Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-68/2024 25.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxxx 1970-ci ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Qəbələ rayonunun Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 150.2.5, 150.3.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə, həmçinin köməksiz vəziyyətindən istifadə etməklə təkrar seksual xarakterli hərəkətlər etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, hazırlamış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə saat təxminən 16 radələrində Qəbələ rayonunun Mıxlıqovaq kəndində “kəndbaşı məhəlləsi” adlanan və yaşadığı evin yaxınlığında yerləşən çay yatağı və meşəlik-çöllük ərazidə oyun oynayan azyaşlı həmkəndliləri xx xxxx 2012-ci ildə doğulmaqla 10 yaşlı və özündən 42 yaş kiçik Zərərçəkmiş şəxs1, eləcə də xx xxxx 2011-ci ildə doğulmaqla 11 yaşlı və özündən 41 yaş kiçik Zərərçəkmiş şəxs2 on dörd yaşına çatmadıqlarını bildiyi halda, eləcə də ətrafda kənar şəxslərin olmadığına və azyaşlı olmaları ilə əlaqədar fiziki cəhətdən ondan zəif olmalarına və ona qarşı müqavimət göstərmək imkanından məhrum olduqlarına əmin olaraq, bununla da onların köməksiz vəziyyətindən istifadə edərək cəmiyyət arasında təşəkkül tapmış əxlaq normalarına zidd şəkildə öz cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədi ilə onlara yaxınlaşaraq əynindəki şalvarı və tumanı aşağı salıb, azyaşlı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinsiyyət orqanını göstərib gəlib əllərini vurmalarını demiş, sözlərinə məhəl qoymadıqda onlara daha da yaxınlaşıb ilk olaraq Zərərçəkmiş şəxs1 sağ əlindən tutub fiziki zor tətbiq etməklə özünə tərəf çəkib əlini bir neçə saniyə ərzində zorla cinsiyyət orqanına sürtmüş, Zərərçəkmiş şəxs1 əlini dartıb kənara çəkdikdən sonra bu cür qanunsuz əməllərini davam etdirib təkrarən orada olan Zərərçəkmiş şəxs2 yaxınlaşıb onun əlini cinsiyyət orqanına sürtmək üçün sağ əlinin pəncə hissəsindən tutmuş, Zərərçəkmiş şəxs2 əlini dartıb kənara çəkmək istədikdə fiziki zor tətbiq etməklə əlini dartaraq bir neçə saniyə ərzində zorla cinsiyyət orqanına sürtərək cinsiyyət orqanını ereksiya vəziyyətinə gətirmiş, sonuncu əlini dartıb kənara çəkdikdən sonra orada dayanıb ereksiya vəziyyətində olan öz cinsiyyət orqanını azyaşlılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 gözü qarşısında əli ilə bir neçə dəfə sürtüb masturbasiya edərək orqazm olmaqla spermasını yerə boşaltmış, etdiyi bu cür seksual xarakterli hərəkətlər barədə kimsəyə məlumat verməmələri üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birinə 1 manat məbləğində pul verməklə oradan uzaqlamış, bununla da on dörd yaşına çatmayan azyaşlı zərərçəkmişlər – Zərərçəkmiş şəxs1 və təkrarən Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməklə və köməksiz vəziyyətlərindən istifadə etməklə təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2019-cu ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən “Tala” adlanan yerdə yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq qurudub, kustar üsulla hazırladığı narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşadığı evdə yataq otağında 01 ədəd kağız bükümdə gizlətməklə saxlamış, bundan sonra o, yuxarıda qeyd olunan azyaşlılar – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı etdiyi seksual xarakterli digər hərəkətlər barədə sonuncuların valideynlərinin Qəbələ Rayon Polis Şöbəsinə etdiyi şikayət əsasında 27 mart 2023-cü il tarixdə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinin inzibati binasına dəvət edilib gətirilməklə mobil telefonunun qalereya bölməsinə baxış keçirilərkən orada narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin fotoşəklinin aşkar edilməsindən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinmiş, bununla əlaqədar onun razılıq ərizəsi əsasında yaşadığı Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq otağındakı şkafın çəkməcəsindən yuxarıda qeyd olunan mənbədən əldə etdiyi 01 ədəd kağız bükümdə təmiz çəkisi 42,03 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib CM-in 150.2.5 və 150.3.3cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayır, 10 ildir işi ilə bağlı Rusiya Federasiyasına gedib-gəlir. 24 avqust 2022-ci il tarixdə Rusiya Federasiyasına getmiş, 23 mart 2023-cü il tarixdə saat təxminən 20 radələrində Azərbaycan Respublikasına qayıtmış, yaşadığı Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evinə 23 mart 2023-cü il tarixdən 24 mart 2023-cü il tarixə keçə gecə saat 24 radələrindən sonra çatmışdır. Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 həmkəndliləri və qonşularıdır, sonuncu ilə təxminən 10 il yaxındır ədavətləri vardır. Təxminən 2013-2015-ci illərdə aralarında torpaqla və yolla bağlı mübahisələri yaranmış, Qanuni nümayəndə1 vəfat etmiş atası Firidun Babayev ona məxsus torpaq sahəsindən yol istəmiş, lakin həmin torpaq sahəsi ona məxsus olduğu üçün yol verməmiş, bununla bağlı bir neçə dəfə polis şöbəsinə şikayət etmişlər. Qanuni nümayəndə1 atası Firidun Babayev əvvəlcə onun atasına, atası vəfat etdikdən sonra isə qardaşı Sərvan Babayevə qarşı məhkəmədə iddia qaldırmış, lakin Qəbələ Rayon Məhkəməsi Firidun Babayevin həmin iddiasını təmin etməmişdir. Qanuni nümayəndə2lə aralarında ədavət olmamış, lakin Qanuni nümayəndə2lə Qanuni nümayəndə1 əmioğlu olduqları üçün onun Qanuni nümayəndə2lə münasibəti yoxdur, ancaq kənddə rastlaşdıqda salamlaşsalar da qarşılıqlı olaraq bir-birilərinin xeyir və şər məclislərində iştirak etmirlər. 24 mart 2023-cü il tarixdə günorta saatlarından sonra Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 azyaşlı övladları Zərərçəkmiş şəxs2, Şahid3, Zərərçəkmiş şəxs1 və Şahid2 evlərinin yanında küçədə görmüş, həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ondan pul istəmişlər, o da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birinə bir manat məbləğində pul vermişdir. Adları qeyd edilən şəxslərin valideynləri ilə ədavətləri olsa da övladları ilə münasibəti normal olmuş, əvvəllər toyda və ya kənddə adları qeyd olunan şəxsləri gördükdə xərcləmək üçün pul vermiş və pulu adları çəkilən şəxslərin özləri istəmişlər. Adları qeyd edilən şəxslərə 10 manat məbləğində pul verə biləcəyini demiş və quzuqarnı göbələyi yığa bilib-bilməyəcəklərini soruşmuş, həmin şəxslər isə sabah yığacaqları demişlər. 25 mart 2023-cü il tarixdə günortadan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 evlərinin yaxınlığındakı küçədə görmüş, bu zaman həmin şəxslərdən quzuqarnı göbələyi yığa bilib-bilmədiklərini soruşmuş, adları çəkilən şəxslər isə hələ yığmadıqlarını və yığmağa başlayacaqlarını demişlər. Həmin vaxt Rusiya Federasiyasında birlikdə olduğu, Qəbələ rayonunun Mıxlıqovaq kənd sakini Altay Sərdarovun anasını görmək üçün sonuncunun yanına getmiş, təxminən 100 metr getdikdən sonra Şahid3 və Şahid2 qarşısına çıxmışlar. Onlar səs-küy salaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 quzuqarnı yığan şəxslər olmadıqlarını demişlər və nə istədiyini ondan soruşmuşlar, o isə əsəbiləşərək heç nə lazım olmadığını, çıxıb getmələrini demiş və yoluna davam edərək həmin yeri tərk edib getmişdir. Təxminən yarım saat sonra evinə qayıdan zaman küçədə Zərərçəkmiş şəxs2, Şahid3, Zərərçəkmiş şəxs1, Şahid2 və Qanuni nümayəndə2 görmüş, adları qeyd edilən şəxslərin yanından keçərək evə getmişdir. Saat təxminən 23 radələrində oğlu Tamerlan Şirinov ona zəng edərək Qanuni nümayəndə2 onu axtardığını demiş, lakin çayxananı tərk edib evə gec gəldiyi üçün Qanuni nümayəndə2 çağırmamışdır. Səhəri gün Qanuni nümayəndə2 Qəbələ rayonunun Nic bazarında olduğunu düşünüb həmin yerə getmiş, orada olan zaman sonuncunu çağırmış və onu axtarmasının səbəbini soruşmuşdur. Qanuni nümayəndə2 ondan uşaqlara qarşı nalayiq sözlər deyib-demədiyini soruşmuş, o isə bunu inkar etmişdir. Daha sonra o, quzuqarnı göbələyi yığmaq məsələsini Qanuni nümayəndə2 bildirmiş, sonuncu isə ona inandığını deyərək həmin yeri tərk edib getmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı hər hansı seksual xarakterli hərəkətlər etməmişdir. Bundan başqa təxminən 10 ildir narkotik vasitədən istifadə edir, heç kəsə marixuana satmamış, bağışlamamış və çəkmək üçün verməmişdir. Təxminən 4-5 il bundan əvvəl təxminən 2019-cu ilin yay aylarında Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən “Tala” adlanan ərazidə əkin sahəsinin kənarından yabanı halda bitmiş çətə bitkisinin kollarından marixuananı yığıb qurudub özü istifadə etmək məqsədilə kağıza bükərək evdə yataq otağında bükülü vəziyyətdə şkafın çəkməcəsində saxlamış və 25 mart 2023-cü il tarixdə həmin narkotik vasitədən bir qədər çəkərək istifadə etmişdir. Onda narkotik vasitənin olması ilə bağlı Qəbələ rayonunun Mıxlıqovaq kəndində doğulmuş və Rusiya Federasiyasının vətəndaşı olan Zaur adlı şəxslə əvvəllər aralarında söhbətlər olduğu üçün o, sonuncuya bunu sübut etmək məqsədilə mobil telefon vasitəsilə qeyd olunan narkotik vasitənin fotoşəklini çəkmiş və “WhatsApp” proqramı vasitəsilə Zaur adlı şəxsə göndərmişdir. 27 mart 2023-cü il tarixdə polis əməkdaşlarının iştirakı ilə yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və bu zaman evin yataq otağında olan şkafın çəkməcəsində saxladığı kağız bükümdə olan həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Sonradan polis əməkdaşları tərəfindən ona məxsus olan “Samsung” markalı mobil telefonu baxış keçirilən zaman aşkar edilmiş pornoqrafik məzmunlu fotoşəkillərdəki iki oğlanın bir-biri ilə cinsi əlaqədə olmasından başqa digər fotoşəkillər ona aiddir. Həmin fotoşəkilləri necə və hansı şəraitdə çəkdiyini xatırlamır, lakin həmin fotoşəkillər Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən evində çəkilməmişdir və Rusiya Federasiyasında işləyərkən qaldığı evdə çəkdiyini və hansısa xanımla tanış olaraq göndərdiyini düşünür. Qeyd olunan fotoşəkillərdə aşkar olunan narkotik vasitə ona məxsusdur. Məhkəmə-tibb ekspertizasının rəyində qeyd olunmuş arxa keçəcəyində aşkar edilmiş əlamətlərin onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət etməsi xüsusatı ilə razı deyil və heç vaxt heç kəslə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid2 qardaşı, Zərərçəkmiş şəxs2 və Şahid3 isə atası Qanuni nümayəndə1 əmisinin oğlu Qanuni nümayəndə2 övladlarıdır. Adları qeyd edilən şəxslərlə münasibətləri normaldır, həmyaşıddırlar və birlikdə oyun oynayırlar. Təqsirləndirilən şəxs isə qonşularıdır və sonuncu ilə münasibətləri normaldır. Tez-tez Təqsirləndirilən şəxs küçədə görmüş və bu zaman sonuncu onlarla görüşüb salamlaşmışdır. 24 mart 2023-cü il tarixdə saat 16 radələrində Şahid2, Şahid3 və Zərərçəkmiş şəxs2 ilə birlikdə evlərinin yanında çay yatağına yaxın yerdə oyun oynayan zaman o və Zərərçəkmiş şəxs2 gizlənmək üçün “Kənd Başı” məhəlləsində kolluğun yanına getmişlər, Şahid2 və Şahid3 kənarlaşaraq uzaqlaşmışlar və bir-birilərini görməmişlər. Bu zaman Təqsirləndirilən şəxs yanlarında olduğunu görmüş, sonuncunun haradan gəlməsini bilməmiş və arxaları ilə gəldiyini düşünmüşdür. Aralarında təxminən 2 metr məsafə olmuş, bu zaman Təqsirləndirilən şəxs onlara heç nə demədən qəflətən əynindəki şalvarı və alt tumanını aşağı tərəf çəkib ona və Zərərçəkmiş şəxs2 cinsiyyət orqanını göstərmiş və yaxınlaşıb əllərini vurmasını demişdir. O və Zərərçəkmiş şəxs2 bunu gözləmədikləri və əvvəllər belə halla rastlaşmadıqları üçün gülmüşlər və Təqsirləndirilən şəxs bu təklifinə heç nə deməmişlər. Daha sonra Təqsirləndirilən şəxs onlara yaxınlaşmış, ardınca xatırlamadığı əli ilə onun sağ əlindən tutub özünün cinsiyyət orqanına vurmuş və əli ilə cinsiyyət orqanını oynatmışdır. Həmin vaxt onun əli təxminən 3-4 saniyə ərzində Təqsirləndirilən şəxs cinsiyyət orqanına dəymiş, daha sonra o, əlini geri çəkmiş və əlini Təqsirləndirilən şəxs əlindən çıxartmışdır. Zərərçəkmiş şəxs2 orada dayanaraq onlara baxmış, daha sonra Təqsirləndirilən şəxs onu buraxıb Zərərçəkmiş şəxs2 sol əlindən tutaraq cinsiyyət orqanına vurmuş, bu zaman Zərərçəkmiş şəxs2 geri çəkilməyə cəhd etmiş, ardınca isə Zərərçəkmiş şəxs2 qarın nahiyəsindən tutub onu Təqsirləndirilən şəxs uzaqlaşdırmışdır. Daha sonra Təqsirləndirilən şəxs dayandığı yerdə əlləri ilə cinsiyyət orqanını oynatmış, təxminən bir dəqiqə sonra cinsiyyət orqanından azacıq ağ-boz rəngdə bilmədiyi maddə yerə tökülmüşdür. Təqsirləndirilən şəxs daha sonra alt tumanını və şalvarını yuxarı qaldırmış, əlini şalvarının cibinə salaraq oradan 2 manat məbləğində pul çıxarmış, 1 manat məbləğində pulu ona, digər bir manat məbləğində pulu isə Zərərçəkmiş şəxs2 vermiş və baş vermiş hadisə barədə heç kəsə deməmələrini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs sabah, yəni 25 mart 2023-cü il tarixdə saat 16 radələrində də həmin yerə yaxın meşəlik əraziyə gəlmələrini demiş və yenə də 1 manat məbləğində pul verəcəyini bildirmişdir. Bundan sonra o və Hafiz Babazadə həmin yeri tərk edib Şahid2 və Şahid3 yanına getmişlər və baş verənləri danışmışlar. Adları qeyd edilən şəxslər onlara inanmadıqları üçün Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs cinsiyyət orqanından ağ-boz rəngli maddənin töküldüyü yerə gətirmişlər və həmin maddəni göstərmişlər. Təqsirləndirilən şəxs onları səhəri gün, yəni 25 mart 2023-cü il tarixdə saat 16 radələrində yenə də meşəlik əraziyə çağırdığını Şahid3 və Şahid2 demişlər və aralarında söhbət aparılan zaman səhəri gün özü və Zərərçəkmiş şəxs2 irəlidə hərəkət etməsini, Şahid3 və Şahid2 isə arxada gələrək onları izləməsini qərarlaşdırmışlar, lakin bu barədə heç kəsə deməmişlər. 25 mart 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs dediyi yerə piyada getməyə başlamışlar və bu zaman Şahid2 və Şahid3 onların arxası ilə gizlənə-gizlənə gəlmişlər. Yolda qəflətən Təqsirləndirilən şəxs görmüşlər və bu zaman sonuncu ona və Zərərçəkmiş şəxs2 arxası ilə gəlməsini demiş və əvvəlcədən bildirdiyi meşəlik əraziyə tərəf hərəkət etmişdir. Təqsirləndirilən şəxs onlardan təxminən 6-7 metr irəlidə, o və Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs arxası ilə hərəkət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs qəflətən Şahid3 görmüş və quzuqarnı göbələyi yığmağa gəldiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs sürətli addımlarla çaya tərəf getmiş və çayı keçmişdir. Bu zaman Şahid2 Təqsirləndirilən şəxs dayanmasını xahiş etdiyi üçün sonuncu bir az yavaşlamış, həmin vaxt Şahid2 Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuş, sonuncu isə belə bir halın baş vermədiyini, ondan və Hafiz Babazadədən 1 kiloqram quzuqarnı göbələyi yığmağı xahiş etdiyini, pulu verəcəyini dediyini bildirmiş və həmin yeri tərk etmişdir. Daha sonra o, baş verənləri atasına danışmış və sonradan atası bu barədə polis orqanına şikayət etmişdir. O və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında quzuqarnı göbələyinin yığılması ilə bağlı hər hansı söhbətlər aparılmamış və sonuncu ona və Hafiz Babazadəyə quzuqarnı göbələyi yığmasını deməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid3 onun qardaşı, Zərərçəkmiş şəxs1 və Şahid2 isə atası Qanuni nümayəndə2 əmisinin oğlu Qanuni nümayəndə1 övladlarıdır. Adları qeyd edilən şəxslərlə münasibətləri normaldır və həmyaşıddırlar. Təqsirləndirilən şəxs isə qonşularıdır, sonuncu ilə münasibətləri normaldır və tez-tez Təqsirləndirilən şəxs küçədə görmüşdür. 24 mart 2023-cü il tarixdə saat 16 radələrində Şahid2, Şahid3 və Zərərçəkmiş şəxs2 ilə birlikdə evlərinin yanında çay yatağına yaxın yerdə oyun oynayan zaman o və Zərərçəkmiş şəxs1 gizlənmək üçün “Kənd Başı” məhəlləsində kolluğun yanına getmişlər, Şahid2 və Şahid3 kənarlaşaraq uzaqlaşmışlar. Bu zaman Təqsirləndirilən şəxs yanlarında olduğunu görmüş, sonuncunun haradan gəlməsini bilməmiş və arxaları ilə gəldiyini düşünmüşdür. Aralarında təxminən 2 metr məsafə olmuş, bu zaman Təqsirləndirilən şəxs onlara heç nə demədən qəflətən əynindəki şalvarı və alt tumanını aşağı tərəf çəkib ona və Zərərçəkmiş şəxs1 cinsiyyət orqanını göstərmiş və yaxınlaşıb əllərini vurmasını demişdir. O və Zərərçəkmiş şəxs1 bunu gözləmədikləri və əvvəllər belə halla rastlaşmadıqları üçün gülmüşlər və Təqsirləndirilən şəxs bu təklifinə heç nə deməmişlər. Daha sonra Təqsirləndirilən şəxs onlara yaxınlaşmış, ardınca Zərərçəkmiş şəxs1 xatırlamadığı əlinin bilək hissəsindən tutaraq sonuncunun əlini öz cinsiyyət orqanına toxundurmağa başlamış, o isə orada dayanıb baxmışdır. Bu vaxt Zərərçəkmiş şəxs1 dartıb əlini geri çəkmiş, daha sonra Təqsirləndirilən şəxs ona tərəf yaxınlaşmış və onun əlini əlini cinsiyyət orqanına toxundurmaq üçün sağ əlinin pəncə hissəsindən tutmuşdur. Lakin o, əlini kənara çəkmiş və bu zaman Təqsirləndirilən şəxs onun əlini dartıb öz cinsiyyət orqanına toxundurmuş, əli qəflətən Təqsirləndirilən şəxs cinsiyyət orqanına toxunmuş, həmin vaxt o, əlini kənara çəkmiş və elə bu zaman Zərərçəkmiş şəxs1 də onun qarın nahiyəsindən tutub onun Təqsirləndirilən şəxs aralaşmasına kömək etmişdir. Daha sonra Təqsirləndirilən şəxs dayandığı yerdə əlləri ilə cinsiyyət orqanını oynatmış, təxminən bir dəqiqə sonra cinsiyyət orqanından azacıq ağ-boz rəngdə bilmədiyi maddə yerə tökülmüşdür. Təqsirləndirilən şəxs daha sonra alt tumanını və şalvarını yuxarı qaldırmış, əlini şalvarının cibinə salaraq oradan 2 manat məbləğində pul çıxarmış, 1 manat məbləğində pulu ona, digər bir manat məbləğində pulu isə Zərərçəkmiş şəxs2 vermiş və baş vermiş hadisə barədə heç kəsə deməmələrini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs sabah, yəni 25 mart 2023cü il tarixdə saat 16 radələrində də həmin yerə yaxın meşəlik əraziyə gəlmələrini demiş və yenə də 1 manat məbləğində pul verəcəyini bildirmişdir. Bundan sonra o və Zərərçəkmiş şəxs1 həmin yeri tərk edib Şahid2 və Şahid3 yanına getmişlər və baş verənləri danışmışlar. Adları qeyd edilən şəxslər onlara inanmadıqları üçün Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs cinsiyyət orqanından ağ-boz rəngli maddənin yerə töküldüyü yerə gətirmişlər və həmin maddəni göstərmişlər. Təqsirləndirilən şəxs onları səhəri gün, yəni 25 mart 2023-cü il tarixdə saat 16 radələrində yenə də meşəlik əraziyə çağırdığını Şahid3 demişlər və aralarında söhbət aparılan zaman səhəri gün özü və Zərərçəkmiş şəxs1 irəlidə hərəkət etməsini, Şahid3 və Şahid2 isə arxada gələrək onları izləməsini qərarlaşdırmışlar, lakin bu barədə heç kəsə deməmişlər. Səhəri gün, yəni 25 mart 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1lə birlikdə Təqsirləndirilən şəxs dediyi yerə piyada getməyə başlamışlar və bu zaman Şahid2 və Şahid3 onların arxası ilə gizlənəgizlənə gəlmişlər. Yolda qəflətən Təqsirləndirilən şəxs görmüşlər və bu zaman sonuncu ona və Zərərçəkmiş şəxs1 arxası ilə gəlməsini demiş və əvvəlcədən bildirdiyi meşəlik əraziyə tərəf hərəkət etmişdir. Daha sonra o və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs arxası ilə getməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs qəflətən Şahid3 görmüş və quzuqarnı göbələyi yığmağa gəldiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs sürətli addımlarla çaya tərəf getmiş və çayı keçmişdir. Bu zaman Şahid2 Təqsirləndirilən şəxs dayanmasını xahiş etdiyi üçün sonuncu bir az yavaşlamış, həmin vaxt Şahid2 Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuş, sonuncu isə belə bir halın baş vermədiyini, ondan və Zərərçəkmiş şəxs1 1 kiloqram quzuqarnı göbələyi yığmağı xahiş etdiyini, pulu verəcəyini dediyini bildirmiş və həmin yeri tərk etmişdir. Daha sonra o, baş verənləri atasına danışmış və sonradan atası bu barədə polis orqanına şikayət etmişdir. O və Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs arasında quzuqarnı göbələyinin yığılması ilə bağlı hər hansı söhbətlər aparılmamış və sonuncu ona və Zərərçəkmiş şəxs1 quzuqarnı göbələyi yığmasını deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Şahid2 övladları, Təqsirləndirilən şəxs isə qonşusudur. Təxminən 7-8 il əvvəl Təqsirləndirilən şəxs yolu bağlayaraq bağ sahəsi olduğunu iddia edib onların hərəkətinə mane olduğu üçün sonuncu ilə aralarında narazılıq yaranmış, ancaq ciddi dava-dalaş olmamış, həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs gördükdə salamlaşmışlar və ailə üzvləri də sonuncu ilə ünsiyyət saxlamaqda davam etmişdir. 24 mart 2023-cü il tarixdə axşam saatlarında evdə oğlu Zərərçəkmiş şəxs1 1 manat məbləğində pulu evdə pul yığdıqları bankaya qoyduğunu gördüyü üçün həmin pulu haradan əldə etdiyini soruşmuş, Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 ilə birlikdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində oynaqları yerdən 2 manat məbləğində pul taparaq böldüklərini demiş, lakin həmin vaxt o, Zərərçəkmiş şəxs1 pulu necə əldə etməsini dəqiq bilməmişdir. 25 mart 2023-cü il tarixdə saat təxminən 17 radələrində həyətlərində olan zaman övladları Zərərçəkmiş şəxs1 və Şahid2, habelə əmisinin oğlu Qanuni nümayəndə2 və sonuncunun övladları Zərərçəkmiş şəxs2 və Şahid3 oraya gəlmişlər və Qanuni nümayəndə2 bir gün əvvəl meşəlik ərazidə olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əllərini zorla cinsiyyət orqanına vurduğunu bildirmişdir, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 də bunu təsdiq etmişlər. Bundan sonra o, bir gün əvvəl Zərərçəkmiş şəxs1 bankaya qoyduğu 1 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən verilməsinə şbühə etdiyi üçün bu barədə Zərərçəkmiş şəxs1 soruşmuş və sonuncu hər şeyi etiraf etmişdir. Bundan sonra isə o və Qanuni nümayəndə2 baş verənləri Təqsirləndirilən şəxsla dəqiqləşdirmək qərarına gəlmişlər, lakin Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə getsələr də sonuncu evdə olmadığı üçün görüşə bilməmişlər və sonradan baş vermiş hadisə barədə ərizə ilə Qəbələ Rayon Polis Şöbəsinə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid3 və Zərərçəkmiş şəxs2 onun övladları, Təqsirləndirilən şəxs isə qonşusudur. Təqsirləndirilən şəxsla aralarında hər hansı ədavət olmamışdır və münasibətləri normaldır. 25 mart 2023-cü il tarixdə saat təxminən 17 radələrində həyətlərində olan zaman övladları Zərərçəkmiş şəxs2 və Şahid3, habelə əmisinin oğlu Qanuni nümayəndə1 övladları Zərərçəkmiş şəxs1 və Şahid2 oraya gələrək baş vermiş hadisə barədə danışmışlar və bu zaman adları qeyd edilən şəxslərin demələrindən bir gün əvvəl meşəlik ərazidə oynayan zaman Təqsirləndirilən şəxs şalvarını aşağı salıb cinsiyyət orqanını zorla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əlinə vurması, həmin tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yenə də qeyd olunan meşəlik əraziyə çağırması, Şahid3 və Şahid2 də oraya getdikləri üçün Təqsirləndirilən şəxs qeyd olunan yeri tərk edib getməsi ona məlum olmuşdur. Həmin tarixdə o, uzaq məsafədən Təqsirləndirilən şəxs Qəbələ rayonunun Mıxlıqovaq kəndinin ərazisində çayın içərisi ilə piyada hərəkət etdiyini görmüş, lakin hara getdiyini dəqiq bilməmişdir. Daha sonra o, bu barədə Qanuni nümayəndə1 məlumat vermiş, daha sonra isə baş verənləri Təqsirləndirilən şəxsla dəqiqləşdirmək qərarına gəlmişlər. Həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə getmişlər, lakin sonuncu evdə olmadığı üçün görüşə bilməmişlər. Səhəri gün, yəni 26 mart 2023-cü il tarixdə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən bazara getdikdə orada Təqsirləndirilən şəxsla rastlaşmışlar və bu zaman sonuncu nə üçün dünən axtarıldığını soruşmuş, o isə eşitdiklərini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs belə bir halın baş vermədiyi demiş və bazar yeri olduğu üçün baş verənləri kənddə olan aydınlaşdırmalarını sonuncuya təklif etmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs görməmiş, nə baş verdiyini aydınlaşdıra bilməmiş, 27 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermiş və ərizə ilə Qəbələ Rayon Polis Şöbəsinə müraciət etmişdir. Habelə sonradan araşdırma zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bir manat məbləğində pul verməsi barədə məlumat əldə etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qardaşı, Zərərçəkmiş şəxs2 və Şahid3 isə atası Qanuni nümayəndə1 əmisinin oğlu Qanuni nümayəndə2 övladlarıdır. Adları qeyd edilən şəxslərlə həmyaşıddırlar, Təqsirləndirilən şəxs isə qonşusudur və adları çəkilən şəxslərlə münasibətləri normaldır. Tez-tez Təqsirləndirilən şəxs yolda görmüş və görüşüb salamlaşmışdır. 24 mart 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1, Şahid3 və Zərərçəkmiş şəxs2 ilə birlikdə evlərinin yanındakı çay yatağına yaxın yerdə oyun oynayan zaman Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 gizlənmək üçün “Kənd Başı” məhəlləsində kolluğun yanına getmişlər və onlardan aralanmışlar. Təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onların yanına gələrək birlikdə gizləndikləri zaman Təqsirləndirilən şəxs oraya yaxınlaşdığını və şalvarını aşağı salıb onların əllərini öz cinsiyyət orqanına toxundurduğunu, Təqsirləndirilən şəxs cinsiyyət orqanını oynatdığını və cinsiyyət orqanından daşın üzərinə maddənin töküldüyünü bildirmişlər. Daha sonra Şahid3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1lə birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 göstərdiyi, onların olduğu yerdən təxminən 100 metr məsafə olan çay tərəfə getmişlər və Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 orada olan bir ədəd daşı göstərib Təqsirləndirilən şəxs cinsiyyət orqanından həmin yerə maddənin axdığını demişlər. Daşın üzərinə baxdıqda orada ağımtıl mayenin olduğunu və mayenin bir hissəsinin daşın kənarından süzüldüyünü görmüşlər, lakin həmin mayeyə toxunmamışlar. Daha sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onların hər birinə 1 manat məbləğində pul verdiyini və sabah saat 16 radələrində yenə də gəlmələrini dediyini, lakin nə üçün çağırdığını demədiyini bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs çayın içi ilə onlardan təxminən 20 metr məsafədən piyada evləri istiqamətdə getdiyini görmüşlər, lakin sonuncuya heç nə deməmişlər. Səhəri gün Təqsirləndirilən şəxs nə edəcəyini görmək üçün sonuncunu izləmək qərarına gəlmişlər, bu məqsədlə 25 mart 2023-cü il tarixdə saat təxminən 16 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs dediyi yerə piyada getməyə başlamışlar, o və Şahid3 isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Hafiz Babazadəni haraya aparacağını və nə edəcəyini görmək üçün sonuncuların arxası ilə gizlənərək getmişlər. Hərəkətdə olan zaman Təqsirləndirilən şəxs görmüşlər, lakin həmin vaxt sonuncu onları görməmiş və əli ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dünənki yerə getmələrini işarə edərək həmin istiqamətdə getmişdir. Bu zaman Təqsirləndirilən şəxs qəflətən Şahid3 görmüş, quzuqarnı göbələyi yığmağa gəldiyini demiş, iti addımlarla çaya tərəf getmiş və çayı keçmişdir. O, Təqsirləndirilən şəxs dayanmasını dedikdə sonuncu hərəkətini yavaşlatmış, bu zaman Təqsirləndirilən şəxs baş verənlərlə bağlı soruşmuş, sonuncu isə belə bir halın baş vermədiyini, həmin uşaqlardan 1 kiloqram quzuqarnı göbələyi yığmasını xahiş etdiyini, pulunu verəcəyini dediyini bildirmiş və həmin yeri tərk edib getmişdir. Daha sonra o, bu barədə atasına məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 27 mart 2023-cü il tarixdə Qəbələ rayonunun Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasına dair əldə edilmiş məlumat əsasında həmin tarixdə saat təxminən 20 radələrində sonuncunun yaşadığı Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman iştirak etmiş, bu zaman Təqsirləndirilən şəxs həmin otağın küncündəki şkafın çəkəcəyini açaraq oradan içərisində qurudulmuş marixuana olan bir ədəd kağız bükümü təqdim etmiş və həmin narkotik vasitəni öz istifadəsi üçün əldə edərək saxladığını bildirmişdir. Daha sonra narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid4 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Əri ilə birlikdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşamış, münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında işlədiyi üçün mütəmadi olaraq həmin ölkəyə gedib-gəlmiş, əri sonuncu dəfə 2022-ci ilin avqust ayında Rusiya Federasiyasına getmiş, 23 mart 2023-cü il tarixdə isə Qəbələ rayonunun Mıxlıqovaq kəndinə qayıtmışdır. Təqsirləndirilən şəxs bəzi vaxtlarda qurudulmuş marixuana çəkməsi bardə məlumatı olmuş, ancaq evdə qurudulmuş marixuananın olduğunu bilməmiş və ərinə məxsus olan “Samsung Galaxy A13” markalı mobil telefonda əxlaqsız fotoşəkillərin olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid7 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 həmkəndliləri, qonşuları, eləcə də qohumları, Təqsirləndirilən şəxs isə qonşusudur. Adları qeyd edilən şəxslərlə aralarında ədavət yoxdur, normal münasibətlər vardır. Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 deməsinə əsasən təxminən 2023-cü ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs kənddə meşəlik ərazidə cinsiyyət orqanını zorla adları çəkilən şəxslərin azyaşlı övladları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əllərinə vurmaqla seksual xarakterli hərəkətlər etməsini eşitmiş, sonradan Qanuni nümayəndə1 Qəbələ rayon prokurorluğuna ərizə ilə müraciət etmiş və bu məsələdən narazı olan kənd sakinləri kimi o da hadisə barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmaq məqsədilə qeyd olunan ərizəni imzalamışdır. O, Təqsirləndirilən şəxs həmin azyaşlı uşaqlara, eləcə də digər şəxslərə qarşı hər hansı qanunsuz hərəkətlər etdiklərini görməmiş, hadisənin birbaşa şahidi olmamış və bu barədə Təqsirləndirilən şəxsla söhbət etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 və Şahid11 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid9 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 mart 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 12:14 radələrində Qanuni nümayəndə2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək Əfqan adlı şəxsin oğlunu meşəlik əraziyə aparması və əxlaqsız hərəkətlər etməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A13” markalı mobil telefona baxış keçirilən zaman mobil telefonunun “Qalereya” bölməsində 05 ədəd pornoqrafik məzumunlu fotoşəkillər və 01 ədəd kağız bükümdə narkotik vasitə marixuanaya bənzər yaşıl kütlənin fotoşəkli aşkar edilmiş və Təqsirləndirilən şəxs pornoqrafik məzmunlu fotoşəkillərin ona məxsus olmadığını və narkotik vasitə marixuanaya bənzər fotoşəkilin isə evində saxladığı qurudulmuş marixuananın fotoşəkli olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə aparılması haqqında 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A13” markalı mobil telefon və həmin mobil telefonunun içərisində olan 050 517-05-96 mobil telefon nömrəsi götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Qəbələ Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olması və naməlum mənbədən külli miqdarda narkotik vasitə əldə edərək yaşadığı Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında qeyd olunan tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evinə və həyətinə baxış keçirilmiş və bu zaman fərdi yaşayış evinin girişindən solda yerləşən yataq otağının künc hissəsində yerləşən şkafın çəkməcəsindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 27 mart 2023-cü il tarixli 63 nömrəli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yüngül dərəcə narkotik sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 28 mart 2023-cü il tarixli 17/281 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “İştirakçılar 1. /imza/ Təqsirləndirilən şəxs 2. /imza/ R.Qədirov 3. /imza/ E.İsmayılov 4. /imza/ V.Məmmədov..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 42,03 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması haqqında 28 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qəbələ Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarından görünür ki, əməliyyataxtarış tədbirinin həyata keçirilməsi barədə Qəbələ Rayon Polis Şöbəsində qəbul edilmiş 27 mart 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Qəbələ rayonunun Mıxlıqovaq kəndində “Kənd Başı” adlı məhəllədə yerləşən çay yatağına yaxın kolluq-meşəlik sahədir. Həmin yer kənd yolundan kənardadır və kənardan qeyd olunan yer birbaşa olaraq görünmür. Baxışda iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs həmin yerdə zorla onların əllərini öz cinsiyyət orqanına vurduğu, daha sonra həmin yerdə cinsiyyət orqanını oynatdığı və cinsiyyət orqanından gələn ağ mayenin orada yerə töküldüyü yeri təqdim etmişlər. Baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şahidlər Şahid2 və Şahid3 hadisənin baş verdiyi yeri əyani olaraq göstərmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 aprel 2023-cü il tarixli 119 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində hər hansı xəsarət, habelə arxa keçəcək (anus dəliyi) vasitəsi ilə cinsi əlaqədə olmağa xarakterik xəsarət və əlamətlər aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 aprel 2023-cü il tarixli 120 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində hər hansı xəsarət, habelə arxa keçəcək (anus dəliyi) vasitəsi ilə cinsi əlaqədə olmağa xarakterik xəsarət və əlamətlər aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 25 aprel 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı təxminən 2019-cu ildə yaşadığı Qəbələ rayonunun Mıxlıqovaq kəndində “Tala” adlı sahənin kənarlarından yabanı halda bitmiş marixuana bitkisindən özü üçün istifadə etmək üçün yığaraq yaşadığı evdə saxlaması, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 valideynləri, o cümlədən onların ailələri ilə Təqsirləndirilən şəxs və ailəsi arasında davam edən hər hansı ədavətin olmaması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 05 may 2023-cü il tarixli raportdan görünür ki, Qəbələ rayonunun Mıxlıqovaq kənd sakinləri Təqsirləndirilən şəxs, Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 münaqişəli ailə kimi qeydiyyatda deyillər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 may 2023-cü il tarixli 818 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 aprel 2023-cü tarixli 233 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, psixi xəstəlik keçirmədiyindən məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. O, cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının 19 aprel 2023-cü tarixli 12 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sensorperseptiv proseslərin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Onun həssaslığı və onun hədləri, hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymağa və qavramağa imkan verir. O, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. O, özündən uydurmağa meyilli deyildir. O, praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malikdir. Onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilmiş, ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və təşvişli psixi emosional halda olmuşdur. O, yaş və fərdipsixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Onun psixi vəziyyətində hər hansı pozuntu və əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Onun psixi inkişafını nəzərə alaraq o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Onun əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Əqli və psixi inkişafını nəzərə almaqla öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının 19 aprel 2023-cü tarixli 13 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sensorperseptiv proseslərin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Onun həssaslığı və onun hədləri, hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymağa və qavramağa imkan verir. O, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. O, özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdipsixi xüsusiyyətlərə malikdir. Onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilmiş, ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və təşvişli psixi emosional halda olmuşdur. O, yaş və fərdipsixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Onun psixi vəziyyətində hər hansı pozuntu və əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Onun psixi inkişafını nəzərə alaraq o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Onun əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Əqli və psixi inkişafını nəzərə almaqla öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 13 aprel 2023-cü il tarixli 153 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Onun xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı anomaliya və patologiya aşkar edilmədi. Onda arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyritəbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompüter-texniki ekspertizasının 18 may 2023-cü il tarixli 5/556 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A13” markalı, “SM-A135F/DSN” modelli, “**********11418, **********11413” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yaralıdır. Təqdim edilmiş “Samsung Galaxy A13” markalı, “SM-A135F/DSN” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-556” adlı iş çantasında bir ədəd üzərində “Verbatim” yazısı olan DVD-R tipli diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Təqdim edilmiş “Samsung Galaxy A13” markalı, “SM-A135F/DSN” modelli mobil smartfonun yaddaşında “050 517-05-96” abonent nömrəsi və “Efqan” istifadəçi adlı ilə qeydiyyatdan keçmiş “WhatsApp” proqram təminatında 34 (otuz dörd) ədəd kontakla aparılmış məlumat mübadiləsi “Bluetooth” texnologiyası vasitəsi ilə “Ekspertiza 5-556” adlı qovluğa köçürülərək ekspert rəyinə əlavə olundu. Rəyin “Tədqiqi hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A13” markalı “SM-A135F/DSN” modelli mobil smartfonun yaddaşında hər hansı məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Aparılmış tədqiqat işləri nəticəsində müəyyən olunmuş texniki xüsusiyyətlərə əsasən belə nəticəyə gəlindi ki, tədqiqata təqdim edilmiş “Samsung Galaxy A13” markalı, “SM-A135F/DSN” modelli mobil smartfonun internetə daxil olma üçün texniki imkanı mövcuddur. Tədqiq edilən mobil smartfonun əsas menyusuna “Offline (internetə qoşulmadan)” rejimdə baxış keçirilən zaman yaddaşında “Facebook” və “TikTok” sosial şəbəkələrinə girişi təmin edən proqram təminatları müəyyən edilsə də həmin proqram təminatlarında qeydiyyatdan keçmiş istifadəçi profilləri aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonunun Mıxlıqovaq kəndində evlərinə yaxın ərazidə “Kənd Başı” adlı məhəllədə yerləşən çay yatağına yaxın sahəni təqdim edərək 24 mart 2023-cü il tarixdə həmin ərazidə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə rastlaşdığını, xərcləmək üçün hər birinə bir manat pul verdiyini, daha sonra ayrılıb getdiyini, lakin onlara qarşı hər hansı seksual xarakterli hərəkətlər etmədiyini bildirmişdir. Təqdim edilmiş yer zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş yer olmamaqla həmin yerin yaxınlığında yerləşir. Daha sonra Təqsirləndirilən şəxs Qəbələ rayonunun Mıxlıqovaq kəndinin “Kəndayağı” hissəsində yerləşən “Tala” adlanan sahəni təqdim edərək 2019-cu ilin yay aylarında həmin yerin yanındakı arxın kənarından yabanı halda bitmiş marixuana bitkilərindən öz istifadəsi üçün çəkmək niyyəti ilə qurudub yığdığını və evindən aşkar edilmiş qurudulmuş marixuananın da həmin yerdən yığaraq qurudub saxladığı narkotik vasitədən qaldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qəbələ Rayon Dövlət X7 Bitkiçilik sektorunun müdiri X5 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Qəbələ rayonunun Mıxlıqovaq kəndində “Tala” adlanan sahədə yabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsi olub-olmaması təftiş edilmiş, bu zaman həmin ərazidə narkotik mənşəli çətənə bitkisinin bitməsi üçün münbit şəraitin olduğu məlum olmuş və yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A13” markalı mobil telefonla bağlı daxil olmuş kompüter texniki ekspertizasının 18 may 2023-cü il tarixli 5/556 nömrəli rəyinə əlavə edlmiş “DVR-R” tipli optik diskə baxış keçirilmiş və bu zaman baxış keçirilən faylların ümumi həcminin 3,14 GB təşkil etməsi müəyyən edilmiş, fotoşəkillər bölümündə sonuncuya məxsus 04 ədəd çılpaq vəziyyətdə olan fotoşəkillər, eləcə də 01 ədəd kağızda qurudulmuş marixuanaya bənzər narkotik vasitə fotoşəkli aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 27 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 150.3.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 17 avqust 2023-cü il tarixli 358 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sperma ifrazat etmə qabiliyyətində və orqazm olmağında hər-hansı patologiya yoxdur, dəqiqələrlə ölçülən qısa müddət ərzində sperma ifrazı mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməlləri CM-in 150.3.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 150.2.5, 150.3.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 150.2.5, 150.3.3 və 234.1ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 150.2.5, 150.3.3 və 234.1ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 153, 234.2, 236.1 və 237.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 11 aprel 2023-cü il tarixli PHŞ-6-52/2-498/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, Qanuni nümayəndə2, Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin xəstəxananın Poliklinika şöbəsinin Psixiatrik və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 5 qram və daha artıq, lakin 500 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109-cu bəndinə əsasən, təmiz halda 5 qram və daha artıq, lakin 500 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman təmiz çəkisi 42,03 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 5 qram və daha artıq, lakin 500 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar təşkil etmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə təmiz halda 5 qram və daha artıq, lakin 500 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı qanunla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 27 mart 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qeyriqanuni dövriyyəsi ilə məşğul olması və naməlum mənbədən külli miqdarda narkotik vasitə əldə edərək yaşadığı Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun yaşadığı fərdi yaşayış evinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Bu zaman oradan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 27 mart 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilib narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə, həmçinin köməksiz vəziyyətindən istifadə etməklə təkrar seksual xarakterli hərəkətlər etmiş və qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, hazırlamış və saxlamışdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ifadələrində yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olması məsələsini mübahisələndirmədiyindən məhkəmə həmin hissələrə münasibət bildirməyi zəruri hesab etmir və qeyd edir ki, bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən, hazırlayarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən oradan bir ədəd kağız bükümdə 42,03 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün asılılıq sindromundan (narkomaniya xəstəliyindən) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin yaşadığı fərdi yaşayış evindən aşkar olunan 42,03 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadələrində on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 və Hafiz Babazadəyə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə, həmçinin köməksiz vəziyyətindən istifadə etməklə təkrar seksual xarakterli hərəkətlər etmədiyini bildirərərək həmin məsələləri mübahisələndirdiyindən məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşadığını, 10 ildir işi ilə bağlı Rusiya Federasiyasına gedib-gəldiyini, Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 həmkəndliləri və qonşuları olduğunu, Qanuni nümayəndə1lə təxminən 10 il yaxındır ədavətlərinin olduğunu, təxminən 2013-2015-ci illərdə aralarında torpaqla və yolla bağlı mübahisələrinin yarandığını, Qanuni nümayəndə1 vəfat etmiş atası Firidun Babayevin ona məxsus torpaq sahəsindən yol istədiyini, lakin həmin torpaq sahəsi ona məxsus olduğu üçün yol vermədiyini, bununla bağlı bir neçə dəfə polis şöbəsinə şikayət etdiklərini, Qanuni nümayəndə1 atası Firidun Babayevin əvvəlcə onun atasına, atası vəfat etdikdən sonra isə qardaşı Sərvan Babayevə qarşı məhkəmədə iddia qaldırdığını, lakin Qəbələ Rayon Məhkəməsinin Firidun Babayevin həmin iddiasını təmin etmədiyini, Qanuni nümayəndə2lə aralarında ədavət olmadığını, lakin Qanuni nümayəndə2lə Qanuni nümayəndə1 əmioğlu olduqları üçün onun Qanuni nümayəndə2lə münasibətinin olmadığını, lakin kənddə rastlaşdıqda salamlaşsalar da qarşılıqlı olaraq birbirilərinin xeyir və şər məclislərində iştirak etmədiklərini, 24 mart 2023-cü il tarixdə günorta saatlarından sonra Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 azyaşlı övladları Zərərçəkmiş şəxs2, Şahid3, Zərərçəkmiş şəxs1 və Şahid2 evlərinin yanında küçədə gördüyünü, həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ondan pul istədiklərini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birinə bir manat məbləğində pul verdiyini, adları qeyd edilən şəxslərin valideynləri ilə ədavətləri olsa da övladları ilə münasibətinin normal olduğunu, əvvəllər toyda və ya kənddə onları gördükdə xərcləmək üçün pul verdiyini, pulu özlərinin istədiklərini, adları qeyd edilən şəxslərə 10 manat məbləğində pul verə biləcəyini dediyini və quzuqarnı göbələyi yığa bilib-bilməyəcəklərini soruşduğunu, həmin şəxslərin isə sabah yığacaqlarını dediklərini, 25 mart 2023-cü il tarixdə günortadan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 evlərinin yaxınlığındakı küçədə gördüyünü, bu zaman həmin şəxslərdən quzuqarnı göbələyi yığa bilib-bilmədiklərini soruşduğunu, uşaqların isə hələ yığmadıqlarını və yığmağa başlayacaqlarını dediklərini, həmin vaxt Rusiya Federasiyasında birlikdə olduğu, Qəbələ rayonunun Mıxlıqovaq kənd sakini Altay Sərdarovun anasını görmək üçün sonuncunun yanına getdiyini, təxminən 100 metr getdikdən sonra Şahid3 və Şahid2 onun qarşısına çıxdıqlarını, səs-küy salaraq Zərərçəkmiş şəxs1 və Hafiz Babazadənin quzuqarnı göbələyi yığan şəxslər olmadıqlarını dediklərini və adları qeyd edilən şəxslərdən nə istədiyini soruşduqlarını, əsəbiləşərək heç nə lazım olmadığını, çıxıb getmələrini dediyini və yoluna davam edərək həmin yeri tərk edib getdiyini, təxminən yarım saat sonra evinə qayıdan zaman küçədə Zərərçəkmiş şəxs2, Şahid3, Zərərçəkmiş şəxs1, Şahid2 və Qanuni nümayəndə2 gördüyünü, adları qeyd edilən şəxslərin yanından keçərək evə getdiyini və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı hər hansı seksual xarakterli hərəkətlər etmədiyini, sonradan polis əməkdaşları tərəfindən ona məxsus olan “Samsung” markalı mobil telefona baxış keçirilən zaman aşkar edilmiş pornoqrafik şəkillərdəki iki oğlanın bir-biri ilə cinsi əlaqədə olmasından başqa digər fotoşəkillərin ona aid olduğunu, həmin fotoşəkilləri necə və hansı şəraitdə çəkdiyini xatırlamadığını, lakin həmin fotoşəkillərin Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən evində çəkilmədiyini, Rusiya Federasiyasında işləyərkən qaldığı evdə çəkdiyini və hansısa xanımla tanış olmaq üçün göndərdiyini düşündüyünü, məhkəmə-tibb ekspertizasının rəyində qeyd olunmuş arxa keçəcəyində aşkar edilmiş əlamətlərin onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət etməsi xüsusatı ilə razı olmadığını və heç vaxt heç kəslə qeyri-təbii yolla cinsi əlaqədə olmadığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi haqqında protokol, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Eyni zamanda məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 və Hafiz Babazadə, habelə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs qeyd etdiklərini təkzib etmişlər. Həmçinin Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefona baxış keçirilən zaman iki oğlanın bir-biri ilə cinsi əlaqədə olmasını əks etdirən pornoqrafik məzmunlu fotoşəkillərin aşkar olunması, eləcə də məhkəmə-tibb ekspertizasının rəyinə əsasən arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edən əlamətlərin aşkar edilməsi Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona istinad olunan əməlləri törətməsinə dair məhkəmədə yaranmış şübhələri daha da artırmışdır. Eləcə də Təqsirləndirilən şəxs Qanuni nümayəndə2 və Qanuni nümayəndə1lə ədavətinin olması və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı etmədiyi əməllərin məhz qeyd olunan şəxslərlə ədavətinin olması səbəbindən ona qarşı qoyularaq qanunsuz olaraq ittiham olunmasına dair qeyd etdikləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiklərinin də heç bir əsası olmadığından həmin ifadələr də özünümüdafiə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Bunlarla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs tərəfindən törədilən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, hazırlama və saxlama cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsifi düzgün olsa da onun tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri cinayət əməli ilə və ona qarşı irəli sürülən həmin ittihamın məzmunu ilə bağlı düzgün nəticəyə gəlinməsinə baxmayaraq, səhvən onun həmin əməlləri CM-in 150.2.5 və 150.3.3-cü maddələri ilə tövsif edilmişdir. Belə ki, CM-in 150.3.3-cü maddəsinə əsasən eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə əməl CM-in 150.3.3-cü maddəsi ilə tövsif edilməlidir. Həmin Məcəllənin 17.4-cü maddəsində göstərilmişdir ki, CM-in Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 24 mart 2023cü il tarixdə saat 16 radələrində Qəbələ rayonunun Mıxlıqovaq kəndində Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdikdən sonra hərəkətlərini davam etdirib təkrarən orada olan Zərərçəkmiş şəxs2 də qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zaman dövlət ittihamçısı da həmin mövqedən çıxış etmiş, hər iki zərərçəkmiş şəxs 14 yaşına çatmadığından Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan CM-in 150.2.5-ci maddəsi ilə olan rəqəm ifadələrinin çıxarılmasını və Təqsirləndirilən şəxs məhz CM-in 150.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Bu Qərarın 38-ci bəndinə əsasən, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihamdan CM-in 150.2.5-ci maddəsi ilə olan rəqəm ifadələri çıxarılmalı və onun cinayət əməlləri cinayət işi üzrə dindirilən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları və biri digərinə uyğun gələn digər sübutların məcmusu ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməllər CM-in 150.3.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 150.3.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 150.3.3-cü maddəsində göstərilən cinayət əməli xüsusilə ağır, CM-in 234.1-ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 150.3.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, Qanuni nümayəndə2 ibtidai istintaq orqanına müraciət edərək oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən əxlaqsız hərəkətlərə məruz qaldığını qeyd edərək sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, Qanuni nümayəndə1 ibtidai istintaq orqanına müraciət edərək oğlu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən əxlaqsız hərəkətlərə məruz qaldığını qeyd edərək sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonunun Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 Qəbələ rayonunun Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla yaşayır, həmin kəndin Vİ b sinfində təhsil alır, təhsil aldığı məktəb üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 Qəbələ rayonunun Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla yaşayır, həmin kəndin V a sinfində təhsil alır, təhsil aldığı məktəb üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 150.3.3-cü maddəsində göstərilən cinayət əməli xüsusilə ağır, CM-in 234.1-ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvəqqəti saxlama yerindən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qəbələ Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, əvvəli həmin tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 28 noyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun həbsə alındığı 31 avqust 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin ediləcək cəzadan çıxılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 41,98 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan içərisində 050 ***-**-** mobil telefon nömrəsi və 2 GB həcmli yaddaş kartı olan “Samsung Galaxy A13” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 135,97 (yüz otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 135,97 (yüz otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin olunan cəzadan çıxılsın və qəti olaraq 16 (on altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət iş üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 41,98 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan içərisində 050 ***-**-** mobil telefon nömrəsi və 2 GB həcmli yaddaş kartı olan “Samsung Galaxy A13” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 135,97 (yüz otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-68/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-68/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver