Məhkəmə qərarları › İş №1(091)-7/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-7/2022

28.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-7/2022 28.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X17, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri E.Ağayev döngəsi 2 ev 11-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxx 1985-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri R.Balakişiyev küçəsi, ev 18-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx xxxx 1980-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri E.Ağayev küçəsi, ev 42də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda 0,271 qram narkotik vasitə olan heroini 23.03.2021-ci il tarixdə saat 11 radələrində tanışı Təqsirləndirilən şəxs2 7 manata alaraq əldə edib üzərində saxlamış, həmin gün saat 11:30 radələrində Təqsirləndirilən şəxs1 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Nizami prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 12:05 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 0,271 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,464 qram narkotik vasitə olan heroini tanışı Təqsirləndirilən şəxs3 23.03.2021-ci il tarixdə 20 manata alaraq əldə edib saxlamış, 23.03.2021-ci il tarixdə saat 11 radələrində Yevlax şəhəri R.Balakişiyev küçəsində həmin heroindən 0,271 qram olan hissəsini tanışı Təqsirləndirilən şəxs1 7 manata satmış, qalan 0,193 qram narkotik vasitə olan heroini üzərində saxlamış, 24.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,296 qram psixotrop maddə olan metamfetamini tanışı Təqsirləndirilən şəxs3 20 manata alaraq əldə edib üzərində saxlamış, 25.03.2021-ci il tarixdə, saat 11:40-da Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib həmin gün saat 12:20-də üzərində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı 0,193 qram narkotik vasitə olan heroin və satış məqsədilə əldə edib saxladığı 0,296 qram psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs3 qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11,204 qram narkotik vasitə olan heroini, külli miqdarda 17,781 qram psixotrop maddə olan metamfetamini, 0,17 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd yivliodlu silah hesab olunan 7,62 kalibrli, PC 467 nömrəli ”Naqan” sistemli revolveri, 01 ədəd döyüş sursatı hesab olunan həmin revolverdə istifadə etmək üçün nəzərdə tutulmuş patronu, 01 ədəd 4,5 mm kalibrli MP 654 K markalı, T0267766 nömrəli qaz silahı, 01 ədəd soyuq silah hesab olunan iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncəri 2021-ci ilin ortalarında istintaqa məlum olmayan mənbədən əldə edərək yaşadığı Yevlax şəhəri, E.Ağayev küçəsi, 42 nömrəli evdə saxlamış, əldə etdiyi narkotik vasitə olan heroini 12 ədəd ayrı-ayrı bükümlərə, psixotrop maddə olan metamfetamini 31 ədəd ayrı-ayrı bükümlərə ayırmış, Təqsirləndirilən şəxs3 əldə etdiyi narkotik vasitə olan heroinin 0,464 qram olan hissəni 23.03.2021-ci il tarixdə Yevlax şəhəri ərazisində tanışı Təqsirləndirilən şəxs2 20 manata satmış, qalan 10,740 qram heroini yaşadığı evdə saxlamış, Təqsirləndirilən şəxs3 əldə etdiyi psixotrop maddə olan metamfetaminin 0,296 qram olan hissəsini 24.03.2021-ci il tarixdə Yevlax şəhəri ərazisində təkrarən tanışı Təqsirləndirilən şəxs2 20 manata satmışdır. qalan 17,485 qram metamfetamini yaşadığı evdə saxlamış, 25 mart 2021-ci il tarixdə Yevlax rayon Məhkəməsinin həmin tarixli, 5(039)-39/2021 nömrəli qərarı əsasında Təqsirləndirilən şəxs3 yaşadığı Yevlax şəhəri, E.Ağayev küçəsi, 42 nömrəli evdə axtarış keçirilmiş, axtarış zamanı evdən 12 ədəd bükümlərdə olan satış məqsədi ilə əldə edib saxladığı 10,740 qram narkotik vasitə olan heroin, 31 ədəd bükümlərdə olan satış məqsədi ilə əldə edib saxladığı 17,485 qram psixotrop maddə olan metamfetamin, 01 kibrit qutusunda satış məqsədilə əldə edib saxladığı 0,17 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd yivli-odlu silah hesab olunan 7,62 kalibrli, PC 467 nömrəli ”Naqan” sistemli revolver, 01 ədəd döyüş sursatı hesab olunan həmin revolverdə istifadə etmək üçün nəzərdə tutulmuş patron, 01 ədəd 4,5 mm kalibrli MP 654 K markalı, T0267766 nömrəli qaz silahı, 01 ədəd soyuq silah hesab olunan xəncər aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, tutulduğu gün Anarın yaşadığı evə getmiş, Anara ağrıdığını, vəziyyətinin pis olduğunu bildirmiş və ondan narkotik vasitə istəmişdir. Anar da ona pulsuz az miqdarda, təxminən bir “çet” narkotik vasitə vermişdir. Anarın yaşadığı ünvandan çıxıb gedəndə polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən cibinə xəbəri olmadan narkotik vasitə qoyulmuşdur. Video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman narkotik vasitəni cibindən çıxardıb təqdim etmişdir. Lakin həmin zaman görmüşdür ki, cibindən çıxardıb təqdim etdiyi narkotik vasitənin olduğu büküm ona məxsus olan büküm olmamışdır. Həmin narkotik vasitənin onun cibinə nə vaxt və kim tərəfindən qoyulmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini pulsuz almış, lakin polis şöbəsində ona bildirilmişdir ki, Anardan narkotik vasitəni pul vasitəsi ilə aldığını desin. Ona görə də, Təqsirləndirilən şəxs2lə üzləşdirilən zaman üzərindən aşkar olunan heroini Anardan pul müqabilində aldığını bildirmişdir. Əməlindən peşmandır və barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs1 ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2017-ci ildən narkotik vasitə olan heroin qəbul etmişdir. 23.03.2021-ci il tarixdə narkotik vasitəsi qurtardığına görə narkotik vasitə alıb istifadə etmək qərarına gəlmişdir. Ona görə həmin gün saat 11 radələrində qonşu küçədə yaşayan narkotik vasitə satan Anargilə getmişdir. Anar ilə görüşmüş, ona 7 manat verərək ona narkotik vasitə olan heroin satmasını demişdir. Anar da razı olmuş və ona 7 manat dəyərində narkotik vasitə olan heroin satmışdır. O, heroini aldıqdan sonra küçə ilə gedərkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirib, içərisində heroin olan bir bükümü onun cibindən aşkar etmişlər. Sorğu-sual zamanı o, bükümün içərisindəkinin heroin olduğunu, tanıdığı Anar adlı şəxsdən 7 manata aldığını, heroini özü istifadə etmək üçün üstündə gəzdirdiyini etiraf etmişdir. Polis əməkdaşları həmin kütləni elektron tərəzidə çəkmişlər, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o, da protokolla tanış olub onu imzalamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən Yevlax rayonu Malbinəsi kəndində dostuna məxsus evdə olarkən saxlanılmış, daha sonra polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Həmin vaxt narkotik vasitəni və psixotrop maddə olan metamfetamini Xəyyamdan almağını deməsi üçün ona təzyiqlər edilmiş, döyülmüşdür. O da döyüldüyü üçün məcbur olub narkotik vasitəni Xəyyamdan 20 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Hüseynin ağrıları olduğu üçün və narkotik vasitə xəstəsi olduğu üçün halına acıyıb ona az miqdarda narkotik vasitə vermiş, lakin bunun üçün ondan pul almamışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroin və şüşə, yəni metamfetamin aşkar edilmişdir ki, həmin narkotik vasitəni də Xəyyamdan almamışdır. Narkotik vasitə onda tutulduğu vaxtdan təxminən 15-20 gün əvvəldən onda olmuş, həmin narkotik vasitəni Çingiz adlı şəxsdən almışdır ki, səhv eləmirsə Çingiz rəhmətə getmişdir. İstintaq zamanı döyüldüyü üçün etrafedici ifadələr vermiş, daha sonra Yevlax rayon prokurorluğunda da polis əməkdaşları tərəfindən döyüldüyünü və məcbur qalıb təqdim edilmiş sənədlərə qol çəkdiyini bildirmişdir. Polis şöbəsindən X3 aparılmış, orada ondan bədənində olan xəsarətlərlə bağlı soruşulduqda, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Döyülmə faktı prokurorluqda araşdırılmış, lakin döyülməsi öz təsdiqini tapmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1lə üzləşdirilmiş, həmin vaxtı təzyiqlər olduğu üçün Hüseyn ondan pul qarşılığında narkotik vasitə aldığını, o da üzləşmə zamanı pul qarşılığında Xəyyamdan narkotik vasitə aldığını bildirmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün özünü təqsirli bilmiş və barəsində ədalətli qərarın çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs2 özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan heroin qəbul etmişdir. 23.03.2021-ci il tarixdə narkotik vasitəsi qurtardığına görə narkotik vasitə alıb istifadə etmək qərarına gəlmişdir. Ona görə həmin gün saat 10 radələrində E.Ağayev küçəsində yaşayan narkotik vasitə satan Xəyyamgilə getmişdir. Küçədə Xəyyam ilə görüşmüş ona 20 manat verərək ona narkotik vasitə olan heroin satmasını demişdir. Xəyyam da razı olmuş, ona 20 manat dəyərində narkotik vasitə olan heroin satmışdır. Sonra evə getmişdir. Həmin gün saat 11 radələrində tanıdığı Hüseyn adlı şəxs onlara gəlmiş və ona 7 manat verərək ona narkotik vasitə verməsini istəmişdir. O, da Xəyyamdan aldığı üstündə olan heroindən 7 manat dəyərində narkotik vasitəni Hüseynə vermişdir. Hüseyn çıxıb getmişdir. Heroinə psixotrop maddə olan metamfetamin qatıb damara vuranda rahat özünü hiss edirsən. Ona görə 24.03.2021-ci il tarixdə saat 19 radələrində E.Ağayev küçəsində yaşayan narkotik vasitə satan Xəyyamgilə getmişdir. Küçədə Xəyyam ilə görüşmüş ona 20 manat verərək ona metamfetamin satmasını demişdir. Xəyyam da ona 20 manat dəyərində metamfetamin satmışdır. O, evə getmiş heroinin bir hissəsini metamfetaminə qataraq damarına vurmuş, qalan gissəsini isə gələcəkdə istifadə etmək üçün üstündə gəzdirmişdir. O, Hüseynin tutularaq polis şöbəsində saxlanılmasından məlumatı olmuş və polis əməkdaşlarının onu gəzdiyini eşitmişdir. Ona görə Bakı şəhərinə getmək qərarına gəlmişdir. 25.03.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhərinə avtomaşını ilə taksilik edən Yevlax rayonu Malbinəsi kəndində yaşayan Talehgilə gedərkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirmişlər. Baxış zamanı onun üstündə saxladığı bir bükümdə olan heroin və digər bükümdə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Ondan Hüseynə narkotik vasitə satıb-satmadığını soruşmuşlar. O, Hüseynə üstündə saxladığı heroindən bir hissəsini 7 manata ona verdiyini bildirmişdir. Polis əməkdaşları həmin kütlələri elektron tərəzidə çəkmişlər, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o, da protokolla tanış olub onu imzalamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona CM-nin 228.1, 228.4, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən (yəni CM-nin 228.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən bir müddət əvvəl küçədə “qrabel” daşımış və bu zaman içərisində mülki geyimdə olan adamlar maşın vasitəsi ilə oradan keçmişdir. Həmin zaman yaşadığı evin giriş qapısı da açıq olmuş və həmin şəxslər onlara baxa-baxa maşın ilə keçmişlər. O da onlara niyə baxdıqları barədə sual verdikdə, onlar aqressiv şəkildə “baxmaq olmaz?” deyə sual vermişlər. Əvvəlcə həmin şəxslərin kim olduqlarını bilməmiş, sonra isə maşında olanlardan birinin əvvəlcədən tanıdığı Nofəl, digərinin isə Samir adlı Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olduğunu bilmişdir. 25 mart 2021-ci il tarixdə saat 13 radələrində təxminən 10-11 nəfər polis əməkdaşları yaşadığı evə daxil olub onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu 3-cü mərtəbəyə qaldırıb möhkəm döymüşlər. Sonra polis şöbəsinə qardaşını gətirmişlər. Ona deyilmişdir ki, boynuna almasan qardaşın da həbs ediləcəkdir. Saat 13:30-dan saat 22ədək onu döymüşlər. Polis əməkdaşları ona demişdir ki, boynuna al, qardaşına 10 sutka həbs cəzası verəcəyik, səni isə tutacağıq. O da onların dedikləri ilə razılaşmışdır. Daha sonra döyülməyi barədə prokurorluq orqanına müraciət etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, yaşadığı evdən aşkar edilən narkotik vasitələr ona aid olmamış, o, marixuana istifadəçisi olmuş, aşkar edilən tapança isə babasından qalmış, patronu da olmuşdur. Evə baxış aparılan zaman o, evdə olmamış, həmin zaman şöbədə olmuş, polis əməkdaşları onu şöbəyə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs2lə üzləşdirilmiş, Anardan niyə onun adını verdiyini soruşduqda, Anar ona bildirmişdir ki, onu döyüblər, məcbur qalıb onun adını vermişdir. Polis şöbəsindən İstintaq Təcridxanasına aparılmış, orada ondan bədənində olan xəsarətlərlə bağlı soruşulduqda, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Döyülməsi ilə bağlı Yevlax rayon prokurorluqda araşdırma aparılmış, lakin döyülməsi öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs3 özünü CM-nin 228.1, 228.4, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan heroin qəbul etmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində Kür çayının Yevlax rayonu Yuxarı Qarxun kəndinin ərazisindən keçən hissəsində balıq tutarkən bir ədəd içərisi dolu vəziyyətdə sumka tapmış, açıb içərisinə baxarkən içərisində bir ədəd Naqan markalı tapança, bir ədəd qaz tapançası, bir ədəd xəncər, bir kibrit qutusunda marixuana, bir bükümdə heroin və bir bükümdə şüşə deyilən metamfetamin dərman olduğunu görmüş və həmin sumkanı evə gətirmişdir. O, heroinlə, metamfetamini satmaq qərarına gəlmişdir. Ona görə onları tərəzidə çəkərək bükümlərə bölmüşdür. 23.03.2021-ci il tarixdə saat 10 radələrində küçədə olarkən tanıdığı Anar adlı şəxs yanına gəlmiş və ona 20 manat verərək ona narkotik vasitə olan heroin satmasını demişdir. O, razı olmuş ona 20 manat dəyərində narkotik vasitə olan heroin satmışdır. Anar çıxıb getmişdir. 24.03.2021-ci il tarixdə saat 19 radələrində küçədə olarkən Anar yanına gəlmiş ona 20 manat verərək ona metamfetamin satmasını demişdir. O, da ona 20 manat dəyərində metamfetamin satmışdır. 25.03.2021-ci il tarixdə evlərinə gələn polis əməkdaşları evdə axtarış apararkən evin ikinci mərtəbəsində gizlətdiyi xəncəri, bükümlərdə saxladığı heroini, sonra evin birinci mərtəbəsindəki otaqda bükümlərdə saxladığı heroinləri, metamfetaminləri, kibrit qutusundakı marixuananı, tərəziləri, qaz, Naqan tapancasını və tapancanın üstündə olan bir ədəd patronu aşkar edib götürmüşlər. O, həmin gün küçədə olarkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Ondan Anara narkotik vasitə və psixotrop maddə satıb-satmadığını soruşmuşlar. O, Anara heroin və metamfetamin satdığını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci il martın 23-də Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üstünə baxış keçirilməsində iştirak etmiş, baxış zamanı Hüseyn bir ədəd büküm təqdim etmiş və həmin bükümün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu həmin günü qonşu küçədə yaşayan tanıdığı Anar adlı şəxsdən 7 manata aldığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş və digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Daha sonra Anar adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş və 25 mart 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 Yevlax rayonu Malbinəsi kəndində küçə ilə gedərkən saxlanılaraq polis şöbəsinə gətirilərək, polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Anarın üstünə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən bir bükümdə heroin və bir bükümdə isə metamfetamin aşkar edilərək götürülmüşdür. O, heroini 23 mart 2021-ci il tarixdə saat 10 radələrində E.Ağayev küçəsində yaşayan Xəyyam adlı şəxsdən 20 manata aldığını və həmin heroinin bir hissəsin 7 manata Hüseynə satdığını, 24 mart 2021-ci il tarixdə saat 19 radələrində isə E.Ağayev küçəsində yaşayan Xəyyam adlı şəxslə görüşərək 20 manata metamfetamin aldığını bildirmişdir. Heroin ilə metamfetaminin bir hissəsini istifadə edib və qalan hissəsini gələcəkdə istifadə etmək üçün üstündə gəzdirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, sonra kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Bundan sonra Anara narkotik vasitə və psixotrop maddə satan Xəyyam adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və Xəyyamın yaşadığı evdə axtarış aparılması üçün Yevlax Rayon Məhkəməsindən qərar alınaraq polis əməkdaşları ilə birlikdə Xəyyamın yaşadığı evə gedilmişdir. Xəyyamın evində axtarış aparılarkən evin ikinci mərtəbəsindəki otaqdan bükümlərdə heroin, metamfetamin və bir ədəd xəncər aşkar edilərək götürülmüş, evin birinci mərtəbəsindəki otaqda axtarış aparılarkən bir kibrit qutusunda marixuana, xeyli bükümlərdə heroin, metamfetamin, tərəzilər, qaz tapancası, Naqan tipli tapanca və bir ədəd patron qablaşdırılaraq möhürlənmiş, ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs3 saxlanılaraq polis şöbəsinə aparılmış, sorğu-sual zamanı Anara heroin və metamfetamin satdığını etiraf etmiş, evdən aşkar olunan silahsursat, narkotik vasitə olan heroin, bir kibrit qutusu marixuana, psixotrop maddə olan metamfetamini, xəncəri və tərəziləri 2019-cu ilin fevral ayında Kür çayının Yevlax rayonu Yuxarı Qarxun kəndinin ərazisindən keçən hissəsində balıq tutarkən tapdığını və gələcəkdə satıb pul əldə etmək üçün evə apardığını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və sonuncunun da Şahid3 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, polis əməkdaşları evə baxışa gəldiyi zaman o, evdə olmamış, qardaşı polis əməkdaşları tərəfindən saxlanıldığı gün, o da evə tərəf gələrkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Şöbədə polis əməkdaşları onun vasitəsi ilə qardaşına təzyiq etmişlərdir ki, qardaşı narkotik vasitələrin ona məxsus olmasını etiraf etsin. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, qardaşı saxlanılan gün o da saxlanılmış, sonra isə Yevlax Rayon Məhkəməsinin qərarı inzibati qaydada 10 gün həbs edilmişdir. Həmin qərardan şikayət verməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 25 mart 2021-ci il tarixdə evdə ailə üzvləri ilə birlikdə oturarkən işıqlar sönmüş və bu zaman küçədən səs-küy gəldiyini eşitmişdir. Küçəyə çıxdığı zaman, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs3 evində polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları Təqsirləndirilən şəxs3 təzyiq göstərərək onu avtomobilə əyləşdirib aparmışlar. Evin həyətinə daxil olduğu zaman isə Təqsirləndirilən şəxs3 yoldaşı, anası və övladlarını yerdə yatılı vəziyyətdə görmüşdür. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları evə daxil olarkən gözyaşardıcı qazdan istifadə etmiş və nəticədə ev sakinləri huşlarını itirmişdir. Lakin o, polis əməkdaşlarının gözyaşardıcı qazdan istifadə etdiyini şəxsən görməmişdir. Cinayət işinin materiallarında olan 23.03.2021-ci il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələrin saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 04). Cinayət işinin materiallarında olan 23.03.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Yevlax şəhəri, E.Ağayev küçəsi, döngə 2, ev 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 cinayət başında ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onun yaşadığı ünvana baxış keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan 25.03.2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 11:30-da narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olmaqda şübhəli bilinən Yevlax şəhəri, E.Ağayev küçəsi, döngə 2, ev 11 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Yevlax şəhəri Nizami prospektində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 09). Cinayət işinin materiallarında olan 23.03.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə, 0,50 qram narkotik vasitə herionə bənzər kütlə aşkar edilərək götürülmüş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə heroin olduğunu və həmin heroini 7 manat qarşılığında Yevlax şəhəri, E.Ağayev küçəsində yaşayan Anar adlı şəxsdən aldığını bildirmiş, axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 22-29). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 23 mart 2021-ci il tarixli 17/219 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə götürülmüş, çəkisi 0,271 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 41-42). Cinayət işinin materiallarında olan 25.03.2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 11:40-da narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olmaqda şübhəli bilinən ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Yevlax rayonu Malbinəsi kəndində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 74). Cinayət işinin materiallarında olan 25.03.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki gödəkçənin cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə 0,53 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd bükümdə 0,38 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 həmin kütlələrin narkotik vasitə heroin və metamfetamin olduğunu, heroini 23.03.2021-ci il tarixdə 20 manat qarşılığında Yevlax şəhəri, E.Ağayev küçəsində yaşayan Xəyyam adlı şəxsdən, həmçinin metamfetamini 24.03.2021-ci il tarixdə Yevlax şəhəri, E.Ağayev küçəsində yaşayan Xəyyam adlı şəxsdən 20 manat qarşılığında aldığını bildirmiş, həmçinin Xəyyamdan aldığı heroinin bir hissəsini Təqsirləndirilən şəxs1 satdığını qeyd etmiş, axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 84-90). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 25 mart 2021-ci il tarixli 17/224 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilib götürülmüş 1 ədəd ağ rəngli kağız bükümdə götürülmüş, çəkisi 0,193 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd sellofan bükümdə çəkisi 0,296 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Tədqiqata təqdim edilmiş iki ədəd bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidir (cild 01, iş vər. 107-110). Cinayət işinin materiallarında olan 25.03.2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 17:30-da narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olmaqda şübhəli bilinən ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 Yevlax şəhəri E.Ağayev küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 134). Cinayət işinin materiallarında olan 25.03.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır, axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 145-150). Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 24.03.2021-ci il tarixli 5(039)-39/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 3 ünvanında axtarış və götürmənın aparılması qərara alınmışdır (cild 01, iş vər.124-125). Cinayət işinin materiallarında olan 25.03.2021-ci il tarixli protokoldan görünür ki, Yevlax Rayon Məhkəməsinin 24.03.2021-ci il tarixli 5(039)-39/2021 saylı qərarı əsasında polis əməkdaşları tərəfindən video çəkilişlə Təqsirləndirilən şəxs3 yaşadığı Yevlax şəhəri, E.Ağayev küçəsi, 42 nömrəli evdə axtarış keçirilmiş, axtarış zamanı evdən 12 ədəd bükümlərdə olan 10,740 qram narkotik vasitə olan heroin, 31 ədəd bükümlərdə olan 17,485 qram psixotrop maddə olan metamfetamin, 01 kibrit qutusunda 0,17 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd yivli-odlu silah hesab olunan 7,62 kalibrli, PC 467 nömrəli ”Naqan” sistemli revolver, 01 ədəd döyüş sursatı hesab olunan həmin revolverdə istifadə etmək üçün nəzərdə tutulmuş patron, 01 ədəd 4,5 mm kalibrli MP 654 K markalı, T0267766 nömrəli qaz silahı, 02 ədəd tərəzi, 01 ədəd soyuq silah hesab olunan xəncər aşkar olunaraq götürülmüş, axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 126-129). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 26 mart 2021-ci il tarixli 17/229 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı evin birinci mərtəbəsindən aşkar edilib götürülmüş 8 ədəd sellofan bükümlərdə ümumi çəkisi 4,768 qram olan maddə psixotrop maddə olan metamfetamindir. 22 ədəd sellofan bükümlərdə ümumi çəkisi 11,883 qram olan maddə psixotrop maddə olan metamfetamindir. 1 ədəd kağız bükümdə 0,834 qram olan maddə psixotrop maddə olan metamfetamindir. 2 ədəd sellofan bükümlərdə ümumi çəkisi 2,162 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 10 ədəd sellofan bükümlərdə ümumi çəkisi 8,578 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Bir ədəd kibrit qutusunda çəkisi 0,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs3 evindən götürülmüş 31 ədəd bükümlərdə olan metamfetaminlər həm öz aralarında və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş metamfetamin ilə tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs3 evindən götürülmüş 12 ədəd bükümlərdə olan heroinlər həm öz aralarında və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş heroin ilə tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 31 ədəd bükümlərdə olan metamfetaminlərin ümumi çəkisi 17,485 qramdır.Tədqiqata təqdim edilmiş 12 ədəd bükümlərdə olan heroinlərin ümumi çəkisi 10,740 qramdır (cild 01, iş vər. 175-177). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 26 mart 2021-ci il tarixli 17/230 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı evdən götürülmüş 01 ədəd PC 467 nömrəli silah 7,62 kalibrli olub zavod üsulu ilə istehsal edilmiş, ”Naqan” sistemli revolver, üzərində əlavə və dəyişikliklər edilməmişdir. Konstruksiyası dəyişdirilməmişdir. Yivli-odlu silahdır, sazdır. Təhqiqata təqdim edilmiş bir ədəd patron zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibirli olmaqla, həmin kalibirə malik ”Naqan” sistemli revolverdə o, cümlədən tədqiqata təqdim edilmiş revolverdə istifadə etmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır. Təhqiqata təqdim edilmiş bir ədəd tapanca Rusiyada zavod üsulu ilə istehsal edilmiş, 4,5 mm kalibirli MP 654 K markalı, T0267766 nömrəli qaz silahıdır. Üzərində əlavə və dəyişikliklər edilməmişdir. Konstruksiyası dəyişdirilməmişdir, istifadəyə yararlıdır. Təhqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir. Soyuq silah hesab olunur (cild 01, iş vər. 180- 181). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2021ci il tarixli 740 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanıya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 89) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2021ci il tarixli 742 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomanıya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 90). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2021-ci il tarixli 792 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış, narkomanıya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 93). Cinayət işinin materiallarında olan 30 iyun 2021-ci il tarixli 10/1018 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş revolver zavod üsulu ilə X8 silah zavodunda istesal edilmiş, 7,62 mm kalibrli, ”Naqan” sistemli 1895-ci il numunəli, PC-467 nömrəli revolverdir. Yivli, odlu silah hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yaralıdır (cild 02, iş vər. 95-98). Cinayət işinin materiallarında olan 08.06.2021-ci il tarixli ifadənin yerində yoxlanması haqqında istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, R.Balakişiyev küçəsi 18 saylı evdə yaşayan Təqsirləndirilən şəxs2 məxsus evə gəldiyini və ona 7 manat pul verərək bir büküm heroin aldığını bilavasitə göstərmiş, bu istintaq hərəkəti protokol tərtib olunmaqla və foto şəkillər çəkilməklə rəsmiləşdirilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 02, iş vər. 69-71) Cinayət işinin materiallarında olan 26.03.2021-ci il tarixli üzləşdirmə haqqında istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilmiş və üzləşmə zamanı Təqsirləndirilən şəxs1 23 mart 2021-ci il tarixdə saat 11 radələrində Yevlax şəhəri R.Balakiyev küçəsi 18 saylı evə gedərək Təqsirləndirilən şəxs2 7 manata narkotik vasitə olan heroini aldığını onun üzünə demişdir (cild 01, iş vər. 192- 194). Cinayət işinin materiallarında olan 26.03.2021-ci il tarixli üzləşdirmə haqqında istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 üzləşdirilmiş və üzləşmə zamanı Təqsirləndirilən şəxs2 23 mart 2021-ci il tarixdə saat 11 radələrində Yevlax şəhəri E.Ağayev küçəsində Təqsirləndirilən şəxs3 20 manata narkotik vasitə olan heroini, 24 mart 2021-ci il tarixdə saat 19 radələrində isə 20 manata psixotrop maddə olan metamfetamini aldığını onun üzünə demişdir (cild 01, iş vər. 195-197). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Həsənov X7 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur (cild 02, iş vər. 25-27). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdən verilmiş arayışlardan görünür ki, Mustafayev X2 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur, Təqsirləndirilən şəxs2 15.11.2014-cü il tarixdən, Təqsirləndirilən şəxs3 isə 05.03.2021-ci il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durur (cild 02, iş vər. 28-30). Cinayət işinin materiallarında olan 08.07.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində CM-in 234.4.1-ci maddəsi ilə, X13, X9 və X19 barəsində CM-in 234.4.1, 234.4.3 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 116-126). Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax rayon prokurorluğunun 03.06.2021ci il tarixli “Cinayət işinin başlanmasının rədd ediməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 polis şöbəsində döyülməsi, işgəncəyə məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və toplanmış materialda cinayət tərkibi olmadığından, CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax rayon prokurorluğunun 03.06.2021ci il tarixli “Cinayət işinin başlanmasının rədd ediməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs3 polis şöbəsində döyülməsi, işgəncəyə məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və toplanmış materialda cinayət tərkibi olmadığından, CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 26.03.2021ci il tarixli 3(039)-257/2021 saylı qərarından görünür ki, 08.04.1974-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 23.03.2021-ci il tarxdə polis şöbəsinə Təqsirləndirilən şəxs1 barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxs saxlanılmaqla üzərinə polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş və üzərindən bir büküm narkotik vasitə heroin aşkar olunmuş, daha sonra Təqsirləndirilən şəxs1 verdiyi şifahi məlumat əsasında 25.03.2021-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs2 rayon ərazisində saxlanılmaqla polis şöbəsinə gətirilmiş və üzərinə polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, üzərindən bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin aşkar olunmuş, daha sonra Təqsirləndirilən şəxs2 verdiyi şifahi məlumat əsasında əməliyyat tədbirlərinin davamı olaraq 25.03.2021-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs3 şəhər ərazisində saxlanılmış, məhkəmənin qərarı ilə onun yaşadığı evə video çəkilişlə baxış keçirilmiş və evdən odlu silah, patron, qaz silahı, soyuq silah sayılan xəncər, iki ədəd elektron tərəzi, narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Götürülmüş maddələr və əşyalar ekspertizaya təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl təqsirləndirilən şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilərək narkotik maddənin, psixotrop maddənin, soyuq və odlu silahın, patronun aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 13-cü bəndinə əsasən CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarın 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Həmin qərarın 2-ci bəndində göstərimişdir ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu silahlara həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və bu bəndin «a-ə» yarımbəndlərində göstərən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər. CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin qərarın 13-cü bəndində isə göstərimişdir ki,CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib saxlamasına və həmin heroinin bir hissəsini Təqsirləndirilən şəxs1 7 manata satmasına, habelə qəsdən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib saxlamasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 isə qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda psixotrop maddə olan metamfetamini, narkotik vasitə olan qurudulmuş marixuananı, 01 ədəd yivli-odlu silah hesab olunan ”Naqan” sistemli revolveri, 01 ədəd döyüş sursatı hesab olunan həmin revolverdə istifadə etmək üçün nəzərdə tutulmuş patronu, 01 ədəd qaz silahını, 01 ədəd soyuq silah hesab olunan iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncəri əldə edərək yaşadığı evdə saxlamasıına, əldə etdiyi heroinin və metamfetaminin bir hissəsini Təqsirləndirilən şəxs2 satmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, tədqiq olunan ekspert rəyləri, o cümlədən cinayət işinin materiallarında olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı saxlanılarkən, həmçinin şöbədə olarkən polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması, döyülməsi barədə qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, müdafiə tərəfi bunu məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxslərin göstərdiklərinə əsasən, həm də şahid qismində ifadə verən polis əməkdaşlarının suallara cavab verərkən göstərdiklərinə istinadən qeyd etməyə və sözügedən təqsirləndirilən şəxslər barəsində Yevlax rayon prokurorluğunda aparılan araşdırma nəticəsində qəbul olunan qərarlardakı izahatlara istinad etməklə əsaslandırmağa çalışsa da, şahid qismində ifadə verən polis əməkdaşları təqsirləndirilən şəxslərin saxlanılarkən və ya polis şöbəsində olarkən döyülmədiyini, Təqsirləndirilən şəxs3 isə məqsədli şəkildə özünü qapıya çırparaq özünə xəsarət yetirdiyini göstərmişlər ki, cinayət işinin materiallarına əlavə olunmuş Yevlax rayon prokurorluğunun 03.06.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarına əsasən həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, hər iki hal üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarlar təqsirləndirilən şəxslərə və müdafiəçilərə təqdim olunmuş, müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitənin miqdarı ilə bağlı, o cümlədən polis şöbəsində onun Təqsirləndirilən şəxs2 əleyhinə ifadə verilməyə təhrik edilməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 bu formada ifadə verməklə həm digər Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmasına köməklik etmək, həm də özünün məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs1 qeyd etdikləri cinayət işinin materiallarında olan sübutlarla, o cümlədən ibtidai istintaqın ilkin mərhələsindən istintaqın sonunadək müdafiəçinin iştirakı ilə video çəkilişlə verdiyi ifadələri ilə, habelə Təqsirləndirilən şəxs2lə üzləşdirməsi zamanı qeyd etdikləri ilə tam təkzib olunur. Odur ki, məhkəmə kollegiyası hər üç təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir. Əksinə onların ibtidai istintaq zamanı qeyd etdikləri iş materiallarında olan və biri digərini tamamlayan sübutlarla, işin faktiki halları ilə üst-üstə düşdüyündən, məhkəmə kollegiyası həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edir və onlara elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Həmçinin, məhkəmə kollegiyası müdafiə tərəfin vəsatəti əsasında məhkəmədə dindirilən şahidlərin (Şahbuz Həsənov və Saray Məmmədova) məhkəmə istintaqı zamanı göstərdiklərinə münasibətdə qeyd edir ki, ifadə verən iki şahiddən biri Təqsirləndirilən şəxs3 qardaşı olmaqla, digər isə qonşusu olmaqla Təqsirləndirilən şəxs3 məsuliyyətdən yayınmasına köməklik etməkdə maraqlı olan şəxslərdir. Ona görə də, bu hal qeyd edilən şəxslərin sonuncunun xeyrinə ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə həmin ifadələri də həqiqəti əks etdirən ifadə və sübut növü kimi qəbul etmir Müdafiə tərəfin təqdim etdiyi Şahbuz Həsənov barədə olan Yevlax Rayon Məhkəməsinin 26.03.2021-ci il tarixli 3(039)-257/2021 saylı qərarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən qərara əsasən 25.03.2021-ci il tarixdə Yevlax şəhəri, E.Ağayev küçəsində polis əməkdaşları tərəfindən əməliyyat keçirilən zaman Şahbuz Həsənov hadisə yerindən qaçmış və polis əməkdaşları onun dayanmasını tələb etsələr də, o polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati qaydada həbs olunmuşdur. Göründüyü kimi, Şahbuz Həsənovun polis əməkdaşları tərəfindən saxlanılmasının səbəbi və əsası onun polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması olmuşdur. Belə olan halda, qeyd edilənlərə əsasən onun polis əməkdaşları tərəfindən saxlanılmasının qardaşı Təqsirləndirilən şəxs3 tutulması və məsuliyyətə cəlb olunmasında hər hansı vasitə rolunu oynaması, ondan istifadə edilməklə polis əməkdaşları tərəfindən qardaşına təzyiqlərin olunması qənaətinə gəlmək qeyri-mümkündür. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, E.Ağayev küçəsi, döngə 2, ev 11 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 02, iş vərəqi 72-73). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 18-19). Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında ailəsi, yəni arvadı və 2008, 2009 və 2012-ci il təvəllüdlü üç azyaşlı uşağı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vərəqi 250-251). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Yevlax Rayon Məhkəməsinin 25.04.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 06.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 02, iş vər. 16-17, 38- 40). Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş arayışdan, doğum haqqında şəhadətnamələrin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 7 ünvanında ailəsi, yəni arvadı və 2007, 2009, 2018-ci il təvəllüdlü ikisi azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 02, iş vərəqi 3-5). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər iki dəfə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 01.07.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12.04.2006-cı il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəz azadlığa buraxılmışdır. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 02, iş vər. 15-16). Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs2 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə şəxsin əvvəllər də bu qəbildən olan cinayətlərin törədilməsinə görə təqsirli bilinərək məhkum olunmasını əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə əvvəllər də cinayət əməli törətməyə görə məhkum olunmasını, real olaraq narkotik vasitənin satışı ilə məşğul olmasını əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını və yekunda cinayətlərin məcmusu ilə təyin olunan cəzalar qismən toplanılmala qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 23.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25.03.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə X10 azadlığa buraxılmışdır (cild 1, iş vərəq 19-20, 66-67). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməli, cəzasının başlanğıcı 28.03.2022-ci il tarixdən hesablanmalı, onun şübhəli şəxs qismində tutulduğu iki gün müddət cəzasından çıxılmalıdır. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin 27.03.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs2 25.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 83, 214-217) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 25.03.2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin 27.03.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs3 25.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 143-144, 232-235) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 25.03.2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 isə yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,171 qram narkotik vasitə olan heroin, 0,143 qram narkotik vasitə olan heroin, 0,246 qram psixotrop maddə olan metamfetamin, 10,233 qram narkotik vasitə olan heroin, 16,131 qram psixotrop maddə olan metamfetamin, 0,15 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 7,62 kalibrli, PC 467 nömrəli ”Naqan” sistemli revolver, 01 ədəd döyüş sursatı hesab olunan patron, 01 ədəd qaz silahı hesab olunan 4,5 mm kalibrli MP 654 K markalı, T0267766 nömrəli tapança, 01 ədəd soyuq silah hesab olunan xəncər hökm qanuni qüvvəsini aldıqdan sonra əvəzsiz olaraq məcburi qaydada dövlət nəfinə alınmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə 342,13 AZN (üç yüz qırx iki manat, on üç qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 114,10 AZN (yüz on dörd manat on qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23.03.2021-ci il tarixdən 25.03.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmaqla çıxılsın və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28.03.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda durması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin təqsirli bilinsin və Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda durması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,171 qram narkotik vasitə olan heroin, 0,143 qram narkotik vasitə olan heroin, 0,246 qram psixotrop maddə olan metamfetamin, 10,233 qram narkotik vasitə olan heroin, 16,131 qram psixotrop maddə olan metamfetamin, 0,15 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 7,62 kalibrli, PC 467 nömrəli ”Naqan” sistemli revolver, 01 ədəd döyüş sursatı hesab olunan patron, 01 ədəd qaz silahı hesab olunan 4,5 mm kalibrli MP 654 K markalı, T0267766 nömrəli tapança, 01 ədəd soyuq silah hesab olunan xəncər hökm qanuni qüvvəsini aldıqdan sonra əvəzsiz olaraq məcburi qaydada dövlət nəfinə alınsın və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 342,13 AZN (üç yüz qırx iki manat, on üç qəpik) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 114,10 AZN (yüz on dörd manat on qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar