Məhkəmə qərarları › İş №1(091)-67/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-67/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-67/2021 02.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X5 Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxx 1965-ci ildə İsmayıllı rayonu İsmayıllı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, X9 Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, İsmayıllı rayonu İsmayıllı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X9 Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edərək saxlamış, xx xxxx 2020-ci il tarixdə tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evinin həyətyanı sahəsində şumladığı torpağa səpərək qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə ümumilikdə külli miqdar təşkil edən 44 (qırx dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisini kultivasiya etmiş, bundan sonra çətənə bitkilərinin hissələrindən yığıb toplayaraq həmin hissələri qurutmaqla satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 315 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək yaşadığı evin qonaq otağında olan televizor altlığının aşağı hissəsində gizlədib saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətində qanunsuz olaraq kultivasiya etdiyi müxtəlif hündürlüklərdə, təmiz çəkisi 750 qram təşkil edən, kulli miqdarda, yəni 44 (qırx dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və yaşadığı evin qonaq otağında olan televizor altlığının aşağı hissəsində gizlədərək saxladığı ümumi təmiz çəkisi 315 qram təşkil edən bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.2.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik maddə olan marixuanadan uzun müddət ərzində istifadə etməklə 2020-ci ilin aprel ayında yaşadığı evin yaxınlığında yerləşən qəbiristanlığın yanından keçərkən çınqıl daşının üzərində içərisində qurudulmuş marixuana və çoxlu sayda toxum olan bir ədəd kibrit qutusunu aşkar etdikdən sonra həmin marixuananı ara-sıra istifadə etmiş, toxumları isə özündə saxlayaraq bir müddət sonra yaşadığı evin həyətyanı sahəsində əkmək qərarına gəlmişdir. xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində saxladığı həmin toxumları yaşadığı evin həyətyanı sahəsində torpağa səpərək basdırmış, sonra oraya su tökərək dibini peyinləmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərindən artıq böyümüş bitkilərin bəzi hissələrini qopardaraq yaşadığı evdəki özünə aid olan otaqda quruması üçün yerə sərmişdir. Bitkinin hissələri quruduqdan sonra qayçı ilə yarpaqlarını istifadə etmək üçün kəsmiş, lazım olmayan hissəllərini isə atmışdır. Qurumuş yarpaqları isə kağıza büküb qonaq otağında olan televizor altlığının aşağı hissəsinə yerləşdirmişdir. xx xxxxxxxx 2020ci il tarixdə saat 14 radələrində yaşadığı evdə televizora baxan zaman giriş darvazasının döyüldüyünü eşidib qapını açan zaman bir neçə nəfər mülki geyimli şəxslər xidməti vəsiqələrini ona göstərib Daxili İşlər Nazirliyinin Baş X1 Qərb bölgəsində regional şöbəsinin əməkdaşları olduqlarını və yanlarında olan Rəşid adlı şəxsin isə aqronom mütəxəssis olduğunu bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində sə əkilib becəriləmsində şübhəli olduğunu ona bildirmişlər. Bundan sonra polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət etmiş, evin həyətində polis əməkdaşları onun razılığından sonra videoçəkilişlə baxış keçirən zaman həyətyanı sahədə əkdiyi 44 ədəd narkotik tərkibli bitki olan marixuana aşkar etmişlər. Aşkar edilmiş bitkiləri kökündən qopardıb yerə sərdikdən sonra sintetik kisədə qablaşdırılaraq götürülmüşdür. Daha sonra yaşadığı evin qonaq otağında televizor altlığının aşağı hissəsində kağıza bükülmüş halda qoyduğu narkotik vasitə marixuananı da polis əməkdaşlarına təqdim etmişdir. Həmin marixuana çəkilərkən çəkisi 355 qram olmuş, sonra həmin bükümü də zərfə qoyub qablaşdıraraq götürmüşlər. Baxış zamanı yaşadığı evin otaqlarından və yardımçı tikililərdən əlavə narkotik vasitə, qanunla qadağan edilmiş maddə və sair əşya aşkar edilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb bölgəsində regional şöbəsində baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində regional şöbəsinə İsmayıllı rayonu İsmayıllı sakini X3 narkotik təbiətli çətənə bitkilərinin həyətyanı sahədə əkib becərməsi və narkotik vasitə olan marixunananı yaşadığı evdə saxlamsı barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat-axtarış qrupu Təqsirləndirilən şəxs narkotik təbiətli çətənə bitkilərini əkdikyi və saxladığı İsmayıllı rayonu İsmayıllı kəndində sonuncunun yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə dəvət edilmiş aqronom-mütəxəssisin iştirakı ilə keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 27 sm-dən 95 sm-ə qədər olan 44 ədəd yerə əkilmiş narkotik tərkibli kol aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman qonaq otağında olan televizor altılığn gözündə həmin vaxt elektron tərəzidə çəkilərkən şəkisinin 355 qram olduğu qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmi narkotik vasitələri şəxsi istifadəsi üçün saxladığını və əkib becərdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb bölgəsində regional şöbəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyən işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 16/668 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin otağından götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə....” sözlər və imzalar yazılmış kağız paketdəki, 1 (bir) ədəd polietilen torbada olan bəzəkli kağız bükümdə təmiz çəkisi 315 qram bitki mənşəli kütlə, tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsul ilə hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin torpaq sahəsindən götürülmüş tərkibində narkotik maddələr olan bitkilərə bənzər 44 (qırx dörd) ədəd bitkilər....” sözlər və imzalar olan sintetik kisədəki, sayı 44 (qırx dörd) ədəd, ümumi təmiz çəkisi 750 qram bitki nümunələri, əkilib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə olan marixuana ilə, bir ədəd sintetik kisədə olan çətənə (kannabis) bitkiləri təkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 953 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edlimiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, hadisənin baş verdiyi yer İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı içərisində fərdi yaşayış evi olan həyətyanı sahədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon xalq məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan SSRR CM-nin 145-ci maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilərək əməyə mütləq cəlb olunmaqla 02 il 06 ay şərti azadlıqdan məhrumetə cəzasına məhkum edilmiş və Bakı şəhəri Binəqədi rayon xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli qərarı ilə 10 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş, X9 məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azaqlıqdan məhrumetə cəzasına məhkum edilmiş və Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 21 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2019-cu il tarixdə isə cəzası bitmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1900-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon X6 Hüquqi Şəxsdən alınmış x xxxxxxx 2020-ci il tarixli 1664 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu İsmayıllı kəndində yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CMin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükləli residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Qəsdən ağır cinayət törədib azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra yenidən qəsdən ağır cinayət törətdiyinə görə CM-in 18.2.2-ci maddəsinə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır. CM-in 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza CMin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cəzanın son həddinin üçdə ikisindən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı andan hesablanmalı və CM-nin 56.1.3ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 32,40 AZN (otuz iki manat, qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı xx xxxx 2021-ci il tarixdən hesablansın. İş üzrə 32,40 AZN (otuz iki manat, qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – İsmayıllı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 314,9 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və təmiz çəkisi 712,8 qram təşkil edən 44 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X9 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar