Məhkəmə qərarları › İş №1(091)-66/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-66/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-66/2023 21.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, X17 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1961-ci ildə Balakən rayonunun Qazma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, 3-cü qrup əlil, işləməyən, Balakən rayonunun Qazma kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs (Rusiya Federasiyası Samara vilayəti YHTDM tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ********** nömrəli sürücülük vəsiqəsinə əsasən, BB1CC1 dərəcəli sürücülük hüququ vardır) yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o xx.xx.2015-ci il tarixdə, saat 12:00-dan 15:00-dək olan müddət ərzində N 267 UA 63 Rusiya Federasiyası region dövlət qeydiyyat nişanlı KRAZ 250 markalı konteyner daşıyıcısını idarə edərək Rusiya Federasiyası Komi Respublikasının Sıktıvdinsk rayonunun ərazisində Çeboksarı-Sıktıvkar avtomobil yolunun 772-ci kilometrliyində Sıktıvkar şəhəri istiqamətində hərəkətdə olarkən arxa sağ təkər çarxının sınması səbəbindən, avtomobili yolun hərəkət hissəsində dayanmanın qadağan olduğu yerdə saxlamış, bununla da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 2-ci hissəsində göstərilmiş «dayanmanın qadağan edildiyi yerdə nqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanma siqnalını və ya qəza dayanması nişanını quraşdırmalıdır, 55-ci maddəsinin 3-cü hissəsində göstərilmiş «qəza dayanması nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə həm də qabaq tərəfində, həmin zolaqda nəqliyyat vasitəsindən ən az 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda qəza dayanması nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürücüləri onu görə bilsinlər» və 73-cü maddəsinin 6-cı hissəsində göstərilmiş «sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları nasazdırsa nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza dayanması nişanı ilə “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uygun nişanlanmalıdır” tələblərini (Rusiya Federasiyası Hökuməti Nazirlər Şurasının xx.xx.1993cü il tarixli 1090 nömrəli qərarı ilə təsdiq edilmiş Rusiya Federasiyasının “Yol hərəkəti haqqında qaydaları”nın 7.1-ci bəndində göstərilmiş «dayanmanın qadağan olunduğu yerlərdə məcburi dayanma zamanı qəza siqnalizasiyası qoşulmalıdır», 7.2-ci bəndində göstərilmiş «Nəqliyyat vasitəsi dayandıqda və qəza siqnalizasiyası qoşulduqda, həmçinin qəza siqnalizasiyası olmadıqda və ya nasaz olduqda, qəza dayanması nişanı dayanmanın qadağan olduğu yerlərdə və görüntü şərtləri nəzərə alınmaqla nəqliyyat vasitəsi digər sürücülər tərəfindən vaxtında görülə bilmədiyi yerlərdə dərhal qoyulmalıdır», 19.3-cü bəndində göstərilmiş «sutkanın qaranlıq saatlarında yolun işıqlandırılmayan hissələrində, habelə yetərsiz görüntü şəraitində dayandıqda və saxladıqda nəqliyyat vasitəsində qabarit işıqlar yandırılmalıdır. Yetərsiz görüntü şəraitində əlavə olaraq qabarit işıqlarına faraların yaxın işığı, duman əleyhinə faralar və arxa duman əleyhinə fənərlər qoşulmalıdır» tələblərini) pozmuş və nəticədə qeyd edilən yolda Sıktıvkar şəhəri istiqamətində hərəkətdə olan X5 idarə etdiyi O 829 UU 11 Rusiya Federasiyası region dövlət qeydiyyat nişanlı Chevrolet Niva markalı avtomobil xx.xx.2015-ci il tarixdə, saat 18:00-dan 19:05-dək olan müddət ərzində yolun hərəkət hissəsində yuxarıda göstərilmiş qanun pozuntularına yol verilməklə saxlanılmış N 267 UA 63 region Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı KRAZ 250 markalı avtomobilə arxadan çırpılmaqla toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Chevrolet Niva markalı avtomobilin sürücüsü X1 həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən onurğanın boyun şöbəsinin küt zədəsi: onurğa beynin sıxılması ilə atlant-ənsə bağlamasının tam sirkulyar cırılması (ön membrananın tamlığı qismən qorunmuşdur), 1-ci boyun onurğasının solda arxa qövsünün sınığı, 1-ci onurğanın önə doğru yerdəyişməsi, onurğa beyinin 1-ci və 2-ci boyun onurğaları səviyyəsində sıxılması, 2-3-cü boyun onurğalanın çıxıntılarının tam sınığı, onların aşağıya və sola doğru yerdəyişməsi, qapalı kəllə-beyin zədəsi, baş beyinin əzilməsi, soldan alın nayihəsinin cırılmış-əzilmiş yarası (histoloji olaraq: iltihab reaksiyası olmayan beyindaxili qansızma), sol qulaq çanağının qansızması, sağ çiyin qanaxması, sağ biləyin səthi xırda skalp yarası kimi xəsarətlər və sərnişin X3 həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən açıq kəlləbeyin zədəsi, sağdan ənsə sümüklərinə keçən qəlpəli sınıqları, 20 ml-dək həcmdə hər iki tərəfdən subdural hematomalar, sağdan alın və ənsə paylarının subaraxnoidal qansızmaları, hər iki almacıq sümüklərinin sınıqları, üst çənənin 2 for üzrə sınığı, alt çənənin sağdan sınığı, alın nayihəsində orta xətt boyunca əzik yarası, qansızma və başın dəri-əzələ parçasının əzilməsi, sağ gözün alt qapağı nayihəsində əzik yaraları, sağ orbita nahiyəsində qansızma, üst dodaq nayihəsində sağ almacıq nahiyəyə keçən qançır, çənə nahiyəsində orta xətlə alt dodağın xəttinə keçən qançır, onurğanın boyun şöbəsinin qapalı küt zədəsi, 1-ci boyun onurğasının qövsünün sınığı, 2-ci boyun onurğasının dişvari çıxıntısının sınığı, həmin səviyyədə onurğa sümüyünün zədələnməsi ilə atlant-oksipitalın birləşməsinin cırılması, boynun sağ yan və ön səthlərində qançırlar, döş qəfəsinin qapalı küt zədəsi, sağdan 1-3 qabırğaların sınığı, aorta qövsünün yüksələn hissəsinin divarının cırılması, sağ körpücüyün qançırı, sağ biləyin səthinin əzik yarası, sağ biləyin qançırı, sol biləyin 1 və 2-ci barmaqlarının əsas falanqalarının səthində, sol diz oynağının ön səthində xırda qançırlar kimi xəsarətlər yetirilməsinə və həmin xəsarətlər nəticəsində ehtiyatsızlıqdan onların ölməsinə, eləcə də O 829 UU 11 Rusiya Federasiyası region dövlət qeydiyyat nişanlı, Chevrolet Niva markalı avtomobilə 1540 (min beş yüz qırx) manat (100.000 yüz min Rusiya rublu) məbləğində maddi zərər vurulmasına səbəb olmaqla, ehtiyatsızlıqdan iki nəfər şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 9 sentyabr 2015-ci il tarixdə Sıktıvkar şəhərinə təxminən 13 km qalmış, idarə etdiyi KRAZ 250 markalı konteyner daşıyıcı maşının arxa sağ iç təkəri buraxmış, nəticədə maşın sağa-sola doğru oynamağa başlamışdır. Arxa sağ çöl təkərin yükü artdığından, təkərdə olan 5 ədəd sancaqlar (şpilkalar) sınmışdır. Maşının bir hissəsini bacardığı qədər maşın yolundan kənara çıxartmış, digəri tərəfi isə yolda qalmışdır. Avtomobil dayanandan sonra, qəza dayanması nişanını avtomobilinin arxasında qoymuşdur. Hadisə Sıktıvkar şəhərinə təxminən 13 km qalmış baş vermişdir. Həmin vaxt yol polisinə məxsus avtomobillər yoldan ötüb keçmiş, lakin dayanmamışlar. Daha sonra, o, qardaşı oğluna zəng vurub, avtomobilin xarab olan ehtiyyat hissəsini gətirməyi ondan xahiş etmişdir. Avtomobilin ehtiyyat hissəsini axtarıb tapana qədər axşam olmuş və qəza dayanması nişanı yerində qalmışdır. Qəza baş verən maşının sürücüsü yaşlı adam olmuşdur. Hadisə qarşıdan gələn maşının işığının düşməsi nəticəsində və ya başqa səbəbdən Chevrolet Niva markalı avtomobilin güzgü bağlanan hissəsi Krazın sol tərəfdən yük yerinə ilişmiş və maşın fırlanaraq qarşıdan gələn maşının yoluna düşmüşdür. Hadisə nəticəsində sürücü və sərnişin ölmüşdür. Hadisə ilə bağlı 1 ay orada qalmış, 1 ay sonra ona təqsirli olmadığı deyilmiş və onu buraxdıqlarını bildirmişlər. Orada ölənlərin bacısı ilə danışmış və onlar şikayətçi olmadıqlarını məhkəməyə bildirmişlər. Hadisədən 2 il sonra tanımadığı http://cms.justice.loc/Cases/Default.aspx?caseId=2165552X21 iddia qaldırdığı üçün iş yenidən açılmışdır. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, maşının arxa tərəfində olan işığı yandırmışdır. Maşının hər iki arxa tərəfində bir işıq olmuşdur, yük yerində isə işıq olmamışdır. Qəza dayanması nişanını avtomobilin arxasından təxminən 60-70 metr aralıda qoymuşdur. Həmin yol az sayda avtomobilin hərəkət etdiyi iki tərəfli yoldur. Avtomobilin bir tərəfi torpaq yolda, digər tərəfi isə əsas yolda olmuşdur. Maşın sındığı üçün yolun ehtiyat hissəsinə tam çıxmaq mümkün olmamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında protokol və digər sənədlərlə tanış olmuş və həmin sənədlərdə dediyi ifadələr qeyd olunmuşdur. Maşının qabarit işıqlarının yanması ilə bağlı problem olmamışdır. Maşın hərəkətə başlamazdan əvvəl onun istismara yararlı olub-olmamasını yoxlamışdır. Maşının necə sınmasını bilmir. Gördüyü tədbirlərdən sonra qəzanın necə baş verdiyini bilmir. Hadisə saat 18 radələrində baş vermişdir. Hava yağışlı olsa da, asfalt nəm olmamışdır. Avtomobildə 15 ton yük olmuşdur. Həmin maşının 14-15 ton yükgötürmə qabiliyyəti vardır. Maşın sağa-sola doğru yellənməyə başlamış və o maşını yavaş-yavaş sağa çıxartmağa çalışmışdır. Maşının arxa sağ iç təkəri buraxmış, körpüsü (mostu) yerə düşmüş və yüklü olduğu üçün maşını ehtiyat yolun daha geniş olduğu yerə sürmək mümkün olmamışdır. Arxa körpüdə (mostda) olan təkərin ikisi düşmüşdür. Qəza dayanması nişanını qoymuş və işıqları yandırmışdır. Rus dilində sərbəst danışa bilir, buna baxmayaraq, ona tərcüməçi də verilmişdir. İfadə verən zaman tərcüməçi yanında olmuşdur. Maşının qəza işıqları işləmişdir. Qəza dayanması nişanını qoyandan sonra ona toxunmamış, əvvəldən hara qoymuşdumsa, orada olmuşdur. Qəza dayanması nişanını təkərə deyil, 10 litrlik plastik su çəlləyinə (kanistrə) söykəmişdir,. Təkər maşının arxasından 10-15 metr məsafədə, qəza dayanması nişanı isə təxminən 70 metr məsafədə olmuşdur. Maşını sağa çəkib saxlamış və maşının heç bir hissəsi yolda qalmamışdır. Yol, gediş-gəliş olan ikitərəfli yol olmuşdur. Yolun sağ tərəfində maşını çıxarmaq üçün yer olmamışdır. Maşını tam daşlı-çınqıllı yola çıxarmışdır. Hadisə baş verən vaxt görmə məhdudiyyəti olmuşdur. Zərərçəkənin hüquqi varisləri o vaxt şikayətçi deyildilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı isə verdiyi ilkin ifadəsində bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə KrAZ-250 (dövlət qeydiyyat nişanı H 267 UA 11 region) avtomobilini idarə edərək Samara şəhərindən Sıktıvkar şəhəri istiqamətində Çeboksarı- Sıktıvkar avtomobil yolu ilə Sıktıvkar şəhərinə qarpız daşımışdır. Vizinqaya kəndinə təxminən 13 km qalmış, arxa sağ iç təkər buraxmış, nəticədə maşın sağa-sola doğru yellənməyə başlamışdır. Nəticədə arxa sağ çöl təkərdə yük artdığından, dərhal artıq arxa sağ çöl təkərdə sancaqlar (şpilkalar) sınmış, bununla bağlı olaraq avtomobil artıq hərəkət edə bilməmişdir. Çünki, çöl sağ təkər yolun kənarına düşmüşdür. Sancaqlar (şpilkalar) qopduqda, klinlər də qopmuş, müvafiq olaraq sağ çöl təkər çıxmış və o, heç cür hərəkət edə bilməmişdir. Maşın arxa sağ tərəfə əyilmişdir. Avtomobil yüklü olmuşdur. Maşının xarab olduğunu görüb, saxlamış və sancaqların (şpilkaların) bərkidildiyi təkər topu (stupitsanı) dəyişməyə başlamışdır, çünki hesab etmişdir ki, maşında hərəkət etsə, bu, maşını daha da xarab edər, yəni o, bu maşında daha hərəkət edə bilməzdi. Bu nasazlığı əvvəlcədən görə bilməzdi, çünki təkər qısa müddət ərzində qəfil buraxmış və elə qısa müddət ərzində də həmin təkərdə sancaqlar (şpilkalar) qopmuşdur. Bu qəza ilə əlaqədar maşın çox əyilməyə başlamış və buna görə də o, məcbur olaraq dayanmışdır. xx.xx.2015-ci il tarixdə, saat 13 radələrində maşından çıxmış və onun təmiri ilə məşğul olmağa başlamışdır. Bu zaman o, maşının qabarit və qəza siqnalizasiya işıqlarını yandırmamışdır. Ancaq avtomobili saxlayan kimi, avtomobilin arxasından 100-120 metr məsafədə qəza dayanması nişanını qoymuşdur. Dəqiq məsafəni xatırlamır. O, qəza dayanması nişanını bakın (kanistrin) üstünə qoymuşdur. Həmin nişan təzə olmuşdur, nişanı bu hadisədən bir qədər əvvəl almışdır. Maşının elektrik enerji mənbəyini (akkumulyatoru) zəiflətməmək üçün sutkanın gündüz vaxtında maşının qabarit və qəza siqnalizasiya işıqlarını yandırmamışdır. Həmin gün axşam hava pisləşmiş, güclü yağış yağmış, görmə də pisləşmişdir. xx.xx.2015-ci il tarixdə, saat 18 radələrində qaranlıq düşməyə başlayanda, o, qəza siqnalizasiya işıqlarını yandırmışdır. Qabarit işıqlarını nə gündüz, nə də axşam yandırmamışdır. Qəza dayanması nişanı bu zaman elə həmin yerdə qalmış və onun yerini dəyişməmişdir. Avtomobilin önündə qəza dayanması nişanı qoymamışdır. xx.xx.2015-ci il tarixdə, saat 19 radələrində o, təmir işləri apararkən avtomobilinin sağ tərəfində olan zaman arxa tərəfindən möhkəm zərbə səsi eşitmiş, dərhal avtomobilin arxa hissəsinə doğru qaçmış və görmüşdür ki, sükan arxasında kişi və ön sərnişin oturacağında qadın oturan gümüşü rəngli Niva Şevrole avtomobili onun yük maşını ilə toqquşmuş və zərbə onun avtomobilinin arxa sol hissəsinə düşmüşdür. Niva Şevrolenin onun avtomobilinə yaxınlaşdığı məqamı görməmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində sürücü və sərnişin həlak olmuşlar. O, görmüşdür ki, yol nəqliyyat hadisəsindən bir az əvvəl qarşıdan gələn zolaqla ağac daşıyan maşın keçir, lakin həmin maşının dövlət qeydiyyat nişanını və markasını yadında saxlamamışdır. Zərbədən sonra onun qəza siqnalizasiya işıqları elektrik naqillərində qısa qapanma baş verdiyi üçün sönmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2017-ci il tarixli əlavə ifadəsində bildirmişdir ki, əvvəllər KrAZ-250 avtomobilində (dövlət qeydiyyat nişanı H 267 YA 63 region) yükdaşımaları ilə məşğul olmuş, lakin həmin maşını 2015-ci ilin payız ayında satmışdır. Avtomobilin alıcısı barədə məlumatları yoxdur. Həmin maşını 10 il bundan əvvəl Samara şəhər sakini X19 almışdır. Onun hal-hazırda harada yaşadığını bilmir, onunla əlaqə saxlamır. Sıktıvkar şəhəri, Nijni Çov qəs., Magistralnaya küç., ev 15, mən. 3 ünvanında qardaşı X11 yaşayır. Bəzən Sıktıvkar şəhərinə mal gətirəndə, o da həmin mənzildə qalır. O, sürücülük vəsiqəsindən məhrum edilməmişdir, lakin yol hərəkət qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2015-ci il tarixdə KrAZ-250 avtomobilində (dövlət qeydiyyat nişanı H 267 YA 63 region) yola çıxmışdır. Yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətini yoxlamış, o cümlədən sağ tərəfdən arxa təkərləri yoxlamışdır. Vizual baxış zamanı heç bir ilkin nasazlıq olmamışdır. Təkərlər bərk olmuş, arxa sağ təkərlərdə sancaqların (şpilkaların) xəsarət əlamətləri olmamışdır. Maşının texniki vəziyyətini yoxladıqdan sonra yola çıxmışdır. Hər 200 km-dən bir yanacaq doldurmaq və yemək üçün dayanmış və avtomobilin texniki vəziyyətini, o cümlədən arxa təkərləri yoxlamışdır. Vılqort kəndinə çatana qədər arxa sağ təkərdə heç bir xəsarət görməmişdir. xx.xx.2015-ci il tarixdə, saat 13 radələrində Vılqort kəndinə 13 km qalmış, maşının arxa sağ iç təkəri buraxmış, nəticədə maşın sağa-sola doğru yellənməyə başlamış və nəticədə arxa sağ çöl təkərə düşən yük artdığından, arxa sağ çöl təkərdə sancaqlar (şpilkalar) sınmış və bununla bağlı avtomobil artıq hərəkət edə bilməmişdir. Çünki, çöl sağ təkər yolun kənarına düşmüşdür. Şpilkalar qopduqda, çivlər (klinlər) də qopmuş müvafiq olaraq sağ çöl təkər çıxmış və o, heç cür hərəkət edə bilməmişdir. Çünki, maşın arxa sağ tərəfə əyilmişdir. Xarab olduğunu görüb, maşını saxlamışdır. Bu nasazlığı əvvəlcədən görə bilməzdi, təkər qısa müddət ərzində qəfil buraxmış və elə qısa müddət ərzində də həmin təkərdə ipəzorlar (şpilkalar) qopmuşdur. Sonuncu dayanacağı və avtomobilə texniki baxışı Vılqort kəndinə 100 km qalmış etmişdir, lakin həmin təkərlərdə heç bir xəsarət görməmişdir. Sonra arxa sağ təkərləri təmir etməyə, təkər toplarını (stupitsaları) isə dəyişməyə başlamışdır. O, X6 zəng edib ondan arxa təkərlər üçün təkər toplarını (stupitsaları) alıb gətirməyi xahiş etmişdir. Bundan sonra tək təkəri çıxarıb təkər toplarını (stupitsanı) dəyişməyə hazırlamağa başlamışdır. Bu zaman qabarit işıqları və qəza siqnalizasiyasını yandırmamışdır. Lakin avtomobili saxlayan kimi avtomobilinin arxasından 100-120 metr məsafədə qəza dayanması nişanını qoymuşdur. Həmin nişan təzə olmaqla, işığı yaxşı əks etdirmişdir, çünki həmin nişanı hadisədən bir az əvvəl almışdır. Qəza dayanması nişanını bakın (kanistrin) üstünə qoymuşdur. Maşının akkumulyatorunu zəiflətməmək üçün sutkanın gündüz vaxtında qabarit və qəza siqnalizasiya işıqlarını yandırmamışdır. Həmin gün axşam hava pisləşmiş, güclü yağış yağmış, ona görə görmə də pisləşmişdir. xx.xx.2015-ci il tarixdə, saat 18 radələrində qaranlıq düşməyə başlayanda, qəza siqnalizasiyasını yandırmışdır. Qabarit işıqlarını nə gündüz, nə də axşam yandırmamışdır. Qəza dayanması nişanı elə həmin yerdə qalmış və onun yerini dəyişməmişdir, yəni 100-120 metr məsafədə olmuşdur. Avtomobilin önündə qəza dayanması nişanı qoymamışdır. Bundan sonra artıq axşam saatlarında onun avtomobilinə Ramil Qələndərov və ortaq tanışı X12 yaxınlaşmışlar. Ramillə Rasim ona maşının təmirində kömək etməyə başlamışlar. Onlar bu zaman görmüşlər ki, maşının qəza siqnalizasiyası işləyir, qəza dayanması nişanı isə 100 metr məsafədə qoyulmuşdur. Gün ərzində onun avtomobilinin yanından bir neçə dəfə DYHTM-nin əməkdaşları keçmiş və hadisəyə qədər heç kim dayanıb ona irad tutmamışdır. Bu da o faktı təsdiqləyir ki, qəza dayanması nişanı yol hərəkəti haqqında qanunla müəyyən edilmiş məsafədə qoyulmuş və axşam saatlarında yol nəqliyyat hadisəsindən əvvəl qəza siqnalizasiyası işləmişdir. Bəzi sürücülərin niyə bunun əksini söylədiklərini bilmir. xx.xx.2015-ci il tarixdə, saat 19 radələrində avtomobilinin sağ tərəfində təmir işləri aparan zaman möhkəm səs eşitmiş və dərhal avtomobilin arxa hissəsinə doğru qaçanda görmüşdür ki, sükan arxasında kişi və ön sərnişin oturacağında qadın oturan gümüşü rəngli “Niva Şevrole” avtomobili onun yük maşını ilə toqquşmuşdur. Zərbə onun avtomobilinin arxa sol hissəsinə düşmüşdür. “Niva Şevrole” avtomobilinin onun avtomobilinə yaxınlaşması məqamını, toqquşmanı və əyləc-tormoz səsini eşitməmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində sürücü və sərnişin həlak olmuşlar. Yol nəqliyyat hadisəsindən bir az əvvəl qarşıdan gələn zolaqla ağac daşıyan maşın keçmiş, lakin onun dövlət qeydiyyat nişanını və markasını yadında saxlamamışdır. Zərbədən sonra onun avtomobilinin qəza siqnalizasiyasının elektrik naqillərində qısaqapanma baş vermiş, müvafiq olaraq qəza siqnalizasiyası sönmüşdür. Görmüşdür ki, zərbənin təsirindən qəza dayanması nişanı və bak (kanistr) hərəsi bir yerə düşmüşdür. Yol nəqliyyat hadisəsindən sonra yenidən qəza dayanması nişanını öz avtomobilinin arxasına qoymuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü RF CM-in 264-cü maddəsinin 5-ci hissəsi ilə təqsirli bilmədiyini qeyd edərək, verdiyi xx.xx.2017-ci il tarixli əlavə ifadəsində bildirmişdir ki, hadisə zamanı onun KrAZ avtomobilində qəza siqnalizasiyası yandırılmışdır. Avtomobili mümkün qədər yolun sağ tərəfində saxlamışdır, xarab olduğundan avtomobili yoldan çıxarmaq mümkün olmamışdır. Avtomobil yola çıxmazdan əvvəl lazımi texniki baxışdan keçmiş və saz vəziyyətdə olmuşdur. Hadisə nəticəsində naqillər xəsarət aldığı üçün qəza siqnalizasiyası işləməmişdir. Hadisə yerindən Niva Şevrole avtomobilini götürdükdən sonra qardaşı oğlu naqilləri birləşdirməklə və lampanı dəyişməklə nasazlığı aradan qaldırmışdır. Onda ehtiyat lampa olmuşdur. O, həm qabarit işıqları, həm də yaxın fara işıqlarını, qəza siqnalizasiya işıqlarını yandırmışdır. Duman əleyhinə faraları yandırmamışdır. Həmin cinayətin törədilməsində özünü təqsirli bilmir, yol hərəkəti qaydalarını pozmamışdır. İş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi xx.xx.2022-ci il tarixli ifadəsində özünü CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmədiyini qeyd edərək göstərmişdir ki, bu zaman, yəni xx.xx.2015-ci il tarixdə qabarit və qəza siqnalizasiya işıqlarını yandırmışdır. Həmçinin, avtomobili saxlayarkən dərhal 100-120 metr məsafədə qəza dayanması nişanını avtomobilin arxasında qoymuşdur. Həmin nişan təzə olmuş və işığı yaxşı əks etdirmişdir. Nişanı həmin hadisələrdən bir az əvvəl almışdır. Qəza dayanması nişanını bakın (kanistrin) üstünə qoymuşdur. Həmin gün axşam hava pisləşmiş, güclü yağış yağmış və bu zaman görmə də pisləşmişdir. Qəza dayanması nişanı bu zaman elə həmin yerdə, yəni avtomobilin arxa tərəfindən ən azı 100, ən çoxu isə 120 metr məsafədə qoyduğu yerdə olmuş, qəza dayanması nişanının yerini dəyişməmişdir. Ramillə Rasim ona maşının təmirində kömək etməyə başlamışlar. Onlar bu zaman qəza siqnalizasiya işıqlarının işlədiyini, qabarit işıqlarının yandığını, qəza dayanması nişanının 100 metr məsafədə qoyulduğunu görmüşlər. Zərbədən sonra avtomobilinin qəza siqnalizasiyasının elektrik naqillərində qısaqapanma baş verdiyindən, qəza siqnalizasiyası sönmüşdür. Həmçinin, baka (kanistrə) söykəyib qoyduğu nişanın və kanistrin zərbənin gücündən hərəsinin bir tərəfə düşdüyünü görmüşdür. Yol nəqliyyat hadisəsindən sonra yenidən həmin qəza dayanması nişanını avtomobilinin arxa tərəfinə qoymuşdur. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rusiyada ilkin istintaq zamanı onun ifadələrini düzgün yazmamışlar. Yol nəqliyyat hadisəsi baş verməzdən əvvəl, yəni avtomobil xarab olub yolda qaldığı vaxtdan avtomobilin qabarit və qəza siqnalizasiya işıqlarını yandırmışdır, qəza dayanması nişanını avtomobilin arxasına 100 metrdən uzaq məsafədə baka (kanistrə) söykəyərək qoymuşdur. Avtomobil xarab olan anda dayanmışdır. Avtomobili həmin yerdən başqa yerə sürmək imkanı olmamışdır, çünki xarab olmuşdur. Təqsirləndirilən şəxsin ifadələrinə nəzər salanda müəyyən olunur ki, o, məhkəmə kollegiyasının iclasında ifadə verərkən maşının arxa tərəfində olan işığı yandırdığını, qəza işıqlarının işlədiyini, maşın dayanan kimi qəza dayanması nişanını qoyduğunu bildirir. Ancaq 22 avqust 2017-ci ildə ibtidai istintaq zamanı verdiyi ilkin, 23 avqust 2017-ci ildə isə verdiyi əlavə ifadəsində xx.xx.2015-ci il tarixdə, saat 18 radələrində qaranlıq düşməyə başlayanda, qəza siqnalizasiyasını yandırdığını, qabarit işıqlarını isə nə gündüz, nə də axşam yandırmadığını bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinə inanır və onu ittiham hökmünün əsasına qoyur, çünki onlar Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun əldə edilmiş, ardıcıl və məntiqlidir, Şahid2 ifadələri ilə uzlaşır, iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Təqsirləndirilən şəxs dindirmələri müdafiəçilərin iştirakı ilə aparılmış, ona tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ izah edilmiş, lakin o, həmin hüquqdan istifadə etməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirini müəyyən edilmiş hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş iş üzrə ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisi - mülki iddiaçı qismində tanınmış X22 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, Voronej şəhərində onun doğma dayısı, 1948-ci il təvəllüdlü X9, Moskva şəhərində isə xalası (V.N.Dolqopolovun bacısı) 1949-cu il təvəllüdlü X20 yaşamışdır. 2015-ci ilin avqust ayında onlar ikisi də onun anasının yanına, Sıktıvkar şəhərinə qonaq gəlmişlər. xx.xx.2015-ci il tarixdə, saat 19 radələrində o, X23 avtomobilini idarə edərkən Çeboksarı-Sıktıvkar avtomobil yolunda yol nəqliyyat hadisəsini törətdiyini eşitmişdir. Yəni o, KrAZ avtomobili ilə toqquşmuş, nəticədə özü və L.N.Basova həlak olmuşlar. Həmin gün YNH-dən əvvəl Dolqopolov Vizinqa kəndindən Sıktıvkar şəhərinə qayıtmışdır. Saat 23 radələrində o, hadisə yerinə gəlmiş və görmüşdür ki, Niva Şevrole avtomobilinin ön hissəsi KrAZ avtomobilinin arxa hissəsinə dəyib əzilmişdir. Maşınlar yolun hərəkət hissəsində dayanmışlar. X30 avtomobilinin ön sağ tərəfinə və KrAZ avtomobilinin sol arxa hissəsinə dəymişdir. Hər iki avtomobil üzü Sıktıvkar şəhəri istiqamətində olmuşlar. KrAZ avtomobili qismən yolun hərəkət hissəsində, qismən də yolun kənarında dayanmış vəziyyətdə olmuşdur. Niva Şevrole avtomobili tam yolun hərəkət hissəsində dayanmış və KrAZ avtomobilinə nisbətdə bucaq altında olmuşdur. KrAZ avtomobilinin qəza siqnalizasiyası işləməmişdir. DYHTM-nin əməkdaşları bildirmişlər ki, onlar hadisə yerinə gələndə də KrAZ avtomobilinin qəza siqnalizasiyası işləməmişdir. Bununla bağlı KrAZ avtomobilinin sürücüsünün nə dediyini bilmir. Həmin yol nəqliyyat hadisəsindən sonra internet şəbəkəsində (hansı saytda olduğunu xatırlamır) YNH-dən əvvəl edilən fotoşəkil qoyulmuşdur. Həmin fotoşəkildə YNH-dən əvvəl həmin avtomobil yolunda dayanan KrAZ avtomobili əks etdirilmişdir. Həmin şəkildə KrAZ avtomobilinin arxasında qoyulmuş qəza dayanması nişanı görünmüşdür. Qəza dayanması nişanı 30 metrdən çox olmayan məsafədə olmuşdur. Həmin fotoşəkilə şərhlər də yazılmışdır. Kimsə yazmışdır ki, özü də az qala həmin KrAZ avtomobilinə dəymişdir, çünki KrAZ-ın qəza siqnalizasiyası işləməmişdir. Qəza dayanması nişanının KrAZ avtomobilinin arxasında hansı məsafədə olması barədə şərhlərin olub-olmadığını xatırlamır. Bundan başqa, Şahid3 eşitmişdir ki, xx.xx.2015-ci il tarixdə, gündüz saatlarında həmin avtomobilin yanından keçəndə, qəza siqnalizasiyasının işləmədiyini, qəza dayanması nişanınının avtomobilə çox yaxın, yəni 20 metrdən çox olmayan məsafədə olduğunu görmüşdür. Həmin gün Dolqopolov bacısı Basova ilə Vizinqaya göbələk üçün getmiş, axşam isə Sıktıvkara qayıtmışlar. Dayısı ilə ünsiyyətdən bilir ki, o, alkoqollu içkidən sui-istifadə etməmiş, xüsusən də heç vaxt sərxoş vəziyyətdə maşını idarə etməmişdir. Onun hər hansı ciddi YNH törətdiyini, yaxud ciddi inzibati xəta törətməsinə görə hüquqlarından məhrum edildiyini də eşitməmişdir. Dolqopolov avqustun axırında anasının yanına, Sıktıvkara qonaq gəlmiş və bu vaxt ərzində heç vaxt sağlamlığından şikayət etməmişdir. Eşitməsindən, görməsindən, ürəyindən və ya baş ağrılarından şikayəti olmamışdır. Qohumlarından eşitmişdir ki, Dolqopolov maşını səliqəli idarə etmiş, YHQ-na əməl etmişdir. Buna görə də özü hadisəyə şərait yarada bilməzdi. X29 avtomobilini sürmüşdür. Beşaqin həmin avtomobili 2014-cü ildə avtosalondan almışdır, yəni hadisə zamanı o, praktiki olaraq təzə olmuş, yəni yalnız yayda Dolqopolov Sıktıvkar şəhərinə gələndə maşından istifadə etmişdir. Həmin avtomobilin işıqlandırma cihazlarında heç vaxt problem olmamış, ön faraları saz vəziyyətdə olmuş, onlarda xəsarətlər olmamışdır. O, hadisə yerinə gələndə, qəza dayanması nişanının harada yerləşməsinə fikir verməmişdir. KrAZ avtomobilinin arxasında yolun hərəkət hissəsində qəza dayanması nişanının hər hansı qəlpələrini (elementlərini) görməmişdir, daha doğrusu, buna fikir verməmişdir. X22 şahid qismində verdiyi əlavə ifadəsində bildirmişdir ki, hadisənin baş verdiyi gün, saat 11-12 radələrində Vizinqa kəndindən Sıktıvkar şəhərinə getmişdir. “Çeboksarı- Sıktıvkar” avtomobil yolu ilə Sokolovka ərazisindən keçəndə, yolun hərəkət hissəsində yük maşınını görmüşdür. Avtomobil qismən yolun kənarında, qismən də yolun hərəkət hissəsində durmuşdur. Həmin maşını ötüb keçmək üçün qarşıdan gələn zolağa çıxmaq lazım olmuşdur. O, maşında qəza siqnalizasiya işığının yanıb-yanmadığına fikir verməmişdir. Həmin gün, saat 16 radələrində Sıktıvkar şəhərindən Vizinqa kəndinə qayıdanda həmin yerdə həmin yük maşınının dayandığını görmüşdür. Maşının önündə qəza dayanması nişanı olmamışdır, KrAZ avtomobilinin arxasından 5-7 metr aralıda qəza dayanması nişanı qoyulmuşdur. Qəza dayanması nişanı kanistrə söykənmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş iş üzrə ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisi – mülki iddiaçı qismində tanınmış X22 istintaq orqanına verdiyi ifadəsində bildirmişdir ki, əvvəllər verdiyi ifadəsini təsdiq edir, həmçinin əlavə etmək istəyir ki, hazırkı cinayət işi üzrə əvvəl zərərçəkmiş qismində anası V.N.Beşagina tanınmışdır. O xx.xx.2017-ci ildə müstəntiq V.A.Pimenov tərəfindən hazırkı cinayət işi üzrə şahid qismində dindirilmiş və ifadəsinə aşağıdakı sənədlərin surətlərini əlavə etdiyini xatırlayır: öz adına Rusiya Federasiyası vətəndaşının pasportunun surətini - 2 vərəqdə; anası V.N.Beşaginanın adına Rusiya Federasiyası vətəndaşının pasportunun surətini - 2 vərəqdə; doğum haqqında şəhadətnamənin surəti - 1 vərəqdə; V.N.Dolqopolovun adına Rusiya Federasiyası vətəndaşının pasportunun surətini - 2 vərəqdə; V.N.Dolqopolovun adına pensiya vəsiqəsinin, sürücülük vəsiqəsinin və tibbi sığorta polisinin surətini - 2 vərəqdə; nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, OSAQO sığorta polisinin, O829UU11 region dövlət qeydiyyat nişlanlı Şevrole-Niva 212300-55 avtomobilinin satışdan əvvəl hazırlıq vərəqinin surətini. O829UU11 region dövlət qeydiyyat nişanlı Şevrole-Niva 212300-55 avtomobili barədə deyə bilər ki, halhazırda avtomobil onun adına qeydiyyatdadır və DYHTM-nin uçotundan çıxarmamışdır. Yaxın vaxtlarda onu uçotdan çıxarmağı planlaşdırır. Həmin avtomobil faktiki olaraq yoxdur, yerləşdirildiyi dayanacağın sahibi tərəfindən məhv edilmişdir. Bu fakt üzrə əvvəllər cinayət işi başlanılmışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş iş üzrə Şahid3 ibtidai istintaq zamanı bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə, saat 11-12 radələrində idarə etdiyi avtomobillə Vizinqa kəndindən Sıktıvkar şəhərinə getmişdir. “Çeboksarı-Sıktıvkar” avtomobil yolu ilə Sokolovka ərazisindən keçəndə, o, yolun hərəkət hissəsində yük maşını görmüşdür. Həmin avtomobil qismən yolun kənarında, qismən də yolun hərəkət hissəsində dayanmışdır. Həmin maşını ötüb keçmək üçün qarşıdan gələn zolağa çıxmalı olmuşdur. O, həmin maşında qəza siqnalizasiyasının yanıb-yanmadığına fikir verməmişdir. Həmin gün saat 16 radələrində Sıktıvkar şəhərindən Vizinqa kəndinə geri qayıdanda həmin yerdə həmin yük maşınının dayandığını görmüşdür. Maşının önündə qəza dayanması nişanı olmamışdır, KrAZ markalı həmin avtomobilin arxasında, 5-7 metr aralıda qəza dayanması nişanı qoyulmuşdur. Qəza dayanması nişanı baka (kanistrə) söykənmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə, saat 19 radələrində özünə məxsus “Opel” markalı maşında hərəkət edərkən M.Sokolovkada yeni hava limanına gedən dairəvi avtomobil yoluna çatmadan qismən yolun hərəkət hissəsində, qismən də yolun kənarında dayanmış KrAZ avtomobilini görmüşdür. Həmin avtomobili ötüb keçmək üçün yolun qarşıdan gələn hərəkət zolağına çıxmışdır. KrAZ avtomobilinin arxasında qəza dayanması nişanının qoyulduğunu xatırlayır. Lakin həmin nişanın necə göründüyünü və hansı məsafədə qoyulduğunu xatırlamır. KrAZ avtomobilinin önündə qəza siqnalizasiyasının olub-olmadığını da xatırlamır. Eyni zamanda, o, həmin maşının qəza siqnalizasiyasının işləmədiyinə də fikir vermişdir. Maşının sağdakı təkərini kiminsə təmir etdiyini görmüşdür. Bundan təxminən bir saat sonra xx.xx.2015-ci il tarixdə, saat 19 radələrində o, Vizinqa kəndinə qayıdarkən həmin yol sahəsindən keçəndə həmin yerdə KrAZ avtomobilinin dayandığını görmüşdür. Bu zaman Sıktıvkar istiqamətində qarşıdan gələn zolaqla Niva Şevrole gəlmişdir. Niva Şevrolenin sürəti saatda 80 km olmuşdur. O, öz hərəkət zolağı ilə getmiş və hərəkətin qarşıdan gələn zolağında duran KrAZ avtomobilini ötüb keçmək istəmişdir. KrAZ avtomobilində qəza siqnalizasiya işığı yanmamışdır. Bu zaman o, KrAZ avtomobilini ötüb keçən kimi, Niva Şevrole KrAZ avtomobili ilə toqquşmuşdur. Niva Şevrolenin yolun hərəkət hissəsində duran qəza nişanını və bakı (kanistri) vurduğunu görmüşdür. Bakın (kanistrin) və qəza nişanının hara düşdüyünü görə bilməmişdir. Zərbənin təsirindən qəza dayanması nişanının hissələrə ayrılıb-ayrılmadığını da görə bilməmişdir. Hadisəyə qədər qəza dayanması nişanı KrAZ avtomobilinin arxasında, ondan 10-15 metr aralıda olmuşdur. Həmin vaxt KrAZ avtomobilinin önündə qəza dayanması nişanının olubolmadığına fikir verməmişdir. Hadisədən dərhal sonra o, toqquşma yerinə gəlmişdir. Bu zaman KrAZ avtomobilində qəza siqnalizasiya işıqlarının yanmadığına bir daha əmin olmuşdur. Bu zaman KrAZ avtomobilinin sürücüsü əlində qəza dayanması nişanı ilə yolun hərəkət hissəsi ilə onu yenidən yola qoymaq üçün getmişdir. Bunun başqa, nişan, yoxsa həmin nişan olub-olmadığını bilmir. Nişana fikir vermədiyindən onu təsvir edə bilmir. Sanki hadisədən sonra qəza dayanması nişanı tam olmuş, yəni onda hər hansı ciddi xəsarət olmamışdır. Hadisədən sonra qəza dayanması nişanının KrAZ avtomobilinin arxasında hansı məsafədə qoyulduğunu görməmişdir. Yolun hərəkət hissəsində qəza dayanması nişanının qəlpələrinin olub-olmadığına fikir verməmişdir. Məhkəmə kollegiyası şahid Vitali Moskalyukun ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onun ifadələri ardıcıldır, digər şahidlərin, o cümlədən şahid Sergey Sajinin ifadələri ilə uzlaşır, çünki o da göstərmişdir ki, qəza dayanması nişanı yük maşınından təxminən 7 metr aralı idi. Şahid Vitali Moskalyukun ifadəsi hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası onları dürüst hesab edir və hökmün əsasına qoyur, Təqsirləndirilən şəxs şahid tərəfindən böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, şahid Vitali Moskalyukun ifadələri cinayət işnin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: - Hadisə yerinə baxış keçirilməsinə dair protokol ilə. Həmin sübutdan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə “Çeboksarı-Sıktıvkar” avtomobil yolunun 772-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar qeydə alınmış və göstərilmişdir ki, Şevrole Niva avtomobilinin sürücüsü Dolqopolovun ayağı elə qaz pedalının üstündə qalmışdır (rus dilində olan cild 1, iş vər. 7-11, az. dilində cild 7, iş vər. 14-16). - xx.xx.2017-ci il tarixli istintaq eksperimenti keçirilməsinə dair protokolla. Onun gedişində Sıktıvkar yaxınlığında Çeboksarı-Sıktıvkar avtomobil yolunun 772-ci km-də xx.xx.2015-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin şəraitinə maksimum yaxın olan şəraitdə qəza dayanması nişanının, qəza siqnalizasiyasının və qabarit işıqların görünməsi yoxlanılmış, istintaq eksperimentinin nəticəsində müəyyən edilmişdir ki, Şevrole Niva avtomobilində yaxın və uzaq faralar yandırıldıqda, yük maşınının qəza siqnalizasiyası 457 metr məsafədə görünür, qabarit işıqlar 400 metr məsafədə görünür. Həmçinin, müəyyən edilmişdir ki, Şevrole Niva avtomobilində uzaq faralar yandırıldıqda, yük maşınının qəza siqnalizasiyası 40-41 metr məsafədə, yaxın faralar yandırıldıqda, 17- 20 metr məsafədə görünür. İstintaq eksperimenti zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi şəraitində sürücü Dolqopolov işləyən qəza siqnalizasiyası və qabarit işıqlar olmadan hərəkət üçün təhlükəni aşkar edə bilməzdi, deməli xx.xx.2016-cı il tarixli 1724 nömrəli ekspert rəyinə görə, toqquşmanın qarşısını almağa texniki imkanı olmamışdır (rus dilində cild 1, iş vər. 81-85, az. dilində cild 7, iş vər. 98-106). - xx.xx.2016-cı il tarixli 1724 nömrəli ekspert rəyi ilə. Həmin rəyə görə, yol nəqliyyat hadisəsinin mexanizmi aşağıdakı kimi ola bilərdi: KrAZ-250 yolun hərəkət hissəsindən bir qədər sağ yol kənarına çıxmaqla dayanmışdır. Şevrole Niva avtomobili Sıktıvkar istiqamətində hərəkət etmişdir. Hansısa bir vaxt ərzində Şevrole Niva avtomobili yolun sağ kənarında dayanan KrAZ-250 avtomobili ilə toqquşmuşdur. Toqquşma yeri Şevrole Niva avtomobilinin hərəkət zolağındadır. Sürücü V.N.Dolqopolovun maneəni 83 metr və daha az məsafədə aşkar etdikdə, toqquşmanın qarşısını almaq üçün texniki imkanı olmamışdır. KrAZ 250 avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs bu yol şəraitində Rusiya Federasiyasının “Yol hərəkəti haqqında” Qanununun 7.1-ci, 7.2-ci, 19.3-cü bəndlərinin tələblərini rəhbər tutmalı idi. - 25 noyabr 2022-ci il tarixli 8/3090 nömrəli ekspert rəyi ilə. Həmin rəyə görə, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, KrAZ 250 markalı N267UA63 Rusiya region dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 2-ci hissəsinin, 55-ci maddəsinin 3-cü hissəsinin və 73-cü maddəsinin 6-cı hissəsinin (Rusiya Federasiyasının “Yol hərəkəti qaydaları”nın müvafiq olaraq 7-ci maddəsinin 1-ci hissəsinin, 7-ci maddəsinin 2-ci hissəsinin və 19-cu maddəsinin 3-cü hissəsinin) tələblərinə uyğunsuzluq olmuşdur. Lakin toqquşmanın KRAZ 250 markalı avtomobilin dayanmış vəziyyətdə baş verməsi nəzərə alınmaqla sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 2-ci hissəsinin, 55-ci maddəsinin 3-cü hissəsinin və 73-cü maddəsinin 6-cı hissəsinin (Rusiya Federasiyasının “Yol hərəkəti qaydaları”nın müvafiq olaraq 7-ci maddəsinin 1-ci hissəsinin, 7-ci maddəsinin 2-ci hissəsinin və 19-cu maddəsinin 3-cü hissəsinin) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hala istintaq orqanı və ya məhkəmə tərəfindən qiymət verilə bilər. Məhkəmə kollegiyası aparılmış ekspertizanın nəticələrinin düzgünlüyünə və obyektivliyinə şübhə etməyə əsaslar tapmır, çünki həmin rəylər böyük iş stajına malik olan ekspertlər tərəfindən icra edilmiş, lazımi şəkildə rəsmiləşdirilmiş, elmi cəhətdən əsaslandırılmış, nəticələri aydın və başa düşüləndir, işin halları və materialları ilə, istintaq hərəkətləri və digər sənədlərlə uzlaşır. Bundan başqa, şahidlər Şahid2 və Təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə zamanı şahid əvvəllər verdiyi ifadələri təsdiqləyərək bildirmişdir ki, KrAZ avtomobilində yol nəqliyyat hadisəsi zamanı nə qəza siqnalizasiyası, nə digər xarici işıqlar yandırılmamışdır (rus dilində cild 2, iş vər. 164-169, az. dilində cild 8, iş vər. 165-169,). Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş Rusiya DİN Sıktıvdinsk rayonu üzrə şöbəsinin DYHTM-nin əməkdaşı X16 bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə hadisə yerinə gələndə, KrAZ avtomobilində nə qəza siqnalizasiyası, nə digər xarici işıq cihazları işləmirdi (rus dilində cild 1, iş vər. 144-146, az. dilində cild 7, iş vər. 189-190). Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 analoji ifadələr verərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə hadisə yerinə gələndə, KrAZ avtomobilində nə qəza siqnalizasiyası, nə digər xarici işıq cihazları işləmirdi (rus dilində cild 1, iş vər. 147-149, az. dilində cild 7, iş vər. 192-193). Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş şahidlər, Rusiya DİN Sıktıvdinsk rayonu üzrə şöbəsinin DYHTM-nin əməkdaşları X4 və X13 bildirmişlər ki, xx.xx.2015-ci il tarixdə onlar KrAZ avtomobili ilə “Niva Şevrole” avtomobilinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi yerinə getmişlər. Onlar həmin yerə gələndə görmüşlər ki, KrAZ avtomobilinin xarici işıq cihazları işləmir (az. dilində cild 7, i. vər. 203-204). Bundan başqa, şahid Aleksey Tırışkin bildirmişdir ki, hadisə yerinə baxış keçirdikdən və KrAZ avtomobilində texniki nasazlığı aradan qaldırdıqdan sonra YPX-nın əməkdaşları avtomobili müşayiət etmişlər, çünki küçədə artıq qaranlıq olmuş və KrAZ avtomobilinin arxa işıq cihazları yanmamışdır (az. dilində cild 7, iş vər. 224-225). Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş X26 göstərmişdir ki, hadisə yerində ona DYHTM-nin əməkdaşları bildirmişlər ki, KrAZ avtomobilində qabarit işıqlar yanmırdı. Sergey Beşaqin hadisə yerində də görmüşdür ki, KrAZ avtomobilində qəza siqnalizasiyası işləmir (rus dilində cild 1, iş vər. 151-152, az. dilində cild 7, iş vər. 195-197). Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş X14 bildirmişdir ki, 2015-ci ilin sentyabr ayında “Çeboksarı- Sıktıvkar” avtomobil yolu ilə Pajqa kəndindən Vılqort kəndinə tanışı Şahid6la “KİA” avtomobilində işə getmişdir. Həmin avtomobil yolu ilə hərəkət edərkən Sokolovka hava limanındakı döngəyə yaxınlaşanda, yolun hərəkət hissəsində yük avtomobilinin dayandığını görmüşdür, lakin avtomobilin dəqiq markasını bilmir. Avtomobil Sıktıvkar şəhərinə doğru dayanmışdır. Həmin maşını ötüb keçmək üçün qarşıdan gələn zolağa çıxmaq lazım gəlmişdir. Həmin maşına 80-90 km sürətlə yaxınlaşanda, görmüşdür ki, maşında qəza siqnalizasiyası yanmır. Maşında qəza siqnalizasiyası yanmadığından, onlar həmin maşını gec görmüşlər və yalnız 30 metrədək yaxınlaşdıqda, Nosov onu ötüb keçməyə başlamışdır. Həmin yük maşınının nə arxasında, nə də önündə qəza dayanması nişanını görməmişdir (rus cild 1, iş vər. 169-171, az. dilində cild 7, i. vər. 212-213). Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı analoji ifadələr verərək bildirmişdir ki, praktiki olaraq bütün yolun hərəkət zolağını tutan KrAZ avtomobilində qəza siqnalizasiyası yanmamışdır, buna görə də onu yalnız 30 metr məsafə qalmış görmüş və çətinliklə onu ötüb keçmişdir. O, həmin yük maşınının arxasında və önündə qəza dayanması nişanlarının qoyulub-qoyulmadığını xatırlamır (rus dilində cild 1, iş vər. 175- 177, az. dilində cild 7, iş vər. 218-219). Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Andreyoviç göstərmişdir ki, ixtisası kənd təsərrüfatı maşınları və avadanlıqlarının texnik-mexanikidir, həmin ixtisas üzrə 10 ildir ki, işləyir, o cümlədən KrAZ markalı yük avtomobillərinin təmirini həyata keçirir. Yol nəqliyyat hadisəsi yerindən şəkilləri tədqiq edib deyir ki, KrAZ avtomobilinin arxa təkərində beş ədəd sancağın (şpilkanın) qopması nəticəsində həmin təkər avtomobilin hərəkəti zamanı yolun hərəkət hissəsinə çıxmayacaq, buna görə də müəyyən məsafəyə hərəkət etmək mümkün idi, təxminən 1 km (minimal sürətlə bir neçə kilometr hərəkət etmək olar), çünki həmin avtomobilin diskini təkcə sancaqlar (şpilkalar) deyil, çivlər (klinlər) də saxlayır (yəni, arxa körpünün digər detalı). Bundan başqa, KrAZ avtomobilində arxada cüt təkərlər var, müvafiq olaraq hər bir cüt təkərə dartma (privod) var. Arxa təkərlərin və arxa körpünün belə quruluşu təkərlər cütündən biri xəsarət aldıqda, o cümlədən arxa sağ təkərdə sancaqlar qopduqda, hərəkət etməyə imkan verir (rus dilində cild 1, iş vər. 172-173, az. dilində cild 7, i. vər. 215-216). Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş X10 bildirmişdir ki, “Texnoloji maşın və avadanlıqlar” ixtisası üzrə ali texniki təhsillidir, 2000-ci ildən yük avtomobilinin sürücüsü kimi işləyir. Öz biliklərinə əsasən bildirir ki, 15 tonluq yükü olan “KrAZ-250” avtomobili hərəkət edərkən yük üç oxun üçünün də üzərinə paylaşır. Lakin əsas kütlə iki arxa oxun üzərinə düşür. Hər oxun 4 təkəri var, hər tərəfdən bir cüt. Bu konstruktiv xüsusiyyət onunla bağlıdır ki, hər təkərin üzərində yükü azaltmaq mümkün olsun. Oxlardan birinin daxili təkəri buraxdıqda, nəzəri olaraq təkər topunun (stupitsanın) sancaqları (şpilkaları) qopa bilir. Müəyyən məsafə getmək mümkün idi, ən azı bir neçə kilometr, çünki avtomobildə 2 arxa ox quraşdırılmışdır. Oxlardan biri malla yüklü avtomobilin yükünə tab gətirə bilər ( az. dilində cild 8, iş vər. 14-15). Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə, saat 15:30 radələrində o, KAMAZ avtomobilində “Çeboksarı-Sıktıvkar” avtomobil yolu ilə Sıktıvkar şəhəri istiqamətində yeni hava limanına yol ayrıcını keçmişdir. Dayaz dərə olan yeri keçəndə o dayaz dərənin aşağısında KRAZ yük avtomobilinin dayandığını görmüşdür. Qeyd olunan sahədə görünmə relyeflə məhdudlaşır. KRAZ avtomobili Sıktıvkar şəhəri istiqamətində hərəkət zolağında dayanmış və praktiki olaraq bütün zolağı tutmuşdur. KRAZ avtomobilinin sağında yolun ayırıcı məhəccərləri olmuşdur. Öz hərəkətləri ilə KRAZ avtomobilinin sürücüsü qəza şəraiti yaratmışdır, çünki o, kəskin şəkildə əyləci basmışdır. Belə ki, qarşıdan gələn zolaqda yük maşını getmişdir. Yük maşını keçdikdən sonra o, qarşıdan gələn hərəkət üzrə KRAZ-ı ötüb keçmək istəmiş və bu zaman o, maşının düzgün saxlanılmamasından əsəbləşib səs siqnalı vermişdir ki, KrAZ-ın sürücüsünü səhv dayanması barədə xəbərdar etsin. Lakin KrAZ-ın sürücüsünü o, görməmişdir. Əminliklə deyə bilər ki, həmin avtomobilə qədər qəza dayanması nişanı olmamışdır, çünki olsaydı, onu görərdi. O, qəza siqnalizasiyasının və qabarit işıqlarının yandırılıb-yandırılmadığını xatırlamır (rus dilində cild 1, iş vər. 18-20, az. dilində cild 7, iş vər 21-22). Zərərçəkmiş şəxsin hüquqi varisinin və həmin şahidlərin ifadələrinin düzgünlüyünə və obyektivliyinə şübhə etməyən məhkəmə kollegiyası qəbul edir ki, onların ifadələri işin halları və iş materiallarına uyğun gəlir, bununla əlaqədar da məhkəmə onları dürüst hesab edir və Təqsirləndirilən şəxs şahidlər tərəfindən böhtan atılması üçün əsaslar görmür. İbtidai istintaq zamanı yuxarıda göstərilən şahidlərlə bərabər Şahid1 və X18 da şahid qismində ifadə vermişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş Nicat Səfixanov ifadəsində göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə toqquşmuş KrAZ avtomobili ilə Şevrole Niva avtomobilini görmüşdür, toqquşmanın özünü isə görməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə sübut kimi qəbul edilməməlidir. Bu ondan irəli gəlir ki, həmin vaxt onun dindirilməsi RF CPM-in 56-cı maddəsinin 2-ci və 3-cü bəndlərinin tələbləri pozulmaqla, yəni qeyd olunan istintaq hərəkəti tərcüməçinin iştirakı olmadan aparılmışdır. Sonra yuxarı instansiya məhkəməsi tərəfindən hökmü ləğv edilsə də, RF Komi Respublikası Sıktıvdinsk Rayon Məhkəməsində Təqsirləndirilən şəxs RF CM-in 264-cü maddəsinin 5-ci bəndində nəzərdə tutulan cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən (hazırda da həmin cinayət işinə baxılır) məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin şahidin tərcüməçinin xidmətlərinə ehtiyacı var. Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş digər şahid Ramil Qələndərov isə bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. xx.xx.2015-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib Çeboksarı- Sıktıvkar avtomobil yolunda maşının təkər topunun (stupitsasının) sındığını və ehtiyat hissələri lazım olduğunu demişdir. Ramil Qələndərov saat 15 radələrində hadisə yerinə gəlmişdir. KrAZ avtomobilinin arxasında 100-120 metr aralıda qəza dayanması nişanı qoyulmuş, qəza siqnalizasiyası yandırılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra da şahid həmin yerə gəlmiş və həmin vaxt KrAZ avtomobilində qəza siqnalizasiyası əvvəlki kimi işləmiş, qabarit işıqlar isə yandırılmışdır (rus dilində cild 2, iş vər. 22-24, az. dilində cild 8, iş vər. 25-26). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında və ibtidai istintaqın gedişində verdiyi ifadələri, yəni avtomobili saxlayıb, dərhal 100-120 metr məsafədə qəza dayanması nişanını avtomobilinin arxasında kanistrə söykəyib qoyması, saat 18 radələrində qaranlıq düşməyə başlayanda, qabarit işıqları və qəza siqnalizasiyasını, faranın yaxın işıqlarını yandırması, habelə şahid Ramil Qələndərovun işləyən qabarit işıqları və qəza siqnalizasiyası barədə ifadələrini mötəbər hesab etmir və onları nəzərə almır, çünki onlar ziddiyyətlidir, ardıcıl deyildir, şahidlər Şahid6 və Yekatirina Quşşinanın məntiqli, ardıcıl, bir-birini tamamlayan ifadələri ilə təkzib olunur, yazılı iş materialları ilə təkzib olunur. Bundan başqa, şahid Ramil Qələndərov Təqsirləndirilən şəxs qohumudur ki, bu da həmin şahidin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmağa kömək etmək istəyindən irəli gəlir. Şahid Ramil Qələndərovun ifadələri həm gündüz vaxtı qəza siqnalizasiyası və qabarit işıqlarının onun maşınında akkumulyatoru zəiflətməmək üçün yanmadığını deyən Təqsirləndirilən şəxs, həm də şahidlər Şahid2, Şahid4, N.A.Quşşinin, A.B.Beskleynının, A.A. Tırışıkinin, S.V.Beşaqinin, Şahid6, Y.S.Quşşinanın ifadələrinə ziddir. Çünki, onlar da bildirmişlər ki, KrAZ-250 avtomobilində nə qəza siqnalizasiyası, nə də qabarit işıqları yanmırdı. Həmçinin, şahid Ramil Qələndərovun ifadəsi Şahid7 ifadəsilə də təkzib olunur. Çünki, o, əvvəldən axıra qədər hadisə yerində olmuş, lakin kimsənin qəza siqnalizasiyasının nasazlığını aradan qaldırmaqla məşğul olduğunu görməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş X15 bildirmişdir ki, Rusiya DİN Sıktıvdinsk rayonu üzrə şöbəsinin DYHTM-nin əməkdaşları KrAZ-250 avtomobilini dayanacağa qədər müşayiət etdilər, çünki həmin avtomobildə xarici arxa işıq cihazları işləməmiş və qaranlıq vaxtı görünməmişdir. Həmin hal məhkəmə iclasında baxılmış və yol nəqliyyat hadisəsinin videoyazısını əks etdirən CD-disklə də təsdiq olunur, burada görünür ki, KrAZ-250 avtomobilində xarici arxa işıq cihazları yanmır (rus dilində cild 4, iş vər. 8, az. dilində cild 10, iş vər. 21-28). Təqsirləndirilən şəxsin ona israr edilən cinayətin törədilməsində təqsiri həmçinin aşağıdakı yazılı sübutlarla da təsdiq olunur: - Rusiya DİN Sıktıvdinsk rayonu üzrə şöbəsinin əməliyyat növbətçisinin raportları ilə. Onlara əsasən, 09 sentyabr 2015-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində V.N.Dolqopolov və L.N.Basova həlak olmaları bildirilmişdir (rus dilində cild 1, i.v. 3-5, az. dilində cild 7, iş vər. 9-11). - xx.xx.2015-ci il tarixli nəqliyyat vasitəsinə baxış protokolu ilə. Bu zaman H267YA63 dövlət qeydiyyat nömrəli KRAZ 250 avtomobilə baxış keçirilmişdir. Baxış nəticəsində sağ təkər topunda (stupitsada) arxa oxun beş sancağının (şpilkasının) qırılması qeydə alınmışdır (rus dilində cild 1, i.v. 29-32, az. dilində cild 7, iş vər. 25-26). - xx.xx.2017-ci il tarixli hadisə yerinə baxış protokolu ilə. Onun gedişində Çeboksarı- Sıktıvkar avtomobil yolunun 772-ci km-nə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, avtomobil yolunun həmin sahəsində görmə relyeflə məhdudlaşıb, yəni 51 dərəcə əyrilik var (rus dilində cild 2, i.v. 25-30, az. dilində cild 8, iş vər. 27). - 1/780-15/863-15 nömrəli ekspert rəyi ilə. Həmin rəyə görə, vət. V.N.Dolqopolovun meyitinin məhkəmə-tibbi tədqiqatı zamanı onda bədən xəsarətləri aşkar edilmişdir, həmin xəsarətlər həyatda olarkən, eyni vaxtda, qısa müddət ərzində sürücüsü Dolqopolovun olduğu avtomobilin salonunun bir hissəsinə zərbə nəticəsində yaranmışdır. -1/779-15/880-15 nömrəli ekspert rəyi ilə. Həmin rəyə görə, vət. L.N.Basovanın meyitinin məhkəmə-tibbi tədqiqatı zamanı onda bədən xəsarətləri aşkar edilmişdir, onlar həyatda olarkən, eyni vaxtda, qısa müddət ərzində bərk küt predmetlərin təsiri nəicəsində, çox güman ki, yolun kənarında dayanan yük avtomobilinin ola biləcəyi stasionar obyektlə toqquşma zamanı sərnişini olduğu minik maşınının deformasiya etmiş detallarına (hissələrinə) zərbə nəticəsində yaranmışdır. Həmin bədən xəsarətlərinin 09 sentyabr 2015-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması istisna olunmur. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs avtomobili idarə edən şəxs tərəfindən iki şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarının və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 263.3-cü maddəsilə tövsif etməyə imkan verir, çünki Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə, saat 12:00-dan 15:00-dək olan müddət ərzində N 267 UA 63 RF region dövlət qeydiyyat nişanlı, KrAZ 250 markalı konteynerdaşıyıcısını idarə edərək RF Komi Respublikasının Sıktıvdinsk rayonunun ərazisində «Çeboksarı-Sıktıvkar» avtomobil yolunun 772-ci kilometrliyində Sıktıvkar şəhəri istiqamətində hərəkətdə olarkən arxa sağ təkər çarxının sınması səbəbindən avtomobili yolunun hərəkət hissəsində dayanmanın qadağan olduğu yerdə saxlamış və o, bu hərəkətilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 2-ci hissəsində göstərilmiş «dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanma siqnalını və ya qəza dayanması nişanını quraşdırmalıdır, 55-ci maddəsinin 3-cü hissəsində göstərilmiş «qəza dayanması nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə həm də qabaq tərəfində, həmin zolaqda nəqliyyat vasitəsindən ən az 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmada olan nəqliyyat vasitəsinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda qəza dayanması nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürücüləri onu görə bilsinlər» və 73-cü maddəsinin 6-cı hissəsində göstərilmiş «sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları nasazdırsa nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza dayanması nişanı ilə “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uygun nişanlanmalıdır» tələblərini (Rusiya Federasiyası Hökuməti Nazirlər Şurasının xx.xx.1993-cü il tarixli 1090 nömrəli qərarı ilə təsdiq edilmiş «Rusiya Federasiyasının yol hərəkəti haqqında qaydaları»nın 7.1 bəndində göstərilmiş «dayanmanın qadağan olunduğu yerlərdə məcburi dayanma zamanı qəza siqnalizasiyası qoşulmalıdır», 7.2 bəndində göstərilmiş «Nəqliyyat vasitəsi dayandıqda və qəza siqnalizasiyası qoşulduqda, həmçinin qəza siqnalizasiyası olmadıqda və ya nasaz olduqda, qəza dayanması nişanı dayanmanın qadağan olduğu yerlərdə və görüntü şərtləri nəzərə alınmaqla nəqliyyat vasitəsi digər sürücülər tərəfindən vaxtında görülə bilmədiyi yerlərdə dərhal qoyulmalıdır», 19.3 bəndində göstərilmiş «sutkanın gecə saatlarında yolun işıqlandırılmayan hissələrində, habelə yetərsiz görüntü şəraitində dayandıqda və saxladıqda nəqliyyat vasitəsində qabarit işıqlar yandırılmalıdır. Yetərsiz görüntü şəraitində əlavə olaraq qabarit işıqlarına faraların yaxın işığı, duman əleyhinə faralar və arxa duman əleyhinə fənərlər qoşulmalıdır» tələblərini) pozmuşdur. Nəticədə qeyd edilmiş yolda Sıktıvkar şəhəri istiqamətində hərəkətdə olan, X5 idarə etdiyi O 829 UU 11 Rusiya Federasiyası region dövlət qeydiyyat nişanlı, «Chevrolet Niva» markalı avtomobil xx.xx.2015-ci il tarixdə təxminən saat 18:00-dan 19:05-dək olan müddət ərzində yolun hərəkət hissəsində yuxarıda göstərilmiş qanun pozuntularına yol verilməklə saxlanılmış N 267 UA 63 RF region dövlət qeydiyyat nişanlı «KrAZ 250» markalı avtomobilə arxadan çırpılmaqla toqquşmuş və nəticədə Chevrolet Niva markalı avtomobilin sürücüsü V.N.Dolqopolov və onun sərnişini L.N.Basova hadisə yerində ölmüş, Chevrolet Niva markalı avtomobilə 1540 manat (100.000 Rusiya rublu) məbləğində maddi zərər vurulmuşdur. Məhkəmə kollegiyası müdafiə tərəfinin Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaması, KrAZ avtomobilini təhlükəsiz yerə sürməyə fiziki və texniki imkanının olmaması, xarici işıq cihazlarını qoşması və lazımi məsafədə qəza dayanması nişanını quraşdırması barədə dəlillərini əsaslı hesab etmir, çünki bu təqsirləndirilən şəxs tərəfindən qəza siqnalizasiyasının qoşulması faktını inkar edən şahid ifadələri ilə təkzib olunur. Müdafiə tərəfinin Şahid2 uzaq fara işığı ilə hərəkət edərək Niva Şevrole-nin sürücüsü Dolqopolovun gözlərinə işıq salıb YNH-nin təqsirkarı olmasına dair dəlilləri şahid yaxın işıqla hərəkət etdiyini bildirən Şahid2, nə qəza siqnalizasiyası, nə də qabarit işıqlar “KrAZ- 250” avtomobilində yanmamasını göstərən şahidlər Şahid4, Şahid7, A.V. Beskleynının, A.A.Tırışıkinin, S.V.Beşaqinin, Şahid6, Y.S.Quşinanın ifadələri; xx.xx.2017-ci il tarixli 1724 saylı ekspert rəyi ilə təkzib olunur. Həmin rəyə görə, sürücü V.N.Dolqopolovun maneəni 83 metr və daha az məsafədə aşkar etdikdə, toqquşmanın qarşısını almaq üçün texniki imkanı olmamışdır. “KrAZ-250” avtomobilinin sürücüsü A.İ. Qələndərov bu yol şəraitində RF YHQ-nın 7.1-ci, 7.2-ci, 19.3-cü bəndlərinin tələblərini rəhbər tutmalı idi. Həmçinin qeyd olunan dəlillər hadisə yerinə baxış protokolu, istintaq eksperimentinin protokolu ilə təkzib olunur. Həmin protokola görə, YNH şəraitində sürücü Dolqopolov işləyən qəza siqnalizasiyası və qabarit işıqları olmadan hərəkət üçün təhlükəni aşkar edə bilmirdi, deməli, xx.xx.2017-ci il tarixli ekspert rəyinə görə, toqquşmanın qarşısını almağa texniki imkanı olmamışdır. Müdafiə tərəfinin Dolqopolovun görmə qabiliyyətinə görə KrAZ avtomobilini vaxtında görməməsi versiyasını da məhkəmə əsassız hesab edir, çünki qeyd olunan fakt zərərçəkmiş şəxs V.N. Beşaginanın ifadələri ilə təkzib olunur. Həmin ifadələrə görə, Dolqopolovun görmə qabiliyyətində problemlər olmamışdır. Habelə, hadisə yerinə baxış protokolu ilə təkzib olunur. Həmin protokola görə, Niva Şevrole avtomobilində Dolqopolovun eynəyi aşkar edilmişdir. Müdafiə tərəfinin YNH-yə səbəb guya Niva Şevrole avtomobilinin arxa təkərinin partlaması və avtomobilin hərəkət trayektoriyasını dəyişməsi olması barədə dəlilini məhkəmə uydurulmuş və məhkəmə iclasında öz təsdiqini tapmamış hesab edir, çünki Şahid2 göstərmişdir ki, Niva Şevrole avtomobili düz hərəkət edirdi, o yan bu yana getmirdi, V.N. Moskalyuk KrAZ avtomobilini ötüb keçən kimi Niva Şevrole avtomobili KrAZ avtomobili ilə toqquşdu. Bundan başqa, zərərçəkmiş V.N. Beşaqinanın ifadələrinə görə, Niva Şevrole avtomobili praktiki olaraq təzə olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən etirafedici ilkin ifadələri, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisi - mülki iddiaçının ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, yol nəqliyyat hadisəsi yerinə baxış protokolu, istintaq eksperimentinin keçirilməsi haqqında protokol və digər sübutlarla təsdiqi tapmışdır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil olaraq özünü CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əmələini törətməkdə təqsirli bilmədiyini qeyd etməsi, Rusiyada ilkin istintaq zamanı onun ifadələrini düzgün yazmadıqlarını, yol nəqliyyat hadisəsi baş verməzdən əvvəl, yəni avtomobil xarab olub yolda qaldığı vaxtdan avtomobilin qabarit işıqlarını və qəza siqnalizasiyasını yandırdığını, qəza dayanması nişanını avtomobilin arxasına 100 metrdən uzaq məsafədə kanistrə söykəyərək qoyduğunu, avtomobil xarab olan anda dayandığını, avtomobil xarab olduğundan həmin yerdən başqa yerə sürmək imkanının olmadığını, bütöv gün ərzində həmin yerdən Rusiyanın yol polislərinin keçdiklərini və yol-hərəkəti qaydalarına riayət etdiyinə görə ona heç bir irad bildirmədiklərini deməsi onun təqsirsiz olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Çünki, aparılmış istintaqla (iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, ekspert rəyləri, istintaq ekspertimenti protokolu və digər istintaq sənədləri) Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və onun gətirdiyi dəlillər təkzib edilmişdir. Təqsirləndirilən şəxs psixiatr və narkoloqda uçotda deyil, anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntuları olması barədə məlumatlar yoxdur, buna görə də məhkəmədə onun psixi tamlığına şübhə yaranmır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Onun bu əməldə təqsirsiz olması barədə özünün və müdafiəçisinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq ona CM-in 263.3-cü maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları və cinayətin törədildiyi ölkənin cinayət qanunvericiliyi nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Bu prinspdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CMin 263.3-cü (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməli, lakin ona Azərbaycan Respublikası CM-in həmin maddəsilə deyil, cinayətin baş verdiyi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddənin 5-ci bəndilə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (60-cı maddənin İ hissəsi). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (71-ci maddənin İ hissəsi). Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir (148-ci maddənin İİ hissəsi). Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir (151-ci maddə). “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 23-cü maddəsində isə göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına münasibətdə hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir. CPM-in 10.1-ci (Qanunçuluq) maddəsində isə göstərilir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikasının 13 yanvar 2004-cü il tarixli 581-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqnda” Konvensiyanın 91-ci maddəsinin 3-cü bəndində isə təsbit edilmişdir ki, sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun. Şəxs törədilmiş cəzaya görə məhkum edilərkən, ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 1-1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklərin edilməsi, o cümlədən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş cəzaların yüngülləşdirilməsi, işlərə baxılarkən zamana görə cinayət qanunun tətbiqi məsələsini ortaya çıxarmaqla, onun düzgün, vahid mövqedən həll edilməsini tələb edir. Bununla əlaqədar cəzanın təyini məsələsinin həllində aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Cinayət qanunu normasının əvvəlki və yeni sanksiyalarında eyni növ cəzalar nəzərdə tutulduğu, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi də eyni olduğu halda, şəxsin vəziyyətini yaxşılaşdıran norma kimi azadlıqdan məhrum etmə cəzasının aşağı həddi az olan norma götürülməlidir. CM-in 12.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikası vətəndaşları olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 12.5-ci maddəsinə əsasən isə bu Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulan şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanuni ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. CM-in 263.3-cü maddəsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır və bu cinayət həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən həm də ağır cinayət hesab olunur. Rusiya Federasiyası CM-in 264-cü maddəsinin 5-ci bəndinə əsasən isə eyni əməl ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə məcburi əməyə cəlb etmə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə, Rusiya Federasiyası CM-in 15-ci maddəsinin 3-cü bəndində göstərilir ki, bu Məcəllə ilə ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on ildən artıq olmayan əməllər orta ağır cinayətlər hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsilə irəli sürülən cinayət əməli həm maddənin sanksiyasında nəzərdə tutulan cəzaya, həm də cinayətin təsnifatına görə ərazisində cinayətin törədildiyi RF Cinayət Məcəlləsinin müvafiq maddələrilə müqayisədə sərtdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən yuxarıda qeyd edilən Qanunların tələbləri və Konvensiyanın müddəaları nəzərə alınaraq, CM-in 62-ci maddəsinə istinad edilmədən təqsirləndirildiyi CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az cəza təyin edilməlidir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 58.3-cü maddəsi). Cinayət işinin materiallarında olan (Xİİ cild, i. v. 88) və məhkəmədə tədqiq edilmiş DİNin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ümumiyyətlə məhkumluğu olmayan şəxsdir. Cinayət işinin (Xİİ cild, i. v. 162-163) materiallarında olan Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilmiş 14 aprel 2022-ci il tarixli ********** nömrəli arayışdan və Tibbi Sosial Ekspert Komisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə bildirişdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs sol bud çanaq oynağının artroplastika əməliyyatından sonrakı vəziyyət. İmplant laxlaması. XBT- Z96.6, T84.0 diaqnozu ilə xəstədir. Eyni zamanda, o A16.0 Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sağ ağ ciyərin inf. vərəmi, dağılma mərhələsi TDM 9(+) ağırlaşma M16 Koksartroz (bud çanaq oynağının artrozu), sol bud çanaq oynağının total endoprotezləşdirilməsi - əməliyyatdan sonrakı vəziyyət. xx.xx.2019 Ağırlaşma A18.0 Sümük və oynaqların vərəmi, sol bud çanaq oynağının vərəmi. Ağırlaşma J96.1. Xroniki respirator çatmamazlıq, İİ-İİİ d. Yanaşı xəstəliklər D86.1 Limfa düyünlərinin sarkodiozu, ağ ciyərlərin və döş qəfəsi daxili limfa vəzlərinin sarkodiozu xəstəliyindən müddətsiz üçüncü dərəcəli əlildir. Həmçinin, Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli 646 nömrəli tibbi arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən “ağ ciyər vərəmi, sol ağ ciyərin infiltativ vərəmi, dağılma mərhələsi. Koksoartroz bud çanaq oynağının endoprotezləşməsi, əməliyyatdan sonrakı vəziyyət, hərəkət məhdudluğu. Sümük və oynaqların vərəmi limfa düyünlərinin sarkodiozu, ağ ciyərlərin döş qəfəsi daxili limfa düyünlərinin vərəmi” diaqnozu ilə xəstədir. İİİ qrup əlildir. Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən, bu halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qəbul edir. İş üzrə CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan (Vİİİ cild, i. v. 77-78) və məhkəmədə tədqiq edilmiş inzibati xətalara dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında yaşayarkən 14 dəfə yol hərəkəti qaydalaranı pozduğuna görə RF inzibati xətalar qanunvericiliyinin müxtəlif maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə kollegiyası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını (hazırda 63 yaşındadır), xəstəliyini, əlilliyini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb belə qənaətə gəlir ki, CM-in ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 263.3-cü maddəsilə təqsirli bilinib, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməllərini 2015-ci ilin sentyabr ayında törətmiş və həmin vaxtdan səkkiz ilə yaxın müddət keçmişdir. Digər tərəfdən, cinayət işinin materiallarında olan (X cild, i. v. 97-109) sonradan yuxarı instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya görə ləğv edilmiş RF Komi Respublikası Sıktıvdinsk Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli 1-14/2018 nömrəli hökmünə nəzər salanda müəyyən olunur ki, Təqsirləndirilən şəxs RF CM-in 264cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə fəaliyyəti ilə məşğul olma hüququndan iki il müddətə məhrum edilməklə və cəzasını kolonda çəkməklə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, o, ilk dəfə məhkum olunan şəxsdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə, yuxarıda qeyd olunan cəzanın təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı, müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. CM-in 45.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə kollegiyası hesab edir ki, CM-in 56.1.1-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:40-da Balakən RPŞ-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə, saat 16:35-də isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Ona görə də təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə olduğu iki gün ona təyin edilən ümumi cəzadan çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat məhkəmə yol nəqliyyat ekspertizası xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Mülki iddiaya gəlincə, qeyd olunmalıdır ki, CPM-in 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət işinin materiallarından göründüyü kimi, zərərçəkmiş şəxsin hüquqi varisi http://cms.justice.loc/Cases/Default.aspx?caseId=2165552X21 məhkəmə kollegiyasına mülki iddia təqdim edərək, cinayət işi üzrə mülki iddaya dəyişiklik edilərək, cavabdeh Təqsirləndirilən şəxs ona dəymiş mənəvi ziyana görə 47.670 manat kompensasiyanın ödənilməsini xahiş etmişdir. CPM-in 181.1.2-ci və 181.3.1-ci maddələrinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda və həmin ziyan zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə sərf olunan xərclər şəklində özünü göstərdiyi halda mülki iddia verməyə haqlıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 nömrəli qərarının 2-ci bəndində isə göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Göründüyü kimi, həm istinad olunan prosessual hüquq normasının, həm də qərarın mənasından belə nəticə hasil olur ki, cinayət mühakimə icraatı zamanı ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda və həmin ziyan zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə sərf olunan xərclər şəklində özünü göstərdiyi halda fiziki şəxs mülki iddia verə bilər. Ziyanın tərkib hissəsi olan mənəvi zərərin ödənilməsilə əlaqədar tələb isə qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını itirməsi ilə biruzə verdiyi halda verilə bilər. İşdən görünür ki, iş üzrə zərərçəkmiş şəxs Viktor Dolqopolov iddiaçı Sergey Beşaqinin dayısı, Lüdmila Basova isə xalasıdır. CMP-in 7.0.32-ci maddəsinə əsasən, yaxın qohumlar - babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir. Ona görə də iddiaçı Sergey Beşaqin zərərçəkmiş şəxslərin yaxın qohumu olmadığı üçün belə bir iddia ilə çıxış edə bilməz. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, Akif Qədirovun təqsirli hərəkəti nəticəsində zərərçəkmiş şəxs Viktor Dolqopolova məxsus Chevrolet Niva markalı avtomobilə dəyən 1540 (min beş yüz qırx) manat maddi zərər zərərçəkmiş şəxsin xeyrinə təqsirləndirilən şəxsdən tutulmalıdır. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 07 nömrəli qərarının 66-cı bəndində göstərilmişdir ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin, CPM-in 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, CPM-in 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. CPM-in 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Ona görə də bir min beş yüz qırx manat maddi zərər təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. İş üzrə xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, 03 dekabr 2022-ci il, saat 16:40-dan 05 dekabr 2022-ci il, saat 16:35-dək şübhəli şəxs qismində tutulduğu iki gün onun cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmlə müəyyən edilmiş iki il müddətə şamil edilsin. Mülki iddia təmin edilməsin. İş üzrə bir min beş yüz qırx manat maddi zərər Təqsirləndirilən şəxs tutulub zərərçəkmiş şəxsin hüquqi varisi Sergey Beşaginə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan səksən beş manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar