Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-66/2021 10.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu ( sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrdə Dövlət İttihamının müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X4 oğlunun iştirakları ilə xx xxxxxxx 1981-ci ildə Ucar rayonunun Əlikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Ucar rayonunun Əlikənd kəndində qeydiyyatda olmaqla həbs edilənə kimi Ucar rayonu Qazıqumlaq kəndində yaşamış, xx xxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X5 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zoraklılıqla bağlı olan basqın edərək xx xxx 2020-ci ildə saat 02 radələrində Ucar rayonu Qazıqumlaq kəndində Zərərçəkmiş şəxs məxsus yaşayış evinin eletrik dirəyində olan sayğacdan həmin evin işıqlarını söndürərək yaşayış evinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs məxsus olan 200 manat dəyərində 01 ədəd “OPPO” markalı, A1K modelli mobil telefonu tamah məqsədi ilə ələ keçirmək niyyətinə gəlib sonuncuya zor tətbiq edərək sol gözətrafı nahiyənin, sifətin sol yarısının dərialtı hematoması və qançırı, burun sümüyünün xətti natamam sınığı ilə nəticələnən və qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə quldurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 181.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci ildə evində 750 qramlıq araq içmiş, sonra küçəyə çıxmış və fikirləşmişdir ki, Hüsniyyənin evinə daxil olub onun telefonunu ələ keçirsin. Həmin telefonu əvvəllər onun əlində görmüş və bahalı telefon olduğunu bilmişdir. xx.xx.2020-ci il tarixdə saat 02 radələrində onunla qonşuluqda tənha yaşayan Hüsniyyə Xüzeyfə qızı Vəliyevanın yaşadığı həyətin aşağı tərəfində olan Hüsniyyənin qardaşına məxsus həyətə arxa tərəfdən yerləşən qarğılıqdan daxil olub Hüsniyyənin qardaşının həyəti ilə gəlib Zərərçəkmiş şəxs evinin qarşı tərəfində olan pilləkəndən onun yaşadığı evin eyvanına çıxmışdır. Hüsiyyənin qardaşının həyətindən Hüsniyyənin həyətinə keçməzdən əvvəl işıq dirəyində quraşdırılmış sayğacın kənarında olan ayrıcıdan işığı keçirmişdir. Zərərçəkmiş şəxs eyvanında olarkən artıq onun evinin işıqları yanmamışdır. O həmin vaxt eyvanda yerləşən stol və stula yaxınlaşanda ayağı stula dəymiş və stolun üzərində olan qənd qabları səs etmişdir. Bu vaxt Zərərçəkmiş şəxs yatdığı otaqdan bayıra fənərlə ışıq salmışdır. Hüsniyyə, yatdığı evin qapısının kilidini açanda o əynində olan qolsuz idman geyimini başına çəkib Hüsniyyəni itələyib evə salmışdır. Hüsniyyə geriyə hərəkət edərək evin içərisinə doğru hərəkət edib qapı ilə üzbəüz olan kresloların arasında dayanmışdır. Bu vaxt Hüsniyyənin sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Hüsniyyə həmin vaxt yerə yıxılmışdır. O yerdə olan vaxt Hüsniyyənin bədənin müxtəlif nahiyələrinə təpiklə vurmuşdur. Hüsniyyə yerə yıxılıb özündən gedərkən qaçıb həyətdən çıxmışdır. Zərərçəkmiş şəxs evindən çıxaraq öz evinə getmişdir. Evə gələndə əlinin üstünün qan omasını görmüşdür. Başa düşmüşdür ki, əlindəki həmin qan Hüsniyyəyə məxsusdur. Buna görə də ilk öncə əllərini yumuşdur. Daha sonra öz yataq otağına keçib yatmışdır. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, ailə qurmadığı üçün Uca rayon Qazqumlaq kəndində atası ilə birlikdə yaşayır xx xxx 2020-ci ildə saat 01-02 radələrində evdə yatdığı zaman eyvanda stolun üzərinə əvvəlcədən qoyduğu qənd qabının və stəkanın tərpənməsi nəticəsində yaranmış şıqqıltı səsini eşitmişdir. Az bir müddət keçdikdən sonra yenidən həmin səsin gəldiyini eşidib yuxulu vəziyyətdə yatağından ayağa qalxmışdır. Bu vaxt o əvvəlcədən yanılı vəziyyətdə qoyduğu eyvanın işığının sönülü olmasını görmüşdür. Yatağının yanına qoyduğu fənəri əlinə almış bayıra eyvana pəncərədən ışıq salmışdır. Eyvanda kölgə görərək qorxu hissi keçirmişdir. Yatdığı evin pəncərəsindən bayıra baxanda qonşunun ışığının yanılı olduğunu görmüşdür. O yarı yuxulu vəziyyətdə yatdığı otaqdan evin eyvanına doğru çıxmaq üçün evin qapısının kilidini açaraq eyvana çıxmaq istəmişdir. Qapını açan zaman tanımadığı şəxs onu ağız nahiyəsindən tutaraq boğub evin içərisinə salmışdır. Əlindəki qara rəngli işıq fənarını alaraq yerə çırpmışdır. Həmin şəxs onu yataq otağında yanaşı vəziyyətdə qoyulmuş kresloların arasına salaraq boğmuş, sifət və baş nahiyələrinə yumruqla bir neçə dəfə vurmuşdur. Onu qolu ilə itələyib yerə yıxmışdır. Yerdə uzanıqlı qalarkən həmin tanımadığı şəxs ayağı ilə bədəninin müxtəlif nahiyələrinə təpiklə vurmuşdur. O artıq huşunu itirmiş və yerə yıxılıb xırıldamışdır. Bu vaxt həmin şəxs evdən çıxaraq qaçmışdır. Bir saat sonra sürünə-sürünə birtəhər qonşusu Hacıyev Mərfiyyətin evinə getmişdir. Mərfiyyət və qızı Kəmalə ona köməklik göstərərək evlərinə çıxarmışlar və onun yaxın qohumlarına məlumat vermişlər. İstifadəsində olan “OPPO” markalı mobil telefonu ona qardaşı almışdır. Hazırda həmin telefonu 200 manat məbləğində qiymətləndirir. Eyni zamanda Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə ona məlum olmuşdur ki, xx xxx 2020-ci il tarixdə saat 02 radələrində onun evinə quldurcasına basqın edən şəxs öz qonşusu Təqsirləndirilən şəxsdur. Şahid ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci ildə həyat yoldaşı Zamiq spirtli içki içmişdir. Yemək bitdikdən sonra təxminən 1-2 saat keçmişdir ki, Zamiq ona demişdir ki, paltarlarını hazırlasın Göyçay rayonuna gedəcək. xx xxx 2020-ci ildə səhər saat 05 rədələrində küçədə olan səs-küyə oyanmış, Zamiq evdə yatıb. Fikirləşmişdir ki, içkili olduğu üçün həm də gec olduğundan maşın tapıb Göyçaya gedə bilməyib. Həyətə düşüb küçəyə çıxanda görmüşdür ki, küçədə polislər və təcili tibbi yardım maşını var. O nə baş verdiyini soruşduqda ona bildirmişlər ki, gecə kimsə Hüsniyyənin evinə daxil olub və Hüsniyyəni döyüb. Lakin həmin vaxtı o bunu kimin törətdiyini bilməmişdir. xx xxxxxxxx 2020-ci ildə polis əməkdaşları gəlib Zamiqi Hüsniyyənin döyülməsində şübhəli olduğunu və bunun ardınca Zamiq özü etiraf etdikdən sonra bilmişdir ki, həmin vaxt Zərərçəkmiş şəxs döyən şəxs məhz onun həyat yoldaşı Zamiq olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx xxx 2020-ci il tarixli 96 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözətrafı nahiyənin, sifətin sol yarısının dərialtı hematoması və qançırı, burun sümüyünün xətti natamam sınığı –küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-c il tarixinə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 611 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1.-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabliyyətindədir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/5178 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “OPPO” markalı, A1K modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2020-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 200 manat müəyyən olunur. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli CM-nin 181.2.3-cü maddəsinə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş və xx xxxxxxxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 181.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid edildiyindən CMnin 56.1.2-ci maddəsinə əsasən o, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Ekspertiza xərci 50 (əlli) manat təşkil edir. Həmin pul təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddət həmin cəzaya hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci ildən hesablansın. Ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan 01 ədəd “OPPO” markalı, A1K modelli mobil telefonun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X5 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-66/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-66/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver