Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-67/2022 07.07.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X11, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X14, müdafiəçi: Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi xx.xx.1993-cü ildə Balakən rayonu, Tülü kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Balakən rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 8,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 1500-da Balakən rayonu, Tülü kəndində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ayrı-ayrılıqda çəkiləri 4,092 qram və 4,168 qram olmaqla ümumi təmiz çəkisi 8,260 qram narkotik vasitə olan heroin iki ədəd kağız bükümlərdə əynindəki qara rəngli cins şalvarın ön sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə yaşadığı Balakən rayonu Tülü kəndindəki avtobus dayanacağında oturarkən Balakən rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq onu Balakən rayon Polis Şöbəsinə aparmış, orada Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onu ailə üzvləri ilə təhdid edərək narkotik vasitəni boynuna almasını tələb etmişlər. Onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşları onu təhdid etdiklərinə görə videoçəkiliş zamanı üzərindən 4,092 qram və 4,168 qram olmaqla ümumi təmiz çəkisi 8,260 qram olan narkotik vasitə olan heroinin aşkar olunmasını etiraf etmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs Məhəmmməd oğlu göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə səhər saatlarında, yaşadığı Balakən rayonu Tülü kəndindəli çay kənarından, yerdən siqaretin qızılı kağızına bükülmüş iki büküm narkotik vasitə olan heroin tapmış, narkotik vasitə istifadəçisi olduğundan tapdığı heroini əynindəki şalvarın cibinə qoyub özü ilə gəzdirmişdir. Həmin gün saat 15 radələrində yaşadığı Tülü kəndinin ərazisində olan zaman sonradan Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiyi üç nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Həmin vaxt o, üzərində narkotik vasitə heroin olduğunu bildirdikdən sonra polis əməkdaşları onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan cins şalvarın ön sağ yan cibində olan iki ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü masanın üzərinə qoymaqla təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş iki ədəd bükümdə olan narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin narkotik vasitəni satış məqsədilə saxlamamış, ona görə də özünü CM-in 234.1-cü maddəsi ilə təqsirli bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Müabrizə İdarəsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə Balakən rayon sakini Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməlyyat qrupuna daxil olan əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la birlikdə saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Tülü kənd ərazisində tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs onlarla birlikdə Balakən Rayon Polis Şöbəsinə getməsini təklif etmiş, sonuncu da buna etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Orada şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkliş aparılmaqla şəxsi axtarış keçirilən zaman onların təklifindən sonra Təqsirləndirilən şəxs üzərində heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarın ön sağ yan cibindən iki ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümləri təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd büküm açıldıqda bükümlərin içərisində tünd qəhvəyi rəngli, heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini bir gün əvvvəl çay kənarından yerdən tapıdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş iki ədəd kağız bükümdə olan heroinə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, 30 iyul 2022ci il tarixdə səhər saatlarında Balakən rayonu Tülü kəndindəki mərkəzdə ağacın altında duran zaman içərisində Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının olduğu avtomaşın həmin vaxt yaxınlıqdakı bulağın yanında dayanmış Təqsirləndirilən şəxs yaxınlaşaraq avtomaşının içərisində olan şəxslərdən biri Təqsirləndirilən şəxs həmin avtomaşına minməsini bildirmiş, Tural həmin avtomaşına oturaraq polislərlə birlikdə oradan uzaqlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X17, X9, X6 və X2 eyni məzmunlu ifadə verərək X10 yuxarıda gösrtərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon X21 Patrul Xidmət Bölüyündə manqa komandiri işləyən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması zamanı iştirak etməmiş və bu barədə rayon Polis Şöbəsinin rəhbərliyindən heç bir göstəriş almamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə Balakən rayon X22 adlı əməkdaşı ona zəng vuraraq Təqsirləndirilən şəxslə birlikdə Tülü kəndinin mərkəzində hamının tanıdığı tut ağacının yanına gəlmələrini bildirmişdir. Amil ona Turalla nə işi olmasını deməmiş, Amillə danışdıqdan sonra Turala zəng vurub bu barədə bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularaq Balakən rayon Polis Şöbəsinə aparılmış, sonra saat 11-12 radələrində onu da Balakən rayon Polis Şöbəsinin əməkdaşları tutaraq rayon Polis Şöbəsinə aparmışlar. Rayon Polis Şöbəsinə gətirildikdən sonra Turalın da saxlanıldığını və orada olduğunu bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 iyul 2021-ci il tarixli 6/3201 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən.....» sözlər, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,092 qram və 4,168 qram, ümumi təmiz çəkisi 8,260 qram olan qəhvəyi maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqat zamanı ümumi təmiz çəkisi 8,260 qram heroindən 0,1 qram istifadə edilmiş, heroinin qalıq çəkisi 8,160 qram təşkil etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 27 oktyabr 2021-ci il tarixli 4164 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Atayev X7 rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs az ağır cinayətə görə cəzasını çəkib qurtardığı gündən iki ildən az vaxt keçdiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 10 sentyabr 2021-ci il tarixli 67 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Atayev X7 rayonu Tülü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 30 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1530-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 01 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi, məhkəmə kimyəvi ekspertizasının rəyi və işdə olan digər sənədlər əsas verir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə nəzarəti qaydasında barəsində həbs qətimkan tədbiri seçilən zaman da polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasını və narkotik vasitənin onun üzərinə qoyulmasını bildirməmiş, həmin məhkəmənin iclasında narkotik vasitəni yerdən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Eyni zamanda məhkəmə şahidlər X12, X5, X3, X1 və X10 Təqsirləndirilən şəxs həmkəndliləri və qonşuları olduğundan həmin şəxslərin ifadələrinə tənqidi yanaşır və həmin ifadələri Təqsirləndirilən şəxs məsuliyyətdən qurtarmaq üçün sonuncunu müdafiə xarakterli ifadə kimi qəbul edir. Qeyd edilən şəxslər Təqsirləndirilən şəxs Cuma adlı polis əməkdaşı tərəfindən polis şöbəsinə aparıldığını göstərsələr də şahid qismində dindirilmiş Balakən rayon X21 Patrul Xidmət Bölüyündə manqa komandiri işləyən Şahid4 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini bildirmişdir. Daha sonra məhkəmə tərkibi Emil Dibirovun da ifadəsinə tənqidi yanaşaraq Amil adlı polis əməkdaşının ona zəng vuraraq Təqsirləndirilən şəxslə birlikdə dediyi yerə gəlmələrini bildirməsini də Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmasına xidmət edən müdafiə xarakterli ifadə kimi qəbul edir. Eyni zamanda məhkəmə tərkibi Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədilə saxlaması qənaətinə gəlir. Belə ki, narkotik vasitənin iki bükümdə və şəxsi istehlak miqdarında dəfələrlə artıq olması, həmçinin Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitənin qanunsuz satışına görə məhkum olması məhkəmənin belə qənaətə gəlməsinə əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən oğlunun cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə nəzərə alır ki, CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləməməli, cəzasının əvvəli həbsə alındığı 30 iyul 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı 30 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutların saxlanma kamerasında saxlanılan 8,160 qram olan narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-67/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-67/2022
07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver