Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-66/2024 11.01.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Yevlax şəhəri Y.Məmmədəliyev küçəsi ev 35 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,147 qram miqdarında narkotik vasitə olan heroini 05 iyun 2023-cü il tarixdə axşam saatlarında Yevlax şəhəri C.Kərimov küçəsində X6 50 manat pul müqabilində əldə etməklə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 09:30-da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri E.Ağayev küçəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib orada üzərində həmin gün saat 10:20-dən saat 10:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan X6 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq pul müqabilində əldə edib saxladığı 2,147 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu evdən aparmışdır. Polis şöbəsində cibindən qanunsuz heç nə aşkar edilməmiş, polis əməkdaşları narkotik vasitəni cibinə qoymuşlar. Aşkar olunan narkotik vasitə ona aid olmamışdır. Onu polis şöbəsində qanunsuz olaraq on gün saxlamışlar. Bundan sonra ona təzyiq göstərmişlər. Ona təzyiq göstərmişlər ki, Ömərin adını çəkməlidir. “Didi” ləqəbli şəxsin həbs olunmalı olduğunu ona demələrinə baxmayaraq onu niyə tutduqlarını bilməmişdir. Onda həmin şəxsi tanımamış, göstərilmiş təyziqlər nəticəsində məcbur olub həmin adamın adını çəkmişdir. Məcbur olub demişdir ki, güya narkotik vasitəni 50 manat müqabilində Ömər adlı “Didi” ləqəbli şəxsdən almışdır. Sonra ona demişlər ki, indi bir nəfər şəxs gətirəcəklər, desin ki, narkotik vasitəni məhz həmin şəxsdən almışdır. “Didi” ləqəbli şəxslə üzləşməsi olmuş, üzləşmədə onun adını bildirsə də bunu qorxduğundan etmişdir. Ona demişlər ki, “Didi” ləqəbli şəxsin üzünə dursa, ona narkotiklə bağlı ittiham verilməyəcəkdir. O da onlara inanmışdır. Lakin sonradan görmüş ki, ona narkotik vasitə ilə bağlı ittiham verilmişdir. Polis əməkdaşları onu məcbur etmişlər ki, “Didi” ləqəbli şəxsin üzünə durmalıdır. Sonradan “Didi” ləqəbli şəxslə üzləşməsi olmuşdur. Polis əməkdaşları ona təzyiq göstərdikləri üçün demişdir ki, narkotik vasitəni “Didi” ləqəbli şəxsdən almışdır. Halbu ki, belə bir hal baş verməmişdir. Heç kimdən, habelə “Didi” ləqəbli şəxsdən narkotik vasitə almamışdır. Polis əməkdaşları onu məcbur etmişdir. Polis əməkdaşları onu döymüş, polis şöbəsində on gün qalmış və hansı səbəbə görə polis şöbəsində 10 gün qaldığını bilməmişdir. Polis əməkdaşları onu on gün qanunsuz olaraq polis şöbəsində gözləmə otağında saxlamışdır. Polis şöbəsində qanunsuz olaraq on gün saxlanılmış və saxlanıldıqdan 10 gün sonra məhkəmə qarşısına çıxmışdır. Məhkəməyə xırda talama ilə bağlı getmişdir. Məhkəmə zamanı oğurluğu boynuna almışdır. Çünki polis əməkdaşları əvvəlcədən ona təzyiq göstərmişlər. Polisdə ona olunan qanunsuzluqla bağlı heç yerə şikayət etməmişdir, çünki qorxmuşdur. Əvvəllər narkotik vasitədən istifadə etmişdir. Döyülmə faktı ilə bağlı heç yerə şikayət etməmişdir. Məhkəmə kollegiyasından əməlindən peşman olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Ona verilən ittihamla razılaşmır. Məhkəmə kollegiyasından barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3ır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, uzun illərdir narkotik vasitələrdən istifadə edir. O, 05 iyun 2023-cü il tarixdə axşam saatlarında əvvəllər tanıdığı “Didi” ləqəbli, Yevlax şəhəri “5-ci plan” adlanan ərazidə yaşayan “Ömər” adlı şəxsdən, Yevlax şəhəri C.Kərimov küçəsində 50 manat pul qarşılığında narkotik vasitə olan heroin almışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. O, əvvəllər də bir neçə dəfə “Didi” ləqəbli, “Ömər” adlı şəxsdən narkotik vasitə heroin almışdır. O, 06 iyun 2023-cü il tarixdə saat 09:30 radələrində həmin “Dididən” almış olduğu narkotik vasitə heroin üzərində olan zaman yaşadığı E.Ağayev küçəsində polis əməkdaşları ona yaxınlaşaraq onun qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və satışında şübhəli olduğunu bildirilərək, polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində onun üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılan zaman üzərindən bir ədəd bükümdə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Onun üzərində keçirilən şəxsi axtarış müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvvəkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 06 iyun 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun xx.xx.1992-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla E.Ağayev küçəsi döngə 2 ünvanında yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax Rayon Polis Şöbəsinin 06 iyun 2023-cü il tarixli 3- 13-117/Ə815/23 nömrəli əmri ilə onun, Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Yevlax Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X7 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü saat 09:30 radələrində polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhər E.Ağayev küçəsinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt E.Ağayev küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar E.Ağayev küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışdırlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməməyi xahiş etmişdir. Onlar Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq onu Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Qurban Qasımova təhvil vermişdirlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X2 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil X26 Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Qurban Qasımov tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Qurban Qasımov xidməti iş otağında onun, Şahid2 və vəkil Zaur Bərxudarovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞnin KTQ-nin baş inispektoru X20 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişdirlər. Qurban Qasımov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Qurban Qasımov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansı bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşmuş və olduğu halda təhvil verilməsi təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülünün içərisinə baxdıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə xx.xx.1992-ci il tarixdə Yevlax şəhərində doğulmuş, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Yevlax rayonu Elçin Ağayev küçəsi döngə 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Yevlax rayonu Elçin Ağayev küçəsi döngə 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yevlax şəhəri Elçin Ağayev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 19-20). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynindəki göy cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qanunsuz olaraq əldə edib saxladığı 2,26 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək müvafiq protokola əlavə olunuşdur (cild 01, iş vər. 28-34). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 06 iyun 2023-cü il tarixli 17/440 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinə bənzər kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-2,147 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi- 2,147 qr., tədqiqata sərf edildi- 0,050 qr., qalıq- 2,097 qr (cild 01, iş vər. 42-46). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax RPŞ-nin X11 azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 65-66). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X32 təqdim etdiyi “arayış”dan görünür ki, Təqsirləndirilən şəxs sözügedən xəstəxananın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 101). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin təqdim etdiyi “arayış”dan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durur (cild 01, iş vər. 102). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum olunmuşdur. Hazırda məhkumluğu yoxdur (cild 01, iş vər. 103). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 1616 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 120). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, xx.xx.2009cu il təvəllüdlü qızı, xx.xx.2010-cu il təvəllüdlü oğlu (X12), xx.xx.2012-ci il təvəllüdlü qızı (X13), xx.xx.2015-ci il təvəllüdlü qızı (X21), xx.xx.2017-ci il təvəllüdlü oğlu (X25), xx.xx.2018-ci il təvəllüdlü oğlu (X22) və xx.xx.2022-ci il təvəllüdlü qızı (X16) Yevlax şəhəri Y.Məmmədəliyev küçəsi ev 35 ünvanında qeydiyyatda olmaqla, ünvan 8 yaşayış yeri üzrə qismən-yaxşı səciyyələndirilir (cild 01, iş vər. 124-125). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X10 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən əlavə edilmiş X29 Abdullayev arasındakı üzləşdirmə protokolundan və həmin protokolu özündə əks etdirən CD diskdən görünür ki, üzləşdirmə istintaq prossesi zamanı Təqsirləndirilən şəxs Ömər Dəvrişovun üzünə qarşı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini ondan aldığını deyərək Ömər Dəvrişovu ifşa etmişdir (cild 01, iş vər. 133-135). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqları - xx.xx.2010-cu il təvəllüdlü oğlu (X12), xx.xx.2012-ci il təvəllüdlü qızı (X13), xx.xx.2015-ci il təvəllüdlü qızı (X21), xx.xx.2017-ci il təvəllüdlü oğlu (X25), xx.xx.2018-ci il təvəllüdlü oğlu (X22) və xx.xx.2022-ci il təvəllüdlü qızı (X16) vardır. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsinin 30 sentyabr 2023-cü il tarixli, 17/714 nömrəli rəyindən görünür ki, X10 üzərindən aşkar olunaraq götürülmüş 01(bir) ədəd bükümdə olan heroin Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01(bir) ədəd bükümdə olan heroin öz aralarında xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroinin təmiz çəkisi- 2,097 qr., tədqiqata sərf edildi- 0,050 qr., qalıq- 2,047 qr. Ekspertiza tədqiqatlarından sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisində azalma olaraq 2,097 qramdan 2,047 qram qalmışdır (cild 01, iş vər. 139-141). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin, iş üzrə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüş 01 sellofan bükümdə qablaşdırılmış 0,100 qramı ekspertiza tədqiqatlarına sərf edilmiş - 2,147 qramdan qalmış - 2,047 qram miqdarında narkotik vasitə olan heroin “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X30 X8 №3” mətninə malik ştampla stamplanmış vəziyyətdə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilsin yə Yevlax Rayon Polis Şöbəsinin madi sübutların saxlanılma otağında saxlanılsın (cild 01, iş vər. 145-152). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Kollegiya qeyd edir ki, şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsi həmin əməllərə görə şəxsin CM-in 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə istintaqında aparılmış araşdırma zamanı ********* nömrəli cinayət işindən əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X10 və Təqsirləndirilən şəxs müdafiəsini Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 təşkil edərək həyata keçirmiş və bu kimi mühüm əhəmiyyət kəsb edən hallar isə məhkəmənin diqqətindən qaçmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı keçirilmiş və bilavasitə sübutların əldə edilməsi ilə bağlı olan prosessual hərəkətlərin, eləcə də həmin hərəkətlərin nəticələrinə dair tərtib edilmiş prosessual sənədlərin araşdırılıb hüquqi qiymət verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyində müdafiə hüququ şübhəli şəxsə və yaxud təqsirləndirilən şəxsə formal cəhətdən müdafiəçi ilə təmin olunmasını deyil, əksinə müdafiəçi vasitəsi ilə müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsini nəzərdə tutur. Cinayət prosessual qanunvericiliyə əsasən müdafiəçiyə etiraz məsələsi cinayət prosesini həyata keçirən orqan tərəfindən həll edilir və müdafiəçi qanuni mənafeyini müdafiə etdiyi təqsirləndirilən şəxsin və ya şübhəli şəxsin qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi müdafiəçinin cinayət prosesində sonrakı iştirakını istisna edən haldır. Cinayət işi materillarına əlavə edilmiş 21 sentyabr 2023-cü il tarixli “üzləşmə haqqında” protokoldan görünür ki, X23 ilə Təqsirləndirilən şəxs üzləşmiş və narkotik vasitə olan heroini 05 iyun 2023-cü il tarixdə axşam saatlarında Yevlax şəhəri C.Kərimov küçəsində Ömər Dəvrişovdan 50 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs şahid, Ömər Dəvrişov təqsirləndirilən şəxs, vəkil Zaur Bərxudarov isə Ömər Dəvrişovun müdafiəçisi qismində olmuşdur. Habelə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə, ********* nömrəli cinayət işindən əlavə edilmiş sənədlərdən isə X10 29 avqust 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə gətirilmələri müəyyən edilir. Məhkəmə kollegiyası tədqiq olunmuş cinayət işi materiallarını təhlil edərək belə hesab edir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 birinci olaraq, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinə müdafiəçi qismində buraxılmış və 21 sentyabr 2023cü il tarixli üzləşmədə Təqsirləndirilən şəxs şahid qismində olmuşdur. Cinayət prosessual qanunvericiliyində istintaq və məhkəmə hərəkətləri protokolları sübut kimi qəbul olunur və sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı və digər prosessual hərəkətlərlə həyata keçirilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, bu hal bötüvlükdə sübutun mötəbərlilyini istisna etmir, sübutun mötəbərsizliyi üçün əsaslar yoxdur və hazırki cinayət işi üzrə prosessual hərəkətə dair protokol mötəbər sübut kimi çıxış etməlidir. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamışdır. Məhkəmə kollegiyasının qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,147 qram miqdarında narkotik vasitə olan heroini 05 iyun 2023-cü il tarixdə axşam saatlarında Yevlax şəhəri C.Kərimov küçəsində X6 50 manat pul müqabilində əldə etməklə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 09:30-da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri E.Ağayev küçəsində Yevlax Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan büküm aşkar edilmiş, həmin bükümün içərisində isə təmiz çəkisi 2,147 qram (prosessual hərəkət aparılan zaman 2,26 qram) təşkil edən, yəni külli miqdarda narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək onun polis şöbəsində qanunsuz olaraq on gün saxlanıldığını, polis əməkdaşlarının onu döymələrini, ona təzyiq göstərmələrini, təzyiq göstərmələrinin səbəbi kimi Ömərin adını çəkərək güya narkotiki ondan almasını deməsini, o da, məcbur olub həmin adamın adını çəkməsini, həmçinin məcbur olub güya narkotik vasitəni 50 manat müqabilində Ömər adlı “Didi” ləqəbli şəxsdən almış olduğunu, üzərindən aşkar olunan narkotik vasitə ona aid olmamasını, polis şöbəsində ona təzyiq göstərilməsini, polisdə ona olunan qanunsuzluqla bağlı heç yerə şikayət etməməsini, qorxmuş olduğunu, polis əməkdaşları narkotik vasitəni cibinə qoyduqlarını bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonrakı dövrdə üzərində narkotik vasitənin olmadığını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına və ya tibb müəssisəsinə müraciət etməmiş, bu barədə məlumat verməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, irəli sürülmüş ittihamı bu və ya digər hissədə mübahisələndirməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək satış məqsədi olmadan 2,147 qram çəkidə narkotik vasitə heroini X6 50 manat pul müqabilində əldə etməklə saxladığını bildirmiş, Təqsirləndirilən şəxs Ömər Dəvrişovun ilk dəfə adını çəkdiyi andan üzləşmə prosessual hərəkəti aparılan vaxtadək kifayət qədər vaxt keçməsinə baxmayaraq o, üzləşdirmədə bir daha narkotik vasitənin Ömər Dəvrişovdan aldığını təsdiqləmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatları müdafiə tərəfi əsaslandırmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal və yaxud hallar müəyyən edilməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Əksinə əməliyyat tapşırığı ilə bağlı 11 iyul 2023-cü il tarixli Yevlax Rayon Polis Şöbəsinin CAB-ın tərəfindən verilmiş raportundan görünür ki, onun narkotik vasitələrin satışı ilə məşğul olması və ya üzərində aşkar edilmiş külli miqdarda 2,147 qram narkotik vasitə heroinin satışıyla məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olmamış, beləliklə Təqsirləndirilən şəxs satış məqsədinin olması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini qanunsuz şəkildə əldə edib üzərində saxlamış və üzərində şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,147 qram təşkil edən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroin məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamışdır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyasının ən aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə təqsirləndirilən şəxsin 02 gün müddətinə tutulduğu vaxt cəzasına hesablanmaqla çıxılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmənin başlanğıcı həbsə alındığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Yevlax Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,047 qram narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Repsublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə qədər tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbycan Respublikası Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 2,047 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 (iki) ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-66/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-66/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver