Məhkəmə qərarları › İş №1(091)-67/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-67/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-67/2025 12.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X59, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X8 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X11 və onun nümayəndəsi Nümayəndə, Müdafiəçi – “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonu Baş Şabalıd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.10-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs o, 04 may 2024-ci il tarixdə, saat 16 radələrində yaşadığı Şəki rayonu, Baş Şabalıd kəndində özünə məxsus torpaq sahəsində həmkəndlisi X9 xırda buynuzlu heyvanları icazəsiz otarmasını görərək ona iradını bildirmiş, bu səbəbdən həmin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İsrafil Məmmədsoy onun boyun nahiyəsindən tutaraq sağrı nahiyəsinə ayağı ilə bir zərbə vurmuş, ardınca ünvanına təhqiramiz ifadələr işlətməklə nalayiq söyüşlər söymüş, bundan hiddətlənərək İsrafil Məmmədsoyun onu vuraraq ünvanına təhqiramiz ifadələr işlətməsi və nalayiq söyüşlər söyməsi, habelə əvvəllər də İsrafil Məmmədsoyun mütəmadi olaraq ona məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanlarını otarması, ona iradlarını bildirdikdə isə onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbini əsas gətirərək İsrafil Məmmədsoyu ona qarşı etdiyi hərəkətlərə görə qisas alaraq qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs piyada yaxınlıqda yerləşən evinə gedərək evdən Azərbaycan Respublikası DİN-nin Şəki ŞRPŞ-si tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 380 nömrəli şəhadətnamə əsasında özünə məxsus, 1960-cı ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, "TOZ- BM" modelli, "6569" №-li, lüləaltı yatağı eyni modeldən olan "68352" №-li, 1966-cı il istehsallı ov silahının lüləaltı yatağı ilə komplektləşdirilmiş xarici çaxmaqlı, yivsiz odlu ov silahı olan qoşalüləli tüfəngi və həmin ov tüfəngindən atılması üçün nəzərdə tutulmuş içərisində 9 ədəd 16 kalibrli patronlar olan 1 (bir) ədəd patrondaşı götürərək həmin gün saat 16:30 radələrində İsrafil Məmmədsoyu “Dərə” adlanan ərazidə yerləşən özünəməxsus torpaq sahəsində aşkar etmiş, orada xırdabuynuzlu heyvanlarını otarmaqda davam edən İsrafil Məmmədsoya yaxınlaşaraq yenə də ona xırdabuynuzlu heyvanları ona məxsus ərazidə otarmasına dair irad bildirmiş, İsrafil Məmmədsoy yenə də onun ünvanına nalayiq söyüşlər söydükdən sonra cinayətkar niyyətini həyata keçirmək məqsədilə üzərindəki patrondaşdan 1 ədəd 16 kalibrli patronu həmin ov tüfənginin güllə yuvasına qoyub silahı atəş üçün hazır vəziyyətə gətirməklə özündən 5 metr məsafədə olan İsrafil Məmmədsoyun başının arxa nahiyəsinə qəsdən öldürmək məqsədi ilə bir dəfə atəş açaraq həyatla bir araya sığmayan, sol çiyin qurşağının üst səthini yalayıb keçməklə, boyunun sol yuxarı yan səthindən dəlib keçən, 2-3-cü boyun fəqərələrinin, onurğa beyinin boyun şöbəsinin, baş beyin toxumalarının zədələnmələrilə ənsənin sağ aşağı hissəsindən çıxan odlu silah zədələnməsi nəticəsində inkişaf edən travmatik beyin qanaxması kimi ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aid və baş vermiş ölüm ilə birbaşa səbəbli əlaqəli olan xəsarətlər yetirmiş, tüfəngdən gilizi çıxararaq hadisə yerinə atmış, İsrafil Məmmədsoy almış olduğu xəsarətlərdən həyatla bir araya sığmayan 2-3-cü boyun fəqərələrinin, onurğa beyinin boyun şöbəsinin, baş beyin toxumalarının zədələnmələri nəticəsində inkişaf edən travmatik beyin qanaxması səbəbindən hadisə yerində ölmüş, bununla da o, X12 qəsdən öldürərək həyatdan məhrum etmişdir. Bundan başqa o, qeyd olunan cinayət hadisəsini törətdikdən sonra həmin gün saat 16:40 radələrində yaşadığı fərdi yaşayış evinin arxa tərəfində yerləşən, həmkəndlisi Şahid2 istifadəsində olan torpaq sahəsində qonşusu X80 ilə rastlaşmış, Azər Sədiyevin təxminən 3 il əvvəl iri qabaritli xüsusi texnika gətizdirərək öz evinin qarşısının torpaq səthini düzləşdirməsi zamanı onun evinin həyətyanı sahəsinin hasarının zədələnməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Azər Sədiyevin onun ünvanına nalayiq ifadələr işlətməsi, habelə bu hadisədən sonra aralarında yaranmış ədavətlə əlaqədar Azər Sədiyevlə qonşuluqda yaşamaları ilə bağlı tez-tez rastlaşarkən hər dəfə sonuncunun onu oğlan övladının olmaması ilə bağlı ələ salması, ailə üzvlərinin, yəni arvadının və qızlarının ünvanına nalayiq ifadələr işlətməsi səbəbini əsas gətirərək Azər Sədiyevə yaxınlaşaraq sonuncuya ona etdikləri hərəkətlərə görə iradını bildirmiş, Azər Sədiyev isə həmin vaxt yenidən onun, arvadının və qızlarının ünvanına nalayiq ifadələr işlətdiyindən bu səbəbdən həmin şəxsi münasibətlər zəminində və aralarında formalaşmış uzunmüddətli münaqişəyə görə təkrar qəsdən adam öldürmə, yəni Azər Sədiyevi qisas alaraq qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətini həyata keçirmək üçün üzərində olan patrondaşdan 2 ədəd 16 kalibrli patron götürərək əlindəki Azərbaycan Respublikası DİN-nin Şəki ŞRPŞ-si tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 380 nömrəli şəhadətnamə əsasında özünə məxsus, 1960-cı ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, "TOZ-BM" modelli, "6569" №-li, lüləaltı yatağı eyni modeldən olan "68352" №-li, 1966-cı il istehsallı ov silahının lüləaltı yatağı ilə komplektləşdirilmiş xarici çaxmaqlı, yivsiz odlu ov silahı olan qoşalüləli tüfənginin güllə yuvasına yerləşdirərək cinayətkar niyyətinə nail olmaq məqsədi ilə ondan təxminən 1 metr məsafədə üzbəüz dayanmış Azər Sədiyevin əvvəlcə boyun nahiyəsinə və daha sonra başının arxa nahiyəsinə olmaqla ardıcıl olaraq 2 dəfə atəş açaraq bir ədəd həyatla bir araya sığmayan, sağ qulağın xarici dəliyindən keçməklə baş-beyin toxumalarının dağılması ilə, baş-beyin toxumalarının sol gicgah nahiyəsindən xaric olması ilə müşayiət olunan odlu silah yaralanması, boyunun aşağı ön 1/3-dən döş boşluğuna daxil olan və sol bazunun yuxarı 1/3-dən xaric olan bir ədəd odlu silah yarası kimi ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə xəsarətlərdən hər biri ayrı-ayrılıqda və ümumilikdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aid və baş vermiş ölüm ilə birbaşa səbəbli əlaqəli olan xəsarətlər yetirmiş, X80 almış olduğu xəsarətlərlə müşayiət olunan həyatla bir araya sığmayan başın tamamilə əzilib dağılması səbəbindən hadisə yerində ölmüş, bununla da o, X65 qəsdən öldürərək həyatdan məhrum etməklə təkrar qəsdən adam öldürmüşdür. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 120.2.10-cu maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 1998-ci il tarixdə İsrafil Məmmədsoyla qonşuluğa köçdüyü gündən, adını çəkdiyi şəxs tərəfindən ailəsi və özü dözülməz təzyiqlərə məruz qalmışdır. Ondan yaşca böyük olduğuna görə, İsrafil Məmmədsoya cavab qaytarmamışdır. Ancaq İsrafil bundan istifadə edərək, ona və ailəsinə qarşı get-gedə təzyiqləri artırmağa başlamışdır. Belə ki, evləri üz-üzə olduğuna görə, nə baş verirdisə hamısını görmək məcburiyyətində qalırmışlar. Hətta həyətində söyüş söyəndə o, uşaqları evə gizlətmək məcburiyyətində qalırmış. Hər gün həyətində nalayiq söyüşlər söyür, hasarına yaxınlaşaraq var gücü ilə dinə, dövlətə və rəhbərimizə dilə gətirilməyəcək qədər nalayiq söyüşlər söyürmüşdür. Onun üzünü görməmək üçün onun həyəti ilə üz-üzə olan hissəyə 4 metrə hündürlüyündə hasar çəkmişdir. Ancaq buna baxmayaraq İsrafil yol tərəfdən gələrək yenə nalayiq söyüşlər söyməyə başlayırmış. Bu səfər məcbur qalaraq evinin 4 bir tərəfini qoruyucu lentlərlə bağlamışdır. Çünki ailəsinin İsrafil işlədən nalayiq ifadələri eşitmələrini istəməmişdir. Hətta onun nalayiq söyüşlərini eşitməmək üçün odun doğrayan aləti - drujbanı saatlarla işə salıb işlədirdilər ki, bircə onun söyüşlərini eşitməsinlər. O, sadəcə öz təsərrüfatı ilə məşğul olan adam olmuşdur. Məcbur qalaraq İsrafilin qardaşlarına, oğluna, polis şöbəsinə və “102” qaynar xəttinə bu barədə məlumat vermiş və ona kömək etmələrini xahiş etmişlər. Ancaq heç bir tədbir görülməmiş və məsələ bu həddə çatmışdır. Heç kimlə ədavəti olmamışdır. İnsanlara bacardığı qədər köməklik etmiş və əlindən gələn köməkliyi əsirgəməmişdir. Onu bu yaşında bu cinayəti törətməyə məcbur etmişdirlər. Həmişə İsrafili yola vermişdir. Ancaq son vaxtlar onunla harada rastlaşsa o, atasının, anasının qəbrinə söyür və ailə üzvlərini təhqir edirdi. Hər dəfə dalaşdıqdan sonra onun yoldaşı Sevda xanım qaçıb onlara gəlirmiş və deyirmiş ki, İsrafilin öhdəsindən gələ bilmir. Hətta Sevda xanım deyirmiş ki, o, evdən çıxan kimi İsrafil evə pozqun qadın gətirirmiş. İsrafilin yoldaşı Sevda xanımı həmişə xoş qarşılayıb, bacardıqları qədəri ilə ona hörmət edib yola salmışlar. Sevda xanım özü etiraf edirmiş ki, İsrafil ölsə onun canı qurtarar və camaatda rahatlaşar. Hətta Sevda xanım onlarda deyirmiş ki, İsrafili necə öldürmək olar? O da zarafatyana deyirmiş ki, onlardan uzaq elə. Müxalifətçi olduğu üçün həmişə onu hədələyir, özləri hakimiyyətə gələndən sonra hamını həbs edəcək, az qalıb bu hakimiyyətin axrına deyirmişdir. O, seçki məntəqəsinə üzv olduğuna görə, Azər və İsrafil onu təhqir edirlər və hakimiyyətə yaltaqlandığını deyirdilər. İsrafil və Azər müxalifətə qoşulmağını deyirmişlər və saylarının artdığını bildirirmişlər. O da rədd cavabı verən vaxt, onu və ailəsini təhqir edirmişlər. 1991-ci ildə Şahid1 ilə ailə həyatı qurmuşdur. Həmin ailədən 3 qız övladı olmuşdur. Hər birini ərə vermişdir. 2 qızı Bakı şəhərində, biri isə Şəki şəhərində yaşayır. Bildirir ki, o, heç kimlə ədavət aparan adam olmamışdır. Namusunu və qeyrətini qoruyan biri olmuşdur. Bütün kənd camaatı bilir ki, həmkəndlisi İsrafil həmişə ona söyüşlər söymüş, bütün günü ona söyüş söymüş və günü gün olmamışdır. İsrafil dəfələrlə onun və ailəsinin ünvanına nalayiq söyüşlər söymüşdür. X41 və ailəsini təhqir etmişdir. X69 “cinsiyyət orqanımı kəsim sizdə ət niyyətinə yeyin” deyərək iyrənc ifadələr işlətmişdir. Vəziyyət o həddə çatmışdı ki, artıq həyətinə girməyə nifrət etmişdir. İsrafil artıq qapısını döyərək ailəsini təhqir edirmiş. 2014cü il tarixdə 1 aylıq Rusiya Federasiyasına işləməyə getmişdir. Evinə qayıdan vaxt görmüşdür ki, İsrafil onun pay torpağını pis günə salmışdır. Onun pay torpağına heyvanlarını salmış, torpağını məhv etmişdir. Buna görə də, İsrafilə öz iradını bildirdikdə, aralarında mübahisə yaranmış və onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin gündən sonra İsrafil onu harada görsə, ailəsini və onu təhqir edir, ailə üzvlərinin ünvanlarına söyüşlər söymüşdür. O, hara getsə məcbur olaraq onun qapısının qarşısından keçməli olmuşdur. Ancaq 10 il ərzində İsrafil onu o yoldan keçməyə qoymamışdır. Mağazaya və ya başqa yerə getmək üçün 10 il ərzində başqa yoldan istifadə edərək, 400-500 metr əlavə yol getmişdir. İsrafillə qarşılaşmaq istəməmişdir. Ona görə də, onun qapısının yanından keçməmişdir. Onunla qarşılaşan vaxt İsrafil söyüş söyürmüş. Məhz qeyd etdiyi kimi 2014-cü ildən sonra onun münasibətləri pisləşmişdir. İşsiz olduğu üçün torpaq sahəsində mövsümünə uyğun meyvələri əkməklə və onları satmaqla ailəsini dolandırırmış. İsrafil isə dəfələrlə ondan icazəsiz heyvanlarını onun torpaq sahəsinə salıb otarmış, onun əkin sahəsinə ziyan vurmuşdur. Xüsusəndə dolanışıq mənbəyi şabalıd ağaclarının meyvələrini yararsız hala gətirirmiş. İsrafil və Azəri öldürmək niyyəti olmamışdır. Təxminən 3-4 il bundan əvvəl İsrafil əlində dəryazla onu təhqir edərək, atasının qəbrinə söymüş və ona təpik atmışdır. O isə ona baş qoşmayıb çıxıb getmişdir. Təxminən 7-8 il bundan əvvəl İsrafilin hərəkətləri barədə hüquq mühafizə orqanlarına zəng etmiş və hətta noyabr ayında ərizə vermişdir. X80 barəsində onu deyə bilər ki, təxminən 3 il bundan əvvəl yaz aylarında Azər Sədiyev buldozeri kəndə gətirib onun evinin qapısını sıyırmışdır. Bu vaxt Azərə irad tutduqda, sonuncu ona “Yaxşı edirəm, sən özündə nəslində satqınsınız, səni də öldürüb quyuya atacağam şərəfsiz” sözlərini deyərək onu təhqir etmişdir. Məhz həmin hadisədən sonra onunla araları dəymişdir. Onlar qonşu olduqları üçün Azərlə tez-tez rastlaşmışdır. Onunla küsülü olmaqlarına baxmayaraq oğlan övladı olmadığı üçün, onun ünvanına sözlər atmışdır. Ona deyirmiş ki, “Sən kişi olsan, sənin oğlun olardı. Oğlu olmayan kişi deyil, sən nə vaxtdan özünü kişi hesab edirsən” deyərək onu dəfələrlə təhqir etmişdir. O isə onun bu hərəkətlərinə cavab verməmişdir. Cavab verəndə isə arvadının və qızlarının ünvanlarına söyüş söymüşdür. Hər dəfəsində mübahisə davaya çevrilməsin deyə ondan aralanıb öz yoluna davam etmişdir. Onun maddi vəziyyəti ondan nisbətən yaxşı olduğundan, onu görəndə avtomobilinin pəncərəsini saldıraraq “Öləcəksən, öl canın qurtarsın” ifadələrini işlədir, onu təhqir edir və hətta vurmaq istəmişdir. Uzun illər əvvəl İsrafil və Azərlə münasibətləri pisləşmiş, ən əsasıda İsrafil Məmmədsoy onu çöldə bayırda görərək, dəfələrlə onu təhqir etmiş, ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. İsrafillə münasibətlərinin pisləşməsinin əsas səbəbi heyvanlarını onun torpaq sahəsinə salması olmuşdur. Azərlə isə münasibətlərinin pisləşməsinin əsas səbəbi qeyd etdiyi kimi buldozeri gətirib yolu düzəldən vaxt, aidiyyəti olmadığı halda evinin hasarına zərər verməsi olmuşdur. Səbəbini soruşduqda, onu söymüş və vurmuşdur. Həmin vaxt Azər içkili olmuşdur. Bundan sonra təxminən 10 dəqiqə Azər onun atasının qəbrinə, arvadına və qıznın ünvanına söyüşlər söymüşdür. İsrafil və Azərin hərəkətləri artıq dözülməz hal almışdır. Artıq bu hərəkətlər onu özündən çıxarırmış. Onları öldürməyinin əsas səbəbi uzun müddət ərzində ailənin ünvanlarına söydükləri söyüşlər olmuşdur. Bununda əyani şəkildə isbatı İsrafil Məmmədsoyun penitensiar xidmətdə işləyən oğludur. Məhkəmə iclası başlamadan əvvəl İsrafilin oğlu arvadının və qızlarının ünvanlarına söymüşdür. Sonra iclas başlamadan əvvəl qaçıb getmişdir. Onun oğlu belə edirsə, görün onun atası ona nələr çəkdirmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı Baş Şabalıd kəndində öz torpaq sahəsinə əkməkdən ötrü həmin gün səhər saatlarında bazardan pomidor şitili alıb, oradan qardaşı Marozla yas mərasiminə gedib iştirak etmişdir. Təxminən günorta saat 13 radələrində Maroz onu gətirib evə düşürdükdən sonra, bazardan aldığı pomidor şitilini götürüb arvadıyla birlikdə özünə məxsus olan “Niva” markalı avtomobillə torpaq sahəsinə yola düşmüşdür. Maşını yenicə sürüb həyətindən çıxan zaman İsrafilin qoyunlarının həyətində otladığını görmüşdür. Həmin vaxt İsrafildə biraz aralıda özünəməxsus digər qoyunlarını otarmışdır. Həmin gün hava yağışlı və çiskinli olmuşdur. Ona görə də, şitili əkə bilməmiş və geri qayıtmışdır. Yaşadığı evə gələn vaxt İsrafili və qoyunları görməmişdir. İsrafilin qoyunları onun torpaq sahəsinə salacağından şüphələnib yaşadığı evdən çıxaraq torpaq sahəsinə yola düşmüşdür. Gedib çatan vaxt İsrafilin qoyunları otarmasının şahidi olmuşdur. İsrafilə yaxınlaşıb nə üçün belə etdiyini soruşduqda “Yaxşı edirəm, sən kişi deyilsən ki,” sözlərini deyərək onu təhqir etmiş və qarın nahiyyəsindən təpik vuraraq nalayiq formada getməyini tələb etmişdir. İsrafilin təpik zərbəsi ilə onu vurması ona çox pis təsir etmiş və onu sındırmışdır. İsrafil fiziki cəhətdən ondan çox güclü olduğundan, gücü çatmadığını görüb evə qayıdıb təxminən içində 5-6 ədəd patronu olan qoşa lüləli ov tüfəngini götürüb piyada torpaq sahəsinə getmişdir. Torpaq sahəsinə çatan vaxt görmüşdür ki, İsrafil onun torpaq sahəsində olan tikanlı dəmirləri ayağı ilə tapdalayaraq qoyunları torpaq sahəsinə salmışdır. Bu zaman dərənin aşağı tərəfində təxminən ondan 5-6 metr aralıda olan İsrafili görüb, sonuncudan qoyunları onun torpaq sahəsindən çıxarmasını bildirmişdir. İsrafil yenidən onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Əsəbi formada İsrafili öldürmək qərarına gələrək, evdən götürdüyü onun adına qeydiyyatda olan ov tüfəngi ilə İsrafilin dəqiq xatırlamadığı nahiyyəsindən atəş açmışdır. Bundan sonra İsrafil yerə yıxılmışdır. Onun öldüyünü düşünərək, hadisə yerini tərk edib evi istiqamətində hərəkət etmişdir. Bundan sonra olub-keçənləri dəqiq xatırlamır. O, evinə çanana yaxın torpaq sahəsində Azər Sədiyevlə raslaşmışdır. Azəri öz həyətində görüb bu zaman daha da əsəbləşmişdir. Çünki həmin vaxt arvadı evdə tək olmuşdur. Bu zaman onun ona qarşı etdiyi haqsızlıqlar yadına düşmüş və ona görə də, ona yaxınlaşıb onun torpaq sahəsində nə etdiyini, ona qarşı niyə haqsızlıq etdiyini və onu əsassız yerə niyə söydüyünü soruşmuşdur. Bundan sonra ona qarşı birdə haqsızlıq etməməsini xahiş etmişdir. Azər isə cavab vermişdir ki, “Əgər sən kişi olsaydın, qızlarınla gedən vaxt İsrafil şalvarını aşağı çəkib səni söyəndə, sənin qeyrətin çatıb ona cavab verərdin. Sən kişisən ki, əlinə silah alıb gəlmisən” O isə Azərə belə sözlər dediyinə görə, ondan üzr istəməsini xahiş etmişdir. Azərdən üzrxahlıq gözlədiyi halda, Azər yenidən “Nakişi oğlu nakişi, atanın qəbrinə işiyəcəyəm və səni öldürəcəyəm” deyib ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman artıq dözə bilməmiş və tüfəngə 2 ədəd patron qoyub Azərə tərəf tuşlayıb qorxmursanmı demişdir. Azər isə ona “Sizin nəsildən kişi çıxmayıb ay alçax” demişdir. Bu zaman onunla üzbə-üz dayanmış Azərin sinə nahiyyəsindən atəş açmışdır. Azər dizi üstə yerə düşmüşdür. İkinci dəfə Azərin baş nahiyyəsindən vurmuşdur. Bundan sonra həyatdan bezdiyi üçün özünü öldürmək qərarına gəlmişdir. Ona görə də, həmin yerin yaxınlığında tüfəngdəki cilizləri boşaldıb, yenidən içinə patron doldurub, öz evinin həyətinə keçərək tüfənglə sinə nahiyyəsindən atəş açmaq istəmişdir. Ancaq əli tətiyə çatmadığından, tüfəngin lüləsi sürüşərək sol döş nahiyyəsinə doğru düşmüş və atəş açılmışdır. Özünə atəş açan vaxt ətrafda heç kimi görməmişdir. Bundan sonra heç nəyi xatırlamır. Özünə gəldikdən sonra xəstəxanada olduğunu görmüşdür. Onu xəstəxanaya kimin gətirdiyini isə bilmir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandıraraq Təqsirləndirilən şəxs göstərmişdir ki, İsrafil Məmmədsoy dəfələrlə onu söyüb təhqir etmişdir. Bununla bağlı polisə müraciət etmişdir. 2017-ci il tarixdə polis idarəsinə gələrək, rəisin müavini Vüqar Xəlilovla görüşmüşdür. Bundan sonra İsrafildən şikayət etmişdir. Çünki problem uzun müddətdi davam edirdi. 2014-cü il tarixdən bəri İsrafillə münasibətləri şiddətli şəkildə pozulmuşdur. 2014-cü ildən sonra bir dəfə polis şöbəsinə şikayət etmiş və bir dəfə də “102” qaynar xəttinə zəng edib İsrafili şikayət etmişdir. İsrafilin hərəkətləri barədə iki dəfə polisə şikayət etmişdir. İsrafilə cəmi bir atəş açmışdır. Azərlə həmin gün təsadüfən rastlaşmışdır. Azəri öldürmək niyyəti olmamışdır. Evinə çatan vaxt Azəri həyətində görmüş və əsəbləşmişdir. Yoldaşı evdə tək olmuşdur. Azərə bunu dedikdə, Azər onu təhqir etmişdir. Azərlə qarşılaşan vaxt özündə olmamışdır. Azər yenə onu söyüb təhqir etməyə başlamışdır. Azəri atəş açıb öldürmək niyyəti olmamışdır. Azərlə təsadüfən rastlaşmışdır. Azərə iki atəş açmışdır. Azər ona nalayiq söyüşlər söymüşdür. Ona görə ona atəş açmışdır. Azərə atəş açan vaxt niyyəti onu öldürmək olmuşdur. Azərə cəmi iki atəş açmış və cilizləri həmin yerə atmışdır. Əlbətdə əməlindən peşmandır. Onu bu həddə çatdırmasalar bu hadisə baş verməzdi. İnsan öldürmək insan işi deyil. Bu yaşında gözləmədiyi işi görmüşdür. Ona görə də, peşmandır. Azər onu harda görsə, qızının, arvadının və onun ünvanına söyüşlər söymüşdür. Azər və İsrafil qohum deyillər. Azərin anası xəstə olduğuna görə İsrafil onun anasına iynə vurmağa gedirmiş. Bir gün Azər Sədiyevin anası ona yaxınlaşıb niyə belə bir hərəkət etdiyini soruşmuşdur. Azərin anası demişdir ki, güya o, maşına kimi gəldi mindirirmiş. Həmin vaxt Azərin anasına belə bir şeyin olmadığını demişdir. İsrafil Azərgilə gedib onun haqqında və ailəsi haqqında nə gəldi danışırmış. Belə düşünür ki, Azərə onu pisləyən İsrafil olmuşdur. Azər ona deyirmiş ki, onu bu qapıdan çöldə görsə özündən küs. Buldozer məsələsində Azər onu vurmuşdur. Araları dəymiş və bundan sonra Azər onu harda görsə söyürmüş və ailəsini təhqir edirmiş. Azəri və İsrafili öldürməyinin əsas səbəbi, onların uzun illərdi onu söymələri və təhqir etmələri olmuşdur. Azərlə mübahisələri düşən vaxt Azər onu vurmuş və sonra Rusiya Federasiyasına getmişdir. O, kənd sovetinə gedərək Azər barəsində yazılı ərizə yazmış və kitaba qeydiyyata saldırmış, Azərin onu incitdiyini bildirmişdir. Azərin onu vurduğunu ərizəsində qeyd etmişdir. Azər onu vuran vaxt ətrafda adamlar olmuşdur. Azər onu görən vaxt, onu öldürməklə hədələmişdir. Azər ona hədə-qorxu gələn vaxt ətrafda adam olmamışdır. Hadisə günü İsrafili görmüş, lakin Azəri görməmişdir. Demək olar ki, Azəri hər gün görürmüş. Azərin anası onlara gəlmişdir. Azər anasının yanında ona söymədiyi üçün, Azərin hərəkətləri barədə anasına məlumat verməmişdir. İsrafili nə vaxt öldürdüyünü dəqiq xatırlamır. İsrafili öldürdükdən 10 dəqiqə sonra Azərlə rastlaşmışdır. Azərin həyətinə daxil olmamışdır. Hadisə yerinə 3 dəfə getməmişdir. Yoldaşı ilə torpaq sahəsinə şitil vurmağa getmişdir. Yer palçıq olduğuna görə şitil vurmayıb geri qayıtmışlar. İkinci dəfə İsrafilin qoyunları yerinə salacağından şüphələnib təkrar öz torpağına getmiş və görmüşdür ki, İsrafil qoyunları onun sahəsinə salmışdır. Həmin vaxt İsrafil boyun nahiyyəsindən tutub qarnına vurmuş və onu söymüşdür. Bundan sonra evə gedib tüfəng götürüb qayıtmışdır. Fizuli Əhmədova “İsrafili öldürdüm, dediyimi etdim, mən kişiyəm” deyə bir ifadə işlətməmişdir. Hadisənin qarşısını almaq üçün tək çıxış yolu kənddən çıxıb getmək olardı. O, evinə qonaq qəbul edə bilməmişdir. İsrafil hər zaman söyüş söymüşdür. Başqa çıxış yolu evi satıb çıxıb getmək olardı. Hadisədən sonra intihara cəh etmişdir. Çünki həyatdan bezmiş və yaşamaq istəməmişdir. İsrafil və Azər onu həyatdan bezdirmişdir. İsrafilə söz demək olmurmuş. Nəsə deyən kimi arvadına və qızlarına söyürmüş. Mərhum İsrafilin yaxın qohumlarına onun hərəkətləri barədə dəfələrlə məlumat vermişdir. 25 il İsrafilin söyüşlərinə dözmüşdür. Təkcə o, yox İsrafil hamı ilə dalaşırdı. Hadisə olan gün şitil əkməyə gedən vaxt görmüşdür ki, qoyunlar onların həyətindədir. Həmin vaxt Sevda xanımda orada olmuşdur. Sevda xanım onun dayısının qızıdır. Eyni zamanda İsrafilin yoldaşıdır. Şitil əkmək üçün yoldaşı ilə torpaq sahəsinə getmişdir. Torpaq palçıq olduğu üçün şitil əkənməmişlər və geri evlərinə qayıtmışlar. Sonra İsrafilin qoyunları onun torpaq sahəsinə salacağından şüphələnib təkrar torpaq yerinə getmişdir. Çatıb görmüşdür ki, İsrafil qoyunları onun yerinə salmışdır. Həmin yerin kənarları dəmirlərlə bağlı olmuşdur. Qoyunların yanında İsrafil olmuşdur. İsrafildən qoyunları niyə onun sahəsinə saldığını soruşduqda, o, onun arvadına və uşaqlarına söymüşdür. Sonra İsrafillə mübahisə etmişlər. Həmin vaxt İsrafil qarın nahiyyəsinə təpik vurmuşdur. Sonra evə qayıtmışdır. Evə qayıtmaqda məqsədi İsrafili öldürmək deyildir. Evə gəlib sonra yenidən öz yerinə qayıtmışdır. Yerinə gəldikdə görmüşdür ki, İsrafil dəmirləri ayağı ilə tapdalayıb yerinə qoyunları salmışdır. İsrafilə demişdir ki, “sənə deməmişəm qoyunları mənim torpağıma salma”. İsrafil əlindəki ağacı sallaya - sallaya atasının qəbrinə söymüşdür. Evə gedib silahını götürmüşdür. Silah ona atasından qalmışdır. Onun şitil vurduğu yerdə vəhşi heyvanlar olurmuş. Silahı məhz o səbəbdən götürmüşdür. Sözün düzü həmişə torpaq sahəsinə gedəndə silahını yanında götürmüşdür. Silahı götürən vaxt İsrafili və Azəri öldürmək niyyəti olmamışdır. Tüfəngi götürüb torpaq sahəsinə getmişdir. Görmüşdür ki, artıq İsrafil onun torpaq sahəsinə qoyunları salmışdır. İsrafilə irad tutmuşdur. Bu vaxt atasının qəbrinə və anasına söymüşdür. Bundan sonra dayana bilməmiş tüfəngin içinə patronu qoyub İsrafilə atəş açmışdır. İsrafil ona söyən vaxt tüfəngin içində patron olmamışdır. İsrafil tüfəngə patron qoyduğunu görmüşdür. Həmin vaxt yenə dayanmadan ona söymüşdür. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:13 radələrində Namikin bacısı oğlu X42 “***-***-**-**” mobil nömrəsindən ona zəng edərək “dayım Azəri atıbdı, bu nə məsələdi?” soruşduqda o, Anara “heçnədən xəbərim yoxdur” sözlərini deyərək dərhal atası İsrafil Məmmədsoya zəng etmiş, 3 dəfə zəng etsə də, atası İsrafil telefona cavab verməmişdir. O, ilk öncə, atası İsrafilin Azərə tibbi yardım göstərdiyini düşünmüş, ona görə də, mobil telefonunu aça bilməmişdir. Bundan sonra, o, anasına zəng edərək atasının harada olmasını soruşanda, anası “yuxarıda dərə adlanan ərazidə qoyunları otarır” sözlərini ona bildirmişdir. O, narahat qaldığı üçün əmisi X17 zəng edərək gedib atasını tapmağını xahiş etmişdir. Mehralı əmisi həmin dərə adlanan əraziyə getdikdən təxminən 15-20 dəqiqə sonra zəng edərək “atan dərədə ölü vəziyyətdə tapılıb” sözlərini bildirmişdir. O, dərhal hadisə yerinə gəlmiş, atasının meyiti MTE və PA Birliyinin Şəki rayon şöbəsinə daxili və xarici müayinə olunmasından ötrü aparılan zaman atasının meyitinin olduğu yerdən təxminən 1,5 metr aralıda mərhum atası İsrafilə məxsus olan papağı və mərhum İsrafil Məmmədsoya məxsus mobil telefon aparatını xəzəlin içərisindən tapmışdır. Papağı və mərhum atası İsrafilin hadisə zamanı üzərində olan mobil telefon aparatını tapdıqdan sonra xx.xx.2024-cü il tarixdə gətirib rayon prokurorluğuna təhvil vermiş və telefona da heç bir müdaxilə olunmamışdır. Onu qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə onun atası İsrafil Məmmədsoy uzun müddət küsülü olmuşlar. 1996-cı il tarixdə atasının güllələndiyi yerdə şabalıd ağacı olmuş, həmin ağacın Təqsirləndirilən şəxs torpaq sahəsinə aid olmadığı halda sonuncu atası İsrafil Məmmədsoya qarşı həmin il həmin ağacın ona aid olmasını iddia ilə irəli sürmüş, həmin ağacın üstündə Təqsirləndirilən şəxs, sonuncunun qardaşı Şahid7 və digər qohumları gəlib atası İsrafilə hücum edərək dalaşmışlar. Bu hadisədən sonra artıq atası İsrafillə Təqsirləndirilən şəxs arasında münasibətlər tamamilə pisləşmiş, bir-birlərini görəndə danışdırmamışlar. Lakin onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin təxminən fevral ayında atası İsrafil Məmmədsoyun qoyunlarından 2 baş qoyunu Təqsirləndirilən şəxs torpaq sahəsinə ehtiyatsızlıqdan keçəndə atası İsrafil Məmmədsoy qoyunların Namikin ərazisinə keçməsinə görə, ucadan qoyunlara söyüşlər söymüş, bundan Namik əsəbiləşərək atasına X75un yanında yaxınlaşaraq “Sənin başından güllə ilə atacam” sözlərini demişdir. X75 həmin vaxt Təqsirləndirilən şəxs öz iradını da bildirsə də, sonuncu göründüyü kimi öz dediyini etmişdir. X82 həyat yoldaşı X24 hadisədən sonra ona deməsinə görə, xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs onun atası İsrafil Məmmədsoyu və Azər Sədiyevi ov tüfəngi ilə öldürdükdən sonra yaşadığı evinə gəlmiş, sonuncu öz evinin həyətində həmin ov tüfəngi öz-özünə atəş açaraq öldürmək istədikdə Namikin həyat yoldaşı Şahid1 Namikə mane olmaq məqsədilə sonuncunun əlində olan tüfəngi almağa çalışmış, Nazlıxanımla Namik orada bir qədər süpürləşmişlər, sonda həmin ov tüfəngi ehtiyatsızlıqdan Məhfuzə xanımın deməsinə görə, Şahid1 əlində ehtiyatsızlıqdan açılmış və Namik xəsarət almışdır. Nazlıxanımın əlində silah açıldığından Təqsirləndirilən şəxs da özünü öldürə bilməmiş, yəni özünü öldürməyi sona çatdırmamışdır. Məhfuzə Sədiyevanın deməsinə görə, xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs atası mərhum İsrafil Məmmədsoyu və Azər Sədiyevi öldürdükdən sonra Azərin həyat yoldaşı Məhfuzəyə yaxınlaşaraq “İsrafili və Azəri öldürdüm, Fəxrədddini tapmadım, yoxsa ki o şərəfsizi də öldürəsi idim” sözlərini demişdir. Hadisə vaxtı Fəxrəddinin maşını işləmədiyindən sahəyə getməmiş, ona görə də, Namik Fəxrəddini tapmadığından onu öldürə bilməmişdir. Təqsirləndirilən şəxs təxminən 5-6 ay bundan əvvəl kənd camaatının deməsinə görə, “kənddə 40 nəfər atılası adam var” sözlərini də demişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, təxminən 18 il bundan əvvəl, Namikin qardaşı Maroz silahla X25 qarın nahiyəsindən gülləmişdir. Qəhrəmanın mobil telefon nömrəsi ***-***-**-** olmuş, Qəhrəmanı atası İsrafil xilas etmiş, mərhum atası X20 hər zaman “***-***-**-**” mobil nömrəni işlətmişdir. Onun fikrincə, Azər Sədiyevə qarşı Namikin paxıllığı olmuş, çünki Azərin övladlarının hər biri yaxşı vəzifələrdə işləmiş, sonuncunun maddi durumu yaxşı olmuş, Namik isə qonşuluqda olan Azərə paxıllıq hissi ilə baxmış, ona görə də, Namik xainlikdən və paxıllıqdan Azərə atəş açaraq öldürmüşdür. xx.xx.2024-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxs və onun qardaşı Şahid5 Şəkinin Oravan-Kəldək ərazisində vurduqları bir ədəd donuzu hər hansı vəzifəli şəxsin tapşırığına gətirib Qax rayonunda satdıqları barədə qeyd etdikləri məlumatları kənd camaatından eşitdiyi üçün rayon prokurorluğuna bildirmiş, lakin sonradan həmin məlumatların qeyri-ciddi, yəni dəqiq olmadığını öyrənmiş, odur ki, həmin qeyd edilən hissə ilə əlaqədar kimsədən şikayəti və ya tələbi olmamışdır. Həmin vəzifəli şəxsin kimliyini dəqiq bilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X24 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə onların mallarının Meşə İdarəsinin rəisi Fizulinin yerinə keçməsini görmüş, ona görə də, Azər Fizulinin torpaq sahəsinə malları gətirmək üçün keçmiş, həmin vaxt o, öz həyətində olmuş, çölə çıxanda həmkəndlisi Təqsirləndirilən şəxs çiynində ov tüfəngi ilə onun həyətinin darvazası istiqamətində boylandığını görmüşdür. Namik onun həyətindəki malların Fizulinin yeri istiqamətində getdiyini demiş, lakin Təqsirləndirilən şəxs nə deməsini o qədər də aydın başa düşməmiş, bu vaxt Namik çiynində tüfənglə onların həyətinin hasarından aşıb Fizulinin torpaq sahəsinə daxil olmuş, o, Namikə “yavaş ol, hasarın məftilləri sənə batar” deyə ucadan qışqırmış, bu zaman Namik hasardan yıxılaraq düşmüş, bir qədər sonra hasarı da aşıb Şahid2 torpaq sahəsinə keçmişdir. O, bu zaman ucadan qışqıraraq “ay Azər, qayıt, qayıt, mallar burdadı” demiş, təxminən bir neçə dəqiqə sonra Fizulinin torpağının baş tərəfindəki fındıqlıq ərazisindən atəş səsi eşidilmiş, təxminən 5-10 saniyə sonra tüfəng atəşinin səsi yenidən eşidilmişdir. İlk öncə, Namikin Azəri öldürməsi ağlına gəlməmiş, təxminən 5 dəqiqə sonra isə yenidən, yəni 3-cü dəfə atəş səsi eşitmiş, çölə çıxıb Namikgilin evinə tərəf keçdikdə sonuncunun evinin arxasında Təqsirləndirilən şəxsla arvadı Nazlıxanımın əlbəyaxa tutaşdığını aşkar etmiş, Namik yaralı halda olmuş, Namikin əmisi oğlu Fizuli Təqsirləndirilən şəxs maşınına oturdub xəstəxanaya aparmışdır. O, 3-cü güllə səsini də eşitdikdən sonra Namiki qucaqlayan arvadı Nazlıxanımgil tərəfə irəliləyib çatanda Namik uca səslə təhqiredici formada “mənim arvadıma və ailəmə söydülər, mən də paylarını verdim” sözlərini demişdir. Əvvəllər Təqsirləndirilən şəxs onun torpaq sahəsinə aşaraq heç vaxt keçməmiş, onun fikrincə, həmin gün Təqsirləndirilən şəxs məhz Azəri axtarmaq üçün ilk öncə onların torpağına keçmiş, lakin Namik orada Azəri tapa bilmədiyindən və qonşuluqda yerləşən Fizulinin torpağında olduğunu görüb sonuncunun torpağında Azəri axtarıb tapmış və ərini oradaca hadisə yerində tüfənglə 2 dəfə atəş açaraq qətlə yetirmişdir. O, real olaraq X91 Sədiyevi öldürməsini görməsə, 50 metr məsafədə həmin gün güllə səsini aydın şəkildə həyətdə olduğundan eşitmişdir. Namiklə Azər son 4 il ərzində küsülü olmuşlar, münasibətləri olmamış, təxminən 3-4 il bundan əvvəl kəndə sel gələndə Azər evlərinin qarşısında olan yolu siyirtdirib abadlıq işləri görəndə Təqsirləndirilən şəxs Azər Sədiyevə “sən kim oldun ki, yola buldozer qaldırırsan” demiş, ona görə də, həmin vaxtdan Namiklə Azərin münasibətləri pozulmuş, lakin Azərin Namiki təhqir etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxsla İsrafil Məmmədsoy arasında olan münasibətlər barədə isə məlumatı olmamışdır. Təxminən 2-3 il bundan əvvəl mərhum əri Azər “S” markalı iriqabaritli texnika gətirmiş, Namiklə onun evi arasında olan yolu siyirdəndə həmkəndlisi Namiklə Azər arasında mübahisə olmuş, həmin mübahisədən sonra isə Namiklə Azər arasında münasibətlər pisləşmiş, küsülü olmuşlar, bir qohum olaraq Namiklə Azər kənddə və ya yolda hər zaman rastlaşanda sonuncular arasında sözlü atışma-sataşma və sair sözlü mübahisələr olmuşdur. Bundan əlavə, təxminən 4 il bundan əvvəl Azər Sədiyev evi təmir edəndə Namik mərhum ərinə “bir dənə durbinin çatmır?” sözlərini demiş, bundan sonra Azər gəlib evdə Namikin ona “bir dənə durbinin çatmır?” sözlərini dediyini danışmış, Namik bu sözləri deməklə Azərin guya Namikin arvadı Nazlıxanıma durbinlə baxdığını iddia etmiş, halbuki əri heç vaxt evdə Namikin arvadına və ya qızlarına baxmamışdır. Belə ki, onların evinin eyvanından Namikgilin evi tam şəkildə görsənmiş, ona görə də, Namik əsassız olaraq əri Azərin eyvandan Namikin arvadına baxdığını iddia etmiş, halbuki o, bu fikirlə razı olmamışdır. Həmçinin əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırkı həyətyanı evinin arxa tərəfində yerləşən torpaq sahəsi qaynanası Gülsabat Sədiyevaya məxsus olmuş, sonuncu Namikin hazırkı yaşadığı torpaq sahəsini sonuncuya heç bir maddi maraq olmadan bağışlamış, bu da Namikin necə nankor bir insan olduğunu göstərmişdir. Həmçinin xüsusi olaraq vurğulamaq istəmişdir ki, Namikin bacısı Fəza və digər bacıları uzun illər ərzində hər zaman onlara “Siz ermənisiz, dığasız” sözlərini demişlər. O, hər zaman Namikin bacılarının bu kimi nalayiq sözlərinə dözmüş, habelə hadisə baş verənə kimi Namikin qeyd etdiyi bacıları son günlərdə də onlara yolda rastlaşanda “Siz ermənisiz, dığadan fərqiniz yoxdur” sözlərini demişlər. Bu da Namikin və sonuncunun yaxın qohumlarının onun ailəsinə olan ədavəti olmuş, heç vaxt onu gözləri götürməmişdir. Habelə yas mərasimində “Bu iş olası idi, Sənin kaş əlindən olmayaydı” sözlərini demiş, o, bu sözlərdən onun ərini onsuzda kimsə tərəfindən öldürülməsi demək olduğunu başa düşmüş, həmçinin yasda bacısı Şəfəq “son günlər Namik fikirli halda gəzirdi” sözlərini demişdir. Namikin qardaşı Şahid5 təxminən 1 həftə bundan əvvəl “Siz yalançı şahid toplaya bilərsiniz, hər şey məhkəmədə düzgün həll olunacaq” sözlərini demişdir. Məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o, xəbərlərdə qardaşı X60 həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən öldürülməsi xəbərini eşitmiş, qardaşı Rəfailə zəng edərək bu xəbərin doğru olubolmamasını soruşduqda qardaşı məlumatın həqiqiliyini təsdiq etmişdir. Belə ki, onun ürəyində səhhəti ilə əlaqədar problemlər olduğundan qardaşı və digər ailə üzvləri bu xəbəri ona ilk öncə deməmişlər. O, özü Şəki rayonu, Baş Şabalıd kəndində doğulsa da, 1980-ci il tarixdən o, Şəki şəhərində yaşamış, hadisə baş verən zaman da Şəki şəhərində yaşadığı evdə olmuş, ona görə də, hadisənin real olaraq şahidi olmamış, lakin qardaşı mərhum Azər Sədiyevlə Təqsirləndirilən şəxs arasında olan münasibətlər barədə onu qeyd etmişdir ki, Azər Sədiyev təxminən 3 il bundan əvvəl öz evi ilə Namikin evi arasında olan yola sel gəldiyindən buldozer gətirdərək həmin yolun torpağını təmizlədərək maşınların həmin yolda rahat işləməsini təmin etmişdir. Həmin vaxt Namik Azərin bu hərəkətinə etiraz edərək sonuncunun torpaq sahəsinə girdiyini və ya hasarını zədələdiyini iddia etmiş, bu zəmində də aralarında mübahisə yaranmış, lakin mübahisə zamanı Azərin Namikə qarşı hər hansı formada söyüş işlətməsini real olaraq eşitməmişdir. Bu mübahisədən sonra Azərlə Namik arasında münasibətlər pisləşmiş, bir-birlərini demək olar ki, danışdırmamışlar, aralarında bir qədər küsülülük olmuşdur. Hətta onu da demişdir ki, Azərin qaynı Adil ona yas mərasimində təxminən 1 il bundan əvvəl Təqsirləndirilən şəxs Azər Sədiyevi yanına çağıraraq “ə, bir binokul da al, mənim evimə tərəf bax, niyə mənim evimə boylanıb baxırsan?” sözlərini dediyini bildirmişdir. Bu da Təqsirləndirilən şəxs çox qısqanc biri olduğunu göstərmiş, evlərinin pəncərələrini belə bərk-bərk pərdələmiş, çünki kənardan hər hansı şəxsin onun arvadını görməsini istəməmişdir. Təqsirləndirilən şəxs getdiyi bütün yerlərə arvadı Nazlıxanımı da özü ilə aparmış, Namikin xarakterində qısqanclıq həddən artıq çox olmuşdur. İsrafil Məmmədsoyun arvadı Sevda Təqsirləndirilən şəxs doğmaca dayısı qızı olmuşdur. Onun qardaşı X46 bacanaq olmuşlar. Beləliklə, Təqsirləndirilən şəxs özünə qohum olan şəxsləri öldürmüşdür. Eşitdiyinə görə, İsrafil Məmmədsoy söyüşcül biri olmuş, bunu onsuzda bütün kənd camaatı bilmiş, bildiyinə görə də, İsrafil Məmmədsoy AXCP-nin üzvü olmuş, lakin İsrafilin Namiki real olaraq söyməsini eşitməmiş, eşitdiyinə görə, Təqsirləndirilən şəxsla İsrafil Məmmədsoy arasında münasibətlər yaxşı olmamış, buna görə də, aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı da eşitdiyinə görə, Təqsirləndirilən şəxs İsrafili özünəməxsus olan ov tüfəngindən atəş açaraq öldürmüşdür. Namikin qardaşı Azərlə də münasibətləri yaxşı olmasa da, bir-birlərini kənddə görəndə danışdırmasalar da, bu, bir insanı öldürmək üçün əsas verməmiş, Namikin Azəri öldürməsini məhz təxminən 3 il bundan əvvəl aralarında olan qeyd etdiyi mübahisələrlə əlaqələndirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İsrafilin arvadı Sevda ilə birlikdə yaşadığı ev ilə onların yaşadıqları evin arasında təxminən 50-60 metr məsafə olmuş, İsrafil əvvəllər Baş Şabalıd tibb məntəqəsində bildiyi qədəri ilə feldşer işləmiş, son zamanlar isə təqaüddə olmaqla heyvandarlıqla məşğul olmuşdur. İsrafil özünə məxsus xırda buynuzlu heyvanları onların yaşadıqları evin həyətyanı sahəsinə salaraq orada otarmış, bu səbəbdən 2023-cü ilin oktyabr ayında Namik İsrafilə öz iradını bildirirərək heyvanlarını onlara məxsus torpaq sahəsinə salmamasını istəmiş, İsrafil isə Namiklə razılaşmayaraq aralarında sözlü mübahisələri olmuş, həmin vaxtdan sonra isə Namiklə İsrafil küsülü qalmışlar. Lakin İsrafil buna baxmayaraq yenə də öz heyvanlarını onların torpaq sahəsinə salıb otarmışdır. Onların torpaq sahələrinin ərazisi tikanlı məflillə hasarlanmasına baxmayaraq İsrafil həmin məftillərin arası ilə öz heyvanlarını onlara məxsus torpaq sahəsinə salmış, Namik buna görə hətta Şəki şəhər rayon polis şöbəsinə müraciət də etmiş, lakin yenə də İsrafil bu əməlindən əl çəkməmişdir. İsrafil ümumiyyətlə kənddə söyüşlə danışan insan kimi tanınmışdır. Azərin isə ailə üzvləri ilə birlikdə yaşadığı evlə onların yaşadıqları ev arasında təxminən 10 metr məsafə olmaqla evləri qarşı-qarşıya olmuşdur. Azər heyvandarlıqla məşğul olmuş, təxminən 2022-ci ilin yay aylarında Azər ekskovator sifariş etdirərək öz evinin qarşısını düzləşdirmiş və onların evinin küçəyə tərəf olan hissəsini ekskovator dərin qazaraq hasarın bünövrəsini zədələmişdir. Həmin vaxt Namik evdə olmamış, lakin sonradan evə gəldikdə evin küçə tərəfə olan hasarının bünövrəsinin zədələndiyini görüb Azərə öz iradını bildirmiş, sonuncu isə buna görə aralarında yaranmış mübahisə zamanı Namiki nalayiq ifadələrlə təhqir etmiş, o, bu mübahisənin şahidi olmasa da, bunları ona Namik danışmışdır. Bundan sonra onlar küsülü qalmış, birbirləri ilə danışmamışlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində Namiklə ikisi sonuncuya məxsus “Niva” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə yaşadıqları kənddə dərə adlandırdıqları yerdə onlara məxsus torpaq sahəsinə tərəvəz ştili əkməyə getmişlər, həmin ərazidə İsrafilin istifadəsində olan torpaq sahəsi olmuş, onlar orada adətən fındıqçılıqla məşğul olmuş, həmçinin heyvanlarını da arada orada otarmışlar. O və əri Təqsirləndirilən şəxs ora getdikdə İsrafil öz arvadı Sevda ilə birlikdə öz torpaq sahələrində heyvan otardıqlarını görmüş, onların qoyunlarının yarısı onlara məxsus olan sərhədləri tikanlı məftillə hasarlanmış torpaq sahəsində olmuşdur. Namik bunu görüb təxminən 10 metr aralıda olan İsrafilə sakit şəkildə “Mən sizə demişəm ki, mənim həyətimə qoyun salma” demiş, İsrafil isə ümumiyyətlə cavab verməmişdir. Namik isə özü İsrafilin qoyunlarını onlara məxsus torpaq sahəsindən çıxartmış və həmin gün hava da yağışlı olduğundan ştil əkməyə imkan olmamış, ona görə də, Namiklə o, avtomobillə evinə qayıtmışlar, evə gəldikdən dərhal sonra Namik evdən özünə məxsus 16 mm kalibrli qoşalüləli ov tüfəngini götürüb ona həmən torpaq sahəsinə baxacağını bildirərək piyada tək çıxıb getmiş, Namik tez-tez torpaq sahələrimizə nəzarət etmək üçün gedən zaman özü ilə tüfəng götürdüyündən, habelə həmin gün İsrafillə aralarında mübahisə yaranmadığından o, Namikin silahı götürüb getməsinə elə də əhəmiyyət verməmişdir. Bundan təxminən 30 dəqiqə sonra, təxminən saat 16 radələrində o, evdə olan zaman çöldən yaxınlıqdan atəş səsi eşitmiş, ona görə də, evin həyətinə düşmüş, ətrafa baxmış, lakin heç nə görməmiş, birinci atəş səsindən təxminən 3-4 dəqiqə sonra yenidən evin arxa hissəsindən atəş səsi eşitmiş və səsin gəldiyi tərəfə getdikdə Namikin ayaqüstə yarı bükülmüş vəziyyətdə olduğunu, sağ çiynində isə kəndiri ilə sağ çiynindən asılmış evdən apardığı həmin özünə məxsus ov tüfənginin olduğunu görmüş, Namikin özünə atəş açdığından şübhələnmiş, ona görə də, qaça-qaça Namikə tərəf getmiş, o, Namikin yanına çatdıqda sonuncu onun sinə nahiyəsini qucaqlayaraq sağ böyürü üstə yerdə yıxılmış, Namikin yanına çatdıqda sonuncunun özünü üzərində olan ov tüfəngi ilə vurduğunu başa düşmüş, lakin hansı səbəbdən bunu etməsini bilməmişdir. O, ağlayaağlaya Namiki qucaqlamış, bu zaman qonşuluqda yaşayan Şahid2 avtomobilindən düşərək öz evinə tərəf getdiyini görüb uca səslə sonuncunu köməyə çağırmış və Fizuli dərhal Namiki yerdən qaldıraraq özünə məxsus “Hyundai” markalı avtomobilinə əyləşdirərək xəstəxanaya aparmış, ondan isə evdə qalmağını istəmiş, sonradan kənd camaatından Namikin İsrafili onlara məxsus qeyd etdiyi dərə adlandırdıqları torpaq sahəsində üzərində olmuş ov tüfəngi ilə atəş açaraq öldürdüyünü, bundan sonra isə Azəri də kənd ərazisində bilmədiyi yerdə öldürdüyünü eşitmiş, lakin onları hansı səbəbə öldürməsi barədə məlumatı olmamışdır. Azəri isə harada öldürməsini bilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində markasını bilmədiyi sadə mobil telefon olmuş, nömrəsi isə ***-***-**-** olmuş, lakin həmin mobil telefonunun hazırda harada olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə əynində rəngini xatırlamadığı rezin çəkmə, tünd rəngli cins şalvar, qırmızı rəngli köynək və hərbi formaya bənzər gödəkçə olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə evdən ov tüfəngini götürüb gedərkən üzərində neçə ədəd patron olmasına fikir verməmiş, ona torpaq sahəsinə nəzarət etməyə getdiyini demiş, çünki, torpaq sahəsinə arada kənd sakinlərinin iri buynuzlu heyvanı daxil olub əkin sahəsini korlamış, silahı isə özünü vəhşi heyvanlardan qorumaq üçün hər zaman götürmüş, ümumiyyətlə İsrafili və Azəri öldürməsi heç ağlına belə gəlməmiş, bu barədə ona heç nə deməmişdir. Həmin gün isə evdə sadəcə Namik və özü olmuş, əri X92 və İsrafil Məmmədsoy arasında ədavət və düşmənçilik hər zaman olmuş, Azərlə mübahisələri qeyd etdiyi kimi təxminən 2-3 il bundan əvvələ aid olsa da, həmin mübahisədən sonra Namik ona mütəmadi olaraq “Azər məni yolda görəndə söz atıb sataşır, sizin namusunuza sataşacaq sözlər deyir, qızlarımızı təhqir edir” sözlərini deyərək dərdləşmiş, habelə hadisədən təxminən 2-3 gün əvvəl də evdə ona “Azər eşitmişəm ki, qızlarımıza kənddə hər yerdə əxlaqsız deyir, mən bunun əlindən hara gedim, bilmirəm, nə edəcəyimi artıq bilmirəm” demiş, o, həmin vaxt ərini sakitləşdirmiş, X47 da əvvəldən və son günlərə kimi hər zaman səhərlər gəlib onların evinin qabağında dayanıb ucadan söyüşlər söymüş, Namik İsrafilə hər dəfə söyüş söyməməsini irad tutsa da, sonuncu Namikə daha da nalayiq ifadələr demiş, Namik artıq İsrafilin əlindən illər boyu bezmiş halda olmuş, kənddə İsrafilin söyüşlərindən onsuzda hamı bezmiş olmuş, arvad-uşaq bilməmiş, onun tərbiyəli qızları uşaqlıqdan bəri İsrafilin söyüşlərini eşitmişlər, Namik artıq çıxılmaz bir halda olmuş, hadisə baş verməmişdən isə təxminən 1 həftə əvvəl Namik ona kənddə yaşadıqları evdə “İsrafil qoyunlarını yenə bizim torpaqlara salır, nəsə deyə də bilmirəm, ucadan sizə, atamın qəbrinə pis söyüşlər söyür, elə söyüşlər söyür ki, artıq mən bununla nə edəcəyimi bilmirəm, bunun əlindən mən hara gedim?” sözlərini deyərək İsrafilin əlindən artıq bezdiyini ona danışmış, eyni mövzuları eşitdiyinə görə, öz qızlarına, yaxın dost-qardaşlarına da demiş, çünki Namik son günlər daha da çıxılmaz halda olmuş, Azərin onun namusuna sataşacaq sözləri, İsrafilin söyüşləri və digər hərəkətləri son günlər artıq Namiki son həddə çatdırmış, ərinin şərəf və ləyaqəti Azər və İsrafilin hərəkətlərinə görə, sınmış vəziyyətdə olmuşdur. Coşğun Məmmədovun qeyd etdikləri tamamilə yalan və şər-böhtan olmuş, o, əvvəlki ifadəsində qeyd etdiyi kimi heç Namikin özünə atəş açmasını real olaraq görməmiş, atəş səsinə çıxdıqda Namikin yerdə yarı bükülmüş vəziyyətdə olduğunu, silahın isə çiynində olduğunu görmüş, ümumiyyətlə, onunla Namikin arasında heç bir süpürləşmə, dartışma və sair olmamışdır. Coşğunun qeyd etdikləri tamamilə yalan olmuş, ümumiyyətlə, həmin gün Məhfuzə öz həyətyanı sahəsində olmuş, ona görə də, sonuncunun heç Namikin özünə atəş açmasını da görməsini deməsi də həqiqətə uyğun olmamış, onun əlində ehtiyatsızlıqdan tüfəng açılmamışdır. Əri Namik təkbaşına öz-özünə qoşalüləli ov tüfəngi ilə atəş açaraq özünü öldürmək istəmiş, lakin silahın lüləsi sürüşdüyündən yüngül xəsarət almış, qeyd olunanlar Azərin arvadı Məhfuzənin və Coşğunun uydurduqları şər-böhtan olmuşdur. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisədən sonra Fəxrəddin adlı şəxsi öldürmək istəməsi barədə ona heç bir söz deməmiş, Məhfuzənin qeyd etdikləri yenə də şər-böhtan olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrinə kimi Qax rayonunda işlədiyi İdarədə olmuş, o, Şəki X53 İdarəsinin rəisi olduğundan Qax İdarəsində olanda ona X53 İdarəsinin Layısqı meşəbəyliyində sahə rəisi (meşəbəyi) vəzifəsində işləyən Ağabala adlı əməkdaş Təqsirləndirilən şəxs mobil telefon nömrəsindən zəng edərək “qəzet pulundan mənim payıma nə qədər düşür” deyə soruşanda o da Ağabalaya telefonda xatırlamadığı məbləğdə qəzet pulu olduğunu demiş, həmçinin də Ağabala qohumu Təqsirləndirilən şəxs telefonu ilə zəng etdiyi üçün “Namikə salam de” sözlərini demiş, bu zaman Ağabala telefonu Namikə vermiş, o, Namiklə danışanda sonuncu ona “hardasan, uzaqdasanmı? yaxındasansa sən də gəl çörək yeyək” sözlərini dedikdə o, Namikə “sağol, Namik mənim işlərim var” sözlərini demiş, bununla da telefon danışığı başa çatmış, təxminən 14:30 radələrində işdən çıxıb Şəki şəhərində yaşadığı evinə gəlmiş, bir qədər dincəldikdən sonra Baş Şabalıd kəndində özünə məxsus olan torpaq sahəsində kartof sahəsinə gübrə verməkdən ötrü həmin gün saat təxminən 16:10 radələrində “Santa Fe” markalı, “**-KR-***” dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək həyat yoldaşı X61, qız övladı Şahid13 Füzuli qızı ilə birlikdə getmiş, Təqsirləndirilən şəxs evinə doğru qobu qırağı ilə dikinə qalxanda yuxarıdan Vüqar adlı həmkəndlisinin idarə etdiyi “Vaz-2106” markalı, xatırlamadığı dövlət qeydiyyat nişanlı maşını qarşısına çıxmış, o, bir qədər geri çəkilərək həmin maşına yol vermiş, Vüqar maşını sürüb getdikdən sonra o da öz yoluna davam edərək yuxarı doğru öz evi istiqamətində maşını sürüb qalxmışdır. X19 darvazasının ağzında maşını saxlayıb düşmüş, düşüb üst tərəfdəki kartof bağına baxmaq istədikdə Namikin evinin qurtaracağındakı (arxa tərəfində) fındıqlıq ərazindən səs-küy gəldiyini eşitmiş, o, özü təkbaşına səs-haray gələn tərəfə gedib nə baş verdiyini öyrənmək üçün müşahidə etdikdə həmin fındıqlıq ərazisində Namikin qan içərisində olduğunu, sonuncunu həyat yoldaşı Nazlıxanımın qucaqlayıb qışqırdığını görmüş, Nazlıxanım Namiki əllərində saxlayaraq yıxılmağa qoymamış, Nazlıxanım onu gördükdə “kömək elə, kömək elə” deyərək yardım istəmiş, o, dərhal yaxınlaşıb Namikin bədəninə baxdıqda sonuncunun döş qəfəsində güllə deşiyinin olduğunu görüb Nazlıxanımla köməkləşərək Namikin qoluna girmişlər və Namiki özünə məxsus olan “X110” markalı maşınına tərəf gətirmişlər, Namiki sükanın yanındakı ön oturacaqda otuzdurmaq istəyən zaman həmin vaxt Azər Sədiyevin həyat yoldaşı Məhfuzə xanım maşınının yanında onlara yaxınlaşaraq “nə baş verib, yoxsa Namik Azəri öldürdümü?” sözlərini demiş, o, nə baş verdiyini bilmədiyindən, öz-özlüyündə Namikin əlində təsadüfən güllə açılmasını ehtimal etdiyindən Məhfuzəyə bir əsaslı cavab verə bilməmiş, dərhal Namiki ön sərnişin oturacağında otuzdurmuş, arxa oturacaqda isə Namikin qardaşı Aydın, qızı Almaz və həyat yoldaşı Könül oturmuş, o, maşını idarə etməmişdən qabaq qızı X94 çağırmasını tapşırmış, sonuncu əmisi Şahidə zəng edərək hadisə barədə danışmış və təcili surətdə Şahiddən “103” xidmətinə zəng etməsini xahiş etmişdir. Bundan sonra, o, maşını işə salıb Şəki RMX PHŞ-nə yola düşmüş, yolda Təcili Yardım maşını ilə qarşılaşmaqdan ötrü maşınının qeydiyyat nömrəsini Yardım maşınına vermişlər, o, maşını idarə edib qayıdanda Namikgilin evinə çataçatda sonuncunun qardaşı Marozun üzü yuxarı özünün istifadəsində olan “VAZ- 2107” markalı, xatırlamadığı dövlət qeydiyyat nişanlı avtomobillə qalxdığını görmüş, Namikin qardaşı Maroz ona yol vermiş, o, maşını saxlayıb Maroza heç bir söz demədən Namiki vaxtında xəstəxanaya çatdırmaqdan ötrü dərhal maşınını sürmüş, çünki Namikin vəziyyəti pis olmuş, Namik onun yanında ön sərnişin oturacağında əyləşdiyindən yolboyu xırıltılı səsi eşidilmiş, təxminən Baş Göynükdəki körpünü keçib aşağı doğru gedən yolda o, Namikə “qorxma səni çatdıracayıq, narahat olma, bir balaca döz” sözlərini dedikdə sonuncu isə xırıldamış, daha sonra Namik qızı Almazın ağlamasını görüb maşında arxa oturacaqda əyləşmiş həyat yoldaşı və qızı istiqamətində sağ tərəfini əli ilə tutaraq əyilib “mənə halallıq verin” sözlərini demiş, bu sözləri dedikdən sonra Namikin halı daha da getgedə pisləşmiş, elə yol boyunca udquna-udquna durmuş, Qoxmuq kəndində adını xatırlamadığı yanacaqdoldurma məntəqəsindən bir qədər aşağıda çağırdıqları Təcili Yardım maşını ilə qarşılaşmışlar, qardaşı Aydının köməkliyi ilə Namiki götürüb Təcili Yardım maşınına yerləşdirmişlər, Aydın da Namiklə birlikdə Təcili Yardım maşınında əyləşmiş, o, özü isə maşınını sürüb öncə qızı və həyat yoldaşını yaşadığı evdə düşürdükdən sonra Namikə baş çəkməkdən ötrü xəstəxanaya getmiş, o, xəstəxanada içəri daxil ola bilməmiş, xəstəxanada ona adını bilmədiyi polis əməkdaşları Təqsirləndirilən şəxs öz əmisi oğlu Azər Sədiyevi və öz bibisinin yeznəsi İsrafil Məmmədsoyu özünün istifadəsində olan tüfənglə atəş açaraq öldürdüyünü bildirmişlər. Bu xəbəri eşitdikdən sonra o, Baş Şabalıd kəndinə geri qayıtmışdır. Həmçinin əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində X9 oğlu Coşğun ona istifadəsində olan “***-***-**-**” mobil nömrəsi ilə zəng edərək “Sən günorta Namikgillə Layısqıda oturub araq içəndə orada olubsanmı?” deyə soruşduqda o, Coşğuna “xeyr, mən orada olmamışam, ay Coşğun” demiş, Coşğun “oldu” deyib sağollaşmış, bundan sonra xx.xx.2024-cü il tarixdə təxminən səhər saat 09:30 radələrində Coşğun yenidən ona zəng edərək “Sən niyə axı danırsan Namiklə oturduğunu, sən də Namiklə ayın 4-ü araq içməmisənmi” deyə təkidlə soruşduqda o, Coşğuna yenidən “ay Coşqun, bu elə bir şeydir ki, mənim danmağımla da deyil, kimlərlə oturduğu da məlumdur, soruşa bilərsən, mən Namiki sonuncu dəfə sən olan toyda görmüşəm” sözlərini demiş, bununla da telefon danışığı başa çatmışdır. Təqsirləndirilən şəxs onun əmisi oğlu olmuş, X20 bibisi Məkkənin yeznəsi olmuş, X60 atası ilə onun atası əmi oğlu olmuşlar. O, real olaraq X83 və İsrafil Məmmədsoyu öldürməsini görməmişdir. Hadisə baş verən günü maşında olduğundan atəş səsi eşitməmiş, arvadı və qızı həmin vaxt maşından düşüb çöldə olduqlarından uzaqdan bildiyi qədərilə atəş səsləri eşitmişlər, lakin heç kimin ağlına gəlməz idi ki, bu atəş səsləri qətl hadisəsi olmuş, çünki kənd yerində tez-tez kənd təsərrüfatında ov tüfəngindən zərərli heyvanların məhv edilməsində istifadə edilmişdir. Onun qohumu olaraq gördüyü və bildiyi bundan ibarət olmuşdur ki, İsrafil Məmmədsoy tez-tez həyətdə mal-qarasını otaranda qəfildən ucadan söyüşlər söyürmüş, sonuncunun söyüşcül olduğunu bütün kənd camaatı da bilmiş, İsrafilin söyüşlərini də Namikin evində yaşayan arvadı və qızları eşitdiyindən sonuncu İsrafillə həmişə söyüş üstündə dava etmiş, Namik hər dəfə İsrafilə ucadan söyüşlər söyməməsini desə də, sonuncu öz xasiyyətini dəyişməmiş, İsrafil Məmmədsoy tez-tez öz qoyunlarını Təqsirləndirilən şəxs məxsus olan torpaq sahəsinə salmış, bu da Namiklə İsrafilin münasibətlərinin pozulmasına gətirib çıxarmış, uzun müddət idi ki, mövcud mübahisələrə görə, Namiklə İsrafil küsülü olmuşlar. X95 Məmmədovun aralarında olan münasibətlər barədə isə onu deyə bilmişdir ki, təxminən 3 il bundan əvvəl Azər Sədiyev “S” markalı iriqabaritli texnika gətirdərək öz evi ilə Təqsirləndirilən şəxs evinin arasındakı yolun torpağını düzləşdirmiş, yəni siyirtmiş, bu zaman Təqsirləndirilən şəxs hasarına və torpaq sahəsinə ziyanlıq dəydiyindən Namiklə Azər arasında sözlü mübahisə düşmüş, həmin mübahisədən sonra isə Namiklə Azər küsülü olmuşlar, Namiklə Azərin həmin mübahisəsindən sonra sonuncuların bir-birlərini danışdırmamalarını və küsülü olduqlarını bütün kənd camaatı bilmiş, Təqsirləndirilən şəxs İsrafili və Azərin onun ailəsinə, arvadına və qızlarına nalayiq söyüşlər söydükləri üçün Namik özünəməxsus olan qoşalüləli ov tüfəngi ilə öldürmüşdür. Təqsirləndirilən şəxs ovçuluqla məşğul olan biri olmuş, bildiyi qədərilə, qoşalüləli ov tüfəngin sənədi də mövcud olmuş, Namikin müntəzəm olaraq ov etdiyini bilmiş, fikrincə, həmin ov tüfəngi ilə də öz qohumları Azər Sədiyevi və İsrafil Məmmədsoyu öldürmüşdür. O, Təqsirləndirilən şəxsla sonuncu dəfə təxminən xx.xx.2024-cü il tarixdə Şəki rayonunda Şin Şadlıq sarayında keçirilən toy mərasimdə qarşılaşmış, Namiklə əl verib orada sonuncu dəfə salamlaşmış, ondan sonra o, ümumiyyətlə, Namiklə heç bir yerdə üz-üzə gəlməmiş, görməmiş, ifadəsində qeyd etdiyi kimi yalnız bir dəfə telefonla Ağabala ona zəng etdiyi zaman sonuncu telefonu Namikə vermiş, hal-əhval tutub sağollaşmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X61, habelə məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmiş Şahid13 və Şahid10 da Şahid2 verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun dediklərini təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində o və Şəki Regional X38 meşə gözətçisi vəzifəsində işləyən X62 Göynük kəndini keçən kimi Baş Layısqıya gedən yolun qırağında yerləşən adını xatırlamadığı yeməkxanada oturub çay içmişlər, həmin yeməkxananın yaxınlığında “Ulduz” adlı market də olmuş, həmin yeməkxanada oturduqları vaxt Şəki rayonunun Baş Şabalıd kənd sakinləri Təqsirləndirilən şəxsla onun qardaşı Şahid5 görmüş, Namiklə Maroz onun işlədiyi X105 İdarəsinin rəisi Şahid2 əmisi oğlanları olmuş, ona görə də, o, hər iki qardaşı səsləyərək yanına çağırmış, Namiklə Maroz gəlib onların oturduqları stolda əyləşmişlər, o, hələ yeməkxanaya oturmamışdan qabaq çöldə meşə gözətçisi Rafiq Məmmədovla qarşılaşmış, sonuncu ona Şahid2 onu axtardığını bildirmiş, özü isə telefonunun enerjisi bitib söndüyündən Şahid2 zəng edə bilməmiş, Namik və Marozla oturub bir qədər söhbət etdikdən sonra onun mobil telefonunun enerjisi qeyd etdiyi kimi tükəndiyindən Təqsirləndirilən şəxs mobil telefon nömrəsindən Fizuli müəllimə zəng edərək “müdir, eşitdim məni axtarmısınız, mənim telefonumun enerjisi bitmişdir” deyə bildirdikdə Fizuli müəllim telefonda ona “qəzetin abunə pullarını keçirərsiniz” sözlərini demiş, o, telefon danışığı zamanı Şahid2 “biz Layısqı yolunda yeməkxanada oturub Namikgillə çay içirik” desə də, Fizuli müəllim ona “mən Qaxda İdarədəyəm, gələ bilməyəcəm, işlərim var” sözlərini demiş, bununla da aralarında olan telefon danışığı sona çatmış, Şahid2 telefon danışığını sonlandırmaq istədikdə “Namikə də salam de” sözlərini dedikdə o, telefonu özü Namikə vermiş, Şahid2 öz əmisi oğlu Təqsirləndirilən şəxsla rahat şəkildə telefonda danışmış, Namik telefon danışığı zamanı Şahid2 harada olmasını soruşaraq gəlib onlarla bir yerdə oturub çay içməyi təklif etsə də, Şahid2 Qax rayonunda olduğundan gələ bilməyəcəyini bildirmişdir. Onlar yemək sifariş etmişlər, Namiklə Maroz bozbaş kimi sulu yemək sifariş etmiş, o da özünə yarım qarabaşaq sifariş etmiş, Qədim isə evdə yeyəcəyini bildirərək yeməkdən imtina etmişdir. Yemək gələnə az qalmış o, qonaq kimi Maroz və Namikdən araq içməyi təklif etdikdə sonuncu da razılaşmış, stola “Banketnaya” 0,5 litrlik gəlmiş, Qədim və Maroz araq içməmiş, həmin araqdan o və Təqsirləndirilən şəxs içmişlər, təxminən 30 dəqiqə ərzində stolda oturub yemək yedikdən sonra Qədimi oğlu göy rəngli “VAZ-2106” markalı maşınla götürüb aparmış, 5 dəqiqə sonra isə o, Namik və Maroz stoldan qalxmışlar, stoldan qalxanda araq butulkasının yarıdan bir qədər az həcmdə hələ araq butulkada qalmış, yəni o və Namik arağı tam içib qurtarmamışlar. Təqsirləndirilən şəxs özü də həmin gün çox az içmiş, təxminən 100 qram araq içmişdir. Maroz özünə məxsus maşını ilə onu gətirib Cunud kəndində düşürüb Namiklə birlikdə maşını ilə öz kəndlərinə, yəni Baş Şabalıd kəndinə getmişlər. Bundan sonra o, Marozla Namiki bir daha görməmiş, daha sonra Oxud kəndində meşə gözətçisi Mahir Əhmədov ona zəng edərək Şabalıd kəndində Təqsirləndirilən şəxs Azər Sədiyevi və İsrafil Məmmədsoyu ov tüfəngi ilə öldürdüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs həmkəndliləri Azər Sədiyevi və İsrafil Məmmədsoyu öldürməsini real olaraq görməmiş, xx.xx.2024-cü il tarixdə Namik və Marozla oturub yemək yedikdən sonra bir daha sonuncuları görməmiş, ona görə də, baş vermiş hadisə ilə heç bir bağlılığı olmamışdır. O, Namikin öldürdüyü Azər Sədiyevi və İsrafil Məmmədsoyu tanımamış, Cunud kəndi ucqar və Şabalıd kəndindən də aralıda olmuş, həmin şəxsləri tanımadığı üçün aralarında olan mübahisələr barədə də heç nə bilməmişdir. Təqsirləndirilən şəxs həmin gün hər hansı şəxsi öldürəcəyi və ya öldürmək istəməsi barədə fikrini bildirməmişdir. Şahid5 ümumiyyətlə qardaşı Namikin kimisə öldürməsinə dair təhrikedici sözlər işlətməmiş, kimisə öldürmək barədə söhbət keçməmişdir. Təqsirləndirilən şəxs eşitdiyinə görə, ovçuluqla məşğul olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində o, istifadəsində olan “VAZ-2107” markalı, “**-CF-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə gəlib qardaşı Təqsirləndirilən şəxs kənddən yaşadığı evdən götürüb pomidor ştili almaq üçün Şəki şəhərində Təzə Bazara getmiş, orada Təqsirləndirilən şəxs öz pulu ilə “Pansionat” adlanan ərazinin yaxınlığında yerləşən fərdi təsərrüfat obyektlərindən birindən təxminən 6-10 bağlamada pomidor ştili alıb maşına qoyduqdan sonra həmkəndlisi Qəhrəmanın qayınatasının yas mərasimində iştirak etmək üçün birbaşa Qax rayonuna istifadəsində olan maşını ilə getmişlər. Həmin yas mərasimində iştirak etdikdən sonra Qax rayonundan qayıdıb Şəki-Qax yolundan Baş Layısqı yoluna dönəndə təxminən 20 metr irəlidə yolun sağ tərəfində qalan adını xatırlamadığı yeməkxanada oturmuşlar. O, qardaşı Təqsirləndirilən şəxsla həmin yeməkxanaya daxil olduqda sonuncunun tanışları Şəki rayonu, Cunud kənd sakini Ağabala və Qədim də oturub çay içmişlər, Namik də Ağabala ilə görüşmüş, onlar bir stolda əyləşmişlər, X84 X38 meşəbəyi vəzifəsində, Qədim də həmin Mərkəzdə hansısa vəzifədə çalışmış, o, Ağabalanı tanısa da, Qədimi heç vaxt görməmiş, onlar oturub yemək yemişlər, stola 0,5 litr adını xatırlamadığı araq sifariş vermişlər. Həmin araqdan o istisna olmaqla, Namik, Ağabala və Qədim içmişlər, qardaşı Təqsirləndirilən şəxs içdiyi arağın miqdarı 100 qramdan artıq olmamış, o, maşın sürdüyündən araq içməmiş, onlar oturub söhbət etdikləri zaman qardaşı Təqsirləndirilən şəxs həmkəndlisi İsrafil Məmmədsoyu və Azər Sədiyevi öldürmək istəməsi barədə heç bir söz danışmamış, ümumiyyətlə, İsrafil və Azər barədə kafedə söhbət belə etməmişlər, yeməkxanada oturduğu həmin vaxt Ağabala Namikə “mənim telefonumun enerjisi tükənib, sən telefonunla Meşə İdarəsinin direktoru Fizuli müəllimə zəng elə, ver mənə, sözüm var” dedikdə qardaşı Namik öz mobil telefon nömrəsi ilə əmisi oğlu Şahid2 zəng edərək telefonu Ağabalaya vermiş, Ağabala birbaşa Şahid2la Namikin telefonu ilə danışmış, Ağabala Fizuli ilə qəzet pulunun ödənilməsi barədə söhbət etmiş, bundan sonra Ağabala mobil telefonu Namikə vermiş, sonuncu da telefonda Fizuli ilə hal-əhval tutduqdan sonra telefon danışığı başa çatmış, yeməkxanadan çıxanda təxminən saat 14- 15 radələri olmuş, Qədim çıxanda özü maşınla harasa getmiş, o, ilk öncə Ağabalanı istifadəsində olan avtomobili ilə Cunud kəndində aparıb düşürmüş, Cunud kəndinə gedən zaman yolda qardaşı Namiklə söhbət etmiş, Namik ona maşında “Qonşumuz Azər artıq ağ edib, sən eşitməmisən ki mənim arvadım və qızlarıma kəndin hər yerində əxlaqsız, fahişə deyir? Onun bu hərəkətləri məni bezdirib, nə edəcəyimi bilmirəm, mən əzab əziyyətlə qızlarımı böyütmüşəm ki, Azər kimisi gəlib qızlarıma əxlaqsız desin?” sözlərini demiş, o isə Namikə “Azər qonşumuzdu, həm də qohumdu, o cür sözlər deməz” sözlərini deyərək Namiki sakitləşdirmiş, çünki qardaşı Namikin xasiyyətini bilmiş, çox qısqanc biri olmuş, Azərin onun ailəsinin ünvanına dediyi nalayiq sözləri qəbullana bilməmiş, lakin Namik həmin gün ona Azəri və ya İsrafili öldürəcəyi barədə heç bir söz deməmişdir. O, Ağabalanı aparıb Cunud kəndində düşürüb qardaşı Namiki də Baş Şabalıd kəndində evlərində düşürüb özü isə Baş Şabalıd kəndindəki çayxanaya getmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 16-17 radələrində qardaşı Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” mobil nömrəsi ilə onun istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə zəng edərək “Gəl, Nazlını götür, gör hara aparırsan” sözlərini deyərək danışığı sonlandırmış, təxminən 3 dəqiqə sonra Təqsirləndirilən şəxs həmin mobil nömrəsinə zəng edərək nə baş verdiyini soruşduqda “Gəl, Nazlını harasa bir tərəfə götür apar, mənim əxlaqıma, ailəmə söyürdülər, mən də paylarını verdim” sözlərini deyərək dəstəyi asmış, o, konkret olaraq nə baş verdiyini anlamamış, qardaşı Təqsirləndirilən şəxs səs tonunun həyəcanlı və təlaş içərisində olduğu açıq-aydın bilinmiş, ona Namik zəng edəndə köhnə məktəb binasının içərisində yerləşən çayxanada olmuş, həmin çayxanadan çıxıb istifadəsində olan həmin tünd yaşıl rəngli “VAZ-2107” markalı avtomobili ilə Namikgilin evinə qalxmış, Namikin evinə çataçatda Şahid2 “Santa Fe” markalı avtomobilini görüb sonuncuya yol vermiş, sonuncu maşını ilə keçib getmiş, o, həmin an o biri qardaşı Aydının da Fizulinin “Santa Fe” markalı avtomobilinə mindiyini də xatırlamış, o, Şahid2 maşınına yol verəndə Fizulinin idarə etdiyi maşının ön oturacağından sonuncunun yanında qardaşı Təqsirləndirilən şəxs əyləşməsini və əli ilə döş qəfəsi nahiyəsini tutaraq bükülməsini görmüş, lakin Təqsirləndirilən şəxs Azər Sədiyevi və İsrafil Məmmədsoyu qətlə yetirməsi ağlına da gəlməmiş, sonra da Namik özünü öldürməyə cəhd etmiş, çünki mobil telefonda ona konkret olaraq kimlərisə öldürdüyünü deməmiş, Fizuli çıxıb getdikdən sonra o, maşınını qardaşı Namiklə qonşuluqda olan qardaşı Aydının tövləsinin yanında saxlamış, o, maşını saxladıqdan sonra Təqsirləndirilən şəxs evinin yaxınlığında, yəni bir az yuxarıda səs-haray olduğunu görüb dərhal piyada yuxarı qalxmış, Namikin evinə çatanda Azərin arvadı Məhfuzə yolda ona “Maroz, Namik Azəri də atıbdı” sözlərini demiş, həmin səs-küydə yolda qonşusu Heydər adlı şəxs də orada olmuş, Namikin həyat yoldaşı Nazlıxanım isə “qardaşın Namik özünə atıb, apardılar” sözlərini demiş, o, Nazlıxanım ilə ilk öncə Namikgilin həyətinə baxmış, daha sonra isə qonşuluqda olan X105 İdarəsinin direktoru, Namiki xəstəxanaya çatdıran Şahid2 bağçasına keçəndə böyük bir qoz ağacının yaxınlığında həmkəndlisi Namikin qonşusu X60 meyitini görmüş, yaxınlaşıb Azərin meyitinə baxdıqda sonuncunun meyitinin baş nahiyəsinin dağıldığını və sinə nahiyəsində isə güllə yarası olduğunu, Azərin meyitinin paltarlarının qanabənzər ləkələrə bulaşdığını görmüş, o, X96 Yardım üçün zəng etməyi bildirdikdə sonuncu ona “Artıq Azər keçinib” sözlərini demişdir. Bundan sonra, o, qardaşı Təqsirləndirilən şəxs arvadı Nazlıxanım Məmmədovu da maşını ilə götürüb birbaşa Şəki RMX PHŞ-nə gəlmişlər, onlar gələndə xəstəxanada artıq polis əməkdaşları da olmuşdur. X3 söyüşcül olması ilə yanaşı, müsavat partiyasının da üzvü olmuş, hər zaman dövlətin fəaliyyətini və rəhbərliyini də açıq formada təhqir etmiş, ölüyə də, diriyə də söyüş söyən biri olmuşdur. Namikin İsrafillə münasibətləri təxminən 20 il ərzində pis olmuş, çünki İsrafil Məmmədsoy hər zaman səhər açılan kimi gəlib qonşusu Namikin evinin qarşısında ucadan söyüşlər söymüş, bu söyüşləri isə Namikin evində olan qızları və arvadı eşitmiş, Namik İsrafilə dəfərlərlə söyüş söyməməsini desə də, İsrafil öz xasiyyətini dəyişməmiş, o, təxminən hadisənin baş verməsindən təxminən 2 həftə əvvəl qardaşı Namiklə oturub söhbət edəndə mütəmadi olaraq ona “Maroz, İsrafilin əlindən bezmişəm, gəlir evimin qabağında ucadan söyüşlər söyür, evdə də Nazlı eşidir, artıq bezmişəm, kənddən çıxıb getmək istəyirəm bunun əlindən” sözlərini demiş, hətta qardaşı Nüsrətlə də danışaraq ailəsini də götürüb çıxıb Rusiyaya getmək istəməsini sonuncuya bildirmiş, İsrafilin əlindən kənddə yaşaya bilməmiş, bu azmış kimi, İsrafil mütəmadi olaraq öz mal-qarasını icazəsiz Namikin torpaqlarına salmış və mal-qarasını Namikin torpağında otarmış, sonuncu İsrafilə dəfələrlə irad bildirib mal-qarasını onun torpağına salmamasını desə də, sonuncu onun iradına cavab olaraq “sənin atan Əbilin qəbrinin üstünə işiyərəm, sən kişisən ki ay şərəfsiz?” sözlərini demiş, eyni bu söyüşləri İsrafil ona təxminən 2 il bundan əvvəl də söymüş, belə ki, kənddə o, ağac çırpırmış, İsrafil isə yoldan keçirmiş, o, sonuncunun keçib getməsi üçün gözləmiş, sonra da ağacı çırpmış, lakin İsrafil ona sataşaraq “Sənin atanın qəbrinin üstünə işiyəcəm, Sizi kənddən çıxaracam şərəfsiz adamlarsız, qardaşın Namikin arvadı da, qızları da qəhbədi” sözlərini demişdir. Həmin vaxt şəxsən ona Namikin arvadı və qızlarının ünvanına çox iyrənc söyüşlər söymüş, yadında qalan söyüşləri bunlar olmuş, bundan sonra, hadisə baş verməmişdən təxminən 3-4 gün əvvəl o, Namiklə kənddə rastlaşanda söhbət edən zaman sonuncu ona “İsrafil yenə torpağıma qoyunlarını salıb, hələ torpağımda arvadıma və qızlarıma qəhbə deyədeyə gəzir” sözlərini demiş, o, həmin vaxt Namiki bir qədər sakitləşdirmiş, torpağını satmasını və şəhərə köçməsini məsləhət görmüş, lakin Namikin bir neçə gün sonra İsrafili və Azəri öldürəcəyi ağlına gəlməmişdir. Həmçinin Namik ona hadisə baş verməmişdən təxminən 1 həftə əvvəl Azər Sədiyevin bir neçə il bundan əvvəl kəndin başında olan su ayırıcında kiçik kafeyə oxşar bir yer düzəltdiyini danışmış, həmin vaxt Namik Azərə “buradan kəndin qadınları, həmçinin mənim arvadım da su qoymağa, təsərrüfata gedirlər, sən burada kafe düzəltməkdə məqsədin nədir? Camaatın qadınlarına baxmaq üçün tikirsən bunu?” sözlərini dedikdə Azər Sədiyev həmin vaxt qardaşı Namikə “hə, gəlib gedən qadınlara baxmaq üçün tikmişəm, əcəb edirəm” sözlərini demişdir. Bu söz də Namikə çox təsir etmiş, çünki Azər həmin vaxt da dolayısı ilə onun arvadının ünvanına nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs həm X80, həm də X20 ilə küsülü olmuş, X80 ilə qardaşı Təqsirləndirilən şəxs təxminən 2-3 il bundan əvvəl mübahisə etmişlər. Belə ki, yaz aylarında sel gəldiyindən Azər Sədiyev buldozerlə yolu siyirdəndə Təqsirləndirilən şəxs evinin hasarına da bir az ziyan yetirmişdir. Həmin vaxt Namiklə Azər arasında sözlə mübahisə düşmüş, Namikin və sonuncunun həyat yoldaşı Nazlıxanımın deməsinə görə, həmin mübahisə zamanı spirtli içkinin təsiri altında olan X30 ağır formada arvad söyüşü söyərək təhqir etmişdir. Bu sözsöhbətdən təxminən 20 gün sonra o, Təqsirləndirilən şəxs evinə gələrək onu Azərlə barışdırmaq istədiyini də bildirmiş, çünki qonşu olmuşlar, aralarında kin-küdurət olmasını istəməmiş, lakin Təqsirləndirilən şəxs ona “Azər mənə arvad söyüşü söyüb, mən onunla barışa bilmərəm, amma narahat olma, bu söhbət burada da bağlanıb, müəyyən qədər vaxt keçsin, hələ ki barışası deyiləm” sözlərini ona bildirmiş, ona görə də, o, Namikin sözlərindən sonra barışdırmaq üçün daha təkid etməmiş, Təqsirləndirilən şəxs ona “bu söhbət burada bağlandı” desə də, beynində Azərin ona dediyi təhqirləri qəbullana bilməmişdir. Bundan əlavə, Azər Sədiyev bu mübahisədən sonra hər yerdə Namikin qızları və arvadının ünvanına nalayiq ifadələr işlətmiş, bunu kənd camaatı da bilmiş, ona görə də, Azərin əlindən bezmiş halda olmuş, elə ona görə də, Ağabalanı Cunud kəndinə düşürmək üçün gedəndə yolda qardaşı Namiklə söhbət etmiş, Namik ona maşında “Qonşumuz Azər artıq ağ edib, sən eşitməmisən ki, mənim arvadım və qızlarıma kəndin hər yerində əxlaqsız, fahişə deyir? Onun bu hərəkətləri məni bezdirib, nə edəcəyimi bilmirəm” sözlərini demişdir. Bu da Namiki hədsiz özündən çıxarmış, həmçinin Namik təxminən hadisə baş verməmişdən 1 ay əvvəl ona söhbət zamanı təklikdə Azərin kənddə ona “belə maşınları Rusiyada bomjlar sürür, şərəfsiz kimi o maşında da qalarsan, sən kişi deyilsən” sözlərini deyərək söz atıb sataşmasını bildirmişdir. X97 və İsrafil Məmmədsoyun əlindən son günlər hədsiz dərəcədə bezmiş halda olmuşdur. X20 isə çox söyüşcül bir insan olmuşdur. Hətta evdə İsrafil söyüş söydüyünə görə, İsrafilin öz oğlanları da öz ataları İsrafili döyürmüşlər. Belə ki, qardaşı Təqsirləndirilən şəxs artıq İsrafilin söyüşlərindən həyətində otura bilməmiş, Allaha da, peyğəmbərə də söymüş, çox pis təhqirlər etmişdir. Bu söyüşləri də Namikin evində arvadı eşitdiyindən əsəbiləşmişdir. Heç kəs İsrafili evinə buraxmamış, çünki xaraktercə yaxşı biri olmamışdır. X47 tez-tez öz qoyunlarını otarmaq üçün Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinə salmış, hər dəfə Təqsirləndirilən şəxs İsrafilə öz iradını, etirazını bildirəndə İsrafil çox ağır tərzdə söyüşlərlə qardaşı Namiki təhqir etmiş, Namik sadəcə olaraq İsrafilə onun torpaq sahəsinə daxil olmamasını, orada qoyunlarını otarmamasını tələb etmiş, başqa bir tələbi olmamışdır. Bununla da, təxminən uzun bir müddət ərzində Namiklə İsrafil də küsülü olmuşlar. İsrafil öz xeyir işinə (toyuna) Namiki çağırmamışdır. Beləliklə, qardaşı Təqsirləndirilən şəxs Azəri və İsrafili öldürməkdə məqsədi sonuncuların onun arvadını, qızlarını və ailə üzvlərini ağır formada təhqir etməsi, söyməsi olmuşdur. Təqsirləndirilən şəxs isə xaraktercə çox mərd biri olduğundan bu söyüşləri özünə sığışdıra bilməmiş, çünki qardaşının qızları da, arvadı da namuslu biri olmuşdur. Azər Sədiyev və İsrafil Məmmədsoyun onun namusunu söyməsi ona çox pis təsir etmiş, nə edəcəyini artıq bilməmişdir. Həmin tüfəngi o, gəlməmişdən qabaq Namikin arvadı Nazlıxanım yerdən götürüb aparıb evinin zirzəmisinə qoymuş, Namikin özü-özünə xəsarət yetirməsini və ya Namikin Azəri və ya İsrafili öldürməsini real olaraq görməmiş, qardaşı Təqsirləndirilən şəxs qanuni ovçuluq fəaliyyəti ilə məşğul olmuş, sonuncunun “TOZ” markalı 16 kalibrli qoşalüləsi olmuş, bildiyi qədərilə, qardaşı Təqsirləndirilən şəxs Azər Sədiyevi və İsrafil Məmmədsoyu da həmin qoşalüləli ov tüfəngi ilə öldürmüş, əvvəllər həmin tüfəng atası Əbil Məmmədovun istifadəsində olmuş, atası Əbil rəhmətə getdikdən sonra isə qardaşı Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək tüfəngi öz adına rəsmiləşdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 da Şahid5 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, hadisə günü qardaşı ona zəng edib hadisə barədə məlumat vermişdir. O da hadisə yerinə getmişdir. Gedib görmüşdür ki, həqiqətən qardaşı öldürülüb. Hadisə yerində polis əməkdaşları var idi. Azər Sədiyevin ölümünü isə sonradan eşitmişdir. Eşitmişdir ki, Təqsirləndirilən şəxs qardaşını ov silahı ilə atıb. Təqsirləndirilən şəxs qardaşını niyə öldürdüyünü bilmir. Təqsirləndirilən şəxs qardaşına və Azərə hədə-qorxu gəldiyini eşitməmişdir. Təqsirləndirilən şəxsla 10 il bir sinifdə oxumuşdur. Qeyd etmişdir ki, Namik çox tərbiyəli biri olmuşdur. Ehtimal edir ki, Namikin ətrafında pis adamlar olmuşdur. Namiki bu hadisəni törətməsinin səbəbi məhz ətrafındakı adamlar olmuşdur. Mərhum qardaşının kənd ərazisində 40 hektara yaxın ərazisi var idi. Həmin ərazi qiymətli ağaclarla zəngin idi. Qardaşı həmin ərazini qoruyurdu. Bəzi adamlar isə qardaşını qısqanırdı. Namik hadisə günü meşə idarəsinin işçiləri ilə yeyib-içib. Elə ehtimal edir ki, onun içkisinə nəsə qatıblar. Yoxsa Namik bu hadisəni törətməzdi. Çünki o, belə bir adam olmayıb. Azər kənddə çox intelektual, sayılan və seçilən adam olmuşdur. Azərin heç kimlə işi olmazdı. Azərin Namikin ünvanına və ya onun ailəsinə nalayiq ifadələr işlətdiyini eşitməmişdir. Ekslavatorla bağlı məsələdə iştirak etməmiş, lakin o barədə eşitmişdir. Belə ki, sel gəlib yolu dağıdmışdır. Azər öz tərəfini, Namikdə öz tərəfini qorumuşdur. Azərlə Namikin bir-birlərini döyməyini eşitməmişdir. Namiklə mərhum qardaşı arasında olan münaqişəni eşitməmişdir. O, Azər və Namiki yaxşı qonşu kimi tanımışdır. Onlarla mehriban olmuşlar. Ona bir dəfə demişdir ki, qardaşı ona söyüş söyür. Bu barədə qardaşına xəbərdarlıq etməyini demişdir. İsrafil Məmmədov qardaşıdır. Təqsirləndirilən şəxsla 10 il sinif yoldaşı olmuşdur. Namikin bu hadisəni törətməsinə inana bilmir. Çünki Namiki sakit biri kimi tanımışlar. Qardaşı Respublika səviyyəsində həkim olmuşdur. Qardaşı biraz emosianal olmuşdur. Yəni hirslənən vaxt mal-qaraya və ya toyuq-cücəyə söyürdü. Bəzən mal yiyəsinə, yəni özünə söyürdü. Qardaşına Namikə söyməsi barədə xəbərdarlıq etməmişdir. Ümumiyyətlə bu barədə ona heç nə deməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, o, kənd təsərrüfatında istifadə olunan 22 tonluq “S” markalı iriqabaritli texnika hesab olunan buldozeri işlətmiş, təxminən 3 il bundan əvvəl yaz aylarında (təxminən Aprel-May aylarında) onu işlədiyi Yol İstismar İdarəsindən Şəki rayonunun Baş Şabalıd kəndində yolların təmiri üçün (siyirilməsi) göndərmişlər, çünki həmin aylarda Baş Şabalıd kəndinə sel gəlmiş, yolların təmiri (siyirilməsi) zərurəti yaranmış, ona görə də, o, hər il olduğu kimi, təxminən 3 il bundan əvvəl də, adəti üzrə Şəki rayonu 12 saylı Yol İstismar İdarəsinə məxsus olan 22 tonluq “S” markalı iriqabaritli texnika hesab olunan buldozeri işlədərək Baş Şabalıd kəndindəki yolları düzləşdirmiş, həmin vaxt Şəki rayonunun Baş Şabalıd kəndində yaşayan X60 evinin qarşısından keçən yolu da siyirmiş, Azər Sədiyev bundan əlavə həmin gün ona yaxınlaşaraq “evimin arxa tərəfindən keçən fındıqlıq ərazisindən bağa su düşməməsindən ötrü torpağı siyirib damba formasında yığarsan” sözlərini demiş, o da Azər Sədiyevin xahişini yerinə yetirmiş, o, həmin gün Azər Sədiyevin evinin qarşısından keçən yolu düzləşdirəndə hər hansı qonşu və ya kənar şəxslər ona öz narazılığını bildirməmiş, o, yolları düzləşdirib, X88in də yuxarıda qeyd etdiyi xahişini icra etdikdən sonra sonuncunun arvadı ona qazanda yemək gətirmiş, o, bağın arxa tərəfindən torpağı siyirdiyi yerdə mərhum Azər Sədiyevlə oturub çörək yemiş, bundan sonra, buldozerə əyləşib işə salaraq kəndin digər yollarını təmir etməyə davam etmiş, o, həmin gün X95 Məmmədov arasında hər hansı mübahisənin baş verdiyinin şahidi olmamış, çünki yolları düzləşdirdiyi anda heç kəs orada mübahisə edə bilməz, çünki onun arxasınca da bələdiyyənin işçiləri gəlməklə hər hansı şəxsin əmlakına ziyan yetirildiyi halda, aradan qaldırmağı təmin etmişlər. Onun fikrincə, X95 Məmmədov arasında mübahisə onun həmin yolu düzləşdirəndən (siyirəndən) sonra baş vermişdir. O, X95 Məmmədov arasında olan mübahisə zamanı ola bilsin ki, kəndin digər yolunun təmiri ilə məşğul olmuş, baş vermiş qətl hadisəsindən sonra kənd camaatından Təqsirləndirilən şəxs öz hasarının zədələndiyindən Azər Sədiyevə etirazını bildirdiyini eşitmiş, onların aralarında mübahisə yaranmış, lakin o, “S” ilə işləyən zaman Təqsirləndirilən şəxs hasarını və ya torpaq sahəsini zədələdiyini xatırlamamışdır. Həmçinin əlavə olaraq onu da qeyd etmişdir ki, həmin gün onun yolları düzləşdirdiyi zamanı kənd sakini X20 xatırlamadığı yerdə olan ağacın çıxarılmasını ondan tələb etsə də, kənd sakinləri həmin ağacın “ziyarət ağacı” olduğunu bildirərək İsrafil Məmməsoya öz etirazlarını bildirmişlər, ona görə də, o da həmin gün “ziyarət ağacı”na dəyməmiş, lakin həmin ağacı çıxarmadığı üçün İsrafil Məmmədsoy onun da ünvanına nalayiq ifadələr işlətmiş, ümumiyyətlə, X1 bir insan olduğunu hamı bilmişdir. 3 il bundan əvvəl olan mübahisənin real olaraq şahidi olması mümkün ola bilməzdi, çünki həmin gün bütün günü işləmiş, həmin vaxt orada X65, bələdiyyə işçisi Şahid21 görmüş, Şahid21 onun işlətdiyi “S” üçün yanacaq da gətirdiyini xatırlamış, başqa şəxsləri görsə də, adlarını bilməmişdir. X80 ilə yemək yediyi zaman sonuncu ona Təqsirləndirilən şəxs ilə mübahisəsinin olduğunu bildirməmiş, bu barədə heç söhbət də olmamışdır. Qətl hadisəsindən sonra eşitdiklərinə görə, İsrafil Məmmədsoy tez-tez həyətdə qoyunlarını otaranda qəfildən ucadan söyüşlər söymüş, ümumiyyətlə sonuncunun söyüşcül olduğunu bütün kənd camaatı da bilmiş, sosial şəbəkələrdən eşitdiyinə görə, X47 tez-tez öz qoyunlarını Təqsirləndirilən şəxs məxsus olan torpaq sahəsinə salmış, bu da Namiklə İsrafilin münasibətlərinin pozulmasına gətirib çıxarmış, Azəri isə öldürməsinə səbəb Azərlə aralarında təxminən 3 il əvvəl baş vermiş münaqişə olduğunu güman etmiş, həmin münaqişənin olduğunu da kənd camaatından eşitmiş, lakin o, həmin gün “S”-i idarə etdiyi üçün və buna görə də, çox məşğul olduğu üçün Azərlə Namikin mübahisə etdiyinin real şahidi olmamışdır. Məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun adının Vahib olmasına baxmayaraq kənddə hamı onu Vüqar kimi tanımış, xx.xx.2024-cü il tarixdə saat təxminən 9 radələrində tək Şəki şəhərinə gələrək rayonun mərkəzində yerləşən mağazaların birindən ev üçün bazarlıq edib həmin gün təxminən saat 14 radələrində öz evinə qayıtmış, həmin gün saat 16 radələrində yaşadığı evdə yatmış və qəflətən atəş səsi eşidib yuxudan oyanmış, həmin atəş səsindən təxminən 1 dəqiqə və ya daha az müddət sonra yenidən atəş səsi eşitmiş, buna görə o, evinin həyətinə çıxmış və 2-ci atəş səsindən təxminən 4-5 dəqiqə sonra yenidən atəş səsi gəlmiş və ardından isə qadın ağlaşması və səs-küy səsləri eşidilmiş, hansısa bədvəxt hadisə baş verdiyini düşünmüşdür. Həmin atəş səslərinin üçü də qonşusu Təqsirləndirilən şəxs yaşadığı ev tərəfdən gəlmiş, həmin zaman evdə arvadı Xəyalə və 11 yaşlı oğlum Ağabala olmuş, iki qızı isə həmin zaman öz işləri ilə bağlı Şəki şəhərində olmuşlar. Beləliklə, üçüncü atəş səsinin ardı ilə Namikgil tərəfdən qadın səs-küyü gəldikdə Xəyalə ona səsin gəldiyi yerə gedib nəyin baş verdiyini öyrənməyini istəmiş, o isə buna elə də əhəmiyyət vermədiyindən getməmiş və mətbəx otağına keçib nahar etmiş, Xəyalə isə tək küçəyə çıxmış, küçədə isə kimin və ya kimlərin olduğunu bilməmiş, təxminən 20 dəqiqə sonra isə küçədən avtomobil səsləri və səs-küyün artdığını görüb o da küçəyə çıxmış və Namikgilin evinin yaxınlığına toplaşmış kənd camaatından Namikin qonşusu Azər Sədiyevi tüfənglə atəş açıb öldürdüyünü öyrənmiş, bundan təxminən 1 saat sonra isə Namikin həmkəndlisi İsrafil Məmmədsoyu da tüfəngdən atəş açaraq öldürdüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs və öldürülən Azər və İsrafil onun qonşusu olmuşlar. Onları uzun müddətdir ki, kənd sakini kimi tanımış, hər üçünun evi ilə onun evinin arasında təxminən 150-200 metr məsafə olmuş, Namik və Azərlə münasibəti kənd sakini kimi yaxşı olmuş, İsrafillə isə arada salamlaşsa da, aralarında mehribançılıq olmamışdır. Belə ki, İsrafil söyüş söyən adam olmuş, dəfələrlə kənddə ucadan nalayiq ifadələr işlətmiş, X63 da, ölüyə də, diriyə də söyən biri olmuş, müxalifətçi olduğundan dövlət əleyhinə də nalayiq formada çıxışlar etmiş, İsrafilə o da əvvəllər öz iradını bildirərək qadınların və uşaqların eşitməməsi üçün ucadan söyüşlər söyməməsini demiş, lakin sonuncu heç nəyə məhəl qoymadan söyüşlərinə davam etdiyindən artıq o da İsrafilin bu hərəkətinə məhəl qoymamış, Namiklə İsrafilin bir birinə bitişik həmsərhəd torpaq sahələri olduğundan sonuncular daha tez-tez rastlaşmışlar, Namik onunla görüşdükdə dəfələrlə İsrafil barəsində gileylənmiş, İsrafilin onun torpaq sahəsinə icazəsiz qoyunlar saldığını, arvad uşağının yanında söyüşlər söydüyünü, neynəyəcəyini bilmədiyini demiş, lakin Namik ona İsrafili öldürmək istəməsi barədə heç nə deməmiş, Namikin həmçinin Azərlə də münasibəti yaxşı olmamış, sonuncu ilə üzbəüz qonşu olmalarına baxmayaraq təxminən 2-3 ildən çox müddətdir ərzində danışmamışlar, buna səbəb isə təxminən 2-3 il əvvəl günorta saatlarında Azərin iri qabaritli “S” adlanan texnikanı kəndə gətizdirərək Namikə xəbər vermədən öz evinin qarşısını düzdəşdirmiş və Namikin hasarının fundamenti zədələnmiş, buna görə də, Namik Azərə öz iradını bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə əsnasında Azər Namikə şillə vurub nalayiq söyüş söymüş, həmin vaxt ikisi də bir-birinin sinəsindən tutduqda o və orada olan həmkənliləri onları aralamışılar. Həmin vaxt orada o, həmkəndlisi Şahid21 və xatırlamadığı təxminən 2-3 nəfər olmuşdur. Həmin vaxt Azərin Namiki söyüb-söyməməsini xatırlamamış, bu hadisədən sonra isə onlar danışmamışlar, həmin hadisədən sonra aralarında başqa hər hansı bir hadisənin baş verib-verməməsi barədə heç bir məlumatı olmamışdır. İsrafil Məmmədov tez-tez həyətdə qoyunlarını otaranda qəfildən ucadan söyüşlər söymüş, sonuncunun söyüşcül olduğunu kənd camaatı da bilmiş, İsrafilin söyüşlərini də Namikin evində yaşayan arvadı və qızları eşitdiyindən sonuncu İsrafillə həmişə söyüş üstündə dava etmiş, Namik hər dəfə İsrafilə ucadan söyüşlər söyməməsini desə də, sonuncu öz xasiyyətini dəyişməmişdir. Təqsirləndirilən şəxs ovçuluqla məşğul olmuş, bildiyi qədərilə, tüfəngin sənədi də mövcud olmuş, Namikin müntəzəm olaraq ov etdiyini bilmiş, çox güman ki, həmin ov tüfəngi ilə də Azər Sədiyevi və İsrafil Məmmədsoyu öldürmüşdür. xx.xx.2024-cü il tarixdə İsrafil Məmmədsoyu, Azər Sədiyevi və Təqsirləndirilən şəxs görməmiş, həmin gün onların harada olmasını bilməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, Şəki rayonunun Baş Şabalıd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2000-ci ildən 2010-cü ilədək Baş Şabalıd bələdiyyəsinin sədri vəzifəsində, 2010-cü ildən etibarən isə Şəki rayonu Baş Göynük Bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə təxminən saat 16-17 radələrində işdən çıxıb öz evinə gəlmiş və evdə yemək yeyib biraz yatmışdır. Həmin gün təxminən 19 radələrində küçəyə çıxdıqda kənd camaatından öyrənmişdir ki, qonşusu Namik digər həmkədliləri Azər və İsrafili tüfənglə atəş açaraq öldürmüşdür. Lakin nə o, nə də ki ailə üzvləri atəş səsi eşitməmişdir. Təqsirləndirilən şəxs və öldürülən Azər və İsrafil onun qonşusu olmuşlar. Onları uzun müddətdir ki, kənd sakini kimi tanımışdır. Namik və Azərlə münasibəti kənd sakini kimi yaxşı olmuş, İsrafillə isə arada salamlaşsa da, aralarında mehribançılıq olmamışdır. Belə ki, İsrafil söyüş söyən adam olmuş, dəfələrlə kənddə ucadan nalayiq ifadələr işlətmiş, X63 da, ölüyə də, diriyə də söyən biri olmuş, müxalifətçi olduğundan dövlət əleyhinə də nalayiq formada çıxışlar etmiş, ona o da əvvəllər öz iradını bildirərək qadınların və uşaqların eşitməməsi üçün ucadan söyüşlər söyməməsini demiş, lakin o, heç nəyə məhəl qoymadan söyüşlərinə davam etdiyindən artıq o da onun bu hərəkətinə məhəl qoymurmuş. Namiklə İsrafilin bir-birinə bitişik həmsərhəd torpaq sahələri olduğundan onlar daha tez-tez rastlaşırdılar. Namik özü mənə İsrafillə aralarında olan narazılıq barəsində heç nə deməsə də kənd camaatından bilirmiş ki, Namik də İsrafilin hərəkətlərindən narazıdır. O, onların mübahisə etmələrinin şahidi olmasa da, kənd camaatında eşitmişdir ki, İsrafilin heyvanları Namikin torpaq sahəsinə keçdiyindən əvvəllər aralarında mübahisə olmuşdur, sonuncu dəfə aralarında nə vaxt mübahisənin olması barədə məlumatı olmamışdır. Namik mənə İsrafili öldürmək istəməsi barədə heç nə deməmişdir. Bu barədə heç bir məlumatı olmamışdır. Namikin həmçinin Azərlə də münasibəti yaxşı olmamış, sonuncu ilə üzbəüz qonşu olmalarına baxmayaraq təxminən 2-3 ildən çox müddətdir ki, danışmamışlar. Buna səbəb isə təxminən 2-3 il əvvəl günorta saatlarında Azərin iri qabaritli "S" adlandırdıqları texnikanı kəndə gətizdirərək Namikə xəbər vermədən öz evinin qarşısını düzləşdirməsi olmuş və Namikin hasarının fundamentini zədələmiş, buna görə də Namik Azərə öz iradını bildirdikdə aralarında mübahisə yaranmış, həmin vaxt o, onlardan kənarda olmuş, görmüşdür ki, səs-küy düşüb kimlərsə tutaşıb, sonradan öyrənmişdir ki, Azərlə Namik mübahisə etmiş və mübahisə əsnasında Azər Namikə şillə vurub nalayiq söyüşlər söymüş və bundan sonra ikisi də birbirinin sinəsindən tutmuş və orda olmuş kənd sakinləri onları aralamışlar. Orada həmin vaxt kimlərin olmasını tam xatırlamır. Bu hadisədən sonra isə onlar danışmamışlar. Həmin hadisədən sonra aralarında başqa hər hansı bir hadisənin baş verib-verməməsi barədə heç bir məlumatı yoxdur. İsrafil Məmmədov tez-tez həyətdə qoyunlarını otaranda qəfildən ucadan söyüşlər söyürdü, sonuncunun söyüşcül olduğunu kənd camaatı da bilir. Ona görə Namik İsrafili məhz sonuncunun söyüşlər söyməsi, Namikin arvad-uşağının bunu eşitməsi, İsrafilin də bu kimi hərəkətlərinə son qoymaması olmuşdur. X47 tez-tez öz qoyunlarını Təqsirləndirilən şəxs məxsus olan torpaq sahəsinə salırmış, bu da Namiklə İsrafilin münasibətlərinin pozulmasına gətirib çıxarmışdır. Azəri isə öldürməsinə səbəb güman edir ki, Azərlə aralarında 2-3 il əvvəl baş vermiş münaqişə olmuşdur. Onlar üzbəüz qonşu olduqlarından ola bilsin Namiklə Azər görüşürdülər və ola bilsin aralarında yenə nəsə baş vermişdir. Lakin bu barədə onun heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs ovçuluqla məşğul olmuşdur. Bildiyi qədərilə, tüfəngin sənədi də mövcuddur, Namikin müntəzəm olaraq ov etdiyini bilir, çox güman ki, həmin ov tüfəngi ilə də Azər Sədiyevi və İsrafil Məmmədsoyu öldürmüşdür. xx.xx.2024-cü il tarixdə İsrafil Məmmədsoyu, Azər Sədiyevi və Namik Memmedovu görməmişdir. Həmin gün onların harada olmasını bilməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, hadisə günü evdə olmamış, Şəki şəhərində olmuşdur. Ona kənddən zəng gəlmişdir ki, belə bir hadisə baş verimişdir. Azər onun qohumudur. Ona zəng gəldikdən sonra kəndə gəlmiş və görmüşdür ki, hamı yığılmışdır. Gördükləri bu qədərdir. Azərlə münasibəti yaxşı olmuşdur. Namiklə düşmənçiliyi olmamışdır. Azərin söyüş söydüyünü eşitməmişdir. Azərin Namiklə danışmadığını bilmişdir. O vaxtı yol üstündə Azərlə Namik mübahisə etmişlər. “S” məsələsində orada olmuşdur. Həmin vaxt o, onlardan 50 metr uzaqda olmuşdur. Namiklə Azərin əl-qolla dava etdiklərini görməmişdir. Heyvanın onların həyətə girən vaxt ona artıq heç nə deməmişdir. Prokurorluqda atası ilə bağlı mənfi heç nə deməmişdir. Onun atası ona söyüş söyməmişdir. İsrafil kişi həyətində inəyə, qoyuna və toyuq-cücəyə söymüşdür. Bir-iki dəfə İsrafilin söyüş söydüyünü eşitmişdir. Onunla yol düzəltdiyini xatırlayır. İsrafil ona söyməmişdir. İsrafil ona söysə idi dövlətə şikayət edərmiş. İsrafil Vüqara söyübsə, gəlsin Vüqar özü cavab versin. Vüqar onun qardaşıdır. İsrafil Vüqara söyübsə, Vüqar gedib cavabını versin. Namiklə yol düzəldən vaxt İsrafil kişi uzaqdan söyüş söyə-söyə gəlmişdir. O da həmin vaxt Namikə ola bilsin getməsini bildirmişdir. Çünki Namik söyüş götürən biri deyildir. Onlar isə söyüşə uyğunlaşmışdırlar. Prokurorluqda izahat vermiş, lakin heç nə yazmamışdır. Çünki o, yaza bilmir. Ancaq ifadəsı elan olunsa xatırlaya bilər. İsrafilə söyüş söydüyü üçün irad bildirməmişdir. İsrafil kişinin söyüş söydüyünü eşitmişdir. İsrafil öz həyətində qoyuna söyürmüşdür. İfadəsində “S” məsələsi ilə bağlı elə bir şey deməmişdir. İfadənin altındakı imza ona məxsus olmaqla ifadənin altındakı yazını o, yazmamışdır. Müstəntiqin ifadəyə nə yazdığını bilmir. O, yalnız verilən suallara cavab vermişdir. O, yolda texnika gətirilən vaxt orada olmuşdur. Azərlə Namik həmin vaxt bir-birinə yaxınlaşmışlar və nə isə danışmışlar. Nə danışdıqlarını eşitməmişdir. Çünki onlardan 50 metr uzaqda olmuşdur. X106 bir-birlərinə qışqırırmışlar. Namiklə Azər bir-birləri ilə əllə tutaşmışdırlar. Məhkəmə kollegiyasının iclasında ibtidai istintaq dövrü verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 15 ildir ki, danışmamış, belə ki, həmin vaxtlar Təqsirləndirilən şəxs onun təsərrüfat torpağının yolunu dəyişdirərək onun yolunu qayalıq yoluna salmış, həyat yoldaşı da təsərrüfata gedib-gələndə hər zaman çətinlik çəkmiş, o, dəfələrlə Təqsirləndirilən şəxs həmin yolu düzəltməsini xahiş etsə də, bir nəticə olmamış, o gündən bəri o, Namiklə danışmamış, küsülü olmuşlar, lakin aralarındakı münasibət ədavət və ya düşmənçilik səviyyəsində olmamışdır. Onun Namiklə aralarında heç vaxt söyüşlə və ya nalayiq tərzdə mübahisəsi olmamış, sadəcə olaraq, Namikin etdiyi hərəkətə görə, həmin vaxt öz etirazını bildirmiş, sonuncu da onun etirazına məhəl qoymamış, bununla da, aralarında münasibətlər kəsilmişdir. Təqsirləndirilən şəxsla onun münasibətləri qeyd etdiyi kimi yaxşı olmamış, küsülü olmuşlar, lakin buna baxmayaraq, o, Təqsirləndirilən şəxs onu öldürmək istəməsinə inanmamış, qeyd olunan fikirlə razılaşmamış, çünki o, Təqsirləndirilən şəxs və onun ailəsinə nalayiq bir söz işlətməmiş, hədə-qorxu gəlməmiş, amansız rəftar etməmiş, aralarında ədavət və ya düşmənçilik də olmamışdır. İsrafil Məmmədov tez-tez həyətdə qoyunlarını otaranda ucadan söyüşlər söymüş, sonuncunun söyüşcül olduğunu kənd camaatı da bilmiş, eşitdiyinə görə, İsrafil Məmmədsoy tez-tez öz qoyunlarını Təqsirləndirilən şəxs məxsus olan torpaq sahəsinə salmış, bu da Namiklə İsrafilin münasibətlərinin pozulmasına gətirib çıxarmış, Azəri öldürməsinə səbəb isə Azərlə aralarında təxminən 2-3 il əvvəl yaz aylarında baş vermiş münaqişə olmuş, belə ki, həmin yaz aylarında kəndə sel gəlmiş, yolları su dağıtmış, X107 Məmmədovla ortaq olan yolunu “S” gətirib siyirtmiş, bu zəmində Təqsirləndirilən şəxsla Azər Sədiyev arasında mübahisə düşmüş, o, həmin mübahisənin real şahidi olmamış, lakin mübahisədən sonra həmin gün Azər Sədiyevlə axşamtərəfi kənddə yolda görüşmüşlər, sonuncu ilə münasibətləri hər zaman normal olmuş, mərhum Azər ona yolda “görürsənmi, öz pulumla Namikin yolunu düzəltdirirəm, buna baxmayaraq mənimlə mübahisə edir hələ” sözlərini demiş, o, həmin vaxt X95 Məmmədov arasında həqiqətən də mübahisə olduğunu başa düşmüşdür. Həmin mübahisədən sonra X95 Məmmədov arasında münasibətlər pisləşmişdir. Təqsirləndirilən şəxs ovçuluqla məşğul olmuş, Namikin müntəzəm olaraq ov etdiyini bilmiş, çox güman ki, həmin ov tüfəngi ilə də Azər Sədiyevi və İsrafil Məmmədsoyu öldürmüşdür. xx.xx.2024-cü il tarixdə təzyiqi qalxdığı üçün evdə olmuş, heç yerə gədə bilməmiş, kənddə qışqırıq səslərinə çıxanda belə bir qətl hadisəsi baş verdiyini öyrənmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, o, bütün kəndi tanıyır. Azər və İsrafillə sinif yoldaşı olmuşdur. Uşaqlıqdan onları tanıyır. O, hər iki tərəfi uşaqlıqdan tanıyır. Kənddə ən rahat yaşayan ailə Namikgil olmuşdur. İsrafil və Azər çətinliklə böyüyüblər. Son illərdə Namik və mərhumlar arasında nə baş verdiyini deyə bilmir. Bu barədə məlumatı olmayıb. Hadisədən sonra məlumatı olmuşdur. Bildiyi qədəri ilə Azər yol düzətdirmək üçün kəndə texnika gətirmişdir. Bundan sonra Namiklə Azərin münasibətləri pozulmuşdur. Kənddə olan zaman eşitmişdir ki, kənddə adam vurublar. Sonra gedib görmüşdür ki, bacısı qışqırır ki, Azəri vurublar. Sonra bacısı demişdir ki, Namik Azəri tüfənglə vurub. İsrafil kəndin həkimi olmuşdur. Müəyyən qədər söyüş söyən biri olsa da, kənd üçün yararlı insan olmuşdur. İsrafil biraz tez özündən çıxırdı. O, “S” məsələsini keçən il eşitmişdir. Namiki və Azəri yaxından tanımışdır. Namik ona demişdir ki, Azərdən cüzi olaraq küsmüşdür. Ancaq niyə küsdüklərini bilməmişdir. Namiklə Azərin niyə küsdüyünü kimdənsə öyrənməmişdır. “S” məsələsində söyüş və dava olmamışdır. “S” məsələsini kənd insanlarından eşitmişdir. Azər söyüş söyən biri olmamışdır. Azər daima əxlaqlı biri olmuşdur. Prokurorluqda demişdir ki, o, bu əlifba ilə yaza bilmir. Onlar ora nə yazıblar bilmir. İfadəsindən narazıdır. Prokurorluqda demişdir ki, İsrafil söyüş söyən biri olub, lakin həkim kimi çox yaxşı olmuşdur. İsrafillə heç vaxt mübahisə olmamışdır. Prokurorluqda İsrafil bərədə mənfi heç nə deməmişdir. Sadəcə demişdir ki, müəyyən qədər söyüş söyən biri olub. İsrafil müəyyən qədər söyüş söyən biri olmuşdur. İsrafil qoyunlara söymüşdür. İsrafil camaata söyməmişdir. İsrafil qoyun yiyəsinə söymüşdür, lakin adamlara söyməmişdir. Yeznəsi ilə aralarında olan problemi ikisi bilərmiş. Bunun heç kimə aidiyyəti yoxdur. İsrafil onun uşaqlarına söyməyib. İsrafil qoyunlara söymüşdür. İsrafil qoyunları bilərəkdən onun çayxanasına salmamışdır. Bacısı ibtidai istintaq zamanı verdiyi ifadə ilə bağlı ona zəng edib irad bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumamış, lakin imza etmişdir. Çingiz ona heç nə deməmişdir. “S” məsələsini hadisədən sonra dəqiq bilmişdir. Kənd camaatı həmin hadisə ilə bağlı ona məlumat vermişdir. Azərin kənddə dava etdiyini görməmişdir. Namik özü demişdir ki, Azərlə onun cüzi küsülülüyü var. Azərə Namiklə niyə münasibətinin pozulduğu barədə suallar verməmişdir. Çünki vaxtı olmamışdır. Evdə oturan vaxt tüfəng səsini eşitmişdir. hadisəni kənd camaatından öyrənmişdir. Namik, Azər və İsrafilin evi ilə onun evinin arasında 500-600 metr məsafə olmuşdur. İsrafil müəyyən qədər söyüş söyən biri olmuşdur. İsrafil kafenin aşağısında qoyuna söyüş söymüşdür. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X50 ifadəsində göstərmişdir ki, o, Namik, İsrafil və Azərlə qonşudur. Yolun bir tərəfində onun evidir, digər tərəfində isə onların evidir. Günortadan sonra təxminən saat 16 radələrində tüfəng səsi eşitmişdir. Həmin vaxt Azərin yoldaşı Məhfuzə qışqırmağa başlamışdır. O da dərhal yola çıxmışdır. Namikin evinə 20-30 metr qalmış, görmüşdür ki, bir maşın tez-tələsik sürüb getmişdir. Məhfuzədən nə baş verdiyini soruşmuşdur. Məhfuzə demişdir ki, Namik Azəri tüfənglə öldürdü. Gedib görmüşdür ki, Azər yerdə ölü vəziyyətdədir. Bundan sonra evinə getmişdir. Digər hadisəni camaat yığılandan sonra bilmişdir. Azərgillə yaxın qonşudur. Azərin söyüş söydüyünü eşitməmişdir. Ekskavator məsələsi zamanı orada olmuşdur. Ondan başqa orada İsrafil, Novruz, Vüqar və Azər olmuşdur. Ekskavator Namikin evinin qarşısından keçən yolu düzəltdirmişdir. Dava elə bu vaxt başlamışdır. Texnika Namikin evinə zərər verməmişdir. Texnika gələn vaxt Namiklə Azər sözlü mübahisə etmiş, sonra çıxıb getmişdirlər. Namiklə Azərin bir-birinə söydüklərini eşitməmişdir. Texnika gələn vaxt İsrafildə orada olmuşdur. İsrafil həmin vaxt söyüş söyməmişdir. İsrafilin müxalifətçi olması ilə bağlı istintaqda ifadə verməmişdir. O, nə demişdirsə müstəntiq onu yazmışdır. Ancaq kağıza dəqiq nə yazdığını bilmir. Müstəntiq ondan soruşmuşdur ki, deyirlər Azər Namikə söyüb, o, belə bir eşitmişdir? O da cavab vermişdir ki, belə bir şey eşitmişdir. Ancaq müstəntiq onun dediyinin tam əksini yazmışdır. Ona görə də, həmin ifadəni etibarsız hesab edir. Zərərçəkmiş şəxsin hüquqi vasi Coşğun Məmmədovun atası barədə mənfi heç nə deməmişdir. Atəş səsi gələn vaxt İftixar evdə olmuşdur. Qonşularla münasibəti normal olmuşdur. Mərhumların Namiklə olan münaqişələri barədə heç nə eşitməmişdir. Kömür məsələsində İsrafili balta ilə qovmamışdır. İsrafil kömür məsələsi ilə bağlı oğluna nə isə deymişdir. İbtidai istintaq zamanı ifadəsinin altına imza atmışdır. İfadənin altındakı imza ona məxsusdur. İfadəni oxumamış, nə də ki, ifadə ona ucadan oxunmamışdır. Azərin Namikə söydüyünü ibtidai istintaq zamanı deməmişdir. Ona məlumat çatmışdır ki, o, ibtidai istintaq zamanı mərhumlar barədə mənfi bir şeylər demişdir. O da demişdir ki, belə bir hal baş verməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Coşğun Məmmədov ona zəng etmiş və demişdir ki, ibtidai istintaq zamanı mərhumlar barədə mənfi ifadə vermişdir. O da demişdir ki, belə bir hal baş verməmişdir. Ekskavator məsələsində orada olmuşdur. Həmin vaxt Namiklə Azər orada sözlü mübahisə etmişdilər. Namiklə Azər bir-birinə söyməmişlər. Sadəcə bir-birlərinə acıqlanmışlar. Həmin vaxt Namik gəlib Azərə demişdir ki, niyə onun yolunu düzəltdirir. Onlar həmin vaxt çayın digər hissəsində olmuşlar. Sonra görmüşdür ki, Namik və Azər bir-birləri ilə əllə-ayaqla danışırlar. O, dəqiq heç nə eşitməmişdir. Ehtimal edir ki, mübahisənin səbəbi Azərin Namikgildən keçən yolu düzəltdirməsi olmuşdur. İsrafillə qonşu olmuşdur. Aralarında 120 metr məsafə olmuşdur. İsrafil çox gözəl həkim olmuşdur. İsrafil toyuğa-cücəyə və mal-qaraya söyən adam olmuşdur. Ancaq qonşulara və kiməsə söydüyünü eşitməmişdir. Kənddə kömür işinə baxırmışlar. Ancaq hazırda həmin işə baxmır. Çünki tüstü çıxdığı üçün İsrafil qonşu olaraq narahat olurdu. İsrafil oğluna kömürün tüstüsündən narahat olduğunu bildirmişdir. Onlarda bundan sonra kömür işinə baxmamışlar. İsrafil kənddə kifayət qədər söz sahibi olmuşdur. İsrafillə aralarında bir qonşu daha olmuşdur. Həmin qonşu kömürün tüstüsündən şikayətçi olmamış, lakin İsrafil şikayət etmişdir. Elə eşitmişdir ki, İsrafil qoyunları icazə almadan Namikin torpaq sahəsinə aparmışdır. İsrafilin qoyunları olmuşdur. İsrafilin qoyuları kiminsə torpaq sahəsinə icazəsiz apardığını görməmişdir. İsrafil qoyun otaran yerdə görmüşdür. Azər öz evinin qabağındakı yolu düzəltdirmək üçün kəndə texnika gətirmişdir. Həmin texnika Namikin evinin hasarına zədə vermişdir. Buna görə də, onların münasibəti həmin vaxtdan sonra yaxşı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadə düzdür. İbtidai istintaq zamanı verdiyim ifadə doğrudur. Sadəcə orada barının fundamenti söhbəti yanlışdır. İbtidai istintaq zamanı verdiyi ifadə ilə bağlı Coşğun müəllim ona zəng etmişdir. Coşğun müəllim ona zəng edib demişdir ki, ibtidai istintaq zamanı düzgün ifadə verməmişdir. Elan edilən ifadə dedikləri ilə düz gəlir, lakin o, İsrafilin dövlətə qarşı söydüyünü və Azərin Namikin barısının fundamentinə zərər gətirdiyini deməmişdir. İbtidai istintaq zamanı Azərin Namikə söydünü deməmişdir. İsrafil Məmmədovla qonşu olmuş və aralarında 120 metr məsafə olmuşdur. İsrafillə aralarında bir qonşu olmuşdur. Ola bilsin ki, külək həmişə tüstünü İsrafilgil tərəfə aparmış. Ona görə İsrafil tüstüdən şikayətçi olmuşdur. Məhkəmə kollegiyasının iclasında ibtidai istintaq dövrü verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid19 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində onlara Təqsirləndirilən şəxs adlı şəxsin güllə yarası almasına dair məlumat daxil olmuş, onlar dərhal həmin şəxsə ilkin tibbi yardım göstərməkdən ötrü Şəki rayonunun Baş Şabalıd kəndinə yola düşmüşlər, yolda olan zaman onlara xəstəxanadan zəng vurub həmin xəstənin yaralı halda maşınla gətirildiyini demişlər, onlar Şəki rayonunun Qoxmuq kəndində yanacaq doldurma məntəqəsi tərəfdən keçən zaman “Santa Fe” markalı maşın işıq yandırıb onlara işarə etmiş, Təcili Yardım maşınını saxladıqdan sonra Təqsirləndirilən şəxs X100 maşınına yerləşdirmişlər, bu zaman sonuncunun qardaşı Aydın da Namikin yanında əyləşmiş, adını bilmədiyi “Santa Fe” markalı maşını sürən şəxs isə çıxıb getmiş, xəstənin səhhəti yaxşı olmadığından o da həmin vaxt arxa tərəfdə Təqsirləndirilən şəxs yanında əyləşmiş, Namik həmin gün tam nəfəs ala bilməmiş, döş qəfəsində güllə yarasına xarakterik yara olmuş, o, maşında Namikin yanında oturmuş, həmin vaxt Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda sonuncu ona “iki nəfəri tüfənglə atəş açıb öldürmüşəm, sonra da özümə atəş açmışam” sözlərini demiş, lakin kimləri öldürdüyünü deməmiş, Namikin səhhəti ağır olduğundan sonuncuya hansı səbəbdən adam öldürməsi barədə maşında əlavə sual verməmiş, bundan sonra, göstərişi ilə Təqsirləndirilən şəxs maşındaca feldşer Arzuman tərəfindən 2 ml miqdarında “Travmadol” adlı ağrıkəsici dərman vasitəsi əzələdaxili inyeksiya edilmişdir. Onlar gətirib Namiki Şəki RMX PHŞ-nin Acil şöbəsinə təhvil vermişlər, o, Acil şöbəsində olarkən də Təqsirləndirilən şəxs 2 nəfəri öldürməsinin səbəbini soruşanda xırıltılı formada “biri mənim torpaq sahəmə qoyunlarını salırdı, artıq bezdirmişdi, o biri də arvad-uşağımın yanında lüt formada soyunub gəzirdi, söyüşlər söyürdülər, dedim eləmə, amma bunlara xeyiri olmadı, mən də hər ikisini atəş açıb öldürdüm” sözlərini demişdir. Bundan sonra, onunla Təqsirləndirilən şəxs arasında heç bir danışıq olmamışdır. Onlar xəstəni Acilə təhvil verib öz şöbələrinə getmiş, onlar xəstəxanaya çatanda artıq orada Şəki ŞRPŞ-nin çoxlu polis əməkdaşları olmuşdur. Şahid19 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin gün X100 maşınında o, feldşer Arzuman və Təqsirləndirilən şəxs qardaşı Aydın adlı şəxs olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid18 da Şahid19 verdiyi ifadəyə oxşarməzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, onların evi ilə İsrafil Məmmədsoyun evinin arasında təxminən 200 metr məsafə olmuş, həyətləri arasında çay axmış, atası Təqsirləndirilən şəxs qətlə yetirdiyi İsrafil çox pis söyüş söyən adam olmuş, sonuncu onların uşaqlığını məhv etmişdir. Belə ki, o və bacıları uşaq vaxtından yaşadığı Şəki rayonunun Baş Şabalıd kəndində evlərində otura bilməmişlər. Mərhum İsrafil səhər tezdən olan kimi gəlib onların evlərinin qarşısında çox pis nalayiq söyüşləri ucadan söymüş, hər səhər İsrafil söyüş söyməyə başlayanda atası Namik evdə bərk əsəbiləşmiş, çünki İsrafilin həmin pis söyüşlərini evində o, bacıları və anası Nazlıxanım da eşitmiş, bu da Namikə çox pis təsir etmişdir. X63 da, ölüyə də, diriyə də söymüşdür. Müxalifətçi olduğundan dövlət əleyhinə də hədsiz iyrənc nalayiq formada çıxışlar etmiş, İsrafilin dövlət əleyhinə söydüyü söyüşləri bütün kənd camaatı yaxşı bilmiş, İsrafili tanımayan adam kənddə olmamışdır. Atası Təqsirləndirilən şəxs dəfələrlə İsrafil Məmmədsoya söyüş söyməməsini xahiş etmiş, lakin İsrafil Məmmədsoy atasının sözlərinə məhəl qoymayaraq yenidən söyüşlərinə davam etmiş, Baş Şabalıd kəndində məktəb oxuyan illərdə atası evləri ilə üzbəüzdə dəmir məhəccər formasında sədd qoymuş, çünki İsrafil Məmmədsoyun gəlib evin qarşısında söyüşlər söydüyünü eşitmələrini istəməmiş, atası çıxıb İsrafilə söyüş söyməməsini xahiş etmiş, evdə qızlarının və arvadının olduğunu və söyüşləri eşitdiklərini demiş, lakin İsrafil hər dəfə atasına ucadan “əcəb edirəm söyürəm, sən kişisən ki?” sözlərini demiş, onlar da evdə İsrafilin həmin sözlərini eşitmişlər. Namikin artıq bir ata olaraq şərəf və ləyaqəti sınmış, bəzən özünü ələ ala bilməmiş, çox əsəbləşmişdir. İsrafilin bütün iyrənc söyüşlərini onlar uşaqlığı boyu eşitmişlər, onun və digər bacılarının, eləcə də anasının İsrafilin söyüşlərini eşitməməsindən ötrü atası İsrafilə qarşı çox cəhdlər etmiş, amma tamamilə xeyri olmamış, əksinə İsrafil qeyd etdiyi kimi, “əcəb edirəm söyürəm, sən kişi deyilsən” sözlərini atası Təqsirləndirilən şəxs demiş, ona görə də, Namiklə İsrafil uzun illər danışmamış, düşmən kimi olmuşlar. Bundan əlavə, İsrafil öz qoyunlarını hər zaman onların torpaq sahələrinə icazəsiz salmış, dəfələrlə özü gələrək İsrafil və sonuncunun arvadı Sevdanın onların pay torpaq sahələrində xəbərsiz və icazəsiz öz qoyunlarını, camışlarını salıb otlatdıqlarının şahidi olmuş, atası İsrafilə qoyunlarını çıxarmasını tələb edəndə isə sonuncu ucadan “sən şərəfsiz və namussuzsan, səni öldürüb quyuya atmaq lazımdı” kimi və bundan da iyrənc söyüşlər söymüşdür. Bu söyüşləri o, atası ilə İsrafil sözlü mübahisə edəndə əvvəllər dəfələrlə şahidi olmuş, atası artıq İsrafilin əlindən bezmiş halda olmuş, İsrafilin söyüşlərindən elə kənd camaatı onsuz da bezmişdir. İsrafilin söyüşlərinin əlindən onlar evə qonaq gələndə qonağı hara edəcəklərini bilməmişlər, çünki İsrafilin söyüşlərini qonaqların da eşitməsini istəməmişlər. X76 öldürmə səbəbi kimi ən əsası məhz İsrafilin söyüşləri olmuş, çünki İsrafilin söyüşlərini evdə hamı eşitmiş, bu atasını hədsiz əsəbləşdirmiş, dözülməz dərəcədə özündən çıxarmış, qısqanc xarakterli bir insan kimi atası artıq İsrafilin əlindən onları da götürüb kəndi tərk etmək fikrinə də düşmüş, çünki İsrafil kimi söyüşcül və əxlaqsız sözlər işlədən biri ilə qonşu olmaq, İsrafilin sözlərini götürmək çox acınacaqlı olmuş, atası illərlə İsrafilin bu söyüşlərinə dözüb oturmuş, artıq təxminən 15 il ərzində atası Namiklə İsrafilin münasibətləri kəskinləşmiş, aralarında ədavət olmuşdur. Onlar İsrafilin arvadı Sevdaya və övladlarına da İsrafilin söyüşlərini söyməməsi üçün narazılıqlarını dəfələrlə bildirsələr də, sonuncu heç kəsin sözünə məhəl qoymamış, eşitdiyinə görə, İsrafil öz evində də söyüşlər söymüş, övladlarından hansısa İsrafili bir dəfə evdən də qovmuşdur. Namikin həmçinin Azərlə də münasibəti heç yaxşı olmamış, sonuncu ilə üzbəüz qonşu olmalarına baxmayaraq təxminən 3 ildən çox müddət ərzində danışmamışılar, buna səbəb isə təxminən 3 il əvvəl günorta saatlarında Azərin iri qabaritli “S” adlanan texnikanı kəndə gətizdirərək atasına xəbər vermədən öz evinin qarşısını düzdəşdirməsi və atası Namikin hasarının fundamenti zədələnməsi olmuş, həmin vaxt Namik Azərə öz iradını bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə əsnasında atası Namikin deməsinə görə, Azər Sədiyev onu nalayiq tərzdə söyüşlər söymüş, lakin o, Bakı şəhərində öz ailə ilə yaşadığından həmin mübahisənin real olaraq şahidi olmamışdır. Bu hadisədən sonra isə Azərlə atası Namik danışmamışlar, bir-birlərini görən gözü olmamış, küsülü olmuşlar. Həmin mübahisədən sonra atası dəfələrlə Azərin ona qarşı haqsız və əxlaqsız hərəkətlərindən ona danışmış, baş vermiş hadisədən təxminən 1 həftə əvvəl o, atasıgilə gedəndə “Azər kənddə maşınla keçəndə qarşımı kəsir, sizin və ananızın ünvanına əxlaqsız sözlər deyir, sizi əxlaqsız adlandırır, mən Azərin bu hərəkətlərinə dözə bilmirəm, bu işlərin axırı bilmirəm necə olacaq” sözlərini demiş, həmçinin bəzən Azərin ona qarşı hər hansı qeyri etik hərəkətlərə yol verib-verməməsini də soruşmüş, o da belə hallar olmadığından Azərin ona hər hansı qeyri etik hərəkətlərə yol vermədiyini bildirmişdir. Beləliklə, Azər Sədiyevin bu kimi eyniməzmunlu söyüşləri barədə təxminən hadisə baş verməmişdən 2 həftə əvvəl də atası ona mütəmadi olaraq danışaraq Azərin əlindən cana gəldiyini, artıq vəziyyətin dözülməz olduğunu bildirmişdir. Bu da atası Təqsirləndirilən şəxsla Azər Sədiyev arasında münasibətlərin son günlər getdikcə pisləşməsini, artıq ədavətə çevrildiyini göstərmiş, Azərin onların, yəni atasının qız övladlarının və anası Nazlıxanımın ünvanına çoxsaylı nalayiq ifadələr işlətməsi və atasını kənddə görəndə sataşmağı atasını bezdirmiş, özündən çıxarmış, atası Təqsirləndirilən şəxs Azərə nalayiq ifadələr işlətməməsini hər dəfə xatırlatsa da, sonuncu yenə də söyüşlərini demiş, artıq Azərin bu kimi alçaldıcı sözlərinin qarşısında atası hər dəfə sınmışdır. Hadisə baş verməmişdən təxminən 2 həftə əvvəl atası ona söhbət edəndə Azər Sədiyevin kənddə təklikdə “öl elə o Nivada da qalacaqsan, məhəllənin böyüyü mənəm, pulun yoxdusa adam deyilsən, sən də özünə kişi deyirsən?, sən şərəfsiz, namussuz birisən” alçaldıcı sözlərini deyərək sataşmasını və təhqir etməsini ona danışmış, atasının deməsinə görə, maşınla keçəndə Azər Sədiyev hər dəfə atasına bu kimi nalayiq ifadələr deyərək atasının şərəf və ləyaqətini alçaltmış, onların və anasının əxlaqı barəsində hədsiz iyrənc sözlər danışmışdır. Namik bir ata olaraq artıq Azərin bu hərəkətlərinə dözə bilməmişdir. Atası bunları onlara danışmaqla Azərin onlara da sataşıb-sataşmamasını öyrənmək, həmçinin onların Azərlə məsafə saxlamağını öyrənmək istəmiş, lakin atası onlara heç vaxt Azər Sədiyevi öldürmək kimi fikrinin olduğunu söyləməmiş, onlar da atasının Azəri və İsrafili öldürəcəyini düşünməmişlər. Atasının Azərlə və İsrafillə münasibətlərinin son zamanlar daha da pisləşməsini Bakı şəhərində yaşamaqlarına baxmayaraq bacıları da bilmiş, belə ki, telefonla bacıları ilə danışan zaman demiş, hadisə baş verməmişdən təxminən 1 ay bundan əvvəl, İsrafilin arvadı Sevda xanım ağlaya-ağlaya Namikə “mən İsrafillə bacara bilmirəm, onun öhdəsindən necə gəlmək olar, o, həmişə hamını söyür” sözlərini demişdir. Bu məsələni ona hadisə baş verməmişdən əvvəl atası özü danışmışdır. Təqsirləndirilən şəxs ovçuluqla məşğul olmuş, tüfənginin sənədləri də mövcud olmuşdur. Atası Təqsirləndirilən şəxs məxsus olan 3 pay torpaq sahəsi olmuş, biri X76 öldürdüyü yer, digər həmin dərə adlanan ərazidən də yuxarıda yerləşmiş, o da sahəcə daha böyük torpaqdır, təxminən 68 sot torpaq sahəsi olmuş, digəri isə öz yaşadığı evlərinin həyətyanı sahəsi və ona bitişik olan atası Təqsirləndirilən şəxsla İsrafil Məmmədsoy arasında xx.xx.2024-cü il tarixdə baş vermiş ilkin mübahisənin olduğu yer olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 və məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid26 da Şahid25 verdiyi ifadəyə oxşar məzmunlu ifadələr verərək onun dediklərini təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, X22 saxlanılan Təqsirləndirilən şəxs Şəki rayonunun Baş Şabalıd kəndinin sakini olmuş, sonuncu Baş Şabalıd kəndində hadisə törədildiyi gün öz arvadı Şahid1 ilə birlikdə yaşamış, Təqsirləndirilən şəxs 3 qız övladı olmuş, hər üçü ailə qurub öz ailəsi ilə birlikdə ayrıca yaşamışlar, Təqsirləndirilən şəxs yaşadığı evlə X80 və X9 evləri qonşuluqda yerləşmişdir. Təqsirləndirilən şəxs təxminən 3-4 il bundan əvvələ kimi həm mərhum X80, təxminən 15-20 il bundan əvvələ kimi həm də X20 ilə münasibətləri normal olmuş, kənd sakinlərindən eşitdiyinə görə, təxminən 15-20 il bundan əvvəl X54 Məmmədov arasında kənddə şabalıd ağacının üstündə dava-dalaş olmuş, Təqsirləndirilən şəxs həmin ağacın onun torpaq sahəsinə aid olmasını iddia etdiyindən sonuncu ilə İsrafil arasında sözlü mübahisə olmuş, bundan sonra, sonuncular arasında münasibətlər pisləşmişdir. İsrafil Məmmədsoy evdə, həyətdə, bacada ucadan söyüşlər söyən biri olmuş, bu faktı onsuzda bütün kəndin camaatı bilmiş, həmçinin AXCP partiyasının üzvü olmuş, yəni müxalifətçi olmuş, dövlətin və rəhbərliyinin əleyhinə hədsiz nalayiq ifadələr işlətməsini bütün kənd camaatı bilmiş və eşitmişdir. İsrafil Namikin evi tərəfdə tez-tez ucadan söyüşlər söydüyündən və həmin söyüşləri də Namikin qızları və arvadı evdə eşitdiyindən kənd sakinlərindən daxil olan şifahi məlumatlara görə, Namik dəfələrlə İsrafilə söyüşlər söyməməsini bildirmiş, söyüş üstündə Namiklə İsrafil arasında münasibətlərin kəskinləşməsini bütün kənd camaatı bilmiş, bundan əlavə, kənd camaatından eşitdiyinə görə, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda İsrafil Məmmədsoyun onun mülkiyyətində olan torpaq sahələrində öz mal-qarasını icazəsiz otardığından İsrafilə irad bildirmiş, həmin məsələ ilə əlaqədar İsrafillə Namik arasında mübahisələr olmuşdur. O, İsrafillə Namikin arasında olan mübahisələrin real olaraq şahidi olmadığından kimin haqlı kimin haqsız olduğunu bilməmiş, X95 Məmmədov arasında olan münasibətlər barədə isə kənd camaatından eşitdiyinə görə, son günlər, daha çox hadisənin törədildiyi gündən 1 həftə əvvəl Azər Sədiyev kənddə Təqsirləndirilən şəxs arvadı Nazlıxanım və qız övladları barədə nalayiq ifadələr işlətmiş, arvadını və qız övladları barədə eşitdiyinə görə, əxlaqsız sözlər demişdir. Lakin o, həmin məsələdə kimin haqlı və ya haqsız olduğunu bilməmiş, təxminən 3 il bundan əvvəl yaz aylarında kəndə sel gəlmiş, həmin vaxt Azər Sədiyev iri qabaritli texnika (buldozer) gətirdib Namikin evi ilə öz evi arasında olan yolu siyirtdirmiş, həmin vaxt həmin iri qabaritli texnikanı idarə edən şəxs Şəkidə Yol İdarəsində işləyən sürücü Şahid22 olmuş, sonuncu texnikanı idarə edərək yolu siyirəndə Namikin hasarı tərəfi də bir qədər siyirdiyindən Namikin hasarının da dibi bir qədər oyulmuş, bununla da həmin gün Namiklə Azər arasında mübahisə yaranmış, kənd camaatından eşitdiyinə görə, həmin mübahisədə də X95 Məmmədov birbirlərinə nalayiq ifadələr işlətmişlər. Həmin mübahisədən sonra X95 Məmmədov arasında münasibətlər kəskinləşmiş, bir-birlərini danışdırmamışlar, ümumiyyətlə uzun müddət ərzində Azərlə Namik küsülü olmuşlar, danışmamışlar, kənd camaatından eşitdiyinə görə, Azərlə Namik qonşu olduqlarından tez-tez həyətdə bacada qarşılaşmışlar, üz-üzə gələndə mütəmadi olaraq X101 söz atıb onun şərəf və ləyaqətini alçaltmış, bu da Namikin artıq Azərə nifrət etməsinə, onunla ədavət və düşmənçiliyinə gətirib çıxarmış, lakin qeyd etdiyi kimi o, kimin haqlı haqsız olduğunu bilməmiş, o, sadəcə olaraq icra nümayındəsi vəzifəsini icra edən şəxs kimi kənd camaatından eşitdiklərini demiş, Azərlə Namikin bir-birini danışdırmamasını da Baş Şabalıd kənd camaatı yaxşı bilmiş, o, icra nümayəndəsi vəzifəsini icra edən vəzifəli şəxs olaraq Təqsirləndirilən şəxs həmkəndliləri və qohumları Azər Sədiyevi və İsrafil Məmmədsoyu öldürməsinin səbəbləri kimi məhz yuxarıda qeyd etdiyi aralarında olan nalayiq ifadələr səbəbindən olan mübahisələr olduğunu düşünmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs xaraktercə qısqanc biri olmuş, İsrafil Məmmədsoyun qoyunları onun torpağına keçəndə hər dəfə sonuncuya qoyunlarını onun evi tərəfdə otlatmasına dair irad bildirmiş, lakin İsrafil onun sözlərinə məhəl qoymamış, Namik də çox qısqanc biri olduğundan onun arvadını və qızlarını İsrafil Məmmədsoyun görməsini istəməmiş, bu zəmində aralarında çoxlu mübahisələr olmuş, İsrafil də onun bu kimi iradlarına söyüşlərlə cavab vermişdir. Təqsirləndirilən şəxs barəsində kənddə mənfi bir nəsə danışıldığını eşitməmişdir. Hamı kənddə Azərin keçəndə Namikə söz atıb satışmasından danışmış, kənd camaatından eşitdiyinə görə, hadisədən əvvəl Azər Namikə maşınla keçəndə üzünə “öl elə o Nivada qalıb şərəfsiz kimi yaşayacaqsan, sənin qızların da, arvadın da əxlaqsızdır” sözlərini demişdir. Həmçinin qeyd etdiyi kimi, kənd camaatından eşitdiyinə görə, son günlər, yəni hadisədən təxminən 1 həftə əvvəl Azər Sədiyev mütəmadi olaraq Baş Şabalıd kəndində ayrı-ayrı kənd sakinlərinə Təqsirləndirilən şəxs qızlarını və arvadını əxlaqsız adlandırmış və sonuncuların barəsində nalayiq sözlər demiş, ola bilsin ki, artıq Təqsirləndirilən şəxs Azər Sədiyevlə münasibətləri buna görə də, kəskinləşmişdir. O, konkret olaraq X35rına və arvadına hansı söyüşləri söyməsini eşitməmiş, kənd camaatı danışanda ümumi danışmış, ona görə də dəqiq deyə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla bir qohum olaraq hər zaman çox yaxın münasibəti olmuş, nə sirri olsa, Namik dayı ona demiş, o da öz sirrini Namikə hər zaman danışmış, tez-tez kənddə görüşmüş, çay içmişlər, kənd camaatı da Namik dayı ilə onun çox yaxın olduqlarını bilmişlər. Hadisə baş verməmişdən təxminən 2-3 həftə əvvəldən başlayaraq Namiklə onun torpaq sahəsində söhbət etmişlər, həmin söhbətlər zamanı mütəmadi olaraq Azərin onun ünvanına “Qonşumuz Azər mənə hər yerdə sonsuzsan deyir, mənim ünvanıma sənin oğlun olmayıb, qızların var ancaq, sən kişi sayılmırsan” sözlərini dediyini danışmışdır. Azərin bu kimi nalayiq ifadələri bibisioğlu Təqsirləndirilən şəxs həddən artıq özündən çıxarmış, bu söhbəti ona şəxsən özü təklikdə danışanda həddən artıq əsəb keçirdiyini, həyəcanlandığını, çarəsiz qaldığını görmüşdür. Namik xaraktercə qısqanc, dürüst, mərd bir insan olmuş, hər adama da dərdini açıb deməmiş, X97 ailəsinin ünvanına hər yerdə nalayiq ifadələr deməsini ona açıb danışmış, o da bir yaxını kimi onu sakitləşdirməyə çalışmışdır. X73 Təqsirləndirilən şəxs təxminən 2-3 il bundan əvvəl bərk mübahisə etmişlər. Belə ki, yaz aylarında kəndə sel gəldiyindən Azər Sədiyev buldozer (“S”) adlanan iriqabaritli texnika) gətirdərək yolu siyirdəndə Təqsirləndirilən şəxs evinin hasarına da bir az ziyan yetirmiş, həmin vaxt Namiklə Azər arasında sözlə mübahisə düşmüş, həmin vaxt o, kənddə olmamış, lakin kəndə gələndə kənd camaatı X95 Məmmədov arasında söyüşlü mübahisə düşdüyünü danışmış, həmin mübahisədən təxminən bir neçə gün sonra və bundan sonra dəfələrlə Namik dayı ona “mən Azərə “S” gətirdəndə dedim ki, buranı siyirtmə, get öz evin tərəfi siyirt də, Azər də gəlib mənim üzümə şillə vurdu, arvadıma və qızlarıma qəhbə dedi” sözlərini demişdir. Namik bu söhbəti ona bir dəfə deyil, hadisə baş verməmişdən təxminən 1 həftə əvvəl də oturub təklikdə söhbət edəndə danışmışdır. Namik dayı Azər Sədiyevin onun arvadının və qızlarının ünvanına nalayiq ifadələr işlətməsini qəbullana bilməmiş, həmin mübahisənin üstündən təxminən 3 il keçsə də, Namik Azərin etdiyini unutmamış, bundan əlavə, Azər həmin mübahisədən sonra, daha da irəli gedərək hər yerdə Namikin qızlarının və arvadının ünvanına çox pis söyüşlər demişdir. Hadisə baş verməmişdən təxminən 4-5 gün əvvəl Namikin yaşadığı evin həyətində oturmuşlar, söhbət zamanı Namik dayı ona “Azər məni bezdirib artıq, eşitmişəm ki, hər yerdə deyir ki, mənim qızlarım Bakıda qəhbəliklə məşğuldur, mən Azərlə nə edim bilmirəm, Azər kəndin hər yerində mənim əxlaqıma, namusuma söyür” sözlərini demişdir. O, həmin vaxt Namikdən bir qədər sakitləşməsini xahiş edərək hər dəfə belə mövzularda danışanda mövzunu dəyişmiş, ümumiyyətlə, Namik ona Azər Sədiyevin və İsrafil Məmmədsoyun əlindən son günlər dəhşətli dərəcədə bezdiyini dəfələrlə demişdir. Hər dəfəsində daha çox əsəbləşməməsi üçün mövzunu dəyişmiş, Azərin və İsrafilin əlindən bezərək hər dəfə onunla dərdləşsə də, Namikin Azəri və İsrafili öldürəcəyi ağlına gəlməmişdir. Namik dayı ona heç vaxt Azəri və İsrafili öldürəcəyini deməmişdir. X3 ünvansız söyüşcül biri kimi tanınmış, habelə AXCP partiyasının da üzvü olmuş, hər zaman dövlətin fəaliyyətini və rəhbərliyini də açıq formada təhqir etmiş, İsrafil ölüyə də, diriyə də söyüş söyən biri olmuşdur. Namikin İsrafillə münasibətləri təxminən 20 il il ərzində pis olmuş, səhv etmirsə, sonuncuların arasında münasibətlər uzun illər bundan əvvəl şabalıd ağacının üstündə olmuş, lakin mübahisədən xəbəri olmamışdır. İsrafil Məmmədsoy hər zaman səhər açılan kimi gəlib qonşusu Namikin evinin qarşısında ucadan söyüşlər söymüş, bu söyüşləri isə Namikin evində olan qızları və arvadı eşitmiş, Namik İsrafilə dəfərlərlə söyüş söyməməsini desə də, İsrafil öz xasiyyətini dəyişməmişdir. Onun öz evi də İsrafillə qonşuluqda yerləşmiş, İsrafillə onun evi arasında məsafə təxminən 40 metr olmuş, Namik kimi o və ailəsi də İsrafilin söyüşlərindən evində otura bilməmişlər, lakin Namikdən fərqli olaraq, o, İsrafillə mübahisə etməmiş, çünki İsrafilə söz deyilsə də, xeyri olmamış, sonuncu söyüşlərini onsuz da davam etdirmiş, lakin Namikin evində arvadı və qızları olduğu üçün İsrafilin bu hərəkətlərinə dözə bilməmiş, o, hadisənin baş verməsindən təxminən 2 həftə əvvəl Namik dayı ilə oturub söhbət edəndə mütəmadi olaraq ona “Ay Hakim, İsrafil hər gün evimizin qarşısına gəlib qəsdən ucadan söyüşlər söyür, evdə arvad var, İsrafilin əlindən evimi satıb buradan qaçmaq istəyirəm, bilmirəm nə edim” sözlərini demiş, İsrafilin əlindən Namik kənddə artıq yaşaya bilmədiyini hiss etmiş, İsrafil mütəmadi olaraq ta əvvəldən öz mal-qarasını icazəsiz Namikin torpaqlarına salmış və mal-qarasını Namikin torpağında otarmış, qoyunlar Namikin torpaq sahəsindəki bütün şabalıdları yemiş, sonuncu İsrafilə dəfələrlə irad bildirib mal-qarasını torpağına salmamasını desə də, İsrafil irada cavab olaraq nalayiq söyüşlər söymüş, Namik hadisə baş verməmişdən təxminən 1 həftə əvvəl mütəmadi olaraq ona özünə məxsus olan torpaq sahəsində “İsrafilin qoyunları keçir bizim həyətə, şabalıdı yeyir, İsrafilə bunu etmə deyəndə isə mənim ailə üzlərimin ünvanına pis söyüşlər söyür, mənə isə sən kişi deyilsən deyir, bunun əlindən mən hara gedim bilmirəm artıq” sözlərini demiş, ona bu söhbəti Namik təklikdə İsrafili öldürdüyü “dərə” adlanan yerdən də yuxarıda yerləşən özünəməxsus təqribən 66 sotluq torpaq sahəsində (bağçasında) danışmışdır. Onlar tez-tez o bağçada oturub Namiklə söhbət etmişlər, göründüyü kimi, həm Azər, həm də İsrafil artıq son günlər Təqsirləndirilən şəxs öz nalayiq söyüşləri ilə bezdirmişlər. Namikin ona deməsinə görə, hər ikisi qeyd etdiyi kimi Namikin namusuna, qızlarına və arvadına söymüş, bu isə Namiki hədsiz dərəcədə özündən çıxarmış, illərlə Namik bu söyüşlərə dözmüşdür. Azər Sədiyev hər zaman Namikə kənddə sataşmış, belə ki, Namik dayı deməsinə görə, Azər markasını bilmədiyi xarici maşını ilə hər dəfə Namikə yol verməyərək qabaqda getmiş, kəndin yolları isə dar olduğundan sürəti azaltmayaraq Namiki keçib getməsinə mane olmuş, bu formada Namiki özündən çıxarmışdır. Namik hər dəfə Azərin bu kimi hərəkətlərindən bezdiyini ona danışmış, hadisə baş verməmişdən təxminən bir ay bundan əvvəl, Namiklə özünəməxsus torpaq sahəsində oturub çay içəndə sonuncu ona “Azər balkonda soyunub stol qoyub yatır, lüt gəzir, bizim evdən də onların balkonları görünür, düşünmür ki, bizim evdə qadın xeylağı var” sözlərini demiş, Namik xaraktercə qısqanc biri olduğundan Azərin bu kimi hərəkətlərinə dözə bilməmiş, Namik öz ailəsinin ünvanına işlədilən nalayiq ifadələrə, həm də bu cür hərəkətlərə görə Azər Sədiyevin əlindən artıq bezmiş halda olmuşdur. Namikin özü-özünə xəsarət yetirməsini və ya Namikin Azəri və ya İsrafili öldürməsini real olaraq görməmiş, Təqsirləndirilən şəxs qanuni ovçuluq fəaliyyəti ilə məşğul olmuş, sonuncuda “TOZ” markalı 16 kalibrli qoşalüləli ov tüfəngi olmuş, bildiyi qədərilə, Təqsirləndirilən şəxs Azər Sədiyevi və İsrafil Məmmədsoyu da həmin qoşalüləli ov tüfəngi ilə öldürmüş, mərhum Azər Sədiyev və ya mərhum X55 Məmmədovun özü və ya ailə üzvlərinin ünvanına nalayiq ifadələr deməsini eşitməmiş, onun qeyd etdikləri Təqsirləndirilən şəxs ona hadisə baş verməmişdən əvvəl danışdıqları söhbətlər olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X43 da Şahid8 verdiyi ifadəyə oxşar məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla bir dost olaraq hər zaman çox yaxın münasibəti olmuş, nə sirri olsa, Namik ona demiş, o da öz sirrini Namikə hər zaman danışmış, teztez kənddə, eləcə də şəhərdə görüşmüş, çay içmiş, Namik dayı ilə yaxın olduğunu kənd camaatı da bilmiş, hadisə baş verməmişdən təxminən 15-20 gün əvvəl həmkəndlisi və dostu Namiklə Şəki şəhərində yerləşən Asan Xidmət Mərkəzində qarşılaşmışlar, onlar bir qədər məişət məsələlərindən söhbət etmişlər, o, həmin vaxt Namikin kefinin olmamasını görmüş, belə ki, Namik hədsiz fikirli halda olmuş, o, Namikdən nə baş verdiyini və kefinin olmamasının səbəblərini soruşanda “oturub çörək yeyib söhbət edərik” sözlərini demişdir. Bundan sonra, onlar Asan Xidmətin inzibati binasından çıxıb Şəki şəhərində Təzə Bazar tərəfdə yerləşən “Sərin” ailəvi restoranında oturmuşlar və nahar etmişlər, yemək yeyən zaman o, Namikdən nə üçün kefsiz və fikirli olduğunu bir daha süfrədə soruşduqda Namik ona “mən öz yurdumdan, öz yuvamdan başımı götürüb getmək istəyirəm, malımheyvanım yoxdur, bir arvadımdır, bir də özüm, qızlarımı da köçürmüşəm, artıq bezmişəm” sözləri demiş, o, Namikdən nə üçün öz yurd-yuvasını tərk etmək istəyini soruşduqda sonuncu ona “O iki qonşu İsrafil və Azər məni bezdiriblər” demiş, o, X56 nə etdiyini soruşduqda “Nə qonşuluq sərhəddi qanır, nə də özlərinə hörmət qoymurlar, Azər eşitmişəm ki, mənim arvadım və qızlarım barədə kənddə nalayiq sözlər deyir, amma mənim bir qonşu olaraq bu günki günə kimi ağzımdan heç bir gəlin və ya qız söyüş eşitməyib, mən də elə atalar sözünə riayət edib çıxıb buradan getmək istəyirəm, atalar dediyi kimi qonşun pisdir köç qurtar” sözlərini demiş, Azər Sədiyevlə aralarında olan münasibətləri danışandan sonra o, eyni zamanda İsrafillə də aralarında nə kimi mübahisələrinin olub-olmamasını soruşmuş, Namik ona “İsrafil Azərdən də betərdir, bir qonşu kimi ona nəsə irad tutanda birbaşa arvad söyüşü ilə başlayır, qəsdən gəlib mənim evimin qarşısında dayanıb söyüşlər söyür ki, mənə qıcıq versin, nə evimdəki qonağa, nə də özünə hörmət qoymur” sözlərini demişdir. Yemək yedikləri zaman Namik ona həmçinin “icazəsiz qoyunlarını mənim torpaq sahələrimə salır, söz də demək mümkün deyil, söz deyən kimi ucadan arvadımı və qızlarımı söyür, bunun əlindən də bilmirəm hara gedim, həm Azər, həm İsrafil artıq məni boğaza yığıblar, əllərindən köçüb çıxıb buralardan gedəcəm” sözlərini demiş, lakin həmin söhbətlər zamanı Namik ona Azəri və İsrafili öldürəcəyini deməmiş, Namik ona bu kimi sözləri əvvəllər də demişdir. Lakin o, sonuncu dəfə Namiklə aralarında olan söhbəti danışmış, eyniməzmunlu söhbətləri, yəni Azər Sədiyevin və İsrafil Məmmədsoyun əlindən bezdiyini Namik ona dəfələrlə kənddə və digər yerlərdə söhbət etdiyi zaman danışmışdır. X73 Təqsirləndirilən şəxs təxminən 2-3 il bundan əvvəl bərk mübahisə etmişlər. Belə ki, yaz aylarında kəndə sel gəldiyindən Azər Sədiyev buldozer (“S”) adlanan iriqabaritli texnika gətirdərək yolu siyirdəndə Təqsirləndirilən şəxs evinin hasarına da bir az ziyan yetirmiş, həmin vaxt Namiklə Azər arasında sözlə mübahisə düşmüş, həmin vaxt o, hadisənin şahidi olmamış, lakin Namik ona həmin mübahisə barədə də sonradan danışaraq “Azər mənim üzümə şillə vurub arvadımın və qızlarımın ünvanına əxlaqsız sözünü dedi” sözlərini demişdir. Bir sözlə, Təqsirləndirilən şəxs öz arvadı və qızlarının ünvanına Azər Sədiyevin nalayiq ifadələr işlətməsini qəbullana bilməmiş, həmin mübahisənin üstündən təxminən 3 il keçsə də, Namik Azərin etdiyini unuda bilməmiş, bundan əlavə, Azər həmin mübahisədən sonra, hər yerdə Namikin qızlarının və arvadının ünvanına çox pis söyüşlər söymüşdür. Bu da göründüyü kimi, Namiki çox pis dərəcədə əsəbiləşdirmişdir. X3 ünvansız söyüşcül biri kimi tanınmış, habelə AXCP partiyasının da üzvü olmuş, hər zaman dövlətin fəaliyyətini və rəhbərliyini də açıq formada təhqir etmiş, İsrafil ölüyə də, diriyə də söyüş söyən biri olmuşdur. Namikin İsrafillə münasibətləri təxminən 20 il ərzində pis olmuş, səhv etmirsə, sonuncular arasında münasibətlər uzun illər bundan əvvəl şabalıd ağacının üstündə olmuş, lakin mübahisədən xəbəri olmamışdır. İsrafil Məmmədsoy hər zaman səhər açılan kimi gəlib qonşusu Namikin evinin qarşısında ucadan söyüşlər söymüş, bu söyüşləri isə Namikin evində olan qızları və arvadı eşitmiş, Namik İsrafilə dəfərlərlə söyüş söyməməsini desə də, İsrafil öz xasiyyətini dəyişməmiş, o, dəfələrlə İsrafilin kənddə ucadan Allaha, peyğəmbərə söydüyünü eşitmiş, İsrafil Namiklə qonşu olduğundan artıq sonuncu onun söyüşlərinin əlindən evində rahat yaşaya bilməmiş, ona görə də, Namik son günlər çox gərgin halda gəzmişdir. Namik hadisə baş verməmişdən təxminən 1 həftə əvvəl onunla kənddə söhbət edən zaman ona “Azər balkonunda lüt gəzir, mən məcbur olmuşam ki, aynalarıma görünməyən klonka çəkim, ev də qaranlıqdı, yaşamağın heç adı da yoxdur, bu Azərin əlindən artıq boğaza yığılmışam, düşünmür ki, onun balkonu bizim evə baxır, mənim arvadım onu lüt vəziyyətdə niyə görməlidir ki?, görürsənmi Azərin etdiyini?, hər yerdə də mənim arvadımı əxlaqsız adlandırır” sözlərini demiş, həmin vaxt o, bir qədər Namiki sakitləşdirmiş, bu da Namikin artıq Azər Sədiyevin hərəkətlərindən təngə gəlməsini göstərmiş, ümumiyyətlə, Azərlə Namikin təxminən 3 il ərzində küsülü olmasını bütün kənd bilmiş, yolda Azər Namiki görəndə hər zaman ona söz atmış, ümumiyyətlə, Azər hər şeyi pulda görmüş, maddi durumu yaxşı olduğu üçün Namiki bu yolla hər zaman sındırmağa çalışmış, Namikə qıcıq vermişdir. Təqsirləndirilən şəxs Azəri və İsrafili məhz sonuncuların onun arvadı və qızlarının ünvanına söyüşlər söydükləri üçün qisas almaq məqsədilə öldürmüş, çünki Namik son günlər artıq bezmiş halda olmuş, Azərin və İsrafilin onun ailə üzvləri barəsində söyüşlərinə dözə bilməmişdir. Namikin özüözünə xəsarət yetirməsini və ya Namikin Azəri və ya İsrafili öldürməsini real olaraq görməmiş, Təqsirləndirilən şəxs qanuni ovçuluq fəaliyyəti ilə məşğul olmuş, sonuncuda “TOZ” markalı 16 kalibrli qoşalüləli ov tüfəngi olmuş, bildiyi qədərilə, Təqsirləndirilən şəxs Azər Sədiyevi və İsrafil Məmmədsoyu da həmin qoşalüləli ov tüfəngi ilə öldürmüş, mərhum Azər Sədiyev və ya mərhum X55 Məmmədovun özü və ya ailə üzvlərinin ünvanına nalayiq ifadələr deməsini eşitməmiş, onun qeyd etdikləri Təqsirləndirilən şəxs ona hadisə baş verməmişdən əvvəl danışdıqları söhbətlər olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 da Şahid15 verdiyi ifadəyə oxşar məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri hadisə yeri Şəki rayonu, Baş Şabalıd kəndində Şəki X53 Mərkəzinin müdiri Fizuliyə məxsus fındıq bağı sahəsidir. Bağ sahəsində müxtəlif növ bitki və ağaclar olduğu müşahidə edilir. Həmin bağ sahəsinin içərisinə doğru irəlilədikdə mərhum X66 məxsus meyiti aşkar edildi, meyitin üzərinə ağ rəngli güllərlə bəzədilmiş tünd qırmızı rəngli adyal örtülmüşdür. Həmin adyal meyitin üzərindən baxış keçirilməsi üçün götürüldü. Meyit şərti olaraq 1 nömrəsi ilə işarələndi. Həmin bağ sahəsi mərhumun öz yaşayış evi ilə Təqsirləndirilən şəxs fərdi yaşayış evləri ilə qonşuluqda yerləşir. Meyitin olduğu yerdən Təqsirləndirilən şəxs evinə qədər olan məsafə 16 metr, qoz ağacından meyitin sol ayağına qədər olan məsafə 3,9 sm məsafədədir. Meyitin başı baş tərəfdəki ağacdan meyitin baş nahiyəsinə kimi 160 sm, sağ ayağından sağ tərəfdə yerləşən ağaca qədər olan məsafə 200 sm məsafədədir. Meyit üzü yuxarı, ayaqları aralanmış vəziyyətdə hərəkətsiz formadadır. Ayaqları arasında məsafə 80 smdir. Meyitin hər iki qolu yanlara açıq formadadır(sağ tam, sol yarım açıq). Baxış zamanı meyitin sağ əlindən 11 sm məsafədə 1 ədəd 16 kalibrli patron gilizi aşkar edildi, həmin giliz şərti olaraq 2 nömrəsi ilə işarələndi, müvafiq qaydada qablaşdırılaraq götürüldü. Meyitin sağ əlindən 25 sm məsafədə isə yenidən 1 ədəd 16 kaliblri patron gilizi aşkar edildi, həmin giliz də şərti olaraq 3 nömrəsi ilə işarələndi və müvafiq qaydada qablaşdırılaraq götürüldü. Meyitin sol təpə nahiyəsində iri ölçülü açıq beyin mayesi çölə dağılmış vəziyyətdədir. Meyitin baş və sol əl nahiyəsi istiqamətində ota bulaşmış qanabənzər ləkələr şərti olaraq 4 və 5 nömrəsi ilə işarələndi, həmin qanabənzər ləkələrdən qan nümunələri müvafiq qaydada qablaşdırılaraq götürüldü. Meyitin ayağında qara çəkmə, əynində isə göy cins şalvar, üzərində qara rəngli zolaqları olan boz rəngli sviter vardır. Sviterin sol sinə nahiyəsi qana bənzər ləkələrə bulaşmış haldadır. Baxış iştirakçısı Şahid1 hadisə yerində olan X19 meyitini göstərərək bildirdi ki, əri Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində öz yaşadıqları evinin arxa hissəsində ov tüfəngi ilə atəş açaraq özünə xəsarət yetirməsi səsini eşidib çölə çıxmış, Namikə yaxınlaşıb sonuncunu qucaqlayaraq sinə nahiyəsindən qan axmasını görüb dərhal səs-haray salmış, bu zaman onların yanına qonşuluqda yaşayan Şahid2 gələrək Namiki öz “Santa Fe” markalı avtomobili ilə Şəki RMX PHŞ-nə çatdırmış, o isə həmin vaxt Təqsirləndirilən şəxs yanında yerdə olan ov tüfəngini götürərək yaşadıqları evin anbar kimi nəzərdə tutulmuş zirzəmisinə qoymuşdur. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə barədə soruşduqda “yaxşı elədim, onlar məni söyürdülər, mən də öldürdüm” sözlərini xırıltılı tərzdə demişdir. Lakin konkret olaraq yaralı olduğu üçün məhz Azərlə, İsrafili qətlə yetirməsini həmin vaxt bilməmişdir. Xəstəxanaya çatandan sonra öyrənmişdir ki, əri Təqsirləndirilən şəxs həmkəndliləri Azər Sədiyevi və X6 tüfənglə atəş açaraq qəsdən öldürmüşdür. Sonuncularla əri Namik hər zaman münaqişəli olmuş, İsrafil Məmmədsoy və Azər Sədiyevin nalayiq ifadələr işlətməsi səbəbindən sonuncuları öldürmüşdür. Bundan sonra baxış iştirakçısı Şahid1 tərəfindən anbara qoyulmuş ov tüfənginə baxış keçirilməsi məqsədilə sonuncunun yaşadığı evin zirzəmisinə köhnə taxta qapıdan daxil olundu. Baxış iştirakçısı Şahid1 əli ilə ov tüfəngini qoyduğu yeri göstərdi. Qoşalüləli ov tüfənginin yanında köhnə dəmir borular vardır. Zirzəmi səliqəsiz formadadır. Cinayətin aləti olan həmin 16 kalibrli qoşalüləli ov tüfəngi şərti olaraq 6 nömrəsi ilə işarələndi və müvafiq qaydada qablaşdırılaraq götürüldü. Zirzəmiyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı 1 mərtəbəli kürsülü evə daxil olundu. Pilləkənlərlə qalxıb 1,2 metr irəliləyib üzbəüz otağa daxil olundu, otağa baxış zamanı 1 ədəd “TİR” tüfəngi, 1 ədəd patron saxlamaq üçün nəzərdə tutulmuş “qətər” və onun çantası aşkar edildi. “Qətər”in içərisində 1 ədəd patron gilizi və 1 ədəd dolu patron aşkar edildi. 1 ədəd “TİR” tüfəngi, 1 ədəd patron saxlamaq üçün nəzərdə tutulmuş “qətər” və onun çantası, ədəd patron gilizi və 1 ədəd dolu patron müvafiq qaydada qablaşdırılaraq götürüldü, bundan əlavə, araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı hal, predmet və sair aşkar edilmədi (cild 01, iş vər. 4-16). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, hadisə yeri Şəki rayonunun Baş Şabalıd kəndi ərazisində həmin kənd sakini Şahid11 məxsus həyətyanı sahə ilə qonşuluqda yerləşən eyni kənd sakini Təqsirləndirilən şəxs məxsus bağ sahəsidir, həmin bağ sahəsi kəndin şimal şərq hissəsində yerləşir. Həmin bağ sahəsinin cənub hissəsində torpaq səthi üzərində arxası üstə uzadılmış vəziyyətdə X9 meyiti vardır. Meyitin ətrafında müxtəlif cinsdən olan ağaclar və kol-koslar vardır. Meyitin üzəri ağ rəngli parça ilə örtülmüşdür. Parçanı götürdükdə meyit arxası üstə torpaq səthi üzərində olmaqla hər iki əli baş hissəsindən yuxarı sağ tərəfə istiqamətdədir, sol əli nisbətən bükülü vəziyyətdədir. Meyitin hər iki əli yarım açıq vəziyyətdədir. Meyitin hər iki ayağı yarıbükülü vəziyyətdə olmaqla sağ tərəfi üzərindədir. Meyitin gözləri qapalı, ağzı yarımaçıqdır. Meyitin ayaqları şərq, başı isə qərb istiqamətinədir, meyitin olduğu torpaq səthi mailidir, həmin yerdən 3 metr cənub istiqamətində kolluq-ağac qarışıq dərə sahəsidir. Meyitin əynində tünd göy rəngli uzunqol köynək, həmin köynəyin üstündə boz rəngli sviter, hərbi formaya bənzər kitel, bel hissəsindən ağ rəngli kəndirlə bağlanmış tünd göy rəngli cins şalvar və qara rəngli ayaqqabı vardır. Meyitin baş hissəsindən 15 sm yuxarı məsafədə qara rəngli papaq vardır. Meyitin başının sağ arxa hissəsi qana bulaşmış, sağ qulağı cırılmışdır, başın arxa nahiyəsinə baxış keçirildikdə sağ ənsə nahiyyəsində xəsarət olduğu müşayiət olunur. Həmçinin başın arxa nahiyəsinə düşən torpaq səthi üzərində qanabənzər ləkələr (qan laxtası) vardır. Meyit şərti olaraq bir nömrəsi ilə nömrələndi. Meyitin sol tərəfindən şimal istiqamətində 2.1 metr məsafədə bir ədəd X109” markalı giliz vardır, həmin giliz şərti olaraq iki nömrəsi ilə nömrələndi. Meyitin baş nahiyəsinin arxasında aşkar edilmiş qanabənzər ləkələr (qan laxtası) şərti olaraq üç nömrəsi ilə nömrələndi. Baxış keçirilən zaman şərti olaraq “2” nömrəsi ilə işarələnmiş bir ədəd “X109” markalı giliz və “3” nömrəsi ilə işarələnmiş yerdən qanabənzər nümunə araşdırma üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürüldü. Bundan sonra hadisə yerinə ətraflı baxış keçirildi, lakin araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı iz, predmet, odlu və ya soyuq silah və sair aşkar edilmədi. Bundan sonra, X19 yaşadığı evə baxış keçirildi, sonuncuya məxsus olan 1 ədəd “Redmi” markalı qara rəngli mobil telefon aparatı aşkar edilərək götürüldü. Bununla da hadisə yerinə baxış başa çatdı (cild 01, iş vər. 17-26). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli X60 geyim əşyalarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1 ədəd açıq boz rəngli, üzərində qara, tünd boz və ağ rəngli eninə zolaqlı, uzunqol poluver, səthi çirklidir, tünd qəhvəyi rəngli qana oxşar maddəyə bulaşmış vəziyyətdədir. Poliverin uzunluğu 60,0 sm, çiyin hissədən eni 48,0 sm-dir. Poliverin üzərində aşağıdakı zədələr vardır: Poliverin ön hissəsində boyun son tikişindən 4,0 sm aşağı məsafədən bir ədəd 3,0x2,0 sm ölçüdə zədə, zədənin kənarlarında qara rəngli hiss izləri vardır. Poliverin arxa hissəsinin son tikişindən 5,5 sm aşağı məsafədə bir ədəd 1,0x6,0 mm ölçüdə zədə vardır. Bir ədəd boz rəngli qolsuz mayka. Səthi çirklidir, tünd qəhvəyi rəngli qana oxşar maddə ilə bulaşmışdır. Maykanın uzunluğu 62,0 sm, çiyin hissədən eni 50,0 sm-dir. Maykanın üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin və onun hissələrinin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Bir ədəd göy rəngli cins parçadan şalvar, səthi çirklidir, tünd qəhvəyi rəngli qana oxşar maddənin izləri vardır. Şalvarın üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin və onun hissələrinin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Bir ədəd boz rəngli, üzərində qara rəngli rezin əlavəli alt tumanı, səthi çirklidir, alt tumanı üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin və onun hissələrinin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Bir bir cüt qara rəngli, alt hissəsi sarı rəngli rezin, uzun boğaz çəkmə. Çəkmənin üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin və onun hissələrinin təsirindən yaranmağa xarakterik zədə yoxdur (cild 01, iş vər. 115-120). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli X9 geyim əşyalarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd açıq-qəhvəyi, qəhvəyi, tünd qəhvəyi, yaşıl rəngli hərbi geyim. Geyimin 2 ədəd döş və 2 ədəd yan cibləri vardır. Üzərində tünd qəhvəyi rəngli qana oxşar ləkələr vardır. Gödəkçənin uzunluğu 85,0 sm, çiyin hissədən eni 40,0 sm-dir. Gödəkçənin üzərində boyun hissəsində son tikişindən 18,0x11,5 sm məsafədən zədələr, ən böyük zədənin ölçüsü 5,0x1,3 sm, kiçiyinin ölçüsü 0,5x1,0 sm-dir. Bir ədəd tünd boz rəngdə, üzəri qana bulaşmış, tünd qara və qırmızı rəngli parça əlavəli, bir ədəd döş cibi, 3 ədəd düyməli uzunqol köynək. Səthi çirklidir, köynəyin uzunluğu 65,0 sm-dir, çiyin hissədən eni 53,0 sm-dir. Köynəyin sağ çiyin hissəsində 14,0x12,0 sm ölçüdə çoxsaylı zədələr vardır. Bir ədəd xaki rəngli, boz, qolsuz jilet qana bulaşmışdır. Jiletin uzunluğu 63,0 sm, çiyin hissəsədən eni 600 mm-dir. Jiletin üzərində aşağıdakı zədələr vardır: sağ çiyin hissədində 8,0x10,0 sm ölçüdə zədə sahəsi vardır. Bir cüt nimdaş xüsusi geyim forması olan ayaqqabı. Ayaqqabının üzərində zədələr yoxdur. Bir ədəd cins şalvar, şalvarın üzərində zədələr yoxdur. Bir ədəd tünd göy rəngli alt geyim, üzərində zədələr yoxdur (cild 01, iş vər. 121-126). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs məxsus cinayətin aləti olan tüfəngə baxış keçirilməsi haqqında protokoldan görünür ki, silah qoşalüləlidir, xarici çaxmaqlıdır, ağac hissələrinin lakı və metal hissələrinin zağı istismar nəticəsində nisbətən sürtülmüşdür, patronluqları boşdur, çaxmaqları qoruyucu bölmədədir, lülələrinin daxili divarları hamardır (yivsizdir). Silah aşağıdakı hissə və mexanizmlərdən: üfüqi yerləşən iki lülədən, qəlibdən, qundaqdan, lüləaltı yataqdan, vurucu-buraxıcı mexanizmdən ibarətdir. Silahın ümumi uzunluğu 1150 mm, lülələrinin üzunluğu patronluqlarının uzunluğu – 70 mm-dir. Silahın hissələrinin üzərində aşağıdakı zavod işarələri: patronluqlarının üzərində istehsalçı müəssisənin (Tula Silah Zavodu) xüsusi nişanı, qəlibinin və lüləaltı yastığın üzərində seriya-nömrəsini göstərən “6569” rəqəmləri, lüləaltı yastığın üzərində kalibrini, istehsal ilini göstərən “16x70, 1960” rəqəmləri, lüləaltı yastığının üzərində seriya-nömrəsini və istehsal olunduğu ili göstərən “68352-66” (1966-cı il) rəqəmləri – zavod işarələri həkk olunmuşdur. Həmin silah 16 kalibrli, “TOZ-BM” modelli, “6569” №-li qoşalüləli ov tüfəngidir (cild 01, iş vər. 127-129). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən könüllü surətdə istintaqa təqdim edilmiş, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş geyim əşyalarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd qolsuz mayka səthi çirklidir, tünd qəhvəyi rəngli qana oxşar maddəyə bulaşmış vəziyyətdədir. Mayka çiyin hissələrdən kəsilmiş-cırılmış (ehtimal etmək olarki, tibbi), maykanın uzunluğu 580 mm, çiyin hissədən eni- 400 mm-dir. Maykanın üzərində aşağıda qeyd edilən zədələr vardır: a) maykanın ön hissəsində boyun son tikişindən 80 mm aşağı məsafədə bir ədəd 60 x 45 mm ölçüdə zədə; b) həmin zədədən 50 mm sola doğru 80 x 90 mm məsafədə zədə sahəsində ən böyük zədənin 45 x 30 mm, ən kiçiyinin ölçüsü isə 5 x 6 mm ölçülərdə çoxsaylı zədələr var, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd tünd göy rəngli üzərində açıq boz və narıncı rəngli naxışlı, iki ədəd düyməli uzunqol poliver səthi çirklidir, tünd qəhvəyi rəngli qana oxşar maddəyə bulaşmış vəziyyətdədir. Poliverin uzunluğu 600 mm, çiyin hissədən eni 350 mm-dir. Poliverin üzərində aşağıda qeyd edilən zədələr vardır: a) poliverin ön hissəsində boyun son tikişindən 180 mm aşağı məsafədə bir ədəd 60 x 40 mm ölçüdə zədə, b) həmin zədədən sola doğru 110 x 100 mm məsafədə zədə sahəsində ən böyük zədənin 40 x 30 mm, ən kiçiyinin ölçüsü isə 5 x 6 mm ölçülərində çoxsaylı zədələr, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd tünd göy rəngli iki ədəd arxa, iki ədəd yan cibləri olan cins parçadan tikilmiş şalvar səthi çirklidir. Şalvarın uzunluğu 910 mm, bel hissədən eni 360 mm-dir. Şalvarın üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin və onun hissələrinin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd qara rəngli üzərində boz rəngli yazı əlavəli trusik səthi çirklidir. Trusikin uzunluğu 240 mm, bel hissədən eni- 380 mm-dir. Trusikin üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin və onun hissələrinin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd qara rəngli papaq səthi çirklidir. Papağın uzunluğu 250 mm, alın hissədən eni 180 mm-dir. Papağın üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin və onun hissələrinin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd yaşıl rəngli güllə çantası səthi çirklidir. Çantanın uzunluğu 1140 mm, eni 100 mm-dir. Çantanın üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin və onun hissələrinin təsirindən yaranmağa xarakterik zədə yoxdur (cild 01, iş vər. 148-153). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Baş Göynük” kənd İƏD-si üzrə nümayəndəliyin 433 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən arvadı xx.xx.1973-cü il təvəllüdlü Şahid1 ilə birlikdə yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər. 172-173). Cinayət işində olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Baş Göynük” kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 435 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, X20 həqiqətən arvadı xx.xx.1958-ci il təvəllüdlü X26 ilə birlikdə yaşamışdır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur (cild 01, iş vər. 174- 175). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Baş Göynük” kənd İƏD-si üzrə nümayəndəliyinin 434 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, X80 həqiqətən anası xx.xx.1932-ci il təvəllüdlü X31 və həyat yoldaşı X21 ilə birlikdə yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər. 176-177). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 242-244). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 17:55-də Şəki RMX-nın qəbul şöbəsindən həkim Şahid19 telefonla məlumat verərək bildirmişdir ki, Şəki rayon Baş Şabald kənd sakini, 1965-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs “döş qəfəsinin açıq yarası” xəsarəti ilə tibbi yardım göstərilmişdir. Həkimin deməsinə görə, odlu silahla özünə xəsarət yetirib (cild 01, iş vər. 247). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 17:24-də Şəki ŞRPŞ-nin İTB XÜ baş inspektoru polis kapitanı X102 ŞRPŞ-nin NH-nə zəng edərək, Şəki rayonu Baş Şabalıd kəndində tüfənglə atəş açılaraq ölüm hadisəsi baş verdiyini bildirmişdir (cild 01, iş vər. 248). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X23 3-16-17/37/2-19302024 №-li məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:40 radələrində Şəki RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən etapla gətirilmiş, xx.xx.1965-ci il təvəllüdlü, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayon Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixdə AR CM-nin 120.2.7 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs X67 müəssisənin Tibb sanitariya hissəsində tibbi müayinədən keçirilən zaman sol döşün alt nahiyyəsində və qarnının göbək nahiyyəsində cərrahi əməliyyatdan sonraki tikiş qoyulmuş yara izi aşkar edilmişdir. Həbs edilmiş şəxs X36 bu xəsarətlər barədə soruşduqda o, verdiyi izahatda həmin xəsarətlərin cinayət hadisəsini törətdikdən sonra odlu silahla özünə xəsarət yetirdiyini bildirmişdir (cild 02, iş vər. 21). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Şəki ŞRPŞ-nin 3-13-109/2-11294/2024 №-li məktubundan görünür ki, Şəki rayon prokurorluğunda ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işində adı keçən 16 çaplı “TOZ” markalı 6569 nömrəli yivsiz ov tüfəngi Şəki rayonu, Baş Şabalıd kəndində yaşayan Təqsirləndirilən şəxs adına qeydiyyatdadır və onun adına hər hansı digər yivsiz ov tüfəngi qeydiyyata alınmamışdır (cild 02, iş vər. 80). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 18-1-71/2- 765/2024 nömrəli məktubundan görünür ki, Şəki rayonu Baş Şabalıd kəndində qeydiyyatda olan 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 103 xidməti maşını ilə xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində X100 bölməsinə gətirilmiş, növbətçi həkim tərəfindən müayinə olunmuş, "Döş qəfəsinin açıq yarası” diaqnozu qoyulmuşdur. Xəstənin vəziyyəti nəzərə alınaraq "Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Cərrahiyyə şöbəsinə yerləşdirilmişdir. Şöbədə həkim cərrah tərəfindən təkrar müayinə olunaraq “Döş qəfəsinin ön yan divarının boşluğuna nüfuz etməyən dəlib keçən güllə yaralanması" diaqnozu təsdiqlənmiş, təcili olaraq "Laparaskoriya, dərialtı toxumalardan yad cismin çıxarılması, döş qəfəsinin ön yan divarında yaraların birincili cərrahi işlənməsi" əməliyyatı aparılmışdır. Xəstəyə müalicə tədbirləri görülmüş, xx.xx.2024-cü il tarixdə ambulator müalicə təyin olunaraq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir. X27 və X80 “Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə, müəssisənin X100 bölməsinə, həmçinin cari il ərzində rayon ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrinə müraciət etməmiş və qeydiyyatda yoxdurlar (cild 02, iş vər. 101-102). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanasının 453 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Baş Şabalıd kənd sakinləri Təqsirləndirilən şəxs, X80 və X5 Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdurlar (cild 02, iş vər. 125). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Şəki ŞRPŞ-nin 3-13-109/2-11294/202 saylı məktubu ilə daxil olmuş, yivsiz ov tüfənginin sənədinə xx.xx.2024-cü il tarixli baxış protokoldan görünür ki, Şəki rayonu, Baş Şabalıd kənd sakini Təqsirləndirilən şəxs 380 nömrəli şəhadətnamə ilə 07 may 2009-cu il tarixdə 16 kl, q/lüləli, 6569 nömrəli “Toz” markalı ov tüfəngindən saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilir (cild 02, iş vər. 98). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 189). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-in məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/Ə №-li rəyindən görünür ki, 1957-ci il təvəllüdlü, X9 meyitinin müayinəsi zamanı meyitində aşkar olunan həyatla bir araya sığmayan xəsarətlər: sol çiyin qurşağının üst səthini yalayıb keçməklə, boyunun sol yuxarı yan səthindən dəlib keçən, 2-3-cü boyun fəqərlərinin, onurğa beyinin boyun şöbəsinin, baş beyin toxumalarının zədələnmələrilə ənsənin sağ aşağı hissəsindən çıxan odlu silah zədələnməsi nəticəsində inkişaf edən travmatik beyin qanaxması, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə ov silahından açılmış atəş nəticəsində güllələrin (qırmaların) və atəşin əlavə faktorlarının təsirindən əmələ gələ bilərdi, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. X9 ölümünə səbəb, həyatla bir araya sığmayan 2-3-cü boyun fəqərələrinin, onurğa beyinin boyun şöbəsinin, baş beyin toxumalarının zədələnmələri nəticəsində inkişaf edən travmatik beyin qanaxması olmuşdur. X13 açılan atəşin istiqaməti soldan-sağa və nisbətən aşağıdan-yuxarıya doğru olmuşdur. Atəş mərmilərin nisbi kampakt təsir etdiyi məsafədən (3-5 m.) açılmışdır. X20 ölümündən əvvəl spirtli içki və narkotik vasitələr, o cümlədən güclü təsiredici dərman preparatları qəbul etməmişdir. X9 əynindəki paltarlarında olan zədələrlə onun meyiti üzərində olan yaralar üst-üstə düşürlər (cild 02, iş vər. 205-209). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞin məhkəmə-tibbi ekspertizasının 25/Ə №-li rəyindən görünür ki, 1966-cı il təvəllüdlü, X60 meyidinin müayinəsi zamanı meyitində aşkar olunan xəsarətlər: bir ədəd həyatla bir araya sığmayan, sağ qulağın xarici dəliyindən keçməklə baş-beyin toxumalarının dağılması ilə, baş-beyin toxumalarının sol gicgah nahiyyəsindən xaric olması ilə müşayət olunan odlu silah yaralanması, boyunun aşağı ön 1/3-dən döş boşluğuna daxil olan və sol bazunun yuxarı 1/3-dən xaric olan bir ədəd odlu silah yarası, xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl yetirilmişdir, yetirilmə müddətləri qərarda gösərilən xx.xx.2024-cü il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlərdən hər biri ayrı-ayrılıqda və ümumilikdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. X60 ölümünə səbəb, həyatla bir araya sığmayan başın tamamilə əzilib dağılması olmuşdur. Baş nahiyəsinə açılan atəş sağdan-sola düz istiqamətdə olmuşdur. Boyun nahiyəsinə açılan atəş öndən-arxaya və nisbətən sağdan-sola və nisbətən yuxarıdan-aşağı doğru istiqamətdə olmuşdur. Hər iki atəş mərmilərin nisbi kampakt təsir etdiyi məsafədən (1 metrə qədər) açılmışdır. X80 ölümündən əvvəl spirtli içki və narkotik vasitələr, o cümlədən güclü təsiredici dərman preparatları qəbul etməmişdir. X60 əynindəki paltarlarda olan zədələrlə onun meyiti üzərində olan yaralar üst-üstə düşür (cild 02, iş vər. 211-215). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞin məhkəmə-tibbi ekspertizasının 190 №-li rəyindən görünür ki, 1.Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər:- döş qəfəsinin ön səthində döş boşluğuna keçməyən yaralar odlu silahdan açılmış atəş nəticəsində qırmaların və atəşin əlavə faktorlarının təsindən əmələ gəlmişlər, atəş əlavə faktorların təsir etdiyi yaxın məsafədən açılmışdır, atəş sağdan sola düz istiqamətdədir, atəş zərərçəkənin özü tərəfindən açıla bilərdi, əli çatan nahiyədədir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024 tarixinə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. 2. Atəş açılarkən Təqsirləndirilən şəxs əynində olan paltarlardakı zədələr onun bədəni üzərindəki xəsarətlərlə üst-üstə düşür. 3. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər "TOZ” markalı o cümlədən həmin kalibrli digər ov tüfənglərindən yetirilə bilərdi.4. Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlər ekspertizanın təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. 5. Təqsirləndirilən şəxs cinsiyyət orqanlarında hər hansı xəsarət aşkar olunmadı, həmçinin zorlamaya xarakterik əlamətlər aşkar olmadı (cild 02, iş vər. 217-219). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərcell Telecom MMC-nin məktubuna əlavə edilmiş telefon danışıqlarının əks olunduğu 1 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı 01 ədəd fayl açıldı, həmin faylın üzərində 7627.zip sözü yazılmış fayl olduğu aşkar olundu. Həmin “zip” fayla daxil olunduqda “504531919_SMS.txt”, “**********19.txt”, “**********32.txt”, “abuneciler.xls”, “antena.xls”, “imei abuneciler.xls”, “imei istifade.xls”, “İMEİ.xls”, “nomreler.xls” adlı altfayllar olduğu aşkar edildi. Baxış zamanı “504531919_SMS.txt” adlı fayla daxil olundu, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi. Baxış zamanı “**********19.txt” adlı fayla daxil olundu, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” mobil nömrəsindən qardaşı Şahid5 istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 16:48:12-də zəng etdiyi, həmçinin Şahid5 da həmin gün saat 16:49:23-də istifadəsində olan “***-***-**- **” mobil nömrəsindən qardaşı Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə zəng etdiyi aşkar edildi. Bundan əlavə, istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi. Baxış zamanı “abuneciler.xls” adlı fayla daxil olundu, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi. Baxış zamanı “antena.xls” fayla daxil olundu, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” mobil nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 08:49:32-dən saat 09:02:43-dək Sheki rnu, Bash Goynuk kendi, həmin gün saat 10:47:13-də Sheki r-nu, Ashagi Goynuk kendi və Sin kendi, həmin gün saat 11:32:10-da Sheki r-nu, Ashagi Goynuk kendi, həmin gün saat 11:32:11-də Sheki r-nu, Qoxmuq kendi, həmin gün saat 12:02:40-da Qax sheheri, həmin gün 12:28:08-də Seki r-nu, Sin kendi, həmin gün saat 12:28:09-da Qax sheheri, həmin gün saat 12:52:18-dən saat 14:06:32-dək Seki r-nu Ashagi Goynuk kendi, həmin gün saat 16:48:12-dən saat 16:49:23-dək Seki r-nu Bas Goynuk kendi anten dairəsində olduğu müəyyən edildi. Bundan əlavə, zərərçəkmiş şəxs X19 istifadəsində olmuş “***-***- **-**” mobil nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 08:51:38-də Sheki r-nu, Bash Goynuk kendi, həmin gün saat 08:55:32-də Sheki r-nu, Sin kendi, həmin gün saat 12:24:44-da Sheki r-nu, Sin kendi, həmin gün saat 17:09:25-də Sheki r-nu, Bas Goynuk kendi anten dairəsində olduğu müəyyən edildi. Baxış zamanı “imei abuneciler.xls” fayla daxil olundu, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi. Baxış zamanı “imei istifade.xls” fayla daxil olundu, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi. Baxış zamanı “İMEİ.xls” fayla daxil olundu, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi. Baxış zamanı “nomreler.xls” fayla daxil olundu, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi (cild 02, iş vər. 229-230). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə 1536 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Kinlilik, inadkarlıq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisələr zamanı psixi emosional vəziyyətində qəzəb, emosional oyanıqlıq, aqressiya yaranmışdır. Həmin halın yaranması fərdi-psixoloji xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam həcmdə dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur (cild 03, iş vər. 55-59). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Şəki ŞİHB-nin Baş Göynük İƏD üzrə nümayəndəliyinin 55 №-li məktubundan görünür ki, Baş Şabalıd kənd sakini olmuş X9 meyiti tapıldığı ərazi torpağın mülkiyyətə verilməsinə dair sənəddə JN- 142 F, KOD 40406028 olan həyətyanı torpaq sahəsi Təqsirləndirilən şəxs məxsusdur. Baş Şabalıd kənd sakini olmuş X60 meyiti tapıldığı ərazi torpağın mülkiyyətə verilməsinə dair sənəddə JN-141 F, KOD 40406028 olan həyətyanı torpaq sahəsi Şahid2 anası mərhum X32 məxsusdur. Təqsirləndirilən şəxs özünə xəsarət yetirdiyi ərazi özünə məxsus torpağın mülkiyyətə verilməsinə dair sənəddə JN-142 F, KOD 40406028 olan həyətyanı torpaq sahəsidir (cild 03, iş vər. 83). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3-13-12/2-116850/2024 №-li məktubundan görünür ki, “TOZ” markalı, 16 kalibrli, 6569 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İdarəsində məlumat yoxdur (cild 03, iş vər. 94). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki xx.xx.2024-cü il tarixli ŞRPŞ-nin 313108/2-15202/24 nömrəli məktubuna əsasən keçirilmiş çoxsaylı əməliyyat-axtarış tədbirləri zamanı Şəki rayonu, Baş Şabalıd kəndində yaşamış, hazırda X22 İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs ilə mərhum X18 arasında münasibətlərin təxminən 2014-cü il tarixdən pisləşdiyi, X7 tez-tez Təqsirləndirilən şəxs və sonuncunun ailəsinin ünvanına ağır söyüşlər söydüyündən, X47un icazəsiz olaraq öz mal-qarasını Təqsirləndirilən şəxs torpaq sahələrinə tez-tez saldığından Təqsirləndirilən şəxsla İsrafil Məmmədsoyun münasibətlərinin kəskinləşdiyi, aralarında ədavət olduğu, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı Baş Şabalıd kəndində özünə məxsus "TOZ" markalı ov tufəngi ilə atəş açaraq X10 "dərə” adlanan özünə məxsus torpaq sahəsində öldürdüyü müəyyən edilmişdir. Həmçinin aparılan çoxsaylı əməliyyat-axtarış tədbirləri nəticəsində X60 təxminən 3 il bundan əvvəl "S" adlanan texnikanı gətirdərək öz evi ilə Təqsirləndirilən şəxs evi arasındakı yolu siyirtdiyi, bu zaman Təqsirləndirilən şəxsla Azər Sədiyev arasında mübahisə düşdüyü, mübahisə zamanı tutaşdıqları və bir-birlərinə söyüşlər söydükləri, mübahisədən sonra X95 Məmmədov arasında münasibətlərin pisləşdiyi, aralarında ədavət olduğu, "S" adlanan texnikanı sürən sürücünün adının Şəki rayonun Aşağı Şabalıd kəndindən olan Şahid22 olduğu, xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs İsrafil Məmmədsoyu öldürdükdən sonra həmkəndlisi X65 özünə məxsus "TOZ" markalı ov tüfəngi ilə yaşadığı Baş Şabalıd kəndində Şahid2 anası mərhum X32 məxsus torpaq sahəsində öldürdüyü müəyyən edilmişdir. Bundan əlavə, Şəki rayonu, Baş Şabalıd kəndində yaşamış, hazırda X22 İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs qarşı hər hansı şəxs tərəfindən hədəqorxu gəlinməsi, sonuncuya qarşı amnasız rəftar edilməsi, mütəmadi olaraq şərəf və ya ləyaqətinin alçaldılması müəyyən edilməmiş, habelə Təqsirləndirilən şəxs İsrafil Məmmədsoyu və Azər Sədiyevi öldürdükdən sonra Baş Şabalıd kəndində özünə məxsus evin arxa tərəfində özünə məxsus torpaq sahəsində təkbaşına həmin ov tüfəngi ilə atəş açaraq öz-özünə xəsarət yetirdiyi müəyyən edilmişdir (cild 03, iş vər. 91-92). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azerfon MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 1 ədəd diskə telefon danışıqlarına dair çıxarışlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Azerfon MMC-dən daxil olmuş məktubla göndərilmiş zərf açılaraq içərisində olan 01 ədəd “CD” formatlı disk “HP” markalı kompyuterə daxil edilərək baxış keçirildi. Həmin 01 ədəd diskə baxış zamanı 04 ədəd fayl açıldı. Həmin faylların “by name 4988”, “İMEİ detallashmasi_İMEİ_**********2491”, “Mushteri zenglerinin detallashmasi_MSİSDN_702492522”, “Zenglerin mexsusluq arixcheleri_MSİSDN_702492522” adlı fayllar olduğu aşkar edildi. Baxış zamanı “by name 4988” adlı fayla daxil olundu, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi. Baxış zamanı “İMEİ detallashmasi_İMEİ_**********2491” adlı fayla daxil olundu, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi. Baxış zamanı “Mushteri zenglerinin detallashmasi_MSİSDN_702492522” adlı fayla daxil olundu, zərərçəkmiş şəxs X9 istifadəsində olmuş “***-***-**-**” mobil nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 11:19:39-da “USHK5105Q/GSHK5105 Bash-Goynuk/Şəki rayonu, Baş Göynük kəndi/Shaki/ (41.332xx/xx.10072)” anten dairəsində olduğu müəyyən edildi. Baxış zamanı “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_702492522” adlı fayla daxil olundu, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi (cild 03, iş vər. 101). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Şəki RMX PHŞ-dən 18-1-71/2-1034/2024 saylı məktubla daxil olmuş, diskə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı 01 ədəd “D38_**********4124.avi” adlı videofayl aşkar edildi. Həmin videofayla baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 17:22:07-də “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Təcili Yardım bölməsinin qarşısında Təcili Yardım maşının dayandığı, saat 17:22:25-də “Şəki RMX” PHŞ-nin Təcili Yardım bölməsinin növbətçi həkimi Şahid19 maşından düşərək qapıdan bölməyə daxil olduğu, saat 17:22:34-də tibb işçilərinin köməyi ilə təkərli çarpayının Təcili Yardım maşını istiqamətində sürülərək aparıldığı, saat 17:22:02-də Təqsirləndirilən şəxs Təcili Yardım maşının arxa hissəsindən çıxarılaraq təkərli çarpayının üzərinə uzadıldığı, sonuncu ilə bərabər Təcili Yardım maşınından Təqsirləndirilən şəxs qardaşı Şahid7 da düşərək köməklik etdiyi, saat 17:23:32-də tibbi işçiləri və Şahid7 təkərli çarpayını sürərək Təqsirləndirilən şəxs “Şəki RMX” PHŞ-nin X100 bölməsinə (“Acil” şöbəsi) apardıqları öz əksini tapmışdır (cild 03, iş vər. 110). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin kompleks məhkəmə-daktiloskopik, ballistik, trasoloji, lifli materialların ekspertizası üzrə 3-16-16/2- 3/869; 3/870; 3/871; 3872; 6/2829 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1960-cı ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, "TOZ-BM" modelli, "6589" №-li, lüləaltı yatağı eyni modeldən olan "68352" №-li, 1966-cı il istehsallı ov silahının lüləaltı yatağı ilə komplektləşdirilmiş xarici çaxmaqlı, qoşalüləli tüfəngdir yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyinə toxunmadan kənar fiziki təsir nəticəsində ondan öz-özünə atəş açılmır, çaxmaqların döyüş bölməsindən çıxması üçün öndəki tətiyə 2,2 kq, arxa tətiyə isə 2,5 kq qüvvə ilə təsir etmək tələb olunur. Silahın hissələrinin üzərində onun təyinatını dəyişdirən və üzərindəki zavod işarələrində hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim edilmiş tüfəng qeyri-ştat patronlardan atəş açmaq üçün uyğunlaşdırılmamışdır. Xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara əsasən həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malikdirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, sıxılmış hava təzyiqi iş prinsipinə malik, 4,5 mm kalibrli, "Kral" markalı, "H-55053" №-li pnevmatik tüfəngdir, odlu silah, qaz silahı hesab edilmir, saz vəziyyətdədir, təyinatı üzrə istifadəyə yararlıdır. Pnevmatik tüfəngin hissələrinin üzərində onun təyinatını dəyişdirən və üzərindəki zavod işarələrində hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim edilmiş pnevmatik tüfəngin öldürücü (məhvedici) gücə malik olduğu məsafə ilə əlaqədar xüsusi ədəbiyyatda məlumat olmadığından müəyyən etmək mümkün bu baş vermədi. Tədqiqata təqdim edilmiş 7 (yeddi) ədəd patrondan; 6 (altı) ədədi 16 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində, həmçinin tədqiqata təqdim edilmiş "TOZ-BM" modelli, "6589” №-li ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır; digər 01 ədəd gövdəsi qara rəngdə olan patron 12 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur. Təqdim edilmiş 7 (yeddi) ədəd patrondan 6 (altı) ədədi zavod üsulu ilə istehsal edilmiş, digər 1 (bir) ədədi isə gilizi zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulu ilə doldurulmuş patronlardır. Patronlardan 6 (altı) ədədi atəşə yararlıdır, 1 (bir) ədəd (16 kalibrli) pistonun üzərində vurucu izi olan patron atəşə yararsızdır. Patronlardan 01 ədəd 12 kalibrli patrona qırmalar, digər 06 ədəd 16 kalibrli patrondan 01 ədədinə qırmalar , 02 ədədinə karteç, 03 ədədinə isə güllə doldurulmuşdur. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi sitifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronlardan atəşlə ayrılmış hissələridir-gilizləridir. Həmin gilizlərin “1-ci hadisə yerindən aşkar edilmiş şərti olaraq 3 nömrəsi ilə işarələndiyi” qeyd edilən zərfdə təqdim edilmiş 01 ədəd giliz təqdim edilmiş “TOZ- BM” modelli, “6589” №-li ov tüfənginin sol lüləsindən, digər " "TOZ" markalı ov tüfənginin içərisindən aşkar edildiyi", "2-ci hadisə yerindən aşkar edilmiş şərti olaraq 2 nömrəsi ilə işarələndiyi", "1-ci hadisə yerindən aşkar edilmiş şərti olaraq 2 nömrəsi ilə işarələndiyi” və "Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş güllə çantasının ("qətər"in) içərisində olduğu" qeyd edilən zərflərdə təqdim edilmiş 04 ədəd giliz isə sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 48 (qərx səkkiz) ədəd predmet zavod üsulu ilə hazırlanmış, 4,5 mm kalibrli olmaqla, həmin kalibrə malik pnevmatik tüfəng, revolver və tapancalarda, həmçinin təqdim edilmiş "Kral" markalı, "H- 55053" №-li pnevmatik tüfəngdə sıxılmış havanın təsiri ilə atılmaq üçün nəzərdə tutulmus, "Diabolo" tipli mərmiciklərdir - döyüş sursatı hesab edilmirlər, təyinatları üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, X13 və X66 məxsus olduğu qeyd edilən geyim əşyalarının, həmçinin dırnaq nümunələrinin, güllə çantalarının, tüfəng çexolunun və qoşalüləli ov tüfənginin səthi üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. (1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 16, 17). Tədqiqata təqdim edilmiş X66 məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X66 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş X13 məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X13 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş hadisə zamanı Təqsirləndirilən şəxs əynində olduğu qeyd edilən güllə çantasının ("qətər”in) üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edildiyi qeyd edilən güllə çantasının ("qətər"in) üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edildiyi qeyd edilən güllə çantasının ("qətər"in) üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X66 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edildiyi qeyd edilən güllə çantasının (“qətər”in) üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X13 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib lifləri yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edildiyi qeyd edilən tüfəng çexolunun üzərindən aşkar edilmiş, kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib lifləri yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edildiyi qeyd edilən tüfəng çexolunun üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X66 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edildiyi qeyd edilən tüfəng çexolunun üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X13 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş X13 məxsus olduğu qeyd edilən papaq üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X13 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş hadisə zamanı Təqsirləndirilən şəxs əynində olduğu qeyd edilən güllə çantasının ("qətər”in) üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X66 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş hadisə zamanı Təqsirləndirilən şəxs əynində olduğu qeyd edilən güllə çantasının ("qətər"in) üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X13 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəd qoşalüləli ov tüfənginin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs, X66 və X13 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən dırnaq nümunələrində X66 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. X14 məxsus olduğu qeyd edilən dırnaq nümunələrində Təqsirləndirilən şəxs qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən dırnaq nümunələrində X13 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. X2 məxsus olduğu qeyd edilən dırnaq nümunələrində Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş X4 və sol əlin iç ovucundan pambıqla götürülmüş yaxma nümunələri üzərində Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib lifləri və digər kənar lif mikrohissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş X29 və sol əlin iç ovucundan pambıqla götürülmüş yaxma nümunələri üzərində Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib lifləri və digər kənar lif mikrohissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş, “TOZ- BM” modelli, “6589” №-li qoşa lüləli ov tüfənginin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahlardan atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodika olmadığından, sonuncu dəfə açılan atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd poliverin və 01 ədəd maykanın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd poliverin və 01 ədəd maykanın üzərində olan zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin aşkar edilməsinə, metal izinin aşkar edilməməsinə əsasən, həmin zədələr təqribən yivsiz (hamarlüləli) odlu ov tüfəngindən açılan 1 ədəd atəş nəticəsində, 3 sm-ə qədər məsafə daxilində yerinə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən məxsus olduğu qeyd edilən digər geyim əşyalarının səthləri üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri vardır. Tədqiqata təqdim edilmiş X13 məxsus olduğu qeyd edilən 01 ədəd hərbi gödəkçənin, 01 ədədə jiletin və 01 ədəd köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, X13 məxsus olduğu qeyd edilən 01 ədəd hərbi gödəkçənin, 01 ədədə jiletin və 01 ədəd köynəyin üzərində olan zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin aşkar edilməsinə, metal izinin aşkar edilməməsinə əsasən, həmin zədələr təqribən yivsiz (hamarlüləli) odlu ov tüfəngindən açılan 1 ədəd atəş nəticəsində, 2- m-dən yuxarı məsafə daxilində yerinə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş X66 məxsus olduğu qeyd edilən 01 ədəd poliverin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədənin formasına, morfoloji quruluşuna, X66 məxsus olduğu qeyd edilən 01 ədəd poliverin üzərində olan zədənin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin aşkar edilməsinə, metal izinin aşkar edilməsinə əsasən, həmin zədələr təqribən yivsiz (hamarlüləli) odlu ov tüfəngindən açılan 1 ədəd atəş nəticəsində, 5 sm-dən 30-sm qədər məsafə daxilində yerinə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus sağ və sol əllərindən götürüldüyü qeyd edilən pambıq tampon nümunələrində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri vardır. Bu hissəciklər təqdim edilmiş silahın lülə kanalından aşkar edilmiş atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri ilə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş, X66 və X13 məxsus olduğu sağ və sol əllərindən götürüldüyü qeyd edilən pambıq tampon nümunələrində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri yoxdur. Tədqiqata təqdim edilən Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının, X13 məxsus geyim əşyalarının, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş güllə çantasının, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş güllə çantasının üzərində istismar xarakterli izlər vardır. Təqdim edilmiş X13 məxsus qolsuz jiletin üzərində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-sökülmə zədələri vardır. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından yuxarıda qeyd edilən zədələrin əmələ gəlmə mexanizminin müəyyən edilməsi mümkün deyil. Tədqiqata təqdim edilən Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının, X13 məxsus digər geyim əşyalarının, X66 məxsus olduğu qeyd edilən geyim əşyalarının, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş güllə çantasının, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş güllə çantasının, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş tüfəng çexolunun, qara rəngli papağın üzərində trasoloji zədə, o cümlədən qarşılıqlı mübarizə zamanı yaranmağa xarakterik zədələr yoxdur (cild 03, iş vər. 134-155). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞin məhkəmə-tibbi-bioloji ekspertizası üzrə 439/2024-MTBŞ №-li rəyindən görünür ki, X60 ABO sistemi üzrə qan qrupu: O/İ/. 2. X9 ABO sistemi üzrə qan qrupu: O/İ/. 3. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A/İİ/./şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqələrinin kserosurətlərinə əsasən/3.Ekspertizaya təqdim edilən mərhum X9 başının 4 nahiyyəsindən/sağ gicgah, təpə, alın, ənsə götürülmüş tük nümunələri, ona məxsus hərbi səhra geyim forması- komuflyaj gödəkcə, jilet, köynək, şalvar üzərindəki ləkələrdə və şərti olaraq 2 nömrəsi ilə işarələnmiş, 2-ci hadisə yerindən 01 ədəd tənzif kəsiyi üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X13 və eyni qruplu X66 məxsus ola bilər. Ləkələrdə A/İİ/ qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. 4. Təqdim edilən X19 başının 4 nahiyyəsindən/sağ gicgah, sol gicgah, təpə, alın/ götürülmüş tük nümunələri, onun sağ və sol əl barmaq dırnaq kəsikləri, ona məxsus sviter, cins şalvar, mayka, trusik, bir cüt uzunboğaz rezin çəkmənin sol tayı üzərindəki ləkələrdə və şərti olaraq 4 və 5 nömrəsi ilə işarələnmiş, 2-ci hadisə yerindən 02/biri ağac budağı hissəsinə sarınmış vəziyyətdə ədəd tənzif kəsiyi üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X66 və eyni qruplu X13 məxsus ola bilər. Ləkələrdə A/İİ/ qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. 5.Təqdim edilən Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, mayka, trusik üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-eta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər/onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə/. Ləkələrdə O/İ/ qruplu X60 və X9 qanlarının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. 6. Təqdim edilən hadisə yerindən götürülmüş bir ədəd günlüklü papaq üzərində insan qanı ləkəsi aşkar olundu. Ləkərdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız O/İ/ qrupunun əsasını təşkil edən H antigeni alındı. Beləliklə, bu qan ləkəsi O- alfa, beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X66 və eyni qruplu X13 məxsus ola bilər. Ləkədə A/İİ/ qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. 7.Təqdim edilən mərhum A.Sədiyevə məxsus sağ tay uzunboğaz çəkmə, İ.Məmmədsoyun sağ və sol əl barmaq dırnaq kəsikləri, ona məxsus bir cüt yarımboğaz çəkmə, Təqsirləndirilən şəxs sağ və sol əl barmaq dırnaq kəsikləri, qoşalüləli ov tüfəngi üzərində qan, patron çantası, A.Sədiyevin başının ənsə nahiyyəsindən götürülmüş tük nümunəsində, ona məxsus məxsus bir cüt corab, İ.Məmmədsoyun başının sol gicgah nahiyyəsindən götürülmüş tük nümunəsi, ona məxsus alt şalvarı, bir cüt corab, Təqsirləndirilən şəxs başının beş nahiyyəsindən/sağ, sol gicgah, alın, təpə, ənsə götürülmüş tük nümunələrində, ona məxsus “çeçenka” papaq üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmadı (cild 03, iş vər. 167-184). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 120.2.2, 120.2.4, 120.2.9, 122 və 221-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs özünü öldürmək məqsədi ilə tüfənglə özünə atəş açıb xəsarət yetirməsi faktında CM-in 125-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsi olmadığından, cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin, Şahid5 qardaşı Təqsirləndirilən şəxs cinayət törətməyə təhrik etməsi xüsusatı üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibinin olmaması əsası ilə həmin hissədə cinayət işinin başlanılması rədd edilmişdir (cild 04, iş vər. 01-67). Məhkəmə kollegiyasının iclasında baxış keçirilərək tədqiq edilmiş CD diskə həkk olunmuş video görüntüdən görünür ki, İsrafil Məmmədsoy qoyunlarını Təqsirləndirilən şəxs tikanlı tellərlə bağlanmış sahəsinə salmış və Təqsirləndirilən şəxs çəkiliş apardığını görərək yerə uzanıb tikanlı tellərdən keçərək ərazini tərk etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər – rayon Polis şöbəsinin 06 noyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş arayış, ərizə, raport və izahatdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in 102 xidmətinə müraciət edərək, qonşusuna məxsus xırdabuynuzlu heyvanlarını onun həyətyanı torpaq sahəsinə saldığını və ona maddi ziyan vurmasını, həmçinin bu halın dəfələrlə təkrar olunmasını bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmiş, müraciətlə bağlı araşdırma aparılmış və müraciətdə qeyd edilən məsələlərin polis orqanlarının səlahiyyətində olmadığı müəyyən edilərək vətəndaşa aidiyyatı üzrə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 17 oktyabr 2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs X16 vəziyyətdə onu camaatın içərisində söyüşlə təhqir edərək üstünə hücum etdiyini bildirmiş, onun həmin müraciəti əsasında dərhal Azər Sədiyev nümayəndəliyə dəvət olunub etdiyi hərəkətlərin inzibati xəta və ya cinayət məsuliyyəti olduğu və yolverilməzliyi izah edilərək növbəti belə halın təkrarlanmaması və Təqsirləndirilən şəxs ilə barışması tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X40 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən 04 may 2024-ci il tarixdə, saat 16 radələrində yaşadığı Şəki rayonu, Baş Şabalıd kəndində özünə məxsus torpaq sahəsində həmkəndlisi X9 xırda buynuzlu heyvanları icazəsiz otarmasını görərək ona iradını bildirmiş, bu səbəbdən həmin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İsrafil Məmmədsoy onun boyun nahiyəsindən tutaraq sağrı nahiyəsinə ayağı ilə bir zərbə vurmuş, ardınca ünvanına təhqiramiz ifadələr işlətməklə nalayiq söyüşlər söymüş, bundan hiddətlənərək İsrafil Məmmədsoyun onu vuraraq ünvanına təhqiramiz ifadələr işlətməsi və nalayiq söyüşlər söyməsi, habelə əvvəllər də İsrafil Məmmədsoyun mütəmadi olaraq ona məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanlarını otarması, ona iradlarını bildirdikdə isə onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbini əsas gətirərək İsrafil Məmmədsoyu ona qarşı etdiyi hərəkətlərə görə qisas alaraq qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs piyada yaxınlıqda yerləşən evinə gedərək evdən özünə məxsus, yivsiz odlu ov silahı olan qoşalüləli tüfəngi və həmin ov tüfəngindən atılması üçün nəzərdə tutulmuş içərisində patronlar olan 1 (bir) ədəd patrondaşı götürərək həmin gün saat 16:30 radələrində İsrafil Məmmədsoyu “Dərə” adlanan ərazidə yerləşən özünəməxsus torpaq sahəsində aşkar etmiş, orada xırdabuynuzlu heyvanlarını otarmaqda davam edən İsrafil Məmmədsoya yaxınlaşaraq yenə də ona xırdabuynuzlu heyvanları ona məxsus ərazidə otarmasına dair irad bildirmiş, İsrafil Məmmədsoy yenə də onun ünvanına nalayiq söyüşlər söydükdən sonra cinayətkar niyyətini həyata keçirmək məqsədilə üzərindəki patrondaşdan 1 ədəd 16 kalibrli patronu həmin ov tüfənginin güllə yuvasına qoyub silahı atəş üçün hazır vəziyyətə gətirməklə özündən 5 metr məsafədə olan İsrafil Məmmədsoyun başının arxa nahiyəsinə qəsdən öldürmək məqsədi ilə bir dəfə atəş açaraq xəsarətlər yetirmiş və İsrafil Məmmədsoy almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Bundan başqa o, qeyd olunan cinayət hadisəsini törətdikdən sonra həmin gün saat 16:40 radələrində yaşadığı fərdi yaşayış evinin arxa tərəfində yerləşən, həmkəndlisi Şahid2 istifadəsində olan torpaq sahəsində qonşusu X80 ilə rastlaşmış, Azər Sədiyevin təxminən 3 il əvvəl iri qabaritli xüsusi texnika gətizdirərək öz evinin qarşısının torpaq səthini düzləşdirməsi zamanı onun evinin həyətyanı sahəsinin hasarının zədələnməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Azər Sədiyevin onun ünvanına nalayiq ifadələr işlətməsi, habelə bu hadisədən sonra aralarında yaranmış ədavətlə əlaqədar Azər Sədiyevlə qonşuluqda yaşamaları ilə bağlı tez-tez rastlaşarkən hər dəfə sonuncunun onu oğlan övladının olmaması ilə bağlı ələ salması, ailə üzvlərinin, yəni arvadının və qızlarının ünvanına nalayiq ifadələr işlətməsi səbəbini əsas gətirərək Azər Sədiyevə yaxınlaşaraq sonuncuya ona etdikləri hərəkətlərə görə iradını bildirmiş, Azər Sədiyev isə həmin vaxt yenidən onun, arvadının və qızlarının ünvanına nalayiq ifadələr işlətdiyindən bu səbəbdən həmin şəxsi münasibətlər zəminində və aralarında formalaşmış uzunmüddətli münaqişəyə görə Azər Sədiyevi qisas alaraq qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətini həyata keçirmək üçün üzərində olan patrondaşdan 2 ədəd 16 kalibrli patron götürərək əlindəki özünə məxsus, yivsiz odlu ov silahı olan qoşalüləli tüfənginin güllə yuvasına yerləşdirərək cinayətkar niyyətinə nail olmaq məqsədi ilə ondan təxminən 1 metr məsafədə üzbəüz dayanmış Azər Sədiyevin əvvəlcə boyun nahiyəsinə və daha sonra başının arxa nahiyəsinə olmaqla ardıcıl olaraq 2 dəfə atəş açaraq xəsarətlər yetirmiş və X80 almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Bununla da Təqsirləndirilən şəxs təkrar qəsdən adam öldürmüşdür. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, təkrar qəsdən adam öldürmə (CMnin 120.2.10-cu maddəsi) cinayətində iki və ya daha çox şəxsi öldürmə təqsirkarın vahid qəsdi ilə əhatə olunmur və bir qayda olaraq ayrı-ayrı vaxtlarda törədilir. Bu zaman təqsirkarın əvvəllər başa çatmış qəsdən adam öldürmə cinayəti törətməsi, yaxud bu növ cinayət törətməyə cəhd etməsi və ya bu növ cinayətin icraçısı, yaxud iştirakçısı olmasının əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.10-cu maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 120.2.10 maddəsi ilə tövsif edilməlidir və bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs təqsirlidir. Belə ki, qeyd edilən cinayətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri, ifadənin yerində yoxlanması və digər istintaq hərəkətlərinin protokolları, habelə işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.10-cu maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməllinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120-ci maddəsinin ikinci hissəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, kifayət qədər yaşının olmasını, zərəzçəkmiş şəxslər tərəfindən mütəmadi olaraq onun şəxsiyyətinə və ailəsinə münasibətdə edilmiş hərəkətləri, o cümlədən təqsirləndirilən şəxsin peşman olmasını, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cinayəti odlu silahdan istifadə etməklə törətməsi cəzanı ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.10-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsas məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Belə ki, cinayət işi materiallarından da müəyyən olunur ki, Təqsirləndirilən şəxs, İsrafil Məmmədsoy və X104 rayonu Baş Şabalıd kəndində yaşamaqla qonşu olmuşlar. İsrafil Məmmədsoy və Azər Sədiyev Baş Şabalıd kəndində kifayət qədən nüfuza sahib olmaqla yanaşı, eyni zamanda kifayət qədər maddi cəhətdən təminatlı olmuşlar. X87 öz ifadəsində bu məsələ ilə bağlı qeyd edərək Azərin maddi imkanın olmasına paxıllıq etdiyindən Təqsirləndirilən şəxs Azər Sədiyevi öldürməsini ehtimal etmişdir. Qeyd edilən hallar öz təsdiqini tapmasa da, məhkəmə istintaqı zamanı İsrafil Məmmədsoyun söyüş söyən bir şəxs olduğu, söyüş söyərkən heyvana, heyvan sahibinə, torpağa, torpaq sahibinə və.s kimi söyüşlər söydüyü, X47 söyüş söyərkən yaxınlıqda qonşuların olmasını, qonşuluqda qadın uşaq və ya hər hansı bir ailənin olmasını nəzərə almadığı, ancaq buna baxmayaraq İsrafil Məmmədsoy öz ailə üzvlərinin yanında söyüş söymədiyi və bununla etdiyi hərəkətlərin cəmiyyətdə mənfi qarşılandığını dərk etdiyi müəyyən edilmişdir. Buna baxmayaraq kənddə nüfuz sahibi olması ilə əlaqədar heç kim ona heçnə deməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Heydər Hüseynov ifadəsində göstərmişdir ki, kənddə kömür işinə baxırmış, ancaq hazırda həmin işə baxmır. Bunun səbəbi İsrafil Məmmədsoyun oğluna kömürün tüstüsündən narahat olduğunu bildirməsi olmuşdur. Çünki tüstü çıxdığı üçün İsrafil qonşu olaraq narahat olurmuş. İsrafillə aralarında bir qonşu daha olmuşdur. Həmin qonşu kömürün tüstüsündən şikayətçi olmamış, lakin İsrafil şikayət etmişdir. İsrafil kənddə kifayət qədər söz sahibi olduğundan onlarda bundan sonra kömür işinə baxmamışlar. Azər Sədiyev ilə Namik Məmmdovun münasibətləri onun öz evinin qarşısını düzləşdirməsi ilə bağlı “S” markalı iriqabaritli texnika hesab olunan buldozerin gəlib Azərin evinin qabağını düzləşdirərkən Təqsirləndirilən şəxs hasarının fundamentini zədələməsi olmuşdur. Təqsirləndirilən şəxs buna irad bildirərkən aralarında mübahisə yaranmış, mübahisə zamanı X107 Məmmədova bir sillə vurmuş və həmin hadisədən sonra onların münasibətləri pisləşmişdir. Hadisədən sonra X107 Məmmədova sataşaraq söz atmış, maddi imkanının olmamasını, oğlan uşağının olmamasını əsas gətirərək alçaldıcı sözlər demişdir. Bütün kənd camaatının İsrafil Məmmədsoyun və X15rşı etdikləri, yəni onu təngə gətirərək bezdirdikləri barədə məlumatlarının olmasına baxmayaraq həm İsrafil Məmmədsoyun ailəsinin, həm də Azər Sədiyevin ailəsinin kənddə olan nüfuzundan çəkinmişlər. Şahid20 Məhfuzə Sədiyevanın ibtidai istintaq zamanı verdiyi ifadə ilə bağlı ona zəng edib irad bildirdiyini, habelə şahid Heydər Hüseynovun isə ibtidai istintaq zamanı verdiyi ifadə ilə bağlı Coşğun müəllim ona zəng etdiyini, Coşğun müəllim ona zəng edib ibtidai istintaq zamanı düzgün ifadə vermədiyini ona deməsini məhkəmə iclasında bildirmişlər. X88 və X55 Məmmədova etdiyi hərəkətlər barədə onların ailə üzvlərinin də məlumatları olmuşdur. Belə ki, Coşğun Məmmədovun ifadəsindən görünür ki, Namikin bacısı oğlu X42 ona zəng edərək “dayım Azəri atıbdı, bu nə məsələdi?” soruşduqda o, Anara “heçnədən xəbərim yoxdur” sözlərini demiş və dərhal atası İsrafil Məmmədsoya zəng etmiş, dəfələrlə zəng etməsinə baxmayaraq atası İsrafil telefona cavab verməmişdir. O, atası İsrafilin Azərə tibbi yardım göstərdiyini buna görə telefona cavab verə bilmədiyini düşünsə belə anasına zəng edərək atasının harada olmasını soruşmuş, anası “yuxarıda dərə adlanan ərazidə qoyunları otarır” sözlərini ona bildirməsi Coşğun Məmmədov üçün yetərli olmamış və bundan sonra o, narahat qaldığı üçün əmisi X17 zəng edərək gedib atasını tapmağını xahiş etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azər Sədiyev və X55 Məmmədov və onun ailəsinə qarşı sərgilədikləri davranışdan Təqsirləndirilən şəxs təngə gələrək bezmiş və aciz qalmışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında baxış keçirilərək tədqiq edilmiş CD diskə həkk olunmuş video görüntüdən görünür ki, İsrafil Məmmədsoy qoyunlarını Təqsirləndirilən şəxs tikanlı tellərlə bağlanmış sahəsinə salmış və Təqsirləndirilən şəxs çəkiliş apardığını görərək yerə uzanıb tikanlı tellərdən keçərək ərazini tərk etmişdir. Bundan başqa məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər – rayon Polis şöbəsinin 06 noyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş arayış, ərizə, raport və izahatdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in 102 xidmətinə müraciət edərək, qonşusuna məxsus xırdabuynuzlu heyvanlarını onun həyətyanı torpaq sahəsinə saldığını və ona maddi ziyan vurmasını, həmçinin bu halın dəfələrlə təkrar olunmasını bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmiş, müraciətlə bağlı araşdırma aparılmış və müraciətdə qeyd edilən məsələlərin polis orqanlarının səlahiyyətində olmadığı müəyyən edilərək vətəndaşa aidiyyatı üzrə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 17 oktyabr 2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs X16 vəziyyətdə onu camaatın içərisində söyüşlə təhqir edərək üstünə hücum etdiyini bildirmiş, onun həmin müraciəti əsasında dərhal Azər Sədiyev nümayəndəliyə dəvət olunub etdiyi hərəkətlərin inzibati xəta və ya cinayət məsuliyyəti olduğu və yolverilməzliyi izah edilərək növbəti belə halın təkrarlanmaması və Təqsirləndirilən şəxs ilə barışması tövsiyyə edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs İsrafil Məmmədsoy və Azər Sədiyevin hərəkətlərindən müxtəlif orqanlara şikayət etməsinə baxmayaraq İsrafil Məmmədsoy və Azər Sədiyev barəsində hər hansı tədbirlər görülməmiş, hətta Azər Sədiyevin hərəkətlərində inzibati xəta və ya cinayət məsuliyyətinin olması müəyyən olunmasına baxmayaraq həmin orqanlar tərəfindən həmin hərəkətlərin inzibati xəta və ya cinayət olub-olmamasının yoxlanması üçün müvafiq tədbirlər görülməmiş və Azər Sədiyevin hərəkətlərinə hüquqi qiymət verilməmişdir. Bununla da Azər Sədiyevin və X55 Məmmədova qarşı etdiyi hərəkətlərinə dövlət orqanları laqeyd qalmışlar. Nəticədə bu cür hallardan Təqsirləndirilən şəxs təngə gələrək bezmiş və çarəsiz qalmışdır. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid11 sualları cavablandırarkən göstərmişdir ki, Namiklə yol düzəldən vaxt İsrafil kişi uzaqdan söyüş söyə-söyə gəlmişdir. O da həmin vaxt Namikə ola bilsin getməsini bildirmişdir. Çünki Namik söyüş götürən biri olmamış, onlar isə söyüşə uyğunlaşmışdırlar. Məhkəmə kollegiyasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxs İsrafil Məmmədsoyun qardaşı Şahid23 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla 10 il sinif yoldaşı olmuş, Namikin bu hadisəni törətməsinə inana bilmir. Çünki Namiki sakit biri kimi tanımışdır. Namik çox tərbiyəli biri olmuşdur. Namik bu hadisəni törətməzdi. Çünki o, belə bir adam olmayıb. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qararının 49-cu bəndində göstərilmişdir ki, ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiqi məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdır ki, qanunda göstərilən hallarda belə cəza yalnız o vaxt tətbiq oluna bilər ki, həmin cəzanın təyini cəzanı ağırlaşdıran xüsusi hallarla və cinayəti törətmiş şəxsin cəmiyyət üçün son dərəcə təhlükəli olması ilə şərtləşmiş olsun. Bütün hallarda ömürlük azadlıqdan məhrum etmə cəzasının təyini üçün əsas verən hallar hökmdə göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətin ağırlığını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, törədilmə üsulunu və kiriminal əməlin nəticələrini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının ilk 5 (beş) ilini həbsxanada çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun həbsə alındığı vaxtdan, yəni 07 may 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub və Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan X19 meyitinə baxış keçirilməsi zamanı onun əynində olmuş 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd ağ rəngli trusik, 1 (bir) ədəd qara rəngli zolaqları olan ağ rəngli sviter, 1 (bir) cüt alt hissəsi sarı rəngli üzəri isə qara rəngli qaloş, eləcə də Azər Sədiyevin meyitindən götürülmüş əl-barmaq izləri, həmçinin dırnaq və tük nümunələri, habelə sağ və sol əl ovucundan pambıqla götürülmüş yaxma nümunələri, mərhum X9 meyitinə baxış keçirilməsi zamanı onun əynində olmuş 1 (bir) ədəd tünd göy rəngli cins şalvar, 1 (bir) ədəd açıq yaşıl rəngli qolsuz mayka, 1 (bir) ədəd tünd göy rəngli penjama, 1 (bir) ədəd boz rəngli kofta, 1 (bir) cüt qara rəngli çəkmə, 1 (bir) ədəd yaşıl-qəhvəyi rəngli zolaqları olan hərbi geyim formalı gödəkçə (“kamuflyaj”), 1 (bir ədəd) qara rəngli papaq, eləcə də İsrafil Məmmədsoyun meyitindən götürülmüş əl-barmaq izləri, həmçinin dırnaq və tük nümunələri, habelə sağ və sol əl ovucundan pambıqla götürülmüş yaxma nümunələri, həmçinin hadisə baş verən zaman Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd qara rəngli trusik, tünd göy rəngli cins şalvar, 1 ədəd tünd qəhvəyi rəngli papaq, 1 (bir) ədəd orta hissəsi göy, boz, açıq göy rəngli naxışlarla bəzədilmiş kənarları tünd göy rəngli kofta, habelə Təqsirləndirilən şəxs götürülmüş əl-barmaq izləri, dırnaq və tük nümunələri, habelə sağ və sol əl ovucundan pambıqla götürülmüş yaxma nümunələri, habelə hadisə yerinə baxış keçirilməsi zamanı mərhum X20 və X60 meyitlərinin olduğu yerdən (asfaltın üzərindən) götürülmüş qanabənzər nümunələr hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “KGTEL” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılsın, X13 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefon onun hüquqi varisi X28 qaytarılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman əynində olmuş güllə çantasının (“qətər”in) içərisində olan üzərinə “STERLİNG 16 cal. Buckshot 70 mm” 1 (bir) ədəd patron, üzərinə “MECA RİFLED SLUG 16 cal 70 mm” sözləri yazılmış 1 (bir) ədəd patron, üzərinə “STERLİNG 16 cal 28 gr” sözləri yazılmış 1 (bir) ədəd patron, üzərinə “X109 7.89 mm PELLETS” sözləri yazılmış 1 (bir) ədəd patron, üzərinə “MECA RİFLED SLUG 16 cal 70 mm” sözləri yazılmış 1 (bir) ədəd patron olmaqla ümumilikdə 05 ədəd patron və içərisində həmin 05 ədəd patron olan kənarları tünd yaşıl özü isə boz rəngli güllə çantası (“qətər”i), 1 (bir) ədəd 16 kalibrli “TOZ” markalı qoşalüləli ov tüfəngi, həmin tüfəngin içərisindən aşkar edilmiş üzərinə “MECA Buck 16 cal” sözləri yazılmış 1 (bir ədəd) giliz və üzərinə “MECA RİFLED SLUG 16 cal 70 mm” sözləri yazılmış 1 (bir) ədəd patron, həmçinin hadisə yerlərindən aşkar edilmiş 3 (üç ədəd) giliz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin silah-sursat anbarına təhvil verilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 400 (dörd yüz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 (dörd yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.10-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.10-cu maddəsi ilə 20 (iyirmi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının ilk 5 il (beş) il müddətə olan hissəsini həbsxanada, qalan 15 (on beş) il müddətə olan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan X19 meyitinə baxış keçirilməsi zamanı onun əynində olmuş 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd ağ rəngli trusik, 1 (bir) ədəd qara rəngli zolaqları olan ağ rəngli sviter, 1 (bir) cüt alt hissəsi sarı rəngli üzəri isə qara rəngli qaloş, eləcə də Azər Sədiyevin meyitindən götürülmüş əl-barmaq izləri, həmçinin dırnaq və tük nümunələri, habelə sağ və sol əl ovucundan pambıqla götürülmüş yaxma nümunələri, mərhum X9 meyitinə baxış keçirilməsi zamanı onun əynində olmuş 1 (bir) ədəd tünd göy rəngli cins şalvar, 1 (bir) ədəd açıq yaşıl rəngli qolsuz mayka, 1 (bir) ədəd tünd göy rəngli penjama, 1 (bir) ədəd boz rəngli kofta, 1 (bir) cüt qara rəngli çəkmə, 1 (bir) ədəd yaşıl-qəhvəyi rəngli zolaqları olan hərbi geyim formalı gödəkçə (“kamuflyaj”), 1 (bir ədəd) qara rəngli papaq, eləcə də İsrafil Məmmədsoyun meyitindən götürülmüş əlbarmaq izləri, həmçinin dırnaq və tük nümunələri, habelə sağ və sol əl ovucundan pambıqla götürülmüş yaxma nümunələri, həmçinin hadisə baş verən zaman Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd qara rəngli trusik, tünd göy rəngli cins şalvar, 1 ədəd tünd qəhvəyi rəngli papaq, 1 (bir) ədəd orta hissəsi göy, boz, açıq göy rəngli naxışlarla bəzədilmiş kənarları tünd göy rəngli kofta, habelə Təqsirləndirilən şəxs götürülmüş əl-barmaq izləri, dırnaq və tük nümunələri, habelə sağ və sol əl ovucundan pambıqla götürülmüş yaxma nümunələri, habelə hadisə yerinə baxış keçirilməsi zamanı mərhum X20 və X60 meyitlərinin olduğu yerdən (asfaltın üzərindən) götürülmüş qanabənzər nümunələr hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “KGTEL” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılsın, X13 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefon onun hüquqi varisi X28 qaytarılsın, Həmçinin, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman əynində olmuş güllə çantasının (“qətər”in) içərisində olan üzərinə “STERLİNG 16 cal. Buckshot 70 mm” 1 (bir) ədəd patron, üzərinə “MECA RİFLED SLUG 16 cal 70 mm” sözləri yazılmış 1 (bir) ədəd patron, üzərinə “STERLİNG 16 cal 28 gr” sözləri yazılmış 1 (bir) ədəd patron, üzərinə “X109 7.89 mm PELLETS” sözləri yazılmış 1 (bir) ədəd patron, üzərinə “MECA RİFLED SLUG 16 cal 70 mm” sözləri yazılmış 1 (bir) ədəd patron olmaqla ümumilikdə 05 ədəd patron və içərisində həmin 05 ədəd patron olan kənarları tünd yaşıl özü isə boz rəngli güllə çantası (“qətər”i), 1 (bir) ədəd 16 kalibrli “TOZ” markalı qoşalüləli ov tüfəngi, həmin tüfəngin içərisindən aşkar edilmiş üzərinə “MECA Buck 16 cal” sözləri yazılmış 1 (bir ədəd) giliz və üzərinə “MECA RİFLED SLUG 16 cal 70 mm” sözləri yazılmış 1 (bir) ədəd patron, həmçinin hadisə yerlərindən aşkar edilmiş 3 (üç ədəd) giliz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə 400 AZN (dörd yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə (məruzəçi) Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar