Məhkəmə qərarları › İş №1(091)-68/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-68/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-68/2022 19.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçu) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: Şahid3 Söhrab oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X7, müdafiəçi: Zaqatala rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1992-ci ildə Balakən rayonu Qullar kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdə günorta saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində M.Əcəmi metrostansiyasının yaxınlığında piyada hərəkət edərkən yolun kənarından yerdən “Winston” markalı siqaret qutusunda olan 04 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,335 qr, 1,360 qr., 1,501. qr, 1,537 qr., ümumi təmiz çəkisi 5,733 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini taparaq qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib üzərində daşıyaraq Balakən rayonuna gətirmiş, satış məqsədi ilə əynindəki qara rəngli idman şalvarının sağ yan cibində gəzdirərək saxlamışdır. 15 sentyabr 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 15:55-dən 16:25-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd “Winston” markalı siqaret qutusunun içindəki 04 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,335 qr, 1,360 qr., 1,501. qr, 1,537 qr., ümumi təmiz çəkisi 5,733 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02.09.2021-ci il tarixdə günorta saat 02 radələrində Bakı şəhəri Nəsimi rayonu M.Əcəmi metrostansiyasının yaxınlığında olduğu zaman yolun kənarında yerdən tapdığı 1 ədəd “Winston” markalı siqaret qutusunun içərisində 4 ədəd sellofan bükümlərdə narkotik vasitə heroin taparaq özü istifadə etməsi üçün üzərində saxlamış, həmin narkotik vasitədən bir dəfə istifadə etmişdir. Qalan bükümləri də gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. 11.09.2021-ci il tarixdə dostu, Biləsuvar rayon sakini olan Şahid1 məxsus olan “BMW” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Balakən rayonuna gələrək kirayə yaşadığı evdə qonaq qalmışlar. 15.09.2021-ci il tarixdə günorta saatlarında Şahmarla birlikdə Balakən şəhər mərkəzinə getmək üçün yaşadığı evdən küçəyə çıxaraq avtomaşına əyləşmək istədikləri zaman polis əməkdaşları onlara yaxınlaşaraq üzərlərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarından onları Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. Balakən rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra müdfiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olan “Winston” markalı siqaret qutusunun içərisində saxladığı 4 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, Şahid1 onun öz üzərində narkotik vasitə saxlaması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 15.09.2021-ci il tarixdə Balakən şəhəri A.Məmmədov küçəsi dalan-3 ev 3-də qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi BMW markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması və daşımasında və həmin avtomobildə sərnişin qismində əyləşmiş Biləsuvar rayonu Bəydili kəndi, M.Adışov küçəsi ev-4-də qeydiyyatda olan və yaşayan Şahid1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduqlarından Təqsirləndirilən şəxs kirayədə yaşadığı evin qarşısında BMW markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmək istədikləri zaman tərəflərindən saxlanılmış və qeyd olunan avtomaşınla birlikdə hər iki şəxs Balakən rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılan zaman sonuncu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd «Winston” markalı siqaret qutusunu çıxardıb təqdim edərək qutunun içərisində 4 ədəd sellofan bükümlərdə saxladığı kütlələrin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin əynindəki şalvarın sol yan cibindən bir ədəd maşın açarı və digər açarları da çıxardıb təqdim etmiş, suallara cavab olaraq üzərində saxladığı həmin narkotik vasitəni Bakı şəhəri Əcəmi metrostansiyasının yaxınlığında təxminən 2-3 sentyabr tarixində tapdığını, özünün narkotik vasitə istifadəçisi olduğunu və aşkarlanmış narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 4 (dörd) ədəd sellofan bükümlərdə olan narkotik vasitə olan heroinə bənzər maddələr elektron tərəzidə çəkilərkən onların ümumi çəkisi 6,2 qram olmuş, aşkar edilmiş 4 (dörd) ədəd sellofan bükümlərdə olan narkotik vasitə olan heroinə bənzər maddələr bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə əyləşmiş tanışı Şahid1 onun üzərində narkotik vasitə saxlamasından xəbərinin olmadığını, həmin avtomaşında narkotik vasitə saxlamadığını bildirmiş və sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman heç bir qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11.09.2021-ci il tarixdə özünə məxsus “BMW” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə dostu Təqsirləndirilən şəxs atasına sonuncunun səhhəti ilə bağlı baş çəkmək üçün Balakən rayonuna gəlmiş, Umaxan ilə sonuncunun Balakən şəhərində yaşayan atası Şahinə baş çəkdikdən sonra Umaxanın kirayədə yaşadığı evinə gedib orada qalmışlar. 15.09.2021-ci il tarixdə gündüz saatlarında Balakən şəhərinin mərkəzinə getmək üçün evdən çıxıb yolda saxladığı avtomobilinin yanına getmiş, avtomobilin açarını Umaxana verərək Balakən şəhərini yaxşı tanımadığı üçün avtomobili idarə etməsini Umaxandan xahiş etmişdir. Umaxan avtomobilin sükanın arxasına əyləşmiş, o da Umaxanın yanında əyləşmişdir. Bu zaman polis əməkdaşları onların əyləşdikləri “BMW” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşaraq özlərini təqdim edərək üzərlərində qanunsuz olaraq narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli olduqlarını bildirərək polis şöbəsinə dəvət etmişlər. O və dostu Umaxan polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gəldikdən sonra şübhəli şəxs kimi üzərində şəxsi axtarış zamanı üzərindən hər hansı bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya aşkar olunmamışdır. Şəxsi axtarış başa çatdıqdan sonra onun, vəkili Hidayət Muradovun, Təqsirləndirilən şəxs, Umaxanın hüquqlarını müdafiə edən vəkilin və polis əməkdaşlarının iştirakları ilə etibarnamə ilə idarə etdiyi “BMW” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşınına onun razılığı ilə keçirilən baxış zamanı avtomobilindən narkotik vasitə və qanunla qadağan edilmiş əşya aşkar olunmamışdır. Umaxanın üzərində narkotik vasitə saxlamasından, daşımasından və istifadə etməsindən onun xəbəri olmamış, Umaxan özü də ona bu barədə bildirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımaqla yoldaşılıq münasibətləri olmuşdur. Umaxanın narkotik vasitə istifadəçisi oluğunu bildiyinə görə sonuncudan narkotik vasitə olan heroini ona pay verməsini xahiş etmiş, lakin Umaxan ona narkotik vasitə verməmişdir. Bu səbəbdən də istifadə etdiyi 050 471-34-80 mobil telefon nömrəsindən Umaxanın istifadəsində olan mobil nömrəyə SMS-lər yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu kimi tanımış, sonuncu ilə arasında heç vaxt narkotik vasitə barədə söhbət olmamışdır. Umaxandan narkotik vasitə istəməmiş, Umaxan ona narkotik vasitə verməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 077 ***-**-** mobil telefon nömrəsi son iki ildə onun istifadəsində olmuş, Təqsirləndirilən şəxs qonşu küçədə yaşamaqla sonuncunun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Bir neçə dəfə Umaxandan narkotik vasitə istəmiş, Umaxan da ona təmənnasız olaraq bir çəkimlik narkotik vasitə olan heroin pay vermişdir. Pul müqabilində Umaxandan narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs başqa hər hansı bir şəxsə narkotik vasitə satmasından və ya pay verməsindən xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 17/695 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 4 ədəd sellofan bükümdə....” sözləri yazılmış zərfin içərisindəki 04 (dörd) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 1,335 qr., 1,360 qr.,1,501 qr.,1,537 qr., ümumi təmiz çəkisi -5,733 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə – heroinlərdir. Tədqiqata təqdim edilmiş, 04 (dörd) ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli 1405 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayon Məhkəməsinin 14.10.2014-cü il tarixli hökmü CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20% dövlət nəfinə tutlmaqla 01 il islah işləri cəzasına məhkum edilmişdir. CMin 18.4-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən və azadlıqdan mıhrum etmə ilə bağlı cəza təyin edilmədiyindən Umaxan Bayramavun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 15 sentyabr 2021-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qara rəngli idman şalvarının sağ yan cibindən 04 ədəd bükümdə ümumi çəkisi 6,2 qram olan heroin aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 04.11.2021-ci il tarixli "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına sənədləşdirilmiş 051 ***-**-** mobil telefon nömrəsi ilə Xocavənd rayonu Xocavənd kəndində qeydiyyatda olan X3 adına sənədləşdirilmiş 050 471-34-80 nömrəli mobil telefona 07.08.2021-ci il tarixdə saat 11:32:14-də “Qaqam nağarırsa can qaqam qurban olum sənə varsa beş altı tüstü çəkdirsənə Nurlanı sikdir eleyib gelim can qaqa pisdi veziyyetim gelimse vızov at gelirem can qaqa” məzmununda, 16.08.2021-ci il tarixdə saat 13:10:51-də “Ay dostum vəziyyətim psidir bir çarə eləsənə yola tullayardın gəlib götürərdin”” məzmununda, 25.08.2021-ci il tarixdə saat 20:06:02-də Təqsirləndirilən şəxs istifadəsində olan 051 ******* mobil telefon nömrəsinə Balakən rayonu Tülü kənd sakini X4 adına sənədləşdirilmiş 050 *** ** ** mobil telefon nömrəsindən “Ay umu sabah olasıdır deyirlər mal” məzmununda, 11.09.2021-ci il tarixdə saat 10:42:55-də Təqsirləndirilən şəxs istifadəsində olan 051 ******* mobil telefon nömrəsinə Xocavənd rayonu Xocavənd kəndində qeydiyyatda olan X3 adına sənədləşdirilmiş 050 *** ** ** mobil telefon nömrəsindən “pisdi veziyyet” məzmununda, 11.09.2021-ci il tarixdə saat 10:43:10-da “kömek ele qaqa çox pisdi” məzmununda smslər göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Balakən şəhər İnzibati Dairəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 1-də yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 15 sentyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1535-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin bükümlərə qoyulması, SMS yazışmalar və işdə olan digər sənədlər əsas verir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 15 sentyabr 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 15 sentyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən Rayon Polis Şöbəsində saxlanılan 5,533 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar