Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-69/2023 16.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Qax rayonu Dəymədağlı kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Qax rayonu Dəymədağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 128 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Qax rayonu, Dəymədağlı kəndində yerləşən anası Zərərçəkmiş şəxs məxsus yaşayış evində anası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı yumruqla sonuncunun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq və qollarından əli ilə tutub sıxaraq sonuncuya döş qəfəsində 1 (bir) ədəd qançır, sağ saidində 1 (bir) ədəd şişkinlik, hematoma, sağ saidində əzələ bağlarının gərilməsi xəsarətlərindən ibarət dərəcəsinə görə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Bundan başqa, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq 2022-ci ilin iyul ayının 5-də Qax rayonu, Əlibəyli kəndində yerləşən örüş sahəsində mal-qara otaran zaman orada yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarını və onun üzərində olan yetişmiş hissələrini yığıb əldə edərək qeyd olunan ərazidə yerləşən torpağın üzərinə sərib qurutmuş, həmin narkotik vasitəni sellofan torbaya yığaraq Qax rayonu, Dəymədağlı kəndində yerləşən yaşadığı evə gətirmiş, həmin narkotik vasitədən bir hissəsini kibrit qutusuna qablaşdıraraq istifadə etməsi üçün üzərində daşımış, qalanını isə Qax rayonu, Dəymədağlı kəndində yerləşən yaşadığı evində saxlamış, 19 noyabr 2022-ci il tarixdə, saat 14:20 radələrində Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax rayonu, Dəymədağlı kəndi ərazisində saxlanılaraq Qax rayon polis şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış aparılan zaman əynindəki ağ və tünd-göy rəngli gödəkcənin sol yan cibindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 3,81 qram və Qax rayonu, Dəymədağlı kəndində yerləşən yaşadığı evin giriş qapısının yanındakı taxtın altından əldə edərək, saxlayıb gizlətdiyi 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 1100 qram olmaqla, ümumilikdə ümumi təmiz çəkisi 1103,81 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasından qayıtdıqdan sonra ev üstündə böyük qardaşı və anası ilə mübahisəsi olmuş, buna görə onu evdən qovmuşlar. Altı ay mal-qara otarmaqla məşğul olmuş, malqara otararkən narkotik vasitə olan marixuana tapmışdır. Anası ilə mübahisə edərkən sonuncunu vurmamış, anasını itələyərkən sonuncu pilləkəndən yıxılmışdır. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində verdiyi ifadasində Təqsirləndirilən şəxs göstərmişdir ki, 2021-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldikdən sonra Qax rayonu, Dəymədağlı kəndində ata evində qalmış, lakin evdə yaşlı anası ilə yola getmədiyi üçün həmkəndlisi Bilal adlı şəxsin Qax rayonu, Dəymədağlı kəndində yerləşən evində kirayə qalmış, həmçinin həmin şəxsin ev heyvanlarına çobanlıq etmişdir. Təxminən 5 iyul 2022-ci il tarixdə Qax rayonu Əlibəyli kəndi ərazisində malları otaran zaman sahədə yabanı halda bitən çətənə bitkilərindən yığaraq qurutduqdan sonra sellofan torbaya qoyub kirayədə yaşadığı evə gətirmiş, həmin marixuanadan malları otarmağa gedəndə istifadə etmək üçün kibrit qutusuna yığıb aparmışdır. 19 noyabr 2022-ci il tarixdə kənd çayxanasına gedib geriyə yaşadığı evə qayıdarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitənin saxlanılmasında şübhəli olduğunu bildirib Qax rayon Polis Şöbəsinə dəvət etmişlər. Qax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki idman gödəkçəsinin sol cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu çıxardıb təqdim etmiş, həmin qutunun içərisində marixuana olduğunu, həmin narkotiki şəxsi istifadəsi üçün üzərində daşıdığını, qalan narkotikin isə Qax rayonu, Dəymədağlı kəndində yerləşən evində olduğunu bildirmişdir. Daha sonra Qax rayonu, Dəymədağlı kəndindəki evə baxış keçirilən zaman evin eyvanında olan taxtın altında saxladığı içərisində qurudulmuş marixuana olan sellofan torbanı təqdim etmiş, təqdim etdiyi marixuanalar qablaşdırıldıqdan sonra götürülmüşdür. 2021-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldikdən sonra ata evində qalan anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşamış, mütəmadi olaraq spirtli içki qəbul etdiyinə görə anası ilə aralarında münaqişə yaranmışdır. 18 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində evdə spirtli içki qəbul etdikdən sonra anası Çiçək Həsənovanı evdən qovmaq qərarına gələrək sonuncuya evdən çıxıb getməsini bildirmiş, lakin anasının evdən çıxıb getmədiyindən əsəbləşərək əli ilə anası Zərərçəkmiş şəxs qollarından tutub sıxdıqdan sonra pilləkənlərlə sürüyüb həyətə salmışdır. Həyətdə anası Çiçəyi döyərək sinə nahiyəsindən yumruqla vurmuş, bundan sonra anası evdən çıxıb getmişdir. Məhkəmədə zərərçəmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, kiçik oğlu Elsevər Rusiyada 25 il həbs cəzası çəkdikdən sonra 2021-ci il tarixdə Qax rayonu, Dəymədağlı kəndinə qayıdaraq onun yanında qalmış, spirtli içki qəbul etdikdən sonra onunla mübahisə etməyə başlamışdır. 18 oktyabr 2022-ci il tarixdə, saat 15 radələrində evdə olarkən Elsevər sərxoş vəziyyətdə ondan heç bir əsas olmadan evdən getməsini bildirmiş, sonuncuya heç bir yerə getməyəcəyini demişdir. Bundan sonra Elsevər əsəbiləşərək onun getmədiyini görüb əlləri ilə onun qollarından tutub sıxmağa başlamış, sonra isə pilləkənlərlə onu sürüyüb həyətə salmışdır. Həyətdə də onu döyməyə davam edərək sinə nahiyəsinə yumruqla vurmuşdur. Bundan sonra evdən çıxıb gedərək bu barədə Qax rayon Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxslə barışmamış, barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qax rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdə Qax rayonu, Dəymədağlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Qax rayonu Dəymədağlı kəndində gedərək kənd ərazisində olan Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz olaraq saxlanılmasında şübhəli olduğuna görə onlarla birlikdə rayon Polis Şöbəsinə getməsini bildirmişlər. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzəyən kütlə olan bir ədəd kibrit qutusu aşkar edilmiş, Təqsirləndirilən şəxs qurudulmuş marixuananı şəxsi istifadəsi üçün saxladığını, yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarında yığaraq saxladığını, qalan hissəsinin isə yaşadığı evdə olduğunu bildirmişdr. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Qax rayonu, Dəymədağlı kəndində yerləşən yaşayış evinə baxış keçirilən zaman evin giriş qapısının yanındakı taxtın altında saxladığı, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu bir ədəd sellofan torba aşkar olunaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Qax rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qax rayon Kənd Təsərrüfatı İdarəsində Bitkiçilik Sektorunun müdiri işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 29 noyabr 2022-ci il tarixdə polis əməkdaşları onu Qax rayonu, Əlibəyli kəndi ərazisində yerləşən meşəlik ərazisində kolluq sahəyə baxış keçirilməsində aqronom kimi dəvət etmiş, Qax rayonu, Əlibəyli kəndi ərazisində yerləşən meşəlik ərazisində kolluq sahəyə baxış keçirilən zaman polis əməkdaşlarına həqiqətən də orada yabanı halda narkotik vasitə olan çətənə kollarının bitməsinin mümkün olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 20 noyabr 2022-ci il tarixli, 17/848 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti ilə götürülmüş...bitki kütləsi..” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi-3,81 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs evindən aşkar edilən.. bitki kütləsi...” sözləri yazılmış sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi 1100 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 727 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 1842 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 223 nömrəli rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər–döş qəfəsində 1 (bir) ədəd qançır, sağ saidində 1 (bir) ədəd şişkinlik, hematoma, sağ saidində əzələ bağlarının gərilməsi, sol budda 1 (bir) ədəd qançırlar - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, döş qəfəsində qançır, sağ saidində şişkinlik, hematoma, sağ saidində əzələ bağlarının gərilməsi-qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci ildə insanın bədəninin hissələrinin (əl, ayaq vəs.) təsirindən törənmələri mümkündür, sol budunda qançır isə onun müayinəsindən 8-10 gün əvvəl əmələ gəlməyə uyğundur, dərəcəsinə görə sağ saidində yuxarıda qeyd edilmiş şişkinlik, hematoma, sağ saidində əzələ bağlarının gərilməsi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, döş qəfəsində və sağ budunda olan qançırlar isə birlikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 noyabr 2022-ci il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol cibindən çəkisi 5,9 qram olmaqla içərisində narkotik vasitə olan marixuananın olduğu bir ədəd kinbrit qutusu aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 noyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qax rayonu Dəymədağlı kəndindəki evindəki üstüaçıq eyvanda olan taxtın altından çəkisi 1,135 kq olan içərisində narkotik vasitə olan marixuananın olduğu sellofan torba aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi Tribunalının xx.xx.1993-cü il tarixli hökmü ilə CM-in 241 M “V” bəndi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası, Rostov-Na-Dornu Şəhər Sovet Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə RF CM-in 105-ci maddəsinin, 1; 119; 69-cu maddəsinin 3-cü hissəsi ilə 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası, Rostov Şəhər Sovet Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə RF-nin CM-nin 105-ci maddəsinin 1-ci hissəsi, 119; 69-cu maddəsinin 3-cü hissəsi ilə 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 31/92 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası, Rostov-Na-Dornu Şəhər Sovet Rayon Məhkəməsinin xx.xx.2004-cü il və Rusiya Federasiyası, Rostov Şəhər Sovet Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünün Azərbaycan Respublikasının Qanunvericiliyi ilə tənzimlənməsinə dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. CM-in 18.4.3-cü maddəsinə görə Azərbayvan Respublikası ərazisində törədilmiş əmələ görə məhkumluğu ödənildiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qax rayon İcra Hakimiyyəti Başçısının Almalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Dəymədağlı kəndində yaşamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qax rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 650-2-2022-427 nömrəli məktubdan görünür ki, Qax rayonu Dəymədağlı kənd sakini Təqsirləndirilən şəxs poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 19 noyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1450-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 21 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs vurmamasına, sonuncunu itələyərkən pilləkəndən yıxılmasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyindən də görünür ki, Zərərçəkmiş şəxs da aşkar edilmiş xəsarətlər yıxılma nəticəsində deyil, bərk küt əşyanın təsirindən törənmişdir. Odur ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs da aşkar edilmiş xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi qənaətinə gəlir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 128 və 234.1-1-ci maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 128 və 234.1- 1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 19 noyabr 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbyacna Respublikası Cinayət Məcəllədinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar tamamilə toplanılsın, Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 19 noyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Qax rayon Polis Şöbəsində saxlanılan 3,76 qram və 1099,95 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-69/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-69/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver