Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-66/2025 13.03.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X16 iştirakı ilə, xx xxxxx 1989-cu ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Zaqatala rayonunun Yuxarı Tala kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X13 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla digər şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin payız aylarında bacısı X11 olduğunu düşündüyü qadını tanımadığı şəxsin hərəkətdə olan avtomobilində gördükdə bacısının ərinə xəyanət etdiyini fikirləşərək özünün bu ehtimalını dəqiqləşdirmək məqsədi ilə Nətavan Əhmədovanı izləməyə başlamış, müxtəlif vaxtlarda bacısı olduğunu dəqiq görməsə də ona bənzətdiyi qadının müxtəlif avtomobillərdə getdiyini görüb onda bacısının əxlaqsızlıqla məşğul olduğuna inam yaranmış, sonuncu dəfə 27 may 2024-cü il tarixdə Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən yaşadıqları evdə atası mərhum Mövləddin Əsgərovun vəfatının ildönümü münasibəti ilə təşkil olunmuş yığıncaq zamanı birlikdə söhbət edib, yemək yedikdən sonra saat 22 radələrində evdən çıxıb həyətyanı sahədə siqaret çəkərkən Nətavan Əhmədovanın mobil telefonu ilə gizlin şəkildə yazışdığını müşahidə edib bacısının kişilərlə həm telefon, həm də görüşərək əxlaqsız münasibət qurduğuna dair öz şübhələrində haqlı olduğu qənaətinə gəlmiş, bu hərəkətləri ilə Nətavan Əhmədovanın əri Qurban Əhmədovun, birgə nikahından doğulmuş uşaqlarının, eyni zamanda özünün və bacı-qardaşlarının kənd sakinləri arasında formalaşmış nüfuzuna xələl gətirdiyini, həmçinin namuslarını ləkələdiyini düşünüb ondan qisas almaq üçün əvvəlcədən Nətavan Əhmədovanı öldürməklə bağlı formalaşmış niyyətini qətiləşdirib, bu məqsədlə yaşadıqları evin həyətyanı sahəsində ağac materiallarından inşa edilmiş tikilidən istintaqa məlum olmayan mənbədən əldə edib, saxlayaraq gəzdirdiyi, 16 kalibrli, “ТОЗ-БМ” modelli, “3969” nömrəli qoşalüləli yivsiz ov silahını götürüb hər lüləsinə aid patron yerinə bir ədəd atəş üçün yararlı patron qoyub geri qayıtmış, özü üçün əlverişli mövqədə dayanıb atəş açıldıqdan sonra silahın lüləsindən 3-5 metr məsafədən etibarən qırmanın yayılma sahəsinin genişlənərək Nətavan Əhmədovanın yaxınlığında oturmuş digər şəxslərin də xəsarət ala biləcəyi ehtimalına əhəmiyyət vermədən həmin otaqda Nətavan Əhmədovanın anası Şahid1, qardaşı Şahid3, əri Qurban Əhmədov, azyaşlı övladı Amir Əhmədli, eləcə də bacısı Şahid5 və qızı Şahid9 olduğunu bilərək və görərək, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə, ailə üzvlərinə xüsusi əzab verdiyini dərk edərək Nətavan Əhmədovanı nişan alıb bir dəfə atəş açmaqla başın və boynun sağ yarısının odlu silah yaralanması ilə əlaqədar baş və boyun üzvlərinin zədələnməsi nəticəsində baş beyində əzilmə, qansızma, travmatik ödem, travmatik və hemorragik şokla müşayiət olunan xaricə və daxilə kəskin qanaxma nəticəsində Nətavan Əhmədovanın ölümünə səbəb olan həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik sağ təpə nahiyəsindən daxil olub sağ təpə sümüklərini sındıraraq sərt qişanı və beyin maddəsini zədələyən 2 (iki) ədəd kor odlu silah yaraları, sağ gicgah nahiyəsinin yuxarı hissəsindən daxil olub sağ gicgah sümüyünü sındıraraq sərt qişanı və beyin maddəsini zədələyən 1 (bir) ədəd kor odlu silah yarası, sağ gicgah nahiyəsinin aşağı hissəsindən daxil olub sağ gicgah sümüyünü sındıran 1 (bir) ədəd kor odlu silah yarası, boynunun sağ yan orta şöbəsindən daxil olub boyun qan damarlarını zədələyən, İİ-İİİ boyun fəqərələrini sındıraraq onurğa beynini zədələyən 2 (iki) ədəd kor odlu silah yarası, boynunun sağ yan aşağı şöbəsindən daxil olub boyun qan damarlarını və boyun əzələlərini zədələyən 1 (bir) ədəd dəlib keçən odlu silah yarası xəsarətlərini yetirərək ümumi təhlükəli üsulla xüsusi amansızlıqla X6 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməyib CM-in 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bacısı ilə hər hansı problemi olmamış və hadisə xəstəliyi ilə bağlı baş vermişdir. Psixoloji problemləri olduğu üçün hadisə baş verən zaman huşu özündə olmamış və əvvəlcə baş vermiş hadisəni xatırlamamışdır. X14 daxil olduqdan sonra adam öldürməsi barədə ona deyilmiş və bundan sonra hadisəni xatırlamışdır. Hazırda törətdiyi əmələ görə peşmandır və barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 29 may 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, X22 onun bacısıdır, sonuncu 2007-ci ildə Qurban Əhmədovla ailə həyatı qurmuş və bu nikahdan 2 övladı olmuşdur. 2023-cü ilin payız ayının əvvəllərində “Pipan” adlanan ərazidə saxladığı heyvanlara baş çəkməyə gedən zaman yolda bacısı Nətavan Əhmədovanın tanımadığı başqa bir nəfər şəxsin avtomobilində olduğunu görmüş, lakin həmin vaxt qeyd olunan şəxslər onu görmədiklərinə görə hərəkətlərinə davam etmişlər. Nətavan Əhmədovanı başqa bir nəfər şəxsin avtomobilində gördükdə sonuncunun ərinə xəyanət etməsini düşünərək izləməyə başlamış, lakin ondan şübhələndiyini hiss etməməsi üçün Nətavan Əhmədovaya bu barədə heç nə deməmişdir. Bundan sonrakı vaxtlarda da Nətavan Əhmədovanı bir neçə dəfə tanımadığı ayrı-ayrı şəxslərin avtomobilində görmüş, bu barədə sonuncunun ərinə məlumat vermək istəmiş, lakin Nətavan Əhmədovanın boşanacağı halda onlarla yaşayacağını və hərəkətində hər hansı dəyişikliyin olmayacağını fikirləşmiş və sonuncunun qeyd olunan hərəkətləri ilə onun nüfuzuna xələl gətirdiyini düşünüb bir neçə dəfə özünü öldürməyə cəhd etmişdir. Nətavan Əhmədovanın bu hərəkətini qəbul edə bilmədiyi üçün ailə üzvlərinə məlumat verə bilməmiş, sonuncu dəfə Nətavan Əhmədovanı başqa bir nəfər şəxslə hadisədən təxminən 5-10 gün qabaq görmüş və həmin vaxt çox ağır hislər keçirdiyi üçün qeyd olunan şəxsin kim olmasını, idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını və markasını xatırlaya bilməmişdir. Son iki-üç gün ərzində isə Nətavan Əhmədovanı öldürmək qərarını qətiləşdirmiş, 27 may 2024-cü il tarixdə Nətavan Əhmədova atalarının ölümünün növbəti ildönümü ilə əlaqədar ailəsi ilə birlikdə onların yaşadığı evə gəlmişdir. Axşam saatlarında o, siqaret çəkmək üçün evdən çölə çıxdıqda Nətavan Əhmədovanın mobil telefonla gizli şəkildə yazışdığını görmüş, artıq Nətavan Əhmədovanın ərinə xəyanət etdiyinə və başqa şəxslərlə münasibətinin olduğuna tam əmin olmuş və Nətavan Əhmədovanı öldürmək qərarına gəlmişdir. O, qoyunçuluqla məşğul olduğu üçün daimi olaraq yanında ov silahı gəzdirmiş, həmin silahdan həmçinin sahibsiz küçə itlərinin evlərinin həyətindən qovulmasında və zərərsizləşdirilməsində istifadə etmiş, güllələr də qeyd olunan silahın yanında olmuşdur. Nətavan Əhmədovanı öldürmək qərarına gəldiyi üçün silahı saxladığı yerdən götürüb patron yuvasına iki ədəd patron yerləşdirib evin arxa tərəfindən hərəkət edib Nətavan Əhmədovanın və digər ailə üzvlərinin əyləşdiyi otağın pəncərəsinin qarşısında dayanmış və təxminən 4-5 metr məsafədən Nətavan Əhmədovanı nişan alaraq atəş açmışdır. O, atəş açan anda otaqda anası Şahid1, yeznəsi Qurban Əhmədov, böyük bacısı Şahid5, sonuncunun əri Şahid4, Şahid3 və sonuncunun arvadı Şahid2 olmuşdur. Atəş açdıqdan sonra həyət darvazasına doğru hərəkət edib darvazaya çatmağa təxminən 15-20 metr qalmış silahı açıb boş gilizi və bir ədəd dolu patronu həyətlərindən keçən arxa tərəf tullamış, silahı qatlayıb qonşu ilə aralarında olan hasara söykəmiş, cibində olan bıçağı isə oraya atmışdır. Bundan sonra qardaşıgil Nətavan Əhmədovanı avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar, o isə əvvəlcə həyətdə oturub polis əməkdaşlarının gəlməsini gözləmiş, bir qədər sonra isə polis şöbəsinə gedərək özü təqdim etmək qərarına gəlmiş və bu məqsədlə Zaqatala Rayon Polis Şöbəsinə gedərək özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 29 may 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi ilə ibtidai istintaqın gedişində 23 avqust 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, bacısı Nətavan Əhmədova ilə münasibətləri normal olmuş və sonuncunun hər hansı günahı olmamışdır. Nətavan Əhmədovanın ərinə xəyanət etdiyini biləcəyi halda sonuncunu ailə üzvlərinin yanında evdə deyil, çöldə tək olan zaman öldürməıyi qararlaşdırardı. Anlaqsız vəziyyətdə olduğundan əməllərinin faktiki xarakterini dərk edə bilməmişdir və hazırda da hansı əməli törətməsini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələrini xatırlamamış, həmin vaxt huşu özündə olmamış və cinayət əməlini törətməsi barədə ona yalnız X4 zaman məlumat verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X19 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X22 onun arvadı olmuş, Təqsirləndirilən şəxs isə sonuncunun qardaşıdır və o, Nətavan Əhmədova ilə 2007-ci ildə ailə həyatı qurmuşdur. Nətavan Əhmədovanın hər hansı şəxslə nikahdan kənar münasibəti olmamış və bu barədə kənd sakinləri arasında söhbətlər olmamışdır. 27 may 2024-cü il tarixdə mərhum qayınatası Mövləddin Əsgərovun vəfatının ildönümü olduğu üçün adət-ənənəyə uyğun olaraq mərhumu yad etmişlər. Həmin vaxt evdə o, arvadı Nətavan Əhmədova, övladları Amir Əhmədli və Şahid7, qayınanası Şahid1, qayınları Təqsirləndirilən şəxs və Şahid3, sonuncunun arvadı Şahid2, baldızı Şahid5, sonuncunun əri Şahid4, sonuncunun övladları Şahid8 və Şahid9, Şahid3 övladları Mövləddin Əskərov və Səna Əskərova olmuşdur. Təxminən saat 22 radələrində masa arxasında oturub söhbətlərinə davam edən zaman Təqsirləndirilən şəxs əyləşdiyi yerdən qalxıb atəşin açıldığı pəncərənin pərdəsini çəkərək otağı tərk etməsini görmüş, həmin vaxt stol otaqda eninə formada qoyulmuşdur. Şahid5 ilə qayınanası kürək nahiyəsi atəşin açıldığı pəncərəyə doğru oturmuşlar, masanın sol yuxarı tərəfində yoldaşı Nətavan Əhmədova, sonuncunun ardınca qayını Şahid3 əyləşmişdir. O, Şahid3la üzbəüz, ondan sağ tərəfdə masanın aşağı baş tərəfində bacanağı Şahid4 əyləşmişdir. Təqsirləndirilən şəxs otağı tərk etdikdən bir neçə dəqiqə sonra əvvəlcə partlayış səsinə oxşar, ardınca isə Şahid3 qışqırıq səsini eşitmiş və səsin gəldiyi tərəfə baxdıqda Nətavan Əhmədovanın boğaz nahiyəsinin sağ tərəfindən qanın axdığını və baxışlarının ona tərəf istiqamətləndiyini görmüş, dərhal da Nətavan Əhmədovaya yaxınlaşıb qorxmamasını demiş, ardınca isə təcili tibbi yardım xidmətinin çağırılmasını demişdir. Şahid3 isə təcili tibbi yardım xidmətinin gec gələcəyini bildirib özünə məxsus olan avtomobili gətirmiş, birlikdə Nətavan Əhmədovanı xəstəxanaya aparmışlar və orada olan zaman isə artıq sonuncunun öldüyünü demişlər. Təqsirləndirilən şəxs Nətavan Əhmədovanın nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyini gördüyü halda həmin yerdə tədbir görməli olduğunu düşünür və Təqsirləndirilən şəxs əsas məqsədinin cəzaçəkmə müəssisəsində cəza çəkən vaxt məhz əxlaqsız hərəkətlərin edilməsi səbəbindən cinayət etdiyinə görə hər kəsin hörmətlə yanaşmasını və özünü cinayətkar aləmdə tanıtmaq olduğunu hesab edir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, X22 onun bacısı olmuş, Təqsirləndirilən şəxs isə onun qardaşıdır. Nətavan Əhmədova 2007-2008-ci ildə ailə həyatı qurmuş və bu nikahdan 2 övladı olmuşdur. Nətavan Əhmədovanın hər hansı şəxslə nikahdan kənar münasibəti olmamış və bu barədə kənd sakinləri arasında söhbətlər olmamışdır. 27 may 2024-cü il tarixdə mərhum qayınatası Mövləddin Əsgərovun vəfatının ildönümü olduğu üçün adət-ənənəyə uyğun olaraq mərhumu yad etmişlər. Həmin vaxt evdə o, arvadı Şahid2, anası Şahid1, X22, sonuncunun əri Qurban Əhmədov, digər bacısı Şahid5, sonuncunun əri Şahid4 və övladları Şahid8 və Şahid9 olmuşdur. Təxminən saat 22 radələrində stol arxasında əyləşib söhbət edən zaman Təqsirləndirilən şəxs otaqdan çıxmış, həmin vaxt masa eninə formada otağın ortasına qoyulmuşdur. X22 pəncərəyə yaxın hissədə, ardınca isə o, əyləşmişdir. Anası eyni cərgədə, arvadı isə üzbəüz əyləşmişdir. Bir qədər sonra anidən möhkəm səs eşidilmiş, bu zaman sifətinə şüşə parçalarının dəydiyini hiss etmiş və paltarına da şüşə parçaları yığılmışdır. Əvvəlcə nə baş verdiyini anlamamış, daha sonra isə bacısı Nətavan Əhmədovanın ona tərəf yıxıldığını, boğaz nahiyəsindən təzyiqlə qanın axdığını görmüş və dərhal həyətin giriş hissəsində olan avtomobilini gətirməsi üçün çölə çıxmışdır. Həyətə çıxdıqda darvazaya yaxın hissədə Təqsirləndirilən şəxs əlində silahla dayandığını görüb sonuncudan Nətavan Əhmədovaya atəş açıb-açmadığını soruşmuş, sonuncu isə bunu təsdiq etmişdir. Bundan sonra o, özünə məxsus olan avtomobillə anası və yeznəsi Qurban Əhmədovla birlikdə Nətavan Əhmədovanı xəstəxanaya aparmış, orada olan zaman isə həkimlər artıq sonuncunun öldüyünü bildirmişlər. Təqsirləndirilən şəxs psixoloji gərginlik keçirməsi səbəbindən Nətavan Əhmədovanı öldürdüyünü düşünür. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, X22 onun qızı olmuşdur, Təqsirləndirilən şəxs isə onun oğludur. Nətavan Əhmədova 2007-2008-ci ildə ailə həyatı qurmuş və bu nikahdan 2 övladı olmuşdur. Nətavan Əhmədovanın hər hansı şəxslə nikahdan kənar münasibəti olmamış və bu barədə kənd sakinləri arasında söhbətlər olmamışdır. 27 may 2024-cü il tarixdə mərhum əri Mövləddin Əsgərovun vəfatının ildönümü olduğu üçün adət-ənənəyə uyğun olaraq mərhumu yad etmişlər. Həmin vaxt evdə o, oğlu Şahid3, sonuncunun arvadı Şahid2, X22, sonuncunun əri Qurban Əhmədov, digər qızı Şahid5 və sonuncunun əri Şahid4 və övladları Şahid8 və Şahid9 olmuşdur. Təxminən saat 22 radələrində stol arxasında əyləşib söhbət edən zaman Təqsirləndirilən şəxs otaqdan çıxmış, həmin vaxt masa eninə formada otağın ortasına qoyulmuşdur. X22 pəncərəyə yaxın hissədə, sonuncunun ardınca isə Şahid3 əyləşmiş, o da həmin şəxslərlə eyni cərgədə əyləşmişdir. Bu zaman anidən möhkəm səs eşidilmiş və əynindəki paltarın üzərinə şüşə parçaları tökülmüşdür. Daha sonra o, qızı Nətavan Əhmədovanın baş tərəfindən qanın gəldiyini, oğlu Şahid3 qışqıraraq Nətavan Əhmədovanı qucağına alıb çölə çıxardığını görmüş, lakin nə baş verdiyini dərk edə bilməmişdir. Daha sonra o, oğlu Şahid3 və Nətavan Əhmədovanın əri Qurban Əhmədov birlikdə Nətavan Əhmədovanı xəstəxanaya aparmışlar və oraya çatdıqda həkimlər artıq Nətavan Əhmədovanın öldüyünü bildirmişlər. Hadisə baş verdikdən 4 gün sonra Nətavan Əhmədovanın onun oğlu Təqsirləndirilən şəxs tərəfindən öldürülməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, X22 onun bacısı olmuş, Təqsirləndirilən şəxs isə onun qardaşıdır. Nətavan Əhmədova 2007-2008-ci ildə ailə həyatı qurmuş və bu nikahdan 2 övladı olmuşdur. Nətavan Əhmədovanın hər hansı şəxslə nikahdan kənar münasibəti olmamış və bu barədə kənd sakinləri arasında söhbətlər olmamışdır. 27 may 2024-cü il tarixdə mərhum qayınatası Mövləddin Əsgərovun vəfatının ildönümü olduğu üçün adət-ənənəyə uyğun olaraq mərhumu yad etmişlər. Həmin vaxt evdə o, əri Şahid4, övladları Şahid8 və Şahid9, anası Şahid1, X22, sonuncunun əri Qurban Əhmədov, digər qardaşı Şahid3 və sonuncunun arvadı Şahid2 olmuşdur. O, anası ilə stolun baş tərəfindən, kürək hissəsi atəşin açıldığı divara tərəf əyləmişlər. Nətavan Əhmədova isə kürəyi çarpayıya doğru anasına yaxın, Nətavan Əhmədovanın yanında digər qardaşı Şahid3 əyləşmişdir. Anasının əyləşdiyi yerdə əvvəlcə Təqsirləndirilən şəxs əyləşsə də, Nətavan Əhmədova bir qədər sonra gəlib Təqsirləndirilən şəxs yerində əyləşmişdir. Təxminən saat 22 radələrində stol arxasında əyləşib söhbət edən zaman Təqsirləndirilən şəxs otaqdan çıxmış, həmin vaxt masa eninə formada otağın ortasına qoyulmuş, X22 pəncərəyə yaxın hissədə əyləşmişdir. Bu zaman anidən möhkəm səs eşidilmiş, bu səsdən sonra o, qorxub otaqdan mətbəxə doğru qaçmış, bir qədər sonra yenidən oraya qayıtdıqda bacısı Nətavan Əhmədovanın stulda tərpənməz halda əyləşməsini görmüşdür. Bu zaman Şahid3 qışqırdığını, həmin vaxt bilmədiyi şəxsin ucadan su gətirməsini deməsini və ardınca isə təcili tibbi yardım xidmətinə zəng etməsini deməsini eşitmişdir. Daha sonra qardaşı Şahid3 cəld masanı kənara çəkib çölə çıxmış, bu zaman anası qanaxmanın qarşısını almaq üçün Nətavan Əhmədovanın boğaz nahiyəsinin sağ tərəfini tutduqda baş hissəsindən də qan axmağa başlamışdır. Bundan sonra birlikdə Nətavan Əhmədovanı çölə çıxarmışlar, Şahid3, anası və Nətavan Əhmədovanın əri Qurban Əhmədov birlikdə xəstəxanaya getmişlər. O, çölə çıxdıqda Təqsirləndirilən şəxs özünün törətmədiyini və cinin elədiyini demişdir. Daha sonra o, Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuş, sonuncu isə özünün törətdiyini deyib halallaşmalarını təklif etmiş və 15-20 il müddətə azadlıqdan məhrum olunacağını deyib onunla qucaqlaşaraq getmişdir. Bir qədər sonra isə Təqsirləndirilən şəxs açdığı atəş nəticəsində Nətavan Əhmədovanın ölməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid5 onun arvadıdır, X22 onun baldızı olmuşdur, Təqsirləndirilən şəxs isə qaynıdır. Nətavan Əhmədova 2007- 2008-ci ildə ailə həyatı qurmuş və bu nikahdan 2 övladı olmuşdur. Nətavan Əhmədovanın hər hansı şəxslə nikahdan kənar münasibəti olmamış və bu barədə kənd sakinləri arasında söhbətlər olmamışdır. 27 may 2024-cü il tarixdə mərhum qayınatası Mövləddin Əsgərovun vəfatının ildönümü olduğu üçün adət-ənənəyə uyğun olaraq mərhumu yad etmişlər. Həmin vaxt evdə o, arvadı Şahid5, övladları Şahid8 və Şahid9, qayınanası Şahid1, X22, sonuncunun əri Qurban Əhmədov, digər qaynı Şahid3 və sonuncunun arvadı Şahid2 olmuşdur. Təxminən saat 22 radələrində stol arxasında əyləşib söhbət edən zaman Təqsirləndirilən şəxs otaqdan çıxmış, həmin vaxt masa eninə formada otağın ortasına qoyulmuş, X22 pəncərəyə yaxın hissədə əyləşmişdir. Bu zaman anidən möhkəm səs eşidilmiş, bu səbəbdən də arvadı Şahid5 qorxub otaqdan mətbəxə doğru qaçmış, bir qədər sonra yenidən oraya qayıtdıqda bacısı Nətavan Əhmədovanın stulda tərpənməz halda əyləşməsini görmüşdür. Bu zaman Şahid3 qışqırdığını və Nətavan Əhmədovanın boyun nahiyəsinin sağ tərəfindən təzyiqlə qanın axdığını görmüşdür. Bundan sonra Şahid3 təcili tibbi yardım xidmətinə zəng etmələrini demiş, bu zaman qayınanası qanaxmanın qarşısını almaq üçün Nətavan Əhmədovanın boğaz nahiyəsinin sağ tərəfini tutan zaman baş tərəfindən də qan axmağa başlamışdır. Bundan sonra birlikdə Nətavan Əhmədovanı çölə çıxarıb avtomobilə əyləşdirmişlər, Şahid3, qayınanası və Nətavan Əhmədovanın əri Qurban Əhmədov birlikdə xəstəxanaya getmişlər. Bir qədər sonra isə Təqsirləndirilən şəxs açdığı atəş nəticəsində Nətavan Əhmədovanın ölməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid9 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Nətavan Əhmədova onun xalası olmuş, Təqsirləndirilən şəxs isə onun dayısıdır. 27 may 2024-cü il tarixdə mərhum babası Mövləddin Əsgərovun vəfatının ildönümü olduğu üçün adətənənəyə uyğun olaraq mərhumu yad etmişlər. Həmin vaxt evdə o, nənəsi Şahid1, dayısı Şahid3 və sonuncunun arvadı Şahid2, xalasıgil və Təqsirləndirilən şəxs olmuşlar. Təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs otaqda olan sobanın tüstü borusunun çıxdığı pəncərənin pərdəsini açıb otağı tərk etmiş, bir qədər sonra isə anidən partlayış səsi eşidilmiş və onun sifətinə yüksək təzyiqli hava vurmuşdur. Bu zaman xalası Nətavan Əsgərova tərpənməz şəkildə yerində oturmuş, həmin vaxt dayısı Şahid3 qışqırdığını və xalasının baş və boğaz nahiyələrindən qanın gəldiyini görmüşdür. Bilmədiyi şəxs təcili tibbi yardım xidmətinə zəng edilməsini desə də, Şahid3 çölə çıxmış, daha sonra isə xalası Nətavanı Əhmədovanı sonuncunun əri Qurban Əhmədov, nənəsi və dayısı Şahid3 birlikdə xəstəxanaya aparmışlar. Bundan sonra isə dayısı Təqsirləndirilən şəxs tərəfindən açılmış atəş nəticəsində xalası Nətavan Əhmədovanın ölməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, X22 onun baldızı olmuş, Təqsirləndirilən şəxs isə onun qaynıdır. Nətavan Əhmədova 2007-2008-ci ildə ailə həyatı qurmuş və bu nikahdan 2 övladı olmuşdur. Nətavan Əhmədovanın hər hansı şəxslə nikahdan kənar münasibəti olmamış və bu barədə kənd sakinləri arasında söhbətlər olmamışdır. 27 may 2024-cü il tarixdə mərhum qayınatası Mövləddin Əsgərovun vəfatının ildönümü olduğu üçün adət-ənənəyə uyğun olaraq mərhumu yad etmişlər. Həmin vaxt evdə o, əri Şahid3, qayınanası Şahid1, X22, sonuncunun əri Qurban Əhmədov, digər baldızı Şahid5, sonuncunun əri Şahid4 və övladları Şahid8 və Şahid9 olmuşdur. Təxminən saat 22 radələrində stol arxasında əyləşib söhbət edən zaman Təqsirləndirilən şəxs otaqdan çıxmış, həmin vaxt masa eninə formada otağın ortasına qoyulmuşdur. X22 pəncərəyə yaxın hissədə, sonuncunun ardınca Şahid3 əyləşmiş, o isə həmin vaxt onlarla üzbəüz cərgədə oturmuşdur. Bu zaman anidən möhkəm səs eşidilmiş, həmin vaxt Şahid3 qışqırdığını görmüş və sonuncunun Nətavan Əhmədovanı tutduğunu və sonuncunun boyun-baş nahiyələri tərəfindən qanın gəldiyini görmüşdür. Bundan sonra Şahid3 Nətavan Əhmədovanı çölə çıxarmış, ardınca isə sonuncu xəstəxanaya aparılmışdır. Bundan bir qədər sonra Nətavan Əhmədovanı öldürən şəxsin Nurlan Əhmədovun olması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X22 onun anası olmuşdur, Təqsirləndirilən şəxs isə onun dayısıdır. Dayısı Təqsirləndirilən şəxs özünü hər kəsdən üstün tutmuş, həmişə cinayətkar şəxslər haqqında söhbətlər etmiş, hər kəsin ona hörmət etməsini və ondan çəkinməsini istəmişdir. Psixi xəstəliyə dair sənəd əldə edib cəzaçəkmə müəssisəsində cəza çəkəcəyi halda, az müddətdə cəzasının çəkib qurtaracağını və rayonda ümumi vəziyyətə nəzarət edəcəyini demişdir. 27 may 2024-cü il tarixdə mərhum babası Mövləddin Əsgərovun vəfatının ildönümü olduğu üçün adətənənəyə uyğun olaraq mərhumu yad etmişlər. Həmin vaxt evdə o, dayıları Şahid3 və Təqsirləndirilən şəxs, anası Nətavan Əhmədova, atası Qurban Əhmədov, xalası Şahid5 və sonuncunun əri Şahid4 olmuşdur. Həmin tarixdə o, xalasının uşaqları ilə digər otaqda olmuş, bu zaman partlayış səsi eşitmiş və dərhal anasıgilin oturduğu otağa daxil olduqda sonuncunun boğaz və baş nahiyələrindən qanın axdığını görmüşdür. Bu vaxt dayısı Şahid3 əvvəlcə təcili tibbi yardım çağırılmasını, daha sonra isə həkimin gecikəcəyini deyərək avtomobillə aparmaq lazım olduğunu demişdir. Bundan sonra atası, nənəsi və dayısı Şahid3 anasını xəstəxanaya aparmışlar, bir müddət sonra isə Təqsirləndirilən şəxs tərəfindən anasının öldürülməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid7la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid8 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində Şahid7la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 may 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qısqanclıq zəminində bacısı X6 öv tüfəngindən atəş açaraq öldürməsi barədə məlumat daxil olmuş və Təqsirləndirilən şəxs Zaqatala Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 may 2024-cü il tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 22 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Zaqatala Rayon X1 boyun nahiyəsində xəsarətlərlə ölmüş vəziyyətdə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında 27 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən Şahid3 məxsus fərdi yaşayış evidir. Darvazadan həyətə daxil olub 28 metr irəlilədikdə sağ tərəfdə dəmir materialdan hazırlanmış tora yer səthinə perpendukilyar olaraq söykədilmiş halda bir ədəd qoşalüləli ov silahı aşkar olunmuşdur. Ov silahından 35 sm məsafədə həyətə giriş darvazası istiqamətində yerdə bir ədəd açılıb qatlanan cib bıçağı müşahidə edilmişdir. Silaha baxış keçirilən zaman lülələrin yanaşı yerləşməsi, bütöv halda uzunluğunun 113 sm olması, qundağının və lülə altı sahənin ağac materialından hazırlanması, sol səthinin bir qədər palçığa bulaşmış halda olması, lülələrin hər ikisinin patron yuvasının boş olması, silahın 3969-60 nömrəli olması müəyyən edilmişdir. Cib bıçağı müxtəlif naxışlıdır. Fərdi yaşayış evinə doğru hərəkət edildikdə Şahid3 oturduqları otağa atəşin evin giriş hissəsi ilə üzbəüz dayandıqda sol tərəfdən açıldığını bildirmişdir. Evin həmin sol tərəfində 4 ədəd 90x135 sm ölçüdə pəncərələr vardır. Evin sol tərəfi ilə üzbəüz dayandıqda sağdan ikinci pəncərə üzərində 10x12 sm ölçüdə dəlik vardır. Dəliyin aşkar olunduğu pəncərədən tüstü bacası çıxarılmışdır. Ardınca isə hadisənin baş verdiyi otağa doğru hərəkət edilmişdir. Otağa girişlə üzbəüz yerləşən divarda sağ tərəfdə ikinci olan, sobanın tüstü bacası çıxarılan pəncərədə dəlik müşahidə edilmişdir. Həmin pəncərədən 160 sm məsafədə olan stulun oturacaq və söykənəcək hissələrində, həmçinin döşəmə üzərində qana bənzər maye ləkələri müşahidə edilmişdir. Bundan başqa stulun tam yuxarı hissəsində tavan üzərində qana bənzər maye ləkələri və tüklər aşkar olunmuşdur. Otağa giriş qapısına yaxın sağ divar istiqamətində dəlik olan pəncərədən 170 sm məsafədə, qana bənzər maye ləkələrinin aşkar olunduğu stuldan 10 sm məsafədə xalça üzərində qana bənzər maye ləkələri müşahidə edilmişdir. Baxış keçirilən zaman qana bənzər ləkələrdən pambıq topalarına hopdurulmaqla nümunələr götürülmüşdür. Daha sonra meyit baxış keçirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və X15 Zaqatala Rayon Şöbəsinə aparılmış və və orada meyitə baxış keçirilmişdir. Meyitin əynində qara rəngli uzunqol jaket, qırmızı rəngli qısaqol mayka, ağ rəngli büstqalter, qara rəngli ətək, krem rəngli kolqotka, qara rəngli bir cüt corab və ağ rəngli tuman vardır. Meyitin əynində olan paltarlar qana bənzər mayeyə bulaşmış haldadır. Meyit qacıması çeynəmə əzələlərdə zəif inkişaf etmiş, yoxlanılan digər əzələ qruplarında inkişaf etməmişdir. Meyit ləkələri meyitin arxa səthində müşahidə edilir, qırmızımtıl-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi avazıyır və təzyiq kəsildikdən 30-40 saniyədən sonra öz əvvəlki rəngini alır. Sağ təpə nahiyəsində 2 (iki) ədəd bir-birinə paralel yerləşmiş, ara məsafəsi 3,0 sm olan 2,5x2,5 sm və 0,9x0,6 sm ölçülərdə dairə və oval formalarda, həmin yaralardan 8 sm aşağıda sağ gicgah nahiyəsinin yuxarı hissəsində 1,5x1,5 sm ölçüdə dairə formasında, sağ gicgah nahiyəsinin aşağı hissəsində qulaq seyvanından 0,7 sm aralı 0,8x0,5 sm ölçüdə oval formada, kənarları girintili-çıxıntılı, kor odlu silah yaraları vardır. Yaraların dibi qansızmalıdır, yaraların dibində sümük fraqmentləri görünür. Boynunun sağ yan orta şöbəsində boylama istiqamətdə birbirinə paralel yerləşmiş, ara məsafəsi 2 sm olan 1,5x1,5sm və 1,0x1,0 sm ölçülərdə kənarları girintili-çıxıntılı, kor odlu silah yaraları vardır. Yaraların dibi qansızmalıdır, əllə yoxladıqda sümük fraqmentləri hiss olunur. Boynunun sağ yan aşağı şöbəsində 1,0x1,0 sm ölçüdə uzunsov formada və boynun sol yan aşağı şöbəsində 1,5x1,5 sm ölçüdə dairə formasında dəlib-keçən odlu silah yarası vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması haqqında 28 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə təkrar baxış keçirilməsi haqqında 28 may 2024-cü il tarixli protokoldan görünür ki, həyətə giriş darvazasından daxil olub həyətyanı sahəyə baxış keçirilən zaman darvazadan sol tərəfdə həyətyanı sahə boyunca davam edən arxın yanında olan ağac kötüyünün dibində bir ədəd patron aşkarlanmış və müvafiq qaydada götürülmüşdür. Bundan sonra hadisənin baş verdiyi otağa baxış keçirilən zaman atəş istiqamətində, giriş qapısına yaxın sağ divarda döşəmədən 125 sm, tavandan 84 sm məsafədə yerləşən oval formalı iz aşkar olunmuşdur, həmin hissədə divar kağızı çölə doğru istiqamətlənmiş haldadır. Həmin izdən bir qədər sağ aşağı çəpinə istiqamətində 17 sm məsafədə eyni xarakterik əlamətlərə malik iz aşkar olunmuşdur. Qeyd olunan iz döşəmədən 104 sm məsafədə yerləşir. Göstərilən izdən bir qədər sağ yuxarı çəpinə istiqamətində 15 sm, döşəmədən isə 130 sm məsafədə yuxarıda göstərilən digər izlərlə xarakterik əlamətləri daşıyan digər bir iz aşkar olunmuşdur. Divarda aşkar olunmuş hissədən 70 sm üzbəüz divara doğru, şkafdan 70 sm otağın qapısına doğru məsafədə döşəmə üzərində bir ədəd metal hissəcik aşkarlanmış və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Otağa girişlə üzbəüz divarla çarpayı arasında olan sahədə bir neçə metal hissəcik və tıxac aşkar edilmişdir. Həmin birinci metal hissəcik divardan çarpayı istiqamətində 36 sm məsafədə döşəmə üzərində yerləşir. Qeyd olunan metal hissəcik, divardan 12 sm, metal hissəcikdən 55 sm məsafədə yerləşən digər metal hissəcik, divardan 30 sm, digər hissəcikdən 35 sm məsafədə yerləşən başqa bir metal hissəcik, divardan 34 sm, metal hissəcikdən 17 sm məsafədə aşkar edilmiş tıxac müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra həyətin darvazası istiqamətində hərəkət edilərkən sağ tərəfdə su arxının yaxınlığında ağac hissələrinin yığıldığı sahədə bir ədəd boş giliz aşkarlanmış və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 28 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 iyul 2024-cü il tarixli 10 nömrəli rəyindən görünür ki, X5 meyitində “Sağ təpə nahiyəsindən daxil olub sağ təpə sümüklərini sındıraraq sərt qişanı və beyin maddəsini zədələyən 02 (iki) ədəd kor odlu silah yaraları, sağ gicgah nahiyəsinin yuxarı hissəsindən daxil olub sağ gicgah sümüyünü sındıraraq sərt qişanı və beyin maddəsini zədələyən 01 (bir) ədəd kor odlu silah yarası, sağ gicgah nahiyəsinin aşağı hissəsindən daxil olub sağ gicgah sümüyünü sındıran 01 (bir) ədəd kor odlu silah yarası, boynunun sağ yan orta şöbəsindən daxil olub boyun qan damarlarını zədələyən, İİ-İİİ boyun fəqərələrini sındıraraq onurğa beynini zədələyən 02 (iki) ədəd kor odlu silah yarası, boynunun sağ yan aşağı şöbəsindən daxil olub boyun qan damarlarını və boyun əzələlərini zədələyən 01 (bir) ədəd dəlib keçən odlu silah yarası” diaqnozu ilə, həyati, 27 may 2024-cü il tarixdə ölümündən az əvvəl patronu qırma ilə doldurulmuş ov tüfəngindən yaxın məsafədən atılmış bir atəş nəticəsində qırmaların (kartec) təsirindən əmələ gəlmiş və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər aşkar edilmişdir. Onun meyitində odlu silah yaraları istisna olmaqla, digər xarakterli xəsarətlər aşkar edilmədi. Onun ölümünün bilavasitə səbəbi başın və boynun sağ yarısının odlu silah yaralanması ilə əlaqədar baş və boyun üzvlərinin zədələnməsi nəticəsində baş beyində əzilmə, qansızma, travmatik ödem, travmatik və hemorragik şokla müşayiət olunan xaricə və daxilə kəskin qanaxma olmuşdur. Onun ölümü meyit əlamətlərinə əsasən meyitin meyitxanada müayinəsindən təxminən 11-13 saat əvvəl baş verməyə uyğundur. Onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik vasitə və ya psixotrop maddələr aşkar edilməmişdir. Onda onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər aşkar edilməmişdir, təbii yolla doğmuş qadına məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların məhkəmə-tibbi kriminalistik ekspertizasının 15 iyul 2024-cü il tarixli 298- MTKŞ/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X7 məxsus 01 ədəd jaket, 01 ədəd kofta, 01 ədəd ətək, 01 ədəd büstqalter, 01 ədəd kolqotka, 01 ədəd tuman və 01 cüt corabın üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş X7 məxsus paltarların (jaket, kofta, ətək, büstqalter, kolqotka, tuman və corabın) üzərində barıt hissəciklərinin izləri aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 18 iyul 2024-cü il tarixli 424/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X5 ABO sistemi üzrə qrupu Oalfabeta/İ/-dir (təqdim olunan şəxsiyyət vəsiqəsinin surətinə əsasən). Ekspertizaya təqdim olunan 03 ədəd pambıq tampon, süni dəri materialdan olan kəsik hissə, xalçadan kəsik hissə, Nətavan Əhmədovaya məxsus jaket, kofta, ətək, büstqalter, tuman, kapron kolqotka və 01 cüt corabın üzərində insan qanı ləkələri aşkar edildi. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “H” antigeni, əksər ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş şəxs X7 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş hadisə yerinə baxış keçirilən zaman tavandan götürülmüş 12 ədəd obyekt insanın baş tükləridir, rəngləməyə məruz qalmışlar, fiziki təsir nəticəsində ayrılmışlar. Təqdim olunmuş tüklər Nətavan Əhmədovanın baş tükü nümunələri ilə morfoloji xüsusiyyətlərinə görə müqayisə olunduqda, əsas morfoloji əlamətlərinə görə öz aralarında və Nətavan Əhmədovanın baş tükü nümunələri arasında böyük uyğunluq təşkil etdi. Beləliklə, hadisə yerindən götürülmüş tüklərin X7 məxsus olması inkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-daktiloskopik, ballistik və atəş izləri ekspertizasının 23 iyul 2024-cü il tarixli 3- 16-16/2-3/1112; 1113; 1114; 1115 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, “ТОЗ-БМ” modelli, “3969” nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngidir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Silahın üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, həmçinin tədqiqata təqdim edilmiş ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patrondur, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsidirgilizidir. Həmin giliz təqdim edilmiş ov tüfənginin sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, patronların daxilinə doldurulan atəş komponentlərinin atəşlə ayrılmış hissələridir-kartecləridir. Həmin qırmaların üzərində atəş prosesində istifadə olunan zaman atıldığı tüfəngin lülə kanalının divarından qalmış sürtünmə izləri xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onların təqdim edilmiş ov tüfəngindən atılıbatılmadıqlarını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidirpolietilen tıxacdır. Həmin tıxacın üzərində atəş prosesində istifadə olunan zaman atıldığı tüfəngin lülə kanalının divarından qalmış sürtünmə izləri xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onun təqdim edilmiş ov tüfəngindən atılıb-atılmadığını müəyyən etmək mümkün deyil. Zavod üsulu ilə hazırlanmış patronlardan istifadə olunmaqla (patronlara doldurulmuş qırmaların diametri, sayı və s. nəzərə almaqla) atəş açılarkən silahın lüləsinin ağızlıq kəsiyindən başlayaraq qırmalar təxminən 2 metr məsafəyədək yığcam halda kompakt şəkildə yayılmadan hərəkət edir, 2 metrdən 3-5 metrə qədər məsafədə nisbətən yığcam kiçik radiusda yayılır, 3-5 metr məsafədən başlayaraq zədənin yayılma sahəsi artıq genişlənir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silahın, 01 (bir) ədəd bıçağın, 01 (bir) ədəd gilizin və 01 (bir) ədəd patronun üzərində papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd “ТОЗ-БМ” modelli, “3969” nömrəli qoşalüləli ov silahının lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş açılmışdır. Müvafiq elmi metodik vəsait olmadığından atəşin açılma vaxtını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus” olduğu qeyd edilən bir ədəd qolsuz gödəkçə, bir ədəd mayka, bir ədəd cins şalvar və bir cüt ayaqqabının səthindən atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kompüter-texniki ekspertizasının 30 iyul 2024-cü il tarixli 5/792 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A40” markalı, “SM-A405FN/DS” modelli, “**********72350, **********722358” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi 6A” markalı, “M1804C3CG” modelli, “**********18162, **********18170” İME kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy A40” markalı, “SM-A405FN/DS” modelli mobil telefonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, audio, foto, video fayllar, sənədlər, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri, “Microsoft Teams” proqram təminatında qeydlər, “Telegram” proqram təminatının, “İnstagram”, “TikTok”, sosial şəbəkələrə aid rəqəmsal izlər və sair) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. Tədqiq olunan “Xiaomi Redmi 6A” markalı, “M1804C3CG” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, audio, foto, video fayllar, sənədlər, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış audio, foto, video fayllar və sair) mövcud olan məlumatlar müəyyən olundu. Təqdim edilmiş “Samsung Galaxy A40” markalı, “SM- A405FN/DS” modelli və “Xiaomi Redmi 6A” markalı, “M1804C3CG” modelli mobil smratfonların “Menyu” hissəsinə girişi məhdudlaşdıran hər hansı kilid (parol-password) tətbiq edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş 20 avqust 2024cü il tarixli, 3-13-118/2-16809/24 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Təqsirləndirilən şəxs qısqanclıq zəminində cinayət törətməsi, cinayət əməlini törətdiyi 3969-60 nömrəli silahın hər hansı şəxsin adına rəsmiləşdirilməməsi, əvvəllər Nurlan X2 arasında, habelə digər şəxslər arasında münaqişənin olmaması, Təqsirləndirilən şəxsla Nətavan Əhmədovanın həyat tərzinin cəmiyyət tərəfindən müsbət xarakterizə olunması, Nətavan Əhmədovanın nikahdan kənar münasibətinin olmaması, Təqsirləndirilən şəxsla Nətavan Əhmədovanın arasında miras və ya əmlaka görə mübahisənin olmaması müəyyən edilmiş və Təqsirləndirilən şəxs cinayət törətdiyi silahı əldə etdiyi mənbəyi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ekspert rəyinə əlavə edilmiş xarici yaddaş qurğusuna baxış keçirilməsi haqqında 21 avqust 2024-cü il tarixli protokoldan görünür ki, ekspert rəyinə əlavə edilmiş xarici yaddaş qurğusunda olan məlumatlara baxış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs məxsus mobil telefon aparatında istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumata rast gəlinməmiş, habelə zərərçəkmiş şəxs Nətavan Əhmədovanın nikahdan kənar münasibətinin olmasını təsdiq edə biləcək dəlillər müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 120.2.2, 29,120.2.7, 228 və 229-cu maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 29 may 2024-cü il tarixdə verdiyi ifadəsində CM-in 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək Nətavan Əhmədovanı qəsdən ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla öldürdüyünü etiraf etsə də ibtidai istintaqın gedişində 23 avqust 2024-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadələrində öz müdafiəsi üçün dəlillər gətirib CM-in qeyd olunan maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyərək bacısı ilə hər hansı probleminin olmadığını, hadisənin xəstəliyi ilə bağlı baş verdiyini, psixoloji problemləri olduğu üçün hadisə baş verən zaman huşunun özündə olmadığını, əvvəlcə baş vermiş hadisəni xatırlamadığını, X14 daxil olduqdan sonra adam öldürməsi barədə ona bildirildiyini və bundan sonra hadisəni xatırladığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində 23 avqust 2024-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Həmçinin qeyd etmək zəruridir ki, “xüsusi amansızlıq” və “ümumi təhlükəli üsul” anlayışlarına “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 8-ci bəndində aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın həmin bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin otaqda Nətavan Əhmədova ilə yanaşı, sonuncunun anası Şahid1, qardaşı Şahid3, əri Qurban Əhmədov, azyaşlı övladı Amir Əhmədli, eləcə də bacısı Şahid5 və qızı Şahid9 da olduğunu görmüş, silahı Nətavan Əhmədovaya tuşlayıb patronların içərisində olan qırmaların digər qohumlarına da dəyib xəsarət yetirə biləcəyini dərk etmiş, ardınca isə Nətavan Əhmədovaya məhz yaxınlarının yanında ov silahından qəsdən atəş açaraq sonuncunu öldürmüşdür. Digər tərəfdən isə Təqsirləndirilən şəxs Nətavan Əhmədovaya məhz yaxınlarının yanında ov silahından qəsdən atəş açaraq öldürməklə yaxınlarına xüsusi əzab verdiyini dərk etdiyindən qeyd olunanlar onun məhz xüsusi amansızlıqla qəsdən adam öldürməsini təsdiq edir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ov silahını qəsdən bacısı Nətavan Əhmədovaya tuşlayıb atəş açan zaman patronların içərisində olan qırmaların digər qohumlarına da dəyib xəsarət yetirə biləcəyini dərk etməsi onun Nətavan Əhmədovanı ümumi təhlükəli üsulla qəsdən öldürməsinə dəlalət edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə hadisənin baş vermə şəraiti ilə bağlı təqsirləndirilən şəxsin ibtidai istintaqın gedişində 23 avqust 2024-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 29 may 2024-cü il tarixdə verdiyi ifadəsinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla digər şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 120.2.4-cü maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, ittiham aktında Təqsirləndirilən şəxs barəsində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın müəyyən edilmədiyi qeyd edilmişdir. Halbuki CM-in 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran haldır. Bununla bağlı qeyd etmək zəruridir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 46-cı bəndində göstərilmişdir ki, CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. CM-in 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal hesab edilən bu və ya digər hal (məsələn, cinayətin ağır nəticəyə səbəb olması) təqsirləndirilən şəxsə istinad edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi göstərilmişsə (məsələn, qəsdən adam öldürmə cinayətlərində zərərçəkmişin həyatdan məhrum edilməsi), hökmdə cəzanın təyin edilməsi əsaslandırılarkən, təkrar cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Onu da nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 07 iyun 2019-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halı (cinayətlərin residivini) cəzanı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti odlu silahdan istifadə etməklə törətməsi CM-in 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əsgərov X12 rayonunun Yuxarı Tala kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X3 rayonunun Yuxarı Tala kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə əldə olunmuş məhkumluq haqqında məlumatlardan, Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Əsgərov X12 Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm və göstəriş 16 dekabr 2021-ci il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs 26 dekabr 2021-ci il tarixdə qeydiyyata alınaraq cəza müddətinin axımı başlamış, ona təyin olunmuş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 il 05 ay 02 gün hissəsini çəkmiş və cəzasının çəkilməmiş 24 gün hissəsi qalmışdır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək cəzasını çəkib qurtarmasa da əvvəllər törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən və həmin cəza azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza hesab olunduğundan onun sonradan göstərilən cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti odlu silahdan istifadə etməklə törətməsini CM-in 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 60.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan və onun əməlində cəzasını ağırlaşdıran hal olduğundan onun barəsində bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halın olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 120.2.4-cü maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 28 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 28 may 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 28 may 2024-cü il tarixdən hesablanmalıdır. Habelə cinayət işinin materiallarından da göründüyü kimi Əsgərov X12 Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və həmin cəzasının çəkilməmiş hissəsi 24 gün təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 68.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, CM-in 67.1-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 24 günü CM-in 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 12 gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 iyul 2024-cü il tarixli 1282 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib, narkotik vasitə marixuanadan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 12 iyun 2024cü il tarixli 18-1-78/2-726/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Narkoloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 iyun 2024-cü il tarixli 435 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman “Emosional davamsız şəxsiyyət pozuntusu XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı) F60.3 xəstəliyindən əziyyət çəkmişdir. O, “Emosional davamsız şəxsiyyət pozuntusu XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan o, öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. O, “Emosional davamsız şəxsiyyət pozuntusu XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan o, yuxarıda göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, hazırda “Emosional davamsız şəxsiyyət pozuntusu XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan o, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Onun hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O, cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. O, cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Onun cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəblərindən biri bacısının kənar şəxslərlə münasibətinin olmasına dair şübhələri ola bilər. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Onun fərdi-xüsusiyyətlərini nəzərə alaraq, o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. O, yalan danışmağa və özündən uydurmağa meyllidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 19 iyun 2024-cü il tarixli 507 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada dispanser müşahidəsində yoxdur, lakin 16 yanvar 2024-cü il tarixdə “dəqiqləşdirilməmiş həyəcan F-41.9” diaqnozu ilə ambulator müalicədə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 12 iyun 2024cü il tarixli 18-1-78/2-726/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Nevroloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu” xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da həmin xəstəlik əlamətlərinin kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə psixi pozuntu ilə bağlı tibbi xarakterli məcburi tədbir təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, bir ədəd bıçaq, bir ədəd giliz, dörd ədəd metal hissəcik, meyitə baxış keçirilən zaman götürülmüş dörd ədəd metal hissəcik, bir ədəd tıxac, tük nümunələri, üç ədəd pambıq tampon, süni dəri materialından olan kəsik, xalça kəsiyi, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qolsuz gödəkçə, bir ədəd mayka, bir ədəd cins şalvar və bir cüt ayaqqabı, zərərçəkmiş şəxs X5 əynində olmuş bir ədəd jaket, bir ədəd kofta, bir ədəd ətək, bir ədəd büstqalter, bir ədəd kolqotka, bir cüt corab və bir ədəd tuman, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd mobil telefon, zərərçəkmiş şəxs Nətavan Əhmədovaya məxsus olan bir ədəd mobil telefon aparatı, bir ədəd 16 kalibrli, “ТОЗ-БМ” modelli, “3969” nömrəli qoşalüləli yivsiz ov silahı və 01 ədəd patron həmin tarixdə maddi sübut qismində tanınmış və saxlanılması üçün Zaqatala Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır CPM-in 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, CPM-in 132.1-ci maddəsinə əsasən, cinayət iş üzrə maddi sübut olan və Zaqatala Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan, bir ədəd bıçaq, bir ədəd giliz, dörd ədəd metal hissəcik, meyitə baxış keçirilən zaman götürülmüş dörd ədəd metal hissəcik, bir ədəd tıxac, tük nümunələri, üç ədəd pambıq tampon, süni dəri materialından olan kəsik, xalça kəsiyi, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qolsuz gödəkçə, bir ədəd mayka, bir ədəd cins şalvar və bir cüt ayaqqabı, zərərçəkmiş şəxs X5 əynində olmuş bir ədəd jaket, bir ədəd kofta, bir ədəd ətək, bir ədəd büstqalter, bir ədəd kolqotka, bir cüt corab və bir ədəd tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd mobil telefon Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs X7 məxsus olan bir ədəd mobil telefon aparatı zərərçəkmiş şəxsin hüquqi varisi X18 qaytarılmalı, bir ədəd 16 kalibrli, “ТОЗ-БМ” modelli, “3969” nömrəli qoşalüləli yivsiz ov silahı və 01 ədəd patron isə CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 320 (üç yüz iyirmi) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 320 (üç yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 24 (iyirmi dörd) günü Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 12 (on iki) gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 17 (on yeddi) il 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 28 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət iş üzrə maddi sübut olan və Zaqatala Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan, bir ədəd bıçaq, bir ədəd giliz, dörd ədəd metal hissəcik, meyitə baxış keçirilən zaman götürülmüş dörd ədəd metal hissəcik, bir ədəd tıxac, tük nümunələri, üç ədəd pambıq tampon, süni dəri materialından olan kəsik, xalça kəsiyi, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qolsuz gödəkçə, bir ədəd mayka, bir ədəd cins şalvar, bir cüt ayaqqabı, zərərçəkmiş şəxs X5 əynində olmuş bir ədəd jaket, bir ədəd kofta, bir ədəd ətək, bir ədəd büstqalter, bir ədəd kolqotka, bir cüt corab və bir ədəd tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd mobil telefon Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs X7 məxsus olan bir ədəd mobil telefon aparatı isə zərərçəkmiş şəxsin hüquqi varisi X18 qaytarılsın, bir ədəd 16 kalibrli, “ТОЗ-БМ” modelli, “3969” nömrəli qoşalüləli yivsiz ov silahı və 01 ədəd patron xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silahsursat anbarına təhvil verilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-66/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-66/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver