aşkar olunmuş 21 ədəd daşlar, 01 ədəd yarpaq, 02 ədəd siqaret kötüyü məhv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia, müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKMETDİ:
Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, yeddi il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.5-ci maddəsinə əsasən, bu cəza Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılsın və Təqsirləndirilən şəxs yeddi il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Zaqatala Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ümumi cəzadan çıxılsın və onun üzərində qəti olaraq yeddi il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 28 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub, Zaqatala RPŞ-da saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd bıçaq, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka, bir ədəd qısaqol kofta, üzərində insan qanı ləkələri aşkar olunmuş 21 ədəd daşlar, 01 ədəd yarpaq və 02 ədəd siqaret kötüyü məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rafail Əliyev
Hakimlər: Xaliq Məmmədov
Tural Əfəndizadə