Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-69/2021 16.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - Şahid1, xx xxxxxx 1967-ci il tarixdə Ağdaş rayonunun Zeynəddin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində ağır dərəcəli sərxoş vəziyyətdə təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs, yəni xx.xx.2011-ci il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs aldadaraq sonuncunun yaşadığı Ağdaş şəhəri N.Nərimanov küçəsindən Ağdaş şəhəri X7 küçəsində yerləşən uzun müddət heç kəsin yaşamadığı uçuq vəziyyətdə olan evə aparmış, həmin evdə sonuncunun köməksiz vəziyyətindən istifadə edərək əynində olan şortiki aşağı çəkmiş, zor tətbiq etməklə əli ilə onun arxa sağrı hissəsini əlləmiş, daha sonra belindən və kürəyindən tutaraq zor tətbiq etməklə köməksiz vəziyyətindən istifadə edərək gərginləşmiş cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə sürtmüş, daha sonra ora yeritmək istəmiş, yəni Təqsirləndirilən şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona qarşı zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-nin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək xx.xx.2020-ci il tarixdə çoxlu spritli içki qəbul etdiyindən bərk sərxoş olduğunu, daha sonra Nizami məktəbinin yanı ilə üzü Ağalı kəndi istiqamətinə getdiyini, həmin vaxt yolda 9-10 yaşlarında azyaşlı bir uşaq gördüyünü, həmin uşağa onunla yaşadıqları evə gedib gəlmələrini dediyini, həmin uşağın kimin uşağı olduğunu bilmədiyini, həmin uşağın Pərviz adlı şəxsin oğlu və adının Samir olduğunu sonradan bildiyini, daha sonra X6 Xətai küçəsində uzun müddət heç kimin yaşamadığı uçuq bir evə apardığını, sərxoş olduğundan hərəkətlərini bilmədiyini, həmin evə girdikdən sonra Samirin arxasına keçərək şortikini aşağı çəkdiyini, özü də şalvarını aşağı çəkdiyini və əli ilə onun arxasını sığalladığını, cinsiyyət orqanını çıxardaraq uşağın arxa nahiyəsinə sürtdüyünü, lakin konkret olaraq cinsiyyət orqanını uşağın arxa nahiyəsinə daxil etmədiyini, həmin vaxt uşağın qışqırdığını və onun əlindən qaçıb küçəyə çıxdığını, onun dalınca küçəyə çıxdığını, həmin vaxt küçədə orada yaşayan Qəribə adlı şəxsin olduğunu, Qəribənin həmin uşağı yanına aldığını və onu da danladığını, özü isə evə getdiyini, etdiyi əməldən çox peşman olduğunu göstərmiş və məhkəmədən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəllim-mütəxəssis və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək xx.xx.2020-cı il tarixdə yaşadıqları evin yerləşdiyi küçədə oynadığını, bir az keçdikdən sonra böyük bacısına evə yemək yeməyə gədəcəyini bildirdiyini və yol ilə evə qayıtdığını, evə çatmağa bir qədər qalmış qarşısına bir nəfər sonradan adını bildiyi Nadir adlı kişinin çıxdığını, Nadirin ona atasının dostu olduğunu və onlara gedib gəlmələrini dediyini, Nadir ilə həmin küçə ilə üzü Ağalı istiqamətinə geri qayıtdığını, bir qədər getdikdən sonra yanları çəpərli olan bir həyətə çatdıqlarını, həmin həyətin qapısını Qolqəti kəndi istiqamətinə 5-10 metr keçdikdən sonra geri qayıtdıqlarını və həyətə girdiklərini, həmin həyətdə uçuq bir ev olduğunu, həyət girməzdən qabaq yolda bir nəfər qadının qaz borusunun üzərində oturduğunu, həyətə girdikdən sonra Nadirin ona həmin uçuq evə girmələrini dediyini, uçuq evə girdiklərini, həmin vaxt Nadirin onun arxasına keçdiyini və əynində olan şortikini aşağı çəkdiyini, əli ilə belindən və boynundan tutduğunu, daha sonra arxasını əli ilə sığallamağa başladığını, həmin vaxtı da öz şalvarını aşağı çəkərək cinsi orqanını çıxardığını və cinsi orqanını onun yanlarına sürtdükdən sonra arxa keçəcək dəliyinə yeritmək istədiyini, bu zaman qışqırdığını və həmin an Nadirin əlinin azca boşaldığını və fürsətdən istifadə edərək qışqıraraq onun əlindən qaçıb həyətə çıxdığını və qapının yerini dəyişik saldığından əvvəlcə həyətin aşağı hissəsinə qaçdığını, daha sonra orada qapı olmadığını gördüyünü və geri qayıtdığını və yol qapısını taparaq küçəyə çıxdığını, küçəyə çıxan kimi onlar həyətə girən zaman qaz borusunun üzərində oturan qadının ona tərəf qaçdığını və qorxmamasını deyərək onu qucaqladığını və onun kim olduğunu, valideynlərini, nənəsini, babasını soruşduğunu, daha sonra ondan nə baş verdiyini soruşduğunu, ona Nadirin evdə ona qarşı elədiklərini bildirdiyini, həmin vaxt Nadirin qapıdan küçəyə çıxdığını və onun yanında olan qadının Nadirə dalaşaraq ona sərt şəkildə iradını bildirdiyini, Nadirin isə həmin qadınla mübahisə etdiyini, həmin vaxt Nadirin içkili olduğunu, daha sonra ora bir nəfər də kişinin gəldiyini, bundan sonra həmin qadının onu öz yaşadıqları evə apardığını və valideyninə təhvil verdiyini, həmin vaxt anasının ondan nə baş verdiyini soruşduğunu, anasına olanları danışdığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 Zərərçəkmiş şəxs göstərdiklərinə uyğun ifadə verməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, əlavə olaraq hazırda təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirməklə məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 iş üzrə Zərərçəkmiş şəxs göstərdiklərinə uyğun ifadə verməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, evdə olan zaman anasının səsini eşitmiş, nəsə mübahisə yarandığını başa düşüb çölə çıxmış və anasının Nadir adlı şəxsi danladığını eşitmişdir. Anasından nə baş verdiyini soruşduqda anası ona hadisəni danışmış və belə olan halda o, özü də Nadiri danlamışdır. Bundan sonra Nadir qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra anası uşağın kim olduğunu soruşmuş və müəyyən olunmuşdur ki, adı Samirdir və atası ustadır. Onu tanımışdır. Beləliklə, anası Samiri aparıb evinə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid Şahid2 xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində yaşadığı evin qapısının ağzında oturduğunu, həmin vaxt Təqsirləndirilən şəxs yanında azyaşlı bir oğlan uşağı ilə söhbət edə-edə X7 küçəsinin N.Nərimanov küçəsinə çıxışı olan istiqamətindən gəldiyini və onun oturduğu yerin qarşısından küçədən yolla üzü Qolqəti kəndinə keçən istiqamətə təxminən 15 metr getdiklərini gördüyünü, həmin uşağın Nadirin nəvəsi olduğunu fikirləşdiyini, daha sonra Nadir və həmin azyaşlı uşağın geri çevrildiklərini və arxaya gəlib onun yaşadığı evlə üzbəüz yerləşən heç kimin yaşamadığı içərisində uçuq vəziyyətdə ev olan təxminən 10-15 sot ərazidən ibarət olan bir həyətə girdiklərini, həmin həyətin yanları uçuq vəziyyətdə olduğu üçün yoldan baxanda evin bayır tərəfi və həyətin göründüyünü, ürəyində bu işdən şübhələndiyini və uşağın kimin uşağı olduğunu və Nadirin onu həmin evə niyə apardığını, onların arxası ilə girib yoxsa girməməsini fikirləşdiyini, qadın olduğu üçün bu hisslərlə tərəddüd etdiyini, bu zaman birdən həmin uşağın qışqıraraq uçuq evdən çölə çıxdığını və həyəcanlı vəziyyətdə əynindəki şortiki çəkə-çəkə həyətin arxa hissəsi tərəfə, yəni qapının əksi tərəfə qaçdığını, uşağın qapını axtardığını gördüyünü və tez qapıya tərəf qaçdığını, həmin vaxt Nadirin də şalvarını düzəldə-düzəldə evdən çıxdığını, Nadirin evdən çıxan zaman azyaşlı uşağın həyətin arxasında qapı olmadığını görüb yenidən dala qayıtdığını, qapını gördüyünü və qapıya tərəf qaçdığını, qapıda onu gördüyünü, həmin uşağın qorxduğunu və həyəcanlı olduğunu gördüyünü, uşağı qucaqladığını və uşağın Nadirin ona sarı gəldiyini görüb arxasında gizləndiyini, uşağa qorxma deyib ondan nə baş verdiyini soruşduğunu və uşağın ona Nadirin onun şortikini aşağı salıb onun başına pis iş gətirmək istədiyini, yəni onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini dediyini, buna görə, Nadirlə dalaşdığını, həmin vaxt Nadirin sərxoş olduğunu və onunla mübahisə etməyə başladığını, səsə haradansa oğlu Şahid3 da gəldiyini, hadisəni Elçinə danışdığını və Elçinin də Nadirə əsəbləşdiyini və bir neçə ifadə işlətdiyini, bundan sonra Nadirin çıxıb getdiyini, daha sonra həmin uşaqla söhbət edə-edə Samirgilə gəldiklərini və olanları Samirin anasına bildirdiyini və Samiri anasına təhvil verib evə gəldiyini göstərmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Ağdaş şəhəri X7 küçəsində yerləşən uçuq evdir. Müvafiq olaraq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 26- 31) Cinayət işinin materiallarında olan “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən dörd nəfər şəxsin arasından ona qarşı seksual xarakterli hərəkətlər etmiş Təqsirləndirilən şəxs tanımışdır. (cild 01, iş vər. 24-25) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 158 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs ağır dərəcəli sərxoş olmuşdur. (cild 01, iş vər. 20) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində ifadəsi yoxlanılarkən şübhəli şəxs qismində ifadə verdiyi zaman göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (cild 01, iş vər. 76-81) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2020-ci il tarixli 497 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində onunla cinsi əlaqədə olmağa uyğun gələn hər hansı bir əlamət aşkar olunmadı. Zərərçəkmiş şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində sperma aşkar olunmadı. (cild 01, iş vər. 71-72,158) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 498 saylı rəyindən görünür ki, X2 xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa mane olan hər hansı bir yara, xora, çapıq və s. aşkar olunmadı. Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. (cild 01, iş vər. 73-74) Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli 6/1921 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən paltarlardan yaşıl rəngli köynəyi üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlir. X4 məxsus olduğu qeyd edilən idman şalvarı üzərindən tapılmış boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şortikin tərkib liflərinə uyğun gəlir. (cild 01, iş vər. 132-137) Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 601/272 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməldən əvvəl və həmin əməl törədilərkən hər hansı xroniki psixi xətəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal hazırda heç bir xroniki, psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Zərərçəkmiş şəxs PSİXİ POZUNTUSUZ İDİOPATİK EPİLEPSİYA xəstəliyi keçirir. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik keçirmədiyindən ona qarşı törədilmiş qanunazidd əməllər zamanı öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, həmçinin ona qarşı törədilmiş qanunazidd əməlin niyyətini başa düşmüşdür. Zərərçəkmiş şəxs baş vermiş əməli düzgün qavrayaraq həmin əməllər barəsində düzgün ifadə vermək iqtidarındadır. (cild 01, iş vər. 155-157) Cinayət işinin materiallarında olan məhkəmə-psixiаtrik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 600 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 01, iş vər. 153-154) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 150.3.3cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə iclasında müdafiəçinin əməlin qeyd olunan cinayətə cəhd kimi, yəni Cinayət Məcəlləsinin 29,150.3.3-cü maddəsi ilə tövsif olunması və bu hal nəzərə alınmaqla təqsirləndirilən şəxsə cəza təyin edilməsi barədə dediklərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən cinayət əməli formal tərkibli cinayət olduğundan və bu qəbildən olan cinayət əməlləri müvafiq hərəkət və ya hərəkətsizliyin edilməsi anından bitdiyidən, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs münasibətdə artıq ilkin hərəkətlərin edilməsi (şortiki aşağı çəkməsi, zor tətbiq etməklə əli ilə onun arxa sağrı hissəsini əlləməsi, daha sonra belindən və kürəyindən tutaraq zor tətbiq etməklə köməksiz vəziyyətindən istifadə edərək gərginləşmiş cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə sürtməsi) ilə cinayət başa çatmışdır ki, belə olan halda təqsirləndirilən şəxsin əməlinin məhz Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif olunması düzgün olmuşdur. Odur ki, müdafiəçinin qeyd etdikləri qəbul edilə bilməz və Təqsirləndirilən şəxs məhz CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. (cild 1, iş vər. 140-141) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, əməliyyatstatistik kartotekada Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. (cild 01, iş vər. 120) Təqsirləndirilən şəxs CM-nin 59 və 61-ci maddələrində göstərilən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:45-də ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vər. 61) Cinayət işinin materialarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 101-103) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə xüsusilə ağır cinayət törətdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş bir ədəd boz rəngli şortik və bir ədəd yaşıl rəngli futbolka hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə geri qaytarılmalı, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd göy rəngli kənarlarında ağ xətləri olan idman şalvarı, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd ağ-göy-qara zolaqlı alt paltarı tələb edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 108,46 AZN (yüz səkkiz manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş zərəçəmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş bir ədəd boz rəngli şortik və bir ədəd yaşıl rəngli futbolka hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə geri qaytarılsın, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd göy rəngli kənarlarında ağ xətləri olan idman şalvarı, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd ağ-göy-qara zolaqlı alt paltarı tələb edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 108,46 AZN (yüz səkkiz manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X5 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-69/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-69/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver