Məhkəmə qərarları › İş №1(091)-69/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-69/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-69/2024 08.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08 avqust 1997-ci ildə Ağdaş rayonunun Dəhnəxəlil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağdaş Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağdaş rayonunun Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək avtomobilində saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq quru vəziyyətdə ümumi təmiz çəkisi 2,788 qram, yəni külli miqdarda narkotik vasitə heroini əldə edib özünə məxsus “VAZ 2106” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, 24 avqust 2023-cü il tarixdə saat 12:45-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobillə Ağdaş şəhəri, İstiqlal küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasının həyətində həmin avtomobilə 24 avqust 2023-cü il tarixdə saat 13:43-dən 14:09-dək olan müddət ərzində baxış keçirilən zaman salondakı sandıqçanın içərisində olan 01 ədəd “Winston” markalı siqaret qutusundan 01 ədəd kiçik sellofan paketdə, quru vəziyyətdə təmiz çəkisi 2,727 qram, kağıza bükülmüş 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,061 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 manatlıq pul əskinasından hazırlanmış içərisində az miqdarda narkotik vasitə heroin hissəcikləri olan 01 ədəd boruşəkilli bükülü və 02 ədəd hər birinin üzərində cüzi miqdarda heroin hissəcikləri olan falqalar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Vətən müharibəsində iştirak etmiş, dövlət təltifləri ilə təltif olunmuşdur və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxsdir. Psixi xəstəliyi, bədənində qəlpə yaraları olduğu və Vətən müharibəsində sağlamlığını itirdiyi üçün axşam vaxtları narkotik vasitədən istifadə etmişdir. Mingəçevir Şəhər Ruhi Əsəb Dispanserində qeydiyyatdadır və orada ambulator qaydada müalicə olunmuşdur. 24 avqust 2023-cü il tarixdə özünə məxsus olan “VAZ 2106” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir Şəhər X6yıdan zaman üzərində və ya avtomobilində mobil telefon və narkotik vasitə olmamış, həmin avtomobillə hərəkətdə olan zaman yolun kənarında dayanaraq əl hərəkəti ilə onu saxlatmağa çalışan X7 təklifi ilə razılaşmış və bundan sonra sonuncu avtomobilin ön sağ oturacağında əyləşmişdir. Qeyd olunan avtomobillə hərəkətdə olan zaman göstərilən tarixdə saat 11 radələrində Ağdaş şəhərində “dördyol” adlanan yerdə Ağdaş Rayon Polis Şöbəsinin Yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt polis əməkdaşı Şahid3 də orada olmuşdur. Daha sonra orada üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən narkotik vasitə aşkar olunmamış və Rauf Cavadov qeyd olunanların şahidi olmuşdur. Daha sonra polis əməkdaşları ona məxsus olan avtomobilə baxış keçirib avtomobilin saxlanc yerində əvvəlki vaxtlardan qalmış və içərisində narkotik vasitə olmayan bir manatlıq əskinas bükülünü və iki ədəd işlənmiş falqaları görüb ona Ağdaş RPŞ-yə getməyi təklif etmişlər. O da etiraz etməmiş və Rauf Cavadov və polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə getmişlər. Bu zaman ona məxsus olan avtomobili Ramin adlı əməliyyat müvəkkili idarə etmiş, avtomobilin ön sağ oturacağında adını xatırlamadığı polis əməkdaşı əyləşmiş, arxa oturacaqda isə o və əməliyyat müvəkkili Şahid2 əyləşmişlər. Bu zaman onun əlinə qandal vurulmuş, Rauf Cavadov isə Ağdaş RPŞ-yə polis şöbəsinin xidməti avtomobili ilə aparılmışdır. Polis şöbəsinin həyətinə çatdıqdan sonra avtomobili orada saxlamışlar və onu inzibati binanın yuxarı mərtəbəsinə aparmışlar. Bu zaman ona məxsus olan avtomobilin açarları əvvəlcə polis əməkdaşlarında olmuş, daha sonra isə açarları ona vermişlər və həmin vaxt Rauf Cavadovun haraya aparıldığını görməmişdir. Ağdaş RPŞ-nin inzibati binasında olan CABnin rəisi Samit Kərimov ona narkotik vasitə təqdim edərək həmin narkotik vasitənin özünə məxsus olmasını deməsini təklif etmiş, əks halda isə narkotik vasitəni yaşadığı evə yerləşdirəcəyi ilə hədələmişdir. Həmin vaxt bədənində qəlpə yaraları olduğuna, təsirtəzyiqlərə tab gətirə bilmədiyinə, psixi vəziyyəti qaydasında olmadığına, polis əməkdaşlarının nə dediklərini dərk etmədiyinə görə, habelə polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunduğu və hədəyə məruz qaldığı üçün narkotik vasitənin özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qalmışdır. Avtomobili açarla açılıb-bağlanmış, Ağdaş RPŞ-yə aparıldıqdan təxminən 2 saat sonra həmin polis şöbəsinin həyətində avtomobilə baxış keçirilmiş, bu zaman müdafiəçisi də qeyd olunan istintaq hərəkətində iştirak etmiş, lakin müdafiəçi ilə konfidensial şəkildə görüşməmişdir. Avtomobilə baxış keçirilən zaman oradan mobil telefon da aşkar olunmuş, həmin mobil telefonun kimə məxsus olduğunu bilməmiş, avtomobili idarə edən zaman qeyd olunan mobil telefonu avtomobildə görməmiş və müstəntiqin deməsindən sonra göstərilən mobil telefonun Rauf Cavadova məxsus olması ona məlum olmuşdur. Xəstəliyinə görə baş verənləri tam dərk edə bilmədiyi üçün ona qarşı edilən qanunsuzluqlarla bağlı müdafiəçisinə məlumat verməmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman psixi xəstəliyinə görə hakimə tam cavab verə bilməmiş, habelə sonradan valideynləri dövlət orqanlarına (qurumlarına) şikayət etmişlər. Penitensiar müəssisəyə qəbul olunan zaman müayinə olunmuş, bu zaman Vətən müharibəsində iştirak edən zaman aldığı xəsarətlər aşkar olunmuş və bu barədə onu müayinə edən həkimə bildirmişdir. Xəstəliyi ilə əlaqədar olaraq, ona məxsus olan avtomobilin harada olması ilə maraqlana bilməmişdir və hazırda da qeyd olunan avtomobilin harada olduğunu bilmir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitələrdən istifadə etmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 22 avqust 2023-cü il tarixdə təxminən saat 18 radələrində Ağdaş rayonunun Dəhnəxəlil kəndində yerləşən Şirvan kanalının yaxınlığında olarkən yerdə 01 ədəd sellofan paketin olmasını görüb götürərək içərisinə baxdıqda orada qəhvəyi rəngli maddənin olduğunu görmüş və narkotik vasitə heroin olduğunu bildiyi üçün istifadə etmək məqsədilə həmin sellofan paketi cibinə qoymuşdur. 24 avqust 2023-cü il tarixdə saat 12:45-də Ağdaş-Qəbələ avtomobil yolunun Ağdaş şəhəri, İstiqlal küçəsindən keçən hissəsində özünə məxsus “VAZ 2106” markalı, **- OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmkəndlisi X9 ilə birlikdə Ağdaş rayonunun Dəhnəxəlil kəndi istiqamətində hərəkətdə olan zaman Ağdaş RPŞ-nin DYP-nin işçiləri onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Ağdaş Rayon Polis Şöbəsinə dəvət etmişlər. Ağdaş RPŞ-yə getdikdən sonra avtomobilini həmin polis şöbəsinin həyətində saxlamış və qapılarını bağlamışdır. Daha sonra isə həmin tarixdə Ağdaş RPŞ-nin inzibati binasında olan zaman hüquq və vəzifələri izah olunaraq müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən heç nə aşkar edilməmişdir. Bundan sonra isə avtomobilinə baxış keçirilən zaman avtomobilin salonundakı qoltuqaltının içərisindən “Winston” markalı 01 ədəd siqaret qutusunun içərisindən 01 ədəd sellofan paket, 02 ədəd falqa, 01 ədəd bükülü formada 1 manatlıq pul əskinası və 01 ədəd kağız büküm, həmin kağız bükümün də içərisindən sellofan büküm aşkar olunmuşdur. O, həmin kağız bükümdə və sellofan paketdə olan maddənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün avtomobilində saxladığını, falqa və bükülü formada 1 manatlıq pul əskinasını isə narkotik vasitəni qəbul edən zaman istifadə etdiyini bildirmişdir. Elektron tərəzi vasitəsilə çəkilən zaman sellofan bükümün çəkisinin 0,0 qram, sellofan paketin çəkisinin isə 4,2 qram olması müəyyən olunmuş, daha sonra isə 01 ədəd sellofan bükülü, 01 ədəd sellofan paket, 02 ədəd falqa və 01 ədəd 1 manatlıq bükülü pul əskinası müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş RPŞ-nin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş rayonunun Dəhnəxəlil kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və narkotik vasitələri üzərində gəzdirməsi barədə 24 avqust 2023-cü il tarixdə Ağdaş RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilllə birlikdə Ağdaş şəhəri, İstiqlal küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş, bundan sonra sonuncu avtomobilini həmin polis şöbəsinin həyətində saxlamış və qapılarını bağlamışdır. Daha sonra isə həmin tarixdə Ağdaş RPŞ-nin inzibati binasında olan zaman hüquq və vəzifələri izah olunaraq müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən heç nə aşkar edilməmişdir. Bundan sonra isə avtomobilinə baxış keçirilən zaman avtomobilin salonundakı qoltuqaltının içərisindən “Winston” markalı 01 ədəd siqaret qutusunun içərisindən 01 ədəd sellofan paket, 02 ədəd falqa, 01 ədəd bükülü formada 1 manatlıq pul əskinası və 01 ədəd kağız büküm, həmin kağız bükümün də içərisindən sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kağız bükümdə və sellofan paketdə olan maddənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün avtomobilində saxladığını, falqa və bükülü formada 1 manatlıq pul əskinasını isə narkotik vasitəni qəbul edən zaman istifadə etdiyini bildirmişdir. Elektron tərəzi vasitəsilə çəkilən zaman sellofan bükümün çəkisinin 0,0 qram, sellofan paketin çəkisinin isə 4,2 qram olması müəyyən olunmuş, daha sonra isə 01 ədəd sellofan büküm, 01 ədəd sellofan paket, 02 ədəd falqa və 01 ədəd 1 manatlıq bükülü pul əskinası müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək ifadəsində göstərmişdir ki, avtomobillərin yuyulması məntəqəsində işləyir. 24 avqust 2023-cü il tarixdə nahar fasiləsi vaxtı saat 12:00-13:00 radələrində Təqsirləndirilən şəxs avtomobillə kənd ərazisinə getdiyini görmüş, əl hərəkəti edib avtomobili saxlatmış, avtomobilin ön oturacağında əyləşmiş, bu zaman onun üzərində mobil telefon olmuş, lakin həmin avtomobildə narkotik vasitənin olubolmaması barədə onun məlumatı olmamışdır. Həmin avtomobillə bir müddət hərəkət etdikdən sonra saat 12:00-13:00 radələrində yol polisinin əməkdaşları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlatmışlar, bu zaman Məhəmməd və Vüsal adlı yol polisi əməkdaşları ilə narkotik vasitə barədə deyil, sənədlər və avtomobildə olan əzilmələrlə bağlı söhbət etmişlər və həmin vaxt polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinin şahidi olmamışdır. Daha sonra oraya Ağdaş RPŞ-nin 4-5 nəfər əməkdaşı, o cümlədən Samit Kərimov və Cəsur adlı polis əməkdaşları gəlmiş, bundan sonra onu yol polisi əməkdaşlarının **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilinə əyləşdirmişlər və bu zaman ona məxsus olan mobil telefon Təqsirləndirilən şəxs məxsus olan avtomobildə qalmışdır. Bundan sonra ilk əvvəl onun əyləşdiyi avtomobil hərəkətə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs əllərinə qandal vurulmuş, lakin sonuncuya məxsus olan avtomobili kimin idarə etdiyini bilməmişdir. O, əyləşdiyi avtomobillə polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili orada görməmiş, avtomobildən düşüb polis şöbəsinin inzibati binasına tərəf gedən zaman avtomobil səsinə əsasən Təqsirləndirilən şəxs məxsus olan avtomobilin də polis şöbəsinə gətirilməsini düşünmüşdür. Polis şöbəsinin inzibati binasında yerləşən otaqların birinə aparıldıqdan təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs də həmin otağa gətirilmiş, bu zaman sonuncuya məxsus olan avtomobilin qapısının açarının olub-olmaması barədə hər hansı məlumatı olmamışdır. Orada olan zaman nə baş verdiyini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu isə nə baş verdiyini bilmədiyini demişdir. Bir müddət sonra onu və Təqsirləndirilən şəxs ayrı-ayrı otaqlara aparmışlar, orada olan zaman ifadə vermiş və bu zaman nə baş verdiyini ifadəsində qeyd etmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bilib-bilməməsi ilə bağlı suala cavab olaraq bu barədə məlumatının olduğunu demiş, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etmişdir. Məhkəmə istintaqı zamanı ona təqdim edilmiş və cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsində olan imzalardan biri onun imzasına oxşardır. İbtidai istintaq zamanı da məhkəmə istintaqı zamanı verdiyi məzmunda ifadə vermiş, ibtidai istintaq zamanı verdiyi ifadəsinin Təqsirləndirilən şəxs məxsus olan avtomobildə olan zaman polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sonuncuya məxsus olan avtomobillə Ağdaş RPŞ-yə getməsi ilə bağlı hissəsinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olmasının səbəbinin polis əməkdaşının səhv etməsi ilə bağlı olduğunu düşünür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman sonuncunun narkotik vasitəyə görə saxlanıldığını bilməmiş və bu barədə sonradan məlumatı olmuşdur. X7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məxsus olan avtomobildə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və bundan sonra sonuncuya məxsus olan avtomobillə Ağdaş RPŞ-yə getmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 avqust 2023-cü il tarixli raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş rayonunun Dəhnəxəlil kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində, özünə məxsus olan “VAZ 2106” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlaması, daşıması və narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Ağdaş rayonunun Dəhnəxəlil kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 avqust 2023-cü il tarixli raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Ağdaş rayonunun Dəhnəxəlil kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində, özünə məxsus olan “VAZ 2106”, markalı **- OR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlaması, daşıması və narkotik vasitələrdən istifadə etməsi şübhəsi ilə Ağdaş şəhəri, İstiqlal küçəsində saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə saat 13:33-dən saat 13:39-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman onun üzərindən avtomobilin açarı aşkar olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 13:43-dən saat 14:09-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2106” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və bu zaman avtomobilin salonundakı qoltuqaltının içərisindən “Winston” markalı 01 ədəd siqaret qutusunun içərisindən 01 ədəd sellofan paket, 02 ədəd falqa, 01 ədəd bükülü formada 1 manatlıq pul əskinası və 01 ədəd kağız büküm, həmin kağız bükümün də içərisindən sellofan büküm aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 24 avqust 2023-cü il tarixli 17/640 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə olan” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd kiçik sellofan paketdə, quru vəziyyətdə təmiz çəkisi 2,727 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,061 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 manatlıq pul əskinasından hazırlanmış 01 (bir) ədəd boruşəkilli bükülünün içərisində olan cüzi miqdarda maddə hissəcikləri heroin hissəcikləridir, həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. 02 (iki) ədəd gümüşü falqaların hər birinin üzərində olan cüzi miqdarda maddə hissəcikləri heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd kiçik sellofan paketdə və kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlerinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 1 manatlıq pul əskinasından hazırlanmış 01 (bir) ədəd boruşəkilli bükülünün içərisində və 02 (iki) ədəd gümüşü falqaların üzərlərində olan heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 01 (bir) ədəd kiçik sellofan paketdə ve kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə olan heroinlərin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 1531 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, İİİ dərəcə əlilliyi olan şəxs olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 sentyabr 2023-cü il tarixli 586 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayəti törədən zaman “Üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranışla XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı) F07.0 xəstəliyi aşkar edilməsinə baxmayaraq, həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. O, “Üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranışla XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı) F07.0 xəstəlikdən əziyyət çəksə də, istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 18 sentyabr 2023-cü il tarixli 1xx-xx/230220138 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi aşkar olunsa da onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması müəyyən olunmuş, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmamış və onun narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən ayrıca icraata material ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 02 sentyabr 2023cü il tarixli PHŞ-6-22/2-1351/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində “Heroin narkomaniyası” diaqnozu ilə Narkoloji kabinetdə və “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə Ruhi-əsəb kabinetində qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında 11 sentyabr 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X12 tərəfindən Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixədək “VAZ 2106” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətləri verilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 2,788 qram narkotik vasitə heroini əldə edib özünə məxsus olan avtomobildə saxlayaraq daşımışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmiş, narkotik vasitənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 24 avqust 2023-cü il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş rayonunun Dəhnəxəlil kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində, özünə məxsus olan “VAZ 2106” markalı, **- OR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlaması, daşıması və narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 24 avqust 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək narkotik vasitə heroini qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək 24 avqust 2023-cü il tarixdə özünə məxsus olan “VAZ 2106” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir Şəhər X6yıdan zaman üzərində və ya avtomobilində mobil telefon və narkotik vasitənin olmadığını, həmin avtomobillə hərəkətdə olan yolun kənarında dayanaraq əl hərəkəti ilə onu saxlatmağa çalışan X7 təklifi ilə razılaşdığını, bundan sonra sonuncunun avtomobilin ön sağ oturacağında əyləşdiyini, qeyd olunan avtomobillə hərəkətdə olan zaman göstərilən tarixdə saat 11 radələrində Ağdaş şəhərində “dördyol” adlanan yerdə Ağdaş Rayon Polis Şöbəsinin Yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanıldığını, həmin vaxt polis əməkdaşı Şahid3 də orada olduğunu, daha sonra orada üzərində şəxsi axtarış aparıldığını, lakin üzərindən narkotik vasitənin aşkar olunmadığını, Rauf Cavadovun qeyd olunanların şahidi olduğunu, polis əməkdaşlarının avtomobilinə baxış keçirib avtomobilin saxlanc yerində əvvəlki vaxtlardan qalmış və içərisində narkotik vasitə olmayan bir manatlıq əskinas bükülünün və iki ədəd işlənmiş falqaların olduğunu görüb ona Ağdaş RPŞ-yə getməyi təklif etdiklərini, etiraz etməyib Rauf Cavadov və polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə getdiklərini, bu zaman ona məxsus olan avtomobili Ramin adlı əməliyyat müvəkkilinin idarə etdiyini, avtomobilin ön oturacağında adını xatırlamadığı polis əməkdaşının əyləşdiyini, arxa oturacaqda isə o və əməliyyat müvəkkili Şahid2 əyləşdiklərini, bu zaman onun əlinə qandal vurulduğunu, Rauf Cavadovun isə Ağdaş RPŞyə polis şöbəsinin xidməti avtomobili ilə aparıldığını, polis şöbəsinin həyətinə çatdıqdan sonra avtomobili orada saxlayıb onu inzibati binanın yuxarı mərtəbəsinə apardıqlarını, bu zaman ona məxsus olan avtomobilin açarlarının əvvəlcə polis əməkdaşlarında olduğunu, daha sonra isə açarları ona verdiklərini, həmin vaxt Rauf Cavadovun haraya aparıldığını görmədiyini, Ağdaş RPŞ-nin inzibati binasında olan zaman polis əməkdaşı Samit Kərimovun ona narkotik vasitə təqdim edərək həmin narkotik vasitənin özünə məxsus olmasını deməsini təklif etdiyini, əks halda isə narkotik vasitəni yaşadığı evə yerləşdirəcəyi ilə hədələdiyini, həmin vaxt bədənində qəlpə yaraları olduğuna, təsir-təzyiqlərə tab gətirə bilmədiyinə, psixi vəziyyəti qaydasında olmadığına, polis əməkdaşlarının nə dediklərini dərk etmədiyinə görə, habelə polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunduğu və hədəyə məruz qaldığı üçün narkotik vasitənin özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qaldığını, avtomobilin açarla açılıb-bağlandığını, Ağdaş RPŞ-yə aparıldıqdan təxminən 2 saat sonra həmin polis şöbəsinin həyətində avtomobilə baxış keçirildiyini, bu zaman müdafiəçisinin də qeyd olunan istintaq hərəkətində iştirak etdiyini, lakin müdafiəçi ilə konfidensial şəkildə görüşmədiyini, xəstəliyinə görə baş verənləri tam dərk etə bilmədiyi üçün ona qarşı edilən qanunsuzluqlarla bağlı müdafiəçisinə məlumat vermədiyini, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman psixi xəstəliyinə görə hakimə tam cavab verə bilmədiyini, habelə sonradan valideynlərinin dövlət orqanlarına (qurumlarına) şikayət etdiyini, penitensiar müəssisəyə qəbul olunan zaman müayinə olunduğunu, bu zaman Vətən müharibəsində iştirak edən zaman aldığı xəsarətlərin aşkar olunduğunu, bu barədə onu müayinə edən həkimə bildirdiyini, xəstəliyi ilə əlaqədar olaraq, ona məxsus olan avtomobilin harada olması ilə maraqlana bilmədiyini və hazırda da qeyd olunan avtomobilin harada olduğunu bilmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman və baxış keçirilərkən orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və qanunsuz şəkildə narkotik vasitənin şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlərlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 21 dekabr 2023-cü il tarixdə verdiyi ifadəsində həm avtomobilin köhnə olması səbəbindən qapılarının bağlanmadığını, həm də avtomobilin açarla bağlandığını deməklə bir-birinə zidd ifadələr vermişdir. Həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində 24 avqust 2023-cü il tarixdə nahar fasiləsi vaxtı saat 12:00-13:00 radələrində Təqsirləndirilən şəxs avtomobili ilə hərəkətdə olan polis əməkdaşları tərəfindən həmin avtomobilin saxlanıldığını, bu zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs məxsus olan avtomobilə baxış keçirilməsinin şahidi olmadığını, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman sonuncunun narkotik vasitəyə görə saxlanıldığını bilmədiyini, bu barədə sonradan məlumatının olduğunu, yol polisi əməkdaşlarının **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobili ilə Ağdaş RPŞ-yə aparıldığını, Təqsirləndirilən şəxs hansı avtomobillə Ağdaş RPŞ-yə gətirildiyini, habelə sonuncuya məxsus olan avtomobilin kim tərəfindən Ağdaş RPŞ-yə aparılmasını bilmədiyini, polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili orada görmədiyini, həmin avtomobilin oraya ondan sonra gətirilməsini düşündüyünü, Təqsirləndirilən şəxs məxsus olan avtomobilin qapısının açarının olub-olmaması barədə hər hansı məlumatının olmadığını, ibtidai istintaq zamanı ifadə verən zaman nə baş verdiyini qeyd etdiyini və cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsində olan imzanın onun imzasına oxşar olduğunu qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Polis Şöbəsinə 24 avqust 2023-cü il tarixdə saat 13:05 radələrində gətirilmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində həbs olunmamışdan əvvəl almış olduğu “sol Vİİİ qabırğada sınıqdan sonrakı döyənək, sol saidin orta 1/3-nin bayır səthində 01 (bir) ədəd, sağ əl pəncəsinin bayır səthində 01 (bir) ədəd, alnında 02 (iki) ədəd və sağ topuq nahiyəsində 02 (iki) ədəd qəlpə yarası” xəsarətləri aşkar edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı, bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bədən səthində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış və müayinə olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlər isə tutulmamışdan əvvəllər aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sol Vİİİ qabırğada sınıqdan sonrakı döyənək, sol saidin orta 1/3-nin bayır səthində 01 (bir) ədəd, sağ əl pəncəsinin bayır səthində 01 (bir) ədəd, alnında 02 (iki) ədəd və sağ topuq nahiyəsində 02 (iki) ədəd qəlpə yarası” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 24 avqust 2023-cü il tarixli protokoldan və diskə köçürülərək həmin protokola əlavə olunmuş videogörüntüdən görünür ki, qeyd olunan tarixdə saat 13:33-dən saat 13:39-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış və bu zaman Təqsirləndirilən şəxs üzərindən avtomobilin açarı aşkar edilmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 24 avqust 2023-cü il tarixli protokoldan və diskə köçürülərək həmin protokola əlavə olunmuş videogörüntüdən görünür ki, qeyd olunan tarixdə saat 13:43-dən saat 14:09-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2106” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu zaman avtomobilin açarı Təqsirləndirilən şəxs özündə olmuş, avtomobilin qapısı açarla bağlanmış vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs üzərində olan açarla avtomobilin qapısını açmış, daha sonra avtomobilə baxış keçirilən zaman avtomobilin salonundakı qoltuqaltının içərisindən “Winston” markalı 01 ədəd siqaret qutusunun içərisindən 01 ədəd sellofan paket, 02 ədəd falqa, 01 ədəd bükülü formada 1 manatlıq pul əskinası və 01 ədəd kağız büküm, həmin kağız bükümün də içərisindən sellofan büküm aşkar edilərək götürülmüşdür. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş RPŞ-dən daxil olmuş 05 fevral 2023-cü il tarixli 7/3-13-62/2- 3428/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2106” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması əhəmiyyət kəsb etmədiyi və maddi sübut hesab olunmadığı üçün 26 avqust 2023-cü il tarixdə ailə üzvlərinə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 avqust 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2106” markalı avtomobil Ağdaş RPŞ-nin əməkdaşı tərəfindən X2 təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X3 tərəfindən Ağdaş RPŞ-nin rəisinə ünvanlanmış 02 fevral 2024-cü il tarixli ərizənin surətindən görünür ki, o, Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2106” markalı avtomobili Ağdaş RPŞ-nin əməkdaşından təhvil aldıqdan sonra 11 sentyabr 2023-cü il tarixdə satmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş 13 fevral 2024-cü il tarixli 3133/2-3680/24 nömrəli məktubdan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən Ağdaş rayonunun Dəhnəxəlil kəndindən Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasınadək olan avtomobil yollarında quraşdırılmış videomüşahidə kameraları vasitəsilə 24 avqust 2023-cü il tarixdə saat 10:00dan saat 14:00-dək olan müddət ərzində qeydə alınmış videogörüntülərin təqdim edilməsi mümkün deyildir. Beləliklə, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, avtomobilində saxlamış və daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün ona məxsus olan avtomobilə baxış keçirilərkən 01 ədəd bükümdə külli miqdarda, yəni 2,788 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin bir bükümdə aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsə məxsus olan avtomobildən aşkar olunan 2,788 qram çəkidə narkotik vasitə heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonunun Dəhnəxəlil kəndində yaşamışdır, 16 iyul 2022-ci ildə doğulmuş X8 onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən X4 adına tərtib olunmuş doğum haqqında şəhətnamənin surətindən görünür ki, həmin şəxsin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İ- 4293 nömrəli “Cəsur döyüşçü” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İ- 11775 nömrəli “Suqovuşanın azad olunmasına görə” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İ- 49819 nömrəli “Vətən müharibəsi iştirakçısı” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X13 Filialından daxil olmuş 05 sentyabr 2023-cü il tarixli 3-17-1/2-203227/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2024-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Ağdaş Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmünün surətindən və Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 28 sentyabr 2023cü il tarixli c/i-772 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası barədə göstəriş 01 fevral 2023-cü il tarixdə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və 26 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilənədək çəkilməmiş 11 ay 06 gün cəzası qalmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək o, cəzasını çəkib qurtarmasa da azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edildiyindən onun sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Vətən müharibəsində iştirak edərək dövlət təltifləri olan “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, habelə müharibə ilə əlaqədar əlilliyi olan şəxs olduğunu nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 26 avqust 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 24 avqust 2023-cü il tarixdən hesablanmalı və onun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Habelə cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və həmin cəzasının çəkilməmiş hissəsi 11 ay 06 gün təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, CM-in 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 06 günü CM-in 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 05 ay 18 gün müəyyən olunaraq hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Ağdaş Rayon Mərkəzi Xəstəxanası“ publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Eləcə də məhkəmə cinayət işinin materialarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyini və “Ağdaş Rayon Mərkəzi Xəstəxanası“ publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur və onun yaşayış yeri üzrə Ruhi-əsəb kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan nəm vəziyyətdə 3,267 qram və quru vəziyyətdə 0,041 qram olmaqla, ümumilikdə 3,308 qram narkotik vasitə heroin, 01 ədəd 1 manatlıq pul əskinasından hazırlanmış 01 ədəd boruşəkilli bükülü və 02 ədəd falqa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd disk və avtomobilinə baxış keçirilməsini əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 06 günü Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 05 ay 18 gün müəyyən olunaraq hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu ilə qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan nəm vəziyyətdə 3,267 qram və quru vəziyyətdə 0,041 qram olmaqla, ümumilikdə 3,308 qram narkotik vasitə heroin, 01 ədəd 1 manatlıq pul əskinasından hazırlanmış 01 ədəd boruşəkilli bükülü və 02 ədəd falqa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd disk və avtomobilinə baxış keçirilməsini əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar