Məhkəmə qərarları › İş №1(091)-66/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-66/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-66/2022 09.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxx 1975-ci ildə Zərdab rayonu Bıçaqçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Zərdab rayonu Bıçaqçı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 11.09.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilərək X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 237.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının əvvəllərində Zərdab rayonu Bıçaqçı kəndi ərazisində X11 Təsərrüfatı Mərkəzinin balansında olan “Ada” adlanan torpaq sahəsində xeyli miqdar hesab olunan 03 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarını qanunsuz olaraq əkərək həmin tarixdən 09.09.2021-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 09 sentyabr 2021-ci il tarixdə, saat 15:20-də Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 03 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən 2021-ci ilin mart ayının sonlarında Zərdab rayonu Bıçaqçı kəndi ərazisində, pay torpaq sahəsində xeyli miqdar hesab olunan 14 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarını qanunsuz olaraq əkərək həmin tarixdən 09.09.2021-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 09 sentyabr 2021-ci il tarixdə, saat 16:25-də Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 14 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 2021-ci ilin mart ayının əvvəllərində və sonlarında əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etdiyi, 17 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) kollarının hissələrindən yığmaqla əldə edib hazırldığı qurudulmuş marixuananın təmiz çəkisi 17,46 qram şəxsi istehlak miqdarından artıq miqdarını bir ədəd kağız bükümdə yaşadığı Zərdab rayonu Bıçaqçı kəndində yerləşən evinin həyətindəki toyuq hinində olan dəmir sobanın borusunun içərisində, təmiz çəkisi 49,13 qram şəxsi istehlak miqdarından artıq miqdarını yaşadığı fərdi yaşayış evində olan rəfdəki çemodanın üstündə, təmiz çəkisi 73.20 qram şəxsi istehlak miqdarından artıq miqdarını həmin çemodanın içərisindəki qabda olmaqla ümumilikdə, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 139,79 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, 09 sentyabr 2021-ci il tarixdə saat 14:18 radələrində Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.1 və 237.2.2-ci maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Zərdab rayonu ərazisində toylarda müğənniliklə məşğul olmuşdur. O zamandan bu günə qədər də narkotik vasitə aludəçisidir. Keçən ilin qış ayında tapdığı marixuanadan isə müəyyən qədər özündə saxlamışdır. Bu ilin mart ayının əvvəllərində Bıçaqçı kənd ərazisində, evinin yaxınlığında yerləşən “Ada” adlanan yerdə olan yulğun ağaclarının arasına 3 ədəd marixuana toxumu əkmiş, mart ayının axırlarında isə kənd ərazində yerləşən əkin sahələrinin yanında olan kol ağaclarının arasında 14 ədəd marixuana toxumu əkmişdir. Həmin toxumları şəxsi istifadəsi üçün əkmişdir. “Ada” adlanan yerdə əkdiyi toxumlar cücərmiş və kollara 1 aya yaxın müddət qulluq etdikdən sonra yəni, suvardıqdan sonra, oraya aprel ayının ortalarından etibarən getmək çətin olduğu üçün daha getməmişdir. Lakin, kənd ərazisində yerləşən əkin sahələrinin yanında olan yabanı kolların arasındakı çətənə kollarına quş peyini töküb, su ilə qulluq etmişdir. Ona görə də 3 ədəd yaxşı qulluq edilməyən çətənə kolları yaxşı inkişaf etməmişdi, 14 ədəd isə yaxşı qulluq edildiyindən, daha yaxşı inkişaf etmişdi. O, həmin çətənə kollarını əkəndə hər dəfə onda həmin bitkiləri əkib-becərərək özü istifadə etmək üçün qəsd yaranmışdır. Hadisədən təxminən 10 gün əvvəl həmin əraziyə yenidən gedərək həmin 14 ədəd çətənə kolundan 2 ədədinin yarpaqlarını təmizləyərək sellofan paketə doldurub evinin yaxınlığındakı “Ada”ya keçmək üçün istifadə olunan “Axmaz” adlanan su hövzəsinin yanındakı qoruqluğa qurutmaq üçün sərmiş, orada 3 gün qaldıqdan sonra onları hissələrə ayıraraq bəzilərini dondurma qabına yerləşdirib yaşadığı evin yataq otağındakı rəfin üzərində olan çamadanın içərisində və üzərində, digər qismini isə həyətdəki toyuq hinində olan soba borusunun içərisində gizlətmişdir. Həmin kolları yetişdirərkən və onların yarpaqlarını təmizləyib qurutmaq üçün yaşadığı evə gətirib gizlədərkən, heç kəsin bu barədə məlumatı olmamışdır. 09 sentyabr 2021-ci il tarixdə günorta saat 14 radələrində Zərdab rayon Polis Şöbəsinin əməkdaşları Zərdab rayonu Bıçaqçı kəndində olan yaşadığı ünvana gəlib narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu məhkəmə qərarı ilə tanış etmişlər. O da etiraz etməmiş və artıq onun narkotik vasitə saxladığını bildiklərini düşündüyündən, narkotik vasitəni “Ada” adlanan yerdə və əkin sahəsinin yanındakı kolluq ərazidə əkdiyini polis əməkdaşlarına bildirmişdir. Lakin, artıq həyəcanlanmağın səbəbi ilə evdə gizlətdiyi marixuana kütləsini polis əməkdaşlarına deməmişdir. Polis əməkdaşları da məhkəmə qərarı əsasında yaşadığı evə daxil olub axtarış keçirmişlər. Polis əməkdaşları ilə birlikdə axtarış zamanı həyətdəki toyuq hininin içərisində olan soba borusunun içərisində əvvəldən gizlətdiyi kağız bükümdə olan marixuana aşkarlanaraq qablaşdırılmış, bu barədə protokol tərtib olunaraq o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı fərdi yaşayış evində axtarış zamanı, yataq otaqlarının birində rəfin üzərindəki çamadanın içərisində gizlətdiyi dondurma qabının içində və çamadanın üzərində marixuana aşkar edilərək qablaşdırılmış və bu barədə protokol tərtib olunaraq o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun əvvəl bildirdiyi “Ada” adlanan yerə qayıqla getmişlər. Orada 3 ədəd ağac halında olan kiçik ölçülü 03 (üç) ədəd marixuana ağacının olduğunu göstərmiş və həmin ağaclara da aqronom tərəfindən baxılaraq bir neçə ay öncə suvarıldığı, lakin son zamanlar qulluq olunmadığı qeyd olunmuş və qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Daha sonra onunla birgə kənd ərazisində yerləşən əkin sahəsinin yanında olan yabanı kolluqların arasındakı əkmiş olduğu yerə gedilərək 14 ədəd çətənə kolu aşkar edilmiş və aqronom tərəfindən baxılaraq qulluq olunduğu qeyd olunmuşdur. O, orada olan iki ağacı təqdim edərək məhz evdə aşkarlanan marixuana kütləsinin həmin 2 ağacın yarpaqları olduğunu qeyd etmişdir. Daha sonra həmin kollar da qablaşdırılaraq, bu barədə protokol tərtib olunmuş və sonra polis şöbəsinə aparılmışdır. Hazırda əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayonu Bıçaqçı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında bu istiqamətdə təxirə salınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi məqsədi ilə bu barədə şöbənin rəhbərliyinə raportla rəsmi qaydada məruzə olunmuş və 07.09.2021-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin qərarı əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs yaşadığı Zərdab rayonu Bıçaqçı kəndindəki fərdi yaşayış evində,evin həyətindəki yardımçı tikililərdə və həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evində, evin həyətindəki yardımçı tikililərə və həyətyanı sahələrə baxış keçirilmiş və axtarış zamanı ümumilikdə çəkisi 170,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, daha sonra özünün göstərdiyi «Ada» adlanan yerdə 3 ədəd narkotik tərkibli çətənə bitkiləri, bundan başqa həmin ərazinin yaxınlığında kolluq ərazidə 14 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq video-çəkiliş vasitəsi ilə götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitkiləri özü istifadə etmək məqsədi ilə əkibbecərdiyini və həmin kollardan yığıb qurudaraq evində saxladığını bildirmişdir. Baxış zamanı aşkar olunmuş narkotik vasitələr qablaşdırılıaraq ekspertizaya təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 təqsirləndirilən şəxsin yaxın qohumu olması səbəbi ilə ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində şahid göstərmişdir ki, Araz onun oğludur. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və həmçsinin qanunsuz əkib-becərilməsi ilə əlaqədar Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. O, Arazın spirtli içki qəbul etməsini və ya nəşə çəkməsini bilsə də, oğlunun narkotik vasitənin çətənə növünü əkib-berməsini və ya evdə və ya digər yerdə saxlamasını bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 təqsirləndirilən şəxsin yaxın qohumu olması səbəbi ilə ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində şahid göstərmişdir ki, əslən Ağdaş rayonunun Kotavan kəndindəndir. 1999-cu ildən Zərdab rayonu Bıçaqçı kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş, 3 azyaşlı övladı var, biri şəkər xəstəsidir. Qayınatası Şahid5 də xəstədir. Ailədə hal-hazırda 7 nəfərdirlər. Həyat yoldaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və həmçsinin qanunsuz əkib-becərilməsi ilə əlaqədar Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. O, həyat yoldaşı Təqsirləndirilən şəxs spirtli içki qəbul etməsini və ya nəşə çəkməsini bilsə də, Arazın narkotik vasitənin çətənə növünü əkib-berməsini və ya evdə və ya digər yerdə saxlamasını bilməmişdir. Cinayət işinin materiallarında olan 09.09.2021-ci il tarixli “Raport”dan görünür ki, Zərdab Rayon Polis Şöbəsinə Zərdab rayonu, Bıçaqçı kəndində yaşayan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması, həmçinin həmin narkotik vasitələri yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan Zərdab Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Zərdab rayonu, Bıçaqçı kəndində yerləşən yaşayış evinə, evin həyətindəki yardımçı tikililərə və həyətyanı sahəyə daxil olma və baxış keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 09). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Axtarış və götürmə aparılması haqqında” 09.09.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, aqranomun və Arza Rzayevin iştirakı ilə video çəkilişlə Zərdab rayonu, Bıçaqçı kəndində yerləşən evə və evin həyətyanı sahəsinə, həyətdəki yarımçıq tikililərə, Zərdab rayonu Bıçaqçı kəndi ərazisində X11 Təsərrüfatı Mərkəzinin balansında olan “Ada” adlanan torpaq sahəsinə və Zərdab rayonu Bıçaqçı kəndi ərazisində pay torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı Zərdab rayonu Bıçaqçı kəndi ərazisində X11 Təsərrüfatı Mərkəzinin balansında olan “Ada” adlanan torpaq sahəsində 03 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları, Zərdab rayonu Bıçaqçı kəndi ərazisində, pay torpaq sahəsində xeyli miqdar hesab olunan 14 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları və ümumilikdə 139,79 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 11-13) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09.09.2021-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Zərdab rayon Polis Şöbəsinin təhqiqatçısı Süleyman Süleymanovun, digər polis əməkdaşları və Zərdab rayon Bıçaqçı kənd sakini Təqsirləndirilən şəxs heç kimə məxsus olmadığını bildirdiyi «Ada» adlanan ərazidə ətrafı yolğun kollarından ibarət sahədə 03(üç) ədəd, bundan başqa kəndin əkin sahələrinə yaxın ərazidə 14(on dörd) ədəd ətrafı böyürtkən kollarından ibarət köküstə yaş halda tərkibində narkotik vasitə olan çətənə koluna bənzər bitkilər müəyyən edilmiş, həmin torpaq sahəsində torpağın münbitliyinə görə kimyəvi gübrələrin verilməsi ehtimal olunur. Orada olmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (cild 01, iş vər. 33). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ekspertiza mərkəzindən alınmış 10.09.2021-ci il tarixli, 17/679 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış ağ kağızda «...Zərdab rayon Bıçaqçı kənd ərazisinin yaxınlığında yerləşən...” sözləri yazılmış 01(bir) ədəd sintetik kisənin içərisindəki, hündürlükləri 50 sm-dən 80 sm-dək, ümumi təmiz çəkiləri – 32,58 qram olan 03(üç) ədəd bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqdə «...Zərdab rayon Bıçaqçı kəndində əkin sahələrinin kənarında yerləşən kolların kənarında...” sözləri yazılmış 01(bir) ədəd sintetik kisənin içərisindəki, hündürlükləri 30 sm-dən 200 sm-dək, ümumi təmiz çəkiləri- 1 kq 620 qram olan 13 (on üç) ədəd bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom-mütəxəssis Hüseyn Hüseynov tərəfindən verilmş 09.09.2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş «...Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində olan toyuq damında olan dəmir soba borusunun içində 1 ədəd kağız bükümdə... “ sözləri yazılmış 01(bir) ədəd kağız bağlamanın içərisindəki 01(bir) kağız bükümdə, təmiz çəkisi -17,46 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda «...Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilən zaman rəfin üzərində yerləşən çamadanın üzərində və içərisində olan ...ümumi təmiz çəkisi 75 (yetmiş beş) qram...” sözləri yazılmış 01(bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi-73,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda «...Təqsirləndirilən şəxs fərdi yaşayış evində rəfin üzərindəki çamadanın üzərində çəkisi 50(əlli) qram olan...” sözləri yazılmış 01(bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi-49,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş çətənə bitkiləri və qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş 01 (bir) ədəd çətənə bitkisinin hissəsinin üzərində yarpaqlar olmadığından (yalnız kök və gövdədən ibarət olduğundan) onun qurudulmuş marixuanalarla müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır (cild 01, iş vər. 45-46) Cinayət işinə əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının 24.11.2021-ci il tarixli, 716 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki, psixi xəstəlik asixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir Təqsirləndirilən şəxs cinayət əmələini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur- yəni, anlaqlı olmuşdur (cild 01, iş vər. 151-154). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30.11.2021-ci il tarixli, 1436 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələiyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 155-156). Cinayət işinin materiallarında olan 14.12.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3, 307 və 188-ci maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir (cild 01, iş vər. 167-179). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.1 və 237.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı və 2000, 2002, 2007-ci il təvəllüdlü uşaqları ilə) birlikdə hazırda Zərdab rayonu, Bıçaqçı kəndində yaşayır, barəsində Bıçaqçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 93, 95). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 94). İş materiallarına əlavə edilmiş Zərdab Rayon Mərkəzi X5 Şəxsi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli 665 saylı məktubdan görünür ki, Zərdab rayonu, Bıçaqçı kənd sakini 2000-ci il təvəllüdlü X7 2004-cü ildən şəkərli diabet 1-ci tip insulin tələbli ağır forma diaqnozu ilə dispanser qeyrdiyyatdadır və 2-ci qrup əlildir (cild 01, iş vər. 106). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, onun səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində ikinci qrup əlil olan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, eyni zamanda həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 09.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 24). Cinayət işinin materiallarında olan 11.09.2021-ci il tarixli məhkəmə qərarından görünür ki, X3 barəsində əvvəli 09.09.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 72-74). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu 09.09.2021ci il tarixdən hesablanmalı, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Zərdab Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 139,64 qram qurudulmuş marixuana və 17 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 09.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Zərdab Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 139,64 qram qurudulmuş marixuana və 17 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar