Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-69/2022 14.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1989-cu ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Ağdaş şəhəri, F.Səfərov küçəsi, 1/10 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 6,174 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini, ümumi təmiz çəkisi 10,401 qram olan narkotik vasitə tiryəki, ümumi təmiz çəkisi 15.90 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 16.05.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etmiş, onlardan bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,718 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 10,401 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əynində olan göy rəngli cins şalvarın sağ yan cibində satış məqsədilə qanunsuz olaraq saxlayaraq daşımış, 05 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 3.425 qram, 0.452 qram, 0.371 qram, 0.391 qram, 0.394 qram ümumi təmiz çəkisi 5,033 qram, 02 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.251 qram, 0.093 qram, ümumi təmiz çəkisi 0,344 qram, bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0.079 qram olmaqla, ümumi təmiz çəkisi 5,456 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 03 ədəd kibrit qutusunda təmiz çəkiləri müvafiq olaraq 4.51 qram, 4.39 qram, 5.07 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.71 qram və 01 ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi 1.22 qram, ümumi təmiz çəkisi 15.90 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı isə ünvan 1 ünvanında yerləşən evinin hamam otağının paltar geyinib soyunulması üçün nəzərdə tutulan hissəsində, daxildə satış məqsədilə qanunsuz olaraq saxlamış, üzərində daşıdığı narkotik vasitələr 18.05.2021-ci il tarixdə, saat 11 radələrində Ağdaş RPŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən Ağdaş RPŞ-nın inzibati binasına gətirildikdən sonra, saat 11:15 radələrində onun üzərində şəxsi axtarış keçirilən zaman, evində saxladığı narkotik vasitələr isə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən evinə həmin gün, saat 11:40 radələrində baxış keçirilərkən Ağdaş RPŞ-nın əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Sarvan Məmmədov CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmərək CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18.05.2021-ci il tarixdə, səhər saatlarında polis əməkdaşı ona zəng edərək qapıya çıxmağını bildirmişdir. O da qapıya çıxan zaman əlinə qandal vurularaq onu polis maşınına əyləşdirmişlər. Sonra polis əməkdaşları onun yaşadığı evin həyətinə daxil olmuş, narkotik vasitəni həyətə qoyandan sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona CM-in 234.1-ci maddəsi ilə cinayət işi açılacağı bildirilmiş, o da narkotik vasitənin istifadəçi kimi həmin maddə ilə razılaşmışdır. Sonra yaşadığı ünvana baxış keçirilməsi üçün onu evə aparanda evdə narkotik vasitənin miqdarının çox olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitənin istifadəçi olduğuna görə o, polis şöbəsində təsir altında CM-in 234.1-ci maddəsi ilə razılaşmışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmamış, üstündən və yaşadığı ünvandan aşkar olunan narkotik vasitələr ona məxsus olmamışdır. Həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən qoyulmuşdur. Aşkar olunan narkotik vasitələrdən ancaq marixuananın ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs iş materiallarında olan mesaj mətnlərini isə xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilərkən verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, atası Arifin vəfat etdiyini, anası Rənanın onunla birlikdə yaşadığını, ailədə üç uşaq iki bacı və bir qardaş olduqlarını, özünün də ailənin sonuncu övladı olduğunu, özü və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, əvvəllər məhkum olunmadığını, təxminən bir il olar ki, narkotik istifadəçisi olduğunu, 18.05.2021-ci il tarixdə təxminən saat 10:30 radələrində yaşadığı Ağdaş rayonu F.Səfərov küçəsində yol kənarı ilə piyada hərəkətdə olarkən iki nəfər polis əməkdaşının ona yaxınlaşdıqlarını, onların ona yaxınlaşdıqda üzərində narkotik vasitələr saxlamağını şübhə etdiklərini bildirdiklərini, daha sonra onu Ağdaş rayon polis şöbəsinə dəvət etdiklərini, onlara etiraz etmədən Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də inzibati binasında ona vəkil təyin edildiyini, bundan sonra Ağdaş RPŞ-nin növbətçi hissəsində vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan büküm və 01 ədəd iyirmi qəpiklik sikkə aşkar olunduğunu, daha sonra həmin sellofan bükümlərin açıldığını, birinin içərisindən qəhvəyi rəngli toz və kristal halında maddə digərində isə qara rəngli maddə aşkar edildiyini, özünün həmin maddələrin narkotik vasitə olduğunu bildirdiyini və onları özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra həmin maddələrin elektron tərəzidə çəkildiyini, qəhvəyi rəngli maddənin çəkisi 0,94 qram oldu, qara rəngli maddənin çəkisi isə 11.06 qram olduğunu, həmin maddələrin kağız zərfə qablaşdırıldığını, vəkilin iştirakı ilə üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, zərfin üzərinə imza etdiklərini, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edildiyini, həmçinin şəxsi axtarış keçirildikdən sonra yaşadığı mənzildə həyətdə yerləşən hamamda narkotik vasitələr saxladığını bildirdiyini, daha sonra yaşadığı evə onun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətindəki hamamın içərisindəki paltar soyunub geyinmə yerində dolabçadan (tumboşkadan) 03 ədəd kibrit qutusu, 04 ədəd kağız büküm, 06 ədəd sellofan büküm və 01 ədəd içərisində qara rəngli maddə olan istifadə edilmiş folqa aşkar edildiyini, bundan sonra aşkar edilmiş kibrit qutuları, kağız bükümlər və sellofan bükümlər açılan zaman 03 ədəd kibrit qutusunun, 01 ədəd kağız bükümün və 01 ədəd sellofan bükümün içərisindən yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsinin aşkar edildiyini, digər 05 ədəd sellofan bükümün və 03 ədəd kağız bükümün içərisindən isə qəhvəyi rəgli toz və kristal halında narkotik vasitəyə oxşar maddələr aşkar edildiyini, daha sonra aşkar edilmiş bitki kütlələri, maddələr və folqa elektron tərəzidə çəkildiyini və içərisində bitki kütlələri olan kibrit qutuların çəkiləri 7.59 qram, 7.70 qram, 8.23 qram, sellofan bükümün 0.96, kağız bükümün 1.49 qram, içərilərində isə qəhvəyi rəngli toz və kristal halında maddələr olan kağız bükümlərin çəkiləri müvafiq olaraq 0.14 qram, 0.05 qram , 0.52 qram, sellofan bükümlərin çəkiləri isə müvafiq olaraq 3.91 qram, 0.47 qram, 0.46 qram, 0.49 qram, 0.40 qram olduğunu, folqanın çəkisi isə 0.14 qram olduğunu, daha sonra həmin kibrit qutuları, kağız bükümlər, sellofan bükümlər və folqa 02 ədəd zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, imza etdiklərini və bu barədə protokol tərtib olunduğunu, həmçinin baxış zamanı videoçəkilişdən istifadə edildiyini, həmin narkotik vasitələri özü şəxsi istifadəsi üçün saxladığını, həmin narkotik vasitələri təxminən 2 gün əvvəl yaşadığı evin yerləşdiyi küçədən yerdən tapdığını, heç kimə narkotik vasitələr satmadığını, həmin narkotik vasitələri taparkən həmin narkotik vasitələrin bükümlərdə olduğunu, yaşadığı həyət evinin hamamından aşkar olunmuş qara rəgli üzərinə “DİGİTAL SCALOE” sözləri yazılmış elektron tərəzini və narkotik vasitələri eyni bir yerdən tapdığını, istifadəsində olan mobil telefonu ***-***-**-** nömrəsi olduğunu, istifadəsində olan mobil telefonu könüllü olaraq təqdim etdiyini, onu polis şöbəsinə gətirərkən üzərində heç bir dəyərli əşya və sair olmadığını, ona qarşı heç bir fiziki və sair güc tətbiq olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Sarvanı rayon sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi barədə məlumatlar polis şöbəsinə daxil olmuşdur. Daxil olan məlumat əsasında müvafiq sənədlər hazırlanmış və polis əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin növbətçi hissəsində təhqiqat qrupunun əməkdaşları ilə birlikdə onun üzərinə keçirilən axtarış zamanı üstündən 1 qrama yaxın heroin və 10-11 qrama yaxın tiryək aşkar edilmişdir. Axtarış video çəkilişlə aparılmış və Sarvan özü etiraf edərək narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitəni tapdığını bildirmişdir. Sənədləşmə aparılandan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Sarvan özü ona məxsus olan narkotik vasitənin həyətdə olan hamam otağında olduğunu bildirmişdir. Hamam otağında da video çəkilişlə baxış keçirilmiş, orada da sənədləşmə aparılandan sonra polis şöbəsinə qayıtmışlar. Şahid1 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs küçədə saxlayaraq polis şöbəsinə aparmışlar, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələr barədə heç bir etirazı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş Rayon Polis Şöbəsinin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması, üzərində daşıması və evində saxlaması barədə onlarda əvvəlcədən məlumatlar olmuşdur. Belə məlumatın biri də polis əməkdaşı Şahid1 daxil olmuşdur. Şahid1 rəhbərliyə məruzə edəndən sonra raportla sənədləşmə aparılmış, sənədləşmə aparılan günü də Ağdaş şəhəri, F.Səfərov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ona üzərində narkotik vasitələrin olması barədə şübhəli olduğu bildirilmiş, özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsinin növbətçi hissəsində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışda təhqiqat bölməsinin əməkdaşı, müdafiəçi, polis əməkdaşı Şahid1 və o iştirak etmişlər. Şəxsin üzərindən 2 büküm narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitələrdən biri tiryək, digəri isə heroin olmuşdur. Müvafiq şəxsi axtarış video kamera ilə aparılmışdır. Sənədləşmə aparılandan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs evində axtarış keçirilməyə başlanılmışdır. İlk əvvəl Təqsirləndirilən şəxs səmimi təqdim olunması üçün sual verilmiş, Sarvan narkotik vasitəni evin içərisində saxlamadığını, ancaq həyətdə olan hamam otağında dolabın içərisində saxladığını bildirmişdir. Video çəkilişlə axtarış aparılmış, dolab Sarvanın iştirakı ilə açılan zaman 3 ədəd kibrit qutusunun içərisində marixuana, 4 ədəd kağız büküm və 6 ədəd sellofan büküm aşkar edilmişdir. Bundan əlavə aşkar olunanların içərisində folqanın üzərində istifadə olunan narkotik vasitə olmuşdur. Sarvan narkotik vasitəni istifadə etdiyini, aşkar olunan narkotik vasitələrin də özünə məxsus olduğunu bildirmişdir. Sənədləşmə aparılmış, həmin bükümlər çəkiləndən sonra çəkisi iş materiallarına əlavə olunmuşdur. Bundan sonra polis şöbəsinə gəlmişlər. Şahid2 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs keçirilən əməliyyat tədbirinə və aşkar olunan narkotik vasitələrə heç bir etirazı olmamışdır. Həmçinin, bildirmişdir ki, Ağdaş Rayon Polis Şöbəsinə daxil olan məxfi məlumatlar digər sübütlarla birlikdə qiymətləndirilən zaman görünmüşdür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı və üzərində saxlaması ilə məşğul olmuşdur. Qeyd olunan sübutlarla yanaşı, cinayət işinin materiallarında olan 18.05.2021-ci il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olmuş və məlumat əsasında Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan 18 may 2021-ci il tarixli əməliyyat – axtarış tədbirinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə əməliyyat məlumatı olduğundan təxirəsalınmaz hal kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, yaşadığı evə və evin həyətinə baxış keçirilməsi üçün müvafiq əməliyyat tədbirləri keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 18 may 2021-ci il tarixli Ağdaş Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi ilə əlaqədar olaraq onun üzərində şəxsi axtarış aparılması, yaşadığı evə və evin həyətinə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 18 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan büküm və 01 ədəd iyirmi qəpiklik sikkə aşkar olunmuş, daha sonra həmin sellofan bükümlər açılmışdır. Birinin içərisindən qəhvəyi rəngli toz və kristal halında maddə digərində isə qara rəngli maddə aşkar edilmiş, daha sonra həmin maddələr elektron tərəzidə çəkilmiş, qəhvəyi rəngli maddənin çəkisi 0,94 qram, qara rəngli maddənin çəkisi isə 11.06 qram olmuşdur. Həmin maddələr kağız zərfə qablaşdırılmış, vəkilin iştirakı ilə üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, zərfin üzərinə imza edilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin materiallarında olan 18 may 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə onun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətindəki hamamın içərisindəki paltar soyunub geyinmə yerində, dolabçadan (tumboşkadan) 03 ədəd kibrit qutusu, 04 ədəd kağız büküm, 06 ədəd sellofan büküm və 01 ədəd içərisində qara rəngli maddə olan istifadə edilmiş folqa aşkar edilmiş, bundan sonra aşkar edilmiş kibrit qutuları, kağız bükümlər və sellofan bükümlər açılan zaman 03 ədəd kibrit qutusunun, 01 ədəd kağız bükümün və 01 ədəd sellofan bükümün içərisindən yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsi aşkar edilmişdir. Digər 05 ədəd sellofan bükümün və 03 ədəd kağız bükümün içərisindən isə qəhvəyi rəgli toz və kristal halında narkotik vasitəyə oxşar maddələr aşkar edilmiş, daha sonra aşkar edilmiş bitki kütlələri və maddələr və folqa elektron tərəzidə çəkilmiş və içərisində bitki kütlələri olan kibrit qutuların çəkiləri 7.59 qram, 7.70 qram, 8.23 qram, sellofan bükümün 0.96, kağız bükümün 1.49 qram, içərilərində isə qəhvəyi rəngli toz və kristal halında maddələr olan kağız bükümlərin çəkiləri müvafiq olaraq 0.14 qram, 0.05 qram, 0.52 qram, sellofan bükümlərin çəkiləri isə müvafiq olaraq 3.91 qram, 0.47 qram, 0.46 qram, 0.49 qram, 0.40 qram olmuş, folqanın çəkisi isə 0.14 qram olmuşdur. Daha sonra həmin kibrit qutuları, kağız bükümlər, sellofan bükümlər və folqa 02 ədəd zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, imza edilmiş və bu barədə protokol tərtib olunmuşdur. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin materiallarında olan 13 iyun 2021-ci il tarixli CD-diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ağdaş şəhəri, F.Səfərov küçəsi, 1/10-da yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin mesaj mətnlərinə baxış keçirilmiş, mesaj mətnlərində “22.04.2021-ci il tarixdə, saat 00:29:17 dəqiqədə ***- ***-**-** nömrəsindən istifadəsində olan mobil telefon nömrəsinə mesaj yazaraq “Sarvan bu nehereketdi? soyus soyum senden is gorene?ayif deyil qaqa? pisdik edirem deye bele edirsen qaqa?menim isim sene gore sarvad olmalidi? gece vaxtti” bildirmiş, 22.04.2021-ci il tarixdə, saat 08:29:56 dəqiqədə Sarvanın istifadəsində olan mobil telefon nömrəsinə mesaj yazaraq “gelim eveki sarvan pulu ver? soyus soycem birindeki sizden is gorenin eybi yox” 01.01.2021-ci il tarixdə, saat 22:30:07-də ***-***-**-** saylı mobil nömrədən ona daxil olmuş mesajlarda “Qaqa imkanin varsa 10 yoxsa qaqa kimi ne vere bilirsen, ALLAHA AND OLSUN sabax ne kartina nede nagd pul catacaq.bos qaytarma qaqa agriram”, 28.01.2021-ci il tarixdə, saat 23:42:12-dən başlayaraq ***-***-**-** mobil telefon nömrəsi 21.02.2021-ci il tarixdə, saat 21:20:30-da “E kiwisen adamsanee anardan men ala bilmiremkii direm 20 manat pul var anarda 40 deyqeye gelcek. 08.03.2021-ci il tarixdə saat 04:05:14-də “Bu pox teli goturda Qaqa hec 1 cetde yoxdu sehere olmalidi yatiraw qaqa seher goruwerik gecen xeyre”. 08.03.2021-ci il tarixdə, saat 4:12:17-də “Qa yatmamısansa bir qr düzəlt. Aparım verim. Ucardayıq gəlirik”. 18.04.2021-ci il tarixdə, saat 21:51:59-da “Qaqam allaha and olsun pul catdirmaliyam nolar yardim elini uzat imkan varsa 20de artiq ver vallah sabah axw terefi qaytaracam nolar cavab ver bakiye catiblar”. 11.05.2021-ci il tarixdə, saat 21:13:32-də “Qa səncanı mal götürəndə şüşədə götür biraz”. 10.05.2021-ci il tarixdə saat 23:21:50-də “Qa islami neynirem biraz kola ver gedimda. tekcene patini neynirem.budayam” 15.05.2021-ci il tarixdə, saat 3:48:26-dan başlayaraq ***-***-**-** nömrəsindən “Qa nolat e heyetde oturmuwa soyuqdaa evde qonaqlar zad seherde xalaogluyla gedejem ora bura ozunda lomkadayam mallarida yerber yer elemeliyemki seherde, aqa nolar eve gede bilmedim gorsem cixa bilmiyejem. Sen onu tez bazar hell ele meni yigda eliwanin yaninda gozluyurem. Nolar gor ede bilsen onu birqiram, QAqa nagarsan? menede mal verirsen? satmaga. gederdim samsun yanina verim orda, E adam kiwi olar birde sene inansam got olaram sene hormet duwmur ey” kimi zənglərin olması müəyyən olunmuşdur. ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs anası X2 adına qeydiyyatdan keçmiş, lakin faktiki olaraq Təqsirləndirilən şəxs həmin mobil nömrədən istifadə etmişdir. Cinayət işinin materiallarında olan 07 dekabr 2021-ci il tarixli CD-diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ağdaş şəhəri, Ş.Şamil küçəsi, 3-də yaşayan X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin mesaj mətnlərinə baxış keçirilmiş, mesaj mətnlərində “04.02.2021-ci il tarixdə, saat 12:59:15-də “Qaqa şey əla şeydi 250 qramdı. yeni istəyirsənsə mənə 10 dəyqəyə hə”. 22.01.2021-ci il tarixdə, saat 14:50:12-də “melim dedemin goru yeke tema tutmuşam adama ən azı 150/200 xeyirvar geldm men çıxdım”, 18.03.2021-ci il tarixdə, saat 13:08:18-də “Pox terezi lazımdı goturda a bala yazışma” kimi mesajların olması müəyyən olunmuşdur. ***-***-**-** saylı mobil nömrə X3 adına qeydiyyatdan keçmiş, lakin faktiki olaraq Təqsirləndirilən şəxs həmin mobil nömrədən istifadə etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 18.05.2021-ci il tarixli 17/350 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki: - 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,718 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - digər 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 10,401 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindəki soyunub geyinmə otağından aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki: - 05 (beş) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,425 qram, 0,452 qram, 0,371 qram, 0,391 qram, 0,394 qram, ümumi təmiz çəkiləri 5,033qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 02 (iki) ədəd gümüşü ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,251 qram, 0,093 qram, ümumi təmiz çəkisi 0,344 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 01 (bir) ədəd gümüşü rəngli bükümdə, təmiz çəkisi 0,079 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindəki soyunub geyinmə otağından aşkar olunmuş...” sözləri yazılmış digər zərfin içərisindəki 03 (üç) ədəd kibrit qutularında təmiz çəkiləri 4,51 qram, 4,39 qram, 5,07 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,71 qram və 01 (bir) ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,22 qram, ümumi təmiz çəkisi 15,90 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş ümumilikdə 06 (altı) ədəd sellofan bükümlərdə, 02 (iki) ədəd gümüşü ağ rəngli kağız bükümlərdə və 01 (bir) ədəd gümüşü rəngli bükümdə olan herinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş ümumilikdə 03 (üç) ədəd kibrit qutularında, 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd gümüşü ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 09 iyul 2021-ci il tarixli 372 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq, o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 13 iyul 2021-ci il tarixli 821 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halı olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Ağdaş Rayon Mərkəzi X5 Şəxsdən daxil olmuş 26 may 2021-ci il tarixli 706 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Mərkəzi X5 Şəxsin Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdə, saat 11:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 20 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan 29 may 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan 09 iyun 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09.06.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, yeri Ağdaş rayon ərazisində müəyyən olunaraq , Ağdaş RPŞ-ya gətirilmiş və aidiyyəti üzrə İQ-ya təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 iyun 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 iyun 2021-ci il tarixli 1807 nömrəli arayışdan və 09 iyun 2021-ci il il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır və Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən, məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, o cümlədən ekspert rəyləri və biri digərini tamamlayan başqa dəlillər vasitəsi ilə tam sübuta yetirilmişdir və ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin polis əməkdaşının ona zəng edərək qapıya çıxmağını bildirməsi, o da qapıya çıxan zaman əlinə qandal vurularaq polis maşınına oturdulması, polis əməkdaşlarının onun yaşadığı evin həyətinə daxil olmaları və narkotik vasitəni həyətə qoyandan sonra onu polis şöbəsinə aparmaları, narkotik vasitənin istifadəçi olduğuna görə polis şöbəsində təsir altında CM-in 234.1-ci maddəsi ilə razılaşması, narkotik vasitənin satışı ilə məşğul olmaması, üstündən və yaşadığı ünvandan aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 18 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan büküm və 01 ədəd 20 qəpiklik sikkə aşkar olunmuş, daha sonra həmin sellofan bükümlər açılmışdır. Birinin içərisindən qəhvəyi rəngli toz və kristal halında maddə digərində isə qara rəngli maddə aşkar edilmiş, daha sonra həmin maddələr elektron tərəzidə çəkilmiş, qəhvəyi rəngli maddənin çəkisi-0,94 qram, qara rəngli maddənin çəkisi isə 11.06 qram olmuşdur. Həmin maddələr kağız zərfə qablaşdırılmış, vəkilin iştirakı ilə üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, zərfin üzərinə imza edilmişdir. Protokol tərtib edilmiş, heç bir təklif, ərizə və şikayət qeydə alınmamışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Eyni zamanda baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 18 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətindəki hamamın içərisindəki paltar soyunub geyinmə yerində olan dolabçadan (tumboşkadan) 03 ədəd kibrit qutusu, 04 ədəd kağız büküm, 06 ədəd sellofan büküm və 01 ədəd içərisində qara rəngli maddə olan istifadə edilmiş folqa aşkar edilmiş, bundan sonra aşkar edilmiş kibrit qutuları, kağız bükümlər və sellofan bükümlər açılan zaman 03 ədəd kibrit qutusunun, 01 ədəd kağız bükümün və 01 ədəd sellofan bükümün içərisindən yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsi aşkar edilmişdir. Digər 05 ədəd sellofan bükümün və 03 ədəd kağız bükümün içərisindən isə qəhvəyi rəgli toz və kristal halında narkotik vasitəyə oxşar maddələr aşkar edilmiş, daha sonra aşkar edilmiş bitki kütlələri və maddələr və folqa elektron tərəzidə çəkilmiş və içərisində bitki kütlələri olan kibrit qutuların çəkiləri 7.59 qram, 7.70 qram, 8.23 qram, sellofan bükümün 0.96, kağız bükümün 1.49 qram, içərilərində isə qəhvəyi rəngli toz və kristal halında maddələr olan kağız bükümlərin çəkiləri müvafiq olaraq 0.14 qram, 0.05 qram, 0.52 qram, sellofan bükümlərin çəkiləri isə müvafiq olaraq 3.91 qram, 0.47 qram, 0.46 qram, 0.49 qram, 0.40 qram olmuş, folqanın çəkisi isə 0.14 qram olmuşdur. Daha sonra həmin kibrit qutuları, kağız bükümlər, sellofan bükümlər və folqa 02 ədəd zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, imza edilmiş və bu barədə protokol tərtib olunmuşdur. Heç bir təklif, ərizə və şikayət qeydə alınmamışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə yerləşdiyi mobil cihaza baxış keçirilərkən müəyyən olunmuşdur ki, ayrı-ayrı şəxslərdən Təqsirləndirilən şəxs “Sarvan bu nehereketdi? soyus soyum senden is gorene?ayif deyil qaqa? pisdik edirem deye bele edirsen qaqa?menim isim sene gore sarvad olmalidi? gece vaxtti”. “gelim eveki sarvan pulu ver? soyus soycem birindeki sizden is gorenin eybi yox”. “Qaqa imkanin varsa 10 yoxsa qaqa kimi ne vere bilirsen, ALLAHA AND OLSUN sabax ne kartina nede nagd pul catacaq.bos qaytarma qaqa agriram”. “E kiwisen adamsanee anardan men ala bilmiremkii direm 20 manat pul var anarda 40 deyqeye gelcek”. “Bu pox teli goturda Qaqa hec 1 cetde yoxdu sehere olmalidi yatiraw qaqa seher goruwerik gecen xeyre”. “Qa yatmamısansa bir qr düzəlt. Aparım verim. Ucardayıq gəlirik”. “Qaqam allaha and olsun pul catdirmaliyam nolar yardim elini uzat imkan varsa 20de artiq ver vallah sabah axw terefi qaytaracam nolar cavab ver bakiye catiblar”. “Qa səncanı mal götürəndə şüşədə götür biraz”. “Qa islami neynirem biraz kola ver gedimda. tekcene patini neynirem.budayam”. “Qa nolat e heyetde oturmuwa soyuqdaa evde qonaqlar zad seherde xalaogluyla gedejem ora bura ozunda lomkadayam mallarida yerber yer elemeliyemki seherde, aqa nolar eve gede bilmedim gorsem cixa bilmiyejem. Sen onu tez bazar hell ele meni yigda eliwanin yaninda gozluyurem. Nolar gor ede bilsen onu birqiram, QAqa nagarsan? menede mal verirsen? satmaga. gederdim samsun yanina verim orda, E adam kiwi olar birde sene inansam got olaram sene hormet duwmur ey” kimi narkotik vasitə istənilməsinə, alınmasına və satılmasına dəlalət edən mesajlar daxil olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs və onun müdafiəçisinin məhkəmə istintaqı zamanı qeyd etdiklərini əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, onların məhkəmə istintaqı zamanı gətirdikləri dəlillər müdafiə xarakterli əsaslandırmalardır və ona görə də bunlar təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə kollegiyasının iclasında polis şöbəsində polislərin qanunsuz təsirinə məruz qalması barədə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Belə ki, o, nə üzərinə videoçəkilişlə baxış keçirilən zaman ona verilən sualları cavablandırarkən, nə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, nə də ki, Ağdaş Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən, hər hansı təsir və təzyiqə məruz qalması barədə heç bir fikir bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi xüsusatların (polisin təsir və təzyiqinə məruz qalması və s.) işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşməməsi qənaətinə gəlir. Məhkəmə kollegiyasının tədqiq etdiyi sübutlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Ümumilikdə, tədqiq edilmiş sübutlar ittihamın təsdiq edilməsi üçün yetərlidir. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Onun bu əməldə təqsirsiz olması barədə özünün və müdafiəçisinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ona ədalətli cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 6,174 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi 10,401 qram olan narkotik vasitə tiryəki, ümumi təmiz çəkisi 15.90 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 16.05.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib, satış məqsədilə qanunsuz olaraq üzərində və yaşadığı evin hamam otağında olan dolabçada (tumboşkada) saxlamaqla CM-in 234.4.3cü maddəsində nəzərdə tutulan ağır cinayət əməlini törətmiş şəxsdir. Bu əməlinə görə o, həmin maddənin sanksiyasına uyğun olaraq beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, ali təhsil almasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməyən məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ona altı il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs altı il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.4.3-cü maddəsinin sanksiyasına uyğun olaraq altı il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Ona görə də təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu əsasa görə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09.07.2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə ona təyin olunacaq cəza müddətinə daxil edilməli, 18 may 2021-ci il tarixdən 20 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün onun cəzasına hesablanmaqla çıxılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsin xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən, cinayət işi üzrə maddi sübut olub Ağdaş RPŞ-da saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,724 qram heroin, 10,301 qram tiryək, 15,80 qram marixuana, 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd NOKİA markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, 04 ədəd CD diskin isə cinayət işində saxlanılması nəzərə alınmalıdır. İş üzrə 107.91 (bir yüz yeddi manat, doxsan bir qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdən 20 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün onun cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq beş il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Ağdaş RPŞ-da saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,724 qram heroin, 10,301 qram tiryək, 15,80 qram marixuana, 01 ədəd elektron tərəzi məhv edilsin. 01 ədəd NOKİA markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. 04 ədəd CD diskin cinayət işində saxlanılması nəzərə alınsın. İş üzrə 107.91 (bir yüz yeddi manat, doxsan bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-69/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-69/2022
14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver