Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-69/2025 12.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X21, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Balakən rayonu, Qullar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq 2023-cü ilin sentyabr ayının axırlarında Balakən rayonu, Katex kəndi ərazisində yerləşən meşəlik sahədən yabanı halda bitmiş 2 ədəd narkotik tərkibli çətənə bitki kolunu qırıb ondan əldə etdiyi 213 ədəd toxumları yaşadığı evə gətirməklə saxlamış, 2024-cü ilin may ayının əvvəllərində narkotik tərkibli çətənə kolunun 213 ədəd toxumlarını Qax rayonu, Dəymədağlı kəndinin ərazisindən keçən “Qaraçay” adlanan çayın yaxınlığındakı kolluq ərazidə əkib becərmiş, bundan sonra 2023-cü ilin may ayının axırlarında həmin toxumlardan cücərmiş bitki kollarının (şitillərinin) yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış və ətrafını digər alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmiş, 09 avqust 2024-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Nəsibov X6 rayonu ərazisində saxlanılaraq Qax RPŞ-yə dəvət olunmuş, onun Qax rayonu, Dəymədağlı kəndinin ərazisindən keçən “Qaraçay” adlanan çayın yaxınlığındakı kolluq ərazidə qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi külli miqdarda, yəni, uzunluqları 50 sm-dən 250 sm-dək, yaş vəziyyətdə ümumi çəkisi 124 kiloqram 320,0 qram olan 209 (iki yüz doqquz) ədəd bitki mənşəli əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaş vəziyyətdə ümumi çəkisi 4170,0 qram olan 09 (doqquz) ədəd bitki mənşəli əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və yaş vəziyyətdə ümumi çəkisi 1870,0 qram olan 13 (on üç) ədəd bitki mənşəli əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini bildirərək ifadəsində göstərmişdir ki, anası rəhmətə getmişdir. 08 avqust 2024-cü il tarixində evdə yas mərasimi olmuşdur. Polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Səbəbini soruşan vaxt, heyvan oğurlandığını, həmin gün maşınının orada olduğunu və ona görə onu şöbəyə dəvət etdiklərini bildirmişlər. O da biraz qorxmuşdur. Çünki polis şöbəsində heç vaxt olmamışdır. Bundan sonra polis şöbəsinə getmişdir. Sonra onun narkotik əkməkdə şübhəli olduğunu bildirmişlər. O da 2-3 ədəd narkotik tərkibli çətənə bitkisi əkdiyini boynuna almışdır. Sonra onu döyəcəklərindən qorxmuş və orada olan bütün çətənə bitkilərini əkdiyini boynuna almışdır. Çünki həmin vaxt həyəcanlı və qorxu içində olmuşdur. Ancaq qeyd edir ki, o, yalnız 2-3 ədəd çətənə bitkisi əkmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 2-3 ədəd çətənə bitkisini “Qaraçay” adlanan ərazidə əkmişdir. O, Balakən şəhərində yaşamışdır. “Qaraçay” Qax şəhərində yerləşir. Belə ki, balıq tutmağa həvəskar olmuş və həmin əraziyə də balıq tutmaq üçün getmişdir. Demək olar ki, hər il ayda 2-3 dəfə su kənarına balıq tutmağa getmişdir. Həmin ərazini balıq tutmağa gedərkən görmüşdür. Həmin ərazidə 2-3 ədəd çətənə bitkisi əkmişdir, lakin suvarmamışdır. Çünki ora yağış yağmışdır. Aşkarlanan 213 ədəd çətənə bitkisini o əkməmişdir. Həmin ərazidə özündən başqa heç kimi görməmişdir. Həmin əraziyə cəmi 3 dəfə getmişdir. Çətənə bitkisi əkilən yer cığırdan gedən vaxt görünmüşdür. Həmin ərazidə başqa adam görməmişdir. Qorxduğu üçün aşkarlanan çətənə bitkilərinin hamısını boynuna almışdır. Halbu ki, yalnız 2-3 ədəd çətənə kolu əkmişdir. Çətənə kollarını sulamaq üçün heç nə gətirməmişdir. Ancaq həmin ərazidən su motoru tapmışdır. Bir də ərazidə vedrə olmuşdur. Çətənə kollarını suvarmamışdır. Ərazidə elektrik naqilləri olmamışdır. Latın əlifbasını bilmədiyi üçün ifadəsini oxuya bilməmişdir. Qax rayonunda onunla düşmənçilik aparan heç kim yoxdur. Polis əməkdaşları onu ilk olaraq evdən çağırmışlar. Polis əməkdaşları evə gələn vaxt qapını yoldaşı açmışdır. Yoldaşının adı Mədinədir. Yoldaşı gəlib ona demişdir ki, onu kimsə çağırır. Polis əməkdaşları “Niva” markalı maşının ona məxsus olub-olmadığını soruşmuşlar. O da həmin maşının ona məxsus olduğunu bildirmişdir. Onu Balakən rayon polis şöbəsinə aparmışlar, lakin içəri girməmişlər. Şöbənin həyətində olmuşdur. Polis əməkdaşları onu bir gün sonra evə gətirmişlər. Polis əməkdaşları həyətinə və evinə baxış keçirmişlər. Həmin vaxt evdə ailəsi olmuşdur. Baxış zamanı yanında müdafiəçisi olmuşdur. Anasının yas mərasimi günü evdə adamlar olmuşdur. Qonşuları və yaxın qohumları yas mərasimində olmuşdur. Videoçəkilişlə dindirilməmişdir. Təcili tibbi yardım onun istəyi ilə gəlməmişdir. Təcili tibbi yardımı polis əməkdaşları özləri çağırmışlar. Polis əməkdaşları 3-4 dəfə təcili tibbi yardım maşını çağırmışlar. Həmin vaxt həkimlər ona iynə vurmuşlar. Ancaq nə iynəsi olduğunu bilməmişdir. Çünki özündə olmamışdır. Təzyiqi düşmüşdür. Həkimlər ona bir dəfə iynə vurmuş və dərman vermişlər. Penitensiar müəssisədə ona iynə vurmamışlar və o da həkimə müraciət etməmişdir. Toxum atdığı ərazi Qax rayonunun Dəymədağlı kəndində yerləşir. O, həmin ərazini balıq tutmağa gedərkən görmüşdür. Anası rəhmətə getmişdir. Özündə olmamışdır. Ona görə də, narkotik tərkibli toxum əkmək qərarına gəlmişdir. Özündə narkotik tərkibli toxumlar olmuşdur. Nə qədər narkotik tərkibli toxum əkdiyini xatırlamır. Toxumları yetişməsi üçün səpmişdir. Ərazidəki su motorunu işlətməmişdir. Ərazidəki su motorunun işlək vəziyyətdə olub-olmadığını bilmir. O, su motorunu götürüb gedəcəkdir. Onların evi ilə çətənə bitkisi əkdiyi ərazi arasındakı məsafə maşınla gedilən zaman 40-45 dəqiqəlik məsafədə olmuşdur. Çətənə bitkisi əkdiyi əraziyə öz avtomobili ilə getmişdir. O, maşını çayın başında saxlayıb, əraziyə 1 kilometr piyada getmişdir. Ona görə də, su motorunu götürüb maşına qoymamışdır. Polis şöbəsində onu döyməmişlər. Hər-hansı bir xəsarəti olmamışdır. Çətənə bitkisi əkdiyi ərazini əvvəlcə təmizləmişdir. Çətənə bitkisi əkdiyi ərazidə əvvəlcədən yetişən çətənə kolları olmuşdur. Ancaq dəqiq sayını bilmir. Ərazidə aşkarlanan çətənə kollarının hamısını o əkməmişdir. O, 2-3 ədəd çətənə kolu əkmiş, qalanlarından isə məlumatı olmamışdır. Çətənə kollarına su verməmişdir, lakin alaq otlarını təmizləmişdir. Əraziyə 3-4 ədəd çətənə toxumu atmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamışdır. Polis əməkdaşları onu Qax rayonunda saxlamamışlar. Polis əməkdaşları onu evdən aparmışlar. Ərazidə aşkarlanan şalvar və ip ona məxsusdur, su motorunu isə təsadüfən tapmışam. Ərazidə aşkarlanan vedrələri oradan tapmış və istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o həmin ifadəsində rəsmi olaraq heç bir yerdə işləmədiyini, lakin, balıq həvəskarı olduğunu, mütəmadi olaraq balıq tutmaq işi ilə məşğul olduğunu və Balakən, Zaqatala və Qax rayonu ərazisindən axar çaylardan qarmaq ilə balıq tutduğunu, 2023-cü ilin sentyabr ayının axırlarında Balakən rayonu, Katex kəndində yerləşən “Katex” çayından balıq tutan zaman orada olan meşəlik sahədə yerləşən kolluq ərazidən 2 ədəd çətənə koluna bənzər bitkilər gördüyünü, çətənə bitkisini tanıdığından həmin bitkilərin çətənə kolu olduğunu bildiyini, bundan sonra həmin çətənə bitkisinin kollarının toxumlarını yığaraq yaşadığı evə gətirdiyini, evdə saxladığını, bu barədə evdə heç kimə heç nə demədiyini, həmin toxumları evdə saydığını, cəmi 213 ədəd toxumun olduğunu, 2024-cü ilin may ayının əvvəllərində özünə məxsus olan “Niva” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Qax rayonu, Dəymədağlı kəndinin ərazisindən keçən “Qaraçay” adlanan əraziyə balıq tutmağa gəldiyini, həmin çayın ərazisində balıq tutan zamanı orada kolluq ərazi gördüyünü, evdə saxladığı narkotik tərkibli çətənə bitkisinin toxumlarını həmin ərazidə əkib-becərməyi düşündüyünü, buna görə də, həmin kolluq ərazinin bir hissəsini təmizlədiyini, bir neçə gün sonra yenidən həmin əraziyə gəldiyini, bu dəfə həmin yerə özü ilə evdə saxladığı toxumlarıda gətirdiyini, həmin yerdə qalan kollarıda təmizləyərək yaşadığı evdə saxladığı və özü ilə oraya gətirdiyi toxumları həmin yerdə sıra ilə səpələyərək əkdiyini, həmin ərazidə cəmi 213 ədəd toxum əkdiyini, həmin toxumları əkdikdən sonra onların yetişməsi üçün qulluq etməyə başladığını, təxminən həftədə bir dəfə həmin yerə gələrək əkdiyi toxumlara su verməyə başladığını, həmin ərazidə quyu qazaraq Qaraçaydan quyuya su doldurduğunu, sonra oraya su vuran mator, şlanq və vedrələr gətirdiyini, quyuya doldurduğu sudan şlanq və vedrələr ilə istifadə edərək əkdiyi toxumları sulamağa başladığını, 2024-cü ilin may ayının axırlarında əkdiyi toxumlardan çətənə kollarının bitməsini gördüyünü, bundan sonra həmin bitən çətənə kollarının diblərini bel ilə alaqdan və digər otlardan təmizlədiyini, yenidən onlara su verdiyini, həmin bitkilərin daha yaxşı yetişməsi üçün onların dib hissələrinə peyin səpdiyini, həmin ərazidə təxminən 200-dən çox çətənə bitkilərinin yetişdiyini, 2024-cü ilin avqust ayının 9-da, təxminən saat 05:00 radələrində Balakən rayonundan Qax rayonu Dəymədağlı kəndinin ərazisindən keçən Qaraçayın ətrafında əkdiyi çətənə kollarına baxmaq üçün gedən zamanı Balakən rayonu ərazisində polis əməkdaşlarının ona yaxınlaşıb özlərini Qax RPŞ-nin əməkdaşları kimi təqdim etdiklərini, polis əməkdaşlarının ona qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməkdə şübhəli olmasını və Qax RPŞ-nə gedərək üzərinə baxış keçirəcəklərini dediklərini, polisdə onun narkotik tərkibli bitkilər əkib-becərdiyi üçün məlumatın olduğunu bildiyini, etiraz etməyin mənasız olduğunu görüb polis əməkdaşları ilə birlikdə Qax RPŞ-yə gəldiyini, Qax RPŞ-də şübhəli şəxs kimi tutulduğunu, şübhəli şəxs qismində tutulmamışdan əvvəl ona Qax rayonu ərazisində fəaliyyət göstərilən vəkillərin siyahısının təqdim olunduğunu, həmin siyahından vəkil X1, Yeganə Muradlının iştirakı ilə Qax RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Qax rayonu, Dəymədağlı kəndinin ərazisindən keçən Qaraçay adlanan yerin ətrafındakı kolluq ərazidə təxminən 200 ədəddən çox çətənə bitkilərini əkdiyini, həmin çətənə kollarının orada olduğunu dediyini, şəxsi axtarış qurtardıqdan sonra Qax RPŞ-nin əməkdaşları və müdafiəçisi Yeganə Muradlı ilə birlikdə Qax rayonu, Dəymədağlı kəndinin ərazisindən keçən Qaraçayın ətrafındakı koluq ərazisinə baxış keçirilmək üçün həmin əraziyə getdiklərini, baxış zamanı Qax rayonu, Dəymədağlı kəndinin ərazisindən keçən Qaraçayın ətrafındakı kolluq ərazidə əkdiyi 209 ədəd çətənə bitkilərinin, 13 ədəd torpaqdan çıxarılmış çətənə bitkisinə bənzər bitkilərin köklərinin, 9 ədəd gövdəsindən kəsilmiş çətənə bitkisinə bənzər bitkilərin, 4 ədəd böyük qara rəngdə vedrənin, 1 ədəd qırmızı rəngdə balaca vedrənin, su vurmaq üçün su matorunun, uzunluğu 20 metr olan su şlanqının, uzunluğu 21 metr olan kabelin, uzunluğu 2 metr olan kəndirin, yəni ipin, 1 cüt rezin sapaçkilərin, 1 ədəd göy rəngdə özünə məxsus olan cins şalvarın və qısa qol göy rəngdə gödəkcənin aşkar olunduğunu, həmin çətənə bitki kollarının və oradan aşkar olunan əşyaların polis əməkdaşları tərəfindən qablaşdırılıb götürüldüyünü, daha sonra bu barədə protokol tərtib edildiyini, həmin protokola vəkili ilə birlikdə imza etdiyini, Qax RPŞ-yə gətirilərkən və Qax RPŞ-də olarkən ona qarşı hər hansı fiziki və ya psixi zorun tətbiq edilmədiyini, heç bir hüququnun pozulmadığını, əkdiyi həmin bitkilərinin narkotik tərkibli bitkilər olduğunu bildiyini, onları əvvəlcədən fikirləşərək əkdiyini, həmin bitkilər yetişdikdən sonra onları nə edəcəyi barədə qərar verəcəyini dediyini, əkdiyi narkotik-tərkibli bitkilərə aqro-texniki qaydada qulluq etdiyini, narkotik vasitə istifadəçisi olmadığını, narkotik tərkibli çətənə bitkilərini əkməyi barədə heç kəsin məlumatının olmadığını, narkotik tərkibli çətənə bitkilərinin toxumlarını tək əkib-yetişdirdiyini, ona bu işdə heç kimin kömək etmədiyini bildirmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində 09 avqust 2024-cü il tarixdə Balakən rayonu, Qullar kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, Qax rayonu, Dəymədağlı kəndi ərazisində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatının daxil olduğunu, həmin məlumatın yoxlanıldığını, polis əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradıldığını, Qax RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdə, təxminən saat 05:00 radələrində Balakən rayonu ərazisində saxlanılaraq Qax RPŞ-yə dəvət olunduğunu, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı onun üzərindən maddi sübut əhəmiyyətli hər hansı bir əşyanın aşkar olunmadığını, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı Qax rayonu, Dəymədağlı kəndi ərazisində kolluq ərazidə narkotik tərkibli çətənə bitkiləri əkdiyini bildirdiyini, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitki kollarını əkdiyi yeri göstərməsi üçün Qax rayonu, Dəymədağlı kəndi ərazisində qeyd olunan yerə getdiklərini, orada baxış istintaq hərəkətinin keçirildiyini, baxış keçirilən ərazinin Qax rayonu, Dəymədağlı kəndinin ərazisində yerləşən “Qaraçay” çayının yaxınlığındakı kolluq ərazi olmasını müəyyən olunduğunu, kolluq ərazinin 50 m2 olmaqla içərisinin kol-kosdan təmizləndiyini, həmin ərazinin giriş hissəsindən 2x3 metr ölçüsündə 2 metr dərinliyində içərisinə tünd-göy rəngli sellofan örtük qoyulduğunu, quyunun yarısı su olmaqla su quyusunun olduğunu, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin su quyusunun nə olduğunu soruşduqda, o, həmin quyunu əkdiyi qanunsuz bitkiləri sulaması üçün düzəltdiyini bildirdiyini, əraziyə daxil olduqdan sonra sol tərəfdə təxminən 20 metr uzunluqda yerdə su borusunun, su borusuna dolanmış təxminən 21 metr uzunluqda naqilin, su borusuna və naqilə dolanmış təxminən 2 metr uzunluqda kəndirin, markası bilinməyən su motorunun, balaca quyunun və onun içərisində qoyun peyininin və onun üzərində ağ rəngli polietilen örtüyün olduğunu, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin su motorunun, elektrik naqilinin və balaca quyunun nə üçün orada olduğunun soruşulduğunu, Təqsirləndirilən şəxs su matoru ilə çaydan su çəkdiyini, balaca quyunun içərisində olan qoyun peyini ilə əkdiyi bitkilərə gübrə vermək üçün oraya gətirdiyini bildirdiyini, sağ tərəfdə yerdə 3 ədəd böyük qara rəngdə olan vedrələrin, 1 ədəd qırmızı rəngdə balaca vedrənin, təxminən 2 metr uzunluqda naqilin, 1 ədəd göy rəngdə cins şalvarın və qısa qol göy rəngdə gödəkcənin aşkar olunduğunu, tam sağ tərəfdə taxta payaları ilə üstü ağ polietilenlə örtülmüş oturacaq yerə daxil olan zaman orada 4 ədəd ağ rəngdə sintetik kisələrin, 1 ədəd böyük qara rəngdə vedrənin, bir cüt rezin uzunboğazlı ayaqqabının aşkar olunduğunu, şübhəli şəxs Təqsirləndirilən şəxs əkdiyi bitkilərə qulluq etdikdən sonra həmin yerdə oturub istirahət etdiyini, həmin yeri özü üçün düzəltdiyini bildirdiyini, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunan narkotik tərkibli bitkiyə bənzər bitkilərin kimə məxsus olmasının və kim tərəfindən əkilməsinin soruşulduğunu, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiyə bənzər bitkilərin özünə məxsus olmasını və həmin bitkiləri özünün 2024-cü ilin may ayında tək əkdiyini bildirdiyini, aqronom Şahid5 həmin narkotik tərkibli bitkiyə bənzər bitki kollarına baxaraq onlara aqrotexniki qaydada qulluq olunduğunu, su verildiyini və yetişdirildiyini dediyini, həmin ərazidə 209 ədəd narkotik tərkibli çətənə bitki kollarının, 13 ədəd torpaqdan çıxarılmış çətənə bitkisinə bənzər bitkilərin köklərinin və ətrafda olan böyürtkən kollarının üzərinə qoyulmuş 9 ədəd gövdəsindən kəsilmiş çətənə bitkilərinin kollarının aşkar edildiyini, həmin bitkilərin 33 ədəd sintetik kisələrə yığılaraq qablaşdırıldığını, möhürlə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürüldüyünü, həmçinin orada aşkar olunan aşkar olunan əşyalar qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Əliyev X12 Şahin İlqar oğlunun ifadəsinə uyğun olan ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək ifadəsində Qax X28 X4 baş məsləhətçisi vəzifəsində işlədiyini, 09 avqust 2024-cü il tarixdə Qax rayon polis şöbəsinin əməkdaşlarının onun Qax rayonu, Dəymədağlı kəndi ərazisində kolluq əraziyə baxış keçirilməsində aqronom kimi dəvət etdiklərini, dəvəti qəbul etdiyini, birlikdə Qax rayonu, Dəymədağlı kəndi ərazisində kolluq əraziyə yollandıqlarını, polis əməkdaşlarının adı ona baxış zamanı məlum olan Balakən rayonu, Qullar kənd sakini Təqsirləndirilən şəxs saxladıqlarını, baxış istintaq hərəkətinin keçirildiyini, baxış zamanı baxış keçirilən ərazinin Qax rayonu, Dəymədağlı kəndinin ərazisində yerləşən “Qaraçay” çayının yaxınlığındakı kolluq ərazi olmasını müəyyən olunduğunu, kolluq ərazinin 50 m2 olmaqla içərisinin kol-kosdan təmizləndiyini, həmin ərazinin giriş hissəsindən 2x3 metr ölçüsündə 2 metr dərinliyində içərisinə tünd-göy rəngli sellofan örtük qoyulduğunu, quyunun yarısı su olmaqla su quyusunun olduğunu, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin su quyusunun nə olduğunu soruşduqda, o, həmin quyunu əkdiyi qanunsuz bitkiləri sulaması üçün düzəltdiyini bildirdiyini, əraziyə daxil olduqdan sonra sol tərəfdə təxminən 20 metr uzunluqda yerdə su borusunun, su borusuna dolanmış təxminən 21 metr uzunluqda naqilin, su borusuna və naqilə dolanmış təxminən 2 metr uzunluqda kəndirin, markası bilinməyən su motorunun, balaca quyunun və onun içərisində qoyun peyininin və onun üzərində ağ rəngli polietilen örtüyün olduğunu, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin su motorunun, elektrik naqilinin və balaca quyunun nə üçün orada olduğunun soruşulduğunu, Təqsirləndirilən şəxs su matoru ilə çaydan su çəkdiyini, balaca quyunun içərisində olan qoyun peyini ilə əkdiyi bitkilərə gübrə vermək üçün oraya gətirdiyini bildirdiyini, sağ tərəfdə yerdə 3 ədəd böyük qara rəngdə olan vedrələrin, 1 ədəd qırmızı rəngdə balaca vedrənin, təxminən 2 metr uzunluqda naqilin, 1 ədəd göy rəngdə cins şalvarın və qısa qol göy rəngdə gödəkcənin aşkar olunduğunu, tam sağ tərəfdə taxta payaları ilə üstü ağ polietilenlə örtülmüş oturacaq yerə daxil olan zaman orada 4 ədəd ağ rəngdə sintetik kisələrin, 1 ədəd böyük qara rəngdə vedrənin, bir cüt rezin uzunboğazlı ayaqqabının aşkar olunduğunu, şübhəli şəxs Təqsirləndirilən şəxs əkdiyi bitkilərə qulluq etdikdən sonra həmin yerdə oturub istirahət etdiyini, həmin yeri özü üçün düzəltdiyini bildirdiyini, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunan narkotik tərkibli bitkiyə bənzər bitkilərin kimə məxsus olmasının və kim tərəfindən əkilməsinin soruşulduğunu, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiyə bənzər bitkilərin özünə məxsus olmasını və həmin bitkiləri özünün 2024-cü ilin may ayında tək əkdiyini bildirdiyini, həmin narkotik tərkibli bitkiyə bənzər bitki kollarına baxaraq onlara aqrotexniki qaydada qulluq olunduğunu, su verildiyini və yetişdirildiyini bildirdiyini, həmin ərazidə 209 ədəd narkotik tərkibli çətənə bitki kollarının, 13 ədəd torpaqdan çıxarılmış çətənə bitkisinə bənzər bitkilərin köklərinin və ətrafda olan böyürtkən kollarının üzərinə qoyulmuş 9 ədəd gövdəsindən kəsilmiş çətənə bitkilərinin kollarının aşkar edildiyini, həmin bitkilərin 33 ədəd sintetik kisələrə yığılaraq qablaşdırıldığını, ekspertizaya təqdim edilməsi üçün götürüldüyünü, həmçinin oradan aşkar olunan əşyaların qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Məhkəmə kollegiyasının iclasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, həmin kənddə din nümayəndəsidir. Həmin günü yas mərasimində quran oxuyan zaman təqsirləndirilən şəxsi polis əməkdaşları dəvət etmişlər. Bundan sonra onu tutub aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq əlavə şahid Yusif Osmanov göstərmişdir ki, 08 avqust tarixində yas mərasimində olan zaman təqsirləndirilən şəxsi polis əməkdaşları dəvət etmişlər və onu tutub aparmışlar. Həmin gün saat təxminən 7 radələri olmuşdur. Hadisə 08 avqust tarixində baş vermişdir. İbrahimi qonşu kimi tanıyır. İbrahimin anası ilə uzun illərdir qonşudur. Polis tərəfindən İbrahimin aparılmasını görmüşdür. Məhkəmə kollegiyasının iclasında əlavə şahid qismində dindirilmişdir X18 ifadəsində göstərmişdir ki, həmin günü axşam namaz vaxtı olmuşdur. Molla quran oxuyurmuş. Elə bu vaxt yoldaşını polis əməkdaşları çağırmışlar. Birinci qapıya özü getmiş və polis əməkdaşlarını çay içməyə dəvət etmişdir. Onlar israrla yoldaşını çağırmağını bildirmişlər. O da yoldaşını çağırmışdır. 5 dəqiqə sonra polis əməkdaşları yoldaşını maşına əyləşdirib aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq əlavə şahid Mədinə Nəsibova göstərmişdir ki, polis əməkdaşları demişlər ki, yoldaşını oğurluqla bağlı polis şöbəsinə dəvət edilər. 1-2 gün sonra polis əməkdaşları gəlib evə baxış keçirmişlər, lakin evdən qanunsuz heç nə aşkar edilməmişdir. Yoldaşının avtomobili vardır. Polis əməkdaşları yoldaşının avtomobilinə baxış keçirməmişlər. Yoldaşı təsərrüfatla məşğul olmuşdur. Yoldaşının avtomobilinə baxmışdır. Onun avtomobilində paltar və balıq tutmaq üçün qırmaq olmuşdur. Çətənə bitkilərindən xəbəri olmamışdır. Çətənə kollarının harada aşkar olunduğu barədə məlumatı olmamışdır. Yoldaşı tez-tez balıq tutmağa getməmişdir. Arada-bir balıq tutmağa getmişdir. Məhkəmə kollegiyasının iclasında əlavə şahid qismində dindirilmişdir X5 ifadəsində göstərmişdir ki, 08 avqust tarixində anasının yas mərasimi günü polis əməkdaşları qardaşını tutub polis şöbəsinə aparmışlar. O da polis şöbəsinə getmişdir və Balakən polisinə şəhid ailəsi olduğunu bildirərək, qardaşı ilə görüşməyi xahiş etmişdir. Rəis onu qəbul etmişdir. Həmin vaxt rəisə qardaşının nə üçün tutulduğunu soruşmuşdur. Bundan sonra qardaşını gətirmişlər. Ona demişlər ki, 2 gün əvvəl Qax rayonunda heyvan oğurlanmışdır. Sonra qardaşından 2 gün əvvəl harada olduğunu soruşmuşlar. Qardaşı 2 gün əvvəl Qax rayonunda olduğunu bildirmişdir. Qısaca qardaşını oğurluğa görə tutduqlarını bildirmişlər. Sonra qardaşından Qax rayonunda olub-olmadığını soruşmuşdur. Qardaşı 2 gün əvvəl Qax rayonunda olduğunu qeyd etmişdir. Polis şöbəsində qardaşı ilə şəxsən görüşmüşdür. Məhkəmə kollegiyası şahidlər X17, X18 və X5 məhkəmə istintaqında verdikləri ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və onların məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında şahidlər şahidlər X17, X18 və X3 məhkəmə istintaqı zamanı verilmiş ifadələrinin həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, şahidlər X17, X18 və X5 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad etmək, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, həmin şahidlərin Təqsirləndirilən şəxs əvvəlcədən tanımaları, Mədinə Həsənovanın onun arvadı, Kifayət Həsənovanın isə onun bacısı olması və Yusif Osmanovun isə uzun illər qonşuları olması onların məhkəmə istintaqında bu formada ifadə vermələrini anlaşılan edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahid) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Qax Rayon Polis Şöbəsinə Balakən rayon sakini “İbrahim” adlı şəxsin narkotik vasitə istifadəçisi olması və Qax rayonu Dəymədağlı kəndi ərazisində narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Balakən rayon sakini “İbrahim” adlı şəxsin tam şəxsiyyətini, yaşadığı ünvanları, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01 iş vər. 05-06). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Qax RPŞ-nin əməkdaşları tərəfindən Balakən rayon Qullar kənd sakini “İbrahim” adlı şəxs xx.xx.2024-cü il tarixdə Balakən rayonu ərazisində saxlanılaraq Qax RPŞ-yə gətirilmiş, müəyyən olunmuşdur ki, həmin şəxs Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan xx.xx.1969-cu il təvəlüdlü Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01 iş vər. 11-12). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış aparılması və müddi sübutun götürülməsi barədə” protokoldan və ona əlavə olunmuş DVD-R diskdən görünür ki, həmin tarixdə polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən maddi sübut əhəmiyyətli hər hansı bir əşya aşkar edilməmişdir (cild 01, iş vər. 25-31). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş DVD-R disklərdən görünür ki, həmin tarixdə polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs Qax rayonu, Dəymədağlı kəndinin ərazisindən keçən “Qaraçay” adlanan çayın yaxınlığındakı kolluq ərazidə qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi 209 ədəd narkotik tərkibli çətənə bitki kolları, 13 ədəd torpaqdan çıxarılmış çətənə bitkisinə bənzər bitkilərin kökləri, ətrafda olan böyürtkən kollarının üzərinə qoyulmuş 9 ədəd gövdəsindən kəsilmiş çətənə bitkilərinin kolları və həmin ərazidə narkotik tərkibli çətənə bitki kollarını əkib-becərməsi və xüsusi olaraq qulluq göstərməsi üçün istifadə etdiyi 1 ədəd su motoru, 20 metr uzunluğunda su borusu, 21 metr uzunluğunda naqil, 2 metr uzunluğunda kəndir, 2 metr uzunluğunda naqil, 4 ədəd böyük vedrə, 1 ədəd balaca vedrə, 1 ədəd cins şalvar, 1 ədəd qısaqol gödəkcə, 1 cüt rezin uzunboğazlı ayaqqabı, 4 ədəd ağ rəngdə boş sintetik kisələr aşkar edilərək götürülmüşdür (cild 01, iş vər. 39-43). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 09 avqust 2024-cü il tarixli aqronom rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax X28 X4 baş məsləhətçisi aqronom Şahid5 iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitki kollarını əkdiyi yerə, yəni Qax rayonu, Dəymədağlı kəndi ərazisində yerləşən kolluq əraziyə baxış keçirilmiş və həmin yerdə əkilən narkotik tərkibli çətənə bitki kollarına aqrotexniki qaydada qulluq olunması müəyyən olunmuşdur (cild 01, iş vər. 44). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 09 avqust 2024-cü il tarixli, 3-16-16/2-17/691 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərlərinə yapışdırılmış kağızda “Qax rayonu, Dəymədağlı kəndinin yaxınlığından keçən Qaraçay çayının ətrafında kolluq ərazidə vətəndaş Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkilərinə bənzər bitkilər” yazısı və imzalar olan 31 (otuz bir) ədəd sintetik kisələrin içərisindəki, uzunluqları 50 sm-dən 250 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri-124 kiloqram 320,0 qram olan 209 (iki yüz doqquz) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış kağızda “Qax rayonu, Dəymədağlı kəndinin yaxınlığından keçən Qaraçay çayının yanındakı kolluq ərazidə vətəndaş Təqsirləndirilən şəxs tərəfindən əkilmiş çətənə bitki kollarına bənzər bitkilər” yazısı və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, yaş vəziyyətdə ümumi çəkiləri-4170,0 qram olan 09 (doqquz) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış kağızda “Qax rayonu, Dəymədağlı kənd ərazisindən keçən Qaraçay adlanan çayın ətrafında vətəndaş Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarının kök hissəsi” yazısı və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, ümumi çəkiləri- 1870,0 qram olan 13 (on üç) ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Aqronom (mütəxəssis) Şahid5 09 avqust 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş ümumilikdə 218 ədəd (iki yüz on səkkiz) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər.Təqdim olunmuş 13 (on üç) ədəd çətənə (kannabis) bitkisinin hissələrinin üzərində digər vegetativ orqanlar olmadığından (yalnız kök və qısa gövdədən ibarət olduğundan) onların təqdim olunmuş çətənə (kannabis) bitkiləri ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı (cild 01, iş vər. 52-56). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “ərizə”dən görünür ki, həmin tarixdə Nəsibov X9 RPŞ-yə ərizə ilə müraciət edərək, Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə Qax RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir (cild 01, iş vər. 58). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 09 avqust 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu, Qullar kəndində yerləşən yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı maddi sübut əhəmiyyətli hər hansı bir əşya aşkar edilməmişdir (cild 01, iş vər. 59-64). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(024)-27/2024 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 09 avqust 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01. iş vər. 90-97). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 109-110). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Balakən RİHB-nın Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, 1992-ci il təvəllüdlü oğlu (X19) və 1996-cı il təvəllüdlü qızı (X11) ilə) Balakən rayonu, Qullar kəndində qeydiyyatda qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət хаrаktеrizə оlunur (cild 01, iş vər. 129-131). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 26 avqust 2024-cü il tarixli, 18-1-27/2-551/2024 nömrəli məktubdan görünür ki, Nəsibov X6 RMX-nın Poliklinika şöbəsində narkoloji və psixiatriya kabinetində qeydiyyatda yoxdur (cild 01, iş vər. 137). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 24 avqust 2024-cü il tarixdə verilmiş əməliyyat tapşırığının 27 avqust 2024-cü il tarixli cavab “raport”undan görünür ki, əməliyyat tapşırığının icrası ilə bağlı olaraq tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmaması, Təqsirləndirilən şəxs Qax rayonu, Dəymədağlı kəndinin ərazisində yerləşən “Qaraçay” adlanan yerin yaxınlığındakı meşəlik sahədə qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi külli miqdarda, yəni yaş vəziyyətdə təmiz çəkisi 128 kiloqram 490,0 qram olan 218 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini və yaş vəziyyətdə təmiz çəkisi 1870,0 qram olan 13 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini satmaq məqsədinin olmaması müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Qax rayonu, Dəymədağlı kəndinin ərazisində yerləşən “Qaraçay” adlanan yerin yaxınlığındakı külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib-becərməkdə kiminsə kömək etməməsi, Təqsirləndirilən şəxs cinayət əməlini tək törətməsi və Təqsirləndirilən şəxs Qax rayonu, Dəymədağlı kəndinin ərazisində yerləşən “Qaraçay” adlanan yerin yaxınlığındakı meşəlik sahədə əkdiyi narkotik tərkibli bitkilərin toxumlarını Balakən rayonu, Katex kəndində yerləşən meşəlik sahədən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən yığması müəyyən olunmuşdur (cild 01, iş vər. 138). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X20 Hüquqi Şəxsinin 20 avqust 2024-cü il tarixli, 601 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni, ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən ANLAQLİ olmuşdur (cild 01, iş vər. 139- 140). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 avqust 2024-cü il tarixli, 1434 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 141). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234 və 188-ci maddələri ilə cinayət işinin başlanması rədd edilməsi və bununla bağlı material ayrılaraq Qax rayon prokuororluğuna göndərilməsi qərara alınmışdır (cild 01, iş vər. 155-165). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Qax Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 024/114/2024 nömrəli məktubundan görünür ki, Qax rayon Polis şöbəsinin CAB-nin polis mayoru Azər Nəsirovun 09 avqust 2024-cü il tarixli “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarı və həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirinin yoxlanılmasına dair Qax rayon Polis şöbəsindən Qax Rayon Məhkəməsinə müraciət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Qax RPŞ-nin 16 oktyabr 2024-cü il tarixli, 3-1387/2-16136/2024 nömrəli məktubla təqdim etdiyi Qax RPŞ-nin “tibbi müayinənin keçirilməsi və tibi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs təzə xəsarət aşkar edilib, sol tərəfdə çiyin nahiyyəsində qizartı əlin səthi yanması, sağ bud nahiyyəsində qızartı. Dediyinə görə ot biçən aparatdan istifadə edəndə alıb. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Respublika Təcili və X13 Mərkəzi” X29 təqdim etdiyi 17 oktyabr 2024-cü il tarixli, 18-1-88/2-1813/2024 nömrəli məktuba əlavə olunmuş məlumat və çağırış vərəqəsi ilə müəyyən olunur ki, “Respublika Təcili və X13 Mərkəzi” X29 Qax Təcili və X13 bölməsinə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində tibbi müayinə üçün çağırış verilmiş və həkimləri tərəfindən müayinə olunaraq heç bir xəsarət və narahatçılıq aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixində vətəndaş Təqsirləndirilən şəxs adına çağırış verilmiş və Qax TTTY bölməsinin həkimi X16 tərəfindən müayinə olunaraq “Hipertenziya” diaqnozu qoyulmuş və Maqnezium sulfat 25%-5 ml, Validol tablat- 1 ədəd yardım göstərilmiş və vəziyyət stabilləşmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X7 xx.xx.2024-cü il tarixli, 3-16-17/37/2-5070/2024 nömrəli məkutubu ilə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 4581/2024 nömrəli tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 may 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara etirazını bildirmiş, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətlərinin olması, eləcə də qeyd olunan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsi tam şəkildə təsdiq olunmuşdur. Belə ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin əməlləri törətmiş şəxsin CM-nin 237-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:
1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;
2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə;
3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş - yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində də tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin həmin Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahılarının (3-cü Siyahı) 1.2-ci bəndinə əsasən - 16 (on altı) ədəddən 800 (səkkiz yüz) ədədədək (31 hissədən 1550 hissəyədək) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq 2023-cü ilin sentyabr ayının axırlarında Balakən rayonu, Katex kəndi ərazisində yerləşən meşəlik sahədən yabanı halda bitmiş 2 ədəd narkotik tərkibli çətənə bitki kolunu qırıb ondan əldə etdiyi 213 ədəd toxumları yaşadığı evə gətirməklə saxlamış, 2024-cü ilin may ayının əvvəllərində narkotik tərkibli çətənə kolunun 213 ədəd toxumlarını Qax rayonu, Dəymədağlı kəndinin ərazisindən keçən “Qaraçay” adlanan çayın yaxınlığındakı kolluq ərazidə əkib becərmiş, bundan sonra 2023-cü ilin may ayının axırlarında həmin toxumlardan cücərmiş bitki kollarının (şitillərinin) yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış və ətrafını digər alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmişdir. Daha sonra, 09 avqust 2024-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Nəsibov X6 rayonu ərazisində saxlanılaraq Qax RPŞ-yə dəvət olunmuş, onun Qax rayonu, Dəymədağlı kəndinin ərazisindən keçən “Qaraçay” adlanan çayın yaxınlığındakı kolluq ərazidə qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi külli miqdarda, yəni, uzunluqları 50 sm-dən 250 sm-dək, yaş vəziyyətdə ümumi çəkisi 124 kiloqram 320,0 qram olan 209 (iki yüz doqquz) ədəd bitki mənşəli əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaş vəziyyətdə ümumi çəkisi 4170,0 qram olan 09 (doqquz) ədəd bitki mənşəli əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və yaş vəziyyətdə ümumi çəkisi 1870,0 qram olan 13 (on üç) ədəd bitki mənşəli əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülməsi məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Həmçinin, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 13 (onu üç) ədəd narkotik tərkibli çətənə bitkisinin hissələrini və 218 (iki yüz on səkkiz) ədəd narkotik tərkibli çətənə kolunu satmaq məqsədi ilə əkib-becərməsi, habelə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Eyni zamanda, iş üzrə keçirilmiş 26 avqust 2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbul edir və onda marixuana qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 218 (iki yüz on səkkiz) ədəd narkotik tərkibli çətənə kolunu məhz öz şəxsi istifadəsi üçün əkib-becərmiş və həmin bitkilərə aqrotexniki qaydada qulluq etmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı çətənə bitkilərinin yalnız 3-4 ədədini əkməsi, polislərdən qorxduğu üçün bütün çətənə bitkilərinin onun tərəfindən əkildiyini bildirməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət məsuliyyət azad olunmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı narkotik tərkibli çətənə bitkilərinin aşkar olunması zamanı heç nəyə etirazını bildirməmiş, bu barədə müdafiəçisinə və hər hansı dövlət orqanına məlumat verməmiş, polis şöbəsinin müvəqqəti saxlama yerinə və istintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı onda heç bir xəsarət aşkar edilməmiş, habelə ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı halı mübahisələndirməmişdir. Buna görə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini qeyri-səmimi ifadələr kimi qəbul edir və iş materiallarında olan biridigərinə uyğun mötəbər sübutlarla təkzib olunduğundan həmin ifadələri sübut kimi qəbul etmir, əksinə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarında olan sübutlarla üst-üstə düşdüyündən həmin ifadəni mötəbər sübut kimi qəbul edir və ittihamın əsasına da məhz həmin ifadəni qoyur. Bundan əlavə, müdafiə tərəfinin Təqsirləndirilən şəxs səhhətində heç bir problem olmadan və özü tələb etmədən Qax RPŞ-də saxlanılan zaman təcili tibbi yardım çağırılması ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs həmin vaxt təzyiqinin düşdüyünü, buna görə özündə olmadığını və həkimləri onun çağırmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən sorğu verilmiş və “Respublika Təcili və X13 Mərkəzi” X29 təqdim etdiyi 17 oktyabr 2024-cü il tarixli, 18-1-88/2-1813/2024 nömrəli məktuba əlavə olunmuş məlumat və çağırış vərəqəsi ilə müəyyən olunmuşdur ki, “Respublika Təcili və X13 Mərkəzi” X29 Qax Təcili və X13 bölməsinə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində tibbi müayinə üçün çağırış verilmiş və həkimləri tərəfindən müayinə olunaraq heç bir xəsarət və narahatçılıq aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixində vətəndaş Təqsirləndirilən şəxs adına çağırış verilmiş və Qax TTTY bölməsinin həkimi X16 tərəfindən müayinə olunaraq “Hipertenziya” diaqnozu qoyulmuş və Maqnezium sulfat 25%-5 ml, Validol tablat- 1 ədəd yardım göstərilmiş və vəziyyət stabilləşmişdir. Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X7 xx.xx.2024-cü il tarixli, 3-16-17/37/2-5070/2024 nömrəli məkutubu ilə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 4581/2024 nömrəli tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı xəsarət aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Qax RPŞ-də olan zaman səhhətində yaranmış problemlə əlaqədar olaraq tibbi yardıma ehtiyacı olmuş və məhz buna görə polis əməkdaşları tərəfindən ona tibbi yardım göstərilməsi üçün həkimlər dəvət edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Qax rayonu, Dəymədağlı kəndinin ərazisindən keçən “Qaraçay” adlanan çayın yaxınlığındakı kolluq ərazidə əkdiyi narkotik tərkibli bitkilərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən qəsdən törədilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Qax RPŞ-nin CAB-nin rəisi Azər Nəsirovun xx.xx.2024-cü il tarixli “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarın qanuniliyi Qax Rayon Məhkəməsində yoxlanılmamış və sözügedən qərarın qanuniliyin yoxlanılası üçün məhkəməyə göndərilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 16-cı bəndində qeyd edilir ki, əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialların mümkünlüyünü və mötəbərliyini qiymətləndirərək hesab edir ki, cinayət işi üzrə toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmaması ilə yanaşı sübutların mötəbərlilyini istisna edən hallar və sübutların mötəbərsizliyi üçün əsasların mövcud olmamasından əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materiallar cinayət işi üzrə mötəbər sübut kimi qəbul etməlidir. Habelə, cinayət prosessual qanunvericiliyində istintaq və məhkəmə hərəkətləri protokolları sübut kimi qəbul olunur və sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı və digər prosessual hərəkətlərlə həyata keçirilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi hallar bötüvlükdə sübutun mötəbərlilyini istisna etmir, sübutun mötəbərsizliyi üçün əsaslar deyil və hazırki cinayət işi üzrə prosessual hərəkətə dair protokollar mötəbər sübut kimi çıxış etməlidir. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs marixuana qəbulu nəticəsində narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur və yaşadığı yer üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsinə əsas olan halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Qax rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan 31 ədəd sintetik kisənin içərisində təmiz çəkisi 124 kiloqram 317,00 qram olan 209 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 01 ədəd sintetik kisədə təmiz çəkisi 4168,20 qram olan 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 01 ədəd sintetik kisənin içərisindəki yaş vəziyyətdə ümumi çəkisi 1870,0 qram olan 13 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri, 1 ədəd su motoru, 20 metr uzunluğunda su borusu, 21 metr uzunluğunda naqil, 2 metr uzunluğunda kəndir, 2 metr uzunluğunda naqil, 4 ədəd böyük vedrə, 1 ədəd balaca vedrə, 1 ədəd cins şalvar, 1 ədəd qısaqol gödəkcə, 1 cüt rezin uzunboğazlı ayaqqabı, 4 ədəd ağ rəngdə boş sintetik kisələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 (dörd) ədəd DVD diskin iş materiallarında olması nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci vardır. Həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası,
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Qax rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan 31 ədəd sintetik kisənin içərisində təmiz çəkisi 124 kiloqram 317,00 qram olan 209 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 01 ədəd sintetik kisədə təmiz çəkisi 4168,20 qram olan 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 01 ədəd sintetik kisənin içərisindəki yaş vəziyyətdə ümumi çəkisi 1870,0 qram olan 13 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri, 1 ədəd su motoru, 20 metr uzunluğunda su borusu, 21 metr uzunluğunda naqil, 2 metr uzunluğunda kəndir, 2 metr uzunluğunda naqil, 4 ədəd böyük vedrə, 1 ədəd balaca vedrə, 1 ədəd cins şalvar, 1 ədəd qısaqol gödəkcə, 1 cüt rezin uzunboğazlı ayaqqabı, 4 ədəd ağ rəngdə boş sintetik kisələr məhv edilsin, 04 (dörd) ədəd DVD diskin iş materiallarında olması nəzərə alınsın. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rafail Əliyev
Hakimlər: Tural Əfəndizadə (məruzəçi)
Bilal Məmmədov